Məhkəmə qərarları › İş №1(101)-757/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-757/2020

24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-757/2020 24.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X11 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili Müdafiəçi2 Aydın qızı və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 oğlu – xx xxxxxxxx 1997-ci ildə Cəbrayıl rayonu, Qazanzəmi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Qazanzəmi kəndində qeydiyyatda olmaqla, ünvan 2da yaşamış, Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs2 –xx xxxxxx 1989-cu ildə Cəbrayıl rayonu, Qazanzəmi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Qazanzəmi kəndində qeydiyyatda olmaqla ünvan 2da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə qohumu Təqsirləndirilən şəxs2 və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 247,745 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 249,499 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib kirayədə yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, məhəllə 23-də yerləşən 19A nömrəli mənzilə daşıyıb həmin külli miqdarda narkotik vasitə heroinin 2,652 qramını və psixotrop maddə metamfetaminin 8,874 qramını satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 verib, qalan 245,093 qram çəkidə narkotik vasitə heroini, 240,625 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq yaşadığı mənzildə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşlarının xx xxxxxx 2019-cu il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 23:31-də ünvan 2-da yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda təmiz çəkisi 2,652 qram narkotik vasitə heroin bir ədəd bükümdə olmaqla əynindəki gödəkçənin sağ yan cibindən, külli miqdarda təmiz çəkisi 8,874 qram psixotrop maddə metamfetamin bir ədəd bükümdə olmaqla gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə saat 23:48-də Təqsirləndirilən şəxs2 yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, məhəllə 23-də yerləşən 19A ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı onun Təqsirləndirilən şəxs1 oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 0,907 qram narkotik vasitə heroin bir ədəd bükümdə, hər birində ayrılıqda təmiz çəkiləri 0,466 qram və 0,424 qram, ümumi təmiz çəkisi 0,890 qram psixotrop maddə metamfetamin iki ədəd bükümdə olmaqla qonaq otağında yerləşən masanın üzərindəki qara rəngli plastik qabın içərisindən, külli miqdarda təmiz çəkisi 239,735 qram psixotrop maddə metamfetamin bir ədəd sellofan torbada, külli miqdarda təmiz çəkisi 244,186 qram narkotik vasitə heroin bir ədəd sellofan torbada və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan iki ədəd elektron tərəzi həmin otaqda olan dolabın içərisindəki qara rəngli çantanın içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəəldə etmə, saxlama, daşıma və satma barədə qohumu Təqsirləndirilən şəxs1 oğlu və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 247,745 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 249,499 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib kirayədə yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, məhəllə 23-də yerləşən 19A nömrəli mənzilə daşıyıb həmin külli miqdarda narkotik vasitə heroinin 2,652 qramını və psixotrop maddə metamfetaminin 8,874 qramınısatıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 verib, qalan 245,093 qram çəkidə narkotik vasitə heroini, 240,625 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq yaşadığı mənzildə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşlarının xx xxxxxx 2019-cu il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 23:31-də ünvan 2-da yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda təmiz çəkisi 2,652 qram narkotik vasitə heroin bir ədəd bükümdə olmaqla əynindəki gödəkçənin sağ yan cibindən, külli miqdarda təmiz çəkisi 8,874 qram psixotrop maddə metamfetamin bir ədəd bükümdə olmaqla gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə saat 23:48-də Təqsirləndirilən şəxs2 yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, məhəllə 23-də yerləşən 19A ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı onun Təqsirləndirilən şəxs1 oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 0,907 qram narkotik vasitə heroin bir ədəd bükümdə, hər birində ayrılıqda təmiz çəkiləri 0,466 qram və 0,424 qram, ümumi təmiz çəkisi 0,890 qram psixotrop maddə metamfetamin iki ədəd bükümdə olmaqla qonaq otağında yerləşən masanın üzərindəki qara rəngli plastik qabın içərisindən, külli miqdarda təmiz çəkisi 239,735 qram psixotrop maddə metamfetamin bir ədəd sellofan torbada, külli miqdarda təmiz çəkisi 244,186 qram narkotik vasitə heroin bir ədəd sellofan torbada və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan iki ədəd elektron tərəzi həmin otaqda olan dolabın içərisindəki qara rəngli çantanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 oğlu özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət əvvəl, yəni həbsə alınmazdan qabaq narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Əmisi oğlu Təqsirləndirilən şəxs2 onun narkotik vasitələrin satışı ilə məşğul olduğundan xəbəri olmamışdır. Qalmağa evi olmadığı üçün bir müddət əmisi oğlu Xəyalla birlikdə onun kirayədə yaşadığı Sumqayıt şəhərində yerləşən evdə yaşamışdır. Tutulmazdan bir neçə saat əvvəl Orxan adlı şəxsə 120 manat dəyərində heroin satıb, həmin pulu da evdə masanın üzərinə qoymuşdur. Ondan əvvəl isə özünün bir neçə gün ərzində narkotik vasitələrdən yığdığı pulları da evdə masanın üzərinə qoymuşdur. xx xxxxxx 2019-cu il tarixdə masanın üzərinə qoyduğu puldan 50 manat götürüb mağazaya su və siqaret almaq üçün getmişdir. Mağazaya gedib oradan siqaret alıb qayıdan zaman kirayədə yaşadığı evin yaxınlığında bir neçə nəfər mülki geyimli şəxs ona yaxılaşaraq Baş X1 əməkdaşları olduqlarını bildirdikdən sonra ona mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində narkotik narkotik vasitə və psixotrop maddələrin satışında şübhəli olduğumu bildirmişlər. Sonra polis əməkdaşları onu döyərərək üzərində olan əşyaları götürməyə başlamışlar, əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd özünə məxsus olan “Samsung” markalı mobil telefonunu, bir ədəd içərisində heroin olan bükümü, gödəkcənin sol yan cibindən içərisində metamfetamin olan bir ədəd bükümü, əynindəki cins şalvarın sol arxa cibindən 35 manat pulu, gödəkcənin sol iç cibindən 10 manat pulu çıxararaq götürmışlər. Bundan sonra polislərlə birlikdə əmisi oğlu Xəyal ilə birlikdə yaşadığı evə getmişlər. Evin qarşısına çatanda polis əməkdaşları qapını döyüb, zorla içəri girmişlər, evin içərisində onlarla kobud rəftar edib, onları döyüb, evi dağıtmağa başlamışlar. Bu zaman evdə eyni zamanda Xəyalın arvadı və qohumu olan Ruslan adlı şəxs də olmuşdur. Polis əməkdaşları Xəyala zor tətbiq edərək əgər dediklərini etməzsə, yəni narkotik vasitələrin ona məxsus olmasını üzərinə götürməsə arvadını və qohumu olan Ruslanı da bu işə cəlb edəcəklərini bildirmişlər. Bundan sonra Xəyal arvadının və qohumu Ruslanın bu işə cəlb edilməsini özünə sığışdıra bilmədiyindən polis əməkdaşlarının tələbləri ilə razılaşmalı olmuş, narkotik vasitələrin ona məxsus olmasını və onunla birlikdə narkotik vasitələrin satışında əlbir olmasını boynuna götürmüşdür. Daha sonra polis əməkdaşları onları yenidən döyərək onların göstərdikləri qaydada videoçəkilişə riayət etmələrini bildirmişlər. Bundan əlavə polis əməkdaşları evi dağıdaraq soyuducudan meyvə və yemək götürüb yemişlər, həmçinin evdə olan onlara məxsus bəzi əşyaları və ona məxsus 1000 manatdan artıq olan pulları da götürmüşlər. Evin içərisində masanın üzərində olan qabın içərisindəki 2 ədəd bükümdə metamfetamin və bir ədəd bükümdə heroin ona məxsus olmuşdur. Həmçinin evin qonaq otağında olan dolabın içərisində qara rəngli parçadan hazırlanmış, içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan çanta və iki ədəd elektron tərəzi də ona məxsus olmuşlar. Bunların heç birisinin əmisi oğlu Xəyalla heç bir əlaqəsi olmamışdır. Daha sonra Xəyalla birlikdə onu Baş X1 inzibati binasına aparmışlar, polislər orada onları döyərək, hədə-qorxu gələrək istədikləri ifadəni yazdırıb imzalatmışlar. Təqsirləndirilən şəxs1 oğlunun ibtidai araşdırma zamanı verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələr arasında zidiyyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadələr məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, bir müddətdir ki, əmisi oğlu Xəyalla birlikdə Sumqayıt şəhərində yerləşən evdə yaşamışdır. Orada Xəyalın narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etdiyini görmüş, həmin vaxt ona narkotik vasitə və psixotrop maddələrdən satıb qazanc əldə edə biləcəklərini demişdir. Bundan sonra birgə yaşadıqları evdə olan narkotik vasitə və psixotrop maddələrdən bir qədər götürüb Sumqayıt şəhərində müxtəlif şəxslərə heroinin qramını 30 manata, metamfetaminin qramını isə 55-65 manat arası qiymətlərə satmış, əldə olunan pulu axşam gətirib Xəyala vermişdir. Sonuncu dəfə tutulmadan bir neçə saat əvvəl Orxan adlı şəxsə 120 manat dəyərində heroin satmış və həmin pulu da evdə masanın üzərinə qoymuşdur. Ondan əvvəl isə özünün bir neçə gün ərzində narkotik vasitələrdən yığdığı pulları da masanın üzərinə qoymuşdur. xx xxxxxx 2019-cu il tarixdə masanın üzərinə qoyduğu puldan 50 manat götürüb mağazaya su və siqaret almaq üçün getmişdir. Mağazaya gedib oradan siqaret alıb qayıdan zaman kirayədə yaşadıqları evin yaxınlığında 2 nəfər mülki geyimli şəxs ona yaxılaşaraq Baş X1 əməkdaşları olduqlarını bildirib onun da şəxsiyyətini dəqiqləşdirdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla onu tanış etmiş və ona mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində narkotik narkotik vasitə və psixotrop maddələrin satışında şübhəli olduğunu bildirmişlər. Bu zaman polis əməkdaşları üzərində olan əşyaları təqdim etməyini xahiş etmiş, əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd özünə məxsus olan “Samsung” markalı mobil telefonunu, bir ədəd içərisində heroin olan bükümü, gödəkcənin sol yan cibindən içərisində metamfetamin olan bir ədəd bükümü, əynindəki cins şalvarın sol arxa cibindən 35 manat pulu, gödəkcənin sol iç cibindən 10 manat pulu çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bu zaman polis əməkdaşları həmin kütlələri haradan əldə etdiyini soruşanda onları birlikdə kirayədə yaşadığı əmisioğlu Xəyaldan əldə etdiyini, yaşadıqları evdə narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmişdir. Bundan sonra həmin bükümləri əlində saxlamış və birlikdə yaşadıqları evə getmişlər. Evin qarşısına çatanda qapı döyülmüş və qapını əmisioğlu Xəyal açmışdır. Polis əməkdaşları özlərini Xəyala təqdim etmiş və ondan kim olmasını soruşmuşlar. Xəyal da özünü təqdim etmiş, bundan sonra polis əməkdaşları həmin qərarla Xəyalı da tanış etmiş və ona evində narkotik vasitə və psixotrop maddələr saxlaması, satışında məşğul olması barədə onlarda məlumat olduğunu deyərək üzərində olan əşyaları təqdim etməsini xahiş etmişlər. Bu zaman Xəyal üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı evdə narkotik vasitə və psixotrop maddələr olduğunu bildirərək yaşadıqları evə baxış keçirilməsinə etiraz etməmişlər. Evin içərisində daxil olanda əlində saxladığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş, həmin bükümlər açılanda onların içərisindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin bükümlər qablaşdılaraq zərfə qoyulmuş və zərfin üzəri imzalanmışdır. Bundan sonra Xəyal otaqda olan masanın üzərindəki qara rəngli qutunu təqdim edərək içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Pulların haradan əldə edildiyi soruşulanda isə onları həmin maddələrin satışından əldə etdiyini bildirmiş, bundan sonra həmin qabın içərisindəki 2 ədəd bükümdə metamfetamin və bir ədəd bükümdə heroin aşkar edilmiş, daha sonra Xəyal evin qonaq otağında olan dolabın içərisində özünə məxsus olan qara rəngli parçadan hazırlanmış çantanı təqdim edərək içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Həmin çantanın içərisi açılanda onun içində bir ədəd ağ rəngli bükümdə metamfetamin, bir ədəd bükümdə narkotik vasitə heroin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra Xəyalla birlikdə onu Baş X1 inzibati binasına aparıb müvafiq sənədləşmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs qismində əlavə ifadə vermiş Təqsirləndirilən şəxs1 oğlu istintaq orqanına şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin bir qismini təsdiq etməyərək bildirmişdir ki, o özü narkotik vasitələrin satışı ilə məşğul olsa da, Təqsirləndirilən şəxs2 onunla narkotik vasitələrin satışında əlbir olmamışdır. Saxlanılarkən mənzildə aşkar edilən narkotik vasitələr özünə məxsus olmuşdur, Xəyal Qulievin mənzildə narkotik vasitələr saxladığından məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini ona qarşı polis əməkdaşları tərəfindən tətbiq edilən təzyiq altında vermişdir. Onun ifadəsi müstəntiq tərəfindən yazılmışdır və o da ifadəyə imza etmişdir. Təqsirləndirilən şəxs1 oğlu əvvəlki ifadələri ilə məhkəmədə verdiyi ifadələr arasında ziddiyyəti izah edərək bildirmişdir ki, hazırda məhkəmədə verdiyi ifadələr düzgündür. İbtidai istintaq zamanı həmin ifadələr onun adından yazılaraq ona təyziq və şantaj vasitəsi ilə imzalatdırmışlar. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, əmisi oğlu Nahidin qalmağa yeri olmadığı üçün Sumqayıt şəhərində onun kirayə yaşadığı kirayə evdə birlikdə yaşamışlar. Sonra o, maşın alveri ilə bağlı olaraq atası və digər ailə üzvlərinin yaşadığı Sumqayıt şəhəri 13-cü mikrorayon 64 saylı körpələr evində həyat yoldaşı Məleykə ilə yaşamışlar. Həmin evdə nənəsi Seyran Kərimova, atası Məmməd Quliyev, qardaşı Novruz Quliyev, anası Sevda Quliyeva da yaşamışlar. Həmin hadisə gününə 1 həftə qalmışa qədər o qeyd etdiyi həmin evdə yaşamışdır. Müxtəlif vaxtlarda narkotik vasitələrdən istifadə etsə də heç zaman satışı ilə məşğul olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 23:20 radələrində Nahid siqaret almaq adı ilə evdən çıxmış, 10-15 dəqiqə sonra polis əməkdaşları Nahidlə birlikdə zorla evə daxil olaraq axtarış keçirməyə başlamışlar. Həmin zaman evdə onlardan başqa arvadı Məleykə və dostu Ruslan adlı şəxs də olmuşlar. Polis əməkdaşları onlarla kobud rəftar edərək onları döymüşlər, sonra isə ondan əmisi oğlu Nahidlə birgə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf etməyi və evdən aşkar olunan narkotik vasitələrin ona məxsus olması barədə ifadələr verməyi tələb etmişlər. Əks təqdirdə, yəni həmin cinayəti öz üzərinə götürmüyəcəyi halda arvadı və dostu olan Ruslanı da bu işə cəlb edib həbs edəcəkləri ilə hədələmişlər. O, bunu özünə sığışdıra bilmədiyi üçün deyilənlərlə razı olmağa və Nahidlə birlikdə narkotik vasitələrin satışında əlbir olmağı ilə bağlı ifadələr vermişdir. Daha sonra polis əməkdaşları öz istədikləri kimi videoçəkiliş aparmışlar. Polis əməkdaşları evdə olan onlara məxsus olan bəzi əşyaları və aşkar etdikləri narkotik vasitələri götürmüşlər. Daha sonra əmisi oğlu Nahidlə onu Baş X1 inzibati binasına aparıb, orada müxtəlif təzyiqlər edərək öz yazdıqları ifadələri imzalamağa məcbur etmişlər. O, Nahidlə birlikdə narkotik vasitələrin satışında iştirak etməmiş, evdən aşkar olunan narkotik vasitələr ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələr arasında zidiyyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadələr məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, təxminən bir ildir İlkin adlı Sumqayıt şəhər sakinindən narkotik vasitə heroin alaraq iyləmək yolu ilə qəbul etmişdir. Son altı ayda İlkin adlı şəxsdən aldığı narkotik vasitələrdən satıb qazanc əldə etməyə başlamışdır. Narkotik vasitələri “Nuray”, “Orxan” və adlarını bilmədiyi bir neçə nəfər şəxsə satmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmasından ailə üzvlərinin məlumatı olmaması üçün ünvan 2-da yerləşən evi kirayələyərək orada yaşamağa başlamışdır. Bir müddət əvvəl “İlkin” adlı şəxsə 8000 manat məbləğində pul verərək ondan 200 qram çəkidə narkotik vasitə heroin və 200 qram çəkidə psixotrop maddə metamfetamin almış, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini kirayədə yaşadığı ünvan 2-da yerləşən evə aparıb orada həmin narkotik vasitə heroinin qramını 18-20 manata və psixotrop maddə metamfetaminin hər qramını 28-30 manata olmaqla müxtəlif şəxslərə satmışdır. Saxlanılmazdan bir ay əvvəl əmisioğlu Nahid ona zəng edərək onunla birlikdə kirayədə yaşadığı evdə qalmaq istədiyini bildirdiyindən həmin vaxtdan onunla birlikdə yaşamağa başlamışdır. Nahid onun narkotik vasitə istifadə etdiyini bilmiş və ona həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini birlikdə satıb qazanc əldə etmək istədiyini demişdir. Həmin vaxt onunla razılaşmamış, lakin sonradan Nahid qeyd olunan kütlələrdən satıb qazanc əldə etməyə başlamışdır. Nahid əldə etdiyi qazancı evə gətirib ona vermiş, o da həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən əldə olunan qazancdan Nahidə vermişdir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamini yaşadıqları Sumqayıt şəhərində müxtəlif yerlərdə satmış, bu yolla birlikdə təxminən bir ay müddətində işləmiş və qazanc əldə etmişlər. Əldə olunan qazancla evlərinin kirayə pullarını vermişlər, həmçinin şəxsi tələbatlarını ödəmək üçün xərcləməyə başlamışlar. xx xxxxxx 2019-cu il tarixdə saat 23:20 radələrində Nahid siqaret almaq adı ilə evdən çıxmış, evdən çıxıb getdikdən təxminən 10-15 dəqiqə sonra evin qapısının döyüldüyünü eşitmiş, həmin vaxt qapını açmış və qapını açanda Nahidlə birlikdə 2 nəfər mülki geyimli şəxsin olduğunu görmüşdür. Həmin şəxslər Baş X1 əməkdaşları olduqlarını bildirdib onun şəxsiyyətini dəqiqləşdirdikdən sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla onu tanış etmiş və ona mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində narkotik vasitə və psixotrop maddələrin satışında şübhəli olduğunu deyərək üzərində olan əşyaları təqdim etməyini xahiş etmişlər. Bu zaman üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı evdə narkotik vasitə və psixotrop maddələr olduğunu bildirərərək yaşadıqları evə baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Evin içərisində daxil olanda Nahid əlində saxladığı içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bükümləri polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər qablaşdılaraq zərfə qoyulmuş və zərfin üzəri imzalanmışdır. Polis əməkdaşlarının sorğusu əsasında Nahid həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini ondan əldə etdiyini, bir hissəsini istifadə etdiyini, bir hissəsini isə qazanc əldə etmək məqsədi ilə satdığını bildirmişdir. Bundan sonra otaqda olan masanın üzərindəki qara rəngli qutunu təqdim edərək içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əmkdaşları masanın üzərində olan pulları haradan əldə etdiklərini soruşanda isə Nahid onları həmin maddələrin satışından əldə etdiyini demişdir. Bundan sonra həmin qabın içərisindəki 2 ədəd bükümdə metamfetamin və bir ədəd bükümdə heroin aşkar edilmiş, daha sonra evin qonaq otağında olan dolabın içərisində özünə məxsus olan qara rəngli parçadan hazırlanmış çantanı təqdim edərək içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Həmin çantanın içərisi açılanda onun içində bir ədəd ağ rəngli bükümdə metamfetamin, bir ədəd qara rəngli bükümdə narkotik vasitə heroin və 2 ədəd elektron tərəzi aşkar edilərək edilmişdir. Aşkar edilmiş bütün əşyalar qablaşdırılaraq götürülmüş, daha sonra ona məxsus olan bir ədəd “İphone” və bir ədəd Samsung” markalı mobil telefonlar, həmçinin 212 (iki yüz on iki) manat pul qablaşdılaraq götürülmüşdür. Polis əməkdaşları ondan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini haradan əldə etdiyini soruşanda onları tanışı “İlkin” adlı şəxsdən və onun qardaşı “Ağasəf” adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra əmisioğlu Nahidlə onu Baş X1 inzibati binasına aparmış, orada müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələr arasında ziddiyyəti izah edərək bildirmişdir ki, hazırda məhkəmədə verdiyi ifadələr düzgündür. İbtidai istintaq zamanı həmin ifadələri həyat yoldaşı Məleykəni və dostu Ruslanı polis əməkdaşları polis idarəsinə aparmasınlar deyə onun adından yazılmış ifadələrə imza etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs2 və qohumu Təqsirləndirilən şəxs1 oğlunun mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üzərlərində gəzdirmələri, satışı ilə məşğul olmaları və yaşadıqları evdə həmin maddələrdən saxlamaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat onun tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa Şahid3 və Şahid2 daxil olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 23:30-da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları, Sumqayıt şəhəri, Kotec qəsəbəsində yerləşən evlərinin qarşısında olan zaman özünü şübhəli aparan xarici görünüşünə görə Təqsirləndirilən şəxs1 oğluna oxşar bir nəfərin olması müşahidə edilmişdir. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib onun da şəxsiyyətini dəqiqləşdirdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla onu tanış etmiş, üzərindəki əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 əynində olan gödəkcəsinin sağ yan cibindən 01 ədəd mobil telefonunu, 01 ədəd şəffaf polietilen bükümü, gödəkcəsinin sol yan cibindən 01 ədəd bükümü, əynindəki şalvarın cibindən 35 manat və gödəkcəsinin iç cibindən 10 manat olmaqla ümumilikdə 45 manat pulu təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlələrin narkotik vasitə heroin, psixotrop maddə metamfetamin olduğunu, həmin kütələri birgə yaşadıqları əmisioğlu Təqsirləndirilən şəxs2 aldığını və evdə həmin kütlələrdən olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin kütlələri əlində saxlayaraq yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və ev istiqamətində gedərək qapını döymüşdür. Həmin tarixdə saat 23:35-də qapını açan şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş, özlərini təqdim etdikdən sonra onu qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 mütəmadi olaraq üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və Sumqayıt şəhəri ərazisində həmin kütlələri satması barədə onlarda məlumat olduğunu deyilmiş və üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilıməsinə etiraz etməmiş və yaşadığı evdə narkotik vasitələrin, psixotrop maddələrin olduğunu bildirmişdir. Birlikdə evin içərisinə daxil olub Təqsirləndirilən şəxs1 əlində saxladığı bükümlərə baxış keçiriləndə orada bir ədəd bükümdə narkotik vasitə heroinə və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlələrin olması müşahidə edilmişdir. Həmin bükümlər zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş mobil telefon götürülmüş, lakin pullar onun özünə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlələri əmisi oğlu Xəyaldan aldığını, bir hissəsini satmaq, bir hissəsini isə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evin qonaq otağındakı masanın üzərində olan plastmas qabı, 02 ədəd mobil telefonu, 212 manat pulu, eləcə də həmin otaqda olan dolabın içərisindən bir ədəd qara rəngli parçanı çıxararaq təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs1 pulların narkotik vasitələrin satışından əldə olunduğunu demişdir. Plastmas qab açılanda onun içərisində narkotik vasitə olan heroinə və psixotrop maddə olan mefamfetaminə oxşar kütlələrin olması müşahidə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi parça çanta açılanda onun içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələr, həmçinin 02 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin bükümlər qabaşdırılaraq götürülmüş, həmçinin Təqsirləndirilən şəxs2 məxsus 02 ədəd mobil telefon, 212 manat pul da iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin kütlələri İlkin və Ağasəf adlı şəxslərdən aldığını, bir hissəsini istifadə etmək, qalan hissəsini isə satmaq məqsədi ilə saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 və Şahid2 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 həbs olunmazdan 4 ay əvvəl onunla ailə qurmuşlar, lakin nigaha düşməmişlər. Xəyal ilə ailə qurandan sonra Xəyal ilə birlikdə ünvan 2 ünvanında kirayə yaşamışlar. Xəyalın əmisi oğlu Təqsirləndirilən şəxs1 yaşamağa yeri olmadığı üçün onlarla birlikdə həmin ünvanda yaşamışdır. Xəyal həbs olunmazdan 6-7 gün əvvəl həmin evdə yaşamışlar. Həmin vaxtlar Xəyalın işləri ilə əlaqədar Xəyalın atasıgilin yaşadığı Sumqayıt şəhəri 13-cü mikrorayon 64 saylı körpələr evində yaşamışlar. xx xxxxxx 2019-cu il tarixdə ünvan 2 ünvanına gələndə Nahid evdə olmuşdur. Sonra Xəyal evdən çıxıb harasa getmiş, qayıdanda yanında dostu Ruslan Zamanov da onunla birgə gəlmişdir. Daha sonra Nahid evdən çıxıb harasa getmiş, bir müddət sonra o, mətbəxdən salona gələn zaman 5-6 nəfər mülki geyimli şəxsin evə daxil olduğunu görmüşdür. Həmin şəxslər polis olduqlarını, evin girişində olan koridordakı şkafdan büküm çıxarıb gətirib salonda olan masanın üzərinə qoymuş və həmin bükümün narkotik vasitə olduğunu bildirmişlər. Nahid narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. Polislər Xəyalın da narkotik vasilərin satışında Nahid ilə əlbir olduqlarını deyəndə Xəyal bunun həqiqət olmadığını, narkotik vasitənin evdə olmasından və Nahidin narkotik vasitə satmasından xəbəri olmadığını demişdir. Polislər isə Xəyala, əgər narkotik vasitələrin ona məxsus olmasını və Nahid ilə əlbir olmasını etiraf etməsə, evdə olan olan hər kəsi, yəni Məleykəni və Ruslanı da polis idarəsinə aparacaqlarını, onların da narkotik vasitə ilə bağlı həbs olunacaqlarını bildirmişlər. Xəyal isə onu və dostu Ruslanı polis idarəsinə aparmasınlar deyə məcbur olub polislərlə razılaşmış və narkotik vasitələrin ona məxsus olması bildirmişdir. Sonra isə Xəyal və Nahid polislər tərəfindən saxlanılaraq polis idarəsinə aparılmışlar. Məhkəmədə şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşıdır, o, həyat yoldaşı Məleykə ilə birlikdə ünvan 2 ünvanında kirayə yaşayırdı. Xəyal həbs olunmazdan 6-7 gün əvvəl Xəyal həyat yoldaşı Məleykə ilə birlikdə onun və ailə üzvlərinin yaşadığı Sumqayıt şəhəri 13-cü mikrorayon 64 saylı körpələr evinə gəlmişlər və Xəyalın işləri ilə əlaqədar bir müddət onlarla birlikdə həmin evdə yaşamışlar. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları özlərinin ibtidai araşdırma zamanı verdikləri və məhkəmədə tədqiq olunmuş qismən etirafedici ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli, 4(005)-1177/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 oğlu barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli, 4(005)-1178/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respblikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallaında olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 oğlu yaşadıqları ünvan 2-da yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibindən və gödəkçənin sol yan cibindən 2 ədəd sellofan bükümlərdə içərilərində narkotik vasitə heroinə, psixotrop maddə metmfateminə oxşar bükümlər, evə baxış keçirilən zaman evin içərisində olan masanın üzərindəki plastmas qabın içərisindən bir ədəd bükümdə narkotik vasitə heroinə, 02 ədəd bükümdə psixotrop maddə metamfateminə oxşar kütlələr, otaqda olan dolabın içərisindəki qara rəngli çantanın içərisindən iki ədəd sellofan torbada içərilərində narkotik vasitə heroinə, psixotrop maddə metamfetaminə oxşar kütlələr, 02 ədəd elektron tərəzi və masanın üzərindən narkotik vasitələrin satışından əldə olunan 212 manat pul aşkar edildiyindən götürülmüşdür. Cinayət işinin materiallaında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 30884 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “...Təqsirləndirilən şəxs1 oğlundan...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,652 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 8,874 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərində “...Təqsirləndirilən şəxs2..." sözləri olan kağız paketdəki 1 ədəd üzərində “Captain Silver” sözləri yazılmış qara rəngli plastik qabın içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,907 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,466 qram, 0,424 qram, ümumi təmiz çəkisi 0,890 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; bir ədəd üzərində “ADCÖTANT” sözü yazılmış qara rəngli çantanın içərisində bir ədəd sellofan torbada təmiz çəkisi 239,735 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 244,186 qram olan tündqəhvəyi rəngli maddəkustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Kağız paketdəki heroinin ümumi təmiz çəkisi 245,093 qram, metamfetaminin ümumi təmiz çəkisi 240,625 qramdır. İki ədəd elektron tərəzidən birinin səthində narkotik vasitə heroinin, digərinin səthində isə psixotrop maddə metamfetaminin izləri vardır. Zərfdəki bir ədəd bükümdə olan heroinlə kağız paketdəki 2 ədəd bükümdə olan heroinlər və zərfdəki bir ədəd bükümdəki metamfetaminlə kağız paketdəki üç ədəd bükümdə olan metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İki ədəd elektron tərəzi üzərində aşkar olunan iz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli analizi aparılmadığı üçün onların eyniliyi ilə bağlı qoyulmuş sual cavablandırılmamışdır. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallaında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 194 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallaında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 279 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirlərini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2, həmçinin məhkəmədə ifadə vermiş şahidlər Məleykə Quliyeva və Novruz Quliyevin məhkəmədə verdiyi ifadələri həqiqi ifadələr kimi qəbul etmir və həmin ifadələri Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5 maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 oğluna təyin edilmiş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirilməlidir. Təqsirləndirilən şəxs1 oğlunun cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – xx xxxxxx 2019-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlunun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – xx xxxxxx 2019cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 ilk dəfə ağır cinayət törətdikləri görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqları üçün cəzalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının Qanununun 99-1.1.2-ci maddəsinə əsasən, iş üzrə maddi sübut olan DİN-in Maliyyə-Plan İdarəsinə təhvil verilmiş 212 (iki yüz on iki) manat pul əskinasları dövlət nəfinə xüsusi müsadirə olunmalıdırlar. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan, DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 oğlunun üzərindən və yaşadığı evdən həmçinin Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqatdan sonra 247,595 qram qalmış narkotik vasitə heroin, tədqiqatdan sonra 249,359 qram qalmış psixotrop maddə metamfetamin, iki ədəd elektron tərəzi məhv edilməli, 03 ədəd mobil telefonlar təqsirləndirilən şəxslərin qohumlarına qaytarılmalı, 2 ədəd disk isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 81.82 (səksən bir manat səksən iki qəpik)manat təşkil edir və həmin məbləğdə pul təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 hər birindən 40,91 ( 40 manat doxsan bir qəpiq) manat məbləğində olmaqla tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs1 oğluna göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Fides» vəkil bürosunun vəkili Müdafiəçi2 Aydın qızına 90 (doxsan) manat, ibtidai araşdırma zamanı vəkil X3 Təqsirləndirilən şəxs1 oğluna göstərdiyi hüquqi yardıma görə Mərkəz Vəkil Bürosunun hesabına 310 (üç yüz on) manat, vəkil X4 Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 420 (dördyüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5 maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 oğluna təyin edilmiş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə, qəti olaraq ona 10 il (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 oğlu təyin edilmiş edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 oğluna Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi hazırki hökmlə təyin olunmuş cəza müddətinə hesablanmaqla cəzanın başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 oğluna Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunmasın, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 oğluna Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunmasın, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan, DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 oğlunun üzərindən və yaşadığı evdən həmçinin Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqatdan sonra 247,595 qram qalmış narkotik vasitə heroin, tədqiqatdan sonra 249,359 qram qalmış psixotrop maddə metamfetamin, iki ədəd elektron tərəzi məhv edilsin, 03 ədəd mobil telefonlar təqsirləndirilən şəxslərin qohumlarına qaytarılsın, 212 manat pul əskinasları dövlət nəfinə xüsusi müsadirə olunsun, 2 ədəd disk isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 81.82 (səksən bir manat səksən iki qəpik)manat təşkil edir və həmin məbləğdə pul təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 hər birindən 40,91 ( 40 manat doxsan bir qəpiq) manat məbləğində olmaqla tutularaq dövlət nəfinə ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs1 oğluna göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Fides» vəkil bürosunun vəkili Müdafiəçi2 Aydın qızına 90 (doxsan) manat, ibtidai araşdırma zamanı vəkil X3 Təqsirləndirilən şəxs1 oğluna göstərdiyi hüquqi yardıma görə Mərkəz Vəkil Bürosunun hesabına 310 (üç yüz on) manat, vəkil X4 Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 420 (dördyüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar