Məhkəmə qərarları › İş №1(101)-76/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-76/2023

20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-76/2023 20.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxslər Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə3, zərərçəkmiş hüquqi şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi «Pro-Bono» Vəkil Bürosunun vəkili Nümayəndə4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7 nümayəndəsi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Nümayəndə5, müdafiəçilər - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1977-ci ildə İsmayıllı rayonu, Mican kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, İsmayıllı rayonu, Mican kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Yasamal rayonu, MİDA sosial evlər, bina 27, mənzil 39-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsində işləyən X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşmiş, Elnur Şıxəhmədi öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs2 MMC-nin satış müdiri Şahid7 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edib, qanuni təmsilçisi (direktoru) olduğu MMC-nin «ketrinq şirkəti», yüzdən artıq işçisi olduğu, respublikada fəaliyyət göstərən digər ketrinq şirkətlərinə də rahatlıqla malları sata bildiyi, balıq və balıq əti məhsullarının satışını asanlıqla həyata keçirə bildiyi, satışları həyata keçirmək üçün «Meyvəli Bazarda» və Binə qəsəbəsində soyuducu anbarlarının olduğu haqqında həqiqətə uyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktoru) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqqında həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, Zərərçəkmiş şəxs2 MMC-dən nisyə almaq istədiyi balıq və balıq əti məhsullarının dəyərini 7 (yeddi) gün ərzində nağdsız hesablaşma yolu ilə Zərərçəkmiş şəxs2 MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2019-cu il tarixdə Elnur Şıxəhmədinin sifarişi ilə Bakı şəhəri, Qaradağ rayonu, «Sədərək» Ticarət Mərkəzinin yaxınlığına gətirilmiş dəyəri 13.523,70 manat təşkil edən 2217 kiloqram çəkidə başsız skumbriya balığı və dəyəri 8.840 manat təşkil edən 1700 kiloqram çəkidə tikə panqasius balığını, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Elnur Şıxəhmədinin sifarişi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə Donuzçuluq sovxozunda yerləşən «Cücə saxlama və kəsimi sexinə» gətirilmiş dəyəri 16.531 manat təşkil edən 2710 kiloqram çəkidə başsız skumbriya balığını, bununla 38.894,70 manat dəyərində balıq və balıq əti məhsullarını Zərərçəkmiş şəxs2 MMC-nin sürücüsü Şahid9 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə 38.894,70 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsində işləyən X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşmiş, Elnur Şıxəhmədi öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs3 MMC-nin supervayzeri Şahid10 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktoru) olduğu MMC-nin çoxlu sayda otel və istirahət mərkəzləri ilə işləyib, onları qida və qeyri-qida məhsulları ilə təmin etdiyi, bunun sifariş əsasında həyata keçirildiyi haqqında həqiqətə uyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktoru) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqqında həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, Zərərçəkmiş şəxs3 MMC-dən nisyə almaq istədiyi şirniyyat qida məhsullarının dəyərini 15 (on beş) gün ərzində nağdsız hesablaşma yolu ilə Zərərçəkmiş şəxs3 MMCnin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2019-cu il tarixdə Elnur Şıxəhmədinin sifarişi ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 23 ünvanına gətirilmiş dəyəri 3.979,66 manat təşkil edən 1050 kiloqram çəkidə «Korovka 7x1», dəyəri 147 manat təşkil edən 30 kiloqram çəkidə «Beşanaya Pçelka 6x1», dəyəri 962,5 manat təşkil edən 175 kiloqram çəkidə «Moloçnaya Kaplya 7x1», dəyəri 472,5 manat təşkil edən 105 kiloqram çəkidə «Raçki 7x1», dəyəri 142 manat təşkil edən 40 kiloqram çəkidə «Karamelkino Barbaris 8x1», dəyəri 994 manat təşkil edən 280 kiloqram çəkidə «Karamelkino Myata 8x1», dəyəri 708 manat təşkil edən 120 kiloqram çəkidə «X64 6x1», dəyəri 124,25 manat təşkil edən 35 kiloqram çəkidə «Sitrus Miks 7x1», dəyəri 130,5 manat təşkil edən 30 kiloqram çəkidə «Fudgenta 6x1», dəyəri 113,25 manat təşkil edən 15 kiloqram çəkidə «X55 1x1», dəyəri 235,6 manat təşkil edən 76 kiloqram çəkidə «Slivkino 1x3,8» və dəyəri 175 manat təşkil edən 50 kiloqram çəkidə «Xrustik MAK 1x5», sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Elnur Şıxəhmədinin sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 2.653,41 manat təşkil edən 700 kiloqram çəkidə «Korovka 7x1», bununla da 10.837,67 manat dəyərində şirniyyat qida məhsullarını Zərərçəkmiş şəxs3 MMC-nin ekspeditoru Şahid11 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə 10.837,67 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsində işləyən X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşmiş, Elnur Şıxəhmədi öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs4 MMCnin direktoru Şahid12 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktoru) olduğu MMC-nin təmir-tikinti işləri, çoxlu sayda layihələrin icrası ilə məşğul olduğu haqqında həqiqətə uyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktoru) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqqında həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, Zərərçəkmiş şəxs4 MMC-dən nisyə almaq istədiyi istilik sistemləri mallarının dəyərini 1 (bir) ay ərzində nağdsız hesablaşma yolu ilə Zərərçəkmiş şəxs4 MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1022-ci məhəllə, “Bakı Satış Mərkəzində” yerləşən anbarından ümumi dəyəri 139,83 manat təşkil edən 05 ədəd VA DİJİTAL KOMBİ REQULYATORU, ümumi dəyəri 5.121,20 manat təşkil edən 6.200 ədəd BORU AL PERT BORU 16 mm, ümumi dəyəri 2.124 manat təşkil edən 2.000 ədəd BORU UNİDELTA OKS. BARYERLİ 16 200 m (göy), ümumi dəyəri 1.219,18 manat təşkil edən 2 ədəd KOMBİ GAS BOİLER- 32A, ümumi dəyəri 1.352,28 manat təşkil edən 3 ədəd KOMBİ GAS BOİLER B-JLG- 24KW, ümumi dəyəri 1.623,09 manat təşkil edən 3 ədəd KOMBİ GAS BOİLER B-JLG- 28KW, ümumi dəyəri 1515,12 manat təşkil edən 600 ədəd RADİATOR ASİLQANİ, ümumi dəyəri 5.664 manat təşkil edən 400 ədəd RADİATOR HELYOS EVO 350 (1 seksiya), ümumi dəyəri 22.656 manat təşkil edən 1600 ədəd RADİATOR HELYOS EVO 500 (1 seksiya), ümumi dəyəri 1.722,80 manat təşkil edən 100 ədəd RADİATOR OTTİMO 500 (1 seksiya), ümumi dəyəri 22.302 manat təşkil edən 270 ədəd RADİATOR (ALÜMİNİUM) MODEL ROSALİN 500-100 (10), ümumi dəyəri 6.608 manat təşkil edən 80 ədəd RADİATOR (ALÜMİNİUM) MODEL STALBİ 500-100 (10) və ümumi dəyəri 1.670,88 manat təşkil edən 20 ədəd RADİATOR (ALÜMİNİUM) MODEL VUL RAD 500-100 (10 s-a), sonuncu dəfə xx.xx.2020-ci il tarixdə eyni ünvandan ümumi dəyəri 21,03 manat təşkil edən 396 ədəd ZAQLUSKA 20, ümumi dəyəri 9,63 manat təşkil edən 04 ədəd VENTİL QİRMİZİ BAŞ 25, ümumi dəyəri 867,30 manat təşkil edən 150 ədəd VENTİL KAFELALTİ 3/4, dəyəri 177 manat təşkil edən 1 ədəd VENTİL 3/4 KURESEL, ümumi dəyəri 26,67 manat təşkil edən 04 ədəd VENTİL TREKORLU KELEBEK KURESEL, ümumi dəyəri 5,73 manat təşkil edən 02 ədəd VENTİL 32*1*32, ümumi dəyəri 248,54 manat təşkil edən 119 ədəd VENTİL 3/4 kepenek, ümumi dəyəri 709,65 manat təşkil edən 124 ədəd VENTİL 3/4, ümumi dəyəri 267,27 manat təşkil edən 150 ədəd VENTİL 1/2 kepenek, ümumi dəyəri 107,97 manat təşkil edən 06 ədəd TEZYİQ KONTROLU DSK-3, ümumi dəyəri 38,94 manat təşkil edən 300 ədəd TE-25 boru keçidi, ümumi dəyəri 28,08 manat təşkil edən 20 ədəd REKOR l/D 3/4, ümumi dəyəri 38 manat təşkil edən 50 ədəd REKOR l/D 25 1/2, ümumi dəyəri 122,34 manat təşkil edən 64 ədəd REKOR l/D 1, ümumi dəyəri 74,63 manat təşkil edən 65 ədəd REKOR C/D 32x1, ümumi dəyəri 37,95 manat təşkil edən 24 ədəd REKOR C/D 3/4, ümumi dəyəri 31,10 manat təşkil edən 46 ədəd REKOR C/D 25 1/2, ümumi dəyəri 113,58 manat təşkil edən 55 ədəd REKOR C/D 1, ümumi dəyəri 311,52 manat təşkil edən 08 ədəd VENTİLLİ KOLLEKTOR 11 çıxışlı, ümumi dəyəri 12.489,12 manat təşkil edən 9.800 ədəd BORU FİBER 25, ümumi dəyəri 796,74 manat təşkil edən 160 ədəd BORU FİBER 50, ümumi dəyəri 99,12 manat təşkil edən 100 ədəd BORU SADƏ 25, ümumi dəyəri 89,21 manat təşkil edən 02 ədəd DƏSMAL QURUDAN LUNA 500/750, ümumi dəyəri 90,86 manat təşkil edən 1.000 ədəd DİRSƏK 90*25, ümumi dəyəri 10,83 manat təşkil edən 12 ədəd KOLLEKTOR XAMUTU, ümumi dəyəri 10,27 manat təşkil edən 150 ədəd MUFTA 25, bununla 90.541,46 manat dəyərində istilik sistemləri mallarını Zərərçəkmiş şəxs4 MMC-nin anbardarı Şahid14 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 90.541,46 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsində işləyən X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşmiş, Elnur Şıxəhmədi öz qulluq mövqeyindən istifadə edib "xxxx" MMC-nin satış müdiri Zərərçəkmiş şəxs5 özünü etibariı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktoru) olduğu MMC-nin böyük şirkət olduğu, əllidən artıq texnika, yüzdən artıq yük avtomobillərinin olduğu, dövlət layihələri və sifarişləri əsasında fəaliyyət göstərdiyi, «Vətən Müharibəsi» ilə əlaqədar sərhədyanı ərazilərdə tikinti-təmir və bərpa işləri, yol tikintisi həyata keçirdikləri barədə həqiqətə uyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqqında həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, "xxxx" MMC-dən nisyə almaq istədiyi yük avtomobilləri üçün şinlərin dəyərini 15 (on beş) gün ərzində nağdsız hesablaşma yolu ilə "xxxx" MMCnin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2020-ci il tarixdə Elnur Şıxəhmədinin sifarişi ilə ünvan 1 ünvanında yerləşən «Pullman Hotelə» gətirilmiş ümumi dəyəri 19.198,98 manat təşkil edən 24 ədəd 315/80R22,5 ROADSHİNE 20 PR TL RS602 157/154K, 16 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K və 10 ədəd 10.00R20 CORDİANT İ- 281,U-4 nc18, xx.xx.2020-ci il tarixdə Elnur Şıxəhmədinin sifarişi ilə eyni ünvana gətirilmiş ümumi dəyəri 10.115,95 manat təşkil edən 06 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS622 156/153G və 16 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin ünvan 2, «Bakı-Astara Yolu»nun kənarında yerləşən anbarından ümumi dəyəri 9.329,60 manat təşkil edən 08 ədəd 315/80R22,5 ROADSHİNE 20 PR TL RS602 157/154K və 14 ədəd 12.00R20, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə eyni ünvandan ümumi dəyəri 3.678,53 manat təşkil edən 08 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K, bununla 42.323,06 manat dəyərində yük avtomobilləri üçün şinləri qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs5 42.323,06 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsində işləyən X17 və X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşmiş, Elnur Şıxəhmədi öz qulluq mövqeyindən istifadə edib "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs6 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi olduğu MMC-nin böyük şirkət olub balansında çoxlu sayda «Shacman» markalı yük avtomobillərinin olduğu, işğaldan azad edilmiş Qarabağ bölgəsində tikinti-təmir işləri həyata keçirdikləri barədə həqiqətə uyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqqında həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, "xxxx" MMC-dən nisyə almaq istədiyi yük avtomobilləri üçün şinlərin dəyərini 5 (beş) gün ərzində nağdsız hesablaşma yolu ilə "xxxx" MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra ilkin ödəniş kimi 2.000 manat nağd pul ödəyib xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanından ümumi dəyəri 6.929,97 manat təşkil edən 18 ədəd ROADSHİNE 315/80 22,5 və ümumi dəyəri 6480,03 manat təşkil edən 12 ədəd ROADSHİNE 12.00 R20, bununla 13410 manat dəyərində yük avtomobilləri üçün şinləri qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb ələ keçirərək Zərərçəkmiş şəxs6 11.410 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsində işləyən X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşmiş, Elnur Şıxəhmədi öz qulluq mövqeyindən istifadə edib fərdi sahibkar Zərərçəkmiş şəxs7 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktoru) olduğu MMC-nin müxtəlif müəssisələri, şirniyyat evlərini və mağazaları quru meyvə və çərəzlərlə təmin etdiyi haqda həqiqətə uyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqqında həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, nisyə almaq istədiyi quru meyvə və çərəzlərin dəyərini 15 (on beş) gün ərzində nağdsız hesablaşma yolu ilə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə "xxxx" MMC ilə fiziki şəxs Zərərçəkmiş şəxs7 arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2021-ci il tarixdə Elnur Şıxəhmədinin sifarişi ilə ünvan 3 ünvanına gətirilmiş ümumi dəyəri 4.440 manat təşkil edən 300 kiloqram çəkidə fındıq, ümumi dəyəri 728 manat təşkil edən 70 kiloqram çəkidə kişmiş, ümumi dəyəri 1.480 manat təşkil edən 100 kiloqram çəkidə badam və ümumi dəyəri 3.640 manat təşkil edən 350 kiloqram çəkidə ləpəni, xx.xx.2021-ci il tarixdə Elnur Şıxəhmədinin sifarişi ilə eyni ünvana gətirilmiş ümumi dəyəri 4.440 manat təşkil edən 300 kiloqram çəkidə qovrulmuş fındıq, ümumi dəyəri 900 manat təşkil edən 100 kiloqram çəkidə qara kişmiş, ümumi dəyəri 520 manat təşkil edən 100 kiloqram çəkidə araxis, ümumi dəyəri 1.530 manat təşkil edən 60 kiloqram çəkidə antep püstəsi və ümumi dəyəri 1.560 manat təşkil edən 150 kiloqram çəkidə qoz ləpəsini, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 7 ünvanında yerləşən «Yaşıl Bazarın» qarşısından ümumi dəyəri 5.920 manat təşkil edən 400 kiloqram çəkidə qovrulmuş fındıq və ümumi dəyəri 3.640 manat təşkil edən 350 kiloqram çəkidə qoz ləpəsini, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə eyni ünvandan ümumi dəyəri 2.420,08 manat təşkil edən 232,70 kiloqram çəkidə qoz ləpəsi, ümumi dəyəri 728 manat təşkil edən 70 kiloqram çəkidə kişmiş, ümumi dəyəri 1.480 manat təşkil edən 100 kiloqram çəkidə badam və ümumi dəyəri 9.620 manat təşkil edən 650 kiloqram çəkidə fındığı, bununla 43.046,08 manat dəyərində quru meyvə və çərəzləri qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs7 43.046,08 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 ümumi tanışları olan və onunla qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş X7 azadlığa çıxması üçün zərərçəkmiş şəxslərə ödənilməsindən ötrü 8.000 manat pul tapıb ona verməsini istəmiş, 10 (on) günə həmin pulu özünün Zərərçəkmiş şəxs8 qaytaracağına dair yalandan vəd vermiş və xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında Zərərçəkmiş şəxs8 8.000 manat pulu almaqla qaytarmaq fikrində olmayıb ələ keçirərək Zərərçəkmiş şəxs8 8.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və mülki iddiaları qəbul etməyərək ifadəsində göstərdi ki, o, 1999-cu ildən Bakı şəhəri, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən və «Meyvəli Bazar» kimi tanınan ərazidə ticarətlə, yəni meyvə-tərəvəzlərin alqı-satqısı ilə məşğul olmuşdur. O, X10 2019-cu ilin yanvar ayından etibarən tanıyır, onların arasında normal münasibətlər olmuşdur. Elnur Şıxəhmədi ilə onun tanışlığı ticarətlə bağlı yaranmışdır. Belə ki, onu Elnur Şıxəhmədi ilə tanış edən şəxs ona demişdir ki, Elnur Şıxəhmədi "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir və sonuncunun işlətdiyi şirkət də meyvə-tərəvəzlərin ticarəti ilə məşğul olur. O, Elnur Şıxəhmədinin meyvə-tərəvəzləri dəqiq olaraq kimə satdığını bilməmişdir. O, meyvətərəvəz ticarəti ilə məşğul olduğundan ticarəti artırmaq məqsədi ilə Elnur Şıxəhmədi ilə görüşüb söhbət etmişdir. Söhbət əsnasında Elnur Şıxəhmədi ondan nisyə şəkildə meyvətərəvəz almaq istədiyini bildirmişdir. O, Elnur Şıxəhmədini yaxşı tanımadığından sonuncunun təklifi barədə düşünüb bir müddətdən sonra fikir bildirəcəyini demişdir. Bunu deməkdə onun məqsədi Elnur Şıxəhmədinin fəaliyyəti ilə yaxından tanış olmaq istəyi ilə bağlı olmuşdur. Bu söhbətdən sonra o, Elnur Şıxəhmədinin işlətdiyi şirkətlə maraqlanmış və ona məlum olmuşdur ki, Elnur Şıxəhmədinin işlətdiyi "xxxx" MMC Azərbaycan Respublikasında uğurla fəaliyyət göstərən «Oba Market»lər şəbəkəsi ilə işləmiş, yəni həmin şəbəkəyə daxil olan marketlərə qida məhsulları satmışdır. Bundan sonra o, Elnur Şıxəhmədi ilə görüşüb sonuncunun təklifi ilə razı olduğunu, yəni Elnur Şıxəhmədiyə nisyə şəkildə meyvə-tərəvəz satmağa razı olduğunu demişdir. Lakin onların arasında bununla bağlı yazılı müqavilə bağlanmamışdır. Onlar şifahi formada razılıq əsasında ticarətlə məşğul olmağa dair razılaşmışlar. 2019-cu ilin yanvar ayından etibarən həmin ilin 03 mart tarixinədək olan müddətdə o, "xxxx" MMC-yə hissə-hissə olmaqla, Elnur Şıxəhmədinin təklifinə əsasən ümumilikdə 560.000 manat dəyərində meyvə-tərəvəz vermişdir. Təhvil verilən meyvələrin arasında sitrus meyvələri və alma, tərəvəzlərdən xiyar, pomidor, bibər, kök olmuşdur. X39 verdiyi meyvə-tərəvəzin ümumi dəyəri 560.000 manat olsa da, Elnur Şıxəhmədi həmin məbləğin bir hissəsini, yəni əvvəlcə 140.000 manat, sonra isə 40.000 manat olmaqla, ona ümumilikdə 180.000 manat pul ödəmişdir. O, Elnur Şıxəhmədinin ona qaytardığı pulları hansı mənbədən əldə etməsi ilə maraqlanmamışdır. Elnur Şıxəhmədi qalan pulu sonradan ödəyəcəyinə dair ona vəd versə də, pulu ödəməmişdir. Bununla belə o, Elnur Şıxəhmədidən şikayət etməmişdir. O, Elnur Şıxəhmədi ilə dəfələrlə görüşüb öz pulunu tələb etmiş, X44 hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ona qaytarmamışdır. Bundan başqa, o, X9 qəsəbəsində kolbasa və sosiska istehsalı ilə məşğul olduğunu bilmiş, habelə bir dəfə iri təkər satmağını görmüşdür. O, Elnur Şıxəhmədinin başqa nə işlərlə məşğul olması ilə maraqlanmamışdır. Elnur Şıxəhmədi onu hər hansı bir məhsulun satışı ilə məşğul olan şəxslərlə tanış etməmişdir. Elnur Şıxəhmədinin hər hansı bir şirkətlə əlaqələrinin olub-olmamasından onun xəbəri olmamışdır. O, X3 bir ildə tanımışdır. Belə ki, X61 Şıxəhmədidən təkər almağa müştəri gətirmiş, Elnur Şıxəhmədi də onu borcundan pul qaytaracağı üçün ora çağırmışdır. X23 həmin vaxt pul verməmişdir. O, Anar Mehdiyevi cəmi 2-3 dəfə görmüş və sonuncunun nə işlə məşğul olduğunu bilməmişdir. Bundan başqa, onun Elnur Şıxəhmədinin istilik sistemlərinin satışı ilə məşğul olması barədə məlumatı olmamış, habelə o, istilik sistemlərinin alqı-satqı müqaviləsi bağlamasında iştirak etməmişdir. O, Elnur Şıxəhmədinin «Babək Plaza»nın 6-cı mərtəbəsində yerləşən ofisinə Elnur Şıxəhmədinin ona olan borcunu qaytarması üçün getmiş, habelə Şahid12 və Şahid13 da orada görmüşdür. O, Elnur Şıxəhmədinin onu həmin şəxslərə öz işcisi kimi təqdim etməsini bilməmişdir. Elnur Şıxəhmədinin Zərərçəkmiş şəxs7 ilə müqavilə bağlamasından onun xəbəri olmamışdır. Ola bilsin ki, o, həmin vaxt ofisdə olmuş, X44nin Zərərçəkmiş şəxs7 ilə müqavilə bağlamasından onun xəbəri olmamışdır. O, Elnur Şıxəhmədi ilə 1-2 dəfə birlikdə ofis götürmüş, lakin bu elə-belə bir işbirliyi olmuşdur. O, Elnur Şıxəhmədinin yerini bilmək üçün sonuncunun ofis icarəyə götürməsində iştirak etmişdir. O, Elnur Şıxəhmədinin hər hansı şirkət və ya şəxslərlə müqavilə bağlamasında iştirak etməmiş, habelə Elnur Şıxəhmədinin adından hər-hansı şirkət ilə mal alınıbsatılmasında iştirak etməmişdir. O, heç vaxt Bakı şəhəri, Nərimanov rayonunda yerləşən anbardan mal götürməmişdir. 1-2 dəfə olub ki, Elnur Şıxəhmədi ondan xahiş etmişdir ki, Elnur Şıxəhmədinin adından borcun ödənilməsinə möhlət verilsin. O, Zərərçəkmiş şəxs8 Elnur Şıxəhmədinin sürücüsü kimi tanımış və Zərərçəkmiş şəxs8 maaşı Elnur Şıxəhmədi vermişdir. Zərərçəkmiş şəxs8 narkotik istifadəçisidir. O, Elnur Şıxəhmədinin ofisində olanda Zərərçəkmiş şəxs8 iradını bildirərək «mən olan yerdə narkotik çəkmə» demiş və bundan sonra Natiq onunla düşmənçilik etməyə başlamışdır. Zərərçəkmiş şəxs8 onun barəsində etdiyi şikayət əsassızdır. Belə ki, Zərərçəkmiş şəxs8 ona 8.000 manat pul verməsi yalandır. O, X27 üçün və ya hər hansı bir başqa məqsədlə heç bir məbləğdə pul almamış, habelə Natiqin göstərdiyi vaxt ümumiyyətlə Bakı şəhərində olmamış, həmin vaxt Mingəçevirdə olmuşdur. Zərərçəkmiş şəxs8 anası ona zəng edərək 8.000 manatı qaytarmasını ondan tələb etdikdə onun bu barədə məlumatı olmuş və o, bildirmişdir ki, «Natiq mənə pul verməyib». O, Mingəçevir şəhərinə nişan mərasimində iştirak etmək üçün getmişdir. Bu faktı təsdiq edəcək onun sübutları var. Belə ki, həmin vaxt onun istifadəsində ***-***-**-** mobil nömrəsi olmuş, ***-***-**-** mobil nömrəsini isə arabir istifadə etmişdir. Elnur Şıxəhmədi onun istifadəsində olan mobil nömrədən ***-***-**-** mobil nömrəsinə zəng etmişdir. Belə ki, Elnur Şıxəhmədidə «smartfon» olmadığı üçün ondan telefonu götürüb ailəsi ilə görüntülü danışmış və belə məqamlarda o, Elnur Şıxəhmədinin yanında olmamışdır. Ola bilər ki, Elnur Şıxəhmədi həmin vaxtlarda eyni zamanda öz işi ilə bağlı şəxslərə zəng edərək söhbət etmiş, lakin onun bundan xəbəri olmamışdır. Onun istifadəsində qara rəngli **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil olsa da, o, Mingəçevirə gedəndə «Neolit» restoranının yanında yerləşən «RentACar»dan sonu 011 ilə bitən «Kia Optima» markalı avtomobili icarəyə götürmüşdür. O, ümumiyyətlə Elnur Şıxəhmədi tutularkən Zərərçəkmiş şəxs8 vasitəsilə kimdənsə pul almasının şahidi olmamışdır. Onun Zərərçəkmiş şəxs2 MMC ilə bağlı hər hansı bir hərəkəti olmamışdır. Onun Zərərçəkmiş şəxs3 MMC ilə hər hansı bir münasibəti və ya ticarəti olmamışdır. Onun Zərərçəkmiş şəxs4 MMC-nin əmlakının ələ keçirilməsinə də aidiyyatı yoxdur. Elnur Şıxəhmədinin həmin şirkətlə müqavilə bağlamasından onun xəbəri olmamışdır. O, Elnur Şıxəhmədiyə mal verilməsində nə iştirak etmiş, nə də hansısa sənədi imzalamışdır. O, Zərərçəkmiş şəxs4 MMC-nin rəhbəri Şahid12 tanımamış, sonuncu ilə telefon vasitəsilə danışmamış, sonuncunun anbarından heç vaxt mal götürməmiş, hər hansı bir aktı təhvil verməmişdir. Ola bilər ki, X40 Aslanlıya onun öz işçisi olmasını deyərək aldatmışdır. Həqiqətdə isə o, heç vaxt Elnur Şıxəhmədinin işçisi olmamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs4 MMC-nin işçisi Şahid13 "xxxx" MMC-nin adından heç bir məhsul götürməmiş, habelə Emillə heç bir danışıqda iştirak etməmişdir. Bu mənada Şahid13 şahid qismində verdiyi ifadə yalandır. Belə ki, o, Şahid13 zəng etməmiş və mallar barədə sifariş verməmiş, ümumiyyətlə özünü Elnur Şıxəhmədinin işçisi kimi təqdim etməmiş və malların satışını həyata keçirməmişdir. Onun hazırki cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış hüquqi və fiziki şəxslərlə hər hansı birbaşa münasibəti və ya alış-verişi olmamışdır. Belə olan halda onun həmin şəxslərə qarşı dələduzluq etməsi mümkün deyil. O, heç vaxt Elnur Şıxəhmədi ilə əlbir olmamış və ittiham aktında göstərilən zərərçəkmiş hüquqi və fiziki şəxslərə qarşı cinayət törətməmiş, habelə zərərçəkmiş hüquqi və fiziki şəxslərin əmlakını və pulunu ələ keçirməmiş, heç kimdən pul almamış, heç bir şirkətin əmlakını mənimsəməmişdir. O, Elnur Şıxəhmədinin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə razı deyil, həmin ifadə doğru deyil. O, təmiz adamdır və heç kəsə qarşı dələduzluq etməmişdir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin izahatını, zərərçəkmiş şəxslərin və şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində tanınmış hüquqi və fiziki şəxslərə qarşı dələduzluq cinayətini törətməməsi, sonuncuların əmlakını və ya pullarını ələ keçirməməsi və mənimsəməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Eyni zamanda məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi qismində izahatı alınmış Nümayəndə1 göstərdi ki, o, Zərərçəkmiş şəxs1 ASC-də hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 ASC toyuq əti və toyuq əti məhsullarının istehsalı ilə məşğul olur, həmçinin satış nümayəndələri vasitəsilə toyuq əti və toyuq əti məhsullarının satışını həyata keçirir. Satışın təşkili tərəflər arasında bağlanmış müqavilə və digər sənədlər əsasında həyata keçirilir. X17 "xxxx" MMC-nin direktoru kimi Zərərçəkmiş şəxs1 şirkətinə müraciət edərək toyuq məhsulları almaq istədiyini bildirmiş və sonra tərəflər arasında bu barədə müqavilə bağlanmışdır. Zərərçəkmiş şəxs1 ASC tərəfindən Elnur Şıxəhmədiyə ümumilikdə 98.584,56 manat dəyərində toyuq əti və toyuq əti məhsulları verilmişdir. Elnur Şıxəhmədi isə bunun müqabilində 1 (bir) dəfə olmaqla, cəmi 4.000 manat məbləğində pul ödəmiş, qalan məbləğdə məhsulları ələ keçirərək dəyərini ödəməmişdir. Şirkətin nümayəndələri Elnur Şıxəhmədidən ödənilməli olan pulu tələb etdikdə, Elnur Şıxəhmədi yenidən şirkətin əməkdaşlarını aldadaraq şirkətə 88.584.56 manat məbləğində borcunun olduğunu bildirmişdir. Elnur Şıxəhmədi şirkətə 10.000 manat məbləğində pul ödəməmişdir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs ilə onun nümayəndəsi olduğu Zərərçəkmiş şəxs1 ASC arasında hər hansı müqavilə bağlanmamış, şirkət tərəfindən Təqsirləndirilən şəxs məhsul verilməmiş və satılmamışdır. Zərərçəkmiş şəxs1 ASC-nin hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 izahatında göstərmiş olduğu halların nəzərə alınaraq 98.584,56 manat məbləğində pul vəsaitinin Elnur Şıxəhmədidən tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi qismində izahatı alınmış Nümayəndə4 göstərdi ki, o, iş üzrə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 MMC-ni təmsil etmiş və ibtidai istintaq zamanı onların şikayət ərizəsinə qədər təqsirləndirilən şəxslər X17 və Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmışdır. İş materiallarından da görünür ki, cinayət işi üzrə icraat müxtəlif vaxtlarda Elnur Şıxəhmədinin olduğu yerin müəyyən edilməsi və sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün dəfələrlə dayandırılmış, sonradan müəyyən istintaq hərəkətlərinin aparılması məqsədilə icraat təzələnmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 MMC-nin direktoru və iş üzrə şahidlər ifadə vermişlər. İbtidai istintaq orqanına təqdim edilmiş müqavilə və qaimələrdən görünür ki, Zərərçəkmiş şəxs4 MMC-yə vurulmuş zərərin ümumi məbləği 90.541 manat təşkil edir. Sonradan iş üzrə digər zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-ni nümayəndəsi kimi o, həmin şirkəti təmsil etmişdir. İstintaq orqanı tərəfindən işin tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X17 onun təmsil etdiyi hər 2 (iki) şirkətə dəymiş zərərin vurulmasını qabaqcadan əlbir olduğu digər Təqsirləndirilən şəxs ilə birlikdə qrup halında həyata keçirmişdir. Bu səbəbdən də iş üzrə məhkəmə icraatı zamanı o, mülki iddiaları hər iki təqsirləndirilən şəxsə münasibətdə irəli sürmüş və hazırda təqsirləndirilən şəxslər tərəfindən onun təmsil etdiyi hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsini tələb edir. Eyni zamanda Zərərçəkmiş şəxs4 MMC-yə vurulmuş zərərin 500 manat hissəsi vurulmuş zərərə münasibətdə Elnur Şıxəhmədi tərəfindən ödənilmiş, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs yaxın qohumları zənglər edərək şirkətin nümayəndələri ilə görüşmək istədiklərini bildirmişlər. Lakin bu görüş təklifləri real olmadığından, yəni şirkətə dəymiş zərərin ödənilməsi ilə bağlı real təkliflər irəli sürülmədiyindən görüşlər təşkil edilməmişdir. O, nümayəndəsi olduğu digər zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə təqsirləndirilən şəxslər tərəfindən vurulmuş zərərə münasibətdə bildirmişdir ki, həmin şirkətə vurulmuş zərərin məbləği mülki iddia ərizəsində göstərilən məbləğdədir. Belə ki, iş üzrə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 MMC tərəfindən də ibtidai istintaq orqanına təqsirləndirilən şəxslər barəsində şikayət ərizələri daxil olmuş və istintaq orqanı tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, X45 Babayev ilə qabaqcadan əlbir olaraq həmin şirkətə 38.894,70 manat məbləğində zərər vurmuşdur. Bu zərər onun tərəfindən Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi qismində məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsində də öz əksini tapmışdır. O, hər iki mülki iddia ərizəsini müdafiə edir. Zərərçəkmiş hüquqi şəxslər Zərərçəkmiş şəxs4 MMC və Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə4 izahatında yekun olaraq Təqsirləndirilən şəxs özü və ya yaxın qohumları tərəfindən onun təmsil etdiyi zərərçəkmiş hüquqi şəxslərə vurulmuş zərərin hər hansı bir hissəsinin ödənilməməsini, bu barədə Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən cəhdlər göstərilsə də, real ödənişlər həyata keçirilməmiş, buna görə də Təqsirləndirilən şəxs şikayətçi olduqlarını və dəymiş ziyanın ödənilməsini tələb etdiklərini bildirmişdir. Zərərçəkmiş hüquqi şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi Nümayəndə4 izahatında göstərmiş halların nəzərə alınaraq hər 2 (iki) zərərçəkmiş hüquqi şəxsə vurulmuş zərərin təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq həmin hüquqi şəxslərə ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi qismində izahatı alınmış Nümayəndə3 göstərdi ki, o, 2018-ci ildən əmək müqaviləsi əsasında Zərərçəkmiş şəxs3 MMC-də hüquqşünas vəzifəsində işləyir və həmin şirkətin baş direktorunun onun adına verdiyi etibarnamə əsasında MMC-nin səlahiyyətli nümayəndəsi qismində çıxış edir. Zərərçəkmiş şəxs3 MMC Azərbaycan Respublikasına xarici ölkələrdən qida və qeyri-qida məhsullarının idxalı ilə məşğuldur və bir qayda olaraq həmin malların pərakəndə satışını həyata keçirir. Onun təmsil etdiyi hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC ilə "xxxx" MMC arasında 04 yanvar 2019-cu il tarixdə 193093 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və satışını həyata keçirmək üçün Zərərçəkmiş şəxs3 MMC tərəfindən "xxxx" MMC-yə 10.000 manat dəyərində şirniyyat məhsulları təqdim edilmişdir. Bu məhsullar şəxsən "xxxx" MMC-nin direktoru X11 təhvil verilmiş və bununla bağlı şahidlər vardır. Hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə vurulmuş zərərin Təqsirləndirilən şəxs heç bir aidiyyəti yoxdur. Onun təmsil etdiyi şirkətə ziyan Elnur Şıxəhmədi tərəfindən vurulmuşdur. Buna görə də onun təmsil etdiyi hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən də Zərərçəkmiş şəxs3 MMC "xxxx" MMC-yə məhsulların verilməsi müqabilində vurulmuş ziyanı, yəni ümumilikdə 10.837,67 manat məbləğində pulu bilavasitə Elnur Şıxəhmədidən tələb edir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə3 izahatında göstərmiş olduğu halların nəzərə alınaraq ümumilikdə 10.837,67 manat məbləğində pulun Elnur Şıxəhmədidən tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, hazırda "xxxx" MMC-də satış meneceri vəzifəsində işləyir. Cinayət hadisəsi baş verən ərəfədə o, həmin müəssisədə satış müdiri vəzifəsində işləmişdir. "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi 45-dir, anbar isə ünvan 2, «Bakı-Astara Yolu»nun kənarında yerləşir. Həmin yerdə, həmçinin "xxxx" MMC-nin anbarı yerləşir. Şirkətin satdığı «Roadshine» şinləri Xocahəsən qəsəbəsindəki şirkətə məxsus olan anbarda saxlanılmışdır. Həmin anbarda kamera olmuşdur. "xxxx" MMC yük, minik, kənd təsərrüfatı və sənaye təkərlərin xaricdən Azərbaycan Respublikasına idxalı və burada həmin malların topdan və pərakəndə satışı ilə məşğuldur. Bu sahədə fəaliyyəti daha da genişləndirmək üçün onlar sosial şəbəkələrdə çoxsaylı elanlar paylaşmışlar ki, şirkət tərəfindən həyata keçirilən satış artırılsın. O, X10 hadisə baş verənə kimi tanımamışdır. 10 oktyabr 2020-ci il tarixdə Elnur Şıxəhmədi özünə məxsus mobil telefon nömrədən ona zəng edərək bildirmişdir ki, "xxxx" MMC-nin rəhbəridir, hansı ki, həmin şirkət böyük avtoparka sahibdir və avtoparkda çoxlu sayda «Shacman» markalı yük avtomobilləri var, işi ilə bağlı 50 (əlli) ədəd yük avtomobili üçün «Roadshina» markalı təkər lazımdır». Bundan sonra o, satdıqları mallar barədə Elnur Şıxəhmədiyə elektron qaydada məlumat göndərmişdir. Bir müddətdən X46 elektron qaydada cavab yazaraq onların satdıqları malları bəyəndiyini və 50 (əlli) təkər almağa razı olduğunu bildirmiş, daha sonra qiymət barədə danışaraq qiymət cədvəlini ona göndərmiş, bundan bir neçə dəqiqə X46 zəng edərək qiymət cədvəli ilə tanış olaraq həmin qiymətlərlə razılaşdığını, lakin təkərlərin dəyərini alan zaman deyil, ayın sonunda, yəni 30 oktyabr 2020-ci il tarixdə ödəyəcəyini, ödənişin köçürmə yolu ilə aparılacağını və bunun üçün şirkətlər arasında müqavilə bağlanmasının lazım olduğunu demişdir. "xxxx" MMC onların şirkəti ilə partnyor şirkət olmadığından və əvvəllər heç vaxt əməkdaşlıq etmədiklərindən o, Elnur Şıxəhmədiyə təklif etmişdir ki, ofisə gələrək rəhbərliklə görüşsün və razılıq olarsa əməkdaşlıq etsinlər. Elnur Şıxəhmədi ofisə gəlməyə lüzum olmadığını deyərək, təklif etmişdir ki, görüş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən «Pullman Hotel»dəki ofisində baş tutsun. O da razılaşaraq sözügedən otelə gedib, altıncı mərtəbəyə qalxmış, orada hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs onu orada qarşılayaraq ofisə aparmışdır. Onun Təqsirləndirilən şəxslə ilk və sonuncu təması həmin vaxt olmuşdur. Bundan başqa, onun Təqsirləndirilən şəxslə heç bir münasibəti olmamışdır. Onun işlədiyi şirkətlə Təqsirləndirilən şəxs arasında heç bir hüquqi müqavilə olmamış, tərəflərindən Təqsirləndirilən şəxs heç vaxt təkər verilməmiş, aralarında hər hansı bir təhvil-təslim olmamışdır. O, ofisə daxil olduqdan X46 ilə görüşmüş, sonuncu danışığa başlayaraq rəhbəri olduğu "xxxx" MMC-nin böyük şirkət olduğunu, əllidən artıq texnikanın, yüzdən artıq yük avtomobilinin olduğunu, onun işlədiyi şirkətlə uzun müddətli əməkdaşlıq edəcəklərini, dövlət layihələri və sifarişləri əsasında fəaliyyət göstərdiklərini, «Vətən Müharibəsi» ilə əlaqədar sərhədyanı ərazilərdə təmir və bərpa işləri həyata keçirdiklərini, eləcə də yol tikdiklərini bildirmiş, bundan sonra ona əməkdaşlıq etməyi, korporativ müştəri kimi qəbul edib sifarişi yerinə yetirməyi xahiş etmişdir. Elnur Şıxəhmədi işlərin dayanmaması üçün təcili olaraq Qarabağ, həmçinin Gəncə və Şəmkir bölgəsinə 50 (əlli) ədəd yük avtomobili üçün nəzərdə tutulmuş təkər göndərilməli olduğunu, ödənişi 15 (on beş) gündən bir həyata keçirə biləcəyini demişdir. Bununla əlaqədar o, Elnur Şıxəhmədi ilə 15 oktyabr 2020-ci ildə görüşmüşdür. Onunla danışıq aparan və vədlər verən Elnur Şıxəhmədi olmuş, Təqsirləndirilən şəxs isə həmin vaxt onların olduqları otaqda sakit oturub onları dinləmişdir. Təqsirləndirilən şəxs onunla danışmamış, ümumiyyətlə Təqsirləndirilən şəxs onunla Elnur Şıxəhmədi arasında olan söhbətə qoşulmamışdır. O, Elnur Şıxəhmədidən zəruri rekvizitləri götürüb rəhbərliklə bu barədə danışıb Elnur Şıxəhmədiyə xəbər verəcəyini bildirərək ofisdən çıxıb getmişdir. O, rəhbərliklə danışıb razılıq alandan sonra 16 oktyabr 2020-ci il tarixdə alqı-satqı müqaviləsini hazırlayıb təsdiq üçün Elnur Şıxəhmədinin şirkətinə göndərmişdir. Müqavilə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmışdır. "xxxx" MMC tərəfindən müqaviləni şirkətin direktoru Elnur Şıxəhmədi imzalamış, Təqsirləndirilən şəxs aidiyyatı olmamışdır. Müqavilə bağlandıqdan sonra o, 19 oktyabr 2020-ci il tarixdə ümumi dəyəri 19.198,98 manat təşkil edən 50 (əlli) ədəd təkəri Elnur Şıxəhmədiyə məxsus şirkətin yük avtomobilinə yüklətdirərək Elnur Şıxəhmədinin sözü ilə «Pullman Hotel»ə göndərmişdir. Sürücü həmin təkərləri hotelin qarajında boşaltmaqla Elnur Şıxəhmədiyə təhvil vermişdir. 20 oktyabr 2020-ci il tarixdə Elnur Şıxəhmədi ona zəng vuraraq təkərlərin kifayət etmədiyini, əlavə təkər lazım olduğunu bildirərək təcili 22 (iyirmi iki) ədəd əlavə təkər sifariş etmişdir. O da yenidən ümumi dəyəri 10.115,95 manat təşkil edən 22 (iyirmi iki) ədəd təkəri öz şirkətlərinə məxsus yük avtomobilinə yüklətdirib Elnur Şıxəhmədinin sözü ilə «Pullman Hotel»ə göndərmişlər. Sürücü həmin təkərləri də otelin qarajında boşaltmaqla Elnur Şıxəhmədiyə təhvil vermişdir. Bundan sonra 26 oktyabr 2020-ci il tarixdə Elnur Şıxəhmədi yenidən onunla telefon vasitəsi ilə əlaqə saxlayıb, yük avtomobilləri üçün təkərlərin lazım olduğunu bildirmişdir. O da əvvəlki 2 (iki) satışdan Elnur Şıxəhmədinin borcunun olduğu üçün əlavə olaraq mal göndərə bilməyəcəyini demişdir. Elnur Şıxəhmədi isə pulun ödənilməsi üçün 30 oktyabr 2020-ci il tarixədək vaxtının olduğunu xatırladaraq həmin tarixdə pulun hamısını ödəyəcəyini, eləcə də bu məbləğlərin öz şirkəti və gördüyü işlər müqabilində çox kiçik bir məbləğ olduğunu bildirərək narahat olmamağı bildirmişdir. O, Elnur Şıxəhmədiyə inanaraq ümumi dəyəri 9.329,60 manat təşkil edən 44 (qırx dörd) ədəd təkəri Elnur Şıxəhmədinin onların anbarına göndərdiyi yük avtomobilinə yüklətdirib yola salmışdır. Sonuncu dəfə 28 oktyabr 2020-ci il tarixdə Elnur Şıxəhmədi yenidən ona zəng edərək öz şirkətinə məxsus yük maşınının döyüş əməliyyatlarının aparıldığı Qarabağ ərazisində yolda qaldığını, təcili olaraq həmin maşın üçün 8 (səkkiz) ədəd arxa təkər lazım olduğunu demişdir. O, bu dəfə də Elnur Şıxəhmədiyə borcu olduğunu xatırlatmış, Elnur Şıxəhmədi isə ertəsi gün, yəni 29 oktyabr 2020-ci il tarixdə pulu ödəyəcəyini, balanslarına pul gəldiyini, narahat olmamasını bildirmişdir. O, yenidən Elnur Şıxəhmədiyə inanaraq ümumi dəyəri 3.678,53 manat təşkil edən 8 (səkkiz) ədəd təkəri Elnur Şıxəhmədinin onların anbarına göndərdiyi yük avtomobilinə yüklətdirib yola salmışdır. Beləliklə, Elnur Şıxəhmədi onu 4 (dörd) dəfə aldadaraq təxminən 100 (yüz) ədəd olmaqla, ümumilikdə 42.323,06 manat dəyərində şini ələ keçirərək ona ziyan vurmuşdur. 29 oktyabr 2020-ci il tarixdə Elnur Şıxəhmədinin ödəniş üçün söz verdiyi 10 (on) gün müddət tamam olduğundan o, Elnur Şıxəhmədiyə zəng edərək ödəniş etməsini xahiş etmişdir. Elnur Şıxəhmədi isə hələ balansda pul olmadığını, pul gələn kimi borcu ödəyəcəklərini bildirmişdir. O, Elnur Şıxəhmədiyə bir gün öncə balansda pulun olduğunu dediyini xatırladanda, Elnur Şıxəhmədi pulun az olduğunu, borcu ödəmək üçün kifayət etmədiyini, sabah, yəni 30 oktyabr 2020-ci il tarixdə pulun hamısını ödəyəcəyini bildirmişdir. Bundan sonra isə Elnur Şıxəhmədi mütəmadi olaraq müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmağa başlamışdır. O, Elnur Şıxəhmədinin onu aldatdığını, pulu ödəmək fikri olmadığını təxmin edib 2020-ci ilin sonlarında «Pullman Hotel»də yerləşən ofisə getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Elnur Şıxəhmədi və Təqsirləndirilən şəxs həmin ofisi cəmi 1 (bir) aylıq icarəyə götürmüşlər və hətta ofisin pulunu da tam ödəməmişlər. Beləliklə o, Elnur Şıxəhmədinin əsl dələduz olduğunu və onu aldatdığını bilmişdir. O, təkərlərin hara aparıldığını öyrənmək üçün anbardan təkəri təhvil alan yük taksisi sürücüsü ilə əlaqə saxlamış, sürücü Elnur Şıxəhmədinin çox malını daşıdığını, həmin malları əsasən Gəncə və Şəmkirə apardığını bildirmişdir. Daha sonra onun işlədiyi sahədə digər təkər alqı-satqısı ilə məşğul olan Pərviz və Vüqarla söhbət zamanı sonuncuların da başına belə bir iş gəldiyini, eyni qaydada və eyni şəxs tərəfindən aldadılaraq müxtəlif məbləğlərdə ziyan vurulduğunu öyrənmişdir. Onu aldadan Elnur Şıxəhmədi olmuşdur. O, pulu ala bilmədiyi və şirkətə ciddi ziyan dəydiyi üçün "xxxx" MMC həmin təkərlərin pulunu ondan tələb etmişdir. Çünki tam maddi məsuliyyət barədə müqaviləni o, işə qəbul zamanı imzalamışdır. O, məcbur qalıb 23 fevral 2021-ci il tarixdə mülkiyyətində olan mənzili sataraq şirkətə 42.323,06 manat pulu ödəmişdir. Cinayət əməli nəticəsində ona birbaşa olaraq 42.000 manatdan çox maddi ziyan dəymişdir. Elnur Şıxəhmədi bir il ərzində cəmi bir dəfə o da çox kiçik bir məbləğdə ödəniş etmiş, hansı ki, həmin məbləğ onlara olan borcun təxminən 2%-ni təşkil etmişdir. Bundan başqa, Elnur Şıxəhmədi tərəfindən heç bir ödəniş olunmamışdır. X36 şinləri 4 (dörd) dəfəyə vermişlər və hər dəfənin qaimələri özlərində var. Beləliklə, 4 (dörd) ədəd qaimə var və həmin qaimələrin heç birində Təqsirləndirilən şəxs imzası yoxdur, çünki şinlərin arxasınca Elnur Şıxəmədinin göndərdiyi yük avtomobillərinin sürücüləri gəlmişdir. X8 dəymiş maddi ziyanı ödəməmişdir. Ona görə də o, 42.000 manatdan çox məbləğdə ziyanın hər iki təqsirləndirilən şəxsdən, yəni həm Təqsirləndirilən şəxs, həm də Elnur Şıxəhmədu tərəfindən tutularaq ona ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs5 ifadəsində göstərmiş olduğu halların nəzərə alınaraq ümumilikdə 42.323,06 manat məbləğində pulun hər iki təqsirləndirilən şəxsdən, yəni həm Təqsirləndirilən şəxs, həm də Elnur Şıxəhmədidən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin həm təsisçisi, həm də direktorudur. 20 dekabr 2020-ci il tarixdə həmin şirkətə aid, lakin özünün istifadəsində olan sosial şəbəkələrdə elan üçün yerləşdirdiyi mobil telefon nömrəsinə X7 mobil telefon nömrəsindən zəng gəlmiş, Elnur Şıxəhmədi özünü ona iş adamı kimi təqdim edərək onun rəhbəri olduğu şirkətə yük avtomobilləri üçün «Roadshine» markalı təkərlər sifariş etmək istədiyini bildirmişdir. Elnur Şıxəhmədi özünü "xxxx" MMC-nin direktoru kimi təqdim etmiş, sözü gedən şirkətin böyük şirkət olduğunu, balansında çoxlu sayda «Shacman» markalı yük avtomobillərinin olduğunu və həmin avtomobillər üçün mütəmadi olaraq təkərlərin lazım olduğunu, buna görə də əməkdaşlıq etmək istədiyini bildirmişdir. X37 bölgəsində tikinti işləri ilə məşğul olduğu üçün yalnız «Roadshine» markalı təkər istədiyini, məhz bu növdə 30 (otuz) ədəd şin lazım olduğunu, həmin təkərlərin sertifikatının olub-olmadığını, sertifikat olduğu halda gələcəkdə də əməkdaşlıq edəcəklərini, əks təqdirdə mal almayacağını demişdir. O, Elnur Şıxəhmədi ilə razılaşaraq "xxxx" MMC-dən aldığı qiymət cədvəlinə uyğun olaraq üzərinə müəyyən faiz qoymaqla yeni qiymət cədvəli hazırlayaraq Elnur Şıxəhmədinin göndərdiyi elektron ünvanına məlumat göndərmiş, sonuncu da göndərilən qiymət təklifini təsdiq etmişdir. Qiymət cədvəlinə uyğun olaraq sifariş olunan malın ümumi dəyəri 13.410 manat təşkil etmişdir. Həmin məbləğin təxminən 800 manatı gəlir olaraq onların şirkətinə, qalan məbləğ isə "xxxx" MMC-yə çatmalı olmuş, çünki malın mülkiyyətçisi həmin şirkət olmuşdur. Belə ki, o, həmin şirkətdən təkərləri alaraq Elnur Şıxəhmədiyə satmışdır. O, təkərlərin satılması üçün ödənişin əvvəlcədən edilməli olduğunu bildirmiş, X44 özlərinin böyük şirkət, bu məbləğin çox kiçik bir məbləğ olduğunu, onunla daimi olaraq əməkdaşlıq edəcəklərini və qeyd etdiyi səbəblərdən təkərlər çatdırıldıqdan sonra 5 (beş) gün ərzində ödəniş həyata keçiriləcəyini demişdir. Belə olan halda o, heç olmasa müəyyən məbləğdə pulu depozit olaraq vermək lazım olduğunu bildirmişdir. Elnur Şıxəhmədi isə demişdir ki, alqı-satqının ƏDV-si təşkil edən 2.000 manat pulu nağd şəkildə ona göndərəcəkdir. Elnur Şıxəhmədinin bu danışığından sonra o, Elnur Şıxəhmədiyə inanaraq sonuncunun təklifi ilə müqavilə bağlamağa razılıq vermişdir. Müqavilə onların şirkəti tərəfindən 21 dekabr 2020ci il tarixdə hazırlanaraq kuryer vasitəsilə imzalanması üçün Elnur Şıxəhmədinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ofisinə göndərilmiş və Elnur Şıxəhmədi müqaviləni imzalayıb, möhürləyərək kuryerlə birlikdə həmin sənədləri, həmçinin 2.000 manat pulu ona göndərmişdir. Sonra o, təkərləri Elnur Şıxəhmədiyə vermişdir. O, müqaviləni Elnur Şıxəhmədi ilə birlikdə imzalamamışdır. Belə ki, o, müqavilə mətnini hazırlayıb Elnur Şıxəhmədinin şirkətinə kuryer vasitəsilə göndərmiş, Elnur Şıxəhmədi də həmin müqaviləni imzalayıb, şirkətinin möhürü ilə təsdiq etdikdən sonra Zərərçəkmiş şəxs8 vasitəsilə ona göndərmişdir. O, təkərləri əməkdaşlıq etdiyi "xxxx" MMC-dən sifariş etmişdir. O, 23 dekabr 2020-ci il tarixdə qiymət razılaşma protokolu və təhvil-təslim aktını hazırlayıb yenidən təsdiq edilməsi üçün kuryer vasitəsilə Elnur Şıxəhmədiyə göndərmiş, sonuncu da sənədləri təsdiq edib ona qaytarmışdır. Bundan sonra o, Elnur Şıxəhmədiyə sifariş etdiyi malı götürə biləcəyini bildirmiş, Elnur Şıxəhmədi də ona demişdir ki, təkərləri götürmək üçün maşın göndərəcək. Bir neçə saatdan sonra ona zəng etmiş Əli adlı sürücüyə o, demişdir ki, "xxxx" MMC-nin ünvan 2, «Bakı-Astara Yolu»nun kənarında yerləşən anbarına gəlsin, özü də oradadır. Sürücü idarə etdiyi **-LU-*** dövlət qeydiyyat nişanlı «Mercedes» markalı yük avtomobili ilə anbara gəlmiş, anbarda təhvil-təslim aktı əsasında fəhlələr həmin yük avtomobilinə ümumilikdə 30 (otuz) ədəd şin yerləşdirmişlər. Daha sonra o, Elnur Şıxəhmədi ilə telefon əlaqəsi saxlayıb, şinləri göndərdiyi yük avtomobili vasitəsi ilə yola saldığını bildirmişdir. Beləliklə o, Elnur Şıxəhmədiyə 30 (otuz) ədəd «Rodshine» şinlərini 23 dekabr 2020-ci taridxə vermişdir. Həmin şinlərin pulunu isə Elnur Şıxəhmədi 31 dekabr 2020-ci il tarixə qədər ona ödəməli olmuşdur. 5 (beş) günün tamamında o, Elnur Şıxəhmədiyə zəng vuraraq ödəniş etməyi xahiş etmiş, Elnur Şıxəhmədi isə hazırda hesablarında həmin məbləğdə pulun olmadığını, işçilərin pandemiya ilə əlaqədar işə çıxmadıqlarını, lakin pulu ödəyəcəyini vəd etmişdir. Bundan sonra o, hər gün Elnur Şıxəhmədi ilə əlaqə saxlasa da, sonuncu hər dəfə müxtəlif bəhanələrlə ödənişi etməkdən yayınmışdır. Ödənişlə bağlı onunla Elnur Şıxəhmədinin anası arasında da danışıq olmuşdur. Belə ki, Elnur Şıxəhmədinin anası həmin pulu yəni, 13.000 manatı ödəyəcəyini desə də ödəməmişdir, anası da özü kimi yalançıdır. 31 dekabr 2020-ci il tarixdə Elnur Şıxəhmədi pulu vermədiyinə görə o, aldadıldığını düşünüb, şinlərin hara aparıldığını öyrənmək üçün həmin yükü aparmış avtomobilin sürücüsü ilə əlaqə saxlamış, sürücü isə şinləri 23 dekabr 2020-ci il tarixdə Xocahəsən qəsəbəsində yerləşən "xxxx" MMC-dən təhvil aldıqdan sonra yola çıxdığını, lakin «Meyvəli bazar» adlanan əraziyə çatdıqda, telefon ilə Anar adlı şəxsin zəng etdiyini, orada gözləməli olduğunu bildirdiyini, təxminən yarım saat orada gözlədiyini, daha sonra Anarın təlimatı ilə «Universal Motors» adlı avtomağazaya həmin təkərlərdən 8 (səkkiz) ədədini təhvil verdiyini, yerdə qalan 22 (iyirmi iki) ədəd təkəri isə yenidən Anarın göstərişi ilə Gəncə şəhərinə aparıb qırmızı yanacaq doldurma məntəqəsinə çatdırdığını bildirmişdir. Bundan sonra o, tam olaraq Elnur Şıxəhmədinin onu aldatdığını başa düşmüşdür. Elnur Şıxəhmədinin dələduzluq etməsi nəticəsində ona 13.000 manatdan çox zərər dəymişdir. O, məhz Elnur Şıxəhmədidən şikayətçidir. O, digər Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı münasibəti olmamış, bu səbəbdən də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 ifadəsində göstərmiş olduğu halların nəzərə alınaraq ümumilikdə 13.410 manat məbləğində pulun Elnur Şıxəhmədi tərəfindən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, 2006-cı ildən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 7 ünvanında yerləşən «Yaşıl Bazarda» 9 nömrəli mağazada quru meyvə və çərəzlərin satışı ilə məşğul olur. 2021-ci ilin yanvar ayında onun oğlu Şahid15 44 günlük Vətən Müharibəsindən qayıtdıqdan sonra ona bazarda köməklik etməyə başlamışdır. Həmin vaxt ölkədə «Covid-19» virusunun yayıldığı dövr olmuşdur. Ona görə də Rəmzi ona təklif etmişdir ki, «İnstagram» sosial şəbəkəsində satışını həyata keçirdikləri məhsullarla bağlı elan yerləşdirib, məhsulların satışını «onlayn» qaydada həyata keçirsinlər. O da Rəmzinin təklifi ilə razılşmışdır. «Onlayn» qaydada həyata keçirilən malların satışı zamanı çatdırılmanı Rəmzi həyata keçirmişdir. 2021-ci ilin mart ayının əvvəllərində Rəmzi "xxxx" MMC-nin direktoru X5 müraciət etdiyini ona bildirərək demişdir ki, Elnur Şıxəhmədi "xxxx" MMC vasitəsi ilə müxtəlif müəssisə, şirniyyat evləri, mağazaları quru meyvə və çərəzlər ilə təmin edir və onlardan nisyə olmaqla və rəsmi müqavilə bağlanmaqla topdan quru meyvə və çərəzləri götürüb əməkdaşlıq etdiyi yerlərə verəcək, pulunu 15 (on beş) gün ərzində nağdsız hesablaşma yolu ilə onların bank hesabına ödəyəcək. O, Rəmziyə buna yalnız rəsmi müqavilə bağlamaqla razılıq verəcəyini demişdir. Rəmzi həmçinin demişdir ki, Elnur Şıxəhmədi söhbət etmək və əməkdaşlıq etmək üçün onları ofisinə dəvət edir. 05 mart 2021-ci il tarixdə o, Rəmzi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə üzbəüz yerləşən beşmərtəbəli binanın 5-ci mərtəbəsindəki ofisə getmişlər. Elnur Şıxəhmədi onları qarşılamış və onlar orada tanış olmuşlar. O, Elnur Şıxəhmədiyə demişdir ki, «məndən nisyə şəkildə və topdan götürəcəyi malların pulunu nağd verə bilsə, müqavilə bağlamağa ehtiyac yoxdur», Elnur Şıxəhmədi isə demişdir ki, «nağd ödəniş və ya beh olmayacaq, belə ki, özü də əməkdaşlıq etdiyi yerlərlə bu şəkildə işləyir, sifariş əsasında əməkdaşlıq etdiyi yerlərə mal verəndən 10-15 gün ərzində hesabına malın ödənişi daxil olur, sonra isə özü mal aldığı yerlərə nağdsız qaydada, köçürmə yolu ilə ödənişi həyata keçirir» və onunla da eyni qayda tətbiq olunacaqdır. Onlar belə razılığa gəlmişlər ki, aralarında müqavilə bağlansın və mallar qaimə faktura əsasında verilsin, Elnur Şıxəhmədi də 15 (on beş) gün ərzində malların pulunu onun bank hesabına köçürsün. Beləliklə həmin tarixdə, yəni 05 mart 2021-ci ildə onların aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Elnur Şıxəhmədi demişdir ki, neçə kilo və hansı çeşiddə quru meyvə və çərəz lazım olsa, bir gün əvvəl sifarişi verəcək, onlar da sifariş əsasında malları verəcəklər. Ertəsi gün, yəni 06 mart 2021-ci il tarixdə Elnur Şıxəhmədinin sifarişi əsasında o, 10.288 manat dəyərində quru meyvə və çərəzləri, yəni kiloqramı 14 manat 80 qəpik olan 300 kiloqram çəkidə qovrulmuş fındıq, kiloqramı 10 manat 40 qəpik olan 70 kiloqram qara kişmiş, kiloqramı 14 manat 80 qəpik olan 100 kiloqram badam, kiloqramı 10 manat 40 qəpik olan 350 kiloqram qoz ləpəsini mağazasında ayıraraq Elnur Şıxəhmədinin ofisinə aparıb təhvil verməsi üçün Rəmziyə vermiş, sonuncu da həmin quru meyvə-çərəzləri avtomobillə aparıb ünvan 6 ünvanında yerləşən ofisin qarşısında Elnur Şıxəhmədiyə təhvil vermişdir. İkinci dəfə 10 mart 2021-ci il tarixdə yenə də Elnur Şıxəhmədinin sifarişi əsasında o, 8.950 manat dəyərində malı, yəni kiloqramı 14 manat 80 qəpik olan 300 kiloqram qovrulmuş fındıq, kiloqramı 09 manat olan 100 kiloqram qara kişmiş, kiloqramı 05 manat 20 qəpik olan 100 kiloqram araxis, kiloqramı 25 manat 50 qəpik olan 60 kiloqram antep püstəsi, kiloqramı 10 manat 40 qəpik olan 150 kiloqram qoz ləpəsini mağazasında ayırıb Rəmziyə vermişdir ki, sonuncu Elnurun ofisinə aparıb təhvil versin. Rəmzi bu dəfə də həmin quru meyvə və çərəzləri avtomobillə aparıb S.Bəhlulzadə küçəsi 111 ünvanına yerləşən ofisin qarşısında Elnur Şıxəhmədiyə təhvil vermişdir. Hər iki dəfə Rəmzi malları Elnur Şıxəhmədiyə verməsi barədə sonuncuya elekton qaiməyə imza etdirmiş və MMC-nin möhürünü vurdurmuşdur. O, 11 mart 2021-ci il tarixdə avtomobillərinin nasazlığı səbəbindən malı çatdıra bilməyəcəyini Elnur Şıxəhmədiyə demiş və sonuncu yük avtomobilini bazara göndərmiş, o da Elnur Şıxəhmədinin sifarişi əsasında bu dəfə 9.550 manat dəyərində malı, yəni kiloqramı 14 manat 80 qəpik olan 400 kiloqram qovrulmuş fındıq və kiloqramı 10 manat 40 qəpik olan 350 kiloqram qoz ləpəsini mağazasında ayırıb bazarın qarşısında Elnur Şıxəhmədinin göndərdiyi yük avtomobilinə yüklətdirib yola salmışdır. 19 mart 2021-ci il tarixdə səhər saatlarında Elnur Şıxəhmədi ümumilikdə 14.248 manatlıq quru meyvə və çərəzləri nisyə sifariş edib, bu dəfə nağd ödəniş edəcəyini və pulu saat 16:00 radələrində bazara gətirib verəcəyinə söz vermişdir. O da 14.248 manat dəyərində malı yəni, kiloqramı 10 manat 40 qəpik olan 232 kiloqram 700 qram qoz ləpəsi, kiloqramı 10 manat 40 qəpik olan 70 kiloqram kişmiş, kiloqramı 14 manat 80 qəpik olan 100 kiloqram badam və kiloqramı 14 manat 80 qəpik olan 650 kiloqram qovrulmuş fındığı mağazasında ayırıb, yenə də Elnur Şıxəhmədinin bazara göndərdiyi yük avtomobilinə yüklətdirməklə yola salaraq təhvil vermişdir. Lakin saat 16:00 radələrində və sonrakı saatlarda Elnur Şıxəhmədi bazara gəlməmiş, pulu da verməmişdir. Buna görə də o, sonuncu qaiməyə Elnur Şıxəhmədiyə imza çəkdirə bilməmişdir. Sonrakı müddətdə Rəmzi dəfələrlə Elnur Şıxəhmədinin ofisinə getsə də, hər dəfə sonuncu malların pulunu gözlədiyini demişdir. O, 30 mart 2021-cİ il tarixdə özü Elnur Şıxəhmədinim ofisinə getmiş və söhbət zamanı sonuncu ondan vaxt verməsini xahiş etmişdir. X28 Okan adlı şəxsi ona mühasibi kimi təqdim etmiş, sonuncu da Elnur Şıxəhmədinin pulu verəcəyini vəd etmiş, hətta 02 aprel 2021-ci il tarixdə bazara gəlib demişdir ki, MMC-yə ödənişlər ayın ya 15-də, ya da sonunda olacaq və ödənişlər olan kimi ona olan borc qaytarılacaq. Lakin ona heç kim borcu geri qaytarmamışdır. Elnur Şıxəhmədinin əməli nəticəsində ona ümumilikdə 43.046 manat məbləğində zərər vurulmuşdur. Elnur Şıxəhmədi onun etibarından istifadə edərək onun mallarını ələ keçirmişdir. O, malları satan zaman bank vasitəsilə vergi də ödəmişdir. Hazırda o, Elnur Şıxəhmədidən şikayətçidir və sonuncunun azadlıqdan məhrum edilməsini tələb edir. O, digər Təqsirləndirilən şəxs tanımır. O, Təqsirləndirilən şəxs cəmi bir dəfə Elnur Şıxəhmədinin iş yerində sonuncu ilə müqavilə bağlayanda görmüşdür. Lakin onun Təqsirləndirilən şəxslə heç bir münasibəti olmamış və ona görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs7 ifadəsində göstərmiş olduğu halların nəzərə alınaraq ümumilikdə 43.046 manat məbləğində pulun Elnur Şıxəhmədidən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, 2015-ci ildən öz adına olan «Mercedes» markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. X4 ilə tanışlığı 2020-ci ilin sonlarında yaranmışdır. Belə ki, o, Elnur Şıxəhmədini bir neçə dəfə öz maşını ilə taksi kimi dediyi yerlərə aparmış, onların aralarında münasibət yaranmış, sonra Elnur onun sürücüsü kimi işləməyi təklif etmiş, qazancının fərdi taksi sürücüsü kimi işləyərək qazandığı puldan çox olacağını, ona aylıq olaraq 2.000 manat məbləğində maaş verəcəyini demişdir. Maşının qalan xərcləri onun tərəfindən qarşılanacaqdır. O, Elnur Şıxəhmədinin təklifi ilə razılaşaraq sonuncunun sürcüsü kimi işləməyə başlamışdır. O, Elnur Şıxəhmədini tanıdıqdan sonra Təqsirləndirilən şəxs da tanımışdır. Onun bildiyinə görə X29 Babayevə 360.000 manat məbləğində borcu olmuşdur. Lakin o, bu iş birliyinin nədən ibarət olduğunu bilməmişdir. O, yalnız sürücü kimi işləmiş, yəni Elnur Şıxəhmədini dediyi yerlərə aparıb-gətirmişdir. Sonradan o, bilmişdir ki, Elnur Şıxəhmədi dələduzluq əməlləri ilə məşğul olmuş, ayrı-ayrı şəxslərdən mallar alıb, aşağı qiymətə başqa şəxslərə satmış, əldə etdiyi gəliri isə mal sahiblərinə verməmişdir. Bir dəfə Elnur Şıxəhmədi polis tərəfindən əməllərinə görə tutulmuş, Elnur Təqsirləndirilən şəxs Şıxəhmədinin azadlığa çıxması üçün zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəmək məqsədi ilə pul axtarmış, bu məqsədlə ondan-bundan borc almışdır. Bu barədə Təqsirləndirilən şəxs özü ona demişdor. O da öz dostlarından 8.500 manat məbləğində borc alaraq Təqsirləndirilən şəxs vermişdir ki, Elnur Şıxəhmədinin buraxılması üçün zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəsin ki, Elnur Şıxəhmədiyə qarşı olan şikayətlər aradan qaldırılsın. Təqsirləndirilən şəxs ona demişdir ki, «əgər Elnur Şıxəhmədi sənin pulunu qaytarmasa, həmin pulu mən sənə qaytaracağam». Elnur Şıxəhmədi ona cəmi iki ay ərzində maaş vermiş, qalan dörd ayın əmək haqqını isə hər dəfə müxtəlif vədlər versə də, sonra ödəməmiş, çünki əsl dələduz olmuşdur. O, Təqsirləndirilən şəxs 5.000 ABŞ dollarını verdiyi vaxt dolların manata məzənnəsi 1 manat 70 qəpik olmuş və belə olan halda 5.000 dollar 8.500 manat təşkil etmişdir. O, həmin pulu Təqsirləndirilən şəxs «Ayna Sultanova» heykəlinin yanında yerləşən «Bizim market»in qarşısında vermişdir. O, pulu verdiyi zaman onların yanında başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs ona demişdir ik, pulu on gün ərzində geri qaytaracaq, lakin dediyi müddət keçsə də, Təqsirləndirilən şəxs onun pulunu geri qaytarmamışdır. O, pulunu tələb etdikdə, Təqsirləndirilən şəxs ona demişdir ki, «Elnur Şıxəhmədi özü həbsdən çıxar və sənin pulunu qaytarar». Zərərçəkmiş şəxs8 proses iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Elnur Şıxəhmədi tutulan gün Təqsirləndirilən şəxs Mingəçevirdə toyda olmuşdur. Təqsirləndirilən şəxs ona «pul tap ver» demişdir. Lakin ola bilər ki, o, Təqsirləndirilən şəxs həmin gün pul veməmiş, yaxud sonuncunun tapşırığı ilə pulu Təqsirləndirilən şəxs qardaşı Elçin Babayevə vermişdir. Beləliklə, o, pulun bir hissəsini əvvəlcə Elçin Babayevə, qalan hissəsini isə Təqsirləndirilən şəxs vermişdir. Daha doğrusu o, pulu Təqsirləndirilən şəxs özünə, yaxud qardaşı Elçin Babayevə verdiyini xatırlamır. O, Təqsirləndirilən şəxs dələduzluq əməllərinin şahidi olmamışdır. O, ibtidai istintaq orqanında ifadə verərkən Təqsirləndirilən şəxs ondan pul alması, lakin geri qaytarmaması barədə desə də, ona qarşı dələduzluq etdiyini deməmişdir. Təqsirləndirilən şəxs ondan pulu Elnur Şıxəhmədi üçün almışdır. Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət olması səbəbindən məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu və cinayət işinin materiallarında olan ifadəsi elan edilmişdir. O, həmin ifadəsində bildirmişdir ki, 2015-ci ildən öz adına olan «Mercedes» markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. X17 ilə tanışlığı da 2020-ci ilin sonlarında yaranmışdır. Belə ki, o, sonuncunu bir neçə dəfə xidmət haqqı müqabilində dediyi yerlərə aparmış və münasibətləri yaranmışdır. X46 təklif etmişdir ki, sürücüsü işləsin. O, bildirmişdir ki, taksi sürücüsü kimi gündəlik təxminən 70 manat pul qazanır, sürücülük etdiyi təqdirdə ona hansı məbləğdə maaş verəcəyini soruşanda, Elnur Şıxəhmədi demişdir ki, “əvvəlkindən yaxşı olacaq”. O da razılaşmış və markasını, dövlət qeydiyyat nişanını qeyd etdiyi avtomobillə Elnur Şıxəhmədiyə sürücülük etməyə başlamış, dediyi yerlərə aparmışdır. O, Elnur Şıxəhmədini tanıdığı ərəfədən də ağbaş ləqəbli Təqsirləndirilən şəxs tanımış, onlar daimi bir yerdə olmuşlar və bütün işləri bir olmuşdur. O, Təqsirləndirilən şəxs də sürücülük etmiş, yəni hər ikisinin sürücüsü olmuşdur. Hər ikisi tez-tez ofisləri dəyişmiş və o, bundan şübhələnməyə başlamışdır. O, bu işə, yəni sürücülük etməyə başlayanda həmin şəxslər Bakı şəhəri, Binəqədi rayonu, “Vorovski” qəsəbəsində ofis götürmüşlər. O, eşitmişdir ki, buna qədər Elnur Şıxəhmədi və Təqsirləndirilən şəxs ofisləri «Pullman Hotel»də olmuşdur. Sonradan Elnurgil “Vorovski” qəsəbəsindəki ofisdən Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən ofisə köçmüşlər. Həmişə ofisləri icarəyə götürən Təqsirləndirilən şəxs olmuşdur. Eyni zamanda o, sonradan müşahdə etmişdir ki, Elnur Şıxəhmədini idarə edən də məhz Təqsirləndirilən şəxsdir. O, sürücü kimi işlədiyi üçün hər iki Elnurun işlərinə müdaxilə etməmiş, ona verilən tapşırıqları yerinə yetirmiş, sürücü kimi bütün işləri görürmüş, lakin görmüşdür ki, hər iki şəxs şirkətləri və ayrı-ayrı şəxsləri aldadıb əmlaklarını ələ keçirirlər. İşin başında məhz Təqsirləndirilən şəxs durur, lakin Təqsirləndirilən şəxs birbaşa vətəndaşlarla əlaqəyə girməmiş və Elnur Şıxəhmədiyə bu işi həvalə etmişdir. Təqsirləndirilən şəxs isə özü guya kənarda olması görüntüsü yaratmaqla bütün bu qanunsuz işi quran, sonra isə, yəni mal ələ keçiriləndən sonra malın satışını da Təqsirləndirilən şəxs həyata keçirmiş və orada da, yəni cinayət yolu ilə əldə edilmiş malların satışında da Elnur Şıxəhmədini aldatmışdır. O, 7 aya yaxın həmin şəxslərin yanında olmuş və bütün işlərindən xəbərdardır. O, tanış olduqdan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisindəki «Meyvəli bazar»da işləyən müxtəlif şəxslərdən nisyə aldığı təxminən 560.000 manat dəyərində meyvə-tərəvəzi Elnur Şıxəhmədiyə vermişdir. Həmin dəyərdə mal Təqsirləndirilən şəxs özünün olmamış, həmin malın sahibləri digər adamlar olmuşdur. O, həmin şəxslərdən birinin Rüstəm adlı şəxs olduğunu bilmişdir. O, Rüstəm adlı şəxsin 180.000 manatlıq malı, talışların 75.000 manatlıq malı və digər şəxslərin mallarının olduğunu bilir. Təqsirləndirilən şəxs də daimi Elnur Şıxəhmədini polisə şikayət edəcəyi ilə şantaj etməklə şirkətləri və vətəndaşları aldadıb mallarını ələ keçirməsini tələb etmiş, lakin ələ keçirilmiş malların satışını Təqsirləndirilən şəxs yalnız özü etmişdir. Elnur Şıxəhmədi tutulmazdan bir müddət əvvəl, yəni 2021-ci ilin iyun ayının sonu iyul ayının ilk günlərində o, Təqsirləndirilən şəxslə Elnur Şıxəhmədinin arasında olan söhbətdən bilmişdir ki, X29 Babayevə 560.000 manatdan cəmi 104.000 manat borcu qalmış, həmin məbləğdən 75.000 manat isə talışların pulu olmuşdur. Lakin sonradan o, «Meyvəli bazar»da olduğu vaxt öyrənmişdir ki, Təqsirləndirilən şəxs mal sahiblərinə pul qaytarmamış, həmin şəxslər də şikayət verməmişlər, çünki iri mal dövriyyəsi ilə məşğul olurlar və həmin məbləğlər onlar üçün bir o qədər əhəmiyyət kəsb etmir ki, vaxt itirib bu işin hüquqi müstəvidə həllinə çalışsınlar. Bir sözlə Təqsirləndirilən şəxs 560.000 manatlıq mal sahiblərinə pul qaytarmaq adı ilə Elnur Şıxəhmədini aldadıb polisə şikayət vermək adı ilə şantaj edərək digər vətəndaşları və şirkətləri aldadıb mallarını ələ keçirməyə məcbur etmiş, özü birbaşa vətəndaşlarla ünsiyyətdə olmasa belə necə və hansı qaydada vətəndaşları aldatmaq barədə təlimatı X38 Babayev vermiş, sonra isə cinayət yolu ilə əldə edilmiş pulları əsl sahiblərinə qaytarmayıb özünə götürmüşdür. Beləliklə, Elnur Təqsirləndirilən şəxs Şıxəhmədi ilə əlbir olub bu cinayətləri törətmişlər. Təqsirləndirilən şəxs qurduğu plan əsasında Elnur Şıxəhmədi fərqli şirkət və vətəndaşları aldadıb mallarını ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs malın dəyərindən xeyli aşağı satışını təşkil edəcəyini demişdir. Məsələn, 50.000 manatıq mal ələ keçirildikdən sonra Təqsirləndirilən şəxs deyirmiş ki, bu malı 25.000-30.000 manata sata biləcək, Elnur Şıxəhmədi də buna razılıq vermiş, çünki daha baha qiymətə satmaq üçün müştəri axtarmaq və tapmaq vaxt aparırmış, həmin müddətdə mal xarab da ola biləcəyindən, eyni zamanda Təqsirləndirilən şəxs də Elnur Şıxəhmədidən pul tələb etdiyindən, dəyər-dəyməzinə malı satmağa məcbur edirmiş. O, əmindir ki, Elnur Təqsirləndirilən şəxs Şıxəhmədiyə malın satış dəyərinin bir məbləğdə olduğunu deyib özü malı daha artıq qiymətə satırmış, çünki bütün hallarda malı satan Təqsirləndirilən şəxs olmuş və heç kim malın real satış qiymətini bilməmişdir. Sonra məsələn, 50.000 manatlıq mal 25.000-30.000 manata satılandan sonra Təqsirləndirilən şəxs həmin puldan 20.000-25.000 manatını borcun silinməsinə götürmüş, Elnur Şıxəhmədiyə isə 5.000-7.000 manat pul qalırmış ki, həmin pulu da ofislərin icarə haqlarının ödənilməsi və sair işlər üçün xərclənmişdir. O, tam səmimi bildirmişdir ki, Elnur Şıxəhmədi bütün qanunsuz hərəkətlərini Təqsirləndirilən şəxs diqtəsi və başçılığı altında etmiş, bu işlərin başında duran, planlaşdıran Təqsirləndirilən şəxs olmuş, icraçı funksiyasını isə Elnur Şıxəhmədi həyata keçirmişdir. Elnur Şıxəhmədi və Təqsirləndirilən şəxs birgə şirkət və vətəndaşları aldadıb mallarını ələ keçirmişlər və sonradan malın satışından əldə edilmiş pulun böyük hissəsini də Təqsirləndirilən şəxs özünə götürmüşdür. O, həmin hadisələrin birbaşa iştirakçısı olmamış, bütün bunları isə Elnur Şıxəhmədi ilə Təqsirləndirilən şəxs arasındakı ofislərdə aparılan danışıqlarından, sonuncuların öz sözlərindən eşidib bilmişdir. Belə ki, harasa getmək, yəni sürücü kimi işini görmək lazım olmayan saatlarda o da ofisdə olmuş və Təqsirləndirilən şəxslə Elnur Şıxəhmədinin arasındaki danışıqları eşitmişdir. O, sürücü kimi işlədiyi dövrdə Elnur Şıxəhmədi və Təqsirləndirilən şəxs təkər satışı ilə məşğul olan Pərviz adlı şəxsdən mal götürüb ucuz qiymətə sataraq pulu ələ keçirdiklərini görmüşdür. Bu hadisə o, işə təzə başlayan vaxt, yəni 2020-ci ilin dekabr ayında olmuşdur. Təkər satışından X46 özünə cəmi 3.000 manat pul götürmüş, qalan məbləği isə Təqsirləndirilən şəxs özünə götürmüşdür. 03 iyul 2021-ci il tarixdə Elnur Şıxəhmədi polis tərəfindən tutulduqda əlbir olduğu Elnur Təqsirləndirilən şəxs Şıxəhmədinin azadlığa çıxması üçün səylər göstərmiş və pul axtarmışdır ki, özlərinin cinayət əməlləri nəticəsində ziyan vurduqları şəxslərə qismən də olsa ödəniş etsinlər. O, elə düşünür ki, Təqsirləndirilən şəxs gələcəkdə Elnur Şıxəhmədinin özünə qarşı ifadə verəcəyindən ehtiyat etdiyi üçün də Elnur Şıxəhmədiyə köməklik göstərmək istəyirmiş ki, azadlığa çıxsın. Təqsirləndirilən şəxs 03 iyul 2021-ci il tarixdə ona müraciət edib bildirmişdir ki, tanışlarından on gün müddətinə 8.000 manat pul götürüb versin ki, Təqsirləndirilən şəxs şikayətçilərə qismən ödəniş aparacaqdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, on gündən sonra həmin 8.000 manat pulu özü ona verəcəkdir, əlavə etmişdir ki, pulu özündən götürər. O, hər ikisini tanıdığı və Təqsirləndirilən şəxs etibar etdiyi üçün razılaşıb bir neçə tanışından on gün müddətinə borca ümumilikdə 8.000 manat pul toplayaraq ertəsi gün, yəni 04 iyul 2021-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 111 ünvanında Təqsirləndirilən şəxslə görüşüb təklikdə pulu vermişdir. O, Təqsirləndirilən şəxs həmin pulu nə etdiyini bilmir, lakin dəqiq bilir ki, zərərçəkmiş şəxslərə heç bir məbləğdə ödəniş edilməmişdir. On gün keçdikdən sonra o, Təqsirləndirilən şəxs müraciət edib on günlük borc adı ilə götürdüyü pulu qaytarmasını xahiş etmiş və əlavə etmişdir ki, özü də həmin pulu bir neçə tanışından on günə qaytarmaq şərti ilə götürmüş, eləcə də tanışlarının yanında yalançı olmaq istəmir. Təqsirləndirilən şəxs isə hər dəfə bir bəhanə ilə vaxtı uzatmağa başlamış, hər dəfəsində bugün-sabah deyib pul alacağının olduğunu yalandan bəhanə edərək vaxtı uzatmışdır. Bu qaydada bir neçə ay keçmiş, sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, pulu ona qaytarmayacaqdır. O, bunun səbəbini soruşanda Təqsirləndirilən şəxs ona bildirmişdir ki, “sürücü olduğun Enur Şıxəhmədinin mənə verəcəyi var, get pulu Elnur Şıxəhmədidən al”. Sonra Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməyib ondan gizlənməyə başlamışdır. 2021-ci ilin sentyabr ayının ortalarında isə Təqsirləndirilən şəxs özü də həbs edilmişdir. Ümumi tanışları olduğudan Təqsirləndirilən şəxs həbs olunmasından onun da məlumatı olmuş və həbsdən apellyasiya şikayəti verdikdə, o da Bakı Apellyasiya Məhkəməsinə gəlmişdir ki, heç olmasa orada görüb pulu qaytarmasını istəsin. Məhkəmənin binasının qarşısında o, Təqsirləndirilən şəxs bacısı Təranəni görmüşdür. O, "xxxx" MMC-nin sürücüsü işlədiyindən və bildirdiyi kimi Təqsirləndirilən şəxslə Elnur Şıxəhmədi əlbir olduqları üçün Təqsirləndirilən şəxs İsmayıllı rayonu, Mican kəndindəki evlərində də olub Təqsirləndirilən şəxs anası və bacısını bir neçə dəfə görmüşdür. Bakı Apellyasiya Məhkəməsinin qarşısında Təranə onu orada görüb yaxınlaşaraq qardaşının nədən həbs edilməsi və onun nə üçün gəldiyini soruşduqda, o Təranəyə demişdir ki, qardaşı Elnur onu aldadaraq 8.000 manat pulu ələ keçirmiş, o da pulu almaq üçün gəlmiş, pulu versinlər ki, o da şikayətçi olmasın. Sonra həmin günün axşamı yaxud ertəsi gün, Təqsirləndirilən şəxs anası ona zəng vurmuş və şikayət etməməsini ondan xahiş etmişdir. O, izah etmişdir ki, Təqsirləndirilən şəxs on günlük verdiyi 8.000 manat pulu özü də tanışlarından on günə qaytarmaq şərti ilə götürmüş və artıq bir neçə aydır ki, həmin pulu sahiblərinə qaytara bilmir, çünki Təqsirləndirilən şəxs onu aldatmış, pulu qaytarmalarını istəmişdir. Təqsirləndirilən şəxs anası isə bildirmişdir ki, oğlu həbsdən çıxar özü ilə məsələni həll edər. 2021-ci ilin oktyabr ayının sonlarında Təranə yenidən ona zəng vurub qardaşı Təqsirləndirilən şəxs şikayətçi olmamağını istəyəndə, o, bildirmişdir ki, pulunu versinlər, o da şikayətçi olmasın. Sonradan o, öz adına olan «Mercedes» markalı, **-OA- *** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoyub pul götürərək 8.000 manat pulu borc sahiblərinə ödəmişdir. Nəticə etibarı ilə Təqsirləndirilən şəxs dələduzluğu nəticəsində ona 8.000 manat ziyan dəymişdir. Belə ki, Təqsirləndirilən şəxs on günə qaytaracağını ona yalandan vəd verib 04 iyul 2021-ci il tarixdə ünvan 6 ünvanında ondan 8.000 manat pul alaraq vədinə əməl etməyib, pulu ona qaytarmayaraq və sonradan qaytarmaqdan da imtina edərək ələ keçirmişdir. Zərərçəkmiş şəxs8 ona təqdim olunmuş ibtidai istintaq zamanı vermiş olduğu ifadəyə dair tərtib edilmiş protokolun sonundakı əl yazıları ilə yazılmış yazı və imzaların özünə məxsus olduğunu və həmin ifadəni təsdiq etdiyini bildirmiş, ifadələri arasında yaranmış ziddiyyəti onunla əlaqələndirmişdir ki, müstəntiqə ifadə verərkən hər şey təzə-təzə idi və ona görə də dəqiqliklə göstərmişdir, hazırda məhkum həyatı yaşayır, ona görə də bir çox şeyləri unutmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs onları aldadan X7 yanında görüb tanımışdır. O, Elnur Şıxəhmədini "xxxx" MMC-nin direktoru olan zaman tanımışdır. Belə ki, o, həmin vaxt Zərərçəkmiş şəxs1 ASC-nin satış üzrə təmsilçisi olmuşdur. Zərərçəkmiş şəxs1 ASC toyuq əti məhsullarının satışı ilə məşğuldur. «X65» MMC-nin direktoru Elnur Şıxəhmədi ilə onun satış təmsilçisi olduğu Zərərçəkmiş şəxs1 ASC arasında 27 avqust 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin mahiyyəti ondan ibarət olmuşdur ki, Zərərçəkmiş şəxs1 ASC Elnur Şıxəhmədiyə toyuq məhsulları satmalı və sonuncu da on beş gündən bir ödəmə etməli olmuşdur. X44 şirkətdən toyuq məhsullarını alsa da, müqavilədə göstərilmiş müddətdə şirkətə verməli olduğu məbləği ödəməmişdir. Belə ki, müqavilə bağlandıqdan sonra birinci partiya mal ilk olaraq 28-30 avqust tarixlərində, növbəti partiya 15 sentyabradək verilmiş və sonuncu tarixdə ödəniş olmalı imiş. Həmin vaxt borclu tərəfə beş-altı gün güzəşt etmişlər. Ödəniş gecikdiyi halda o, Elnur Şıxəhmədi ilə əlaqə saxlamışdır. Elnur Şıxhmədi tərəfindən şirkətdən təxminən 98.000 manatlıq məhsul götürülmüş, ilkin olaraq 10.000 manat ödənilmiş, lakin sonradan hər hansı bir ödəniş edilməmişdir. X30 pulun ödənilməsini dəfələrlə tələb etsələr də, Elnur Şıxəhmədi şirkətə ödəniş etməmişdir. X28 88.000 manata dair etiraf sənədi yazaraq təqdim etmişdir. Həmin sənəd əsasında Elnur Şıxəhmədi etiraf etmişdir ki, Zərərçəkmiş şəxs1 ASC Elnur Şıxəhmədiyə mal vermiş, sonuncunun da onların şirkətinə 88.000 manat məbləğində borcu qalmışdır. Sonradan Ramin adlı şəxsin köməyi ilə 4.000 manata yaxın pul geri qaytarılmışdır. Onun Təqsirləndirilən şəxslə hər hansı bir münasibəti olmamış, o, Təqsirləndirilən şəxs Elnur Şıxəhmədinin vasitəsilə tanımışdır. O, Təqsirləndirilən şəxs bu işlərlə bağlı görməmişdir. Məhkəmə istintaqında şahid Zərərçəkmiş şəxs1 ASC-nin marketinq strateji planlama şöbəsinin rəisi Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verərək sonuncunun göstərdiklərini tam təsdiq etmiş, habelə Təqsirləndirilən şəxs tanımadığını, X10 tanıdığını və sonuncunun Zərərçəkmiş şəxs1 ASC-yə hər hansı ödəniş etmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hal-hazırda taksi sürücüsü kimi fəaliyyət göstərir. O, 2 il öncə "xxxx" ASC-də sürücü kimi fəaliyyət göstərmişdir. Həmin vaxt o, sürücüsü olduğu şirkət tərəfindən ona verilmiş malları müvafiq şirkətlərə aparıb təhvil vermişdir. Bu zaman ekspeditor onunla birlikdə həmin ünvanlara getmişdir. O, X17 və Təqsirləndirilən şəxs tanımır, adlarını belə xatırlamır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, o, "xxxx" ASC-də xəzinədar işləyir. Xəzinədar kimi vəzifəsi cəmiyyətin satış nümayəndələri tərəfindən verilən pulları qəbul etməkdən ibarətdir. Satış nümayəndələri sifarişləri planşet vasitəsilə cəmiyyətin operatorlarına verir, sürücülər vasitəsilə mallar sifariş obyektlərinə çatdırılır. Alqı-satqı ilə bağlı elektron qaimələr tərtib edilir. "xxxx" MMC-yə ümumilikdə 98.584.56 manat dəyərində toyuq əti məhsulları cəmiyyətin anbarından satış nümayəndəsi vasitəsilə verilmiş, lakin cəmiyyətin xəzinəsinə bununla bağlı hər hansı ödəniş edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 ASC-nin anbardarı vəzifəsində işləyir. Şirkətin anbarından «Agro Food Service” MMC-yə ümumilikdə 98.584.56 manat dəyərində toyuq əti məhsulları verilmiş, lakin malların dəyəri ödənilməmiş, habelə mal qaytarılması müşahidə olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, ünvan 10rləşən «X48 Cəmiyyəti»nin Xətai filialının binasını 2004-cü ildən icarə müqaviləsi əsasında götürüb orada dondurma istehsalını həyata keçirərək yay aylarında satır. O, X10 2018-ci ilin avqust ayından tanıyır. Belə ki, 2018-ci ilin avqust ayının sonlarında Elnur Şıxəhmədi onun icarəyə götürdüyü həmin ünvana gələrək onunla görüşmüş və həmin binanı bir il müddətinə icarəyə verməsini xahiş etmişdir. O isə hər il, yay aylarında orada dondurma istehsal edib satdığını bildirmişdir. Bundan X46 bir qədər fikirləşib binanın qarşı tərəfindəki əraziyə yüklərin boşaldılmasına, oradan isə malların avtomobil vasitəsilə daşınmasına icazə verilməsini ondn xahiş etmiş və bunun müqabilində 50 manat pul verəcəyini bildirmişdir. O da Elnur Şıxəhmədiyə heç bir problem olmadığını, icarəyə bina tapanadək həmin boş ərazidən istifadə edə biləcəyini demişdir. Bundan sonra, yəni 2018ci ilin avqust-sentyabr aylarında Zərərçəkmiş şəxs1 ASC-nin yük avtomobilləri Xətai rayonu, M.Hadi küçəsi 23 ünvanına gələrək boş əraziyə müxtəlif çeşid və çəkidə toyuq əti məhsullarını boşaltmışlar. Bəzi vaxtlarda Elnur Şıxəhmədi toyuq əti məhsulları təhvil verilərkən orada olmadığı üçün Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Şahid1 toyuq əti məhsullarını ona təqdim etmiş, o da Elnur Şıxəhmədi ilə telefon əlaqəsi yaratdıqda, sonuncu toyuq əti məhsullarını qəbul etməsini, məhsuların pulunu özü verəcəyini, öz avtomobillərinin gəlib malları aparacağını bildirmişdir. Bundna sonra şirkətin nümayəndələri yükü boşaldandan sonra çıxıb getmişlər. Bundan bir qədər sonra "xxxx" MMC-nin yük avtomobilləri gəlib həmin məhsulları aparmışlar. Bəzi vaxtlarda Elnur Şıxəhmədi özü də gəlib şəxsən məhsulları qəbul etmişdir. O, şəxsən heç vaxt malların boşaldılmasında və təvil alınmasında iştirak etməmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, bir müddət iş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin hüquqşünası işləmişdir. Hüquqşünas kimi onun səlahiyyətləri həmin şirkəti təmsil etmək, məhkəmədə hüquqlarını müdafiə etməklə, təmsil etdiyi şirkətlə digər şirkətlər arasında mülki-hüquqi müqavilələr, eyni zamanda şikayət ərizləri hazırlamaq və bu qəbildən olan sair vəzifələri icra etməkdən ibarət olmuşdur. O, şirkətin nümayəndəsi olaraq sadaladığı işləri görmüşdür. O, cinayət işi üzrə hazırda Təqsirləndirilən şəxs tanımır, Təqsirləndirilən şəxslə bağlı heç vaxt hər hansı bir şikayət ərizəsi hazırlamamış, X10 da şəxsən tanımır, X44 ilə bağlı şikayət ərizəsi hazırlayaraq səlahiyyətli orqana təhvil vermişdir. Həmin şikayət ərizəsində məlumatlar Elnur Şıxəhmədi barədə olmuşdur. Belə ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC balıq məhsullarının satışı ilə məşğul idi. Elnur Şıxəhmədi may ayında həmin şirkətə külli miqdarda balıq məhsulları ilə bağlı sifariş vermiş, şirkətin rəhbərliyi də sifarişin may ayında, yəni isti aylarda verilməsini müsbət hal kimi qarşılayaraq verilmiş sifarişi kifayət qədər yaxşı bir sifariş hesab etmiş və sifarişi icra edərək balıq məhsullarını Elnur Şıxəhmədiyə vermişdir. Elnur Şıxəhmədi şirkətdən balıq məhsullarını alsa da, sonradan öhdəliyini icra etməyərək şirkətin pulunu ödəməmişdir. Elnur Şıxəhmədinin "xxxx" MMC-si olmuşdur. Şirkətlər arasında müqavilə imzalandığından rəhbərliklə Elnur Şıxəhmədi arasında etibarlı münasibətlər yaranmış, ona görə də Elnur Şıxəhmədiyə təxminən 39.000 manata yaxın məbləğdə balıq məhsulları verilmişdir. Elnur Şıxəhmədi həmin balıq məhsullarını bazarda aşağı qiymətə sataraq əldə etdiyi qazancı Zərərçəkmiş şəxs2 MMCyə təhvil verməyərək şirkətə təxminən 39.000 manata yaxın məbləğdə zərər vurmuşdur. Bundan sonra şirkət rəhbərliyi tərəfindən şirkətin hüquqşünası qismində ona şikayət ərizəsinin hazırlanması və baş vermiş hadisənin araşdırılması üçün tapşırıq verilmişdir. O, şirkətə aidiyyatı üzrə sərbəst fəaliyyət göstərən auditor dəvət etmiş və auditor rəyinə əsasən şirkətə vurulmuş zərərin miqdarı müəyyən edilmişdir. Bundan sonra o, Elnur Şıxəhmədi ilə bir neçə dəfə telefon əlaqəsi saxlamış, sonuncu hər dəfə müxtəlif bəhanələrlə ödəniş vaxtını uzatmışdır. Bütün bunlardan sonra o, Elnur Şıxəhmədinin Zərərçəkmiş şəxs2 MMC-yə vurduğu zərərə görə şikayət ərizəsi hazırlayaraq səlahiyyətli orqana təqdim etmişdir. Həmin vaxtadək X16 Elnur Vaqif oğlu, həmçinin başqa şəxslərlə əlbirliyi barədə onun məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamışdır. Daha sonra o, şirkətdəki işindən ayrıldığından baş verən sonrakı hallar barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 MMC-nin direktoru Şahid6 və satış müdiri Şahid7 iş üzrə dindirilmiş Şahid5 ifadəsinə oxşar ifadə verərək onun göstərdiklərini tam təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, əsasən dənizçilərdən balıq alıb “8-ci km” kimi adlanan bazarda satır. O, Zərərçəkmiş şəxs2 MMC-nin direktoru Şahid6 uzun illərdir ki, tanıyır və aralarında dəfələrlə ticarət əməkdaşlığı olmuşdur. O, X10 tanımasa da, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs əslən İsmayıllı rayonundandır. 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs ona demişdir ki, tanışı Elnur Şıxəhmədi ucuz qiymətə 2710 kiloqram donmuş başsız skumbriya balığının birini 5 manatdan, 1700 kiloqram panqasius balığının isə birini 2 manat 90 qəpikdən təcili nağd şəkildə satır. Təklif olunan qiymət çox aşağı olmuşdur. Belə ki, həmin vaxt bazarda skumbriya balığının biri 6 manat 10 qəpiyə manata, panqasius balığının biri isə 4 manat 80 qəpiyə satılırdı. Onun maddi imkanı olmadığından həmin balıqları ala bilmədiyi üçün o, bu barədə Şahid6 məlumat verdikdə, Şahid6 bundan şübhələnərək həmin balığı Elnur Şıxəhmədinin məhz özündən aldığını və pulunu da vermədiyini bildirmişdir. O, həmin vaxt başa düşmüşdür ki, X49 Əhmədovu aldatmış və bundan sonra Şahid6 mal verməkdən imtina etmişdir. Şahid6 ondan malı qaytarmaqda köməklik etməyi xahiş etmişdir. Buna görə də o, 2-3 saatdan sonra Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq balığı almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə artıq balığın satıldığını ona demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, 01 avqust 2017-ci il tarixdən Zərərçəkmiş şəxs3 MMC-nin bölgə satış müdiri vəzifəsindən supervayzer vəzifəsinə təyin edilmiş və hazırda eyni vəzifəni icra edir. Şirkətdə supervayzerin funksional vəzifəsi ekspeditorlara (mal paylayıcı) nəzarət etmək, onların fəaliyyətini koordinasiya etməkdən ibarətdir. Şirkət Azərbaycan Respublikasına xarici ölkələrdən qida və qeyri-qida məhsullarının idxalı ilə məşğuldur və bir qayda olaraq həmin malların pərakəndə satışını həyata keçirir. 2019-cu ilin yanvar ayının ilk günlərində X17 onun istifadəsində olan, lakin şirkətə məxsus ***-***-**-** mobil telefon nömrəsinə zəng vuraraq "xxxx" MMC-nin təsisçisi olduğunu bildirib, əməkdaşlıq etmək istədiyini və bunun üçün görüşməyi xahiş etmişdir. O da Elnur Şıxəhmədi ilə razılaşmış və onlar Elnur Şıxəhmədinin ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsindəki «Biznes Mərkəzi»ndə görüşmüşlər. Həmin vaxt Elnur Şıxəhmədinin yanında Təqsirləndirilən şəxs adlı başqa bir nəfər də olmuş və Şıxəhmədi adaşı olan şəxsi şirkətin maliyyəçisi kimi təqdim etmişdir. Elnur Şıxəhmədi bildirmişdir ki, çoxlu sayda otel və istirahət mərkəzləri ilə işləyir, həmin mərkəzləri qida və qeyri-qida məhsulları ilə təmin edir, bunu sifariş əsasında həyata keçirir və işinin daha da yaxşı getməsi üçün onlarla əməkdaşlıq etmək istəyir. Əməkdaşlıq etmək üçün müqavilə bağlanmalı və rəsmi fəaliyyət həyata keçirilməli olduğunu demiş, Elnur Şıxəhmədi razılaşaraq "xxxx" MMC-nin sənədlərini ona göstərəndə, o, görmüşdür ki, Elnur Şıxəhmədi həqiqətən də şirkətin təsisçisi və qanuni təmsilçisidir, yəni direktorudur. Onunla bütün danışığı Elnur Şıxəhmədi aparmış, Təqsirləndirilən şəxs isə sadəcə söhbətə qulaq asmışdır. Elnur Şıxəhmədi bildirmişdir ki, nağdsız hesablaşma yolu ilə iş görür, belə ki, sifariş əsasında malı sifarişçilərə göndərir və 10-15 gün ərzində sifarişçi Elnur Şıxəhmədigilin bank hesabına nağdsız hesablaşma yolu ilə pulu köçürəndən sonra onlar da malı aldıqları şirkətlərin hesabına pulu köçürürlər, bir sözlə ilkin olaraq alver nisyə həyata keçirilir. O, bu barədə öz şirkətinin rəhbərliyinə məlumat verib razılıq alandan sonra 04 yanvar 2019-cu il tarixdə bir tərəfdən onların baş direktoru Akif Hacıyev, digər tərəfdən isə "xxxx" MMC-nin təsisçisi Elnur Şıxəhmədi arasında alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə Elnur Şıxəhmədi malın dəyərini 10-15 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. 20 iyun 2019-cu il tarixdə Elnur Şıxəhmədi onların ofisinə gəlib malın öz anbarına daşınmasını istəmiş və bildirmişdir ki, iki günə müəyyən ödənişlər aparacaqdır. Buna görə 20 iyun 2019-cu il tarixdə şirkətin ünvan 9 ünvanında yerləşən anbarından GRG657312 saylı malların təhvil-qəbul aktı əsasında ƏDV daxil dəyəri 4.204,6 manat təşkil edən ərzaq və qeyri-ərzaq malları, həmin tarixdə və eyni ünvanda yerləşən anbardan ĞRĞ657311 saylı malların təhvil-qəbul aktı əsasında ƏDV daxil dəyəri 3.979,66 manat təşkil edən ərzaq və qeyri-ərzaq malları, sonuncu dəfə 26 iyun 2019-cu il tarixdə eyni ünvanda yerləşən anbardan ĞRĞ658643 saylı malların təhvil-qəbul aktı əsasında ƏDV daxil dəyəri 2.653,41 manat təşkil edən ərzaq və qeyri-ərzaq malları onların yük avtomobilləri vasitəsilə, ekspeditor işləyən Şahid11 tərəfindən Elnur Şıxəhmədinin göstərdiyi ünvana, yəni anbarı kimi təqdim etdiyi ünvan 10rləşən anbara daşınıb orada boşaldılmışdır. Aralarındakı razılaşmaya əsasən malların daşınması öhdəliyi onlarda olduğundan öz anbarlarından malları daşıyıb Elnur Şıxəhmədinin göstərdiyi və ünvanını qeyd etdiyi Xətai rayonu ərazisindəki anbara boşaltmışlar. Bundan iki gün sonra onlar Elnur Şıxəhmədi ilə əlaqə yaratmağa cəhd göstərsələr də, Elnur Şıxəhmədinin telefon nömrəsi bağlı olmuş və gün ərzində sonuncunu tapa bilməmişlər. Onlar şübhələndikləri üçün səhəri gün malı boşaltdıqları Xətai rayonu ərazisindəki anbara getmişlər və orada məlum olmuşdur ki, anbarda onların malı yoxdur, anbar ümumiyyətlə boşdur. Sonrakı müddətdə o, dəfələrlə Elnur Şıxəhmədi ilə telefon vasitəsilə əlaqə yaradıb danışmağına baxmayaraq Elnur Şıxəhmədi hər dəfə bir bəhanə gətirib malın pulunu ödəyəcəyini söz vermiş, lakin söz verməsinə baxmayaraq bugünədək bir manat belə olsun pul ödəməmişdir. Sonradan onlar öyrənmişlər ki, Elnur Şıxəhmədi onlar kimi bir çox şirkəti aldadıb mallarını ələ keçirərək sonrada ucuz qiymətə satıb pulunu xərcləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, 2018-ci il tarixdən Zərərçəkmiş şəxs3 MMC-də ekspeditor vəzifəsində işləyir, vəzifəsi müxtəlif malların tapşırılan yerlə çatdırmaq və təhvil verməkdən ibarətdir. 2019-cu ildə Zərərçəkmiş şəxs3 MMC-nin rəhbərliyinin tapşırığı əsasında o, malların təhvil-qəbul aktı əsasında qaimə vərəqində göstərilmiş malları Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən anbara boşaltmışdır. O, həmin vaxt anbarda malları qəbul edən şəxsi tanımamışdır. Fakturanın biri onda qalmış, digərini isə o, malı təhvil verdiyi şəxsə təqdim etmişdir. O, malları anbara boşaltdıqdan sonra ekspeditorun göstərişi ilə malları təhvil alan şəxsə imzalatdırdığı qaimə fakturalarını gətirib işlədiyi şirkətə təqdim etmişdir. Həmin vaxt ekspeditor Şahid10 olmuşdur. O, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs tanımır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, o, 2016-cı ildə Zərərçəkmiş şəxs4 MMC-ni təsis etmiş və hazırda həmin MMC-nin həm təsisçisi, həm də direktorudur. Şirkət istilik sistemləri (kombi və ona aid olan bütün detallar) və santexnika məhsullarının Azərbaycan Respublikasına idxalı, burada topdan və pərakəndə satışını həyata keçirir. Şirkətin hüquqi ünvani ünvan 12. O, Şahid13 bir neçə ildir ki, tanıyır. Şahid13 onlara daimi müştərilər göndərib və hazırda da göndərir. 2020-ci ilin avqust ayında Şahid13 ona müraciət edərək bildirmişdir ki, "xxxx" MMC-nin rəhbəri X17 müxtəlif layihələr üzərində çalışır və onun şirkəti ilə iş görmək istəyir, bunun üçün müraciət etmişdir ki, tanış olsunlar. Şahid13 deməsinə görə Elnur Şıxəhmədinin ofisi Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Babək Plaza»nın 6-cı mərtəbəsində yerləşmiş və şəxsən Elnurla bir neçə dəfə orada görüşmüşdür. Sonra o, Elnur Şıxəhmədi ilə telefon əlaqəsi saxlamış, Elnur Şıxəhmədi rəhbəri olduğu "xxxx" MMC-nin təmir-tikinti işləri ilə məşğul olduğunu, layihələrinin olması və onların satış etdiyi məhsullardan almaq istədiyini bildirmişdir. 01 sentyabr 2020-ci il tarixdə Elnur Şıxəhmədi onların Bakı şəhəri, Nərimanov rayonu. Z.Bünyadov prospekti, 1022-ci məhəllə, «Bakı Satış Mərkəzi»ndə yerləşən anbarına gəlmiş, orada oturub söhbət etmişlər. Elnur Şıxəhmədi yenə öz layihələri barədə danışmış və danışığı ilə özünə münasibətdə etibar qazanmışdır. O, Elnur Şıxəhmədidən şübhə etməmiş və dediklərinin həqiqət olduğunu qəbul etmiş, X50 peşəkarcasına danışmış, ticarətdən başı çıxan adam kimi söhbət aparmış və davranışı ilə şirkət rəhbəri olduğu təsəvvürü yaratmışdır. Elnur Şıxəhmədi bildirmişdir ki, onlarla uzunmüddətli iş birliyi görmək niyyətindədir, ilkin olaraq götürəcəyi malın dəyərini də bir aya iki dəfəyə olmaqla, yəni 15 sentyabr 2020-ci il tarixdə yarısını və 01 oktyabr 2020-ci il tarixdə də qalan yarısını nağdsız hesablaşma yolu ilə bank hesablarına mədaxil edəcəkdir. Ümumiyyətlə o, digər şirkətlərlə də bu şəkildə işlədiyi üçün, yəni malı nisyə verib razılaşdırdıqları müddətdə pulunu nağdsız hesablaşma yolu ilə hesablarına keçirtdikləri üçün Elnur Şıxəhmədinin təklifi ilə razılaşmış və sonuncunun təşəbbüsü ilə elə həmin tarixdə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Onlar müqaviləni bir il müddətinə bağlamışlar. X50 demişdir ki, uzunmüddətli əsasla onlarla işləmək istəyir, lakin aralarında şifahi razılaşma olmuşdur ki, ilkin götürəcəyi malın dəyərini Elnur Şıxəhmədi bir aya ödəyəcək, sonra isə yenə işi davam edəcəklər. Alqı-satqı müqaviləsi bağlandıqdan X46 bildirmişdir ki, işçisi onların şirkətinin anbardarı ilə əlaqə saxlayıb lazım olan malların siyahısını verəcək. Bundan sonra sifarişlər Elnur Şıxəhmədinin ağbaş ləqəbli işçisi Təqsirləndirilən şəxs tərəfindən telefon vasitəsilə verilmiş, sonra həmin sifariş siyahısı Elnur Şıxəhmədi ilə dəqiqləşdirilmişdir. 05 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs anbara gəlmiş, lakin həmin vaxt o, orada olmamışdır. Təqsirləndirilən şəxs alınacaq malların sayı və növlərini ilə bağlı siyahını təqdim etdikdən sonra şirkətin anbardarı siyahıda olan ƏDV daxil olmaqla 90.541,45 manat məbləğində santexnika məhsullarını Təqsirləndirilən şəxs özü ilə gətirdiyi avtomaşına yüklətdirmişdir. Təqsirləndirilən şəxs həmin malları iki dəfəyə, yəni 2020-ci ilin 01 sentyabr və 15 sentyabr tarixlərində özü ilə gətirdiyi **-KF-*** və **-RO-*** dövlət nömrə nişanlı avtomaşınlarla aparmışdır. İlkin ödəniş 15 sentyabr 2020-ci il tarixdə edilməli olmuş, lakin həmin tarixdə Elnur Şıxəhmədi ona zəng edib bəzi ləngimələrin olduğunu, iki-üç günə ödənişi edəcəyini bildirdiyindən o, Elnur Şıxəhmədi ilə razılaşaraq qalan malı da təhvil vermişdir. Bir ay tamam olmuş, Elnur Şıxəhmədi artıq iki dəfəyə götürdüyü malın dəyəri olan 90.541,45 manat pulu onların hesabına köçürmədiyindən, hər dəfə vaxtı uzadıb müxtəlif bəhanələr gətirdiyindən anbardara tapşırıq vermişdir ki, nisyə verdikləri malın dəyəri ödənilmədən Elnur Şıxəhmədi və Təqsirləndirilən şəxs yeni mal göndərilməsin. Sonra o, onları tanış etmiş Şahid13 ilə əlaqə saxlayıb Elnur Şıxəhmədiyə ödənişi etməsi barədə deməyini bildirmiş, Emil də Elnur Şıxəhmədi ilə danışan zaman sonuncu yenə möhlət istəyərək borcunu ödəyəcəyini bildirmişdir. X51 20 oktyabr 2020-ci il tarixdə şirkətə bildiriş göndərərək ödənişdən yayınmadığını və borcun yarısını 2020-ci ilin 30 oktyabrında, qalanını da 05 noyabrda ödəyəcəyini qeyd etmişdir. Ancaq həmin müddətlər çatdıqda yenə ödəniş olmamış, sonradan ona məlum olmuşdur ki, Elnur Şıxəhmədinin «Babək Plaza»da ofisi yoxdur və sonuncu bu qaydada bir neçə şirkətin malını əldə edərək ödəniş etməmişdir. Həmçinin o, Elnur Şıxəhmədinin barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin istintaq olunduğunu öyrənmiş və özü də Elnur Şıxəhmədidən şikayət etmək qərarına gəlmişdir. Sonrakı müddətdə Elnur Şıxəhmədi onun rəhbəri olduğu şirkətin bank kartına 2021-ci ilin fevral-may ayları ərzində birinci dəfə 500 manat, ikinci dəfə isə 600 manat olmaqla, ümumilikdə 1.100 manat pul göndərmiş, sonra bir manat belə olsun ödəniş etməmişdir. Şahid12 ifadəsində, həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs4 MMC olaraq onlarla iş görmək istəyən şirkətləri bir qayda olaraq araşdırmışlar. Bu qayda "xxxx" şirkətinə də tətbiq olunmuşdur. Belə ki, şirkətin direktoru Elnur Şıxəhmədi onun tanışı Elmil Ələkbərovu öz ofisinə dəvət etməklə özünə inam yaratmışdır. Elnur Şıxəhmədinin şirkətinin adının «X66» MMC adlı başqa bir şirkətlə yaxın ad olması onları çaşdırmışdır. Belə ki, «X66» MMC ölkə bazarında çox tanınmış şirkətdir, böyük dövriyyəsi var. Elnur Şıxəhmədi «X66» MMC-nin adı ilə oxşar şirkət təsis edərək bazarda olan çoxlu sayda iş adamını aldatmışdır. Sonradan o, başa düşmüşdür ki, Elnur Şıxəhmədinin təsis etdiyi şirkət qurama şirkətdir və ancaq dələduzluqla məşğul olur. Bundan başqa, Elnur Şıxəhmədi tərəfindən verilmiş sifariş real sifariş olmuş, sifarişdə bütün ölçülər zərgər dəqiqliyi ilə müəyyən edilmişdir. Bu ölçülər vasitəsi ilə onlar Elnur Şıxəhmədinin bazarda yaxşı şirkətlərdən birinin rəhbəri olduğunu hesab etmişlər. Sifarişdə malların verilməsi rəsmi qeyd olunmuşdur. Adətən mallar verilərkən artıq sistemlərində satış kimi qeyd olunur və həmin mallar şirkətin hesabından çıxır. "xxxx" MMC-dən ödəniş olmadığına görə onlar zəmanət bildirişi tələb etmişlər. Elnur Şıxəhmədi tərəfindən tərtib edilmiş aktda ƏDV daxil olmaqla 91.000 borc olduğu göstərilmiş, həmin akt Təqsirləndirilən şəxs tərəfindən onlara təqdim edilmişdir. Həmin bildirişə görə ayın sonunda ödəniş edilməli idi, lakin ödəniş edilməmişdir. Ona görə də o, şikayətçidir. Onun tələbi var. O, təsis etdiyi şirkətə dəymiş zərərin ödənilməsini "xxxx" MMC və Təqsirləndirilən şəxs tutularaq ödənilməsinə dair qərar qəbul olunmasını xahiş edir və təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o, hazırda Zərərçəkmiş şəxs4 MMC-də işləyir. O, həmin şirkətin rəhbəri Şahid12 8 ildən artıq müddətdir ki, tanıyır. "xxxx" MMC 2016-cı ildə Şahid12 tərəfindən təsis edilmiş və o da həmin vaxtdan bu şirkətlə işləməyə başlamışdır. Cinayət hadisəsi baş verən dövrdə o, həmin şirkətin rəsmi işçisi olmamış, qeyri-rəsmi, yəni fərdi işçi kimi işlədiyi üçün tapşırıqları yerinə yetirmişdir. O, şirkət rəhbərliyi qarşısında şərt qoymuşdur ki, əgər şirkətin fəaliyyətində özünü doğrultsa onunla rəsmi şəkildə əmək müqaviləsi imzalanacaq və hazırda belə bir müqavilə imzalanmışdır. Buna qədər o, şirkətdə qeyri-rəsmi işləməklə satışla məşğul olmuş, əmək haqqı almasa da, aylıq satılan mallara və tapdığı müştərilərə görə ona bonuslar verilmişdir. O, əsasən istilik sistemlərinin satışı bazarında müştərilər axtardığı üçün onun əlaqə nömrəsi bu işlə məşğul olan əksər insanlarda, bundan başqa, onun mobil telefon nömrəsi Zərərçəkmiş şəxs4 şirkətinin satış nümayəndəsi kimi müxtəlif sosial şəbəkələrdə də olmuşdur. O, cinayət işi üzrə təqsirləndirilən şəxslər X17 və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 2020-ci ilin avqust ayında Elnur Şıxəhmədi ona zəng vuraraq istilik sistemləri və santexnika məhsulları almaq istədiyini, şirkət rəhbəri olduğunu və çox sayda layihələri icra etdiyini bildirmiş, habelə işgüzar söhbət üçün onu özünün Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Babək Plaza»nın 6-cı mərtəbəsində yerləşən ofisinə dəvət etmişdir. O, Elnur Şıxəhmədinin onun mobil telefon nömrəsini haradan əldə etməsini dəqiq bilmir. O, Elnur Şıxəhmədinin ofisində sonuncu ilə 2-3 dəfə görüşmüşdür. Elnur Şıxəhmədi özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim etmiş və həmin yerin özünün ofisi olduğunu bildirmişdir. Ofisdə danışıq apararkən özünü Elnur Şıxəhmədinin işçisi kimi təqdim edən ağbaş ləqəbli Təqsirləndirilən şəxs də orada olmuş, lakin həmin vaxt Təqsirləndirilən şəxs hər hansı bir danışıq aparmamış, işbirliyi barədə təklifi Elnur Şıxəhmədi vermiş, ancaq sonradan malların təhvil alınması, malların çeşidləri və keyfiyyətləri barədə bütün məsələləri Təqsirləndirilən şəxs həll etmişdir. O, X31 Babayevin kim olmasını soruşduqda, X45 Babayevi həm öz şəriki, həm də "xxxx" MMC-nin təchizat şöbəsinin müdiri, gah da maliyyəçisi kimi təqdim etmiş, sonuncu da buna etiraz etməmişdir. O, Elnur Şıxəhmədinin işgüzar adam olduğunu görüb dediklərinin həqiqət olduğunu zənn edərək Elnur Şıxəhmədini Zərərçəkmiş şəxs4 MMC-nin rəhbəri Şahid12 ilə əlaqələndirmişdir. 01 sentyabr 2020-ci il tarixdə Elnur Şıxəhmədi Zərərçəkmiş şəxs4 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1022-ci məhəllə, «Bakı Satış Mərkəzi»ndə yerləşən anbarına gəlib Şahid12 ilə görüşmüş və sonra sonuncular özləri söhbət etmişlər. Həmin görüşdə o, iştirak etməsə də, sonradan Şahid12 ona görüşün detalları barədə məlumat vermiş və alqı-satqı müqaviləsi bağladıqlarını bildirmişdir. Razılaşmaya əsasən Elnur Şıxəhmədi sifariş etmək istədiyi malı götürdükdən sonra dəyərini bir ay ərzində iki dəfəyə olmaqla ödəməli imiş və bu normal prosedur olmuş, yəni onlar əksər şirkətlərlə bu qaydada işləmişlər, həmçinin bazar prinsiplərinə əsasən alıcıya mal nisyə verilir və bir müddət sonra alıcı ödəniş etməyə başlayır. Elnur Şıxəhmədi layihələrinin çox olduğunu və bundan sonra da birlikdə əməkdaşlıq etmək istədiyini bildirmişdir. 05 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** və ***- ***-**-** mobil telefon nömrələri ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng vurub onunla danışaraq Elnur Şıxəhmədinin sifariş verdiyi malların siyahısını hazırladığını, həmin siyahı üzrə Zərərçəkmiş şəxs4 MMC-dən malları təhvil almaq istədiyini bildirmişdir. O da dərhal Elnur Şıxəhmədiyə zəng vurub bu barədə deyəndə sonuncu bunu təsdiq edib öz işçisi Təqsirləndirilən şəxs onun nömrəsini verdiyini bildirərək malı işçisinə təhvil verməyi xahiş etmişdir. O, narahatlığa əsas olmadığına əmin olduqdan sonra Təqsirləndirilən şəxs anbara yaxınlaşmasını demiş, daha sonra anbardarla danışıb xəbərdar etmişdir ki, sifariş əsasında malı Təqsirləndirilən şəxs təhvil versin. Təqsirləndirilən şəxs elə həmin tarixdə anbara gələrək sifariş əsasında malı özü ilə gətirdiyi **-KF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklətdirib təhvil alaraq aparmışdır. 15 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ikinci dəfə onunla əlaqə saxlayaraq yenə malların siyahısını demiş, o da bu haqda anbardara məlumat vermiş və Təqsirləndirilən şəxs bu dəfə **-RO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə anbara yaxınlaşıb malı təhvil alaraq aparmışdır. Adətən malların sifarişini Elnur Şıxəhmədi vermiş, aktları isə Təqsirləndirilən şəxs şəxsən ona təqdim etmişdir. Sifarişlər telefon vasitəsilə verilmiş, yazılı şəkildə təqdim edilməmişdir. Malların siyahısını telefon vasitəsilə Təqsirləndirilən şəxs vermiş və telefonda təxminən 30-40 dəqiqə ərzində dəqiqləşdirilmişdir. Anbardan Təqsirləndirilən şəxs mal təhvil verilərkən o, şəxsən orada olmamış, lakin mal götürüləndən sonra anbardardan bu barədə məlumat almışdır. Anbarda videokamera olmuşdur. Beləliklə, Elnur Şıxəhmədi Zərərçəkmiş şəxs4 MMC-nin hesabına ƏDV daxil olmaqla 90.541,45 manat pul köçürməli olmuş, lakin heç bir ödəniş etməmiş və hər dəfə bir bəhanə gətirib vaxtı uzatmağa başlamışdır. X2 müraciətlərinə cavab olaraq Elnur Şıxəhmədi borcunu etiraf etməsi ilə bağlı bildiriş, akt tərtib edərək Təqsirləndirilən şəxs vasitəsilə onlara təqdim etmişdir. O, borcun etirafı ilə bağlı aktın tarixini xatırlamasa da, aktda Elnur Şıxəhmədinin imzasının olduğu dəqiq yadındadır. Sözü gedən akt cinayət işinin materiallarına əlavə edilməsi üçün ibtidai istintaq orqanına təqdim edilmişdir. Növbəti dəfə o, Elnur Şıxəhmədi ilə əlaqə saxlayanda, X58 adlı şəxsin mobil telefon nömrəsini verib işçisi olduğunu, pulun bir hissəsini Asifin nağd şəkildə ödəyəcəyini demişdir. O, Asiflə telefon vasitəsi ilə əlaqə saxlamış, sonuncu özünü Elnur Şıxəhmədinin işçisi kimi təqdim etmiş və görüş yeri təyin edib pulun bir hissəsini verəcəyini bildirmiş, ancaq sonradan Asif görüş yerinə gəlməmişdir. O, bundan başa düşmüşdür ki, Elnur Şıxəhmədigil onları aldatmışdır. O, sonradan maraqlandıqda məlum olmuşdur ki, Elnur Şıxəhmədinin «Babək Plaza»da ofisi yoxdur. O, Elnur Şıxəhmədi ilə əlaqə saxlayanda sonuncu oradan köçdüyünü bildirsə də, yeni ofisin ünvanını ona deməmişdir. O, bir müddətdən X46nin eyni qayda ilə bir neçə şirkətin malını əldə edərək ödəniş etmədiyini öyrənmiş, həmçinin barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin istintaq olunduğunu öyrəndikləri üçün Şahid12 şikayət ərizəsi ilə Xəzər rayon prokurorluğuna müraciət etmişdir. Bundan X46 iki dəfə olmaqla, cəmi 1.100 manat pulu Şahid12 bank kartına köçürmüş, qalan məbləği isə bugünə kimi ödəməmişdir. Şahid13 ifadəsində, həmçinin bildirmişdir ki, o, Elnur Şıxəhmədiyə satış üçün verdiyi mallardan əldə etdiyi bonusun miqdarını dəqiq olaraq deyə bilmir, çünki bu kommersiya sirridir. Lakin dəqiq deyə bilər ki, Elnur Şıxəhmədi ona satışa görə əlavə pul verməmiş, aralarında hər hansı bir gizli fəaliyyət olmamışdır. Onun bu satışdan aldığı bonuslar rəsmi olmuşdur. Belə ki, o, bonusları rəsmi sənədlər və qaimələrlə əldə etmişdir. Qaimələri şirkət rəhbərləri imzalamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, o, 2017-ci ildən Zərərçəkmiş şəxs4 MMC-də anbardar vəzifəsində işləyir. Şirkət Şahid12 tərəfindən təsis edilmiş və direktor da həmin şəxsdir. Şirkətin hüquqi ünvanı ünvan 13aqla, anbarı Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1022-ci məhəllə, «Bakı Satış Mərkəzi»ndə yerləşir. Cəmiyyət istilik sistemləri (kombi və ona aid olan bütün detallar) və santexnika məhsullarının Azərbaycan Respublikasına idxalı, o cümlədən Azərbaycanda topdan və pərakəndə satışını həyata keçirir. Anbardar kimi onun vəzifəsi malları şirkətin mühasibatlığından ona daxil olan elektron qaimə əsasında müştəriyə təhvil verməkdən ibarətdir. Sənədlərin hamısı mühasibatlıqda olur və mallar təhvil verildiyi zaman o, bu barədə mühasibatlığa məlumat verir. O, malın təhvilində iştirak etmir, siyahını yazıb fəhlələrə verir ki, fəhlələr həmin malları hazırlasınlar. Ancaq malın buraxılamsı onun səlahiyyətindədir, daha doğrusu malın anbardan buraxılması barədə şirkətin direktoru və ya baş mühasib sərəncam verir, yən rəhbərlik ona məlumat verir ki, indi hansısa şirkətin nümayəndəsi və ya hansısa şəxs gələcək, filan malları həmin şəxsə ver, o da rəhbərliyin dediyi kimi həmin malları deyilən şəxslərə təhvil vermişdir. Başqa sözlə desə, o, əmrə tabe olan adamdır. Anbardan verdiyi malların haqqının ödənilməsi barədə onun məlumatı olmur. O, anbardan mal çıxarılakən sənəd tərtib etmir, sənədləşmə aparmır, ona maşın nömrəsi deyilir və həmin qeydiyyat nişanlı avtomobil gəldiyi zaman siyahıdakı malları həmin avtomobilə yüklətdirir. Şirkətin verdiyi siyahı ilə mal göndərilir. Həmin siyahı ona email (elektron poçt), yazılı kağız və ya telefon vasitəsilə deyilir. 05 sentyabr 2020-ci il tarixdə şirkətin rəhbərliyindən ona məlumat verilmişdir ki, anbara "xxxx" MMC-nin istifadəsində olan **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil gələcək və ona tapşırılmışdır ki, təqdim edilən siyahı üzrə malları həmin avtomobilə yüklətdirib yola salsın. Bir neçə dəqiqədən sonra anbarın qarşısına **-KF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili gəlmiş və o, mühasibatlıqdan aldığı siyahı üzrə ƏDV daxil olmaqla, 73.718,38 manat dəyərində malları həmin yük avtomobilinə yüklətdirmişdir. Həmin yük avtomobilini onun tanımadığı sürücü idarə etmiş və həmin sürücünün yanında bir nəfər tanımadığı başqa kişi də olmuşdur. Siyahıda daha artıq mallar olmuş, yəni yüklənməli olan malların siyahısı 39 bənddən ibarət olmuş və həmin siyahının elektron qaimə şəklində bir nüsxəsi istintaqa təqdim edilmişdir. Sadəcə mallar çox olduğundan və gəlmiş yük avtomobilinə bütün mallar sığmadığından o, yalnız daha bahalı malları ora yüklətdirmiş, bunu sifarişçi Elnur Şıxəhmədinin sözünə əsasən etmişdir. Belə ki, Elnur Şıxəhmədi bildirmişdir ki, siyahı üzrə qalan malları bir neçə gündən sonra yük avtomobili göndərməklə anbardan aparacaqdır. Bundan sonra 15 sentyabr 2020-ci il tarixdə rəhbərlikdən ona məlumat verilmişdir ki, anbara **-RO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili gələcək, həmin yük avtomobili də "xxxx" MMC-nin istifadəsindədir və ona tapşırılmışdır ki, təqdim edilmiş siyahı üzrə qalmış digər malları da həmin avtomobilə yüklətdirib yola salsın. Bir neçə dəqiqədən sonra anbarın qarşısına **-RO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili gəlmiş və o, siyahı üzrə qalan malları, yəni ƏDV daxil olmaqla, 16.823,08 manat dəyərində olan qalan malları həmin yük avtomobilinə yüklətdirib yola salmışdır. Bu dəfə həmin yük avtomobilində sürücüdən başqa heç kim olmamış, sürücü fərqli kişi olmuşdur. O, istər birinci dəfə yük maşınında olan sürücü ilə yanındakı şəxsin, istərsə də ikinci dəfə gələn sürücünün məhkəmə iclas zalında olan Təqsirləndirilən şəxs olub-olmamasını xatırlamır. Onun ümumiyyətlə təqsirləndirilən şəxslə heç bir danlışığı olmamışdır. O, cəmi iki dəfə olmaqla ƏDV daxil ümumi dəyəri 90.541,46 manat təşkil edən malları "xxxx" MMC-yə göndərmişdir. 05 sentyabr 2020-ci il tarixdə mühasibatlıqdan ona sadə qaimə təqdim edilmiş və həmin qaimə əsasında həmin tarixdə və 15 sentyabr 2020-ci il tarixdə malları göndərmiş, ayın sonuna yaxın, yəni 25 sentyabr 2020-ci il tarixdə sadə qaimə əsasında elektron qaimə tərtib edilmiş və sadə qaimə lazım olmadığından məhv edilmişdir. Sonradan o, eşitmişdir ki, "xxxx" MMC-nin direktoru X17 onun işlədiyi şirkətin rəsmi işçilərini aldatmış və iki dəfəyə şirkətdən aldığı malların dəyərini ödəməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid15 ifadəsində iş üzrə zərərçəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs7 ifadəsinə oxşar ifadə verərək sonuncunun göstərdiklərini tam təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 2020-ci ilin iyun ayında atası Vaqif Babayev vəfat edəndən sonra anası Əzizə Babayeva onunla birlikdə yaşayır. Təqsirləndirilən şəxs isə istintaq orqanı tərəfindən tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, X10 qardaşı Elnurun vasitəsilə tanımışdır. Elnur Şıxəhmədi 03 iyul 2021-ci ildə həbs olunanda, yəni səhəri günü 04 iyul 2021-ci il tarixdə sürücüsü olan Zərərçəkmiş şəxs8 zəng edərək qardaşı Elnurdan 8.000 manat pul istədiyini deməyi bildirmişdir. Zərərçəkmiş şəxs8 də onun qardaşı Elnura çatdırmış, lakin qardaşı Elnur heç kimdən pul tapa bilməmişdir. Belə olan halda Natiq həmin 8.000 manatı kimdənsə borc alaraq özü aparıb Elnur Şıxəhmədiyə vermişdir. Qardaşı Elnura 8.000 manat məbləğində pul verilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Elnur Şıxəhmədi həmin 8.000 manat pulu müstəntiq Rüfət Allazova vermişdir. O, maraqlandıqda, həmin pulun 4.000 manatının zərərçəkmiş şəxslərə verilməsi məlum olmuşdur. Lakin daha sonra o, müəyyən etmişdir ki, müstəntiq tərəfindən hər hansı bir zərərçəkmişə ödəniş edilməmişdir. Hazırki cinayət işi üzrə ittiham aktında qeyd edilir ki, guya onun qardaşı Təqsirləndirilən şəxs 04 iyul 2021-ci il tarixdə Bakı şəhərində Zərərçəkmiş şəxs8 8.000 manat alaraq Elnur Şıxəhmədiyə vermişdir. Həqiqətdə isə belə bir hal olmamış, onun qardaşı Elnur heç kəsdən pul almamışdır. Belə ki, ittiham aktında göstərilən gün qardaşı Təqsirləndirilən şəxs Mingəçevir şəhərində onun baldızının nişan mərasimində iştirak etmiş və bunu təsdiq edən videokaset də mövcuddur. Zərərçəkmiş şəxs8 dəfələrlə ona və anasına zəng edib, onları ölümlə hədələmiş, hətta demişdir ki, «qardaşın Təqsirləndirilən şəxs ölüsü çıxacaq türmədən». O, bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş və Natiq 15-17 noyabr 2021-ci il tarixdə narkotiklə bağlı həbs edilmiş, lakin naməlum səbəblərdən nədənsə hələ də azadlıqdadır. 2021-ci ilin sentyabr ayında qardaşı Təqsirləndirilən şəxs həbs edilmiş, bundan sonra qardaşı Elnurun və Elnur Şıxəhmədinin şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı işə baxılmışdır. Həmin vaxt o da Bakı Apellyasiya Məhkəməsinə getmiş, həmin vaxt məhkəmənin qarşısında Zərərçəkmiş şəxs8 görüb, qardaşının həbs edilməsi səbəbi ilə maraqlanmış, Natiq də ona demişdir ki, qardaşı Elnur onun 8.000 manat pulunu alıb Elnur Şıxəhmədiyə vermiş, sonra isə həmin məbləği qaytarmamışdır. O, bu barədə anasına məlumat verəndə, anası Zərərçəkmiş şəxs8 zəng vuraraq oğlu Elnurdan şikayət etməsinin səbəbini soruşmuşdur. Natiq də onun anasına cavab vermişdir ki, guya Təqsirləndirilən şəxs onun anasını söymüşdür. Onun anası Zərərçəkmiş şəxs8 demişdir ki, əgər belə bir şey olubsa özü oğlunun əvəzinə üzr istəyir, hətta azadlığa çıxarsa Elnurun özü də Zərərçəkmiş şəxs8 üzr istəyəcək və natiqdən xahiş etmişdir ki, şikayət ərizəsini geri götürsün. Zərərçəkmiş şəxs8 onun anasına cavabında yalnız 8.000 manat pulunu alandan sonra ərizəsini geri götürəcəyini demiş, anası da Natiqə demişdir ki, borcun qaytarılması üçün oğlu Elnurun azadlığa çıxması lazımdır. Zərərçəkmiş şəxs8 onun anasına demişdir ki, oğlu Təqsirləndirilən şəxs həbsxanadan ancaq ölüsü çıxa bilər, anası da bundan sonra Natiqə demişdir ki, Elnura nə olsa Natiqdən biləcək, hətta Natiqə onun səsini telefona yazdığını demiş, Natiq isə cavabında «kaş səsimi yazdığını mənə deməzdin» bildirmişdir. 2021-ci ilin oktyabr ayının sonlarında o, Zərərçəkmiş şəxs8 zəng vuraraq qardaşı Təqsirləndirilən şəxs barəsində şikayətini nə zaman geri götürəcəyini soruşmuş, Natiq yenə də pulunu alandan sonra bunu edəcəyini demişdir. Bununla bağlı onunla Natiq arasında xoşagəlməz danışıq olmuşdur. Zərərçəkmiş şəxs8 ilə özü və anasının arasında olan danışıqları özündə əks etdirən dörd ədəd diski ibtidai istintaq zamanı ifadə verərkən müstəntiqə təqdim etmiş və disklər müstəntiq tərəfindən cinayət işinin materiallarına əlavə edilmişdir. Qardaşı Elnur daim mevyə-tərəvəz alış-verişi işi ilə məşğul olmuş, hər zaman öz işində düzgün işləmişdir. Belə ki, Təqsirləndirilən şəxs malları müxtəlif sahibkarlardan nağd qaydada götürmüş, heç vaxt heç kimə borcu olmamışdır. O, hesab edir ki, qardaşı Elnur hazırkı cinayət işi üzrə günahsız yerə həbs edilmiş və qardaşı Təqsirləndirilən şəxs əslində zərərçəkmiş şəxs qismində cəlb edilməli imiş. Təqsirləndirilən şəxs iş üzrə digər təqsirləndirilən şəxs Elnur Şıxəhmədinin qanunsuz əməlləri nəticəsində bu vəziyyətə düşmüş, sonuncu digər zərərçəkmiş şəxsləri aldatdığı kimi onun qardaşını da aldadaraq Təqsirləndirilən şəxs külli miqdarda zərər vurmuşdur. Belə ki, Elnur Şıxəhmədi illər öncə də müxtəlif sahibkarlardan məhsul götürüb sataraq əldə etdiyi pulları mal sahiblərinə verməyərək həmin şəxsləri aldatmış, habelə qardaşı Təqsirləndirilən şəxs də 2019-cu ildə mal götürmüş, lakin pulunu ödəməmişdir. Elnur Təqsirləndirilən şəxs Şıxəhmədiyə verdiyi həmin malları müxtəlif sahibkarlardan götürmüş və Şıxəhmədi Elnur malların pullarını vermədiyi üçün qardaşı Təqsirləndirilən şəxs də malı nisyə olaraq aldığı şəxslərə borclanmışdır. O, anası ilə birlikdə Elnur Şıxəhmədiyə dəfələrlə zəng edib sonuncudan qardaşına olan borcunu qaytarmağı tələb etmişdir. Bundan başqa, o özü iş üzrə zərərçəkmiş iki hüquqi şəxsin rəhbəri ilə görüşmüş, özünü həmin şəxslərə Təqsirləndirilən şəxs bacısı kimi deyil, zərərçəkmiş şəxs qismində təqdim etmişdir ki, qardaşı Təqsirləndirilən şəxs həqiqətən də Elnur Şıxəhmədi ilə əlbir olub müxtəlif şəxslərə zərər vurub-vurmamasını müəyyən etsin. Həmin zərərçəkmiş hüquqi şəxslərdən Zərərçəkmiş şəxs3 MMC-nin direktoru ona demişdir ki, müqaviləni şəxsən Elnur Şıxəhmədi ilə bağlamış və qardaşı Təqsirləndirilən şəxs bu işə aidiyyatı olmamış, ona görəd qardaşı Təqsirləndirilən şəxs şikayəti yoxdur. Onun həmin şəxslərlə danışıqlarını özündə əks etdirən disklər də var. "xxxx" MMC-nin direktoru qardaşı Təqsirləndirilən şəxs deyil, Elnur Şıxəhmədi olmuş, habelə ayrı-ayrı fiziki və hüquqi şəxslərlə bağlanan müqavilələr Elnur Şıxəhmədi tərəfindən imzalanmışdır. Elnur Şıxəhmədi həmin fiziki və hüquqi şəxsləri aldadaraq əmlaklarını ələ keçirmiş, qardaşı Təqsirləndirilən şəxs isə yalnız həmin malların satışına və çatıdırılması işinin təşkil edilməsinə cavabdeh olmuşdur. Qardaşı Elnur Təqsirləndirilən şəxs Şıxəhmədinin qanunsuz əməllərinin qurbanıdır. Elnur Şıxəhmədi qardaşı Təqsirləndirilən şəxs də aldatmış, ayrı-ayrı fiziki və hüquqi şəxslərdən aldığı malların satışı nəticəsində əldə edilən vəsaitləri ələ keçirmişdir. Bütün bunlara baxmayaraq qardaşı Elnur Təqsirləndirilən şəxs Şıxəhmədinin əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin yanvar ayından ortaq tanışlarının vasitəsilə tanış olmuşdur. Bir dəfə Təqsirləndirilən şəxs onun ofisinə gəlib mal təklif etmişdir. O da razılaşaraq Təqsirləndirilən şəxs 560.000 manat məbləğində meyvə-tərəvəz məhsulları almışdır. Lakin o, həmin malların dəyərini ödəyə bilməmiş, nəticədə onun Təqsirləndirilən şəxs külli miqdarda borcu yaranmışdır. Borcun yaranmasına səbəb həm də Təqsirləndirilən şəxs satmaq üçün verdiyi malların xarab olması olmuşdur. Təqsirləndirilən şəxs tez-tez onun ofisinə gələrək pulunu tələb etmiş və ona görə də aralarında daha sıx münasibət yaranmışdır. O, Təqsirləndirilən şəxs borcunu ödəməsi üçün dəfələrlə vaxt verməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. O da hissə-hissə borcunu qaytarmışdır. Verilmiş ittiham üzrə Zərərçəkmiş şəxs1 MMC ilə onun arasında olan münasibətə Təqsirləndirilən şəxs heç bir aidiyyəti yoxdur. Belə ki, o, Zərərçəkmiş şəxs1 MMC-dən toyuq məhsullarını alarkən ümumiyyətlə həmin vaxt Təqsirləndirilən şəxs tanımamışdır. Zərərçəkmiş şəxs2 MMC ilə əlaqədar epizod üzrə o, deyə bilər ki, həmin vaxt Təqsirləndirilən şəxs həmin şirkətlə bağlı heç bir əlaqəsi və fəaliyyəti olmamışdır. Sadəcə olaraq o, Təqsirləndirilən şəxs meyvə-tərəvəz və həmin şirkətdən balıq məhsullarını eyni vaxtda almışdır. Zərərçəkmiş şəxs3 MMC ilə onun arasında malın alınması, verilməsi və bu kimi hərəkətlərin heç birində Təqsirləndirilən şəxs iştirak etməmişdir. Təqsirləndirilən şəxs ofisə yalnız onun Təqsirləndirilən şəxs dediyi vaxtlarda ödənişi götürmək üçün gəlmişdir. Zərərçəkmiş şəxs4 MMC ilə əlaqədar olan epizod üzrə o, deyə bilər ki, həmin şirkətlə münasibət qurub, mal alarkən Təqsirləndirilən şəxslə münasibətləri daha da sıxlaşsa da, Təqsirləndirilən şəxs bu şirkətlə olan ticarətə də aidiyyəti olmamışdır. Digər Zərərçəkmiş şəxs5 ilə bağlı epizod üzrə o, deyə bilər ki, iş birliyində olduğu vaxt Təqsirləndirilən şəxs ilə arasında olan münasibətlər artıq pozulmuş, çünki Təqsirləndirilən şəxs söz verdiyi ödənişləri gecikdirmişdir. Digər Zərərçəkmiş şəxs6 ilə əlaqədar epizod üzrə deyə bilər ki, hazırda onun Pərvizə borcu qalmamış, bundan başqa, Təqsirləndirilən şəxs həmin epizod ilə heç bir əlaqəsi yoxdur. Digər Zərərçəkmiş şəxs7 bazarda quru meyvələrin satışı ilə məşğul olmuş, ona məxsus olan şirkətlə Zərərçəkmiş şəxs7 arasında müqavilə bağlanmış, o, Zərərçəkmiş şəxs7 quru meyvələri alıb Niyaməddin adlı bir nəfərə vermiş və sonuncunun bunun müqabilində ona verdiyi 10.000 manat pulu ilkin ödəniş kimi Afərə pul vermişdir. Hazırda o, Zərərçəkmiş şəxs7 təxminən 43.000 manat pul qaytarmalıdır. Təqsirləndirilən şəxs bu epizod üzrə heç bir rolu olmamışdır. Digər Zərərçəkmiş şəxs8 ilə əlaqədar epizod üzrə o, deyə bilər ki, X1 saxlanıldığı vaxt Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs8 arasında nələr baş verdiyindən onun xəbəri olmamışdır. O, Təqsirləndirilən şəxs işlərinin problemli olması, eləcə də kimdənsə borc alıb ona köməklik etməsi barədə desə də, yəni bu kimi hallarla bağlı xahiş etmiş olsa da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 onun işinə görə pul almasından onun xəbəri olmamışdır. Şahid Elnur Şıxəhmədi proses iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır. Həmin vaxt onun yanında müdafiəçi olmuş, lakin o, həmin müdafiəçinin adını xatırlamır. Ona qarşı istintaq zamanı təzyiq göstərilməmişdir. Lakin işin istintaqını aparan müstəntiq ona demişdir ki, «Təqsirləndirilən şəxs də bu işin içərisində olsa, sən içəridən daha tez çıxarsan. Get, iki gündən sonra səni çıxaracayıq». Ona görə də o, ibtidai istintaqda Təqsirləndirilən şəxslə əlbir olması barədə ifadə vermişdir. Yəni o, Təqsirləndirilən şəxs əleyhinə müstəntiqin sözünə inanaraq və problemdən çıxmaq məqsədilə ifadə vermişdir. Həqiqətdə isə onun biznes fəaliyyətində Təqsirləndirilən şəxs iştirakı olmamış, yalnız pandemiya dövrünün ortalarında «sosiska» sexinə müştəri tapmaqda Təqsirləndirilən şəxs ona kömək etmiş, digər işlərdə isə Təqsirləndirilən şəxs iştirak etməmişdir. Onun üç yerdə ofisi olmuş, ofislərdən biri «köhnə erməni qəbristanlığı» adlanan yerdə olmuş və orada 2020-ci ilə kimi fəaliyyət göstərmiş, ikinci ofisi «Pullman Hotel»də, üçüncü ofisi isə «Babək Plaza»da olmuşdur. O, məhkəmədən yayındığına görə barəsində məhkəmə qərarı ilə axtarış elan olunmuş və ona görə də 2021-ci ildə «Babək Plaza»da olan ofisi Təqsirləndirilən şəxs adına icarəyə götürmüşdür. Bunu etməkdə onun məqsədi ondan ibarət olmuşdur ki, o, bununla Təqsirləndirilən şəxs qaçmadığını sübut etmək istəmişdir. Təqsirləndirilən şəxs heç bir epizodda onunla birgə iş görməmiş, əksinə onun Təqsirləndirilən şəxs böyük məbləğdə borcu olmuş və Təqsirləndirilən şəxs də ondan öz pulunu tələb etmişdir. O, çıxılmaz vəziyyətdə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs başqa şəxslərdən pul alıb özünə verməsini ondan tələb etmiş, o da məcbur olub zərərçəkmiş şirkətlər və fiziki şəxslərdən müxtəlif mallar alıb daha sonra ucuz qiymətə sataraq həmin pulları hissə-hissə Təqsirləndirilən şəxs qaytarmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ona malları daşımaq üçün nəqliyyat vasitələri tapmaqda kömək etmiş, zərərçəkmiş şirkətlər və fiziki şəxslərdən onun xahişinə əsasən bir neçə dəfə gedib malları götürmüşdür. O, Şahid13 bir nəfərin vasitəsilə tanımış və Emili radiator, kombi alışı ilə bağlı ofisinə çağırmışdır. O, Şahid13 onun ofisinə kiminlə gəlməsini xatırlamasa da, həmin vaxt ofisdə onun tək olduğu yadındadır. O, Təqsirləndirilən şəxs Şahid13 şirkətin rəsmi işçisi, təchizatçı kimi təqdim etməmişdir. Zərərçəkmiş şəxs4 MMC-dən alacağı malların sifarişini o, özü vermişdir. O, borcun etirafına dair hər hansı bildiriş göndərməsini xatırlamır. O, Anar Mehdiyevə yağ satmış və sonuncunun ona 12.500 manat borcu qalmışdır. O, Zərərçəkmiş şəxs5 təkər qəbul edərkən orada yalnız ikisi olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs orada olmamış, çünki həmin ərəfədə onun Təqsirləndirilən şəxslə münasibətləri soyumuşdur. Məhkəmədə şahid X7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında Təqsirləndirilən şəxslə bağlı olan hissədə əhəmiyyətli dərəcədə ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu və cinayət işinin materiallarında olan ifadəsi həmin hissədə elan edilmişdir (cild 04, i.v. 231- 236). Şahid Elnur Şıxəhmədi ona təqdim olunmuş ibtidai istintaq zamanı vermiş olduğu ifadəyə dair tərtib edilmiş protokolun sonundakı əl yazıları ilə yazılmış yazı və imzaların ona məxsus olduğunu bildirmiş, ifadələri arasında yaranmış ziddiyyəti onunla əlaqələndirmişdir ki, həmin ifadə kompüterdə yazılaraq ona təqdim olunmuş, o da həmin ifadəni oxumadan, öz xətti ilə «oxudum, düzgün yazılıb, əlavəm yoxdur» sözünü müstəntiqin ona «əgər, sən bunu yazmasan, mən gərək təzədən istintaqı başlayım, lakin sən bu cümləni yazsan, mən iki günə səni çıxaracam» sözlərini deməsinə görə yazaraq imzalamış və buna görə də həmin ifadəni təsdiq etməmiş, onun məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. O, cinayət işinin materialları ilə tanış olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadənin məzmununu yalnız ittiham aktı ona təqdim ediləndən sonra oxuduqda bilmişdir. İttiham aktında yalnız rəqəmlər düzgün yazılmışdır. İfadəsinin məzmunu ilə bağlı hər hansı bir tədbir görməməsi, kiməsə müraciət etməməsinin səbəbi barəsində digər məhkəmə istintaqının başlanması olmuşdur. Həm də barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşdıqdan təxminən iyirmi gün, yaxud bir ay ərzində məhkəməyə çıxmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı hər hansı təsir göstərilmişdir. Şahid9 oğunun məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2019-cu ilin aprel ayından Zərərçəkmiş şəxs2 MMC-də sürücü işləmiş, həmin ilin sentyabr ayına kimi «Mersedes Sprinter» markalı yük avtomobilini idarə etmişdir. Həmin avtomobilin dövlət nömrə nişanı **-JU-*** olmuşdur. O, 2019-cu ilin sentyabr ayından «Hunday H100» markalı, **-JT-*** nömrə nişanlı yük avtomobilini idarə edir. O, cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən anbarından balıq məhsullarını avtomobilə yükləyib qaimə faktura əsasında sifariş verilmiş ünvana çatdırmış və bununla da fəaliyyəti başa çatmışdır. O, məhsulların pullarının toplanması ilə məşğul olmamış, həmin fəaliyyətlə satış nümayəndələri məşğul olmuşlar. 2019-cu ilin may ayında cəmiyyətin anbardarı Elxan Səfərov ona bildirmişdir ki, X11 məxsus şirkətə 22.363,70 manat dəyərində skumbriya və panqasius balığını təhvil vermək lazımdır. O, həmin malı əvvəlcə «Meyvəli bazar»da soyuducu anbarına təhvil verməli imiş. O, həmin ünvana gedərkən ona zəng gəlmiş və özünü təqdim edən şəxs Elnur Şıxəhmədinin nümayəndəsi olduğunu deyib, malları Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Sədərək» ticarət mərkəzinin yaxınlığına gətirməyini xahiş edərək demişdir ki, orada malı ondan «166 Yük xidməti» avtomobili alacaqdır. O, bu barədə Şahid7 məlumat vermiş və Rövşən müştərinin tələb etdiyi ünvana malı çatdırmağını ona tapşırmışdır. Bu səbəbdən də o, malı Sədərək yolunda yerləşən Lökbatan dairəsinə gətirərək orada «166 Yük Xidməti»nin sürücüsünə yaxınlaşıb, Elnur Şıxəhmədinin malını gətirdiyini bildirmiş, həmin sürücü də ondan malları qəbul etmişdir. O, həmin şəxsin avtomobilinin markası və dövlət nömrə nişanını hazırda xatırlamır. Daha sonra 16 may 2019-cu il tarixdə o, eyni qayda ilə 16.531 manat dəyərində skumbriya balığını Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən həyət evinə aparmış və qəsəbənin girişində Elnur Şıxəhmədi ilə görüşmüşdür. Elnur Şıxəhmədi 40 yaşlarında, dolu bədənli, 1,80 metr boyunda olardı və «BMV 300» markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobili idarə etmişdir. O, Elnur Şıxəhmədi ilə birlikdə həyətə gəlmiş, həyətdə balaca bir anbar tikilmişdir. O, malları həmin anbara yığmaqla təhvil verdikdən sonra oradan uzaqlaşmış, Elnur Şıxəhmədi isə həyətdə qalmışdır. O, həmin vaxt Elnur Şıxəhmədiyə hər hansı qaimə-fakturaya imza etdirməmiş, çünki qaimə-fakturaları Şahid7 özü Elnur Şıxəhmədiyə imza etdirmişdir. Malı Binə qəsəbəsinə aparmasını ona Şahid7 demiş, X51 onu həyətə apararkən bir neçə dəfə Binə qəsəbəsinin içərisində yolu səhv saldığından anbarın yolunu yadında saxlaya bilmədiyi barədə rəhbərliyə məlumat vermişdir (cild 01, i.v. 58-60). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin (mülki cavabdehin), zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin (mülki iddiaçıların), zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, auditor rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ASC ilə "xxxx" MMC arasında 27 avqust 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, satıcı Zərərçəkmiş şəxs1 ASC-nin direktoru X19 ilə alıcı "xxxx" MMC-nin direktoru X17 arasında müqavilə predmetinin dəyərinin 15 (on beş) təqvim günü ərzində alıcı tərəfindən satıcıya ödənilməsi müəyyənləşdirilmişdir (cild 01, i.v. 158-160). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qaimələrdən görünür ki, Zərərçəkmiş şəxs1 ASC tərəfindən 31 avqust 2018-ci il tarixdə dəyəri 13.122,42 manat təşkil edən 3546,60 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 2.438,91 manat təşkil edən 435,52 kiloqram çəkidə dondurulmuş açıq file, 01 sentyabr 2018-ci il tarixdə dəyəri 17.047,86 manat təşkil edən 3044,26 kiloqram çəkidə dondurulmuş açıq file, dəyəri 757,38 manat təşkil edən 252,46 kiloqram çəkidə dondurulmuş açıq bud, 05 sentyabr 2018-ci il tarixdə dəyəri 9.246,45 manat təşkil edən 2499,04 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 5.629,68 manat təşkil edən 1005,30 kiloqram çəkidə dondurulmuş açıq file, 10 sentyabr 2018-ci il tarixdə dəyəri 1.818,22 manat təşkil edən 527,02 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, 11 sentyabr 2018-ci il tarixdə dəyəri 4.416,48 manat təşkil edən 1280,14 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 4.846,24 manat təşkil edən 865,40 kiloqram çəkidə dondurulmuş açıq file, dəyəri 443,42 manat təşkil edən 143,04 kiloqram çəkidə dondurulmuş açıq qanad, 18 sentyabr 2018-ci il tarixdə dəyəri 11.334,96 manat təşkil edən 2024,10 kiloqram çəkidə dondurulmuş açıq file, dəyəri 320,82 manat təşkil edən 106,94 kiloqram çəkidə dondurulmuş açıq bud, 19 sentyabr 2018-ci il tarixdə dəyəri 4.119,78 manat təşkil edən 1.194,14 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, 27 sentyabr 2018-ci il tarixdə dəyəri 5.849,61 manat təşkil edən 1695,54 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 15.694,11 manat təşkil edən 2802,52 kiloqram çəkidə dondurulmuş açıq file və sonuncu dəfə 28 sentyabr 2018-ci il tarixdə dəyəri 1.498,20 manat təşkil edən 499,40 kiloqram çəkidə dondurulmuş açıq bud, bununla da 98.584,54 manat dəyərində olan məhsullar "xxxx" MMC-yə təhvil verilmişdir (cild 01, i.v. 161-174). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 193093 saylı 04 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, satıcı Zərərçəkmiş şəxs3 MMC-nin direktoru X24 ilə alıcı "xxxx" MMC-nin direktoru X17 arasında müqavilə predmetinin dəyərinin 15 (on beş) gün ərzində alıcı tərəfindən satıcıya ödənilməsi ilə bağlı müqavilə imzalanmışdır (cild 03, i.v. 16-19). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 MMC ilə "xxxx" MMC arasındakı 11-MF saylı 13 may 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Zərərçəkmiş şəxs2 MMC-nin direktoru Şahid6 ilə alıcı "xxxx" MMC-nin direktoru X17 arasında müqavilə predmetinin dəyərinin 7 (yeddi) gün sonra alıcı tərəfindən satıcıya ödənilməsi müəyyən olunmuşdur (cild 01, i.v. 22-23). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qaimələrdən görünür ki, Zərərçəkmiş şəxs2 MMC tərəfindən 14 may 2019-cu il tarixdə dəyəri 13.523,70 manat təşkil edən 2217 kiloqram çəkidə başsız skumbriya balığı, dəyəri 8.840 manat təşkil edən 1700 kiloqram çəkidə tikə panqasius balığı, 16 may 2019-cu il tarixdə dəyəri 16.531 manat təşkil edən 2710 kiloqram çəkidə başsız skumbriya balığı, bununla da 38.894,70 manatlıq balıq əti məhsulları "xxxx" MMC-yə təhvil verilmişdir (cild 01, i.v 24-27). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xidməti məktublar, şikayət ərizəsi, müstəqil auditor hesabatı, icazə, şəxsiyyət vəsiqəsinin kserosurəti, alqısatqı müqaviləsi və aidiyyatı sənədlər, Zərərçəkmiş şəxs2 MMC-nin nizamnaməsi, şəhadətnamə, dövlət reyestrindən çıxarış, əmr və izahatlardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas "xxxx" MMC-nin direktoru X7 2019-cu ilin may ayında Zərərçəkmiş şəxs2 MMC-dən ümumilikdə 38.894 manat dəyərində müxtəlif balıq məhsullarını dəyərini 7 gün müddətinə ödəmək şərti ilə alması, lakin sonradan həmin məhsulları ələ keçirərək pulu ödəməməsi faktı əsasında həmin Cəmiyyətin direktoru Şahid6 müraciəti əsasında toplanmış material olmuşdur (cild 01, i.v. 10-45). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19/01 saylı 27 may 2019-cu il tarixli müstəqil auditor hesabatından görünür ki, "xxxx" MMC-nin Zərərçəkmiş şəxs1 ASC qarşısında 98.584,54 manat məbləğində icra edilməmiş öhdəliyi qalmışdır (cild 01, i.v. 152-154). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş malların təhvil-qəbul aktlarından görünür ki, Zərərçəkmiş şəxs3 MMC tərəfindən 20 iyun 2019-cu il tarixdə dəyəri 3.979,66 manat təşkil edən 1050 kiloqram çəkidə «Korovka 7x1», dəyəri 147 manat təşkil edən 30 kiloqram çəkidə «Beşanaya Pçelka 6x1», dəyəri 962,5 manat təşkil edən 175 kiloqram çəkidə «Moloçnaya Kaplya 7x1», dəyəri 472,5 manat təşkil edən 105 kiloqram çəkidə «Raçki 7x1», dəyəri 142 manat təşkil edən 40 kiloqram çəkidə «Karamelkino Barbaris 8x1», dəyəri 994 manat təşkil edən 280 kiloqram çəkidə «Karamelkino Myata 8x1», dəyəri 708 manat təşkil edən 120 kiloqram çəkidə «X64 6x1», dəyəri 124,25 manat təşkil edən 35 kiloqram çəkidə «Sitrus Mıks 7x1», dəyəri 130,5 manat təşkil edən 30 kiloqram çəkidə «Fudgenta 6x1», dəyəri 113,25 manat təşkil edən 15 kiloqram çəkidə «X55 1x1», dəyəri 235,6 manat təşkil edən 76 kiloqram çəkidə «Slivkino 1x3,8» və dəyəri 175 manat təşkil edən 50 kiloqram çəkidə «Xrustik MAK 1x5», 26 iyun 2019-cu il tarixdə dəyəri 2653,41 manat təşkil edən 700 kiloqram çəkidə «Korovka 7x1», bununla 10837,67 manatlıq şirniyyat qida məhsulları "xxxx" MMC-yə təhvil verilmişdir (cild 03, i.v. 23-25). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər prokurorluğunun 11 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, ünvan 10rləşən «X42 Cəmiyyəti»nin Xətai filialının binasının qarşısındakı boş sahəyə baxış keçirilmiş, fotoşəkillər protokola əlavə olunmuşdur (cild 01, i.v. 229-233). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2019-cu il tarixli müstəqil auditor hesabatından (rəy) görünür ki, həmin tarixə "xxxx" MMC-nin Zərərçəkmiş şəxs2 MMC-yə 38.894,70 manat ödənilməmiş öhdəliyi olmuşdur (cild 01, i.v. 14-15). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10/2020-A 441 saylı 16 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC-nin direktoru X20 ilə alıcı "xxxx" MMC-nin direktoru X17 arasında müqavilə predmetinin dəyərinin 15 (on beş) iş günü müddətində alıcı tərəfindən satıcıya ödənilməsi ilə bağlı müqavilə imzalanmışdır (cild 03, i.v. 188-190). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 29 dekabr 2019-cu il tarixli qərarlarından görünür ki, Zərərçəkmiş şəxs2ndən daxil olmuş 02/2-317c saylı material üzrə fakta görə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmaqla icraata qəbul edilmişdir (cild 01, i.v. 04-05). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 29 fevral 2020-ci il tarixli qərarından görünür ki, istintaq olunan ********* nömrəli cinayət işi üzrə aparılmış istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsinə əsas verə bilən sübutların kifayət qədər olmaması səbəbindən icraat dayandırılmışdır (cild 01, i.v. 61-62). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər prokurorluğunun 01 aprel 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxsi(ləri) müəyyən etmək mümkün olmadığından icraat dayandırılmışdır (cild 02, i.v. 11). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər prokurorluğunun 19 aprel 2020-ci il tarixli qərarından görünür ki, istintaq olunan ********* nömrəli cinayət işi üzrə bir sıra istintaq hərəkətləri aparılmalı olduğundan işin ibtidai istintaq icraatı təzələnmişdir (cild 02, i.v. 16). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 29 aprel 2020-ci il tarixli qərarından görünür ki, istintaq olunan ********* nömrəli cinayət işi üzrə bir sıra istintaq hərəkətləri aparılmalı olduğundan işin ibtidai istintaq icraatı təzələnmişdir (cild 01, i.v. 73-74). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 29 aprel 2020-ci il tarixli qərarından görünür ki, istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X7 istintaqdan gizlənməsi səbəbindən icraat dayandırılmışdır (cild 01, i.v. 88-90). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 18 may 2020-ci il tarixli qərarından görünür ki, istintaq olunan ********* nömrəli cinayət işi üzrə bir sıra istintaq hərəkətləri aparılmalı olduğundan işin ibtidai istintaq icraatı təzələnmişdir (cild 01, i.v. 97-98). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 18 may 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir (cild 01, i.v. 99-101). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10 iyun 2020 və 18 iyun 2020-ci il tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi istintaqın aparılması üçün həmin Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən icraata qəbul edilmişdir (cild 01, i.v. 103-104; 137-138). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər prokurorluğunun 12 iyun 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 02 ay olmaqla 05 ayadək, yəni 16 avqust 2020-ci il tarixə kimi uzadılmışdır (cild 01, i.v. 113-115). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər prokurorluğunun 17 iyun 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi istintaqının davam etdirilməsindən ötrü ərazi aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon prokurorluğuna göndərilmişdir (cild 02, i.v. vərəq 72-73). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon prokurorluğunun 01 iyul 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi istintaqının davam etdirilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilmişdir (cild 02, i.v. vərəq 115-118). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Xəzər rayon prokurorluğunun 01 avqust 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraata, X7 barəsində aparılan cinayət təqibinə və haqqında seçilmiş qətimkan tədbirinə xitam verilmiş, X34, X25, X35 və qeyrilərinin barəsində material ayrılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir (cild 02, i.v. 164-179). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Zərərçəkmiş şəxs4 MMC-nin direktoru Şahid12 ilə alıcı "xxxx" MMC-nin direktoru X17 arasında müqavilə imzalanmışdır (cild 02, i.v. 206). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən 19 oktyabr 2020-ci il tarixdə ümumi dəyəri 19.198,98 manat təşkil edən 24 ədəd 315/80R22.5 ROADSHİNE 20 PR TL RS602 157/154K, 16 ədəd 12.00R20 ROADSHİNE PRTTF RS602 156/153K və 10 ədəd 10.00R20 CORDİANT 1-281,U-4 nc18, 20 oktyabr 2020-ci il tarixdə ümumi dəyəri 10.115,95 manat təşkil edən 06 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS622 156/153G və 16 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K, 26 oktyabr 2020-ci il tarixdə ümumi dəyəri 9.329,60 manat təşkil edən 08 ədəd 315/80R22,5 ROADSHİNE 20 PR TL RS602 157/154K və 14 ədəd 12.00R20, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ümumi dəyəri 3.678,53 manat təşkil edən 08 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K, bununla 42.323,06 manatlıq yük avtomobilləri üçün şinlər "xxxx" MMC-yə təhvil verilmişdir (cild 03, i.v. 191-198). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 saylı 21 dekabr 2020ci il tarixli malların alqı-satqısı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs6 ilə alıcı "xxxx" MMC-nin direktoru X17 arasında müqavilə predmetinin dəyərinin 5 (beş) iş günü müddətində alıcı tərəfindən satıcıya ödənilməsi ilə bağlı müqavilə imzalanmışdır (cild 03, i.v. 207-210). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Xəzər rayon prokurorluğunun 26 fevral 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə X7 «təqsirləndirilən şəxs qismində cəlb edilməsi» barədə qərar və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, Zərərçəkmiş şəxs4 MMC-nin direktoru Şahid12 müraciəti əsasında rayon prokurorluğunda araşdırılması aparılan C-36/21 nömrəli material ********* nömrəli cinayət işinə birləşdirilmiş, Elnur Şıxəhmədi tərəfindən törədilmiş dələduzluq əməlləri bir neçə rayonun inzibati ərazisində baş verdiyindən cinayət işi ərazi aidiyyatının müəyyən edilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilmişdir (cild 02, i.v. 193-197). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin 394/21 saylı 26 fevral 2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin 42.323,06 manat borcunu Zərərçəkmiş şəxs5 həmin tarixdə tam ödəyərək borcu bağlamışdır (cild 03, i.v. 179). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron qaimələrdən görünür ki, Zərərçəkmiş şəxs4 MMC tərəfindən ümumilikdə 90.541.46 manat dəyərində 39 (otuz doqquz) adda məhsul "xxxx" MMC-yə təhvil verilmişdir (cild 02, i.v. 207-208). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08/C/AA saylı 05 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı fiziki şəxs Zərərçəkmiş şəxs7 ilə alıcı "xxxx" MMC-nin direktoru X17 arasında müqavilə predmetinin dəyərinin 15 (on beş) iş günü ərzində alıcı tərəfindən satıcıya ödənilməsi ilə bağlı müqavilə imzalanmışdır (cild 03, i.v. 165-167). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron qaimələrdən görünür ki, fiziki şəxs Zərərçəkmiş şəxs7 tərəfindən 06 mart 2021-ci il tarixdə ümumi dəyəri 4.440 manat təşkil edən 300 kiloqram çəkidə fındıq, ümumi dəyəri 728 manat təşkil edən 70 kiloqram çəkidə kişmiş, ümumi dəyəri 1.480 manat təşkil edən 100 kiloqram çəkidə badam və ümumi dəyəri 3.640 manat təşkil edən 350 kiloqram çəkidə ləpə, 10 mart 2021-ci il tarixdə ümumi dəyəri 4.440 manat təşkil edən 300 kiloqram çəkidə qovrulmuş fındıq, ümumi dəyəri 900 manat təşkil edən 100 kiloqram çəkidə qara kişmiş, ümumi dəyəri 520 manat təşkil edən 100 kiloqram çəkidə araxis, ümumi dəyəri 1.530 manat təşkil edən 60 kiloqram çəkidə antep püstəsi və ümumi dəyəri 1.560 manat təşkil edən 150 kiloqram çəkidə qoz ləpəsi, 11 mart 2021-ci il tarixdə ümumi dəyəri 5.920 manat təşkil edən 400 kiloqram çəkidə qovrulmuş fındıq və ümumi dəyəri 3.640 manat təşkil edən 350 kiloqram çəkidə qoz ləpəsi, sonuncu dəfə 19 mart 2021-ci il tarixdə ümumi dəyəri 2.420,08 manat təşkil edən 232,70 kiloqram çəkidə qoz ləpəsi, ümumi dəyəri 728 manat təşkil edən 70 kiloqram çəkidə kişmiş, ümumi dəyəri 1.480 manat təşkil edən 100 kiloqram çəkidə badam və ümumi dəyəri 9.620 manat təşkil edən 650 kiloqram çəkidə fındıq, bununla da 43.046,08 manatlıq quru meyvə və çərəzlər "xxxx" MMC-yə təhvil verilmişdir (cild 03, i.v. 168-171). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər prokurorluğunun 09 mart 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 15 aprel 2021-ci il tarixədək uzadılmışdır (cild 02, i.v. 250- 252). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 01 aprel 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsi tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (cild 02, i.v. 253-254). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 01 aprel 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat barəsində axtarış edilmiş təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək dayandırılmışdır (cild 03, i.v. 05- 07). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 01 aprel 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə bir sıra istintaq hərəkətləri aparılmalı olduğundan işin ibtidai istintaq icraatı təzələnmişdir (cild 03, i.v. 26-27). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 11 iyun 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat barəsində axtarış edilmiş təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək dayandırılmışdır (cild 03, i.v. 56- 57). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 03 iyul 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə barəsində axtarış edilmiş təqsirləndirilən şəxs tutularaq istintaqa təhvil verildiyindən dayandırılmış icraat təzələnmişdir (cild 03, i.v. 60-61). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun 15 iyul 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 16 iyul 2021-ci il tarixədək uzadılmışdır (cild 03, i.v. 101-104). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 16 iyul 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə hökm çıxarılıb qanuni qüvvəyə minənədək hazırki iş üzrə hüquqi nəticəyə gəlmək mümkün olmadığından icraat dayandırılmışdır (cild 03, i.v. 158-159). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 27 iyul 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətləri aparılmalı olduğundan dayandırılmış icraat təzələnmişdir (cild 03, i.v. 173-174). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 27 iyul 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın aparılması İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin çüsusilə mühüm işlər üzrə müstəntiqlər qrupuna tapşırılmışdır (cild 03, i.v. 175-177). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin 488/21 saylı 27 iyun 2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-yə verilən avtoşinlər üçün 13.410 manat borcu Zərərçəkmiş şəxs6 öhdəsinə götürərək 18 yanvar 2021-ci il tarixdə şirkətə ödəmişdir (cild 03, i.v. 205). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş təhvil-təslim aktı və elektron qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən 23 dekabr 2020-ci il tarixdə ümumi dəyəri 6.929,97 manat təşkil edən 18 ədəd Roadshine 315/80 22,5 və ümumi dəyəri 6.480,03 manat təşkil edən 12 ədəd Roadshine 12.00 R20, bununla da 13.410 manatlıq yük avtomobilləri üçün şinlər "xxxx" MMC-yə təhvil verilmiş, həmin məbləğdən 2.000 manat pul ödənilmişdir (cild 03, i.v. 211-212). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 06 avqust 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə hökm çıxarılıb qanuni qüvvəyə minənədək hazırki iş üzrə hüquqi nəticəyə gəlmək mümkün olmadığından icraat dayandırılmışdır (cild 03, i.v. 243-244). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 23 avqust 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətləri aparılmalı olduğundan dayandırılmış icraat təzələnmişdir (cild 04, i.v. 02-03). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 26 avqust 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilməli olan Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan olunmuşdur (cild 04.i.v. 22-25). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 26 avqust 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək dayandırılmışdır (cild 04, i.v. 26-27). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin 10 sentyabr 2021-ci il tarixli 070-10767 nömrəli məktubundan görünür ki, barəsində axtarış işi olan Təqsirləndirilən şəxs saxlanılaraq aidiyyatı üzrə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X32 təhvil verilmişdir (cild 04, i.v. 39). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin 10 sentyabr 2021-ci il tarixli, saat 14:40-da tərtib olunduğu göstərilən tutma protokolundan görünür ki, barəsində axtarış işi olan Təqsirləndirilən şəxs saxlanılaraq Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə gətirilmişdir (cild 04, i.v. 40). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 10 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə istintaq hərəkətləri aparılmalı olduğundan cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild 04, i.v. 41-42). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 10 sentyabr 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 04, i.v. 51). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 11 sentyabr 2021-ci il tarixli protokolundan görünür ki, ibtidai istintaq zamanı Şahid13 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid13 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə bildirmişdir ki, «xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri Elnur Şıxəhmədi Zərərçəkmiş şəxs4 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1022-ci məhəllə ünvandakı «Bakı Satış Mərkəzi»ndə yerləşən anbarına gəlib alqı-satqı müqaviləsi bağladıqdan sonra mən "xxxx" MMC-nin «Babək Plaza»da yerləşən ofisinə gələndə sən də də orada olmuşdun və sən bizim danışığımızda iştirak edirdin. Səni canlı olaraq ilk dəfə orada gördüm və sən bildirdin ki, narahat olmayaq, malı verək, gələcəkdə işimiz yaxşı olacaq. Elnur Şıxəhmədi həmin görüşdə səni mənə rəhbəri olduğu MMC-nin təchizat rəisi kimi, yəni malı alan və satan şəxs kimi təqdim etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə sən Elnur ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə mənə zəng vurub danışaraq Elnur Şıxəhmədinin işçisi Elnur olduğunu və müdirin Elnur Şıxəhmədinin sifariş verdiyi malların siyahısını hazırladığını, həmin siyahı üzrə Zərərçəkmiş şəxs4 MMC-dən malları təhvil almaq istədiyini bildirdin. Mən də sənə anbara yaxınlaşmağı dedim. Sonra mən Zərərçəkmiş şəxs4 MMC-nin anbardarı ilə danışıb onu xəbərdar etdim ki, sifariş əsasında malı sənə təhvil versin. Sən də xx.xx.2020-ci il tarixdə anbara gəlib sifariş əsasında malı özünlə gətirdiyin **-KF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklətdirib təhvil alaraq apardın. xx.xx.2020-ci il tarixdə yenə sən mənimlə əlaqə saxlayaraq malların siyahısını dedin, mən də bu haqda anbardara məlumat verdim və sən bu dəfə **-RO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə anbara yaxınlaşıb malı təhvil alaraq apardın. Nəticədə sən və Elnur Şıxəhmədi Zərərçəkmiş şəxs4 MMC-nin 90541,45 manat dəyərində əmlakını ələ keçirdiniz. Sonradan bildim ki, həmin malın satılmasını da sən həyata keçirmisən, alıcını sən tapmısan. Əlavə olaraq bildirirəm ki, üzləşmə zamanı qarşımda oturan Təqsirləndirilən şəxs hadisə haqqında söylədiklərini və danışığını eşitdikdən sonra təsdiq etmək istəyirəm ki, mənimlə mobil telefonda danışan və sifariş olunan malların siyahısını təqdim edən məhz Təqsirləndirilən şəxs olmuş, mən onu səsindən tanıdım və bunda əminəm». Üzləşdirmədə iştirak edən Təqsirləndirilən şəxs üzünə səsləndirilənlərin qismən doğru olduğunu bildirmişdir (cild 04, i.v. 64-66). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 11 sentyabr 2021-ci il tarixli protokolundan görünür ki, ibtidai istintaq zamanı Şahid10 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid10 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə bildirmişdir ki, «2019-cu ilin yanvar ayında "xxxx" MMC-nin təsisçisi Elnur Şıxəhmədi ilə görüşmək üçün Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsindəki «Biznes Mərkəzi»nə getdim, görüşəndə sən də orada olmuşdun və səni mənə şirkətin maliyyəçisi kimi təqdim etmişdir. Elnur Şıxəhmədi sənin yanında mənə bildirdi ki, çoxsayda otel və istirahət mərkəzləri ilə işləyir, onları qida və qeyri qida məhsulları ilə təmin edir, bunu sifariş əsasında həyata keçirir və işinin daha da yaxşı getməsi üçün bizimlə əməkdaşlıq etmək istəyir. Sən bizim aramızdakı bütün danışıqda iştirak etmişdin. Elnur Şıxəhmədi bildirdi ki, nağdsız hesablaşma yolu ilə iş görür, belə ki, sifariş əsasında malı sifarişçilərə göndərir və on-on beş gün ərzində sifarişçi onların bank hesabına nağdsız hesablaşma yolu ilə pulu köçürəndən sonra onlar da mah aldıqları şirkətlərin hesabına pulu köçürürlər, bir sözlə ilkin olaraq alış nisyə həyata keçirilir. 04 yanvar 2019-cu il tarixdə bir tərəfdən bizim MMC-nin baş direktoru Akif Hacıyev, digər tərəfdən isə "xxxx" MMC-nin təsisçisi Elnur Şıxəhmədi arasında müqavilə bağlandı. 20 iyun 2019-cu il tarixdə bizim anbardan 4.204,6 manat və 3.979,66 manat dəyərində, 26 iyun 2019-cu il tarixdə bizim anbardan 2.653,41 manat dəyərində ərzaq və qeyri-ərzaq malları bizim yük avtomobilləri vasitəsilə Elnur Şıxəhmədiyə göndərilmişdir. Beləliklə siz Zərərçəkmiş şəxs3 MMC-ni aldadaraq ümumilikdə 10.837.67 manat dəyərində malı, yəni qida və qeyri-qida məhsullarını dələduzluqla ələ keçirmişdiniz. Səni bir neçə dəfə Elnur Şıxəhmədinin yanında görmüşəm, işçisi olduğunu bilmişəm, hətta sən sonradan ona möhlət verməyi bizdən xahiş etmişdin və bir dəfə də borcun təsdiqi barədə sənəd gətirmişdin». Üzləşdirmədə iştirak edən Təqsirləndirilən şəxs üzünə səsləndirilənlərin qismən doğru olduğunu bildirmişdir (cild 04, i.v. 67-69). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 11 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş, hüquq və vəzifələri elan edilməklə qərarın surəti təqdim edilmişdir (cild 04, i.v. 70-74). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-395/2021 nömrəli 11 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 10 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 04, i.v. 103-107). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 sentyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır (cild 04, i.v. 115-116). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 03 noyabr 2021-ci il tarixli protokolundan görünür ki, cinayət işi üzrə şahid qismində keçən Şahid16 istintaqa təqdim etdiyi CD diskin yaddaşına keçirilmiş baxış zamanı diskin yaddaşındakı səs faylları dinlənilərkən Təranə adlı qadın və Natiq adlı kişi arasında danışıq aparılması, Təranə adlı qadının «mən sənə nə deyirəm ki, get ərizəni ver, Elnur çıxsın çölə və sənin pulunu versin» ifadəsini işlətməsi, Natiq adlı şəxsin «Elnur mənə dedi ki, pulu ver, sonra məndən götürəcəksən» ifadəsini işlətməsi, Təranə adlı qadının həmin pulun Elnur Şıxəhmədiyə getməsini bildirməsi, Natiq adlı şəxsin isə «Şıxəhmədinin pulu yoxdur?» ifadəsini işlətməsi, sonrakı danışıqda Natiq adlı şəxsin «sabah müstəntiqin yanına gedib Elnur Şıxəhmədi və Təqsirləndirilən şəxs necə camaatın mallarını satdıqları barədə məlumat verəcəyini», Təranə adlı qadının «sən işverənsən» ifadəsini işlətməsi, Natiq adlı şəxsin «haqq var, qanun var, dövlətimiz var», «pulu aldı məndən, məni saldı zibilə, qardaşın 500.000 pul yedi» ifadəsini işlətməsi müəyyən edilmişdir (cild 04, i.v. 132). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 06 noyabr 2021-ci il tarixli protokolundan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs8 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə bildirmişdir ki, «Elnur Şıxəhmədi və sən daimi bir yerdə olub bütün işləriniz bir olmuşdur. Siz tez-tez ofisləri dəyişirdiniz. Həmişə ofisləri icarəyə götürən sən, Elnur Şıxəhmədini idarə edən də sən olmuşdun. Sizlər şirkətləri və vətəndaşları aldadıb əmlakını ələ keçirirdiniz. Birbaşa vətəndaşla əlaqəyə girən Elnur Şıxəhmədi idi, lakin o, sənsiz bir iş görmürdü, səndən qorxurdu, sən onu idarə edirdin. Sən isə guya kənarda olmağın görüntüsü yaratmaqla onunla əlbir olmuşdun. Mal ələ keçiriləndən sonra malın satışını da sən Təqsirləndirilən şəxs həyata keçirirdin və orada da, yəni cinayət yolu ilə əldə edilmiş malın satışında da Elnur Şıxəhmədini aldadırdın. Mən yeddi aya yaxın sizin yanınızda olmuşam, bütün işlərinizdən xəbərdaram. Sizinlə tanış olandan sonra mənə məlum oldu ki, sən Təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisindəki «Meyvəli bazar»da işləyən fərqli şəxslərdən nisyə aldığın təxminən 560.000 manatlıq meyvə-tərəvəzi Elnur Şıxəhmədiyə vermişdin və həmin mal sənin olmamış, sahibləri digər adamlardır. X54 polisə şikayət edəcəyini deyib, ondan şirkət və vətəndaşları aldadıb mallarını ələ keçirməsini tələb edirdin, malın satışını isə yalnız özün həyata keçirirdin. Elnur Şıxəhmədi tutulmazdan bir müddət əvvəl 2021-ci ilin iyun ayının sonu, iyul ayının ilk günlərində sizlərin aranızdakı söhbətdən bildim ki, Elnur Şıxəhmədinin sənə 560.000 manatdan cəmi 104.000 manat borcu qalıb, bu məbləğdən 75.000 manat isə talışların pulu idi. Onu da bildirirəm ki, məsələn 50.000 manatıq mal ələ keçiriləndən sonra sən deyirdin ki, bu malı 25.000- 30.000 manata satmaq olar, Elnur Şıxəhmədi də buna razılıq verirdi, çünki daha baha qiymətə satmaq üçün müştəri axtarmaq və tapmaq vaxt aparırdı, həmin müddətdə mal xarab da ola bilirdi, eyni zamanda sən Şıxəhmədidən pul tələb edirdin və bir sözlə dəyər-dəyməzinə malı satmağa məcbur edirdin. 50.000 manatlıq mal 25.000-30.000 manata satılandan sonra sən həmin puldan 20-25.000 manatını borcun silinməsinə götürüb Elnur Şıxəhmədiyə 5.000-7.000 manat pul verirdin ki, həmin pul da ofislərin icarəsi və sair işlər üçün xərclənirdi. Sizlər birlikdə şirkət və vətəndaşları aldadıb onların mallarını ələ keçirirdiniz və sonradan malın satışından əldə edilmiş pulun böyük hissəsini də sən götürürdün. Bütün bunları Elnur Şıxəhmədi ilə sənin aranda ofislərdə aparılan danışıqlardan, sizlərdən eşidib bilmişəm. Mənim sizlərin yanında işlədiyim dövrdə siz təkər satışı ilə məşğul olan Pərviz adlı şəxsdən mal götürüb ucuz qiymətə sataraq pulu ələ keçirmişdiniz, bunu mən özüm görmüşəm. Bu hadisə mən təzə işə başlayan vaxt, 2020-ci ilin dekabr ayında olmuşdur. Onu dəqiq bilirəm ki, təkərlərin satışından X46 cəmi 3.000 manat pul götürdü, qalan məbləği sən götürdün. 03 iyul 2021-ci il tarixdə Elnur Şıxəhmədi polis tərəfindən tutulduqda sən onun azadlığa çıxması üçün səylər göstərirdin və pul axtarırdın ki, cinayət əməlləriniz nəticəsində ziyan vurduğunuz şəxslərə qismən də olsa ödəniş edəsiniz. Elə düşünürəm ki, sən gələcəkdə Elnur Şıxəhmədinin sənə qarşı ifadə verəcəyindən ehtiyat etdiyin üçün də sonuncuya köməklik göstərmək istəyirdin ki, azadlığa çıxsın. Sən xx.xx.2021-ci il tarixdə mənə müraciət edib dedin ki, tanışlarımdan on gün müddətinə 8.000 manat pul götürüb sənə verim ki, sən də şikayətçilərə qismən ödəniş aparasan. Sən bildirdin ki, on gündən sonra həmin 8.000 manat pulu özün mənə verəcəksən, əlavə etdin ki, pulu səndən alaram, sənin sözünlə desəm bildirdin ki, «narahat olma, pul mənlikdir, on gündən sonra pulu məndən alarsan». Mən razılaşıb bir neçə tanışımdan on günlük borca ümumilikdə 8.000 manat pul toplayaraq ertəsi gün, 04 iyul 2021-ci il tarixdə axşam saatlarında ünvan 6 ünvanında səninlə görüşüb təklikdə sənə verdim. On gün sonra sənə müraciət edib pulu qaytarmağını xahiş etdim və əlavə etdim ki, özüm də pulu bir neçə tanışımdan on günə qaytarmaq şərti ilə götürmüşəm, tanışlarımın yanında yalançı olmaq istəmirəm. Sən isə hər dəfə bir bəhanə ilə vaxtı uzatmağa başladın, hər dəfəsində bu gün sabah deyib pul alacağının olduğunu yalandan bəhanə edərək vaxtı uzadırdın. Bu qaydada bir neçə ay keçdi, sonra isə sən mənə bildirdin ki, pulu mənə qaytarmayacaqsan, səbəbini soruşanda isə dedin ki, Enur Şıxəhmədinin sənə verəcəyi vardır, mən də həmin pulu Şıxəhmədidən alım. Sonra sən zənglərimə cavab verməyib məndən gizlənməyə başladın. 2021-ci ilin sentyabr ayının ortalarında isə sən özün də həbs edildin. Sonradan öz adıma olan Mercedes markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilimi girov qoyub pul götürərək 8.000 manat pulu borc sahiblərinə ödədim, nəticə etibarı ilə sənin dələduzluğun nəticəsində mənə 8.000 manat ziyan dəymişdir». Üzləşdirmədə iştirak edən Təqsirləndirilən şəxs üzünə səsləndirilənlərin yalan olduğunu bildirmişdir (cild 04, i.v. 145-149). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 09 noyabr 2021-ci il tarixli protokolundan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər X17 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Elnur Şıxəhmədi istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə bildirmişdir ki, «2019-cu ilin yanvar ayından başlayaraq sən üç ay ərzində hiss-hissə olmaqla, mənə təxminən 500.000-560.000 manat dəyərində meyvə-tərəvəzləri nisyə şəkildə verdin, mən də həmin malın «Oba Market» və digər yerlərdə satışını təşkil edib beş ay müddətində, yəni 2019-cu ilin may ayınadək olan müddət ərzində həmin məbləğin böyük bir hissəsini sənə ödədim, cəmi 40.000 manata yaxın borcum qaldı. İttiham olunduğum ümumilikdə yeddi epizodun üç epizodunda sən mənimlə birgə iştirak etmişdin və mən sənə həmin cinayətlərdən əldə etdiyim puldan vermişdim. Belə ki, Zərərçəkmiş şəxs4 MMC-nin kombi və santexnika mallarının ələ keçirilməsində, Zərərçəkmiş şəxs6 adlı şəxsdən yük avtomobilləri üçün şinlərin ələ keçirilməsində və Zərərçəkmiş şəxs7 adlı şəxsin quru meyvə və çərəzlərinin ələ keçirilməsində səninlə birlikdə iştirak etmişik. Həmin cinayətlər nəticəsində əldə edilmiş puldan, yəni ələ keçirilmiş əmlakın satışından əldə edilmiş puldan sənə təxminən 30.000 manat pul vermişəm. Malın satılması prosesində də sən mənə köməklik etmisən, yəni müştəri ilə mən danışmışam, sən isə malın müştəriyə daşınmasında mənə kömək etmisən. Əmlakını ələ keçirdiyimiz şirkətin nümayəndə heyəti və fiziki şəxslərlə görüşdüyümüz ofis yerlərini sən öz adına icarəyə götürmüşdün, orada biz şirkət nümayəndələri ilə görüşüb onları inandıraraq əmlakını ələ keçirirdik. Bunu əvvəlki ifadələrimdə istintaqa deməməyimin səbəbi o idi ki, istəmirdim ki, mənim işim məhkəməyə qrup şəklində verilsin, düşünürdüm ki, bu mənim məsuliyyətimi ağırlaşdıracaqdır. Hazırda isə istintaqa səmimi ifadə verirəm. Quru meyvə və çərəzlərin ələ keçirilməsi hadisəsi 2021-ci ilin mart ayında, Novruz bayramı ərəfəsində olmuşdur. Biz Rəmzi adlı şəxsin atasından quru meyvə və çərəzləri ələ keçirmişik və bunu bir neçə dəfəyə etmişdik. Həmin epizodda Təqsirləndirilən şəxs iştirakı onda olmuşdur ki, cəmi iki dəfə Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 111 ünvanında yerləşən ofisimizin həyətində malı qəbul etmişdir. Malın dəyərini mən dəqiq bilmirəm, Təqsirləndirilən şəxs malı qəbul edəndən sonra malın satışından ona pul vermişdim. Zərərçəkmiş şəxs4 MMC epizodunda Təqsirləndirilən şəxs malın götürülməsində iştirak etmiş və həmin malı da onun tapdığı şəxsə satmışdıq. Təqsirləndirilən şəxs bilirdi ki, biz malı dəyərindən ucuz qiymətə satırıq. Satışdan əldə edilmiş puldan Təqsirləndirilən şəxs borcumun əvəzi kimi pul verdim. "xxxx" və "xxxx" MMC-lərin əmlakının ələ keçirilməsi epizodlarında Təqsirləndirilən şəxs malın, yəni şinlərin «Pullman Hotel»dəki anbara daşınmasına, boşaldılmasına və sonra müştəriyə aparılacaq yük avtomobillərinə yüklənməsində iştirak edib bu işə nəzarət etmiş və sonra malın satışından ona pul vermişdim, borcumun əvəzi kimi». Üzləşdirmədə iştirak edən Təqsirləndirilən şəxs üzünə səsləndirilənlərin qismən doğru olmasını, Elnur Şıxəhmədinin meyvə-tərəvəz satışından ona bu günədək cəmi 180.000 manat pul ödədiyini, lakin həmin xüsusatla bağlı heç bir şikayətinin olmadığını, heç bir aidiyyəti quruma bu barədə şikayət etmədiyini, belə niyyətinin olmadığını, cinayətdə iştirak etmədiyini, ələ keçirilmiş malı satmadığını bildirmişdir (cild 04, i.v. 150-153). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin sübutların qiymətləndirilməsi haqqında 10 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması, Zərərçəkmiş şəxs1 ASC-nin əmlakının ələ keçirilməsində Təqsirləndirilən şəxs iştirak etmədiyi üçün həmin epizod üzrə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə şahid qismində keçən Şahid16 təqdim etdiyi və yaddaşında səs yazıları olan CD disk X17 ilə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub hüquqi və fiziki şəxslərin əmlakını ələ keçirdiklərini, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 pul alıb qaytarmadığını təsdiq etdiyindən maddi sübut hesab edilməsi və ittihamedici sübutlar siyahısına əlavə edilməklə cinayət işinin materiallarında saxlanılması, Zərərçəkmiş şəxs8 iş üzrə Təqsirləndirilən şəxs və ailə üzvlərindən (bacısı və anası) öz pulunu istədiyindən, hədə-qorxu gəlmədiyindən, sair qanunsuz hərəkətlərə yl vermədiyindən həmin xüsusatla bağlı əməlində cinayət tərkibi olmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs8 barəsində Cinayət Məcəlləsinin 182 və 322-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, 178-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi və rədd edilmiş epizodlar üzrə hazırki cinayət işindən materialın ayrılması qərara alınmışdır (cild 04, i.v. 154-200). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 11 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddə ilə yenidən ittiham elan edilmiş, hüquq və vəzifələri elan edilməklə qərarın surəti ona təqdim edilmişdir (cild 04, i.v. 209-214). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 11 noyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla X17 və Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs6 qarşı cinayəti X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində törətdiklərindən həmin xüsusatla bağlı cinayət işində toplanmış sənədlərin surətlərinin ayrılmış cinayət işinə əlavə edilməsi və Anar Mehdiyevin əməlinə ayrılmış cinayət işində hüquqi qiymət verilməsi, Zərərçəkmiş şəxs1 ASC-nin əmlakının təqsirləndirilən şəxslər tərəfindən deyil, X34, X25, X35 və qeyriləri tərəfindən ələ keçirilməsi faktları ilə bağlı müraciətlərlə əlaqədar sənədlərin əsillərinin hazırki cinayət işindən çıxarılmaqla ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməsi və ayrılmış cinayət işində bu müraciətlərlə bağlı əməllərə hüquqi qiymət verilməsi müəyyən olunmuşdur (cild 04, i.v. 237-238). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-508/2021 nömrəli 24 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün olmaqla 17 dekabr 2021-ci il tarixindək uzadılmışdır (cild 04, i.v. 358-359). Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs 16 may 2013-cü il təvəllüdlü Fidan Babayeva adlı azyaşlı uşağı var. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC tərəfindən daxil olmuş mülki iddianın məzmunundan görünür ki, sözügedən cəmiyyət mülki iddiacı kimi tanınmasını, cavabdehlər X17 və Təqsirləndirilən şəxs 33.894,70 manat məbləğində maddi ziyanın və 193 manat ödənilmiş dövlət rüsumunun sonunculardan tutularaq ödənilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mülki iddia ilə əlaqədar dövlət rüsumunun ödənilməsinə dair qəbz mülki iddiaya əlavə olunmuşdur. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs4 MMC tərəfindən daxil olmuş mülki iddianın məzmunundan görünür ki, sözügedən cəmiyyət mülki iddiaçı kimi tanınmasını, cavabdehlər X17 və Təqsirləndirilən şəxs 90.541,46 manat məbləğində maddi ziyanın və 362 manat ödənilmiş dğvlət rüsumunun sonunculardan tutularaq ödənilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mülki iddia ilə əlaqədar dövlət rüsumunun ödənilməsinə dair qəbz mülki iddiaya əlavə olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli 1(101)-364/2022 saylı qərarı ilə X17 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Elnur Şıxəhmədinin barəsində ayrıca icraatda cinayət işinin ayrılması, ayrılmış cinayət işinə əlavə nömrə verilməsi və ayrılmış cinayət işi üzrə icraatın Elnur Şıxəhmədi tapılanadək dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) açıq məhkəmə iclaslarında özünün seçdiyi müdafiəçilər tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində özünün seçdiyi müdafiəçilərlə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçiləri vasitəsi ilə məhkəməyə yeni sübut təqdim etmiş, habelə onun müdafiəçiləri təqsirləndirilən şəxsin müdafiə hüququnun realizə edilməsi məqsədi ilə müxtəlif xarakterli vəsatətlər vermişlər. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Belə ki, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçiləri vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə ona qarşı irəli sürülmüş ittihamı və mülki iddiaları bütovlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərinin tövsifi ilə bağlı məsələlərə aydınlıq gətirilməsindən əvvəl məhkəmə cinayət işi üzrə bəzi vacib məsələlərə aydınlıq gətirilməsini zəruri hesab edir. Belə ki, aşağıda qeyd edilən məsələlər bilavasitə cinayət işi, habelə irəli sürülmüş ittihamla bütövlükdə əlaqəli olan məsələlərdən ibarətdir. Məsələ ondan ibarətdir ki, hazırki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olduğu vaxt iş üzrə 2 (iki) şəxs, yəni Təqsirləndirilən şəxs və Elnur Şıxəhmədi təqsirləndirilən şəxs qismində çıxış etmişdir. Hazırki cinayət işi üzrə məhkəmə baxışı davam edən zaman Elnur Şıxəhmədinin barəsində olan başqa cinayət işinə (hazırki cinayət işi ilə əlaqəsi olmayan) Bakı Apellyasiya Məhkəməsində baxılmış və həmin məhkəmənin hökmü ilə Elnur Şıxəhmədiyə bəraət verilmiş, habelə sonuncu məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Bundan X46 hazırki cinayət işi üzrə məhkəmənin çağırışlarına məhəl qoymayaraq məhkəmə iclaslarına gəlməmiş, başqa sözlə, məhkəmədən yayınmışdır. Elnur Şıxəhmədinin məhkəmə iclasında iştirakını təmin etmək məqsədi ilə məhkəmə tərəfindən bir neçə dəfə işə baxılması təxirə salınmış, lakin məhkəmənin bütün cəhdlərinə baxmayaraq, Elnur Şıxəhmədinin həmin vaxt məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Nəticədə məhkəmə tərəfindən Elnur Şıxəhmədinin barəsində axtarış elan edilməklə cinayət işinin materiallarından Elnur Şıxəhmədiyə aid hissədə icraat ayrılmış, Təqsirləndirilən şəxs barəsində olan hissədə isə cinayət işinə baxılması davam etmişdir. Eyni zamanda hazırki cinayət işi üzrə ittiham Təqsirləndirilən şəxs və Elnur Şıxəhmədiyə qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərinin törədilməsindən ibarət olduğundan, X44nin barəsində cinayət işi başqa icraatda ayrıldığından hazırki iş üzrə Təqsirləndirilən şəxs Elnur Şıxəhmədi ilə bağlı olan əməllərinə hüquqi qiymət verilməsi kifayət qədər mürəkkəb məsələyə çevrilmişdir. X33 məhkəmə qərarı əsasında həbs edildiyindən onun barəsində olan cinayət işinə baxılmağa davam etdirilmiş, lakin X21 barəsində yekun məhkəmə aktı çıxarılmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsində onunla əlbir olan şəxs kimi Elnur Şıxəhmədiyə istinad edilməsi sonuncunun təqsirsizlik prezumpsiyasının pozulmasına yol açan haldır. Odur ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilərkən onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etmiş şəxs məhkəmə tərəfindən qeyrisi kimi qəbul edilməlidir. Əks yanaşma hazırki məhkəmə aktı ilə Elnur Şıxəhmədinin də əməllərinə hüquqi qiymət verilməsi ilə nəticələnəcək. Bu isə Elnur Şıxəhmədinin təqsirsizlik prezumpsiyası kontekstində müdafiə hüququna qəsddir. Nəticə etibarı ilə təqsirləndirilən şəxslər barəsində cinayət işinin ayrılması hazırda cinayət işinin araşdırılması və iş üzrə əhəmiyyət kəsb edən hallara hüquqi qiymətin verilməsinə təsir etməklə, təqsirkar şəxsin əməllərinin tövsifi məsələsini də mürəkkəb məsələyə çevirmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilə qeyrisi arasında işgüzar (ticarət) münasibətlər yaranmışdır. Bunun nəticəsində Təqsirləndirilən şəxs qeyrisinə ümumi dəyəri 560.000 manat təşkil edən meyvə-tərəvəz məhsullarını nisyə satmış, qeyrisi isə həmin meyvə-tərəvəz məhsullarını realizə edərək hasil olunmuş pul vəsaitinin bir hissəsini Təqsirləndirilən şəxs vermiş, qalan hissəsini isə məhkəməyə aydın olmayan səbəblərdən verməmişdir. Meyvə-tərəvəzlərin realizə edilməsindən sonra hasil olunmuş pulun Təqsirləndirilən şəxs tam şəkildə qaytarılmaması Təqsirləndirilən şəxs və qeyrisi tərəfindən fərqli şəkildə izah edilmişdir. Təqsirləndirilən şəxs pulun ona tam şəkildə ödənilməməsini qeyrisinin təqsiri ilə izah etdiyi halda, qeyrisi bunun səbəbini Təqsirləndirilən şəxs tərəfindən ona nisyə verilmiş meyvə-tərəvəzlərin keyfiyyətsiz olduğundan tez xarab olması və yaxşı satılmaması ilə izah etmişdir. Məhkəmə istintaqında bu hissədə kimin haqlı olmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs və qeyrisi istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər, cinayət işinin materiallarında isə bununla bağlı heç bir sübut yoxdur. Ona görə də qeyd edilən məsələdə Təqsirləndirilən şəxs və ya qeyrisinin haqlı olmasını müəyyən etmək mümkün olmamışdır. Lakin Təqsirləndirilən şəxs və qeyrisinin sonraki hərəkətləri ona dəlalət edir ki, qeyrisi həqiqətən də Təqsirləndirilən şəxs aldığı meyvə-tərəvəzlərin dəyərini tam şəkildə sonuncuya qaytarmamışdır. Belə ki, Təqsirləndirilən şəxs dəfələrlə qeyrisindən nisyə verdiyi meyvə-tərəvəzlərin pulunu tələb etməyə başlamış, qeyrisi də pulu ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs tələbindən sonra qeyrisi başqa şəxslərdən müxtəlif adla, yəni formal cəhətdən ticarətlə bağlı əməkdaşlıq etməsi görüntüsü ilə nisyə mallar alıb qısa müddət sonra həmin malları aldığı və bazar qiymətindən ucun sataraq əldə edilmiş pul vəsaitini Təqsirləndirilən şəxs qaytarmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs qeyrisinin göstərilən üsulla hərəkət etməsində razılığı olmuş, bu razılıq isə onda ifadə olunmuşdur ki, qeyrisi tərəfindən bu hərəkətlər icra edilərkən Təqsirləndirilən şəxs həmin hərəkətlərdə iştirak etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyrisi ilə cinayət əlaqəsinə girərək başqa şəxslərin mallarının ələ keçirilməsində, mallar ələ keçirildikdən sonra həmin malların satılmasında, malları satmaq məqsədi ilə yeni müştərilər tapılmasında, malların daşınması və həmin malların yeni müştərilərə təqdim edilməsində, habelə malların qəbulu ilə bağlı danışıqlarda iştirak etməsində, qeyrisinin işini asanlaşdırmaq üçün ofislərin icarəyə götürülməsində, əldə edilmiş malların ödənişi ilə bağlı mal sahiblərinin narazılığı yarandıqda həmin şəxslərə müxtəlif vədlər verməsində və bu qəbildən olan sair fəal hərəkətlərdə ifadə olunmuşdur. Cinayət işinin materialları, məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri və məhkəmə istintaqında tədqiq edilmiş sübutlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs başqa şəxslərin dələduzluq yolu ilə əmlaklarının ələ keçirilməsində qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etmişdir. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, Təqsirləndirilən şəxs qeyrisinin başqa şəxslərin əmlaklarını dələduzluq yolu ilə ələ keçirməsindən xəbərdar olmaqla yanaşı, bu hərəkətlərin icra edilməsini qeyrisindən təkidlə tələb etmiş, qeyrisi buna dair razılığını bildirdikdən sonra bütün mümkün üsullarla qeyrisi ilə bu hərəkətlərin törədilməsində iştirak etmişdir. Bu isə Təqsirləndirilən şəxs ilə qeyrisi arasında cinayətlərin törədilməsi ilə bağlı razılığını ifadə edir. Eyni zamanda Təqsirləndirilən şəxslə qeyrisi arasında əvvəlcədən əldə olunmuş razılıq, onların dələduzluq cinayətlərinin törədilməsindəki rollarının öz aralarında bölüşdürülməsində ifadə olunmuşdur. Yəni törədilmiş dələduzluq cinayətlərinin üsulu onda ifadə olunmuşdur ki, qeyrisi birbaşa müxtəlif sahibkarlarla münasibət qurmalı, həmin sahibkarlara peşəkar ticarətçi olması görüntüsünü yaratmalı, daha sonra müqavilələr bağlamaqla həmin şəxslərin mallarını əldə edib sonradan realizə etməli olmuşdur. Təqsirləndirilən şəxs isə bu hərəkətlərin icrasında passiv rol oynamalı, yəni qeyrisinin şəriki, işçisi və sair formada ifadə olunan etibarlı şəxsi kimi sahibkarlarla (zərərçəkmiş şəxslərlə) aparılan danışıqlarda iştirak etməli, daha sonra malların təhvil alınmasını həyata keçirməli, əldə edilən malların siyahısı və qiyməti barədə danışıq aparmalı və bu qəbildən olan sair hərəkətlərdə iştirak etməli olmuşdur. Məhz bu səbəbdən də məhkəmə istintaqında dindirilmiş bəzi zərərçəkmiş şəxslər, habelə zərərçəkmiş hüquqi şəxslərin işçiləri qismində çıxış edən şahidlər öz ifadələrində Təqsirləndirilən şəxs tanımadıqlarını, Təqsirləndirilən şəxs tərəfindən onlara qarşı cinayət törədilmədiyini, nəticədə isə onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını bildirmişlər. Məhkəmə hesab edir ki, bəzi zərərçəkmiş şəxslərin və şahidlərin belə məzmunda ifadə vermələri dələduzluq cinayətlərinin törədilməsi ilə bağlı Təqsirləndirilən şəxslə qeyrisi arasında əldə edilmiş razılığın mahiyyətindən, habelə onların arasında cinayətlərin törədilməsi ilə bağlı rolların bölüşdürülməsindən və bununla bağlı razılığın şərtindən asılı olmuşdur. Faktiki olaraq, Təqsirləndirilən şəxs qeyrisi ilə ilk baxışdan sadə görünən üsulla dələduzluq cinayətlərini törətmiş, bu da onların qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etməsini ehtiva edir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində dələduzluq cinayətlərini törətmədiyini, onun başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etmədiyini, zərərçəkmiş hüquqi şəxslər və zərərçəkmiş fiziki şəxslərin mallarını ələ keçirmədiyini, sonuncularla danışıq aparmadığını iddia etsə də, habelə şahid qismində dindirilmiş X45 Babayevin iddia etdiyi halları təsdiq etsə də, məhkəmə belə nəticəyə gəlir ki, həm Təqsirləndirilən şəxs, həm də şahid Elnur Şıxəhmədi məhkəmədə ifadə verərkən səmimi olmamışlar, əksinə yalan ifadə verməklə əsl həqiqəti gizlətmişlər. Məhkəmə Təqsirləndirilən şəxs dələduzluq cinayətlərini törətməsi nəticəsinə gələrkən aşağıda göstərilən şəxslərin ifadələrini mötəbər sübut kimi qəbul etmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 MMC-nin direktoru Şahid6 uzun illərdir ki, tanıyır, onların arasında dəfələrlə ticarət əməkdaşlığı olmuş, X10 tanımasa da, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs tanışı Elnur Şıxəhmədinin ucuz qiymətə 2710 kiloqram donmuş başsız skumbriya balığının birini 5 manatdan, 1700 kiloqram panqasius balığının birini isə 2 manat 90 qəpikdən təcili olaraq nağd şəkildə satdığını ona demiş, təklif olunan qiymət çox aşağı olduğundan, lakin onun həmin məhsulu almaq üçün maddi imkanı olmadığından həmin balıqları ala bilməmiş, ona görə də Şahid6 bu barədə məlumat vermiş, Şahid6 da bundan şübhələnərək həmin balıqları Elnur Şıxəhmədinin məhz özündən aldığını, lakin pulunu vermədiyini bildirmiş, bundan sonra Şahid6 təklifinə əsasən 2-3 saatdan sonra Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq balıqları almaq istədiyini bildirmiş, lakin Təqsirləndirilən şəxs artıq balıqların satıldığını ona demişdir. Şahid8 ifadəsindən açıq aşkar görünür ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirilmiş Zərərçəkmiş şəxs2 MMC-nin balıq məhsullarının realizə edilməsi ilə bağlı müştəri axtarışında olmuş, bu məqsdələ Elnur Şahid8 Babayevlə əlaqə saxlayaraq bazar qiymətindən xeyli ucuz qiymətə balıq məhsullarının satışı barədə məlumat vermiş, həmçinin həmin vaxt Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirilmiş balıq məhsullarının çəkisi, çeşidi və qiyməti barədə kifayət qədər dolğun məlumat vermiş, habelə qısa müddətdən sonra, yəni məlumat verdikdən 2-3 saat sonra artıq həmin məhsulların satıldığını bildirməklə göstərilən balıq məhsullarının müqəddaratı barədə məlumata sahib olmuşdur. Bundan başqa, Şahid10 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 MMC-də supervayzer vəzifəsində işləyir, 2019-cu ilin yanvar ayında X17 onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq "xxxx" MMC-nin təsisçisi olduğunu bildirib, əməkdaşlıq etmək istədiyini və bunun üçün görüşməyi xahiş etmiş, sonra o, Elnur Şıxəhmədinin ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsindəki «Biznes Mərkəzi»ndə sonuncu ilə görüşmüş, həmin vaxt Elnur Şıxəhmədinin yanında Təqsirləndirilən şəxs adlı şəxs olmuş, Şıxəhmədi adaşı olan şəxsi, yəni Təqsirləndirilən şəxs onun şirkətinin maliyyəçisi kimi ona təqdim etmişdir. Həmin vaxt Elnur Şıxəhmədi adaşı olan Təqsirləndirilən şəxs ona şirkətin maliyyəçisi kimi təqdim etsə və Təqsirləndirilən şəxs şəxsən onların görüşündə iştirak edərək özü haqqında verilmiş məlumatdan xəbərdar olsa da, həmin vaxt şirkətin maliyyəçisi olmasını inkar etməmiş, habelə bununla bağlı etirazını bildirməmişdir. Şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə Zərərçəkmiş şəxs4 MMC-ni təsis etmiş və hazırda həmin MMC-nin həm təsisçisi, həm də direktorudur, Elnur Şıxəhmədi ona zəng edərək rəhbəri olduğu "xxxx" MMC-nin təmir-tikinti işləri ilə məşğul olduğunu, layihələrinin olması və onların satış etdiyi məhsullardan almaq istədiyini bildirmiş, sonra onlar görüşüb əməkdaşlıq barədə söhbət etmişlər, bundan sonra Zərərçəkmiş şəxs4 MMC ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, həmin müqavilənin müddəti 1 (bir) illik müəyyən edilmiş, alqı-satqı müqaviləsi bağlandıqdan X46 işçisinin onların şirkətinin anbardarı ilə əlaqə saxlayıb lazım olan malların siyahısını verəcəyini bildirmiş, bundan sonra sifarişlər Elnur Şıxəhmədinin ağbaş ləqəbli işçisi Təqsirləndirilən şəxs tərəfindən telefon vasitəsilə verilmiş, sonra həmin sifarişin siyahısı Elnur Şıxəhmədi ilə dəqiqləşdirilmiş, 05 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs anbara gəlmiş, Təqsirləndirilən şəxs alınacaq malların sayı və növləri ilə bağlı siyahını təqdim etdikdən sonra şirkətin anbardarı siyahıda olan 90.541,45 manat məbləğindəki məhsulları Təqsirləndirilən şəxs özü ilə gətirdiyi avtomaşına yüklətdirmiş, Təqsirləndirilən şəxs həmin malları iki dəfəyə, yəni 2020-ci ilin 01 sentyabr və 15 sentyabr tarixlərində özü ilə gətirdiyi **-KF-*** və **-RO-*** dövlət nömrə nişanlı avtomaşınlarla aparmışdır. Şahid12 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun rəhbəri olduğu şirkətə əvvəlcədən razılaşdırılmış malların siyahısı ilə gələrək şəxsən anbardan külli miqdarda malları təhvil alıb getmişdir. Eyni zamanda Şahid12 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs4 MMC olaraq onlarla iş görmək istəyən şirkətləri bir qayda olaraq araşdırmışlar, şirkətin direktoru Elnur Şıxəhmədi onun tanışı Şahid13 öz ofisinə dəvət etməklə özünə inam yaratmışdır. Belə ki, Elnur Şıxəhmədinin şirkətinin adının «X66» MMC adlı başqa bir şirkətlə yaxın ad olması onları çaşdırmış, çünki «X66» MMC ölkə bazarında çox tanınmış şirkətdir, böyük dövriyyəsi var, Elnur Şıxəhmədi «X66» MMC-nin adı ilə oxşar şirkət təsis edərək bazarda olan çoxlu sayda iş adamını aldatmışdır. Sonradan isə o, başa düşmüşdür ki, Elnur Şıxəhmədinin təsis etdiyi şirkət qurama şirkətdir və ancaq dələduzluqla məşğul olur. Mallar təhvil verildikdən, lakin malların dəyəri ödənilmədikdən sonra onlar "xxxx" MMC-dən ödəniş olmadığına görə zəmanət istəmişlər, nəticədə Elnur Şıxəhmədi tərəfindən tərtib edilmiş və üzərində 91.000 borc olması barədə onlara akt təqdim edilmiş, həmin aktı isə onlara şəxsən Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan başqa, Şahid13 ifadəsində göstərmişdir ki, o, hazırda Zərərçəkmiş şəxs4 MMC-də işləyir, X17 və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Elnur Şıxəhmədi ilə sonuncunun ofisində danışıq apararkən özünü Elnur Şıxəhmədinin işçisi kimi təqdim edən ağbaş ləqəbli Təqsirləndirilən şəxs də orada olmuş, lakin həmin vaxt Təqsirləndirilən şəxs hər hansı bir danışıq aparmamış, işbirliyi barədə təklifi Elnur Şıxəhmədi vermiş, ancaq sonradan malların təhvil alınması, malların çeşidi və keyfiyyəti barədə bütün məsələləri Təqsirləndirilən şəxs həll etmişdir. O, X31 Babayevin kim olmasını soruşduqda, X45 Babayevi həm öz şəriki, həm də "xxxx" MMC-nin təchizat şöbəsinin müdiri, gah da maliyyəçisi kimi təqdim etmiş, sonuncu da buna etiraz etməmişdir. Bundan sonra 05 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng vurub onunla danışaraq Elnur Şıxəhmədinin sifariş verdiyi malların siyahısını hazırladığını, həmin siyahı üzrə Zərərçəkmiş şəxs4 MMC-dən malları təhvil almaq istədiyini bildirmiş, o da dərhal Elnur Şıxəhmədiyə zəng vurub bu barədə bildirdikdə, sonuncu bunu təsdiq edərək öz işçisi Təqsirləndirilən şəxs onun nömrəsini verdiyini bildirib malları işçisi Təqsirləndirilən şəxs təhvil verməyi xahiş etmiş, sonra Təqsirləndirilən şəxs elə həmin tarixdə anbara gələrək sifariş əsasında malları özü ilə gətirdiyi **-KF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklətdirib təhvil alaraq aparmış, yenidən 15 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ikinci dəfə onunla əlaqə saxlayaraq yenə malların siyahısını demiş, o da bu haqda anbardara məlumat vermiş və Təqsirləndirilən şəxs bu dəfə **-RO- *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə anbara yaxınlaşıb malları təhvil alaraq aparmışdır. Adətən malların sifarişini Elnur Şıxəhmədi vermiş, aktları isə Təqsirləndirilən şəxs şəxsən ona təqdim etmişdir. Sifarişlər telefon vasitəsilə verilmiş, yazılı şəkildə təqdim edilməmişdir. Malların siyahısını telefon vasitəsilə Təqsirləndirilən şəxs vermiş və onunla telefonda təxminən 30-40 dəqiqə ərzində dəqiqləşdirilmişdir. Şahid13 da ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən şirkətdən malların qəbulunda fəal hərəkətlər etmiş, yəni qeyd edilən şirkətin səlahiyyətli şəxsləri ilə dnaışıq aparmış, ələ keçiriləcək malların çeşidi və keyfiyyətini, təhvil alınma yerini kifayət qədər uzun sürən 30- 40 dəqiqəlik söhbət əsasında razılaşdırmış, şəxsən iki dəfəyə malları təhvil almış, malların aparılması üçün yük avtomobili təşkil etmişdir. Göstərilən hallar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs kifayət qədər fəal hərəkətlər edərək dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Şahid16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, hazırki cinayət işi üzrə cinayət əməllərini "xxxx" MMC-nin direktoru Elnur Şıxəhmədi törətmişdir. Belə ki, onun qardaşı Təqsirləndirilən şəxs həmin şirkətin direktoru olmamış, ayrı-ayrı fiziki və hüquqi şəxslərlə bağlanan müqavilələr Elnur Şıxəhmədi tərəfindən imzalanmış, Elnur Şıxəhmədi həmin fiziki və hüquqi şəxsləri aldadaraq əmlaklarını ələ keçirmiş, onun qardaşı Təqsirləndirilən şəxs isə yalnız həmin malların satışına və çatıdırılması işinin təşkil edilməsinə cavabdeh olmuşdur. Qardaşı Elnur Təqsirləndirilən şəxs Şıxəhmədinin qanunsuz əməllərinin qurbanıdır. Göstərilən şahidin də ifadəsində məlum olur ki, Təqsirləndirilən şəxs ələ keçirilmiş malların satışına və çatdırılması işinin təşkil edilməsində cavabdeh olmuşdur. Bundan başqa, şahid X17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs başqa şəxslərdən pul alıb özünə verməsini ondan tələb etmiş, o da məcbur olub zərərçəkmiş şirkətlər və fiziki şəxslərdən müxtəlif mallar alıb daha sonra ucuz qiymətə sataraq həmin pulları hissə-hissə Təqsirləndirilən şəxs qaytarmış, eləcə də Təqsirləndirilən şəxs ona malları daşımaq üçün nəqliyyat vasitələri tapmaqda kömək etmiş, zərərçəkmiş şirkətlər və fiziki şəxslərdən onun xahişinə əsasən bir neçə dəfə gedib malları götürmüşdür. Məhkəmədə Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də satış meneceri vəzifəsində işləyir, ticarətlə əlaqədar X14 qəsəbəsində yerləşən «Pullman Hotel»dəki ofisində görüşdə iştirak etmiş, həmin oteldə Təqsirləndirilən şəxs onu orada qarşılayaraq ofisə aparmışdır. Yuxarıda göstərilən şahidlərin və zərərçəkmiş şəxsin ifadələrinin təhlili onu göstərir ki, Təqsirləndirilən şəxs məhkəmədə iddia etdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslər və zərərçəkmiş fiziki şəxslərlə heç bir münasibətinin olmadığını, qeyd edilən şəxslərdən malların alınmasında iştirak etmədiyini və malların sonraki müqəddaratından xəbərinin olmadığını bildirsə də, yuxarıda göstərilən şəxslərin ifadələrindən məlum olur ki, Təqsirləndirilən şəxs məhkəmədə iddia etdiklərinin əksinə mümkün qədər kənarda qalmaq şərti ilə malların ələ keçirilməsi, malların keyfiyyəti, çeşidi və qiyməti, habelə malların daşınması, bu məqsədlə bir neçə ofis icarəyə götürməsi, danışıqlarda iştirak etməsi, mallar ələ keçirildikdən sonra həmin malların realizə edilməsində kifayət qədər çoxlu sayda fəal hərəkətləri icra etmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Elnur Şıxəhmədi ibtidai istintaq zamanı ətraflı şəkildə ifadə verərək törədilmiş hər bir cinayət əməlinin üsulunu, mexanizmini, törədilmə yerini və törədilmiş cinayətlərin nəticəsində ələ keçirilmiş malların, eləcə də qeyd edilən malların satışından əldə edilmiş pulların bölüşdürülməsi barədə ifadə vermişdir. Məhkəmə istintaqında şahid Elnur Şıxəhmədi ibtidai istintaq zamanı vermiş olduğu ifadə ilə razılaşmayaraq həmin ifadədən imtina etsə də, həmin ifadə ondan alınan zaman ibtidai istintaq orqanının səlahiyyətli şəxsləri tərəfindən heç bir zorakılığa və təzyiqə məruz qalmadığını bildirmişdir. Bu səbəbdən də məhkəmə şahid Elnur Şıxəhmədinin məhkəmə istintaqında Təqsirləndirilən şəxslə bağlı hissədə, yəni Təqsirləndirilən şəxs dələduzluq cinayətlərinin törədilməsində rolu və iştirakının olmaması hissəsində verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni yalan ifadə kimi qəbul edir. Belə ki, hazırki cinayət işində təqsirləndirilən şəxs qismində çıxış etməli olmasına baxmayaraq, məhkəmədən yayındığına görə barəsində cinayət işi ayrılmaqla, hazırki cinayət işi üzrə şahid qismində çıxış edən Elnur Şıxəhmədi ibtidai istintaq zamanı bir neçə dəfə ifadə versə də, hər dəfə ifadəsini dəyişdirməklə çaşqınlıq yaratmış, bununla da cinayət işinə obyektiv baxılmasına mane olmuşdur. Bu səbəbdən də məhkəmə Elnur Şıxəhmədinin hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs xeyrinə verdiyi ifadəsini yalan ifadə kimi qəbul edir. Bundan başqa, ittihamla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham cəmi 7 (yeddi) epizoddan ibarətdir, qeyd edilən epizodlardan 6 (altı) epizod üzrə ələ keçirilmiş əmlakların dəyəri xeyli məbləğ, 1 (bir) epizod üzrə ələ keçirilmiş əmlakların dəyəri külli miqdar təşkil edir. Cəmi 1 (bir) epizod üzrə (Zərərçəkmiş şəxs6 ilə bağlı) vurulmuş ziyan ödənilmiş, qalan epizodlar üzrə vurulmuş ziyan ödənilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxs qismində çıxış edən Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və sonuncunun qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətdiyi qeyrisinin əleyhinə kifayət qədər ətraflı ifadə versə də, məhkəmə istintaqında ifadə verərkən qeyri-adekvat hərəkətlər edərək konkret olaraq fikir bildirə bilməmiş, bunu da müxtəlif bəhanələrlə izah etməyə çalışmışdır. Buna baxmayaraq, məhkəmə Zərərçəkmiş şəxs8 ibtidai isitntaq zamanı vermiş olduğu ifadəsini iş üzrə mühüm əhəmiyyətə malik olan sübut növü hesab edir. Belə ki, Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, X4 ilə tanışlığı 2020-ci ilin sonlarında yaranmış, o, Elnur Şıxəhmədini bir neçə dəfə xidmət haqqı müqabilində dediyi yerlərə aparmış, X46 sürücü kimi xidmət etməyi ona təklif etmiş, o da bununla razılaşmışdır. O, Elnur Şıxəhmədinin sürücüsü işləyən zaman ağbaş ləqəbli Təqsirləndirilən şəxs tanımış, Elnur Şıxəhmədi ilə Təqsirləndirilən şəxs həmişə bir yerdə olmuşlar, sonuncuların bütün işləri bir olmuş, hərdən Təqsirləndirilən şəxs də sürücülük etmiş, yəni hər ikisinin sürücüsü olmuşdur. Hər ikisi tez-tez ofisləri dəyişmişlər və o, bundan şübhələnməyə başlamışdır. O, bu işə, yəni sürücülük etməyə başlayanda Elnur Şıxəhmədi ilə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, “Vorovski” qəsəbəsində ofis götürmüşlər, buna qədər isə Elnur Şıxəhmədi və Təqsirləndirilən şəxs ofisləri «Pullman Hotel»də olmuşdur. Bundan sonra Elnurgil “Vorovski” qəsəbəsindəki ofisdən Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən ofisə köçmüşlər. Həmişə ofisləri icarəyə götürən, eləcə də Elnur Şıxəhmədini idarə edən də məhz Təqsirləndirilən şəxs olmuşdur. Belə ki, Elnur Şıxəhmədi ilə Təqsirləndirilən şəxs şirkətləri və ayrı-ayrı şəxsləri aldadıb əmlaklarını ələ keçirmişlər, işin başında məhz Təqsirləndirilən şəxs durmuş, lakin Təqsirləndirilən şəxs birbaşa vətəndaşlarla əlaqəyə girməmiş və Elnur Şıxəhmədiyə bu işi həvalə etmiş, Təqsirləndirilən şəxs isə özü guya kənarda olması görüntüsü yaratmaqla bütün bu qanunsuz işi qurmuş, mallar ələ keçirildikdən sonra həmin malların satışını həyata keçirmiş, o cümlədən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə edilmiş malların satışında da Elnur Şıxəhmədini aldatmışdır. O, 7 aya yaxın həmin şəxslərin yanında olmuş və sonuncuların bütün işlərindən xəbərdar olmuşdur. Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs qeyrisi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq cinayət əməllərini törətmişdir. Zərərçəkmiş şəxs8 ifadəsinin əhəmiyyəti Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi cinayət əməllərinin üsuluna və mexanizminə aydınlıq gətirilməsində ifadə olunur. Zərərçəkmiş şəxs8 ibtidai isitntaq zamanı verdiyi ifadəsindəki hallar məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri ilə üst-üstdə düşdüyündən, yəni cinayətlərin eyni üsul və mexanizm əsasında törədilməsinə uyğun gəldiyindən məhkəmə Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər sübut hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 qarşı da dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs, onun bacısı Şahid16, habelə müdafiəçilər Zərərçəkmiş şəxs8 şəxsiyyəti ilə bağlı onun həm məhkəmədə, həm də ibtidai istintaq zamanı vermiş olduğu ifadələri mübahisələndirərək həmin ifadələrin yalan ifadə olmasını, Zərərçəkmiş şəxs8 ifadəsinin saxta olmasını, ittiham aktında göstərildiyi tarixdə Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs pul verməsinin mümkün olmamasını, həmin gün Təqsirləndirilən şəxs Bakı şəhərində deyil, Mingəçevir şəhərində nişan mərasimində olmasını iddia edərək bununla bağlı kaset və sair formada sübutlarının olduğunu bildirmişlər. Lakin obyektiv araşdırma ilə bağlı uzun müddət davam edən məhkəmə araşdırmasında müdafiə tərəfi iddia etdiyi hallarla və istinad etdiyi dəlillər ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Müdafiə tərəfi təqzib etdiyi hallarla bağlı məhkəməyə sübut təqdim etmədiyindən və bu halları başqa qaydada təsdiq etmək mümkün olmadığından məhkəmə Zərərçəkmiş şəxs8 ifadəsini şübhə altına almaq üçün heç bir əsas görmür. Bu səbəbdən də məhkəmə Zərərçəkmiş şəxs8lə bağlı epizod üzrə ibtidai istintaq orqanının gəldiyini nəticəni əsaslı hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edərək dələduzluq cinayətlərini törətməsi ilə bağlı xüsusilə qeyd edir ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etmiş şəxslər zərərçəkmiş hüquqi şəxslər və zərərçəkmiş fiziki şəxslərin əmlaklarını dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə özləri və adından hərəkət etdikləri şirkət barəsində yalan məlumat verməklə, habelə etibardan sui-istifadə etməklə həmin şəxslərdə inam və etibar yaratmaq məqsədi ilə müqavilələr bağlamışlar, həmin müqavilələrin şərtinə uyğun şəkildə nisyə şəkildə özgə əmlaklarını alıb ələ keçirmişlər, özgə əmlaklarını ələ keçirdikdən demək olar ki, qısa müddət ərzində həmin malları aldıqları və bazar qiymətindən qat-qat ucuz qiymətə sataraq satışdan hasil olunmuş pulu öz alarında bölərək şəxsi ehtyaclarına sərf etmişlər. Təqsirləndirilən şəxslə əlbir olan qeyrisi həmin müqavilələri bağlayarkan real ticarət münasibətlərinə daxil olmaq niyyətində olmamış, əksinə müqavilə bağlamaqla ticarətçi obrazını və görüntüsünü yaratmaq məqsədi güdmüş, məhz bunun nəticəsində özgə əmlakını dələduzluqla ələ keçirib ucuz qiymətə satmaq və satışdan hasil olunan pulu aralarında bölməklə özlərinə düşən payı şəxsi ehtiyaclarına sərf etmək niyyətində olmuşdur. Bu da birbaşa olaraq dələduzluq cinayətlərinin törədilməsi üsullarından və yollarından biridir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa nəticəyə gəlmək mümkün olmamışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna, mexanizminə və nəticəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə 38.894,70 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə 10.837,67 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, habelə təkrarən özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 90.541,46 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs5 42.323,06 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmçinin təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 11.410 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs7 43.046,08 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs8 8.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi tövsif edir və belə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun hər bir əməli ayrıayrılıqda başa çatmış cinayət əməlləri təşkil edir. Onun əməlləri nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət və mülki məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ali təhsilli, evli olmasını, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmamasını, Zərərçəkmiş şəxs6 vurulmuş ziyanın tam şəkildə ödənilməsini, habelə onun ailədə yeganə qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməlləri ilə bağlı epizodların sayını, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməllərinin üsulunu və mexanizmini, vurulmuş ziyanın hazırda ödənilməmiş hissəsini, zərərçəkmiş hüquqi şəxslər və zərərçəkmiş fiziki şəxlsərə ziyanın ödənilməsi ilə bağlı onun təşəbbüs belə göstərməməsini məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli onun axtarışda olduğuna görə tutulduğu vaxtdan, yəni 10 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddialara gəldidkə isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayətlərin törədilməsi sübuta yetirildiyindən və həmin cinayət əməlləri nəticəsində vurulmuş ziyanla bağlı mülki iddialar verildiyindən, zərərçəkmiş hüquqi şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs4 MMC tərəfindən verilmiş mülki iddialar təmin edilməli, yəni Təqsirləndirilən şəxs 33.894,70 manat məbləğində maddi ziyan və 193 manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə, 90.541,46 manat məbləğində maddi ziyan və 362 manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs4 MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmənin mülki iddialar ilə bağlı hissədə gəldiyi nəticə, həmçinin “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə də uyğundur. Belə ki, qeyd edilən qərarın 69cu bəndində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər. Bir neçə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş mülki iddia (mülki iddialar) təmin edildiyi halda ittiham hökmünün nəticəvi hissəsində hansı hissənin (konkret məbləğin) müştərək, hansı məbləğlərin isə hər bir təqsirləndirilən şəxsdən paylar üzrə, eləcə də hansı mülki iddiaçının xeyrinə tutulması göstərilməlidir. Sözügedən qərarın 70-ci bəndində göstərilmişdir ki, birgə maddi ziyanın vurulması ilə əlaqədar olan cinayət işlərində iştirakçılarından biri (bir neçəsi) haqqında cinayət təqibi üzrə icraat ayrılmışsa və yaxud bəzi iştirakçılar haqqında cinayət təqibinə bəraətverici sayılmayan əsaslarla xitam verilmişsə, məhkəmə mülki iddia üzrə maddi ziyanın ödənilməsi vəzifəsini tamamilə barəsində cinayət işinə baxılan təqsirləndirilən şəxsin üzərinə qoyur və eyni zamanda təqsirkara barəsində cinayət təqibinə xitam verilmiş şəxsə qarşı mülki mühakimə icraatı qaydasında maddi ziyanın müştərək qaydada ödənilməsi haqqında iddia qaldırmaq hüququnu izah edir. Ayrılmış icraat üzrə təqsirləndirilən şəxsin (şəxslərin) barəsində cinayət işinə baxıldıqda məhkəmə verilmiş mülki iddia ilə əlaqədar onun (onların) üzərinə vurulmuş maddi ziyanı əvvəlki hökmə əsasən məhkum edilmiş (barəsində mülki iddia həll edilmiş) şəxslə müştərək qaydada ödəmək vəzifəsini qoya bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə bir daha belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs4 MMC tərəfindən verilmiş mülki iddialar təmin edilməli və Təqsirləndirilən şəxs 33.894,70 manat məbləğində maddi ziyan və 193 manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs2 MMCnin xeyrinə, 90.541,46 manat məbləğində maddi ziyan və 362 manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs4 MMC-nin xeyrinə tutulmalı, habelə Təqsirləndirilən şəxs təmin edilmiş mülki iddialar ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etdiyi qeyrisinə qarşı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah olunmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərci (ekspertiza xərci) yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 10 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş hüquqi şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs4 MMC-nin mülki iddiaları təmin edilsin. Təqsirləndirilən şəxs 33.894,70 manat məbləğində maddi ziyan və 193 manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə, 90.541,46 manat məbləğində maddi ziyan və 362 manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs4 MMC-nin xeyrinə tutulsun. Təqsirləndirilən şəxs təmin edilmiş mülki iddialar ilə bağlı hissədə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etdiyi qeyrisinə qarşı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah olunsun. Məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi cinayət işinə əlavə edilmiş 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar