Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-760/2021 12.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ortaixtisas təhsilli, əczaçı işləmiş, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Mollavaizli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 1”, ev 18, mənzil 144-də faktiki yaşamış, barəsində həbs qətimkan təbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə edib daşımaqla saxlamış və satmışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının» siyahısına daxil edilən son istifadə tarixi göstəricilərinə görə istifadəyə yararlı, təsiredici maddəsi «Tramadol hidroxlorid» tərkibli olan- ümumi çəkisi 1 qram, cəmi 20 kapsul “Tramadol 50 mq”, xx xxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» daxil edilən təsiredici maddəsi «Gabapentin» tərkibli olan-ümumi çəkisi 15 qram, külli miqdarda cəmi 50 kapsul “Gabaqamma 300 mq” narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan dərman preparatlarını əldə edib işlədiyi ünvan 1 ünvanında fəaliyyət göstərən “Nərmin” aptekə daşıyaraq orada gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx xxxxxx 2020-ci il tarixdə saat 18:25 radələrində təsiredici maddəsi «Tramadol hidroxlorid» tərkibli olan- ümumi çəkisi 1 qram cəmi 20 kapsul “Tramadol 50 mq” dərman preparatını nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirində şərti alıcı qismində iştirak edən aptek məntəqəsinə müraciət etmiş Şahid4 20 manata satdıqdan sonra saxlanılmış və baxış zamanı Şahid4 qanunsuz satılmış təsiredici maddəsi «Tramadol hidroxlorid» tərkibli olan- ümumi çəkisi 1 qram cəmi 20 kapsul “Tramadol 50 mq” dərman preparatını və təsiredici maddəsinin satışından əldə edilmiş 20 manat pul əsginaslarını polis əməkdaşlarına təqdim etmişdir. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 18:50 radələrində Təqsirləndirilən şəxs işlədiyi ünvan 1 saylı ünvanında fəaliyyət göstərən “Nərmin” aptekə keçirilən baxış zamanı aptekdən sonuncunun satış məqsədi ilə qanunsuz əldə edib gizlətməklə saxladığı təsiredici maddəsi «Gabapentin» tərkibli olan ümumi çəkisi 15 qram olan külli miqdarda cəmi 50 kapsul “Gabaqamma 300 mq” dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2012-2015-cı illərdə Sumqayıt Tibb Kollecinin əczaçılıq fakültəsini bitirmişdir. Əvvəllər Sumqayıt şəhərində çoxsaylı apteklərlə əczaçı işləmişdir. x xxxxxx 2019-cu ildən isə Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən, qohumu Şahid5 məxsus olan “Nərmin” aptekində rəsmiləşdirilmədən aylıq əmək haqqı 700 manat olmaqla əczaçı işləmişdir. Onun bildiyinə görə aptek “xxxx” şirkətinin lisenziyası əsasında işləyir. Dərmanları aptekə “xxxx” şirkəti çatdırır. Ondan başqa aptekdə Şəbnəm adlı qız işləyir. Şəbnəm səhər saat 8-dən günorta saat 15-00-dək, o, isə saat 15-00-dan axşam saat 23- 24 radələrinə qədər işləmişdir. Aptekdə işlədiyi dövrdə bir neçə dəfə güclü təsiredici dərman preparatları olan “Fenadiazepin”, “Diazepin”, “Tramadol” və “Gabagamma” satmışdır. O, dərmanları həmişə Sumqayıt şəhərində yaşayan tanışı Cavid adlı şəxsdən “Kolxoz” bazarı deyilən yerdə almışdır. Cavidin nə anket məlumatlarını, nə də telefon nömrələrini bilməmişdir. Cavid əsasən həmin ərazilərdə gəzir. Cavidə müraciət etmiş şəxslərə qeyd etdiyi dərmanları satmışdır. Cavidin konkret olaraq hər hansı bir apteki və ya mağazası olmamışdır. 2020-ci ilin iyul ayının əvvəllərində tanışı Gülnar anasının xəstə olduğunu bildirib ondan “Gabagamma 300mg” dərman preparatını istəmişdir. O da Gülnara hazırda onda həmin dərmanın olmamasını bildirmiş, lakin qısa müddətdə tapacağına söz vermişdir. Bu məqsədlə yenidən Sumqayıt şəhərinə gedib Cavidlə həmişə görüşdüyü ünvanda Cavidi tapmışdır. Caviddən həm Gülnara vermək üçün “Gabagamma 300 mg”, həm də özünün satmağı üçün “Tramadol 50mg” almışdır. Həmin dərmanların hər birindən 1 qutu almışdır. Cavidə 15 manat “Tramadol 50mg” dərmanına görə, 20 manat isə “Gabagamma 300 mg» dərman preparatlarına görə ümumilikdə 35 manat vermişdir. Onun həmin dərmanların hər birinin üstünə 5 manat qoyub satmaq məqsədi olmuşdur. O, dərmanı əldə etdikdən sonra Gülnara bu barədə desə də, Gülnar ona artıq ehtiyac qalmadığını bildirmişdir. Belə olduqda dərmanları götürüb “Nərmin” aptekdə olan, arxadakı kassanın içərisində gizlətmişdir. Çünki arxa kassanı yalnız özü aça bilmişdir. Şəbnəmin oraya girişi olmamışdır. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə bir nəfər müştəri gəlib ondan “Tramadol 50mg” istədikdə 20 manata razılaşıb satmışdır. Bundan bir neçə dəqiqə sonra təxminən saat 18:50 radələrində bir neçə mülki geyimli şəxs aptekə girib özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər. Ondan “Tramadol 50mg” dərman preparatının satışı ilə bağlı sorğu-sual etdikləri zaman o, etiraf etmişdir ki, həqiqətən də az öncə 20 manata içərisində 20 kapsul olan “Tramadol 50mg” dərman preparatını satmışdır. Həmin 20 manat pulu da kassadan götürüb polis əməkdaşlarına təqdim etmiş və bundan sonra aptekə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Polislər videoçəkiliş yolu ilə aptekə baxış keçirərkən əlavə olaraq Gülnar üçün aldığı 50 kapsulda olan “Gabagamma 300 mg“ dərman preparatını da aşkar etmişlər. Bu barədə protokol tərtib olunmuş, protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır. Hərəkətindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Cavid demişdir ki, nə vaxt dərman lazım olsa, həmin əraziyə gəlib Cavidi orada tapa bilər. O da dərman lazım olanda Sumqayıtda həmin ərazilərdə gəzərkən Cavidi görüb dərmanları almışdır. Əmək haqqını maaş vaxtı kassadan götürmüşdür. Aptekdə kassa aparatı olmuşdur. Maddi məsul şəxs olmamış, bu barədə müqavilə onunla bağlanmamışdır. Onunla əmək müqaviləsi bağlanmamışdır. Bildiyinə görə aptekdə işləyən Şəbnəmlə də əmək müqaviləsi olmamışdır. Aptekdə mühasib Emin adlı şəxs işləmiş, hesabatı Emin aparmış, o, pulu Eminə təhvil vermişdir. «xxxx» şirkətinə hər ay 420 manat vermişlər. «xxxx» şirkətindən onlara dərmanları Əsgər adlı ekspeditor gətirmişdir. “Gabagamma 300 mg” və “Tramadol 50mg” dərmanlarını satmaq üçün almışdır. Satılan dərmanların hamısı kassaya vurulmuş, iş çoxluğu olanda hərdən kassaya vurulmamışdır. Lakin satılan dərmanların hamısı sistemə vurulmuş, axşam sistemlə yoxlayanda kassaya vurulmayan dərmanlar da rəsmiləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. xx xxxxxx 2020ci il tarixdə Bakı şəhər sakini Şahid4 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində fəaliyyət göstərən “Nərmin” aptekdə qanunsuz güclü təsiredici «Tramadol» dərman preparatının 20 manata satıldığını bildirərək həmin aptekdə olan bu cür halların qarşısının alınmasını xahiş etmiş və lazım gələrsə köməklik edə biləcəyini də bildirmişdir. Həmin məlumat Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun rəhbəri, əməliyyat müvəkkili Şahid2 isə əməliyyat qrupunun üzvü təyin edilmişdir. Həmin tədbirdə şikayət ərizəsi ilə müraciət etmiş Şahid4 şərti alıcı qismində iştirak etməsi üçün DİN-nin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərindən 20 manat pul verilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri Şahid4 ilə birlikdə qeyd olunan ünvana getmişlər. Həmin gün saat 18:20 radələrində aptekin yaxınlığına çatıb kənarda dayanmışlar. Şahid4 onların müşahidəsi altında aptekə daxil olmuş və təxminən 5-10 dəqiqə sonra aptekdən çıxaraq onlara yaxınlaşmış və əlində olan 20 kapsul «Tramadol» dərman preparatını, həmçinin həmin dərman preparatının alınması ilə bağlı saat 18:25-də tərtib olunaraq 20 manat pulun ödənilməsi ilə bağlı çeki onlara verərək dərman preparatını ona aptekdə işləyən Mirqabil adlı şəxsin satdığını bildirmişdir. Dərhal aptekin qarşısından videoçəkiliş vasitəsi ilə aptekə daxil olmuşlar və içəridə həqiqətən də bir nəfər kişi olduğunu görmüşlər. Həmin şəxsə özlərini təqdim edərək ondan da özünü təqdim etməsini xahiş etdikdə, həmin şəxsin aptekdə qeyri-rəsmi işləyən əczaçı Təqsirləndirilən şəxs olduğu onlara məlum olmuşdur. Onlar əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul olunmuş qərarı Təqsirləndirilən şəxs göstərərək bir qədər əvvəl Mirqabil tərəfindən Şahid4 qanunsuz olaraq 20 kapsul «Tramadol» dərman preparatının 20 manata satıldığını bildirib həmin dərman preparatını və 20 manat pulun ödənilməsi ilə bağlı çeki Mirqabilə göstərmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, aptek «xxxx» MMCyə məxsus lisenziya əsasında fəaliyyət göstərir və həmin aptekdə güclü təsiredici və psixotrop tərkibli dərman preparatlarının satılması üçün xüsusi icazə yoxdur. Həmçinin bir qədər əvvəl vətəndaşa qanunsuz olaraq 20 kapsul ”Tramadol” dərman preparatını 20 manata sataraq pulun ödənilməsi ilə bağlı çeki ona təqdim etdiyini etiraf etmişdir. Vətəndaşdan alınmış 20 manat pulu təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs həmin 20 manat pulu təqdim edən zaman məlum olmuşdur ki, doğrudan da Şahid4 verilmiş həmin bir ədəd 10 manatlıq və iki ədəd 5 manatlıq pul əsginası məhz nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə Şahid4 verilmiş pulla eynilik təşkil edir. Ona görə də həmin pul vəsaitləri də onlar tərəfindən götürülmüşdür. Ümumi şəkildə aptekə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs ərizə yazması təklif olunmuş, o da etiraz etməyib bu barədə ərizə yazdıqdan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs aptekdə saxladığı qanunsuz dərman preparatlarını təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs aptekin dərmanlar saxlanılan hissəsindən 50 kapsul «Gamagamma 300mq» dərman preparatlarını onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 20 manata satdığı 20 kapsul «Tramadol» dərmanını və digər təqdim etdiyi dərman preparatlarını iyul ayının əvvəllərində Cavid Ağayev adlı şəxsdən alaraq, aptekin müdiri- qohumu Şahid5 xəbəri olmadan apekdə saxladığını bildirmişdir. Bundan sonra protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin avqust ayının əvvəllərində tibbi maska almaq üçün Nəsimi rayonu, 20 Yanvar küçəsində olan “Nərmin” aptekə daxil olmuşdur. İçəridə ondan əlavə başqa bir neçə müştəri də olmuşdur. O, kənarda dayanaraq sıranın gəlməsini gözləyərkən aptekdə işləyən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin müştərilərə 20 manat müqabilində 20 kapsul üzərində «Tramadol 50 mg» sözləri yazılan dərman satmasının şahidi olmuşdur. Satıcı dərmanı müştəriyə verdikdə ətrafa şübhəli-şübhəli boylanmış və bu da onun diqqətini cəlb etmişdir. Maska alıb aptekdən çıxdıqdan sonra internet vasitəsi ilə «Tramadol 50 mg» dərmanı barədə maraqlanmışdır. İnternetdə həmin dərmanın güclü təsiredici maddələrə aid olmasını və həmin dərmanların satışına xüsusi nəzarətin olmasını öyrənmişdir. Belə bir dərmanın açıq-aşkar müştəriyə satılmasının gələcəkdə digər şəxslərə problem yarada biləcəyini düşündüyü üçün bu barədə şikayət etmək qərarına gəlmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edib bu barədə məlumat vermişdir. Həmçinin, aptekdə qanunsuz olaraq güclü təsiredici tərkibli dərmanların satışını həyata keçirən şəxsin əməllərinin ifşa olunmasında lazım olarsa köməklik də edə biləcəyini bildirmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirində o, şərti alıcı qismində iştirak etməyi üçün ona bir ədəd 10 manatlıq və iki ədəd 5 manatlıq pul ərginaslarından ibarət 20 manat pul verilmişdir. Bundan sonra polislərlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsinə getmişlər. Polislər aptekin kənarında dayanmış, o, isə aptekə daxil olmuş və həmin vaxt aptekdə yalnız Mirqabil olmuşdur. O, Mirqabilə yaxınlaşaraq içərisində 20 kapsul olan “Tramadol” dərmanı istəmişdir. Bu zaman Mirqabil əvvəlcə ətrafa boylanmış və sonradan həmin dərmanın qiymətinin 20 manat təşkil etdiyini bildirmişdir. O, etiraz etməmiş və Mirqabil ona 20 kapsul «Tramadol 50mg» dərmanı vermişdir. O, Mirqabilə 20 manat pul verərək əvəzində bununla bağlı çek almışdır. Bundan sonra aptekdən çıxaraq polislərə yaxınlaşıb aptekdən aldığı 20 kapsul «Tramadol 50mg» dərmanı və dərmanın alınması ilə bağlı pulun ödənilməsi ilə əlaqədar çeki polislərə təqdim etmişdir. Polis əməkdaşları dərhal aptekə daxil olmuşlar və Mirqabil adlı şəxsə yaxınlaşaraq vəsiqələrini göstərib özlərini və onu həmin şəxsə təqdim etmişlər. Polis əməkdaşları bir qədər əvvəl Mirqabil tərəfindən ona qanunsuz olaraq 20 kapsul “Tramadol 50mg” dərman preparatının 20 manata satıldığını bildirib həmin dərman preparatını və 20 manat pulun ödənilməsi ilə bağlı çeki göstərmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən də həmin aptekdə güclü təsiredici və psixotrop tərkibli dərman preparatlarının satılması üçün xüsusi icazə yoxdur. Həmçinin təsdiq etmişdir ki, bir qədər əvvəl ona qanunsuz olaraq 20 kapsul «Tramadol 50 mg» dərman preparatını 20 manata sataraq pulun ödənilməsi ilə bağlı çeki təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan aldığı 20 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs aptekdə saxladığı qanunsuz dərman preparatlarını təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs 50 kapsul “Gamagamma 300 mq"dərman preparatlarını polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 20 manata satdığı 20 kapsul «Tramadol 50 mg» dərmanını və digər təqdim etdiyi dərman preparatlarını Cavid adlı şəxsdən alaraq aprekdə saxladığını bildirmişdir. Polis əməkdaşları həmin dərman preparatlarını götürmüş, baş verənlərlə bağlı protokol tərtib edilmişdir. Həmin protokolu o da imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, əvvəllər Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən “Nərmin” aptekə satılan mallardan əldə olunmuş qazanca nəzarət etmişdir. Yəni, qeyri-rəsmi olaraq mühasibatlıq işlərinə kömək etmişdir. Həmçinin də apteki kirayə verən şəxsin pulunu hər ay aptekdən götürüb ona çatdırmışdır. Həmin işə görə ona aylıq olaraq 300 manat verilmişdir. Həmin aptekdə qeyri-rəsmi olaraq cəmi 5-6 ay işləmişdir. Aptekdə satıcı Təqsirləndirilən şəxs olmuşdur. Şahid5 isə qeyri-rəsmi həmin aptekin müdiri olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq güclü təsir edən maddələrin satışı ilə məşğul olması barədə onun heç bir məlumatı olmamışdır. Həmin aptekə satışa baxmaq üçün ayda ən çox 2 dəfə getmişdir. Təqsirləndirilən şəxs nə Cavid, nə də digər tanışlarından məlumatı olmamışdır. Onun mühasibatlıq üzrə təhsili yoxdur. Apteki kirayə verən şəxsin kim olmasını bilmir. Aptekin kirayə haqqını hazırda adını xatırlamadığı bir nəfərə vermişdir. Apteki Şahid5 kirayə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayının 18-də Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində fəaliyyət göstərən “Nərmin” apteki işlətməsi üçün əmisi nəvəsi Təqsirləndirilən şəxs təxminən ilkin olaraq 20.000 manat vəsait vermişdir ki, həmin apteki işlətsin. Aylıq gəlir və digər məsələləri müzakirə etməmişlər. Aptek “xxxx Pharmaceuticals” şirkətinin 091134 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Obyektin mülkiyyətçisi o, deyil. Apteki xx xxxxxxx 2019-cu il tarixli “İcarə Müqaviləsi” əsasında işlətmişlər. İcarə müqaviləsi Şahid6 ilə bağlanmış və Emil hər ayın yekununda alqı-satqıya nəzarət etmiş, aptekin satışına heç bir aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq güclü təsir edən dərman preperatlarının satışından da xəbəri olmamışdır. Aptekdə satılan dərman prepeatlarını «xxxx Pharmaticeuals» MMC-dən almışlar. Aptekin kassa aparatı olmuş və hesabatları yekunda «xxxx Pharmaticeuals» MMC-yə verilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, atası Mübariz Məmmədov 2015-ci ildə rəhmətə getmiş, anası Simarə Məmmədova isə evdar qadındır. Böyük bacısı Günay Məmmədova ailə həyatı quraraq ayrı yaşayır. X2 23 saylı məktəbin 8-ci sinif şagirdidir. Özü isə Sumqayıt şəhərində, 13-cü mikrorayonda yerləşən “xxxx” aptekində ixtisası üzrə təcrübəçi işləmişdir. Anasının belində yırtıq olduğundan 2 dəfə əməliyyat olmuş, ağrıları ilə əlaqədar olaraq həkim müxtəlif dərman preparatları həmçinin “Qabaqamma” yazmışdır. O, Sumqayıt şəhərində yerləşən “Unikal” klinikasının həkimi Elman Əliyevin bu barədə yazdığı resepti də ifadəsinə əlavə etmişdir. Reseptin tarixi xx.xx.2020-ci ildir. Belə olduqda əvvəllər onun hazırda təcrübəçi işlədiyi aptekdə işləmiş Təqsirləndirilən şəxs “Whatsapp” proqramı vasitəsilə müraciət etmişdir ki, “Qabaqamma” tərkibli dərman preparatının tapılmasında ona koməklik etsin. Açığı Mirqabil əvvəl onlarla işlədikdən sonra hansısa aptekə işləməyə getdiyini bildirmişdir. Lakin, konkret olaraq harada işləməsindən xəbəri olmamışdır. Mirqabilə müraciət etməyinin səbəbi o olmuşdur ki, “Qabaqamma” dərmanını heç yerdə tapa bilməmişdir. Onun öz işlədiyi aptekdə də olmamış, hətta bu dərmanın satışının qadağan olunduğunu da bilməmişdir. Buna baxmayaraq həkim resepti olmuşdur. Səhv etmirsə, 2020-ci ilin iyun-iyul aylarında Mirqabilə müraciət etmiş, bundan bir müddət sonra isə anasının həkiminin digər xəstələrindən müalicəsinin effektiv olmadığını öyrəndikdən sonra müalicəsindən imtina edib digər bir həkim tapmışlar. Təqsirləndirilən şəxs artıq “Qabaqamma” dərmanı lazım olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 115-ci vərəqəsində olan “xxxx Pharmaceuticals” dan daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli, 2009/10 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən “Nərmin” aptek Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş və qüvvədə olan müvafiq lisenziya əsasında yanvar 2015-ci ildən fəaliyyət göstərir. Aptekin fəaliyyəti xx.xx.2015-xx.xx.2018-ci ilə qədər və xx.xx.2018xx.xx.2019-cu ilə qədər müvəqqəti dayandırılmış, xx.xx.2020-ci ildən bugünədək fəaliyyətdədir. Nərmin aptekdə xx.xx.2020-ci il tarixdən etibarən maddi-məsul şəxs xəzinədar vəzifəsində işləyən Şahid6 olmuşdur. Cinayət işinin 124-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2020-ci il tarixli sənədin götürülməsi barədə protokoldan və protokola əlavə edilmiş sənədlərin kserosurətindən görünür ki, Şahid5 02 ədəd lisenziyanı, 03 vərəqdə icarə müqaviləsini istintaqa təqdim etmişdir. Həmin lisenziyadan görünür ki, “xxxx Pharmaceuticals” a Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən dərman vasitələrinin pərakəndə satışı fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir. Cinayət işinin 127-129-cu vərəqələrində olan xx xxxxxxx 2019-cu il tarixli icarə müqaviləsinin kserosurətindən görünür ki, X3 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, 20 yanvar küçəsi, ev 3, mənzil 1-də yerləşən qeyri-yaşayış binasını Şahid6 icarəyə vermişdir. Cinayət işinin 133-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, **********0 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən “Nərmin” adlı aptekə Daxili İşlər Nazirliyi tərəfindən xüsusi icazə verilməmişdir. Cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış vətəndaş Şahid4 Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, o, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən “Nərmin” aptekə maska almaq üçün daxil olarkən, orada adını sonradan bildiyi Mirqabil adlı şəxsin müştəriyə üzərində “Tramadol 50 mg” yazılan dərmanın iki listini 20 manata satdığını, həmin şəxsin ətrafa şübhəli baxdığını və müştəriyə dərmanı tez cibinə qoymasını, heç kimin görməməsini bildirdiyini görmüşdür. Daha sonra ona məlum olmuşdur ki, həmin dərman güclü təsiredici maddədir və satışı qadağandır. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli pul vəsaitinin verilməsi barədə protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş Şahid4 ərizəsinə əsasən, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən “Nərmin” aptekdə qanunsuz güclü təsiredici dərman preparatının satılmasını müəyyən etmək üçün keçiriləcək əməliyyat tədbirində şərti alıcı qismində iştirak etməyə vətəndaş Şahid4 razı olmuş və 2 ədəd C53536870, C40930835 seriya və nömrəli 5 manatlıq və 1 ədəd A13616519 seriya və nömrəli 10 manatlıq pul əsginaslarının kserosurətləri çıxarılmaqla, əməliyyat tədbirində şərti alıcı qismində iştirak edən Şahid4 verilmişdir. Pul vəsaitinin verilməsi zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 12-ci vərəqəsində olan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, sonuncu, işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 3, mənzil 1-də fəaliyyət göstərən “Nərmin” aptekə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 13-17-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutların götürülməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Azərbaycan respublikası DİN-nin BMCMİ-nə daxil olmuş ərizəyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində fəaliyyət göstərən “Nərmin” aptekində keçirilən əməliyyat tədbirində vətəndaş Şahid4 şərti alıcı qismində təyin edilmiş və əməliyyatın həyata keçirilməsi üçün 20 manat pul vəsaiti Şahid4 verilmişdir. Keçirilmiş əməliyyat-axtarış fəalyyəti zamanı Şahid4 Nəsimi rayonu, 20 Yanvar küçəsində fəaliyyət göstərən “Nərmin” aptekə daxil olmuş və bir neçə dəqiqədən sonra aptekdən çıxıb, aptekdən Mirqabil adlı şəxsdən 20 manat pula 20 kapsul güclü təsir edici ehtimalı olan “Tramadol” dərman preparatını aldığını bildirib, ona verilmiş qəbzi təqdim etmişdir. Daha sonra, dərhal əməliyyat qrupunun üzvləri aptekə daxil olmuşlar, aptekdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə az öncə bu aptekdən 20 kapsul “Tramadol 50 mq” dərmanını satıldğını və bunu kimin satdığını soruşduqda, Təqsirləndirilən şəxs dərmanı özünün 20 manata satdığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aptekin bununla bağlı lisenziyasının olmadığını bildirmişdir. Həmçinin, dərmanın alınması üçün şərti alıcı tərəfindən ona verilmiş 20 manat pulu təqdim etmiş və baxış zamanı həmin pul vəsaitinin əməliyyat axtarış tədbiri başlamazdan şərti alıcıya təqdim edilən pul vəsaiti olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin dərmanı Cavid adlı şəxsdən aldığını bildirmişdir. Aptekdə əlavə olaraq satışı qadağan olunmuş dərman preparatlarının olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs könüllü olaraq aptekdə saxladığı güclü təsiredici 50 kapsul gabapentin tərkibli “Gabagamma” dərmanını təqdim etmişdir. Aşkar edilmiş dərman preparatları qablaşdırılaraq götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı videoçəkilişdən istifadə edilmişdir. Cinayət işinin 30-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1552 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “ünvan 4 m. 1 ünvanında fəaliyyət göstərilən “Nərmin” aptekdə Təqsirləndirilən şəxs satdığı 20 kapsul “tramadol 50 mq dərman preparatı ” yazısı olan zərfdəki, zavod üsulu ilə qablaşdırılmış üzərində “Tramadol 50mq (yararlıq müddəti: 082023, seriyası: SD9975, istehsalçı: KRKA) yazısı olan 2 (iki) ədəd konvalyutda, hər konvalyutda 10 ədəd, ümumi 20 ədəd ağ-göy rəngli kapsul tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 20 ədəd kapsuldan ibarət təsiredici maddəsi “tramadol hidroxloridin” ümumi miqdarı 1 qram təşki edir (bir kapsulda 0,05 qram tramadol hidroxlorid olmaqla). Tədqim edilmiş, üzərində: “ünvan 4 m. 1 ünvanında fəaliyyət göstərilən “Nərmin” aptekdən aşkar olunmuş 50 kapsul “Qabapentin” tərkibli “Gabaqamma 300mq” dərman preparatı” yazısı olan zərfdəki zavod üsulu ilə qablaşdırılmış, üzərində “Gabaqamma 300mq” (yararlıq müddəti: 02/2021, seriyası 18C2245 istehsalçı: Germany) yazısı olan qutuda 5 (beş) ədəd konvalyutda, hər qutuda 10 ədəd, ümumi 50 ədəd san rəngli kapsul gabapentin tərkibli dərman preparatıdır və 50 ədəd kapsuldan ibarət təsiredici maddəsi gabapentinin ümumi miqdarı 15 qram təşki edir (bir kapsulda 0,3qram xxxxxxxxxx xxxxxxx). . xəxxxx xxxxxxş xəxxxx xxxxxxxxxxxı üxəxxxxəxx xxxx xxxxxxş xxxxx xöxxəxxxxxəxxxə əxxxəx, xxxxxxxəxə xxxxxxıxıxxxx. "xxxxxxxx xxxxxxxxxxx" xə "xxxxxxxxxx" xəxxxxxx xəxxxx xxxxxxxxxxxı xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən və onların külli miqdarının” siyahısına daxildirlər. Cinayət işinin 105-109-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş “Samsung Galaxy 6” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı mobil telefonda olan «Whatsapp» proqramında aşağıdakı məzmunda yazışmalar müəyyən edilmişdir: ***-***-**-** mobil nömrəsindən telefonda adı “Rasim” kimi qeyd edilən şəxsdən “Salam mene tramal lazımdır qaqa” mesajına - Mirqabil “Düzelen olsun”, Rasim- “cox vasibdir”, Mirqabil –“Neyi kapsulu?”, Rasim –“Yox tabletka”, Mirqabil –“Ay xiyar kapsul tabletdirdə elə”, Rasim –“Ala yumru olandanda, Ne bilim hekim dilini sen bilirsen”, Mirqabil- “Qaqa çetin” məzmunda yazışmalar olmuş, həmçinin, ***-***-**-** mobil nömrəsindən telefonda adı Qember Aptek kimi qeyd edilən istifadəçidən –“Qaqa, Gətirdin onu” mesajına Mirqabil- “Salam, Hansını istəyirsən, Klono?” Qember Aptek –“Yox o, birisinen tramadal”, Mirqabil –“Ay qaqa onu tez denen, İndi gecdir” kimi yazışmalar aparılmışdır. Cinayət işinin 144-cü vərəqəsində olan istintaq zamanı tərkibində psixotrop maddə və güclü təsiredici maddələr olan dərman preparatlarının əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına verilmiş xx xxxxxx 2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs güclü təsir edən maddələri əldə etdiyi Cavid adlı səxsin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 145-155-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X1 xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid4, Şahid5, Şahid3 və Şahid6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün həmin xüsusat üzrə barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin 157-159-cu vərəqələrində olan müstəntiqin xx xxxxxx 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs güclü təsir edən maddələri əldə etdiyi Cavid adlı şəxsin müəyyən edilməsi üçün ********* №-li cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə ********* №-li cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2016-cı il tarixli qanunun tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin qanunda qeyd edilmişdir ki, tərkibində “qabapentin” olan dərman vasitələrində (bütün qabapentin tərkibli dərman vasitələrinə şamil olunur, (1-(Aminometil) tsikloheksansirkə turşusu) “qabapentin” in miqdarı 5 qramdan artıq olduqda külli miqdar hesab edilir. Həmçinin, tərkibində “tramadol hidroxlorid” olan dərman vasitələrində (100mq-150mq-200mq və daha artıq. Bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. (+/-)-trans-2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)tsikloheksan-1-ol hidroxlorid) “tramadol hidroxlorid”in miqdarı 6 qramdan çox olduqda külli miqdar hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 250-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 57-ci vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 98-103-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(005)-1114/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan tədqiqatdan sonrakı qalıq 18 kapsul «Tramadol 50 mq» və 48 kapsul «Gabaqamnıa 300mq» dərman preperatları məhv edilməlidir. xx xxxxxx 2020-ci il tarixli pul vəsaitinin verilməsini və əməliyyat-axtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsini əks etdirən 02 ədəd diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 01 ədəd «Samsung Galaxy 6» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. E.Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. E.Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. E.Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. E.Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan tədqiqatdan sonrakı qalıq 18 kapsul «Tramadol 50 mq» və 48 kapsul «Gabaqamma 300mq» dərman preperatları məhv edilsin. xx xxxxxx 2020-ci il tarixli pul vəsaitinin verilməsini və əməliyyat-axtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsini əks etdirən 02 ədəd diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 01 ədəd «Samsung Galaxy 6» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-760/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-760/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver