Məhkəmə qərarları › İş №1(101)-76/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-76/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-76/2024 25.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X9 (sədrlik edən), X11 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçilər Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Zərdab rayonu, Məlikumudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Zərdab rayonu, Məlikumudlu kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, 2-ci qrup əlilliyi olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)- 217/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)- 243/2022 saylı qərarı ilə cəzası 01 (bir) il azaldılmış, çəkilməmiş 03 (üç) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında birləşərək aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, xx.xx.2022-ci il tarixdə sosial şəbəkələr vasitəsilə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Elşad” adlı şəxsdən 50 manat pul müqabilində külli miqdarda, ümumi təmiz çəkisi 4,595 qram narkotik vasitə heroini və ümumi təmiz çəkisi 1,674 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib 2022-ci ilin fevral ayında həmin narkotik vasitə heroinin Bakı şəhərində satışını həyata keçirməsi üçün bükümlərə ayıraraq 06 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,220 qram, 0,225 qram, 0,180 qram, 0,251 qram, 0,261 qram, 0,260 qram, ümumi təmiz çəkisi 1,397 qram hissəsini qrupun üzvü Təqsirləndirilən şəxs2 verib qalan hissəsini isə üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 saylı binanın qarşısında tanışı Şahid1 01 ədəd bükümdə təmiz çəkisi 0,772 qram psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,381 qram olan narkotik vasitə heroini 30 manata satmış, xx.xx.2022-ci il tarixdə, saat 12:30 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən Şahid1 ünvan 3 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd qırmızı rəngli sellofana bükülmüş onun satdığı təmiz çəkisi 0,772 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, xx.xx.2022-ci il tarixdə, saat 13:20 radələrində Nizami RPİ-nin X6 şübhəli şəxs qismində saxlanılmış Şahid1 üzərinə keçirilmiş baxış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə onun satdığı təmiz çəkisi 0,381 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2022-ci il tarixdə, saat 15:50 radələrində ünvan 5 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd qırmızı rəngli polietilen bükümdə təmiz çəkisi 0,902 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun üzvü Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 16:10 radələrində ünvan 7 ünvanda şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,200 qram, 0,225 qram, 0180 qram, ümumi təmiz çəkisi 0,625 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsülla hazırlanmış narkotik vasitə heroin, həmin tarixdə saat 18:15 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 9 ünvana keçirilmiş baxış zamanı mənzilin qonaq otağında yerləşən masanın üzərindən 03 ədəd şəffaf sellofana bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,251 qram, 0,261 qram, 0,260 qram, ümumi təmiz çəkisi 0,772 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməllərinə görə Nizami RPİ-nin İŞ-də istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Nizami RPİ-nin X6 saxlanılarkən xx.xx.2022-ci il tarixdə sosial şəbəkələr vasitəsilə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Elşad” adlı şəxsdən 50 manat pul müqabilində satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin 2,817 qram hissəsini üzərində saxlamaqla Nizami RPİ-nin MSY-nin 1 nömrəli kamerasına daşımış, xx.xx.2022-ci il tarixdə saat 12:15 radələrində həmin idarənin əməkdaşları tərəfindən kamerada aparılan baxış zamanı onun çarpayısının altından 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,817 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2 ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin istifadəçisidir. xx.xx.2022-ci il tarixdə, saat 15:50 radələrində Nizami rayonu, C.ünvan 14 evin arxasında olarkən iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb onun narkotik vasitələrin satışında şübhəli olduğunu deyib, onu 24-cü PŞ-nə dəvət etmişlər. Həmin şöbənin xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilərək videoçəkiliş vasitəsi ilə ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim edilməsi təklif edilmiş, o, da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və həmin gödəkçənin sol yan cibindən bir ədəd qırmızı rəngli sellofana bükülmüş halda ağ rəngli kristall formalı onun “şüşə” olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin psixotrop maddəni o, bir neçə gün əvvəl adını xatırlamadığı, sosial şəbəklərlə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı “Elşad” adlı şəxsin vasitəsilə 50 manata həmin şəxsin “Memar Əcəmi” metrostansiyasının yaxınlığında qoyduğu yerdən götürməklə aldığını bildirmişdir. Bundan sonra onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir və hər hansı bir qanunsuz aşkar edilmir. Daha sonra götürülmüş psixotrop maddə metamfetamin bükümü zərfdə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə idarənin müvəqqəti saxlama yerinə təhvil verilərkən, orada da onun üzərinə şəxsi axtarış keçirilir, lakin üzərində heç bir qanunsuz əşya aşkar edilmir. MSY-də ilkin olaraq saxlama yerinin 5-ci otağına, daha sonra xx.xx.2022-ci il tarixdə isə 1-ci otağa keçirilmişdir. Həmin otaqda ondan başqa 3 nəfərdə əlavə şəxs saxlanılırdı. Həmin gün onlar gəzintiyə çıxan zaman MSY-nin əməkdaşları onları həmin otağa qaytarıb 1-ci otağın giriş hissəsinin sol tərəfində çarpayının altından narkotik vasitənin aşkar edildiyini və kimə məxsus olduğunu soruşmuş, onlar könüllü etiraf etmədiyi üçün onlara qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlər edilmiş, o, da döyüldükdən sonra məcbur qalıb tapılan maddənin özünə aid olduğunu, MSY-ə daxil olarkən sağ ayağında olan qara corabda keçirdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, MSY-nə daxil olan zaman onun nə isə üzərində daşıması, gəzdirməsi və ya ora hər hansı qanunsuz əşya daxil etməsi qeyri-mümkündür. Həmçinin məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, özünü yalnız narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində təqsirli bilir, o, Elmara və Asifə pul müqabilində narkotik vasitə satmamış, lakin əvvəllər belə hallar olmuş və o, kənar şəxslərə narkotik vasitəni 10-15 manata satmışdır, Təqsirləndirilən şəxs2lə isə sadəcə birlikdə istifadə etmişlər. Polis əməkdaşlarının ona etdiyi fiziki təzyiqlə bağlı hər hansı orqana şikayət və ya vəsatət verməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini və əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Digər Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Nizami rayonu, M.ünvan 10 ünvanının qarşısında olan zaman mülki formada olan 2 nəfər ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onu Nizami RPİ-nə dəvət etmişlər. İdarədə xidməti otaqda onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında məlumat verilmiş, bütün hüquq və vəzifələri izah edilmişdir. Sonra ona üzərində qanunsuz olan hər hansı bir vasitənin olub-olmaması soruşlmuş qanunsuz əşya varsa könüllü surətdə verilməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 3 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq içərisindəki spesifik iyə malik olan maddənin “heroin” olduğunu bildirmişdir. Bu vasitəni o, Nizami rayonu 8-ci MKR-nın parkının yanında Ceyhun adlı şəxsdən aldığını bildirmiş və əlavə olaraq yaşadığı Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 41, mənzil 10 ünvanında da əlavə olaraq 3 büküm narkotik vasitə sayılan heroin olduğunu və bir ədəd həmin narkotik vasitələrin çəkisini bilmək üçün elektron tərəzi olduğunu bildirmişdir. Üzərinə şəxsi axtarış keçirildikdən sonra aşkar olunmuş bükümlər qablaşıdırılmış, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları ilə yaşadığı mənzilə getmiş, orada da hüquqları izah edildikdən sonra onun razılığı ilə evinə baxış keçirilmişdir. O, orada qonaq otağında masanın üzərində olan 3 ədəd bükümdə heroini və 1 ədəd elektron tərəzini polis əməkdaşlarına tədqim etmişdir. Həmin bükümlər və tərəzi də qablaşdırılmış, möhürlənmiş və onlar tərəfindən imzalanmışdır. O, əslində “Ceyhun” adlı şəxsi tanımır. Tutulmağından 1 ay əvvəl tanışı olan Təqsirləndirilən şəxs1 ilə ünvanı dəqiq bilmədiyi Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, 32-ci PŞ-nin yaxınlığında kirayə evdə və həmçinin onun evində də birlikdə yaşamışlar. O, Fəhminlə birlikdə narkotik vasitə qəbul etmişdir, sonuncudan narkotik vasitə nə öz istifadəsi üçün nə də başqa şəxslərə satmaq üçün almamışdır. O özünü yalnız narkotik vasitələri istifadə etməkdə təqsirli bilir, satışla məşğul olmamışdır. Həmçinin məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində narkotik vasitələrinin satışında özünü təqsirli bilmişdir, lakin onların hərəkətləri ilə bağlı hər hansı orqana şikayət və vəsatət verməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağı və 2-ci qrup əlil olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli ilə bağlı qismən etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, baş vermiş hadisədən 2 il keçdiyinə görə hər şeyi tam xatırlamır. Əvvəllər narkotik vasitə istifadəçisi olmuşam. O, Fəhmini yaşadığı yerdən tanıyır, lakin ondan narkotik vasitə pulla almamış ama bir yerdə dəfələrlə istifadə etmişlər. Təxmini 22-23 fevral 2022-ci il tarixdə Fəhminin telefon nömrəsindən ona zəng gəlmiş sonuncu ona narkotik vasitənin olduğunu və göstərdiyi ünvana gəlməsini bildirmiş, lakin o, Fəhminə üzərində pulunun az olmasını bildirsədə sonuncu isə ona gəlməsini və ona narkotik vasitə verəcəyini demişdir. Bundan sonra o, Fəhminin göstərdiyi ünvana getmiş və orada olan polis əməkdaşları onu saxlamışlar. Həmçinin MSY-də olarkən onunla birgə Fəhmin, Sadiq və Elvində eyni otaqda saxlanılmışıar. Ona MSY-də təqdim edilmiş sənədləri oxumadan imzalamışdır. O, heç vaxt Fəhmindən narkotik vasitələri və psixotrop maddələri pul qarşılığında almamış, yalnız bir yerdə istifadə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 1-2 gün olardı ki, MSY-nin 1-ci otağında saxlanılırdı. 2-ci gün onun saxlanıldığı otağa Təqsirləndirilən şəxs1 də gətirdilər. Sonucunun üzü-gözü, göyərmiş və pis gündə olmuşdur. Həmin gün onlar gəzintidən qayıtdıqdan sonra MSY-nin əməkdaşları onları kameraya qaytarmış, kamera müşahidəsi olmayan yerdə onları döyməyə başlamışlar. Döymələrinin səbəbi kimi kamerada aşkar olunan narkotik vasitənin kimə məxsus olmasının müəyyənləşdirilməsi olmuşdur. Onlara “kimindisə boynuna almasını” polis əməkdaşları bildirmişlər. Sonradan nə baş verməsi və həmin gün orada hansı maddənin çıxdığı barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilməsində iştirak etməmiş, yalnız ona verilən sənədlərlə tanış olmadan imzalamışdır. O, ona imzalanması üçün təqdim edilmiş sənədlərin imzalanmasının səbəbi kimi, məhz özünə aid cinayət işi üzrə olduğunu bilməsi olmuşdur. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, çarpayının altında nə aşkar olunduğunu ümumiyyətlə bilməmiş və görməmişdir. Həmçinin MSY-nin otaqları daimi olaraq müşahidə kameraları vasitəsilə çəkilir və daimi nəzarətdə saxlanılır, MSY-nə daxil olan hər bir şəxsin üzəri tamamilə yoxlanılır və içəriyə nəsə keçirmək qeyri-mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin fevral ayında MSY-də Fəhmin, Sadiq və Elmar adlı şəxslərlə birlikdə saxlanılırdı. Birlikdə fasilədə olan zaman MSY-nin əməkdaşları onları otağa qaytarmış, saxlanıldıqları otaqda narkotik vasitənin aşkar edildiyini və həmin narkotik vasitənin kimə məxsus olduğunu soruşduqda onlar məlumatlı olmadıqlarını bildirmişlər. Bu zaman MSYnin əməkdaşları Fəhmini döyə-döyə onların yanından aparmışlar. Ondan sonra o, Fəhmini görməmişdir. O, Fəhminlə bir kamerada saxlanılarkən sonuncunun narkotik vasitədən istifadə etdiyini görməmişdir. Daha sonra Fəhminin üzərinə şəxsi axtarış aparılmasını və narkotik vasitənin sonuncunun üzərindən çıxarılmasını görməmiş, bununla bağlı izahat verməmişdir. Məhkəmə iclasında Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, MSY-nə daxil olarkən onların üzəri tamamilə yoxlanılır, əyinlərində nə varsa çıxarılıb baxılır və MSY-nə nə isə keçirmək qeyri-mümkündür. Oranın əməkdaşları tərəfindən ona və Sadiqə sənəd imzalatmışlar, o həmin sənədi oxumamış və imzalamışdır. Sonradan başa düşmüşdür ki, guya o, Fəhminin üzərində olan narkotikin aşkar edilməsində şahid olmuşdur. Saxlanıldıqları otaqda olan kameralar otağın hər bir yerini müşahidə edir, hətta sanitariya qovşağını da belə. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, inzibati ərazində baş vermiş oğurluq cinayətini törətməkdə, həmçinin mütəmadi olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olunmasında şübhəli olan Şahid1 xx.xx.2022-ci il tarixdə, saat 12:30 radələrində ünvan 12 ünvanın yaxınlığında yaxınlaşıb özlərini təqdim edərək sonuncunu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Şahid1 üzərinə videoçəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl ona üstündə hər hansı qeyri-qanuni nə varsa təqdim etməsi təklif edilmiş, Şahid1 könüllü olaraq əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən iki ədəd “Nokia” markalı mobil telefonu, 01 ədəd “Kent” markalı siqaret qutusunu, həmin şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli alışqanı, eləcə də, şalvarın sağ kiçik cibindən bir ədəd qırmızı rəngli sellofan bükümdə olan kütləni çıxardaraq təqdim etmişdir. Şahid1 təqdim etdiyi kütlənin metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində Q.Qarayev prospekti 81 saylı ünvanda “Fəhmin” adlı şəxsdən 30 manata istifadə etmək məqsədilə aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra Şahid1 götürülmüş psixotrop maddə metamfetamin bükümü zərfdə qablaşdırılaraq DİNnin 164 №-li möhürü ilə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunaraq imzalanmışdır. Baxış zamanı Şahid1 qarşı heç bir təzyiq olunmamışdır. Həmin tədbirin davamı olaraq xx.xx.2022-ci il tarixdə, saat 15:50 radələrində Nizami rayonu, C.ünvan 14 ünvanın arxasında zahiri əlamətləri «Fəhmin» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim edərək sonuncunu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üstünə videoçəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl sonuncuya üzərində hər hansı qeyri-qanuni əşya varsa onları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, həmin gödəkçənin sol yan cibindən bir ədəd qırmızı rəngli sellofan bükümdə olan kütləni çıxardaraq təqdim etmişdir. Sonuncu həmin kütlənin metamfetamin olduğunu, həmin metamfetamini bir neçə gün əvvəl İran İslam Respublikasının vətəndaşı olan şəxsin vasitəsilə “Memar Əcəmi” metrostansiyasının yaxınlığından 50 manata özünün istifadəsi və tanışlarına satmaq üçün aldığını və üzərində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 həmin psixotrop maddənin bir hissəsini xx.xx.2022-ci il tarixdə Q.Qarayev prospekti 81 ünvanında 30 manat pul müqabilində əvvəllər tanıdığı Şahid1 satdığını da bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 götürülmüş psixotrop maddə metamfetamin bükümü zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 164 №-li möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunaraq imzalanmışdır. Məhkəmə iclasında Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılarkən ona qarşı hər hansı psixi və ya fiziki təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid5 və Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Şahid6 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişlər ki, narkotik vasitələrin əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olunmasında şübhəli olan Şahid1 tərəflərindən xx.xx.2022-ci il tarixdə, saat 12:30 radələrində saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət edilmiş, şöbənin xidməti otaqların birində Şahid1 üzərinə şəxsi axtarış edilməmişdən əvvəl üzərində hər hansı qeyri-qanuni əşyanın olması halında təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən iki ədəd “Nokia” markalı mobil telefonu, 01 ədəd “Kent” markalı siqaret qutusunu, həmin şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli alışqanı, eləcə də, şalvarın sağ kiçik cibindən bir ədəd qırmızı rəngli sellofan bükümdə olan kütləni çıxarıb təqdim etmişdir. Şahid1 təqdim etdiyi kütlənin metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində Q.Qarayev prospekti 81 saylı ünvanda “Fəhmin” adlı şəxsdən 30 manata istifadə etmək məqsədilə aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin psixotrop maddə metamfetamin büküm zərfdə qablaşdırılaraq DİN-nin 164 №-li möhürü ilə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Həmin tədbirin davamı olaraq xx.xx.2022-ci il tarixdə, saat 15:50 radələrində sonradan tanıdıqları Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim edərək sonuncunu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl sonuncuya üzərində hər hansı qeyri-qanuni əşya varsa onları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, həmin gödəkçənin sol yan cibindən bir ədəd qırmızı rəngli sellofan bükümdə olan kütləni çıxardaraq təqdim etmişdir. Sonuncu həmin kütlənin metamfetamin olduğunu, həmin metamfetamini bir neçə gün əvvəl İran İslam Respublikasının vətəndaşı olan şəxsin vasitəsilə “Memar Əcəmi” metrostansiyasının yaxınlığından 50 manata özünün istifadəsi və tanışlarına satmaq üçün aldığını və üzərində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 həmin psixotrop maddənin bir hissəsini xx.xx.2022-ci il tarixdə Q.Qarayev prospekti 81 ünvanında 30 manat pul müqabilində əvvəllər tanıdığı Şahid1 satdığını da bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 götürülmüş psixotrop maddə metamfetamin bükümü zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 164 №-li möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunaraq imzalanmışdır. Məhkəmə iclasında Şahid5 və Şahid6 onlara verilmiş suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılarkən ona qarşı hər hansı psixi və ya fiziki təzyiq olunmamışdır və Təqsirləndirilən şəxs1 Nizami RPİ-nin 24-cü PŞdə olarkən onun üzərinə hərtərəfli baxılmış, təqdim etdiyi maddədən başqa üzərində heç bir qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin MSY-nin rəisi Şahid7 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin MSY-nə xx.xx.2022-ci il tarixdə təhvil verilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə MSY-nin 1-ci kamerasında kibrit vasitəsilə nəyisə yandırdığını nəzarət kamerası vasitəsilə görüb, həmin kameraya MSY əməkdaşları ilə birlikdə yaxınlaşmışdır. Kameraya daxil olduqdan sonra Təqsirləndirilən şəxs1, əlində olan maddəni yatdığı çarpayının altına atdıqda həmin kamerada olan digər iki nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş əşya və predmetin olub-olmamasını soruşmuş, sonuncu kameraya daxil olarkən çarpayının altına atdığı bir ədəd şəffaf sellofan bükümdə olan kütləni və 01 (bir) manatlıq pul əskinazını çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlənin heroin olduğunu, həmin heroini öz istifadəsi üçün xatırlamadığı şəxsdən aldığını, Nizami RPİ-nin 24-cü PŞdə üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sağ ayağında olan qara rəngli corabın içərisində öncədən gizlədib və şəxsi axtarış zamanı isə təqdim etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə heroin bükümü zərfdə qablaşdırılaraq DİN-nin 162 №-li möhürü ilə möhürlənmiş, protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmaqla imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq olunmamışdır. Sonuncunun üzərindən narkotik vasitənin aşkar edilməsi ondan narkotik vasitə almış olan Şahid1lə də bağlı şübhə yaratdığından xx.xx.2022-ci il tarixdə Şahid1 üzərinə də baxış keçirilməsi zərurəti yaratmış və bu məqsədlə MSY-nin 3-cü kamerasına MSY əməkdaşları ilə birlikdə daxil olaraq iki nəfər hal şahidinin iştirakı ilə Şahid1 üzərində qanunla qadağan edilmiş əşya və predmetin olub-olmasını soruşduqda sonuncu əynində olan cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin qızılı kağızı bükümündə olan kütləni çıxardaraq təqdim etmişdir. Şahid1 təqdim etdiyi kütlənin heroin olduğunu, həmin heroini öz istifadəsi üçün aldığını, Nizami RPİ-nin 24-cü PŞ-də üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman cins şalvarının sağ yan kiçik cibində öncədən gizlədib, şəxsi axtarış zamanı isə təqdim etmədiyini bildirmişdir. Bundan sonra Şahid1 götürülmüş narkotik vasitə heroin bükümü zərfdə qablaşdırılaraq DİN-nin 162 №-li möhürü ilə möhürlənmiş, protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunaraq imzalanmışdır. Baxış zamanı Şahid1 qarşı heç bir təzyiq olunmamışdır. Həmin şəxslər MSY-nə daxil olarkən MSY əməkdaşları tərəfindən yoxlanılsalar da, ola bilər ki, yoxlamanı keçirən əməkdaş diqqətsizlik etmişdir. Məhkəmə iclasında Şahid7 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə MSY-nə daxil olan zaman üzərinə səthi yoxlama aparıldığından və orada saxlanılan zaman heroin aşkar edildiyindən MSY-nin əməkdaşı A.Ə.Bayramov işdən azad edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin MSY-nin polis nəfərləri Şahid8 və Şahid9 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırki cinayət işi məhkəmənin hakimi Azər Tağıyevin icraatına xx.xx.2023-cü il tarixdə verilmişdir. Cinayət işinin 1-ci cild 63-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 167-170-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 149-152-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 01 (bir) ay, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 241-242-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 01 (bir) ay, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 31-32-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 92-95-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 161-163-cü vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 243-244-cü vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 01 (bir) ay, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 138-139-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 3-cü cild 164-165-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 84-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1192 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,902 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi: 0,902 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq: 0,852 qram. Cinayət işinin 1-ci cild 208-213-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1216 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №162” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: - üzərində “Şahid1 üzərində...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,381 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. – üzərində “Təqsirləndirilən şəxs1 üzərində...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,817 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd bir manatlıq əskinazda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş 2 ədəd bükümdə heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroinin təmiz çəkisi – 0,381 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,331 qram. Heroinin təmiz çəkisi – 2,817 qram, tədqiqata sərf edildi – 0, 05 qram, qalıq – 2,767 qram. Cinayət işinin 2-ci cild 60-64-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1297 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində AR DİN “Zərflər üçün № 162” möhür əksi, “vət. Təqsirləndirilən şəxs2 məxsus...” və s. sözlər, imzalar olan 2 ədəd kağız paketdən birindəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,220 qram; 0,225 qram, 0,180 qram, ümumi təmiz çəkiləri 0,625 qram qəhvəyi rəngli maddə kütlələri (№2) kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İki paketdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqdim olunmuş elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroinin təmiz çəkisi – 1,397 qram, tədqiqata sərf edildi – 0,12 qram, qalıq – 1,277 qram. Cinayət işinin 1-ci cild 85, 209-cu, 2-ci cild 61-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat, 65 (altmış beş) manat və 110 (bir yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 173-174-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 2309 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 177-178-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 3310 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 3-cü cild 15-43-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman götürülmüş, ekspertiza tədqiqatından sonra qalmış 0,832 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və “Samsung” markalı, “SM-G-532F/DS” modelli mobil telefon aparatı, ekspertiza tədqiqatından sonra qalmış 2,767 qram və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman götürülmüş, 1,277 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınanaraq Nizami RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, şəxsi axtarışın gedişatını əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin 2-ci cild 164-165-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 2-ci cild 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2: 1) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən 03 (üç) ay 28 (iyirmi səkkiz) gün vaxtından əvvəl şərti azad edilmiş; 2) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 2-ci cild 183-191-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-217/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)-243/2022 saylı qərarından görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs2 Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 il müddətinə azaldılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə idarənin qeydiyyatına alınmış cəzasının 08 ay 16 gününü çəkmiş və 03 ay 10 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin 1-ci cild 77-ci vərəqəsində olan şəxsi axtarış aparılması DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin binasında saat 17:00-dan saat 17:45-dək qeydə alınmışdır. Həmin şöbənin təhqiqatçısı özünü və digər iştirakçıları təqdim edib Təqsirləndirilən şəxs1 hüquqlarını izah edərək sonunucuya üzərində hər hansı qanunsuz əşyanın olduğu təqdirdə təqdim etməsini təklif edir. Daha sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən isə “Samsung” markalı mobil telefonu, həmin gödəkcənin sol yan cibindən 01 ədəd qırmızı rəngli polietilen bükümü təqdim edir. Təqdim edilən bükümə baxış keçirilir, içərisindən ağ rəngli kristal şəklində spesifik iyə malik olan kütlə aşkar edilir. Təqsirləndirilən şəxs1 həmin kütlənin “şüşə” kimi tanıdığı “metamfetamin” narkotik vasitə olduğunu, 2 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşından sosial şəbəkə vasitəsilə aldığını və “Memar Əcəmi” metrostansiyasının yaxınlığından götürdüyünü bildirir. Həmçinin o, Şahid1 3-4 aydır ki, tanıdığını, sonuncuya Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında 30 manat pulun müqabilində həmin narkotik vasitədən satdığını, başqa hər hansı bir şəxsə əvvəllər satmadığını, 1-ci dəfə Şahid1 həmin narkotik vasitəni pulla satdığını, əvvəllər isə satmadığını və pulsuz verdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilir, lakin hər hansı başqa qanunsuz əşya aşkar edilmir. Sonuncu tərəfindən təqdim edilmiş büküm zərfə qoyularaq qablaşdırılır, möhürlənir və həmin zərf hər bir iştirakçı tərəfindən imzalanır. Cinayət işinin 1-ci cild 141-152-ci vərəqələrində olan Samsung markalı mobil telefona baxış keçirilməsi protokolundan və foto şəkillərdən görünür ki, mobil telefonunda olan Whatsapp proqramın baxış keçirilir, “Şahin” adlı +**********09 saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 00:07-də gələn səsli mesaj – “məni təcili yığ, torpaq istəyirlər 4-5 dənə. Var verək?” +**********60 saylı mobil nömrə ilə yazışmalardan görünür ki, həmin şəxsə narkotik vasitəni daşın altına qoymasını bildirmiş, həmin ferini foto şəklini çəkib həmin şəxsə göndərmiş, həmin şəxsin narkotik vasitəni götürməsini demişdir. +**********377 saylı mobil nömrə ilə onun arasında narkotik vasitələrin İran İslam Respublikasından alqı-satqısına və mütəmadi olaraq birlikdə işləmlərinə dair danışıqlar aparması müəyyən olunur. Həmçinin Təqsirləndirilən şəxs1 bu məzmunda çoxsaylı şəxslərlə narkotik vasitələrin alqı-satqısına dair danışıqlar və yazışmalar aparması müəyyən olunur. Cinayət işinin 1-ci cild 177-178-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Nizami RPİ-nin MSY-nin binasının 1-ci kamerasında saat 12:15-dən saat 13:00-dək protokol tərtib olunur. Nizami RPİ-nin MSY-nin MSY-nin rəisi Şahid7 özünü və digər iştirakçıları təqdim edir, Təqsirləndirilən şəxs1 hüquqlarını izah edərək sonunucuya üzərində hər hansı qanunsuz əşyanın olduğu təqdirdə təqdim etməsini təklif edir. Daha sonra Təqsirləndirilən şəxs1 özünün yatdığı çarpayının altından qanunla qadağan olunmuş spesifik iyə məxsus olan 01 ədəd şəffaf sellofana bükülmüş maddəni və 1 manatlıq əskinası təqdim edərək həmin maddənin özünə məxsus olduğunu və 24-cü PŞ-də şəxsi axtarış və götürmə keçirilən zaman sağ ayağında olan qara rəngli corabın içərisində gizlətdiyini, həmin maddənin heroin olduğunu və öz istifadəsi üçün yanında olan şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş büküm zərfə qoyularaq qablaşdırılır, möhürlənir və həmin zərf hər bir iştirakçı tərəfindən imzalanır. Cinayət işinin 2-ci cild 44-cü vərəqəsində olan şəxsi axtarış aparılmasına DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin TŞ-nin binasında saat 17:20-dən saat 17:45-dək qeydə alınmışdır. Həmin şöbənin təhqiqatçısı özünü və digər iştirakçıları təqdim edib Təqsirləndirilən şəxs2 hüquqlarını izah edərək sonunucuya üzərində hər hansı qanunsuz əşyanın olduğu təqdirdə təqdim etməsini təklif edir. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngli sellofana bükülü olan 3 ədəd büküm çıxararaq içərisində olan maddənin narkotik vasitə sayılan heroin kimi tanıdığı maddəni təqdim edir. Təqsirləndirilən şəxs2 həmin kütləni Nizami rayonu, 8-ci MKR parkının yanında “Ceyhun” adlı şəxsdən aldığını bildirir. Həmçinin yaşadığı B.Çobanzadə küçəsi, ev 41, mənzil 10 ünvanında da həmin büküm narkotik vasitə sayılan heroin və həmin maddələri çəkmək üçün nəzərdə tutulmuş tərəzi olduğunu bildirir. Təqsirləndirilən şəxs2 götürülən 3 ədəd şəffaf rəngli sellofana bükülmüş maddə içərisindəki maddə 1 bağlamada zərfə qoyularaq qablaşdırılır, möhürlənir və həmin zərf hər bir iştirakçı tərəfindən imzalanır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilir. Lakin hər hansı qanunsuz əşya aşkar edilmir. Cinayət işinin 2-ci cild 45-ci vərəqəsində olan Təqsirləndirilən şəxs2 ərizəsindən görünür ki, o, yaşadığı Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 41, mənzil 10 ünvanına baxış keçirilməsinə etiraz etmir. Cinayət işinin 2-ci cild 52-ci vərəqəsində olan mənzilə baxış keçirilməsinə DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 41, mənzil 10 ünvanına saat 18:15-dən saat 18:40-dək baxış keçirilir. Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı özünü və digər iştirakçıları təqdim edib Təqsirləndirilən şəxs2 hüquqlarını izah edir. Daha sonra mənzilə baxış keçirilir. Mənzilin qonaq otağında olan masanın üzərindən 03 ədəd şəffaf rəngli sellofan bükümlər və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülür. Daha sonra həmin bükümlər zərfə qoyularaq qablaşdırılır, möhürlənir və həmin zərf hər bir iştirakçı tərəfindən imzalanır. Cinayət işinin 3-cü cild 286-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq həkim müayinəsindən keçirilmiş sorğu zamanı zədə almadığını bildirmişdir. Baxış zamanı bədən səthində yeni xəsarət izləri aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 68-ci vərəqəsində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(007)-129/2022 saylı qərarından görünür ki, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs2 2ci qrup əlildir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Nizami RPİ-nin məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə MSY-də saxlanılan Təqsirləndirilən şəxs1 aid olan kamera görüntülərinin müddəti bitdiyi və həmin görüntülərin onlarda olmadığı üçün təqdim edə bilmirlər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Bunanla da, məhkəmə ibtidai istintaq orqanının təqdim etdiyi sübutları hərtərəfli araşdıraraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma cinayətinin törədilməsi faktı mübahisəsiz olaraq tam sübuta yetirilir. Amma məhkəmə, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətinin törədilməsi faktı kimi qiymətləndirilməsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tövsifedici əlaməti kimi Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Cinayət qanununun mənasına görə qeyd olunan cinayətin külli miqdarda törədilməsi bu cinayətdə narkotik vasitə hesab edilən heroinin və psixotrop maddə hesab edilən metamfetaminin miqdarının 2 qram və ondan artıq olması başa düşülür. Hazırkı cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmələrini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış, üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən yalnız 0,902 qram psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin tarixdə müvəqqəti saxlama yerinə yerləşdirilmiş, saxlandığı otaqda 2,817 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1lə eyni otaqda saxlanılan şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrində MSY-də olarkən Təqsirləndirilən şəxs1 və onlara qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiq edildiyini, Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz əşya görmədiklərini, sonuncunun üzərinə axtarış keçirilməsində şahid kimi protokolları imza etsələrdə həmin axtarışda iştirak etmədiklərini, onlara verilmiş sənədlərlə tanış olmadan, oxumadan imzaladıqlarını, MSY-nin otaqlarının daimi olaraq müşahidə kameraları vasitəsilə çəkildiyini, otaqların daimi nəzarətdə saxlanıldığını, MSY-nə daxil olan hər bir şəxsin üzəri (geyimləri) tamamilə yoxlanıldığını və içəriyə nəsə keçirməyin qeyri-mümkün olduğunu göstərmişlər. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin X8 giriş hissəsində, tutulan və şübhəli şəxslərin saxlanıldıqları hər bir otaqda müşahidə kameraları olsa da, həmin görüntülər iş materiallarına əlavə edilməmişdir. Məhkəmə tərəfindən həmin görüntülərin iş materaillarına əlavə edilməsi üçün Nizami RPİ-nin MSY-nə müraciət edilsə də, kamera görüntülərinin müddəti bitməsi səbəbindən həmin görüntüləri təqdim edə bilmədikləri göstərilmişlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şahidlərin ifadələrindən də göründüyü kimi MSY-nin hər bir otağında sanitariya qovşağı mövcuddur və həmin qovşağ kameranın müşahidə dairəsinə düşmür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, hazırki vəziyyətdə istintaq orqanı Təqsirləndirilən şəxs1 MSY-nin müvvəqqəti otağında saxlanılarkən onun üzərində və saxlanıldığı otaqda narkotik vasitə saxlamasını təsdiq edəcək heç bir mötəbər dəlil göstərməmiş və cinayət işinin materiallarına əlavə etməmişdir. Belə ki, MSY-nin qeyd olunan otağında müşahidə kamerasının və video çəkilişlərinin olduğu bir şəraitdə təqdim olunan şübhəli sübutların məcmusu üzrə qənaətə gəlinməsində video kamera ilə aparılan müşahidə materiallarının olmaması təqsirləndirilən şəxsin kamerada olduğu müddətdə üzərində və yatağının altında narkotik vasitənin saxlanılması ilə bağlı ibtidai istintaq orqanının fərziyəsini əsassız hesab edir. Mübahisəsiz digər məqam isə bundan ibarətdir ki, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin üzərində polis əməkdaşlarının güya vaxtında aşkar edə bilmədikləri narkotik vasitə sanitar qovşağının da mövcud olduğu kamerada uzun müddət, yəni 2 gün ərzində saxlamaqda davam etməsi israrı ağlabatan olmaması mübahisəsizdir. Bununla da məhkəmə hesab edir ki, iş üzrə aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlərin mövcud olması, Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin X6 baş vermiş hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi, eləcə də ibtidai araşdırma zamanı ittihamın əsası üçün zəruri sübutların iş materiallarında əlavə edilməməsi (MSY-nin kamera görüntüləri), sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi və natamam aparılması səbəbindən – ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir (1-ci cild 177-178). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının belə yanaşması cinayət mühakimə icraatının vəzifələri, habelə cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ilə ziddiyyət təşkil etməklə bərabər, həm də hüquq düşüncəsi anlayışı ilə də uzlaşmır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən konkret iş üzrə şəxsi qənaəti ifadə edən daxili inam və hüquqi biliklərin səviyyəsinin göstəricisi olan hüquq düşüncəsi yalnız sübutların tədqiqinə, sübutların qiymətləndirilməsi isə qanun və vicdan rəhbər tutulmaqla sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmalıdır. Cinayətin külli miqdarda törədilməsini təsdiq edən heç bir sübutun mövcud olmadığı bir vəziyyətdə ehtimallar əsasında nəticəyə gəlinərək şəxslərə həmin ittihamın irəli sürülməsi yolverilməzdir. Məhkəmə, daxili inamın və hüquq düşüncəsinin fərdi xarakterli olduğunu nəzərdə saxlamaqla, onların hər bir halda yalnız obyektiv, qərəzsiz və tam araşdırılmış sübutlara söykənməli olduğunun mübahisəsizliyini vurğulayır. Sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayəti kimi deyil, onlar tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma cinayəti kimi qiymətləndirilməsini qanuni və əsaslı mövqe hesab edir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamdan külli miqdarda törədilməsi ilə bağlı bəndin, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin çıxarılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxslərin cinayət törətməkdə təqsirli olmalarına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları, özlərinin qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan videogörüntülər, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefonunda olan yazışmalar, foto-şəkillər və iş materiallarında olan digər mötəbər sübutlarla onların qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşıma və satma cinayətini törətmələri tamamilə sübuta yetirildi. Onların əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif olunmalı və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilmələri və narkotik vasitəni və psixotrop maddəni özlərinin istifadələri üçün əldə etmələri və həmin maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamaları barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şəxsi axtarış, götürmə aparılması (İ cild, i/v 75-77), izahat, telefona baxış aparılması, şübhəli və təqsirləndirilən şəxsin dindirmə (İ cild, i/v 78-79, 98-100, 132-134, 139-140) protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək istintaq dövründə törətdiyi əməli könüllü olaraq tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Həmçinin, şəxsi axtarış, götürmə aparılması və baxış keçirilməsi (İİ cild, i/v 42-44, 48-52), izahat, şübhəli və təqsirləndirilən şəxsin dindirmə (İİ cild, i/v 53-54, 71-73, 79-81) protokollarından və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki (İİ cild, i/v 92-95), təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmə iclasında törətdiyi əməli qismən etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən “Samsung” markalı mobil telefonu və həmin gödəkcənin sol yan cibindən 01 ədəd qırmızı rəngli polietilen bükümü təqdim edir. Təqdim edilən bükümə baxış keçirilərkən, içərisindən ağ rəngli kristal şəklində spesifik iyə malik olan kütlə aşkar edilir. Təqsirləndirilən şəxs1 həmin kütlənin “şüşə” kimi tanıdığı “metamfetamin” narkotik vasitə olduğunu, 2 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitəni tanımadığı İİR-nın vətəndaşından sosial şəbəkə vasitəsilə aldığını və “Memar Əcəmi” metrostansiyasının yaxınlığından götürdüyünü bildirir. Həmçinin o, Şahid1 3-4 aydır ki, tanıdığını, sonuncuya Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında 30 manat pulun müqabilində həmin narkotik vasitəni satdığını, başqa hər hansı bir şəxsə əvvəllər satmadığını bildirir (İ cild, i/v 75-76). Bundan əlavə Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilməsi protokolundan və foto şəkillərdən görünür ki, mobil telefonunda olan Whatsapp proqramında “Şahin” adlı +**********09 saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 00:07-də gələn səsli mesaj – “məni təcili yığ, torpaq istəyirlər 4-5 dənə. Var verək?” +**********60 saylı mobil nömrə ilə yazışmalar aparılmış, həmin şəxsə narkotik vasitəni daşın altına qoyması bildirilmiş, həmin ferini foto şəklini çəkib həmin şəxsə göndərmiş, həmin şəxsin narkotik vasitəni götürməsini demişdir. +**********377 saylı mobil nömrə ilə onun arasında narkotik vasitələrin İİR-dan alqı-satqısına və mütəmadi olaraq birlikdə iştəmlərinə dair danışıqlar aparması müəyyən olunur. Həmçinin Təqsirləndirilən şəxs1 bu məzmunda çoxsaylı şəxslərlə narkotik vasitələrin alqı-satqısına dair danışıqlar və yazışmalar aparması müəyyən olunur (İ cild, i/v 141-152). Həmçinin, məhkəmə iclasında şəxsi axtarış keçirilməsinə dair DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngli sellofana bükülü olan 3 ədəd büküm çıxararaq içərisində olan maddənin narkotik vasitə sayılan heroin olduğunu bildirir və təqdim edir. Təqsirləndirilən şəxs2 həmin kütləni Nizami rayonu, 8-ci MKR parkının yanında “Ceyhun” adlı şəxsdən aldığını, həmçinin yaşadığı B.Çobanzadə küçəsi, ev 41, mənzil 10 ünvanında da narkotik vasitə sayılan heroin və həmin maddələri çəkmək üçün nəzərdə tutulmuş tərəzi olduğunu bildirir. Təqsirləndirilən şəxs2 götürülən 3 ədəd şəffaf rəngli sellofana bükülmüş maddə 1 bağlamada zərfə qoyularaq qablaşdırılır, möhürlənir və həmin zərf hər bir iştirakçı tərəfindən imzalanır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilir. Lakin hər hansı qanunsuz əşya aşkar edilmir (İİ cild, i/v 42-44). Bundan əlavə mənzilə baxış keçirilməsinə dair DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 yaşadığı Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 41, 10 saylı mənzilə saat 18:15-dən saat 18:40-dək baxış keçirilir. Mənzilin qonaq otağında olan masanın üzərindən 03 ədəd şəffaf rəngli sellofan bükümlər və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülür. Daha sonra həmin bükümlər zərfə qoyularaq qablaşdırılır, möhürlənir və həmin zərf hər bir iştirakçı tərəfindən imzalanır. Bundan əlavə xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə kirayə yaşadıqları evdə narkotik vasitə qəbul etmişlər, həmçinin Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 satması üçün narkotik vasitə vermiş, sonuncu da həmin narkotik vasitəni satıb aldığı pulu Təqsirləndirilən şəxs1 təqdim etmiş. Göstərilən halları təqsirləndirilən şəxsər imzaları ilə təsdiq etmişlər. (İİ cild, i/v 108-111). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlər edildiyi göstərsə də, bununla bağlı o, heç bir orqana şikayət və vəsatət verməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən aşkar edilən psixotrop maddə olan metamfetamin miqdarını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığı xx.xx.2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağı və 2-ci qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əvvəlki cinayət əməlinə görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-217/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, hazırda narkotik vasitə olan heroinin miqdarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 03 (üç) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 (bir) ay 20 (iyirmi) gün müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 2309 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 2-ci qrup əlil olduğundan ona məcburi müalicə təyin edilə bilməz, yalnız o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 3310 saylı rəyinə əsasən ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı, “SM-G-532F/DS” modelli mobil telefon sonuncuya (ailə üzvlərinə) qaytarılmalı, Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,852 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 1,277 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərclərinin cəmi – 146 (bir yüz qırx altı) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs1 və iş üzrə aparılmış digər məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarına əsasən aşkar edilərək götürülməsi iddia edilən 2,817 qram çəkidə olan narkotik vasitə hesab edilən heroinin ekspertiza tədqiqatından sonrakı ümumi 2,767 qram çəkidə qalıq hissəsi maddi sübut kimi tanınmaqla saxlanılması üçün Nizami RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Həmin maddi sübutun Təqsirləndirilən şəxs1 aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırki hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və bununla əlaqədar maddi sübut kimi saxlanılan 2,767 qram heroinin qalığı həmin fakta görə aparılan cinayət təqibi üzrə Bakı şəhəri Nizami RPİ-də saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş 05 (beş) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(008)-217/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 03 (üç) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 (bir) ay 20 (iyirmi) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı, “SM-G-532F/DS” modelli mobil telefon sonuncuya (ailə üzvlərinə) qaytarılsın. Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,852 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 1,277 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərclərinin cəmi – 146 (bir yüz qırx altı) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 2,767 qram heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və ekspertiza tədqiqatından sonra qalmış maddi sübut kimi tanınmış narkotik vasitə olan 2,767 qram heroin həmin araşdırma ilə əlaqədar Bakı şəhər Nizami Rayon Polis İdarəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri 93 saata görə hər birinə ayrı-ayrılıqda 558 (beş yüz əlli səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar