Məhkəmə qərarları › İş №1(101)-759/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-759/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-759/2023 27.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Hacıqabul rayonu, Talış kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 (iki) azyaşlı uşağı olan, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olan, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olan və həbs olunanadək Hacıqabul rayonu, Talış kəndində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını ələ keçirmə məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edilməsi ilə bağlı basqın, yəni quldurluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, 08 avqust 2022-ci il tarixdə, saat 21:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan ərazidə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən Zərərçəkmiş şəxs bankomatdan 268 manat məbləğində təqaüdünü çıxardığını bilib O.Y.Cəfərov ilə birlikdə Zərərçəkmiş şəxs dalınca getmiş, həmin gün saat 21:56 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 86 ünvanında əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, zərərçəkmiş şəxsə arxadan yaxındaşıb ağzını tutub pul tələb edərək sonuncunun əlindəki çantanı dartıb yerə yıxmış, hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib sağ bazunun yuxarı və ön-bayır səthinin hematoması, hematoma fonunda sıyrığı kimi qəsdən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sağ almacıq nahiyəsinin, burunun sol yan çəpərinin sıyrıqları, sağ bazunun aşağı 1/3-nin bayır, sağ dirsək oynağının arxa, sağ və sol diz oynaqlarının ön səthlərinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan və dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs çantasından yerə düşmüş içərisində 283 manat nağd pul olan 15 manat dəyərində pulqabını ələ keçirib X7 ilə birlikdə hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 298 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs heç bir zərər yetirməmiş, habelə zərərçəkmiş şəxsdən zorla pul almamışdır. Zərərçəkmiş şəxs zərəri Orxan Cəfərov vurmuşdur. Orxanla onun uzaqdanuzağa qohumluğu var. Hadisə baş verən gün o, Orxanla Binəqədi rayonunda görüşmüşdür. Zərərçəkmiş şəxs həmin gün bankomatdan öz pulunu çıxartmaq istəmişdir. Orxan zərərçəkmiş şəxsə bankomatdan pul çıxartmağa kömək etmişdir. Bundan sonra o, Orxan ilə birlikdə zərərçəkmiş şəxsin arxasınca getmiş, əslində isə onlar zərərçəkmiş şəxsin arxasınca deyil, çayxanaya getmişlər. Sonra Orxan zərərçəkmiş şəxsdən pulu götürmüş, o isə bu zaman Zərərçəkmiş şəxs heç bir zərər vurmamış, sonuncudan hər hansı məbləğdə pul vəsaitini zorla almamışdır. O, Orxanın belə bir hərəkət etdiyini, yəni Zərərçəkmiş şəxs pulunu zorla ələ keçirməyə çalışdığını gördükdə, oradan qaçaraq hadisə yerini dərhal tərk etmişdir. Təqsirləndirilən şəxs son sözlə məhkəmədə çıxış edərək elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs qarşı cinayət törətməməsi, cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs qarşı zorakılıq etməməsi, sonuncuya məxsus pul vəsaitini ələ keçirməməsi, Zərərçəkmiş şəxs qarşı cinayətin Orxan Cəfərov tərəfindən törədilməsi, başqa sözlə, quldurluq cinayət əməlinə aidiyyəti olmaması barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, kafedə qab yumaqla pul qazanır. Hadisə baş verən gün o, kafedə qab yumuş və günlük qazancı olan 15 manatı aldıqdan sonra oradan çıxmışdır. Bu vaxt onun mobil telefonuna mesaj gəlmiş, mesajda isə pensiyasının kartına köçürülməsi barədə məlumat olmuşdur. O, kartına köçürülmüş pensiyasını çıxarmaq üçün bankomata yaxınlaşmışdır. Bankomatda onun yanında bir oğlan dayanmışdır. O, həmin oğlana gözlərinin zəif gördüyünü deyərək pulu çıxartmaqda kömək etməsini xahiş etmişdir. Həmin oğlan da tələsdiyini bildirmişdir. Həmin vaxt o, sırada ondan sonra durmuş, hazırda isə təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da ona kömək edəcəyini bildirmiş və pulu çıxartmaqda kömək edərək onun puluna toxunmamışdır. O, pulu pulqabıya qoyan zaman Təqsirləndirilən şəxs ona bildimişdir ki, “Bibi, sənin pulqabında nə qədər kart var”. O isə Əfqana pulqabıda olan kartların çox olmadığını, şəxsiyyət vəsiqəsinin, avtobus üçün gediş kartının və bir dənə də “Tam kart”-ın olduğunu demişdir. Təqsirləndirilən şəxs isə ona cavab olaraq bildirmişdir ki, “şirin ağızla yeyəsən”. Təqsirləndirilən şəxs ondan uzaqlaşmış və o da evə yola düşmüşdür, hətta Təqsirləndirilən şəxs aralanan zaman arxaya çevrilib baxmış və görmüşdür ki, sonuncu başqa istiqamətdə gedir. O, uzun müddət yol getdikdən sonra evinin yaxınlığında olan dalana daxil olmuşdur. Arxadan kiminsə gəldiyini hiss etmiş və qırağa çəkilib yol vermək istədikdə, Əfqan onun ağzını əli ilə bağlamış və demişdir ki, “qışqırma”. Bu vaxt Orxan Cəfərov divara əli ilə söykənib ona tərəf baxmışdır. O, Əfqana yalvarmışdır ki, pulunu götürsə də, onun şəxsiyyət vəsiqəsinə toxunmasın, çünki sonra vəsiqəni çətinliklə əldə edəcək. Sonra o, qışqırmış və Əfqan onun çantasını tutaraq onu yerdə sürümüşdür. Sonra Əfqan onun çantasını götürüb getmişdir. Sonra qonşuları onu görüb evə gətirmişlər. Qızı onu gördükdə qorxmuşdur. Qonşuları evin yaxınlığındakı küçələrdə onun vəsiqəsini axtarsalar da tapa bilməmişlər. Yeddi aydır ki, o, işləyə bilmir, pensiyasını ala bilmir. Təqsirləndirilən şəxs əvvəlcə ona fiziki zərər yetirməmiş, onun ağzını tutaraq qışqırmamağı tapşırmışdır. Təqsirləndirilən şəxs onun çantasını dartaraq aparmaq istədikdə o, buna imkan verməmiş və həmin vaxt yerdə sürünmüşdür. Qonşular onun çantasını tapmışlar, lakin orada onun pulqabısı olmamışdır. Çantasını Əfqan ələ keçirdikdə orada 268 manat pensiyası və 15 manat qab yuduğuna görə aldığı maaşı olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini və törədilmiş cinayət nəticəsində qanunsuz şəkildə ələ keçirilmiş şəxsiyyət vəsiqəsi və bank kartının ona qaytarılmasında köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. O, hadisəni görməmişdir. Hadisə günü o, qonşuda olmuş və evə gəldikdə qonşuların anasına su verdiklərini görmüşdür. Anasının əli, ayağı, üzü yaralanmışdır. O, anasından nə baş verdiyini soruşduqda, anası bildirmişdir ki, evə gələn yolun dar yerində çantasını almağa çalışarkən yerdə sürümüşlər. O, anasının çantasında dəqiq nə qədər pul olduğunu bilmir. Lakin anası həmin gün pensiyasını və işlədiyi yerdən 15 manat pul almışdır. Məhkəmə istintaqı davam etdirildiyi vaxt Zərərçəkmiş şəxs mövqeyini dəyişərək məhkəmədə vermiş olduğu ifadəsində göstərdiyi halları bir qədər təhrif etmiş və ona hücum edərək zorakılıq edən və qanunsuz şəkildə ona məxsus əşyaları ələ keçirən şəxsin Təqsirləndirilən şəxs və ya qeyrisi olduğunu dəqiq xatırlamadığını bildirmişdir. O, bunun səbəbini yaşlı olmaqla, gözlərinin yaxşı görməməsi ilə izah etmişdir. Ortaya çıxmış qeyri-müəyyənliyin aradan qaldırılması məqsədi ilə Zərərçəkmiş şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsinin məhkəmə iclas protokolu əsasında elan edilməklə tədqiq edilməsinə zərurət yaranmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclas protokolu əsasında elan olunmuş ifadənin ona aid olduğunu və həmin ifadədə göstərilənlərin həqiqət olduğunu təsdiq etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs məhkəmə istintaqında sərbəst şəkildə ifadə verdikdən sonra bir qədər mövqeyini dəyişməsini Təqsirləndirilən şəxs yaxın qohumları/tanışları vasitəsi ilə ona edilən müraciətlərlə (xahiş, təzyiq və ya sair) əlaqələndirir. Belə ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs sərbəst şəkildə ifadə verərək ona arxadan hücum edib ağzını tutan, daha sonra isə zorakı hərəkətlər edən şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu dəfələrlə bildirmişdir. Bu səbəbdən də məhkəmənin təşəbbüsü ilə X7 şahid qismində dindirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 qısa məzmunlu ifadəsində göstərdi ki, o, baş vermiş hadisə ilə əlaqədar heç nə bilmir. Şahid X7 cinayət prosesi iştirakçılarının və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisənin onun tərəfindən törədildiyini bildirirsə, deməli bu cinayət hadisəsi onun tərəfindən törədilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspertiza rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 avqust 2022ci il tarixli ərizədən (cild 01, iş vərəqə 09) görünür ki, Zərərçəkmiş şəxs həmin gün axşam saat 21:45 radələrində Binəqədi qəsəbəsində Mərkəz kimi adlanan ərazidə yerləşən “Kapital” bankın bankomatından 268 manat məbləğində təqaüdünü çıxartmaq üçün getmişdir. Həmin vaxt 2 (iki) nəfər cavan oğlan ona pulu çıxartmaqda köməklik etmişdir. O, pulu çıxarıb evə gedərkən “X9”-nin yanında həmin oğlanlar qəflətən onun üstünə hücum edib əl çantasını tutaraq almaq istəmişlər. O, çantasını buraxmaq istəmədikdə, həmin şəxslər onu yerdə sürümüşlər və qışqırmamasını, pulqapını götürüb gedəcəklərini demişlər. Həmin şəxslər ümumilikdə 283 manat ona məxsus pulu aparmışlar. O, həmin şəxslərin tapılaraq cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 avqust 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 07) görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22:29 radələrində Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 86, ev 6-da yaşayan Şahid zəng edərək anasının pensiya kartından pul çıxaran zaman 2 (iki) nəfər şəxsdən kömək istədiyini, həmin şəxslərdən birinin onun kartından pulu çıxarıb verdiyini, daha sonra həmin 2 (iki) nəfər şəxsin izləyərək qeyd edilən ünvanda onun anasını döyüb əl çantasından pul kisəsini götürüb qaçdıqlarını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 avqust 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 08) görünür ki, həmin gün saat 00:30 radələrində 16 saylı TTYS-dan həkim zəng edərək Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 86da yaşayan 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs hər iki dizin, sağ dirsəyin, sağ bazunun və sağ almacıq nahiyəsinin sıyrılmış yarasına aid xəsarətlər aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması barədə qərardan (cild 01, iş vərəqə 40) görünür ki, X3 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan (cild 01, iş vərəqə 41) görünür ki, həmin gün X7 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2022-ci il tarixli şəxsin tanınması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 01, iş vərəqə 53-54) görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən şəxslərin arasından X4 tanıyaraq həmin şəxsin 08 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 86 ünvanda onun əlində olan çantanı dartıb qaçan, bununla da çantanın içərisində olan 283 manat pulu, şəxsiyyət vəsiqəsini, öz adına "xxxx"ın təqaüd kartını aparan 2 (iki) nəfər şəxsdən birinin olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2022-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 01, iş vərəqə 56-57) görünür ki, ifadənin yerində yoxlanılması Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan yerdə Orxan Cəfərovun iştirakı ilə keçirilmişdir. Həmin vaxt Orxan Cəfərov orada yerləşən «Kapital Bankın» bankomatının yanını göstərərək xx.xx.2022-ci il tarixdə, saat 21:50-21:55 radələrində bankomatın yanında dostu Təqsirləndirilən şəxsla dayandığını, həmin vaxt bankomatdan Zərərçəkmiş şəxs pul çıxardığını, bundan sonra Əfqanla birlikdə Zərərçəkmiş şəxs izlədiyini, heç kəsin olmadığı yerdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq əli ilə Elmiranın ağzını tutaraq sonuncuya pulların tez verməsini tələb etdiyini, sonra isə Əfqanın Elmiranın çantasından tutub dartdığını, qadın çantanı buraxmadığı üçün yerə yıxıldığını, Əfqanın isə yenə çantanı dartaraq Elmiranı yerdə sürüdüyünü, bu vaxt çantadan pulqabının yerə düşdüyünü, onun da tez pulqabını yerdən götürdüyünü və Əfqanla birikidə hadisə yerindən tez uzaqlaşdığını bildirmişdir. Orxan Cəfərov həmin vaxt, həmçinin sonra Əfqanın pulqabını açaraq oradan pul götürdüyünü, pulları götürdükdən sonra pulqabını atdığını, həmin puldan ona 130 manat verdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 59- 60) görünür ki, həmin gün X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-920/2022 saylı qərarından (cild 01, iş vərəqə 79-85) görünür ki, həmin gün X7 barəsidnə 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 11 avqust 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» Publik Hüqui şəxsin Binəqədi rayon şöbəsinin 1689 nömrli rəyindən (cild 01, iş vərəqə 95-97) görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ almacıq nahiyəsinin, burunun sol yan çəpərinin sıyrıqları, sağ bazunun yuxarı və ön-bayır səthinin hematoması və hematoma fonunda sıyrığı, sağ bazunun aşağı 1/3-nin bayır, sağ dirsək oynağının arxa, sağ və sol diz oynaqlarının ön səthlərinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən tarixdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 08 avqust 2022-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən fiziki güc (zor) tətbiqi nəticəsində yerə yıxılaraq sürüyərkən qeyd olunan nahiyələrin zərblə bərk (sərt) örtüyə dəyməsi və sonrakı etapda bədəninin yer səthində sürünməsi zamanı əmələ gələ bilərdildər. Dərəcəsinə görə hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan sağ bazunun yuxarı və ön-bayır səthinin hematoması və hematoma fonunda sıyrığı ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Digər xəsarətlər həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2022-ci il tarixli fotoşəkillər üzrə tanınma barədə protokoldan (cild 01, iş vərəqə 127-129) görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən şəkillərin arasından Təqsirləndirilən şəxs olduğu şəkli tanıyaraq bildirmişdir ki, həmin şəxs 08 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 86 ünvanda ona arxadan hücum etdiyini, daha sonra əlində olan çantanı dartaraq çantanın içərisində olan 283 manat pulu, şəxsiyyət vəsiqəsini, öz adına "xxxx"ın təqaüd kartını aparan 2 (iki) nəfər şəxsdən biridir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2022-ci il tarixli şəxsin barəsində axtarış elan edilməklə ittiham elan edilməsi üçün tutulması haqqında qərardan (cild 01, iş vərəqə 131-132) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, yeri müəyyən edildikdə tutulub Binəqədi RPİ-nin İstintaq şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2022-ci il tarixli üzləşdirmə keçirilməsi barədə protokoldan (cild 01, iş vərəqə 134-135) görünür ki, həmin gün Zərərçəkmiş şəxs ilə X7 arasında üzləşdirmə keçirilmiş və həmin vaxt Zərərçəkmiş şəxs Orxan Cəfərov və Təqsirləndirilən şəxs tərəfindən 08 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 86 ünvanda onun əlində olan çantanı dartaraq çantanın içərisində olan 283 manat pulu, şəxsiyyət vəsiqəsini, öz adına "xxxx"ın təqaüd kartını apardıqlarını Orxan Cəfərovun üzünə demişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2022-ci il tarixli əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi barədə qərardan (cild 01, iş vərəqə 137-142) görünür ki, təqsirləndirilən şəxs X7 və Təqsirləndirilən şəxs əməlləri Azərbaycan respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrindən həmin Məcəllənin 181.2.1-ci maddəsinə tövsif edilməsi, təqsirləndirilən şəxs X5 Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə cinayət işinin ayrıca icraata ayrılması, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin və "xxxx"ın kartının talan edilməsinə dair fakta görə Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 182-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 145- 147) görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən (cild 01, iş vərəqə 157- 159; cild 01, iş vərəqə 225-231) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 noyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 162) görünür ki, həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə axtarışda olan Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 noyabr 2022-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 01, iş vərəqə 180-183) görünür ki, ifadənin yerində yoxlanılması Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan yerdə Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 86 ünvanının yaxınlığında dayanaraq 08 avqust 2022-ci il tarixdə, saat təxminən 21:30 radələrində yaşadığı Novxanı kəndindən Binəqədi rayonunda Mərkəz kimi adlanan əraziyə gəldiyini, orada uzaq qohumu Orxanla rastlaşdığını, sonra birlikdə Mərkəz kimi adlanan ərazidə yerləşən “Kapital Bankın” bankomatına yaxın yerdə dayanaraq söhbət etdiklərini, həmin vaxt bir nəfər yaşlı qadının əlində çanta ilə bankomata yaxınlaşıb çantasından kartını çıxararaq bankomata daxil etdiyini, lakin yaşlı qadın pul çıxara bilmədiyindən onlardan kömək istədiyini, bundan sonra onun həmin qadına yaxınlaşaraq 268 manat təqaüdünü çıxarmaqda köməklik etdiyini, sonra qadının ona təşəkkür edib çıxıb getdiyini, bundan sonra Orxanın Binəqədi ərazisində çayxanaların birində çay içməyi ona təklif etdiyini, lakin onların birlikdə həmin yaşlı qadının arxasınca getdiyini, orada yerləşən döngələrdən birində həmin yaşlı qadının onların arxasınca gəldiklərini hiss edərək arxaya baxdıqda, Orxanın həmin yaşlı qadının arxadan ağzını tutduğunu və pulları verməsini tələb etdiyini, yaşlı qadının isə borcunun olduğunu və pulun ona lazım olduğunu bildirdiyini, bu vaxt Orxanın yaşlı qadının əlindəki çantanı əlindən dartıb almaq istədiyini, qadının isə çantanı buraxmaq istəmədiyindən yerə yıxılaraq qışqırdığını, onun bundan qorxaraq oradan uzaqlaşıb Novxanı kəndinə getdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 noyabr 2022-ci il tarixli üzləşdirmə keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 184-185) görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və həmin vaxt Zərərçəkmiş şəxs Orxan Cəfərov və Təqsirləndirilən şəxs tərəfindən 08 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 86 ünvanda onun əlində olan çantanı dartaraq çantanın içərisində olan 283 manat pulu, şəxsiyyət vəsiqəsini, öz adına "xxxx"ın təqaüd kartını apardıqlarını Təqsirləndirilən şəxs üzünə demişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 190- 192) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndiriln şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 noyabr 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1297/2022 saylı qərarından (cild 01, iş vərəqə 212-216) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 20 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 noyabr 2022-ci il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertiza barəfə 3102 saylı rəydən (cild 01, iş vərəqə 233-235) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qıcığa həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur. O, etdiyi hərəkətləri adekvat olaraq qavrayıb onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 01, iş vərəqə 251-258) görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamın dəyişdirilmədən saxlanılması, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin və "xxxx"ın kartının talan edilməsinə dair fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 182-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş cavab məktubundan (cild 02, iş vərəqə 45) görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 sentyabr 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 02, iş vərəqə 44) görünür ki, xx.xx.2012-ci ildə Təqsirləndirilən şəxs Şükran Hüseynli adlı uşağı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 dekabr 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 02, iş vərəqə 43) görünür ki, xx.xx.2013-cü ildə Təqsirləndirilən şəxs Rza Hüseynli adlı uşağı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 yanvar 2022-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-164/2022 saylı qərarından (cild 02, iş vərəqə 46-49) görünür ki, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş təqdimat təmin edilmiş və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsə onun əleyhinə olan sübutlara etiraz etmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək üçün məhkəmə prosesində imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, o cümlədən irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin tövsifi ilə bağlı məsələlərə aydınlıq gətirilməsindən əvvəl məhkəmə cinayət işi üzrə bəzi vacib məsələlərə aydınlıq gətirilməsini zəruri hesab edir. Belə ki, aşağıda qeyd edilən məsələlər bilavasitə cinayət işi, habelə irəli sürülmüş ittihamla bütövlükdə əlaqəli olan məsələlərdən ibarətdir. Məsələ ondan ibarətdir ki, cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi Təqsirləndirilən şəxs və X3 barəsində başlanmış, lakin Təqsirləndirilən şəxs bir neçə ay ibtidai istintaq orqanından yayındığından sonuncuya aid hissədə icraat ayrılmış, Orxan Cəfərovun barəsində olan hissədə isə cinayət işinə baxılması davam etdirilmiş, daha sonra isə mahiyyəti üzrə baxılması üçün müvafiq məhkəməyə göndərilmişdir. Eyni zamanda hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs və Orxan Cəfərova eyni ittiham irəli sürüldüyündən və Orxan Cəfərov barəsində olan cinayət işi üzrə yekun məhkəmə aktı çıxarılmadığından hazırki iş üzrə Təqsirləndirilən şəxs Orxan Cəfərovla bağlı olan əməllərinə hüquqi qiymət verilməsi kifayət qədər mürəkkəb məsələyə çevrilmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsində onunla əlbir olan şəxs kimi Orxan Cəfərova istinad edilməsi sonuncunun təqsirsizlik prezumpsiyasının pozulmasına yol açan haldır. Odur ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilərkən onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etmiş şəxs məhkəmə tərəfindən qeyrisi kimi qəbul edilməlidir. Əks yanaşma hazırki məhkəmə aktı ilə Orxan Cəfərovun da əməllərinə hüquqi qiymət verilməsi ilə nəticələnəcək. Bu isə Orxan Cəfərovun təqsirsizlik prezumpsiyası kontekstində müdafiə hüququna qəsddir. Qeyd edilən mövqe, həmçinin “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında da nəzərdə tutulmuşdur. Belə ki, sözügedən qərarın 36-cı bəndində göstərilmişdir ki, başqa şəxslər haqqında cinayət təqibi üzrə icraat ayrılmışsa, hökmdə həmin şəxslərin soyadları göstərilmədən, cinayətin haqqında icraat ayrılmış başqa şəxslərlə birlikdə törədildiyi qeyd edilməlidir. Beləliklə, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyrisi ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində Mərkəz kimi adlanan ərazidə yerləşən "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşdığını və bankomatdan pul çıxartmaq istədiyini görmüş, həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müraciət edərək gözlərinin zəif gördüyünü bildirməklə sonuncudan bankomatdan pul çıxartmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs bank kartı vasitəsi ilə bankomatdan pul çıxararaq sonuncuya vermişdir. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs aldığı pul vəsaitini pulqabısına, pulqabısını isə əlində saxladığı çantasına qoymuşdur. Bu baş verərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus pulqabıda digər bank kartını görmüş, başqa sözlə, Təqsirləndirilən şəxs bankomatdan pul çıxarıb Zərərçəkmiş şəxs verdiyi vaxt sonuncunun pulunu və pulqabısında bank kartının olduğunu görmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs və yanında olan qeyrisi bunu gördükdən sonra Zərərçəkmiş şəxs nisbətən yaşlı və qadın olmasından sui-istifadə edərək sonuncuya məxsus pul vəsaitini talama yolu ilə ələ keçirmək istəmişlər. Faktiki olaraq həmin vaxt Təqsirləndirilən şəxs ilə qeyrisi arasında Zərərçəkmiş şəxs qarşı birlikdə cinayət törətmək barədə razılıq əldə olunmuş və təqsirkar şəxslərin cinayət törətmək barədə niyyətləri məhz həmin vaxt yaranmışdır. Bu məqsədlə Təqsirləndirilən şəxs qeyrisi ilə birlikdə Zərərçəkmiş şəxs arxasınca düşmüş və cinayət törətmək üçün yaranmış ilk fürsətdən istifadə edərək qəflətən heç kəsin olmadığı dar yerdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxadan hücum edərək ağzını tutub əvvəlcə səsini çıxartmamağı tələb etmiş, səsini çıxaracağı halda pis olacağını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindəki çantanı almaq istəmiş, sonuncu əlindəki çantanı verməkdən imtina etdikdə, Təqsirləndirilən şəxs daha fəal hərəkətlər edərək Zərərçəkmiş şəxs əlindəki çantanı dartaraq sonuncuya qarşı zorakılıq edib yerə yıxmışdır. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra da Təqsirləndirilən şəxs müqavimət göstərərək əlindəki çantanı verməmiş, bu vaxt Təqsirləndirilən şəxs yerə yıxılmış Zərərçəkmiş şəxs qarşı qanunsuz və zoraki hərəkətlərini davam etdirərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə sonuncuya sağ bazunun yuxarı və ön-bayır səthinin hematoması, hematoma fonunda sıyrığı kimi qəsdən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sağ almacıq nahiyəsinin, burunun sol yan çəpərinin sıyrıqları, sağ bazunun aşağı 1/3-nin bayır, sağ dirsək oynağının arxa, sağ və sol diz oynaqlarının ön səthlərinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan və dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs əlindəki çanta yerə düşmüş, bunu görən cinayətin digər iştirakçısı, yəni Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edən qeyrisi içərisində 283 manat nağd pul, Zərərçəkmiş şəxs aid şəxsiyyət vəsiqəsi və bank kartı olan, öz dəyəri isə 15 manat olan pulqabını yerə düşmüş çantadan götürərək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs da cinayətlə bağlı məqsədlərinə çatdığını həmin vaxt görərək hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmiş olduğu əməlləri ilə bağlı bir neçə məsələyə toxunmağı zəruri hesab edir. Belə ki, aşağıda qeyd edilən məsələlər bilavasitə əməlin tövsifi ilə bağlı olan məsələlərdir və həmin məsələlərə aydınlıq gətirilməklə əməlin tövsif edilməsi daha düzgün və ağlabatandır. Belə ki, məhkəmə araşdırmasında iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edilmişdir:

1. Cinayət hadisəsinin qaranlıq vaxtda baş verməsi,

2. Təqsirləndirilən şəxslərin iki nəfər olması,

3. Zərərçəkmiş şəxsin qadın olmaqla 60-dan yuxarı yaşının olması,

4. Təqsirləndirilən şəxs qeyrisi ilə birlikdə məhz zərərçəkmiş şəxsin çantasında pul vəsaitinin olmasını bilməsi, başqa sözlə, təqsirkar şəxslərin məqsədinin özgənin pul vəsaitinin ələ keçirilməsi olması,

5. Təqsirləndirilən şəxs qeyrisi ilə birlikdə zərərçəkmiş şəxsə basqın edərək özgənin pul vəsaitinin ələ keçirilməsinə yönəlmiş fəal hərəkətlər etməsi, yəni cinayət hadisəsinin qaranlıq vaxtda, heç kəsin olmadığı yerdə və zərərçəkmiş şəxs üçün gözlənilməz olduğu halda baş verməsi,

6. Zərərçəkmiş şəxsə basqının real şəkildə zorakılıqla müşayiət olunması və nəticədə zərərçəkmiş şəxsə çoxlu sayda xəsarət yetirilməsi,

7. Nəticə etibarı ilə zərərçəkmiş şəxsin pul vəsaitinin və pulqabısının qanunsuz şəkildə ələ keçirilməsi. Göstərilən halları, yəni cinayətin törədilməsi üsulunu, mexanizmini, törədilmə şəraitini və nəticəni ümumilikdə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq cinayətini törətmiş və bu cinayətin törədilməsində əsas rolu məhz Təqsirləndirilən şəxs icra etmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs qanunsuz əməllərini Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə tövsif edir. Həmçinin məhkəmə qeyd edir ki, cinayət hadisəsi baş verdikdən sonra Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayınmış, bu da törədilmiş cinayətin ibtidai araşdırmasında bir neçə problem yaratmış, yəni cinayətin digər iştirakçısı barədə icraat davam etdirildiyi halda, cinayət işi Təqsirləndirilən şəxs barəsində ayrıca icraata ayrılmışdır. Halbuki hər iki təqsirkar şəxsin barəsində bir icraatda ibtidai araşdırmanın aparılması daha səmərəli nəticələr verə bilərdi. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmə istintaqında verdiyi ifadəsində pul vəsaiti ilə yanaşı, həmçinin özünə aid olan şəxsiyyət vəsiqəsinin və bank kartının talanmasını iddia etmişdir. Eyni zamanda cinayət işinin materiallarında bu xüsusatla bağlı bir neçə sənəd var. Belə ki, ibtidai araşdırma zamanı ibtidai istintaqı həyata keçirən müstəntiq səlahiyyətli orqanlara müraciət edərək Zərərçəkmiş şəxs aid şəxsiyyət vəsiqəsi və bank kartının cinayət nəticəsində talandığını bildirmiş və göstərilən sənədlərin yenidən Zərərçəkmiş şəxs verilməsini xahiş etmişdir. Başqa sözlə, ibtidai istintaq orqanı quldurluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs aid şəxsiyyət vəsiqəsi və bank kartının qanunsuz şəkildə talanması nəticəsinə gəlmişdir. Lakin ibtidai istintaqın sonunda ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, təqsirkar şəxslər quldurluq cinayətini törədən zaman onları niyyəti yalnız özgənin pul vəsaitinin qanunsuz şəkildə talanmasına yönəlmiş, yəni həmin şəxslərin qəsdi özgənin şəxsiyyət vəsiqəsi və bank kartının talanmasına yönəlməmişdir. Məhz buna görə 28 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarda Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin və "xxxx"ın kartının talan edilməsinə dair fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə istintaqında da Zərərçəkmiş şəxs aid şəxsiyyət vəsiqəsinin və bank kartının quldurluq cinayəti nəticəsində talanması, habelə Təqsirləndirilən şəxs qeyrisi ilə birlikdə cinayət törədərkən niyyətinin məhz özgənin pul vəsaitinin qanunsuz şəkildə talanmasına yönəlməsi, təqsirkar şəxslərin qəsdinin özgənin şəxsiyyət vəsiqəsinin və bank kartının talanmasına yönəlməməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı bu hissədə düzgün nəticəyə gələrək 28 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərar əsasında cinayət təqibinin başlanmasını rədd etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törətməsi, bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs xüsusilə fəal şəkildə iştirak etməsi, yəni bilavasitə zərərçəkmiş şəxs Elmira Əsgorvaya qəflətən arxadan basqın edərək zorakılıq etməsi və nəticə etibarı ilə Zərərçəkmiş şəxs ümumilikdə 298 manat məbləğində maddi ziyan vurulması tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında Zərərçəkmiş şəxs qarşı cinayət törətmədiyini, sonuncuya zərər vurmadığını və pul vəsaitini ələ keçirmədiyini, əksinə Zərərçəkmiş şəxs qarşı cinayətin qeyrisi tərəfindən törədildiyini və cinayət hadisəsi baş verdikdən sonra qorxub qaçdığını iddia etsə də, məhkəmə bu hissədə Təqsirləndirilən şəxs ifadəsini mötəbər saymır və hesab edir ki, Təqsirləndirilən şəxs belə məzmunda ifadə verməklə öz təqsirini cinayətin digər iştirakçısının üstünə atmaqla cinayət məsuliyyətindən qaçmaq istəmişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq cinayətini törətməsi və əldə edilmiş razılığa əsasən məhz Təqsirləndirilən şəxs əvvəlcə Zərərçəkmiş şəxs arxadan basqın etməsi ibtidai araşdırma zamanı əldə edilmiş və məhkəmə istintaqı zamanı obyektiv şəkildə araşdırılmış mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə istintaqında şahid qismində dindirilmiş qeyrisi də qeyrimüəyyən ifadə verərək əsl həqiqəti gizlətmişdir. Bu səbəbdən məhkəmə qeyrisinin də məhkəmədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət hadisəsindən sonra ibtidai istintaq orqanından kifayət qədər uzun müddət ərzində qaçıb gizlənməsi də ona dəlalət edir ki, o, törətmiş olduğu cinayətin xarakterini, mahiyyətini və ictimai təhlükəliliyini dərk edərək ibtidai istintaqdan yayınaraq məsuliyyətdən qaçmaq məqsədi güdmüşdür. Lakin buna müvəffəq ola bilməmişdir. Təqsirləndirilən şəxs ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, o, əvvəllər də özgə əmlakını qanunsuz şəkildə ələ keçirdiyinə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə isə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun əvvəllər törətdiyi cinayət əməlləri hazırki ittihamla və əməlin tövsifi ilə əlaqədar olmasa da, məhkəmə hesab edir ki, bu kimi hallar onun cinayət törətməyə meyilli olan şəxs kimi səciyyələndirir. Həmçinin bu hissədə məhkəmə qeyd edir ki, o, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2022-ci il tarixdə dövlət tərəfindən ona güzəşt edilərək amnistiya aktı ilə cəzası 6 (altı) ay azaldılmasına, yəni xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, təxminən 3 (üç) aydan sonra daha da irəli gedərək qəsdən ağır cinayət törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olması və əvvəlki cəzalar vasitəsi ilə islah olunmaması cəza təyini zamanı diqqətdən qaçmamalı və mütləq qaydada qeyd edilən hallar nəzərə alınmaqla ona cəza təyin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilən və izahı verilən halları məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə - quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 23-cü bəndində, həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Sözügedən qərarın 25-ci bəndində göstərilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və sair), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn: silah maketi, oyuncaq xəncəl), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə onun əməlini Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmiş və həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli başa çatmış cinayətdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və 2 (iki) uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin residivi (sadə residiv) müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2022-ci il tarixdə məhkəmə qərarı ilə amnistiya aktına əsasən cəzasının 6 (altı) ay azaldılmasına, yəni xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda yenidən qəsdən ağır cinayət törətmişdir. Başqa sözlə, o, az ağır cinayət törətməyə görə üzərində ödənilməmiş məhkumluğu olduğu halda yenidən qəsdər ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin sadə residivini təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə cinayət törətməyə meyilli olmasını, əvvəlki cəzaların onu islah etməyə kifayət etməməsini, əməlində sadə residivin olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsinin sanksiyasına əsasən yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər də həmcins və başqa cinayət əməllərini törətmişdir. O, törətdiyi cinayət əməllərinə görə aşağı həddə cəzalandırılmışdır. Onun barəsində məhkəmələr tərəfindən humanist qərarlar çıxarılsa da, o, dövlətin ona göstərmiş olduğu humanist addımdan və ona göstərilmiş güzəştdən heç bir nəticə çıxarmamışdır. Başqa sözlə, o, törətdiyi əməllərdən nəticə çıxarmamış və islah olunmamış, əksinə cinayət törətməyə daha da meyilli olmuşdur. Belə olduğu halda, Cinayət Məcəlləsinə əsasən Təqsirləndirilən şəxs daha sərt (ağır) cəza təyin edilməlidir. Eyni zamanda onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməlidir. Qanunun bu tələbi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli onun axtarışda olduğu vaxt tutulduğu gündən, yəni 20 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmaq hüququ izah edilməlidir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 20 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar