Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-755/2023 19.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, Hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10 və Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əhməd qızının iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri ünvan 1 ünvanda yaşamış və Yasamal rayon Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddə olan metamfetamini və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə səhər saatlarında satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdəki təmiz çəkisi 0,872 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixortop maddə olan metamfetamini, eləcə də 01 ədəd “Tramadol 50 mg” yazısı olan konvalyutda ümumi miqdarı 0,5 qram ağgoy rəngli kapsullar-tramadol tərkibli dərman preparatı olan tramadol hidroxloridi narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni və 04 ədəd “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstəriciləri preqabalin tərkibli ümumilikdə 56 ədəd ağ rəngli kapsullar şəklində dərman preparatı olan ümumi miqdarı 8.4 qram olan külli miqdarda hesab olunan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə edib üzərində saxlamaqla daşımış, 16 sentyabr 2022-ci il tarixdə saat 19:40 dəqiqədə Yasamal rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri çərçivəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada onun üzərində video çəkilişlə şəxsi axtarış aparılarkən əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd “Tramadol 50 mg” yazısı olan konvalyutda ümumi miqdarı 0,5 qram ağ-goy rəngli kapsullar-tramadol tərkibli dərman preparatı olan tramadol hidroxloridi narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə və 04 ədəd “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstəriciləri preqabalin tərkibli ümumilikdə 56 ədəd ağ rəngli kapsullar şəklində dərman preparatı olan ümumi miqdarı 8,4 qram olan külli miqdarda hesab olunan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə, eləcə də əynində olan cins şalvarın sağ yan cibinin üst hissəsində yerləşən kiçik ölçülü cibdən 01 ədəd bükümdəki təmiz çəkisi 0,872 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixortop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 3 ildir ki, narkotik vasitənin metamfetamin növündən istifadə etmişdir. Metamfetamin istifadə etməmək üçün həkimin göstərişi əsasında güclü təsiredici maddə-preqabalin əldə etməyə başlamışdır. Həmin dərmanları ona həkim yazmışdır. Resepti aptekə verərək dərmanları almışdır. Reseptlər isə dərmanlar alındıqdan sonra aptekdə qalmalı olduğundan hazırda həmin reseptləri təqdim edə bilmir. Əvvəllər narkomaniyadan müalicə alsa da müalicə aldığı tarixi xatırlamır. Müalicəni Maştağada alsa da Yasamal rayonunda Narkoloji Dispanserdə qeydiyyata düşmüş, həkiminin adı “Fəzayil” olmuşdur. Polislər onu tutan gün o, həmin resepti aptekə vermişdir. Dərmanları o niyyətlə almışdır ki, metamfetamini tərgitsin. Metamfetamin onun üstündən aşkar edilməmişdir. Polis işçiləri metamfetamini onun üzərinə qoymuşdurlar. Onun üzərindən aşkar edilən və ittiham aktında göstərilən və dərman preparatlarının sayı və miqdarı ilə razılaşır. Lakin 0.870 qram metamfetamini əldə etməsi, saxlaması və daşıması ilə əlaqədar ona irəli sürülmüş ittihamı qəbul etmir. İstifadəsində olan mobil telefonunun nömrəsi **********-dir və “Whatsap” proqram tətbiqindən istifadə edir. Kənar şəxslər ona narkotik, psixotrop maddələrlə bağlı müraciət etsə də o imtina etmişdir. Ona müraciət edən şəxslər Maştağada müalicə alan xəstələr olmuş, müraciətlərinin səbəbi isə dərmanlarının bitməsi ilə əlaqədar olmuşdur. İstifadəsində olan Leo Bank plastik kartı taksi sürücüsü olması ilə əlaqədar nağdsız ödənişlərin həyata keçirilməsi məqsədlərinə xidmət etmişdir. Narkotikin sifarişi ilə bağlı kimsə onun kartına pul göndərməmiş, belə hal olsa belə özü buna icazə verməzdi. Narkomaniya ilə bağlı müalicə üçün müraciət etmək istəsə də qismət olmamışdır. Müalicə ilə bağlı müraciət etdikdə növbədə adam çox olduğundan onu bir müddət sonra qəbul edəcəkləri, lakin müalicə üçün qəbul edilənədək canı ağrımasın deyə narkotik vasitədən istifadə etməli olduğu bildirilmişdir. Tutulan zaman metamfetamini onun üzərinə əməlinin satış məqsədilə tövsif edilməsi üçün qoymuşdurlar. Həmin metamfetamini isə döyüldüyünə görə üzərindən aşkar edilməsi ilə razılaşmışdır. Taksi sürücüsü olduğuna görə başqa şəxslər onun telefonundan istifadə edib danışmışdırlar. Dərman aldığı resepti müalicədən çıxdıqdan sonra yenə davam etmiş, sonra Yasamal rayon narkoloji dispanserdə işləyən Fəzayil həkimə demişdir ki, elə bir şey yazsın ki, bir daha metamfetamin istifadə etməsin. Lakin ona vaxtı keçmiş resepti həmin həkim yazmamış, həmin reseptin üzərində həkimin adı olmamışdır və həmin həkimin adını xatırlamır. Həmin gün metamfatamini səhər alıb istifadə etdiyindən axşam saxlanılarkən üzərində yalnız dərmanlar olmuşdur. Dərmanları isə o, axşam narkotik vasitəni tərgitmək niyyəti ilə almışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, subaydır və Renault markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər məhkum olunmamışdır və 4-5 ildir narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. Eləcə də 2018-ci il tarixdən o, Yasamal rayonunda yerləşən Bakı şəhər Narkoloji Mərkəzdə qeydiyyatdadır və hər ay həkimdən aldığı resept vasitəsi ilə müalicə məqsədi ilə Tramadol və Pregabalin capsullarını apteklərdən götürərək istifadə edir. 16 sentyabr 2022-ci il tarixdə saat 09-10 radələrində o, özünə psixotrop maddə olan metamfetamin almaq məqsədilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Kubinka” adlandırılan əraziyə gedib yol kənarında dayanmış üzdən tanıdığı, lakin adını bilmədiyi narkoman olan şəxsə yaxınlaşmış və satılıq psixotrop maddə olan metamfetaminin olub-olmamasını soruşmuşdur. Həmin şəxsdə psixotrop maddə olan metamfetamin olmasını öyrəndikdən sonra 10 manat pul verib həmin şəxsdən özünün istifadəsi üçün bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin almış, bükülünü əynində olan şalvarın sağ yan cibinin üst hissəsində yerləşən kiçik ölçülü cibə qoyaraq oradan ayrılmışdır. Eləcə də o, ya həmin gün, ya da ki 01 və ya 02 gün əvvəl Nərimanov rayonu keçmiş İnqilab, hazırda isə X15 kimi adlandırılan küçə ilə Atatürk prospektindəki kəsişməsində yerləşən aptekə daxil olub oradan həkimin yazdığı reseptlə 01 ədəd listin içərisində 10 ədəd “Tramadol 50 mg” və 04 ədəd listin hər birinin içərisində 14 ədəd olmaqla “Alyse 150 mg “Capsule Pregabaline” olan kapsulu alaraq əynində olan şalvarının sol yan cibinə qoyaraq oradan ayrılmışdır. Həmin gün yəni 16 sentyabr 2022-ci il tarixdə saat 19:40 radələrində piyada və tək şəkildə ünvan 5 ünvanın qarşısında hərəkətdə olarkən ona iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini Yasamal RPİ-nin X1 polis əməkdaşları kimi təqdim edərək vəsiqələrini göstərmiş və ondan kim olduğunu soruşaraq şəxsiyyət vəsiqəsini təqdim etməyi xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Sonra həmin polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli olduğunu bildirib onu Yasamal Rayon Polis İdarəsinin inzibati binasına getməyə dəvət etmişlər. O, etiraz etmədən həmin polis əməkdaşları ilə birgə Yasamal Rayon Polis İdarəsinə gəlmişdir. Xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquqlarının qorunması üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunacağı bildirilmişdir. Bir qədər sonra onun hüquqlarını müdafiə etməsi üçün vəkil təqdim olunmuşdur. Həmin vəkilin və onu saxlayan polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılacağı bildirilərək üzərində qanunsuz nə varsa təqdim etməyi xahiş edilmişdir. O, da əynində olan şalvarın sol yan cibindən həkimin yazdığı reseptlə aptekdən aldığı içərisində 10 ədəd həbb olan üzərinə “Tramadol 50 mg” yazılmış 01 (bir) ədəd listi və hər birinin içərisində 14 ədəd olmaqla “Alyse 150 mg Capsule Pregabaline” olan 04 (dörd) ədəd list halındakı kapsulları, eləcə də əynində olan şalvarın sağ yan cibinin üst hissəsində yerləşən kiçik ölçülü cibdən 01 ədəd siqaretin qızılı kağızındakı psixortop maddə metamfetamin olan bükümü və şalvarının arxa sağ cibindən 01 ədəd Unibank ASC-yə məxsus Leobank plastik kartı çıxararaq təqdim etməklə masanın üzərinə qoymuşdur. Həmin hərəkətlər mobil telefon vasitəsi ilə videokameraya çəkilirmiş. İçərisində psixortop maddə metamfetamin olan təqdim etdiyi bir ədəd büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində kristal şəkilli, şəffaf rəngli maddə aşkar edilmişdir. Təhqiqatçı tərəfindən ondan bükülünün içərisindəki maddənin və digər təqdim etdiyi preparatların nə olduğu soruşulmuşdur. O, da üzərindən aşkar edilən 01 ədəd bükülünün psixortop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2022-ci il tarixdə saat 09-10 radələrində Yasamal rayonu, Kubinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını, eləcə də digər 05 ədəd üstdəki “Tramadol 50 mg” və “Alyse 150 mg Capsule Pregabaline” preparatlarını isə müalicə məqsədi ilə həmin gün keçmiş İnqilab küçəsində yerləşən aptekdən reseptlə aldığını etiraf etmişdir. Bundan başqa onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirildikdə heç bir dəyərli əşya və pul əskinası aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş içərisində psixotrop maddə olan metamfetamin olan 01 ədəd büküm, eləcə də işərisində “Tramadol 50 mg” və “Alyse 150 mg Capsule Pregabaline” olan 05 ədəd preparat üstləri bağlanılaraq zərfin içərisinə qoyulmuş, zərf bağlanaraq möhürlə möhürlənmiş və həmin zərfə o, digər iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin və 05 ədəd preparatların zərfin ekspertizaya göndəriləcəyi bildirilərək ondan izahat alınmışdır. O, izahatında bir daha təsdiq etmişdir ki, üzərindən aşkar edilən psixortop maddə olan metamfetamin və 05 ədəd üstdə “Tramadol 50 mg” və “Alyse 150 mg Capsule Pregabaline” preparatları ona məxsusdur, həmin maddələri xx.xx.2022-ci il tarixdə Kubinka adlanan ərazidən və İnqilab küçəsindəki aptekdən şəxsi istifadəsi üçün almışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində, o, narkotik vasitə və psixortop maddələrin, güclü təsir edən vasitələrin satışı ilə məşğul olmadığını, lakin özünün qəbul etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona heç bir fiziki və psixoloji zorun tətbiq edilmədiyini, psixortop maddə olan metamfetamin aldığı şəxsi üzdən tanıdığını, onun anket məlumatları və mobil telefon nömrəsi, eləcə də harada yaşaması barədə heç bir məlumatının olmadığını, əvvəllər həmin şəxsdən qurudulmuş marixuana aldığını, həmin şəxsin qara saçlı, arıq bədən quruluşlu, təxminən 40-45 yaşlarında, 165- 170 sm boyu olan bir şəxs olduğunu, "Tramadol 50 mg” və “Alyse 150 mg Capsule Pregabaline” olan kapsulları aldığı apteki təsadüfən görüb daxil olduğunu və həkimin hər ay ona yazdığı reseptlə yuxarıda adları sadalanan preparatları aldığını, bir ay müddətində üzərindən aşkar edilən sayda “Alyse 150 mg Capsule Pregabaline” həbi qəbul etdiyini, ruhi-əsəb xəstəliklərindən və ya hər hansı bir xəstəliklərdən əziyyət çəkmədiyini və bununla əlaqədar olaraq heç yerdə qeydiyyatda olmadığını, amma Bakı şəhər Narkoloji Mərkəzdə qeydiyyatda olmaqla narkotik vasitə ilə bağlı müalicə götürdüyünü, üzərindən aşkar edilən dərman preparatlarını Nərimanov rayonu Akademik H.Əliyev küçəsində yerləşən aptekdən almağa gedərkən özündə olan güclü təsir edən “Alyse” dərmanı öncədən qəbul etdiyini, qəbul etdiyi dərmanın təsirindən aptekin yeri barədə düzgün məlumat verə bilmədiyini, üzərindən aşkar edilən dərman preparatlarını ola bilsin Nərimanov rayonu Akademik H.Əliyev küçəsi 286 A-da yerləşən göstərdiyi aptekdən deyil, həmin ərazidə göstərdiyi aptekə yaxın yerləşən digər apteklərin birindən xx.xx.2022 ildə və ya xx.xx.2022 il tarixdə aldığını, dərmanı aldığı apteki, tarixi və saatı dəqiq olaraq xatırlamadığını, mobil telefonuna sms göndərən şəxslərdən sadəcə X6 tanıdığını və sonuncunun da onun məhlə uşağı olduğunu, Elvinin kazino adlı oyunu oynamaq üçün ondan kart hesabına 15 manat pul atmağı xahiş etdiyini, buna görə Elvinin ona 15 manat pul atmağı ilə bağh sms yazdığını, amma ona sms göndərən digər adları çəkilən şəxsləri tanımadığını, taksi sürücüsü olduğu üçün ola bilsin həmin şəxslərin onunla əlaqə saxlayıb özlərinə 1 list dərman və ya mağazadan nəisə almağı ilə bağlı ona sifariş verərək sms atdıqlarını, eləcə də ola bilsin yaxın tanışlarından kimsə onun mobil telefonundan istifadə edərək kimlərləsə əlaqə saxlayıb özlərinə narkotik və psixotrop maddə sifariş verdilərini, amma o, nə narkotik vasitə, nə də ki psixotrop və güclü təsir edən maddələrin satışı ilə məşğul olmadığını, göstərilən sms-lərin ona heç bir aidiyyətinin olmadığını, o, heç bir zaman heç bir aptekdən reseptsiz psixotrop və güclü təsir edən maddə almadığını, həmişə resepti aptekə təqdim edib oradan dərmanlar aldığını, eləcə də başqasının adma olan reseptlə də apteklərdən psixotrop və güclü təsir edən maddə almadığını, Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş xx.xx.2007-cı il tarixli əmri ilə tanış olduğunu, sonuncu dəfə Bakı şəhəri Narkoloji Mərkəz tərəfindən xx.xx.2022 və xx.xx.2022 tarixdə adma yazılan reseptdə olan psixotrop və güclü təsir edən maddəni özündə əlavə həmin tərkibli dərman olduğu üçün həmin dövrdə almayıb resepti özündə saxladığını, amma sonradan həmin resepti aptekə təqdim edib oradan dərmanları aldığım və saxlanılan zaman həmin dərmanlar üzərindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürüldüyünü, aptekə həmin resepti təqdim etdikdə satıcının reseptin tarixinə baxmadan dərmanları ona verdiyini, taksi sürücüsü olduğu üçün müştərilərin sifariş verdiyi Bakı şəhərinin müxtəlif rayonları ərazisində yerləşən ünvanlara gedib-gəldiyini, o, 2022-ci il ərzində Nərimanov rayonu X15 küçəsində yerləşən aptekdən sadəcə bir dəfə psixotrop və güclü təsir edən maddə aldığım, həkim tərəfindən yazılan reseptlərin surəti yaşadığı evdə olmadığından atası Əlinin onları tapa bilmədiyini, həmin reseptlərin surətinin yaşadığı evdə ola biləcəyini düşündüyünü və bu baxımdan o, bu barədə ifadəsində göstərdiyini, vhatsapp proqramında “Arif İw” kimi yazdığı şəxsin X2 və sonuncunun onun əvvəllər iş yoldaşı olduğunu, o, avtomobilinin yan güzgülərini dəyişmək istədiyini, Arifin də güzgü satan yaxın tanışları olduğu üçün sonuncudan almaq istədiyi güzgülərlə maraqlanmasını xahiş etdiyini, bu baxımdan Ariflə vhatsappla bir-birinə mesaj yazdıqlarını, eləcə də ona vhatsappla mesaj yazan Yusif adlı şəxsin də ona borcu olduğunu, yəqin sonuncu 5 manat borcunu ona atdıqdan sonra vhatsappla yazdığını, məhlə uşağı X5 ona xx.xx.2022-ci il tarixdə saat 19.22-də “sən öl sənin başın gedib, arxayın elədün məni, gətir indi daşı verdə Pərviz, kola istəmirsən cəhənnəmə isdə, amma gətir daşı ver, vəziyyətim pisdi” kimi ona göndərdiyi sms-in mənasını başa düşmədiyini və həmin sms-i nəyə görə ona göndərməsini də bilmədiyini, o, Elvindən özünə narkotik sifariş edib almadığını, sonuncuya narkotik, psixotrop və güclü təsir edən maddə də satmadığını, mobil telefonu ilə danışıq apardığı şəxlərdən sadəcə Elvinin onun məhlə uşağı olduğunu, digər şəxslərə isə taksi kimi xidmət göstərdiyi üçün danışıq apardığını, həmin danışığın mətninin hazırda yadında qalmadığını, Unibank ASC tərəfindən təqdim edilən foto və video görüntüyə baxdığını və adma olan LEO kartdan pul çıxaran görüntüdəki şəxsin Elxan adlı məhlə uşağı olduğunu, hazırda Elxanın mobil telefon nömrəsini xatırlamadığını, o, 2022-ci ilin avqust ayında Elxana kartını verərək oradan pul çıxarmasını və çıxaracağı pulla marketdən ərzaq məhsulları almasım xahiş etdiyini, Elxanın da onun xahişini yerinə yetirərək kartından pul çlıxardığını bildirmişdir. İfadələri arasındakı ziddiyyəti təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə izah etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Yasamal rayonunda narkotiklə mübarizə idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı olmuşdur. Əməliyyat tədbiri keçirilmiş, əmr və raportla rəhbərliyə məruzə edilmişdir. Əməliyyat məlumatının məzmunu narkotik vasitələrin satışı ilə əlaqədar olmuş, növləri və miqdarı haqqında isə informasiyanı ehtiva etməmişdir. Təqsirləndirilən şəxs “Sovetski” adlanan ərazidə Adbulla Şaiq 153 ünvanının qarşısında şəxs saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə gətirilmişdir. Şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Onlar təqsirləndirilən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, şəxs onlara qarşı tabesizlik göstərməmişdir. O, şəxsi axtarışda iştirak etmiş, təhqiqtaçı şəxsin üzərinə baxış keçirdikdə o vəkillə təmin edilmişdir. Üzərində siqaretin qızılı kağızına bükülmüş metamfetamin və müxtəlif dərmanlar olmuşdur. O, sonradan bilmişdir ki, şəxsin dediyinə görə onda resept vardır. Şəxsi axtarışda Təqsirləndirilən şəxs resepti təqdim etməmişdir. Şəxsin arxa cibində Leobank ve ASC Bank kartları olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs axırıncı dəfə onun yanında 18 iyul 2022-ci il tarixdə olmuş, sonuncu resepti həmin vaxt yazmışdır. Tarix tibbi kitabçada yazılmışdır. Təqsirləndirilən şəxs xroniki xəstədir və müalicənin belə şəxslərə təsiri çox zəif olur. Zaman-zaman insanlar narkotiki dayandıra bilsələr də asılı qalırlar. Sonuncu reseptdə psixotrop dərmanlar yazmışdır ki, preqabalin ora aid deyil. Peqabalin başqa qrup dərman növüdür. Bu dərmanların 90 faizi narkotik vasitələrdən asılılığın müalicəsi zamanı istifadə edilir. Bu səbəbdən həmin dərmanların qeyri-tibbi istifadəsi qadağandır. Müalicə kursu müddəti konkret deyil, xəstəyə görə dəyişir. Hər xəstəyə fərdi yanaşılır, Təqsirləndirilən şəxs isə xroniki xəstədir. Pərvizə 1 kurs müalicənin içində 20 dənə 50 mq tərkibli Tramadol yazılmışdır. Dərmanın günlük həddi şəxslərin xəstəliyinin dərəcəsindən asılı olaraq dəyişdiyindən reseptlə ona yazılmış dərmanları hansı müddətdə istifadə edib bitirməsini deyə bilməz. Lakin xronik xəstə olduğundan Pərvizin 1 qutu dərmanla kifayətlənməsi mümkün deyil. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis kapitanı vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, hadisə 16 sentyabr 2022-ci il tarixində baş vermişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin isitifadəsi, satışı və dövriyyəsi ilə məşğul olmasında şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Abdulla Şaiq ünvanında şəxsi yarım saat 40 dəqiqə gözlədikdən sonra ona yaxınlaşmış, özlərini təqdim etmiş sonra şəxsi Yasamal rayon polis idarəsinə dəvət etmişdirlər. Təhqiqatçının iştirakı ilə videoçəkiliş zamanı şəxsin üzərindən dərman preparatları tramadol, preqabalin və bir büküm ağ kristal metamfetamin aşkar edilmişdir. Onlara daxil olan məlumat Təqsirləndirilən şəxs barəsində olan ilk məlumat olmuşdur. Onlar şəxsi narkotik satan zaman yox, narkotik vasitəni istifadə etdiyi zaman saxlamışdırlar. Əməliyyat məlumatının məzmunu şəxsin Sovetski ərazisində “Abdulla Şaiq” küçəsində narkotik vasitəni daşıması və əlbəəl satması barəsində olmuşdur. Şəxsin üzərindən konkret olaraq dərman preparatları aşkar edilmiş, deməsinə görə həmin dərmanları resept əsasında əldə etmiş, yalnız müvafiq reseptlər istintaqa təqdim edilməmişdir. Onlarda konkret olaraq şəxsin narkotik vasitəni kimə satdığı ilə bağlı məlumat olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, narkotik vasitədən istifadə edən oğlunu müalicə alması üçün Maştağada narkoloji dispanserə aparmışdır. Müalicə aldıqdan bir müddət sonra yenidən narkotik vasitələrdən istifadə etməyə başladığından onu narkoloji mərkəzə müalicəyə aparmalı olmuşdur. Sonralar həmin müalicələri evdə də etməyə başlamiş və Yasamal rayon Narkoloji Mərkəzdə oğlunu qeydiyyata saldırmışdırlar. Oğlunu Fəzayil həkim müalicə etmiş, müalicə əsasında reseptlərdə göstərilən dərmanlardan istifadə etmişdir. Oğlunun dərmanları hansı yollarla aldığını bilmir, amma o, özü ona 1,2 dəfə 28 may metrostansiyasının yaxınlığındakı mağazadan həmin dərmanlardan almışdır. Həkimin sonuncu dəfə nə vaxt resept yazdığını xatırlamır, oğlu dərmanları özü gedib almışdır. Oğlu axırıcı dəfə həkimə yay aylarında getmişdir. Həkimin yazdığı reseptlər möhürlü olmuşdur. Həmin reseptlə aptekdən dərman alarkən, əczaçı xanım təkrar lazım olanda gəlib əlavələrini ala bilsin deyə reseptin kopyasını çıxartmış, ona kopyasını vermiş, özü reseptin əslini götürmüşdür. Təqsirləndirilən şəxs onlara reseptlərin evdə olduğunu bildirsə də evdə resept tapmamışdırlar. Pərviz tramadolu gün ərzində 1 və ya 2,3 dəfə istifadə edə bilərdi. Onların evinə Pərvizdən narkotik vasitə almaq üçün gələn insanlar olmamışdır. Oğlu bölmədə onun üzərində metamfetamin olmadığını dediyinə görə onu döyərək işgəncə vermişdirlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 16 sentyabr 2022-ci il tarixli “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon ərzisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqə 6). 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası “Əməliyyat -axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1,2 və 8-ci bəndlərini və 3-cü hissəsini, 11-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndini və CPM-nin 445.2-ci maddəsini rəhbər tutaraq, Rayon Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradılması və Təqsirləndirilən şəxs Yasamal rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyindən onun ətrafında vətəndaşların güdülməsi və soraqlaşma, nəqliyyat vastələrinə baxış keçirilməsi, binaların, o cümlədən yaşayış binalarının, habelə digər qapalı tikililərin, qurğuların,torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi əməliyyat tədbirləri həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqə 7-8). 20 sentyabr 2022-ci il tarixli Yasamal rayon məhkəməsinin qərarı ilə 16 sentyabr 2022ci il tarixli həmin qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 139) “Şəxsi axtarış və götürülmə aparılması haqqında” 16 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, Yasamal rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqda Yasamal rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili polis kapitanı Şahid1, Yasamal rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və Bakı şəhər 22 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxs oğluna hüquq və vəzifələri izah edilir və üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə subut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin kağızına bükülmüş bükülünü, əynində olan cins şalvarın sol yan cibindən 04 ədəd listdə hər bir listdə 14 ədəd kapsul şəkilli preparat olan üzərində “Alyse 150 mg Capsule Pregabaline” yazısı həkk olunmuş preparatları və 01 ədəd üzərində “Tramadol 50 mq” yazısı olan içərisində 10 ədəd kapsul şəkilli preparat olan listi könüllü çıxarıb təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki psxotrop maddə olan nıetamfetamindir və həmin bükülünü 16 senyabr 2022-ci il tarixdə səhər saatlarında Kubinka adlanan ərazidə adını və anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 10 manata və digər preparatları aptekdən 41 manata aldığım bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin kağızma bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində şəffaf rəngli, kristal şəkilli psixotrop maddə hesab olunan metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qızılı kağızına bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə və 04 üzərində “Alyse 150 mg capsule Pregabaline” yazılı və 1 ədəd üzərinə “Tramadol 50 mg” yazılı preparat listləri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq götürülmüş, üzərindən aşkar edilmiş Unibank ASC-yə məxsus LeoBank plastik kartı sübut əhəmiyyətinə malik olduğundan materiallara əlavə edilmişdir. (cild 1, iş vərəqə 34-38). 17 sentyabr 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün № 42” dairəvi möhür əksi və “... Təqsirləndirilən şəxs -imza, üç imza; O.Əliyev -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0,872 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixortop maddə olan metamfetamindir. 04 ədəd “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstəriciləri olan ümumilikdə 56 ədəd ağ rəngli kapsullar preqabalin tərkibli dərman preparatıdır və 56 ədəd ağ rəngli kapsulda preqabalin təsiredici maddəsinin ümimi miqdarı 8,4 qramdır. 01 ədəd “Tramadol 50 mg” yazısı olan konvalyutda ağ-goy rəngli kapsullar-tramadol tərkibli dərman preparatıdır, təsir edici maddəsi tramadol hidroxloridin ümimi miqdarı 0,5 qramdır. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 0,822 qram, preqabalinin qalıq miqdarı 51 ədəd, tramadolun qalıq miqdarı 9 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 45-49). 18 sentyabr 2022-ci il tarixli “Axtarış və götürülmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Xəlil oğlunun ünvan 9 ünvanına polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə heç bir etirazı olmaması barədə ərizəsi əsasında mənzilə baxış zamanı heç bir qanunsuz əşya, narkotik vasitə, psixotrop və güclü maddə aşkar edilməmişdir ( cild 1, iş vərəqə 91-95). 19 sentyabr 2022-ci il tarixli “İfadələrin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Nərimanov rayonu, X15 küçəsi, 286 A ünvanında yerləşən binanın birinci mərtəbəsində yerləşən apteki göstərərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10-11 radələrində o həmin aptekə daxil olaraq tanımadığı satıcıya resept təqdim edərək ondan 01 listdə içərisində hər birində 14 ədəd həb olan “Alyse 150mg Copsule Pregabalinl” adlı kapsulları alıb oradan ayrılmışdır. Aldığı dərman preparatlarını əynində olan şalvarın sol yan cibində saxlamışdır ( cild 1, iş vərəqə 104-107). Yasamal rayon Polis İdarəsinin 04 oktyabr 2021-ci il tarixli müraciətinə əsasən Bakı şəhəri Narkoloji Mərkəzi tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixindən “Opioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə Bakı şəhər Narkoloji Mərkəzində qeydiyyatdadır və həmin tarixdən müalicə almışdır. Müalicə həkimi X8 tərəfindən xəstəyə müalicə təyin edilmişdir. Xəstəyə xx.xx.2022-ci il tarixində Alyse 150 mq № 28, xx.xx.2022-ci il tarixində Alyse 75 mq № 28, xx.xx.2022-ci il tarixində Alyse 75 mq № 28, xx.xx.2022-ci il tarixində Alyse 150 mq № 14, xx.xx.2022-ci il tarixində Tramadol 50 mq № 20 (cild 1, iş vərəqə 149). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika “Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 03 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-xx.xx.2018 və xx.xx.2019- xx.xx.2019-cu il tarixlərdə stasionar müalicədə olmuşdur (cild 1, iş vərəqə 166). 17 noyabr 2022-ci il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan Samsung Galaxy A3 markalı mobil telefonun danışıq, SMS bölməsinə, eləcə də "WhatsApp" proqramına baxış keçirilmişdir. "WhatsApp" proqramına baxış keçirilən zaman orada Təqsirləndirilən şəxs “Arif İw” və “yusif p” yazılmış şəxslərlə mesajlaşması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs mobil telefonun WhatsApp" proqramında ***-***-**- ** saylı GSM nömrəsi işlədən “Arif İw” adlı şəxsin profilinə baxış keçirilən zaman orada Təqsirləndirilən şəxs tərəfindən həmin şəxsə xx.xx.2021-ci il tarixdə saat 13.57-də “maraqlanmadun güzgüləri” kimi mesaj göndərilməsi, həmin şəxsin də “cavab gözləyirəm” kimi cavab verməsi müşahidə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs mobil telefonun WhatsApp" proqramında ***-***- **-** saylı GSM nömrəsi işlədən “Yusif p” adlı şəxsin profilinə baxış keçirilən zaman orada sonuncu şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə saat 18.41-də “5 atdım exi sənə” kimi mesaj göndərməsi müşahidə edilmişdir. Bundan başqa telefonun SMS bölməsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2022 tarixdə saat 11.01-də +99***-***-**-** saylı istifadəçisi olan adı telefonda “Elvin S” kimi qeyd edilmiş şəxs Təqsirləndirilən şəxs “4169-7385-6997-7303 kapital imkan olsa 15”, xx.xx.2022-ci il tarixdə saat 18.10-da isə eyni şəxs sonuncuya “yetim 4169-7385- 6997-7303 kapital 15 man atarsan da kartıma”, saat 18.35-də “hamsını bir yerə qoyum?”, saat 19.13-də “sən nə eşşəy adamsan ala Pərviz, day gəlmə heç, paşol”, saat 19.22-də “sən öl sənin başın gedib, arxayın elədün məni, gətir indi daşı verdə Pərviz, kola istəmirsən cəhənnəmə isdə, amma gətir daşı ver, vəziyyətim pisdi” kimi sms göndərmişdir(cild 1, iş vərəqə 178-179). 21 noyabr 2022-ci il tarixli “maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.822 qram psixortop maddə olan metamfetamin, 51 ədəd “Alyse 150 mg capsule Pregabaline” ağ rəngli kapsulda preqabalin təsiredici maddə, 9 ədəd “Tramadol 50 mg” tramadol hidroxlorid təsiredici maddənin maddi sübut qismində tanınaraq Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilməsi, Təqsirləndirilən şəxs məxsus bir ədəd "xxxx" markalı mobil telefonun və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır(cild 1, iş vərəqə 182-183). 16 dekabr 2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsindən xx-xx-2022 tarixdə saat 16:35:54-də **********71 saylı GSM nömrəsinə “qaqaw duzeldi, atiwaqq goturey, bir xeber de”, xx-xx-2022 tarixdə saat 19:57:46-da **********89 saylı GSM nömrəsinə “4098 5844 6421 9508 leobank”, xx-xx-2022 tarixdə saat 00:44:17- də **********89 saylı GSM nömrəsinə “Qaqaw nenirsan, Gelib?”, xx-xx-2022 tarixdə saat 00:41:30- da **********65 saylı GSM nömrəsinə “Hebib menem maqadi, pul mended, kart at bu nomruye gonderim, eger kart yoxdusa ozum birazdan gelecem zabrata mawin gozduyurem” kimi sms göndərmişdir. Eyni zamanda SMS bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, **********89 saylı GSM nömrəsi xx-xx-2022 tarixdə saat 19:43:37-də “Qaqaw ewidirsan, gor alinir yari patida gotur gedey mehleye vuraq pulunu”, **********89 saylı GSM nömrəsi xx-xx-2022 tarixdə saat 19:57:27-də “**********938189”, **********89 saylı GSM nömrəsi xx-xx-2022 tarixdə saat 00:44:14-də “Qaqaw nenirsan, gelib cixmadun, biyag ki hereketinda hec yaxbi olmadi, alinir at 90 manat, saba 50 verim biri gun 40 verim”, **********91 saylı GSM nömrəsi xx-xx-2022 tarixdə saat 20:24:36-da “Boşaldun. kec biz tərəfə 1 list”, **********91 saylı GSM nömrəsi xx-xx-2022 tarixdə saat 20:25:16-da “Saxla ha, mənim ucun, pulun hazırdı”, **********47 saylı GSM nömrəsi xx-xx-2022 tarixdə saat 14:50:49-da “Qaqaş dərman lazımdı, varundusa xəbər elə”, **********54 saylı GSM nömrəsi xx-xx-2022 tarixdə saat 19:01:01-da “Qaqasim bagişda bele oldu, yarim saata emenetun sendedi, **********17 saylı GSM nömrəsi xx-xx-2022 tarixdə saat ll:01:04-də “4169-7385-6997-7303" kapital imkan olsa 15” kimi Təqsirləndirilən şəxs sms göndərmişlər. Antena bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2022 ildən xx.xx.2022 ilədək olan müddətdə danışıq apardığı zaman Bakı şəhərinin müxtəlif rayonları ərazisində olmaqla yanaşı sadəcə bir dəfə xx.xx.2022 tarixdə saat 20:10;34-də H.Aliyev 97/"Bakı şəhəri, Nərimanov rayonu, H/Əliyev prospekti 105, 1951 saylı məhəllə "/Narimanov stansiyasının əhatəsində, sonuncu dəfə isə xx.xx.2022 tarixdə saat 23:59:22- də Kurdahani Baglari/"Əjdər Məlikov küç, İL Market yanı’ VSabunçu rayonu ərazisində quraşdırılmış Azerfon MMC-nin antena dairəsində olmuşdur (cild 1, iş vərəqə 200). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 4343 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 234-235). 18 fevral 2022-ci il tarixli Bakı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl xəsarətinin olmadığı, bazu və çənəaltı nahiyədə köhnə çapıq izlərinin olduğu müəyyən edilmiş, ağ ciyərlərində patoloji kölgəliklər aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 1, iş vərəqə 125). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.2-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. Külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmə, saxlama, daşıma əməllərinə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 240.3.2-ci nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”nın 1-ci siyahısının 68-ci bəndinə əsasən – təmiz halda 5 (beş) qram və daha artıq çəkidə güclü təsir edən maddə preqabalin, 79-cu bəndinə əsasən təmiz halda 6 (altı) qram və daha artıq çəkidə güclü təsir edən maddə tramadol hidroxlorid külli miqdar təşkil edir. Məhkəmə əvvəla qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, o üzərindən aşkar edilən psixotrop maddənin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin ona aid olmasını etiraf etməklə, yalnız əməllərində satış məqsədinin olmamasını mübahisələndirmişdir. Məhkəmə iclasında isə o, psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin ona məxsus olduğunu etiraf etsə də, həmin maddələrin müalicə olunması məqsədilə əldə etdiyini, üzərindən aşkar edilən metamfetaminin isə ümumiyyətlə ona məxsus olmamasını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, üzərindən aşkar edilən psixotrop maddə metamfetaminin ona məxsus olmaması, psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin müalicə məqsədilə qanuni yolla, yəni həkim resepti əsasında əldə etməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işi materiallarından görünür ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Nərimanov rayonu, X15 küçəsi 286 № ünvanında yerləşən aptekdən aldığını göstərsə də onun qeyd edilən ifadəsi ibtidai istintaq zamanı dindirilən X14 ifadələri ilə təkzib edilmişdir. Məhkəmə iclasında isə o, həmin maddələri həkim resepti əsasında əldə etdiyini vurğulasa da ümumiyyətlə hansı aptekdən əldə etməsini xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Bakı şəhəri Narkoloji Mərkəzinin 05 oktyabr 2022,07 oktyabr 2022-ci il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2018-ci il tarixindən “opioidlərin istifadə edilməsi nəticəsində psixi davranış pozuntuları” ilə qeydiyyatdadır. 10 oktyabr 2022-ci il, 29 yanvar 2022-ci il, 14 fevral 2022-ci il, 06 may 2022, 18 iyul 2022–ci il tarixlərdə ona müalicə təyin edilmiş, ilk dörd müalicə dövründə ona Alyse, sonuncu müalicə dövründə Tramadol psixotrop dərmanı yazılmışdır. X18 isə sonuncu dəfə Təqsirləndirilən şəxs iki list, yəni 20 ədəd Tramadol dərmanından istifadə edilməsi barədə resepti ona özü yazdığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən Təlimatdan görünür ki, tərkibində zəhərli və psixotrop maddələr olan dərmanlar yazılan reseptlər 7 gün müddətində etibarlı hesab edilir, lakin həmin dərmanlar xroniki xəstələr üçün yazıldıqda və reseptdə “xüsusi təyinat əsasında”xəbərdarlığı olmalı və o həkimin imzası, şəxsi möhürü və müalicə profilaktika müəssisəsinin möhürü ilə təsdiq olunmalıdır. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsə qanuni respetlə ilk dörd müalicə dövründə Alyse dərmanının qəbulunun tövsiyyə edilməsini, 06 may 2022-ci il tarixdə ona Alyse dərmanının qəbulunun nəzərdə tutulduğu müalicə dövründən sonra yenidən, sonuncu dəfə 18 iyul 2022–ci il tarixdə həkimə müraciət etməsini, həmin müalicə ilə əlaqədar ona cəmi 20 ədəd olmaqla yalnız Tramadol 50 mq dərmanının yazıldığını, yuxarıda göstərilən Təlimata əsasən həmin dərmanı ən geci 30 gün müddətində əldə edə biləcəyini, bu növ dərmanların alınmasını nəzərdə tutulan reseptlərin dərman alındıqdan sonra aptekdə qalmalı olmasını (həmin reseptlə yenidən göstərilən dərmanların satışının qarşısının alınması üçün) nəzərə alaraq hesab edir ki, üzərindən aşkar edilmiş və miqdarını mübahisələndirmədiyi həmin dərmanları qanuni reseptlərlə əldə etməsi, daşıması və saxlaması barədə təqsirləndirilən şəxsin dəlilləri iş materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetamin psixotrop maddəsinin ona məxsus olmaması barədə müdafiə tərəfinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən DVD diskə baxış zamanı təqsirləndirilən şəxsin həmçinin metamfetamin təqdim etməsini, habelə məhkəməyə qədər verdiyi icraat dövründə həmin psixotrop maddənin 10 manat məbləğinə Kubinka ərazisindən aldığını bildirməsi barədə etiraf edici ifadələrini məhkəmə iclasında fiziki təzyiqə məruz qalması, döyülməsi ilə əlaqələndirməsi halı Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl xəsarətlər almadığını bildirməsi, bazu və çənəaltı nahiyədə köhnə çapıq izlərinin olduğunun, yeni xəsarətlərin aşkar edilmədiyinin müəyyən edilməsi məzmununda 18 fevral 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasından əldə olunmuş tibbi kitabçası ilə inkar olunur. Göründüyü kimi, təqsirləndirilən şəxs üzərindən 0,872 qram psixortop maddə olan metamfetaminin, 01 ədəd “Tramadol 50 mg” yazısı olan konvalyutda ümumi miqdarı 0,5 qram ağ-goy rəngli kapsullar-tramadol tərkibli dərman preparatı olan tramadol hidroxloridi narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin və 04 ədəd “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstəriciləri preqabalin tərkibli ümumilikdə 56 ədəd ağ rəngli kapsullar şəklində dərman preparatı olan ümumi miqdarı 8.4 qram olan külli miqdarda hesab olunan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin aşkar edilməsi işin mübahisəsiz halıdır. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Qaqaw ewidirsan, gor alinir yari patida gotur gedey mehleye vuraq pulunu”, “Qaqaw nenirsan, gelib cixmadun, biyag ki hereketinda hec yaxbi olmadi, alinir at 90 manat, saba 50 verim biri gun 40 verim”, “Boşaldun. kec biz tərəfə 1 list”, “Saxla ha, mənim ucun, pulun hazırdı”, “Qaqaş dərman lazımdı, varundusa xəbər elə”, “Qaqasim bagişda bele oldu, yarim saata emenetun sendedi”, habelə Təqsirləndirilən şəxs istifadəsində olan saylı GSM nömrəsindən xx-xx-2022 tarixdə saat 19:57:46-da **********89 saylı GSM nömrəsinə “4098 5844 6421 9508 leobank” məzmunlu məsajların daxil olması, sonuncu məsajda göstərilən bank kartının şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi hallarını birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan “Tramadol 50 mg”-ı, habelə külli miqdarda hesab olunan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə “Alyse 150” mg-ı satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Əloğlunun üzərindən aşkar edilən psixotrop maddənin, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin miqdarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 234.2 və 240.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 34-35, 86-90). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. 20 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 185-186). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.822 qram psixortop maddə olan metamfetamin, 51 ədəd “Alyse 150 mg capsule Pregabaline” ağ rəngli kapsulda preqabalin təsiredici maddə, 9 ədəd “Tramadol 50 mg” tramadol hidroxlorid təsiredici maddə məhv edilməli, cinayət işinin materiallarında olan "xxxx" markalı mobil telefon və Unibank ASC tərəfindən verilmiş təqsirləndirilən şəxsə məxsus **********219508 nömrəli viza kart ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk, eləcə də "xxxx" MMC-nin təqdim etdiyi zəruri mobil məlumatların köçürüldüyü disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 45,2022). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əhməd qızı tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 32 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi Əhməd qızının vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 192 (bir yüz doxsan iki) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.822 qram psixortop maddə olan metamfetamin, 51 ədəd “Alyse 150 mg capsule Pregabaline” ağ rəngli kapsulda preqabalin təsiredici maddə, 9 ədəd “Tramadol 50 mg” tramadol hidroxlorid təsiredici maddə məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən, eləcə də "xxxx" MMC-nin təqdim etdiyi zəruri mobil məlumatların köçürüldüyü 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın; Cinayət işi materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus "xxxx" markalı mobil telefon və Unibank ASC tərəfindən verilmiş **********219508 nömrəli viza kart onun ailə üzvərinə qaytarılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 32 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi Əhməd qızı üçün 192 (bir yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-755/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-755/2023
19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver