Məhkəmə qərarları › İş №1(101)-756/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-756/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-756/2023 11.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X8 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Tərcüməçi: X3 iştirakları ilə, xx xxxxxxx 1981-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada xadimə işləyən, Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsi, ev 9, mənzil 23-də qeydiyyatda olmaqla, Bakı şəhəri Səbail rayonu, Aydın Məmmədov küçəsi ev 55, mənzil 12-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin avqust ayının əvvəllərindən etibarən 11 avqust 2022-ci il tarixədək olan müddətdə müxtəlif vaxtlarda vahid niyyətlə əhatə olunmuş qəsdlə xadimə kimi işlədiyi Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanından mənzilin müxtəlif yerlərindən 5000 manat dəyərində olan brilyant qaşlarla bəzədilmiş 1 qızıl üzük və sırğa dəstini, 3000 manat dəyərində olan, firuzə qaşlarla bəzədilmiş 1 qızıl üzük və sırğa dəstini, 2000 manat dəyərində olan, üzərində 2 karat brilyant qaşlarla bəzədilmiş, paxlava şəkilli 1 ədəd qızıl üzüyü, 3000 manat dəyərində, ortasında amitis qaş, ətrafı brilyant qaşlarla bəzədilmiş 1 qızıl üzük və sırğa dəstini, 3000 manat dəyərində olan, 2 karat brilyant qaşlarla bəzədilmiş 1 ədəd qızıl üzüyü, 4000 manat dəyərində, 3 karat brilyantla bəzədilmiş 1 qızıl sırğa və üzük dəstini, ümumi dəyəri 5000 manat olan, brilyant qaşlarla bəzədilmiş 4 ədəd üzüyü, ümumi dəyəri 4000 manat olan 3 ədəd müxtəlif ölçülərdə qızıl qolbağılarını, ümumi dəyəri 3000 manat olan, müxtəlif çeşidlərdə 6 ədəd qızıl boyunbağılarını, ümumi dəyəri 3000 manat olan, 3 ədəd qızıl saatı, 7000 manat dəyərində olan, ağ qaşlarla bəzədilmiş, üzük, sırğa, bilərzik və boyunbağıdan ibarət 1 ağ qızıl platin dəstini, 850 manat dəyərində «Sony» markalı «DSX-RX100M4» modelli 1 ədəd fotoaparatı, ümumi dəyəri 8 manat təşkil edən 8 ədəd balaca ölçülü qutunu, ümumi dəyəri 6 manat təşkil edən 3 ədəd böyük ölçülü qutunu, dəyəri 200 manat olan 1 ədəd «İpad» markalı «A1430» modelli planşeti, 10 manat dəyərində 1 ədəd qara rəngli zəncirbəndlə açılıb-bağlanan çantanı, 50 manat dəyərində 1 ədəd ilan formasına bənzər gümüşü rəngli kəməri, 800 manat dəyərində 1 ədəd içi rezin materialdan səthi metal elementdən ibarət əntik kəməri, 220 manat dəyərində üzərində üç ədəd kubşəkilli element olan, qulaqcığında «Oriflame» yazısı olan gümüşü rəngli 1 ədəd boyunbağını, 170 manat dəyərində üzərində bir ədəd kubşəkilli element olan, qulaqcığında «Oriflame» yazısı olan gümüşü rəngli 1 ədəd boyunbağını, 150 manat dəyərində içərisində qurudulmuş gül elementi olan, qəhvəyi rəngli ipdən və romb formalı kulondan ibarət 1 ədəd boyunbağını, 140 manat dəyərində kulonunun üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd boyunbağını, 210 manat dəyərində üzərində bənövşəyi rəngli minalanmış hissələr və bənövşəyi rəngli qaşlar olan gümüşü rəngli 1 ədəd boyunbağını, 140 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan kəpənək formalı elementlərdən ibarət gümüşü rəngli 1 ədəd boyunbağını, 180 manat dəyərində lampayabənzər kulonu olan gümüşü rəngli 1 ədəd boyunbağını, 220 manat dəyərində kulonu şəffaf qaş şəklində olan gümüşü rəngli 1 ədəd boyunbağını, 450 manat dəyərində üzərində kişi baralyefi, asılqan hissəsində «925» damğası, boyunbağının qulaqcığında «İTALY» və «925» damğaları olan dairə formalı kulonu olan gümüşü rəngli 1 ədəd boyunbağını, ümumi dəyəri 90 manat olan boyunbağı hissəsinə bənzər sarı rəngli 3 ədəd zəncirvari elementi, ümumi dəyəri 70 manat olan boyunbağı hissəsinə bənzər qırmızımtıl-sarı rəngli 3 ədəd zəncirvari elementi, 90 manat dəyərində sarı rəngli 1 ədəd boyunbağını, 50 manat dəyərində gümüşü rəngli 1 ədəd boyunbağını, ümumi dəyəri 60 manat olan boyunbağı hissəsinə bənzər sarı rəngli halqaya keçirilmiş qara rəngli 5 ədəd zəncirvari elementi, 20 manat dəyərində boyunbağı hissəsinə bənzər qara rəngli 1 ədəd zəncirvari elementi, ümumi dəyəri 50 manat olan gümüşü rəngli 3 ədəd boyunbağı hissəsini, ümumi dəyəri 20 manat olan gümüşü rəngli 2 ədəd boyunbağı hissəsini, 20 manat dəyərində boyunbağı hissəsinə bənzər 1 ədəd zəncirvari elementi, 250 manat dəyərində halqasının iç tərəfində «925» damğası vurulmuş üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd üzüyü, 180 manat dəyərində üzərində beş ədəd rəngsiz, şəffaf daş olan gümüşü rəngli 1 ədəd üzüyü, 130 manat dəyərində üzərində yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd üzüyü, 170 manat dəyərində üzərində bir ədəd açıq çəhrayı rəngli, oval formalı daş olan sarı rəngli 1 ədəd üzüyü, 160 manat dəyərində üzərində açıq mavi rəngli qaşlar olan qara rəngli 1 ədəd üzüyü, 120 manat dəyərində üzərində qaşlar olan sarı rəngli 1 ədəd üzüyü, 500 manat dəyərində halqasının iç tərəfində «S925» damğası vurulmuş, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd qoşahalqalı üzüyü, 200 manat dəyərində «H» hərfi formalı, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd kulonu, 150 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar və bir ədəd ağ rəngli, kürə formalı muncuq olan sarı rəngli 1 ədəd kulonu, 250 manat dəyərində qaşın iç tərəfində əqrəb elementi olan, narıncı rəngli qaşdan və metal hissələrdən ibarət 1 ədəd kulonu, 30 manat dəyərində səthində açıq çəhrayi rəngli qaş olan gümüşü rəngli 1 ədəd kulona bənzər elementi, 130 manat dəyərində üzərində ərəb və ya fars mənşəli yazılar və gözmuncuğu elementi olan, dairə formalı, gümüşü rəngli 1 ədəd kulonu, 170 manat dəyərində 925 əyarlı gümüşdən olan gül formalı, gümüşü rəngli 1 ədəd kulonu, 200 manat dəyərində 925 əyarlı gümüşdə olan, üzərində qaşlar olan sonsuzluq formalı, 1 ədəd kulonabənzər elementi, 20 manat dəyərində sarı rəngli 1 ədəd zəncirvari məmulat hissəsini, ümumi dəyəri 30 manat olan, ikisinin iç tərəfində ağ rəngli muncuq olan, gümüşü rəngli 3 ədəd kulonabənzər elementi, 100 manat dəyərində üzərində əqrəb formalı elementlər olan 1 ədəd üzükdən və əlavə hissələrdən ibarət qolbağılı-üzüyün hissələrini, ümumi dəyəri 60 manat olan açıq çəhrayı, açıq qəhvəyi və açıq mavi rəngli, dairəvi cilalı 3 ədəd sərbəst qaşı, 250 manat dəyərində «H» hərfi formalı, üzərində rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli 1 cüt sırğanı, 200 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar və ağ rəngli, kürə formalı muncuq olan sarı rəngli 1 cüt sırğanı, 150 manat dəyərində üzərində bənövşəyi rəngli minalanmış hissələr və bənövşəyi rəngli qaşlar olan gümüşü rəngli 1 cüt sırğanı, 350 manat dəyərində kilidin iç tərəfində «925» damğası vurulmuş, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 cüt sırğanı, 300 manat dəyərində üzərində qaşlar olan, musiqi notası şəklində 1 cüt sırğanı, 150 manat dəyərində üzərində qaşlar olan 1 ədəd yaxa sancağını, 20 manat dəyərində açar formalı, gümüşü rəngli 1 ədəd kulonabənzər elementi, 90 manat dəyərində kilidin iç tərəfində «925» damğası vurulmuş, üzərində rəngsiz şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd sırğa tayını, 30 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd sırğa tayını, 40 manat dəyərində üzərində bir ədəd qəhvəyi rəngli, dördkünc cilalı və 3 ədəd dairəvi cilalı rəngsiz şəffaf qaş olan gümüşü rəngli 1 ədəd sırğa tayını, 40 manat dəyərində gümüşü rəngli 1 ədəd sırğa tayını, 40 manat dəyərində üzərində bir ədəd rəngsiz, şəffaf qaş olan 1 ədəd sırğa tayını, ümumi dəyəri 180 manat olan halqa formalı, gümüşü rəngli 2 ədəd qolbağını, 130 manat dəyərində gümüşü rəngli 1 ədəd qolbağını, 220 manat dəyərində üzərində yaşıl və mavi rəngli qaşlar olan qara rəngli 1 ədəd qolbağını, 300 manat dəyərində iç tərəfində «@zmu6750» yazısı olan, üzərində müxtəlif rəngli parıltılı hissələr olan sarı rəngli 1 ədəd qolbağını, 320 manat dəyərində üzərində qaşlar olan gümüşü rəngli 1 ədəd qolbağını, 90 manat dəyərində halqa formalı, sarı rəngli 1 ədəd qolbağını, 150 manat dəyərində iç tərəfində «3STAR» yazısı olan, halqa formalı 1 ədəd qolbağını, 100 manat dəyərində halqa formalı 1 ədəd qolbağını, 150 manat dəyərində iç tərəfində «18KGP» yazı olan, halqa formalı, qırmızımtıl-sarı 1 ədəd qolbağını, 350 manat dəyərində iç tərəfində «925» damğası olan, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd qolbağını, 200 manat dəyərində sferblatının iç tərəfində «GUCCİ» yazısı olan sarı rəngli 1 ədəd qol saatını, 240 manat dəyərində kulon əlavələrin üzərində açıq çəhrayı rəngli qaşlar olan, üzərində 12 ədəd kulon əlavələr birləşdirilmiş gümüşü rəngli 1 ədəd qolbağını, 200 manat dəyərində 925 əyarlı gümüşdən olan, üzərində bir ədəd qaş olan gümüşü rəngli 1 ədəd kulonu, 400 manat dəyərində kilidində «750» damğası olan, kilidi qızıldan olan sarı rəngli 1 ədəd qolbağını gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 53 814 (əlli üç min səkkiz yüz on dörd) manat məbləğində olmaqla külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı evdə uzun müddət xadimə kimi işləmiş, təxminən bir ilə yaxın oradan uzaqlaşmışdır. Ölkədə yayılmış «koronavirus» xəstəliyi ilə əlaqədar olaraq karantin elan olunmuş, iki ilə yaxın müddətdə Bakı şəhərində yerləşən otellərin birində xadimə işləmişdir. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs sürücüsü ona zəng edərək, Zərərçəkmiş şəxs evində işləyən xadimələrin işdən çıxdıqlarını və onun yenidən qayıdıb onlarla işləməyini istədiklərini demişdir. O, həmin zaman işsiz olduğu üçün bu təklifi qəbul etmiş və Zərərçəkmiş şəxs mənzilində yenidən işləməyə başlamışdır. Sonra isə Zərərçəkmiş şəxs onu haqsız yerə günahlandırmış, çünki o, evdə qızıl görməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs evində üç ilə yaxın işləmiş, evdə təmizlik edərkən, evdə olan bijuteriyalardan birini istifadə edib geri qaytarmaq məqsədi ilə götürmüş, evdən götürdüyü əşyalar qolbaq, sırğa və boyunbağı olmuşdur. Götürdüyü əşyaların ümumi olaraq saylarını xatırlamır, götürdüyü bijuteriyalar lazımsız, ortalıqda olan, istifadə edilməyən bijuteriyalar olmuşdur. O, həmin əşyaları arada bir neçə gün müddət olmaqla götürmüş, əvvəlcə üzüyü, bir gündən sonra isə boyunbağını götürmüşdür. Evin xanımı həmin bijuteriyaları istifadə etməmiş, o da həmin bijuteriyalardan istifadə etdikdən sonra geri qaytarmaq niyyəti ilə götürmüşdür. Zərərçəkmiş şəxs evdən qiymətli zinyət əşyalarının itdiyini bildirib, onu həmin əşyaları götürməkdə ittiham etdiyi üçün işdən çıxmış, işdən çıxdıqdan təxminən bir həftə sonra polis işçiləri ona telefon vasitəsilə zəng etmişlər. O, götürdüyü bijuteriyalar barədə Zərərçəkmiş şəxs heç nə deməmiş, polisdə olduğu zaman polisə etiraf etmişdir. Götürdüyü bijuteriyaları istifadə etdikdən sonra geri qaytarmaq məqsədi olmuş, o, zərərçəkmiş şəxsin mənzilindən telefon götürməmiş, planşet və fotoaparatı götürmüş, istifadə etdikdən sonra geri qaytarmaq istəmişdir. O, Zərərçəkmiş şəxs evində qızıl əşyaları görməmiş, evdən götürdüyü əşyaların hamısını geri qaytarmışdır. Zərərçəkmiş şəxs ona evdən qızıl əşyalarının itdiyini dediyi üçün ona heç nə deməmiş, çünki o, qızıl götürməmiş, yalnız bijuteriya götürmüşdür. Götürdüyü bijuteriyaları, planşeti və fotoaparatı gətirib yerinə qoymaq istəmiş, ona görə də Zərərçəkmiş şəxs götürdükləri barədə heç nə deməmişdir. Götürdüyü aksessuarlardan istifadə etməmişdir. Polislər ona zəng etmişlər, götürdüyü hər şeyi onlara təhvil vermişdir. O, götürdüyü fotoaparatla heç bir fotoşəkil çəkməmişdir. Evdə qızı ilə birlikdə yaşamış, qızının götürdüyü əşyalardan xəbəri olmamışdır. Polisə gəldikdən sonra qızı bilmişdir ki, belə bir hadisə olmuşdur. İşlədiyi vaxt ərzində ev sahibinin ondan heç bir narazılığı olmamış, ödənişini vaxtında ödəmişlər. İttiham aktında qeyd olunmuş zinyət, brilyant və qızıl əşyalarını işlədiyi müddət ərzində həmin evdə görməmiş və götürməmişdir. Evdən qızıl əşyalarını kimin götürdüyünü bilmir, lakin onu bilir ki, evdə ondan başqa adamlar da işləmişlər. Evdə kamera sisteminin olub-olmamasını bilmir. Kamera sisteminin quraşdırıldığından məlumatı olmamışdır. Bijuteriyaları götürdüyü zaman onların qızıl olmadığının fərqində olmuş, həmin əşyaları evdən hansı formada götürmüşsə, evdə də o formada saxlamış, onların heç birindən istifadə etməmişdir. Onları götürdüyü zaman bijuteriyalar qutunun içərisində olmuş, zərərçəkmiş şəxsin bildirdiyi boş qutular həmin bijuteriyaların qutusu olmuşdur. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünü verilmiş ittiham üzrə təqsirli bilməməsinə baxmayaraq, xadimə olaraq işlədiyi evdən əşyalar götürmüş olmasına dair işin faktiki hallarına uyğun olmaqla, mahiyyəti üzrə qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, sənədlər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs uzun müddət onun evində xadimə kimi işləmiş, bir müddət sonra işdən ayrılmışdır. Təqsirləndirilən şəxs aylarla onun həyat yoldaşına sms göndərib işsiz qaldığını, vəziyyətinin ağır olduğunu və işə geri qayıtmaq istədiyini bildirmişdir. Həyat yoldaşı da çox götür-qoy etdikdən sonra Təqsirləndirilən şəxs yenidən işə geri qaytarmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs işə qəbul edən zaman onun sonuncu ilə uzun danışığı olmuş, çünki Təqsirləndirilən şəxs onların mənzilində işləyən vaxt evdən ərzaq malları itmişdir. O, Təqsirləndirilən şəxs evində ondan başqa heç kimin olmadığını, nə itsə onun üçün problem olacağını, bir az diqqətli olmasını, özlərinin də əllərindən gələn qədər ona köməklik edəcəklərini demişdir. Oğlu 2022-ci ilin aprel ayında ailəsi ilə birlikdə Amerikaya köçmüşdür. O, özü “Space TV”də 15 il direktor kimi çalışmış, həyat yoldaşının səhhətində ciddi problemlər olduğundan, onun işi çox ağır olduğu üçün həyat yoldaşına daha cox vaxt ayırmaq üçün yoldaşının səhhəti ilə əlaqədar işindən ayrılmalı olmuşdur. 2022-ci ilin aprel ayının 3-də oğlu Amerikaya köçərkən həyat yoldaşı Rəşidə Behbudova bütün bir nəslin illərlə qoruyub- saxladığı zinyət əşyaları olan çantanı açıb gəlininə üzük hədiyyə etmiş, həmin vaxt zinyət əşyaları hamısı yerində olmuşdur. Onların mənzilinin sahəsi böyükdür, həyat yoldaşı isə çox vaxt yataqda olmuşdur. Təqsirləndirilən şəxs bir neçə dəfə sellofanlara nəsə yığıb aparanda o, nə olduğunu soruşmuş, İrina da zibil olduğunu demişdir. İrina arada iti götürüb gəzdirmək adı ilə çıxmış və 1-2 saat sonra geri qayıtmışdır. O, hiss etmişdir ki, Təqsirləndirilən şəxs evdən nəsə daşıyıb aparır. Avqust ayında evdə ustalar işləmiş, buna görə də həyat yoldaşı Rəşidə Behbudova oğlunun yataq otağına keçmişdir. Oğlunun otağına keçəndə onu çağırmış, o, otağa gələn zaman balışın içinə qutu qoyulduğunu görmüşdür. Qutunu açanda içində qızıl kolye və təsbeh olduğunu görmüşdür. Bundan sonra onlar başa düşmüşdür ki, təqsirləndirilən şəxs həmin qızılları qeyd olunan otağa qoyub, oradan da aparmışdır. Çünki onlar həmin otağa heç vaxt girməmiş, yalnız təqsirləndirilən şəxs otağa girib oranı təmizləmişdir. Daha sonra onlar çantanı açıb baxanda çantada heç nə qalmadığını, qızılların hamısının oğurlandığını görmüşlər. Bu müddət ərzidə Təqsirləndirilən şəxs 1 həftə xəstə olduğunu bildirərək işə gəlməmişdir. Onlar evə kamera quraşdırmaq qərarına gəlmiş, kameralar quraşdırıldıqdan 1 həftə sonra Təqsirləndirilən şəxs işə qayıtmışdır. O, kameraları izləmiş, düşünmüşdür ki, Təqsirləndirilən şəxs otağa daxil olub qızılları götürəndə əlində bununla bağlı sübut olar. 1-2 gün Təqsirləndirilən şəxs həmin otağa girməmiş, evdə kamera olduğunu görmüşdür. O, Vatolinanı çağırıb evdən bəzi əşyaların oğurlandığını demiş və ona izah etmişdir ki, bununla bağlı polisə müraciət edəcək. O, bildirmişdir ki, evə ondan başqa heç kim gedib-gəlmir, nə aparıbsa, onları geri qaytarsın, bu məsələ də bağlansın. Təqsirləndirilən şəxs təkidlə evdən heç nə götürmədiyini və heç kimin heç nə sübut edə bilməyəcəyini demişdir. O, Təqsirləndirilən şəxs 3 gün vaxt vermiş, polisə müraciət etmək istəməmiş, lakin 3 gün keçəndən sonra apardığı əşyaları geri qaytarması üçün Təqsirləndirilən şəxs zəng etdikdə, sonuncu ona heç nə götürmədiyini, heç kimin də bunu sübut edə bilməyəcəyini bildirmiş və telefonu bağlamışdır. O, bir neçə gün Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilməmiş və məcbur olub sahə müvəkkilinə müraciət etmişdir. Sahə müvəkkili 2 gün sonra ona zəng edərək Vatolina ilə danışdığını, səhəri gün saat 4-də gələcəyini bildirmiş, onunla bir yerdə görüşməyi təklif etmişdir. O, sahə müvəkklinin yanına getmiş, axşama kimi gözləmiş, lakin Təqsirləndirilən şəxs gəlməmiş, telefonunu da söndürmüşdür. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs ilə əlaqə kəsilmiş, 10 gün sahə müvəkkili Təqsirləndirilən şəxs tapmağa çalışmış, lakin tapa bilməmişdir. O, 9-cu polis bölməsinə ərizə ilə müraciət etdikdən 3 gün sonra ona zəng edərək Təqsirləndirilən şəxs tutduqlarını və polis bölməsinə gətirdiklərini bildirmişlər. O, bölmədə Təqsirləndirilən şəxs ilə görüşmüş, onun bəzi əşyaları qaytardığını görmüşdür. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, şikayət ərizəsində oğurlanmış əşyaların tam siyahısını göstərməmiş, yalnız qızılzinyət əşyalarını qeyd etmişdir. Eyni zamanda onun evindən bahalı çantalar, saatlar, eynəklər, paltarlar da oğurlanmışdır. Həmin əşyalara o qədər də əhəmiyyət vermədiyinə görə şikayət ərizəsində qeyd etməmişdir. Onun həyat yoldaşı X1r. Qızılların çekləri yoxdur, 50 il əvvəl Rəşid Behbudovun öz həyat yoldaşına aldığı zinyət əşyalarının çekləri ola da bilməz. Təqsirləndirilən şəxs əvvəlcə evdən ümumiyyətlə heç nə götürmədiyini bildirmiş, o, qızılları götürməsi ilə bağlı Təqsirləndirilən şəxs bildirdikdə, Təqsirləndirilən şəxs ona heç kimin onun əlində qızıl görmədiyini, heç kimin bunu ona sübut edə bilməyəcəyini demişdir. Təqsirləndirilən şəxs bir müddət polisin çağırışına məhəl qoymaraq işlətdiyi mobil telefonu söndürərək qaçıb gizlənmiş, müxtəlif ünvanlarda yaşadığı üçün harada yaşadığını müəyyən etmək mümkün olmamışdır. Polisə şikayət edərkən, yalnız qiymətli əşyaların itməsi ilə bağlı şikayət etmiş, evdən oğurlanan əşyalar çox olmuş, lakin onların maddi dəyəri çox olmadığına görə şikayət ərizəsində həmin əşyaları qeyd etməmişdir. Onlar evdə balışın içəri hissəsində qızıl zinyət əşyası tapdıqları üçün onlarda şübhə yaranmış və bundan sonra evdə kamera sistemi quraşdırmışlar. İşdə olduğu müddət ərzində kameralara nəzarət etmiş və Təqsirləndirilən şəxs kamera sisteminin idarə olunması üçün nəzərdə tutulmuş pultu axtardığını görmüşdür. O, Təqsirləndirilən şəxs kamera sisteminin quraşdırılması barədə məlumat verməmiş, lakin kameralar gizlin deyil, aşkar görünə bilən kamera sistemi olmuşdur. Kameralara nəzarət yataq otağında olan televizordan olmuşdur. 2022-ci ilin aprel ayının 3-də həyat yoldaşı çantanı açıb gəlininə üzük hədiyyə etmiş, aprelin 4-də isə oğlu ailəsi ilə birlikdə Amerikaya getmiş, həmin vaxta qədər bütün qızılzinyət əşyaları yerində olmuş, avqust ayında həyat yoldaşı evin təmiri ilə əlaqədar oğlunun yataq otağına keçəndə orada balışın içində qutular və qutunun içində qızıllar gördükdə onlar şübhələnmiş, o vaxta kimi onlar həmin çantanı açmamışlar. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsin geri qaytardığı bijuteriya və gümüşlər onlara təhvil verilmişdir. Bu hadisədən sonra o, təqsirləndirilən şəxsi yalnız istintaq zamanı görmüşdür. Onlar yalnız həyat yoldaşının ata və anasının ona bağışladığı, xatirəsi olan zinyət əşlayalarının qaytarılmasını istəmişlər. Oğlunun otağında balışın içində qutular olmuşdur. Təqsirləndirilən şəxs həmin otağa heç kimin girmədiyini bildiyi üçün qızılları əvvəlcə orada gizlədib, daha sonra aparmışdır. Oğlu artıq 4-5 ay idi ki Amerikaya köçmüş, həmin otaqda yaşamamışdır. Evdə həyat yoldaşı ilə ikisi yaşayır. Qızılların saxlanılması üçün hər hansı saxlanc yeri olmamış, çünki ailədə heç kim başqasının əşyasını götürməmişdir. Evə kənardan gediş-gəliş olmamış, qızıllar yataq otağında şkafda çantanın içində olmuş və aprel ayında yerində olmuş, lakin avqust ayında yerində olmadığını müəyyən etmişlər. Nəzəri cəhətdən oğlu və gəlini qızılların saxlanıldığı yerə daxil ola bilərdilər, lakin elə bir hal heç vaxt olmamışdır. Onun xəbəri olmadan Rəşidə xanım oğluna və gəlininə qızılzinyət əşyaları verməmişdir. Oğlu ilə gəlinini o, Rəşidə xanım və bir qohumları yola salmışdır. Oğlu və gəlini Hava Limanında heç bir bəyannamə yazmamışlar. Kameralar quraşdırılandan sonra Təqsirləndirilən şəxs evə gəlmiş və evdə kameraların olduğunu görmüşdür. Təqsirləndirilən şəxs 2-3 il əvvəl evdə başqa xadimələr işləmiş, onların adı Səadət və Lalə olmuşdur. Onlar Təqsirləndirilən şəxs 2-ci dəfə qayıdışına qədər işləmişdilər. Təqsirləndirilən şəxs sonra evdə heç kim işləməmiş, sürücü sadəcə lazımi əşyaları alıb evə qoymuş, onun başqa otaqlara girməyə icazəsi olmamışdır. Evin açarı Təqsirləndirilən şəxs olmuş, Rəşidə xanımın səhhəti ilə əlaqədar son 2 ildə onların evinə heç kim gəlməmişdir. O, 2021-ci ilin iyun ayında işdən ayrılmış və heç yerdə işləməmiş, təqaüd almır, hansısa biznesi yoxdur. Rəşidə xanım xüsusi subsidiya alır, onun hesabına da yaşayırlar, başqa gəlirləri yoxdur. Vatolinanın evindən xeyli sayda boş zinyət əşyalarının qutusu tapılmışdı, onlara məxsus zinyət əşyalarının qutuları olmuşdur. Polisə müraciət edərkən ərizədə qızıl-zinyət əşyalarının hamısını qeyd edib-etmədiyini xatırlamır. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, ona dəymiş zərər ödənilməmiş, oğlurlanmış qızıl-zinyət əşyaları geri qaytarılmamışdır. Əgər mənəvi dəyəri olan zinyət əşyalarını qaytarsa, təqsirləndirilən şəxsi bağışlayar. Onun üçün dəymiş zərərin maddi tərəfi önəmli deyil, həmin əşyaların xatirəsi olduğuna görə onların qaytarılmasını tələb edir. Məhkəmədə könüllü olaraq şahid qismində ifadə vermiş təqsirləndirilən şəxsin qızı Şahid1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs qızıdır, hadisənin şahidi olmamış, bu yaşına qədər evlərində qızıl-zinyət əşyası görməmiş və evlərində heç bir zaman qızılzinyət əşyası olmamışdır. Polis əməkdaşları anası ilə əlaqə saxladıqdan sonra bilmişdir ki, belə bir hadisə baş vermişdir. Şahid məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis işçiləri telefonla anasına zəng edərək onu polis idarəsinə çağırmışlar, o, anasından nə baş verdiyini soruşduqda, sonuncu ona əvvəllər işlədiyi yerdə baş vermiş oğurluqla əlaqədar olaraq ondan şikayət etdiklərini bildirmişdir. O, anasının oğurluq etdiyinə inanmamış, ona görə də anasına birlikdə polis idarəsinə gedib məsələni aydınlaşdırmalı olduqlarını demişdir. Anası əvvəlcədən ona heç nə deməmiş, polis idarəsində olduqları zaman isə anası bildirmişdir ki, evdən aksessuarlafr götürmüş, lakin məqsədi pis olmamışdır. Həmin aksessuarları o görməmiş, onların evində heç bir zaman qızıl-zinyət əşyası olmamışdır. Anasının işdən nəyə görə çıxdığını bilmir. O, bijuteriyaların olduğu torbanı evlərində görməmiş, həmin torbanı ona polis idarəsində olduğu zaman göstərmişlər. Həmçinin polis idarəsinə gedənədək evdə planşet görməmiş, anasının polislərə verdiyi torbanı evdə haradan götürdüyünü də bilməmişdir. Onların evində qızıl-zinyət əşyası olmamış, çox böyük məbləğdə borcları olduğu üçün anasının hansısa bahalı bir əşya almış olmasına inanmır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs evində sürücü kimi işləmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evində işləyərkən xadimə kimi tanımışdır. Hadisə ilə bağlı məlumatı olmamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 2004cü ildən Zərərçəkmiş şəxs sürücüsü işləmiş, hal-hazırda isə işləmir, işlədiyi dövrdə mənzildə qızıl və ya başqa zinyət əşyası görməmiş, o, mənzilin yalnız mətbəx hissəsinə keçmiş, mənzilin digər otaqlarına daxil olmamışdır. O, Rəşidə xanımın üzərində qızıl və ya digər qiymətli əşya olub-olmamasına fikir verməmiş, Təqsirləndirilən şəxs başqa evdə başqa bir xadimə işləmiş, o da işdən çıxmışdır. O, Təqsirləndirilən şəxs əlində evə məxsus hansısa əşyanı götürüb çıxmasını görməmiş, mətbəxdən başqa heç yerdə olmamış, evdə qiymətli əşya görməmiş, evə kiminsə tez-tez gedib-gəlməsini görməmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. İrana Vatolinanı on ildən artıqdır tanıyır. İrana onların evində xadiməçi işləyib. Son zamanlar İranının onların evindən oğurluq etməsindən şübhələnmişlər. İrana bu müddətdə kiçik əşyalardan başlayaraq onların evindən oğurluq edib. Həyat yoldaşı Zərərçəkmiş şəxs evə kamera qoymuş, İrinanın hərəkətlərini müşahidə etmişlər. İrinanın oğurluq hərəkətlərini qeydə alan görüntülər yoxdur, çünki İrinanın bundan məlumatı olmuş, evdə kamera quraşdırıldığını görmüşdür. Həyat yoldaşı Kamil İrinaya evdən oğurluq olmasını və İrinadan şübhələndiyini bildirmişdir. İrina isə evdən oğurluq etmədiyini demişdir. Bu barədə polisə məlumat verildikdən sonra İrina onların evindən oğurluq etməsini etiraf etmişdir. İrina onların evindən qızıl-briliant əşyaları oğurlamışdır, həmin əşyalar çox bahalı əşyalardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs X4 yaşadığı mənzildən oğurluq etməsi barədə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə məlumat vermişdir. (cild 01, iş vər. 3) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Səbail rayonu, Neftçilər prospekti, ev 67, mənzil 30 ünvanında yerləşən mənzilə baxış keçirilmişdir. (cild 01, iş vər.4-8) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş «təqdim edilən əşyanın götürülməsi haqqında» 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvandan oğurladığını bildirərək könüllü təqdim etdiyi əşyalar - 1 (bir) ədəd “İpad 32 GB” planşet, 01 ədəd qara rəngli çanta, 01 ədəd kəmər, 01 ədəd gümüşü kəmər, 01 ədəd “Sony” markalı qara rəngli fotoaparat, 11 ədəd hədiyyə qutusu, üzərində «Emporio Armani» yazısı olan 01 ədəd qara rəngli torba, 01 ədəd çəhrayı rəngli torba, içərisində 13 ədəd qolbaq, 01 ədəd «Gucci» modelli saat, 13 ədəd boyunbağı (sep), 03 ədəd klon, 06 ədəd üzük, 05 cüt sırğa olan 01 ədəd ağ-göy rəngli torba, içərisində 02 ədəd qolbaq, 03 ədəd boyunbağı (sep), 02 cüt sırğa, 01 ədəd üzük, 02 ədəd klon olan açıq rəngli torba Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis kapitanı Elmar Məmmədov tərəfindən götürülərək qablaşdırılmış (cild 1. iş vər. 23), «əşyaları tanınmaya təqdim etmə haqqında» 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd olunan əşyalar Zərərçəkmiş şəxs təqdim edilmiş, Zərərçəkmiş şəxs həmin əşyaları tanıyaraq onun mənzilindən oğurlandığını bildirmiş (cild

1. iş vər. 119-120), 01 dekabr 2022-ci il tarixli qərarla qeyd olunan əşyalar maddi sübut kimi tanınaraq, saxlanılması üçün sahibinə, yəni Zərərçəkmiş şəxs qaytarılmışdır (cild 1. iş vər. 128-131), Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 sentyabr 2022-ci il tarixli, 6/4811- 9/6349 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1774,0 (1087,0+687,0) manat müəyyən edilir (cild 1. iş vər. 113-117). Cinayət işinin materiallarında olan istintaq orqanının «Sübutların qiymətləndirilməsi haqqında» 09 dekabr 2022-ci il tarixli qərardan görünür olur ki, «metalların məhkəmə ekspertizası, metal və daşların tədqiqi», məhkəmə iqtisad eskeperizası, ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi»nə dair xx.xx.2022-ci il tarixli 6/4811-9/6349 nömrəli ekspert rəyi – 1 ədəd istifadə olunmuş «SONY» markalı DSX-RX100M4 modelli fotoaparatın 850 manat, 8 ədəd balaca ölçülü qutunun 8 manat, 3 ədəd böyük ölçülü qutunun 6 manat, 01 ədəd istifadə olunmuş «İpad» markalı A1430 modelli planşetin 200 manat, 01 ədəd istifadə olunmuş qara rəngli zəncirbəndlə açılıb bağlanan çantanın 10 manat qiymətləndirilməsi hisssində sübut növündə qəbul edilmiş, digər hissələrdə isə sübut növündə qəbul edilməmişdir. Həmin hissələrdə Zərərçəkmiş şəxs göstərdiyi dəyərləndirmə qəbul edilməklə ittihama Zərərçəkmiş şəxs göstərdiyi kimi daxil edilmiş və ekspertiza tədqiqatına təqdim edilmiş əşya və əmlakların ümumi dəyəri 11.814 manat olaraq qəbul edilmişdir (cild 01, iş vər 142-154). Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünü qismən təqsirli bilməsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən maddi sübutlar, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanından qızıl, brilyant əşyaları oğurlamadığı, habelə istintaqla müəyyən edilərək zərərçəkmiş şəxsə qaytarılması təmin edilmiş olan əşyaları mülkiyyətçinin xəbəri olmadan götürməkdə məqsədinin həmin əşyaları talamaq yox, müvəqqəti istifadə etmək olduğuna dair ifadələrinə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, verilmiş ittiham üzrə talanmış əşyaların miqdarı, növü və dəyəri ilə bağlı zərərçəkmiş şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi kifayət qədər detallı ifadələri ilə təsvir edilməklə, iş materiallarında toplanmış sübutlarla da təsdiqini tapdığından cinayət əməli nəticəsində oğurlanmış əşyaların növü, miqdarı, həmçinin ayrı-ayrılıqda və ümumilikdə dəyəri məhkəmə kollegiyasında heç bir şübhə doğurmur. Digər tərəfdən Təqsirləndirilən şəxs oğurluq cinayəti törətməməsi ilə bağlı ifadələrinə münasibətdə isə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs barəsində ilk öncə Zərərçəkmiş şəxs polis orqanlarına məlumat vermədən sonuncunun özünə bu barədə dediyi zaman, təqsirləndirilən şəxs qəti şəkildə onun mənzilindən heç nə oğurlamadığını, heç kimin oğurluğu sübut edə bilməyəcəyini bildirmiş, daha sonra isə polis əməkdaşları tərəfindən hüquq-mühafizə orqanına dəvət edildiyi zaman çağırış üzrə polis orqanına yaxınlaşmaqdan ilkin olaraq yayınmış, yalnız Zərərçəkmiş şəxs rəsmi olaraq polis orqanına müraciət etməsindən sonra məcbur qalaraq polis orqanına getmiş və mənzildən bəzi əşyaları oğurladığını etiraf edərək, qeyd olunan əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu kimi hərəkətlərini məhz sonuncunun qanunsuz olaraq Zərərçəkmiş şəxs mənzilindən oğurluq cinayətini törətmiş olmasına dəlalət edən hallar kimi, o cümlədən sonuncunun məhz taladığı maddi dəyəri olan əşyalar üzərində sərəncam verməsi üçün özünə zaman qazanmaq üçün atılmış addımlar kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mənzilindən götürdüyü əşyaları talamaq məqsədi ilə deyil, yalnız müvəqqəti istifadə edib, geri qaytarmaq fikri ilə götürdüyünü bildirməsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin qızı Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs polis əməkdaşlarına təhvil verdiyi əşyaları yaşadıqları mənzildə, habelə həmin əşyaların anası tərəfindən istifadə edildiyini görmədiyini, anasının həmin əşyaları onların yaşadığı mənzildə harada saxladığını bilmədiyini, yalnız polis əməkdaşlarına təhvil verən zaman belə bir əşyaların mövcudluğundan məlumatının olduğunu bildirmişdir ki, bu da öz növbəsində Təqsirləndirilən şəxs hərəkətlərinin motivinin həmin əşyalardan sadəcə istifadə etmək olmadığına dəlalət edir. Bundan başqa evdən talanmış olan «İpad» markalı planşet, habelə «SONY» markalı fotoaparat kimi texniki vasitələrdən də Təqsirləndirilən şəxs tərəfindən ümumiyyətlə istifadə edilməmiş olması da bu halı bir daha təsdiq edir. Bundan başqa məhkəmə, təqsirləndirilən şəxsin qızı Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində onların xeyli məbləğdə borclarının olduğunu bildirməsini də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin mənzilindən qızıl-zinyət əşyalarını oğurlaması üçün motiv kimi qiymətləndirir. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin onun mənzilindən qiymətli qızıl-zinyət əşyalarını oğurlamaqda ittiham etməsinin səbəbi kimi guya zərərçəkmiş şəxslə əvvəllər şəxsi münasibətinin olduğunu, sonradan onun bundan imtina etməsi ilə əlaqədar zərərçəkmiş şəxsin ondan qisas almaq niyyəti ilə yalan olaraq ondan şikayət etdiyini, habelə mənzildən bəzi əşyaları oğurlamasının səbəbi kimi zərərçəkmiş şəxsin onun əmək haqqını vaxtı-vaxtında verməməsi, əmək haqqının məbləğinin onu qane etmədiyini göstərsə də, məhkəmə iclasında nə zərərçəkmiş şəxslə şəxsi münasibətlərinin olması, nə də ona əmək haqqının verilməməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmiş, əksinə məhkəmə iclasında verdiyi ifadəsində işlədiyi vaxt ərzində ev sahibinin ondan heç bir narazılığının olmamasını və ödənişlərini vaxtında ödədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin onun mənzilindən qızıl-zinyət əşyalarını oğurlaması ilə bağlı hansı səbəbdən onu ittiham etməsini heç nə ilə əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanından qızıl-zinyət əşyaları oğurlamaması, həmin mənzildən götürdüyü əşyaları isə müvəqqəti istifadə üçün götürməsi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, qeyd olunan hallara istinad etməklə qurulmuş müdafiəsi və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama külli miqdarda ziyan vurmaqla törədildikdə - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs tamah niyyəti ilə Zərərçəkmiş şəxs külli miqdarda, yəni 53.814 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın məbləğinin müəyyənləşdirilməsi üçün iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 sentyabr 2022-ci il tarixli, 6/4811-9/6349 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1774,0 (1087,0+687,0) manat olması müəyyən olunsa da, ibtidai istintaq orqanı həmin rəyi 1 ədəd istifadə olunmuş «SONY» markalı DSX-RX100M4 modelli fotoaparatın 850 manat, 8 ədəd balaca ölçülü qutunun 8 manat, 3 ədəd böyük ölçülü qutunun 6 manat, 01 ədəd istifadə olunmuş «İpad» markalı A1430 modelli planşetin 200 manat, 01 ədəd istifadə olunmuş qara rəngli zəncirbəndlə açılıb bağlanan çantanın 10 manat qiymətləndirilməsi hisssində sübut növündə qəbul edilmiş, digər hissələrdə isə sübut növündə qəbul edilməmiş, həmin hissələrdə Zərərçəkmiş şəxs göstərdiyi kimi dəyərləndirilməsi və ekspertiza tədqiqatına təqdim edilmiş əşya və əmlakların ümumi dəyərinin 11.814 manat olaraq müəyyən edilməsi nəticəsinə gəlmiş və təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham verilmişdir. Burada həmçinin qeyd etmək lazımdır ki, həmin rəylə yalnız oğurlandıqdan sonra aşkar edilərək götürülmüş və zərərçəkmiş şəxsə qaytarılmış əşyaların qiymətləri müəyyənləşdirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona vurulmuş ziyan məbləğini real zərər məbləğindən az göstərdiyini, oğurlanmış əşyaların tam siyahısını şikayətə daxil etmədiyini, mənzilindən müxtəlif növdə çoxlu sayda əşyaların oğurlandığını, onun isə yalnız xüsusi dəyəri olan oğurlanmış əşyaları geri tələb etdiyini, ekspertiza rəyində təqdim olunmuş əşyaların materialı nəzərə alınmaqla qiymət təyin edildiyini, lakin həmin əşyaların əntiq əşya olmaqla real dəyərinin göstəriləndən çox olmasını, oğurlanmış əşyaların içərisində Rəşid Behbudovdan onun ailəsinə yadigar qalan, əntiq dəyəri olan əşyaların təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstəriləndən qat-qat artıq dəyərdə olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 105). Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini qismən etiraf etməsini, qadın olmasını və vurulmuş ziyanı istintaq müddətində qismən ödəmiş olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum müddətdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın başlanğıcı hökmün çıxarıldığı xx.xx.2023-cü il tarixdən hesablanmalı və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı tutularaq həbsdə saxlandığı 06 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixədək olan müddət, 2 (iki) gün olaraq nəzərə alınmalı və həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza müəyyən edilməlidir. Belə ki, cinayət işinin materiallarında olan «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00.15-də şübhəli şəxs qismində tutulmuş (cild 01, iş vər. 53), 07 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş (cild 01, iş vər. 82-83), Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədov tərəfindən 07 sentyabr 2022-ci il tarixli qərarla həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş (cild 01, iş vər. 99-100), həmin tarixdə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 101-102). İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 1 ədəd istifadə olunmuş «Sony» markalı DSX-RX100M4 modelli fotoaparat, 8 ədəd balaca ölçülü qutu, 3 ədəd böyük ölçülü qutu, 1 ədəd istifadə olunmuş ilan formasına bənzər gümüşü rəngli kəmər, 1 ədəd istifadə olunmuş içi rezin materialdan səthi metal elementdən ibarət kəmər, 1 ədəd istifadə olunmuş qara rəngli zəncirbəndlə açılıb bağlanan çanta, 1 ədəd istifadə olunmuş «İpad» markalı A1430 modelli planşet, qulaqcığında «Oriflame» yazısı olan gümüşü rəngli 1 ədəd boyunbağı, qulaqcığında «Oriflame» yazısı olan gümüşü rəngli 1 ədəd boyunbağı, Qəhvəyi rəngli ipdən və romb formalı kulondan ibarət 1 ədəd boyunbağı, kulonun üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd boyunbağı, üzərində bənövşəyi rəngli minalanmış hissələr və bənövşəyi rəngli qaşlar olan gümüşü rəngli 1 ədəd boyunbağı, üzərində rəngsiz, şəffaf qaşlar olan kəpənək formalı elementlərdən ibarət gümüşü rəngli 1 ədəd boyunbağı, lampayabənzər kulonu olan gümüşü rəngli 1 ədəd boyunbağı, kulonu şəffaf qaş şəklində olan gümüşü rəngli 1 ədəd boyunbağı, dairə formalı kulonu olan gümüşü rəngli 1 ədəd boyunbağı, sarı rənli 3 ədəd zəncirvari element, qırmızımtıl-sarı rəngli 3 ədəd zəncirvari element, sarı rəngli 1 ədəd boyunbağı, gümüşü rəngli 1 ədəd boyunbağı, sarı rəngli halqaya keçirilmiş qara rəngli 5 ədəd zəncirvari element, qara rəngli bir ədəd zəncirvari element, gümüşü rəngli 3 ədəd boyunbağı hissəsi, gümüşü rəngli 2 ədəd boyunbağı hissəsi, 1 ədəd zəncirvari element, üzərində rəncsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd üzük, üzərində beş ədəd rəngsiz, şəffaf daş olan gümüşü rəngli 1 ədəd üzük, üzərində yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd üzük, üzərində bir ədəd açıq cəhrayı rəngli, oval formalı daş olan sarı rəngli 1 ədəd üzük, üzərində açıq mavi rəngli qaşlar olan qara rəngli 1 ədəd üzük, üzərində qaşlar olan sarı rəngli 1 ədəd üzük, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd qoşahalqalı üzük, «H» hərfi formalı, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rənli 1 ədəd kulon, üzərində rəngsiz, şəffaf qaşlar və bir ədəd ağ rəngli, kürə formalı muncuq olan sarı rəngli 1 ədəd kulon, narıncı rəngli qaşdan və metal hissələrdən ibarət 1 ədəd kulon, səthində açıq çəhrayı rəngli qaş olan gümüşü rəngli 1 ədəd kulona bənzər element, üzərində ərəb və ya fars mənşəli yazılar və gözmuncuğu elementi olan, dairə formalı, gümüşü rəngli 1 ədəd kulon, gül formalı, gümüşü rəngli 1 ədəd kulon, üzərində qaşlar olan sonsuzluq formalı, 1 ədəd kulonabənzəri element, sarı rəngli 1 ədəd zəncirvari məmulat hissəsi, gümüşü rəngli 3 ədəd kulonabənzər element, üzərində əqrəf formalı elementlər olan 1 ədəd üzükdən və əlavə hissələrdən ibarət qolbaqlı-üzüyün hissələri, açıq çəhrayı, açıq qəhvəyi və açıq mavi rəngli, dairəvi cilalı 3 ədəd sərbəst qaş, «H» hərifi formalı, üzərində rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli 1 cüt sırğa, üzərində rəngsiz, şəffaf qaşlar və ağ rəngli, kürə formalı muncuq olan sarı rəngli 1 cüt sırğa, üzərində bənövşəyi rəngli minalanmış hissələr və bənövşəyi rəngli qaşlar olan gümüşü rəngli 1 cüt sırğa, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 cüt sırğa, üzərində qaşlar olan, musiqi notası şəklində 1 cüt sırğa, üzərində qaşlar olan 1 ədəd yaxa sancağı, açar formalı, gümüşü rəngli 1 ədəd kulonabənzər element, üzərində rəngsiz şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd sırğa tayı, üzərində rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd sırğa tayı, üzərində bir ədəd qəhvəyi rəngli, dördkünc cilalı və 3 ədəd dairəvi cilalı rəngsiz şəffaf qaş olan gümüşü rəngli 1 ədəd sırğa tayı, gümüşü rəngli 1 ədəd sırğa tayı, üzərində bir ədəd rəngsiz, şəffaf qaş olan 1 ədəd sırğa tayı, halqa formalı, gümüşü rəngli 2 ədəd qolbaq, gümüşü rəngli 1 ədəd qolbaq, üzərində yaşıl və mavi rəngli qaşlar olan qara rəngli 1 ədəd qolbaq, üzərində müxtəlif rəngli parıltılı hissələr olan sarı rəngli 1 ədəd qolbaq, üzərində qaşlar olan gümüşü rəngli 1 ədəd qolbaq, halqa formalı, sarı rəngli 1 ədəd qolbaq, halqa formalı 1 ədəd qolbaq, halqa formalı 1 ədəd qolbaq, halqa formalı, qırmızımtıl-sarı 1 ədəd qolbaq, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd qolbaq, sferblatının iç tərəfində «GUCCİ» yazısı olan sarı rəngli 1 ədəd qol saatı, üzərində 12 ədəd kulon əlavələr birləşdirilmiş gümüşü rəngli 1 ədəd qolbaq, üzərində bir ədəd qaş olan gümüşü rəngli 1 ədəd kulon və kilidində «750» damğası olan sarı rəngli 1 ədəd qolbağın maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınmalı və onun sərəncamında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 140 (bir yüz qırx) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən inayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353 maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut kimi tanınmış- 1 ədəd istifadə olunmuş «Sony» markalı DSX- RX100M4 modelli fotoaparat, 8 ədəd balaca ölçülü qutu, 3 ədəd böyük ölçülü qutu, 1 ədəd istifadə olunmuş ilan formasına bənzər gümüşü rəngli kəmər, 1 ədəd istifadə olunmuş içi rezin materialdan səthi metal elementdən ibarət kəmər, 1 ədəd istifadə olunmuş qara rəngli zəncirbəndlə açılıb bağlanan çanta, 1 ədəd istifadə olunmuş “İpad” markalı A1430 modelli planşet, qulaqcığında «Oriflame» yazısı olan gümüşü rəngli 1 ədəd boyunbağı, qulaqcığında «Oriflame» yazısı olan gümüşü rəngli 1 ədəd boyunbağı, Qəhvəyi rəngli ipdən və romb formalı kulondan ibarət 1 ədəd boyunbağı, kulonun üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd boyunbağı, üzərində bənövşəyi rəngli minalanmış hissələr və bənövşəyi rəngli qaşlar olan gümüşü rəngli 1 ədəd boyunbağı, üzərində rəngsiz, şəffaf qaşlar olan kəpənək formalı elementlərdən ibarət gümüşü rəngli 1 ədəd boyunbağı, lampayabənzər kulonu olan gümüşü rəngli 1 ədəd boyunbağı, kulonu şəffaf qaş şəklində olan gümüşü rəngli 1 ədəd boyunbağı, dairə formalı kulonu olan gümüşü rəngli 1 ədəd boyunbağı, sarı rəngli 3 ədəd zəncirvari element, qırmızımtıl-sarı rəngli 3 ədəd zəncirvari element, sarı rəngli 1 ədəd boyunbağı, gümüşü rəngli 1 ədəd boyunbağı, sarı rəngli halqaya keçirilmiş qara rəngli 5 ədəd zəncirvari element, qara rəngli bir ədəd zəncirvari element, gümüşü rəngli 3 ədəd boyunbağı hissəsi, gümüşü rəngli 2 ədəd boyunbağı hissəsi, 1 ədəd zəncirvari element, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd üzük, üzərində beş ədəd rəngsiz, şəffaf daş olan gümüşü rəngli 1 ədəd üzük, üzərində yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd üzük, üzərində bir ədəd açıq çəhrayı rəngli, oval formalı daş olan sarı rəngli 1 ədəd üzük, üzərində açıq mavi rəngli qaşlar olan qara rəngli 1 ədəd üzük, üzərində qaşlar olan sarı rəngli 1 ədəd üzük, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd qoşahalqalı üzük, «H» hərfi formalı, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd kulon, üzərində rəngsiz, şəffaf qaşlar və bir ədəd ağ rəngli, kürə formalı muncuq olan sarı rəngli 1 ədəd kulon, narıncı rəngli qaşdan və metal hissələrdən ibarət 1 ədəd kulon, səthində açıq cəhrayi rəngli qaş olan gümüşü rəngli 1 ədəd kulona bənzər element, üzərində ərəb və ya fars mənşəli yazılar və gözmuncuğu elementi olan, dairə formalı, gümüşü rəngli 1 ədəd kulon, gül formalı, gümüşü rəngli 1 ədəd kulon, üzərində qaşlar olan sonsuzluq formalı, 1 ədəd kulonabənzər element, sarı rəngli 1 ədəd zəncirvari məmulat hissəsi, gümüşü rəngli 3 ədəd kulonabənzər element, üzərində əqrəb formalı elementlər olan 1 ədəd üzükdən və əlavə hissələrdən ibarət qolbaqlı-üzüyün hissələri, açıq cəhrayı, açıq qəhvəyi və açıq mavi rəngli, dairəvi cilalı 3 ədəd sərbəst qaş, «H» hərfi formalı, üzərində rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli 1 cüt sırğa, üzərində rəngsiz, şəffaf qaşlar və ağ rəngli, kürə formalı muncuq olan sarı rəngli 1 cüt sırğa, üzərində bənövşəyi rəngli minalanmış hissələr və bənövşəyi rəngli qaşlar olan gümüşü rəngli 1 cüt sırğa, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 cüt sırğa, üzərində qaşlar olan, musiqi notası şəklində 1 cüt sırğa, üzərində qaşlar olan 1 ədəd yaxa sancağı, açar formalı, gümüşü rəngli 1 ədəd kulonabənzər element, üzərində rəngsiz şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd sırğa tayı, üzərində rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd sırğa tayı, üzərində bir ədəd qəhvəyi rəngli, dördkünc cilalı və 3 ədəd dairəvi cilalı rəngsiz şəffaf qaş olan gümüşü rəngli 1 ədəd sırğa tayı, gümüşü rəngli 1 ədəd sırğa tayı, üzərində bir ədəd rəngsiz, şəffaf qaş olan 1 ədəd sırğa tayı, halqa formalı, gümüşü rəngli 2 ədəd qolbaq, gümüşü rəngli 1 ədəd qolbaq, üzərində yaşıl və mavi rəngli qaşlar olan qara rəngli 1 ədəd qolbaq, üzərində müxtəlif rəngli parıltılı hissələr olan sarı rəngli 1 ədəd qolbaq, üzərində qaşlar olan gümüşü rəngli 1 ədəd qolbaq, halqa formalı, sarı rəngli 1 ədəd qolbaq, halqa formalı 1 ədəd qolbaq, halqa formalı 1 ədəd qolbaq, halqa formalı, qırmızımtıl-sarı rəngli 1 ədəd qolbaq, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd qolbaq, sferblatının iç tərəfində «GUCCİ» yazısı olan sarı rəngli 1 ədəd qol saatı, üzərində 12 ədəd kulon –əlavələr birləşdirilmiş gümüşü rəngli 1 ədəd qolbaq, üzərində bir ədəd qaş olan gümüşü rəngli 1 ədəd kulon və kilidində «750» damğası olan sarı rəngli 1 ədəd qolbağın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 140 (bir yüz qırx) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar