Məhkəmə qərarları › İş №1(101)-757/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-757/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-757/2023 15.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X5 və Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, amnistiya aktına əsasən məhkumluğu üzərindən götürülmüş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, bir ədəd bükümdə külli miqdarda, 2,355 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, FHN-nin Tibb İdarəsinin yanında Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ 6-cı PB-nə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üstünə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli kağıza bükülmüş halda külli miqdarda təmiz çəkisi 2,355 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, sentyabrın 2-si uşağını sünnət etdirmişdir. Bakıya maşın götürmək üçün gəlmişdir. Dəvətnamələri paylayırmış. Axşam vaxtı, hava qaranlıq imiş. Post Patrul əməkdaşları gəlib onu saxlamışlar. Onlar adamı əllərindəki planşetdəki portal vasitəsilə yoxlayırmışlar. Onu yoxlayıb baxmışlar ki, məhkumluğu olmuş və amnistiya ilə çıxmışdır. Daha sonra onu bölməyə aparmışlar. Adama elə təkliflər edirmişlər ki, o, məcbur qalıb 234.1-ci maddə ilə razılaşıb qol çəkmişdir. Müstəntiq ona “Nə edə bilərəm? Mal ekspertizadan gəlib, 2 qramdır” demişdir. Atası yataq xəstəsidir. O cinayətkar olmaq istəmir, evdə 2 körpəsi var. Özü də işində, gücündə olan adamdır. Narkotik vasitədən istifadə edirmiş. Narkotik vasitəni sonuncu dəfə nə vaxt istifadə etdiyi yadında deyil. Tutulana qədər, sonuncu günə qədər narkotik vasitədən istifadə edirmiş. Narkotik vasitəni tanımadığı şəxsdən alırmış. Hamı necə, o da elə narkotik vasitəni əldə edirmiş. Üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitəni ona görə boynuna götürmüşdür ki, polis əməkdaşları adama işgəncə edirmişlər. Əli-qolu bağlı imiş, başqa cür edə bilməzmiş. Bütün şöbə üzərinə tökülüşüb ona təzyiq edirmişlər. Narkotik vasitəni onun olmadığı halda boynuna qoymuşlar. 234.1-ci maddə ilə razılaşmışdır. Saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərməmişdir. Özü könüllü olaraq avtomobilə oturmuşdur. Şöbədə onu döyməyə başlamışlar. Vəkili videoçəkilişdə iştirak etmişdir. İfadəni videoçəkilişdə vermişdir. Müstəntiq onu dindirməmişdir. Təhqiqatçı dindirmişdir. İfadəyə oxumadan qol çəkmişdir. Oxumadan ifadəyə ona görə qol çəkmişdir ki, ona 234.1-ci maddə ilə ittiham olunacağı deyilmişdir. Ağ kağızlara qol çəkmişdir. Hamısı ağ kağızlar imiş, əvvəl imzaladıqlarından birinə 234.1-ci maddə yazılmışdır, baxıb qol çəkmişdir. Ekspertizdan sonra 2.2 qram çıxmışdır. Bundan sonra müstəntiq ona 234.4.3-ü maddəni qoya biləcəyini, amma ona hörmət etdiyini demişdir. Onun üzərində narkotik vasitə olmayıb. O, Bakını tanımır, heç bilmir ki, onu tutduqları yer haradır. Ona işgəncə vermişlər. Onu yumruq və təpiklə döyürmüşlər. Döyülməyi barədə heç kəsə şikayət verməmişdir. Təcridxanaya gedəndə üzərində xəsarət izinin olmasına fikir verməmişdir. Kontuziya almışdır, ondan sonra narkotik istifadə etməyə başlamışdır. Şahidlərdən Şahid1 videoçəkilişdə iştirak etmişdir, ona təzyiq göstərən şəxslərin içində Toğrul olmamışdır. Şahidlərdən Şahid2 onu tutan şəxslərin arasında olmamışdır, çəkilişdə üzərindən narkotik çıxan zaman orada olmuşdur. Çəkilişdə vəkil iştirak etmişdir. Təcridxanada onu müayinə etməmişlər. Onu səhər saatlarında yox, axşam saat 7-də tutmuşlar. Barəsində qətimkan tədbiri seçilərkən hakimə döyüldüyünü deməmişdir. Onu hakimin yanına salmamışlar, zala daxil etmişlər, salamlaşmışlar və qətimkanı seçib yollamışlar. Şikayət etməyi bacarmırmış. Qol və qarın nahiyyəsində xəsarət izləri olmuşdur, üzündə isə yox. Təcridxanada döyüldüyü barədə demişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir qohumluq əlaqəsi yoxdur, onu hadisə ilə əlaqədar tanımışdır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. İstintaqda verdiyi ifadəsini təsdiqləyir, hadisə yadında deyil. Üzərindən təqribən 4-5 ay keçmişdir. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə yerləşdirməmişlər. Saxlanılarkən təqsirləndirilən şəxs müqavimət göstərməmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Təsirləndirilən şəxsi saxlayanda iki nəfər olmuşlar. Təsirləndirilən şəxsə təzyiq göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir qohumluq əlaqəsi yoxdur, onu hadisə ilə əlaqədar tanımışdır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsilə bağlı tərəflərindən saxlanılıb bölməyə gətirilmişdir. Bölməyə ekspert gəlmiş, çəkiliş aparılmış və sənədləşdirilmişdir. Şəxsi saxladıqları vaxtı dəqiq xatırlamır. Çəkilişdə iştirak etmişdir. Şəxsi saxlayıb bölməyə aparmışlar və çəkiliş həyata keçirilmişdir. Şəxsi axtarış çəkilişlə olmuşdur. Təsirləndirilən şəxsi əməliyyat məlumatı əsasında saxlamışlar. Təqsirləndirilən şəxs müqavimət göstərmədi. Narkotik vasitənin haradan çıxması yadında deyil. Tərəflərindən təsirləndirilən şəxsə təzyiq olmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onda narkotik vasitənin olmaması və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 04 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş 01 ədəd DVD-R formatlı diskdə olan videogörüntülərdən müəyyən olunur ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının ciblərində, əşyalarında, bədənində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli kağıza bükülmüş bükülünü çıxarıb təqdim edir. Daha sonra onun üzərinə şəxsi axtarış həyata keçirilir və sübut əhəmiyyətinə malik heç nə aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd qara rəngli kağıza bükülmüş bükülünün içərisində heroin adlanan narkotik vasitə olduğunu bildirir. Şifahi sorğu zamanı həmin bükümdə olan narkotik vasitəni istifadə etdiyini, 04 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Binəqədi rayonu, Binəqədi şossesində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində alaraq üzərində gəzdirdiyini bildirir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə fizikikimyəvi ekspertizasının 04 sentyabr 2022-ci il tarixli 6/4765 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №175” dairəvi möhür əksi olan, Şübhəli şəxs Təqsirləndirilən şəxs sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,355 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: .Heroinin təmiz çəkisi 2,355 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -2,305 qram (ekspertiza tədqiqatının dəyəri 65(altmış beş manat) Cinayət işi materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 4(001)-1005/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Kürdəmir şəhər Məhkəməsinin 1(041)-90/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarda onun cəzadan azad olunması, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi göstərilmişdir. Cinayət işində olan Salyan rayon məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarın sürətindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi və tamamlanması qərara alınmışdır. 8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarının 7 ci bəndində qeyd olunur ki, bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göründüyü kimi Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsi ləğv edildiyindən onun üzərindən məhkumluq götürülmüşdür. Cinayət işində olan nikah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki Təqsirləndirilən şəxs X7 ilə rəsmi nikahda olmaqla həmin nikahdan xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı 2 azyaşlı övladları var. Cinayət işində olan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Kürdəmir şəhərində yaşadığı müddət ərzində heç bir şikayət daxil olmamışdır Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli 5299 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu edilərək Tibb Baş İdarəsindən əldə olunan məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl alınmış zədələri və bədən xəsarətləri barədə məlumat alınan zaman zədələri və bədən xəsarətləri olmadığını bildirir. Məhkəmə istintaqı zamanı Binəqədi rayon Prokurorluğundan sorğu edilərək əldə olunan Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X3 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, 168-c-23 saylı qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığından rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 04 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 65 (altmış beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,305 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (altmış beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, 04 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (altmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2, 305 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD- R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İradə Həsənzadə Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar