Məhkəmə qərarları › İş №1(101)-759/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-759/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-759/2021 09.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərər çəkmiş şəxsin hüquqi varisi Məmmədova Zəmilə Təmiraz qızının iştirakı ilə xx xxxxx 1982-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi döngə, 3, ev 4/6, mənzil 7-də pasport qeydiyyatında olan və həmin ünvada yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, nigahın pozulması barədə xx xxxxxx 2020-ci ildə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edən və faktiki olaraq 2020-ci ilin iyun ayından etibarən anası Məmmədova Zəmilə Təmiraz qızı ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167, “AAAF park” yaşayış massivi, 26 saylı küçə, bina 1, mənzil 21 ünvanında yaşayan arvadı Zərərçəkmiş şəxs ilə barışmaq məqsədilə sonuncunun müğənni kimi fəaliyyət göstərə biləcəyi ictimai iaşə obyekti tapıb, bu yolla Zərərçəkmiş şəxs köməklik göstərərək onunla barışmağı qərarlaşdırıb, sonuncu ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən qızı Ayla Şamilin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək danışdıqdan sonra xx xxxxxxxx 2020-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi qara rəngli “Renault Megane” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobillə arvadı Zərərçəkmiş şəxs Bakı şəhəri Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “1001 gecə” adlanan ictimai iaşə obyektinə aparıb, qeyd olunan obyektin həyətində inzibatçı Şahid4 ilə təklikdə danışaraq sonuncudan arvadı Zərərçəkmiş şəxs müğənni kimi işə götürməsini xahiş etmiş, Şahid4 onun xahişlərini nəzərə alaraq təklif etdiyi şərtlə razılaşdıqdan sonra Zərərçəkmiş şəxs ilə həmin obyektdən ayrılmış, yol ilə hərəkət edərkən Zərərçəkmiş şəxs birlikdə yemək yeməyi təklif etmiş, Zərərçəkmiş şəxs razılaşdıqdan sonra hər ikisi birlikdə saat 23:50-də ünvan 2 ünvanında yerləşən “Salt” adlanan motelə gəlmiş, motelin inzibatçısı Şahid1 onları bir mərtəbəli motelin 2 nömrəli otağına yerləşdirdikdən sonra o, otaqdan ayrılaraq arvadı Zərərçəkmiş şəxs onunla barışmayacağı təqdirdə öz hərəkətinin ictimai təhlükəli olmasını dərk edib sonuncunu qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə motelin həyətindəki avtomobilinin yük yerində saxladığı soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb belinə qoyaraq qaldıqları otağa daxil olmuş, xx.xx.2020ci il tarixdə saat 01:50-dək olan müddət ərzində qeyd olunan otaqda Zərərçəkmiş şəxs ilə barışıb ər-arvad münasibətlərini davam etdirmək, bununla da nigahlarını bərpa etməklə bağlı danışıqlar aparsa da, sonuncu razılaşmadığından aralarında sözlə mübahisə yaranmış, mübahisə zəminində Zərərçəkmiş şəxs başqa kişi ilə yaxın münasibətlərinin olmasını bildirdikdən sonra isə Zərərçəkmiş şəxs ilə ər-arvad münasibətlərini bərpa edə bilməyəcəyini və arvadının ona xəyanət etdiyini yəqin edərək, qısqanclıq zəminində əvvəlcədən düşünülməklə arzu edilən nəticəni, yəni özünə qarşı edilmiş xəyanəti qanunazidd yolla, sonuncunu qəsdən öldürməklə sonlandırmaq və bununla da təfəkküründə yaratdığı tələbatını cinayət törətməklə təmin etmək məqsədilə bel nahiyəsində saxladığı dəstəyinin uzunluğu 125 mm, tiyəsinin uzunluğu 215 mm, orta hissədə 40 mm olan bıçağı çıxarıb heç kimin olmadığı otaqda aşkar surətdə xüsusi ağrılar yetirdiyini və əzab verdiyini dərk edib sonuncunun aman diləməsinə məhəl qoymadan xüsusilə qəddarlıq və rəhmsizlik göstərməklə əvvəlcə üzbəüz vəziyyətdə ayaq üstə dayanmış, daha sonra aldığı zərbələrdən ayaq üstə dayana bilməyərək yerə yıxılmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün əhəmiyyətli olan orqanlarının yerləşdiyi bədənin xüsusilə ürək, döş qəfəsi və digər nahiyyələri istiqamətində müəyyən intervallarla çoxsaylı zərbələr endirməklə ümumilikdə 18 ədəd, o cümlədən döş qəfəsinin sağ ön səthində körpücükaltı nahiyədə bir ədəd daxilə nüfuz edən sağ ağ ciyərin orta payını zədələyən, sağ süd vəzinin orta iç kvadrantında bir ədəd daxilə nüfuz edən ürəyin sağ qulaqcığını və aorta qövsünü zədələyən, döş qəfəsinin sağ yarısının arxa səthində bir ədəd daxilə nüfuz edən sağ ağ ciyərin orta payının arxa səthini zədələyən, döş qəfəsinin sol yarısının arxa səthində bir ədəd daxilə nüfuz edən sol ağ ciyərin orta payının arxa səthini zədələyən (3,8x1,5 sm), döş qəfəsinin sol yarısının arxa səthində bir ədəd daxilə nüfuz edən sol ağ ciyərin orta payının arxa səthini zədələyən (3,5x1,5 sm), döş qəfəsinin sol yarısının arxa səthində bir ədəd daxilə nüfuz edən sol ağ ciyərin aşağı payının arxa səthini zədələyən (5x1,5 sm), sağ çiyin qurşağının arxa səthində bir ədəd daxilə nüfuz edən sağ ağ ciyərin yuxarı payının arxa səthini zədələyən, döş qəfəsinin sol yarısının arxa səthində bir ədəd daxilə nüfuz edən sol ağ ciyərin aşağı payının arxa səthini zədələyən (4,5x1,5 sm) cəmi 8 ədəd dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid, qarının ön səthində ortada bir ədəd, döş qəfəsinin sol yan səthində orta qoltuqaltı xətt üzrə İV-V qabırğa proyeksiyasında bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək sümüyü proyeksiyasında bir ədəd, sağ əlin ovuc səthində İİ-İV-daraq sümüyü proyeksiyasında bir ədəd, sağ əlin İİ-barmağının orta falanqasının ön səthində bir ədəd, sağ əlin İİ barmağının əsas falanqasının ön səthində bir ədəd, sol əlin İ-barmağının əsas falanqasının arxa səthində bir ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthində bir ədəd, sağ bazunun orta 1/3-nin bayır səthində bir ədəd olmaqla cəmi 9 ədəd daxilə nüfuz etməyən deşilmişkəsilmiş, dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aid, boyunun aşağı 1/3-nin arxa səthində 1 ədəd səthi kəsilmiş yarası kimi sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğu üçün dərəcəsi təyin olunmayan xəsarətlər yetirərək baş vermiş kəskin qanitirmə səbəbindən arvadı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs X4 məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx xxxxxxx 2005-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nigaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nigahdan xx xxxx 2007-ci il təvəllüdlü Tahir Şamilov, xx xxxx 2010-cu il təvəllüdlü Ayla Şamilova və xx xxxxxxx 2015-ci il təvəllüdlü Ayan Şamilova adlı övladları olmuş, təxminən 2009-cu il tarixdə Nəqliyyat Nazirliyində işə düzələrək təxminən 2015-ci ilədək baş məsləhətçi vəzifəsində işləmiş, sonuncu tarixdə isə Nazirliyin rəhbərliyində dəyişiklik olduğundan işdən azad edilmiş, arvadı Zərərçəkmiş şəxs ilə birgə razılığa əsasən Biləcəri qəsəbəsində yaşadıqları evi satdıqdan sonra müxtəlif yerlərdə kirayədə yaşamağa başlamış, həmin ərəfədə hər hansı işlə məşğul olmadığından adətən anasından və bacısı Sevincdən aldığı pullar hesabına kirayə pulunu vermiş və çətinliklə ailəsinin ehtiyaclarını ödəmişdir. Ailə həyatı qurduğu ilk aylarda Şəhanə ilə münasibətləri yaxşı olmuş, aralarında ailə münaqişəsi zəminində mübahisələr olmamış, lakin sonradan Şəhanə müğənni kimi işləmək istədiyindən və o, bu hala etiraz etdiyindən aralarından tez-tez mübahisələr yaranmış, həmin mübahisələr zamanı isə adətən Şəhanə birlikdə yaşadıqları evi uşaqları ilə birlikdə tərk edərək anası Zəmilə Məmmədovanın və atası Savalanın birlikdə yaşadığı evə getmiş, aralarında yaranmış mübahisələr nəticəsində Şəhanə ayrı-ayrı tarixlərdə 3 dəfə, yəni xx xxxxxxx 2016-cı ildə, xx xxxxxx 2017-ci ildə və sonuncu dəfə isə xx xxxxxx 2020-ci ildə ondan boşanmaq məqsədi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, iki halda Şəhanə boşanmaq üçün məhkəməyə müraciət etdikdən sonra sonrakı vaxtlarda Şəhanə ilə barışmış, qısqandığı üçün Şəhanəni toylara özünün aparacağı, müxtəlif şadlıq evləri ilə Şəhanənin toylarda oxuması üçün özünün danışacağı, toylarda Şəhanənin yanında dayanacağı, toy bitdikdən sonra isə Şəhanəni evə özünün aparacağı şərti ilə Şəhanənin müəğənni kimi fəaliyyətinə icazə vermiş, sonradan Şəhanə müxtəlif tarixlərdə və müxtəlif şadlıq saraylarında müğənni kimi işə başlayaraq günəmuzd işçi kimi pul qazanmışdır. Şəhanə ifa edərək pul qazandıqda kefi, hal-əhvalı yaxşı olmuş, bu da ailələrinə müsbət təsir etmiş, lakin Şəhanə həmin məclislərdə hər hansı bir kişi ilə müğənni kimi fotoşəkillər çəkdirdikdə, şadlıq evlərinin rəhbərləri bəzən Şəhanəyə ev və maşın hədiyə etməyi təklif etdiklərindən o, həmin şəxslərin Şəhanə ilə intim münasibətdə olmaq istədiklərini bildiyi üçün bu hallara etiraz etmiş, buna görə də Şəhanə ilə aralarında tez-tez mübahisələr yaranmışdır. Eləcə də, Şəhanəyə “İnstagram” sosial şəbəkəsində hesab açmağa icazə verməməsi də aralarında mübahisələrə səbəb olmuşdur. 2020-ci ilin iyun ayının sonlarında mübahisə etdiklərinə görə Şəhanə övladları ilə birlikdə yaşadıqları evdən ayrılaraq Xırdalan şəhərinə anası Zəmilənin yaşadığı evə köçmüş, Şəhanə anası Zəmilənin yaşadığı evə köçdükdən sonrakı tarixlərdə o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən uşaqları Aylanın istifadəsində olan ***-***-**-** saylı və Tahirin istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrinə zəng edərək həm uşaqları, həm də Şəhanə ilə əlaqə saxlamış, həmin danışıqlar zamanı Şəhanə ona əvvəllər istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəni artıq istifadə etmədiyini demiş, lakin buna baxmayaraq o, Şəhanənin gizlin şəkildə mobil telefon istifadə etməsinə şübhə etmiş, şübhə etməsinə baxmayaraq Şəhanə ilə arasında olan qeyd etdiyi danışıqlar zamanı, eləcə də demək olar ki, hər gün Xırdalan şəhəri gedərək Şəhanə və uşaqları ilə görüşən zaman Şəhanə ilə barışmağa cəhd etmiş, lakin Şəhanə hər dəfə barışmaqdan imtina etmiş, həmin ərəfədə Şəhanənin başqa kişilərlə ünsiyyət saxlamasından şübhə etmiş, Şəhanə ondan boşanmaq məqsədi ilə xx xxxxxx 2020-ci ildə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyindən 2020-ci ili avqust ayının sonlarında boşanmaqları ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak etməsi üçün məhkəmədən mobil nömrəsinə sms məlumat da gəlmişdir. Həmin tarixdən sonra da dəfələrlə barışmaq üçün Şəhanəyə həm zənglər etməklə, həm də gedib görüşməklə onu boşanmaqdan imtina etməsinə nail olmağa çalışmış, lakin, Şəhanə qəti şəkildə boşanmaq istədiyindən onunla barışmamış, bütün bunlara baxmayaraq, Şəhanə ilə barışmaq üçün sonuncu cəhd kimi Şəhanəyə müğənni kimi daimi fəaliyyət göstərə biləcəyi ictimai iaişə obyekti tapıb, Şəhanəyə bu cür köməklik göstərərək barışmağı fikirləşmiş, bu məqsədlə Şəhanənin işləyə biləcəyi münasib obyekt axtaran zaman Bakı şəhəri Şıxov qəsəbəsində yerləşən “1001 gecə” adlanan ictimai iaşə obyektində, yəni restoranda mühafizəçi işləyən kim olmasını xatırlamadığı şəxsdən orada administrator kimi çalışdığını öyrəndiyi, əvvəllər tanımadığı və hər hansı münasibətinin olmadığı Amir adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsini öyrənmiş, Amirlə danışıq aparmamışdan əvvəl xx xxxxxxxx 2020-ci il tarixdə axşam saatlarında qızı Aylanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Şəhanə ilə danışıb müğənni kimi fəaliyyət göstərə biləcəyi obyekt tapdığını, birlikdə həmin obyekdə gedib iş şərtləri və alacağı məvaciblə bağlı danışıq aparmalı olduqlarını demiş, həmin danışıq zamanı onlar növbəti gün birlikdə “1001 gecə” adlandırılan ictimai iaşə obyektinə getməyi qərarlaşdırmış, o, əvvəlcədən “1001 gecə” adlanan restoranın administratoru Amirlə danışıq aparmaqla Amir Şəhanəyə hansı məbləğdə pul verməyi təklif edərsə müəyyən məbləğdə də o, öz cibindən Amirə Şəhanəyə verməsi üçün pul verməyi planlaşdırmış, belə ki, o, Şəhanənin yüksək məvacib alacağı üçün həmin obyektdə işləməyə razılıq verməsini və bu işə onun köməkliyi ilə girdiyi üçün onunla barışıb boşanmaqdan imtina etməsini istəmişdir. Daha sonra, xx xxxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Amirin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək özünü təqdim edib arvadı olduğunu demədən “bir xanım müğənni var, istəyirsinizsə sizin obyektdə oxusun” deyə bildirmiş, Amir obyektdə 2 nəfər müğənni çalışdığını, əlavə şəxsə ehtiyac olmadığını dedikdə, o, Amirə axşam saatlarında həmin xanım müğənni ilə birlikdə obyektə gəlmək istədiyini, gətirəcəyi müğəninin səsini dinləməsini və bu işlə bağlı söhbət etmək istədiyini demiş, çoxsaylı xahişlərindən sonra Amir dediklərinə etiraz etməyərək axşam saatlarında obyektə gələ biləcəklərini demişdir. Həmin tarixdə saat 18:30 radələrində yenidən Amirə zəng edərək təxminən hansı saatda obyektə gələ biləcəklərini soruşmuş, Amir də təxminən saat 20-21 radələrində gələ biləcəklərini demiş, saat 19 radələrində qızı Aylanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Şəhanə ilə danışıb saat 9a işləmiş hazır olmasını, birlikdə danışıq aparmaq üçün obyektə gedəcəklərini demiş, Şəhanə də həmin vaxtda hazır olacağını bildirmiş, daha sonra anası Həyatın ünvan 3 ünvanında yaşadığı evə getmiş, həmin tarixdə bacıları Nərgiz, Sevinc və Lalə də həmin evdə olmuş, evə daxil olduqda Sevinc ondan qızları Ayla və Ayanı görməyə gedibgetməyəcəyimi soruşmuş, Sevincə həmin istiqamətdə müştəri olarsa uşaqları görməyə gedəcəyini bildirmiş, lakin Şəhanə ilə iş danışığı aparmaq üçün gedəcəyi barədə hər hansı məlumat verməmiş, bundan sonra Sevinc Ayla üçün 1 cüt ayaqqabı, eləcə də uşaqların yeməsi üçün “Şaurma”nı paketə qoyub ona vermişdir. Həmin ərəfədə oğlu Tahir təxminən 10 gün idi ki, anası Həyatın yaşadığı evdə qalmış, göstərdiklərindən sonra təqribən saat 20 radələrində evdən çıxıb etibarnamə əsasında idarə etdiyi **-RP-*** qeydiyyat nişanlı “Renault Megane” markalı qara rəngli avtomobillə Şəhanənin anası Zəmilənin evinin olduğu Xırdalan şəhərindəki binanın qarşısına doğru getmiş, evdən çıxan zaman qızı Aylanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Şəhanə ilə danışıb onu götürmək üçün yola çıxdığını bildirmiş, həmin danışıq zamanı Şəhanə ona qızı Aylanın da onlarla getmək istədiyini demiş, lakin o, Şəhanə ilə təklikdə qalmaq və münasibətlərini düzəltmək üçün buna etiraz edərək iş görüşməsinə getdiklərini, oraya uşağın getməli olmadığını demiş, Şəhanəni götürmək üçün gedən zaman yolda onun avtomobildə yanında sağ ön oturacaqda oturmasına nail olmaq üçün avtomobilin arxa oturacaqlarını bərkidilmə yerindən sökərək arxa dayaq hissəyə söykəmiş, Zəmilənin evinin olduğu Xırdalan şəhərindəki binanın qarşısına çatdıqda, qızı Aylanın istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək Şəhanə ilə danışıb ona bu barədə məlumat vermiş, bir qədər sonra Şəhanə uşaqları Ayan və Ayla ilə birlikdə yanına gəlmiş, həmin vaxt Ayla və Ayanla görüşdükdən sonra özü ilə gətirdiyi əşyaları onlara vermiş və uşaqlara evə geri qayıtmalarını, özlərinin isə iş danışmaq üçün getdiklərini bildirmişdir. Həmin vaxt Şəhanə Aylanı geri çağırıb istifadəsində olan “Samsung” markalı mobil telefonu almış, bundan sonra Şəhanə avtomobilin arxa oturacağına əyləşmək istəmiş, lakin arxa oturacaqların yerində olmadığını görüb ondan bunun səbəbini soruşmuş, Şəhanəyə yalandan arxa oturacaqların bərkidilmə yerindən çıxdığını, tezliklə ustaya aparıb təmir etdirəcəyini demiş, bundan sonra Şəhanə ön oturacağa yanına əyləşmiş və birlikdə “Şıxov” adlanan ərazidə yerləşən “1001 gecə” adlanan restorana getmişlər. Həmin yerə saat 21 radələrində çatdıqda Amirə zəng edərək bu barədə məlumat verib görüşmək istədiyini demiş, Amirlə obyektin canlı müsiqi oxunan səhnəsinin yanında görüşmüş, Amirlə görüşdükdən sonra Şəhanəyə orada olan divanda əyləşib gözləməsini və Amirlə danışacağını demiş, Şəhanə divana əyləşdikdə Amirə yaxınlaşıb bir qədər kənara çəkərək Şəhanənin arvadı olduğunu, Şəhanənin boşanmaq üçün məhkəməyə müraciət etdiyini, 3 uşaqlarının olduğunu, hazırda ayrı yaşadıqlarını, Şəhanə ilə barışmaq niyyəti ilə ona iş axtardığını, Şəhanənin onların obyektində müğənni kimi çalışmasını istədiyini bildirmiş, Amir isə obyektdə artıq iki nəfər müğənninin fəaliyyət göstərdiyini, əlavə müğənniyə ehtiyac olmadığını dedikdə, Amirə Şəhanəni işə götürməsini xahiş edərək öz cibindən Şəhanəyə verməsi üçün hər axşam Şəhanəni işdən götürən zaman ona 20 manat pul verəcəyimi, məqsədinin Şəhanənin əhval-ruhiyyəsini qaldırıb onu barışmağa sövq etmək olduğunu demiş, Amir bu xahişlərini nəzərə alaraq təklifi ilə aralarında Amirin Şəhanəyə məvacib kimi 20 manat, bəzi hallarda isə 30 manat pul verəcəyi, onun isə həmin pulun üzərinə əlavə 20 manat pul qoymasına razılaşmışlar. Göstərdiklərindən sonra Amirlə birlikdə Şəhanənin yanına getmiş, həmin vaxt Amir Şəhanəyə səhnəyə çıxaraq mahnı ifa etməsini təklif etmiş, Şəhanə də səhnəyə çxıb iki mahni ifa etdikdən sonra Amir onun ifasını bəyənib növbəti gün saat 18 radələrində işə gələ biləcəyini demiş, bundan sonra Amirə minnətdarlıq etdikdə Amir yanlarından ayrılıb müştərilərlə maraqlanmağa başlamış, onlar isə obyektdən ayrılmış, daha sonra Şəhanə ilə birlikdə Novxanı kəndində dəniz kənarında yerləşən “Rest Time” adlanan restorana doğru getmiş, belə ki, həmin restoranın da kim olmasını bilmədiyi administratorunu tapıb onunla da Şəhanənin həmin restoranda müğənni kimi fəaliyyət göstərməsi ilə bağlı danışıq aparmaq istəmiş, bu halla da bağlı əvvəlki tarixlərdə Şəhanəyə məlumat verdiyindən, Şəhanə həmin vaxt ona qeyd etdiyi restorana gedib oranın da rəhbərliyi ilə danışıq aparmasını xahiş etmiş, yolda olarkən hər ikisinin kefi yaxşı olmuş, bir-biriləri ilə söhbətləşib zarafat etmişlət. Saat 23 radələrində Novxanı kəndinə çatdıqda orada “Covid-19” pandemiyası ilə bağlı bütün restoranların bağlı olduğunu görmüş, avtomobilini “Rest Time” adlanan restoranın qarşısında saxlayıb avtomobildən düşərək restoranın qapısına yaxınlaşıb orada kim olmasını xatırlamadığı mühafizəçidən administratorun işdə olub-olmadığını soruşmuş, həmin şəxs administratorun işdə olmadığını dedikdə, Şəhanəni məyus etməmək, həm də özünü fədakar, yəni Şəhanənin işə düzəlməsi üçün əlindən gələn hər şeyi edən ər kimi kimi göstərmək məqsədi ilə anası Həyatın dayısının nəticəsi olan Cavidin istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək təxminən 15-20 dəqiqə sonra ona zəng etməsini, Şəhanənin yanında olacağını, danışıq zamanı özünü guya “Rest Time” adlanan restoranın administratoru kimi qələmə verməsini, onun danışdıqlarına uyğun cavablar verməsini və hazırda işdə olmadığını, növbəti günlərdə işlə bağlı danışıq aparmaq üçün əlaqə saxlayacağını bildirməsini və bu haqda məsələni ona daha sonra izah edəcəyini demiş, Cavid də etiraz etmədən razılaşmışdır. Belə ki, Şəhanə ilə birlikdə eyni evdə yaşadığı vaxtlarda da hər hansı bəhanə ilə evdən çıxmaq istəyərkən əvvəlki tarixlərdə Cavidə zəng edərək ona zəng edib guya hansısa işlə bağlı görüşə çağırmasını demiş, Cavid də onun xahişi ilə zəng edərək hər dəfə müxtəlif şəxslərin adı ilə danışıb onu görüşə çağırmış, buna görə də həmin vaxt məhz Cavidə zəng etmişdir. Göstərdiklərindən təxminən yarım saat sonra Cavid ona zəng edərək izah etdiyi qaydada özünü “Rest Time” adlanan restoranın administratoru kimi təqdim edib, hazırda işdə olmadığını, növbəti günlərdə işlə bağlı danışıq aparmaq üçün əlaqə saxlayacağını demiş, həmin vaxt Şəhanə də yanında olduğundan aralarında olan danışıqları eşitmiş, bundan sonra Şəhanə ona evə qayıtmaqlarını dedikdə, Şəhanəyə harasa çörək yeməyə getməyi təklif etmiş, belə ki, Şəhanə ilə vaxt keçirməyi xoşladığından onunla birgə keçirdiyi vaxtı uzatmaq istəmiş, Şəhanə təklifi ilə razılaşaraq kabab yemək istədiyini bildirdikdə ona pandemiya ilə əlaqədar hər yerin bağlı olduğunu demiş, həmçinin onlar ətrafda olan restoranların da yanından keçdiklərindən restoranların bağlı olduğunu görmüşlər, buna görə də Şəhanə əvvəllər təxminən 2-3 dəfə getdikləri, anası Həyatın yaşadığı ünvan 3 ünvanına yaxın ərazidə, yəni ünvan 4anında yerləşən “Salt” motelinə gedərək yemək yeməyi təklif etmiş, Şəhanənin işi düzəldiyindən kefi yaxşı olmuş, o, da Şəhanənin təklifi ilə razılaşaraq avtomobilini qeyd etdiyi motelə sürmüş, təxminən saat 23:50 radələrində motelə çatdıqda o, avtomobili motelin həyətində giriş qapısı ilə demək olar ki, üzbəüz ərazidə saxlamış, bu zaman Şəhanə avtomobildə qalmış, o, isə avtomobildən düşmüş, həmin vaxt həyətdə onu adını bilmədiyi və əvvəllər tanımadığı motelin administratoru qarşılamış, həmin vaxt administratora əvvəllər həmin moteldə olarkən qaldığı nömrəsini bilmədiyi otağın yerini göstərib həmin otağın boş olub-olmadığını soruşmuş, administrator həmin otaqda müştəri olduğunu dedikdə, ondan gecə qalmaq üçün ümumiyyətlə boş otağın olub-olmadığını soruşmuş, həmin şəxs boş otağın olduğunu və otaqda 12 saat müddətində qalmağın qiymətinin 25 manat olduğunu dedikdə, ondan otağı göstərməsini xahiş etmişdir. Bundan sonra motelin administratoru motelin 2 nömrəli otağını göstərib bu otağın boş olduğunu demiş, otaqda bir ədəd iki nəfərlik yataq, qarşıda durduqda yatağın solunda bir ədəd yemək masası, 2 ədəd stul və hamam otağı olmuş, otağa baxıb bəyənib bu barədə administratora bildirdikdən sonra otağın pulunu vermiş, bundan sonra administratorla birikdə otaqdan çıxmış, motelin həyətinə keçdikdə administratora kabab sifariş etmək istədiyini demiş, administrator gec olduğu üçün yalnız “toyuq tabakası” hazırlada biləcəyini bildirdikdə, ondan həmin yeməyin qiymətini soruşmuş, administrator yeməyin qiymətinin 10 manat olduğunu dedikdə, o, avtomobilinə yaxınlaşıb Şəhanəyə yeməyə yalnız “tabaka” olduğunu demiş, Şəhanə də problem olmadığını sifariş verməsini dedikdə administratora “toyuq tabakası”-nı hazırlatmasını xahiş etmişdir. Bundan sonra Şəhanə avtomobildən düşdükdə birlikdə otağa keçmişlər, bu zaman Şəhanəyə marketə gedib cips, saqqız, siqaret və pivə alacağını deyib otaqdan çıxıb avtomobilinə əyləşərək moteldən ayrılmış, üzərində olan pul az olduğundan moteldə sifariş etdiyi yeməyin pulunu vermək, eləcə də marketdən alacaqlarını ödəmək üçün anası Həyatdan pul almaq məqsədi ilə moteldən təxminən 400-500 metr aralıda yerləşən evlərinə getmiş, evə çatdıqda nəyə lazım olduğunu demədən anası Həyətdan ona 10 manat pul verməsini xahiş etmiş, anası Həyat ona 10 manat pul verdikdən sonra Aylanın ayaqqabısını verib-vermədiyini soruşmuş, Aylanın ayaqqabısını verdiyini dedikdən sonra hara getdiyini demədən sağollaşıb evdən ayrılmışdır. Həmin vaxt bacıları Sevinc, Lalə və Nərgiz də evdə olmuş, bundan sonra moteldən təxminən 100-150 metr aralıdakı “Araz” adlanan marketə gedib 2 litrlik qabda pivə, cips, saqqız və siqaret alıb motelə 2 nömrəli otağa geri qayıdaraq avtomobilini eyni yerdə saxlamış, otaqda olarkən təxminən 10-15 dəqiqə sonra otağın qapısı döyülmüş, o, qapını açdıqda motelin əvvəllər tanımadığı ofisiantının 1 ədəd sininin üzərində sifariş etdikləri yeməyi gətirdiyini görmüş, ofisiantın içəri keçməsini istəmədiyindən sinini alıb sinidə olan 2 ədəd yemək qapı, çörək qabı, 2 ədəd çəngəl, kartof və toyuq qızartması, yəni tabakanın olduğu olduğu qabı, 2 ədəd stəkanı otaqdakı masanın üzərinə qoymuş, bundan sonra qapıdan çöldə dayanan ofisianta sinini geri qaytarıb yeməyin pulunu, yəni 10 manatı vermiş, ofisiant getdikdən sonra Şəhanə ilə masa arxasına əyləşib yemək yeyib pivə içmiş, həmin ərəfədə Şəhanə ilə əvvəlki tarixlərdə aralarında olmuş mübahisələrdən danışmağa başlamış, həmin danışıqlarda da Şəhanə aralarında yaşanmış mübahisələrdə özünü haqlı çıxarmağa çalışmış, lakin o, Şəhanə ilə barışmaq istədiyindən Şəhanənin dedikləri ilə razılaşmış, bir qədər bu zəmində söhbət etdikdən sonra bir-birilərinə yaxınlıq eləməyə başlamışlar. Elə bu vaxt o, yuyunmaq üçün otağın hamamına daxil olmuş, hamamda olarkən Şəhanə onu səsləyib “Murad çıx bir qəqiqə çölə” deyə bildirmiş, hamamdan çıxdıqda Şəhanənin artıq paltarlarını soyunmaqla alt paltarında olduğunu, yatağın üzərində isə bir ədəd bıçaq olduğunu görmüş, həmin vaxt Şəhanə ona bıçağı göstərib “buna bax gör nə tapmışam” deyə bildirib bıçağı yatağın baş tərəfi ilə yatağın matrasının arasından tapdığını demiş, bıçağın dəstəyi palıdı rəngli olmaqla taxta materialdan, tiyəsinin isə uzunluğu təqribən 20-25 santimetr olmuş, o, Şəhanənin bıçağı tapdığını dediyi yerə baxıb orada digər hər hansı əşya tapmadıqda həmin bıçağı özünə götürməyi, otaqda bıçaq tapılması ilə bağlı motelin administratoruna məlumat verməməyi qərarlaşdırmış, bu barədə Şəhanəyə bildirdikdə Şəhanə ona “bıçağı özündə saxlama, zibilə düşərsən” deyə bildirmiş, bu danışıqlardan sonra bıçağı otaqdakı yemək masasının üzərinə qoymuş, sonra isə hər ikisi yatağa uzanmış və cinsi əlaqəda olmuşlar. Cinsi əlaqədə olan zaman Şəhanə bir qədər də spirtli içkinin təsirindən ona “mənim erotik şəkillərimi və ya videomu görsən nə hiss keçirdərsən” deyə sual vermiş, o, isə heç bir cavab verməmiş, bundan başqa, Şəhanə ona “mən padruqamla, sən də öz yaxın dostunla bir yerdə qrup şəklində cinsi əlaqədə olmağımızı istəyərsən?” deyə sual vermiş, Şəhanənin bu sözünə əsəbiləşib “gic-gic danışma” deyə bildirmiş, bundan sonra hər ikisi yataqdan çıxıb paltarlarını geyinmiş, Şəhanə stulda o, isə Şəhanənin oturduğu stulun qarşısında yataqda əyləşmiş, həmin vaxt onlar yenə də aralarında olan keçmiş mübahisələrdən danışmağa başlamış, danışıq zamanı Şəhanəyə barışmağı təklif etmiş, lakin Şəhanə barışacaqları təqdirdə onun heç bir işinə qarışmayacağı, toy məclislərində olarkən restoranda gözləməyəcəyi, onu heç kimə qısqanmayacağı, anası Zəmilə və rəfiqəsi Cəmilə ilə istədiyi yerə getməsinə qarışmayacağı, atası Savalanın anası Zəmiləyə etdiyi kimi ümumiyyətlə onun işlərinə qarışmayacağı, həmçinin anası və bacıları ilə heç vaxt əlaqə saxlamayacağı və sair bu kimi şərtlər irəli sürmüş, Şəhanəyə bu şərtləri ilə razılaşmadığını dedikdə aralarında sözlü mübahisə yaranmış, mübahisə zəminində Şəhanəyə aralarında olan cinsi əlaqə zamanı cinsi ehtirasının təmin olmadığını, yəqin ki, yaxın vaxtlarda başqa kişi ilə cinsi münasibət yaratdığını demiş, Şəhanə də yaxın günlərdə başqa kişi ilə cinsi əlaqədə olduğunu, onun işinə qarışa bilməyəcəyini, bundan sonra belə olacağını, onunla barışmayacağını, artıq geriyə yolun olmadığını, boşanma ilə bağlı ərizəsini geri götürməyəcəyini, sentyabrın 7-si məhkəmə prosesinin olacağını bildirmişdir. Şəhanənin bu sözlərinə boşandıqları təqdirdə uşaqlarını əlindən alaraq özünün saxlayacağını demiş, Şəhanə isə Ayla və Tahiri götürə biləcəyini, lakin Ayanın onun deyil, başqasının uşağı olduğunu, Ayanı verməyəcəyini demiş, Şəhanənin bu sözünə möhkəm əsəbiləşib Ayanın kimin uşağı olduğunu, yaxın günlərdə kiminlə cinsi əlaqədə olduğunu soruşmuş, lakin Şəhanə suallarına cavab verməyib onu söyməyə başlamış, habelə ona görə imkanlı şəxlərlə görüşə bilmədiyini, bundan sonra isə yalnız anası Zəmilə və rəfiqəsi Cəmilənin məsləhətlərinə qulaq asaraq Cəmilə kimi imkanlı şəxslərlə oturub-duracağını, bunun sonuncu görüşləri olacağını, belə edib şöhrət qazanmaqla maşın və ev sahibi olacağını qeyd etmişdir. Bu zaman həmin vaxt çarpayının yanında asılqanda asılmış Şəhanənin qara rəngli qadın çantasını götürüb içərisində özünün istifadəsində olan mobil telefonun olub-olmamasını aydınlaşdırmaq, eləcə də Şəhanənin mobil telefonuna baxmaqla hansı kişiylə əlaqə saxladığını bilmək istəmiş, bu məqsədlə asılqandakı çantanı götürmək istəyərkən Şəhanə onu yatağa itələmiş, bundan sonra əli ilə Şəhanəni sinəsində itələyərək stulda oturtmuş, bu zaman Şəhanə moteldən getmək istədiyini, kimliyini demədən onu gəlib aparması üçün kiməsə zəng edəcəyini demiş, mübahisə etsələr də, bir biri ilə qışqıra-qışqıra danışmamış, həmin vaxt səslərinə heç kim otağa gəlməmiş, göstərdiklərindən sonra Şəhanə çantasını çiyninə asıb yerindən qalxaraq otaqdan çıxmaq istəyərkən o, buna imkan verməyib yenidən əli ilə Şəhanənin sinəsindən itələyərək stulda oturtmuşdur. Bu an Şəhanə yerindən qalxaraq yemək masasının üzərindəki dəstəyi palıdı rəngli olan bıçağı sağ əli ilə götürüb sağdan-sola istiqamətdə yelləməklə onun boyun nahiyəsindən vurmaq istəmiş, o, isə özünü müdafiə etmək üçün sol əlini bıçağın qarşısına tutduqda bıçaq iç tərəfdən biləyinə dəymiş, həmin nahiyəsi kəsilməklə qanamış, bu zaman Şəhanənin qolundan tutub əyərək bıçağı əlindən almış, ağrı olmasa da əlindən qanın şiddətli şəkildə axdığını görüb Şəhanəni söymüş, Şəhanəni stulda oturtmaq üçün yenidən əli ilə sinəsindən itələsə də Şəhanə stulda oturmayaraq onun əlini göstərib “artislik eləmə, mən çıxıb gedirəm, rədd ol, sənə də heç nə deyən deyiləm” deyə bildirmiş, Şəhanəyə “mən o adamı taparam” deyə bildirib Ayanın kimin uşağı olmasını, habelə kiminlə cinsi münasibətdə olduğunu bildirməsini tələb etmiş, Şəhanə isə bu sözünə söyüşlə qarşılıq verərək nə ona, nə də ki, cinsi əlaqəda olduğu şəxsə heç nə edə bilməyəcəyini, onun “peysər” olduğunu, bilə-bilə ki, başqa kişi ilə cinsi əlaqədə olubdur, onu qəbul etdiyini deyərək alçatmağa başlamış, bu zaman Şəhanənin dediklərinə əsəbiləşərək hirslərini cilovlaya bilməyib sağ əlində tutduğu dəstəyi palıdı rəngli bıçağı sağdan-sola istiqamətdə yelləməklə qarşı-qarşıya, yəni üzbəüz durduğu Şəhanəyə bir zərbə vurmuş, lakin vurduğu həmin bıçaq zərbəsinin dəqiqliklə Şəhanənin hansı nahiyəsinə dəyməsini xatırlamamışdır. xx.xx.2020-ci il gecə saat 2 radələri olmuş, ilk zərbədən sonra Şəhanə möhkəm şəkildə hər hansı ifadə işlətmədən yalnız “aaaa” deyə qışqıraraq hər iki əli ilə bıçağın kəsici hissəsindən yapışmış, həmin an o, bıçağı özünə tərəf dartmağa başlamış, Şəhanə bıçağı möhkəm tutduğundan 1-2 dəfə qabağa arxaya etdikdən sonra bıçağı Şəhanənin əllərindən çıxarıb özündə saxlaya bilmiş, bundan sonra Şəhanə ona tərəf sıxılıb həmin an əynində olan qara rəngli qolsuz maykadan yapışaraq özünə tərəf dartmış, buna görə də maykası cırılmış, həmçinin Şəhanə həmin vaxt dırnaqları ilə üzünə əl atmaq istədikdə üzünü geri çəkdiyi üçün bunu edə bilməmiş, bu zaman onlar dartışdıqda Şəhanə hər iki əliylə onun sol əlini bədəninə bitişik saxlamaqla bel nahiyyəsindən bədənini qucaqlayaraq möhkəm sıxmış, sol əlini hərəkət etdirə bilməmiş, həmin vaxt Şəhanənin baş nahiyyəsi isə onun havada qalan bıçaq tutduğu sağ qolunun qoltuq arasına keçmiş, Şəhanənin bu hərəkətlərindən sonra daha da əsəbiləşib sağ əlində olan bıçaqla Şəhanənin yuxarıdan aşağı olmaqla bel nahiyyəsindən sayını bilməsə də bir neçə zərbə vurmuş, zərbə vurduğu vaxt Şəhanə onu arxaya itələməklə yerə yıxmaq istəmiş, lakin gücü çatmamış, bu an bıçaq zərbələrinin təsirindən Şəhanənin əlləri bir qədər boşaldığıdan o, sol əlini Şəhanənin tutduğu hissədən çıxarmış, bundan sonra yenə də sağ əlində olan bıçaqla Şəhanənin yuxarıdan aşağı olmaqla bel nahiyyəsindən sayını bilməsə də daha bir neçə zərbə vurmuş, zərbələrin təsirindən Şəhanə belə demək mümkünsə bədəninə söykənmiş halda sürüşə-sürüşə baş nahiyəsi otağın qapısına tərəf olmaqla xatırladığı qədəri ilə üzü üstə yataqla yemək masasının arasına yerə yıxılmış, həmin an hərəkətlərimi dayandırmış, Şəhanə isə güclə də olsa sağ böyrü üstə çevrilərək, hərəkətsiz dayanmış, göstərdiyi bütün bu hadisə, yəni Şəhanəyə bıçaqla zərbələr vurması təxminən 1 dəqiqəyə yaxın vaxt çəkmiş, daha sonra əlindəki bıçağı yemək masasının üzərinə atıb Şəhanənin baş nahiyəsinə tərəf keçərək yerə çöməlib çiynindən silkələməklə onu səsləmiş, həmin vaxt Şəhanə yüksək səslə olmasa da inildəmiş, lakin ona cavab verməmiş, bundan sonra xəstəxanaya aparmaq məqsədi ilə avtomobilinə qoymaq üçün Şəhanəni yerdən qaldırmağa cəhd etmiş, lakin gücü çatmadığından qaldıra bilməmişdir. Həmin vaxt otağın yeri qan içərisində olmuş, bundan sonra kömək çağırmaq üçün otağın qapısını açıb çölə çıxmaq istəyərkən qapının qarşısında onları qəbul edən administratoru görmüş, lakin həmin anadək otaq qapısının döyülməsi səsini eşitməmiş, həmin vaxt administrator onun qolunu qanlı görüb nə baş verdiyini soruşmuş, o, isə heç bir cavab verməmiş, bundan sonra administrator otağa baxmadan dəhlizin qapısından çıxıb motelin resepşnına doğru getmiş, o, otağa geri qayıdıb masanın üzərində olan “CAT” markalı mobil telefonunu götürüb administratorun arxasınca resepşına doğru getmiş, mobil telefonunu götürən zaman Şəhanə hərəkət etməmiş və fikir vermədiyindən həmin vaxt Şəhanənin inildəyib-inildəmədiyini eşitməmişdir. Administratorun arxasınca gedən zaman əynində ayaqqabı olmadığından və ayağındakı corab otaqda qana bulaşdığından hərəkət etdikcə yerdə ayaq izləri qalmış, motelin həyəti ilə administratorun arxası ilə bir qədər hərəkət etdikdən sonra dayanmış, həmin an qapısı açıq olan resepşndan administratorun əlində 1 ədəd kəmərlə ona tərəf gəldiyini görmüş, administrator yanına gəldikdə onunla yan-yana olmaqla 2 nömrəli otağa tərəf getmiş, həmin vaxt administratorun nə dediyini xatırlamasa da, kəmərlə qolunu bağlamaq istəyərkən “əsas mən yox, otaqdakı qıza kömək lazımdı” deyə bildirmiş, bu sözünə administratorun nə cavab verdiyini xatırlamır, həmin vaxt artıq avtomobilinin yanına çatdığından avtomobilinə əyləşib mühərrikini işə salaraq Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, daha sonra avtomobili Binəqədi rayon polis idarəsinin 6-ci polis bölməsinə sürmüş, avtomobillə bölmənin həyətinə daxil olub avtomobildən düşərək bölmənin növbətçi hissəsinə yaxınlaşıb özünü könüllü təqdim edərək “Salt” adlandırılan moteldə arvadı Şəhanəni bıçaqla vurduğunu deyib, köməklik etmələrini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Məmmədova Zəmilə Təmiraz qızı ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs xx xxxxxxx 2005-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nigaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nigahdan onların xx xxxx 2007-ci il təvəllüdlü Tahir Şamilov, xx xxxx 2010-cu il təvəllüdlü Ayla Şamilova və xx xxxxxxx 2015-ci il təvəllüdlü Ayan Şamilova adlı övladları olmuş, qızı Şəhanə və Murad 2015-ci ildə Bakı şəhəri Biləcəri qəsəbəsində Şəhanənin adına rəsmiləşdirməklə ev alıb oraya köçüb həmin evdə yaşamağa başlamış, həmin ərəfədə Murad Nəqliyyat Nazirliyində işə düzəlmiş, təxminən 2016-cı ilin sonlarında Nəqliyyat Nazirliyinin rəhbərliyi dəyişdiyi üçün Murad həmin nazirlikdə işdən azad edilmiş, həmin vaxt Muradın banka borcu olduğu üçün maddi sıxıntılar çəkdiklərindən Muradın təkidi ilə Şəhanə razılıq verdiyindən onlar Biləcəri qəsəbəsində yaşadıları evi sataraq həmin vaxtdan müxtəlif yerlərdə kirayədə yaşamağa başlamışlar. Həmin ərəfədə Murad hər hansı işlə məşğul olmadığından anası və bacısından aldığı pullar hesabına, o cümlədən onun qızı Şəhanəyə verdiyi pullarla kirayə pulunu vermiş və çətinliklə ehtiyaclarını ödəmiş, ailə həyatı qurduğu ilk aylardan etibarən qızı Şəhanə ilə Təqsirləndirilən şəxs münasibətləri yaxşı olmamış aralarında ailə münaqişəsi zəminində, yəni əsasən bir birilərini qısqandıqları üçün tez-tez mübahisələri yaranmış, həmin mübahisələr zamanı isə adətən qızı Şəhanə övladları ilə birlikdə onun evinə gəlmiş, aralarında yaranmış mübahisələr nəticəsində qızı Şəhanə ayrı-ayrı tarixlərdə 3 dəfə, yəni xx xxxxxxx 2016-cı ildə, xx xxxxxx 2017-ci ildə və sonuncu dəfə isə xx xxxxxx 2020-ci ildə Muraddan boşanmaq məqsədi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, ilk iki halda sonradan Murad və Şəhanə bir-biriləri ilə barışmışlar. 2017-ci ilin iyun ayından sonra qızı Şəhanə və Murad övladları ilə birlikdə müxtəlif ünvanlarda kirayədə, bir müddət də onun Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167, “AAAF park” yaşayış massivi, 26 saylı küçə, bina 1, mənzil 21 ünvanında yerləşən evində yaşamış, həmin ərəfədə də tez-tez Murad və Şəhanənin arasında müxtəlif səbəblərdən, əsasən Muradın Şəhanəni qısqanması səbəbindən mübahisələr yaranmış, Şəhanə heç bir yerdə işləməsə də, gözəl səsi olmaqla ifa etmək qabiliyyətinə malik olmuş, təxminən 2019-cu ilin əvvəllərində arasında olan söhbətləri zamanı yoldaşı Savalan qızı Şəhanənin də toylara müğənni kimi gedərək pul qazanmasını təklif etmiş, Savalanın təklifi ilə həm Murad, həm də Şəhanə razılaşmış, Murad Şəhanəni toylara özünün aparacağını, müxtəlif şadlıq evləri ilə özünün danışacağını, toylarda yanında dayanacağını, toy bitdikdən sonra isə evə aparacağını demişdir. Hər biri razılaşdıqdan sonra müxtəlif tarixlərdə Şəhanə müxtəlif şadlıq saraylarında müğənni kimi işə başlayaraq günəmuzd işçi kimi pul qazanmış, bütün hallarda da Murad Şəhanə ilə birlikdə toylarda yanında olmaqla iştirak etmiş, Şəhanə oxuduqdan sonra isə onu evə geri aparmış, həmin ərəfədə Murad həm də taksi sürücüsü kimi fəaliyyət göstərib əsasən gecələr Bakı şəhərində müxtəlif barlardan əxlaqsız həyat tərzi keçirən qadınları müxtəlif ünvanlara aparmış, Murad bu halı həmin qadınların daha çox pul vermələri ilə əsaslandırmışdır. Sonrakı vaxtlarda nisbətən Murad və Şəhanənin maddi vəziyyətləri düzəlməyə başlamış, təxminən 2020-ci ilin mart ayının ortasında Şəhanə Muradın bacıları və anası ilə sözlü mübahisə etdiyindən Murad və övladları ilə onun yoldaşıyla yaşadığı Xırdalan şəhərindəki evinə köçmüş, həmin vaxtdan sonra Şəhanə bir daha Muradın ailə üzvləri ilə əlaqə saxlamamış, “Covid-19” pandemiyası ilə əlaqədar restoranlar bağlı olduğundan sonrakı tarixlərdə Şəhanə artıq heç yerdə işləyə bilməmiş, birlikdə qaldıqları müddətdə Murad yenə də Şəhanə ilə müxtəlif səbəblərdən mübahisə etmiş, 2020-ci ilin iyun ayında aralarında yaranmış mübahisə zamanı Murad evdən ayrılaraq anası Həyatın yaşadığı Bakı şəhəri Biləcəri qəsəbəsindəki evdə yaşamağa başlamışdır. Elə həmin ayda Murad Masazır qəsəbəsində kirayə ev tutaraq bir neçə dəfə Şəhanəyə xahişlər edərək onu razı salıb birlikdə həmin evə köçmüş, lakin həmin evdə 2-3 həftə yaşadıqdan sonra yenidən Murad və Şəhanə arasında Muradın avtomobilinin təmiri ilə bağlı bacısı Sevincdən pul alması səbəbdindən mübahisə yaranmış, belə ki, Şəhanə Muradın ailə üzvləri ilə küsülü olduğundan Muradın ondan xəbərsiz bacısından pul almasına razı olmamış, göstərdiyi səbəbdən onlar mübahisə etdikdə qızı Şəhanə övladları ilə birlikdə evdən ayrılaraq yenidən Xırdalan şəhərinə onun yaşadığı evə gəlmiş, sonradan xx xxxxxx 2020-ci ildə Şəhanə Muraddan boşanmaq məqsədi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin tarixdən sonra isə Murad dəfələrlə barışmaq üçün Şəhanəyə həm zənglər etməklə, həm də gəlib görüşməklə onu boşanmaqdan imtina etməsinə nail olmağa çalışmış, lakin Şəhanə qəti şəkildə boşanmaq istədiyindən Muradla barışmağa razılıq verməmiş, Murad isə Şəhanənin boşanma qərarının qəti olduğunu, o cümlədən boşanması ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak etməsi üçün məhkəmədən onun mobil nömrəsinə də sms məlumat göndərildikdən sonra Şəhanəni boşanmaq qərarından çəkindirmək üçün aralarında olan danışıqlar zamanı Şəhanəyə guya ona iş axtardığını və bununla bağlı bir neçə restoranlarla danışıqlar apardığını demiş, bütün bu hallar barədə də Şəhanə ona məlumat vermişdir. Həmin ərəfədə Murad demək olar ki, hər gün Xırdalan şəhərinə yaşadığı binanın həyətinə gələrək uşaqları ilə görüşmüş, bəzi hallarda uşaqlarına şirniyatlar almış, təxminən 2020-ci ilin avqust ayının sonlarında Murad Şəhanəyə zəng edərək Bakı şəhərində “Şıxov” adlanan ərazidə yerləşən “1001 gecə” adlı restoranda ona iş tapdığını və birlikdə həmin restorana gedib müdiriyyətlə danışıq aparmalı olduqlarını demiş, lakin Şəhanə ona bu barədə məlumat verdikdə o, Şəhanəyə Muradla birlikdə hər hansı yerə getməsinə razılıq vermədiyindən Şəhanə Muradla əlaqə saxlayıb birlikdə restorana getməyəcəyini bildirmişdir. Buna baxmayaraq xx.xx.2020-ci il tarixdə axşam saatlarında Murad Şəhanəyə zəng edərək “Şıxov” adlanan ərazidə yerləşən “1001 gecə” adlı restoranın müdiriyyəti ilə danışdığını, onu işə götürəcəklərini, bununla bağlı birlikdə restorana gedib danışıq aparmalı olduğunu bildirmiş, bundan sonra xx xxxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Murad və Şəhanə birlikdə həmin restorana getməyi qərarlaşdırmışlar. Bütün bu hallar barədə Şəhanə ona məlumat vermiş, növbəti gün, yəni xx xxxxxxxx 2020-ci il tarixdə saat 20:20 radələrində Murad idarə etdiyi “Renault Megane” markalı **-RP-*** dövlət nömrə nişanlı avtomobillə Xırdalan şəhərinə yaşadıqları binanın qarşısına gəlmiş, həmin vaxt o, qızı Şəhanənin Muradla birlikdə tək getməsini istəmədiyindən nəvəsi Ayla Şamilovanı da geyindirib anası ilə birlikdə getməsi üçün, digər nəvəsi Ayanı isə atasını görməsi üçün Şəhanə ilə birlikdə həyətə göndərmiş, lakin bir neçə dəqiqə sonra Ayla və Ayan evə geri qayıtmış, həmin vaxt Ayladan nəyə görə anası ilə birlikdə getmədiyini soruşduqda, Ayla atası Muradın maşınının arxa oturacaqlarının yerində olmadığını, həmçinin atası Muradın ona evə geri qayıtmasını, onların iş danışmaq üçün getdiklərini bildirdiyini demişdir. Bundan sonra bir neçə dəfə yoldaşı Savalanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şəhanəyə zəng etsə də Şəhanə zənglərə cavab verməmiş, həmin vaxt Şəhanə nəvəsi Aylanın istifadəsində olan “Samsung” markalı mobil telefonu özü ilə götürmüş, həmin telefonda ***-***-**-** mobil nömrə qoşulu olmuş, həmin ərəfədə Şəhanənin istifadəsində markasını bilmədiyi mobil telefon olsa da, Şəhanənin həmin mobil telefonunda hansı nömrəni istifadə etməsini bilməmişdir. Təxminən saat 23:40 radələrində yenidən Şəhanəyə zəng etdikdə Şəhanə zəngə cavab vermiş, həmin vaxt Şəhanədən harada olduğunu soruşduqda Şəhanə Muradla birlikdə əvvəlcə “Şıxov” adlanan ərazidə yerləşən restorana getdiklərini, orada əslən cənub bölgəsindən olan restoranın müdiriyyəti ilə danışdıqlarını, müdiriyyətin onun səsindən xoşu gəldiyi üçün işə götürdüyünü, növbəti gün işə çıxacağını və gündəlik təxminən 50 manat məvacib alacağını, hazırda isə Novxanıda olduqlarını, həmin yerdə yerləşən başqa bir restoranın müdiri ilə işlə bağlı danışıq aparacaqlarını, hansı restoranın təklifi yaxşı olarsa həmin restoranın müdiri ilə razılaşacaqlarını demişdir. Həmin danışıq onun Şəhanə ilə sonuncu danışığı olmuş, belə ki, bir müddət sonra Şəhanə evə gəlmədiyi üçün narahat olub yenidən zəng etdikdə Şəhanənin mobil nömrəsinə zəng getsə də Şəhanə zəngə cavab verməmiş, bundan sonra Muradın istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə zəng etsə də Murad da zənginə cavab verməmiş, buna görə xx xxxxxxxx 2020-ci il tarixdə saat 04-05 radələrində Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng edərək Muradın qızı Şəhanəni evdən apardığını, lakin qızı ilə əlaqə saxlaya bilmədiyini bildirib, qızını tapmağa köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra Muradın anası Həyata zəng edərək ona da Muradın Şəhanəni işə düzəltmək adı ilə evdən apardığını, lakin onlarla əlaqə saxlaya bilmədiyini demiş, həmin vaxt Həyat Murad və Şəhanənin yolda mübahisə etdiklərini buna görə polis əməkdaşlarının onları Bakı şəhəri Binəqədi rayon polis idarəsinə apardığını, qızı Sevincin oraya getdiyini bildirmişdir. Buna görə o, yoldaşı Savalanla birlikdə Bakı şəhəri Binəqədi rayon polis idarəsinə getmiş, lakin orada olan polis əməkdaşlarından hər hansı məlumat ala bilməmiş, ona idarənin rəisini gözləməsi deyilmiş, təxminən saat 09 radələrində adını və soyadını bilmədiyi həmin idarənin rəisi işə gəldikdə idarənin həyətində ona Muradın qızı Şəhanəni Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən “Salt” adlanan moteldə çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürdüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin avqust ayından ünvan 7 ünvanında yerləşən “Salt” adlandırılan moteldə inzibatçı vəzifəsində işləyir, moteldə işə başladığı vaxtda motelin digər inzibatçısı Seyfulla Osmanov olmuş, motelin ümumi restoranı yoxdur, lakin motelin mətbəxində bişirilən yeməklər müştərilərin sifarişi əsasında birbaşa otaqlara göndərilir, motelin ümumilikdə 21 ədəd otağı müştərilər üçün xidmət göstərir. Hadisənin baş verdiyi 2020-ci ilin sentyabr ayında moteldə o və Seyfulla Osmanov olmaqla 2 nəfər inzibatçı, Şahid2 və adını, soyadını bilmədiyi Ruslan adlı 2 nəfər ofisiant, Samirə Rzayeva və Sevil Əhmədova adlı 2 nəfər xadiməçi, Natiq adlı 1 nəfər aşbaz, Aygün adlı 1 nəfər çirkli yataq dəstələrini yuyulub-ütülənməsi ilə məşğul olan şəxs çalışmış, Sevil Əhmədova bəzən xəstə olduqda, yaxud vacib işləri olduğu hallarda qızı Şahid6 Sevilin əvəzinə motelə gələrək xadiməçi kimi anası Sevili əvəz etmişdir. O, digər inzibatçı Seyfulla ilə, o cümlədən ofisiantlar və xadiməçilər bir-biriləri ilə növbəli şəkildə işləmiş, növbədə olduğu gün iş saatı saat 10:00da başlayır, növbəti gün isə saat 10:00-da bitməklə növbəni digər inzibatçıya təhvil verir, ofisiantlar və xadiməçilər də göstərdiyi növbəlik qaydası ilə işləyirlər. Aygün adlı yataq dəstələrinin yuyulub-ütülənməsi ilə məşğul olan qadın isə hər gün saat 09:00-da işə gəlir, saat 22:00-da isə işdən gedir, Natiq adlı aşbaz isə saat 11:00-da işə gəlir, saat 00:00-da isə işdən gedir. Moteldəki otaqlardan 12 saat müddətində istifadə etməyin qiyməti 25 manatdır, moteldə qalmaq üçün gələn hər bir müştəri moteldə qalmaq üçün otaq pulunu ödədikdən sonra o və ya növbədə olan digər inzibatçı tərəfindən müştərinin ad, soyad və ata adı, eləcə də şəxsiyyət vəsiqələrinin seriya nömrəsi xüsusi dəftərə yazılmaqla qeydiyyatdan keçirilir, müştərilər qeydiyyatdan keçdikdən sonra isə müvafiq boş otaqlardan birinə yerləşdirilir. Moteldə müşahidə kameraları, o cümlədən motelin mühafizəçisi yoxdur, moteldəki 11 nömrəli otaqdan başqa, digər bütün otaqlar yalnız yataq otağı və hamam otağından ibarətdir və hər yataq otağında isə 2 nəfərlik 1 ədəd yataq, eləcə də 1 ədəd yemək masası vardır, bütün hallarda müştəri otağı təhvil verdikdən sonra otağa digər müştəri yerləşdirilməmişdən öncə növbədə olan xadiməçi tərəfindən otaq və otağın hamamı silinib təmizlənir, o cümlədən otaqdakı yataq dəstləri, dəsmal və hamam ləvazimatları yeniləri ilə dəyişdirilir, həmçinin ofisiant tərəfindən otaqda olan masanın üzərində qalmış yeməklər və qab-qacaqlar yığışdırılıb motelin mətbəxinə aparılır. xx xxxxxxxx 2020-ci il tarixdə növbədə olduğu üçün həmişə olduğu kimi saat 10:00-da motelə işə gəlib növbəni ondan əvvəl növbədə olmuş Seyfulla Osmanovdan qəbul etmiş, həmin ərəfələrdə Seyfulla Osmanov gedəcək yeri olmadığından növbəni təhvil verdikdən sonra da moteldə qalmış, həmin tarixdə ofisiant Məhəmməd növbəni digər ofisiant Ruslandan təhvil almış, Ruslan isə işdən ayrılmış, xatırlamadığı səbəbdən həmin tarixdə xadiməçilərin hər ikisi, yəni Samirə və Sevilin yerinə isə qızı Vüsalə işə gəlmiş, həmin tarixdə aşbaz Natiq, habelə Aygün də iş yerində olmuş və həmin vaxt moteldə cəmi 10 və ya 12 nəfər müştəri olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:50 radələrində motelin həyətində olarkən əvvəllər tanımadığı və heç vaxt görmədiyi, hadisələrin sonrakı gedişində isə adının Murad olduğunu öyrəndiyi şəxs idarə etdiyi qara rəngli “Renault Megane” markalı, qeydiyyat nişanının sonu isə 598 olan avtomobillə motelin həyətinə daxil olaraq giriş qapısı ilə demək olar ki, üzbəüz ərazidə avtomobilini saxlamış, həmin vaxt avtomobilin sağ ön oturacağında bir nəfər qadın əyləşmiş, bu zaman qadın avtomobildə qalsa da, Murad avtomobildən düşərək ona yaxınlaşıb gecə qalmaq üçün boş otağın olubolmadığını soruşmuş, Murada boş otağın olduğunu və otaqda 12 saat müddətində qalmağın qiymətinin 25 manat olduğunu dedikdə, Murad ondan otağı göstərməsini xahiş etmiş, həmin vaxt Muraddan yanındakı qadının kim olduğunu soruşduqda Murad qadının arvadı olduğunu bildirmişdir. Bundan sonra motelin boş olan 2 nömrəli otağını Murada göstərdikdə, Murad otağı bəyənmiş, həmin tarixdə gün ərzində motelin 2 nömrəli otağında hər hansı müştəri yerləşdirilməmiş, Murad təxminən 35 yaşlarında, 1,80-1,85 metr boyunda olan şəxs olmuş, lakin həmin vaxt Muradın əynində hansı geyimlərin olduğunu xatıraya bilmir. Göstərdiklərindən sonra Murad arvadını çağırmaq üçün avtomobilə geri qayıdaraq 1-2 dəqiqə sonra birlikdə otağa gəlmiş, həmin qadın təxminən 30-35 yaşlarında olmuş, qara rəngli köynəklə qara rəngli şalvar geyinmiş, qara saçları olmuşdur. O, həmin qadını ilk dəfə görmüş, baş vermiş hadisədən sonra isə adının Şəhanə olmasını öyrənmişdir. Sonra o, otaqdan ayrılmış, onun arxası ilə Murad da otaqdan çıxaraq ona yaxınlaşıb sifariş edə biləcəyi yemək çeşidlərini saymasını xahiş etmiş, Murada gec olduğu üçün yalnız toyuq “tabakası” hazırlada biləcəyini bildirdikdə, Murad ondan həmin yeməyin qiymətini soruşmuş, yeməyin qiymətinin 10 manat olduğunu dedikdə, Murad toyuq “tabakası”-nın hazırlanmasını xahiş edərək, özünün isə yer bildirmədən indi moteldən gedəcəyini və təxminən 10-15 dəqiqə sonra geri qayıdacağını demiş, bundan sonra o, Muradın yanından ayrılmış, Murad isə avtomobilinə əyləşərək moteldən getmişdir. Daha sonra, o, mətbəxə gedərək Natiq adlı aşbaza toyuq “tabakası” hazırlamasını bildirmiş, sonra isə motelin resepşn (ofis) otağına, yəni qeydiyyat otağına gedərək zəng edib ofisiant Məhəmmədi yanına çağırmış, Məhəmməd yanımna gəldikdə Məhəmmədə motelin 2 nömrəli otağına 1 oğlan və 1 qadını yerləşdirdiyini, onların “tabaka” sifariş verdiklərini, aşbazın tabakanı hazırlamağa başladığını, yemək hazır olduqda yeməyi 2 nömrəli otağa aparmasını tapşırmışdır. Təxminən 15-20 dəqiqə müddətində toyuq “tabakası” hazır olmuş, həmin vaxt da artıq Murad otağa geri qayıtmışdır. Yemək hazır olduqdan sonra ofisiant Məhəmməd yeməyi 2 nömrəli otağa aparıb bir qədər sonra geri qayıdaraq ona müştəridən aldığı yeməyin pulunu, yəni 10 manatı vermiş, həmin vaxt saat 00:10 radələri olmuş, sonra 2 nömrəli otaqda nə baş verməsindən məlumatı olmamışdır. Daha sonra xx xxxxxxxx 2020-ci il tarixdə saat 01:45-01:50 radələrində motelin resepşn otağında olarkən, 2 nömrəli otaq istiqamətində yüksək səslə qadın qışqırığının səsini eşitmiş, həmin an resepşn otağının qapısı, o cümlədən həmişə olduğu kimi 2 nömrəli otağın yerləşdiyi dəhlizin qapısı və pəncərələri açıq olmuş, həmçinin qışqırıq səsi də çox yüksək olduğundan 2 nömrəli otaqla onun olduğu otağın arasında təxminən 40-50 metr məsafə olmasına baxmayaraq həmin səsi eşitmişdir. O, qışqırıq zamanı hər hansı ifadənin işlənməsini eşitməmiş, səsi eşitdikdən sonra dərha l 2 nömrəli otağa tərəf qaçıb otağın qapısına çatdıqda qapını təpiklə və yumruqla döyməyə başlamış, qapını döyən anadək otağın içərisindən qadın qışqırığı səsi kəsilmədən gəlməyə davam etmiş, lakin o, qışqırıqdan əlavə içəridən hər hansı ifadənin və ya digər səsin gəlməsini eşitməmiş, həmçinin qışqırıq səsi eşitməyi ilə qaçaraq 2 nömrəli otağın qarşısına çatması təxminən 30-35 saniyə vaxt çəkmişdir. Otağın qapısını döydükdən dərhal sonra içəridən qadın qışqırıq səsi dayanmış, ümumiyyətlə içəridən heç bir səs gəlməmiş, bu zaman adətən motellərdə belə münaqişələrin daimi baş verdiyini nəzərə alaraq, içəridə olan Murad və Şəhanənin ondan qorxub aralarındakı mübahisəni dayandırdıqlarını və sakitləşdiklərini düşünüb, qapıdan dönərək 1-2 metr aralıdakı dəhlizin qapısına tərəf getmək istəyərkən 2 nömrəli otağın qapısının kilidi açılmış və Murad sol qolunu sağ əli ilə tutaraq ona tərəf gəlməyə başlamışdır. Həmin vaxt Muradın qollarının qanlı olduğunu görüb, ondan nə baş verdiyini soruşmuş, lakin Murad ona heç bir cavab verməmiş, bu zaman ilkin tibbi yardım göstərmək məqsədi ilə Murada “gəl gedək resepşna qolunu bağlayım” deyə bildirmiş, bu sözünə Murad cavab verməsə də, onunla birlikdə motelin resepşnına doğru arxası ilə gəlmiş, o, Muraddan bir qədər irəlidə hərəkət etməklə resepşna daxil olduqdan sonra qanaxmanın qarşısını almaq üçün Muradın qoluna bağlamaq məqsədi ilə içəridə olan kəməri götürmüş, kəməri götürənədək Murad onu resepşının giriş qapısının qarşısında gözləmiş, lakin o, kəməri götürüb respşından çölə çıxan zaman Muradın iti yerişlərlə avtomobilinə tərəf gedərək avtomobilə əyləşdiyini görmüşdür. Bu zaman o, da Muradın arxası ilə gedərək avtomobilin ön qapısının yanında dayanıb ona səslənərək “şüşəni aşağı sal qolunu bağlayım” deyə bildirmiş, lakin Murad sözünə əhəmiyyət verməyərək avtomobilin mühərrikini işə salıb moteldən ayrılmışdır. Murad getdikdən sonra o, Muradla birlikdə otaqda olan qadının çölə çıxmamasından nə isə hadisə baş verdiyindən şübhələnib 2 nömrəli otağın qapısının qarşısına getdikdə dəhlizin döşəməsinin qan ləkələri ilə çirkləndiyini görmüş, həmin vaxt qeyd etdiyi otağın qapısını azacıq aralayıb içəri baxan zaman sonradan adının Şəhanə olduğunu öyrəndiyi qadının üzü yatağa, baş nahiyəsi isə otağın qapısına tərəf olmaqla sağ böyrü üstə yerdə uzanıq vəziyyətdə olduğunu, qadının xırıldadığını və ətrafının qan içərisində olduğunu görmüş, həmin vaxt qan ləkələri yataq dəstinə də bulaşmış, bundan sonra hadisənin şokunda olduğundan və qorxduğu üçün otağa daxil olmayaraq dəhlizin qarşısına keçib istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə dərhal 103 nömrəsinə, yəni X9 zəng edərək motelin yerini izah edib dərhal gəlmələrini və moteldə yaralı qadın olduğunu demişdir. Bu vaxt Məhəmməd ona yaxınlaşıb nə baş verdiyini soruşmuş, Məhəmmədə “bu otaqdan qalan oğlan yanındakı qızı vurub öldürüb, qaçıb getdi” deyə cavab vermiş, həmin vaxt Seyfulla Osmanov da yanlarına gəlmiş, təxminən 10 dəqiqə sonra motelin həyətinə təcili yardım maşını və polis əməkdaşları gəlmiş, həkimlər və polis əməkdaşları gələnədək nə o, nə Seyfulla, nə də Məhəmməd 2 nömrəli otağa daxil olmamışlar. O, xadiməçilər Samirə və Vüsalənin həmin vaxt harada olmalarını xatırlamır, aşbaz Natiq isə “tabaka” yeməyini hazırladıqdan sonra işdən ayrılmışdır. O, Muradın hansı səbəbdən Şəhanəni öldürməsini bilmir və bu barədə hər hansı məlumatım yoxdur. xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:50 radələrində Təqsirləndirilən şəxs motelin 2 nömrəli otağına yerləşib marketə getdikdən sonra, Təqsirləndirilən şəxs motelə geri qayıtmasının şahidi olmadığından həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı **- RP-*** qeydiyyat nişanlı avtomobilin yük yerindən, yaxud salonundan bıçaq və ya digər əşyanı götürməsini görməmişdir. Hadisənin baş verdiyi 2 nömrəli otaqdakı masanın üzərində olan dəstəyi qəhvəyi rəngli bıçağı hadisədən əvvəl nə Muradın üzərində, nə də hadisədən əvvəl xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:50 radələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 2 nömrəli otağa yerləşdirən zaman otaqda görməmiş, moteldə qeyd olunan formada və tipdə bıçaqdan ümumiyyətlə istifadə edilməmiş, nə həmin tipdə, nə də başqa formada bıçaq 2 nömrəli otaqda, yaxud da digər otaqlarda olmamış, motelin bütün otaqlarına, o cümlədən də 2 nömrəli otağa müştəri yerləşdirilməmişdən əvvəl hər bir halda otaq təmizləndiyindən, orada hər hansı bıçaq, yaxud digər kəsici-deşici alətin qalması da qeyri mümkündür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:55 radələrində o, mətbəxdə olarkən administrator Şahid1 onu motelin resepşn (qeydiyyat) otağına yanına çağırıb motelin 2 nömrəli otağına 1 oğlan və 1 qadını yerləşdirdiyini, onların tabaka sifariş verdiklərini, aşbazın tabakanı hazırlamağa başladığını deyib, həmin yeməyi götürüb 2 nömrəli otağa aparmasını tapşırmış, həmin tarixdə gün ərzində motelin 2 nömrəli otağında hər hansı müştəri yerləşdirilməmiş və Şahid1 həmin otağa tabaka aparmasını tapşıranadək oraya müştəri yerləşdirilməsinin şahidi olmamışdır. Şahid1 ona bildirməsindən başa düşmüşdür ki, həmin müştərilər motelə yenicə gəlmiş və dərhal yemək sifariş vermişlər. Bundan sonra mətbəxə gedərək təxminən 10-15 dəqiqə yeməyin hazırlanmasını gözləyib, yemək hazır olduqdan sonra isə sininin içərisinə yeməyi, 2 nəfərlik yemək dəstini, yəni qab və çəngəl, eləcə də çörək qoyub 2 nömrəli otağa getmiş, otağın qapısını döydükdə qapını tanımadığı və əvvəllər heç vaxt görmədiyi, hadisələrin gedişindən sonra adının Murad olduğunu bildiyi 1 nəfər təxminən 35 yaşlarında, 1,80-1,85 metr boyunda olan oğlan açmış, Murada sifariş etdikləri yeməyi gətirdiyini dedikdə Murad “keç içəri” deyə bildirmiş, bundan sonra o, otağa daxil olub otaqda olan yemək masasının üstünə sinidə gətirdiyi 2 ədəd yemək qapı, çörək qabı, 2 ədəd çəngəl, kartof və toyuq qızartması, yəni tabakanın olduğu olduğu qabı, 2 ədəd stəkanı qoymuş, həmin vaxt masanın üzərində 1 ədəd qırmızı rəngli paketdə olan cips, 1 ədəd isə plastik qabda olan hələ içilməmiş 2 litrlik “Jiquli” markası olan pivə qabı olmuşdur. Həmin vaxt masanın kənarında olan 2 ədəd stulların birində qara rəngli köynək və qara rəngli köynək geyinmiş, qara saçlı, təxminən 30-35 yaşlarında, tanımadığı və əvvəllər heç vaxt görmədiyi, hadisələrin gedişindən sonra isə adının Şəhanə olmasını öyrəndiyi bir qadın əyləşmişdir. Yeməkləri masaya yerləşdirdikdən sonra Murad ona yeməyin pulunu, yəni 10 manatı verdikdə o, otaqdan çıxmışdır. Otaqda olduğu müddətdə Murad və Şəhanə bir-birləri ilə heç nə danışmamış, hər ikisinin hərəkətlərində, əhvalruhiyələrində hər hansı qeyri-adilik hiss etməmiş, həmçinin otaqda olduğu müddətdə otağın hər hansı yerində bıçaq və ya digər kəsici alətin, yaxud da odlu silahın olmasını müşahidə etməmişdir. Muradın verdiyi yeməyin pulunu o, Şahid1 vermiş, həmin gecə yəni xx xxxxxxxx 2020-ci il tarixdə saat 01:45 radələrində o, motelin 17 nömrəli otağında qalan kimliyini xatırlamadığı bir müştərinin marketdən onun üçün siqaret almasını xahiş etməsi səbəbindən moteldən ayrılıb təxminən 100-150 metr aralıda yerləşən “Araz” adlanan marketə getmiş, marketdən siqaret alıb təxminən 10 dəqiqə sonra motelə geri qayıtdıqda motelin həyətinin giriş qapısına çatan zaman içəridən markasını və qeydiyyat nişanını dəqiq xatırlamadığı qara rəngli avtomobil surətlə yanından keçməklə moteldən çıxmış, diqqət etmədiyindən avtomobili kimin idarə etməsini görə bilməmişdir. Motelin həyətinə daxil olduqda Şahid1 2 nömrəli otağın giriş qapısından 2-3 metr aralıda həyəcanlı şəkildə dayandığını görmüş, bu zaman Şahid1 yaxınlaşıb nə baş verdiyini soruşmuş, onun sualına Namiq “bu otaqda qalan oğlan yanındakı qızı vurub öldürüb, qaçıb getdi” deyə cavab vermiş, lakin bu sözlərdən başqa Namiq hadisə barədə hər hansı məlumat verməmişdir. Həmin vaxt 2 nömrəli otağın giriş qapısı açıq olmaqla işıqları yanılı vəziyyətdə olmuş, həm içəri tərəfdən, həm də çöl tərəfdən otağın giriş qapısının yanında döşəmədə qanabənzər ləkələr olmuşdur. O, qana qarşı həssas olduğundan və özünü narahat hiss etdiyindən dəhlizin giriş qapısının yanında dayanmaqla qapısı açıq olan 2 nömrəli otağın içərisinə nəzər saldıqda, orada sonradan adının Şəhanə olduğunu bildiyi qadının otaqdakı çarpayı ilə masanın arasında döşəmədə yerə uzanıqlı və hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt Seyfulla Osmanov da yanlarına gəlmiş, təxminən 10-15 dəqiqə sonra isə motelin həyətinə təcili yardım maşını və polis əməkdaşları gəlmişdir. Sonradan polis əməkdaşlarından eşitdiyinə görə hadisə zamanı Şəhanə adlı qadın aldığı bıçaq xəsarətlərindən ölmüş, onu öldürən şəxs, yəni Murad isə əri olmuş, lakin o, Muradın hansı səbəbdən Şəhanəni öldürməsini bilmir və bu barədə hər hansı məlumatı yoxdur. Hadisənin baş verdiyi 2 nömrəli otaqdakı masanın üzərində olan dəstəyi qəhvəyi rəngli bıçağı hadisədən əvvəl nə Muradın üzərində, nə də hadisədən əvvəl yemək vermək üçün həmin otağa daxil olan zaman həmin otaqda görməmiş, moteldə qeyd olunan formada və tipdə bıçaqdan ümumiyyətlə istifadə edilməmiş, nə həmin tipdə, nə də başqa formada bıçaq 2 nömrəli otaqda, yaxud da digər otaqlarda olmamışdır. Motelin bütün otaqlarına, o cümlədən də 2 nömrəli otağa müştəri yerləşdirilməmişdən əvvəl hər bir halda otaq təmizləndiyindən, orada hər hansı bıçaq, yaxud digər kəsici-deşici alətin qalması da qeyri mümkün olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs xx xxxxxxx 2005-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nigaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nigahdan onların xx xxxx 2007-ci il təvəllüdlü Tahir Şamilov, xx xxxx 2010-cu il təvəllüdlü Ayla Şamilova və xx xxxxxxx 2015-ci il təvəllüdlü Ayan Şamilova adlı övladları olmuşdur. Murad təxminən 2009-cu ildə Nəqliyyat Nazirliyində işə düzələrək baş məsləhətçi vəzifəsində təxminən 2015-ci ilədək həmin nazirlikdə işləmiş, Nazirliyin rəhbərliyində dəyişiklik olduğundan Murad işdən azad edilmiş, işlədiyi zaman Murad kapitan rütbəsində olmuşdur. Murad hər hansı işlə məşğul olmadığından adətən ondan və anası Həyatdan aldığı pullar hesabına kirayə pulunu verirmiş və çətinliklə ailəsinin ehtiyaclarını ödəmişdir. Ailə həyatı qurduğu ilk aylarda Muradın Şəhanə ilə münasibətləri yaxşı olmuş, aralarında ailə münaqişəsi zəminində mübahisələr olmamış, lakin sonradan Şəhanə müğənni kimi işləmək istədiyindən və Murad buna etiraz etdiyindən aralarında tez-tez mübahisələri yaranmışdır. Həmin mübahisələr zamanı adətən Şəhanə birlikdə yaşadıqları evi uşaqları ilə birlikdə tərk edərək anası Zəmilə Məmmədova və yoldaşı Savalanın birlikdə yaşadığı evə getmiş, aralarında yaranmış mübahisələr nəticəsində Şəhanə ayrı-ayrı tarixlərdə 3 dəfə, yəni xx xxxxxxx 2016-cı ildə, xx xxxxxx 2017-ci ildə və sonuncu dəfə isə xx xxxxxx 2020-ci ildə Muraddan boşanmaq məqsədi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, ilk iki halda isə sonradan Murad və Şəhanə barışmışlar, 2017-ci ilin iyun ayından sonrakı tarixlərdə Şəhanə və Murad övladları ilə birlikdə müxtəlif ünvanlarda kirayədə, bir müddət də Şəhanənin anası Zəmilənin Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167, “AAAF park” yaşayış massivində yerləşən evində yaşamış, həmin ərəfədə də tez-tez Murad və Şəhanənin arasında müxtəlif səbəblərdə mübahisələr yaranmışdır. Şəhanə heç bir yerdə işləməsə də, gözəl səsi olmaqla ifa etmək qabiliyyətinə malik olmuş, təxminən 2019-cu ilin əvvəllərində Murad və Şəhanə aralarında Şəhanənin toylara müğənni kimi gedərək pul qazanmasını qərarlaşdırmış və razılaşmalarına əsasən Murad Şəhanəni toylara özü aparacaq, müxtəlif şadlıq evləri ilə özü danışacaq, toylarda Şəhanənin yanında dayanacaq, toy bitdikdən sonra isə Şəhanəni evə aparacaqdı. Daha sonra Şəhanə müxtəlif şadlıq saraylarında müğənni kimi işə başlayaraq günəmuzd işçi kimi pul qazanmış, bütün hallarda da Murad Şəhanə ilə birlikdə toylarda yanında olmaqla iştirak etmiş, Şəhanə oxuduqdan sonra isə onu evə geri aparmış, həmin ərəfədə Murad həm də taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Sonrakı vaxtlarda nisbətən Murad və Şəhanənin maddi vəziyyətləri düzəlməyə başlamış, təxminən 2020-ci ilin mart ayının ortasında Şəhanə onunla, digər bacıları və anası ilə sözlü mübahisə etdiyindən Şəhanə, Murad və övladları Zəmilənin yoldaşı Savalanla yaşadığı Xırdalan şəhərindəki evinə köçmüşlər. Həmin vaxtdan sonra Şəhanə onlarla əlaqə saxlamamış, “Covid-19” pandemiyası ilə əlaqədar restoranlar bağlı olduğundan sonrakı tarixlərdə Şəhanə artıq heç yerdə işləyə bilməmiş, Zəmilənin evində də birlikdə qaldıqları müddətdə Murad yenə də Şəhanə ilə müxtəlif səbəblərdən mübahisə etmişdir. 2020-ci ilin iyun ayında aralarında yaranmış mübahisə zamanı Murad həmin evdən ayrılaraq anası Həyatın yaşadığı Bakı şəhəri Biləcəri qəsəbəsindəki evdə yaşamağa başlamış, elə həmin ayda Murad Masazır qəsəbəsində kirayə ev tutaraq bir neçə dəfə Şəhanəyə xahişlər edərək razı salıb birlikdə həmin evə köçmüşlər, lakin həmin evdə 2-3 həftə yaşadıqdan sonra yenidən Murad və Şəhanə arasında Muradın avtomobilinin təmiri ilə bağlı ondan pul alması səbəbindən mübahisə yaranmışdır. Belə ki, Şəhanə onunla, bacıları və anası ilə küsülü olduğundan Muradın xəbərsiz onlardan pul almasına razı olmamış, göstərdiyi səbəbdən mübahisə etdikdə Şəhanə övladları ilə birlikdə evdən ayrılaraq yenidən Xırdalan şəhərinə anası Zəmilənin yaşadığı evə köçmüş, sonradan isə xx xxxxxx 2020-ci ildə Şəhanə Muraddan boşanmaq məqsədi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin tarixdən sonra Murad dəfələrlə barışmaq üçün Şəhanəyə həm zənglər etməklə, həm də gedib görüşməklə boşanmaqdan imtina etməsinə nail olmağa çalışmış, lakin, Şəhanə qəti şəkildə boşanmaq istədiyindən Muradla barışmağa razılıq verməmişdir. Murada boşanmaları ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak etməsi üçün məhkəmədən mobil nömrəsinə sms də gəlmiş, həmin ərəfədə Murad demək olar ki, hər gün Xırdalan şəhərinə gedərək uşaqları ilə, bəzən də Şəhanə ilə görüşmüşdür. xx xxxxxxxx 2020-ci il tarixdə axşam saatlarında Murad anası Həyatın ünvan 3 ünvanında yaşadığı evə gəlmiş, həmin tarixdə o, eləcə də bacıları Nərgiz və Lalə də həmin evdə olmuş, Murad evə gəldikdə o, Muraddan qızları Ayla və Ayanı görməyə gedib-getməyəcəyini soruşmuş, Murad isə həmin istiqamətdə müştəri olarsa uşaqlarını görməyə gedəcəyini bildirmişdir. Buna görə Ayla üçün 1 cüt ayaqqabını, eləcə də uşaqların yeməsi üçün “Şaurma”nı paketə qoyub Murada vermiş, bundan sonra Murad evdən ayrılmış, həmin tarixdə saat 23 radələrində Murad yenidən evə gələrək anası Həyətdan 10 manat pul verməsini xahiş etmiş, anası Həyat da Murada 10 manat pul verdikdən sonra Aylanın ayaqqabısını verib vermədiyini soruşmuş, Murad ayaqqabını verdiyini dedikdən sonra evdə qalmayaraq sağollaşıb evdən çıxmışdır. xx.xx.2020-ci il tarixdə saat 02:15 radələrində anası Həyatın yaşadığı evdə yatdığı zaman Muradın ***-***- **-** saylı mobil nömrəsindən ona zəng gəlmiş, lakin yuxulu olduğundan zəngə dərhal cavab verə bilməmiş, bu an zəng kəsildikdə özü ***-***-**-** saylı nömrəsi ilə Muradın nömrəsinə zəng etmiş, həmin vaxt aralarında olan danışıq zamanı Murad ona “Heç kimə demə Şəhanəni vurdum 6-cı bölmədəyəm” deyə bildirmişdir. Muradın “vurdum” sözünü Şəhanəni döyməsi kimi zənn edib, elədiyinə görə Murada əsəbiləşərək kinayə ilə əsəbi şəkildə “yaxşı elədin” deyə cavab vermişdir. Bu danışıqdan təxminən 5 dəqiqə sonra Murad yenidən ona zəng edərək polis bölməsində olduğunu demiş, həmin vaxt da polis əməkdaşlarının Muradı Şəhanəni döydüyünə görə polis bölməsində saxladıqlarını düşünüb Murada elədiklərinə əsəbiləşdiyini göstərmək üçün “otur orda, ağlın gələr başıva, dalınca gəlməyəcəyik” deyə bildirmiş, Muradla olan danışıqları eşidən bacısı Şahid5 narahat olub istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Murada zəng etmiş, lakin Murad zəngə cavab verməmişdir. Təxminən 1 dəqiqə sonra saat 02:25 radələrində Murad bacısı Şahid5 zəng etmiş və aralarında olan danışıq zamanı Murad Laləyə arvadı Şəhanəni bıçaqla vuduğunu, Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsində olduğunu bildirmişdir. Muradın dediklərinə bacısı Lalə əsəbiləşərək Muradı danlamış, bundan sonra anası Həyatla birlikdə Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə getmişlər. Oraya çatdıqda polis bölməsinin növbətçi hissəsinin qarşısının qanlı olduğunu görmüş, həmin vaxt orada olan polis əməkdaşlarından nə baş verdiyini soruşduqda, təfərüatlarını deməsələr də polis əməkdaşları ona Muradın Şəhanəni bıçaqla vurduğunu, Şəhanənin hadisə zamanı öldüyünü, Muradın qolunda yara olduğundan xəstəxanaya aparıldığını demişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid3nn ifadəsinə oxşar və onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, anası X5 2019-cu ildən hazıradək ünvan 7 ünvanında yerləşən “Salt” adlandırılan moteldə xadiməçi işləyir, o, isə rəsmi olaraq heç yerdə işləməsə də, adətən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən qadın salonunda saç ustası kimi işləmişdir. Sevil xəstə olduqda, yaxud vacib işləri olduğu hallarda onun əvəzinə “Salt” adlandırılan motelə gedərək xadiməçi kimi onu əvəz etmiş, anasının yerinə işlədiyi müddətlərdə xadiməçi kimi vəzifəsi motelin otaqlarının təmizlənməsindən ibarət olmuşdur. Belə ki, hər hansı müştəri otağı təhvil verdikdən sonra adətən o, növbədə olan ofisiant ilə birlikdə otağa daxil olub otağı və otağın hamamını silib təmizləmiş, o cümlədən otaqdakı yataq dəstləri, dəsmal və hamam ləvazimatlarını yeniləri ilə dəyişdirmiş, onunla otağa daxil olmuş ofisiant isə otaqda olan masanın üzərində qalmış yeməkləri və qab-qacaqları yığışdırıb mətbəxə aparmışdır. Bütün hallarda müştəri otağı təhvil verdikdən sonra otağa digər müştəri yerləşdirilməmişdən öncə növbədə olan xadiməçi tərəfindən otaq təmizlənmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə anası Sevil xəstə olduğu üçün onun yerinə həmin tarixdə saat 10:00-da motelə işə getmiş, həmin tarixdə növbədə administrator Şahid1, osfisant isə Şahid2 olmuş, habelə ondan başqa digər xadiməçi Samirə də işə gəlmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə gün ərzində hər hansı hadisə baş verməmiş, Samirə ilə arasında olan razılaşmaya əsasən həmin tarixdə 1 nömrəli otaqdan 12 nömrəli otağadək o, 13 nömrəli otaqdan 21 nömrəli otağadək Samirə təmizlik işləri aparmış, həmin tarixdən xx xxxxxxxx 2020-ci il tarixə keçən gecə saat 01:40 radələrində o, Samirə ilə birlikdə motelin 13 nömrəli otağının yanında yerləşən xadiməçilər üçün nəzərdə tutulmuş otaqda olarkən Məhəmməd otağa gəlib ona motelin 3 nömrəli otağındakı müştərilərin otaqdan ayrıldıqlarını və otağı təmizləmək lazım olduğunu demiş, buna görə o, Məhəmməd ilə birlikdə 3 nömrəli otağa getmiş, orada Məhəmməd 2 dəqiqə ərzində otaqdakı masanın üzərini təmizləyərək oradakı 2 ədəd stəkanı götürüb otaqdan çıxmış, o, isə təxminən 15 dəqiqə ərzində otağı və hamamı silib təmizləmiş, o cümlədən otaqdakı yataq dəstləri, dəsmal və hamam ləvazimatlarını yeniləri ilə dəyişdirmiş, bu işləri gördükdən sonra o, xadiməçilər üçün ayrılmış otağa getmək məqsədi ilə otaqdan çıxmışdır. Həmin vaxt dəhlizlə hərəkət edib dəhlizlə motelin həyətini ayıran qapıdan çıxmaq istəyərkən motelin 2 nömrəli otağının qarşısında dəhlizdəki kafelin üzərində damcılar şəklində qan izlərinin olmasını görmüş, bu zaman istər-istəməz qorxu keçirib, bu barədə administrator Şahid1 məlumat vermək üçün dəhlizin qapısından çölə çıxıb motelin resepşn otağına doğru hərəkət etmiş, həmin qapıdan çıxan kimi yerdə qanlı şəkildə yerə hopmuş ayaq izlərinin də olduğunu görmüşdür. Həmin vaxt Şahid1 tək halda motelin həyətində dayandığını görüb ona yaxınlaşaraq motelin 2 nömrəli otağının qarşısında dəhlizdəki kafelin üzərində damcılar şəklində qan izlərinin olmasını, habelə dəhlizin qapısının qarşısında da yerdə qanlı şəkildə yerə hopmuş ayaq izlərinin də olmasını gördüyünü bildirmiş, Şahid1 isə bu hallar barədə məlumatlıymış kimi bu hallar barədə heç nə demədən sadəcə “get içəri” deyə bildirmişdir. Şahid1 yanından ayrılıb xadiməçilərin otağına getmiş, həmin vaxt otaqda olan Samirəyə gördükləri barədə məlumat vermişdir. Bundan sonra onlar hansısa müştərilərin bir-biri ilə dalaşması nəticəsində 2 nömrəli otağın qarşısında yerdə qan izləri qalmasını və bu hadisəni araşdırmaq üçün tezliklə polis əməkdaşlarının motelə gələrək videoçəkiliş aparacaqlarını düşünmüşlər və həmin videoçəkilişə düşməmək üçün moteldən ayrılmağı qərarlaşdırmışlar. Onlar moteldən ayrılmaq üçün hazırlaşan zaman ofisiant Şahid2 otağın qarşısından keçdiyini görmüş, bu vaxt Samirə Şahid2 nə baş verdiyini soruşduqda Məhəmməd 2 nömrəli otaqda qalan 1 nəfər oğlanın onunla birlikdə həmin otaqda qalan qadını öldürdüyünü və moteldən ayrıldığını bildirmişdir. Bundan sonra nə o, nə də Samirə Şahid2 daha heç nə soruşmamış, sonra isə Samirə ilə birlikdə moteldən ayrılaraq yaşadığı evə getmişdir. Hadisənin hansı şəraitdə baş verməsini bilmir və heç kəs ona bu barədə məlumat verməmiş, Samirə ilə moteldən ayrılan zamanı motelin həyətində polis avtomobilləri və təcili yardım maşınının olmasını görmüşlər. Hadisənin baş verdiyi 2 nömrəli otaqdakı masanın üzərində olan dəstəyi qəhvəyi rəngli bıçağı hadisədən əvvəl nə hər hansı şəxsin üzərində, nə qeyd olunan otaqda, nə də digər otaqda və ya motelin mətbəxində görməmişdir. Moteldə qeyd olunan formada və tipdə bıçaqdan ümumiyyətlə istifadə edilməmiş, motelin bütün otaqlarına, o cümlədən də 2 nömrəli otağa müştəri yerləşdirilməmişdən əvvəl hər bir halda otaq təmizləndiyindən, orada hər hansı bıçaq, yaxud digər kəsici-deşici alətin qalması da qeyri mümkündür.Hadisədən əvvəl o, motelin 2 nömrəli otağını xx xxxxxxxx 2020-ci il tarixdə günorta saatlarında təmizləmiş həmin vaxt da həmin otaqda bıçaq olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 01:50-dək, yəni hadisəyədək, o cümlədən hadisə zamanı motelin 2 nömrəli otağından mübahisə, qışqırıq və sair bu növ səslərin gəlməsini eşitməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anası Mehbarə Kərimovanın bibisinin nəvəsidir, uzaq qohum olsalar da, Təqsirləndirilən şəxsla münasibətləri həmişə yaxşı olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamış, o, Muradın bacısı Şahid5 ilə eyni məktəbdə orta təhsil almış, Murad tez-tez qonaq qismində yaşadığı evə gəlib-getmiş, onunla tez-tez mobil telefonla əlaqə saxlamaqla əhvalı ilə maraqlanmış, Murad Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, Zərərçəkmiş şəxs da Muradla birlikdə, yaxud ayrılıqda tez-tez qonaq qismində yaşadığı evə gəlib-getmiş, onun Şəhanə ilə də münasibətləri həmişə yaxşı olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamış, müşahidə etdiyi və bildiyi qədəri ilə Murad və Şəhanənin münasibətləri daim yaxşı olmuş, lakin 2020-ci ilin yay aylarının birində bilmədiyi səbəbdən aralarında mübahisə olduğundan Şəhanə Muraddan boşanmaq üçün iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə saat 02:30 radələrində Muradın bacısı Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə onun istifadəsində olan ***-***-**-** syalı mobil nömrəyə zəng edərək “Murad zəng edib mənə və Sevincə dedi ki, Şəhanəni vurmuşam və polis bölməsindəyəm” deyə bildirib Muradın həmin tarixdə gün ərzində yaşadığı evə qonaq gəlib-gəlmədiyini soruşmuş, Laləyə Muradın gün ərzində yaşadığı evə qonaq gəlmədiyini, ola bilsin Muradın onlarla zarafat etdiyini demiş, lakin Lalə Muradın danışığından zarafat etmədiyini hiss etdiyini dedikdə, Laləyə gözləməsini Muradla əlaqə saxlayacağını demiş, bundan sonra zəngi sonlandırıb Muradın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək harada olduğunu soruşduqda Murad Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsində olduğunu demiş, Muraddan hansı səbəbdən polis bölməsində olduğunu soruşduqda Murad “Şəhanəni vurdum, öldü” deyə bildirmiş, lakin Şəhanəni nə ilə vurduğunu deməmiş, əvvəlcə Muradın dediklərinə inanmamış, lakin Murad Şəhanəni vurduğunu bir daha dedikdə bunun həqiqət olduğunu başa düşmüş, həmin danışıq zamanı həmçinin Murad ona özünün də əlinin kəsildiyini, buna görə onu Travmatalogiya xəstəxanasına apardıqlarını demiş, bundan sonra o, zəngi sonlandırıb Laləyə zəng edərək Muradla danışdıqları barədə məlumat vermiş, Lalə isə ona bacısı Şahid3 və anası Həyatın polis bölməsinə getdiklərini bildirmişdir. Laləyə özünün də 6-cı polis bölməsinə gedəcəyini deyib zəngi sonlandırdıqda həmin vaxt Murad ona zəng etmiş, həmin danışıq zamanı Murada da 6-cı polis bölməsinə gələcəyini demiş, bundan sonra oğlu Cavid Abdullazadə ilə birlikdə Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə getmiş, həmin polis bölməsinə çatdıqda artıq Sevinc və Həyat bölmənin həyətində olmuş, polis bölməsinə çatdığı zaman kənardan Muradın təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığını görmüş, buna görə Muradla söhbət edib hadisənin hansı şəraitdə baş verməsini öyrənə bilməmişdir. Bundan əlavə polis bölməsində olduğu zaman polis əməkdaşlarından Muradın Biləcəri qəsəbəsində yerləşən moteldə olduqları zaman arvadı Şəhanəyə çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürdüyünü, sonra isə polis bölməsinə gələrək özünü könüllü təqdim etdiyini öyrənmişdir. O, Muradın arvadı Zərərçəkmiş şəxs hansı səbəbdən öldürməsini bilmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2018-ci il tarixdən hazıradək Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən “1001 gecə” adlandırılan ictimai iaşə obyektində inzibatçı vəzifəsində işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində əvvəllər tanımadığı və hər hansı münasibəti olmadığı bir nəfər şəxs xatırlamadığı mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim edib “bir xanım müğənni var, istəyirsinizsə sizin obyektdə oxusun” deyə bildirmiş, Murada obyektdə 2 nəfər müğənni olduğunu, əlavə şəxsə ehtiyac olmadığını demiş, Murad isə “1001 gecə” adlandırılan ictimai iaşə obyektinin yaxınlığında taksi sürücüsü kimi fəaliyyət göstərdiyini, onun mobil nömrəsini də orada kimdənsə aldığını deyib, axşam saatlarında həmin xanım müğənni ilə birlikdə obyektə gəlmək istədiyini, həmin xanımın səsini dinləməsini və bu işlə bağlı onunla söhbət etmək istədiyini demişdir. Muradın çoxsaylı xahişlərindən sonra dediklərinə etiraz etməyərək axşam saatlarında obyektdə gələ biləcəklərini demiş, həmin tarixdə saat 18:30 radələrində Murad yenidən ona zəng edərək təxminən hansı saatda obyektə gələ biləcəyini soruşmuş, Murada təxminən saat 20-21 radələrində gələ biləcəyini demişdir. Həmin tarixdə saat 21 radələrində Murad ona zəng edərək işlədiyi “1001 gecə” adlandırılan ictimai iaşə obyektinə gəldiyini və onunla görüşmək istədiyini bildirmiş, bundan sonra Muradın olduğu yerə, yəni obyektin canlı müsiqi oxunan səhnəsinin yanına gələrək Muradla və yanında gəlmiş bir nəfər qadınla görüşmüşdür. Murad yanındakı qadına, yəni Şəhanəyə yaxınlıqda olan divana əyləşməsini və gözləməsini demiş, Şəhanə divana əyləşdikdə Murad ona yaxınlaşıb bir qədər kənara çəkərək Şəhanənin arvadı olduğunu, Şəhanənin boşanmaq üçün məhkəməyə müraciət etdiyini, 3 uşaqlarının olduğunu, hazırda ayrı yaşadıqlarını, Şəhanə ilə barışmaq niyyəti ilə ona iş axtardığını, Şəhanənin onların obyektində müğənni kimi çalışmasını istədiyini demiş, Murada obyektdə artıq iki nəfər müğənninin fəaliyyət göstərdiyini, həmçinin restoran rəhbərliyinin müğənnilərə maaş vermədiyini, müğənnilərin yalnız müştərilər tərəfindən onlara verilən bəxşiş hesabına dolandıqlarını bildirmişdir. Murad Şəhanəni işə götürməsini təklif edərək öz cibindən Şəhanəyə verməsi üçün hər axşam Şəhanəni işdən götürən zaman ona pul verəcəyini, məqsədinin Şəhanənin əhvalruhiyyəsini qaldırıb barışmağa sövq etmək olduğunu demişdir. Muradın xahişlərini nəzərə alaraq təklifi ilə razılaşdıqda, onlar birlikdə Şəhanənin yanına getmiş, o, Şəhanəyə səhnəyə çıxaraq mahnı ifa etməsini təklif etmiş, Şəhanə də səhnəyə çxıb iki mahni ifa etdikdən sonra Şəhanənin ifasını bəyənib növbəti gün 18 radələrində işə gələ biləcəyini demişdir. Onun hər hansı şəxsi işə götürmək səlahiyyəti olmamış, həmçinin Şəhanəni də işə götürməmiş, sadəcə 3 uşağı olan Muradın ailəsi dağılmasın deyə, xahişini yerə salmayaraq Şəhanəyə guya onu işə götürdüyünü demiş, bu sözündən sonra Murad və Şəhanə minnətdarlıq etdikdə onların yanından ayrılıb müştərilərlə maraqlanmağa başlamış, Murad və Şəhanə isə obyektdən ayrılmışlar. Növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə hansısa sosial şəbəkədə xəbər portallarına baxan zaman oxuduğu xəbərlərin birində Muradın gecə saatlarında arvadı Şəhanəni adını unutduğu moteldə bıçaqlayaraq öldürdüyünü öyrənmiş, Muradın Şəhanəni hansı səbəbdən öldürdüyünü bilmir, Murad və Şəhanə işlədiyi “1001 gecə” adlandırılan ictimai iaşə obyektində olduqları müddətdə aralarında hər hansı mübahisə və ya problem olmamış, müşahidə etdiyi qədəri ilə münasibətləri yaxşı olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kriminalistik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 6/1848 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərlərində kənar lif mikrohissəciləri vardır. Onların rəngi və təbiəti rəyin 1 nömrəli cədvəlində göstərilib. Həmin kənar lif mikrohissəciklərinin arasında Zərərçəkmiş şəxs şalvarının üzərində tapılmış tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərində tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 209 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər vardır: döş qəfəsinin sağ ön səthində körpüçükaltı nahiyədə bir ədəd daxilə nüfuz edən sağ ağ ciyərin orta payını zədələyən, sağ süd vəzinin orta iç kvadrantında bir ədəd daxilə nüfuz edən ürəyin sağ qulaqcığını və aorta qövsünü zədələyən, döş qəfəsinin sağ yarısının arxa səthində bir ədəd daxilə nüfuz edən sağ ağ ciyərin orta payının arxa səthini zədələyən, döş qəfəsinin sol yarısının arxa səthində bir ədəd daxilə nüfuz edən sol ağ ciyərin orta payının arxa səthini zədələyən (3,8x1,5 sm), döş qəfəsinin sol yarısının arxa səthində bir ədəd daxilə nüfuz edən sol ağ ciyərin orta payının arxa səthini zədələyən (3,5x1,5 sm), döş qəfəsinin sol yarısının arxa səthində bir ədəd daxilə nüfuz edən sol ağ ciyərin aşağı payının arxa səthini zədələyən (5x1,5 sm), sağ çiyin qurşağının arxa səthində bir ədəd daxilə nüfuz edən sağ ağ ciyərin yuxarı payının arxa səthini zədələyən, döş qəfəsinin sol yarısının arxa səthində bir ədəd daxilə nüfuz edən sol ağ ciyərin aşağı payının arxa səthini zədələyən (4,5x1,5 sm), qarının ön səthində, döş qəfəsinin sol yan səthində orta qoltuqaltı xətt üzrə İV-V qabırğa proyeksiyasında, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək sümüyü proyeksiyasında, sağ əlin ovuc səthində İİ-İVdaraq sümüyü proyeksiyasında, sağ əlin İİ-barmağının orta falanqasının ön səthində, sağ əlin İİ barmağının əsas falanqasının ön səthində, sol əlin İ-barmağının əsas falanqasının arxa səthində, sol bazunun yuxarı 1/3-nin arxa səthində, sağ bazunun orta 1/3-nin bayır səthində deşilmiş-kəsilmiş yaralar, boyunun aşağı 1/3-nin arxa səthində səthi kəsilmiş yara vardır. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl deşici-kəsici alətin (əşyanın), ola bilsin ekspertizaya təqdim olunmuş və ona oxşar bıçağın təsirindən, qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcələrinə görə daxilə nüfuz edən, daxili üzvləri zədələyən 8 (səkkiz) ədəd deşilmişkəsilmiş yaralar ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddirlər, daxilə nüfuz etməyən digər 9 (doqquz) ədəd deşilmiş-kəsilmiş yaralar ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddirlər, 1 (bir) ədəd səthi kəsilmiş yara isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcəsi təyin olunmur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsi başlanandan 8-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin özü tərəfindən yetirilməsi, eləcə də onun öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Mərhum Zərərçəkmiş şəxs sağ və sol əlində olan xəsarətlər ölümündən əvvəl özünü müdafiə nəticəsində əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs bədən səthində bərk küt əşyanın təsirindən, eləcə də əl, yumruq və təpiklə yarana biləcək xəsarətlər aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən o və ona xəsarət yetirən şəxs müxtəlif vəziyyətlərdə ola bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində l% o etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda tapılmış qatılığı onun sağlığında yüngül dərəcəli sərxoşluq törədə bilərdi. Qanda narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinə əlavə olunmuş kompleks məhkəmə-tibbi kriminalistik və məhkəməkriminalistik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 452-MTKŞ/2020 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol köynəyin ön səthinin sağ yuxarı nahiyəsində bir ədəd, ön səthində sağda bir ədəd, ön səthində orta nahiyəsində bir ədəd, arxa səthinin sağ yuxarı nahiyəsində iki ədəd, sağ qolun arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr qabırğaları özlərini biruzə verən küpü, iti ucu və kafi itilikdə olan ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin yuxarı hissəsinə tikilmiş iki ədəd ipin aşağı sərbəst kənarında, hər birində bir ədəd olmaqla, köynəyin arxa səthinin yuxarı sərbəst kənarında bir ədəd, büstqalterin sağ döş hissəsinin sağ yuxarı kənarında bir ədəd və büstqalterin sol çiyinliyinin arxa səthində üç ədəd kənari kəsilmiş zədələr aşkar olundu. Bu zədələr iti kənarı olan alətin (əşyanın) təsirindən törənə bilərdi. Zərərçəkmiş şəxs məxsus uzunqol köynəyin və büstqalterin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş və kənari kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus paltarların (uzunqol köynək və büstqalter) üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş və kənari kəsilmiş zədələri onun bədənində müəyyən edilmiş eyni xarakterli xəsarətlərlə uyğunlaşdırdıqda müəyyən olundu ki, Zərərçəkmiş şəxs məxsus paltarlarda olan deşilmişkəsilmiş zədələr onun gövdəsində olan eyni xarakterli xəsarətlər əksər hallarda yerləşmələrinə görə nisbi olaraq uyğun gəlirlər (qeyd: bəzi zədələr - arxa səthində olan kənari zədələr paltarların tikiliş formasına görə onlarda qismən əks olunmuşdur). Zərərçəkmiş şəxs arxa səthində olan iki xəsarət paltarların öz tikiliş formasına görə öz əksini tapmamışdır. Həmçinin, Ş.S.Şəmilovanın hər iki əlində və boyun nahiyəsində olan xəsarətlər bədənin müvafiq nahiyələrini paltarlarla örtülmədiyi üçün ona məxsus paltarlarda öz əksini tapmamışdırlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarda əhəmiyyət kəsb edən hər-hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş X2 məxsus köynəyin sol qolunun ön səthində bir ədəd kəsilmiş zədə aşkar olundu. Bu zədə hər hansı bir iti kənarlı alətin (əşyanın) təsirindən əmələ gələ bilərdi. M.T.Şəmilova məxsus uzunqol köynəyin sol qolunun ön səthində aşkar edilmiş bir ədəd kəsilmiş zədə onun sağ saiddə olan eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. Ekspertizaya təqdim edilmiş X2 məxsus bir cüt corabda, şalvarda və qolsuz maykada əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 691/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Balfa\H\(İİİ). Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş bıçaq, iki ədəd yastıq ağı, iki ədəd mələfə, çanta, dörd ədəd pambıq topasına və bir ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə, Zərərçəkmiş şəxs məxsus uzunqol kofta, şalvar və lifçik, Təqsirləndirilən şəxs məxsus qolsuz mayka, uzunqol köynək, şalvar və bir cüt corab üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri, iki ədəd yastıq ağı, iki ədəd mələfə, Zərərçəkmiş şəxs məxsus uzunqol kofta və lifçik, Təqsirləndirilən şəxs uzunqol köynəyi üzərində həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 46 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya və ya alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və ya alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş kompleks ambulator məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2491 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini yə ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə əlaqədar olmuşdur.Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 1002/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: B /İİİ/ (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A B /İV/ (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilən 04 ədəd pambıq topası üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A və B antigenləri alındı. Bu qan ləkələri ABO sistemi üzrə AB /İV/ qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər. Cinayət işinə əlavə olunmuş kompleks məhkəmə-tibbi kriminalistik və məhkəməkriminalistik ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 630-MTKŞ/2020-ci il saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol köynəyin ön səthinin sağ yuxarı nahiyəsində bir ədəd, ön səthində sağda bir ədəd, ön səthində orta nahiyəsində bir ədəd, arxa səthinin sağ yuxarı nahiyəsində iki ədəd, sağ qolun arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr qabırğaları özlərini biruzə verən küpü, iti ucu və kafi itilikdə olan ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin yuxarı hissəsinə tikilmiş iki ədəd ipin aşağı sərbəst kənarında, hər birində bir ədəd olmaqla, köynəyin arxa səthinin yuxarı sərbəst kənarında bir ədəd, büstqalterin sağ döş hissəsinin sağ yuxarı kənarında bir ədəd və büstqalterin sol çiyinliyinin arxa səthində üç ədəd kənari kəsilmiş zədələr aşkar olundu. Bu zədələr iti kənarı olan alətin (əşyanın) təsirindən törənə bilərdi. Məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü qismən təqsirli bilsə də, məhkəmə hesab edir ki, onun cinayət əməlini törətməsi tam sübut olunur. Belə ki, həm ibtidai istintaq, həmçinin də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələr verib, yəni arvadı Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürmüş olsa da, xüsusi amansızlıqla öldürmədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməklə verdiyi ifadələrini özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmağa cəhd kimi qiymətləndirir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2002-ci il tarixli, 3 saylı Qərarının 8-ci bəndind göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə istintaqı zamanı təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan bıçaqla həyat yoldaşı Zərərçəkmiş şəxs Təmiraz qızına xüsusi ağrılar yetirdiyini və əzab verdiyini dərk edib xüsusi qəddarlıq və rəhmsizliklə 18 ədəd xəsarət, o cümlədən 8 ədəd dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və himayəsində üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində saxlanılan hadisə yerindən götürülmüş bir ədəd bıçaq, bir ədəd qara rəngli qadın çantası, dörd ədəd pambığa hopdurulmuş qan nümunələri, iki ədəd yastıq üzlüyü, iki ədəd mələfə, meyitə baxış zamanı götürülmüş mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş dəbinə görə ön hissəsi kəsilmiş qara rəngli şalvar, qara rəngli köynək və qara rəngli büstqalter, Təqsirləndirilən şəxs götürülmüş hadisə zamanı əynində olmuş tünd göy rəngli şalvar, tünd göy rəngli uzunqol köynək, qara rəngli mayka və bir cüt qara rəngli corab, habelə “Renault Megane” markalı Az **-RP-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı götürülmüş dörd ədəd pambığa hopdurulmuş qan nümunəsi məhv edilməlidir Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi vəkil işlədiyi 2 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində saxlanılan hadisə yerindən götürülmüş bir ədəd bıçaq, bir ədəd qara rəngli qadın çantası, dörd ədəd pambığa hopdurulmuş qan nümunələri, iki ədəd yastıq üzlüyü, iki ədəd mələfə, meyitə baxış zamanı götürülmüş mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş dəbinə görə ön hissəsi kəsilmiş qara rəngli şalvar, qara rəngli köynək və qara rəngli büstqalter, Təqsirləndirilən şəxs götürülmüş hadisə zamanı əynində olmuş tünd göy rəngli şalvar, tünd göy rəngli uzunqol köynək, qara rəngli mayka və bir cüt qara rəngli corab, habelə “Renault Megane” markalı Az **-RP-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı götürülmüş dörd ədəd pambığa hopdurulmuş qan nümunəsi məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 2 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar