Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-758/2022 11.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, müdafiəçilər-Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkilləri X2, X7, Müdafiəçi1, Bakı şəhər 06 saylı Vəkil Bürosunun vəkili X3, “Arbitrium” Vəkil Bürosunun vəkilləri X19, Müdafiəçi2 və “Kredo” Vəkil Bürosunun vəkili X11, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və Zərərçəkmiş şəxs1 iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3, 185.2.1-ci maddələri ilə xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan və hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3, 185.2.1-ci maddələri ilə xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3, 185.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs1, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək niyyəti ilə basqın etmək, oğurlamaq, şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını tələb edib almaq məqsədi ilə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 16 avqust 2021-ci il tarixdə gecə saat 04 radələrində qrup üzvü Təqsirləndirilən şəxs3 ilə birlikdə ünvan 4 ünvanda yerləşən «Ət Kombinatı»nın qarşısında park vəziyyətində dayanmış Zərərçəkmiş şəxs2nə məxsus "Khazar” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə etibarnamə əsasında taksi xidməti göstərən Zərərçəkmiş şəxs1 yaxınlaşıb guya müştəri qismində əvvəlcə Keşlə qəsəbəsindəki «Məscid»in qarşısına onları avtomobili ilə aparmasını bildirmiş, sürücü Zərərçəkmiş şəxs1 təklifi rədd etməsini bəhanə edib onu avtomobildən düşürdərək Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs1 sifət nahiyyəsinə yumruqla zərbələr endirmiş, sonra isə əvvəlcədən aralarında olan razılığa əsasən o, üzərində daşıdığı silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirib tətbiq elməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib Zərərçəkmiş şəxs1 70 manat dəyərində ***-***-**-** və 30 manat dəyərində ***-***-**-** GSM nömrələri olan 100 manat dəyərində qara rəngli, «Samsung» markalı, A5 modelli 01 ədəd mobil telefonunu əlindən alıb ələ keçirmiş, digər əmlaklarını da ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməkdə davam edib “Khazar” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına zorla əyləşdirdikdə həmin vaxt hadisə yerinə gəlmiş qrup üzvü Təqsirləndirilən şəxs2 yumruq və təpiklə avtomobildə olan Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə vurmuş və əvvəlcədən aralarında olan vəzifə bölgüsünə əsasən o, avtomobilin arxa oturacağında, Təqsirləndirilən şəxs2 avtomobilin sağ qabaq oturacağında, qrup üzvü Təqsirləndirilən şəxs3 isə avtomobilin sükanı arxasında əyləşdikdən sonra o, yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyyəsindən vuraraq sağlamlığı üçün təhlükəli zorakılıqla və həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri hədələri ilə Zərərçəkmiş şəxs1 cibindən 74 manat nağd pul vəsaitini də götürüb qrup üzvü Təqsirləndirilən şəxs3 verməklə ələ keçirmiş və cinayət əməllərini davam etdirərək Təqsirləndirilən şəxs3 “Khazar” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə tamah məqsədi ilə Zərərçəkmiş şəxs1 oğurlayaraq avtomobildə iradəsi əleyhinə ünvan 5 ünvanın qarşısından Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, Xətai rayonu, “Ağ şəhər” və metronun “Xətai” stansiyası, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti, Nərimanov rayonu, metronun “Nərimanov” stansiyası, Heydər Əliyev prospekti, Nizami rayonu, Davud Aslan küçəsi, Heydər Əliyev prospekti, Sabunçu rayonu, Zabrat, Kürdəxam və Pirşağı qəsəbələri istiqamətində marşrut üzrə hərəkət edib Zərərçəkmiş şəxs1 həmin gecə saat 04-05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, dəniz kənarına gətirib orada cinayətkar planın davamı olaraq qrup üzvü Təqsirləndirilən şəxs2 hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 avtomobildən düşürdərək bədənin müxtəlif nahiyələrinə yumruq, təpiklə vurmaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hərəkətlərini və belə zorakılıq tətbiq ediləcəyi hədələrini davam etdirib Zərərçəkmiş şəxs1 qolundan 01 ədəd 100 manat dəyərində qol saatını açıb almaqla ümumilikdə Zərərçəkmiş şəxs1 374 manat məbləğində əmlakını ələ keçirərək quldurluq etmiş, daha sonra qrup üzvü Təqsirləndirilən şəxs3 avtomobili idarə edib qrup üzvləri ilə birlikdə qeyd edilən avtomobillə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 7 ünvanında “Ət Kombinatının" inzibati ərazisindəki evinin qarşısına gətirib orada Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrarən avtomobildə olan Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor göstərəcəkləri hədəsi ilə və zor tətbiq etməklə azad edilməsi üçün 5.000 manat pul vəsaiti verməsini hədə-qorxu ilə tələb etmiş və bununla da qrup üzvlərinin törətdikləri davamlı zorakı hərəkətləri nəticəsində ümumilikdə Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol gözün ağlı qişasının iç yarısını əhatə edən qansızıma, hər iki gicgah və təpə nahiyyələrinin şişkinlik halında əzilmələri, sol gözətrafı və döş qəfəsinin sol yan səthinin qançırları, sol qaşustu nahiyyənin sıyrığı xəsarətləri yetirilmiş, Zərərçəkmiş şəxs1 tələb olunan məbləğdən 1000 manat məbləğində pul vəsaitini evindən götürüb onlara verəcəyi ilə razılaşdıqdan sonra qrup üzvləri sonuncunu ünvan 5 ünvanda yerləşən “Ət Kombinatının yaxınlığında avtomobildən düşürdüb azad etdikdə Zərərçəkmiş şəxs1 oradan qaçıb onlardan yayındıqdan sonra həmin gün saat 05 radələrində ünvan 8 ünvanın qarşısından Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs2 MMC-yə məxsus “Khazar" markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qrup üzvü Təqsirləndirilən şəxs3 sükan arxasında, o, arxa, Təqsirləndirilən şəxs2 isə qabaq sağ oturacaqda əyləşib həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə (qaçırmaqla) Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində idarə edərək səhər saat 08 radələrində ünvan 9 ünvanda yerləşən «Ət Kombinatı»nın inzibati binasının qarşısında saxlayıb oranı tərk etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək niyyəti ilə basqın etmək, oğurlamaq, şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını tələb edib almaq məqsədi ilə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 16 avqust 2021-ci il tarixdə gecə saat 04 radələrində qrup üzvü Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ilə birlikdə ünvan 5 ünvanda yerləşən “Ət Kombinatı»nın qarşısında park vəziyyətində dayanmış Zərərçəkmiş şəxs2nə məxsus “Khazar” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə etibarnamə əsasında taksi xidməti göstərən Zərərçəkmiş şəxs1 yaxınlaşıb guya müştəri qismində əvvəlcə Keşlə qəsəbəsindəki «Məscid»in qarşısına onları avtomobili ilə aparmasını bildirmiş, sürücü Zərərçəkmiş şəxs1 təklifi rədd etməsini bəhanə edib sonuncunu avtomobildən düşürdərək X10 Vəkilov ilə birlikdə Zərərçəkmiş şəxs1 sifət nahiyyəsinə yumruqla zərbələr endirmiş, sonra isə əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 üzərində daşıdığı silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirib tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib Zərərçəkmiş şəxs1 70 manat dəyərində ***-***-**-** və 30 manat dəyərində 077-391- 00-12 GSM nömrələri olan 100 manat dəyərində qara rəngli, «Samsung» markalı, A5 modelli 01 ədəd mobil telefonunu əlindən alıb ələ keçirmiş, digər əmlaklarını da ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməkdə davam edib "Khazar" markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına zorla əyləşdirdikdə həmin vaxt hadisə yerinə gəlmiş o, yumruq və təpiklə avtomobildə olan Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə vurmuş və əvvəlcədən aralarında olan vəzifə bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 avtomobilin arxa oturacağında, o, avtomobilin sağ qabaq oturacağında, qrup üzvü Təqsirləndirilən şəxs3 isə avtomobilin sükanı arxasında əyləşdikdən sonra Təqsirləndirilən şəxs1 yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyyəsindən vuraraq sağlamlığı üçün təhlükəli zorakılıqla və həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri hədələri ilə sonuncunun cibindən 74 manat nağd pul vəsaitini də götürüb qrup üzvü Təqsirləndirilən şəxs3 verməklə ələ keçirmiş və cinayət əməllərini davam etdirərək Təqsirləndirilən şəxs3 “Khazar” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə tamah məqsədi ilə Zərərçəkmiş şəxs1 oğurlayaraq avtomobildə iradəsi əleyhinə ünvan 5 ünvanın qarşısından Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, Xətai rayonu, “Ağ şəhər” və metronun “Xətai” stansiyası, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti, Nərimanov rayonu, metronun “Nərimanov” stansiyası, Heydər Əliyev prospekti, Nizami rayonu, Davud Aslan küçəsi, Heydər Əliyev prospekti, Sabunçu rayonu, Zabrat, Kürdəxanı və Pirşağı qəsəbələri istiqamətində marşrut üzrə hərəkət edib Zərərçəkmiş şəxs1 həmin gecə saat 04-05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, dəniz kənarına gətirib orada cinayətkar planın davamı olaraq o, hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 avtomobildən düşürdərək bədənin müxtəlif nahiyyələrinə yumruq, təpiklə vurmaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hərəkətlərini və belə zorakılıq tətbiq ediləcəyi hədələrini davam etdirib Zərərçəkmiş şəxs1 qolundan 01 ədəd 100 manat dəyərində qol saatını açıb almaqla ümumilikdə Zərərçəkmiş şəxs1 374 manat məbləğində əmlakını ələ keçirərək quldurluq etmiş, daha sonra qrup üzvü Təqsirləndirilən şəxs3 avtomobili idarə edib qrup üzvləri ilə birlikdə qeyd edilən avtomobillə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 7 ünvanında “Ət Kombinatının” inzibati ərazisindəki evinin qarşısına gətirib orada Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə təkrarən avtomobildə olan Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor göstərəcəkləri hədəsi ilə və zor tətbiq etməklə azad edilməsi üçün 5.000 manat pul vəsaiti verməsini hədə-qorxu ilə tələb etmiş və bununla da qrup üzvlərinin törətdikləri davamlı zorakı hərəkətləri nəticəsində ümumilikdə Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol gözün ağlı qişasının iç yarısını əhatə edən qansızma, hər iki gicgah və təpə nahiyyələrinin şişkinlik halında əzilmələri, sol gözətrafı və döş qəfəsinin sol yan səthinin qançırları, sol qaşustu nahiyyənin sıyrığı xəsarətləri yetirilmişdir. Zərərçəkmiş şəxs1 tələb olunan məbləğdən 1000 manat məbləğində pul vəsaitini evindən götürüb onlara verəcəyi ilə razılaşdıqdan sonra qrup üzvləri sonuncunu ünvan 5 ünvanda yerləşən “Ət Kombinatı»nın yaxınlığında avtomobildən düşürdüb azad etdikdə Zərərçəkmiş şəxs1 oradan qaçıb onlardan yayındıqdan sonra həmin gün saat 05 radələrində ünvan 8 ünvanın qarşısından Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs2 MMC-yə məxsus “Khazar” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qrup üzvü Təqsirləndirilən şəxs3 sükan arxasında, Təqsirləndirilən şəxs1 arxa, Təqsirləndirilən şəxs2 isə qabaq sağ oturacaqda əyləşib həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə (qaçırmaqla) Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində idarə edərək səhər saat 08 radələrində ünvan 9 ünvanda yerləşən «Ət Kombinatı»nın inzibati binasının qarşısında saxlayıb oranı tərk etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs3, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək niyyəti ilə basqın etmək, oğurlamaq, şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını tələb edib almaq məqsədi ilə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 16 avqust 2021-ci il tarixdə gecə saat 04 radələrində qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 5 ünvanda yerləşən “Ət Kombinatı'nın qarşısında park vəziyyətində dayanmış Zərərçəkmiş şəxs2nə məxsus "Khazar" markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə etibarnamə əsasında taksi xidməti göstərən Zərərçəkmiş şəxs1 yaxınlaşıb guya müştəri qismində əvvəlcə Keşlə qəsəbəsindəki «Məscid»in qarşısına onları avtomobili ilə aparmasını bildirmiş, sürücü Zərərçəkmiş şəxs1 təklifi rədd etməsini bəhanə edib sonuncunu avtomobildən düşürdərək Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 sifət nahiyyəsinə yumruqla zərbələr endirmiş, sonra isə əvvəlcədən aralarında olan razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 üzərində daşıdığı silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirib tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib Zərərçəkmiş şəxs1 70 manat dəyərində ***-***-**-** və 30 manat dəyərində ***-***-**-** GSM nömrələri olan 100 manat dəyərində qara rəngli, «Samsung» markalı, A5 modelli 01 ədəd mobil telefonunu əlindən alıb ələ keçirmiş, digər əmlaklarını da ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməkdə davam edib "Khazar” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına zorla əyləşdirdikdə həmin vaxt hadisə yerinə gəlmiş qrup üzvü Təqsirləndirilən şəxs2 yumruq və təpiklə avtomobildə olan Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə vurmuş və əvvəlcədən aralarında olan vəzifə bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 avtomobilin arxa oturacağında, Təqsirləndirilən şəxs2 avtomobilin sağ qabaq oturacağında, o isə avtomobilin sükanı arxasında əyləşdikdən sonra Təqsirləndirilən şəxs1 yumruqla Xalıq Abdullayevin sifət nahiyyəsindən vuraraq sağlamlığı üçün təhlükəli zorakılıqla və həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri hədələri ilə sonuncunun cibindən 74 manat nağd pul vəsaitini də götürüb ona verməklə ələ keçirmiş və cinayət əməllərini davam etdirərək o, “Khazar” markalı, 90- PT-562 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə tamah məqsədi ilə Zərərçəkmiş şəxs1 oğurlayaraq avtomobildə iradəsi əleyhinə ünvan 5 ünvanın qarşısından Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, Xətai rayonu, "Ağ şəhər” və metronun “Xətai” stansiyası, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti, Nərimanov rayonu, metronun Nərimanov stansiyası, Heydər Əliyev prospekti, Nizami rayonu, Davud Aslan küçəsi, Heydər Əliyev prospekti, Sabunçu rayonu, Zabrat, Kürdəxanı və Pirşağı qəsəbələri istiqamətində marşrut üzrə hərəkət edib Zərərçəkmiş şəxs1 həmin gecə saat 04-05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, dəniz kənarına gətirib orada cinayətkar planın davamı olaraq qrup üzvü Təqsirləndirilən şəxs2 hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 avtomobildən düşürdərək bədənin müxtəlif nahiyyələrinə yumruq, təpiklə vurmaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hərəkətlərini və belə zorakılıq tətbiq ediləcəyi hədələrini davam etdirib Zərərçəkmiş şəxs1 qolundan 01 ədəd 100 manat dəyərində qol saatını açıb almaqla ümumilikdə Zərərçəkmiş şəxs1 374 manat məbləğində əmlakım ələ keçirərək quldurluq elmiş, daha sonra o, avtomobili idarə edib qrup üzvləri ilə birlikdə qeyd edilən avtomobillə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 7 ünvanında "Ət Kombinatının” inzibati ərazisindəki evinin qarşısına gətirib orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrarən avtomobildə olan Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor göstərəcəkləri hədəsi ilə və zor tətbiq etməklə azad edilməsi üçün 5.000 manat pul vəsaiti verməsini hədə-qorxu ilə tələb etmiş və bununla da qrup üzvlərinin törətdikləri davamlı zorakı hərəkətləri nəticəsində ümumilikdə Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol gözün ağlı qişasının iç yarısını əhatə edən qansızma, hər iki gicgah və təpə nahiyyələrinin şişkinlik halında əzilmələri, sol gözətrafı və döş qəfəsinin sol yan səthinin qançırları, sol qaşustu nahiyyənin sıyrığı xəsarətləri yetirilmiş, Zərərçəkmiş şəxs1 tələb olunan məbləğdən 1000 manat məbləğində pul vəsaitini evindən götürüb onlara verəcəyi ilə razılaşdıqdan sonra qrup üzvləri sonuncunu ünvan 5 ünvanda yerləşən "Ət Kombinatı’nın yaxınlığında avtomobildən düşürdüb azad etdikdə Zərərçəkmiş şəxs1 oradan qaçıb onlardan yayındıqdan sonra həmin gün saat 05 radələrində ünvan 8 ünvanın qarşısından Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs2 MMC-yə məxsus “Khazar” markalı, 90-PT- 562 dövlət qeydiyyat nişanlı avtomobilin sükan arxasında, Təqsirləndirilən şəxs1 arxa, Təqsirləndirilən şəxs2 isə qabaq sağ Oturacaqda əyləşib həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə (qaçırmaqla) Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində idarə edərək səhər saat 08 radələrində ünvan 9 ünvanda yerləşən «Ət Kombinatıwnm inzibati binasının qarşısında saxlayıb oranı tərk etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, qaydasız döyüş müəllimdir, onun motoskleti var, onu alıb gündəliy kirayəyə vermişdir. 16 avqust 2021-ci il tarixdə Məcidbəylə görüşmüş, həmin gün onun motoskletində nasazlıq yaranmışdır. Onun Toğrul adında dostu var, həmin əraziyə yaxın olduğundan motoskleti Toğrulgilin həyətinə qoymaq fikrinə düşmüşdür ki, gecə başqa yer tapmayacaq. Ət kombinatı olan yerə, yəni Xaliqgil olduğu yerə çatanda demişlər ki, taksi tutub gedib benzin alsınlar, nəsə bir şey etsinlər ki, bəlkə motosklet işə düşə bildi. Məcid Xaliqə yaxınlaşmış, o, birdən görmüşdür ki, Məcidbəylə Xaliqin arasında dava dalaş yarandı, onları gördükdə tez gedib aralaşdırmışdır. Aralaşandan sonra bir birilərini tanımışlar, aralarında tanışlıq yaranmışdır. Sonra Toğrul gəlmiş, Toğrul Xaliqi tanımışdır, onlar həm yerli, həmdə qonşu olmuşlar. Sonra Hüseynə zəng etmişlər ki, bir yerdə gedib otursunlar. Nərimanovda «Qədir Xum» restoranında dönər yemək istəmişlər. Orda Xaliqin halı yaxşı olmamışdır, yolda xaliq üçün su almışdır. Xaliqdən nə pul, nə telefon alınmamışdır. İttihamda qeyd olunub ki, Xaliqdən telefon, pul alınıb, onun üzərinə bıçaq çıxarılıb. Onun Xaliqə bıçaq çıxarmasına ehtiyac belə olmamış, çün ki, o özü idman müəllimidir, onun bıçağa ehtiyacı belə yoxdur. Həmçinin Xaliq taksi sürücüsüdür, günü 25 manata işləyir, ondan necə pul tələb edə bilərlər. Xaliq xəstə, narkoman adamdır, indi onun qarşısına nə qoyublar, ona nə deyiblər imza edib. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yaşadığı evin yaxınlında olan parkda dostu ilə söhbət edərkən Hacıbəy zəng edərək görüşmək istədiyini bildirmişdir. Hacıbəy işlədiyi üçün gecələr görüşmüşlər. O Hacıbəylə görüşə gələrkən Xaliq də orda olmuşdur. Onlar məscidin yanına gedib özlərinə siqaret almılar. Sonra Nərimanov rayonuna getmişlər, yolda o Dönərxananın qabağında maşından düşüb dönər almış, uşaqlar da yara bandı almaq üçün aptekə getmişlər. Xaliq özünü yaxşı aparmış, heç bir narahatçılığı olmamışdır. Lakin, üz gözündən dava etdiyi müşahidə lunmudu. Sonra Xaliqi düşürüb Pirşağıya dənz kənarına getmişlər. Orada Məcidlə bir qədər söhbət etmişlər, orada yemək yemişlər, sonra Məcidlə Məhəmmədiyə gəlmişlər evdəkilərlə görüşüb maşını gətirib ət kombinatının qarşısındakı kafenin həyətinə qoymuşlar. Sonra Xaliq ona zəng etmişdir ki, gəlsin görüşsünlər 1000 manatı gətirib. O isə demişdir ki, «nə 1000 manat sən nə pulundan danışırsan». Xaliq demişdir ki, 1000 manat isəmisiz. O Xaliqə «sən deyəsən yuxuda görmüsən nə pulu səndən pul istəyən olmayıb» demişdir. Sonra Xaliq telefonunu qaytarmalarını bildirmiş, o, Xaliqə «nə telefonu, hansı telefon, sən xəstəsən?» demişdir. Xaliq narkoman adamdır, ola bilsin başı gedib. O, əvvəldə məhkum olunmuş, törətdiyi cinayəti etiraf etmiş, kişi kimi yatıb cəzasını çəkib çıxmışdır. Lakin o, bu cinayəti törətməmiş, ona şər böhtan atırlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasından təzə gəlmişdir, Hacıbəy onun məhləuşağıdır. Həmin günü o, Hacıbəylə bir yerdə olmuşdur. Hacıbəyin motoskleti var onu motosklet sürməyi öyrətmişdir. Ət Konbinatının yanında motosklet xarab olmuş, Hacıbəyin də orada tanışı olmuş, istəmişdir ki, motoskleti dostunun həyətinə qoysun. Hacıbəy motoskletdən düşmüş, motoskleti mühafizəçiyə vermiş, söhbət edən zaman, həmin yerdə kombinatın müşahidə kamerası da var hər şey kameraya düşüb. O, Xaliqə yaxınlaşıb maşının pəncərəsini vurmuş, Xaliq artıq əskik danışmağa başlamışdır. Orada başqa söhbətlər də olmuş, burda danışmaq istəmir. Xaliq maşından düşüb ona nalayiq sözlər işlətmiş, o da Xaliqin sifətinə vurub xəsarət yetirmişdir. Həmin vaxt Hacıbəy gəlib qolundan tutaraq onu kənarlaşdırmışdır. Həmin vaxt adını bilmədiyi uşaq gəlmiş, maşina oturmuşlar, onun məhləuşağıda başlayır onu tənqid etməyə. Sonra bir yerdə məscidə tərəf getmişlər ki, orada Xaliqin ağzının qanın yusunlar. Bu vaxt Hacıbəy Hüseynə zəng etmiş, Hüseyn gəlmiş, birlikdə 227 saylı məktəbin qabağında 24 saat işləyən şərab evinin qarşısına gəlmişlər, şərab evinin qarşısında Post Patrul Xidmətinin maşını olmuşdur, girib maqazinə siqaret götürmüşlər, yenidən məscidə tərəf qayıtmışlar, orada da Xaliqin sifətini yuyub oradan da Nərimanova tərəf getmişlər, orada dönər evinin yanında Hüseyn maşından düşmüş, onla da qarşıda aptekə tərəf getmişlər. Sonra Xaliq demişdir ki, başqa tərəfə havasını dəyişməyə getmək istəyir, istintaqda adı çəkilməyən adam var o demişdir ki, o, ailəli adamdır, onu aparsın düşürsün evinə. Gəlib həmin adamı evinə düşürüb yenidən Pirşağı tərəfə getmişlər, orada bsetkada əyləşib söhbət etmişlər. Orada Xaliqə özünə gəlməsi üçün narkoloji dispanserə aparmalarını təklif etmişlər. Xaliq də bildirmişdir ki, qardaşı ölüb, anası ölüb, atası da xəstədir. Hacıbəy ona köməklik edə biləcəyini bildirmişdir. Yenidən Keşləyə gəlmişlər, orada Xaliq demişdir ki, « qaqa maşın sizə qurbandır». Orada onu düşürü Məhəmmədiyə getmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları cinayət əmələrini törətmələri məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 16 avqust 2021-ci il tarixdə, saat 04:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi 2 ünvanında yerləşən “Ət Kombinatının" yaxınlığında etibarnamə əsasında idarə etdiyi “Khazar” markalı avtomobilində əyləşmişdir. Bu zaman Keşlə qəsəbəsi sakinləri, tanıdığı Hacıbəy və Məcid avtomobilə sürücü tərəfdən yaxınlaşmışlar. Hacıbəy barmağı ilə sükan tərəfdən pəncərənin şüşəsini vuraraq şüşəni açmasını tələb etmiş, o, şüşəni aşağı salmış, nə istədiyini soruşmuşdur. Hacıbəy onları Keşlə məscidinin qarşısına aparmasını xahiş etmişdir. O, Hacıbəyə və yanındakı Məcidə bildirmişdir ki, canı ağrıdığı üçün gedə bilmir. Bu vaxt Hacıbəy kobud şəkildə aşağı düşməsini tələb etmiş, o, avtomobili tərk edib, Hacıbəylə qarşı-qarşıya dayanmışdır. Hacıbəy bu hərəkəti ilə ona hörmətsizlik etdiyini, onun qəsəbədə nüfuzlu biri olduğunu, heç kəsin onun sözündən çıxmağa cürət etmədiyini bildirib, 2-3 ardıcıl yumruq zərbəsi ilə sol gözündən və sinəsindən vurmuşdur. Bu vaxt o, müqavimət göstərmək istədiyində yanında olan Məcid yumruq zərbələri ilə bədəninin eyni nahiyəsindən vurmuşdur. Bu vaxt Hacıbəy cibindən açılıb-bağlanan bıçağını çıxarıb, ona göstərərək üzərində mobil telefon olub-olmadığını soruşmuşdur. O, şalvarının cibindən ona məxsus olan ümumi dəyəri təxminən 100 manat olan 01 ədəd qara rəngli. “Samsung” markalı, A5 modelli mobil telefonu həmin şəxsin bıçaqla hədəsindən qorxub, ona vermişdir. Hacıbəy mobil telefonu götürüb mobil telefona nəzər yetirərkən orada “Mahir “adlı polis əməkdaşının nömrəsini gördükdən sonra əsəbləşib yenə yumruq və təpik zərbələri ilə zərbələr endirdikdən sonra mobil telefonu cibinə qoymuşdur. Hacıbəy bıçaqla hədə-qorxu gəlib ondan mobil telefonu aldıqdan sonra avtomobilin arxa qapısını açıb, əli ilə boğaraq arxa oturacaqda oturmasını tələb etmişdir. O, qorxduğu üçün artıq heç bir müqavimət göstərməmişdir. Hacıbəy onunla bərabər avtomobilin arxa oturacağında, Məcid isə avtomobilin sükanı arxasında oturmuşdur. Həmin anda tanıdığı Keşlə qəsəbə sakini Hüseynağa yaxınlaşmış, əvvəlcə arxa qapını açıb ona təpik və yumruqla fiziki zor tətbiq etdikdən sonra avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. O, maşında olan zaman düşüb qaçmağa bir neçə dəfə cəhd göstərsə də, Hacıbəy yumruq zərbələri ilə mane olmuş, əlində tutduğu bıçaqla onu hədələmiş, demişdir ki, səsini çıxarsa və qaçmağa bir daha cəhd göstərsə onu bıçaqla vuracaq. Məcid avtomobili hərəkətə gətirib əvvəlcə Keşlə qəsəbəsinin içərisində, "Happy” marketin qarşısında, içəri məhəllələrdə avtomobili idarə etmişdir. Daha sonra Babək prospektində Ağ şəhər istiqamətində yerləşən yanacaq doldurma məntəqəsinə girmişdir. Məcid avtomobili yanacaq doldurma məntəqəsində daxil etməzdən bir qədər əvvəl Hacıbəy əlində tutduğu bıçaqla hədə-qorxu gəlib ondan nağd pul tələb etmişdir. O üzərindəki 74 manat pulu Hacıbəyə vermişdir. Həmin şəxs də pulu Məcidə vermişdir. Məcid isə avtomobili yanacaq doldurma məntəqəsinə daxil edib Hacıbəyin ötürdüyü 70 manat puldan 10 manat yanacaq doldurma məntəqəsinin işçisinə uzadıb həmin məbləğdə yanacaq tələb etdikdən sonra qalan pulu Hüseynə vermişdir. Məcid avtomobili Babək prospekti ilə NZS qəsəbəsi istiqamətində hərəkət etdirib, əvvəlcə Nobel prospektinə, daha sonra Xətai metrosu istiqamətində Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospekti istiqamətinə, oradan da əlavə yolla Keşlə qəsəbəsi istiqamətinə hərəkət etdirmişdir. Yolda sifətindəki qan izləri və bədənindəki şiddətli ağrılardan ehtiyat edib, Nərimanov rayonunda yerləşən apteklərin birinin qarşısında saxlayıb, yara bandı almışlar. Daha soma həmin rayon ərazisindəki Vergilər Departamentinin yaxınlığında yerləşən dönərxananın qarşısında saxlayıb ondan aldıqları pulla Hüseyn maşından enərək 05 ədəd dönər almışdır. Həmin zaman Məcid sükan arxasında, Hacıbəy isə arxa oturacaqda onun yanında əyləşmişdir. Avtomobillə Keşlə qəsəbəsindəki "Ət Kombinatı”nın qarşısına qədər gəlib, oradan təkrar Heydər Əliyev prospektinə çıxıb, üzü Zabrat istiqamətində yola davam etmişlər. Zabrat qəsəbəsini keçdikdən sonra üzü Maştağa istiqamətinə deyil, yollarına Kürdəxanı qəsəbəsi istiqamətində davam etmişlər. Avtomobillə Pirşağı qəsəbəsinə çatıb, dəniz qırağında saxlamışlar. Onu maşından düşürüb Hüseyn onu döyərək yerə yıxmış və qolundakı vəfat etmiş qardaşından ona yadigar olan qol saatını çıxarıb özünə götürmüş, sonra onu təkrar avtomobilə əyləşdirib təkrar Keşlə qəsəbəsi istiqamətində gətirmişlər. Kombinatın qarşısında dayanıb, avtomobilin içərisində hədə-qorxu gəlməklə ondan 5.000 manat pul istəmişlər və bildirmişlər ki, həmin vəsaiti dustaq qardaşlarına "qrev" göndərəcəklərmiş. O isə həmin şəxslərdən canını qurtarmaq üçün yalan danışaraq 5.000 manat deyil, 1.000 manat pul verə biləcəyini bildirmişdir. Bu sözündən sonra həmin şəxslər həmin vəsaiti əldə etmək üçün onu avtomobillə yaşadığı evin qarşısına qədər gətirmişlər. Həmin vaxt o, həmin şəxslərdən ailə üzvləri ilə əlaqə saxlamaq üçün mobil telefonunu istəmişdir. Onlar ona mobil telefonu qaytarıb, evinin qarşısında avtomobilin içərisində onu gözləmişlər. Hətta Hacıbəy evinin giriş qapısına qədər təqib etmiş, o isə həmin şəxsi aldadaraq həmin şəxsin yanında olduğundan ailə üzvlərinin şübhələnəcəyini bildirmiş və evin darvazasından aşaraq evin həyətinə daxil olaraq oradan da digər darvazanı aşıb yolun digər istiqamətinə keçib qaçaraq oradan uzaqlaşmışdır. 16 avqust 2021-ci il tarixdə səhər saatlarında avtomobilinin Keşlə qəsəbəsində Hacıbəy, Məcid və başqaları tərəfindən idarə edildiyini görmüşdür. Sonra bu barədə polis idarəsinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nəcəfi i Elnur Tofiq oğlu ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 MMC-nin Hüquq Şöbəsində hüquqşünas vəzifəsində işləyir. 16 avqust 2021-ci il tarixdə ünvan 11 ünvanında yerləşən ”Ət Kombinatı’nın qarşısından MMC-nə məxsus etibarnamə əsasında Zərərçəkmiş şəxs1 tərəfindən idarə olunan ‘'Khazar” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil talama məqsədi olmadan qaçırılmışdır. Həmçinin həmin vaxt avtomobili idarə edən Zərərçəkmiş şəxs1 qarşı digər cinayət faktları da törədilmişdir. Avtomobilə hər hansı bir maddi zərər dəyməmişdir, oğurlanan ehtiyyat hissəsi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 1996-cı ildən ünvan 12 ünvanında yerləşən “Ət Kombinatı’nda çalışmış, 2000-ci ildən hazırki dövrə qədər mühafizəçi olaraq xidmət aparır. Əsas vəzifəsi kombinatda olan tikililəri, avadanlığı və s. əşyaları mühafizə etmək olmuşdur. Ondan başqa mühafizədə Şıxəli Şıxəliyev, Vahid, Şamil və Çingiz adlı şəxslər çalışmışdır. Baş mühafizəçi isə “Mosu” ləqəbli Elimdar adlı şəxsdir. Həmin şəxslərin soyadlarını, ata adlarını bilmir. Həmin şəxslər də onun kimi kombinatda mühafizəçi qismində çalışımışlar. Qohumu Şahid1, işsiz olmuş, belə ki, o, əvvəllər Bakı şəhərində hərəkət edən xətt marşrutlarında dispetçer olaraq çalışıb, sağ qolu biləkdən protezdir, 2-ci qrup əlildir. O məlum hadisə baş verməmişdən bir neçə gün öncə Şahid1 ət kombinatında mühafizəçi olaraq çalışması üçün kombinatın rəhbəri Aydın müəllimə müraciət etmiş, Aydın müəllim də stajor olaraq işi tam öyrənməsinə razılıq vermişdir. Məhz buna görə də Şahid1 işə rəsmi qəbul edilmədən stajor mühafizəçi olaraq 2-3 dəfə gecə növbəsində onu müvəqqəti əvəz etmişdir. O, sonuncu dəfə gecə növbəsinə 2021-ci ilin avqust ayının 15-də saat 21:00 radələrində növbəni ondan təhvil götürərək xidmət aparmışdır. Həmin gün səhhətində problem yarandığı üçün Şahid1 səhər saatlarına qədər onun yerinə xidmətə çıxmasını xahiş etmişdir. 16 avqust 2021-ci il tarixdə, səhər saat 07-08 radələrində səhhətindəki problem aradan qalxdığı üçün Şahid1 növbəni təhvil almış və xidməti davam etdirmişdir. Həmin gün saat təxminən 15:00-16:00 radələrində tanımadığı, orta boylu, arıq bədənli, təxminən 20-25 yaşlarında bir nəfər şəxs qara rəngli olan bir ədəd mühərriki hərəkətə gətirən nəqliyyat vasitəsinə aid açarın Mosuya çatacağını bildirmişdir. Mosu kombinatın baş mühafizəçisidir, onun əsl adı Elimdardır. Bundan təxminən 20-25 dəqiqə sonra tanıdığı “Xaliq” adlı şəxs ona yaxınlaşıb avtomobilin açarını istəmiş və bildirmişdir ki, ona verilən açar ona məxsus avtomobilindir. O da bu barədə Elmidarı xəbərdar edib, açarı Xaliqə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2-ci qrup əlildir, sağ əlinin biləkdən yuxarı hissəsi protezdir. Əvvəllər Bakı şəhəri ərazisində hərəkət edən xətt marşrutlarında dispetçer vəzifəsində çalışmışdır. 15 avqust 2021-ci il tarixdə, saat 21:00 radələrində dayısı Şahid2 səhhətində problem olduğu üçün onun xahişi ilə ünvan 13 ünvanında yerləşən “Ət Kombinat’ında 1 gecə növbədə mühafizəçi olaraq xidmət etmişdir. Bununla bağlı həmin kombinatın rəhbəri Aydın müəllim xüsusi icazə vermişdir. Gecə növbəsində olarkən dayısının xidmət vaxtı geyindiyi uniformanı əyninə geyinmiş və kombinatın giriş darvazasının daxilindən kombinatın inzibati ərazisinə nəzarət etmişdir. 2021 -ci ilin avqust ayının 15-dən 16-na keçən gecə saat təxminən 3-4 radələrində iki nəfər şəxs yaxınlaşaraq motosikletə baxmasını xahiş etmişlər. Belə ki, onlar tandığı Xaliqə məxsus olan “Khazar” markalı avtomobillə gedib qayıdacaqlarını bildirmişlər. Təxminən 20 dəqiqə sonra qayıdıb gəlmişlər, bu zaman Məcidbəy avtomobili idarə etmiş, Xaliq isə sürücü tərəfdə qabaqda əyləşmişdir. Daha sonra yenidən getmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, hadisə günü hadisə yerinə gələn zaman artıq Xaliq döyülmüş və barışmışdılar. Xaliqin üzünün qanını Məcidbəy, Hacıbəy və Hüseynlə birgə təmizlətmişlər, su alıb, aptekə aparmışlar, daha sonra o, artıq evə getmişdir. Xaliq avtomobilə özü könüllü minmiş, belə ki, ona zor tətbiq edilməmişdir. Avtomobildə o da olmuşdur. Xaliqdən pul tələb edən olmamış, Xaliq özü Məcidbəyə avtomobilini idarə etməsini xahiş etmiş, Hüseyn isə sonradan gəlmişdir. Xaliqin hansı səbəbə döyülməsini bilmir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məlikəmə-tibbi ekspertizanın 18 avqust 2021-ci il tarixli, 728 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 sol gözün ağlı qişasının iç yarısını əhatə edən qansızma, hər iki gicgah və təpə nahiyyələrinin şişkinlik halında əzilmələri, sol gözətrafı və döş qəfəsinin sol yan səthinin qançırları, sol qaşüstü nahiyyənin sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə sol gözün ağlı qişasının qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə həm ayrı-ayrılıqda, həm də ümumilkdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə əsasən demək olar ki. xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması və özü tərəfindən özünə yetirməsi və eləcə də yol-nəqliyyat hadisəsi nəticəsində alınması inandırıcı deyil. İş üzrə Zərərçəkmiş şəxs2 MMC-nə məxsus “Khazar” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil, həmçinin 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut hesab edilmiş, cinayət işinə əlavə edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək “Khazar” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarılmışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 öz müdafiələri üçün dəlil gətirərək zərərçəkmiş şəxsə qarşı silah qismində əşya tətbiq etmədikləri zor tətbiq edib əmlakını ələ keçirmədikləri, onun iradəsinin ziddinə avtomobilə əyləşdirilmədikləri və başqa yerə aparılmadığnı bildirsələr də, göstərilən hallar ilkin təhqiqat materialları, zərərçəkmiş şəxsin ifadəsi, keçirilmiş üzləşmələr, cinayət işi materialları və işin faktiki halları ilə təkzib edilmişdir. Buna görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərdiyi bu dəlillər cinayət məsuliyyətindən yayınmağa yönəlmiş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirilməlidir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlləri məhkəmə istintaqı zamanı da öz təsdiqini tapdığından onlar, təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 185.2.1-ci maddələri ilə tövsif edilmiş və onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərə qarşı şikayətləri və tələbləri yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin 26 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə növündə cəzaya məhkum edilmiş, 07 avqust 2012-ci il tarixdə ləyin olunmuş cərimənin tam ödəmiş, üzərində cəzası qalmamış və məhkumluğu ödənilmişdir. Qüvvədə olan Cinayət Məcəllənin 83.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 01 il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 üzərində çəkilməmiş cəza qalmamış və məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu və yaşadığı ünvan üzrə müsbət xarakterizə olunması və Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməllərində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 16 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Odur ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu, 16 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər Nərimanov rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2. 185.2.1, 185.2.2, 221.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 il 06 aya endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Qüvvədə olan Cinayət Məcəllənin 83.3-cü maddəsinə əsasən az ağır cinayə törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs3 üzərində çəkilməmiş cəza qalmamış və məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 qeydiyyatda olduğu və yaşadığı ünvan üzrə müsbət xarakterizə olunması və Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməllərində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 16 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Odur ki, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu, 16 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Nizami rayon Məhkəməsinin 16 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ona təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə barəsində 1 (bir) il sınaq müddəti müəyyən olunmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə barəsində 2 (iki) il sınaq müddəti müəyyən olunmuş, Nizami rayon Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə barəsində 1 (bir) il sınaq müddəti müəyyən olunmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1. 177.2.1, 177.2.2, 185.2.1, 185.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il şərti məhkum etmə müstəqil icra olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökm ilə təyin edilmiş qəti cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 12 fevral 2016-cı il tarixli hökmünə əsasən ona təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökm ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Qüvvədə olan Cinayət Məcəllənin 83.3-cü maddəsinə əsasən az ağır cinayə törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən 06 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 üzərində çəkilməmiş cəza qalmamış, lakin, məhkumluğu ödənilməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və o, əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin yarısından aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu və yaşayış yeri üzrə müsbət xarakterizə olunması və Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 10 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Odur ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu, 10 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza xərcləri yoxdur. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 MMC-yə məxsus “Khazar” markalı, **- PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınmalıdır. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 360 (üç yüz altmış) manat, X4 360 (üç yüz altmış) manat, X1 90 (doxsan) manat, “Arbitrium” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 108 (yüz səkkiz) manat, X12 108 ( yüz səkkiz) manat, məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3, 185.2.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə 06 (altı) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olumuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3, 185.2.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-ci maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə 07 (yeddi) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olumuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3, 185.2.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə 06 (altı) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olumuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs3 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 MMC-yə məxsus “Khazar” markalı, **- PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 360 (üç yüz altmış) manat, X4 360 (üç yüz altmış) manat, X1 90 (doxsan) manat, “Arbitrium” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 108 (yüz səkkiz) manat, X12 108 ( yüz səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-758/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-758/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver