Məhkəmə qərarları › İş №1(101)-759/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-759/2022

25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-759/2022 25.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçimütəxəssislər X5 və X6 iştirakları ilə, 21 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanliq etmiş, qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmuş, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 02 dekabr 2019cu il tarixdə, saat 02:00 radələrində ictimai yer olan ünvan 2 ünvanının qarşısında qonşusu Zərərçəkmiş şəxs tanışları ilə söhbət etməsinə iradını bildirərək, sonuncuların guya uca səslə danışmasını cüzi bəhanə edib heç bir əsaslı səbəb olmadan mübahisə edib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ictimai maraqları, habelə əxlaq normalarını pozaraq xuliqanlıq niyyəti ilə üzərində olan silah qismində istifadə etdiyi qayçını Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə vuraraq sonuncuya həyat üçün təhlükəli olmayan sağlamlığa az ağır zərər vurmaya aid sağ gözün üst qapağının zədələnməsi və sağ göz almasının şüşəvari cisminin prolapsı (hissəvi axması) ilə müşaiyət olunan göz sklerasının deşilmiş yarası xəsarəti yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 29,440 qram olan narkotik vasitə heroin əldə edərək yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 73 saylı evin 26 saylı mənzilinə daşıyaraq orada saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 11 oktyabr 2021-ci il tarixdə, saat 19:20 radələrində Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq özünün iştirakı ilə qeyd edilən vaxtda yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 73, mənzil 26-da keçirilmiş baxış zamanı mənzilin ona məxsus yataq otağından masanın altındakı dolabdan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 29,440 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, daxilində heroin izləri olan 2 (iki) ədəd 1 ml-lik şpris və 1 (bir) ədəd uc hissəsi sınmış dərman ampula aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, həbs edilənədək anası Şahid4 və qardaşı Şahid5 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 73, mənzil 26-da yaşamışdır. O, bir müddət əvvəl müxtəlif restoranlarda administrator kimi işləmişdir. O, Zərərçəkmiş şəxs təxminən 3-4 ildir ki, tanıyır. Sergey onun qonşusu olmuşdur. Onun Sergey ilə heç vaxt düşmənçiliyi və ədavəti olmamışdır. Sergeyin onun yaşadığı həyətdə Nüsrət adlı sinif yoldaşı olmuşdur. Sergey də tez-tez Nüsrətin yanına gedib-gəlmişdir. 02 dekabr 2019-cu il tarixdə, təxminən saat 23:00 radələrində o, evdə olmuş və özünü narahat hiss etdiyindən uzanmışdır. O, həmin vaxt həyətdə bir neçə şəxsin yüksək səslə danışıb-güldüklərini və söyüşlə şit zarafat etdiklərini eşitmişdir. O, yüksək səslə danışan və söyüş söyən şəxslərdən birinin Sergey olduğunu güman etmişdir. O, yatmaq istəsə də, Sergeyin və sonuncunun yanında olan şəxslərin səsindən yata bilməmişdir. Ona görə də o, Nüsrətə zəng edərək Sergeyin Nüsrətin yanında olub-olmamasını soruşmuşdur. Nüsrət də ona Sergeyin yanında olduğunu və həyətdə söhbət etdiklərini demişdir. O, Nüsrətə demişdir ki, “Sergeyə de ki, qışqıra-qışqıra danışmasın, eləcə də söyüş söyməsin”. Nüsrət də onun iradını eşidib Sergeyə bu barədə deyəcəyini bildirmişdir. Lakin bir neçə dəqiqə keçdikdən sonra o, həyətdən yenə yüksək səslə söyüş söyülməsini eşitmişdir. Buna görə də o, təkrarən Nüsrətə sms yazaraq, həyətdə səs-küy salmamalarını bildirmişdir. Lakin bu dəfə Nüsrət ona heç nə deməmiş və yazmamışdır. Eyni zamanda o, həyətdən səsin kəsilmədiyini, əksinə daha yüksək səslə söyüş söyüldüyünü eşitmişdir. Ona görə də o, olduğu otağın pəncərəsindən çölə boylanaraq yüksək səslə danışan Sergeyə demişdir ki, “görmürsən bu vaxt camaat yatır? Niyə qoymursan camaatı yatmağa? Söyüş söymək istəyirsənsə, get yaşadığın həyətdə doyunca söyüş söy”. Sergey isə ona kobud şəkildə demişdir ki, “sənin mənimlə nə işin var? Mən elə öz məhəlləmdəyəm”. O, Sergeyin ona belə cavab verməsindən hirslənərək evdə masanın üstündə olan qayçını götürmüş və həyətə düşərək Sergeygilin oturduqları yerə getmişdir. Həmin yerdə Sergey, Andrey və Elmir olmuşdur. Həmin vaxt o, orada Nüsrəti görməmişdir. O, Sergeyə yaxınlaşaraq heç bir söz demədən əlindəki qayçı ilə Sergeyin qolundan vurmaq istəmişdir. Lakin həmin vaxt qaranlıq olduğundan onun əlindəki qayçı Sergeyin sağ gözünə dəymişdir. Bundan sonra orada olan şəxslər onları ayıraraq sakitləşdirmişlər. Sonra isə hər kəs öz evinə getmişdir. Sonradan ona Nizami rayon Polis İdarəsinin 24-cü Polis bölməsindən zəng edərək onu Polis bölməsinə dəvət etmişlər. O da Polis bölməsinə getmiş və orada Sergeyi qayçı ilə vurduğunu bildirmişdir. O, Sergeyə qayçı ilə zərbə endirdikdə, həmin vaxt heç kəsi narahat etməmişdir. Ona görə də o, özünü xuliqanlıq cinayəti ilə təqsirli hesab etmir. Belə ki, o, həmin vaxt ətrafdakılara qarşı heç bir qeyri-etik davranışa yol verməmiş, Sergeydən başqa heç kimə xəsarət yetirməmişdir. Həmçinin o, özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə də təqsirli hesab etmir. O, narkotik vasitələrdən istifadə etmiş, lakin heç kimə narkotik vasitə satmamışdır. Təxminən 2-3 ildir ki, o, “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini inyeksiya yolu ilə birlikdə damara vurmaqla istifadə etmişdir. “Kakosdan” başqa o, hər hansı başqa narkotik vasitədən istifadə etməmişdir. O, ittiham aktında qeyd edildiyi qədər narkotik vasitənin ona məxsus olduğunu qəbul etmir. Onun yaşadığı evdə öz şəxsi istifadəsi üçün aldığı 1 (bir) büküm narkotik vasitə olmuşdur. Həmin 1 (bir) büküm narkotik vasitə onun yaşadığı evdən aşkar edilmişdir. O, məhəllədə yaşayan bir dostu ilə şəxsi istifadəsi üçün yarım qram miqdarında “kakos” almışdır. Bu zaman dostunun dostu da onların yanında olmuşdur. Həmin şəxs polislər üçün işləmişdir. Həmin şəxs, yəni evinə narkotik vasitə qoyan şəxs onu tutdurmaq istəyən polis əməkdaşı Mirmahirin adamı olmuşdur. Həmin şəxs Mirmahirin “işverəni” olmuşdur. O, narkotik vasitəni gətirib yaşadığı evdə dolabın içərisinə atmışdır. Çünki onun dostu və həmin oğlan yarım qram “kakos” alaraq onun evinə gəlmişlər. Sonra onlar üçü birlikdə yarım qram narkotik vasitəni istifadə etmişlər. Onlar narkotik vasitə istifadə etdikdən sonra o, acımışdır. Ona görə də o, yemək yemək üçün mətbəxə getmişdir. Bu zaman da həmin oğlan külli miqdarda narkotik vasitəni onun yaşadığı evdə dolabın içərisinə atmışdır. Bundan sonra polis əməkdaşları onun yaşadığı evə basqın etmişlər və onu tutmuşlar. Sonra polislər evdə axtarış aparmışlar. O, saxlanılan zaman onun üstündə narkotik vasitə və tərəzi olmamışdır. Lakin polislər onun evində axtarış apararkən evdə olan dolabın içərisindən həmin oğlanın dolaba qoyduğu narkotik vasitə aşkar edilmişdir. O, şərlənərək tutulduğunu hesab edir və özünü narkotik vasitəyə dair hissədə qəti surətdə təqsirli bilmir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.4.3cü maddələri ilə bəraət verilməsini, həmin Məcəllənin 127.2.3-cü maddəsi üzrə isə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə aid hissədə vermiş olduğu ifadəsində (cild 1, iş vərəqə 183-185) göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, C.ünvan 3 ünvanda yaşayır. Şahid5 onun qardaşı, Şahid4 onun anası, Şahid3 isə qonşusudur. O, qeyd edilən ünvanda anası və qardaşı ilə birgə yaşamışdır. Onun atası isə vəfat etmişdir. Onun anası həkim, qardaşı isə elektrik işləyir. O, əvvəllər mehmanxanada inzibatçı işləmişdir. Təxminən 2-3 ildir ki, o, narkotik vasitə olan heroindən istifadə edir. O, hər gün anasından 5-10 manat xərclik pulu almış və həmin pul hesabına özünə narkotik vasitə alıb istifadə etmişdir. O, narkotik vasitəni tanımadığı adamlardan təqribən 5-10 manata almışdır. 11 oktyabr 2021-ci il tarixdə, axşam saat 19:00 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarının yaxınlığında qonşusu Şahid3 ilə birlikdə bazar istiqamətində piyada hərəkət etmişdir. Bu vaxtı təxminən 3-4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşmışlar. Yaxınlaşan şəxslərdən birinin üzərində polis yazılmış jilet olmuşdur. Həmin şəxs ona yaxınlaşıb adının Mirmahir olduğunu və Nizami RPİ-nin NMB-nin əməkdaşı olduğunu bildirmişdir. Bundan sonra Mirmahir bildirmişdir ki, o, narkotik vasitələri üzərində saxlamasında və daşımasında şübhəli olduğu üçün onun üzərinə baxış keçirəcəklər. Həmin şəxslər onların üzərinə küçədə baxış keçirmişlər, lakin onun üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra Mirmahir ona demişdir ki, “sizin evinizə gedirik, əgər evinizdən bir dənə belə insulin qapağı çıxsa sizi “sroka” göndərəcəm”. Onlar da bununla razılaşmışlar. Sonra onlar birlikdə onun yaşadığı ünvan 4 ünvanına getmişlər. Mirmahir mənzilin qapısını döydükdə, qapını onun qardaşı Elçin açmışdır. Mirmahir onun qardaşı Elçindən onun narkotik istifadə etməyindən xəbərinin olub-olmamasını soruşduqda, qardaşı Elçin bundan xəbərinin olduğunu demişdir. Mirmahir və yanında olan polis əməkdaşları onun qardaşının icazəsi ilə mənzilə daxil olmuşlar və onu otağın pəncərə olan hissəsinə tərəf sıxıb otaqda olan dolaba yaxınlaşmışlar. O, Mirmahirgilin nə etdiklərini görməmişdir. Sonra onun qardaşını çağırıb dolabda olan əşyaları yerə boşaltmasını istəmişlər. Onun qardaşı Elçin dolabı boşaltdıqda, dolabdan ona aid olmayan 1 (bir) büküm narkotik vasitə aşkar olunmuşdur. Mirmahir narkotikin ona aid olduğunu soruşduqda, o, cavab vermişdir ki, “xahiş edirəm ekspertiza keçirilsin və tapılan əşyadan əl barmaq izləri götürülsün”. Bu vaxt Mirmahir yanında olan şəxslərə otaqdan çıxmalarını və onları yalnız buraxmaqlarına dair əmr etmişdir. Otaqda onlar ikisi (Təqsirləndirilən şəxs və Mirmahir adlı polis əməkdaşı) qaldıqda, Mirmahir onu ailəsi ilə hədələyərək tapılan narkotikin ona aid olmadığı halda onun anasına və yaxud onun qardaşına aid olduğunu və anası ilə qardaşının ikisini də Polis bölməsinə aparacağını bildirmişdir. Mirmahir, həmçinin bildirmişdir ki, onun anası və qardaşı dövlət işində çalışdıqları üçün onları qəsdən şübhəli şəxs qismində iki sutka bölmədə saxlayacaq və bu məlumatı anası ilə qardaşının iş yerlərinə bildirəcək və sonda ona bədəncə çox zəiflədiyini, çox xəstə görsəndiyini və onun istifadəçi kimi günahlandırıldığını evindən və üzərindən heç bir tərəzi və telefonun çıxmamasını və bir il iş alacağını demiş və bunun ona müalicə təsiri bağışlayacağını dəfələrlə vurğumışdır. Onu aldadaraq kamera çəkilişinə razılıq verməyini, dolabdan çıxan narkotik vasitənin ona aid olmasını, həmin vasitəni 80 (səksən) manat müqabilində Suraxanı rayonunda “Ağəli” adlı şəxsdən aldığını söyləməyi ona tapşırmışdır. O, tüfeyli həyat tərzi sürdüyünə görə və çox xəstə olduğu üçün tutulub bir-iki il cəza alacağının onun sağlamlığına və həyat tərzinin yaxşılığa doğru dəyişəcəyinə təkan verəcəyinə inanmışdır. Əslində isə aşkar edilmiş narkotik vasitə onun deyil, həmin vasitəni Mirmahir və sonuncunun yanında olan şəxslər dolaba qoymuşlar və o, heç vaxt Suraxanı rayonunda olmamışdır. O, Polis İdarəsinə gətirildikdə, ondan bir sıra kağızlara qol çəkməyini xahiş etmişlər. O, kağızda yalnız 234.1-ci maddəsini görmüş və kağızların hamısına qol çəkmişdir. Sonra isə onu Suraxanı rayonu MSY-ə aparmışlar. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, ünvan 5 ünvanda yaşamışdır. O, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Vaqif ilə onun münasibətləri həmişə normal olmuşdur. Onların arasında heç vaxt düşmənçilik və ədavət olmamışdır. Şahid8, Şahid7 və Şahid6 onun dostlarıdır. 02 dekabr 2019-ci il tarixdə, təxminın saat 23:30 radələrində o, dostları ilə birlikdə yeyib-içərkən spirtli içki qəbul etmişdir. Onlar yeyib-içdikdən sonra yaşadığı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçivanski 73 ünvanına gedərək oturub söhbət etməyə başlamışlar. Dostları Andrey, Nüsrət və Elmir də onunla məhəllədə oturmuşlar. Onlar oturub söhbət edərkən bir qədər yüksək səslə zarafatlaşmışlar və hərdən də söyüşlə də zarafat etmişlər. Həmin məhəllədə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin pəncərəsindən bir neçə dəfə ona və dostlarına səslənərək sakit olmalarını bildirmişdir. Təqsirləndirilən şəxs onlara demişdir ki, “sakit danışın, ya da gedin öz məhəllənizdə danışın, orada səs-küy yaradın”. O da həmin vaxt Vaqifə demişdir ki, “biz elə öz məhəlləmizdə oturub söhbət edirik”. Onlar söhbət edərkən hərdən yüksək səslə söyüş söyərək zarafatlaşmışlar. Təqsirləndirilən şəxs onlara bununla bağlı irad bildirsə də, onlar Vaqifin dediklərinə məhəl qoymayaraq zarafatlaşmağa və söhbət etməyə davam etmişlər. Onlar sərxoş olduqlarından səs-küy saldıqlarının fərqində olmamışlar. Sonra onun dostlarından biri, yəni Nüsrət çıxıb yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs onlara bir neçə dəfə irad bildirdikdən və onlardan sakit olmalarını tələb etdikdən sonra, yəni təxminən 30 dəqiqədən sonra həyətə düşmüş və aqressiv şəkildə ona yaxınlaşaraq, heç nə demədən onun sağ göz nahiyəsindən qayçı ilə vurmuşdur. Vaqif onu qayçı ilə vurmuş, həmin qayçı bərbərlərin istifadə etdiyi dəmir qayçı olmuşdur. Təqsirləndirilən şəxs onu vurduqdan sonra dostları onları ayırmışlar. Onun gözündən qan axdığından o, həmin gün Andrey ilə birlikdə Sabunçu xəstəxanasına getmiş və xəstaxanada ona tibbi yardım göstərilmişdir. 03 dekabr 2019-ci il tarixdə təhqiqatçı Ramin Mehdiyev ondan şikayət ərizəsi almaq üçün onun yaşadığı evə gəlmişdir. O, Ramin Mehdiyevə baş vermiş hadisəni tam şəkildə izah etmişdir. Vaqifin onun gözünə qayçı ilə zərbə vurması nəticəsində onun sağlamlığına zərər dəymiş, hazırda o, görmə qabiliyyətinin 50 faizindən çoxunu itirmişdir. O, əvvəllər aşpaz işləmiş, lakin gözündə problem yarandığından hazırda hər iki gözü zəif görür, buna görə də işini də itirmişdir. O, gözünün müalicəsinə təxminən 3.000 manatdan çox vəsait lazımdır. Təqsirləndirilən şəxs və ailəsi ona dəymiş zərəri ödəmək istəmir. O, hazırda heç bir yerdə işləmir, gözünü müalicə etdirməyə isə imkanı yoxdur. Onun 3.000 manat pula ehtiyacı var. Bu pul ona yenidən əməliyyat olunmaq üçün lazımdır. Təqsirləndirilən şəxs və ailəsi ona dəymiş zərəri ödəmək üçün 400-500 manat miqdarında pul vermişlər. Buna görə də o, ibtidai istintaq zamanı Vaqif ilə barışmasına dair ərizə də təqdim etmişdir. Lakin o, ərizə verdikdən sonra ona edilən yardımlar dayandırılmışdır. O, hadisədən sonra 3 dəfə gözündən əməliyyat olunmuşdur. Hər 3 əməliyyatın bütün xərclərini onun öz ailəsi və sığorta şirkəti ödəmişdir. Təqsirləndirilən şəxs isə ona çox cuzi miqdarda, yəni 400-500 manat miqdarında kömək etmişdir. Bu da 2-ci əməliyyat zamanı edilmişdir. O, dəfələrlə Təqsirləndirilən şəxs anasına kömək edilməsi ilə bağlı müraciət etsə, sonuncu ona heç bir köməklik göstərməmişdir. Bütün baş verənlərə əsasən o, təkrar şikayət etmişdir. Bundan sonra isə yenidən cinayət işinə baxılmış və Vaqif həbs edilmişdir. Hazırda Təqsirləndirilən şəxslə onun arasında heç bir barışıq və razılıq yoxdur. O, yenidən əməliyyat olunmalı, bunun üçün ona 3.000 manat məbləğində pul lazımdır. Gözünün əməliyyatı üçün lazım olan maddi vəsaiti Təqsirləndirilən şəxs ailə üzvləri ödədikləri təqdirdə o, Təqsirləndirilən şəxsla barışa bilər. Zərərçəkmiş şəxs məhkəmə istintaqında ona vurulmuş ziyana görə Təqsirləndirilən şəxs anası tərəfindən ona 400-500 manat deyil, 800-1.000 manat ödənildiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, eləcə də onun Təqsirləndirilən şəxs ilə barışmadığını, sonuncudan şikayətçi olduğunu bildirərək Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. 11 oktyabr 2021-ci il tarixdə «Vaqif» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. O, Vaqifin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını dedikdə, həmin şəxsin narkotik vasitələri daşımasını, saxlamasını və üzərində gəzdirməsini, habelə başqalarına ötürməsini və verməsini nəzərdə tutmuşdur. Sonra daxil olmuş əməliyyat məlumatı raportla idarə rəhbərliyi adına məruzə olunmuşdur. İdarə rəhbərliyi tərəfindən «Vaqif» adlı şəxsin ifşa edilməsi və saxlanılması barədə əməliyyat tədbirlərinin keçirilməsinə razılıq verilmişdir. Bundan sonra Nizami rayon Polis İdarəsinin təhqiqatçısı Kənan Əliyev və İdarənin NMB-nin əməliyyat müvvəkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunun tərkibinə o da daxil olmuşdur. Sonra onlar həmin gün saat 19:00 radələrində ünvan 2 ünvanının qarşısına getmişlər. Bu zaman onlar xarici əlamətləri «Vaqif» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə yaxınlaşdıqdan sonra özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Vaqifə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs saxladıqları yerdə sorğu-sual etmişlər. Həmin vaxt Vaqif onlara üzərində narkotik vasitə olmadığını, lakin narkotik vasitələrdən istifadə etdiyini və yaşadığı evdə dolabın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onlar Vaqiflə birlikdə sonuncunun yaşadığı evə getmişlər. Onlar ora çatdıqda, təhqiqatçı Vaqifdən evə baxış keçirilməsi üçün yazılı şəkildə ərizə almışdır. Yazılı ərizə əsasında onlar Vaqiflə birlikdə yaşadığı evın qapısını döymüşlər, evin qapısını Vaqifin qardaşı Şahid5 açmışdır. Onlar Şahid5 polis əməkdaşları olduqlarını bildirmişlər və evə baxış keçirmək istədikləri barədə məlumat vermişlər. Şahid5 da onlara heç bir etiraz etməmiş və onlar Vaqifin yaşadığı evə daxil olmuşlar. Bundan sonra onlar evə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı yataq otağındakı masanın altındakı dolabdan təmiz çəkisi 29,440 qram qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, daxilində heroin izləri olan 2 (iki) ədəd 1 ml-lik şpris və 1 (bir) ədəd uc hissəsi sınmış dərman ampulası aşkar edilmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Nizami RPİ-nə getməli olduğunu bildirmiş və Vaqif də heç bir etiraz etməyərək onlarla birlikdə Nizami RPİ-nə gəlmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır, Vaqif ilə qonşu olmuş və onlar eyni məhəllədə yaşamışlar. Onların arasında dostluq münasibətləri olmuşdur. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işinin istintaqı gedir və məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs də, o da bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, özü Vaqif tutulmamışdan əvvəl narkotik vasitələrdən istifadə etdiyinə görə Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. O, Polis İdarəsində olduğu zaman polislər ona təklif etmişlər ki, Vaqifin yaşadığı evə narkotik vasitə yerləşdirsin. O, əvvəlcə buna razılıq verməsə də, sonradan polislər ona təzyiq göstərmişlər və ona görə də o, polislərin təklifi ilə razılaşmışdır. Polislər ona 18 qram heroin vermişlər ki, o, həmin narkotik vasitəni Vaqifin evinə yerləşdirsin. O da polislərin təklifi ilə razılaşaraq, Vaqifin yaşadığı otaqda olan dolabın içərisinə 18 qram narkotik vasitə heroini yerləşdirmişdir. Bundan sonra isə polis əməkdaşları Vaqifin evində əməliyyat keçirmişlər və həmin narkotik vasitə heroini Vaqifin yaşadığı evdə, yəni sonuncunun otağında olan dolabın içərisindən aşkar edərək götürmüşlər. Buna görə də, Vaqif polislər tərəfindən tutulmuşdur. Narkotik vasitə heroini Vaqifin evinə yerləşdirməyini ona təklif edən polis işçilərinin adları onun yadında qalmayıb. Vaqifin 18 qram narkotik vasitə heroinə heç bir aidiyyəti yoxdur. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadədən tamamilə fərqli məzmunda ifadə verdiyinə görə yaranmış ziddiyəti aradan qaldırmaq məqsədi ilə məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin elan olunmaqla, tədqiq etmək zərurəti yaranmışdır. Belə ki, Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 73, mənzil 46-da yaşayır. O, 2020-ci ilin iyul ayında oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş və Nizami Rayon Məhkəməsinin qərarı ilə ona 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilmişdir. O, 5 ilə yaxındır ki, narkotik maddə heroin qəbul edir. Bu səbəbdən də o, bir neçə dəfə narkoloji dispanserdə müalicə almış və hal-hazırda orada qeydiyyatdadır. O, Təqsirləndirilən şəxs qonşu kimi tanıyır və Vaqiflə 5 ilə yaxındır ki, münasibəti var. Ona narkotik vasitə lazım olduqda, o, Vaqifdən bir bükümü 20 manata almışdır. 11 oktyabr 2021-ci il tarixdə, saat təxminən 18:00 radələrində o, Vaqifin yaşadığı evin ***-***-**-** ev nömrəsinə zəng vurub Vaqifdən 1 (bir) büküm narkotik vasitə heroin istəmişdir. Vaqif ona bildirmişdir ki, problem yoxdur evdədir. O, Vaqifin evinə gedib 20 manat pul verərək 1 (bir) büküm heroin almışdır. Bundan sonra o, Vaqiflə blokun qabağında düşüb söhbət edib çıxıb getmişdir. Sonradan o, eşitmişdir ki, Vaqifi Nizami RPİ-nin əməkdaşları narkotik maddələri satdığına görə tutmuşlar. Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində yalan deyir. O, 11 oktyabr 2021-ci il tarixdə Vaqifin yaşadığı ünvan 7 ünvanına gedib Vaqifdən 20 manat verərək 1 (bir) büküm narkotik vasitə aldıqdan sonra bir neçə dəqiqə Vaqiflə birlikdə binanın blokunda dayanıb söhbət etdikdən sonra çıxıb getmişdir. Vaqif isə orada qalmışdır. Həmin vaxt onlara heç bir polis əməkdaşı yaxınlaşmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 73 saylı evin 26 saylı mənzildə yaşayır. O, həmin mənzildə böyük oğlu Vaqif və kiçik oğlu Elçin ilə birlikdə yaşamışdır. O, Nizami rayonu ərazisində yerləşən 26 saylı poliklinikada şöbə müdiri vəzifəsində işləyir. Hazırda həbsdə olan Vaqif onun böyük oğludur. Vaqif ali təhsillidir və əvvəllər müxtəlif yerlərdə işləyib. Son zamanlarda Vaqif narkotik maddələrdən istifadə etmişdir. O, dəfələrlə Vaqifə narkotik vasitələrdən istifadə etdiyini hiss etdiyini bildirsə də, Vaqif bunu boynuna almayaraq, narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. 11 oktyabr 2021-ci il tarixdə, saat təxminən 19:00 radələrində o, evdə olmuş və təzəcə işdən gəlmişdir. O, evdə olan zaman evin qapısının döyüldüyünü eşitmişdir. O, kiçik oğlu Elçinə bildirmişdir ki, qapını açsın. Elçin qapını açdıqda, bir neçə polis əməkdaşı yaşadıqları evə daxil olmaq üçün icazə almışlar. Elçin də polislərin evə daxil olmasına etiraz etməmişdir. Bundan sonra bir neçə polis əməkdaşı onların yaşadıqları evə daxil olmuşdur. Polislər əvvəlcə yaşadıqları mənzilə daxil olmaq üçün ondan və oğlundan icazə almışlar. Onlar da polislərə mənzilə daxil olmalarına dair heç bir etirazlarının olmadıqlarını bildirmişlər və polislərə mənzilə daxil olmağa dair icazə barədə ərizələr təqdim etmişlər. Polislər mənzilə daxil olduqdan sonra Vaqif və qonşuları Elmar da evə daxil olmuşdur. Polis əməkdaşları onlara Vaqifin narkotik maddələr qəbul etməsi, həmçinin yaşadığı otaqda özünə məxsus olan narkotik vasitə saxladığını dediyini bildirmişlər və onlardan Vaqifin yaşadığı otağı göstərmələrini xahiş etmişlər. Eyni zamanda polislər həmin otaqda axtarış aparacaqlarını da bildirmişlər. O və oğlu Elçin polislərin dediklərinə yenə də heç bir etiraz etməmişlər. Sonra o, polislərə Vaqifin yaşadığı otağı göstərmiş və polislər Vaqifin yaşadığı otaqda axtarış aparmışlar. Bir qədər sonra polislər Vaqifin yaşadığı otağdakı dolabdan 1 (bir) bükümdə hansısa bir maddənin aşkar edildiyini və həmin maddənin narkotik vasitə olduğunu bildirmişlər. Buna görə də polislər Vaqifi və Elmarı Polis bölməsinə aparmışlar. Eyni zamanda polislər aşkar etdikləri bükümü qablaşdırmışlar. Sonra bu barədə protokol tərtib olunmuş və səhv etmirsə kiçik oğlu Elçin həmin protokolu imzalamışdır. Vaqifin yaşadığı otaqdan həmin büküm aşkar edildiyi zaman Vaqifə qarşı polislər tərəfindən heç bir təzyiq göstərilməmişdir. Həmçinin Vaqif tərəfindən qonşuları Sergeyin də qayçı ilə gözünə zərbə vurulması nəticəsində Sergeyin gözü zədələnmiş və bu barədə də Vaqifin barəsində cinayət işi açılmışdır. Həqiqətən də bu hadisə baş vermişdir. Hadisənin baş verməsi səbəbi isə 02 dekabr 2019-cu il tarixdə, saat təxminən 23:00 radələrində Vaqifin Sergeyin və sonuncunun dostlarının məhəllədə bir qədər səs-küy salaraq danışmaları olmuşdur. Bu zaman Vaqif yaşadıqları evin eyvanından səs-küy salan şəxslərə səslənərək sakit olmalarını bildirmişdir. Sergey isə bu zaman Vaqifə cavab qaytarmışdır. Vaqif bundan hirslənmişdir. O, Vaqifə demişdir ki, “fikir vermə küçədə baş verənlərə, başını qoy yat”. Lakin Vaqif birdən-birə evdən hirsli şəkildə həyətə çıxaraq Sergeyin olduğu yerə getmişdir. Bir qədər sonra isə o, eşitmişdir ki, Vaqif Sergeyi gözündən vurmuşdur. Sergey onlarla qonşudur. Sergeyin gözünün əməliyyat olunması üçün o, əvvəlcə Sergeyə 1.000 manat məbləğində pul vermişdir. Sergeyin gözünün əməliyyatına görə onun ödədiyi 1.000 manatla bağlı onda qəbz də var. Bundan başqa, o, Sergeyin gözünün sonrakı müalicələrinin davam etdirilməsi üçün yenə Sergeyə 700 manat məbləğində pul vermişdir. Bundan sonra isə bir neçə dəfə o, Sergeyə pul vermişdir. Ümumilikdə, onlar Sergeyə vurulmuş ziyanın əvəzi kimi 3.000 manat məbləğində pul vermişlər. Lakin Sergey hər dəfə onlardan əlavə pul istəmiş, onların isə buna imkanları yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 79, mənzil 88-də yaşayır. 02 dekabr 2019-cu il tarixdə, saat təxminən 23:30 radələrində o, dostları Sergey və Elmir ilə birlikdə yaşadığıqları məhəllədə söhbət etmişdir. Onlar normal şəkildə söhbət etmişlər. Lakin hərdən onlar gülmüşlər. Bu zaman qonşuları Təqsirləndirilən şəxs yaşadığı evin eyvanından onlara yüksək tonla səslənərək kobud şəkildə susmalarını, danışmamalarını, eləcə də gedib öz məhəllələrində danışmalarını tələb etmişdir. Onlar da Vaqifə qarşı heç bir reaksiya verməmişlər və öz söhbətlərinə davam etmişlər. Bir qədər keçdikdən sonra Vaqif yaşadığı evdən həyətə düşərək hirsli şəkildə onların yanına gəlmiş və qəflətən heç bir səbəb olmadan Sergeyin gözünə əlindəki əşya ilə vurmuşdur. Hadisə vaxtı o, Vaqifin hansı əşya ilə Sergeyi vurmasını görməmişdir. O, Vaqifin Sergeyi vurmasını görsə də, həmin vaxt Vaqifin əlində olan əşyanı görməmişdir. Vaqif Sergeyi vurduğu əşyanı gödəkçəsinin qol hissəsində gizlətmişdir. Lakin sonradan o, bilmişdir ki, Vaqif Sergeyi qayçı ilə gözündən vurmuşdur. Vaqif Sergeyi vurduqdan sonra onların arasında dava başlamışdır. Sonra isə o və X16 bir-birindən aralamışlar. Bir qədər sonra o, Sergeyin gözündən qan axdığını görmüşdür. Onlar Sergey ilə Vaqifi ayırdıqdan sonra Vaqif həmin yerdən uzaqlaşmışdır. Onlar isə Sergeyi dərhal Sabunçu xəstəxanasına aparmışlar. Oradan isə Sergeyi başqa bir göz klinikasına aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Orucov Elmir Fazil oğlu oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dəvət edilmiş Şahid5 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddəsində nəzərdə tutulmuş konstitusion hüququndan istifadə edərək yaxın qohumu olan qardaşı Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəmə Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq etmək məcburiyyətində qalmışdır. Belə ki, Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən (cild 1, iş vərəqə 75-76) görünür ki, o, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 73, mənzil 26-da ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. X3 2009-cu ildə rəhmətə getdikdən sonra o, qardaşı Vaqif və anası Şahid4 iə birlikdə yaşamışdır. Təxminən 10 ilə yaxın olar ki, onun qardaşı Vaqif narkotik maddələrin qəbulu ilə məşğul olur. Son vaxtlar, yəni 2 il olar ki, Vaqif evə narkomanları yığıb öz otağında narkotik maddə heroini inyeksiya yolu ilə qəbul etmişdir. Bundan başqa, Vaqif həmin şəxslərə narkotik maddələri, yəni 1 (bir) bükümü 20 manata satmışdır. O, dəfələrlə bu barədə iradını bildirsə də, Vaqif buna məhəl qoymamışdır. Vaqif evdə olan bütün əşyaları satmış və bir neçə dəfə anasının üzərinə hücum çəkərək sonuncudan narkotik maddə almaq üçün pul tələb etmişdir. Son vaxtlar onların yaşadığı evə artıq bomjlar da gəlib heroini alaraq vurub getmişlər. 11 oktyabr 2021-ci il tarixdə, saat təxminən 18:00 radələrində o, anası və Vaqif evdə olmuşlar. Yenə həmişəki kimi evə müxtəlif adamlar gəlib getmişlər, yəni heroin alıb vuraraq çıxıb getmişlər. Axırıncı dəfə qonşuluqda yaşayan Elmar onlara gəlib Vaqif ilə eyni otaqda oturub heroin qəbul etmiş və sonra onlar birlikdə aşağı düşmüşlər. Təxminən 1 saatdan sonra Vaqif polis əməkdaşları ilə birlikdə evə gəlmiş və Vaqifin otağında polis əməkdaşları çəkiliş ilə axtarış aparmışlar. Axtarış zamanı Vaqifin otağında olan dolabın üstündən bir büküm heroin aşkar olunmuşdur. Polis əməkdaşları Vaqifdən həmin büküm barədə soruşduqda, Vaqif bildirmişdir ki, həmin narkotik vasitə heroin özünə məxsusdur və özü həmin vasitədən istifadə edir. Lakin Vaqif yalan danışmış, həmin narkotik vasitə Vaqifin olsa da, Vaqif həmin narkotik maddələrin satışı ilə məşğul olmuşdur. Vaqif evdə müştəri qəbul edərək pulu alıb heroin satmışdır. Bundan sonra evdən aşkar olunmuş həmin narkotik maddə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 dekabr 2019cu-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 90) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” X18 1262 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 94-95) görünür ki, Zərərçəkmiş şəxs sağ gözün üst qapağının zədələnməsi və sağ göz almasının şüşəvari cisminin prolapsı (hissəvi axması) ilə müşayiət olunan göz sklerasının deşilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət hər hansı bir deşici-kəsici xüsusiyyətə malik əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 02 dekabr 2019-cu il tarixdə və şəraitdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 96- 98) görünür ki, Zərərçəkmiş şəxs şikayətinin olmamasını nəzərə alaraq toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməklə cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan (cild 1, iş vərəqə 81- 82) görünür ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs az ağır dərəcəli xəsarət yetirməsi ilə bağlı toplanmış material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 yanvar 2020-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan həmin qərarın ləğv edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 oktyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5) görünür ki, “Vaqif” adlı şəxsin qanunsuz əməllərinin ifşa olunması barədə qərar qəbul edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 oktyabr 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 9) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanına və üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 oktyabr 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 10) görünür ki, Təqsirləndirilən şəxs anası Şahid4 ünvan 8 ünvanında yerləşən mənzilin öona məxsus olduğunu və həmin mənzildə axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 oktyabr 2021-ci il tarixli baxış və götürmə keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 12-15) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında baxış keçirilən zamanı yataq otağındakı masanın altındakı dolabdan təmiz çəkisi 29,440 qram qəhvəyi rəngli maddə kütləsi olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, eləcə də həmin vaxt daxilində heroin izləri olan 2 (iki) ədəd 1 ml-lik şpris və 1 (bir) ədəd uc hissəsi sınmış dərman ampula isə masanın üzərində aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu, həmin vasitəni “Ağəli” ləqəbli tanımadığı şəxsdən Suraxanı rayonu ərazisində 80 manat müqabilində aldığını, 2 (iki) ədəd şpris və 1 (bir) ədəd ampulanı da narkotik vasitə istifadə etmək üçün saxladığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 oktyabr 2021-ci il tarixli tutma haqqında qərardan (cild 1, iş vərəqə 16) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 oktyabr 2021-ci il tarixli tutma haqqında protokoldan (cild 1, iş vərəqə 25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4517 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 40-43) görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün № 162” möhür əksi, “Təqsirləndirilən şəxs mənzilindən....” və s yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdü təmiz çəkisi 29,440 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2 ədəd 1 ml-lik şprisin və 1 ədəd uc hissəsi sınmış dərman ampulunun daxilində heroinin izləri müəyyən edildi. Həmin predmetlərdə heroin iz miqdarda olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 52-53) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Namq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-314/2021 saylı qərarından (cild 1, iş vərəqə 71-74) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 oktyabr 2021-ci il tairxdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 143- 144) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 noyabr 2021-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 77-78) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi və həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 137-138) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 209 nömrəli rəyindən (cild 1, iş vərəqə 171-172) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 191-200) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 127.2.3, 221.3 və 234.4.3-cü maddələrinə tövsif edilməsi və ona həmin maddələr ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 29,120, 238.1, 234.4.1 və 228.4-cü maddələri ilə cinayət işinin başlanmasının rədd edilməsi, Şahid5 və X1 aid hissədə Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Şahid3 barəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.1-ci maddələri ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş 29,440 qram heroinin maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 29,39 qram təşkil edən narkotik vasitə heronin Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilməsi, baxış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2022-ci il tarixli cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 201-202) görünür ki, cinayət işinin materiallarından naməlum mənbəyə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni cinayət işinin ayrılması qərara ayrılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 208-209) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 fevral 2022-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-67/2022 saylı qərarından (cild 1, iş vərəqə 272-273) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 mart 2022-ci il tarixədək uzadılması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamları mübahisələndrmiş, əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 oktyabr 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, 02 dekabr 2019-cu il tarixdə gecə vaxtı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 73, mənzil 26-da olmuşdur. O, evdə olduğu zaman yaşadığı evin həyətində uca səslə şəxslərin danışmalarını, zarafat etmələrini və arada söyüş söymələrini eşitmişdir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətində uca səslə söhbət edən şəxslər zərərçəkmiş şəxs X10, sonuncunun dostları Andrey, Nüsrət və Elmir olmuşlar. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Həyətdə X10in, sonuncunun dostları Andrey, Nüsrət və Elmirin uca səslə danışması Təqsirləndirilən şəxs xoşuna gəlməmiş və bu səbəbdən də Təqsirləndirilən şəxs yaşadığı otağın pəncərəsinə yaxınlaşaraq həyətdə söhbət edən Zərərçəkmiş şəxs və sonuncunun yanında olan şəxslərə bir neçə dəfə səs-küy salmamalarını, sakit danışmalarını tələb etmiş, eləcə də gedib öz məhəllələrində uca səslə danışmalarını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs və sonuncunun yanında olan şəxslər Təqsirləndirilən şəxs sözünə əhəmiyyət verməmişlər. Təqsirləndirilən şəxs bir neçə dəfə pəncərədən səslənərək Zərərçəkmiş şəxsgilə səs-küy salmamalarını bildirsə də, buna məhəl qoyan olmamışdır. Bütün bunlar Təqsirləndirilən şəxs pis təsir etmiş və o, yaşadığı vdə olan qayçı ilə silahlanaraq həyətə düşərək orada söhbət edən şəxslərə yaxınlaşmış və heç bir söz demədən, qəflətən əlindəki qayçı ilə Zərərçəkmiş şəxs gözünə zərbə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında dava-dalaş baş vermişdir. Baş vermiş dava-dalaş bir müddət davam etsə də, sonradan Sergeyin dostlarının aktiv hərəkətləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinə son qoyulmuş, başqa sözlə, onlar Vaqifi Sergeyin əlindən alaraq uzaqlaşdırmışlar. Təqsirləndirilən şəxs Sergeyin dostlarının səyi nəticəsində oradan uzaqlaşdırıldıqdan sonra həmin şəxslər Sergeyi tibb müəssisəsinə çatdırmışlar və nəticədə sonuncuya orada tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs öz şüurunda Zərərçəkmiş şəxs hərəkətlərini, yəni ona cavab qaytararaq, “biz elə öz məhəlləmizdəyik” deməsini özünə qarşı səhv hərəkət kimi qəbul edib Zərərçəkmiş şəxsla haqq-hesab etmək üçün həyətə düşməsini və əlindəki qayçı ilə sonuncunun göz nahiyəsinə zərbə vurmasını haqlı bir hərəkət kimi qəbul etsə də, onun göstərilən hərəkətləri özü-özlüyündə Cinayət Məcəlləsi ilə qadağan edilmiş cinayət əməllərini ehtiva edir. Belə ki, məhkəmə istintaqında müəyyən edilmiş hallardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşdığı zaman sonuncu ona qarşı heç bir qanunsuz və əxlaqsız hərəkət eməmiş, əksinə Təqsirləndirilən şəxs Sergeyin üzərinə hücum çəkərək heç bir əsaslı səbəb olmadan əlindəki qayçı ilə zərərçəkmiş şəxsin gözünə qəsdən zərbə vurmuşdur. Göstərilən hərəkətlərin ardıcılığı, baş vermiş hadisənin səbəbi və nəticəsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, həmçinin Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş X2, Şahid6 və Şahid7 ifadələri ilə tam şəkildə təsdiq edilmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs əsəbiləşərək həyətə düşməsi, əsəbi halda və heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs yaxınlaşaraq əlindəki qayçı ilə sonuncunun gözünə zərbə vurması cinayət işinin mübahisəsiz hallarıdır. Yuxarıda göstərilən və məcmu halda təhlil edilən hallardan görünür ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan mübahisə edib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq xuliqanlıq niyyəti ilə üzərində olan silah qismində istifadə etdiyi qayçı ilə Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə vurmuş və həyat üçün təhlükəli olmayan sağlamlığa az ağır zərər vurmaya aid sağ gözün üst qapağının zədələnməsi və sağ göz almasının şüşəvari cisminin prolapsı (hissəvi axması) ilə müşaiyət olunan göz sklerasının deşilmiş yarası xəsarəti yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs özünü ancaq Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilərək bu hissədə etirafedici ifadə verməsinə baxmayaraq, məhkəmə belə nəticəyə gəlir ki, onun özünün və məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadəsi əsasında Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 221.3-cü maddəsində göstərilmiş cinayət əməlinin olması sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə irəli sürülmüş ittiham ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum vaxtda, naməlum mənbədən və naməlum çəkidə narkotik vasitə heroin əldə etmişdir. Lakin məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitə heroini əvəzli və əvəzsiz qaydada, kimdən, haradan, hansı qiymətə, hansı şəraitdə və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs oğunun külli miqdarda narkotik vasitə heroini əldə edib yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 73, 26 nömrəli mənzilə daşıyaraq orada saxlaması, daxil olmuş əməliyyat məlumatı əsasında 11 oktyabr 2021-ci il tarixdə Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirində saxlanılması, saxlanıldıqdan sonra yaşadığı ünvan 10 ünvanına aparılması, mənzilin özünə məxsus yataq otağında olan masanın altındakı dolabdan kustar üsulla hazırlanmış 1 (bir) ədəd bükümdə təmiz çəkisi 29,440 qram narkotik vasitə heroinin, daxilində heroin izləri olan 2 (iki) ədəd 1 ml-lik şprisin və 1 (bir) ədəd uc hissəsi sınmış dərman ampulanın aşkarlanması öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən yaşadığı mənzildən aşkarlanmış 29,440 qram çəkidə narkotik vasitə heroinin ona məxsus olmadığını, həmin narkotik vasitənin polislərin göstərişi ilə tanışı Şahid3 onun yaşadığı mənzilə yerləşdirdiyini, bundan sonra polislərin onun yaşadığı mənzilə basqın edərək mənzildə axtarış apardıqlarını və mənzildə ona aid otaqda olan dolabın içərisindən Şahid3 bir qədər əvvəl dolaba qoyduğu narkotik vasitəni aşkar etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında fərqli və inkaredici məzmunda ifadə verdiyindən məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri müqayisəli şəkildə elan edərək tədqiq etmək məcburiyyətində qalmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə bir neçə dəfə ifadə verərək 11 oktyabr 2021-ci il tarixdə tanışı Şahid3 ilə birlikdə piyada hərəkətdə olan zaman 3-4 nəfər şəxsin onlara yaxınlaşdığını, onlardan birinin üzərində polis yazılmış jilet olduğunu, həmin şəxsin özünü təqdim edərək adının Mirmahir olduğunu və Nizami RPİ-nin NMB-nin əməkdaşı olduğunu bildirdiyini, narkotik vasitələri üzərində saxlamasında və daşımasında şübhəli olduğu üçün üzərinə küçədə baxış keçirdiklərini, üzərindən heç bir narkotik vasitə aşkar olunmadığını, bundan sonra yaşadığı ünvan 4 ünvanına getdiklərini, Mirmahir mənzilin qapısını döydükdə, qapını qardaşı Elçinin açdığını, onu otağın pəncərə olan hissəsinə tərəf sıxıb otaqda olan dolaba yaxınlaşdıqlarını, lakin nə etdiklərini görmədiyini, qardaşını çağırıb dolabda olan əşyaları yerə boşaltmağını istədiklərini, qardaşı Elçin dolabı boşaltdıqda, dolabdan ona aid olmayan 1 (bir) büküm narkotik vasitə aşkar olunduğunu, lakin həmin narkotik vasitədən özünə aid olmadığını dediyini, bundan sonra Mirmahirin hər kəsin otaqdan çıxmasını əmr etdiyini, otaqda yalnız Mirmahirin və özünün qaldığını, həmin vaxt onu anası və qardaşını da iki sutka da bölmədə saxlayacağı, iş yerlərinə bu barədə məlumat verəcəyi ilə hədələdiyini, üzərindən heç bir tərəzi və telefon aşkar edilmədiyindən bir il iş alacağını deyərək aldatdığını, dolabdan aşkar edilmiş narkotik vasitə heroinin ona aid olmadığını, əslində isə aşkar edilmiş narkotik vasitə Mirmahirin və sonuncunun yanında olan şəxslərin dolaba qoyduqlarını bildirmişdir. Yuxarıda göstərilən fərqli ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bir neçə dəfə ifadə verərək onun yaşadığı mənzildən aşkarlanmış narkotik vasitə heroinin Mirmahir adlı polis əməkdaşının və sonuncunun yanında olan digər polis əməkdaşlarının qoyduqlarını göstərsə də, məhkəmə istintaqında verdiyi ifadəsində onun yaşadığı mənzildən aşkarlanmış narkotik vasitəni onun yaşadığı otağa tanışı Şahid3 qoyduğunu göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu hissədə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq, həmin ifadələri özünümüdafiə məqsədi ilə uydurulmuş və yalan ifadə kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu cür fərqli məzmunda ifadələr verməklə obyektiv həqiqəti gizlətməklə cinayət məsuliyyətindən yayınmaq və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadə verərkən, eləcə də yaşadığı evə və üzərinə axtarış keçirilərkən yaşadığı mənzildən aşkar olunmuş 29,440 qram narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin vasitəni Suraxanı rayonu ərazisində 80 manat müqabilində “Ağəli” ləqəbli şəxsdən aldığını bildirmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş ifadədən imtina edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verərək Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu, polislərin təzyiqi nəticəsində 18 qram çəkidə narkotik vasitə heroini Vaqifin yaşadığı mənzilə yerləşdirdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şahid3 məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadədən fərqli məzmunda ifadə verməklə eyni məhəllədə yaşadığı, uşaqlıqdan tanıdığı və həmişə dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan yayınmasını arzu etmişdir. Eyni zamanda məhkəmə belə qənaətə gəlir ki, Şahid3 əvvəllər də məhkum olunduğundan və hazırda da cinayət törətməyə görə barəsində həbs qətimkan tədbiri seçildiyindən “cinayət aləminin” yazılmamış qaydalarına əsasən tanışı Təqsirləndirilən şəxs əleyhinə ifadə verərək sonuncudan narkotik vasitələr aldığını etiraf etməyi qəbul etməmiş, bu səbəbdən də yuxarıda göstərilən məzmunda ifadə verməklə obyektiv həqiqəti gizlətməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasını və cəzadan yaxa qurtarmasını arzulamışdır. Başqa nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hallar müəyyən edilməmişdir. Bundan başqa, Şahid3 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs yaşadığı mənzildə aşkarlanmış külli miqdarda narkotik vasitə heroinin onun tərəfindən yerləşdirildiyini və həmin narkotik vasitənin çəkisinin 18 qram olduğunu bildirmişdir. Halbuki məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkarlanmış narkotik vasitə heroinin çəkisi 29,440 qram təşkil etmişdir. Məhkəmə qeyd edir ki, Şahid3 narkotik vasitənin çəkisi ilə göstərdiyi xüsusat da iş üçün əhəmiyyətlidir. Belə ki, Şahid3 məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki çəki ilə, yəni 18 qram narkotik vasitə heroinin çəkisi Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkarlanmış narkotik vasitə heroinin çəkisi ilə üst-üstə düşmüş olsaydı, bu hallar həm təqsirləndirilən şəxsin, həm də qeyd edilən şahidin dəlillərinin həqiqət olmasını təsdiq edə bilərdi. Lakin göründüyü kimi Şahid3 ifadəsində çəki ilə bağlı verdiyi məlumat cinayət işinin materialları və məhkəmə istintaqında müəyyən edilmiş hallarla ziddiyyət təşkil edir. Belə ziddiyyətlər əsasında isə təqsirləndirilən şəxsin və Şahid3 ifadəsinin obyektiv həqiqət kimi qəbul edilməsi mümkün və ağlabatan deyil. Bu səbəbdən də məhkəmə bir daha belə nəticəyə gəlir ki, göstərilən məsələ ilə bağlı şahid Emar Qocayev məhkəmə istintaqında yalan ifadə vermişdir. Qeyd edilənləri məcmu halda təhlil edib məhkəmə hesab edir ki, Şahid3 və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini təhrif etməklə, həqiqətə uyğun olmayan halları həqiqət kimi qələmə verməyə çalışmışlar və bunu etməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına və cəzadan azad olunmasına cəhd etmişlər. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkarlanmış narkotik vasitə heroin məhz ona məxsus olmuş və o, həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi nəticəsinə gəldikdə isə məhkəmə hesab edir ki, onun öz istifadəsi üçün qabaqcadan 1 (bir) aydan da uzun müddət ərzində istifadə etmək üçün əldə etməsi inandırıcı deyil. Bundan başqa, məhkəmə istintaqında tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs qardaşı Şahid5 ibidai istintaq zamanı vermiş olduğu ifadədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitələrin satışı ilə məşğul olmuş, onların yaşadıqları mənzilə müxtəlif narkomanlar gələrək Təqsirləndirilən şəxs narkotik vasitələr almışlar, həmçinin o, Təqsirləndirilən şəxs yaşadığı otaqdaki dolabdan narkotik vasitə heroinin aşkar edilməsinin şahidi olmuşdur. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, yaşadığı mənzilə daşıyaraq orada saxlamışdır. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 234.4.3-cü maddələri ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Onun əməllərinin hər biri başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət, həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əmələri isə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələr üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ali təhsilli olmasını, Cinayət Məcəlləsinin 127.2.3-cü maddədə nəzərdə tutulmuş cinayət əməlinə nisbətdə zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs 05 dekabr 2019-cu il tarixli barışıq ərizəsi ilə istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bu səbəbdən 07 yanvar 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Lakin sonradan Zərərçəkmiş şəxs müalicə xərcləri ödənilmədiyindən o, yenidən hüquq-mühafizə orqanlarına müraciət edərək Təqsirləndirilən şəxs barəsində şikayət etmiş və nəticədə 07 sentyabr 2021-ci il tarixli qərar ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 yanvar 2020-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı da ifadə verərkən təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs 05 dekabr 2019cu il tarixdə verdiyi barışıq ərizəsi Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən yüngülləşdirici hal kimi qiymətləndirilə bilməz, lakin ona vurulmuş ziyan qismən ödənildiyindən bu hal həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alınmaqla qəbul edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində cinayətlərin məcmusu var və ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla onun təqsirli bilindiyi həmin Məcəllənin 127.2.3, 221.3 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan qalıq çəkisi 29,39 qram narkotik vasitə heron məhv edilməli, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi üzrə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan qalıq çəkisi 29,39 qram narkotik vasitə heron məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar