Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-755/2025 17.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, «MƏRKƏZ» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2004-cü il tarixdə Göyçay rayonunda doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, 29 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məmmədli X2 Valeh Ənvər oğlu tərəfindən icarəyə götürülmüş “Ləzzət” kafesində işləyərkən yaşadığı rayona getmək üçün sonuncunun oğlu Zərərçəkmiş şəxs qısa müddət üçün 2024-cü ilin iyul ayının əvvəllərində 50 manat əvvəlcədən əmək haqqı olaraq almış, lakin verdiyi sözə əməl etməyərək işə gəlməməsi səbəbindən Zərərçəkmiş şəxs ilə telefonla danışarkən aralarında mübahisə yaranmış və buna aydınlıq gətirilməsi üçün vədləşib 28 iyul 2024-cü il tarixdə saat 23:45-də Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 12 saylı binanın arxasında görüşərkən, həmin mövzuda mübahisələrini davam etdirdikdə Zərərçəkmiş şəxs hadisə yerinə gəlmiş, Təqsirləndirilən şəxs əmisi oğlu Şahid2 qulaq nahiyəsindən yumruqla vuraraq, sonuncuya sol qulaq seyvanı nahiyəsinin sıyrığı ilə müşaiyət olunan sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra o, üzərində gəzdirdiyi dəstəyinin uzunluğu 97 mm, tiyəsinin uzunluğu 90 mm olan zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı soyuq silah hesab olunmayan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs dörd dəfə qarın-döş nahiyələrinə vuraraq ona sağ qoltuqaltı (yəni sağ bazu) nahiyəsində deşilmiş-kəsilmiş yara kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər, qarın nahiyəsinin ön divarından daxilə - qarın boşluğuna nüfiız edən kəsilmiş-deşilmiş yaraları, qara ciyərin sol payının, nazik bağırsağın çoxsaylı zədələnməsi, döş qəfəsi nahiyəsinin ön səthinin sağ yarısında, sağ döşyanı xətt üzrə sağ Vİİ-Vİİİ qabırğalar arası arteriyaların zədələnməsi, qarın daxili qanaxma, hemorragik şok, ümumilikdə və ayrıayrılıqda dərəcələrinə görə həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Emingilin kafesində günü 15 manata ofisiant işləmişdir. Lakin yaşadığı evin kirayə pulunu verə bilmədiyi üçün iş yerindən 50 manat borc almışdır. Növbəti gün rayonda tanışlarından vəfat edən olmuş, o da, icazə alaraq rayona getmişdir. Rayonda olarkən əlində stəkanla yıxılmış və əli kəsilmişdir. Həkim ona bir müddət işləməməli olduğunu bildirmişdir. O da, bu barədə zərərçəkmiş şəxsə və orada işləyən inzibatçıya zəng edərək məlumat vermiş, onlara olan borcunu qaytaracağını bildirmişdir. Həmin vaxtdan 2 gün keçdikdən sonra orada işləyən dostu Türkel zəng vuraraq Emingilin pullarını istədiklərini bildirmiş, o da, Türkelə onlarla zəng edib danışacağını demişdir. Daha sonra Eminin əmisi oğlu ona zəng edib pulu tələb etmiş, o da, pulu Emindən aldığını və ancaq onunla danışacağını söyləmişdir. Sonra Eminə zəng edərək pulu göndərmək üçün kartını ona atmasını istəmişdir. Emin ondan nə vaxt işə gələcəyini soruşduqda, o, daha onlarla işləmək istəmədiyini bildirmişdir. Bunu dedikdən sonra Emin onu təhqir etmiş və aralarında mübahisə yaranmışdır. Emin onu görüşə çağırmış, lakin o, razılaşmamışdır. Bu zaman telefonu yanında olan kimsə götürərək, ona qarşı söyüş söymüşdür. Daha sonra təkrar telefonu Emin götürmüş və ona daha ağır söyüş söymüşdür. Bundan sonra o, görüşməyə razılaşmışdır. Eminə onunla görüşə tək gəlməsini bildirmişdir. Lakin həmin vaxt aralarındakı danışıqdan onun tək gəlməyəcəyini hiss etmiş, buna görə görüşə gedərkən özünü qorumaq üçün bıçaq götürmüşdür. Görüş yerinə çatdıqda Eminin tək olmadığını, ətrafında daha 3 nəfərin olduğunu görmüşdür. Söhbət etmək üçün kənara çəkilərkən öz əmisi oğlu Fariz də oraya gəlmişdir. Orada Eminin əmisi oğlu Tural onun əmisi oğlunu söyərək çıxıb getməsini istəmiş, bu vaxt Emin onu buraxmış və əmisi oğlunu vurmuşdur. O da, baş verən hadisələrə görə həyəcanlanaraq cibində olan bıçaqla Emini vurmuş və bloka tərəf qaçmışdır. Orada olan bir nəfər əlində olan armaturla ona tərəf gələrkən onda bıçaq olduğunu görmüş və dayanmışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, hadisə onun yaşadığı evin yaxınlığında baş vermişdir. Əmisi oğlu Fariz həmin vaxt evdə olmuşdur. Həyətə çıxarkən səs-küy gəldiyini eşitmiş və hadisə yerinə gəlmişdir. Emin onu tutub orada olan qaranlıq yerə aparmış, o da, onun əlindən çıxmağa çalışmışdır. Lakin Emin ondan həm canlı olduğundan, həm də onlar 4 nəfər olduqlarından bu mümkün olmamışdır. Əmisi oğlu Farizə də sillə və təpik vurmuşlar. Eminə neçə bıçaq vurduğunu tutulduqdan sonra bilmişdir. O, Emini bıçaqla vurduqdan sonra həyəcanlı olduğu üçün qaçmışdır. Emini bıçaqladıqdan sonra onun yanında olan şəxslər üzərinə gəlmiş, lakin onda bıçaq olduğunu gördükdən sonra dayanmışlar. Hazırda zərərçəkmiş şəxslə barışmışdır və törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, atası ilə birlikdə kafe işlədir. Günlərin birində tanışı ondan bir nəfəri yanlarında işə götürmələrini xahiş etmiş, həmin vaxt işçiyə ehtiyacları olduğu üçün razılaşmışlar. Tural gəlib bir müddət onların yanında işləmişdir. Daha sonra bir gün Tural ondan borc pul istəmiş, onlar da insanlıq naminə ona borc vermişlər. Bundan sonra Tural yoxa çıxmışdır. Sonradan onun rayonda olduğunu, orada da əmisinin rəhmətə getdiyini öyrənmişdir. Onun özü yox, əmisi oğlu Fariz Tural ilə əlaqə saxlamışdır. Tural əmisi oğluna onun zəng etməli olduğunu bildirmiş, o, özü Turala zəng etdikdə, sonuncu Turalın xəstəxanada olduğunu, axşam gəlib danışacağını bildirmişdir. Axşam Turala zəng vuraraq, əgər gələcəksə onu gözləyəcəyini demişdir. Həmin vaxt mübahisə yaranmış, telefonda Tural ona “siz elə oğlansınız ki, mən ora gəlim söhbət edim?” deyə söyləmiş və söyüş söymüşdür. O da, Turala qarşılıq verərək söyüş söymüş və telefonu söndürmüşdür. Həmin vaxt Tural “Whatsapp” vasitəsilə səs atmış, ”siz belə oğlansınız ki, üzümə otboy verdiniz?” demişdir. O, Turalın nömrəsini bloka atmaq istəmiş, sonradan fikrini dəyişərək ondan yerini bildirməsini istəmişdir. Tural hazırda Göyçayda olduğunu, lakin şəhərə gələcəyini bildirmişdir. Bibisi oğlu onunla danışanda Turalın tək olmayacağını bildirmiş, ona da tək getməməsini məsləhət bilmişdir. Bu zaman onun niyyəti yalnız gedib söhbət etmək olmuşdur. Bibisi oğlu ondan olduğu yeri ona atamasını xahiş etmiş və ayrı maşınla onun arxasınca gələcəyini bildirmişdir. O, maşınını saxlayanda bibisi oğlunun gəldiyini və maşını harada saxladığını görməmişdir. Sonra Turalı görmüş, adamların yuxarıdan baxdıqlarını bildirərək kənarda söhbət etmələrini təklif etmişdir. Tural ona gözləməsini, bir azdan gələcəyini söyləmişdir. Bu zaman Turalın onun bibisioğlunu gördüyünü düşünmüş, Tural öz əmisi oğlunun yanına getmişdir. Sonuncu söyüş söymüş, o, Turalın əmisi oğlunu itələdikdə, sonuncu onu arxasından sinəsinə bıçaqla vurmuşdur. Daha sonra o, bədənindən qan fışqırdığını görmüş, özünü itirmişdir. Maşına tərəf gedəndə yıxılmış, dizini yerə qoyanda bibisioğlugil onu götürüb maşına aparmış, gözlərini reanimasiyada açmışdır. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs bildirdi ki, hadisə vaxtı onlar üç nəfər olmuş, bibisi oğlu ondan bir az aralıda dayanmışdır. Görüşə 50 manat pula görə yox, Turalın onun şərəf və ləyaqətini alçaltdığı üçün getmişdir. 12 gün komada qalmış, ümumilikdə 25 gün xəstəxanada olmuşdur. Təqsirləndirilən şəxsin əmisi oğluna təpik vurmamışdır. Həmçinin Turalın qohumuna xəsarət yetirməsi ilə bağlı heç bir araşdırma aparılmamışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxs onun qardaşı oğludur. Hadisə baş verən gün, o, Turalın kirayə qaldığı mənzilə gəlmiş, həmin vaxt Turalın həyətdə olduğunu görmüşdür. Ondan nə üçün həyətdə olduğunu soruşduqda, o, dostunun gələcəyini, onu qarşılayacağını bildirmişdir. Bundan sonra o, evə getmişdir. Digər qardaşı oğlu Fariz də evdə olmuşdur. Bir az keçdikdən sonra Fariz də evdən çıxmış, o, bundan narahat olmuş və pəncərədən baxdıqda Turalın 3 nəfərlə söhbət etdiyini görmüşdür. Tural pəncərəyə yaxınlaşdıqda, onlara dava etməmələrini söyləmişdir. O, həyətə çıxdıqda Turalın ona tərəf qaçdığını görmüşdür. Bu zaman bir oğlan əlində taxta parçası Turalın dalınca qaçmış, o, həmin oğlanı dayandırmışdır. Sonradan Turalın həmin oğlanlardan birini bıçaqladığını öyrənmiş, onu özü ilə polis bölməsinə aparmışdır. Sualları cavablandıran Şahid3 həmin vaxt təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin nə üçün mübahisə etdiklərini və hadisənin baş verməsinə nəyin səbəb olduğunu bilmədiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, bir gün Tural rayona onlara gələndə, sağ əlinin yaralı olduğunu söyləmişdir. Nə baş verdiyini soruşduqda, Tural iş yerində Eminlə mübahisəsi düşdüyünü söyləmişdir. Verilən sualları cavablandıran Şahid2 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Emin onu vurduqdan sonra dava düşdüyünü, ekspertizaya göndərildiyini, ekspertin onun xəsarət alması ilə bağlı rəy verdiyini, hadisə vaxtı səs-küy eşitdiyinə görə onlara yaxınlaşdığını və Eminlə birlikdə daha üç nəfərin Turalla söhbət etmələrini gördüyünü bildirdi. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Şahid5 həmin ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun əmisi oğlu olduğunu, Emin atasına məxsus «Ləzzət» adlı kafeni işlədir. Həmin ifadəyə görə, Şahid5 Təqsirləndirilən şəxs tanımamış, heç bir ədavət və düşmənçiliyi olmamışdır. 28 iyul 2024cü il tarixdə saat 23 radələrində idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs yaşadığı evdən götürmüşdür. Əmisi oğlu Nicata zəng edib, çay içməyə dəvət etmiş və gedib evindən Nicatı da götürmüşdür. Bu zaman Eminin bir nəfərlə arasında narazılıq yarandığını bilmiş, həmin şəxslə mübahisə etməsinə mane olmaq üçün onunla getməyi razılaşmışlar. Onlar birlikdə onun idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsinə gəlmiş, Emin də öz avtomobili ilə həmin yerə gəlmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs Eminin yanına gəlmiş və söhbət etməyə başlamışlar. Onlar avtomobildən düşüb kənarda dayanmışlar. Bu zaman Təqsirləndirilən şəxs əmisi pəncərədən baxaraq çağırmışdır. Təqsirləndirilən şəxs pəncərəyə yaxınlaşıb nəsə danışmış və geri Eminin yanına gəlmişdir. Emin onlara avtomobilə qayıtmalarını və özlərinin danışmasını, məsələyə qarşımamalanm demiş, onlar da avtomobilə əyləşmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs və Eminin yanına bir nəfər yaxınlaşmış və Eminlə danışmağa başlamışdır. Bu vaxt Şahid1 və Nicat avtomobildən düşmüş, o isə, avtomobildə qalıb telefona baxmışdır. Həmin vaxt Eminin “məni bıçaqladı” deyib qışqırdığını eşitmiş və avtomobildən düşmüşdür. Eminə baxan zaman qarın nahiyəsindən çoxlu qan axdığını, Təqsirləndirilən şəxs isə əlində bıçaqla qaçdığını görmüşdür. Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görüb, avtomobildə olan taxta parçasını götürərək Turalı onlardan kənarlaşdırmışdır. Onlar avtomobilə oturub oradan uzaqlaşmış və Emini “X8” xəstəxanasına gətirmişlər (cild 1, iş vərəqi 142-145). Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələri elan və tədqiq olunarkən, onların Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 54-57, 138-141). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsi yerində yoxlanılmış, bu zaman Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 12 saylı binanın arxasında X5 ilə mübahisə etdiyi və sonuncunu bıçaqla vurduğu yeri göstərib hadisənin necə baş verməsini ifadəsinə uyğun şəkildə əyani surətdə göstərmişdir (cild 1, iş vərəqi 62-64). İş materiallarına əlavə edilmiş 22 oktyabr 2024-cü il tarixli üzləşdirmə protokoluna əsasən, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, sonuncunun onu bıçaqla 3-4 dəfə onu vuraraq cinayət əməlini törətməkdə ifşa etmişdir (cild 1, iş vərəqi 200-203). Cinayət işinin materiallarına əlavə edilmiş 29 iyul 2024-cü il tarixli təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2024-cü il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bıçağı istintaqa təqdim etmişdir (cild 1, iş vərəqi 25-26). Cinayət işində olan 29 iyul 2024-cü il tarixli götürmə aparılması haqqında qərar və baxış, təqdim etmə və götürmə aparılması barədə protokoldan görünür ki, “X8”dan Zərərçəkmiş şəxs xəstəxanaya daxil olarkən əynində olmuş bir ədəd açıq-boz rəngli qısa köynək götürülmüşdür (cild 1, iş vərəqi 73-75). Məhkəmə-tibb ekspertizasının 03 avqust 2024-cü il tarixli 851 nömrəli rəyindən görünür ki, Şahid2 sol qulaq seyvanı nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Şahid2 aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir (cild 1, iş vərəqi 148-149). Məhkəmə-tibb ekspertizasının 04 oktyabr 2024-cü il tarixli 1048 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - qarın nahiyəsinin ön divarından daxilə - qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaraları; qara ciyərin sol payının, nazik bağırsağın çoxsaylı zədələnməsi; döş qəfəsi nahiyəsinin ön səthinin sağ yarısında, sağ döşyanı xətt üzrə sağ Vİİ-Vİİİ qabırğalar arası arteriyaların zədələnməsi; qarın daxili qanaxma; hemorragik şok və sağ qoltuqaltı (yəni, sağ bazu) nahiyəsində deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosurətindən qeyd olunan xx.xx.2024cü il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən deşici-kəsici əşya (əşyalarla), ola bilsin ki, bıçaq (bıçaqlarla) yetirillə bilərdilər, qeyd olunan xəsarətlərdən qarın nahiyəsinin ön divarından daxilə - qarın boşluğuna nüfiız edən kəsilmiş-deşilmiş yaraları; qara ciyərin sol payının, nazik bağırsağın çoxsaylı zədələnməsi; döş qəfəsi nahiyəsinin ön səthinin sağ yarısında, sağ döşyanı xətt üzrə sağ Vİİ-Vİİİ qabırğalar arası arteriyaların zədələnməsi; qarına daxili qanaxma; hemorragik şok ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sağ qoltuqaltı (yəni, sağ bazu) nahiyəsində deşilmiş-kəsilmiş yara isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvumaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlər şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir (cild 1, iş vərəqi 186-189). Məhkəmə-tibbi ekspertizasının 09 oktyabr 2024-cü il tarixli 33/820 nömrəli rəyindən görünür ki, Şahid1 sol qoltuqaltı nahiyənin bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ göz qapağının qançırı və sağ saidin sıyrığı müəyyən edillmişdir. Xəsarətlərdən sol qoltuqaltı nahiyənin bir ədəd deşilmiş-kəsilmiş yarası iti uca və kənara malik əşya (ola bilsin bıçaq), sağ göz qapağının qançırı və sağ saidin sıyrığı isə bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sol qoltuqaltı nahiyənin bir ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmçinin Şahid1 müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özüözünə yetirməsi inkar olunur (cild 1, iş vərəqi 190-192). Məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 22 avqust 2024-cü il tarixli 371-2024/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd, ön səthinin sol yarısının aşağı hissəsində 04 (dörd) ədəd və ön səthinin sol yarısının orta hissəsində 06 (altı) ədəd, cəmi 11 (on bir) ədəd) deşilmişkəsilmiş zədələr aşkar edildi. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Qeyd olunan zədələrin müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranmaları istisna olunmur. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynək üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçaqların tiyəsinin təsirindən əmələ gəlmələri istisna olunmur. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşicikəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqi 169-177). Maddi sübutların məhkəmə-tibbi bioloji ekspertizasının 30 avqust 2024-cü il tarixli 512/2024-MTBŞ nömrəli rəyində aşağıdakılar göstərilmişdir:
1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A(İİ) şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqəsinin kserosurətinə əsasən. 2.Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus qısaqol kofta və bir ədəd mətbəx bıçağı üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda, A antigeni və həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 178-182). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2411 saylı rəyindən görünür ki: I. Motivləşdirici hissə. Cinayət işi materiallaımdan və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. II. Yekun hissə. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 183-185). İstintaq zamanı ifadənin yerində yoxlanması hərəkəti keçirilərkən videomüşahidə kameralarında xx.xx.2024-cü il tarixdə qeydə alınmış görüntülər sübut əhəmiyyəti kəsb etdiyindən 1 ədəd DVD diskə köçürülərək götürülmüşdür. Həmin görüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:43:31-da Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 12 saylı binanın arxasına 1 ədəd “Toyota” markalı avtomobil gəlib dayanır və onun yaxınlığında “Mercedes Benz” markalı avtomobil saxlayır. “Toyota” markalı avtomobildən bir nəfər açıq boz rəngli köynək geyinmiş şəxs düşür və kimisə gözləməyə başlayır. Saat 23:45-də bir nəfər əli sarıqlı, cins şalvar və açıq qəhvəyi rəngli gödəkcə geyinmiş şəxs oraya yaxınlaşır. Həmin şəxslər avtomobilin yanından uzaqlaşaraq danışa-danışa gedirlər, bu zaman “Mercedes Benz” markalı avtomobildən 3 nəfər şəxs düşüb kənarda dayanırlar. Həmin 2 nəfər şəxs yenidən avtomobilin yanına qayıdır, əynində cins şalvar və açıq qəhvəyi rəngli gödəkcə olan şəxs binanın birinci mərtəbəsinə yaxınlaşıb oradan baxan şəxslə danışaraq geri qayıdır. Onlar avtomobilin yanından uzaqlaşıb dayanırlar. Bu vaxt onların yanına əynində qara rəngli köynək və boz rəngli şalvar geyinmiş şəxs yaxınlaşır. Həmin vaxt “Mercedes Benz” markalı avtomobildən bir nəfər düşərək ona nəsə deyir. Bu zaman açıq boz rəngli köynək geyinmiş şəxs həmin şəxsə yaxınlaşır və dava-dalaş yaranması müşahidə olunur. Bu zaman əli sarıqlı, cins şalvar və açıq qəhvəyi rəngli gödəkcə geyinmiş şəxsin əlində bıçaqla qaçması görünür. Hadisə yerinə qısaqol, açıq mavi rəngli köynək geyinmiş şəxs gəlir və orada olan şəxslər avtomobilə əyləşərək oradan gedirlər. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə əli sarıqlı, əynində cins şalvar və açıq qəhvəyi rəngli köynək olan şəxsin özü olduğunu, əynində boz rəngli qısaqol köynək olan şəxsin isə Zərərçəkmiş şəxs olduğunu, digər şəxslərin isə əmisi oğlu Fariz Məmmədli və Eminin qohumları olduğunu, Eminin qohumu Farizi nalayiq söyüşlə söydükdən sonra Eminin yumruqla Farizi vurduğunu, bundan sonra isə Emini bıçaqla vurduğunu bildirmişdir. Bununla yanaşı, hadisənin görünütüsü olan diski açdıqda yuxarı sağ tərəfdə 2024-07-29 23:43:31 rəqəmləri yazılmışdır, lakin iş materialları və toplanmış sübutlarla hadisənin xx.xx.2024-cü il tarixdə saat 23 radələrində baş verməsi öz təsdiqini tapmışdır (cild 1, iş vərəqi 65-66). İbtidai istintaq orqanının 22 oktyabr 2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi cinayətin törədilməsində istifadə edilən bir ədəd deşicikəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağı, eyni zamanda Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş ona məxsus 1 ədəd açıq-boz rəngli qısaqol köynək maddi sübut kimi tanınaraq, saxlanması üçün Bakı şəhəri, Xətai rayon Polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, hadisənin videogörüntüləri olan 1 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 204). Cinayət işinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli 01-1146 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 118-120). Cinayət işində olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı iddia tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır (cild 1, iş vərəqi 147, 282). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Baş idarənin əməliyyat- sorğu kartotekasında məlumat yoxdur (cild 1, iş vərəqi 127). Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmiş, verilmiş ittihamla özünü tam təqsirli bilmiş və əməlindən peşman olduğunu qeyd edərək öz müdafiəsi üçün dəlillər gətirməmişdir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, həmçinin subay olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması və cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və sonuncunun ona qarşı iddia tələbi və şikayətinin olmamasını, həmçinin iş üzrə digər halları nəzərə nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Xətai rayon Polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs təqdim etdiyi cinayətin törədilməsində istifadə edilən bir ədəd deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağı və Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd açıq-boz rəngli qısaqol köynək məhv edilməli; - cinayət hadisəsinin videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Xətai rayon Polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs təqdim etdiyi cinayətin törədilməsində istifadə edilən bir ədəd deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağı və Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd açıq-boz rəngli qısaqol köynək məhv edilsin; - cinayət hadisəsi videogörüntülərinin əks olunduğu 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov