Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-757/2021 24.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1964-cü il sentyabrın 30-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, müharibə veteranı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 1 ünvanındakı fərdi evdə kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs 2020-ci il sentyabrın 30-da saat 16 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində icarə əsasında işlətdiyi, ünvan 3 ünvanında yerləşən taxta sexində onunla birlikdə işləyən Zərərçəkmiş şəxs ilə spirtli içki qəbul etdikdən sonra guya sonuncuya tanışları Şahid verməli olduğu pulu almaq üçün getmək istədikdə Zərərçəkmiş şəxs etiraz etməsi səbəbindən əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoyub əxlaq normalarını pozaraq xuliqanlıq niyyəti ilə əlindəki bıçaqla Zərərçəkmiş şəxs kürək nahiyəsinə iki dəfə qəsdən vurmuş, bununla da həmin şəxsə hemotoraksla müşayiət olunmaqla döş qəfəsinin sağ yarısının arxa səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır və döş qəfəsinin arxa səthinin sol yarısının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, altı ildən çoxdur tanıdığı Zərərçəkmiş şəxs yaşayış yeri olmadığı üçün onun icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən taxta sexində qalmışdır. 2020-ci il sentyabrın 30-da onun doğum günü olduğundan göstərilən tarixdə yeyib-içmişlər və Sahib ona «sənin mənə iş tapdığın adamlar pulumu vermir» bildirəndə o, Şahid çağırmaq istəsə də Sahib hər iki qolundan tutaraq ona mane olmağa çalışdıqda sonuncunu itələməklə əlindəki bıçağın Sahibə dəyib-dəyməməsi haqqında məlumatı olmamışdır. Əməlini Azərbaycan Respublikasının CM-nin 131.2.-ci maddəsi ilə tövsif olunmasını xahiş edir. Zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Əməlindən həddindən artıq peşmandır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onu vurmamışdır, içkili olduğundan bıçaq xəsarətini necə aldığını xatırlamır. Sonuncu ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, Fizulini həbsdən buraxılmasını xahiş edir. Daim sərxoş olduğundan istintaqda verdiyi ifadə yadında qalmamışdır. Hadisəni heç kim görməmiş, qapalı yerdə baş vermişdir. İş üzrə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, hadisə baş verərkən orada olmamış, lakin sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bərabər işlədikləri sexdə bıçaqla vuraraq xəsarət yetirdiyini eşitmişdir. Fizulinin onun Sahibə borclu olmağı barədə dedikləri şər və böhtandır. O, müxtəlif vaxtlarda Sahibə iş gördürməklə əmək haqqını vermişdir. Sonuncu evsiz olduğu üçün əlindən gəldiyi qədər Sahibə yardım etmişdir. O, sonuncudan cinayətin necə baş verməsini soruşanda Sahib Fizulinin heç bir səbəb olmadan arxadan bıçaqla onu vurduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş Təqsirləndirilən şəxs şahid, şübhəli və təqsirləndirilən şəxslər qismində ibtidai araşdırmada dindirildiyi zaman Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə tövsif edilən ittiham üzrə qismən etirafedici ifadələr verərək 2020-ci il sentyabrın 30-da öz doğum günündə Zərərçəkmiş şəxs xahişi ilə bir ədəd toyuq qrili ilə bir ədəd 0,7 litrlik «Belıy Volk» markalı araq almaqla yeyib-içərkən sonuncunun Alik ləqəbli Şahid adlı şəxsdən gördüyü iş müqabilində pulunu ala bilməməsini söylədikdən sonra sonuncudan pulu almaq üçün getməyə hazırlaşdıqda Sahibin dava yaranacağını düşünərək onun qolundan tutmaqla səs-küy salıb icazə verməməsini, həmin vaxt içkili olduğundan Sahibi itələyərək qapıdan çıxanda ola bilsin əlindəki bıçaqla sonuncunu vurduğunu, Alikin işlədiyi yerə baxmaqla qapısı bağlı olduğundan geri qayıtdığını və bıçağı dəzgahın üzərinə qoyduğunu, oradan uzaqlaşarkən Sahibin onu bir neçə dəfə səslədiyini eşitsə də əhəmiyyət vermədən sexi tərk etdiyini, 2020-ci il oktyabrın 01-də saat 03 radələrində taksi fəaliyyəti ilə məşğul olan Ramin adlı şəxsdən Sahibin ağır vəziyyətdə xəstəxanada olduğunu öyrəndiyini bilmişdir. 2021-ci il yanvarın 08-də Təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilmədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 49-51, 69-71, 84-87 və 243-244). Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində dindirilərkən Bakı şəhərində daimi yaşadığı yeri olmadığından işlədiyi ünvan 3 ünvanındakı taxta sexində gecələdiyini, Təqsirləndirilən şəxslə münasibətlərinin həmişə yaxşı olduğunu, alkoqol aludəçisi olduğundan 2020-ci il sentyabrın 30-da saat 06 radələrindən etibarən spirtli içki qəbul etməyə başlayaraq saat 16 radələrində Fizulinin doğum günü ilə əlaqədar sonuncunun verdiyi qonaqlıq zamanı Alik ləqəbli Şahid adlı şəxsin onu işlətməklə pulunu verməməsini dedikdə Fizulinin əsəbiləşib Alikdən onun pulunu alacağını bildirdiyini, qrilin yanındakı bıçağı götürərək getmək istəyərkən Fizulinin qolundan tutmaqla sonuncuya mane olduğunu, Fizulinin əlindən çıxmağa çalışsa da xoşagəlməz hadisə baş verməməsi üçün sonuncunu özünə tərəf çəkib buraxmadığını, göstərilən vaxt Fizulinin bərk qəzəblənərək onu itələməklə bıçaqla sol bədən hissəsindən iki zərbə vurduğunu, o, yerə yıxılanda Fizulinin çıxıb getdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 45-47). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin tərtib etdiyi 2020-ci il 30 sentyabr tarixli protokollardan görünür ki, ünvan 3 ünvanında yerləşən qaraja baxış zamanı dəzgahda üstündə qana bənzər ləkələr, qara rəngli tiyəsinin hər iki tərəfi yarımçıq sınmış vəziyyətdə, uzunluğu 20 sm, tutacağının uzunluğu dəmirdən olaraq 10 sm təşkil edən bir ədəd mətbəx bıçağı, habelə giriş qapısının yanında üzərində qan ləkələrinə oxşar ləkələr olmaqla qəhvəyi qarışıq rəngli bir ədəd kişi köynəyi aşkar edilib götürülmüş, fotocədvəllər protokollara əlavə edilmişdir (1-ci cild, iş vərəqi 12-16). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 2020-ci il 01 oktyabr tarixli 2/8793 №-li Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcədə alkoqol sərxoşluğu müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 21). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 01 oktyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:10-da Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 63-64). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X8» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2020-ci il 02 oktyabr tarixli 709 nömrəli ekspert rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ yarısının arxa səthinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, o cümlədən ekspertizaya təqdim olunan bıçağın və bu tipli digər bıçaqların təsirindən, alın nahiyəsinin və burun tağının sıyrıqları, sol üst göz qapağının qançırı isə bərk küt əşyanın (əşyaların) təsirindən törənərək 2020-ci il sentyabrın 30-na uyğun gəlir, dərəcəsinə görə hemotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olmaqla alın nahiyəsinin və burun tağının sıyrıqları, sol üst göz qapağının qançırı sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir (1-ci cild, iş vərəqi 74-75). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 02 oktyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilib ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 76-77). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 02 oktyabr tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 07 oktyabr tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il oktyabrın 01-dən hesablanaraq həbs qismində qətimkan tədbiri seçilmiş, birinci instansiya məhkəməsinin göstərilən qərarı apellyasiya qaydasında dəyişdirilmədən saxlanılmışdır (1-ci cild, iş vərəqi 102-104 və 107-110). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 2020-ci il oktyabrın 05-də tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2010-cu il 24 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 221.1.-ci maddəsi ilə təqsirli bilinməklə qazancından 20 faiz dövlət nəfinə tutulub 05 ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur (1-ci cild, iş vərəqi 105-106 və 124-127). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X8» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2020ci il 23 oktyabr tarixli 788/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs köynəyi, eləcə də bir ədəd bıçaq üzərində insan qanı aşkar olunaraq bu qan qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunduqda «H» antigeni, köynəkdəki ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alınmışdır, həmin qan ləkələri Oalfa, beta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilərdi (1-ci cild, iş vərəqi 129-132). İş materiallarında olan 2020-ci il 05 oktyabr tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, sonuncunun azadlığa buraxılmasını xahiş edir (1-ci cild, iş vərəqi 138). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X8» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2020ci il 29 oktyabr tarixli 506-MTKŞ/2020 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində aşkarlanan iki ədəd deşilmiş-kəsilmiş zədə küpü, kafi itilikdə ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənə bilərdi, gösərilən zədələr köynəyin döş qəfəsinin arxa səthindəki iki ədəd xəsarətlə nisbi olaraq uyğundur, ekspertizaya təqdim edilən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı soyuq silah hesab edilmir (1-ci cild, iş vərəqi 141-144). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 31 oktyabr tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan köynəyi və hadisənin törədildiyi bıçağı tanımış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 147-148 və 150-152). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 20 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin törədildiyi bıçağı tanımış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 168-170). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 20 noyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən taxta sexini göstərməklə ifadəsini təsdiq etmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 173-176). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 21 noyabr tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə üzləşdirilərkən birincisi Təqsirləndirilən şəxs ona ehtiyatsızlıqdan xəsarət yetirdiyini, aralarında dava-dalaş olmadığını bildirmiş, sonuncu isə onun dediklərini təsdiq etmişdir (1-ci cild, iş vərəqi 180-183). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 2020-ci il 26 noyabr tarixli 091-55302-1220 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı təqsirləndirici material və ya cinayət işi yoxdur (1-ci cild, iş vərəqi 190). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2020-ci il 23 oktyabr tarixli 2109 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməyib ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 199-200). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 05 yanvar tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında, habelə 2021-ci il 08 yanvar tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsindən həmin Məcəllənin 126.2.4.-cü maddəsinə tövsif olunaraq ona yenidən ittiham elan olunmuş, barəsində Azərbaycan Respublikasının CM-nin 221-ci, 228.4.-cü və 29,120-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək və istifadə edilən bir ədəd bıçaq maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir (1-ci cild, iş vərəqi 215-220 və 229-230). Məhkəməyə 2020-ci il martın 01-də təqdim olunan ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, sonuncunun həbsdən azad olunmasını xahiş edir. Məhkəməyə təqdim olunan Bakı şəhəri Yasamal Rayon Hərbi Komissarlığının verdiyi, notariat qaydasında təsdiq edilən 2000-ci il 22 dekabr tarixli 046093 №-li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranı kimi güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəməyə təqdim olunan AZE seriyalı 12639314 №-li və AZE seriyalı 12639315 №-li şəxsiyyət vəsiqələrinin, AZ-İ seriyalı 343896 №-li nikah haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, Fizuli Qaraş oğlu X1 ilə nikahından 2007-ci il 14 sentyabr təvəllüdlü Məhəmməd və 2009-cu il 07 fevral təvəllüdlü Tural adlı övladları vardır. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X8» publik hüquqi şəxsinin meyitin ekspertizasına dair 2021-ci il 30 mart tarixli 28 nömrəli ekspert rəyinin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs ölümünə səbəb qaraciyərin sirozu nəticəsində inkişaf edən kəskin qaraciyər çatışmazlığı olmuşdur, meyitin məhkəmə-tibbi müayinəsi vaxtı aşkar edilən döş qəfəsinin sağ və sol yarısının arxa səthindəki iki ədəd çapıq toxuma 5-6 ay əvvələ uyğun gəlir, həyati olaraq ölümlə səbəbli əlaqəsi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs soyuq silah sayılmayan mətbəx bıçağı ilə qəsdən sağlamlığa ağır zərər vurması, yəni Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə tövsif olunması yanlışdır. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsində nəzərdə tutulan ittihamı elan edərkən onu əsas götürmüşdür ki, o, xuliqanlıq niyyəti ilə öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs soyuq silah sayılmayan mətbəx bıçağı ilə iki dəfə qəsdən vurmuşdur, Təqsirləndirilən şəxs sonuncunun sağlamlığına qəsdən zərər vurması cinayətini xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmış, xuliqanlıq niyyətinin nədə ifadə olunduğunu açıqlamayaraq Təqsirləndirilən şəxs törətmiş olduğu qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı cinayət əməlini Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına zərər vurması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı zərər çəkmiş şəxsə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndinə əsasən, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasındakı mübahisə şəxsi münasibətlər zəminində baş verdiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə araşdırılmış sübutlara qiymət verib Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün, zərər çəkmiş şəxsin və şahidin ifadələri, baxış, götürmə və başqa istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspertiza rəyləri, eləcə də cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən toplanılmış digər mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasının və zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikasının CM-nin 18.4.3.-cü madəsinə görə, həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, həmin Məcəllənin 18.4.4.-cü madəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının CM-nin 83.3.2.-ci madəsinə müvafiq olaraq, azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2010-cu il 24 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 221.1.-ci maddəsi ilə təqsirli bilinib qazancından 20 faiz dövlət nəfinə tutularaq 05 ay müddətinə islah işləri cəzasına məhkum olunduğundan və sonuncunun məhkumluğu ödənildiyindən onun əməlində cinayətlərin residivi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilməklə hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək, habelə bir ədəd bıçaq məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 08 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 48 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il oktyabrın 01-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il oktyabrın 01-dən hesablansın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 48 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilməklə hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək, habelə bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-757/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-757/2021
24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver