Məhkəmə qərarları › İş №1(101)-76/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-76/2020

30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-76/2020 30.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X1 və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X17, X3, X25, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokurorları- Dövlət ittihamçısı1, X26, Dövlət ittihamçısı2, X35, Təqsirləndirilən şəxs2 qzının müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili X5, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs1 müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi4, zərərçəkmiş şəxslər- X18, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs11 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Adil İsmayılov və Partnyorları” vəkil bürosunun vəkili Nümayəndə2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xırdalan şəhər vəkil bürosunun vəkili Nümayəndə1, zərərçəkmiş şəxs X19 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X31 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxx 1994-cü ildə Biləsuvar rayonunda anadan olmuş, ihləməyən, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkum olunmamış, ailəli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, Biləsuvar rayonu, Aerodrom adlanan yerdə fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilib Bakı İstintaq Təcridxanasında saxlanılan saxlanılan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 xx xxxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkum olunmamış, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Salyan şossesi 32 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 xarici ölkələrdən qızılzinət əşyalarını gətirib Bakı şəhərində baha qiymətə satmaqla yüksək məbləğdə gəlir əldə edəcəyini vəd verib aldadaraq 2012-ci ilin iyun ayından 2013-cü ilin avqust ayının sonuna kimi olan müddət ərzində hissə-hissə olmaqla müxtəlif zamanlarda Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsində yerləşən “Laçın” ticarət mərkəzində 133820 manat pulunu vahid niyyət ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 xarici ölkələrdən qızıl-zinət əşyalarını gətirib Bakı şəhərində baha qiymətə satmaqla yüksək məbləğdə gəlir əldə edəcəyini vəd verib aldadaraq 2012-ci ilin iyun ayından 2013-cü ilin avqust ayının sonuna kimi olan müddət ərzində hissə-hissə olmaqla müxtəlif zamanlarda Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsində yerləşən “Laçın” ticarət mərkəzində və Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində 102000 manat pulu və 13000 manat dəyərində müxtəlif növ qızıl-zinət əşyalarını vahid niyyət ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 115000 manat külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi Zərərçəkmiş şəxs4 xarici ölkələrdən qızıl-zinət əşyalarını gətirib Bakı şəhərində baha qiymətə satmaqla yüksək məbləğdə gəlir əldə edəcəyini vəd verib aldadaraq 2012-ci ilin iyun ayından 2013-cü ilin avqust ayının sonuna kimi olan müddət ərzində hissə-hissə olmaqla müxtəlif zamanlarda Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsində yerləşən “Laçın” ticarət mərkəzində 99000 manat pulunu vahid niyyət ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs4 külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 bir ay müddətində pulunu ödəyəcəyinə vəd verib aldadaraq 2013-cü ilin iyun ayından sentyabr ayının sonuna kimi olan müddət ərzində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsində yerləşən “Laçın” ticarət mərkəzində ümumilikdə 16732 manat dəyərində qızılzinət əşyalarınını vahid niyyət ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X27 özünü falçı, cindar, vergili şəxs, baxıcı kimi təqdim edərək ona ailəsi üzərində qara qüvvələrin hökm sürməsi, evində caduların olması, bu səbəbdən uzun illər ərzində övladının dünyaya gəlməməsini, caduların təmizlənmədiyi təqdirdə xoşagəlməz hadisələrin olacağını, bunları Quran kitabının gücündən istifadə edərək onun falına baxacağını, gözəgörünməz varlıqlar cinlərlə əlaqədə olmasını bildirərək qorxu hisslərini aşılamaqla psixoloji təsir altına salaraq, təsvir etdiyi pis hadisələrin olmaması və göstərdiyi xidmətlər üçün müstəsna vacib olduğunu bildirdiyi dua, ceyran göbəyi, at nalı, sabun, şam, canavar dişi, ayı dırnağı, dəvə tükü, sarıkök, zəfəran, qara parçalar və sair əşyaların hazırlanması, alınması, dini ad altında keçirdikləri xüsusi rituallarda adıçəkilən əşyaların istifadə etməsi barədə Rəfael Hüseynovu inandırıb caduların batil edilməsi, bədəndən cinin çıxarılması, ağırlığın götürülməsi və imamlara ehsanlarının verilməsi üçün rituallarda istifadə edib sonradan qaytaracağı və qeyd olunan rituallarda istifadə edilməsi üçün lazımı əşyaların alacağı adı ilə aldadaraq 2014-cü ilin noyabr ayından həmin ilin dekabr ayının sonuna kimi olan müddət ərzində hissə-hissə olmaqla müxtəlif zamanlarda əvvəldən kirayə tutduqları ünvan 4 A ünvanında 1200 manat dəyərində qızıl-zinət əşyalarını və 6000 manat pulunu vahid niyyət ilə əhatə olunan qəsdlə ələ keçirib zərərçəkmiş şəxs Rəfael Hüseynova 7200 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 qısa müddətdə pulunu ödəyəcəyinə vəd verib aldadaraq 2016-cı ilin mart ayından həmin ilin may ayının sonuna kimi olan müddət ərzində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 7 ünvanında yerləşən Mərkəzi Univermaqda ümumilikdə 12000 manat dəyərlərində qızıl-zinət əşyalarını vahid niyyət ilə əhatə olunan qəsdlə ələ keçirib pulunu ödəməyinə inam yaratmaq üçün həmin müddətdə 3700 manat verərək nəticədə Zərərçəkmiş şəxs8 8300 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 qısa müddətdə pulunu ödəyəcəyinə vəd verib aldadaraq Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 7 ünvanında yerləşən Mərkəzi Univermaqda 2016-cı ilin iyul ayından həmin ilin sentyabr ayının sonuna kimi olan müddət ərzində ümumilikdə həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 37490 manat təşkil edən 23568 ABŞ dolları dəyərində olmaqla 2670 ABŞ dolları dəyərində 750 əyyarlı, 50.4 qram sarı qızıl çəkisi olan qızıl qadın komplekti, 6365 ABŞ dolları dəyərində 750 əyyarlı, ümumilikdə 134.8 qram sarı qızıl çəkisi olan qadın komplekti, 4480 ABŞ dolları dəyərində 750 əyyarlı, 88.8 qram sarı qızıl çəkisi olan qadın komplekti, 4113 ABŞ dolları dəyərində 750 əyyarlı, 77.6 qram sarı qızıl çəkisi olan qadın komplekti, hər biri 2970 ABŞ dolları dəyərində 750 əyyarlı 58.2 qram sarı qızıl çəkisi olan 2 ədəd qadın qolbaqlarından ibarət qızıl-zinət əşyalarını vahid niyyət ilə əhatə olunan qəsdlə ələ keçirib pulunu ödəməyinə inam yaratmaq üçün həmin müddətdə həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 5685 manat 44 qəpik təşkil edən 3488 ABŞ dolları verərək nəticədə Zərərçəkmiş şəxs1 31804 manat 56 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs12 özünü falçı, cindar, vergili şəxs, baxıcı kimi təqdim edərək ona ailəsi üzərində qara qüvvələrin hökm sürməsi, evlərində, iş yerində caduların olması və caduların təmizlənmədiyi təqdirdə xoşagəlməz hadisələrin olacağını, bunları Quran kitabının gücündən istifadə edərək onun falına baxacağını, gözəgörünməz varlıqlar cinlərlə əlaqədə olmasını bildirərək qorxu hisslərini aşılamaqla psixoloji təsir altına salaraq, təsvir etdiyi pis hadisələrin olmaması və göstərdiyi xidmətlər üçün müstəsna vacib olduğunu bildirdiyi dua, ceyran göbəyi, at nalı, sabun, şam canavar dişi, ayı dırnağı, dəvə tükü, sarıkök, zəfəran, qara parçalar və sair əşyaların hazırlanması, alınması, dini ad altında keçirdikləri xüsusi rituallarda adıçəkilən əşyaların istifadə etməsi barədə Zərərçəkmiş şəxs12 inandırıb caduların batil edilməsi, bədəndən cinin çıxarılması, ağırlığın götürülməsi və imamlara ehsanlarının verilməsi üçün rituallarda istifadə edib sonradan qaytaracağı və qeyd olunan rituallarda istifadə edilməsi üçün lazımı əşyaların alacağı adı ilə aldadaraq 2017-ci ilin fevral ayının əvvəllərində sonuncunun yaşadığı ünvan 9-də bir dəfəyə 150 manat, xx xxxxxx 2017-ci il tarixdə həmin ünvanda 1000 manat və 2017-ci ilin fevral ayından həmin ilin may ayınının sonuna kimi olan müddət ərzində hissə-hissə olmaqla müxtəlif zamanlarda əvvəldən kirayə tutduqları Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ev 4, mən. 4-də 1100 manat dəyərində 12 qram qızıl çəkisi olan 750 əyyarlı boyunbağı, 250 manat dəyərində 3 qram qızıl çəkisi olan klon, 250 manat dəyərində 4 qram qızıl çəkisi olan sırğa dəsti, 400 manat dəyərində 4 qram qızıl çəkisi olan svarovski qaşlı üzükdən ibarət qızıl-zinət əşyalarını və 5550 manat nağd pulunu vahid niyyət ilə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs12 8700 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs9 özünü falçı, cindar, vergili şəxs, baxıcı kimi təqdim edərək ona ailəsi üzərində qara qüvvələrin hökm sürməsi, evlərində, iş yerində caduların olması və caduların təmizlənmədiyi təqdirdə xoşagəlməz hadisələrin olacağını, qızları Aydan Xəlilovanı yaxın zamanda elektrik enerjisi vuraraq ilk övladları Nadir Xəlilov kimi öləcəyini bildirib, bunları Quran kitabının gücündən istifadə edərək onun falına baxacağını, gözəgörünməz varlıqlar cinlərlə əlaqədə olmasını bildirərək qorxu hisslərini aşılamaqla psixoloji təsir altına salaraq, təsvir etdiyi pis hadisələrin olmaması və göstərdiyi xidmətlər üçün müstəsna vacib olduğunu bildirdiyi dua, ceyran göbəyi, at nalı, sabun, şam canavar dişi, ayı dırnağı, dəvə tükü, sarıkök, zəfəran, qara parçalar və sair əşyaların hazırlanması, alınması, dini ad altında keçirdikləri xüsusi rituallarda adıçəkilən əşyaların istifadə etməsi barədə Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs13 inandırıb caduların batil edilməsi, bədəndən cinin çıxarılması, ağırlığın götürülməsi və imamlara ehsanlarının verilməsi üçün rituallarda istifadə edib sonradan qaytaracağı və qeyd olunan rituallarda istifadə edilməsi üçün lazımı əşyaların alacağı adı ilə aldadaraq 2017-ci ilin fevral ayından həmin ilin oktyabr ayının sonuna kimi olan müddət ərzində hissə-hissə olmaqla müxtəlif zamanlarda əvvəldən kirayə tutduqları Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ev 4, mən. 4-də ümumilikdə 7450 manat dəyərində müxtəlif növ qızıl-zinət əşyalarını və 10000 manat nağd pulunu vahid niyyət ilə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs13 17450 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 özünü falçı, cindar, vergili şəxs, baxıcı kimi təqdim edərək ona ailəsi üzərində qara qüvvələrin hökm sürməsi, evlərində, iş yerində caduların olması və caduların təmizlənmədiyi təqdirdə xoşagəlməz hadisələrin olacağını, X76in ağır yataq xəstəliyinə düçar olaraq öləcəyini, hamilə olan gəlininin narahatçılıq keçirəcəyini bildirib, bunları Quran kitabının gücündən istifadə edərək onun falına baxacağını, gözəgörünməz varlıqlar cinlərlə əlaqədə olmasını bildirərək qorxu hisslərini aşılamaqla psixoloji təsir altına salaraq, təsvir etdiyi pis hadisələrin olmaması və göstərdiyi xidmətlər üçün müstəsna vacib olduğunu bildirdiyi dua, ceyran göbəyi, at nalı, sabun, şam canavar dişi, ayı dırnağı, dəvə tükü, sarıkök, zəfəran, qara parçalar və sair əşyaların hazırlanması, alınması, dini ad altında keçirdikləri xüsusi rituallarda adıçəkilən əşyaların istifadə etməsi barədə Zərərçəkmiş şəxs11 inandırıb caduların batil edilməsi, bədəndən cinin çıxarılması, ağırlığın götürülməsi və imamlara ehsanlarının verilməsi üçün rituallarda istifadə edib sonradan qaytaracağı və qeyd olunan rituallarda istifadə edilməsi üçün lazımı əşyaların alacağı adı ilə aldadaraq 2017-ci ilin aprel ayından həmin ilin sentyabr ayının sonuna kimi olan müddət ərzində hissə-hissə olmaqla müxtəlif zamanlarda sonuncunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mirkrorayon Bağ-Park küçəsindəki evinin qarşısında və əvvəldən kirayə tutduqları Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ev 4, mən. 4-də 4200 manat dəyərində 45 qram qızıl çəkisi olan 750 əyarlı qızıl kale boyunbağı, 5200 manat dəyərində 55 qram qızıl çəkisi olan 750 əyarlı qızıl kale boyunbağı, 850 manat dəyərində, 9 qram qızıl çəkisi olan 750 əyarlı, paxlava üzük, 1400 manat dəyərində 15 qram qızıl çəkisi olan 750 əyarlı bilərzik, 1700 manat dəyərində 18 qram qızıl çəkisi olan 583 əyarlı boyunbağı, 950 manat dəyərində 10 qram qızıl çəkisi olan 750 əyarlı 3 ədəd halqa şəkilli bilərzik, 4000 manat dəyərində 40 qram qızıl çəkisi olan 750 əyarlı komplekt, 1900 manat dəyərində 20 qram qızıl çəkisi olan 750 əyarlı “Fantaziya” qızıl-üzük dəsti, 850 manat dəyərində 9 qram qızıl çəkisi olan 750 əyarlı üzük, 2550 manat dəyərində 25 qram qızıl çəkisi olan 750 əyarlı komlekt, 2400 manat dəyərində 25 qram qızıl çəkisi olan 683 əyarlı klon, 1400 manat dəyərində 15 qram qızıl çəkisi olan 750 əyarlı boyunbağı klonu ilə birlikdə, 5200 manat dəyərində 55 qram qızıl çəkisi olan, 750 əyarlı kale boyunbağı dəsti, 1400 manat dəyərində ümumilikdə 15 qram qızıl çəkiləri olan 750 əyarlı 3 ədəd üzük, 5200 manat dəyərində 55 qram qızıl çəkisi olan 750 əyarlı kale boyunbağını və ümumilikdə həmin dövrlərin məzənnələrinə uyğun olaraq Azərbaycan Respublikasının milli pul vahidi ilə 96900 manat təşkil edən 57000 ABŞ dolları, həmin dövrlərin məzənnələrinə uyğun olaraq Azərbaycan Respublikasının milli pul vahidi ilə 33750 manat təşkil edən 15000 Böyük Britaniya funt-sterlinqi və 47000 manat nağd pulunu vahid niyyət ilə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs11 216850 manat külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 özünü falçı, cindar, vergili şəxs, baxıcı kimi təqdim edərək ona ailəsi üzərində qara qüvvələrin hökm sürməsi, evlərində, iş yerində caduların olması, bu səbəbdən arvadından ayrılmasını və caduların təmizlənmədiyi təqdirdə xoşagəlməz hadisələrin olacağını bildirib, bunları Quran kitabının gücündən istifadə edərək onun falına baxacağını, gözəgörünməz varlıqlar cinlərlə əlaqədə olmasını bildirərək qorxu hisslərini aşılamaqla psixoloji təsir altına salaraq, təsvir etdiyi pis hadisələrin olmaması və göstərdiyi xidmətlər üçün müstəsna vacib olduğunu bildirdiyi dua, ceyran göbəyi, at nalı, sabun, şam canavar dişi, ayı dırnağı, dəvə tükü, sarıkök, zəfəran, qara parçalar və sair əşyaların hazırlanması, alınması, dini ad altında keçirdikləri xüsusi rituallarda adıçəkilən əşyaların istifadə etməsi barədə Zərərçəkmiş şəxs10 inandırıb caduların batil edilməsi, bədəndən cinin çıxarılması, ağırlığın götürülməsi və imamlara ehsanlarının verilməsi üçün rituallarda istifadə edib sonradan qaytaracağı və qeyd olunan rituallarda istifadə edilməsi üçün lazımı əşyaların alacağı adı ilə aldadaraq 2017-ci ilin may ayında hissə-hissə olmaqla müxtəlif zamanlarda əvvəldən kirayə tutduqları Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ev 4, mən. 4-də Zərərçəkmiş şəxs11 vasitəsi ilə ümumilikdə 5000 manat dəyərində olan bir dəst 750 əyarlı brilyant qaşlı qızıl boyunbağı, 4000 manat dəyərində olan 750 əyyarlı qızıl bilərzik, 2700 manat dəyərində olan 750 əyarlı brilyant qaşlı qızıl üzük, 1500 manat dəyərində olan 750 əyarlı brilyant qaşlı qızıl üzük, ümumi dəyəri 4500 manat təşkil edən üç ədəd qızıl qolbaqlar, 1500 manat dəyərində olan 750 əyarlı qızıl klon, 3000 manat dəyərində olan 750 əyarlı ədəd qızıl boyunbağı, 5100 manat dəyərində olan 750 əyarlı brilyant qaşlı bir ədəd qadın qızıl qol saatı, 700 manat dəyərində olan 750 əyarlı qadın qızıl üzüyü, 100 manat dəyərində olan 750 əyyarlı qızıl uşaq bilərziyi, 2 ədəd ümumi dəyəri 1400 manat təşkil edən qadın qızıl üzükləri, 500 manat dəyərində 750 əyarlı bir ədəd qızıl sırğaları, həmin dövrlərin məzənnələrinə uyğun olaraq Azərbaycan Respublikasının milli pul vahidi ilə 4250 manat təşkil edən 2500 ABŞ dolları, 1125 manat təşkil edən 500 Böyük Britaniya funt-sterlinqi və 2000 manat nağd pulunu vahid niyyəti ilə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs10 37375 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 özünü falçı, cindar, vergili şəxs, baxıcı kimi təqdim edərək ona ailəsi üzərində qara qüvvələrin hökm sürməsi, evində caduların olması, bu səbəbdən arvadı ilə ayrılacağını, caduların təmizlənmədiyi təqdirdə xoşagəlməz hadisələrin olacağını, bunları Quran kitabının gücündən istifadə edərək onun falına baxacağını, gözəgörünməz varlıqlar cinlərlə əlaqədə olmasını bildirərək qorxu hisslərini aşılamaqla psixoloji təsir altına salaraq, təsvir etdiyi pis hadisələrin olmaması və göstərdiyi xidmətlər üçün müstəsna vacib olduğunu bildirdiyi dua, ceyran göbəyi, at nalı, sabun, şam canavar dişi, ayı dırnağı, dəvə tükü, sarıkök, zəfəran, qara parçalar və sair əşyaların hazırlanması, alınması, dini ad altında keçirdikləri xüsusi rituallarda adıçəkilən əşyaların istifadə etməsi barədə Zərərçəkmiş şəxs7 inandırıb caduların batil edilməsi, bədəndən cinin çıxarılması, ağırlığın götürülməsi və imamlara ehsanlarının verilməsi üçün rituallarda istifadə edib sonradan qaytaracağı və qeyd olunan rituallarda istifadə edilməsi üçün lazımı əşyaların alacağı adı ilə aldadaraq 2015-ci ilin dekabr ayı ərzində hissə-hissə olmaqla müxtəlif zamanlarda əvvəldən kirayə tutduqları ünvan 4 A ünvanında 2300 manat pulunu vahid niyyəti ilə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs7 2300 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 ifadələrində göstərdi: «cinayət işi onun xəbəri olmadan ardıcıllıqla müstəntiqdən müstəntiqə keçmişdir. O, cəmi bir dəfə Raqif Şərifova izahat vermişdir. Qalan heç bir müstəntiqə izahat verməmişdir. Heç bir orqanda heç bir idarədə o, öz dəsti-xətti ilə izahat yazmamışdır. Raqif özü dindirmiş, özü də kompüterdə yazmışdır. 2017-ci ildə oktyabrın 10-da onu Bakı Sovetində Axundov parkı deyilən yerdə küçədə yol getdiyi zaman ağ sedan toyota markalı maşın saxlamış Şahlar deyilən adam və daha iki nəfər ona zor tətbiq edərək təhqir və güc tətbiq edib ən iyrənc formada heç bir çərçivəyə sığmayan şəkildə maşına basıb mütəşəkkil idarəyə aparıb qırx səkkiz saat zor tətbiq etmişlər. O, hər dəfə “bu nə deməkdir, məni niyə bura gətirmisiniz” deyəndə Şahlar və Hacı deyilən adamlar ona “səsini kəs, vaxtı çatanda biləcəksən” demişlər. Üstündən bir neçə saat keçəndən sonra onu Zərərçəkmiş şəxs11 və sonradan Rübabənin əri olduğunu bildiyi Faiq adlı şəxsin yanına aparmışlar. O, həmin adamı səsindən tanımışdır. Həmin adam onunla telefonda danışan, Hüseyni işə düzəltmək üçün ondan pul istəyən adam idi. Qırx min manat Hüseyni STP-yə işə düzəldirdi ki, kartla min manat maaş alacağını, amma üç ay məni pulu verəndən sonra narahat etmə deyirdi. Bu hadisə 2017-ci ilin təxminən sentyabr ayının 10-17-si ərəfəsində olmuşdur. Pulun yerinə o, 920 qram qızıl-ziynət əşyası götürmüşdür. Telefonunda videogörüntü vardır, tarix və saat bəllidir. Lakin müstəntiq telefonu gizlədərək tarix və yazıları yanlış, düzgün olmayan tarix, anten dairəsi çıxartdırmışdır. Məhkəməyə təqdim etmədən, işin içinə qoymadan. Onların da yanlarında Röyal adlı cavan bir oğlan var idi. Guya o, fala baxaraq onların pulunu ələ keçirmişdir. Guya oktyabrın 11-də, Şahlargil onu tutduqdan bir gün sonra Rübabəgilin evindən qızıl küpəsi çıxartmalı imiş. Əgər o, xx xxxxxxx 2017-ci ildə küpə çıxardacaqdısa nəyə görə bir gün gözləyib elə iş başında onu tutmamışlar, tələsmişlər. O, orada olanda telefonundakı şəkil, videogörüntü, sms, whatsapp, telefon danışıqlarını göstərib bildirmişdir ki, nəinki Rübabə və Faiq Ağayevlər, hətta Zərərçəkmiş şəxs12, Samirə və Saleh onun malını talamış, etibarından sui-istifadə edib qızıllarını mənimsəmişlər. Hətta mikrorayondan Pərviz adlı qızılçını da aldatdıqları ortaya çıxmışdır. Zərərçəkmiş şəxs12 ora dəvət etdilər. Samirə və Saleh Türkiyədə olduqları üçün onları dəvət etmədilər. Tələb edirəm nə üçün Qızxanımın mən tərəfdən Polisə verilməsi sualına cavab verməsi təmin edilsin. Qızxanım və Rübabə onun tərəfindən verilən suallara cavab verməlidirlər. Dedikləri ilə yazdıqları düz belə gəlməmiş, ziddiyyətlər olmuş və aydınlıq gətirilməmişdir. Onu isə 48 saatdan sonra heç bir sübut olmadığı üçün buraxmışlar. Ancaq nədənsə xx xxxxxxx 2017-ci ildən bu günə qədər qızılı rəngdə, iki nömrəli “Samsung” telefonunu ala bilmir. Baş prokurorluğa müraciət etsə belə onun əmlakı sayılan telefonu İsmayıl, Şahlar, Hacı tərəfindən məniməsənilmişdir. Bunun səbəbi isə telefonundakı çox mötəbər, “daş yaran” sübutların ortaya çıxarılmaması üçündür. Müstəntiqlər gəzə-gəzə x xxxxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs11 cinayət işi açıılmışdır. Yalnız, heç bir müstəntiq Rübabəni idarəyə gətirə bilməmişdir. Ancaq onu zor tətbiq edə-edə bu günkü günə qədər yalandan həbsə belə salmışlar. O, onun telefonunun məhkəməyə təqdim edilməsini tələb edir. Onu istəməkdə məqsədi qəbz, öhdəçilik yazılışının video görüntüsü, smslərin tarixi və tam mətni whatsapp yazılarının tam mətnin oxunulması və müstəntiq Elçin Qurbanov tərəfindən aparılan istintaqın tam qərəzli, sifarişli, bitərəf olduğunun aydın bilinəcəyidir. O, dəfələrlə müstəntiqin dəyişilməsini istəsə də, dəyişməmişlər və buna da keçmiş energetika naziri Etibar Pirverdiyev imkan verməmişdir. X74 Pirverdiyevlə orta məktəbdən bir birilərini tanıyırlar. Araşdırılsa bu dəqiq ortaya çıxacaqdır. Mütəşəkkil idarə onu buraxdıqdan sonra o, 2017-ci ilin oktyabrın 15-də “102”-yə Rübabə, Qızxanım, Saleh və Samir haqqında şikayət etmişdir. Onu Səbail Rayon 41-ci Polis bölməsindən Fərrux adlı təhqiqatçı çağırmış, dinləyəndən sonra demişdir ki, həmin şəxsləri çağırıb, onları üzləşdirəcəkdir. O, da razı olmuşdur. Lakin bir neçə gün keçdikdən sonra Fərrux ona zəng edib demişdir ki, “Faiqin tanışı zəng edib təhqiqatçıya deyib ki, Zərərçəkmiş şəxs11 bölməyə gələ bilməz, get Lalə ilə razılaş 78000 manat verək ərizəni götürsün, qalanın sonra verərik”. Əgər onun düz deməməsinə şübhə varsa məhkəmədən xahiş edir ki, Rübabənin anaten dairəsi çıxarılsın, aydın olacaq ki, o ərazinin heç vaxt anten dairəsi çıxmayacaq. Bu məsələnin araşdırılmasını tələb edir. Səbail Rayon Polis İdarəsi Rübabəni gətirə bilməmiş, -məcburi gətirmə vermiş, yenə də Rübabəni tapa bilməmişdir. Sual meydana çıxır düz idisə niyə gizlənirdi ki? Hətta Rübabənin guya Semaşko adlı xəstəxanada 2017-ci ilin 30-31 dekabr tarixləri ərzində olması barədə yalandan təqdim etdiyi sənədi xəstəxanaya gedərək çəkiliş etmişdir. Həmin sənədi müstəntiq evində axtarış aparanda götürmüş, lakin işə qoymamışdır. Dekabrın 31-i tarixində növbədə olan həkimi göstərə bilər, həmin həkim xanım idi. Elçin Qurbanov heç bir istintaq hərəkəti etməmişdir. On ay müddətində onun yanına, Kürdəxanıya belə gəlməmişdir. Elçin Qurbanovun üzünü yalnız işi bağlayanda görmüşdür. İstintaq zamanı ona və oğlu Hüseynə 178.3.2 maddəsini qoyub onlara telefonu və görüşü qadağan etmişdir. Onlar terrorçu və ya siyasi dustaqdırlarmı, onlara qadağa qoyulsun. Onun belə hərəkəti qərəzlidir. Bu qədər laqeyd istintaq aparmaq olmaz. O, müstəntiqin məhkəməyə dəvət edilməsini tələb edir. Bütün zərərçəkən və şahidlər yazdıqlarında da yazır ki, Lalə-Hüseyn əlbir olub talamışdır. Ortaya ziddiyyət çıxır. Zərərçəkmiş şəxs5, Rəbiyyə, Zərərçəkmiş şəxs4, Rahib Dostəliyev, Zərərçəkmiş şəxs8 Hüseynə ümumilikdə nə qızıl, nə də pul verdiklərini demədilər. Hətta Röyal belə qızıl və külli miqdarda pul verdiyini təkzib etdi. Belə bir sual ortaya çıxır ki, müstəntiqin tərtib etdiyi ittiham aktında yazılar ilə verilən ifadələr niyə ziddiyyətlidir. Bunun araşdırılmasını tələb edir. Əksinə onlara qarşı dələduzluq edildiyi hər an məhkəmə iclasında özünü göstərir. Müstəntiq tərəfindən dialoqlar qoyulmuşdur. Nəyə görə orada danışan digər tərəflərin yazıları tam şəkildə, tarixi yalan və saxtadır, həmin şəxslərin özləri də məhkəməyə dəvət olunmur. O, Firuz deyilən naməlum şəxsin kimliyini, Rəna deyilən qadının məhkəməyə dəvət olunmasını xahiş edir. Həmin dialoqlar Pərvanənin işindən götürülən dialoqlardır. Rəna Hüseynin bibisi qızıdır. O, əgər telefondadırsa bütün dialoqların tam şəkildə məhkəməyə təqdim edilməsini tələb edir. Qəbz və öhdəçiliklə bağlı qeyd etmişdir ki, Zərərçəkmiş şəxs11, Qızxanımın və Samirənin qəbz və öhdəçiliyi yazanda tam anlaqlı olması barədə ekspertiza rəy vermişdir. Psixoloji vəziyyətlərində heç bir qüsur yoxdur. O, müstəntiqin məhkəməyə dəvət edilməsini və etdiyi kobud əməllərə aydınlıq gətirməsini tələb edir. Zərərçəkmiş şəxs4 özü onun Xanlara 50000 manat pul verməsini, Xanların da pulu aparıb Zərərçəkmiş şəxs2 verməsini öz ifadəsində qeyd etmişdir. Hətta bunu təsdiq edən Suraxanı Rayon Məhkəməsində disk də tam aydınlıq verilir. Suraxanı Rayon Məhkəməsi onun verdiyi iddianı qəbz, öhdəçilik olmadığı üçün təmin etməmişdir. Ancaq heç bir sübut olmayan işə cinayət işi qaldırılıb. Bu hansı məntiqə sığır? O diskə qulaq asılsa Zərərçəkmiş şəxs5 yalan danışdığı ortaya çıxacaq. Adil Namətin adını belə düz bilmir, Damət deyir. Rəfael Hüseynov ona borcu olan şəxsdir. Onun əlində bu barədə qərar olsa da ondan pulunu ala bilmir. Onun pulunu, qızılını, talayıb əlinə keçirən, evinə basqın edən adam təmiz, o isə dələduz adlandırılmışdır. Bəs məhkəmə nəyə görə bu məsələlərə aydınlıq gətirilməsinə imkan vermir, heç kimdə bir sübut belə yoxdur. Məhkəmə mötəbər sübutlara söykənməlidir. Konstitutsiyanın hansı bəndində yazılmışdır ki, qərəzli adamlar ona qarşı cinayət işi qaldırtdıra və həmin işdə də zərərçəkən şəxs ola bilərlər. Zərərçəkmiş şəxs2 deməsinə görə X61 Hüseyni 16-17 yaşı olanda işə götürmüş və Hüseynin gümüş polkası olmuşdur. O, X45 neçə uşaq işə götürməsi barədə müqavilə tələb edir. O, zərərçəkənlərin 9 aydır ki, təqdim edə bilmədikləri sübutları lazımdır. Sual ortaya çıxır ki, onları nəyə əsaslanaraq həbs ediblər. Cəfərov X12 qardaşı qızı ilə qeyrirəsmi yaşayan adamdır. O. Pərvanənin işində şahid olmuşdur. O, Hətta Protokolda, Pərvanənin işində təsdiq edir ki, Pərvanənin Təqsirləndirilən şəxs2 külli miqdarda borcu vardır. Bir sübut təqdim etsin ki, niyə danışıb qaçdı, prosesə gəlmir. Rəna Şıralzadə dediyi kimi ona mal veribsə 2016-cı ildə nəyə görə onu Polisə verməyib, Rübabəni gözləmişdir. Satıcısı şahid qismində deyir ki, Hüseyn onlardan qızıl götürməmiş, özü də heç bir polis idarəsində olmamışdır. Sual ortaya çıxır ki, o harada izahat vermişdir. O, hətta onun “müstəntiq kişidir ya qadındır” sualına cavab verə bilməmişdir. Müstəntiqin istintaqı budur. Bu qədər saxtakarlıq olarmı? O, məhkəmənin bunlara aydınlıq gətirməsini tələb edir. Rəna Şıralzadə onun Rənaya 23000 dollar borcu olduğunu deyir. Satıcı deyir. Rəbiyyə 2 qaşıq hərəsi 55 qram. Cəmi 110 qram edir. Sual meydana çıxırki o ona hansı qızılı verib ki, onun qiyməti 23000 dollar edir. Bu qızılın qiyməti neçəyə olmuşdur, Məhkəmədə bunlara aydınlıq gəlməmişdir. O, dialoq, yazışmalara tam aydınlıq gətirilməsini, araşdırılmasını, tarixlərin yoxlanılmasını, Hüseynin evindən axtarış zamanı maddi sübut kimi götürülən mərsiyyə kitablarının, dini möhürlərin və s əşyaların psixoliji təsir imkanlarının olubolmamasını müəyyən etmək üçün keçirilən ekspert rəyinin öyrənilməsini, işin hərtərəfli araşdırılmasına və obyektiv həqiqətin üzə çıxarılmasına kömək edilməsini məhkəmədən tələb edir. Bunun üçün Səhiyyyə Nazirliyinə və X15 müraciət edilərək onların rəyinin öyrənilməsini xahiş edir. Çünki ən güclü uyuşturucu narkoz sayılır ki, əməliyyatda xəstələrə verilir, 8-10 saatdan sonra xəstə ayılır. Rübabə nə qəbul edib ki, aylarla ayıla bilməyib. Bu qədər yalan ola bilməz. Bakı Şəhər Baş X62 Cinayətlərin İstintaqı Şöbəsinin müstəntiqi polis baş leytenantı Elçin Qurbanov ekspert rəyinin bir hissəsini ittiham elan etmək üçün istifadə etmişdir. O və Təqsirləndirilən şəxs1 barəsində bəraətverici hallara düzgün hüquqi qiymət verməməklə nəzərə almamışdır. Apardığı istintaq tam saxta və qərəzlidir, bitərəfdir. Xahiş edir ki, 41-ci Polis Bölməsinin təhqiqatçısı Fərruxu, müstəntiqi Elçin Qurbanovu, Şahlar deyilən Rübabənin tanışı dəvət edilsin. Zərərçəkmiş şəxs11 ona 1000 dollar bir, 1000 manat bir, 920 qr qızıl, 51232 manat və 3550 dollar kişi saatının pulunu verməlidir. Dedikləri qəbz və öhdəçiliklə, video görüntüləri ilə, telefon yazışma və danışıqları ilə sübuta yetirilir. Faktlar ortadadır. Bütün bunlara tam aydınlıq gətirilməsini xahiş edir. Bunlar azmış kimi Rübabəyə görə oğlu Təqsirləndirilən şəxs1in ailəsi dağılıb. Etik qaydalara uyğun gəlmədiyi üçün bir cümlə ilə qeyd edir. » Təqsirləndirilən şəxs1 ifadələrində göstərdi ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs2 tanıyır. O, bu şəxslərin heç birindən pul almamışdır. Zərərçəkmiş şəxs11 ona borcu vardır. Rübabə onlardan qeyri-rəsmi yaşadığı Röya adlı şoferi vasitəsi ilə 12222 manat dəyərində qızılı borca götürmüşdür. O, Biləsuvarda ev tikdirdiyi üçün, ona pul lazım olduğuna görə Rübabəyə qızılları vermişdir. Rübabə ona qızılları az-az verməsini əvəzində isə pulu az-az verəcəyini demişdir. O, da Rübabəyə 12222 manat dəyərində qzılları verməsi barədə qəbz vermişdir ki, imzalasın. Rübabə də qəbzləri imzalamışdır. Rübabə qəbzdəki tarixi dəyişmişdir. Rübabə onlara gəlinin işlənmiş paltarlarını vermişdir ki, həmin paltarları sataraq qızılların pulundan çıxsınlar. Rübabə onu guya işə düzəltmək adı ilə onu və anası Laləni ərinin işlədiyi yerə aparmışdır. Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 onları aldatmışdır. Qızxanım onunla birlikdə anasından qızıl götürmüşdür. Qızı Əminə ödəniş üçün bolkart gətirmişdi. Qızxanım onlardan satmaq üçün külli miqdarda qızıl istədi. X67 külli miqdarda qızıl verə bilməyəcəyini, lakin, özünün Türkiyədə qızıl götürdüyü yer ilə tanış eləyə biləcəyini və oradan gedib qızıl götürə biləcəyini dedi. Onlar aralarında razılaşmış, bir günün içində Qızxanım, qızı Əminə və Qızxanımın əri Türkiyəyə uçdular. Həmin ərəfədə Rübabə onlarla gəlmiş, anası bu barədə Rübabəyə danışanda Rübabə anasına demişdir ki, “nə badə onlara mal verəsiniz onların işlədiyi yerdə müdürlərini və onun ərini 15 günə tutacaqlar”. Anası da təcili Türkiyəyə zəng vurmuş və Qızxanımgilə 50 qramdan artıq qızıl verməməyi tapşırmışdır. Qızxanımgil də 50 qram qızılı götürmüş və bu günə qədər pulunu verməmişlər. Həmin pulu da Türkiyəyə anası ödədi. Zərərçəkmiş şəxs2 o, uşaq olanda anası ilə şərik alver etmişlər. Daha sonra Namət anasına pul “atmış”, anası borca düşmüş və bir neçə il həmin borcu ödəmişdir. Lakin Xanlar və digərlərini tanımır. Onlar Rübabənin “komandası” dır. Rəfaelin anasına borcu vardır. Bu barədə məhkəmə qərarı da var. Şıralzadə Rənaya gəldikdə isə o, univermaqda işləyir. O Rənadan heç bir miqdarda və dəyərdə mal götürməmişdir. Bunu Rənanın satıcısı da təsdiq etdi. Zərərçəkmiş şəxs8 heç bir şikayətinin olmadığını, onu sadəcə şikayət verməsi barədə müstəntiqin öyrətdiyini demişdir. Zərərçəkmiş şəxs7 onları aldadan Pərvanənin qohumudur, qərəzli şəxsdir. Zərərçəkmiş şəxs9 ondan qızıl almışdır. Dəfələrlə bu barədə aralarında yazışma olmuşdur. Saleh bir dəfə ona whatsappla “bax” kimi sözlər yazmış, o da cavabında “nəyə baxım, mal gəlsin göstərərəm” demişdir. Deməli bu şəxslər çoxdan bu qurma ittihamı hazırlayırmışlar. Zərərçəkmiş şəxs4ı Namətin dostu kimi tanıyır. Aralarında heç bir alış-veriş olmamışdır. Ondan heç bir məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs3 Namətin dostu kimi tanıyır. Zərərçəkmiş şəxs13 Zərərçəkmiş şəxs12 qızıdır. O da ondan mal götürmüş, həmin malı da anasının polkasından bir yerdə götürmüşlər. O, heç kimdən pul almamışdır. Küplər, cadu barədə onu deyə bilər ki, bunların hamısı yalan, şər və böhtandır. Evindən çıxan cadu və digər ayinlərdə istifadə olunmaq üçün nəzərdə tutulan predmetlər barədə onu deyə bilər ki, onun evində şam olmamışdır. Duaları isə onun bibisi uşaqları üçün yazmışdır. Quran və Mərsiyə kitablarına gəldikdə isə bu kitablara hər yerdə rast gəlmək mümkündür. Bu o demək deyildir ki, o, cadugərliklə məşğul olur. 3 ədəd kiçik həcmli qıfıllar onun rayondakı həyət evindən götürülmüş və həmin qıfıllar oyun həyətində yerləşən solda, həyətin başında və padvalın altında 3 ədəd toyuq hinin qıfıllarıdır. Saplar isə hər kəsin evində olur. 2014-cü ildən Pərvanə Hüseynova həbs olunub, həmin illərdə də facebook sosial şəbəkəsində onun və anasının şəkli məşhur falçılar kimi paylaşılmışdır. Sual meydana çıxır ki, nəyə görə bu on dörd nəfərdən başqa heç kəs onun falına baxılmasını iddia etmir. Bunlar Rübabə və onun “komandası”, Namət və onun “komandası”dır. Zərərçəkmiş şəxs11 2017-ci ilin sonlarında onun anasından dəqiq çəkisini xatırlamadığı, nisyə qızıllar götürmüş, bunu öz gözləri ilə görmüş, və fotoşəkillərini də çəkmişlər. Zərərçəkmiş şəxs X36 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs2 və oğlu Təqsirləndirilən şəxs1 2014-cü ildən tanıyır. Aralarında ədavətləri olmayıb. O, Mərkəzi Univermaqda 2000-ci ildə qızıl satışı ilə məşğul olur. Lalə və oğlu Hüseyn 2014-cü ildən Mərkəzi Univermaqda arendaya univermağın birinci mərtəbəsində qızıl satışı yeri götürüb qızıl alveri ilə məşğul olurdular. Mərkəzi Univermaqda onun həm 1-ci mərtəbədə həm də 2-ci mərtəbədə satış yerləri vardır. 2016-cı ilin iyul-sentyabr ayları ərzində Lalə və oğlu Hüseyn ondan ümumilikdə 23.568 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını satmaq adı ilə nisyə almış lakin sonradan cəmi hissə-hissə olmaqla 3488 ABŞ dolları pul ödəməklə qalan 20.080 ABŞ dolları pulunu ələ keçirmişlər. Belə ki, 2016-cı ilin iyul ayında ilkin olaraq Hüseyn ona yaxınlaşaraq onun satdığı əşyalardan 2670 ABŞ dolları dəyərində, 750 əyyarlı, 50.4 qram çəkisi olan sarı qızıl qadın komplekti bəyəndiyini, onu arvadı üçün alıb, hər ay 500 ABŞ dolları ödəyərək pulunu qaytaracağını dedi. O da etiraz etməmiş və həmin qızıl komplekti Hüseynə nisyə satmışdır. Bir müddətdən sonra Lalə özündə xırda qızıl əşyalar olduğunu bildirib, onda olan bahalı malları özünün müştərilərinə 2 ay sonra pulunu ödəmək şərti ilə sata biməsini dedi. O da razılaşmışdır. Lalə və Hüseyn 2016-cı ilin iyul-sentyabr ayında ondan 6365 ABŞ dolları dəyərində 750 əyyarlı, ümumilikdə 134.8 qram çəkidə sarı qızıl qadın komplekti, 4480 ABŞ dolları dəyərində, 750 əyyarlı, 88.8 qram sarı qızıl çəkisi olan qadın komplekti, 4113 ABŞ dolları dəyərində, 750 əyyarlı, 77.6 qram sarı qızıl çəkisi olan qadın komplektini bu adla aldılar. Bundan sonra onun xəbəri olmadan onun satıcısı Rayaya yalandan “Rənaya demişəm iki dənə bu qolbağı ver, göstərim gətirirəm” deyərək almış və pulunu ödəməyərək ələ keçirmişdir. Həmin qolbaqlardan hər biri 2970 ABŞ dolları dəyərində, 750 əyyarlı 58.2 qram sarı qızıl çəkisi olan qadın qolbaqları idi. Lalə daima onunla sıx əlaqə saxlamış, onunla ailəvi münasibətlər qurmuşdur. O, hətta onun qudası Alimin yas mərasimində də iştirak etmişdir. Lalə bir müddət Mərkəzi Univermaqda işlədikdən sonra satış yerini tərk etdi. Lakin ondan borc sahibləri pulunu istəməsin deyə o, guya satış yerinə qayıdacaq deyə bir il ərzində işləməyə-işləməyə qızıl satışı yerinin arendasını vermişdir. Sonradan Lalə və Hüseyn univermaqdan çıxan zamana yaxın onların yanında işləmiş şəxslərdən eşitmişdir ki, falçılıq da edirlər. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs2 onun gəlininin əmisi arvadı olmuşdur. Aralarında ədavətləri olmayıb. 2012-ci ildən şəriyi Zərərçəkmiş şəxs4 ilə birlikdə 28 May Metrostansiyasının yaxınlığında olan dükanda disk alveri ilə məşğul olur. Təqsirləndirilən şəxs2 əvvəl onun oğlu Təqsirləndirilən şəxs1 tanımış, bir neçə dəfə onun və gəlininin evinə gəldiyini görmüşdür. 2012-ci ildən də, o Hüseynin anası Təqsirləndirilən şəxs2 qızıl alveriçisi kimi tanımışdır. Hüseyni isə daimi bir işlə məşğul olan şəxs kimi tanımamışdır. Çünki Hüseyn tez-tez iş yerlərini dəyişir, gündə bir işlə məşğul olurdu. Gah Hüseyn alver edirdi, gah aşpaz olduğunu bildirirdi. O, oğlu Rəqşan Səfərov Könül Səfərova ilə evlənməmişdən qabaq Nizami rayonu ərazisində yerləşən “Laçın TM”-ə qızıl alveri ilə məşğul olan Samir və Zərərçəkmiş şəxs5 yanına toy üçün qızıl-zinət əşyalarını almaq üçün getmişdir. Bu 2012-ci ilin yaz-yay aylarında olmuşdur. Tarix dəqiq yadında qalmamışdır. O “Laçın TM”də Samirdən təxminən 3500-4000 ABŞ dolları civarında qızıl-zinət əşyaları almış və pulunu nağd ödəmişdir. O, Samir və Adili uzun müddət olar ki, tanıyır, əvvəllər birgə alver etmişlər. Birlikdə kassa aparatlarının satışı ilə məşğul olmuşlar. Sonradan isə Samir ilə Adillə qızıl alveri ilə məşğul olmağa başladılar. O, qızıl əşyaları aldıqdan sonra Könülün bacısı Xəyalə Təqsirləndirilən şəxs1 ilə birlikdə ona məlum olmayan səbəbdən “Laçın TM”-nə getmiş orada Samir ilə Xəyalə və Təqsirləndirilən şəxs1 arasında tanışlıq yaranmışdır. Samir onlarla söhbət zamanı bilmişdir ki, Xəyalə və Təqsirləndirilən şəxs1 onun qohumlarımdır. Həmin ərəfədə onun heç bir xəbəri olmadan Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 ilə birlikdə “Laçın TM”-nə gedərək orada Samirə onun adından tanışlıq vermişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs2 Samirə onun qohumu olmasını, özünün də, qızıl işi ilə məşğul olmasını, hazırda pulunun olmaması səbəbi ilə, alacağı qızılın qarşısında ona məxsus olan bir torpaq sahəsinin sənədini girov qoyacağını deməklə Samirin etibarını qazanmışdır. Samir isə ümumiyyətlə ona bu barədə heç bir söz deməmişdir. X75 Əlizadə ilə qabaq söhbət zamanı onun qohumu olduğunu bilmişdir. Təqsirləndirilən şəxs2 onun xəbəri olmadan və Samirin ona heç bir xəbər vermədiyi bir şəraitdə Samirdən etibarından sui-istifadə edərək ona məlum olmayan torpaq sənədini onda girov qoyub 11.000 manat dəyərində qızıl-zinət əşyalarını nisyə almışdır. Bu hadisədən bir müddət sonra Samir ona zəng edərək Təqsirləndirilən şəxs2 ona borclu olduğu pulu vermədiyini və onun adından istifadə etdiyini dedi. O, Samirə bu hadisənin ona aidiyyəti olmamasını, ondan kiməsə qızıl verməsini şəxsən xahiş etmədiyini demişdir. Samirin ona zənglərindən sonra Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə iki dəfə onun evinə gəlmişlər. Hər iki dəfə o, evdə olmadığımdan 3-cü dəfə evinə gəlib qonaq olmuşlar. Həmin söhbət zamanı Təqsirləndirilən şəxs2 ondan xahiş etmişdir ki, “Sən canı Samirdən xahiş elə bizi sıxmasın, biz pulu ödəyəcəyik, bir az bizə vaxt versin”. O onların yanında Samirə zəng edib ondan xahiş etmişdir ki, Laləyə 2-3 gün vaxt versin. Həmin hadisədən 3 gün keçdikdən sonra Samir ona zəng edib, Lalənin yenə ona borcunu gətirməməsini dedi. O da Lalə ilə telefon əlaqəsi yarağmışdır. Lalə ona çox dilağız etdi, az qala yalvardı ki, “ Namət sən canı nə qədər malım var onda bunda, nə qədər alacaqlarım var, sən canı mənə bir az maddi kömək et, Samirin borcunu ödəyim, yaxın zamanlarda sənə olan borcumu qaytaracam” deyərək xahiş minnət etdi və toy ərəfəsində olduğunu, özünün pulu olduğunu, lakin həmin pulu verə bilmədiyini dedi. O da bu telefon danışığından sonra Lalə, oğlu Hüseyn ilə birlikdə görüşüb Samirin yanına getmişdir. “Laçın TM”-də Samirə o, Lalənin 11.000 manat borcundan 4000 manat pul ödəmişdir. Lalənin ona yalvarışları, dilağız etməsi elə bil ki, ovsunlamış, o, ona tam inanmışdır ki, Lalə çox düzgün qadındır. O həm də Lalənin çarəsiz və başsız bir qadın olmasını düşünmüşdür. O, Samirə pulu verib Lalədən narahat olma, pul düzəldib qalan borcu da, yaxın zamanda bağlayacağıq demişdir. Bu hadisədən bir həftə sonra o, Lalə və Hüseyn yenə birlikdə görüşüb Samirin yanına getmiş o, Lalənin Samirə olan borcunu tam ödəmişdir. Yəni ikinci dəfə Samirə Lalənin əvəzinə 7000 manat ödəmişdir. Bununla da, Lalənin ona 11.000 manat pul borcu yaranmışdır. O, Lalə və Hüseyn birlikdə Samirin yanından çıxıb yolda olarkən Lalə dedi ki, “Namət pulun varsa gəl birlikdə qızıl alveri edək, nə qədər alacaqlarım var, alacaq pullar gecikdiyindən özüm hazırda dayanmış vəziyyətdəyəm, bir az pul olsa birlikdə işi davam etdirərəm, yaxşı pul qazanmaq olar, misal üçün bu saat 50.000 manat olsa ən azı 10.000 manat həmin pulun üstündə qazanc tutaram” dedi. Lalə bu tipli sözlər deyərək onu şirnikləşdirdi. Həmin vaxt da onun öz işi yaxşı getmirdi. Yaxşı qazanc əldə edə bilmirdi. Lalənin təklifi ilə bağlı xeyli düşünmüş və təxminən beş gün sonra 2012-ci ilin yay aylarının birində Lalə ilə görüşüb Lalənin təklifi ilə bağlı onunla söhbət edib Laləyə əlində az pul olduğunu deyib həmin pula nəsə edib, qızıl alveri ilə pul əldə etmək mümkün olmasını soruşmuşdur. Lalə ona az pul varsa həmin pula qızıl alıb əldə satacağını, buna ev alveri deyildiyini, pul artıqca işi böyüdüb yer götürə biləcəyini dedi. Bu zaman qərara gəlmişlər ki, onda olan 5000 manat pula Samirin şəriki Adildən qızıl-zinət əşyaları alsınlar və Lalə həmin əşyaları satsın. O, Lalə və Hüseyn birlikdə Adilin yanında gedib ondan 5000 manat dəyərində qızıl-zinət əşyaları almışlar. Bu hadisədən sonra qızıl-alveri üçün o, Lalə və Hüseyn ilə birlikdə Adildən ümumilikdə 18.000 manat dəyərində qızıl-zinət əşyalarını nisyə almışlar. Adil nisyə alıcı kimi onu tanımışdır. O isə nisyə aldığı qızıl-zinət əşyalarını satmaq üçün Laləyə verirmiş və bu barədə şəriki Xanlara da danışmışdır. Xanlar da Samir və Adili uzun müddət idi ki tanıyırdı. 2012-ci ilin avqust-sentyabr aylarında Lalə pul azdır, ələ verdiyi qızılların gəlir az olacaqdır deyib birlikdə bir yer götürüb alver etməyi təklif etdi. O vaxta qədər də Lalə ona bir manat pul verməmişdir. Lalə alınıb satılan qızılların hamısını siyahısı tutmuşdu və ona daima siyahı barədə məlumat verirdi, lakin pul məsələsinə gələndə isə, Lalə bildirirdi ki, malların hamısı nisyədədir, nisyə maldan daha çox pul gələcəkdir. O da işi böyütmək üçün pul axtarışına başlamışdır. Həmin zamanlar Xanlar da onun kimi Lalə ilə birlikdə işləmək istədiyini dedi. O həmin ərəfədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən öz adına çıxarışlı olan 75.000 manat dəyərində olan evini Lalənin tanışı Azər adlı şəxsə 15.000 manat pulun qarşılığında müvəqqəti alqı-satqı etməklə şifahi girov razılaşması, lakin rəsmiləşdirmədə alqı-satqı etməklə öz aralarında razılaşmışlar. O Azər və Lalənin tanışı olan “Hacı” dedikləri şəxsə ev rəsmiləşdirilməsi üçün etibarnamə vermişdir. Həmin etibarnamə Nərimanov rayonu, Montin qəsəbəsi, “saat” adlanan yer ilə üzbə-üz yerləşən notariat kontorunda verilmişdir. Lakin Azər ona 15.000 manat verməmişdir. Etibarnamə verildikdən üç gün sonra evi Azərin adına alqı-satqı edilmişdir. Lakin o həmin prosesdə iştirak etməmişdir. Azər ona bildirmişdir ki, 15.000 manat pulu Laləyə vermişdir, Lalə də, həmin halı təsdiq edərək ona bildirmişdir ki, 15.000 manat pulu Türkiyəyə göndərmişdir ki, qızıl-zinət əşyaları üçün beh olsun. Lakin Lalə və Azər ona xəbər vermədən bu işi görmüşlər. Evinin qarşılığında o, bir manat belə pulu görməmişdir. Azər adlı şəxsin ata adı və familyasını dəqiq bilmir. Azər əvvəllər Səbail rayonu ərazisində yerləşən MUM-un kənarında valyuta dəyişmə məntəqəsini işlədirdi, eşitdiynə görə Azər indi hazırda həbsdədir. Onun həbs edilməsində Lalənin birbaşa əli olmuşdur. Çünki Lalə elə bir şərait yaratmışdır ki, Azər bir türk vətəndaşına külli miqdarda 65.000 manat pul borclu olmuş və bunun nəticəsində həbs edilmişdir. Azər ola bilsin ümumiyyətlə Laləyə pul verməmişdir, ola bilsin daha çox pul vermişdir. Onun evinin qarşılığında Laləyə 15.000 manat verilməsi söhbətindən sonra Lalə və şəriyi Xanlar ilə birlikdə Sahil metrostansiyasının üzərində, Sahil ticarət mərkəzinin 2-ci mərtəbədə qızıl-zinət əşyaları satmaq üçün aylıq icarə haqqı 600 manat olan 4 kv.m yer götürmüşlər. O vaxta qədər Xanlar Laləyə iş üçün artıq 53.000 manat vermişdi. Həmin pulun bir qismini Xanlar Adil adlı dostundan borc almışdı. Sonradan isə 40.000 manat pulun qarşılığında Xanlar qardaşı Qulu Səfərovun evini Adilə girov qoydu. Həmin ərəfələrdə isə o, Ukraynanın Zaparojes şəhərində olan həmkəndlisi X8 50.000 ABŞ dolları borc almışdır. Həmin pul ona Vurğunun hazırda adı yadında qalmayan və tanımadığı dostu tərəfindən Bakı şəhərində verilmişdir. Həmin 50.000 ABŞ dolları da o, 2013-cü ilin fevral ayında əldə edib Laləyə vermişdir. O, Laləyə pul verəndə Hüseyn onun yanında olmuşdur. Pulu Laləyə verən kimi o kitabçalarda qeydiyyat aparıb, oğlu Hüseynə verirdi ki, get filankəsə bu qədər ver. Onun və Xanların bütün pulları Lalədə cəmləşirdi. Lalənin deməsinə görə bir neçə dəfə o, Dubaya və Türkiyəyə getmişdir. Verdikləri pulların qarşılığında isə qızılların çox hissəsini icarə götürdükləri yerdə polkada görmüşlər. Ona görə də, Lalədən heç bir şübhə etməmişlər. O, Laləyə 50.000 ABŞ dolları verdikdən sonra 35.000 manat Müslüm adlı həmyerlisindən, 16.000 manat isə Sevinc adlı tanışından almışdır. O, həmin vaxta kimi qızıl biznesi üçün Laləyə təkcə özü 140.000 manat vermişdir. Bundan əlavə isə 2012-ci ilin yay aylarında Hüseynin əsgərlikdən saxlatmaq üçün Lalə ondan 5000 manat borc pul almışdır. Arvadının isə ümumilikdə 10.000 manat dəyərində olan qızıl-zinət əşyalarını da o, Laləyə vermişdir. Sahil ticarət mərəkəzində olan “polka” da Xanlar ilə Lalə birlikdə işləyirdi. Çox zaman Hüseyn də gəlib “polka” da alverə baxırdı. Hətta onun, Xanların və Rahibin pulu ilə alınmış qızıllardan Lalə oğlunun nişanı üçün 10.000 manatdan çox qızıl-zinət əşyaları götürmüşdü. Bütün qeydiyyat kitabçaları isə seyfdə saxlanılırdı. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 ilə o, tanış etmişdir. Rahib Xanların və onun dostudur. O birinci dəfə Lalənin satması üçün Adildən nağd aldığı 5000 manat dəyərində qızıl-zinət əşyalarının söhbətindən sonra Xanlar da onlara qoşulmuşdur. Rahib isə sonradan onlara qoşulmuş və Laləyə iş görməsi üçün pul vermişdir. Rahib bildiyi qədər öz dostunun evini “İran bank”da girov qoyaraq 25.000 manat, bacısı oğlu Turaldan 35.000 manat, özünə məxsus olan təxminən 13.000 manat dəyərində qızıl-zinət əşyalarının pulunu, gömrükdə guya qalmış mallar üçün isə 4000 manat Laləyə pul vermişdir. Onun borc aldığı Müslüm isə Rahibin tanışı idi. Rahib bəzən öz hesablarında Müslümə olan borcu da qeyd edirdi. Bütün borclar yığışdıqdan sonra o Lalədən işin nəticəsini soruşub, çoxlu borcların olmasını demişdir. O, Lalədən hesab soruşan zaman məlum olmuşdur ki, Xanlar polkada işləyəndə onun gözünün qarşısında Lalə polkadan 3.5 kiloqram çəkidə qızıl-zinət əşyalarını aparmışdır. Lalədən bunun səbəbini soruşuqda səbrli olun mallar hamısı nisyədədir, bütün işlər nizamlanacaq dedi, lakin günü-günə satırdı. Artıq vəziyyət o, yerdə idi ki, “Sahil” ticarət mərəkzində 600 manat icarə haqqını verə bilməmişlər. Bu səbəbdən də polkada olan malların hamısını X61ndə polka götürərək oraya aparmışlar. Bütün seyfdə olan kitabçaları isə X61ndəki polka olan seyfə qoymuşlar. Həmin seyfin açarının biri Xanlarda biri isə Lalədə idi. X61ndə son bir ay Xanlar ümumiyyətlə heç bir alverdə iştirak etməmişdir. Orada da alveri Lalə davam etdirirdi. Lalənin oğlu Hüseyn isə anasının yanında gümüş əşyaları satmaq üçün polka götürmüşdü. Nəticə etibarı ilə “Laçın” ticarət mərkəzində üç ay iş getdi. Sonra Lalə polkada olan təxminən 800 qram qızıl-zinət əşyalarını götürüb aradan çıxdı. O da bir neçə dəfə Laləni axtarıb tapıb ondan pulları istəmiş, Lalə isə bu gün verəcəyəm, sabah verəcəyəm deyə-deyə onu aldatmışdır. Onların hesab kitabı onun, Xanların, Rahibin pulları ilə Lalə tərəfindən alınmış qızılların adları, kimə verilmələri, hansı qiymətə satılmaları, nə qədər dəyəri, əyarı, haradan neçəyə alınmaları barədə qeydlər hətta Lalənin özünün öz xətti ilə yazdığı əlyazma qəbzlər hamısı “Laçın TM”-də olan polkadakı seyfdə idi. Lalə qaçıb getdikdən sonra onlar seyfin qapısını nə qədər açmaq istəsələr də onu aça bilməmişlər. Çünki seyfin həm açarı, həm də kodu olmuşdur. Onlarda olan açar seyfin açılması üçün kifayət etməmişdir. Sonda Laçın ticarət məkəzində icarə borcunun qarşılığında seyfi oranın müdiriyyətinə vermişlər. Mütəxəssis həmin seyfi açdı və orada heç bir kitabça aşkar edilmədi. X42 ilə birlikdə onları aldatdıqlarını bilmişdir. Onlara havadarlıq edən keçmiş “uçaskovi” işləmiş Cəfər Həsənəliyevdir. O dəqiq bilir ki, Cəfər Həsənəliyev bütün işlərdə Laləyə dəstək verir, plan qurur, işin arxasında görünməyən tərəf kimi qalır. Cəfər Həsənəliyevi üzdən tanıyır. Cəfər Həsənəliyevin avtomobili Rahibə olan borcun qarşılığında 4000 manat əvəzi olaraq verilmişdir. X52 İbrahimova ilə birlikdə qeyrirəsmi nikahda yaşayır, o bütün bunları sonradan qohum əqrəbadan eşidib bilmişdir. Hüseyn dəfələrlə anasının əvəzinə vəd vermişdir ki, narahat olmasınlar, 2013-cü ilin oktyabr ayında bütün pullar geri qayıdacaqdır. Lalənin onu aldatdığını bildikdən sonra o, borclarını qaytarmaq üçün Azər adlı şəxslə əlaqə yaratmışdır. Azər ilə görüşüb ona 15.000 manat pul vermişdir. Azər onunla razılaşıb evi satmağa nail olmuşdur. Qaraçuxur qəsəbəsində olan evini 75.000 manata satmış və borclarının bir qismini ödəmişdir. Zərərçəkmiş şəxs11 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Aralarında ədavətləri olmamışdır. O, ünvan 6 A ünvanda yerləşən öz adına olan həyət evində X76, üç oğlu Ömər Ağayev, Namiq Ağayev, Namiq Ağayevin arvadı Dilarə Ağayeva, övladları Dəniz, digər oğlu Rauf Ağayev onun arvadı Ləman Sultanova və övladları Faiq Ağayev ilə birlikdə yaşayır. X76 “xxxxxx” ASC-nin audit idarəsinin rəisi vəzifəsində işləyir. Oğlu Ömər Ağayev İngiltərədə ali təhsil almışdır, subaydır hazırda heç bir yerdə işləmir. Namiq Ağayev və Rauf Ağayevin hər ikisi ali təhsillidirlər, “xxxxxx” ASCdə adını dəqiq bilmədiyi vəzifədə işləyirlər. X24 evdar qadındır, Ləman Sultanova isə Turizm Universitetində alman dili müəlliməsidir. Özü evdar qadındır, heç bir yerdə işləmir, orta təhsillidir. Yeddi ildən çox müddətdir ki, namaz qılır və oruc tutur. Təqsirləndirilən şəxs1 tanıyana qədər fərqli-fərqli iki-üç şəxsə falına baxdırıb. Həmin şəxslər kartla fala baxırdılar. Fala baxdırmağa getməyinin səbəbi əsasən ailənin gələcəyi, oğullarının həyatı ilə bağlı nəsə öyrənmək olmuşdur. Bir neçə il əvvəl yadında qalmayan bir kartla baxan falçının yanında olan zaman falçı bildirmişdir ki, evində cadu basdırılmışdır, onu çıxarmaq lazımdır. Həmin cadunu çıxarmasını xahiş etsə də, o, bu işlə məşğul olmamasını, yalnız öncə görücü olmasını bu işlə məşğul olan başqa bir şəxsi tapmağı məsləhət gördü. 2016cı ilin noyabr ayının ortalarında Nazim və Elxan adlı ustalar yaşadığı ünvanda həyətin divarlarını və giriş qapısını rəngləmişlər. Nazim Ömərin sinif yoldaşıdır, həmin zaman Rauf da evdə idi. Ustalar həyətdə evin darvazasının yuxarı hissəsini rəngləyərkən səsləmiş, Raufla birlikdə həyətə çıxaraq ustaların niyə səs küy salmasını soruşduqda ustalardan biri əlində bir sıxılmış kağız parçasına bükülmüş içərisində nəsə əşyalar olan büküm tapdıqlarını deyib bükümü göstərdilər. Həmin bükümü ustalardan alıb açan zaman içərisində yanmış şamlar və ərinmiş nəsə material olmasını, kağız parçasında isə ərəb hərflərinə bənzər nəsə yazıların olmasını görmüşdür. Ustalar və oğlu Rauf əlindən həmin kağız bükümünü alıb, aparıb evin bayırında üzərinə rəng işlərində istifadə olunan tez alışan maddəni töküb yandırmışlar. 2017-ci ilin mart ayında xalası qızı Qızxanım öz yaşadıqları ev ünvanının telefon nömrəsi olan 012 *** ** ** nömrəsindən onun ev nömrəsi 012 *** ** ** nömrəsinə zəng edib hal-əhval tutduqdan sonra ondan 500 manat borc pul istədir. O vaxta qədər Qızxanım, cəmi bir-iki dəfə ondan 100 manat civarında borc almışdır və nə üçün lazım olmasını da deyirdi. Lakin bu dəfə borcu nə üçün almaq itədiyini bildirmədi. O, Qızxanımdan pulun nəyə lazım olduğunu soruşmuşdur. O, lazımdır deyib pulu niyə aldığını demədi. Qızxanıma pul verdikdən təxminən iki həftə sonra onunla telefonda danışarkən ona Hüseyn adında bir nəfərin quran ilə fala baxdığını və cadu çıxarmağı da, bacarmasını, hətta Hüseynin ona evlərində cinlərin olması səbəbi ilə nəvəsi Nadirin ölməsini bildirməsini və pulu da ona vermək üçün aldığını, Mərkəzi Univermaqda olan zaman bir nəfərin vasitəsi ilə Hüseyn ilə əlaqə yaratdığını dedi. 2016-cı ilin yay aylarında Qızxanımın nəvəsi Nadir adlı beş yaşlı nəvəsi balkondan yıxılıraq rəhmətə getmişdir. Həmin hadisədən sonra Qızxanımın qızı Samirənin ailəsində sıxıntılar olmuşdu. Nadir rəhmətə getməmişdən qabaq da, Samirə və onun əri Salehin birgə nikahından Aydan adlı qızları da olmuşdu. Nadir rəhmətə getdikdən sonra Samirə həmişə Aydanın üzərində əsirdi. Elə bilirdilər ki, Nadirin ölümü ilə ailələrinə bədbəxtlik gəlmişdi, Samirənin özü isə psixoloji olaraq sarsılmışdı. Qızxanım da, qızının vəziyyəti ilə ailələrinin üzərində “qara qüvvələrin’’ hökm sürməsini düşünürək, Hüseyn ilə əlaqə yaratmışdı. Qızxanımın dedikləri maraq yaratmış, həmin zaman eyni ilə evində ustalar tərəfindən tapılmış cadu yadına düşmüşdür. Qızxanımdan xahiş etmişdir ki, onu Hüseynin yanına aparsın. Qızxanım Hüseynə onun barəsində demiş, Hüseyn isə onu qəbul edəcəyini bildirmişdir. 2017-ci ilin aprel ayında dəqiq tarixi yadında qalmayan gündə günorta saatlarında öz istifadəsində olan 051 *** ** ** mobil nömrəsi ilə həmin zamanlar Qızxanımın istifadəsində 050 *** ** ** mobil nömrəsi ilə əlaqə yaradıb, Qızxanımın yaşadığı Nəsimi rayonu, 4-cü mikrorayonda olan evinin yaxınlığında Qızxanımla görüşüb 65 nömrəli avtobusla Bakı şəhəri, Səbail rayonu, Axundov bağının yaxınlığına getmişlər. Axundov bağının yaxınlığında avtobusun dayanacağında avtobusdan düşmüşlər. X53 zəngə edib orada olduqlarını dedi. Hüseyn də gözləməyi tapşırdı. Onlar da Axundov bağında bir saata yaxın gözləmişlər. Hüseyn evədə olmadığnı, tezliklə gələcyini dedi. Bir saatdan sonra Qızxanım yenə Hüseynə zəng edi. Hüseyn isə evə qalxıb və koridorda gözləməyi tapşırdı. Bundan sonra onlar təxminən əlli metr gedib arxitexturni adlanan binaya daxil olmuşlar. İkinci mərtəbəyə qalxıb, Qızxanım koridorun sağ tərəfində yerləşən ağ rəngli üzərində hər hansı bir nömrənin olub-olmamasını xatırlamadığı qapını döydü. Qapını açan olmadı. Onlar koridorda təxminən iyirmi 20 dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs1 ora gəldi. Hüseyn Qızxanım ilə salamlaşıb Qızxanıma xalan qızı budu dedi. Qızxanım da onu Hüseynə təqdim edərək hə dedi. Hüseyn ona mobil telefonunu, üzərində olan dəmir əşyaları və çantasını koridorda olan ayaqqabı şkafının üzərinə qoymağı tapşırdı. O da Hüseynin dediyi kimi etdi. Təqsirləndirilən şəxs1 nəyə baxdırırsan dedi. O da ona özünə baxdırmağa gəldiyini demişdir. Hüseyn koridor ilə üzbəüz olan otağa keçməsini, Qızxanımın isə koridorda gözləməsini bildirdi. Bundan sonra Hüseyn ilə birlikdə otağa keçmişdir. Həmin otaqda əsasən mətbəxlərdə istifadə edilən hündür yemək stolu kimi olan stol və ətrafında stulları, bir jurnal stolu, divan və kreslolar var idi. Hüseyn onu yemək stoluna dəvət etmişdir. Hüseynin cavan olması onu çox təəcübləndirmişdir. O, Hüseynin təklifi ilə yemək stolunun arxasında oturmuşdur. Həmin stolun və jurnalni stollarının üzərində çoxlu təsbehlər, Quran kitabı, ələm, möhürlər, müxtəlif növ qalınlığa malik, müxtəlif rəngli şamlar, xırda muncuqlar, çoxlu qələmlər, çox kiçik həcmli Quran kitabları, qeydiyyat dəftəri, namaz xalçası və hazırda yadında qalmayan əşyalar var idi. Hüseyn yenə ondan nəyə görə gəlməsini soruşmuş, o isə ona ailəsinə və özünə baxdırmağa gəldiyini demişdir. Hüseyn ailəsi və evinin həyət evi olub-olmaması barədə suallar vermişdir. Hüseyn bundan sonra ona baxıb əlinə quran kitabını alıb üzərinə bir əlini qoyaraq “bismillahi rəhmani rəhim” deyib onun əlindən tutaraq quranın üzərinə eyni onun kimi qoymasını işarə etmişdir. Hüseyn quranı açmış və ərəb dili kimi bildiyi dildə nəsə oxumuşdur. Quranı oxuyub bitirib, kitabı bağlamadan ona həyətlərində üç ədəd cadu olduğunu, həmin caduların tapılmalı, daha sonra çıxarılmalı olduğunu, əgər həmin cadular çıxarılmasa ailəsində faciəvi hadisələrin baş verəcəyini, uşaqlarından hansınınsa ağır xəstəliyə tutulacağını deyib kitabı bağladı. O Hüseynə indi hazırda cadularını çıxarıbçıxara bilməyəcəyini soruşmuşdur. Hüseyn ona həmin günü yox daha sonra əlaqə saxlayıb çağırcağını dedi. O da stolun üzərinə 20 manat pul qoyub Hüseyn ilə sağollaşıb koridora çıxmışdır. Ondan sonra Hüseynin olduğu otağa Qızxanım daxil oldu. Həmin otağın giriş qapısının ortasında şüşəli hissə var idi. Koridordan otağın içi, otaqdan isə koridor görünürdü. Bir neçə dəqiqədən sonra Qızxanım otaqdan çıxdı. Hüseyn isə otaqdan bayıra çıxmadı. O, Qızxanım ilə birlikdə Hüseynin yaşadığı evdən getmişlər. O, Qızxanıma Hüseynin bildirdiklərini demişdir. Qızxanım da ona özünün qərar qəbul etməsini məsləhət edib Hüseynin onun özünə dediklərini demədi. Bu hadisədən sonra evdə çox düşünüb Hüseyn vasitəsi ilə həyətində olan caduları çıxartdırmaq qərarına gəlmişdir. Bundan iki-üç gündən sonra öz istifadəsində olan 051 *** ** ** Hüseynin istifadəsində olan 055 *** ** ** mobil nömrəsinə zəng edib həmin günü evdə heç kim olmadığını ona bildirib onu evə çağırmışdır. Özü həmin hadisənin kiminsə bilməsini istəməmişdir, lakin övladı kimi böyütdüyü Röyanı evə dəvət edib bu barədə ona danışıb onun yanında olmağı ondan xahiş etmişdir. Röya da razılıq verdi. O da Hüseyn ilə telefon əlaqəsi yaradanda ona evdə heç kimin olmamasını, lakin bir nəfər yaxın adamının olmasını deyib onu 6-cı mikrorayonda, 246, nömrəli məktəbin yaxınlığında günorta saatlarında qarşılayıb evinə aparmışdır. Hüseynin yanında Lalə də var idi. Hüseyn Lalənin onun anasının olmasını dedi. Hüseyn evin həyətində kiçik quran kitabını açıb ərəbcə nəsə oxuya-oxuya gəzməyə başladı. Onlara isə qabaqcadan onun yanında gəzməklərini və haranı göstərsə qazacaqlarını demişdir. Lalə isə telefonla danışırdı. Hüseyn ilə birlikdə təxminən yarım saat ərzində həyəti gəzmişlər. O, Röya ilə ona iki yeri qazmağı tapşırmışdır. O da qazmış lakin qazdıqları yerdən heç nə çıxmadı. Hüseyn qazdıqları yerin torpağını eşməyi tapşırıb özü isə yeri taxta ilə eşib həmin torpaqlardan iki ədəd biri bintə bükülmüş, biri isə uzun qara sapla dolanmış bükümləri göstərib götürməyi işarə etdi. Lalə də onların ətraflarında gəzirdi. Hüseyn tapılan bükümləri onlardan alıb sonra qaytarıb bükülüləri öz yataq otağına aparmağı deyib orada balıncda bir cadunun da olmasını da dedi. Onlar birlikdə yataq otağına qalxmışlar. Lalə də, evə qalxdı. Hüseyn otağa daxil olan kimi ərinin yastığına əl atıb, yastığın içərisində cadu olmasını dedi. Yastığı əlinə alıb dartışdırmış, lakin cıra bilməmişdir. O da gedib mətbəxdən qayçı gətirmişdir. Hüseyn yastığı qayçı ilə kəsib əlini yastığın içərisinə salıb nəsə axtardı, sonra yastığı boşaltmağı tapşırıb, içərisində yüz faiz cadu olmasını dedi. O da yastığın içərisini boşaldıb, həmin zaman açıq yaşıl rəngli dolama saplar bükümü tapmışdır. Hüseyn həmin sap bükümünü də ona verməsini dedi. Hüseyn özünü tərifləyib onun üçün belə şeylərin adi olmasını bildirib, gedək bunları açaq dedi. Bundan sonra onlar hamısı birlikdə mətbəxə getmişlər. Mətbəxdə Hüseyn bükümlərin hamısını açdı. Hüseyn caduların onun ailəsinə edildiyini və çıxarılmasaydı ailəsindən kiminsə ölə biləcəyini dedi. O da həmin zamanlar gəlini Ləmandan çox narahat olmuşdur. Çünki Ləman hamilə idi, lakin bunu o, Hüseynə deməmişdir. Hüseyn caduları təmizləmək lazım olduğunu dedi. Bundan sonra Hüseyn ona birlikdə başqa otağa keçməyi, təklikdə söhbət etməyi təklif etdi. O da Hüseynlə ayrı otağa keçmişdir. Orada Hüseyn caduları təmizləmək üçün çoxlu şeylər alınmalı olduğunu və siyahı tutduğunu dedi. Hüseyn ayı dırnağı, ceyran göbəyi, məkkə suları, möhür torpağı, şamlar və başqa əşyaların lazım olduğunu bildirib, bunlardan ən bahalısının isə ceyran göbəyi ilə ayı dırnağının olmasını dedi. O da ona tam inanmış, lakin Hüseynə göstərdiyi əşyaları tapa bilməyəcəyini demişdir. Hüseyn isə bunlar üçün 2500 manat pul lazım olduğunu, 600 manat isə özünə əl haqqı alacağını dedi. Uzun söhbətdən sonra Hüseyn alınacaq şeylərə endirim edə bilməyəcəyini, lakin zəhmət haqqını 300 manata endirməklə hər cadunun təmizlənməsini 100 manata edə biləcəyini dedi. O da evdən pul götürüb Hüseynə 2900 manat pul vermişdir. Bundan sonra Hüseyn siyahıda yazdığı lazım olan əşyaları alıb, caduları təmizləcəyini, yaxın zamanda özü əlaqə saxlayacağını dedi. O, evə qayıdıb Röyaya Hüseynə 600 manat verdiyini demişdir. Röyanın Hüseynə çox pul verməsini deməkdən qorxmuşdur. Röyadan bunu gizlətmək istəmişdir. Niyə qoxduğunu izah edə bilmir. İki gün keçdikdən sonra o, öz istifadəsində olan 051 *** ** ** mobil nömrəsindən Hüseynin istifadəsində olan 055 *** ** ** mobil nömrəsinə zəng edib, verdiyi 2900 manat pulun qarşılığında caduları təmizləyib-təmizləməməsini soruşmuşdur. Hüseyn onu yığacağını və görüşüb danışacaqlarını dedi. Bundan da iki gün sonra Hüseyndən xəbər çıxmadı. Bütün bunlar 2017- ci ilin aprel ayında baş verdi. O da Hüseyndən xəbərin olmamasını görüb yenə ona zəng edib, sual verən kimi Hüseyn ona qızıl-zinət əşyaları barədə danışdı. O da nə qızıl deyən kimi Hüseyn gəl indi danışaq dedi. Bu danışıqdan sonra o, Hüseynin Axundov bağının yanında olan mənzilinə getmişdir. Birinci dəfə olduğu kimi, Hüseyn onun mobil telefonunu və çantasını alıb koridorda ayyaqqabı şkafına qoydu və Hüseyn ona gəl səni yoxlayım əlimlə görüm nəyin var deyərək əli ilə bütün üst-başına əl çəkib onu yoxlamışdır. Daha sonra Hüseyn dedi ki, qorxma səni yoxlamıram, sən evə girəndə ağırlığın olur onu götürməliyəm. Onlar birlikdə yenə əvvəl olduğu kimi Hüseynin fala baxdığı otağa daxil olmuşlar. Otaqda heç bir dəyişiklik yox idi. Hüseyn birinci dəfə olduğu kimi, quran kitabını açıb onun falına baxmışdır. Fala baxıb ona bir kişinin göründüyünü və onu udar gözlədiyini dedi. O, Hüseynə caduları təmizlədiyini, bütün ailəsinə baxdığını bildirmiş və yenidən nəyə görə belə deməsini soruşduqda, Hüseyn ona onun həyətində olan caduları çıxardığını, təmizlədiyini, narahat olmamasını, lakin onun ərinin iş yerinin yaxınlığında da cadu olduğunu, həmin cadu çıxmasa ərini infarkt vuracağını və öləcəyini, istəyirsə inansın, istəyirsə inanmamasın, o cinlərlə əlaqədə olduğunu, hər şeydən məlumatlı olduğunu, ondan güclü həm ön görücü, baxıcı, həm də cadu çıxardan tapa bilməyəcəyini, inanmırsa öz işi olduğunu bildirdi. O, qorxmuş və ondan bu işi necə həll edə biləcəyini soruşmuşdur. Hüseyn ona ərinin iş yerini soruşduqdan sonra, ərinin iş yerinə yaxın yolun kənarında üç ədəd cadu basdırıldığını bildirmişdir. Hüseyn birinci dəfə olduğu kimi ona qabaqcadan heç bir pul deməmişdir. Hüseynə ərinin sağlığı üçün nə lazımdısa edəcəyini deyib ondan ayrılmışdır. Hüseyn ona özü onunla əlaqə saxlayacağını dedi. Həmin hadisənin səhəri günü Hüseyn ilə zəngləşmiş və Şamaxinka adlanan yerdə görüşmüşdür. Taksidə Lalə də var idi. Onlar birlikdə Sumqayıt şəhərinə, ərinin işlədiyi Sumqayıt Texniki parkının yaxınlığına getmişlər. Taksidə Lalə qabaqda əyləşmişdi. X54 parkının yanına çatmışlar. Girişdə mühafizəçi dayanmışdı. Hüseyn taksi sürücüsü olan Əsgərə avtomobili yenidən zavodun kənar yolu ilə geriyə qayıdıb Bakı istiqamətinə sürməsini dedi. Yolun kənarında şam ağaclarının yanından keçərkən Hüseyn avtomobili saxlatdırdı. Hüseyn qulağına cinlərinin ona üç ədəd cadunun burada olmasını deməsini bildirdi. Bundan sonra onlar ilə birlikdə taksidən enmişlər. Hüseyn onun şam ağaclarının dibinə aparmışdır. Lalə ilə taksi sürücüsü avtomobildə qalmışdı, lakin onları rahat görə bilmişlər. Birinci dəfə öz evində olduğu kimi Hüseyn ona yer göstərib oranı əli ilə qazımağı tpşırdı. O da Hüseynin dediyi kimi etmiş, yenə birinci dəfə olduğu kimi Hüseyn qazdığı yerdən deyil, kənara atdığı torpaqda boz rəngli sellofana bükülmüş bükümü göstərdi. Hüseyn heç bir zaman özü əyilib cadunu götürmürdü. Hüseyn ona deyirdi ki, bax burdadı götür. Daha sonra Hüseyn ona qabağa gedib irəlidə ağacların dibində daha bir cadu tapacağını dedi. O isə heç nə görməmişdir. Hüseyn isə irəli gedib görmürsən deyib, yod qabını göstərib, götür budur, dedi. Həmin yod qabı indi apteklərdə satılan qablardan deyil, köhnə yod qablarından idi. Həmin vaxt tapılan iki cadunu da Hüseyn ondan almışdır. O, Hüseynə bəs üç ədəd cadu olmasını dedikdə, Hüseyn ona narahat olmamasını birinin səpmə olmasını, onu həddiyə edib, pulunu almayacağını və həmin caduları evə aparacığını, onun isə sabah onlara getməyini və onun yanında caduları açacağını bildirib heç bir qiymət, pul demədi. Birlikdə taksiyə əyləşib, Şamaxinka adlanan yerə gəlib orada taksidən düşmüşdür. Çox zaman Hüseyn və Lalə həmin taksidən istifadə edirdilər. Sürücüyə Əsgər deyə müraciət edirdilər. Bu hadisənin səhəri günü o, Hüseynin yaşadığı evinə getmişdir. Həmişə olduğu kimi Hüseyn onun telefon və çantasını alıb, üzərinə əl gəzdirib onu otağına dəvət etmişdir. Otağı əvvəlki kimi olmuşdur, dəyişiklik olmamışdır. Hüseyn ona dünən çıxardıqları caduları göstərib yod qabının içərisinə diqqətlə baxıb onun içərisində yazıların olmasını, daha sonra isə digər bükümdə mismar və ərəb qrafikasına oxşar yazı ilə yazılmış yazıları göstərib ona caduları çıxarmağa görə 400 manat verməli oldluğunu, üçüncü çıxmayan “səpmə” dediyi cadunu özü təmizləyəcəyini dedi. O, Hüseynə evdən çıxan zaman ona 400 manat verəcəyini demişdir. Yenə Hüseyn ona siyahı yazıb göstərmişdir ki, cadular çıxarılsa da onları təmizləmək lazımdır. Siyahıda birinci dəfədə əşyalar təkrarlanırdı, lakin bəzilərinin sayında fərq var idi. Hüseyn siyahını yazmamışdan əvvəl isə Quran kitabını açaraq nəsə oxuyurdu. Hüseyn 400 manat puldan əlavə 1500 manat da caduları təmizləməyə ona lazım olan əşyaları alması üçün verməli olduğunu dedi. Hüseynə pulunun olmamasını dedikdə Hüseyn “sən özün bilərsən gətirməlisən bu təmizlənməlidi, vaxtım yoxdur, sizin nazınızla oynayım, min dənə yerə çağırırlar, o qədər yer var getməliyəm, nə qədər adam var aşağıda gözləyir, pulun yoxdusa gəlmə, başına gələcək şeylərdən mən artıq cavabdeh deyiləm” dedi. Hüseyn birinci dəfə idi ki, onun üzərinə bu sözləri qışqıraraq deyirdi. O da Hüseynə yenə inanmış ona nə lazımdısa edəcəyini demişdir. Hüseyn ona demişdir ki, “sən heç nədən narahat olma, səni və ailəni, evini hər şeydən təmiz edəcəm, siz həmişə dediyimi etsəz sağlam olacaqsınız, öz evində olan qızıllarını bu işlərdən sonra mənə verərsən, mən hamısının ağırlığını alacam, Azərbaycanda məndən güclü cindar yoxdur, mən cindaram işim cinlərlə əlaqə qurub caduları məhv etməkdir, qızılın ağırlığı pisdir, bir də ki, mənə bundan sonra telefonla danışanda ancaq qızıldan danış, mənim yanıma gəlməyini evində heç kimə demə, işimin effekti olmaz, mən nəzarətdəyəm, mənim işimi heç kim bilməməlidir, mənə polislər qulaq asırlar, lakin onlara 10.000 manat pul verirəm, buna baxmayaraq heç kim mənə dəyməsə də ehtiyatlı olmaq lazımdır" Bu sözlərdən sonra o daha da, özünü pis hiss edib otağı tərk edib, koridorda Hüseynə gördüyü işə görə 400 manat pul vermişdir. Həmin zaman evdə Lalə olmamış, lakin Hüseynin arvadı Gülşən və onların əkiz uşaqları evdə olmuşlar. Hüseyn ona həmin evi öz evi kimi təqdim etmiş, arvadı Gülşəni və uşaqlarını göstərmişdir. O da oradan evə getmişdir. Bunun səhəri günü Hüseynin ona dediyi 1500 manat pulu evdən götürüb Hüseynin evinə gedib həmin pulu ona əlbəəl vermişdir. O, pulu verən zaman Hüseynin yanında heç kim yox idi. Hüseyn pulu alıb narahat olma şeyləri alıb hamısını təmizləyəcəm, səninlə əlaqə saxlayacam dedi. Hüseyn zəng edib çağıran zaman isə “Rübabə xanım o qızılın qaşını qoymuşam, hazırdı gələ bilirsənsə yarım saata gəl hər şey hazırdır” kimi ifadələrlə kodla danışıb yanına çağırırdı. Sonuncu dəfə 1500 manat verdikdən sonra Hüseyn tez-tez əlaqə saxlamağa başlamış və onun evində tez-tez olmuşdur. O da Hüseynə ailəsi ilə bağlı bütün məsələləri açıb danışmışdır. Hüseyn də onun bütün ailə üzvlərini qiyabi olaraq tanımışdır. 1500 manat pulu aldıqdan bir-iki gündən sonra Hüseyn onu öz evinə çağırmışdı. O da Hüseynin evinə getmişdir. Hüseyn yenə kitab açdı və dedi ki, uşaqların xəstələnəcək və öləcək. Buna görə də onlara gəlib cadu çıxaracağını dedi. Bundan başqa dedi ki, sənin evində qızılların var, onlarda ağırlıq var, onları da gətirərsən təmizləyərəm. Hüseyn daima onun evində olan qızılları diqqətinə çatdırıb bildirirdi ki, qızılların üzərində olan ağırlıq bütün evinizə, ailə üzvlərinizin səhhətinə pis təsir göstərir. Bunun üçün əlavə olaraq 1000 manat pul istəmişdi. O, qorxuya düşümüş və Hüseyn ilə razılaşmışdır. Bundan sonra evdə olan qızıllarının bir hissəsini aparıb Hüseynin evində ona vermişdir. Həmin zaman evdə Hüseyndən başqa heç kim olmamışdır. Həmin vaxt verdiyi qızıllar sovet və italyan istehsalı sırğa üzük dəsti, bilərziklər olmuşdur. Bundan bir neçə gün sonra qalan qızıllarından bir hissəsini aparıb Hüseynə vermişdir. Həmin vaxtda da Hüseyn evdə tək olmuşdur. Sonradan küp məsələsi ortaya çıxdı. Lalə daima Hüseynlə onların evində eyni otaqda olurdu, lakin söhbətə qarşımırdı. Təxminən 2017-ci ilin may ayının əvvəllərində Hüseyn və Lalə onun evinin yaxınlığına gəlmişlər. Hüseyn və Lalə evə gəldilər. Hüseyn əlində olan şprislə evə maye səpməyə başladı. Lalə də onun yanında idi. Hüseyn və Lalə hər ikisi bildirdilər ki, evi pak su ilə təmizləyirlər. Bir neçə gün sonra o, Hüseynin yaşadığı evə getmiş və ona danışdıqları kimi 1000 manat pul vermişdir. Bundan bir neçə gün sonra Hüseynə zəng edib və ondan caduları təmizləyib təmizləmədiyini soruşanda yenidən yaşadığı evə dəvət etmişdir. Bundan bir neçə gün sonra həmin evə getmişdir. Orada Hüseyn kitab açıb dedi ki, gəlinin hamilədir və uşaq ölü doğula bilər. O, özü əvvəllər söhbət zamanı Hüseynə gəlininin hamilə olmasını və oğlan uşağı gözlədiyini demişdir. Hüseyn uşağın salamat qalmasını təşkil etməsi qarşılığında 3000 ABŞ dolları istəyib bunun üçün yeddi qurban kəsməli olduğunu və buna görə də əlavə olaraq 1000 manat pul verməli olduğunu dedi. O da növbəti günü evdən 3000 ABŞ dolları və 1000 manat pul götürüb Hüseynin evində ona vermişdir. Hüseyn dedi ki, qurbanı özü tanışları vasitəsi ilə kəsdirəcəkdir. Qurban kəsiləcəyi ilə bağlı gəlini Ləmana da demişdir. Bundan sonra Hüseyn ondan oğlanlarına edilən cadunu götürmək qarşılığında 2000 manat pul almışdır. 2017-ci ilin iyul ayının sonlarında Hüseyn onu evinə çağırıb orada dedi ki, sizin həyətdə içində qızıl olan iki ədəd küp basdırılıb, onu çıxarmaq lazımdır, onun üzərində cin oturub. Bunun qarşılığında ondan 7000 ABŞ dolları pul istədi və dedi ki, o küpü çıxarandan sonra onun payını verər. O da razılaşıb evə gəlmişdir. Növbəti gün Hüseyn yenə onu çağırıb onu evində qəbul edib dedi ki, “fikirləş, kitab açmışam sən dediyim pulu tapacaqsan”. O, ərindən icazəsiz Hüseynə pul götürə bilməyəcəyini demişdir. Hüseyn dedi ki, “sən narahat olma elə edəcəm ki, ərin səndən biz yerinə qoyana qədər pul istəməyəcək”. O da Hüseynə etibar etdiyindən ərindən xəbərsiz risk edib evdən pul götürüb ona vermək qərarına gəlmişdir. Növbəti gün evdən 7000 ABŞ dolları pul götürüb Hüseynin evində ona vermişdir. Bundan bir neçə gün sonra Hüseyn zəng edərək “küpün biri də artıb, pul azlıq edir, əlavə 8000 ABŞ dolları pul verməlisən ki, İraqa gedib lazımı şeylər almalı olduğnu və bu iş üçün 100-dən çox ceyran göbəyi lazımdır olmasını dedi. O da Hüseynə gələ bilməyəcəyini deyib onları evin yaxınlığına çağırmışdır. Hüseyn də Lalə ilə onların evlərinin yaxınlığında olan “Araz” marketin yanına gəlmişlər. Hüseyn ondan pulları soruşanda ərindən qorxduğunu və pulunu geri qaytarmasını demişdir. Hüseyn demişdir ki, heç bir problem yoxdur, pulunu gətirib qaytaracaqdır, o işləməyə başlamışdır, cinlərlə əlaqəyə girmişdir onlar bu işdən xəbərdardır, işi yarımçıq qoysan cinlər onun doğulmamış nəvəsini gəlininin qarnında öldürər. O, vahimələnmiş gedib evdən 8000 ABŞ dolları gətirib Hüseynə vermişdir. Həmin vaxt Lalə marketin arxasında kiçik meydançada olan skamyada əyləşmişdir. Hüseyn Laləni yanına çağırmışdır. Hüseyn Laləyə “Rübabənin evindən küp çıxardacam, görmüşəm var, tezləşdirəcəm, əri bilməsin və.s “ sözlərini dedi. Lalə isə Hüseynə “Hüseyn yenə çətin işlərin altına girmisən, neçə aylar çəkəcək bu” sözlərini deyəndə Hüseyn ona bu dəfə tez edəcəm dedi və hər ikisi sağollaşıb ayrılmışlar. Bundan bir neçə gün sonra Hüseyn onu yenə evinə çağırmış və demişdir ki, heç kimin cadusu ilə məşğul olmayacaq, yalnız onun işi ilə məşğul olacaqdır. Hüseyn demişdir ki, İraqa ziyarətə gedəcək və küpü çıxarmaq üçün küp suyu və ceyran göbəyi də alacaqdır. Ona görə də əlavə olaraq 11000 ABŞ dolları pul istəmişdir. Evə gəlmiş və Hüseynə 11000 ABŞ dolları pul aparıb Hüseynin evində ona vermişdir. Həmin vaxt Lalə də Hüseynin yanında idi. Təxminən 20-25 gün Hüseyndən xəbər olmamışdır. Bir və ya iki dəfə ona gizli nömrədən zəng edib demişdir ki, “İranda düzəlmədi, xatalı olmasına baxmayaraq İraqa gedəcək”. Həmin vaxtlar Lalə ilə telefonla əlaqə saxlamışdır. Lalə deyirdi ki, Hüseyn İraqa gedib, arxayın ol gələcəkdir. 2017-ci ilin avqust ayının sonlarında Lalə ona zəng edib Hüseyni sərhəddə qarşılamağa getdiyini, ona 3000 ABŞ dolları pul verməli olduğunu, Hüseyn küp çıxartmaq üçün aldığı əşyaları keçirmək lazım olduğunu dedi. Lalə evin yaxınlığında olan “Araz” adlanan marketin yanına həmin Əsgər adlı taksi sürücüsü ilə gəldi. O da məşq qurğularının yanında ona 3000 ABŞ dolları pul vermişdir. Bir həftədən sonra Hüseyn ona zəng edib dedi ki, Biləsuvardadı, ehsanı var verib Bakıya gələcəkdir. 2017-ci ilin avqust ayının sonunda Hüseyn ona zəng edib demişdir ki, sənin həyətində dördüncü küp vardır, onu çıxarmaq üçün əlavə küp suyu almalıdır. Buna görə 10.000 ABŞ dolları pul istəmişdir. O da Hüseynin evinə getmiş və ona 10.000 ABŞ dolları pul vermişdir. Hüseyn onu bu işi sona çatdırmağı əvvəlcədən dediyindən və inandırdığından Hüseynin hər dediyini bəzən istəməsə də etmişdir. Hüseyn onu inandırmışdı ki, ona Allah tərəfindən hədiyyə olaraq küp göndərilmişdir. O, Allahın sevimli bəndəsidir, göndərilmiş hədiyyənin çatdırılması missiyası Hüseynə və onun əlaqədə olduğu cinlərə verilmişdir. 2017-ci ilin avqust ayının sonlarında Hüseyn ona evində qaşlı bir şey gördüyünü və onun nə olduğunu soruşub onu da gətirməsini dedi. O, da brilyant qaşlı komplektini ona vermişdir. Bundan sonra Hüseyn ona Goradil qəsəbəsində yerləşən bağ evində cinlər olduğunu demiş və onları oradan çıxarmaq üçün 4000 manat pul almışdır. Həmin vaxtlar Hüseyn onu evə çağırmış və demişdir ki, “cinlər səni tanıyır, sən kağız yaz ki, kimdənsə qızılları götürəcək və küp olan yerə tökəcəksən”. Bundan sonra onu divana uzatmış və sinəsinin üzərinə daş qoymuş və bir stəkanda sarımtıl su içirmişdir. Göbəyinin üzərinə ayı dırnağı qoymuşdur və təxminən yarım saat o uzanıqlı vəziyyətdə qalmışdır. Həmin vaxt Lalə də ora gəlib onun göbəyinin altından ərəbcə yazı yazdı. Bundan sonra Lalə onun başının üstündə dayanmış və ona kağız yazdırmışdır. O, səhv yazdığından bir neçə dəfə kağızı dəyişdirmişlər. O, Lalə nə demişdirsə onu yazmışdır, lakin nə yazdığını bilməmişdir. 2017-ci ildə 1 sentyabr tarixdə nəvəsi sağlam dünyaya gəlmişdir. Həmin gecə o, Hüseynə zəng etmiş, nömrəsinə zəng çatmadığından arvadı Gülşənin nömrəsini yığmışdır. Hüseyn telefonu özü açmış və ona uşağın dünyaya gəldiyini və salamat olduğunu demişdir. Bu dövr ərzində Hüseyn və Lalə ondan 42000 ABŞ dolları və 7500 manat pul almışdılar. Bundan sonra sentyabr ayının ortalarında Hüseyn onu evinə çağırmış, həmin vaxt o evini dəyişib üzbəüz binada olan evə köçmüşdü. Həmişəki kimi telefonu və əşyalarını ondan almış və onu otağa aparmışdır. Orada onu divana uzatmış və sinəsinin üzərinə daş qoymuş və bir stəkanda sarımtıl rəngli su içirmişdir. Göbəyinin üzərinə ayı dırnağı qoymuş və təxminən yarım saat o, uzanıqlı vəziyyətdə qalmışdır. Həmin vaxt işıqları söndürmüşdür. Ona demişdir ki, indi küpün hansı dərinlikdə olmasını biləcəkdir. Sonra şamları gətirib jurnal stolunun üzərinə düzmüşdür. Sonra rahib paltarı kimi bir paltar geyinib yanan şamların ətrafında fırlanmağa başlamışdır. Sonra demişdir ki, bir rəqəm de, o 3 deyəndə ona demişdir ki, yox 7-dir. Küplər 7 metr dərinlikdədir. Küpü çıxartmaq üçün 7000 ABŞ dolları pul istəmişdir. Həmin gün evə qayıtmış və həmin yerdə 7000 ABŞ dolları pul vermişdir. Bundan sonra Hüseyn cinlərə qonaqlıq verəcəyini bildirmiş, buna görə ondan iki dəfə hər dəfə 1000 ABŞ dolları və bir dəfə 3000 ABŞ dolları pul almışdır. Həmin dövrdə Hüseyn və Lalə ona demişlər ki, küpün olduğu yerə tökmək üçün qızıl alacaqlar, buna görə 4000 manat pul lazımdır. Hüseyn və Laləyə 4000 manat pul vermişdir. Bundan sonra ondan küpün olduğu yerə tökmək üçün qızıl alacaqları adı altında 3 dəfəyə 15000 funt sterlinq və hissə hissə 13500 manat pul almışlar. O, Hüseynə pulunun olmadığını və evdə xarici valyuta qaldığını deyəndə o, gətirməsini bildirmişdir. 2017-ci ilin sentyabr ayının sonlarında Hüseyn ondan cin tükü alması üçün 10000 ABŞ dolları pul istəmişdir. O, ABŞ dolları az qaldığından ona ABŞ dolları ekvivalentində 17000 manat pul vermişdir. Həmin vaxt Hüseyn və Lalə ona bildirmişdilər ki, Tovuz rayonunda küp çıxarıblar. Onların evinə getmişdir. Orada Lalə və Hüseyn küp gətirmiş və stolun üzərinə qoymuşlar. Onlara, küp torpaqdan çıxıbsa palçıqlı olmalıdır demişdir. Hüseyn demişdir ki, Lalə onu dəfələrlə yuyub. Bundan sonra qızılları stolun üzərinə tökmüşdür. O, qızıllara tərəf baxmamışdır, sadəcə onu demişdir ki, ondan götürdüyü qızılları və pulları geri ver yerinə qoym. Bu proses həmin otaqda gedirdi. Hüseyn qızılları ayırdı və dedi ki, sən bu qızılları cinlərdən təhvil almalısan, yoxsa cinlər onu dəmirə və ya misə cevirə bilər. Həmin vaxt Lalə və Hüseyn ona sarımtıl rəngdə bulanıq su verib nəsə oxudular. Lalənin adına kağız yazdırmışlar. Hüseyn dedi iki nəfər olmalıdır, onda Lalə Cəfərin adını dedi. O, Cəfərin kim olduğunu dedikdə Lalə elə belə ad dediyini bildirdi. Bundan sonra Lalə və Hüseyn ona nə yazacağını diktə etdilər. O da Lalə və Hüseynin dediyini yazmışdır. Yazdığının mahiyyətini başa düşməmiş, sadəcə onların dediyini yazmışdır. Yazını ona bir neçə dəfə yazdırmışdır. Həmin vaxt görmüşdür ki, Lalə əlində olan telefonun kamerasını ona tərəf tutub. O, Laləyə onu çəkdiyini soruşduqda Lalə dedi ki, qızılları çəkir, şəkillərini satacaqları adama göndərəcəklər. O, Lalədən təkrarən soruşanda Lalə onu çəkmdiyini demişdir. 2017-ci ilin oktyabr ayının əvvəllərində Axundov bağında Hüseynə 3000 ABŞ dolları pul vermişdir. Ümumilikdə Hüseyn və Lalə onu aldadaraq 57000 ABŞ dolları, 15000 funt sterlinq, 46000 manat və 600 qram qızıl və zinət əşyaları almışlar. Sonradan BMCMİ-də izahat verən zaman məlum olmuşdur ki, guya o, öz telefonundan Təqsirləndirilən şəxs2 ona borcunun etiraf etməsi barədə latın qrafikasından smslər və whatsapp vasitəsilə mesajlar yazmışdır. Halbu ki, o ümumiyyətlə sms yaza bilmir. SMS yazsa bütün hərfləri qarışdırır və yazdığı mətn oxunaqlı olmur. Yalnız bir dəfə Təqsirləndirilən şəxs2 öz evində 2017-ci ilin oktyabr ayının əvvəllərində sms yazmışdır. Hər dəfə Hüseynin yaşadığı Səbail rayonu, Axundov bağında yerləşən sonradan kirayə yaşadığını bildiyi ünvanda olan zaman Hüseyn daima onun mobil telefonunu almışdır. Bildirmişdir ki, onun yanına girən zaman şəxsin özündən başqa onun heç bir kənar əşyası yanında olmamalıdır. O, dəqiq bilmir ki, onun adından yalandan Lalə, Hüseyn və ya Hüseynin arvadı Gülşən mobil telefonundan Lalənin mobil telefonuna sms yazaraq guya ona olan borcumu qaytaracağını bildirmişdir. O, əmindir ki, həmin smslər o, daima Axundov bağının yaxınlığında Təqsirləndirilən şəxs1 kirayə yaşadığı evində olan zaman yazılmışdır. Hətta Lalə son zamanlar küp məsələsi ortaya çıxdıqdan sonra dəfələrlə yaşadığı ünvanın yaxınlığına gəlmiş onunla görüşmüş və onun telefonunu alaraq guya Hüseynlə danışacağını bildirmişdir. Elə olurdu ki, Hüseyn ondan pul istəyən zaman pulunun olmamasını dedikdə Lalə özü yaşadığı ünvanın yanına gəlirdi. O, çox vaxt konturu olmadığından telefonunu alaraq Hüseynlə danışacağını deyirdi. O, Lalənin onun telefonunu hansı məqsədlərlə aldığını bilməmişdir. Ola bilsin Hüseyn onun telefonundan öz məqsədləri üçün istifadə etmişdir. O, heç vaxt Salyan şossesi 32 ünvanda və başqa yerdə Cəfər adlı şəxslə görüşməmişdir, onunla heç vaxt əlaqəsi olmamışdır, ifadəsində qeyd etdiyi kimi ilk dəfə onu Bakı şəhər prokurorluğunda görmüşdür. Tərtib edilən qəbzlərin tarixləri ilə bağlı araşdırma aparılsa, həmin qəbzlərin tərtib edildiyi vaxtlarda o, öz evində olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən müəyyən yazılar yazdırılmışdır. Hüseyn və Lalə bildirmişdi ki, onlara verdiyi qızılları onlardan daha sonra təhvil aldıqda adlarında heç bir qarışıqlıq olmaması üçün siyahı tərtib etməlidir. O, həmin yazıları yazan zaman Lalə və Hüseynin ona tərkibini bilmədiyi mayeni verdikdən sonra yazmışdır. Həmin mayeləri qəbul etikdən sonra bəzən özünü yaxşı, bəzən huşsuz hiss etmişdir. Küp məsələsi ortaya çıxdıqdan sonra Hüseyn tərəfindən müəyyən rituallar altında ayin formasında hərəkətlər icra edildikdən sonra mayelər verilmiş və müəyyən yazılar yazdırılmışdır. Hətta Təqsirləndirilən şəxs2 bir neçə dəfə özü qeyd etdiyi mayeni gətirib evinin yaxınlığında vermişdir. Belə xatırlayır ki, Lalə evinin yaxınlığına 2017-ci ilin sentyabr ayının sonlarında gələrək həmin mayedən vermiş və bir neçə gün Hüseynlə birlikdə Bakıda olmayacaqlarını 2-3 gün ərzində həmin mayeni qəbul etməsini bildirmişdir. Onun adından yazılmış qəbzlərə istintaqda baxan zaman təəccüblənmişdir. Qəbzlərdə yazmışdır ki, guya Lalə, Hüseyn və Cəfərə borcu vardır. Halbuki, Lalənin və Hüseynin ona nə yazdırdığını dəqiq bilməmiş və verilmiş mayenin və Hüseynin psixoloji təsiri altında olmuşdur. Son zamanlar Hüseyn ilə əlaqə saxlaya bilməmişdir. Çünki Hüseynin ***-***-**- ** mobil nömrə olan telefonu bağlı olmuşdur. Gülşənin ***-***-**-**, Lalənin ***-***-**-**, ***- ***-**-** mobil nömrələri ilə əlaqə saxlamışdır ki, Hüseynlə danışa bilsin. Hüseyn də çox zaman həmin qeyd etdiyi nömrələr ilə əlaqə saxlamışdır. Lalə və Hüseyn onun oğlunun toyunun tarixini onunla münasibətləri yaranandan sonra bilmişlər. Dəqiq yadındadır ki, xx xxxx 2017-ci il tarixdə o, ümumiyyətlə yaşadığı evdən bayıra çıxmamışdır, Hüseynin dedikləri yalandır. Qəbzə qaldıqda isə 2017-ci ilin sentyabr ayında iki dəfəyə Hüseyn və Lalə ona yazılar yazdırmışlar. Yəni bir gündə bir qəbz, digər gündə isə iki qəbz yazdırılmışdır. O, öz qızıllarının siyahısını yazdığını zənn etmişdir. Lakin dəqiq bilir ki, həmin qəbzlərdə olan sözlərin hamısını o, yazmamışdır. Müəyyən əlavələr onların özləri tərəfindən edilmişdir. Təqsirləndirilən şəxs2 qızıl alverçisi kimi deyil, falçı Təqsirləndirilən şəxs1 anası kimi tanımışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 cindarlıq və falçılıq adı ilə etdiyi rituallarda aktiv iştirak edirdi. 2017-ci ilin avqust ayında yeni şəxsiyyət vəsiqəsi almaq üçün Asan xidmətə müraciət etmişdir. 2017-ci ilin sentyabr ayının əvvəllərində şəxsiyyət vəsiqəsini götürmək üçün 1 saylı Asan xidmətdə olan zaman Hüseyn zəng edərək harada olduğunu soruşduqda yeni şəxsiyyət vəsiqəsi aldığını və yerini ona demişdir. Hüseyn ona təcili yaşadığı Axundov bağının yaxınlığında yerləşən evinə gələməli olduğunu demişdir. O da Hüseynin yaşadığı ünvana getmişdir. Qapıdan içəri daxil olan kimi Hüseyn şəxsiyyət vəsiqəsini çantasının içərisindən çıxarmış və arvadı Gülşənə vermişdir. Gülşən ona şəxsiyyət vəsiqəsinin Hüseynə həyətindən küp çıxartmaq üçün cinlərlə əlaqə qurarkən istifadə etməsi üçün lazım olduğunu demişdir. Bir gün şəxsiyyət vəsiqəsi Hüseyndə qalmış, səhəri gün isə gedib özü götürmüşdür. Təqsirləndirilən şəxslərə verdiyi pullar satdığı evin pulu, oğlu və həyat yoldaşının qazandığı pullar olmuşdur. Oğlu İngiltərədə oxuduğu üçün həyat yoldaşı pound şəklində valyuta saxlmışdır. Pulları həm Laləyə , həm də Hüseynə əlbəəl vermişdir. O, təqsirləndirilən şəxslərdən qızıl almamışdır. O, Təqsirləndirilən şəxs1 evinə falına baxdırmaq üçün gedərəkən evin koridorunda onun telefonu və çantası ondan alınmışdır. O, Təqsirləndirilən şəxs1 yanında olarkən telefonu üzərində olmamış, koridorda qaplmışdır. Onun telefonundan yazılmış «sms» ləri o, yazmamışdır. O, mesaj yazmağı bilmir,Latın əlifbasında isə yazmağa bacarmır. Cəmi bir dəfə buna cəhd edib evindən pulun və qızılların yoxa çıxdığını nəzərdə tutub, hər şeyin üzə çıxdığını yazıb İbrahimova Layə verdiyi malınını qaytarmasını tələb etmişdir. Onun telefolnundan yazılmış mesajlardan xəbəri olmamışdır. Həmin mesajları Təqsirləndirilən şəxs2 və ya onunla əlbir olan şəxslər yazmışdır. O, Təqsirləndirilən şəxs1in yanında olanda Lalə içəri girmirdi. Telefon da çöldə qalırdı.Yəqin həmin vaxtda onun telefonundan istifadə olunub özlərinin telefonlarına mesajlar göndəriblər. İndi də onun yaşına və şəxsiyyətinə uyğun olmayan böhtanlar atırlar. Bunlar ana-bala böhtançıdırlar. Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olununan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında ədavətləri olmamışdır. ünvan 8 J ünvanda nənəsi X32 evində yaşayır. Arvadı və iki uşağı isə X7 Respublikasında Kizlyar şəhərində yaşayırlar. Arvadı və uşaqları Rusiya vətəndaşı olduqları üçün orada yaşayırlar. Özü Azərbaycan Respublikası Karate Federasiyasında gənclərdən ibarət yığma komandada baş məşqçi işləyir. O özü 9 yaşında valideynlərini itirmiş və həmin yaşdan ana nənəsi Mədinə xanımla birlikdə yaşayır. Nənəsinin 81 yaşı vardır və xəstədir, ondan başqa heç kimi yoxdur. O, 3-cü sinifdə oxuyarkən Rübabə xanımın oğlu Ağayev Ömər ilə birlikdə oxumuş və yaxın münasibətləri yaranmışdır. O tez-tez Ömərgilə getmiş və onun ailəsi ilə yaxın münasibətləri olmuşdur. O tərbiyəli, valideynlərini itirmiş uşaq olduğundan ondan xoşları gəlmiş və həmişə maddi və mənəvi yardım göstərmişlər. Demək olar ki, hər gün o, Ömərlə bir yerdə olurmuş, birlikdə dərsə, idmana gedib vaxtlarını bir yerdə keçirirmişlər. 2004-cü ildə İqtisad Univerisitetinə daxil olmuş, sonra hərbi xidmətə getmiş və 2010-cu ildə univerisiteti bitirmişdir. O, 2009-cu ildə ailə qurmuşdur. 2011-ci ildə nənəsinin evini su basdığı üçün o, müvəqqəti olaraq Rübabənin yaşadığı Binəqədi rayonu Bağ Park küçəsində yerləşən evində onların təklifi ilə yaşamışdır. O, evlənməmişdən əvvəl nənəsi özünə məxsus qızıl əşyalarını ona hədiyyə etmişdi ki, gələcəkdə o həmin qızıl əşyalarını öz ehtiyaclarına sərf etsin. Həmin qızıl əşyaları nənəsi ona hədiyyə etdikdən sonra o qızılları aparıb Moskva univermağında dəyişmiş və əvəzində - dəyəri 5000 manat olan bir dəst 750 əyarlı briliyant qaşlı boyunbağını, dəyəri 4000 manat olan 750 əyarlı bilərzik, dəyəri 2700 manat olan 750 əyarlı brilyant qaşlı üzük, dəyəri 1500 manat olan 750 əyarlı brilyant qaşlı üzük, hər birinin dəyəri 1500 manat təşkil edən 750 əyarlı ümumi dəyəri 4500 manat təşkil edən cəmi üç ədəd qızıl qolbaqlar, dəyəri 1500 manat olan 750 əyarlı qızıl klon, dəyəri 3000 manat olan 750 əyarlı bir ədəd boyunbağı, dəyəri 5100 manat olan 750 əyarlı brilyant qaşlı bir ədəd qadın qol saatı, dəyəri 700 manat olan 750 əyarlı qadın üzüyü, dəyəri 100 manat olan bir ədəd 750 əyyarlı uşaq bilərziyi, hər birinin dəyəri 700 manat olmaqla 750 əyarlı 2 ədəd ümumi dəyəri 1400 manat təşkil edən qadın üzükləri, dəyəri 500 manat olan 750 əyarlı bir ədəd sırğa almış və həmin qızıl əşyaları dəqiq və təxmini çəkiləri yadında qalmamışdır. O həmin qızıl əşyaları mötəbər yerdə saxlamaq məqsədi ilə Rübabə xanıma vermişdir. Çünki həmişə Rübabə xanımı anası bilmişdir. Bundan sonra o əldə etdiyi qazancları, mükafatları müqabilində pullarını hissə-hissə saxlamaq üçün Rübabə xanıma vermişdir. Rübabə xanıma 2000 manat, 2500 ABŞ dolları və Böyük Britaniyanın 500 Funt-Sterliq məbləğində pulunu saxlamaq üçün vermişdir. 2017-ci ilin aprel ayının təxminən ortalarında, dəqiq tarix yadında qalmamışdır, Rübabə xanım axşam saatlarında zəng edərək səhər təxminən saat 11 radələrində onlara gəlməsini, evdə təmir gedərkən əvvəl ustaların evin giriş qapısının üstündə caduya oxşar şübhəli nə isə tapdığını, onu tanış cadu təmizləyənlərə göstərdiyini, həmin cadu təmizləyən saat 11-də onlara gələcəyini və evdə həyətdə ola biləcək caduları təmizləyəcəyini söyləmiş və xahiş etmişdir ki, onlar gələndə o da evdə olsun. Çünki, əri Faiq və oğulları işdə olacaqlar. O etiraz etməmiş və səhəri günü saat 11 radələrində tək özü Rübabə xanımın evinə gəlmiş, həyət qapısını döymüş və Rübabə xanım gəlib darvaza qapısını açmış, Rübabə xanım bildirmişdir ki, baxıcılar, sonradan adını bildiyi Hüseyn və Lalə adlı qadın gəlmişlər və həyətdədirlər. Hüseyn və Lalə Rübabə ilə söhbət edə-edə həyətin bağ hissəsinə keçmişlər. O bir qədər aralıda dayanıb onları müşahidə edirmiş. Hüseyn adlı şəxs göstərəcəyi yerləri əli qazmasını demişdir. Bundan sonra Hüseyn əlində çubuq, bir əlində isə adını bilmədiyi kitabla bağda 3-4 dəfə dövr edib nə isə axtarmağa başlamışdır. O heç nəyə müdaxilə etməmişdir. Hüseyn təxminən 20-30 dəqiqə bağda fırlandıqdan sonra nə isə göstərib onu yanına çağırıb demişdir ki, yaxın gəlsin və onun göstərdiyi yeri qazsın. Rübabəyə də dedilər ki, sən də yanımızda ol və bax, biz isə axtarışları davam edək. O, başını aşağı salıb həyətdə olan taxta parçası ilə qazmağa başlamış, Rübabə xanım başının üstündə durmuşdur. Bir az yeri qazdıqdan sonra Hüseyn əli ilə qazamasını demişdir. Lalə və Hüseyn isə ikisi də aralaşmış və bağda xeyli aralıda torpaqda nə isə axtarmağa başlamışlar. Yəni o, yer qaza-qaza Hüseyn yenə də başqa yerlərin qazılmalı olduğunu dedi. 4-5 yerdə Hüseyn anası Lalə ilə birlikdə dairəvi işarə çəkmiş və həmin yerlərin qazılmalı və yoxlanılmalı olduğunu dedilər. O özü isə iki yeri qazmış və qazılan yerdən heç nə çıxmadı. X63 yanına çağırıb əlini qaldıraraq ona nə isə kiçik həcmli bir bağlama göstərib dedi ki, cadunun birini tapmışdır. Sonra yenə əlləşdirdiyi digər yerə yaxınlaşmış və əlini torpağın altına salıb, oradan yenə nə isə kiçik bir bağlama, deməsinə görə cadu, tapdığını deyib axtarışı davam etdirdi, lakin daha heç nə tapmadı.Yəni Hüseyn ona qazdırdığı yerlərdən caduları özü çıxardı. O özü qazarkən heç bir şey aşkar etməmişdir. Hüseyn və Lalə həmin caduları həmin yerdə qoyduqdan sonra Hüseyn evdə nə isə olmalı olduğunu dedi. Hüseyn əlində kitab ilə bir başa yataq otağına qalxdı və kitabı yataq çarpayısında olan balışın üzərində fırladıb nə isə var deyib Rübabəyə balışı cırmağı və tükləri ağ mələfəyə boşaltmağı tapışırdı. Rübabə də onun dediklərini etdi. Bundan sonra Hüseyn Rübabəyə tüklərin içərisini axtar dedi. Rübabə tüklərin içərsini axtardı, lakin heç nə tapmadı. Hüseyn də əsəbləşərək “çəkil görüm, sən yaxşı baxa bilmirsən” sözlərini deyib özü əli ilə tükləri əlləşdirib Rübabəyə dedi ki, yenidən axtarsın. Rübabə bir az tüklərin içərisində əlləri ilə qurdalandı və birdən əlinə nə isə keçdiyini, kiçik bir bağlama tapdığını deyib tapdığı bağlamanı Hüseynə verdi. Hüseyn və anası dedilər ki, gördün evdə də cadu tapıldı. O, həmin əşyanın nə olmasını bilməsə də, Hüseyn bağlamaya nə isə cadu oxunduğunu bildirdi. Hüseyn həmin cadu adlandırdığı əşyanı götürmüş və heç kimin ona əl vurmamasını tapşırmışdır. Sonra mətbəxdə Rübabə onlara çay vermiş və Hüseyn Rübabə ilə işi olmasını deyib Rübabəni digər otağa aparmıdır. Onlar aralanıb mətbəxin yanındakı otağa keçmişlər. Təxminən on dəqiqə keçmiş Rübabə və Hüseyn onların yanına gəlmişlər. Rübabə Hüseynə demişdir ki, sənə dediyim oğlan bu şəxsdir, onun da taleyinə bax gör nə edə bilərsən. Hüseyn onu tək digər otağa aparmış və demişdir ki, baxım “Qurani Kərimə” görüm səndə nə var. Hüseyn onun ailəsində problem olduğunu, ona və arvadına cadu edildiyini, heç vaxt bir yerdə olmayacaqlarını, onları təhlükələr gözlədiyini demişdir. O sonradan bilmişdir ki, Rübabə xanım otaqda Hüseynlə söhbət edərkən ailəsi barədə Hüseynə bildirmişdir. Həmçinin arvadı Rübabə xanımın doğma bacısının qızıdır. Hüseyn ona mütləq evinə gəlməli olduğunu, onunla bir neçə seans işləməsini, caduları götürüb təmizləməsini və caduların bəzilərinin Dağıstanda olmasını söyləmiş, eyni zamanda bildirmişdir ki, mütləq Dağıstana da getməlidir ki, caduları təmizləsin. Bundan ötrü o, Röyadan xeyli pul istəmiş və məbləğin 4500 manat olmasını bildirmişdir. O, pulunun olmadığını bildirmiş, Hüseyn isə, hər şeyi edəcəyini demişdir. Bundan sonra Rübabə xanım onları yola salmış və həyətdə tapdıqları caduları özləri ilə selofan bağlamada aparmışlar. O Rübabə xanımın gördüyü işə görə Hüseynə pul verməsini Rübabə xanımdan öyrənmişdir. Təxminən iyul ayının əvvəllərində Rübabə xanım Hüseynin onu evinə çağırdığını demişdir. O, Rübabə ilə birlikdə Hüseynin Axundov bağının yaxınlığında yerləşən evinə getmişdir. Evdə Hüseynin arvadı Gülşən onları qarşılamış və Hüseyn Rübabə xanımı qəbul etmiş, telefonlarını onlardan almış, təxminən 40 dəqiqədən sonra öz yanına çağırmışdır. Hüseyn telefonun alınması səbəbini konkret bildirməmiş, telefon qapının ağzına qalmalı olduğunu demişdir. O, Hüseynlə söhbət zamanı Hüseynə arvadını dağıstandan gətizdirib onları barışdırarsa ona istədiyi məbləği verəcəyini demişdir. Hüseyn yenə kitab açmış və nəyəsə baxdı, əlini kitabın üzərinə qoyub nənəsinin xərçəng olmasını, yaxın zamanda öləcəyini dedi və nənəsini sağaltmaq və arvadı ilə onu barışdırmaq üçün 7000 manat pul istədi. Hüseyn işə başlamaq üçün bir cüt qəfəsdə bül-bül, canavar dişi, ceyran göbəyi, ayı dırnağı, kilsə suyu, kilsə şamı və sair yadında qalmayan əşyaların lazım olduğunu demişdir. O, isə Hüseynə hər şeyi həll edib, müsbət alınarsa onda maşınını belə satıb ona pulunu verəcəyəni bildirmişdir. Hüseyn də dedi ki, yaxşı baxarıq. Bundan sonra o Rübabəni götürüb çıxıb getmiş və bir daha Hüseynlə görüşməmişdir. Bu hadisədən bir müddət sonra Rübabə onda olan 30.000 manat dəyərində olan qızıl-zinət əşyalarını, 500 funt sterlinqi, 2000 manat və 2500 ABŞ dolları pulu Hüseynə vermişdir. Hüseyn onu inandırmışdır ki, qızıllarını ona verdiyi təqdirdə cadulardan qızılları təmizləyəcəkdir və üzərində olan ağırlıqları götürərək geri qaytaracaqdır. Bu barədə Rübabə ona bildirmiş, o da qızılların Hüseynə verilməsinə razılıq vermişdir. Bir dəfə Hüseynlə telefon əlaqəsi saxlamış, Hüseyn təsdiq etmişdir ki, narahat olmasın əşyaları ondadır geri qaytaracaqdır, verilmiş pulların qarşılığında isə ailə problemini həll edəcəkdir. O bundan sonra Hüseynlə əlaqə saxlamamışdır. Cəmi bir dəfə qeyd etdiyi kimi onun Axundov bağının yaxınlığında yerləşən evində olmuş orada Hüseyn onun falına baxmışdır. Rübabə xanımın əmlakını Hüseynə verməsi ilə bağlı Rübabə xanımdan heç bir şikayəti yoxdur. Onun şikayəti əmlakı falçılıq və baxıcılıq adları ilə fəaliyyət göstərən Hüseyn və onun anası Lalədəndir. Lalə Hüseyn ilə birlikdə əlbir olaraq onun və onun kimi Rübabə xanım, Qızxanım, Samirə və Salehin də külli miqdarda əmlaklarını eyni üsulla ələ keçirmişdir. Bunları o, Rübabədən eşitmişdir. O Hüseynlə istifadəsində olan 055 *** ** ** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Rübabə xanıma verdiyi pulları isə dəflərlə respublika və beynəlxalq yarışlarda çempion olması və karate üzrə məşqçi kimi fəaliyyəti nəticəsində əldə etmişdir. Zərərçəkmiş şəxs12 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında ədavətləri olmayıb. Özü 1963-cü ildə Xaçmaz rayonunda anadan olmuşdur, orta təhsillidir, əvvəllər ATS-də rabitəçi işləmişdir, 10 il olar ki, işləmir. 1982-ci ildə X37 ilə ailə qurmuşdur və birgə nigahdan üç qızı vardır. 1982-ci ildən etibarən Bakı şəhərində yaşayır. Əri “xxxxxxxxx” MMC-də maliyyə şöbəsində şöbə rəisi vəzifəsində işləyir. X71 Salehlə ailə qurmuşdur, iki uşaqları olmuş, bir rəhmətə getmişdir. İkinci qızı Aidə Tural adlı şəxslə ailə qurmuşdur, övladları yoxdur. Üçüncü qızı Əliyeva Əminə isə onunla birlikdə yaşayır. 2017-ci ilin fevral ayının təxminən 13-14-ü tarixlərində, özünə sadə bir üzük seçmək üçün mərkəzi univermağa gedib birinci mərtəbədə qızıl satılan piştaxtalarda qızıl əşyalarına baxmağa başlamışdır. Bir neçə piştaxtada üzüklərə baxdıqdan sonra qızıl satan xanımlar ondan, hansı qızıldan istəməsini, qızıl əşyaları seçməkdə nə kömək edə biləcəklərini soruşmuşlar. O da hələ baxdığını demişdir. Həmin xanımlardan təxminən 40 yaşlarında olan dedi ki, bu baxdığmız piştaxatanm sahibinin nömrəsini də verə bilərəm Sizə, hansı qızıldan istəsəniz o, sizə təşkil edə bilər deyib Lalə adlı qadının ***-***-**-** saylı mobil telefon nömrəsini verdi. Bundan sonra o, univermaqdan getmiş və fikirləşmişdir ki, nisyə həmin qadından özünə üzük ala bilər. Bu məqsədlə Lalə adlı qadına zəng etmiş və ona telefon nömrəsinin univermaqdan verildiyini və onunla tanış olmaq istədiyini bildirmişdir. Lalə isə hazırda Axundov bağında oğlu Hüseynin evində olduğunu və orada görüşə biləcəklərini dedi. O da Lalə ilə görüşmək niyyəti ilə Axundov bağına gəlib orada ilk dəfə gördüyü özünü Lalə kimi təqdim edən qadınla görüşmüşdür. Lalə özünü qızıl alverçisi kimi təqdim etdi. O, Lalədən bir ədəd nisyə ucuz qiymətə üzük istəmişdir. Lalə onu evə dəvət etdi, lakin o, imtina etmişdir. Lalə dedi ki, tanışlarının evlərinə də gedir, qızılları göstərir, bəyənən alır. O da Laləyə öz ünvanını verib Lalədən ayrılıb evinə gəlmişdir. Təxminən saat yarım sonra Lalə zəng edib onlar tərəfdə bir şəxslə görüşü olduğunu, istəyirsə onlara da gələ biləcəyini dedi. O da etiraz etməmişdir. Təxminən iki saatdan sonra həyətə çıxıb və Laləni və ilk dəfə gördüyü onun oğlu Hüseyni qarşılayıb evə gətirmişdir. X43 dedi ki, “bu evdə ürəyim sıxılır”. Əsə-əsə otağa keçib divanda oturdu və əllərini başına qoyub, gözlərini bərəldərək uca səslə burada sıxırlar, burada özümü pis hiss edirəm” dedi. Lalə oğlunun vergili olduğunu, ilahi tərəfındən ona vergi verildiyini, güclü seyid nəvəsi olduğunu bildirdi. Sonra Hüseyn ayağa qalxıb o biri otağa keçmək üçün icazə istədi. Hüseyn çox sıxıldığını, bəlkə o, biri otağa keçsə özünü rahat hiss edəcəyini dedi. Hüseynin bu hərəkətləri onu da həyacanlandırmış və Hüseyni haradansa tanıdığını dedikdə, Lalə demişdir ki, Hüseyn ANS telekanalında Elgizin ekstrasens verilişinə çıxmışdır. Hüseyn ona xüsusi vergi verildiyini və o insanların falına baxıb onlara köməklik göstərdiyini, onların dərdlərinə əlac etdiyini dedi. Bundan sonra Hüseyn ona ailəsində cadu edildiyini və cadular çıxarılmazsa ailəsini faciələr gözlədiyini dedi. Həmin hadisədən bir neçə ay öncə qızının beş yaşlı oğlu pəncərədən yerə yıxılıb ölmüş və o, kəskin psixoloji gərginlikdə olmuşdur. Bu səbəbdən Hüseynə inanmışdır. Hüseyn üzünü ona tutaraq onların evinə cadu edildiyini deyib cadunu çıxaracağını və onu batil edəcəyini bildirib, bunun müqabilində ondan 1.000 manat məbləğində pul istədi. O da Hüseynə və Laləyə bildirmişdir ki, pulu ümumiyyətlə yoxdur. Onlar da ona borc götürməsini, kimdənsə almasını bildirmiş və ya bankdan kredit götürüb onlara verməyini məsləhət gördülər. Bundan sonra onu ağlamaq tutmuş və bunu görən Hüseyn üstündə olan çantasından bir balaca korobkada qızıl əşyaları çıxarıb ona göstərmişdir. Balaca korobkada bir əl ovucu miqdarında qızıl əşyaları var idi. O həyacanlı olduğundan qızıl əşyalara baxmamış və bildirmişdir ki, ona artıq qızıl əşyası lazım deyil. Hüseyn “Qurani Kərim” kitabı ilə fala baxdığını və hər şeyi gördüyünü dedi. Hüseynin bu sözü onu maraqlandırmış və elə anlamışdır ki, bu şəxs Quran açıb baxırsa, deməli Allah adamıdır, yalan söyləməz. Hüseyndən fala neçəyə baxdığını soruşduqda Hüseyn dedi ki, baxır kim nə verir. Beş manat, on, iyirmi manat və sair, Quranın qiymətinin olmadığını bildirdi. Sonra Hüseyn çantadan kiçik həcmli Quran kitabı çıxartdı və onu stolun üzərinə qoyub kitabı açıb baxdı. Baxdıqda çox əziyyət çəkdiklərini, itkilərinin olduğunu, xeyr işə hazırlaşdıqlarını və sair bu kimi sözlər dedi. O da cibindən beş manat çıxarıb Hüseynə verib onlara demişdir ki, “qoy evdəkilərlə məsləhtləşim Sizə zəng edərəm”. Hüseyn özünün ***-***-**-** nömrəsini, və arvadı Gülşənin telefon nömrəsini ona vermişdir. Bundan sonra o, Hüseyn və Laləni ötürən zaman Hüseyn onları faciələr gözlədiyini və tez bir zamanda əlac edilməli olduğunu dedi. Bundan sonra o, bu barədə qızları Samirə və Əminəyə danışmışdır. Səhəri günü axşam saatlarında Samirə və Saleh onlara gəlmiş və onlardan təxminən iki-üç dəqiqə sonra Lalə Hüseynlə gəlmişdir. Evdə Samirə, əri Saleh Hüseyn və Lalə ilə tanış oldular. Hüseyn onlara da dediklərini təkrar etdi. Hüseyn baxdıqdan sonra dedi ki, həyətdə blokun yanında, girəcəkdə sağ tərəfdə cadu vardır, gedəyin onu çıxardım. Özü də tələsin. Tez çıxartmaq lazımdır”. O, təşviş içərisində olduğu üçün, Hüseyn Salehlə bloka çıxıb həyətdən blokun girəcəyindən yerdən basdırılmış vəziyyətdə bir kiçik həcmli selofana bükülü bir bağlama çıxardıb bağlamanı evə gətirdilər. Hüseyn bağlamanı açdı. O da Hüseyndən nəyə görə açdığını soruşmuşdur. Hüseyn isə bağlamanı aça-aça dualar oxuduğunu, cadunu batil etdiyini bildirdi. Bundan sonra Hüseyn cadunu tapıb çıxartdığına görə 200 manat məbləğində pul istədi. O, evdən 150 manat çörək pulunu götürüb Hüseynə vermiş və demişdir ki, imkanı buna çatır. Hüseyn razılaşmış və pulu götürmüşdür. Sonra cadunu açmaqda davam etmiş və o, bağlamadan mismar, sap bağlaması, yanıdırılmış vəziyyətdə şam, sonra saç tükü, soğan qabığı, qurt yağı aşkar etdi və bildirdi ki, bütün bunlar onlara edilmiş cadulardır. Çox güclü və qorxulu cadudur, bilsə idi bu məsələyə qarışmaz idi. Hüseyn təcili həmin caduların batil edilməsi üçün ceyran göbəyi, ayı dırnağı, gülab suyu, zəm zəm suyu, şamlar və sair əşyalar alınmalı olduğunu, istəyirlərsə özlərinin tapıb gətirmələrini, tapa bilmirlərsə özünün təşkil edə biləcəyini, ancaq tez bir zamanda uzağı bir gün ərzində batil baş tutmalı olduğunu, çünki cadunu açdığını dedi. Bu zaman evə Əminə gəlmiş və o da Hüseynlə Lalə ilə görüşmüş və Hüseyn ona açdığı cadunu göstərmiş və cadunun batil edilməsi üçün 1000 manat məbləğində pul lazım olduğunu demişdir. Hüseyn pulu istəmiş və sonra cadu bağlamasını da özü ilə götürüb və anası ilə birlikdə evdən çıxıb getmişlər. xx xxxxxx 2017-ci il tarixdə Hüseyn və Lalə yaşadığı ünvan 9 ünvanına saat 19 radələrində gəlmiş və onlara 1000 manat pulu vermişdir. Sonra Hüseyn anası ilə birlikdə tez tələsik evdən çıxıb getmişlər. Həmin vaxt 050- ***-**-** mobil nömrəsindən istifadə etmiş və Hüseyn ***-***-**-**, anası Lalə isə ***-***-**-** nömrəsini istifadə etmişdir. Hüseyn pulu ondan aldıqdan sonra caduları çıxartmağı və təmizləyəcəyini söz vermişdir. Hüseyn Samirə və Salehə onalara kömək etməli olduğunu, yoxsa digər övladlarını da ölüm gözlədiyini dedi. O, Hüseynlə qızı Samirəni tanış etdikdən bir müddət sonra 2017-ci ilin mart ayında Hüseyn zəng edərək 500 manat pul verməli olduğunu əks təqdirdə ailəsinə kömək etməsə acı nəticələri olacağını dedi. O da xalası qızı Rübabədən 500 manat borc alıb evində Hüseynə anası Lalənin yanında vermişdir. Lakin Hüseynin tapşırığı əsasında Rübabəyə borcu niyə aldığını deməmişdir. Hüseyn bildirmişdir ki, lazım olan duaları edərək cadunu batil edəcək. Sonra xalası qızı Rübabə zəng edərək pulu nəyə görə ondan borca aldığını soruşmuş, o isə Hüseyn barədə ona danışmışdır. Rübabə ona qulaq asdıqdan sonra özünün də ona baxdırmaq istədiyini dedi. Bundan sonra o, Hüseynin əl telefonuna zəng edib ona Rübabə barəsində bildirmişdir. Səhəri günü o, Hüseynin evində Hüseynlə görüşüb, Hüseyn ona yeddi gün ərzində seanslar edəcəyini və onu şər xətalardan, mənfi enerjilərdən təmizləyəcəyini dedi. Rübabə barədə Hüseynə demiş Hüseyn isə Qurani kərim açıdıqdan sonra məsləhət olsa Rübabəni yanına gətirə biləcəyini demişdir. Hüseyn onun yanında Quran kitabının vərəqinin ucunu açmış və Rübabəni yanına gətirə biləcəyini dedi. Sonra o, Rübabənin evinə gəlib Hüseynin ona baxmağa razı olduğunu demişdir. Səhəri günü Hüseynlə zəngləşib saat 10:00 radələrində Rübabə ilə birlikdə Hüseynin evinə gəlmişlər. Onları Hüseyn və arvadı Gülşən qarşılamış, Hüseyn isə onları tək-tək otaqda qəbul etmişdir. Evin girişdə onların telefonlarını almışlar. Rübabə yolda Hüseynin güclü ekstrasens olduğunu, onun bütün xəstəliklərini üzünə dediyini bildirdi. Sonra Rübabə özü tək Hüseyngilə getmiş və Hüseyn ona Qızxanımla yəni onunla yanına gəlməməsini, ondan uzaq olmasını çünki onun ağrılı olmasını, problemlərin Rübabənin üstünə tökülə biləcəyini demişdir. Bu səbəbdən onlar Hüseynlə ayrı-ayrılıqda görüşməyə başlamışlar. Bu hadisədən sonra təxminən 2017-ci ilin may ayının əvvəllərində Hüseyn zəng etmiş və onu yanına çağırmışdır. O, Hüseynin Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Axundov parkının yanındakı evinə getmişdir. Hüseyn ona həyat yoldaşı Sərvərin maşınına cadu edərək "qurd yağı" sürtüldüyünü, əgər həmin cadu batil olunmasa ərinin başına pis hadisələr gələcəyini bildirdi. Hüseyn cadunu götürmək üçün təcili pul və qızıl istədi. Qurd yağının qiymətini 1000 manata söyləsə də o, Hüseynə imkanı çatanı gətirəcəyini bildirmişdir. O həyat yoldaşı Sərvərin iki qramlıq qızıl nişan üzüyünü və 150 AZN pulu ərindən xəbərsiz Hüseynə vermişdir. Hüseyn demişdir ki, qızıl üzüyü əridəcək və 150 AZN qızıl alıb ona qatacaq, həmin qızıla bir dua oxuyacaq ki, cadu batil olsun və verəcək onu evində saxlasın ki, ərinin ruzi-bərəkəti çoxalsın və işləri yaxşı getsin. Əvvəlcə duanı ərinin üstünə qoymasını və üzərində gəzdirməsini, daha sonra isə Hüseynin deməsinə görə içərisində qızıl olan duanı evində saxlamasını xahiş etdi. 2017-ci ilin fevral ayından 2017ci ilin may ayının axrınadək Hüseyn və Lalə ondan evindən cadu çıxartmaq, onları batil etmək, ceyran göbəyi, güllə batmaz və digər əşyalar almaq üçün hissə-hissə 6700 manat pul almışdır. 2017-ci ilin may ayında sonuncu dəfə Hüseynə və Laləyə 500 AZN pulu qızı Əminənin işlərinin düzəlməsi üçün yaşadığı evdə vermişdir. 2017-ci ilin mart ayında Hüseynin istəyi əsasında o, Hüseyn, Lalə və kürəkəni Zərərçəkmiş şəxs9 ilə birlikdə Xaçmaz rayonu Ağyazı kənd qəbirstanlığında mərhum anası X9 qəbrinin üstünə getmiş, getməzdən əvvəl Hüseyn ona bir sətəkan duz götürməyi tapşırmışdı. O da özü ilə duz götürmüşdür. Hüseyn qəbrin ayaq tərəfındən cadu çıxardıb təmizləyəcəyini bildirmişdi. Onlar qəbristanlığa gəlmiş və orada hamısı avtomobildən yerə düşmüş, o, Lalə və Hüseyn qəbrstanlığa gəlmiş və orada Hüseyn anasının qəbrinin yanında ayaq tərəfdə daşın altında cadu olduğunu, duzu səpib qəbrin üstünə sonra daşın altından cadunu götürüb ona verməsini dedi. O yaxınlaşıb, duzu səpmiş və qəbrin ayaq tərəfindən əl boyda daşın altından bir ədəd ağ rəngli köhnəlmiş selofanda bükülü tapmış və götürüb onu Hüseynə uzatmışdır. Hüseyn gördün, cadu edilib dedi. Onun bu məsələdən sonra Hüseynə inamı artmışdır. Həmin günü də onlar geri qayıtmışlar. Hüseyn ona dəqiq tarixi xatırlamadığı vaxt qızılları aparıb verməsini orda olan ağırlıqları götürəcəyini dedi. O, məbləğini və miqdarını dəqiq bilmədiyi qızılları Hüseynə vermişdir. Lakin Hüseyn onlara dua oxuyub qaytaracağını desə də, bu günədək, həmin zinət əşyalarını geri qaytarmamışdır. Bu hadisədən sonra o dəfələrlə qızıllarını Hüseyndən və Lalədən tələb etsə də, onlar əşyaları qaytarmamışlar. Hüseyn və Lalə qızı Samirəni və onun həyat yoldaşı Salehi də aldadaraq külli miqdarda pulunu və qızıl-zinət əşyalarnı əllərindən almışlar. Beləliklə Hüseyn anası ilə birlikdə ondan 1000 manat pulu onun evində, 500 manat Rübabədən aldığı borca pulu evində, 500 manat pulu Hüseynə onun evində, 2000 manat pulu cin çıxartmaq adı ilə Laləyə şəxsən öz evində, qızı Əminənin adına cadu çıxartmağa görə Hüseynə 750 manat pulu öz evində, 600 manat onun adından cadu çıxardılmasına dair seanslara görə pulu Hüseynin evində, 1000 manat ərinin avtomobilindən qurd yağı təmizləmək adı ilə Hüseynə evində, sonuncu dəfə isə 400 manat ərinin avtomobilindən qurd yağını təmizləmək adı ilə evində verilmişdir. Cəmi onun tərəfındən Hüseynə və onun anası Laləyə 6800 manat məbləğində pul və məbləğini və miqdarını xatırlamadığı qızıl əşyaları verilmişdir. Hüseyn və Lalə ondan qızıl əşyaları almalarına dair qəbz yazdırmışlar ki, həmin qızılları ona vermişdir və sonra həmin qəbzi özləri ilə götürmüşdürlər. Ona isə heç bir qəbz verməmişlər. Lalə və Hüseyn ondan pulu və qızılları 2017-ci ilin fevral ayının ortalarından 2017-ci ilin may ayının axırlarına kimi olan müddət ərzində almışlar. Hüseyn və Lalə qızı Samirədən və kürəkəni Salehdən 10.000 manat pul və 8000 manatlıq qızıl əşyaları cadupiti adı ilə aldadıb almışlar. Hüseyn ona onunla telefonla danışanda cadu, əməl sözləri işlətməməyi, həmin sözlərin əvəzinə onunla danışanda “qızıl” nə oldu, qızıln qaşını qoydun” və sair sözləri işlətməyi tapşırmışdır. Hüseyndən bunun səbəbini soruşduqda Hüseyn və Lalə Hüseynin telefonuna polislər tərəfındən qulaq asıldığını, bilsələr ki, cadupiti işləri ilə məşğul olur onu tuta biləcəklərini demişlər. O da Hüseynlə həmişə danışanda “qızıl” əşyaları barədə soruşmalı olmuşdur. Həmin sözün əsil mənası isə “cadu, cin” demək idi. Həmin ərəfələrdə Hüseyn ona onun rayondakı ata evində yerə basdırılmış küplər gördüyünü, içində çoxlu qızıl olduğunu, həmin küpləri çıxardıb və küplərdəki qızılları yarı bölmələrini demiş və bunun üçün ondan 3000 manat pul istəmişdir. O pulu olmadığını, ata evinə gedə bilməyəcəyini deyib onun təklifini rədd etmişdir. Səbail RPİ-də istintaq zamanı Lalə ona hədə qorxu gələrək “sənin nə sübutun var axı, mənim bu boyda yazılarım, mesajlarım vardır” sözlərini demişdir. Sonradan ona aydın olmuşdur ki, telefonu Hüseyndə və Lalədə ondan nəzarətsiz qalan zaman onlar özləri onun adından guya onlara borclu olmağı barədə smslər yazmışlar. Hüseyn və Laləyə verdiyi pulları lotereya oynayaraq əldə etmişdir. Qızı Əminənin qazancı yaxşı olduğu üçün Pulların bir qismini də qızı vermişdir. Hüseyn və Lalə onun falına baxıb cadunu batil etdikdən sonra ailəsində vəziyyət düzəlmişdi. O, Hüseyn və Lalə ondan artıq pul aldığı üçün onları geri qaytarmalarını və ona vurduqları maddi və mənəvi ziyanın ödənilməsini istəyir. Zərərçəkmiş şəxs12 təqsirləndirilən şəxslərə verdiyi qızılların məbləği və pulların mənbəyi ilə bağlı məhkəmədə verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan məhkəmədə onun ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi xx xxxx 2018-ci il tarixli ifadələri elan olunub araşdırıldı. Həmin ifadələrində o göstərmişdir ki, Hüseyn ona demişdir ki, bu cadunun batil edilməsi üçün 1000 manat məbləğində pul lazımdır. Hüseyn pulu istəmiş və sonra cadu bağlamasını da özü ilə götürüb və anası ilə birlikdə Hüseyn evdən çıxıb getmişlər. Əminə “X77” xx xxxxxx 2017- ci ildə kredit müqaviləsi bağlayayaraq 1.000 manat pul götürmüşdür. xx xxxxxx 2017-ci il tarixdə Hüseyn və Lalə yaşadığı ünvan 9 ünvanına saat 19 radələrində gəlmiş və onlara 1.000 manat pulu vermişdir. Hüseyn ona dəqiq tarixi xatırlamadığı vaxt dedi ki, qızılları gətir ver orda olan ağırlıqlarını götürəcəkdir. O, ümumi çəkisi 23 qram olan qızıl əşyalarından,- 750 əyarlı 1 ədəd qızıl boyunbağı çəkisi 12 qram dəyəri 1100 manat, 1 ədəd qaşsız kloun çəkisi 3 qram dəyəri 250 manat, 1 ədəd qızıl sırğa çəkisi 4 qram dəyəri 250 manat, və 1 ədəd svarovski qaşlı qızıl üzüyü 4 qramlıq dəyəri 400 manatlıq əşyaları aparıb Hüseynə vermişdir. Lakin Hüseyn onlara dua oxuyub qaytaracağını desə də, bu günədək, həmin zinət əşyalarını geri qaytarmamışdır. Onun qızıl zinət əşyalarının dəyəri 2000 manat təşkil edir. Beləliklə Hüseyn anası ilə birlikdə ondan 1000 manat bankdan qızının adına götürülmuş pulu onun evində, 500 manat Rübabədən aldığı borca pulu evində, 500 manat bol kartdan çıxardığı pulu Hüseynə evində, 2000 manat pulu Cin çıxartmaq adı ilə Laləyə şəxsən öz evində, qızı Əminənin adına cadu çıxartmağa görə Hüseynə 750 manat pulu öz evində, 600 manat onun adından cadu çıxardılmasma dair seanslara görə pulu Hüseynin evində, 1000 manat ərinin avtomobilindən qurd yağı təmizləmək adı ilə Hüseynə evində, sonuncu dəfə isə 400 manat ərinin avtomobilindən qurd yağını təmizləmək adı ilə evində verilmişdir. Cəmi onun tərəfindən Hüseynə və onun anası Laləyə 6800 manat məbləğində pul və 2000 manat məbləğində qızıl əşyaları verilmişdir. Zərərçəkmiş şəxs X38 ifadəsində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında ədavətləri olmayıb. Onlarla uzaq qohumluq münasibətləri vardır. Onlar falçılıqla məşğul olurlar. Onlar ona ailəsi üzərində qara qüvvələrin hökm sürməsi, evində caduların olması və bu səbəblə uzun illər ərzində övladının olmamasını, caduların aşkar edilərək təmizlənmədiyi təqdirdə cadunun qüvvədə olması kimi xoşagəlməz hadisələrin olacağın dedilər. Bunu haradan bildiklərini soruşduqda onlar bunları Quran kitabının gücündən istifadə edərək bildiklərini dedilər. O da onların keçirəçəkləri rituallarda istifadə edilməsi üçün lazımı əşyaların alınması üçün 2014-cü ilin noyabr-dekabr ayları ərzində hissə-hissə olmaqla müxtəlif zamanlarda ümumilikdə 6000 manat pul, 1200 manat dəyərində 32 qram qızıl əşyalarını ünvan 4 A ünvanında Hüseyn və Laləyə vermişdir. Təqsirləndirilən şəxs2 və Hüseyn onun bacısının mərhum ərinin qohumlarıdır və bacısının yoldaşının dəfn mərasimində Laləni, Hüseyni, Lalənin anası Safuranı görüb tanımışdır. Lalə və Hüseyn deyirdi ki, «onun ailəsinə cadu edilmişdir və həmin caduları çıxarmaq üçün bacısının mərhum yoldaşının qəbrindən dua çıxardırlar», həmin duanı batil etmək üçün bacısından 500 manat pul almışlar, sonra bildirmişlər ki, mərhum atasının məzarına cadu basdırıblar və həmin cadunu çıxarıb batil etmək üçün ondan 200 manat pul almışlar. Hüseyn həmin duanı atasının məzarının yanından qazaraq çıxarmışdır. Duada ərəb yazısı ilə cızmaqaralar yazılmışdı. Bükümdə duadan başqa sabun, iynə-sancaq və sarı rəngdə nəsə var idi. Lalə və Hüseyn onun qurd yağı olduğunu və bu duanı Biləsuvarda olan əmisinin ziyarətgahında ceyran göbəyi, canvar dişi, dəvə tükü və sair predmetlərlə batil etməli olduqlarını dedilər. O da inanıb ona 200 manat pul vermişdir. Onların ailəsində bədbəxt hadisə baş verməmişdir və onlar dua edilməsi üçün Laləyə və oğlu Hüseynə müraciət etməmişlər. Lalə və oğlu Hüseyn özləri bu işi onlar üçün görürmüşlər. Hüseyn və anası Lalə deyirdilər ki, «tək bununla qurtarmır, Sizin evdə ağırlıq var, sizə dua ediblər», həmin cadunu onlara bacısının qaynanası Mahizərin bacısı qızı Rəna və onun qızının etdiyini, duaları batil etmə məsələsinin uzun çəkən proses olduğunu dedilər. Bu hadisədən üç gün sonra Hüseyn və arvadı Gülşən, sonra isə anası Lalə onlara gəlmişdir. Hüseyn dedi ki, evinizdə dua basdırılıb. Sonra da nəsə yazıb bir butulka suya töküb qarışdıraraq darvazanın yanında yerə töküb dedi ki, həmin yeri qazsın ki, orada basdırılmış duanı çıxarsın. O, atasının məzarının yanından tapdığı duanı Hüseyn özü qazıb çıxardığından ondan şübhələnmişdir ki, həmin duanı o, özü ora atıb sonra da çıxarıb, lakin bu dəfə dedi ki, duanı özü qazıb çıxaracaq. Oradan dua çıxsaydı Hüseyn duanın batil edilməsi üçün ondan 500 manat pul alacağını dedi. Hüseynin dediyi yeri qazsa da oradan dua çıxdı. Hüseyn duanın çıxmadığını görüb guya onun inamsızlığına görə duanın tapılmadığını, həmin duanı özünün batil edəcəyini deyib getdi, lakin, övladının olmamağı ilə əlaqədar Hüseynə dua yazmaq üçün yoldaşına məxsus sünbül formalı qızıl boyunbağını, həmin boyunbağının komplekti olan qolbağını, ağ sadə qaşlarla komplekt üzük və sırğanı, ağ sadə qaşlarla 10 qramlıq kişi nişan üzüyünü, tros formalı, təxminən 6 qramlıq kişi boyunbağını, anasına məxsus 7 qramlıq tros formalı qadın boyunbağısını, qırmızı sadə qaşlı qadın üzüyünü, göy sadə qaşla uşaq sırğa cütünü, yoldaşına məxsus paxlava formalı qırmızı və ağ sadə qaşlarla üzüyü Hüseynə vermişdir. Hüseyn ona verilən qızılların Biləsuvardakı ocaqlarında torpağa basdıracağını, ən azı qızılların 6-7 ay orada qalmalı olduğunu, 2015-ci ilin mart ayında övladları orlacağını, lakin bunun üçün lazım olan qədər ona pul verilməli olduğunu dedi. Onlar da Hüseynin və Lalənin təklifi ilə razılaşaraq qızılları və pulları onlara vermişdir, darvazalarının dibindən dua çıxmadıqdan sonra Hüseyn və Lalə israrla deyirdilər ki, onların evlərində rəhmətlik atasının ruhu vardır, evlərinin divarına lax yumurta vurublar ki, onun övladı olmasın və ondan tələb etmişlər ki, at nalı, şam, zəfəran, bir paçka rəngbərəng saplar alsın. O da həmin əşyaları alıb Badamdar qəsəbəsində «Bazarstore» olan binanın 6-cı mərtəbəsində olan evində Hüseynə vermişdir. Həmin vaxt Hüseyn ondan pul istəmədi. O, həmin əşyaları Hüseynə evlərində verəndə onlarda üç nəfər tanımadığı qadın var idi. Hüseyn onların da bədənindən cin çıxarırdı.Həmin qadınlardan birini sonralar Hüseyn onların evinin ünvanını verməklə onlara çağırımışdı. 2015-ci ilin mart ayında həmin qadını onların evlərinə çağırıb dua yazmaqla ondan 50 manat pul almışdı. O da orada həmin qadının adının Pərvanə olduğunu bilmişdir. Hüseyn deyirdi ki, həmin qadın imkanlıdır, özünün avtomobili vardır. «Qurd qapısı»nın yanında villaları vardır. Sonradan eşitmişdir ki, həmin Pərvanəni Lalə şərləyərək tutdurmuşdur. Hüseyn 2015-ci ilin fevral-mart aylarında ondan 4000 manat pul almışdır, həmin pulun 800 manatını evlərində «İmam ehsanı» verilməsinə çəkiləcək xərcə, qalan pulu isə Biləsuvardan yenidən 300 manata ceyran göbəyi, 500 manata «gülləbatmaz» duası alıb gətirməyə xərcləməli idi. Bundan əlavə guya yoxlayıb ki, onun Saray qəsəbəsində yaşayan qaynatası Söhbətin həyətində qızıl küpü basdırılıb, küpün üstündə ilan yatmışdır, dua oxuyub həmin ilanı qovub küpü oradan götürəcəkdir. O da bu barədə qaynatasına demişdir. Hüseyn onun qaynatası evinə gedib orada dua oxuyub ilanı qovub qızıl küpünü götürməli idi. O, bir dəfə Hüseynlə bir yerdə qaynatasınm evinə getmişlər. Hüseyn orada dua yazıb həyətə su çilədi və dedi ki, dua yazıb qaynatasının atasının məzarına basdırıblar. Bundan sonra onlar birlikdə həmin məzara baxmağa getmişlər. Hüseyn orada bir yeri göstərib bildirdi ki, qurd yağını siqaret kağızına büküb ora basdırıblar. Bundan sonra Hüseynin tələbi ilə onun göstərdiyi yer qazıldı, lakin dua tapılmadı. Bundan sonra Hüseyn özü axtarıb guya həmin duanı tapdı. Bundan sonra onlar birlikdə onun qayınatası Söhbətin evinə getmişlər. Qayınatası da Hüseynə həyətdən bir baş xoruz bir balon qatıq və 150 manat pul verdi. Hüseyn dedi ki, həmin duanı özü batil edəcəkdir. Hüseyn və anası yenə də təkrar-təkrar onu arxayın salırmışlar ki, proses davam edir və nə qədər təmizləsələr də evlərindən cadunu yığışdıra bilmirlər. Ona evlərində «İmam ehsanı» verdirmişlər. Ona qurban kəsilməsinə söz versə də qurban kəsilməmişdir, sonra isə ona bildirmişlər ki, anasının bədənində ölü ruhu vardır, guya atasının ruhu ona girmişdir. Onlar on gün dalbadal onların evlərinə gəlmişlər. Lalə və Gülşən çay içərkən Hüseyn onun anasını ağ parçaya büküb qaranlıq otaqda qaçırırmış, özü isə qara parça geyinib qaçıraraq oxlovla anasını vurub ruhu, cini anasınm bədənindən çıxartdığını bildirmişdir. Onun anası da Biləsuvardan ceyran göbəyi, gülləbatmaz almaq üçün 1100 manat xərcəldiklərini deyib həmin pulu isdəlilər. O da onlara söz verdiyi şeylərin alınmadığını deyib onlardan verdiyi qızıllarını və 4000 manatı qaytarmağı tələb etmişdir. Hüseyn də qaytaracağına söz versə də onları qaytarmadı. 2015-ci ilin may ayında o, Hüseynin evinə getmişdir. Hüseyn evdə yox idi. Onun anası Lalə və nənəsi Safura evdə idilər. X50 getdiyini dedilər. O, onlardan Hüseynə verdiyi qızılları və pulu almaq üçün gəldiyini demişdir. Lalə isə dedi ki, guya onun əvəzindən Biləsuvardan predmetlər alıb, həmin şeylərin 1100 manat pulunu ona versin. O, onlara verdiyi qızıllarını tələb edəndə Lalə evdən yoldaşının sepini və qolbağını, balaca uşaq sırğa cütünü, komplektin üzüyünü, anasnın qırmızı qaşlı üzüyünü, yoldaşının tək qırmızı qaşlı üzüyünü qaytardı, O da məcbur olub 700 manat pulu Laləyə vermişdir.Bu barədə Lalə qəbz də yazdı ki, o, 700 manat borcunu ona qaytarmışdır, qalan 400 manat borcu da qaytaracaq, sonra da qəbz yazdırdı ki, 400 manat borcunu qaytaracaq, həmin qəbzi özü yazmış, özü də imza etmişdir, qəbzi xx xxx 2015-ci ildə yazmışdır, x xxxx 2015-ci ildə də onu 8-ci PB-nə çağırmışlar, orada təhqiqatçı Mahir dedi ki, o, Lalədən 4900 manatlıq qızıl alıb qaytarmamışdır. O da təhqiqatçıya özündə olan qəbzi göstərmiş ki, həmin qəbzdə 700 manat borcu qaytarması, 400 manat borclu qalması yazılmışdır. Lalə onu Səbail rayon məhkəməsinə vermiş və Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev işi araşdıraraq yekunda qərar çıxarmış ki, onun Təqsirləndirilən şəxs2 4000 manat borcu vardır, həmin qərar qanunsuz olduğundan bu barədə Apcllyasiya şikayəti etmişdir, hələ Apellyasiya məhkəməsi olmamışdır. Lalə və oğlu Hüseyn ondan başqa həmin Pərvanə və onun ailə üzvlərinə, onun tanıdığı X20 da baxıcılıq və falçılıqla əlaqədar ziyan vurmuşdur. 2015-ci ilin fevral ayının 14-də «Sevgililər» gününə arvadına hədiyyə etmək üçün Hüseyn fevralın 8-9-da ona Yasamal rayonu, İnşaatçılar metrostansiyasmm yanında olan «Kontakt» dükanından ayda 89 manat kredit ödəməklə 1200 manata «İphone-6» markalı mobil telefon aldırıb, həmin telefonun pulunu ödətmişdir, ödəmənin qəbzlərinin kserosurətlərini istintaqa təqdim etmişdir, həmin telefonu hazırda Hüseynin arvadı işlədir. Zərərçəkmiş şəxs4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında ədavətləri olmayıb. 2012-ci ildə 10.000 manat pulu götürüb Lalə, Namət ilə birlikdə “Laçın” ticarət mərkəzində orada işləyən tanışları Samir və Adilin yanında getmişlər. Çünki, Lalə Samir və Adildən bir az ucuz qiymətə alınmış qızıl-zinət əşyalarını öz müştərilərinə satmağı və bu yolla gəlir əldə edəcəklərini bildirmişdir. Namətin verdiyi pulla da Adil və Samirdən qızıl əşyalar alındı və orada da satmaq üçün Lalənin özünə verildi. 2012-ci ildə dəqiq tarixi yadında deyil, yay aylarında, 10.000 manat pulu ilə Adil və Samirdən adları, markaları, əyyarları yadında qalmayan qızıl-zinət əşyaları alındı. Həmin əşyalar orada da yenə Laləyə verildi. Lalə vəd verirdi ki, qızılın qiyməti hər qram üçün 45 manatdan hesablanırsa, o, öz müştərilərinə həmin əşyaları 50-55 manata satacaqdır. Qızıllar alınandan sonra Lalə bildirdi ki, verilən pul azdır. Lalə əvvəldən də ona demişdi ki, onsuz da 10.000 manatla normal xeyir götürmək olmaz, ona görə də, o, Namətlə daima pul axtarırdı ki, Laləyə qızıl ticarəti üçün pul yaxud qızıl alıb verə bilsinlər. Bundan başqa o, 2012-ci ilin yay aylarında Laləyə 1000 manat oğlu Hüseynin şahidliyi ilə həmin ticarət mərəkəzinin qarşısında vermişdir. Onda Lalə bildirdi ki, qızıl alması üçün 1000 manat pulu çatmır. Bundan sonra o, Naxçıvanda olarkən 2012-ci ilin yay aylarında Namətə qızıl alıb Laləyə verməsi üçün 10.000 manat pul göndərmişdir. Yenə eyni qaydada Lalə Namət ilə birlikdə Laçın ticarət mərəkəzinə gedib Samir və Adildən qızıl əşyalar almışdır. Lalə bildirirdi ki, o qızılları özünün müştərilərinə nisyə, amma baha satır. Həmin vaxtlar Zərərçəkmiş şəxs3 də Namətə və Laləyə satması üçün qızıl əşyalar vermişdi. Rahib onunun həmkəndlisidir, Namət ilə onun Lalə ilə ortaq iş gördüklərini bilirdi. 2012-ci ilin payız aylarında Lalə bildirdi ki, Türkiyəyə qızıl əşyalar almaq üçün gedir. Əldə olan pulu azdır. O, Lalə ilə 28 Mayda Dəmiryol vağzalının qarşısında təklikdə görüşüb ona 10.000 manat pul vermişdir. Lalə bir müddətdən sonra Türkiyədən gəlmiş və bir qisim qızıl-zinət əşyaları göstərmişdir. Bildirmişdir ki, həmin əşyaları Türkiyədən almışdır. Daha çox pul lazımdır ki, orada olan iş adamlarının hesablarına pul yatırsın və qızıl çox ala bilsin. Bundan başqa Lalə ilə Namət və Rahib şərik olmuşdur. Hadisədən uzun müddət keçdiyindən nə Rahibin və Namətin onunla eyni zamanda Laləyə nə qədər pul verməsini dəqiq deyə bilmir. Lalə deyirdi ki, onun, Rahibin və Namətin pulunun bir qismini Türkiyədə Hacı adlanan qızıl alverçisində qoymuşdur, pul göndərib orada olan hesabı artırmaq lazımdır. Bundan sonra o, dost və tanışlardan da həmçinin bir az özündə olan pulları toplayıb bu barədə Laləyə bildirmişdir. Lalə də pulu mərkəzi univermağın qarşısında valyuta dəyişmə məntəqəsi işlədən X6 verməyi tapşırdı. Bunun səbəbi kimi özünün seyfi olmadğı və bu qədər pulu özündə saxlaya bilməməsi ilə əlaqələndirdi. O da Azərin iş yerinə gedib orada Lalə ilə görüşmüşdür. Orada birbaşa pulu Azərin şahidliyi ilə Laləyə vermişdir. Bu 2012-ci ilin payız ayları idi. Lalə pulu ondan alıb Azərə verdi ki, pulu seyfə qoysun. Onun gözünün qarşısında Laləyə verdiyi 40.000 manat pulu Azər seyfə qoydu. Lalə artıq bildirirdi ki, mərkəzi univermağın yaxınlığında ofis götürüb orada hesab kitab aparmaq, konkret polka götürmək lazımdır. Bundan sonra Lalə yenə Türkiyəyə getdi. Həmin ərəfələrdə Laləyə onun kimi Rahib və Namət də pul verirdi. Lalə yenə Türkiyədən gəldi və bir qədər qızıl gətirdi və həmin qızılları ona, Namətə və Rahibə göstərdi. Namət dedi ki, Lalə Sahil ticarət mərkəzində yer tapmışdır. Bundan sonra o, Namət, Lalə və Lalənin oğlu Hüseyn ilə birlikdə Sahil ticarət mərkəzinin 2-ci mərtəbəsində Lalənin tapdığı yerə baxıb hər şeyin orada hazır olduğunu görmüşdür. Bu təxminən 2012-ci ilin dekabr ayı idi. Bundan sonrakı proseslərdə Lalənin daima yanında oğlu Hüseyn olmuşdur. Onlar orada həmin yeri icarəyə götürmüşlər. Razılaşmışlar ki, icarə pulunu satışdan əldə edilən gəlirdən veriləcəkdir. Orada götürdüyü satış yerində Lalə əvvəllər onlara göstərdiyi Türkiyədən gətirdiyi qızılları satışa qoymuşdur. Həmin zaman da onun Laləyə inamı birə beş artmışdır. Çünki həmin vaxta qədər göstərdiyi qızıllar ortalıqda idi və artıq satış yerində satışa qoyuldu. Belə razılaşmışdırlar ki, o, daima satış yerində olacaqdır. Lalə və oğlu Hüseyn daima satış yerində idilər. Namət satış yerinə hər gün, Rahib isə az-az gəlirdi. Satış zamanı satışa qoyulmuş bütün qızılların siyahısını orada o, özü kitabçaya yazmışdır və satış yerində olan seyfə qoymuşdur. Seyfin açarı Lalədə və onda olmuşdur, lakin ümumi razılığa görə satışa məsul şəxs Lalə idi, Çünki satışı Lalə həyata keçirirdi. Lalə satış yerindən qızılları götürüb nisyə satmaq üçün öz müştərilərinə də aparırdı və ona satdığı şəxsin adını, soyadını digər anket məlumatlarını qeydiyyat kitabına yazdırırdı. Lalə deyirdi ki, həmin qızılları nisyə verdiyi şəxslər 3 ay ərzində pullarını ödəyəcəklər. O, deyirdi ki, “polkada satırsan 45-50-dən, qramını aparıb 60-dan 65-dən verirəm”. Lalə ilə satışı oğlu Hüseyn də həyata keçirirdi, onlar daima bir yerdə idilər. Hüseyn qızılların yerini dəyişir, düzür, qeydiyyatlar aparır, satışla bağlı işlərlə məşğul olurdu. Lalə bildirdi ki, yenə BƏƏ-ə getməlidir ki, qızıl gətirsin. 2012-ci ilin dekabr ayında Sahil ticarət mərkəzində Laləyə 23.000 manat pul vermişdir. Lalə bundan sonra Namətdən xırda satışlardan əldə edilmiş pulları istədi, lakin o, həmin pulun nə qədər olmasını dəqiq xatırlamır. Satış yerindən nağd satılmış qızıl əşyaların pulları Namətə verilirdi, aralarında belə razılığa gəlmişlər. Lalə Namətdən xırda satışlardan əldə etdiyi pulları da götürdü. Lalə BƏƏ-dən gəldikdən sonra aldığı qızıl əşyalarını satışa qoydu. Yenə həmin vəziyyət təkrarlanmağa davam etdi. Lalə qızılları götürür, aparır nisyə satır və satdığı adamların anket məlumatlarını, qızılların rekvizitlərini ona kitabçaya yazdırırdı. 2013-cü ilin yanvar ayında anası Zərnigar rəhmətə getdiyindən başı dəfn işlərinə qarışıb və satış yerində olmadığı üçün Lalə vəziyyətdən tam sui-istifadə edərək satış yerində olan qızılların əksəriyyətini nisyə satmaq adı ilə götürmüş və qeydiyyatını aparmamışdı. O, 2013-cü ilin yanvar ayının sonlarında Namət ilə birlikdə satış yerinə gəlmişdir. Satış yerində çox az qızıl əşyalarının qaldığını görmüşlər. Namət Laləyə zəng edib çağırdı. Lalə oğlu Hüseyn ilə birlikdə satış yerinə gəldilər. Namət Laləyə dedi ki, bu qədər borc edilib bir manat da xeyir yoxdur. Lalə dedi ki, kitabları götürüb gedib qıraqda haqq-hesab edəcəkdir. Namət, Lalə, Hüseyn ilə birlikdə 26-lar bağı adlanan yerdə bir yerdə oturub hesab etmişlər və nəticə olaraq Lalə etiraf etmişdir ki, onlara ümumilikdə 400.000 manata qədər borcu vardır. Bu barədə kitabçaya qəbz yazılmış və Lalə imzalamışdır. Daha sonra onlar yenə də, Sahil ticarət mərkəzində alverə davam etmişlər. Alver olmadığından Lalə təklif etdi ki, alver zəifdir və X61nə gedək. O da Lalə ilə birlikdə 2013-cü ilin mart-aprel aylarında Laçın TM-ə getmiş, orada müdiriyyətlə danışıb 3-cü mərtəbədə satış yeri götürmüşlər və qalan qızıl əşyaları ora satışa qoymüşlar. Əlavə qızıl əşyaların alınması üçün Laləyə Laçın ticarət mərəkəzində 5000 manat pul vermişdir. Həmin zaman Hüseyn yanlarında başqa bir satış yeri götürüb bujiteriya və gümüş satmağa başladı. Buna baxmayaraq Hüseyn onların satış yerində satış işinə baxmağa davam edirdi. Borclar yığıldığından və onu borc sahibləri sıxdığından o, Lalədən ona verdiyi pulları qaytarmağı tələb etmişdir. 2013-cü ilin yay aylarında Namət ona zəng edib Lalənin bütün qızılları və qeydiyyat dəftər kitabçalarını yığaraq qaçdğını onu tapa bilmədiyini dedi. O, həmin vaxtdan sonra bir daha Laləni görə bilməmişdir, yalnız onu Xəzər RPİ-də istintaq zamanı görmüşdür. Zərərçəkmiş şəxs13 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında ədavətləri olmayıb. 2010-cu ildə Zərərçəkmiş şəxs9 ilə ailə qurmuş, xx xxxx 2016-ci il tarixdə 5 yaşlı övladı Nadir bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Hazırda Aydan adlı bir qızı vardır. Özü Bakı telefon rabitəsi MMC-də mühasib işləyir, əri Saleh isə xxxxqrup MMC-də satış üzrə menecer işləyir. 2017-ci ilin fevral ayında, Bakı şəhəri, Nəsimi rayonu Cavadxan 68 mənzil 11-də yaşayan anası Qızxanım onun mobil telefonuna zəng edib bildirdi ki, evə Hüseyn və Lalə adlı qadın gələcəkdir, onlar evdə cadu çıxaracaqlar və təmizləmə işləri görəcəklər. Söhbət zamanı Hüseyn və Lalə onun anasına demişlər ki, Sizin evdə əməl edilmiş cadu vardır. O, təşvişə düşmüş və anası demişdir ki, Salehi də götür birlikdə gəlin bizə. Tək onları qəbul etmək istəmir. Bundan sonra o, axşam saatları olardı, təxminən 18-19 radələrində Saleh ilə birlikdə evə gəlmiş və evə gəldikdə Hüseyn və Laləni artıq evdə olduqlarını görmüşdür. Hüseyn dedi ki, sizin evin girəcəyində cadu var, onu götürmək lazımdır. Saleh və Hüseyn bayıra çıxıb evin girəcəyində blokdan sağda ağaclıq olan yerdə torpaqda iki ədəd tənzif bağlama aşkar edib evə gətirdilər. Bağlamanı açıb baxdıqda bağlamanın içərisindən iynə, rəngbərəng saplar, yanmış kibrit çöpü, toyuq sümüyü, soğan qabığı, meyvə tumu, adi üzük çıxdı. Hüseyn gördünüzmü Sizə cadu edilib, indi bunu batil etmək lazımdır deyib həmin əşyaları Salehdən aldı və sonra da bildirdi ki, onun Axundov bağının yanında yerləşən evinə getmək lazımdır. Səhəri günü o, Salehlə birlikdə Hüseynin Axundov bağının yanında yerləşən evinə getmişlər. Evin girəcəyində onun və Salehin telefonlarını almışlar və dəhlizə qoymuşlar. Onların ikisini də birlikdə bir otaqda Hüseyn və anası qəbul etdilər. Hüseyn dedi ki, tapılan caduları batil etmək lazımdır. Onlar nə qədər pul verməli olduqlarını soruşduqda, Hüseyn onlara bunun üçün 1000 manat pul istədi. Caduları çıxartmağa görə 300 manat pul aldı. O, razı olub Saleh ilə birlikdə evə gəlmişlər. Saleh onu evdə qoyub, 1000 manat pul götürüb Hüseynə verməyə getdi. Qayıdıb gələndən sonra Saleh Hüseynə 1000 manatı verdiyini, Hüseynin ona onunla telefonla danışanda cadu, cin, əməl sözləri işlədilməməsini, əvəzində qızıl sözləri işlətməyi tapşırdığını dedi. O, bunun səbəbini soruşduqda Hüseyn və Lalənin ona onların telefonuna polislərin qulaq asdığını, problem olmasın deyə belə danışmağın məsləhət olduğunu dediyini bildirdi. Bundan sonra Hüseyn onlarda olan qızıl əşyalarının hamısını istəyib bildirdi ki, o, həmin qızıl əşyalarının üzərinə dualar oxuyacaqdır ki, onlardan xətabala uzaq olsun. Təxminən bir həftə sonra Hüseyn ərinə zəng etmiş ona demişdir ki, Sizdə yenə qızıl vardır və gəlməlisiniz, ki, qızıla qaş qoyum. Bunun mənası o, idi ki, yenə cadunuz var, gəl onu da tapım. Bundan sonra Saleh də onlara getdi və bir saat yarımdan sonra əri, Lalə, Hüseynlə birlikdə onların Kazımovski küçəsindəki evlərinin həyətinə gəlmişlər. O, uşaqla evdə qalmışdır. Təxminən 20 dəqiqə keçmişdi ki, Lalə, Hüseyn və əri evə girmişlər. Salehin əlində tənzif bağlamalar var idi. Bağlamalar açılmış və onun içərisində iynə, sap, sümük, ərimiş şam və sair əşyalar var idi. Hüseyn onları batil etmək üçün onlardan ceyran göbəyi, ayı dırnağı, ilan zəhəri, onları almaq və cadunu batil etmək üçün onlardan 1200 manat məbləğində pul istədi. İki cadunu tapdığına görə 200 manat pul aldı. Dedi ki, əgər cadular batil olmasa ikinci uşağınız tələf olacaqdır. Hüseyn o, gün yoldaşının nişan üzüyündə də ağırlıq olduğunu deyib qızılı götürdü. Hüseyn uşağının təzə itirməsindən istifadə edirdi. Onun psixoloji zəif vaxtından istifadə edərək tez-tez özü dediklərini etməsə o, biri uşağının da tok vuraraq öləcəyini deyirdi və bundan sonra onlar çıxıb getdilər. İki gündən sonra Saleh evdən 1200 manat pul götürüb Hüseyngilə getdi və qayıtdıqdan sonra pulu Hüseynə verdiyini dedi. Bir neçə gün keçmişdi ki, Hüseyn Salehə zəng edib onu yanına çağırdı. Saleh onun yanına gedib qayıtdı və Hüseynin ona Yasamal qəbrstanlığında onların uşağının qəbri üstündə cadu basdırılmasının dediyini bildirdi. Səhəri günü o, Hüseyn, Lalə və Saleh qəbrstanlığa getmişlər. Hüseyn qəbrin üzərinə duzlu su səpdi və Quran kitabını əlində oynatdı və ərəbcə nə isə danışdı, sonra Saleh qəbrin ayaq tərəfində selofana bükülü balaca bir bağlamanı çıxartdı, ümumilikdə isə üç ədəd bağlama aşkar etdi. Hətta birini də o, özü çıxartmışdır. Bağlamalarda mismar, rəngbərəng saplar, soğan qabığı, kibrit çopü, 5 qəpik, xırda piy və sair əşyalar aşkar edildi. Bundan sonra bir yerdə Hüseyngilə getmişlər. Orada Hüseyn dedi ki, bu caduları batil etmək lazımdır, yoxsa uşağınız əldən gedəcəkdir. Saleh də Hüseynə 1800 manat pul verdi. Bundan əlavə də Hüseyn Salehdən hər cadunu çıxardığına görə 450 manat pul aldı. Bundan bir müddət sonra Hüseyngil onlara zənglər edib evlərinin içərisində cadular oluduğunu və onları batil etmək üçün 3000 manat pul istəyib anası ilə birlikdə onlara gəlib evə səpib buna görə Salehdən 3000 manat, onların uşaqları üçün dualar yazıb buna görə də 1950 manat məbləğində pul aldı. Beləliklə Hüseyn onlardan 2017-ci ilin fevral aymdan 2017-ci ilin oktyabr ayının əvvələrinə kimi cadu tapmaq, cadu təmizləmək, cin qovmaq, dualar oxumaq adı ilə 10.000 manat məbləğində pul, 7450 manat məbləğində qızıl əşyasını aldadaraq almışdır. Həmin dövrlərdə də Hüseyn onlara bildirmişdir ki, dua oxunması üçün qızıl əşyalarının çəkisi azlıq təşkil edir və əlavə qızıl əşyası alınmalıdır. O, Hüseynin sözü ilə qızıl almaq üçün Mərkəzi univermağa getmişdir. Orada Lalə və Hüseynlə görüşmüş və onlar onu univermaqda özlərinin qızıl satışı köşkünə aparmış, orada o, bir ədəd 750 əyarlı sarı qızıldan qolbaq və bir cüt 750 əyarlı ağ qızıldan sırğa seçmiş və 1250 manat pulu Laləyə verib qızılı götürmüşdür. Bundan sonra elə həmin yerdə Hüseyn və Lalə dedilər ki, qızılı ver, ona da dua oxuyacam və sonra qızıların hamısını sənə qaytaracam. O da onlara inanıb həmin qızıl qolbağı və sırğanı Hüseynə vermişdir. Hüseyn onlara evi və özünü qorumaq üçün üç ədəd əşya vermişdi. Bunların birini dəhlizdə qapının üstünə, birini mətbəxə, birini də qonaq otağına qoymalarını tapşırmışdı. Hətta bir dəfə Hüseyn, Lalə, və Saleh və özünün anası Qızxanım ilə Xaçmaz rayonuna getmişlər. Hüseyn demişdi ki, nənəsinin məzarında cadu vardır, onu batil etmək lazımdır, o, sizə rahatlıq vermir. Onlar gedib qayıtdıqdan sonra Saleh ona demişdir ki, onlar məzarlığa getdilər, lakin Hüseyn onu məzarlığa buraxmamış və ona demişdir ki, sənə “ağırılq” düşər, sən gəlmə. O, da məzarlığa girməmiş, anasının deməsinə görə Hüseyn qəbrin ayaq tərəfində daşın altında cadu tapmışdır. Bütün bunlar onları təşvişə salmış, Hüseyn və Lalə onları daima qorxu və həyəcan içərisində saxlamışlar. Hüseyn və Lalə hətta onlara bildirmişlər ki, sənə dediklərimi başqasına danışma, bildirmə, yoxsa cadular batil olmayacaqdır. Hüseyn və Lalə anasının inancından istifadə edərək 6700 manat pul və 2000 manat dəyərində qızıl zinət əşyalarını aldadaraq almışlar. Hüseyngili qızılları ondan götürdükdən sonra qızlların üzərinə dua oxumağının 40, 52 gün ərzində edəcəyini deyirdi. Bu müddət bitdikdən sonra onlar qızıllarını tez-tez geri tələb etdikdə hər dəfə onlara demişlər ki hələ siz təmizlənməmisiz və hələ də duaları oxuyuram. Bunu onlar anasıgilə münasibətdə də edirdilər. Lalə hər dəfə Hüseynin yanında olurdu. Onu tək qoymurdu. Onlar evlərinə bir neçə dəfə gəlmişlər. Bir dəfə də evə gəldikdə ceyran göbəyi dediyi şeyləri evdə yandırmışdırlar. Onlar evə səpməyə, içməyə sular da verirdilər. Evlərinə çağıranda onlara yemək süfrəsi açırdılar. Yeməklərdən yeyənə qədər əl çəkmirdilər. Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında ədavətləri olmayıb. O, Bakı şəhəri, Nəsimi rayonu Mirmahmud Kazımovski ev 58 mənzil 22-də ailəsi ilə birlikdə yaşayır. 2010-cu ildə Zərərçəkmiş şəxs13 ilə ailə qurmuşdur, xx xxxx 2017-ci il tarixdə dörd yaşlı övladı Nadir bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Hazırda Aydan adlı bir qızı var. Arvadı Bakı telefon rabitəsi MMC-də mühasib işləyir, özü isə “xxxx“qrup MMC-də satış üzrə menecer işləyir. 2017-ci ilin fevral ayında, qaynanası Qızxanım Samirənin mobil telefonuna zəng edib Hüseyn və Lalə adlı qadının gəlib evdə olan caduları çıxarıb təmizləyəcəklərini dedi. Söhbət zamanı Hüseyn və Lalə Samirəyə demişlər ki, Sizin evdə “əməl’ edilmiş cadu vardır. Samirə təşvişə düşüb ona anasıgilə getməyi təklif etmişdir. O da təxminən saat 18-19 radələrində Samirə ilə birlikdə qayınanası Qızxanımın evinə getmişlər. Onlar ora gələndə Hüseyn və Laləni orada görmüşlər. Hüseyn evin girəcəyində cadu olduğunu və onu götürmək lazım olduğunu dedi. O da Hüseynlə bayıra çıxmışlar. Hüseyn onu evin girəcəyində blokdan sağda ağaclıq olan yerə aparmışdır. Samirə, Lalə və Qızxanım evdə qalmışlar. O, həmin bağda dayanmış, Hüseyn əlində quran kitabı ilə ərəbcə oxumuş, qızıl gül kolunun dibini göstərib oranı taxta parçası ilə qazmağı işarə etmişdir. O, kolun dibini əli ilə qazıb, oradan bir ədəd tənzifə bağlanmış kiçik bağlama tapıb götürdü. Sonra Hüseyn ona sağ tərəfdəki gül kolunun dibini ona qazdırdı. Oradan da bir kiçik həcmli bağlama çıxdı. Bundan sonra o, iki ədəd tənzif bağlamanı əlində evə gətirib orada Hüseynə vermişdir. Həmin caduları Hüseyn özü tapırdı. Hüseyn onun çox zaman qazdığı yerdən yox, qazılıb kənara atılan torpağın içini göstərib, bax burdadı görmürsən deyirdi. Ola bilsin o, yeri qazıyan zaman Hüseyn kənarda olan torpağa özü cadu atırdı ki, guya qazdığı yerdən cadunu aşkar etmişdir. Hüseyn bağlamaları açıb baxdıqda bağlamalarda iynə, rəngbərəng saplar, yanmış kibrit çöpü, toyuq sümüyü, soğan qabığı, meyvə tumu, adi üzük, sarımsaq və sair xırda əşyalar çıxırdı. Hüseyn onlara cadu edildiyini və cadunu batil etmək lazım olduğunu deyirmiş. Hüseyn həmin əşyaları ondan almış və Axundov bağının yanında yerləşən evinə getmək lazım olduğunu demişdir. Hüseyn Cadunun çıxarılmasına görə Qızxanımdan 300 manat pul aldı və onlara siz də gələrsiniz yanıma dedi. Səhəri günü o, Samirə və Qızxanım ilə birlikdə Hüseynin Axundov bağının yanında yerləşən evinə getmişlər. Evin girəcəyində Hüseyn onun və Samirənin telefonları alıb dəhlizə qoydu. Hüseyn Samirə və anasını bir yerdə otaqda qəbul etdi. Hüseyn onlarda da cadu olduğunu, caduları batil etmək lazım olduğunu, bunun üçün 1000 manat pul lazım olduğunu, duaları çıxartmağa görə də 300 manat lazım olduğunu dedi. O da razı olmuş və yoldaşı ilə birlikdə evə gəlib 1000 manat məbləğində pulu evdən götürüb, Hüseynlə görüşüb 1000 manatı ona vermişdir. Hüseyn telefonla danışanda cadu, cin, əməl sözləri işlədilməməsini, əvəzində qızıl sözləri işlədilməsini tapşırmışdı. Bunun səbəbini soruşduqda isə Hüseyn və Lalə onların telefonuna polislərin qulaq asdıqlarını deyirdilər. Bundan sonra Hüseyn onlarda olan qızıl əşyaların hamısını istəmiş və bildirmişdir ki, o, həmin qızıl əşyaların üzərinə dualar oxuyacaq ki, onlardan xəta-bala uzaq olsun. O, arvadı Samirə ilə birlikdə sayını, əyarlarını, adlarını və ayrı-ayrılıqda qiymətlərini dəqiq bilmədiyi ümumilikdə 8000 manat dəyərində qızıl əşyalarını Hüseynə və Laləyə onların evində vermişdir. Lalə və Hüseyn qzılların dualar oxunub qurtardıqdan sonra qaytarılacağını deyirdi. Təxminən bir həftə sonra Hüseyn ona zəng edib onlarda yenə cadu olduğunu deyib cadunu batil etmək üçün evlərinə çağırdı. O da Samirə ilə Hüseynin evinə getmiş və bir saat yarımdan sonra o, Lalə və Hüseynlə birlikdə Kazımovski küçəsindəki evlərinin həyətinə gəlmişlər. Samirə uşaqla evdə qaldı, Hüseyn əlində kitabla evin qarşısındakı bağı gəzib ərəbcə nə isə oxudu. Sonra ayağı ilə kiçik bir ağacın dibini göstərib həmin yeri qaz dedi. O da əli ilə həmin yeri qazmışdır. Oradan tənzif bağlama çıxdı. Bundan sonra digər tərəfdə də eyni ilə tənzif bağlama aşkar edib götürdü. Təxminən 20-dəqiqə sonra evə gəlib o, evdə tapılan tənzif bağlamaları Hüseynə vermişdir. Hüseyn tənzif bağlamaları açdı və onların içərilərindən iynə, sap, sümük, ərimiş şam və sair əşyalar çıxdı. Hüseyn onları batil etmək üçün onlardan ceyran göbəyi, ayı dırnağı ilan zəhəri almaq və cadunu batil etmək üçün 1200 manat məbləğində pul istədi. İki cadunu tapdığına görə ondan 300 manat pul aldı. Hüseyn caduların batil olmayacağı halda ikinci uşaqlarının tələf olacağını dedi. Bundan sonra da onlar çıxıb getdilər. İki gündən sonra o, evdən 1200 manat pul götürüb Hüseyngilə getmiş və pulu Hüseynə vermişdir. Qayıtdıqdan sonra evə Samirəyə bu barədə demişdir. Bir neçə gün sonra Hüseyn ona zəng edib yanına çağırdı. O da Hüseynin yanına getmiş və Hüseyn Yasamal qəbristanlığında onların uşaqlarının qəbri üstündə cadu basdırıldığını, həmin cadunu tapıb batil etmək lazım olduğunu dedi. Səhəri gün o, Hüseyn, Lalə və Samirə qəbirstanlığa yollanmışdır. Hüseyn qəbrin üzərinə duzlu su səpdi, quran kitabını əlində oynadıb ərəbcə nə isə danışıb qəbrin ayaq tərəfində selofana bükülü balaca üç bağlamanı çıxardı. Cəmi üç ədəd bağlama aşkar edildi. Hətta birini də Samirə çıxartdı. Bağlamalardan mismar, rəngbərəng saplar, soğan qabığı, kibrit çöpü, 5 qəpik, xırda piy və sair əşyalar çıxdı. Bundan sonra onlar birlikdə Hüseyngilə getmişlər. Orada Hüseyn evdə onlara caduları batil etmək lazım olduğunu, yoxsa uşaqlarının əldən gedəcəyini dedi. O da Hüseynə 1800 manat məbləğində pul vermişdir. Bundan əlavə Hüseyn ondan hər cadunu çıxardığına görə 450 manat pul almışdır. Bundan bir müddət sonra Hüseyn zənglər etməyə başlamış və evlərinin içərisində cadular olduğunu deyib, onu batil etmək üçün 3000 manat pul istəmişdir. Hüseyn anası ilə birlikdə onlara gəlib evlərində cin olduğunu dedi. Hüseyn su qaynadıb evə səpdi. Buna görə 3000 manat pul aldı və uşaqlar üçün dualar yazdı. Buna görə də 1950 manat məbləğində pul aldı. Hüseyn onlardan cadu, cin, dualar oxumaq adı ilə 10.000 manat məbləğində pul, 8000 manat məbləğində qızıl əşyasını aldadaraq almışdır. Sonuncu dəfə isə Hüseyn dua oxunması üçün qızıl əşyaların çəkisinin azlıq təşkil etdiyini və əlavə qızıl əşyası almalı olduğunu demişdi. Samirə də onun sözü ilə qızıl almaq üçün Mərkəzi univermağa getmişdi. Lalə və Hüseyn onların Mərkəzi Univermaqda qızıl satış köşkü olduqlarını demiş, qızılı ancaq ordan almağı məsləhət görmüşlər. Samirə orada Lalə və Hüseynlə görüşmüş və onlar onu univermaqda özlərinin qızıl satışı köşkünə aparmış və orada Samirə bir ədəd orta həcmli sırğa və bir ədəd qolbaq seçib 1250 manat pulu Laləyə verib qızılı götürmüşdür. Bundan sonra elə həmin yerdə Hüseyn və Lalə ona qızıla dua oxumaq üçün qızılları verməsini sonra qızılların hamısını ona qaytaracaqlarını demişlər. Samirə də onlara inanıb həmin qızıl qolbağı və sırğaları Hüseynə vermişdir. Hətta bir dəfə Hüseyn, Lalə, qaynanası Qızxanım və o, Hüseynin təklifi ilə Qızxanımın mərhum anasının məzarında olan cadunu batil etmək üçün Xaçmaz rayonuna getmişlər. Birlikdə Xaçmaz rayon məzarlığına getmiş, lakin Hüseyn onu məzarlığa buraxmamış və ona ağırılq düşə biləcəyini, ona görə də gəlməməsini demişdir. Qızxanımın deməsinə görə Hüseyn qəbrin ayaq tərəfındə daşın altında cadu tapmışdır. Bütün bunlar onları təşvişə salmış, Hüseyn və Lalə onu daima qorxu və həyəcan içərisində saxlamışlar. Hətta onlar dediklərini başqasına danışmamasını, bildirməməsini, yoxsa caduların batil olmayacağını demişlər. Onlar dəfələrlə qızıl əşyalarını Hüseyndən və Lalədən geri istəsələr də onlar duaların oxunulmasının çox müddət çəkəcəyini bildirib qızılları qaytarmamışlar. Onun Hüseynlə vatsap yazışmaları olmuşdur. Əvvəlcədən aralarında olan həmin yazışmalarda, cadu, cin,dua sözlərinin əvəzinə qızıl üzük, qaş sözləri yazılmışdır. Həmin sözlərin mənasına görə məsələn qızıl üzüyün qaşı hazırdır, onu izah edirdi ki, dualar hazırdır gəl götür və sair. Həmin vatsap yazışmalarının birində o Hüseynə ona baxıb-baxmamasını yəni falına, gələcəyinə, işlərinin necə olub-olmaması barədə Quran açıb baxıb-baxmamasını soruşmuşdur. Hüseyn hər şeyi yoluna qoyucağını bildirdi. O, arvadı Samirə ilə birlikdə özünə məxsus 750 əyarlı, bir ədəd 9 birliyant qaşlı dəyəri 550 manat olan nişan üzüyünü, arvadına məxsus Fianit qaşlı bir cüt 583 əyarlı dəyəri 120 manat olan sırğanı, dəyəri 450 manat olan 750 əyarlı qızıldan olan bir cüt sırğanıı, 750 əyarlı, dəyəri 1490 manat olan boyunbağı, bir dəst üzük sırğa 750 əyarlı, dəyəri 950 manat, üzük- brliyant üçqaşlı 583 əyarlı, dəyəri 550 manat, uşaq sırğası 750 əyarlı dəyəri 450 manat, üzük qaşsız 585 əyarlı 250 manat dəyərində, qolbaq qaşsız 585 əyarlı dəyəri 250 manat, dəst sırğa üzük brilyant qaşlı 583 əyarlı dəyəri 1370 manat, boyunbağı qaşsız 585 əyarlı dəyəri 260 manat əşyaları Hüseynə və Laləyə onların evində vermişlər. Zərərçəkmiş şəxs8 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında ədavətləri olmayıb. 2016-cı ilin yaz aylarında Lalə və Hüseyn onun işlədiyi Mərkəzi Univermaqda olan dükanında 12.000 manat təşkil edən qızıl-zinət əşyalarını sonradan pulunu ödəmək vədini verib aldadaraq almışlar. Həmin qızıl əşyaların dəqiq siyahısı onda qalmamışdır. Lakin dəyərləri 12.000 manat olmuşdur. Lalə və Hüseyn həmin qızılların pulundan bir qədər ödəmiş və daha sonra onu aldadaraq qalan 8300 manat qızılın pulunu verməmişlər. O, Lalə tutulana qədər heç bir orqana bu barədə şikayət etməmişdir. Lalə və Hüseyn barəsində cinayət işinin başlaması barədə məlumatı olmamış, bu barədə ona yaxın adamı demişdir ki, Hüseyn və Laləni tutublar, şikayət vermək lazımdır. O da bunu eşidib onlardan şikayət etmişdir. Şikayət etməməsinin səbəbi isə Lalənin az-az ona olan borcunu ödəməsi olmuşdur. Onlar tutulmasaydı o, Lalə və Hüseynin onu aldatdığını bilməyəcəkdi. Onun Laləyə verdiyi qızılları öz dəftərində qeyd etmişdir. Lakin Lalə heç vaxt həmin qeydlərə imza atmamışdır. Laləyə verdiyi zinət əşyalarının siyahısını təqdim edə bilər. Zərərçəkmiş şəxs7 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında ədavətləri olmayıb. Pərvanə Hüseynova onun arvadının bibisidir. Pərvanə Hüseynovanın saxta sübutlarla təqsirləndirilməsinə dair cinayət işi Səbail rayon Polis idarəsində müstəntiq Emil Muxtarov tərəfindən istintaq edilən zaman o, Təqsirləndirilən şəxs1 tərəfindən falçılıq edilərək aldadılmaqla pulunun ələ keçirilməsi barədə müraciət etsə də, həmin müraciət üzrə yalnız şahid qismində ifadəsi alınmaqdan başqa heç bir araşdırma aparılmamış və araşdırmanın nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. Sonda işlə maraqlanan zaman bilmişdir ki, ərizəsi üzrə yalnız onun özünün ifadəsi alınmışdır. 2015-ci ilin dekabr ayında onun arvadının əmisi Şakir rəhmətə getmişdir. Şakir rəhmətə getməmişdən qabaq həkimlər heç bir ümidin olmadığını dedikdə, Şakiri şəhərin İnqilab adlanan ərazisində yerləşən Pərvanənin evinə gətirmişlər. Hüseyn və Lalə də orada idilər. O da onları Pərvanənin tanışları kimi tanımışdır. Şakir orada dünyasını dəyişdi və təcilitibbi yardım onlara ölüm barədə arayış tərtib edib verdi. Hüseyn molla kimi mərasimə başçılıq etməyə başladı. Hüseyn Şakirin gözlərini, əllərini və ayaqlarını bağladı və onu kəfənə bükdü və Quran oxumağa başladı. O Hüseyni ilk anda onu uşaq kimi qəbul etsə də onun etdiyi hərəkətlər onu təəccübləndirmişdi ki, bu yaşda Quranı belə oxumağı və dini ritualdan yaxşı bilgiləri vardır. Həmin günü gecə qohumlarla birlikdə Şakirin meyitini Şabran rayonuna aparmışlar. Dəfn mərasimi Şabran rayonunda keçirildi. Rayonda yas yerində arvadı Xuraman ona yaxınlaşıb Pərvanə ilə birlikdə yasa gəlmiş Hüseynin onun üzünə və əlinin içinə baxıb həyatının qaranlıq görünməsini bildirdiyini, daha sonra mobil nömrəsini arvadına verərək Bakı şəhərində olan evinə dəvət etdiyini, Hüseynin həmin yasda bir çox qohumlarının falına baxdığını dedi. Dəfndən 4-5 gün sonra Bakı şəhərində olan zaman 055 *** ** ** mobil nömrə ilə Hüseynin mobil nömrəsi ilə əlaqə saxlamışdır. Hüseyn ona arvadı ilə birlikdə onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində, “Bazarstore” marketin yerləşdiyi yeni tikilidə 10 ya 11-ci mərtəbədə yerləşən foyenin sağ tərəfində yerləşən mənzilinə dəvət etdi. O, orada Laləni, Lalənin anası Safurəni, Hüseyni, Hüseynin arvadı Gülşən və Pərvanəni görmüşdür. Hüseyn onları təklikdə evin bir otağına dəvət etmişdir. Orada Lalə çay gətirdi, sonra otaqda Hüseyn, o və arvadı qalmışlar. Otaqda olan stolun üzərində Quran kitabı və müxtəlif şamlar var idi. Hüseyn rayonda artıq arvadını fala baxması üçün dəvət etdiyinə görə Quran kitabını bir neçə dəfə açıb dodağının altında nə isə oxudu. Bir az sorğu sual etdi, arvadı ona gecələr narahat yatdığını dedi. Sonra bildirdi ki, sizə arvadı Xuramanın qohumları tərəfdən əməl edilmişdir, siz ayrılacaqsınız, Pərvanənin qohumu olduğunuzdan siz 1700 manat pul versəniz həmin əməli təmizləyəcəm dedi. Yəni Hüseyn heç onların reaksiyalarını gözləmədən bir başa pul dedi. O da Pərvanə ilə Hüseyn və Lalənin ailəsinin dostluq münasibətlərində olduğunu bildiklərindən Hüseynin yanına getmişlər. Lakin Hüseyn fallarına baxdıqdan sonra dedi ki, Pərvanə və ya qeyri birisinə bu barədə demək olmaz, onda tilsim pozular və o, bizə kömək edə bilməz. O, Hüseynə inanmış və ona 1700 manat pul verəcəyini demişdir. Hüseyn cavabında arvadına “gör səni necə çox istəyir ərin” dedi. Bu hadisədən bir neçə gün sonra Hüseynin evinə gedib orada Hüseynə 1700 manat pul vermişdir. Həmin günü də Pərvanə Hüseynin evində idi. Sonradan bilmişdir ki, Hüseyn Pərvanəni 15-20 gün öz iradəsindən kənar evində saxlamışdır. Hüseyn ona 4-5 cür fars dilində kiçik vərəqlərə dualar yazmışdır. Özü deyirdi ki, həmin dualar fars dilindədir. Hüseyn dua yaza-yaza onların ata, ana adlarını soruşmuşdur. Duaları sonda yapışqanla bağladı. Hər bir duanın üzərinə yazı ilə işarələr qoydu. Duanın birini evdə suda saxlayıb sonra suyunu içməyi, birini yandırıb tüstüsünü iynəməyi, birini dənizə və ya axar suya atmalı olduğumuzu, birini dörd yol kəsişməsi olan yerdə yandırmağımızı və dediklərini bir gün ərzində etməklərini deyib verdi. Onlar da Hüseynin dediyi kimi etmişlər. Həmin dualardan birinin Hüseyn güllə keçməz olduğunu bildirib həmin duanı daha sonra verəcəyini dedi. Hüseyn həmin duanın qiymətinin verdikləri pulda 500 manat olduğunu və ən əhəmiyyətli dua olduğunu bildirdi. Hüseyn demişdi ki, onun dediklərini etdikdən sonra yenidən onun evinə getməlidirlər. Hüseynin dediyini etdikdən 3-4 gün sonra zəng edib onun evinə getmişlər. Onun evinə getmə vaxtını Hüseyn müəyyən edirdi. Yenə Hüseyn evində Quran açdı və arvadına dedi ki, gecələr narahat yatmağının səbəbi bədəninə cin girməyidir. Bunun üçün 500 manat pul lazımdır ki, lazımı əşyalar alsın. Həmin əşyalardan biri cin tükü idi, Hüseyn dedi ki, onu özü alacaqdır, ona zil qara rəngli toyuq alıb diri formada ona gətirməyi tapşırdı. O da, səhəri günü 500 manat pulu toyuqla birlikdə aparıb Hüseynin evində ona vermişdir. Hüseyn ona iki ədəd qalın at tükünə oxşayan tük və sumax kimi pul-pul formalı, lakin müxtəlif rənglərdə bəzək əşyalarına oxşayan kiçik kütləni verdi. Bildirdi ki, tükü və həmin kütləni birlikdə evdə qaz sobasının üzərində yandırmaq lazımdır. Sonra bildirdi ki, arvadının adına Şabran rayonunda qəbirstanlıqda cadu basdırılmışdır, Şakirin 40 mərasimində rayonda olan zaman onun yadına bunu salmalıdır. O, Hüseynin dediyi kimi etmişdir. Şakirin dəfnində, adnalarında, cümə axşamlarında Hüseyn, Lalə və Safura iştirak edirdilər. Mərasimlərdə Hüseyn qadınları əyləşdiyi yerdə, mərsiyə deyən qadının yanında daima əyləşir və qadınlarla ağlaşma qururdu. 40 mərasimində Hüseynə arvadı ilə bağlı cadunu yadına salmışdır. Birlikdə Şabran rayonunda yerləşən qəbirstanlığa getmişlər. Orada Hüseyn onu Pərvanənin nənəsinin qəbrinin üstünə aparmışdır. O, qəbrin ayaq hissəsini qazdı. Oradan insan kimi imitasiya edilərək kəfəndə basdırılmış uşaq kuklası tapıldı. Hüseyn də ona əvvəlcədən həmin yerdə kukla və cadu olduğunu bildirdi. O da kuklanı çıxarıb Hüseynə təqdim etmişdir. Yolda Hüseyn kuklanı atdı. Bu iş üçün Hüseyn ondan 200 manat istədi. O da pulu olmadığı üçün ona 100 manat vermişdir. Ümumilikdə Hüseyn baxıcılıq və cadu çıxartmaq adı ilə onun 2300 manat pulunu dələduzluqla ələ keçirmişdir. Zərərçəkmiş şəxs3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında ədavətləri olmayıb. 2013-cü ilin fevral ayında bu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 ona dedi ki, o, Lalə adlı qadın ilə qızıl- ziynət əşyalarının satışı ilə məğul olur və istəyir ki o da onlarla şərik olsun. O, Namətin təklifi ilə razılaşmış və maddi imkanının yaxşı olmadığı üçün tanışı Əbdülxalığın Nizami rayonunda yerləşən 2 otaqlı evini İran Mili bankında girov qoyaraq 25.000 min manat məbləğində pul götürüb. həmin puldan ona verilən 23.200 manatı Zərərçəkmiş şəxs2 ilə birlikdə Laləyə vermişdir. Bundan sonra o, evdə saxladığı təxminən 13.000 min manat dəyərində qızıl-ziynət əşyalarını satıb gəlir əldə etmək üçün Lalayə vermişdir. Təxminən 2013-cü ilin mart ayında Namət və Lalə dedilər ki, əlavə alver etmək üçün yenə pul lazımdır. O da mart ayında dostu Turaldan 35.000 min manat pul götürüb Laləyə vermişdir. Təxminən 4-5 ay Lalə dedi ki, o, bütün qızılları altı aylıq nisyə paylayıb və əldə pul olsa yenidən Dubaydan qızıl gətirib satıb pul əldə edəcəklər. Buna görə də Müslüm adlı şəxsdən 35.000 min manat pul götürüb Laləyə vermişdir. Həmin ilin oktyabr ayında ondan Lalə 5.000 min manat pul alıb bildirdi ki, Dubaydan qızıl gətirib, gömrüyə pul vermək lazımdır. Sonuncu dəfə isə oktyabr ayının 27-də Lalə dedi ki, Dubaydan qızıl gətirib və gömrükdən çıxartmaq üçün 3.000 min manat əlavə pul lazımdır. O da 2200 manat pul düzəldib Buzovna qəsəbəsində Albalı marketin qarşısında Lalə və oğlu Hüseynə vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, Lalə onu aldadır. O da və onu aldadaraq almış olduğu 115.000 min manat pulu qaytarmasını tələb etmiş, lakin Laləni tapa bilməmişdir. Zərərçəkmiş şəxs5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında ədavətləri olmayıb. Onun adının Namət olduğunu məhkəmədə bildiyi “Damət” kimi tanıdığı tanışı Zərərçəkmiş şəxs2 2013-cü ildə Təqsirləndirilən şəxs2 ilə birlikdə onun yanına gəlmiş və o, Daməti tanıdığı üçün Laləyə ilkin olaraq 10000 (on min) manat dəyərində, daha sonra da müxtəlif zamanlarda tarixini və miqdarını dəqiq xatırlmadağı lakin ümumilikdə 16732 ( on altı min yeddi yüz otuz iki) manat dəyərində qızıl-zinət əşyaları vermişdir. Sonunca dəfə Lalə onun yanına bir qadınla gəlib ondan qızıl istəmişdir. O da Lalənin borcu çox olduğuna görə ona qızıl verməmişdir. Həmin qadın daha sonra bir neçə dəfə də onun yanına gəlib Lalənin ona borcu əvəzində qızıl təklif etdiyini və həmin qızılın ondan götürməyi təklif edirdi. O isə razı olmamışdır. O, qzılların qiymətlərini ayrı-ayrılıqda dəqiq xatırlamır. Onun verdiyi qızılların dəqiq siyahısı olmasa da verdiyi qızılların nömrələrini kitablara qeyd edir. Lakin Lalənin ondan qızıl aldığını təsdiq edən qəbz və ya hər hansı bir qeyd yoxdur. Zərərçəkmiş şəxs5 məhkəmədə verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi ifadələri elan olunub araşdırıldı. O, həmin ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və oğlu Təqsirləndirilən şəxs1 uzun müddət olar ki tanıyır. O, Mərkəzi Univermaqda qızıl satışı ilə məşğul olur. O, işlədiyi Univermaqdan Lalə və oğlu Hüseyni qızıl alveri edən şəxs kimi tanımışdır. Lalə və oğlu Hüseyn 2016-cı ilin mart ayından həmin ilin may ayının sonlarına kimi ümumilikdə 12000 manat dəyərində qızılzinət əşyalarını ondan nisyə alaraq qısa müddət ərzində ödəyəcəklərini bildirdilər. Qızılları o, müxtəlif zamanlarda hissə-hissə olmaqla vermişdir. Qızılları Lalə və Hüseynə verən zamanda və ondan sonrakı qısa müddət ərzində olan ərəflərlə onlar ona cəmi 3700 manat pul ödəmiş, qalan pulunu isə dələduzluq edərək ələ keçirmişlər. O, dəfələrlə Lalədən Pulunu tələb etsə də, Lalə onu aldatmış və vaxt qazanmışdır. O, Hüseyn və Laləyə verdiyi qızılların konkret adlarını və dəyərlərini uzun xatırlaya bilmir. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında yaxınlıqları və ədavətləri olmayıb. O, 1988-ci ildə Sisiyandan qaçqın kimi Sumqayıt şəhərinə gəlmişdir və 2006-cı ildə Saray qəsəbəsində fərdi ev tikib ailəsi ilə orada yaşayır. Yaşadığı ünvan əvvəllər bataqlıq, qamışlıq olmuşdur, oranı torpaqlayıb ev tikib orada yaşayır. X38 onun qızının əridir və onlar 2006-2007-ci illərdə ailə qurmuşlar, lakin hazırkı vaxta qədər uşaqları olmur. 2014-cü ilin təxminən may ayının ortalarında Rəfail onu öz evinə çağırmışdır, o da getmişdir. Rəfail onu Hüseyn adlı şəxsin evinə aparıb bildirdi ki, Hüseyn falçılıq edir. Hüseyn bildirdi ki, Rəfaelə cadu etmişlər və həmin cadunu açmaq lazımdır. O da Hüseynə belə şeylərə inanmadığını demişdir. Hüseyn isə ona şəkk etməməsini bildirərək nəsə edəcəyini və cadunu açacağını və bunun haqqını da Rəfaildən alacağını dedi. Bundan təxminən 20 gün sonra Rəfail zəng edib bildirmişdi ki, Hüseynlə onlara gəlir. O, etiraz etməmiş və Rəfail Hüseynlə birgə onlara gəlmişlər. Hüseyn dedi ki, onun həyətində qızıl küpəsi basdırmışlar, qazıb həmin küpəni tapacaq. O, həyətində belə şeylərin olmadığını desə də Hüseyn onu inandırmağa çalışdı ki, qızıl küpəsini tapıb çıxaracaq. O da etiraz etməmişdir. Hüseyn evdən az aralıda yer göstərib bildirmişdir ki, həmin yerdə qızıl küpəsi vardır, üstündə ilan yatıb, dua oxuyub ilanı qovmalıyam və sonra qızıl küpəsini götürəcəyik. Hüseyn tapacağı küpdəki qızılı aralarında bölməyi də təklif etdi. O, isə Hüseynə demişdir ki, əgər tapsa hamısını ona verəcək. Hüseynin göstərdiyi yeri təxminən 0,5 metr dərinliyə qazsalar da bir şey çıxmadı. O, Hüseynə həyəti yarım metr qazanda su çıxdığını, qamışlıq olduğunu, qızılın necə çıxa biləcəyini demişdir. Bundan sonra Hüseyn guya özündən getmişdir. Hüseyn qara çarşabı başına atmış və təxminən iki dəqiqə halsız qalmışdır. O, Hüseynə bildirmişdir ki, bu oyunu qurtarsın, ona veriləsi pulu yoxdur. Anası qonşudan pul alıb Hüseyni yola salmağı təklif etmişdir. O da qonşudan 150 manat pul alıb Hüseynə verərək onu yola salmışlar. Hüseyn deyirdi ki, onun həyətinə dua basdırıblar, ona və ailəsinə cadu ediblər, lakin o, Hüseynin dediklərinə inanmamışdır. Bundan təxminən 10 gün sonra Rəfaellə Hüseyn və Lalə onlara gəlmişdir. Bu dəfə də Hüseyn dedi ki, onun 2009-cu ilin oktyabr ayında rəhmətə getmiş və Saray qəbirstanlığında dəfn edilmiş atalarının məzarının aşağı hissəsinə dua basdırıblar, onu çıxarmaq lazımdır. Hüseynin anası Lalə evdə qaldı. O, Rəfael və Hüseyn qəbirstanlığa getmişlər. Hüseynin göstərdiyi yeri əvvəlcə o, sonra Rəfail qazımışlar, lakin oradan heç nə çıxmadı. Sonra Hüseyn gəlib axtarmış və balaca selofan büküm çıxarıb bildirdimişdir ki, həmin bükümdəki duadır, ona ediblər. Lakin o, Hüseynə inanmamışdır. Həmin bükümü Hüseyn özü ilə gətirmiş və bildirmişdir ki, həmin duanı oxuyub cadunu bağlayacaq. Onlara verməyə pulları olmadığından bir balon qatıq və həyətdən bir xoruz tutub onlara vermişdir. Onlar çıxıb getdilər. Bundan bir neçə gün sonra Rəfael zəng edib onu evlərinə çağırmış və onlara gedəndə orada Hüseyni, onun anasını və başqa adamları görmüşdür. Hüseyn dedi ki, «İmam ehsanı» verir. Ehsan yeməyini Hüseyn özü bişirirdi. Hüseyn aş və üstündə aş qarası bişirmişdi. Ehsan verildi. Hüseyn həmin ehsanı evə edilmiş duaların qarşısını almaq, cinləri qovmaq niyyəti ilə etdiyini bildirdi. O, Hüseynə və onun dediklərinə inanmamışdır, lakin onun kürəkəni Rəfael Hüseynə və onun anası Laləyə inanıb bir dəfə 4000 manat, bir dəfə 700 manat pul, əlavə olaraq yoldaşının və anasının qızıllarını da vermişdir və hazırda da ala bilmir, əksinə Lalə kürəkənini borclu çıxarıb ondan məhkəməyə şikayət etmişdir. O Laləyə verilən qızılların dəyərini xatırlamır. Şahid Həsənova Səfurə Əbdül-Əhəd qızı ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs2 onun qızı, Təqsirləndirilən şəxs1 isə onun nəvəsidir. Zərərçəkmiş şəxsləri tanımır. O, Lalə və Hüseyndən ayrı yaşamışdır. Lalə və Hüseyn Baksovetdə yaşayırdılar. Lalə arabir onlara gəlib-getmişdir. O, heç vaxt nəvəsi Təqsirləndirilən şəxs1 mərsiyə deməsini görməmişdir. Başqa əlavəsi yoxdur. Şahid Həsənova Səfurə Əbdül-Əhəd qızının məhkəmədə verdiyi ifadələr ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı şahid qismində verdiyi xx xxxxxx 2018-ci il tarixli ifadələri məhkəmədə elan olunub araşdırıldı. Həmin ifadələrində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qızı, Təqsirləndirilən şəxs1 isə onun nəvəsidir. O, nəvəsi Təqsirləndirilən şəxs1 Pərvanə Hüseynova ilə birlikdə onun evində mərsiyə demələrinin şahidi olmuşdur. Həmin zamanlar Hüseynin bibisi Minaxanımın baldızı Gülayə adlı qadın da, Pərvanənin evində olmuş və mərsiyə demişdir. Həmçinin Pərvanə evinin yerləşdiyi həyətdə ehsan vermiş və çadır qurdurmuşdur. Həmin çadırda da Hüseyn, Pərvanə və Gülayə mərsiyələr demişlər. Səhv etmirsə həmin zaman məhərrəmlik ayı idi, həmin hadisələrin tarixləri dəqiq yadında qalmamışdır. X16 Hüseynin Səbail rayonu, Badamdar qəsəbəsində kirayə yaşadığı evində xeyli müddət gecələdiyinin şahidi olmuşdur. Lakin bilməmişdir ki, Pərvanə nə üçün Hüseynin evində qalır. Özündən bu barədə soruşduqda isə, Pərvanə bildirmişdir ki, evdə qalmalıdır, özü belə istəyir. Bundan başqa o, Rübabə adlı qadını birinci dəfə Qızxanım adlı qohumu ilə birlikdə Hüseynin Axundov bağının yaxınlığında yerləşən kirayə yaşadığı evə gəldiklərini görmüşdür. Həmin zaman onlar Hüseynin yanına gəlmiş, Hüseynin otağında olmuş cəmi ikisi təxminən 2 dəqiqə ərzində Hüseynin yanında olmuşlar. Lakin otaqda nə söhbət etdiklərini və hansı hadisələrin baş verdiyini görməmişdir və bilmir. O Rübabə adlı qadını ikinci dəfə Hüseynin kirayə yaşadığı evə gəlib ona düşbərə verdiyi zaman görmüş, həmin düşbərəni Hüseyn üçün gətirdiyini bildirmişdir. Daha sonra Rübabəni o, görməmişdir. Rübabə, Qızxanımın Hüseyn ilə nə söhbət etdiklərini, aralarında hansı münasibətlərin olmasını bilmir. Bu barədə o, Hüseyn və Lalədən heç bir söz soruşmamışdır. Hüseyn dinə meyllidir, o, mərsiyə deyə bilir. O, Hüseyn və Lalənin işinə qarışmamışdır, Onların işlərindən xəbəri olmamışdır və onlara bu barədə sorğu-sual etməmişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 onun keçmiş həyat yoldaşı, Təqsirləndirilən şəxs2 isə onun keçmiş qayınanasıdır. Aralarında ədavət olmamışdır. O, dörd ay əvvəl Təqsirləndirilən şəxs1 ayrılmışdır. O, zərərçəkmiş şəxslərdən yalnız Pərvanəni tanıyır. O, Zərərçəkmiş şəxs11 onların evlərinə gəlib-getməsini görmüşdür. Lakin pul məsələləri ilə bağlı heç bir məlumatı yoxdur. Hüseyn və Lalə mərkəzi univermaqda qızıl alış-verişi ilə məşğul olmuşlar. O, Hüseyn və Lalənin falçılıqla məşğul olmasını görməmişdir. Hüseyn və anası Lalə Kərbəlaya gedib gəlmişlər. Hüseyn dinə bağlı olmuşdur. O, Hüseynin cadu çıxartmağını və falçılıq etməyini görməyib. Onların Axundov bağının yanında evləri olub. Lakin o, evə girən şəxslərdən telefonlarının alınmasının şahidi olmamışdır. O, evlərində yalnız sarıköklü su görüb. Lakin Lalənin suya nəsə qatmağını, evə gələnlərə verməyini, evdə hər hansı ritualların keçirilməsini görməmişdir. Onların evində dini inanclarla bağlı əşyalar var idi. O, Qızxanımı evlərində görmüşdür. Qızxanım təxminən 2016-cı ildə onlara gedib-gəlmişdir. Həmin vaxtlar atası rəhmətə getdiyi üçün Qızxanımın nə məqsədlə onlara gedib-gəlməsi ilə maraqlanmamışdır. Təxminən 2018-ci ildə tanışlarının yas mərasimi ilə əlaqədar Biləsuvarda olmuşdur. Şahid2 məhkəmədə verdiyi ifadələrlə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında zidiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı şahid qismində verdiyi xx xxxxxx 2018-ci il tarixli ifadələri məhkəmədə elan olunub araşdırıldı. Həmin ifadələrində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə xx xxxx 2014-cü ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan Pərvanə və Zeynəb adlı qızları vardır. Hüseyn anasının ögey dayısı oğludur, belə qohumluq münasibətləri olduğundan bir-birilərini tanımışlar. 2013-cü ildə nişanlamış və ilkin müddətdə o, Hüseyni aşpaz kimi tanımışdır. Evlilik müddətində isə gah meyvə və tərəvəz alverini etdiyini, Şıxov qəsəbəsində sanatoriyalarda masajist işlədiyinin, bəzən qızıl alverini etdiyini, bəzən qohum və tanışların hüzr yerlərində mərsiyyə deməsinin, falçılıqla məşğul olduğunun şahidi olmuşdur. Yəni konkret Hüseynin nə peşə sahibi olduğunu o, bilməmişdir, ona və anası Laləyə bu barədə suallar verdikdə onu kənarda qoymuş və heç bir məlumat verməmişlər. Hüseyn anası Lalə ilə birlikdə çoxlu İrana Məşhəd və Kərbəla ziyarətgahlarına getmişdir, ona bir neçə təklif etsələr də, o getməmiş, istəmişdir ki, düşdüyü bu ailədə çirkin əməllərdən kənarda qalsın. İlkin olaraq Hüseynlə evləndikdən sonra birlikdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən X10 məxsus olan fərdi yaşayış evində 3 aya yaxın müddətdə Cəfər, Lalə, Hüseyn ilə birlikdə yaşamışdır. İlkin zamanlar Cəfəri o, Lalənin əri kimi tanımışdır. Laləyə o, Cəfərin nə üçün toyda iştirak etmədiyini, bu zamana kimi Cəfər barədə məlumat vermədiyini soruşduqda, cavab vermişdir ki, qardaşından xəbərsiz Cəfər ilə birlikdə ərarvad kimi yaşayır, ona görə də, Cəfər heç bir xeyir və şər işdə iştirak edə bilməz. Qeyd etdiyi kimi, 3 ay Cəfərin evində yaşadıqdan sonra Cəfər onları evindən qovmuşdur. Lalə ilə razılaşmışdır ki, cəmi 3 ay onun evində qala bilərlər. Bundan sonra yəni, 2014-cü ilin avqust ayında o, Hüseyndən ayrılıb anasının Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi dalan 1 ev 15-də yerləşən evində 2014-cü ilin dekabr ayına qədər Hüseyndən ayrı yaşamışdır. 2014-cü ilin dekabr ayında Hüseynlə barışmış və o Hüseynlə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Bazarstore” marketin üzərində yeni tikilidə kirayə qalmağa başlamışdır. 8 ay həmin ünvanda kirayə yaşamışdır. O Hüseynlə küsülü olduğu müddətdə artıq Lalə ilə Hüseyn Kəmalə və Pərvanə adlı qadınlarla tanış olmuşlar. Hüseyn ona demişdi ki, onları Məşhəd ziyarətinə gedərkən tanımışdır. Hüseyn heç bir zaman Məşhəd və digər ziyarətlərə adam aparmamışdır və heç bir zaman tur rəhbəri olmamışdır. Hüseyn yalandan internet səhifələrində elan vermişdir ki, guya o İranda ziyarətgahlara adamlar aparır. O bunları hamısını sonradan bilmişdir. Çünki internet ünvanda qoyulan Hüseynin telefon nömrəsinə bəzən o cavab vermiş, həmin zaman bilmişdir ki, həmin elan da yalandan Hüseyn tərəfindən qoyulmuşdur. Qeyd etdiyi kimi onlar barışdıqdan sonra Pərvanə Hüseynova və qızı Kəmalə Hüseynova dəfələrlə onların evinə gəlib getmişlər. Hətta o da bir neçə dəfə onların evlərinə qonaq kimi getmişdir. O orada görürdü ki, Kəmalə durduğu yerdə özündən gedir və bihuş vəziyyətdə olurdu. Orada Hüseyn məclis aparır, mərsiyyələr deyirdi. Hətta orada ehsanlar belə verilirdi. İlkin zamanlar o elə bilmişdir ki, Kəmalə və Pərvanə özləri falçıdırlar. Çünki Hüseyn və Lalə onları ona belə təqdim etmişdilər. Lakin o, Hüseyndən və Lalədən Kəmalənin evində etdikləri dini ayinlərin məqsədi, mənası barədə soruşduqda ona heç bir cavab vermir, onunla dava edirdilər. O, Hüseynin etdiyi hərəkətləri, dediyi mərsiyələri, Kəmalənin ürəyi gedən zaman onun qulağına Quran oxumaları barədə hərəkətlərini dedikdə, onun üzünə durur, bu işlərin ona aidiyyəti olmadığını bildirirdi. Hüseyn özünü müdafiə edir və ona dinlə bağlı məsələləri olduğundan onun başının çıxmadığını deyirdi. O, çalışırdı ki, Kəmalə və Pərvanənin evində olan hadisələrdə iştirak etməsin. Ümumilikdə dəqiq yadında qalmayıb bir neçə dəfə Kəmalənin evində olmuşdur. O artıq Hüseyn və Lalədən qorxur onların etdiyi hərəkətlərdən şübhələnmişdir. Hətta bir dəfə hamısı Şamaxı rayonunda bir ziyarətgaha getmişlər. Orada Pərvanə qızının ocağı kimi təqdim etdiyi yerə aparmışdır. O, həmin zaman Hüseyn və Lalənin Pərvanəyə xeyir-dua verməsinin şahidi olmuşdur. Həmin ziyarətgahda mağara kimi yerə o, daxil olmamışdır. Hüseyn, Kəmalə, Lalə və Pərvanənin orada daşın üzərinə mismar vuraraq müxtəlif rəngli lentləri bağladıqlarının şahidi olmuşdur. Oraya sonradan polis gəlmiş və Lalə ilə Pərvanə polislər ilə mübahisə etmişlər. Şamaxı rayonunda qeyd olunan ziyarətgaha bir neçə dəfə getmişlər, o qeyd etdiyi kimi bir dəfə orada olmuşdur. O, hamilə olan zaman yadında qaldığı qədər 2016-cı ilin fevral ayında Pərvanə Badamdar qəsəbəsində kirayə yaşadığı evə gəlmişdir. Pərvanə ona demişdir ki, evlərində 40 gün qalmalıdır. Ondan icazə istədi. O, bu barədə Hüseyndən soruşduqda, o, heç bir söz demədi və bildirdi ki, özü bilər, istəyir qalsın. Pərvanə dedi ki, qızına görə bizim evdə qalmalıdır. O anlamırdı ki, nələr baş verir. Pərvanə onun yaşadığı ünvanda 2016-cı ilin may ayına kimi qaldı. Həmin müddətdə Lalə onların evində qalmırdı, lakin tez-tez gəlib gedirdi. Pərvanənin evdə qaldığı müddətdə onun özünü dəli kimi apardığını, öz-özünə danışdığını görmüşdür. Hüseyn isə Pərvanəyə hər gün Quran açırdı. Hüseyn həmişə kimliyindən asılı olmayaraq kimə Quran açıb falına baxıbsa, onu daima otaqdan qovub çıxardıb. Hüseyn fala baxan zaman Lalə onun yanında ola bilərdi. Pərvanənin evlərində qaldığı müddətdə o, elə bilirdi ki, dəlixanada yaşayır. Pərvanəyə o, dəfələrdə gizlində demişdir ki, qaçıb evdən getsin, ona qorxduğunu deyirdi. Lakin Pərvanə tam o, dediyini anlamır Hüseynin ona dedikləri ilə hərəkət edirdi. Lakin Hüseynin ona konkret nə sözlər dediyini bilmirdi. Çünki Hüseyn bütün söhbətləri ondan gizlin edirdi. Hüseyn ilə Pərvanə yalnız pıçıltı ilə danışırdılar. 40 gün evdə Pərvanə qaldıqdan sonra ona dedi ki, onun uşaqlarına görə evdə qalmalıdır. O, Pərvanəyə daima başa salırdı ki, onların evində heç bir işi yoxdur, çıxıb getməlidir, lakin o, evdən çıxa bilməyəcəyini, ona nəsə dedikdə tilsimin pozulacağını, vaxtı olanda hər şeyi danışacağını bildirirdi. Onlara qonaq gələn zaman isə Pərvanə onlarda qonaq qaldığını bildirirdi. Həmin zamanlar da Pərvanənin onların evindən kənara çox az-az hallarda çıxdığını görmüşdür. Onun yanında Pərvanə Lalənin ayaqlarına düşür, ona yalvarır, ona borclarını verəcəyini deyirdi. Pərvanə yalnız lazım olanda öz telefonu evdə ola-ola yalnız ailəsi ilə onun telefonu ilə danışırdı. Ona nə üçün telefonu ilə danışmadığını, özündə saxlamadığını dedikdə yalnız bir cavab olaraq “olmaz” deyirdi. Pərvanə onun yanında yaşadığı ünvanda dəfələrlə Lalənin verdiyi qızılları qəbul etmişdir. O, Pərvanədən ona bu qızılları onlarda qala-qala nə edəcəyini soruşduqda deyirdi ki, apardılar, qismət sözlərini deyirdi. Pərvanə aldığı qızılları aparıb Hüseynlə birlikdə balkona qoyurdu. Sonra isə Pərvanə deyirdi ki, qızılları apardılar. Bir neçə dəfə Pərvanə evə pul gətirmiş və həmin pulları da balkona qoymuşdur. Sonra həmin pullar dediyinə görə itmişdir. Bu hadisələrdə Lalə və Safura da yaxından iştirak edirdi. Çünki o, bilirdi ki, onlar ona qarşı riakardırlar, ona gördüyü hadisələri başqa cürə don geyindirməklə danışırlar. O qeyd etdiyi kimi evdə baş verən qəribə, ağıla sığmaz hadisələrin şahidi olmuşdur. Lalə Pərvanəyə deyirdi ki, univermaqda adam var ona zəng eləyib yalvarmalısan. Pərvanə Lalə və Hüseyn nə deyirdisə onu uşaq kimi edirdi, demək olar ki, günü çox zamanı ağalyırdı, psixoloji vəziyyətdən sınmış bir adam kimi idi. Lalə Pərvanə onlarda qalan zaman az-az gəlib gedirdi. Onu isə öz işlərinə yaxın buraxmırdılar. Pərvanənin şikayəti əsasında araşdırma aparılmış sonradan müstəntiq Emil Muxtarov araşdırma aparmışdır. Araşdırma zamanı artıq Lalə və Hüseynə o, işlər barədə sual verdikdə, ona hər şeylərini danışmağı bildirdikdə, ona Hüseyn deyirdi ki, “bax tutulacam, uşaqların qalacaq atasız, sənin atanın taleyi mənim əlimdədir, atan ağır xəstədir, o tutulsa hamını ələ verəcəyəm, sən də, tutulacaqsan, ona görə də, nə deyirəmsə onu istintaqda təsdiq etməlisən” kimi hədələrlə onu qorxudurdu. İlkin təhqiqat zamanı o, Lalənin və Hüseynin təkidi ilə həqiqətə uyğun olmayan izahatı təhqiqatçı Fərrux Tarverdiyevə vermişdir. Dəqiq bilmir həmin izahatı özü yazmış yoxsa yazılana imza etmişdir. İstintaq zamanı isə müstəntiq Emil Muxtarov anasının yaşadığı ünvanın yaxınlığına Lalə ilə zəngləşərək gəlmişdir. Orada evin qarşısında həyətdə ona oxumadığı ifadəsinə qol çəkdirmişdir. O həmin ifadəni oxumasa da, yalandan oxuyaraq təsdiq etməyi ifadədə qeyd etmişdir. Lakin Emil ona ifadənin mahiyyəti barədə heç bir söz demədi. Lalə ona Emilin yanında qol çəkməli olduğunu və Emilin dediklərini yazmaqla ifadəsini təsdiq etməli olduğunu bildirdi. O da qeyd etdiyi kimi istəmədən, məcburiyyətdən həmin ifadəyə qol çəkərək təsdiq etmişdir. O qorxurdu ki, Hüseyn ona və ailə üzvlərinə də nəsə edər. Bundan sonra bir daha o Pərvanənin işi ilə bağlı məhkəmədə ifadə vermişdir. Yenə məhkəmədə, vəkil Əbil Həsənov ona qeyd etdiyi Emil Muxtarovun imzalatdırdığı ifadənin surətini verdi ki, orada olduğu kimi hər şeyi oxuyub məhkəmədə danışsın. O da deyilən kimi etmişdir. Bu işlərə xalası Vəfanı da qatmışdılar. Hüseyn və Lalə deyirdi ki, onların dedikləri kimi Pərvanənin üzünə durmasalar onaları tutacaqlar. O yalandan məhkəmədə ifadə verərək guya Pərvanənin onun uşağının hədələməsi ilə bağlı ona sırğa və üzük əşyalarının doğum evinin qabağında verməsini bildirmişdir. Həqiqətdə Pərvanə ona demişdi ki, sənin uşaqlarının başına pis şeylər gələ bilər. Lakin Pərvanə ona hədə-qorxu gəlməmişdir. Lalə xalası Vəfanı da, əri ilə ayıracağını bildirərək, Vəfanı yalandan Pərvanəyə qarşı şikayətçi etmişdir ki, guya Pərvanə Vəfanın pulunu da ələ keçirmişdir. Vəfa da, onun kimi qorxduğundan yalandan Pərvanənin üzünə durmuş və yalandan məhkəmədə istintaqda bildirmişdir ki, guya Pərvanə aldadaraq pullarını ələ keçirmişdir. Bütün bu hadisələrdən sonra Pərvanəyə hökm oxunmuş və o haqsız olaraq tutulmuşdur. Bundan sonra o, Biləsuvar rayonuna getməyi qərara almışdır. Biləsuvar rayonunda Hüseynlə birlikdə ev tikdirməyə başlamışlar. Həmin zamanlar o Hüseynlə və nənəsi Safura ilə rayonda nənəsinin evində 2 ay yaşamışdır. Ev yarımçıq tikildikdən sonra Hüseyn bütün işlərini bitirdiyini, daha problemlərinin olmayacağını dedi. Bir müddət Hüseyn rayonda təsərrüfat ilə məşğul olmağa başladı. Lakin qısa müddətdən sonra Bakıda Axundov bağının yaxınlığında yerləşən kirayə bir ev tutdu. Dedi ki, evi işləri üçün kirayə tutmuşdur, çünki ev yarımçıqdır, bitirmək lazımdır. Qeyd olunan ünvanda kirayə yaşadığı zaman Qızxanım onun qızları Əminə və Samirəni, Rübabə, Samirənin əri Saleh adlı şəxsləri evə tez-tez gəlib gedən şəxslər kimi tanımışdır. Onları ona Hüseyn öz müştərisi kimi təqdim etdiyini guya qızıl alveri etdiyini deyirdi. Lakin o görürdü ki, Hüseyn anası Lalə ilə birlikdə öz əməllərini ört-bastır etməkdən ötrü ona yalan deyirlər. Çünki qeyd etdiyi şəxslər evə daxil olarkən, hər bir şəxsin mobil telefonu və üzərində olan çantası evin girişində koridorda saxlanılırdı. Hüseyn gələn hər bir şəxsi bəzən təklikdə bəzən isə Lalə ilə birlikdə otağa dəvət edirdilər. Otağın qapısını Hüseyn bağlayırdı. Uşaqlar qapını açmaq istəyəndə Hüseyn və Lalə qışqırırdı ki, heç kim gəlməsin. Lakin o həmin şəxslərə otaqda Quran açdığını bilirdi. Hüseyn otaqda fala baxan zaman, Quran, şamlar, bıçaq, təsbehlər, yazı yazmaq üçün dəftərlər saxlayırdı. Lakin onu heç bir zaman öz işlərinə yaxın buraxmamışdır. Çünki o dəfələrlə Hüseyndən ayrılmaq istəmiş, çox zaman Hüseyn və Lalənin hədələrindən və uşaqlarına görə ayrılmaqdan vaz keçmişdir. Hüseyn Axundov bağından qeyd etdiyi şəxslərin falına baxan zaman o evdə adam olduğundan uşaqlarını götürərək yaxınlıqda olan anasının evinə getmişdir. Bir dəfə görmüşdür ki, Lalə mətbəxdə suya sarıkök əlavə edərək Hüseynin olduğu otağa aparmışdır. Böyük ehtimal ki, falına baxılan şəxsə həmin düzəldilmiş mayeni vermişlər. O Lalədən suyun nə üçün olduğunu soruşduqda “sənlik deyil içəri lazımdır” sözlərini demişdir. Təqsirləndirilən şəxs2 10 ildir ki, Cəfər Həsənəliyev ilə qeyri-rəsmi nikahda yaşayır. Lalə həmişə deyirdi ki, Cəfər olmasa işlərin öhdəsindən gələ bilməz. 2018-ci ilin mart ayında Lalə Biləsuvar rayonuna evə gəldi və xətşünaslıq ekspertizası üçün pul lazımdır sözlərini dedi. O Laləyə dedikdə ki, “siz dediyiniz kimi əgər Rübabənin sizə borcu varsa qəbzi özü yazıbsa daha sən nə ekspertizadan çəkinirsən”, Lalə dedi ki, əgər ekspertə Cəfər aparıb pul verməsə ekspert yazacaq ki, Rübabə yazını həyəcanlı vəziyyətdə təsir altında yazmışdır, təcili 1000 manat pul lazımdır. Ona görə çox pul vermək lazımdır. Miri adlı şəxsdən Biləsuvar rayonunda aldığı mobil telefonları gətirib Bakı şəhərində müxtəlif dükanlara satmağa Lalənin təkidi ilə razılaşdı. Onun həmişə evdə olan mübahisəsi Hüseyn və Lalənin etdikləri dələduzluqlarla bağlı olan narahatçılıqlar olmuşdur. Lakin o açıq-açığına onlara deyə bilmirdi ki, siz dələduzsuz. Həmin zaman ona o dəqiqə öz qəbzlərini göstərirdilər ki, bəs bunlar nədir. Onlar onun üzünə dururdular ki, aldanan bizik. Cəfər onu Cəfərin Lalə ilə birlikdə yaşadığı Salyan şossesi 32 ünvana Lalə və Hüseyn xx xxxx 2018-ci il tarixdə tutulduqdan sonra çağırmışdır. Hüseyn və Lalə tutulduqdan 3-4 gün sonra Cəfər ilə şəhərdə görüşmüş və onun təklifi ilə evinə getmişdir. Cəfər ona dedi ki, Lalə və Hüseynin məsələlərindən xəbəri yoxdur, onu guya aldatmışlar, daha onların arxasında dayana bilmir və pulu yoxdur. Lakin bilir ki, Cəfər ondan ehtiyat etdiyi üçün ona həqiqəti danışmamışdır. Cəfərin evindən Lalənin bütün paltarlarını, orada olan kitabçaları digər çantalarda olan görmədiyi əşyalarını bayıra çıxarmışdır. Bəzi çantaları Cəfər özünə saxladı, bildirdi ki, həmin əşyaları Laləyə özü almışdır onundur və Lalənin geyim və digər əşyalarını ona verdi ki, aparsın. O da, həmin geyim əşyalarını anasının yaşadığı ünvana aparmışdır. Onun evində iştirakı ilə keçirilmiş axtarış zamanı isə bəzi Hüseynə aid əşyalar aşkar edilərək götürüldü. Həmin əşyalardan saplar, şamlar, 3 ədəd kiçik qıfıl Hüseynin nənəsi Safuranın paltarlarının arasından çıxmışdır. O Safuraya cadu hazırlanması üçün sapların, şamların, kiçik yazılmış duanın, kiçik həcmli qıfılların onun paltarlarının arasında olmasını, onun bu işlərdən xəbərdar olmasını, başına bu işləri nə üçün açdığını demişdir. Safura müxtəlif bəhanələr gətirdi və ona heç bir konkret söz demədi. Hüseynin Biləsuvar rayonunda falçılıqla məşğul olub-olmadığını dəqiq bilmir. Hüseynin qeyd etdiyi kimi falçılıqla Bakı şəhərində məşğul olmasının şahidi olmuşdur. Bu hadisələrdən sonra o Biləsuvar rayonunda olan evdən çıxıb anasının yaşadığı ünvana gəlmişdir. Hazırda ifadə verdiyi cinayət işi Bakı şəhər Baş Polis idarəsində araşdırılan zamanlar Lalə onun yanında dəfələrlə Emil Muxtarovla məsləhətləşmələr etmişdir. Lalə bir dəfə onun yanında dedi ki, Pərvanənin işi üçün Emilə 17.000 manat pul vermişdir. Hazırda Emilə pul verə bilmədiyi üçün Emil ona konkret köməklik etmir. Hüseynlə sonuncu dəfə xx xxxx 2018-ci il tarixdə Bakı İstintaq Təcridxanasında görüşmüşdür. O, görüş zamanı bildirdi ki, hər bir əməli öz boynuna götürəcəkdir. Bundan başqa Cəfər Həsənəliyevin evində Lalənin əşyalarını götürən zaman Cəfər ilə söhbət etmişdir. Cəfərə bildirdikdə ki, o hər bir işdən xəbərdar olmuşdur, ona cavab verərək bildirdi ki, Lalə onu aldatmışdır, ya Rübabə ilə birləşib onu aldadıb ya da, özü tək aldatmışdır sözlərini demişdir. Cəfər Zərərçəkmiş şəxs11 tanımadığı halda nə üçün Cəfərin adına qəbzin olduğunu soruşduqda dedi ki, “O Rübabəni görmüşəm, gəlinimin qızıllarını vermişəm, şahidlərim vardır”. O isə Cəfərin yalan dediyini dəqiq bilir. Çünki bir dəfə Lalə Hüseyn ilə danışan zaman eşitmişdir ki, Lalə Hüseynə bu tərzdə sözlər deyir; “Gərək Cəfəri bu işin içinə qoşaq ki, o da, bizim tərəfdən olsun, çünki Pərvanənin işində falçı deyirdilər, Cəfərə ki, Rübabə deyə bilməz falçısan”. O həmin Lalədən eşitdiyi sözləri Cəfərə dedik də, Cəfər yenə Lalənin onu aldatdığını bildirmişdir. Bundan başqa Lalə Hüseyndən əvvəl falçılıqla məşğul olmuş və kartla fala baxmışdır. Əslində bütün cinayət əməllərinin içinə Hüseyni Lalə salmışdır. Pərvanə ilə hələ Lalənin münasibətləri pozulmamışdan Pərvanə ondan xahiş etmişdir ki, “sən canı Laləyə çatdır ki, bir dənə mənə baxsın da”. Bundan sonra Lalə onun yanında kartla Pərvanənin falına baxmışdır. Lalə çoxlu falçılara getmişdir. İçəri şəhərdə tanımadığı bir falçıya, onunla Hüseyn evlənməmişdən qabaq Biləsuvar rayonunda Qələm Mirzə adlanan bir falçının yanına və digər baxıcıların yanına getmişlər. Dəqiq tarixi yadında deyil, iki dəfə Lalədən iki ayrı-ayrı qadın pullarını istəmişlər. Həmin qadınların adları yadında deyil. Lakin onlar Axundov bağının yaxınlığında kirayə yaşadığı evə gəlib Hüseyn və Lalənin yanlarında fallarına baxdırmışlar. O hadisə baş verən otaqda olmadığı üçün hadisəni konkret görməmişdir. Lakin həmin qadınların biri 600 manat digəri 1200 manat Laləyə verdikləri pullarını tələb etmişlər. 600 manat borclu olduğu qadının pulunu vermiş, 1200 manat borclu olduğunu isə dəqiq bilməmişdir ki, Lalə pulunu qaytarmışdır ya yox. Bundan başqa Lalə Bakı şəhərində 5 mərtəbə adlanan yerdə yerləşən dini dükandan “ceyran göbəyi” adlanan əşyanın aldığını görmüşdür. Həmin “ceyran göbəyi”ni də, Lalə və Hüseyn baxıcılıq edərkən öz hərəkətlərində istifadə etmişlər. O dəfələrlə Hüseyn ilə evdə dava etmişdir. Ona hansı vaxta qədər uşaqlarını haram pulla dolandıracağını soruşduqda atasının öləcəyi, qardaşını tutduracağı ilə hədələyirdi. Bəzən isə Lalə və Hüseynin aralarında pul üzərində mübahisə yaranırdı. Hüseyn həmişə Lalə ilə baxıcılıq edib qazandıqları pulun yarısını özündə saxlayırdı. Bəzən qalan yarısın Lalədən istədikdə Lalə ona “getdi sənin zibillərinə, o qədər adama pul verilməlidir, polisə, müstəntiqə, prokurora, hakimə” sözlərini deyirdi. Lakin Hüseyn isə qazandığı pulu Cəfərə yedizdirilməsi ilə Laləni ittiham edirdi. O, Hüseynin “Məşədi Hüseyn” olması ilə şəhadətnaməsini 01 vərəq olmaqla əlavə etmiş, Hüseyn, Lalə və Cəfər ilə bağlı materialları istintaqa təqdim edəcəyini bildirmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında yaxınlıqları və ədavətləri olmayıb. O, Mərkəzi X2 yerində satıcı işləyir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər MUM-da qızıl satışı ilə məşğul olan şəxs kimi tanımışdır. Lalə və oğlu Hüseyn 2014-cü ildən Mərkəzi Univermaqda arendaya univermağın birinci mərtəbəsində qızıl satışı yeri götürüb qızıl alveri ilə məşğul olurdular. X47 xanımın həm 1-ci mərtəbədə həm də, 2-ci mərtəbədə satış yeri vardır. 2016-cı ilin iyul-sentyabr ayları ərzində Lalə və oğlu Hüseyn Rəna xanımdan ümumilikdə 23.568 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını satmaq adı ilə nisyə almışdı, lakin sonradan cəmi hissə-hissə olmaqla 3488 ABŞ dolları pul ödəməklə qalan 20.080 ABŞ dolları pulunu qaytarmadı. 2016-cı ilin iyul ayında ilkin olaraq Hüseyn Rəna xanıma yaxınlaşaraq bildirdi ki, onun satdığı əşyalardan 2670 ABŞ dolları dəyərində, 750 əyyarlı, 50.4 qram sarı qızıl çəkisi olan qızıl qadın komplekti bəyənmişdir, onu arvadı üçün alır, hər ay 500 ABŞ dolları olmaqla pulunu ödəyəcəkdir. Lalə və Hüseyn 2016-cı ilin iyul-sentyabr ayında Rənadan 6365 ABŞ dolları dəyərində 750 əyyarlı, ümumilikdə 134.8 qram sarı qızıl çəkisi olan qadın komplekti, 4480 ABŞ dolları dəyərində, 750 əyyarlı, 88.8 qram sarı qızıl çəkisi olan qadın komplekti, 4113 ABŞ dolları dəyərində, 750 əyyarlı, 77.6 qram sarı qızıl çəkisi olan qadın komplektini nisyə satmaq adı ilə almışdı. Bundan sonra Rənanın adından istifadə edərək Lalə “Rənaya demişəm iki dənə bu qolbağı ver, göstərim gətirirəm” deyərək alıb pulunu ödəməyərək ələ keçirmişdir. Sonradan isə o, Rəna xanıma bu barədə dedikdə, o, Lalənin ona heç bir söz demədiyini onları aldatdığını bildirmişdir. Həmin qolbaqlardan hər biri 2970 ABŞ dolları dəyərində, 750 əyyarlı 58.2 qram sarı qızıl çəkisi olan qadın qolbaqları idi. Şahid5 məhkəmədə elan olunub araşdırılmış ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun bacısı Səadətin qudasıdır. Təqsirləndirilən şəxs2 bununla bərabər ögey dayısının arvadı olmuşdur. Mahiyyəti üzrə o Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində bildiyi hər bir hadisələri olduğu kimi səmimi istintaqa ifadəmdə göstərmək istəmişdir. 2016-cı ilin dekabr ayında Lalə ona zəng edərək Axundov bağının yaxınlığında Hüseyn və Gülşənin kirayə yaşadığı evə təcili çağırmışdır. O qeyd olunan ünvana getmişdir. Orada Lalə, Hüseyn, Gülşən və müstəntiq Emil Muxtarov var idi. Lalə və Hüseyn ona dedi ki, müstəntiq onunla bağlı sənədləri gətirmişdir, onlara imza etməlidir, imza etmədiyi təqdirdə Hüseyn və Lalə tutula bilər, Pərvanə barəsində olan iş onların ziyanına dəyişə bilər. Hüseyn də, ona qayıdıb dedi ki, istəyərsən o tutulum, balalarım var, bir dənə imzadı çək getsin. Lalə ona dedi ki, bilirsən Pərvanə bizi şərləyir, bizdən adam şahid çox olmalıdır ki, işlərimizdə problem olmasın. O Laləyə bu sənədlərin nə olduğunu dedikdə, ona konkret olaraq nə müstəntiq nə də, ki Lalə bildirməmişdir. Lalə demişdir ki, evdən iki nəfər şahid olmalıdır ki, tutulmasınlar. O həmin sənədlərin mahiyyətini bilmədən Emil Muxtarovun dediyi kimi göstərdiyi yerlərdən imza etmişdir. Emil Muxtarov da, sənədləri imzalamışdan əvvəl onu arxayın etdi ki, o daha heç bir yerə çağırılmayacağam. O da, mahiyyətini bilmədiyi və oxumadığı sənədlərə imza etmişdir. Bununla bərabər bir neçə dəfə Emil Muxtarov ayrı-ayrı zamanlar da, müvafiq sənədlərə Lalə ilə birlikdə imza ona etdirmişdir. Bir müddətdən sonra Lalə bildirdi ki, o Pərvanənin işinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinə getməlidir, ona görə məhkəmə 2 dəfə təxirə salınmışdır, əgər o məhkəməyə getməyəcəyi təqdirdə polislərin onu məcburi formada məhkəməyə aparacaqlarını bildirmişdir. O nə üçün məhkəməyə getməli olduğunu Laləyə dedikdə, bildirdi ki, o orada gedib ifadə verməlidir. Onu qorxuzaraq borclu çıxardı və o, Bakı Ağır Cinayətlər Məhkəməsində bir prosesə aparmışdır. Orada vəkil Əbil Həsənov bildirdi ki, sənin danışmağına ehtiyac yoxdur, hər şeyi danışacaq sözlərini dedi və ona bir ifadə vermişdir. Həmin ifadə ki, müstəntiq Emil imzalatdırdığı ifadə idi. Həmin ifadəni Gülşən oxudu və o şoka düşdü. Həmin ifadədə göstərilmişdi ki, guya o Pərvanəyə 1000 manatlıq qızıl-zinət əşyası və 600 manat pul vermiş və o, onun əmlakını sonra guya dələduzluq edərək ələ keçirmişdir. Halbuki, heç bir zaman belə bir hadisə olmamışdır, onun Pərvanə Hüseynova ilə heç bir alış-verişim olmamışdır. Məhkəmə iclasında o həyəcandan danışa bilməmiş, onun yerinə vəkil Əbil danışmış və hətta Pərvanənin vəkili nə üçün vəkilin onun yerimə danışdığını dedikdə, Əbil ona xəstə olduğunu demişdir. Hakim isə Əbilin sözlərini kifayət olduğunu bildirmişdir. O məhkəmədən çıxmış və bir daha heç kim məhkəmə və istintaq orqanına çağırmamışdır. Bu hadisədən sonra o Laləyə bütün işlərindən onu uzaq tutmasını və heç bir işlərinə onu qarışdırmamasını demişdir. O əvvəllər Pərvanə Hüseynova və onun ailəsini Lalənin ailəvi dostu, hətta ən yaxın qohumlardan belə yaxın münasibətlərdə olduqlarını görmüş və bunun şahidi olmuşdur. O Pərvanə Hüseynovanın evində imam ehsanı verən zaman olmuşdur, dəqiq tarixi yadında deyil. Həmin ehsan zamanı Hüseynin Quran oxumasının, mərsiyyə deməsinin şahidi olmuşdur. Bundan başqa Pərvanəni Hüseyn və Gülşənin Badamdar qəsəbəsində kirayə evdə yaşayan zaman evlərində bir neçə dəfə görmüşdür. Bir dəfə Pərvanənin orada yerdə yatdığının şahidi olduqda ondan nə üçün Hüseynin evində olduğunu, nə üçün yerdə yatdığını dedikdə o, oə “sus mənə belə deyirlər” sözlərini deyirdi. Lalə isə Pərvanənin özünün evlərində qaldığını deyirdi. Lakin yanında dəfələrlə Pərvanənin qızı Kəmalə Laləyə zəng edərək anasının onların evində nə iş görməsini, anasının öz evinə qayıtmasını tələb etmişdir. Bununla da, Lalənin odən çox şeyi gizlətdiyindən şübhə edirdi. Hətta bir dəfə Pərvanəyə o Lalədən uzaqlaşması barədə özünə xəbərdarlıq etmişdir. Pərvanə isə gedib onun sözünü Hüseynə demişdir. Gülşən ilə çox zaman telefonda danışarkən Pərvanənin onlarda qalmasını deyirmiş. O Lalə və Hüseyni tanıdığı müddətdə onların dələduz olmasını və tam baş açmadığı bir formada Pərvanəni aldadaraq pulunu ələ keçirdikdən sonra onun tutulmağına nail olduqlarını anlamışdır. Pərvanənin məhkəməsindən sonra artıq o Lalədən qorxurmuş. Çünki o Pərvanənin işində onu yalançı şahid etdiyindən o bildi ki, Lalə yalançıdır və ondan artıq çəkinmək lazımdır. Pərvanənin işindən sonra o Lalə və Hüseynin əlləm-qəlləm adam olmalarını falçılıqla dələduzluq etdiklərinə, gündə bir işlər məşğul olduqlarına əmin olmuşdur. Yəni ətrafında gördüyü hadisələr onu belə düşünməyə vadar edirdi. Bir gün Pərvanə Lalənin ən yaxın adamı olduğu halda, digər gün Pərvanə Hüseynin evində günlərlə qalır və evində yatır, özünü dəli kimi aparır, sonda isə Pərvanə Lalənin şikayəti ilə tutulur. Pərvanənin tutulmasında isə onu və Gülşəni alət edirdi. Lalə onu vadar edirdi ki, ondan qorxsun. Həmçinin Lalə və Hüseyn falçılara çox gedirdilər. Bir dəfə dəqiq yadında deyil onunla İçəri şəhərdə bir falçıya Lalə getmişdir. Lakin o orada falına baxdırmamışdır və içəri daxil olub həmin falçını da görməmişdir. Falçıdan çıxdıqdan sonra belə, Lalə ona heç bir söz deməmişdir. Lakin bacısı qızının Lalənin gəlini olması səbəbi ilə o istər-istəməz Gülşənin evinə gedibgəlirmiş. Gülşən Hüseyn ilə birlikdə Axundov bağının yaxınlığında kirayə yaşayan zaman o dəfələrlə onların evinə gedib-gəlmişdir. Həmin zaman evdə bəzən otağın birində təklikdə Hüseyn ilə Lalənin kimisə qəbul edib söhbət etməsinin şahidi olmuşdur. Lakin o otağa daxil olmaq istəyən zaman onu otaqdan kənarlaşdırmışlar. Yəni qapını açmağa belə imkan verməmişlər. O evdə kənar adam olduğunu gördükdə evi tərk etmişdir.Verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Zərərçəkmiş şəxs11 adlı şəxsə Lalə tərəfindən yalandan su düzəldilib verilməsi ilə bağlı Lalənin göndərdiyi səsli mesajdan həmin zaman anlamışam ki, o yenə də, öz falçı və dələduz əməllərini davam etdirərək Rübabəyə su düzəldib aparıb verir və növbəti qurbanı Rübabədir, əgər Rübabə ilə dediyi kimi alver edirsə onda niyə ona yalandan su düzəldib verir. Oim üçün bu məsələ qaranlıq qaldı o daha ondan bu barədə soruşmadım. Lakin mən onun işlərindən ayrı qalmaq üçün ona cəld olmasını və getməli olduğumuz Hüseynin ehsan verdiyi Biləsuvar rayonuna tələsdirmişəm. Hüseyn tez-tez yığıncaq edirdi, dəqiq bilmirəm həmin ehsan kimin üçün verilirdi. “Küp” məsələsi ilə bağlı Lalə ilə olan danışıqlarımızda Lalə həmişə evdə Rübabə və Pərvanənin barəsində küplərlə bağlı danışırdı. Lalənin dedikləri sözlərindən misal çəkmək istəyirəm; “biz küp çıxardacağıq, küp var” kimi sözlər deyirdi. Mən də, ona sual verdikdə nə küp çıxardırsan, oə deyib ki, küp var onu çıxardacağıq. Həmin səs yazısında isə Rübabə adlı şəxsə ünvanlayaraq bizim aramızda danışırdı. Ona gör də, Lalənin lağa qoyduğu Rübabə adlı qadına qarşı o də, həmin tərzdə onunla söhbətlər etmişəm. Həmin söhbətin məzmunundan da, görünür ki, Lalə oi və Rübabəni də, məsxərəyə qoyaraq danışır”. “Pərvanə Hüseynovanın işindən sonra o anlamışam ki, Hüseyn və Lalə falçılıq edərək dələduzluqla məşğul olurlar”. Məhkəmədə elan olunub araşdırılmış cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə komputer-texniki və fonoskopik ekspertizasının xx xxxxx 2018-ci il tarixli 6652 nömrəli komputer-texniki hissəsi üzrə rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd “Samsung” markalı “SM-G350E” (“Galaxy Star 2 Plus”) modelli “**********33561”, “**********33569” İMEİ kodlu.mobil smartfon işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə komputer-texniki və fonoskopik ekspertizasının xx xxx 2018-ci il tarixli 6652 nömrəli fonoskopik hissəsi üzrə rəyindən və xx xxxxxx 2018-ci il tarixli baxış protokoludan görünür ki, 20171005-180755 adlı faylda əks olunan 11 saniyə davam edən video yazıda xarici və zahiri əlamətlərinə görə Zərərçəkmiş şəxs11 ilə eynilik təşkil edən şəxs uzun “jurnalni” stolun üzərində əlində qələm tutmuşdur, stolun üzərində müxtəlif növ qızıl əşyalara bənzər əşyalar vardır. Təqsirləndirilən şəxs1 ilə xarici zahiri səs nitqləri eynilik təşkil edən şəxs ona əlində qızıl əşyanı göstərək adlarını sadalayır, Zərərçəkmiş şəxs11 isə həmin qızıl əşyaya baxır, qarşısında A4 formatlı vərəqdə qeydlər aparır. Zərərçəkmiş şəxs11 əlində olan tünd sarı rəngli qələm isə görünüşünə görə yağlı yazan qələmdir. Videoda Zərərçəkmiş şəxs11 qarşısında yazı icra edilən vərəq istintaqa Təqsirləndirilən şəxs2 nümayəndəsi tərəfindən təqdim edilmiş öhdəlik vərəqi ilə eynilik təşkil etməməsi aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs11 və Təqsirləndirilən şəxs1 arasında xx xxx 2017-ci il tarixli, dialoqun video yazıları əks olunan 20171005_180929 adlı faylda əks olunan 13 saniyə ərzində davam edən video yazıda əks olunan şəxslərdən birin zahiri əlamətlərinə görə Zərərçəkmiş şəxs11 ilə eynilik təşkil etməsi, onun “jurnal” stolunun üzərində əlində qələm tutması, stolun üzərində müxtəlif növ qızıl əşyalara bənzər əşyalar olması, Təqsirləndirilən şəxs2 ilə zahiri görünüşü və səsi eynilik təşkil edən şəxs ona qızılların modelləri barədə təriflər etməsi, Zərərçəkmiş şəxs11 əlində olan tünd sarı rəngli qələmin isə görünüşünə görə yağlı yazan qələm olması, videoda Zərərçəkmiş şəxs11 qarşısında vərəq olması,bu vərəqin A4 formatlı vərəq olmaması, qələm yazısının isə yağlı qələmlə yazılmaması müəyyən olundu. Məhkəmədə video çəkiliş ilə eynilik təşkil edən fotolara baxış keçirildi. Baxış zamanı Zərərçəkmiş şəxs11 əlində olan qələmin birinci fotoda videoda əlində olan qələm ilə eyni olması, ikinci fotoda olan qələmin isə diyircəkli göy rəngli qələm olması, yazının A 4 formatlı vərəqə icra edilməsi, lakin Təqsirləndirilən şəxs2 nümayəndəsi vəkil Əbil Həsənov tərəfindən təqdim edilmiş öhdəlik vərəqlərində isə yazıların qara rəngli qələmlə və dəftər vərəqlərinə icra edilməsi müəyyən edildi. Məhəkəmədə Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs2 mobil telefonu ilə çəkilmiş foto 20171005-180703-adlı faylda olması müəyyən olundu. Məhkəmədə cinayət işinin materiallarına əlavə olunmuş “Whatsapp” qovulğunda əldə olunmuş məlumatlar araşdırılarkən həmin qovluğun içərisində olan “Whatsapp Audio” qovluğunda “AUD-20160907 WA0000”, “AUD-20161016 WA0039”, “AUD-20161016 WA0040”, “AUD-20170320 WA0060”, “AUD-20170811 WA0014”, “AUD-20171006 WA0003”, “AUD-2011009 WA0000”, “AUD-20171010 WA0005”, “AUD-2011018 WA0000” adlı səs və video yazıları aşkar edilməsi, “Whatsapp Audio” qovluğunun içərisində olan “Sent” (göndərilmiş) adlı qovluğda “AUD-20160924 WA0007”, “AUD-20160924 WA0009”, “AUD-20160924 WA0011”, “AUD-20160924 WA0012”, “AUD-20160924 WA0013”, “AUD- 20171006 WA0004”, “AUD-20171009 WA0001” adlı səs və video yazıları aşkar edilməsi, həmin səs yazılarında AUD-20160924-WA0007.m4a adlı; səs faylı xx xxxxxxxx 2016-cı il tarixdə fayl yaradıb Təqsirləndirilən şəxs1 Rəna adlı qadınla danışığına dair səs yazısında Təqsirləndirilən şəxs1in “Rəna” adlı şəxslə 2 dəqiqə 29 saniyə danışması, danışıq zamanı Təqsirləndirilən şəxs1 bibisi qızı Rənanın qardaşı Məhəmmədin Pərvanə adlı qadınla birləşib gedib polisə Lalənin Məhəmmədə iki min verməli olduğunu deməsini, onun evində baxıcılıq etdiyini, guya onun Məhəmmədin evində bu Pərvanənin falına baxdığını bildirdiyini deyir, Rəna isə qardaşı Məhəmmədin ünvanına qeyri etik sözlər işlədib qardaşına zəng edəcəyini deyir, Təqsirləndirilən şəxs1in Rənaya başuva dönüm biz dayı balayıq, bizim qanımız eyni qan, canımız eyni candır, Məhəmmədin hərəkətləri nəticəsində onun anasın da o yana, bu yana çəkilə bilməsini, onun evində məçid olduğu deməsini bildirir. Rəna adlı şəxs də qeyri etik sözlələ danışıb bunu qardaşına çatıdrıb ona təsir edəcəyini və ona narahat olmamağı məsləhət görür. Məhkəmədə araşdılarılan cinayət işinin materiallarından görünür ki, AUD- 20160924-WA0011.m4a adlı xx xxxxxxxx 2016-cı il tarixdə yaradılmış, səs faylında Təqsirləndirilən şəxs2 77 saniyə başqa şəxslə telefon danışığı aparıb həmin şəxsə, « hə o dedimə Pərvanəynə Kəmalə, Mən bıyaq yenə pis oldum, elə bil, yenə zəng vurdum söz soruşacaqdıme, hindi düzəlmişəm, mən elə bil Kəmaləgil mənə didi ki, o vaxtı guya o cin diyir çıxardannan sora diyir nə bilim cinin tükünü siz verirsüz yandırırlar» deyir, Təqsirləndirilən şəxs2 ilə danışan şəxs ona pıçıltı ilə nə isə deyib, «sonra isə ay xanım elə şey zad yoxdur, xanım sizə nə lazımdır» deyir, Lalə isə «dərdimə, mənim dərdimə çarə eliyəsiz» deyir, naməlum şəxs isə « deyillər cin tükü yandurursuz, gəlin də görməsəm, sabah gəlin də» deyir, Təqsirləndirilən şəxs2 isə ona bunun pulu ayrı olduğunu, cin tükü yandurursuz, nə bilim neynuyursuz, onun cin çıxartmayın pulun aidiyyatı olmadığını, bunu Kəmalənin deməsini deyir, naməlum qadın isə «Lalə xanım nə lazımdı təmizləmək, sizdən qutarsın» deyir, Lalə «siz tük zad satmursuz» deyə soruşur, naməlum şəxs isə pıçıltı ilə «tük deyil» deyir. Təqsirləndirilən şəxs2 «Cin tükü deyir yandırısız satmirsiz, birdə qayıtmır cin» deyir. Naməlum şəxs «Əstəfurullah, xanım sabah gəlsəniz yaxşı olar» deyir. Təqsirləndirilən şəxs2 da onunla razılaşır. xx xxxxxxxx 2017-ci il tarixdə saat 11: 15 və 11:17 dəqiqədə yaradılmış PTT- 20170929-WA0003, PTT-20170929-WA0005 fayllarıda səsli mesajlarda Vəfa dediyi şəxs Təqsirləndirilən şəxs2 müraciət edərək «Ay Lalə elə bil maşındasan hara getsən belə?» deyir. Təqsirləndirilən şəxs2 Rübabəyə dəydim də, indi gəldim, özünü cırır, görməsə də ürəyi partdıyır, dedim 2 gün də görməyəcək, ölürəm ölürəm (Rübabənin dilindən deyir), yalannan bi dəndə su düzəltdim yenə apardım verdim, ona …., yoldayam, bu dəyqə çatdım girdim evə, ona görə deyirəm ki, indi baxaram da ikinin yarısı tez qutarsam, bu dəyqə bişirirəm tez çıxaq.» xx xxxx 2017-ci il tarixdə yaradılmış PTT-20170324-WA0024 adlı səs faylda Təqsirləndirilən şəxs2 mobil telefonunda olan “Whatsapp” proqramında oğlu Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan şəxsə üç saniyə müddətli səsli mesajında Təqsirləndirilən şəxs1 « Hə bacı evdəyəm gəlginən, gəlginən saat üçəcən baxaciyəm, üçdən sonra baxmıram.» deyir. xx xxxx 2017-ci il tarixdə yaradılmış PTT-20170324-WA0047 adlı üç saniyəli səs faylda Təqsirləndirilən şəxs2 mobil telefonunda olan “Whatsapp” proqramında oğlu Təqsirləndirilən şəxs1 başqa şəxsə səsli mesajıneda «Salam eleykum Firuz mellim, evdeyem ancaq bugün siz işdəmirsizdə hazırdı şeyler, onda allah qoysa birinci gün iş günündə mən prezidentsi aparatın qabağında duraram filarmoniya terefde dayanaram olar ki, siz onu götürəsiz.» deyir. x xxxxxxx 2017-ci il tarixdə yaradılmış 16 saniyə davam edən PTT-20171004- WA0000 adlı səs faylda Təqsirləndirilən şəxs2 “Whatsapp” proqramında “Gülşen” adlı şəxsə göndərdiyi səsli mesajda həmin şəxsə qeyri etik sözlərlə müraciət edib ona « iki gündü çıxmırsan, gəlirəm gedirəm yoxsan, nə mataxı artıb o evin, oturubsan orda ordan çıxmırsan, birdən küpdən zaddan taparsan bilməriye, gələriy bizdə orda bir iki manat qret elə bizi. Hardasan?» deyir. x xxxxxxx 2017-ci il tarixdə yaradılmış PTT-20171004-WA0001 adlı 10 saniyə davam edən faylda Təqsirləndirilən şəxs2 “Whatsapp” proqramında “Gulşen” adlı telefon ələqəsində qeyd etdiyi şəxsin ona göndərdiyi səsli mesajda X48 « Harda olacam evdəyəm, yatmışdım, evdəyəm indi durdum, nə küp küp deyirsən az bir dənnən o arvad tapare ağzuva küp sözü gəldi, küp tapar, küpdən bizə də ötür» deyir. x xxxxxxx 2017-ci il tarixdə yaradılmış faylda PTT-20171004-WA0002 Təqsirləndirilən şəxs2 “Whatsapp” proqramında “Gulşen” adlı şəxsə göndərdiyi səsli 30 (saniyə ) müddətli səsli mesajında « Arvad çöllərdədiye, evdə oturan sənsən, küp tapıb üstündə oturan kimi, arvad çöllərdədi heç evdə tapılır ki, sən giribsən ora dünəndən çıxmırsan, bilmirəm ərin pul çox gətirir tökür qabağıva sayıb qutara bilmirsən, ya nəsə başqa məsələdi, yoxsa orda nə oturubsan başa düşə bilmirəm, ya da sizin tilivizir nəsə göstərir o bizdə göstərmir, oturub ona baxırsan, obşim ya pul sayırsan, ya da belə söhbətdi basıb bağlama yatmışam nədi, saat birin yarısıdı qızaa.» deyir. x xxxxxxx 2017-ci il tarixdə yaradılmış 8fb3d6c4815e818488a210681b198bd1 adlı səs faylda Təqsirləndirilən şəxs2 “Whatsapp” proqramında “Emil Mustentiq” adlı şəxsə göndərdiyi 46(saniyə) müddətli səsli mesajda « Emil göndərdim, ba o danışıqdı, bu gün də Hüseyn zəng vurdu, dünən də mən danışmışam da, bu gün Hüseyn zəng vurdu onnan yenə o pulu şeylədi, guya ki verdi adboy ki, danışa bilmirəm, danışa bilmirəm, sora Hüseyn dedi ki yox sən məsələn sənə zəng vururam cavab ver də bir söz denən , üstülü örtülü danış, üstü örtülü tam açıq danışa bilmirəm can, bunnan sora dedi ki eybi yoxdu, çəkil bir yerə mənə konkret bir cavab ver guya evində adam var danışa bilmir, sora birdə yığdıq çəkildi kənara ona dedim ki Hüseynə danışa bilər də, yəqin ki, çəkil, yenə, üstü örtülü cavab verir, amma Hüseyn ona açıq şeylədi, dedi ki malın pulu. Bax gör bu yarıyır, başqa nə əlavə eliyim, nə soruşum onu mənə başa sal.» deyir. xx xxxxxxx 2017-ci il tarixdə yaradılmış AUD-20171006-WA0004.m4a adlı; səs faylında Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs11 arasında 81 saniyə davam edən danışıqda Hüseyn Zərərçəkmiş şəxs11 müraciət edərək Qızılların puluna görə çox narahat olduqlarını,bunun necə olacağını soruşur, Zərərçəkmiş şəxs11 isə bilmədiyini deyir, Hüseyn Zərərçəkmiş şəxs11dən pulları ödəmək fikrinin olub olmamasını soruşur. Zərərçəkmiş şəxs11 da istədiyini, ondan arxayın olmasını bildirir, xx xxxxxxx 2017-ci il tarixdə yaradılmış AUD-20171009-WA0001.m4a adlı səs faylda Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs11 arasında 87 saniyə davam edən danışıqdan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs11 « cırt cırt cırt boş boş şeylər üçün danışa bilmərəm sinirlərimdə yerində döyül, bu dəyqə əsəbdən zincir çiyniyirəm, sabah gəl bu söhbəti qutar, gör sənə nə deyirəm, o boyda …. altına girmişəm 640 qram orda 10 min orda 17 min bütün bu adamlar mənim üstümdə yüklənibe, hamısı mənnən istənəcək şeylərdi bular, gəl sabah bilmirəm necə çıxırsan evdən nətər, çıxırsan Rübabə o mənə maraqlı döyül» deyir, Zərərçəkmiş şəxs11 isə « hə gəlirəm ,,,, burdayam,» deyir. Təqsirləndirilən şəxs2 «Biyaq deyirsən götürə bilmirəm, nə bilim nəyəm sən mənnən danışe, sora başqalarına cavab verersen orda, sabah bu söhbəti qutar! mən sənin üçün hər dəyqə … dalıycan qaçan döyüləm,,,mənim sinirlərimdə yerində döyül gətir qutar !, bu söhbətləri mən bu …. çıxım, sən bir dənə ərin üçün, mənim üçün prablem yaradırsan, ərin belə didi, belə didi, mən yad kişilər üçün sənə görə zaloq niyə durmalıyrm ki, gəlsin bütün söhbətlər bu gün qutarsın başa düşdün!?,,, səhər necə çıxırsan özün bilərsən, mən səni bəliyib evdən çıxarası döyürəm zəhmət çək sabah,,,, bu söhbəti qutar (ara verir) eşitdün, hər dəyqədə hər dəyəqdəə mənə zəng .... zırta zırt boş söhbətlərlə zəng vurma sabah gəl söhbət qutarsın !,» deyir, Rübabə Ağyaeva isə Lalə, Ay lalə deyərkən, Təqsirləndirilən şəxs2 « Rübabə başqa söhbət eşitmək istəmirəm gəl söhbət səhər qutarsın, özün fikirləş nə formada eliyirsən, necə çıxacaqsan, ay mən çıxa bilmirəm ay nə belə söhbət olmasın, mən sənə görə kişilərin yanında zaloq qalası deyiləm. “FSYO ƏLA” . xx xxxxxxx 2017-ci il tarixdə yaradılmış AUD-20171010-WA0005.m4a adlı səs faylında Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs11 arasında 38 (saniy) davam edən danışıq zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs11 «10 dadı 11 də gələcəm dəqiq, 11 saat qızllların pulunun dalıyca, özün bilirsən o qızılların pulunu üçünü,, o 12 min 17 min 640 qram, buların dalıyca gələcəm sən də ay çıxa bilmirəm, ay nə bilim qapıya yaxınlaşma belə olmasın da, dəqiq 11-də işini düz qoş mən gəlim işimi görüm qayıdım,, alım pulumu çıxıb gedim, eşitdüüün» deyir Zərərçəkmiş şəxs11 isə «yaxşı», deyir, Təqsirləndirilən şəxs2 « Həə, elə eləginən hazır olsun saat 11-əə, dəqiq 11 –də qapındayam qızılların pulunu götürüb çıxım, mən əsəbləşmiyim də bir də, özün bilirsən beynim çönükdü»Yuxarıda göstərilən dialoqun səs yazıları əks olunan PTT-20160904- WA0006 adlı səs faylı Təqsirləndirilən şəxs2 mobil telefonunda olan “Whatsapp” proqramında oğlu Təqsirləndirilən şəxs1 ilə aralarında keçən qeyri etik danışıqlar əks olunmuşdur. Həmin danışıqlar zamanı Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 « Ay cin atam, ay cin.» deyir, Təqsirləndirilən şəxs2 da oğlu Təqsirləndirilən şəxs1 qeyri etik sözlərlə cavab verib ona « atam, atam ay cin ay cin, atam, hardasan» deyib bir-biriləri ilə ümumi anlamda yol verilməyən qeyri etik danışırlar və bir-birilərini «cin atam» adlandırırlar. Məhkəmədə araşdırmış cinayət işinin materiallarında Təqsirləndirilən şəxs1 ittiham olunduğu dövr ərzində başqa şəxslə “ saat 3-ə qədər baxıram, 3-dən sonra baxmıram” deməsi, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs11 səsini öz telefonuna yazdığı xx xxxxxxx 2017-ci il tarixdə “Emil Mustəntiq” adı ilə qeyd edilən 055 *** ** ** mobil nömrənin sahibinə göndərərək onunla yazıların məsləhətli olub-olmamasını soruşması, əlavə məsləhətlər istəməsi aşkar olundu. Məhkəmədə elan olunub araşdırılmış cinayət işi üzrə məhkəmə-psixoloji ekspertizasının xx xxx 2018-ci il tarixli 8488 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs11 fərdi-psixi xüsusiyyətlərinə görə daha çox introvertə (insanın psixi fəaliyyətinin daxili aləmə yönəlməsi) yaxın olmaqla, onun sinir sisteminin tipi qüvvətlidir. Davranışında müvazinətliliyi üzə çıxır. Özünütənqidi aşağı səviyyədədir. Müayinə olunan Zərərçəkmiş şəxs11 fərdi-psixi xüsusiyyətlərində «sadəlövh», «ailəcanlı», «ünsiyyətcil» və «konfliktə meyl etməyən» kimi əlamətlər üstünlük təşkil edir. Göstərilən fərdi-psixi xüsusiyyətlər qərarın təsviri hissəsində göstərilən hadisələr zamanı Zərərçəkmiş şəxs11 davranışında təzahür edə bilərdi. Zərərçəkmiş şəxs11 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmur. (Ayzenkin şəxsiyyət sorğusu, X41). Lüşer testinin nəticələrinə əsasən Zərərçəkmiş şəxs11 problemlərdən uzaq olmaq istəyir ki, özünü rahat hiss edə bilsin. Sakit hərəkət edir, gərginlikdən qaçır. Mənəvi köməyə ehtiyac hiss edir. Onda öz nüfuzunu itirmək qorxusu hökm sürür. Təhlükəsizliyə və sakitliyə can atır (Lüşertesti). Eksperimental-psixoloji tədqiqatın nəticələrinə əsasən Zərərçəkmiş şəxs11 əqli inkişafına və fərdi- psixi xüsusiyyətlərinə görə baş vermiş hadisəni qavramaq, yadda saxlamaq və hadisə barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Baş vermiş hadisə şəraitinin retrospektiv təhlili və eksperimental müayinə nəticələri belə qənaətə gəlməyə imkan verir ki, Zərərçəkmiş şəxs11 əqli inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakterini qavramaqla həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs11 fərdi-psixi xüsusiyyətlərində «sadəlövh», «ailəcanlı», «ünsiyyətcil» və «konfliktə meyl etməyən» kimi əlamətlər üstünlük təşkil edir. Göstərilən fərdi-psixi xüsusiyyətlər qərarın təsviri hissəsində göstərilən hadisələr zamanı Zərərçəkmiş şəxs11 davranışında təzahür edə bilərdi. Zərərçəkmiş şəxs11 əqli inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə baş vermiş hadisəni qavramaq, yadda saxlamaq və hadisə barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs11 fərdipsixi xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əİamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs11 əqli inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakterini qavramaqla həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs11 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Məhkəmədə elan olunub araşdırılmış kompleks məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizasının xx xxxxx 2018-ci il tarixli 6782/6783 nömrəli sənədlərintexniki hissəsi üzrə rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş “1”, “2”, “4”, “5” və “6” rəqəmləri ilə işarə edilmiş qəbzlərdə və öhdəlikdəki əlyazma mətnlər və imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa icra edilmişdir. -Tədqiqata təqdim edilmiş “3” rəqəmi ilə işarə edilmiş qəbzin mətni və imzalar axıncı printerdə çap edilmişdir. -Tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə işarə edilmiş qəbzin mətnindəki “(3550; rəqəmlərinin ikinci “5” rəqəmin yerində əvvəlcə “0” rəqəmi olub sonradan üzərinə əlavə cizgi artırmaqla indiki rəqəm icra edilmişdir, həmin qəbzdəki “$” işarəti sonradan əlavə edilmişdir. -Təqdim edilmiş “2” rəqəmi ilə işarə edilmiş qəbzin mətnindəki “9200” rəqəmlərindən “9” və “2” rəqəmlərin arasında, “5642” rəqəmlərində “5” və “6” rəqəmlərin arasında qaralamalar aparılmışdır. Həmin qaralamalar yerli və intensiv olduğu üçün ilkin yazıları müəyyən etmək mümkün olmadı. -Təqdim edilmiş Öhdəlik sənədin 10-cu sətrindəki “32,5” və “19,5” rəqəmlərindəki “5” rəqəmlərin yerində əvvəlcə “r” hərfi olub, sonradan əlavə cizgi artırmaqla indiki rəqəmlər icra edilmişdir. -Təqdim. edilmiş “6” rəqəmi ilə işarə edilmiş qəbzdəki mətnin 9-cu sətrindəki “585” rəqəmlərindən birinci “5” rəqəminin yerində əvvəlcə “7” rəqəmi olub, 14-cü sətrindəki “72” rəqəmlərin yerində əvvəlcə “56” rəqəmləri olub, sonradan əlavə cizgi artırmaqla indiki rəqəmlər icra edilmişdir. Gələcəkdə belə xarakterli sənədlərin saxtalaşdırılmasının baş verməməsi üçün ekspert aşağıdakı profilaktik tövsiyyələri verir: - sənədlərdə edilən düzəlişlər razılaşdırılaraq aparılmalı; -sənədlərdə aparılan düzəlişlər səlahiyyətli şəxslər tərəfindən təsdiq edilməlidir. -Tədqiqata təqdim edilmiş “1”, “2”, “4”, ‘5” və “6” rəqəmləri ilə işarə olunmuş qəbzlərdə və Öhdəlikdə olan əlyazma mətn və imzalar kimyəvi tərkibinə görə diyircəkli qələm pastası ilə icra olunmuşdurlar. - Tədqiqata təqdim edilmiş “3” rəqəmi ilə işarə olunmuş qəbzdə olan əlyazma mətn və imzaların rəngləyici maddələri printerlərdə istifadə olunan rəngləyici maddələrdir. -Tədqiqata təqdim olunmuş “1” rəqəmi ilə işarə edilmiş qəbzdə olan əlyazma mətn (“$” işarəsindən başqa) və üz tərəfindəki imza kimyəvi tərkibinə görə eyni diyircəkli qələm pastası ilə icra olunmuşdurlar. -Tədqiqata təqdim olunmuş “2” rəqəmi ilə işarə edilmiş qəbzdə olan əlyazma mətn və üz tərəfindəki imza kimyəvi tərkibinə görə eyni diyircəkli qələm pastası ilə icra olunmuşdurlar. -Tədqiqata təqdim olunmuş “4” işarə edilmiş Öhdəlikdə olan əlyazma mətn və üz tərəfindəki imza kimyəvi tərkibinə görə eyni diyircəkli qələm pastası ilə icra olunmuşdur. -Tədqiqata təqdim olunmuş “5” rəqəmi ilə işarə edilmiş qəbzdə “Qızxanım...” sözləri ilə başlanan və “...köhnə - 2370$ qalır” sözləri ilə bitən əlyazma mətn kimyəvi tərkibinə görə eyni diyircəkli qələm pastası ilə icra olunmuşdur. -Nəticə hissəsinin 5-ci bəndində göstərilən əlyazma mətn və “5” rəqəmi ilə işarə edilmiş qəbzdə olan “burda yazılanları hamısını götürdüm” sözləri, üz tərəfindəki imza və “xx.xx.2017” tarix göstəricisi kimyəvi tərkibinə görə müxtəlif diyircəkli qələm pastası ilə icra olunmuşdurlar. -Tədqiqata təqdim olunmuş “6” rəqəmi ilə işarə edilmiş qəbzdə “Mən Zərərçəkmiş şəxs13...” sözləri ilə başlanan “...13:56 Zərərçəkmiş şəxs13 imza” sözləri ilə bitən əlyazma mətn və arxa tərəfindəki “Bunların hamısını götürdüm Zərərçəkmiş şəxs13 imza" sözlər kimyəvi tərkibinə görə eyni qara rəngli diyircəkli qələm pastası ilə icra olunmuşdurlar. -Təqdim olunmuş “6” rəqəmi ilə işarə edilmiş qəbzdə olan “Verilən qəbzə əsasən...” sözləri ilə başlanan “...qolbaq “versaji” - 4,0 rp - 585°- 260 man” sözləri ilə bitən əl yazma mətn kimyəvi tərkibinə görə eyni diyircəkli qələm pastası ilə icra olunmuşdurlar. -Rəyin tədqiqi hissəsinin 2-ci və 3-cü bəndlərində göstərilən səbəblələrə görə tədqiq olunan qəbzlərdə və öhdəlikdə olan əlyazma mətnlərin icra müddətini müəyyən etmək mümkün olmadı. Məhkəmədə elan olunub araşdırılmış xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Biləsuvar rayonu, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evində axtarış zamanı aşkar edilmiş üzərində “X72 X56” yazıları olan yaşıl üzlüklü kitab, üzərində “əldə qələm qan ağlar” ələm rəsmi olan kitabları, təsbeh, 03 ədəd kiçik həcmli qıfıl, müxtəlif növ kiçik şamlar, müxtəlif növ saplar, üzərində “mərsiyyələr toplusu” yazıları olan ağ üzlüklü kitab, iki ədəd dini möhür, üzərində 100 ABŞ dollarının rəsmi olan slindrik formalı dəmirdən qabın içərisindən aşkar edilmiş dəfələrlə qırmızı qələmlə təkrarlanmaqla üzərində “Lalə xala” və “sübhənəkə ya daimiu təaləytə......” yazıları olan 01 ədəd dəftər vərəqi, üzərində “mərsiyələr və nohələr kəlaminin naləsi” adlı qara üzlüklü kitab, 01 ədəd elektron tərəzi, üzərində “üstündə saxla” kiril əlifbası ilə yazılmış ərəb dilində yazılmış yazıların olduğu kağız parçası iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11 tərəfindən istintaqa könüllü təqdim edilmiş sabun qırıntısı, sirkə qoxusu gələn yazıları silinmiş kağız parçaları, balınc, təsbeh, yaşıl rəngli parça bükmədə olan üzərində qılınc, balon, göz muncuğu, qara sapla bağlanmış qırmızı parça, dörkünc dini möhür, bükülmüş dəmir parçası, yapışqanlı lentə bükülmüş tüklü heyvan dərisi maddi sübut kimi tanınınb saxlanılması üçün Bakı şəhər Baş Polis idarəsinin Təchizat şöbəsinin saxlanc yerinə verilmiş, Zərərçəkmiş şəxs9 tərəfindən istintaqa təqdim edilmiş 1216 sms uzunluğundn 5.7 sm. enində olan kassa çek kağızında ərəb və ərəb hərflərində oxşadılmaqla yazılmış yazılardan ibarət mətn, Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs1 ilə öz arasında sonuncunun Saleh: Mənə baxmısan vəziyyət necədir? ok. Hüseyn: Danışarıq 17-si hər şeyi Saleh: Neçə gündü ürəyim ağrayır. Hüseyn: Sənin neyinı baxım.. tezemal olanda diyecem kef ele Saleh: ok məzmununda baş vermiş vatsap sosial şəbəsində dialoq mətninin fotosu maddi sübut hesab edilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Azercell, Bakcell və Azərfon mobil operatorlarından daxil məlumatlarının baxış protokolundan görünür ki, 051 *** ** ** mobil nömrəsi Zərərçəkmiş şəxs11, *** *** ** **, 050 351 29 mobil nömrələri Təqsirləndirilən şəxs2, 050 *** ** ** mobil nömrəsi Zərərçəkmiş şəxs9, 050 *** ** ** mobil nömrəsi Zərərçəkmiş şəxs13, 050 *** ** ** və 050 *** ** ** mobil nömrələri Zərərçəkmiş şəxs12 istifadələrində olmuşdur. Məhkəmədə araşdırılmış sübutlardan görünür ki, Zərərçəkmiş şəxs11 istifadəsində olan mobil nömrədən cəmi bir dəfə o, öz evində olarkən özü tərəfindən orfaqrafik səhvlərlə müşayiət olunan Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs2 əmlakını tələb etməsini, evində hər şeyin aşkara çıxdığı əks olunan mesaj yazılmışdır. Məhkəmədə elan edilib araşdırılmış materiallardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs11 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsinə borcun etirafı məzmununda ünvanlanmış sms göndərilmişdir. Həmin mətnlər isə Zərərçəkmiş şəxs11 Bakı şəhəri, Səbail rayonu Axundov parkının yaxınlığında Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda olarkən eyni ünvanda olan Təqsirləndirilən şəxs2 mobil telefonuna yazılmışdır. Həmçinin Zərərçəkmiş şəxs12 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 mobil nömrəsinə yazılmış sms məlumatlar hər iki şəxs eyni ünvanda olan zaman yazılmışdır. Yəni hər iki halda sms yazılan və qəbul edilən mesajlar eyni ünvanda yazılmışdır. Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 mobil telefonlarından yazılmış sms mətnlərin hər biri Zərərçəkmiş şəxs11m və Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 ilə eyni ünvanda eyni zamanda olarkən yazılmışdır. Zərərçəkmiş şəxs11 Azərbaycan dilinin kiril qrafikasından istifadə etməsinə baxmayaraq həmin smslər latın qrafikası ilə yazılmışdır. Zərərçəkmiş şəxs11 özü tərəfindən real yazılmış yuxarıda göstərilmiş yeagənə mesaj isə sözlərdəki hərflər qarışdırılmış formada olub Lalədən pulunu tələb etmişdir. Məhkəmədə araşdırılmış sübutlarla müəyyən olundu ki, zərəərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs1n evinə gedərkən onların üzərlərində olan mobil telefonlar mənzilin dəhlizində onlardan alınıb Təqsirləndirilən şəxs2 birbaşa, Təqsirləndirilən şəxs1in dolayısı nəzarəti altında olub faktiki olaraq onların istifadəsində olmuşdur. Bu səbəbdən məhkəmə, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 mobil telefon nömrələrindən Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsinə borcun etirafı məzmununda ünvanlanmış mesajlar Təqsirləndirilən şəxs2 tərəfindən yazılmışdır. Çünki məhkəmədə bunun əksi müəyyən olunmadı. Məhkəmənin gəldiyi bu qənaət işin faktiki halları, zərərçəkmiş şəxslərin ifadələri və digər sübutlar baxımından, o cümlədən də, həmin mətnlərin Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 Bakı şəhəri, Səbail rayonu Axundov parkının yaxınlığında Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda Təqsirləndirilən şəxs2 mobil telefonuna yazılmasını təsdiq edən sübutlar baxmından əsaslıdır. Məhkəmədə Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə hər hansı formada borclu olmaları müəyyən olunmadı. Borclu olmayan şəxslərin iddia olunan «borclu olduğu» şəxsin evində olarkən mobil telefonda borcunu etiraf eməsi ağlabatalan deyildir. Məhkəmənin bu qənaəti Zərərçəkmiş şəxs11 latın əlifbasında yazmağı, mesaj göndərməyi bacarmamasını göstərən ifadələri və bunu təsdiq edən onun tərəfindən oxunması çətin olan orfoqrafik səhvlərlə müşahidə olunan, lakin Təqsirləndirilən şəxs2 ona verdiyi əşyaları tələb edən mesajı baxımından əsaslı sayır. Məhkəmənin qənaətinə görə borclunun əvvəlcə borcunu etiraf edib, sonradan borc verənə hər şeyin evdə üzə çıxdığını bildirib əmlakını geri tələb etməsi, bu zaman borc verənin borcluya cavab verməməsi ağlabatan deyildir. Bu səbəbədən də, məhkəmə, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 mobil telefonundan Təqsirləndirilən şəxs2 mobil telefonuna ünvanlanmış borcların etirafı barədə mesajların Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 tərəfindən deyil, həmin smslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tərəfindən törətdikləri cinayət əməllərini örtbasdır etmək, güman etdikləri gləcəkdə real olan cinayət təqibi zamanı istifadə etmək üçün qabaqcadan gördükləri tədbirlərin məzmununa aid faktiki əsası olmayan uydurma sübutlar bazası yaratmağa yönələn uğursuz cəhd kimi qiymətləndirir. Məhkəmədə elan olunub araşdırılmış sübutlardan görünür ki, Şahid2 tərəfindən könüllü təqdim edilmiş üzərində “X30 Hüseyn.....” yazıları olan laminasiya edilmiş vərəq, cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə komputer-texniki və fonoskopik ekspertizasının xx xxx 2018-ci il tarixli 6652 nömrəli fonoskopik hissəsi ilə tədqiq olunan 20171005-180755 adlı video yazı 11 saniyə ərzində davam edir, xarici və zahiri əlamətlərinə görə Zərərçəkmiş şəxs11 ilə eynilik təşkil edən şəxs uzun qol paltarda, başında şal geyimlidir, “jurnalni” stolun üzərində əlində qələm tutmuşdur, stolun üzərində müxtəlif növ qızıl əşyalara bənzər əşyalar vardır. Təqsirləndirilən şəxs1 ilə xarici zahiri səs nitqləri eynilik təşkil edən şəxs ona əlində qızıl əşyanı göstərərək adlarını sadalayır, Zərərçəkmiş şəxs11 isə həmin qızıl əşyaya baxır, qarşısında A4 formatlı vərəqdə qeydlər aparmışdır. Zərərçəkmiş şəxs11 əlində olan tünd sarı rəngli qələm isə görünüşünə görə “X78” modelli əsasən yağlı yazan qələmdir. Videoda Zərərçəkmiş şəxs11 qarşısında yazı icra edilən vərəq istintaqa Təqsirləndirilən şəxs2 nümayəndəsi vəkil Əbil Həsənov tərəfindən təqdim edilmiş öhdəlik vərəqi ilə eynilik təşkil etməməsi, məhz təqdim edilmiş öhdəlik vərəqinin A 4 formatlı vərəq olmaması, qələm yazısının isə yağlı qələmlə deyil diyircəkli qələmlə yazılması istintaq əhəmiyyətli hal kimi aşkar edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib ifadələrində ittihamda nəzərdə tutulan əməllərin zərərçəkmiş şəxslər tərəfindən ona böhtan atıldığını, əksinə həmin şəxslərin ona borcları olduğunu göstərdi. Lakin o, bunu təsdiq edən sübutlar təqdim etmədi. Məhkəmə təqsirləndirilən şəxsin özünün günahsız olduğunu sübut etməyə borclu olmadığnı nəzərə alır. Bununla belə məhkəmə, təqsirləndirən şəxsin ifadə vermək hüququndan istifadə edib iddia etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli və ya digər sübutlara istinad etməli olduğunu nəzərə alır. Zərçəkmiş şəxslər isə Təqsirləndirilən şəxs2 ifadələrinin yalan olduğunu bildirib, Təqsirləndirilən şəxs2 hər hansı əmlak borclarının olmadığını göstərdilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 həmin ifadələrini zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin materialları ilə müqayisəli təhlil etdikdə müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 başqalarının etibarını qazanıb özünü qızıl alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib zərərçəkmiş şəxslərin qızıl-ziynət əşyalarını nağd şəkildə ucuz deyil, daha baha qiymətə satdığını bəyan edib zərərçəkmişlərin əmlakını ələ keçirmişdir. Onun bu işində də bu iş üzərə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 iştirak edib qızıl-ziynət əşyalarının sahiblərinə anasına inanıb onunla birldikdə qızılziynət əşyalarının birgə alqı-satqısı ilə məşğul olmasına inandırıb zərərçəkmiş şəxslərin ittihamda nəzərdə tutlan əmlaklarının ələ keçirilməsinə nail olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs1 da özünü təqsirli bilməyib ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətmədiyini göstərdi. Zərərçəkmiş şəxslər isə Təqsirləndirilən şəxs1 Qanqaməli oğlunun ifadələrini təkzib edib onun ifadələrinin yalan olduğunu göstərdilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 ifadələrini məhkəməyə təqdim olunmuş sübutlarla müqayisəli təhlil etdikdə onun ifadələrində göstərilən hallar öz təsdiqini tapmadı. O, özü ifadələrində göstərdiyi halları təsdiq edən dəlillərini təqdim etmədi. Digər sübutlar isə onun ifadələrinin göstərdiyi halları təkzib etdi. Çünki məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 da özünü ətrafdakı şəxslərə dindar adı ilə təqdim edib özünün başqa şəxslərin görmədiyi cinlərlə əlaqədə olub görücü qabiliyyətinə malik olduğunu iddia edib hər bir şəxsə aid olması güman edilən hallardan istifadə edib birinin uşağının ölü doğulmasının qarşısını alacağını, birinin ərinin öləcəyi, digərinin həyat yoldaşının boşanacağı və sairə kimi hallarla onlarda vahimə yaradıb bunların qarşısını alcağını deyib onları özünə inandırmış, başqalarını həyətlərində içərisində qızıl olan küpləri aşkar etdiyini, ailələrə qarşı edilmiş caduların, qurbanlarının malik olduğu qızıl ziynət əşyalarının başqa ruhlarla ağırlaşdığını və onların təmizlənməsini uydurub zərərçəkmişlərin ittihamda nəzərdə tutlan əmlaklarını ələ keçirmişdir. Onun da bu işində anası və bu işdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 iştirak edib zərəçəkmiş şəxslərə Təqsirləndirilən şəxs1 vergi verildiyini bildirib, onların yanında “yaman ağır işin altına girmisən” deməklə, Təqsirləndirilən şəxs1 özündən dini ritual kimi uydurduğu süni görüntülərdə iştirak etməklə zərçəkmiş şəxsləri Təqsirləndirilən şəxs1 inandırıb onların əmlakını ələ keçirməyə nail olmuşlar. Məhkəmə, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı müstəntiqin onlara qarşı qanunsuz hərəkətlər etdiyini iddia etdilər, lakin bu qanunsuzluğun nədən ibarət olmasını göstərmədilər. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxslərin barələrində cinayət işinin aparılmasında iştirak etmiş müstəntiq barəsində iddialarının faktiki əsası olmadığı qənaətinə gəlir. Çünki, məhkəmədə araşdırılmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs11 əmlakını ələ keçirərkən öz davranışının qabaqcadan “müstəntiq Emil” adlı şəxslə razılaşdırmış, Zərərçəkmiş şəxs11 ilə telefon danışıqları zamanı həmin razılaşmaya uyğun davranıb zərərçəkmiş şəxslə danışıb, zərərçəkmişə danışmağa imkan verməyib, telefon danışığını kəsmiş bu barədə “müstəntiq Emil”ə bildirib ondan əlavə məsləhət almışdır. Həmin hallar da araşdırılarkən Təqsirləndirilən şəxs1 da eyni formada davranış forması seçib zərərçəkmiş şəxslərlə qabaqcadan davranış qaydası müəyyən edib həmin qaydalara uyğun zərərçəkmiş şəxsləri danışıqdan yayındırıb, birtərəfli qaydada öz maraqlarına uyğun danışıb qarşı tərəfə cavab verməyə imkan verməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən bu iş üzrə zərərçəkmiş şəxslərə hər hansı birinə qızıl-ziynət əşyalarının satması müəyyən olunmadı, lakin cinayət işin materiallarında Zərərçəkmiş şəxs11 tərfəindən Təqsirləndirilən şəxs2 qüzıl-ziynət əşyalarvı alması barsində əl ilə yazılmış qəbz əlavə edilmişdir. Məhkəmədlə araşıdırılmış kompleks məhkəmə komputer-texniki və fonoskopik ekspertizasının xx xxx 2018-ci il tarixli 6 rəyi ilə 652 nömrəli frəyi ilə 11 saniyə ərzində davam edir, xarici və zahiri əlamətlərinə görə Zərərçəkmiş şəxs11 ilə eynilik təşkil edən şəxsin uzun qol paltarda, başında şal “jurnalni” stolun üzərində əlində qələm tutması, stolun üzərində müxtəlif növ qızıl əşyalara bənzər əşyaların olması, Təqsirləndirilən şəxs1 səsi ilə eynilik təşkil edən şəxsin əlində qızıl əşyanı göstərək adlarını sadalaması, Zərərçəkmiş şəxs11 həmin qızıl əşyaya baxıb, qarşısında A4 formatlı vərəqdə qeydlər apardığı, Zərərçəkmiş şəxs11 qarşısında yazı icra edilən vərəqin müdafiə l Əbil Həsənov tərəfindən təqdim edilmiş öhdəlik vərəqi ilə eynilik təşkil etməməsi müəyyən olunmuşdur. Bu səbəbdən də məhkəmə, Zərərçəkmiş şəxs11 tərəfiəndən yazılmış vərqdəki qeydərin onun tərəfindən deyil, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X28 öz törətdikləri hüquqa zidd əməllərini gələckdə ört-basdır etmək üçün qabaqcadan görülən tədbiprlər kimi qiymtələndirir. Məhkəmənin gəldiyi bu qənaət zərərçəkmiş şəxslərin ifadələri və işin faktiki hallları ilə öz təsdiqini tapdı. Məhkəmə, bu iş üzrə zərəçəkmiş şəxslərin ifadələrini işin faktiki halları və məhkəmədə araşdıprılıb təsdiqini tapmış süblarla müqayisəli təhlil edib onların ifadələrinin həqiqətə uyğun olması qənəaətinə gəlir. Çünki məhkəmədə onların ifadələrində göətərilən halları təkzib edən sübut müəyyən olunmadı. Məhkəmə də bu səbəbdən də zərərçəkmişlərin ifadələrinin doruluqlarının prezumpsiyası olmasını nəzərə alır. Məhkəmənin bu qənəaəti Zərərçəkmiş şəxs8 məhkəməyə müraciət edib ona dəymiş ziyanın tam ödənildiyini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tələb və şikayətinin olmadığnı bildirməsi baxımından əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Qaqaəli oğlunun Zərərçəkmiş şəxs8 Allehverən oğluna ziyan vurmadıqqlarını iddia edib, ona vurmadıqları zərəri ödəmələri ağlabatan deyildir. Məhkəmədə, cinayət işinin sübutetmə predmetinə aid edilmiş cinayət əməlinin törədilməsinə səbəb olmuş halları araşdırarkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 özünün ətrafında qiymətli qızıl ziynət əşyalarının ticarəti ilə məşğul olan şəxs kimi təqdim edib və bunu oğlu və bu iş üzrə təqsirləndirilən şəxs kimi cəlb olunmuş Təqsirləndirilən şəxs1 tərəfindən həmin şəxslərə təsdiq edilib onların etibarlarını qazanıb, digər halda isə Təqsirləndirilən şəxs1 özünü ətrafındakı şəxslərə özünü cadugər kimi təqdim edib və bunu onun anası və bu iş üzrə təqsirləndirilən şəxs kimi cəlb olunmuş Təqsirləndirilən şəxs2 təsdiq edib onları buna inandırıb onların etibarını qazandırıb əmlaklarını ələ keçirmişlər. Çünki, Təqsirləndirilən şəxs2 özünün qızıl ziynət əşyalarını ticarətlə məşğul olan şəxs kimi təqdim etsə də, bu iş üzrə zərərçəkmiş şəxslərdən aldığı qızıl ziynət əşyalarının və ya qızıl ziynət əşyalarının hər hansı birinin birgə ticarətin qaydalarına uyğun hərəkət etməsi müəyyən olunmadı. Lakin buna baxmayaraq onun tərəfindən öz qurbanlarını aldadıb əmlaklarını ələ keçirmək üçün özünün qızıl-ziynət əşyalarının ticarəti ilə məşğul olan şəxs görüntüsü yaratmaq məqsədi ilə ticarət mərkəzlərində piştaxta icarəyə götürüb qızıl ziynət əşyalarını «ev alveri» adı ilə nisyə verdiyini bildirmiş, ticarətlə məşğul olmadığı halda ticarət mərkəzində qaldığı görüntüsü yaratmaq məqsədi ilə təhvil verməmiş, öz hərəkətlərini gizlətmək üçün xarici ölkədə nisyə qızıl ziynət əşyaları almaq imkanın olmasını uydurmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin və digər əməllərini nəzərə alıb onun bu iş üzrə cəlb edilmiş zərərçəkmiş şəxslərlə qızıl ziynət əşyalarını birgə ticarəti ilə məşğul olmaq üçün deyil onların əmlaklarını ələ keçirmək üçün həyata keçirdiyi tədbirlər sistemi kimi qiymətləndirir. Çünki məhkəmədə bunun əksi müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs1 özünü görücü kimi təqdim edib cadugərliklə məşğul olduğunun sübüta yetirildiyi qənaətinə gəlir. O, anası X33 ilə birlikdə başqa şəxsləri bu fəaliyyətinin qurbanı edib, birbaşa və ya dolayısı yolla qurbanlarının şəxsi həyatlarını, hisslərini, həyacanlarını, ailə vəziyyətlərini, keçirdikləri çətinlikləri, ailədaxili, başqa şəxslərlə münasibətlərini öyrənib, sonradan bu öyrəndiklərini özünün müəyyən etdiyi kimi təqdim edib qurbanlarında qorxu hissi, həyacan, ruh düşkünlüyü, təlaş yaradıb, özünü belə halları aradan qaldırmağa qabil, bacarıqlı şəxs kimi təqdim edib həmin şəxsləri özündən asılı vəziyyətə salıb onların əmlakının bir hissəsini öz zəhmət haqqı kimi, bir hissəsini şəxsi «gözləyən» çətinlikləri aradan qaldırmaq üçün lazım olan əşyaları almaq adı ilə, bir hissəsini cinlərdən təmizləməyi, bir hissəsini «ağırlıqdan» pak edib qaytarmaq adı ilə alıb ələ keçirmişdir. Məhkəmə, ayrı-ayrı şəxslərin din pərdəsi altında dindən öz şəxsi maraqları üçün istifadə edib özlərini cadugər, cindar, baxıcı, falçı və sairə kimi təqdim etdiklərini, başqa şəxslərin isə onlara inanıb müəyyən haqq müqabilində öz taleyi ilə maraqlandğı halların olmasını qəbul edir. Belə halda özünü bilici adlandıran şəxs öz xidmətinin ya qiymətini demir, ya da kiçik haqq müqabilində xidmət göstərdiyini bəyan edir. Bu iş üzrə Təqsirləndirilən şəxs1 da ilk görüşdə Zərərçəkmiş şəxs11 fala beş-on manata baxdığını dediyi, sonuncunun da ona falına baxdırıb iyirmi manat verməsi müəyyən olundu. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs11 ərinin ölməsinin, gözlədikləri nəvələrinin ölü doğulmasnın qarşısını almaq adı ilə, onların yaşadığı evin həyətində içərisində qızıl olan dörd küp olduğunu, küplərin üzərində cin oturduğunu uydurub, həmin küpləri «saflaşdırıb» çıxarmaq üçün qızıl almaq məqsədi ilə pul lazım olduğunu, evdəki qızlların, pulun, valyutanın və sair qiymətli əşyaların «ağırlığını» təmizləmək, ailədə ola biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün Zərərçəkmiş şəxs12 digər nəvəsinin ölməsinin qarşısını almaq, başqa şəxslərə isə buna uyğun və ya başqa uydurmalar bəyan edib anası Təqsirləndirilən şəxs2 ilə birgə onların əmlaklarını ələ keçirmişlər. Bu səbəbdən də məhkəmə, Əlizədə Hüseyn və Təqsirləndirilən şəxs2 başqalarının əmlaklarını falçılıq fəaliyəti ilə deyil, bu fəaliyyət adı altında ələ keçirdikləri kimi qiymətləndirir. Məhkəmənin bu qənaəti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu iş üzrə zərəçəkmiş şəxslərin əmlaklarını falçılıq fəaliyyəti ilə əldə edərkən onlara həmin əmlakın sonradan qaytaracaqlarını vəd etdiklərini təsdiq edən sübutlar baxmından da əsaslıdır. Onlar bu zərərçəkmiş şəxslərin əmlaklarını sonradan qaytarmaq adı ilə ələ keçirib sonra isə qaytarmamışlar. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin faktiki əsası olmayan özlərinin müdafiəsinə yönələn cəhdləri kimi qiymətləndirir. Məhkəmə, gəldiyi bu nəticəni ümumiləşmiş qənaət kimi qəbul edir. Məhkəmə, gəldiyi nəticələri əsaslandırmalı olduğunu nəzərə alır, lakin məhkəmə, ittihamın mahiyyətinə aid olmayan və şübhə doğurmayan hər bir halı əsaslandırmalı olmadığı qənaətinə gəlir. Məhkəmənin gəldiyi bu qənaət İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19.04.94-cü il) işi baxımından da əsaslıdır. Məhkəmə həmin işin (51 b) bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın, lakin bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə, zərərçəkmiş şəxslərin və şahidlərin ittihamı təsdiq edən ifadələrini, məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini, habelə iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmiş yuxarıdakı təhlil olunann sübutları cinayət əməlinin baş verməsini, bu əməlin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsini sübuta yetirdiyi üçün ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları əməlləri törətmələrinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlməsi qənaətinə gəlib onların əməllərinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəldiyindən onların bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindikləri əməlin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. Məhkəmədə Hüseynov X22 Lalə Saleh qızı və Təqsirləndirilən şəxs1 7200 manat məbləğində maddi ziyanın müştərək qaydada onun xeyrinə tutulub ona, zərərçəkmiş şəxs Ağayeva X23 Lalə Saleh qızı və Təqsirləndirilən şəxs1 216850 manat maddi zərərin tutulub ona, Səfərov X13 Lalə Saleh qızı və Təqsirləndirilən şəxs1 133820 manat pulu tutulub ona, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1a 115000 manat pulu tutulub ona, zərəçəkmiş şəxs Mazanov X29 Lalə Saleh qızı və Təqsirləndirilən şəxs1 99000 manat pulu tutulub ona, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 və Xəlilova X14 Lalə Saleh qızı və Təqsirləndirilən şəxs1 17450 manat pulun tutlub onlara, zərəçəkmiş şəxs Əliyeva X4 Lalə Saleh qızı və Təqsirləndirilən şəxs1 8700 manat pulun tutulub ona, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 37375 manatın tutulub onlara ödənilməsini xahiş etdilər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2n və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməllərini təqsirli olaraq törətdikləri qənaətinə gəldiyindən zərərçəkmiş şəxslərin mülki iddialarının təmin edilib həmin məbləğlərin təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərinin törədilməsindəki rollarınının, fəallıqlarının, cinayət əməllərinin nəticəsində əldə etdikləri mənfəəti birgə istifadə etmələri bərabər iştirak etmələrini nəzərə alıb təqsirləndirilən şəxslərdən müştərərək qaydada tutlub həmin şəxslərə ödənilməsini əsaslı sayır. Məhkəmədə, Zərərçəkmiş şəxs8 ona dəymiş ziyanın tam ödənildiyini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tələb və şikayətinin olmadığnı bildirdi. Məhkəmə həmin halı nəzərə alır. Məhkəmədə zərərçəkmiş şəxslər Ağayeva X23 Lalə Saleh qızı və Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulan mənəvi zərərə görə 50000 manat, Zərərçəkmiş şəxs2 ona vurulmuş mənəvi ziyana görə 100000 manat, Zərərçəkmiş şəxs3 ona vurulmuş mənəvi ziyana görə 100000 manat, Zərərçəkmiş şəxs4 ona vurulmuş mənəvi ziyana görə 100000 manat, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs9 mənəvi zərərə görə 10000 manat, Zərərçəkmiş şəxs12 mənəvi zərərə görə 5000 manat, Zərərçəkmiş şəxs10 ona vurulmuş mənəvi zərərə görə 20000 manat vəsaitin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub onlara ödənilməsini xahiş etdilər. Məhkəmə, həmin iddalarıda göstərilən halları müzakirə edib bu iddialarda dəymiş mənəvi zərərlərin nədən ibarət olmasının müəyyən olunmadığı qənaətinə gəlir və iddiadların bu hissələrinin baxılmamış saxlanılmasını və onlara həmin iddialarala mülki qaydada yenidən məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsini əsaslı sayır. Məhkəmə, X18, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7 mülki iddia verməmələrini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən 64 (altmış dörd) saat, Təqsirləndirilən şəxs2 Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili X21 tərəfindən ayrı-ayrılıqda 68 (altmış səkkiz) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə də Müdafiəçi2 384 (üç yüz səksən dörd) manat, müdafiəçi X11 408 (dörd yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilməsinə dair cinayət işinin istintaqı ilə əlaqədar məhkəmə ekspertizalarının keçirilməsinə 1057.45 (min əlli yeddi manat qırx beş qəpik) manat xərclənmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 hüquqi yardım göstərilməsi ilə bağlı 384 (üç yüz səksən dörd) manat vəsaitin, Təqsirləndirilən şəxs2 hüquqi yardım göstərilməsi ilə bağlı 408 (dörd yüz səkkiz) manat vəsaitin ayrı-ayrılıqda məhkəmə məsrəfləri qismində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə ödənilməsinin, məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 1057.45 (min əlli yeddi manat qırx beş qəpik) manatın bərabər hissələrlə təqsirləndirlən şəxslərdən tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki onların həmin məbləğlərin ödənilməsindən azad edilmələri üçün əsas müəyyən olunmadı. Məhkəmədə elan olunub araşdırılmış xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı “SM-G350E” “Galaxy Star 2 Plus” modelli “**********33561”, “**********33569” İMEİ kodlu mobil smartfon telefonu maddi sübut hesab edilmişdir. Həmin mobil telefon iş materiallarına əlavə edilmədiyi üçün məhkəmə mobil telefonu maddi sübutların siyahısından çıxarılmasını əasaslı sayır. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən xx xxxx 2019-cu il tarixli qərara əsasən iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmiş Şahid2 tərəfindən könüllü təqdim edilmiş üzərində “X30 Hüseyn...” yazıları olan laminasiya edilmiş vərəqin, Azercell, Bakcell və Azerfon mobil operatorlarından daxil olmuş “CD”(kompakt disklərin) disklərin, Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs1 ilə öz arasında sonuncunun Saleh: Mənə baxmısan vəziyyət necədir, ok. Hüseyn: Danışarıq 17si hər şeyi Saleh: Neçə gündür ürəyim ağrayır. Hüseyn: Sənin neyinı baxım.. tzemal olanda diyecem kef elə Saleh: ok məzmununda baş vermiş vatsap şəbəkəsində dialoq mətninin fotosunun, zərərçəkmiş şəxs Salaeh Xəlilov tərəfindən istintaqa təqdim olunmuş 1216 sms uzunluğunda 5.7 sm. enində olan kassa çek kağızında ərəb və ərəb hərflərinə oxşadılmaqla yazılmış yazılardan ibarət mətnin, “X72 X56” uazıları olan yaşıl üzlüklü kitabın, üzərində “əldə qələm qan ağlar” ələm rəsmi olan kitabların, təsbehin, 03 ədəd kiçik həcmli qıfılın, müxtəlif növ kiçik şamların, müxtəlif növ sapların üzərində “mərsiyyələr toplusu” yazıları olan ağ üzlüklü kitabın, 02 ədəd dini möhürlərin, üzərində 100 ABŞ dollarının rəsmi olan slindirik formalı dəmirdən qabın içərisində aşkar edilmiş dəfələrlə qırmızı qələmlə təkrarlanmaqla üzərində “Lalə Xala” və “sübhanəkə ya daimiu təaləytə...” yazıları olan 01 ədəd dəftər vərəqinin, üzərində “mərsiyyələr və nohələr kəlaminin naləsi” adlı qara üzlüklü kitabın, 01 ədəd elektron tərəzinin üzərində “üstündə saxla” kiril əlifbası ilə yazılmış ərəb dilində yazılmış yazıların olduğu kağız parçasını, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 telefonlarından Təqsirləndirilən şəxs2 mobil telefonlarını göndərilməsi iddia olunan yalan məzmunlu mətnlərin əks olunduğu mesajları və Zərərçəkmiş şəxs11 öz evində olarəkən Təqsirləndirilən şəxs2 pulnun tələb etdiyi mesajın əks olunun mobil operatorlardan daxil olan və iş üzrə maddi sübüt kimi tanınmış kompak disklərin (SD) cinayət işinin materiallarında saxlanılmasını, Bakı şəhər Baş Polis idarəsinin Təchizat şöbəsinin saxlanc yerinə verilmiş zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11 tərəfindən istintaqa könüllü təqdim edilmiş edilmiş sabun qırıntısının, sirkə qoxusu gələn yazıları silinmiş kağız parçalarının, balıncın, təsbehin, yaşıl rəngli parça bükmədə olan üzərində qılınc, balon, göz muncuğu, qara sapla bağlanmış qırmızı parça, dörkünc dini möhür, bükülmüş dəmir parçası, yapışqanlı lentə bükülmüş tüklü heyvan dərisinin istehlak dəyəri olmayan əşyalar kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onların barələrində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2018-ci il tarixli DİN-nin BƏSİİ tələbnamələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olunmamışlar. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqlarından onlara təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməli olmalarını nəzərə alır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldqları müddətin onların cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onların tutulduqları xx xxxx 2018-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə Zərərçəkmiş şəxs8 ona dəymiş zərərəin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənildiyini onlara qarşı tələbinin olmadığını bildirdi. Məhkəmə həmin halı təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkmədə Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 133820 manat, Zərərçəkmiş şəxs3 115000 manat, Zərərçəkmiş şəxs4 99000 manat məbləğlərində əmlaklarını ələ keçirərkən yetkinlik yaşına çatmaması müəyyən olundu. Məhkəmə həmin halı da Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə bundan başqa Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi Təqsirləndirilən şəxs1 himayəsində az yaşlı uşaqlarının olması əvvəllər məhkum olunmaması, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi əvvəllər məhkum olmaması müəyyən olundu. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir ailənin üzvüləri olmasını da onlara təyin ediləcək cəzaya təsir edən amil kimi qəbul edir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlnun və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlnun və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərini törətməmişdən qabaqkı, törədərkən və törətdikdən sonrakı davranışlarını, o cümlədən də, zərərçəkmiş şəxslərlə nəinki barşdıqları, hətta buna cəhd etməyib əksinə həmin şəxslərin onlara borclu olduqlarını uydurub, zərərçəkmiş şəxslərin şəxsiyyətinə toxunan qeyri-etik davranış nümayiş etdirib bu mövqedə qalmalarını nəzərə alıb onların qanuna münasibətdə riskli olub, ictimai təhlükəli əməllər törətməyə meyilli şəxslər olduğu qənaətinə gəlib onlara azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza təyin etmənin mümkün olmaması qənaətinə gəlir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaları fərdiləşdirərkən təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməllərində ümumilikdə eyni fəallıqla iştirak etdiklərini, lakin Təqsirləndirilən şəxs1 qurbanlarının əmlaklarını ələ keçirmək üçün həyat və hisslərinə xüsusi təcavüz edib onların dünyasını dəyişmiş əzizlərinin qəbirlərinin üzərində uydurma rituallar icra etməklə dolayısı ilə zərərçəkmiş şəxslərə qarşı mənəvi iztirablar verib onların əmlaklarını ələ keçirməkdə xüsusi fəallıq nümayiş etdirmişdir. Məhkəmə, bu səbəbdən də onlara eyni müddətli cəza təyin edilməsi qənaətinə gəlir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın müddətini təyin edərkən, onların tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, Təqsirləndirilən şəxs1 cəzasının yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmalarına və ailə həyat şəraitlərinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxx 2018-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxx 2018-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 7200 manat məbləğində maddi zərərin tutlub Zərərçəkmiş şəxs6, 216850 manat məbəlğində maddi zərərin tutulub Zərərçəkmiş şəxs11, 133820 manat məbləğində maddi zərərin tutulub Zərərçəkmiş şəxs2, 115000 manat məbləğində maddi zərərin tutulub zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3, 99000 manat məbləğində maddi zərərin tutulub zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4, 17450 manat məbləğində maddi zərərin tutlub zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs13, 8700 manat məbləğində maddi zərərin tutulub zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs12, 37375 manat məbləğində maddi zərərin tutulub Zərərçəkmiş şəxs10 ödənilməsinə dair zərəçəkmiş şəxslərin mülki iddiaları təmin edilsin. Həmin məbləğlər müştərək qaydada bərabər hissələrlə məhkum Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub zərərçəkmiş şəxslərə ödənilsin. Zərərçəkmiş şəxs8 dəymiş ziyanın tam ödənildiyi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulan mənəvi zərərə görə 50000 manat, Zərərçəkmiş şəxs2 ona vurulmuş mənəvi zərərəə görə 100000 manat, Zərərçəkmiş şəxs3 ona vurulmuş mənəvi ziyana görə 100000 manat, Zərərçəkmiş şəxs4 ona vurulmuş mənəvi ziyana görə 100000 manat, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs9 mənəvi zərərə görə 10000 manat, Zərərçəkmiş şəxs12 mənəvi zərərə görə 5000 manat, Zərərçəkmiş şəxs10 ona vurulmuş mənəvi zərərə görə 20000 manat vəsaitin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulması barədə iddiaları baxılmamış saxlanılsın və onlara həmin iddialarla mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs1 hüquqi yardım göstərilməsi ilə bağlı 384 (üç yüz səksən dörd) manat vəsait Müdafiəçi2 ödənilməsi üçün, Təqsirləndirilən şəxs2 hüquqi yardım göstərilməsi ilə bağlı 408 (dörd yüz səkkiz) manat vəsait X11 ödənilməsi üçün Bakı şəhəri 2 saylı vəkil bürosunun hesabına ödənilsin. Həmin məbləğlər ayrı-ayrılıqda, məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 1057.45 (min əlli yeddi manat qırx beş qəpik) manat vəsait bərabər hissələrlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmiş Şahid2 tərəfindən könüllü təqdim edilmiş üzərində “X30 Hüseyn...” yazıları olan laminasiya edilmiş vərəq, Azercell, Bakcell və Azerfon mobil operatorlarından daxil olmuş “CD”(kompakt disklərin) disklər, Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs1 ilə öz arasında sonuncunun Saleh: Mənə baxmısan vəziyyət necədir, ok. Hüseyn: Danışarıq 17-si hər şeyi Saleh: Neçə gündür ürəyim ağrayır. Hüseyn: Sənin neyinı baxım.. tzemal olanda diyecem kef elə Saleh: ok məzmununda baş vermiş vatsap şəbəkəsində dialoq mətninin fotosu, zərərçəkmiş şəxs Salaeh Xəlilov tərəfindən istintaqa təqdim olunmuş 1216 sm uzunluğunda 5.7 sm. enində olan kassa çek kağızında ərəb və ərəb hərflərinə oxşadılmaqla yazılmış yazılardan ibarət mətn, “X72 X56” uazıları olan yaşıl üzlüklü kitabı, üzərində “əldə qələm qan ağlar” ələm rəsmi olan kitablar, təsbeh, 03 ədəd kiçik həcmli qıfıl, müxtəlif növ kiçik şamlar, müxtəlif növ sapların üzərində “mərsiyyələr toplusu” yazıları olan ağ üzlüklü kitab, 02 ədəd dini möhür, üzərində 100 ABŞ dollarının rəsmi olan slindirik formalı dəmirdən qabın içərisində aşkar edilmiş dəfələrlə qırmızı qələmlə təkrarlanmaqla üzərində “Lalə Xala” və “sübhanəkə ya daimiu təaləytə...” yazıları olan 01 ədəd dəftər vərəqi, üzərində “mərsiyyələr və nohələr kəlaminin naləsi” adlı qara üzlüklü kitab, 01 ədəd elektron tərəzinin üzərində “üstündə saxla” kiril əlifbası ilə yazılmış ərəb dilində yazılmış yazıların olduğu kağız parçası, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 telefonlarından Təqsirləndirilən şəxs2 mobil telefonlarını göndərilməsi iddia olunan yalan məzmunlu mətnlərin əks olunduğu mesajlar və Zərərçəkmiş şəxs11 öz evində olarəkən Təqsirləndirilən şəxs2 pulnun tələb etdiyi mesajın əks olunun mobil operatorlardan daxil olan və iş üzrə maddi sübüt kimi tanınmış kompak disklər (SD) cinayət işinin materiallarında saxlanılsın, Bakı şəhər Baş Polis idarəsinin Təchizat şöbəsinin saxlanc yerinə verilmiş zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11 tərəfindən istintaqa könüllü təqdim edilmiş edilmiş sabun qırıntısı, sirkə qoxusu gələn yazıları silinmiş kağız parçaları, balınc, təsbeh, yaşıl rəngli parça bükmədə olan üzərində qılınc, balon, göz muncuğu, qara sapla bağlanmış qırmızı parça, dörkünc dini möhür, bükülmüş dəmir parçası, yapışqanlı lentə bükülmüş tüklü heyvan dərisi istehlak dəyəri olmayan əşyalar kimi məhv edilsin. Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı “SM-G350E” “Galaxy Star 2 Plus” modelli “**********33561”, “**********33569” İMEİ kodlu mobil smartfon telefonu sübutların siyahısından çıxarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Ramella Allahverdiyeva Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar