Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-759/2024 29.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X7 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1993-cü ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, yetkinlik yaşına çatmayan bir uşağı olan, işləməyən, orta təhsilli, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə isə onun üzərində 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1993-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, yetkinlik yaşına çatmayan iki uşağı olan, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Ağzıbır kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin qərarı dəyişdirilərək 05 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, İran İslam Respublikası vətəndaşının verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1925 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 970 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 19 yanvar 2023-cu il tarixdə saat 20:40-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş, Baş İdarədə üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı bir ədəd polietilen paketin içərisindən 02 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 960 qram və 965 qram olmaqla ümumilikdə külli miqdarda 1925 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bağlamada külli miqdarda 970 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da o, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı ilə əwəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, İran İslam Respublikası vətəndaşının verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1925 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 970 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib ünvan 3 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Rçspublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 19 yanvar 2023-cü il tarixdə saat 20:40da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş, Baş İdarədə üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı bir ədəd polietilen paketin içərisindən 02 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 960 qram və 965 qram olmaqla ümumilikdə külli miqdarda 1925 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bağlamada külli miqdarda 970 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək görürülmüşdür. Bununla da o, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, atası ilə bir yerdə fəhlə işləyirdi. Həmin günü evə tez gəlmişdi, Xəqani ona zəng elədi ki, bir yer var ora gedək, o da etiraz etməyib. Xəqani onun məhlə uşağıdır, ordan tanıyır. Əvvəllər narkotik vasitədən istifadə edib, son illər istifadə etmir. Bir yerdə narkotik istifadə ediblər. Xəqani onu günün 2-ci yarısında çağırdı. Niyə getdiklərini bilmirdi. Xəqaninin halı pis olduğundan maşını o sürüb. Narkotik vasitənin təsiri altında idi. Maşın Xəqaninin atasının maşını idi, “Toyota Prius” markalı maşın idi. Hara getdiklərini soruşmayıb. Binanın həyətinə giriblər, elə bilib dostu ilə görüşür. Montin ərazisinə gedib, orda maşından düşüb 10 metr uzaqlaşmışdılar ki, polis əməkdaşları onları tutub. Onlar tutulanda hava qaralmışdı. Tutulan vaxtı ona fiziki təsir olub, döyüb maşına mindiriblər. Maşına mindirəndə bir-iki dənə vurdular. Tutulan zaman üzərində narkotik vasitə yox idi. Sonra idarəyə gətirdilər, videoçəkilişdən istifadə olunub. Sonra da bölmədə döydülər. Bədən nahiyəsindən vururdular. İkisini də eyni vaxtda döyürdülər. Tutulan zaman onlara hüquqları izah olunmayıb. Bölmədə iki ədəd qırmızı sellofan torba gətirib ortaya qoydular ki, bunu siz götürməlisiniz. Üzərinə baxış keçirilən zaman yanında vəkil olmayıb. Onlara təzyiq olandan, idarəyə gedəndən 30 dəqiqə sonra müdafiəçilər gəldi. Çəkiliş vaxtı onlara demişdilər ki, bunları deyərsiniz. Videoçəkilişdə əlinə torba veriblər ki, bu sənindir. Bilmir ki, torbanı niyə ona təklif edirdilər. Döymə faktı ilə bağlı prokurorluğa şikayət edib. Döyülməyi ilə bağlı araşdırma aparılıb, rədd edilib. ***-***-**-** nömrəli telefondan istifadə edirdi. Heç kim ona zəng vurub, heç nə istəməyib. O, niyə tutduqlarını bölmədə bilib. Bölməyə qədər o, heç nə bilmirdi. Xəqaninin dediyi kimi olmayıb, ona heç nə deməyib. Montinə niyə getdikləri barədə ona heç nə deməyib. Birinci maşından o düşüb. Çatdıqdan sonra siqaret çəkməyə düşüb. Kürdəxanıda polis təzyiqi altında olduğu üçün, ifadələrini dəyişib, amma burda təzyiq olmadığı üçün indi düzgün ifadə verir. Hadisə yerində heç kim onlara yaxınlaşıb, özünü təqdim etməyib İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatdadır, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, fərdi yaşayış evində yaşayır. ***-***-**-** saylı nömrəni istifadə edir. Təqsirləndirilən şəxs1 ilə dostluq münasibətləri vardır. Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində qonşuluqda yaşayırlar. Hazırda psixotrop maddə metamfetamin qəbul edir. Xəqani isə həm narkotik vasitə heroin, həm də psixotrop maddə metanfetamin qəbul edir. Maddi imkanı zəif olduğu üçün Xəqani özünə aldığı psixotrop maddədən qəbul etmək üçün təmənnasız olaraq ona da verir, birlikdə qeyd olunan maddədən istifadə edirlər. 2022-ci ilin noyabr ayında Xəqani ona bildirmişdir ki, o, bir nəfər İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur, həmin şəxsdən ucuz qiymətə narkotik vasitə və psixotrop maddələr alır. Xəqani həmin şəxsə “Rəis” deyə müraciət etmişdir. Həmin dövrdə Xəqaninin mobil telefonu bir müddət işləmədiyi üçün ona bildirmişdir ki, telefon nömrəsini həmin İİR-nın vətəndaşına vermiş və özünə zəng çatmayanda İİR-nın vətəndaşı onunla əlaqə saxlayacaqdır. Eyni zamanda həmin şəxsin mobil telefon nömrəsini vermiş və telefonunun yaddaşına qeyd etmişdir. Sonrakı müddətdə həmin İİR-nın vətəndaşı bir neçə dəfə onunla əlaqə saxlayıb Xəqaniyə zəng çatmadığını bildirmiş və bu barədə Xəqaniyə məlumat vermişdir. 19 yanvar 2023-cü il tarixdə saat 17:00-17:30 radələrində Xəqani bridirmişdir ki, İİR-nın vətəndaşı “Rəis” adı ilə müraciət etdikləri şəxs tərəfindən ona külli miqdarda narkotik vasitələr və psixotrop maddələr göndəriləcək, birlikdə gedib həmin narkotik vasitə və psixotrop maddəni götürəcəkləri halda ona istifadə etmək üçün psixotrop maddə verəcəkdir. O da Xəqaninin təklifi ilə razılaşıb birlikdə narkotik vasitələri götürməyə gedə biləcəyini demişdir. 19 yanvar 2023-ci il tarixdə axşam vaxtı “Rəis” adı ilə müraciət etdikləri şəxs Xəqaninin mobil telefonuna narkotik vasitənin və psixotrop maddənin gizlədildiyi yerin fotoşəkilləri və xəritə üzrə məkan göndərmiş, bundan sonra həmin günü axşam vaxtı birlikdə İran İslam Respublikasının vətəndaşının verdiyi məlumat əsasında Xəqaninin atasına məxsus olan “Toyota Prius” markalı, **-CR-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Montin” qəsəbəsinə gəlmişlər. Avtomobili yol kənarında saxlayıb ikisi də düşüb ətrafa baxmışlar. İçərisində narkotik vasitə və psixotrop maddə olan qırmızı rəngli sellofan torbanın gizlədildiyi yeri Xəqani ilə birlikdə axtarıb tapmışlar. Xəqani ətrafa baxacağını söyləyib ona qeyd olunan torbanı cəld şəkildə götürməyini tapşırmışdır. Torbaya yaxınlaşıb götürmüş və Xəqani tərəfə gəlmişdir. Avtomobilə yaxınlaşmaq istəyən zaman saat 20:40 radələrində 5 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarım soruşmuşlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğumuzu bildirib barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda onun əlində olan qırmızı rəngli sellofan torbanın içərisində narkotik vasitə və psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə idarə etdikləri avtomobillə həmin idarəyə gəlmişlər. Polis idarəsində onun və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə onun və Xəqani Əzizilinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əlində saxladığı qırmızı rəngli sellofan torbanın içərisindən 02 ədəd sellofan bağlamada narkotik vasitə heroin və 01 ədəd sellofan bağlamada psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bundan sonra əlində saxladığı sellofan torbadan aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metanfetamin polis əməkdaşları tərəfindən aşkar edildiyi sellofan torbada qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Eyni zamanda üzərindən aşkar edilmiş mobil telefon, 01 ədəd plastik bank kartı və özünə məxsus olan şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib və üzərində olan əşyaları polis əməkdaşlarına təqdim etdi. Təqdim etdiyi mobil telefon polis əməkdaşları tərəfindən götürüldü. Sorğu zamanı özü və eyni zamanda Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni İİR-nın vətəndaşı “Rəis” adı ilə müraciət etdikləri şəxsdən necə və hansı formada əldə etmələri barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs1 eyni zamanda bildirmişdir ki, o, İİR-ın vətəndaşı tərəfindən göndərilən narkotik vasitə heroindən 10 qram və psixotrop maddə metanfetamindən 10 qram çəkidə özünə götürəcəkdir, götürdüyü narkotik vasitənin 10 qram çəkidə olan hissəsinin 250 manat pulunu həmin şəxsin göndərdiyi kart hesabına göndərəcək, qalan 10 qram çəkidə olan hissəsini isə “Rəis” adı ilə müraciət etdiyi şəxs onun göndərdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni götürüb özündə saxlaması və sonradan onun dediyi vaxtda müəyyən bir yerə qoyub həmin yerin şəkilini çəkib həmin şəxsə göndərməsi müqabilində ona pay verəcəkdir. Təqsirləndirilən şəxs2 əlavə dindirilən zaman ifadəsində göstərmişdir ki, istintaqa verdiyi ilkin ifadələri təsdiq etmir. Əvvəllər psixotrop maddə istifadə etsə də, son bir il ərzində istifadə etməmişdir. Lakin Xəqani nömrəsini tanımadığı şəxsə vermişdir və həmin şəxs də bir dəfə onunla əlaqə saxlayıb Xəqani barədə maraqlanmışdır. 19 yanvar 2023cü il tarixdə evdə olarkən Xəqani onunla əlaqə saxlayıb Montin qəsəbəsinə gedə biləcəklərini soruşmuşdur. Bekar olduğu üçün onun təklifini qəbul etmişdir. Xəqani ona qeyd olunan ünvana hansı məqsəd ilə getmələrini söyləməmişdir. Bundan sonra Xəqaninin atasına məxsus “Toyoto Prius” markalı avtomobili idarə edib Xəqani ilə birlikdə Montin qəsəbəsinə gəlmişlər. Orada Xəqaninin mobil telefonuna məkan göndərilmiş və həmin istiqamətdə hərəkət etmişlər. Orada avtomobildən düşüb bir qədər uzaqlaşmışlar. Bir qədər piyada hərəkət etdikdən sonra onu arxadan kimsə tutmuşdur. Nə baş verdiyini anlamamış və arxaya çevriləndə Xəqanin də tutulduğunu görmüşdür. Sonra onları maşına mindirib idarəyə aparmışlar. İdarədə polis əməkdaşları tərəfindən psixi və fiziki təsirlər edilmişdir. Hətta həmin vaxtı Xəqani polis əməkdaşlarına demişdir ki, Şəmistanlıq bir şey yoxdur, bu hadisədən onun xəbəri yoxdur, onu buraxın getsin. Göstərilən fiziki təsir nəticəsində huşunu itirmişdir. Sol qulağı şişmişdir. Bundan sonra polis əməkdaşları qırmızı rəngdə sellefon torbanı gətirmişlər və onlara demişlər ki, etiraf edin bu sizə məxsusdur. Polis əməkdaşının biri torbanı mənə uzadıb demişdir ki, bunu sən əlində tut. Qorxusundan həmin torbanı əlində tutmuşdur. Həmin qırmızı torbanı ilk dəfə idarədə görmüşdür. Heç vaxt Xəqanidən narkotik vasitə və ya psixotrop maddə almadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, fərdi yaşayış evində yaşayır. ***-***-**-** saylı nömrəni istifadə edir. Psixotrop maddə metamfetamin və narkotik vasitə heroindən istifadə edir. 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan cəzası dəyişdirilmiş və azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 2022-ci ilin avqust ayında azadlığa çıxmışdır. Təqsirləndirilən şəxs2 ilə dostluq münasibəti vardır. Şəmistan da psixotrop maddə metamfetamindən istifadə edir. Bakı şəhərində psixotrop maddə metamfetaminin qiyməti baha olduğu üçün qərara gəlmişdir ki, həmin maddəni İran İslam Respublikası vətəndaşından əldə etsin. Əvvəllər bir neçə tanıdığı narkotik vasitə istifadə edən şəxslərin İran İslam Respublikası vətəndaşlarından daha ucuz qiymətə narkotik vasitə aldıqlarını eşitdiyi üçün 2022-ci ilin noyabr ayında İnstaqram sosial şəbəkəsinə daxil olub İran İslam Respublikası vətəndaşı ilə əlaqə qurmağa başlamışdır. Bir neçə gün həmin şəxs ilə danışdıqdan sonra ondan psixotrop maddə metamfetamin göndərə biləcəyini soruşmuşdur. X12 Respublikası vətəndaşı kimi təqdim edən şəxs isə metamfetaminin 1 qramının 20-25 manat olduğunu söyləmişdir. Onun göndərdiyi karta 250 manat məbləğində pul yükləmişdir. “Rəis” adı ilə müraciət etdiyi İran İslam Respublikası vətəndaşı “whatsapp” proqramından konum göndərib 10 qram çəkidə psixotrop maddə metamfetaminin öz adamları tərəfindən Lökbatan qəsəbəsi ərazisinə yerləşdirildiyini və gedib oradan götürməyini söyləmişdir. O da həmin əraziyə gedib 10 qram çəkidə psixotrop maddə metamfetamini götürmüş və bir neçə gün ərzində həmin metamfetamini istifadə etmişdir. Bundan sonra “Rəis” adı ilə müraciət etdiyi İran İslam Respublikası vətəndaşına növbəti dəfə psixotrop maddə sifariş vermişdir. O, psixotrop maddənin Əhmədli qəsəbəsi ərazisində olmasını bildirmişdir. Həmin ünvana getsə də, orada narkotik vasitə tapa bilməmişdir. Bundan sonra bir neçə dəfə İran İslam Respublikasından psixotrop maddə almışdır. Psixotrop maddəni aldıqdan sonra dostu Təqsirləndirilən şəxs2 da pay olaraq təmannasız istifadə etmək üçün vermişdir. Bir müddət mobil telefonu işləmədiyi üçün İran İslam Respublikası vətəndaşı “Rəis” adı ilə müraciət etdiyi şəxsə dostu Təqsirləndirilən şəxs2 nömrəsindən yığıb öz mobil telefonunun işləmədiyini, ehtiyac olarsa dostunu yığıb onu tapa biləcəyini söyləmişdir. Bundan sonra bir neçə dəfə “Rəis” Şəmistanın mobil telefonuna yığmış, onun vasitəsi ilə əlaqə qurmuşlar. Sonuncu dəfə 19 yanvar 2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı “Rəis” ilə danışan zaman o, həmin gün narkotik vasitə və psixotrop maddələr göndərəcəyini və gedib götürməyini xahiş etmişdir. “Rəis” adı ilə müraciət etdiyi şəxs narkotik vasitə və psixotrop maddəni çox göndərəcəyini, narkotik vasitələr olan torbanı götürüb oradan 10 qram çəkidə narkotik vasitə heroin və 10 qram çəkidə psixotrop maddə metamfetamini özü üçün götürməyini, həmin maddələrdən 10 qramının pulunu yəni 250 manatı deyəcəyi karta göndərməyini, qalan 10 qramını isə ona görəcəyi işin, yəni torbanı bir yerdən götürüb deyəcəyi ünvana qoymağı müqabilində verdiyini söyləmişdir. Həmin təklif ilə razılaşıb bu barədə dostu Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Şəmistan da təklifi ilə razılaşmış və onlar İran İslam Respublikası vətəndaşı “Rəis” adı ilə müraciət etdikləri şəxsdən xəbər gözləmişlər. Həmin gün artıq hava qaralana yaxın “Rəis” onunla əlaqə saxlayıb narkotik vasitələrin saat 20 radələrində Bakı şəhəri, Montin qəsəbəsi ərazisinə qoyulacağım söyləmiş və həmin ünvana gedib qeyd olunan torbanı götürməyini, danışıqlarına uyğun miqdarda narkotik vasitə və psixotrop maddə götürüb qalan hissəsini isə deyəcəyi ünvana atmağını tapşırmışdır. “Rəis” adı ilə müraciət etdiyi şəxs mobil telefonuna narkotik vasitənin gizlədildiyi yerin fotoşəkilləri və xəritə üzrə məkan göndərmiş, bundan sonra həmin günü axşam vaxtı Təqsirləndirilən şəxs2la birlikdə İran İslam Respublikasının vətəndaşının verdiyi məlumat əsasında atasına məxsus olan “Toyota Prius” markalı, **-CR-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Montin” qəsəbəsinə gəlib içərisində narkotik vasitə və psixotrop maddə olan 01 ədəd qırmızı rəngli sellofan torbanın gizlədildiyi yeri Təqsirləndirilən şəxs2la birlikdə axtarıb tapmışdır. Kənarda durub ətrafa nəzər yetirmiş və Şəmistana torbanı cəld şəkildə götürüb gəlməyini demişdir. Şəmistan cəld şəkildə torbanı götürüb ona tərəf gəlmiş və birlikdə avtomobilə tərəf irəliləmişlər. Avtomobilin yanına yaxınlaşan zaman saat 20:40 radələrində onlara 5 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda Təqsirləndirilən şəxs2 əlində olan qırmızı rəngli sellofan torbanın içərisində narkotik vasitə və psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə idarə etdikləri avtomobillə həmin idarəyə gəlmişlər. Polis idarəsində hər iksinin hüquqlarının müdafiə edilinəsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə hər iksinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əlində saxladığı qırmızı rəngli sellofan torbanın içərisindən 02 ədəd sellofan bağlamada narkotik vasitə heroin və 01 ədəd sellofan bağlamada psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 əlində saxladığı sellofan torbadan aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metanfetamin polis əməkdaşları tərəfindən aşkar edildiyi sellofan torbada qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş mobil telefon, 01 ədəd plastik bank kartı və özünə məxsus olan şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan scnra öz üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığım bildirib üzərində olan əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı birlikdə saxlanıldığı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni İİR-nm vətəndaşı “Rəis” adı ilə müraciət etdiyi şəxsdən necə və hansı formada almaları barədə pclis əməkdaşlarına məlumat vermişdir. İİR-nın vətəndaşı tərəfindən göndərilən narkotik vasitə heroindən 10 qram və psixotrop maddən metamfetamindən 10 qram çəkidə özünə götürəcəyəni, götürdüyü narkotik vasitənin 10 qram çəkidə olan hissəsinin 250 manat pulunu həmin şəxsin göndərdiyi kart hesabına göndərəcəyini, qalan 10 qram çəkidə olan hissəsini isə “Rəis” adı ilə müraciət etdiyi şəxs onun göndərdiyi küili miqdarda narkotik vasitə və psixotrop maddəni götürüb özündə saxlamağı və sonradan onun dediyi vaxtda müəyyən bir yerə qoyub həmin yerin şəklini çəkib göndərməyi müqabilində pay verdiyini bildirmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, fərdi yaşayış evində yaşayır. ***-***-**-** saylı nömrəni istifadə edir. Psixotrop maddə metamfetamin və narkotik vasitə heroindən istifadə edir. 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan cəzası dəyişdirilmiş və azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 2022-ci ilin avqust ayında azadlığa çıxmışdır. Təqsirləndirilən şəxs2 ilə dostluq münasibəti vardır. Şəmistan da psixotrop maddə metamfetamindən istifadə edir. Bakı şəhərində psixotrop maddə metamfetaminin qiyməti baha olduğu üçün qərara gəlmişdir ki, həmin maddəni İran İslam Respublikası vətəndaşından əldə etsin. Əvvəllər bir neçə tanıdığı narkotik vasitə istifadə edən şəxslərin İran İslam Respublikası vətəndaşlarından daha ucuz qiymətə narkotik vasitə aldıqlarını eşitdiyi üçün 2022-ci ilin noyabr ayında İnstaqram sosial şəbəkəsinə daxil olub İran İslam Respublikası vətəndaşı ilə əlaqə qurmağa başlamışdır. Bir neçə gün həmin şəxs ilə danışdıqdan sonra ondan psixotrop maddə metamfetamin göndərə biləcəyini soruşmuşdur. X12 Respublikası vətəndaşı kimi təqdim edən şəxs isə metamfetaminin 1 qramının 20-25 manat olduğunu söyləmişdir. Onun göndərdiyi karta 250 manat məbləğində pul yükləmişdir. “Rəis” adı ilə müraciət etdiyi İran İslam Respublikası vətəndaşı “watsapp” proqramından konum göndərib 10 qram çəkidə psixotrop maddə metamfetaminin öz adamları tərəfindən Lökbatan qəsəbəsi ərazisinə yerləşdirildiyini və gedib oradan götürməyini söyləmişdir. O da həmin əraziyə gedib 10 qram çəkidə psixotrop maddə metamfetamini götürmüş və bir neçə gün ərzində həmin metamfetamini istifadə etmişdir. Bundan sonra “Rəis” adı ilə müraciət etdiyi İran İslam Respublikası vətəndaşına növbəti dəfə psixotrop maddə sifariş vermişdir. O, psixotrop maddənin Əhmədli qəsəbəsi ərazisində olmasını bildirmişdir. Həmin ünvana getsə də, orada narkotik vasitə tapa bilməmişdir. Bundan sonra bir neçə dəfə İran İslam Respublikasından psixotrop maddə almışdır, Psixotrop maddəni aldıqdan sonra dostu Təqsirləndirilən şəxs2 da pay olaraq təmannasız istifadə etmək üçün vermişdir. Bir müddət mobil telefonu işləmədiyi üçün İran İslam Respublikası vətəndaşı “Rəis” adı ilə müraciət etdiyi şəxsə dostu Təqsirləndirilən şəxs2 nömrəsindən yığıb öz mobil telefonunun işləmədiyini, ehtiyac olarsa dostunu yığıb onu tapa biləcəyini söyləmişdir. Bundan sonra bir neçə dəfə “Rəis” Şəmistamn mobil telefonuna yığmış, onun vasitəsi ilə əlaqə qurmuşlar. Sonuncu dəfə 19 yanvar 2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı “Rəis” ilə danışan zaman o, həmin gün narkotik vasitə və psixotrop maddələr göndərəcəyini və gedib götürməyini xahiş etmişdir. “Rəis” adı ilə müraciət etdiyi şəxs narkotik vasitə və psixotrop maddəni çox göndərəcəyini, narkotik vasitələr olan torbanı götürüb oradan 10 qram çəkidə narkotik vasitə heroin və 10 qram çəkidə psixotrop maddə metamfetamini özü üçün götürməyini, həmin maddələrdən 10 qramının pulunu yəni 250 manatı deyəcəyi karta göndərməyini, qalan 10 qramını isə ona görəcəyi işin, yəni torbanı bir yerdən götürüb deyəcəyi ünvana qoymağı müqabilində verdiyini söyləmişdir. Həmin təklif ilə razılaşıb bu barədə dostu Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Şəmistan da təklifi ilə razılaşmış və onlar İran İslam Respublikası vətəndaşı “Rəis” adı ilə müraciət etdikləri şəxsdən xəbər gözləmişlər. Həmin gün artıq hava qaralana yaxın “Rəis” onunla əlaqə saxlayıb narkotik vasitələrin saat 20 radələrində Bakı şəhəri, Montin qəsəbəsi ərazisinə qoyulacağım söyləmiş və iıəmin ünvana gedib qeyd olunan torbanı götürməyini, danışıqlarına uyğun miqdarda narkotik vasitə və psixotrop maddə götürüb qalan hissəsini isə deyəcəyi ünvana atmağını tapşırmışdır. “Rəis” adı ilə müraciət etdiyi şəxs mobil telefonuna narkotik vasitənin gizlədildiyi yerin fotoşəkilləri və xəritə üzrə məkan göndərmiş, bundan sonra həmin günü axşam vaxtı Təqsirləndirilən şəxs2la birlikdə İran İslam Respublikasının vətəndaşının verdiyi məlumat əsasında atasına məxsus olan “Toyota Prius” markalı, **-CR-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Montin” qəsəbəsinə gəlib içərisində narkotik vasitə və psixotrop maddə olan 01 ədəd qırmızı rəngli sellofan torbanın gizlədildiyi yeri Təqsirləndirilən şəxs2la birlikdə axtarıb tapmışdır. Kənarda durub ətrafa nəzər yetirmiş və Şəmistana torbanı c əld şəkildə götürüb gəlməyini demişdir. Şəmistan cəld şəkildə torbanı götürüb ona tərəf gəlmiş və birlikdə avtomobilə tərəf irəliləmişlər. Avtomobilin yanına yaxınlaşan zaman saat 20:40 radələrində onlara 5 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda Təqsirləndirilən şəxs2 əlində olan qırmızı rəngli sellofan torbanın içərisində narkotik vasitə və psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə idarə etdikləri avtomobillə həmin idarəyə gəlmişlər. Polis idarəsində hər iksinin hüquqlarının müdafiə edilinəsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə hər iksinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əlində saxladığı qırmızı rəngli sellofan torbanın içərisindən 02 ədəd sellofan bağlamada narkotik vasitə heroin və 01 ədəd sellofan bağlamada psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 əlində saxladığı sellofan torbadan aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metanfetamin polis əməkdaşları tərəfindən aşkar edildiyi sellofan torbada qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş mobil telefon, 01 ədəd plastik bank kartı və özünə məxsus olan şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan scnra öz üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığım bildirib üzərində olan əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı birlikdə saxlanıldığı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni İİR-nm vətəndaşı “Rəis” adı ilə müraciət etdiyi şəxsdən necə və hansı formada almaları barədə pclis əməkdaşlarına məlumat vermişdir. İİR-nın vətəndaşı tərəfindən göndərilən narkotik vasitə heroindən 10 qram və psixotrop maddən metanfetamindən 10 qram çəkidə özünə götürəcəyəni, götürdüyü narkotik vasitənin 10 qram çəkidə olan hissəsinin 250 manat pulunu həmin şəxsin göndərdiyi kart hesabına göndərəcəyini, qalan 10 qram çəkidə olan hissəsini isə “Rəis” adı ilə müraciət etdiyi şəxs onun göndərdiyi küili miqdarda narkotik vasitə və psixotrop maddəni götürüb özündə saxlamağı və sonradan onun dediyi vaxtda müəyyən bir yerə qoyub həmin yerin şəklini çəkib göndərməyi müqabilində pay verdiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 19 yanvar 2023-cü ildə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışı ilə məşğuldur. Həmin məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradıldı. Həmin gün axşam üstü Nərimanov rayonu Montin ərazisinə getmiş, Təqsirləndirilən şəxs1 atasına məxsus avtomobili müəyyən eləmiş, bir müddət müşahidə eləmişlər. Sonra onlara yaxınlaşıb özlərini təqdim eləmiş, qərarla tanış eləmiş və həmin şəxsləri idarəyə aparmışlar. İdarəyə dəvət olunduqdan sonra üzərlərinə vəkillərin iştirakı ilə, videoçəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 əlindəki torbalara baxış zamanı bir torbadan iki büküm, iki torba heroinə bənzər kütlə və bir büküm də psixotrop maddə aşkar olundu və qabalaşdırıldı. Danışıq zamanı bildirdilər ki, həmin narkotik vasitəni İran İslam Respublikasından “Rəis” adlı şəxsdən Təqsirləndirilən şəxs1 alıb və həmin narkotik vasitəni bir müddət özündə saxladıqdan sonra başqa yerə qoyub, onun konumunu İran vətəndaşına atmalı idi, onu da Xəqaniyə verməli idi. Xəqani də götürəcəyi narkotik vasitədən Şəmistana da verməli idi. İstintaq Təcridxanasında onların təqsirləndirilən şəxslərlə üzləşməsi oldu. Qrup rəhbəri o olub. Onlar əməliyyat qrupunda 8 nəfər yox, 5 nəfər olublar. Təqsirləndirilən şəxslər saxlanılan zaman hər hansı bir fiziki və ya psixi təsirə məruz qalmayıblar. Onlar nə əvvəl, nə də idarədə döyülüblər. Onlara vəkil təqdim olunmuşdu. Maşın küçənin qırağında dayanmışdı. Axşam saat 9-a yaxın olardı. Konkret olaraq qrup rəhbəri olaraq birinci o yaxınlaşıb, qərarla tanış eləyib. İkisini də bir maşında aparıblar. Baxış idarədə keçirilib. Torbanın rəngi yadında deyil. Dindirməni təhqiqatçı aparıb, amma tutulan zaman ilkin şifahi olaraq o danışıb. İdarəyə aparıb təhqiqatçıya təqdim ediblər. Təhqiqatçının kim olması yadında deyil. Təqsirləndirilən şəxs1 özünü müdafiə xarakterli ifadə verir, vətandaş istədiyi ifadəni verə bilər, o demək deyil ki, dedikləri həqiqətdir, məsələn Teymurov üç dəfə ifadəsini dəyişib. Əməliyyat tapşırığını müstəntiq vermişdi. Bildirdilər ki, narkotik vasitəni deyilən konuma qoyacaqdılar, onun müqabilində onlara 10 qram narkotik vasitə veriləcəkdi. Neçəyə aldığını deməyiblər. Ola bilsin əvvəlki ifadəsində neçəyə aldığını deyib, indi yadında deyil. Təxirəsalınmaz əməliyyat tədbiri olduğuna görə hadisə yerinə gedən vaxtı videoçəkiliş olmayıb. Video çəkiliş təhqiqatçının yanında vəkl gələndən sonra aparılıb, vaxtını dəqiq deyə bilmir. Onları idarəyə gətirməkləri nə qədər zaman alması yadında deyil. Əməliyyat məlumatını rəsmiləşdiriblər. Həmin ərazidə heç bir müşahidə kameraları yox idi. Onları birlikdə, öz maşınlarında, yəni Xəqaninin atasına məxsus Prius markalı avtomobildə aparıblar. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. 19 yanvar 2023-cü il tarixdə Baş İdarəyə ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 və Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvlərini təlimatlandırarkən Baş İdarəyə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin onların xarici əlamətlərini bildirmişdir. 19 yanvar 2023-cü il tarixdə axşam saatlarında birlikdə Baş İdarədən çıxıb həmin gün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olacağı Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsinə gəlmişlər. Bir qədər həmin ərazidə müşahidə aparmışlar. Saat 20:40-da ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı, 77- CR-185 qeydiyyat nişanlı avtomobilin yanında iki nəfər şəxsin piyada hərəkət etməsini görmüşlər. Onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib onlara özlərini təqdim etmələrini söyləmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmalarını söyləmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə Baş İdarəyə məlumatın daxil olduğu bildirilmişdir. Bundan sonra qəbul edilmiş "əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarla tanış edilmişlər. Onlar səmimi olaraq etiraf edib İran İslam Respublikası vətəndaşı ilə münasibətlərinin olmasını, hazırki yerə həmin şəxsin göstərişi ilə gəlib narkotik vasitələr olan torbanı götürdüklərini, Təqsirləndirilən şəxs2 əlində olan torbanın içərisində narkotik vasitə və psixotrop maddələrin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Baş İdarəyə gətirilmişdir. Baş İdarədə hər ikisi hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi ilə təmin edilmişlər. Sonra hər ikisinin üzərinə təhqiqatçı tərəfindən videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əıəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində, yəni sağ əlində saxladığı qırmızı rəngli sellofan torbanın içərisində “kakos” və “şüşə” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib, sağ əlində saxladığı qırmızı rəngli sellofan torbanı, eyni zamanda əynində olan şalvarın cibində olan 01 ədəd “Konor” markalı mobil telefonu, özünə məxsus olan şəxsiyyət vəsiqəsini və 01 ədəd plastik bank kartını, əynində olan şalvarın sol arxa cibində olan 17 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi qırmızı rəngli sellofan torbanın içərisində “kakos” və “şüşə” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan torba açıldıqda torbanın içərisindən 01 ədəd qara rəngli sellofan bağlama və 02 ədəd şəffaf sellofan bağlama aşkar olunmuşdur. Həmin sellofan bağlamalar iştirakçıların şahidliyi ilə açıldıqda 01 ədəd qara rəngli sellofan bağlamanın içərisində olan şəffaf sellofan bağlamanın içərisində kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddə, 02 ədəd sellofan bağlamanın içərisində isə qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 01 ədəd sellofan bağlamada olan psixotrop maddə metamfetaminə oxşar maddə və 02 ədəd sellofan bağlamada olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan aşkar edildiyi sellofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş mobil telefon, onun özünə məxsus olan şəxsiyyət vəsiqəsi və 01 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan şalvarın cibində olan 01 ədəd '‘Samsung” markalı mobil telefonu, 20 manat pulu və 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Eyni zamanda aşkar edilmiş 20 manat pul və 01 ədəd avtomobil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 onunla birlikdə polis əməkdaşları tərəfindən saxlanılmış tanışı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar və narkotik vasitə heroinə oxşar maddələri adını və digər anket məlumatlarını dəqiq bilmədiyi “Rəis” adı ilə müraciət etdiyi İran İslam Respublikasının vətəndaşından aldığını, belə ki, həmin şəxslə təxminən 2022-ci ilin noyabr ayında sosial şəbəkədə tanış olduğunu, sonradan həmin şəxslə aralarında münasibət yarandığını və özü istifadə etmək məqsədi ilə həmin şəxsdən narkotik vasitə və psixotrop maddələr aldığını, psixotrop maddə metamfetamindən özü istifadə etmək məqsədi ilə təmənnasız olaraq tanışı Təqsirləndirilən şəxs2 verdiyini, 19 yanvar 2023-cü il tarixdə saat təxminən 17 radələrində “Rəis” adı ilə müraciət etdiyi İran İslam Respublikasının vətandaşının “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onun istifadəsində olan mobil telefona zəng edib ona külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərəcəyini, həmin narkotik vasitəni və psixotrop maddəni götürüb özündə saxlayacağını, sonradan onun dediyi vaxtda həmin narkotik vasitəni və psixotrop maddəni onun dediyi ünvana qoyub, həmin yerin şəkillərini çəkib ona göndərməli olduğunu və bunun müqabilində ona 10 qram çəkidə narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin verəcəyini, İran İslam Respublikası vətəndaşının birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaq barədə təklifi ilə razılaşdıqdan sonra, bu barədə tanışı Təqsirləndirilən şəxs2 məlumat verdiyini və İran İslam Respublikasının vətəndaşı “Rəis” adı ilə müraciət etdikləri şəxs tərəfindən ona göndəriləcək narkotik vasitələri və psixotrop maddələri gedib birlikdə götürməklərini təklif etdiyini və bunun müqabilində Təqsirləndirilən şəxs2 özü istifadə etmək məqsədi ilə psixotrop maddə metamfetamin verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da onun təklifi ilə razılaşdıqdan sonra 19 yanvar 2023-ci il tarixdə axşam vaxtı “Rəis” adı ilə müraciət etdikləri şəxs tərəfindən onun mobil telefonuna narkotik vasitənin gizlədildiyi yerin fotoşəkilləri və xəritə üzrə məkan göndərildiyini, bundan sonra həmin gecə təxminən saat 20:30 radələrində Təqsirləndirilən şəxs2la birlikdə İran İslam Respublikasının vətəndaşının verdiyi məlumat əsasında atasına məxsus olan “Toyota Prius” markalı, **-CR-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Montin” qəsəbəsinə gəlib içərisində narkotik vasitə və psixotrop maddə olan 01 ədəd qırmızı rəngli sellofan torbanın gizlədildiyi yeri Təqsirləndirilən şəxs2la birlikdə axtarıb tapdıqlarını və həmin torbanın Təqsirləndirilən şəxs2 tərəfindən götürüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, istintaqda verdiyi ifadələri bir daha təsdiq edir. 19 yanvar 2023-cü ildə təqsirləndirilən şəxlərin narkotik vasitələrin birgə satması barədə əməliyyat məlumatı daxil olmuşdur, həmin qrupun tərkibində o da olmuş, həmin gün saat 20:30 radələrində şəxlərin Montin qəsəbəsində olmaları müəyyən olunub, gedib yolda onlara yaxınlaşmış, özlərini təqdim etmiş, baş idarəyə dəvət etmişlər. Şəmistanın üzərində bir sellofan paket olub, səmimi etiraf edib ki, həmin bağlamada narkotik vasitədir. Şəmistanda biri metamfetamin, digər ikisi isə heroin olmaqla üç büküm var idi. Xəqani isə bildirdi ki, həmin narkotik vasitəni İran vətəndaşı “Rəis” adlı şəxsdən əldə ediblər, onunla sosial şəbəkədə tanış olub. Xəqaninin dediyinə görə, həmin narkotik vasitəni qoyulan yerdən götürüb, digər deyilən yerə qoymaq məqsədilə götürdüklərini bildirdilər. Qaşılığında isə həmin şəxs Xəqaniyə 10 qram narkotik vasitə verəcəkmiş. Məlumat qrup rəhbəri Şahid1 daxil olmuşdu. Qrupda 8 nəfər deyil, 5 nəfər olublar. Təqsirləndirilən şəxslər saxlanılan zaman hər hansı bir fiziki və ya psixi təsirə məruz qalmayıblar. Üzərlərinə şəxsi axtarış idarədə aparılıbr. Onlara vəkil təqdim olunmuşdur, video çəkiliş aparılıb. Əməliyyat qrupuna həmin günü daxil olmuşdur. Saatı xatırlamır. Şəxsləri saxlamağa, saat 20-20:30 radələrində gediblər. Hər ikisi Prius markalı maşının yanında durmuşdu, heç nə etmirdilər. Şəmistanın əlində paket var idi. Onlar ora çatanda bu şəxslər orada idi. Maşın Montin qəsəbəsində, məhkəmə tərəflərdə olmalı idi. Onlara birinci qrup rəhbəri yaxınlaşıb. Saxladıqları yeri təsəvvür edə bilmir, üstündən çox vaxt keçib. Xəqaninin nə geyindiyi xatırlamır. Narkotik vasitənin satışı ilə bağlı məlumat daxil olmuşdu, şəxslərin geyimi ilə bağlı məlumat daxil olmamışdı ki, geyimlərini xatırlasın. Qrup rəhbəri tərəfindən məlumatlandırılmışdılar ki, kimlər saxlanılacaq. Onlara narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat verdilər, Şəmistan elə orda dedi ki, əlimizdəki paketdə narkotik vasitə var. Təhqiqatçını xatırlamır. Əməliyyatda iştirak edənlərin hamısı baxışda iştirak ediblər. Priusun nömrəsi yadında deyil. Qrup rəhbəri onları təlimatlandırmışdı, ona görə də kimin kim olduğunu bilirdilər. Onlara bildirdi ki, Priusun yanında olan şəxslər həmin şəxslərdir. Dərhal sonra onlara yaxınlaşıblar. Maşının idarəyə təhvil verilməsi ilə bağlı sənəd tərtib olunub. Kim tərəfindən tərtib olunmasını bilmir, onu qrup rəhbərindən soruşmaq olar. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və təqsirləndirilən şəxslərin yeri müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər “Prius” markalı maşının yanında dayanmışdırlar, onların maşınla gəlmələrini görməmişdir. Onlar təqsirləndirilən şəxslərə yaxınlaşmış, özlərini təqdim etmiş, təqsirləndirilən şəxsləri qərarla tanış etmiş və həmin şəxsləri birlikdə Xəqaninin maşını ilə idarəyə aparmışlar. İdarədə təqsirləndirilən şəxslərin üzərlərinə vəkillərin iştirakı ilə, videoçəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 əlindəki torbaya baxış zamanı bir torbadan iki büküm heroinə bənzər kütlə və bir büküm də psixotrop maddəyə bənzər maddə aşkar olunmuş və qabalaşdırılmışdır. Sorğu zamanı bildirmişdirlər ki, həmin narkotik vasitəni İran İslam Respublikasından “Rəis” adlı şəxsdən Təqsirləndirilən şəxs1 almışdır. Təqsirləndirilən şəxslər saxlanılan zaman və sonra hər hansı bir fiziki təsirə məruz qalmamışlar. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və təqsirləndirilən şəxslərin yeri müəyyən edilmişdir. Həmin gün saat 20:30 radələrində təqsirləndirilən şəxlərin Montin qəsəbəsində olmaları müəyyən olunmuş, həmin yerə getmişlər. Həmin yeri üstündən çox vaxt keçdiyi üçün təsəvvür edə bilmir. Onlar ora çatanda təqsirləndirilən şəxslər orada olmuş, təqsirləndirilən şəxslərin maşınla gəlmələrini görməmişdir, təqsirləndirilən şəxslər “Prius” markalı maşının yanında dayanmışdırlar. Şəmistanın əlində paket olmuşdur. Birinci qrup rəhbəri, daha sonra onlar təqsirləndirilən şəxslərə yaxınlaşmış, özlərini təqdim etmiş, onları idarəyə dəvət etmişlər. İdarədə təqsirləndirilən şəxslərin üzərinə vəkilin iştirakı ilə, videoçəkilişlə baxış keçirilmişdir. Şəmistan səmimi etiraf etmişdir ki, üzərində ola sellofan paketin içərisindəkə narkotik vasitədir. Şəmistanda 3 büküm olmuşdur. Xəqani isə bildirmişdir ki, həmin narkotik vasitəni İran vətəndaşı “Rəis” adlı şəxsdən əldə etmişlər, onunla sosial şəbəkədə tanış olmuşdur. Xəqani həmin narkotik vastəni qoyulan yerdən götürüb digər deyilən yerə qoymaq məqsədilə götürdüklərini bildirmişdir, qaşılığında isə həmin şəxs Xəqaniyə 10 qram narkotik vasitə verəcəkmiş. Əməliyyat iştirak edənlərin hamısı baxışda iştirak etmişdir. Təqsirləndirilən şəxslər saxlanılan zaman hər hansı bir fiziki təsirə məruz qalmamışlar. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və təqsirləndirilən şəxslərin yeri müəyyən edilmişdir. Onlar hadisə yerinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəl gəlmişlər. Onlarda Xəqani və Şəmistanın şəkilləri olmuş, onları Montin qəsəbəsində axşam saat 09 radələrində 10-15 metrlik məsafədən görmüşlər. Təqsirləndirilən şəxslər Xəqaniyə məxsus “Prius” markalı maşının yanında dayanmışdırlar. O, maşını kimin idarə etməsini görməmişdir. Həmin vaxt ərazidə başqa maşın olmamışdır. Bundan sonra onlar Xəqani və Şəmistanın yanına yaxınlaşmış, onlara narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmaları barədə məlumat daxil olduğunu bildirmiş və onları idarəyə dəvət etmişlər. Xəqani polis əməkdaşlarına qarşı idarəyə getmək istəməməsi barədə hər hansı bir şey deməmişdir. Saxlanılan zaman şəxslərin əynində nə olması yadında deyil. Sonra Baş idarəyə gəlmiş, orada vəkilin iştirakı ilə, videoçəkilişlə axtarış və götürmə prosessual hərəkətləri keçirilmişdir. Baxış zamanı Şəmistanın əlində saxladığı sellofan torbanın içərisindən psixotrop maddə metamfetamin və heroinə bənzər maddələr aşkar olunmuşdur. Sorğu zamanı Şəmistan bildirmişdir ki, həmin narkotik vasitəni noyabr ayında tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Rəis” kimi müraciət etdiyi şəxsdən əldə etmiş, həmin narkotik vasitəni bir müddət özündə saxlayıb, sonra onun dediyi ünvana qoyacağını və bunun müqabilində ona 10 qram metamfetamin verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı ondan heç bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxslər saxlanılan zaman hər hansı bir fiziki və psixi təsirə məruz qalmamışlar. Xəqaninin üzərində olan xəsarətlərin necə yaranması barədə heç bir məlumatı yoxdur, yəqin əvvəl olmuşdur. Təqsirləndirilən şəxsin dedikləri özünü müdafiə xarakteri daşıyır. Ortada heç bir ziddiyət yoxdur, təqsirləndirilən şəxslər saxlanılarkən o orada olmuş, yəqin qaranlıq olduğundan onu görməmişlər. O, saxlama və baxışdan başqa əməliyyat tədbirlərində iştirak etməmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə uyğun ifadə vermişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmişlər. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 19 yanvar 2023-cü il tarixdə saat 20:40-da ünvan 2 ünvanın qarşısında “Toyota Prius” markalı, **-CR-*** qeydiyyat nişanlı avtomobilin yaxınlığında saxlanılaraq idarəyə gətirilmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı qırmızı rəngli sellefon torbanın içərisindən 02 ədəd sellofan bağlamada içərisində narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd sellefon bağlamada içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Onların üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələr ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin rəisi polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 19 yanvar 2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2023-cü il tarixli 6/378 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd polietilen paketin içərisində 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 960 qram, 965 qram ümumi təmiz çəkisi 1925 qram olan qəhvəyi rəngli maddə kütləsi xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bağlamada təmiz çəkisi 970 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmıış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş qalıq çəkiləri 1924,8 qram olan narkotik vasitə heroin və 969,9 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi saxlanmasından ötrü Daxili İşlər Nazirliyinin BMCMİ-nin saxlanc anbarına kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 1666 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorlarin birgə qəbulu edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 1667 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir. məcburi müalicəyə əks göstərişi yoxdur. ərazi narkoloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif mobil operatorlara məxsus nömrələrdən “Patı lazimdi”, “Yarım lazimdi 25 manat var”, “Yanimda qonagim var tez elede bawva donum”, “qaqa menem anar hardasan? mgbaytm yoxdu gelim goruwey 5 manatı da verim yarı da goturum”, “Qaqa telefon var Samsung dasla deyismek olar irmilik” məzmununda mesajlar göndərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxslər irəli sürülən ittiham üzrə özlərini tam təqsirli bilməsələr də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər aşkar olunmuş narkotik vasitənin - psixitrop maddənin onlara məxsus olmadığını və üzərlərinə qoyulduğunu, narkotik vasitəni və psixitrop maddəni satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadıqlarını, narkotik vasitəni - psixitrop maddəni satmaq fikirlərinin (məqsədlərinin) olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən onlara psixoloji və fiziki təzyiqlər edilməsini bildirsələr də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxslərin gətirdikləri bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxslərin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxslər tutularkən onların müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmişlər, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onların üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxslərin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıbqalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxslərin saxlandığı müvafiq Müvəqqəti saxlama yerindən və İstintaq Təcridxanasından onların tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onların müayinəsi zamanı Təqsirləndirilən şəxs2 yeni xəsarətlərinin aşkar olunmadığı qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 isə xəsarətlərin müşahidə olunduğu qeyd edilmişdir. Bundan başqa, iş materiallarında olan Nərimanov Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq müvafiq tibbi sənədlər və ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən Təqsirləndirilən şəxs1 tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi halları müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, iş materiallarında olan Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 1666 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorlarin birgə qəbulu edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, iş materiallarında olan Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 1667 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir. məcburi müalicəyə əks göstərişi yoxdur. ərazi narkoloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsinə müxtəlif mobil operatorlara məxsus nömrələrdən “Patı lazimdi”, “Yarım lazimdi 25 manat var”, “Yanimda qonagim var tez elede bawva donum”, “qaqa menem anar hardasan? mgbaytm yoxdu gelim goruwey 5 manatı da verim yarı da goturum”, “Qaqa telefon var Samsung dasla deyismek olar irmilik” məzmununda mesajlar göndərilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxslərin özlərini tam təqsirli bilməmələrinə dair ifadələrinə, həmçinin aşkar olunmuş narkotik vasitənin - psixotrop maddənin onlara məxsus olmadığı və üzərlərinə qoyulduğu, narkotik vasitəni psixotrop maddəni satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadıqlarını, narkotik vasitəni - psixotrop maddəni satmaq fikrində olmadıqlarını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edilməsi barədə verdikləri ifadələrinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onların ifadələrinin həmin hissəsini özlərini müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin özlərinin ifadələrini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verkləri ifadələrini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin - psixotrop maddənin külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxslərdən aşkar olunmuş narkotik vasitənin - psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmçinin mobil telefondan - nömrədən aşkar olunmuş məlumatların (sms yazışmaların) məzmununu nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxslərin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş digər tələbnamədən (hökmdən və qərardan) görünür ki, Əzizli X6 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə isə onun üzərində 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə görə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət təsnifatına görə az ağır cinayət hesab olunurlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan bir uşağı var. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “motoatıcı taqım komandiri” ixtisası kursunu bitirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Milli Aviasiya Akademiyasının “hava nəqliytaının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisasını bitirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunmur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 anası Məmmədova Ülkər ikinci qrup əlildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ataşı Məmmədov Zülal müharibə veteranı olmaqla ikinci qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs1 gənc olmasını, yetkinlik yaşına çatmayan bir uşağının olmasını, yaşayış yeri üzrə mənfi xarakterizə olunmamasını, təqsirini (əməlinin) qismən eiraf etməsini, atası və anasının ikinci qrup əlil olmalarını, həmçinin atası və özünün hərbçi olmalarını, eləcə də, atasının müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan əlavə, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan iki uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs2 gənc olmasını və yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin - psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı real olaraq çəkməklə islah oluna bilərlər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, təqsirləndirilən şəxslər xx.xx.2023-cü il tarixdə tutulmuşlar. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin digər qərarları ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalarını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq çəkilməli, yəni, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 isə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlar, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan Təqsirləndirilən şəxs2 aşkar olunmuş qalıq çəkiləri 1924,8 qram olan narkotik vasitə heroin və 969,9 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş sms mətnləri və digər məlumatları özündə əks etdirən 01 ədəd disk (CD), təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə (Müdafiəçi2) 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan Təqsirləndirilən şəxs2 aşkar olunmuş qalıq çəkiləri 1924,8 qram olan narkotik vasitə heroin və 969,9 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş sms mətnləri və digər məlumatları özündə əks etdirən 01 ədəd disk (CD), təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 manat təqsirləndirilən şəxslərdən birgə qaydada (hər birinə münasibətə 40 manat olmaqla) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-759/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-759/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver