Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-758/2024 01.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçilər – Bakı şəhəri, "Xəzər Konsaltinq" Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, R.Behbudov küçəsi, ev 1 «a», mənzil 30-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, 18 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 20 may 2023-cü il tarixli qərarına əsasən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 20 iyul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsi hazırlıq iclasının 13 sentyabr 2023-cü il tarixli qərarına əsasən ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd selofan bükümdə təmiz çəkisi 15,378 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 18 may 2023-cü il tarixdə səhər saat 09 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında olarkən üzərində narkotik vasitə olmasında şübhəli bilindiyindən Azərbaycan Respublikası DİN X3 Alayının 4-cü Patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılıb ünvan 3 ünvanda yerləşən Bakı şəhəri, Səbail RPİ, 8-ci Polis bölməsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sol əlində saxladığı bir ədəd selofan bükümdə təmiz çəkisi 15,378 qram olan külli miqdarda qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin 01 may 2024-cü il tarixli iclasında Dövlət ittihamçısı1 yazılı vəsatət verərək, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə ona başqa ittihamın elan edilməsi üçün cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırdı ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrində ittihamda göstərilənləri təsdiq etmiş, məhkəmə istintaqı zamanı isə bildirmişdir ki, saxlanılan vaxt narkotik vasitə üzərində olmamış, həmin vaxt ona göndərilən narkotik vasitəni götürmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmış, polis şöbəsinə gətirilib 1 gün şöbədə saxlanılmış, səhərisi gün üzərində baxış aparılmış, polis əməkdaşları tərəfindən ona verilmiş selofan torbanı təqdim etdikdə torbanın içərisindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X3 Alayının 4-cü Patrul bölüyünün əməkdaşları Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərilən xüsusatları təsdiq etmişlər. Cinayət işi üzrə 19 may 2023-cü il tarixli diskə baxış protokolundan görünür ki, 18 may 2023cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı, sonuncu, Bakı şəhəri, Səbail RPİ, 8-ci Polis bölməsinin inzibati binasında xidməti otaqda təhqiqatçının təklifi ilə əlində saxladığı, içərisində qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə olan 1 (bir) ədəd selofan bükümü və 1 (bir) ədəd “Samsung A3” markalı mobil telefon aparatını təqdim etməsi əks olunmuş, həmin videogörüntülərin köçürüldüyü bir ədəd “DVD” formatlı disk sübut növü tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 19 may 2023-cü il tarixli 6/2893 №-li rəyinə əsasən, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 52” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 15,378 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Həmçinin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin istifadəsində olan 055 690-60-09 mobil nömrəsinə daxil olan “SMS” yazışmalarının mətnlərinin götürülməsi ilə bağlı "xxxx" MMC-yə məhkəmə qərarı göndərilmişdir. Məhkəmənin qərarına əsasən əldə edilmiş “SMS” yazışmalarının mətnlərinə nəzər yetirildikdə, Təqsirləndirilən şəxs saxlanılmazdan əvvəl müxtəlif şəxslərlə narkotik vasitələrin əldə edilməsi və satışı ilə bağlı yazışmalarının olması müəyyən edilmişdir. Məsələn, təqsirləndirilən şəxsin istifadəsində olan 055 690-60-09 saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 02:12:26-da “AXŞAMİN XEYİR BRAT YANİNA KECMEK OLUR71DENE QAR.OLURSA VZV AT YİQİM”, daha sonra saat 04:13:39-da “1 Q.QARDASİM”, xx.xx.2023-cü il tarixdə saat 00:14:27-də “Qaqaw. yatmamısan. qardaşımsan, qalmışam, boş.imkan, varsa.düz.qoş.elä.elim.hec.yere. çatmır”, xx.xx.2023-cü il tarixdə saat 03:33:44-də “Qaqas dasqaşa el catir”, “özünde balaca daşda olsaydi, gederdi,5 diy? oda alinmirsa, gecen xeyre”, xx-xx-2023-cü il tarixdə saat 03:15:16-da “BRAT. 1QARA. ALİNSA. YİQ. MENE. OYAQAM. OPREM.SENİ” , xx-xx-2023-cü il tarixdə saat 01:44:30-da “Ozünde balaca daş olsaydi 5 vererdim”, xx-xx-2023-cü il tarixdə saat 02:59:53-də SALAMADLİQDİ. WZRLW. SAY. ZAMANA. GORE. GECED 1..QARA.ECT?”, xx-xx-2023-cü il tarixdə saat 06:41:40-da “1 QARA.ALİNİR? SİZ.TEREFDEYEM”, xx-xx-2023 20:12:29 tarixdə “Qaqaş alinirsa 10 kub qumda getir”, xx-xx-2023 23:00:02 tarixdə “Qaqaş 10 man qum alinir?”, 29-042023 00:27:14 tarixdə “Yatmamısan? 5diy xurusdal lOluğ kola düzələr?”, xx-xx-2023 10:24:06 tarixdə “Rusik duranda xəbər eləda mənədə 5 man vsego deneg gaga,vaziyat x.... u mena”, 11-052023 17:53:44 tarixdə “Rusik sən cani gör düzalirsə gəlimdə gags, evdayam sanin zanguvü gözdayiram” və s. sms mətnləri aşkar edilmişdir. Bundan başqa, “SMS” yazışmalarının mətnlərinə nəzər yetirildikdə, Təqsirləndirilən şəxs saxlanılmazdan əvvəl müxtəlif şəxslərə narkotik vasitələrin əldə edilməsi və satışı ilə bağlı yazışmalarının olması müəyyən edilmişdir. Məsələn, təqsirləndirilən şəxsin istifasdəsində olan 055 690-60-09 mobil nömrə ilə xx-xx-2023-cü il tarixdə saat 22:05:26-da “**********705476”, xx-xx- 2023-cü il tarixdə saat 22:05:53-də “Kapital manim adimadi”, xx-xx-2023 03:27:15 tarixdə “Sana na lazimdi?”, xx-xx-2023-cü il tarixdə saat 04:13:41-də “1 Q.QARDASİM”, xx-xx-2023-cü il tarixdə saat 04:14:56-da “Sabax qörüsharik”, xx-xx-2023-cü il tarixdə saat 04:16:31-də “İNŞALLAH YİQACAM BRA”, xx-xx-2023-cü il tarixdə saat 01:57:40-da “Yox qaqash bunan sonra çətin geca vaxdi onan qörüshmak vare it qurt doludu”, xx-xx-2023-cü il tarixdə saat 19:16:43-də “Qonshudayam mali alim galiram eva”, xx-xx-2023-cü il tarixdə saat 03:15:18-də “BRAT. 1 QARA.ALİNSA.Yİ”, xx-xx-2023-cü il tarixdə saat 03:17:32-də “Meti var M40”, xx.xx.2023-cü il tarixdə “SALAMADLİQDİ.WZRLW.S”, “İkisida lazim olsa taparam”, xx-xx-2023-cü il tarixdə saat 02:55:10-da “Brati qözdüyüram yoldadi qelankimi xabar veracam” və s. “SMS” mətnləriı müəyyən edilmişdir. Qeyd edilən “SMS” mətnlərinə nəzər yetirildikdə, Təqsirləndirilən şəxs saxlanılan tarixədək müxtəlif şəxslərlə narkotik vasitələrin əldə edilməsi və satışı ilə bağlı söhbətlər apardığı, ondan müxtəlif çeşiddə və çəkidə narkotik vasitələr istənildiyi, Təqsirləndirilən şəxs isə həmin və ya başqa növ narkotik vasitələri əldə edib istehlakçılarla sövdələşmə apardığı müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri psixotrop maddə satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları əsas gətirən dövlət ittihamçısı vəsatətin təmin edilərək, Azərbaycan Respublikası 318.2-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını xahiş etdi. Verilmiş vəsatətə münasibət bildirən müdafiəçilər və təqsirləndirilən şəxs onu əsassız hesab etdiklərini qeyd etdilər və vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə verilmiş vəsatəti müzakirə edib, cinayət prosesi iştirakçılarının fikirlərini dinləyərək və iş materiallarına tədqiq edib belə nəticəyə gəlir ki, verilmiş vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyinin müddəlarına görə dövlət ittihamçısının vəsatəti əsasında təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu əsası ilə cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarılması imperativ xarakter daşıyır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.2-1-ci maddəsinə əsasən, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Məhkəmədə müəyyən edildi ki, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 20 may 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs müddətinin əvvəli 18 may 2023-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 20 iyul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsi hazırlıq iclasının 13 sentyabr 2023-cü il tarixli qərarına əsasən ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası məhkəmə baxışı zamanı ev dustaqlığı qətimkan tədbirinin ləğvinə və ya dəyişdirilməsinə əsaslar müəyyən edilmədiyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin baxılmasına xitam verildiyindən və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldığından, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri tədbiri bir ay müddətinə, yəni 01 may 2024-cü il tarixdən 01 iyun 2024-cü il tarixədək uzadılmalıdır. Qeyd olunanlardan başqa, Azərbaycan Respublikası CPM-nin 318.3-cü maddəsində həmçinin göstərilir ki, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsi müzakirə olunarkən belə bir qərarın qəbul edilməsi ilə əlaqədar baxılan iş üzrə ibtidai istintaqı aparmış müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokuror haqqında xüsusi qərar çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2 və 318.2-1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:
1. Təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə Dövlət ittihamçısı1 vəsatəti təmin olunsun.
2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Səbail şəhər prokuroruna qaytarılsın.
3. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və qətimkan tədbiri bir ay müddətinə, yəni 01 may 2024-cü il tarixdən 01 iyun 2024-cü il tarixədək uzadılsın.
4. Qərarın surəti cinayət prosesinin tərəflərinə göndərilsin.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov