Məhkəmə qərarları › İş №1(101)-758/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-758/2020

14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-758/2020 14.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X8 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, x xxx 1955-ci il tarixdə Quba rayonunun 1-ci Nügədi kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Quba rayonunun 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs həyat üçün təhlükəli olan bədən xəsarəti yetirməklə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Quba rayonunun Birinci Nügədi kəndində yerləşən evində spirtli içki qəbul etdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində evinin qaşısındakı küçədə bıçaqla alma soyub yeyərkən bir neçə ay əvvəl evinin yaxınlığına zibil tökdüyünə görə aralarında mübahisə yaranaraq ədavətə çevrildiyindən münasibətləri pozulmuş həmkəndlisi Zərərçəkmiş şəxs onun yanından keçən zaman nümayişkaranə şəkildə yerə tüpürməsini aralarındakı ədavətə görə şəxsiyyətinə qarşı yönəlmiş təhqir hesab edərək Zərərçəkmiş şəxs qisas almaq qərarına gəlib bu məqsədlə onun ardınca getmiş, onun Quba- Qonaqkənd yolunun 5-ci kilometrliyinin Quba rayonunun Birinci Nügədi kəndi ərazisindən keçən hissəsində yerləşən “Əfsan” şadlıq sarayına aid kafeyə girdiyini görüb həmin kafeyə daxil olmuş, zaldakı stulda əyləşmiş Zərərçəkmiş şəxs yaxınlaşıb cibindən çıxardığı zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs sol boyun nahiyəsinə bir dəfə zərbə endirməklə ona boynunda sol yan tərəfdə bir yerdə qırtlağın daxilinə nüfuz edən deşilmiş-kəsilmiş yaradan ibarət həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin yaz aylarında həmkəndlisi Zərərçəkmiş şəxs hazırda vəfat etmiş həmkəndlisi Nəsrullanın traktoru ilə kənd bələdiyyəsinin tapşırığı ilə onun yaşadığı evin qarşısından keçən su arxına atılmış zibilləri təmizləyib onun evinin qarşısına yığdığına görə Nəbiyə iradını bildirmiş və aralarında mübahisə yaranmışdır. Həmin vaxt Nəbi ona qarşı nalayiq ifadələr işlətmiş, buna görə də onlar əlbəyaxa olmaq istədikdə, Nəsrulla səs-küyü eşidib idarə etdiyi traktordan düşərək gəlib onları ayırmışdır. Həmin vaxtdan Nəbinin bu söyüşlərini unuda bilməmiş və aralarında ədavət yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində evdə yaşayan 71 yaşlı xəstə bacısına görə, hərbi xidmətdən yeni gəlmiş oğlu Mədətə iş tapılmadığına görə və bir çox şəxsi problemləri olduğundan fikrini yayındırmaq üçün 300 qrama yaxın spirtli içki qəbul etmiş, lakin sərxoş olsa da, özünü idarə edə bilmişdir. Sonra evdən həyətə düşüb həyətdəki masanın üzərində olan ona məxsus meyvə yemək üçün çox zaman cibində gəzdirdiyi bıçağı götürmüş və alma soyub yeyərək küçəyə çıxmışdır. Saat 16 radələrində Nəbi qarşısından keçərək üzünə dik baxmaqla nümayişkaranə şəkildə ona ünvanlamaq niyyəti ilə qarşısına tüpürüb getmişdir. Bu onu hiddətləndirmiş və o, əsəblərinə hakim ola bilməmişdir. Nəbidən intiqam almaq üçün əlindəki bıçağı cibinə qoyub Nəbinin ardınca getməyə başlamışdır. Nəbi durduğu yerdən təxminən 100 m uzaqlıqda Quba istiqamətində sağda yerləşən “Əfsanə” şadlıq sarayına aid həmkəndlisi Şahid1 işlətdiyi kafeyə girmiş və 1-2 dəqiqə sonra o da Nəbinin ardınca kafeyə daxil olmuş, kafenin yuxarı hissəsində həmkəndliləri Şahid3 və Azadla bir stolun ətrafında əyləşmiş Nəbiyə yaxınlaşıb bıçağı cibindən çıxardaraq onun çiyin nahiyəsinə vurmaq istəyərkən Nəbi yerindən tərpəndiyi üçün bıçaq sonuncunun sol boyun nahiyəsinə saplanmış və sonuncu dərhal ayağa qalxaraq bıçağı onun əlindən almışdır. Nəbi onun üzərinə gəlmək istədikdə o, kafedən çölə çıxaraq evinə tərəf getməyə başlamışdır. Nəbi də arxasınca gələrək kafedən 50 m uzaqlıqda onu tutmuş, ardınca da Nəbinin oğlu gəlmiş və ikisi birlikdə onu yerə yıxıb bel nahiyəsinə təpiklə vurmuşlar. Həmin vaxt ətrafda olan tanımadığı şəxslər onları ayırmış və bıçaq Nəbidə qalmışdır. Nəbinin boyun nahiyəsinə bıçaqla 1 dəfə zərbə vurmuşdur. Nəbi əvvəllər onu təhqir etdiyi üçün və onun qabağına tüpürdüyü üçün ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxsə ağır xəsarət yetirmək niyəti olmamışdır. Bıçağı zərərçəkmiş şəxsin çiyninə vurmaq istəmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,2019-cu ilin yaz aylarında həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından keçən su arxında hazırda vəfat etmiş həmkəndlisi Nəsrulla ilə birlikdə bələdiyyə sədrinin göstərişi ilə zibilləri təmizləyərək Nəsrullanın idarə etdiyi traktorun yük hissəsinə yığmışdır. Həmin vaxt Rauf evinin qarşısındakı zibilləri su arxına atmağa başlamış, o da buna əsəbləşərək Raufa söyüşlə iradını bildirmişdir. Bundan sonra onlar əlbəyaxa olmaq istəyəndə Nəsrulla onları ayırmışdır. Həmin gündən sonra aralarında ədavət yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən küçəyə çıxıb həmkəndlisi Qaflanın işlətdiyi “Əfsan” şadlıq sarayının tərkibindəki kafeyə yollanmış, kafeyə təxminən 100 m qalmış Raufun yolun sağında bıçaqla alma soyaraq yediyini görmüş və ona salam vermədən yoluna davam etmişdir. Raufun sərxoş olduğu aydın görünmüşdür. Sonra o, kafeyə daxil olub zalın yuxarı hissəsində nərd oynayan həmkəndliləri Azad və Bəhramın yanında əyləşmişdir. Həmin vaxt başının üstündə Raufu görmüş və qəflətən Rauf sol boyun nahiyəsinə bıçaqla zərbə endirmişdir. O, dərhal ayağa qalxıb sol boyun nahiyəsinə saplanmış bıçağı dartaraq çıxarmış və bıçaq yerə düşmüşdür. Raufun zaldan uzaqlaşdığını görüb bıçağı yerdən götürərək cibinə qoymuş və onun arxasınca getmişdir. Kafedən bir qədər uzaqda Raufu tutmuş, həmin vaxt Rauf ondan polisə şikayət etməməyini xahiş etmişdir. O, Raufu saxlayaraq qaçmamasını tələb etmiş və oğlu Camala zəng edərək baş verənləri ona danışmışdır. Bundan sonra hadisə yerinə kənd camaatı toplaşmış və oğlu Camal da ora gəlmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində işlədiyi kafedə olduğu zaman kafeyə Nəbi daxil olmuş və nərd oynayan həmkəndliləri Azad və Şahid3 yanında əyləşmişdir. Mətbəxtdə stəkanları yuduğu vaxt görmüşdür ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə zala tələsik daxil olaraq Nəbiyə yaxınlaşıb onun sol boyun nahiyəsinə bıçaqla vurmuşdur. Dərhal Nəbi stuldan qalxmış və bıçağı Raufdan almış, sonra da boynunu tutaraq yerində əyləşmişdir. Daha sonra da Nəbi tələsik zaldan çıxaraq Raufun arxasınca getmişdir. Kafedəki müştərilər də çölə çıxmış, o da çölə çıxmış və kafedən Qonaqkənd istiqamətində bir qədər uzaqda insanların toplaşdığını görmüş, lakin ora getməyib kafeyə qayıtmışdır. Rauf Nəbinin boyun nahiyəsindən bıçaqla bir dəfə zərbə vurmuşdur. Hadisənin baş vermə səbəbini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 135-136). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir (cild 1, iş vərəqə 55-60). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqə 129-131). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli 54 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - boynunda sol yan tərəfdə bir yerdə qırtlağın daxilinə nüfuz edən deşilmiş-kəsilmiş yara kəsicideşici əşyanın təsirindən törənməklə yetirilmə müddəti xx xxxxxx 2020-ci il tarixə uyğun gəlmiş, bu xəsarət qərarda göstərilən vəziyyətdə ekspertiziya təqdim olunan və ya ona oxşar digər bıçaqla yetirilə bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aid olmuşdur (cild 1, iş vərəqə 65-66). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının x xxxxx 2020-ci il tarixli 666 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar, hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər-hansı psixi pozuntunun əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur. Əqli və psixi inkişafına görə cinayət əməlini törədən zaman etdiyi hərəkətlərin mahiyyətini anlamaq qabiliyyətinə malik olmuşdur. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa, təlqinə qapılmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində hirslilik yaranmışdır. Həmin halın yaranması adi alkogol sərxoşluğu vəziyyətində olması ilə şərtləşə bilərdi. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (cild 1, iş vərəqə 182-184). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 38-MTKŞ/2020-ci il nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, təqdiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilməmişdir (cild 1, iş vərəqə 173-175). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 74-MTKŞ/2020-ci il nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O/İ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək, qısaqol mayka, mayka və 1 ədəd bıçağın tiyəsinin üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq edildikdə H antigeni, əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alınmışdır. Bu qan ləkələri O-alfa,beta /İ/qruplu şəxsə, o cümlədən, ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 177-180). Cinayət işinin materiallarından görünür ki, Quba rayon mərkəzi xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli, 157 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəsi protokolundan görsənir ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 17). Cinayət işinin materiallarından görünür ki, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı 1 ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus 1 ədəd ağ-qara damalı uzunqol köynək, 1 ədəd sarı rəngli mayka və 1 ədəd qara rəngli qısaqol köynək sübut əhəmiyyəti kəsb etdiyindən xx xxx 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqə 188-194). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 128). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (cild 1, iş vərəqə 138). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Quba rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 99-100). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Quba rayon Polis Şöbəsində saxlanılanzavod üsulu ilə hazırlanmış məişət təyinatlı 1 ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus 1 ədəd ağ-qara damalı uzunqol köynək, 1 ədəd sarı rəngli mayka və 1 ədəd qara rəngli qısaqol köynək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Quba rayon Polis Şöbəsində saxlanılanzavod üsulu ilə hazırlanmış məişət təyinatlı 1 ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus 1 ədəd ağ-qara damalı uzunqol köynək, 1 ədəd sarı rəngli mayka və 1 ədəd qara rəngli qısaqol köynək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar