Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-758/2021 12.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 oglunun iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Gürcüstanın Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq küllü miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı İlə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərərək qabaqcadan əlbir olan olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 93,631 qram küllü miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 112,185 qram küllü miqdarda ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq, daşımış və 24 iyul 2020-ci il tarixdə saat 12:45 radələrində Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 3 ünvanın qarşısında Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Polis Bölməsinə gətirilmiş, polis bölməsinin xidməti otaqların birində video çəkiliş vasitəsi ilə üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əlində olan şəffaf sellofan torbanın içərisində olan “Samsung Galaxy A6” markalı mobil telefona aid ağ rəngli qutunun içərisindən bir ədəd bükümdə təmiz çəkisi 93,631 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 110,172 qram külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd üzərində narkotik vasitə-heroin və psixotrop maddə metamfetamin izləri olan “200g/0,01g” markalı elektron tərəzi, həmçinin əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,964 qram və 1,049 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 1990-cı il tarixdə Gürcüstanda anadan olmuşdur. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 136A, mənzil 175 yaşayır. Hazırda heç bir yerdə işləmir. Bədənində ağrılar olduğu üçün təxminən 5-6 aydır ki, narkotik vasitə olan metamfetamindən istifadə edir. Bədəni narkotik maddə istifadəsinə öyrəşdiyi üçün demək olar ki, hər gün psixotrop maddə “şüşə” yəni, metamfetamin qəbul edir. 2020-ci ilin iyul ayının ortalarında özünün istifadə etməyi üçün əvvəllər də alqı-satqı etdiyi İran İslam Respublikasının vətəndaşı olan adını bilmədiyi şəxslə əlaqə saxlamış və narkotik vasitə lazım olduğunu bildirmişdir. Həmin şəxs isə bunun qarşılığında ondan 900 manat pul istəmiş, bildirmişdir ki, onun bank hesabına həmin məbləği ödədikdən sonra narkotik vasitəni haradan götürəcəyini bildirəcəkdir. Həmin gün onun yadında qalmayan bank hesabına yaşadığı ünvanın yaxınlığında yerləşən marketdə olan ödəmə terminalından ümumilikdə 900 manat pul ödəmiş, axşam saatlarında İran İslam Respublikasının vətəndaşı onunla əlaqə saxlayaraq narkotik vasitəni Bakı şəhərində yerləşən “Şamaxinka” adlanan ərazidəki sürət işarəsinin altından götürməsini demişdir. Həmin yerə gedib qeyd olunan sürət işarə tablosunun altında olan “Samsung Galaxy A6” markalı mobil telefon qutusunu götürmüşdür. Yolda gələrkən qutunu açmış və içərisinə baxdıqda orada 1 ədəd bükümdə “metamfetamin” və 1 ədəd bükümdə “heroin” olduğunu görmüşdür. X4 Respublikasının vətəndaşından 1 ədəd bükümdə “heroin”lə bağlı soruşduqda bildirmişdir ki, həmin narkotik vasitə olan heroin bükümünü onunla əlaqə saxlayacaq şəxsə çatdırsın. Bundan sonra yaşadığı evə getmiş və 24 iyul 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olan zaman 2 ədəd içərisində “metamfetamin” olan narkotik vasitə bükümlərini şalvarının sağ yan kiçik cibinə qoymuş və İran İslam Respublikası vətəndaşının dediyi həmin heroin bükümünü tanımadığı şəxsə çatdırmaq üçün Bakı şəhərində yerləşən Gənclik metrostansiyasmın yaxınlığına getmişdir. Həmin gün saat 12:45 radələrində ünvan 3 ünvandan keçən zaman 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşları olmalarını bildirib onu 16-cı Polis Bölməsinə gətirmişlər. Bölmənin xidməti otaqlarının birində iştirakçıların iştirakı ilə üzərinə baxış keçiriləcəyi ona bildirilmiş, bundan sonra həmin otağa hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət edilmiş və videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmişdir. Həmin vaxt polis əməkdaşları ona üzərində hər hansı qeyriqanuni əşya yaxud predmet varsa, təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra əynində olan tünd göy rəngli cins parçadan olan şalvarının sağ yan kiçik cibində olan 2 ədəd şəffaf selofana bükülmüş içərisində “metamfetamin” olan bükümləri, həmçinin saxlanılarkən əlində olan şəffaf selofanda içərisində şəffaf selofana bükülmüş 1 ədəd spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə, 1 ədəd şəffaf selofana bükülmüş spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə və 1 ədəd “Linextreme” markalı elektron çəki olan “Samsung Galaxy A6” markalı mobil telefon qutusunu təqdim etmişdir. Həmin qutunun içərisindəki və üzərindən aşkar olunmuş bükümlərin içərisindəki narkotik vasitələr kağız zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, o digər iştirakçılarla birlikdə zərfin üzərinə və protokola imza etmişdir. Əlavə olaraq bildirmişdir ki, ifadəsinin əvvəlində göstərdiyi İran İslam Respublikası vətəndaşının anket məlumatları barədə heç nə bilmir, əvvəllər də həmin şəxsdən pul müqabilində narkotik maddəni alıb istifadə etmişdir. Saxlanılarkən əlində olan “Samsung Galaxy A6” markalı mobil telefon qutusunun içərisindəki elektron çəkini, narkotik vasitələri şəxsi istifadəsi üçün istifadə edən zaman artıq çəkidə qəbul etməmək üçün istifadə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni özünün istifadə etməyi üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis bölməsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır. 24 iyul 2020-ci il tarixdə Nərimanov RPİ- nin 16cı Polis Bölməsində üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş narkotik vasitələri satmaq niyyəti olmamışdır. Həmin narkotik vasitələri bədənində olan ağrıların qarşısını almaq məqsədi ilə özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Mobil telefondan istifadə etmir. 2020-ci ilin iyul ayının ortalarında, yaşadığı evin yaxınlığında üzdən tanıdığı, narkotik vasitələrdən istifadə etdiyini bildiyi şəxsin nömrəsini bilmədiyi mobil telefonu ilə ifadəsində qeyd etdiyi İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlamışdır. İran İslam Respublikası vətəndaşı olan həmin şəxsin telefon nömrəsini hazırda xatırlamır. Mobil telefonundan istifadə etdiyi şəxsi üzdən tanısa da, anket məlumatlarını bilmir, həmin şəxsin təxminən 30 yaşında, orta boylu, arıq bədən quruluşludur. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, hazırda Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin rəis müavini vəzifəsində xidmət edir. 24 iyul 2020-ci il tarixdə saat 12:30 radələrində ünvan 3 ünvanın qarşısında “Rəşad” adlı şəxsin narkotik vasitələrin üzərində gəzdirməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə şöbənin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, polis baş leytenantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin günü saat 12:30 radələrində Şahid3 və Şahid2 ilə birlikdə məlumatda qeyd edilən ünvan 3 ünvanın qarşısına getmişlər. Orada daxil olmuş əməliyyat məlumatı əsasında əlamətləri “Rəşad” adlı şəxsin əlamətlərinə uyğun gələn şəxsi görüb ona yaxınlaşmışlar və bir qədər söhbət etdikdən sonra onu Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs də buna etiraz etməmiş və onlarla birlikdə qeyd etdiyi Polis Bölməsinə gəlmişlər. Polis Bölməsində məlum olmuşdur ki, tərəflərindən şöbəyə gətirilmiş şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş və dəvət edilmiş vəkilin iştirakı ilə onun üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins parçadan olan şalvarın sağ yan kiçik cibində olan 2 ədəd şəffaf selofana bükülmüş vəziyyətdə olan bükümləri, həmçinin saxlanılarkən əlində olan şəffaf selofanda içərisində şəffaf selofana bükülmüş 1 ədəd spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə, 1 ədəd şəffaf selofana bükülmüş spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə və 1 ədəd “Linextreme” markalı elektron çəki olan “Samsung Galaxy A6” markalı mobil telefon qutusunu təqdim etmişdir. Həmin qutunun içərisindəki və üzərindən aşkar olunmuş bükümlərin içərisindəki narkotik vasitələr qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən protokola və zərfin üzərinə imza edilmişdir. (i.v.80-81) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək həmin xüsusatları bir daha təsdiq etdilər. Cinayət işinin 38-39-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyul 2020-ci il tarixli, 6/1379 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “ Təqsirləndirilən şəxs ” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 93,631 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,964 qram, 1,049 qram və 110,172 qram, ümumi təmiz çəkisi 112,185 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd “200g/0,01g” markalı elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. 28 iyun 2005-ci il tarixli 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Cinayət işinin 118-119-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin 29 oktyabr 2020-ci il tarixli, 3035 nömrəli ambulator məcburi- narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui- stifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə maddi subut olan DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir.DVD disklərdə olan görüntülər işin hallarına uyğundur. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə daşıma əməlini törətmədiyini desə də, həmin xüsusatlar məsuliyyətdən yayınmaq xarakteri daşıyıb əsassız olduğundan və iş materialları ilə uyğunluq təşkil etmədiyindən iş üzrə protokollar, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və istintaq zamanı toplanmış digər istintaq sübutlarla tam təkzib olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 21-22 və 74-79-cu vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 145-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 24 iyul 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 29 oktyabr 2020-ci il tarixli, 3035 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 93,631 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 93,531 qram heroin, ümumi təmiz çəkisi 112,185 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 112,035 qram metamfetamin və 1 ədəd “200g/0.01g” markalı elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil Müdafiəçi1 ödənilməli haqq 320 AZN (üç yüz iyirmi manat) Bakı şəhəri 2 saylı vəkil bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 24 iyul 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Nərimanov RPİnin saxlanc yerinə təhvil verilmiş təmiz çəkisi 93,631 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 93,531 qram olan heroin, ümumi təmiz çəkisi 112,185 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 112,035 qram metamfetamin və 1 ədəd “200g/0.01g” markalı elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil Müdafiəçi1 ödənilməli haqq 320 AZN (üç yüz iyirmi manat) Bakı şəhəri 2 saylı vəkil bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov