Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-760/2022 11.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X18 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X5 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1980-ci il tarixində Neftçala rayonu Qoltuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçildiyi üçün ƏN PX Bakı İstintaq Təcridxanasında saxlanılan ) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan «Rza» adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində bir ədəd sellofan torbanın içərisində olan bükümdə külli miqdarda təmiz çəkisi 200,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini və bir ədəd sellofan torbanın içərisində olan bükümdə külli miqdarda təmiz çəkisi 310,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini 06 noyabr 2021-ci il tarixdə saat 17 radələrində həmin yerdən götürüb sonradan «Rza» adlı şəxsin tapşırığına əsasən əvəzində narkotik vasitə verəcəyi şərti ilə onun deyəcəyi şəxsə çatdırmaq üçün satış məqsədilə üzərində saxlamaqla daşımış, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində həmin gün saat 17:40 dəqiqədə ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sağ yan cibindən satış məqsədilə, qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 200,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 310,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, özünü narkotik vasitələrin istifadəsində təqsirli bilir, heç vaxt narkotik vasitələrin satışı ilə məşğül olmamışdır. 01 noyabr 2021-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən Rza adlı şəxs ona «WhatsApp» proqramı ilə zəng edərək, özündə narkotik vasitə olduğunu və ona narkotik vasitə sata biləcəyini demişdir. O da Rzaya özünün istifadə etməsi üçün 2 qram narkotik vasitə alacağını demiş və Rzanın göndərdiyi kart hesabına 30 manat pul da göndərmişdir. Rza 6 noyabr 2021-ci il tarixdə ona zəng edərək, narkotik vasitəni Yasamal rayon ərazisində uyğun yerə qoyduğunu və həmin yerin şəkillərini onun telefonuna göndərərək narkotik vasitəni həmin yerdən götürməsini demişdir. O, Rızanın dediyi yerdən narkotik vasitəni götürməyə tanışı Eldəniz adlı şəxslə getmişdir. Rrzanın dediyi yerdən narkotik vasitəni görütməyə gedərkən üzərində əvvəlcədən «Papanin» adlanan ərazidən aldığı və istifadə etdiyi narkotik vasitənin təxminən 0.8 qram qalığı olmuşdur. Rzanın dediyi yerə getdiyi zaman mülki geyimdə olan polislər əvvəlcə Eldənizi, sonra isə onu saxlamışlar. Əvvəlcə polislər onu «Qurd qapısı» deyilən ərazinin yanında olan idarələrinə aparmışlar və üzərində nə qədər narkotik vasitə olduğunu soruşmuşlar. O, polislərə üzərində özünün istifadə etdiyi 0,8 qram narkotik vasitə olduğunu demişdir. Eldənizin üzərində narkotik vasitə olmadığı üçün polislər onu buraxmışlar. Sonra polislər onun üzərində olan 0,8 qram nakotik vasitəni alaraq maşınlarının saxlanc yerinə qoymuşlar və onu 29-cu polis bölməsinə aparmışlar. Bölmədə olarkən vəkil gəlməmişdən əvvəl polis əməkdaşları otaqların birində seyfdən narkotik vasitə çıxararaq masanın üzərinə qoymuşlar və videoçəkliş zamanı onun olması barədə ifadələr verməsini demişlər. Sonra polislər həmin bir ədəd böyük bükümdə olan narkotik vasitəni onun gödəkcəsinin yan cibinə qoymuşlar və videoçəkliş zamanı cibindən çıxarıb təqdim etməsini demişlər. O, polislərin dediyi ilə razılaşmadığı üçün 6 dəfə videoçəkliş təkrarlanmış və polislər onu məcbur etmişlər ki, narkotik vasitənin onun olması barədə ifadələr versin. O da təzyiqlərə məruz qaldığı üçün videoçəkliş zamanı narkotik vasitənin onun olması barədə ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır ki, narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən çəkmək üsulu ilə istifadə edir. 06 noyabr 2021-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı olduğunu bildiyi Rza adlı şəxslə «WhatsApp» proqramı ilə yazışma aparmış və Rza adlı şəxs ona bildirmişdir ki, “əlverişli yer tap və mobil telefonla həmin yerin şəklini çək mənə göndər mən də həmin yerə narkotik vasitə və psixotrop maddə qoyduracam, sən həmin narkotik vasitəni götürüb başqa bir əlverişli yer tapıb həmin yerə atarsan, atdığın yerin şəklini çəkib mənə göndərərsən”, bunun qarşılığında isə Rza adlı şəxs ona özü istifadə etmək üçün narkotik vasitə və psixotrop maddə verməliymiş. O da Rza adlı şəxsin dediklərini edərək Yasamal rayonu ərazisində ünvanını bilmədiyi əlverişli yer tapıb həmin yerin şəklini Rza adlı şəxsin mobil telefonuna atmış və kənarda dayanıb gözləmişdir. Bir neçə vaxt keçəndən sonra Rza adlı şəxs ona bildirmişdir ki, həmin yerə natrkotik vasitəni qoymuşdur. O da həmin yerə gedib baxanda görmüşdür ki, yerdə iki ədəd böyük büküm vardır. O, həmin bükümləri əynində olan gödəkçənin sağ yan cibinə qoyub yol kənarı ilə gedən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları olduğunu bildirərək, onu Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə aparmışlar. Polis şöbəsində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin xidməti otaqlarının birində təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş, sonra müdafiəçi və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən o, əynində olan gödəkçənin sağ yan cibində saxladığı iki ədəd şəffaf selofana bükülmüş büklünü çıxardıb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 06 noyabr 2021-ci il tarixdə təxminən saat 17 radələrdə Yasamal rayonu ərazisində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Rza adlı şəxsin dediklərinə uyğun olaraq yerdən götürüb üzərində saxlamışdır. Bundan sonra ondan aşkar edilmiş iki ədəd şəffaf selefon bükülüdə olan maddələr, müdafiəçi və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, müdafiəçi və iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmışdır. Həmçinin üzərinə baxış keçirilməsi mobil telefon vasitəsi ilə videoçəkiliş olunmuşdur. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri oxumadan imzaladığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyir. 06 noyabr 2021-ci il tarixdə saat 17 radələrində digər polis əməkdaşı, əməliyyat müvəkkili Şahid1 ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edən şəxs Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə aparılmışdır. Yasamal RPİ-nin 29-cu PŞ-nin xidməti otaqların birində təhqiqatçı X7 onun, əməliyyat müvəkkili Şahid1 və müdəfiəçi X8 iştirakı ilə Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bağlamada bükümü çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, həmin bükümlərin içərisində olan narkotik vasitə hesab edilən heroin və psixoitrop maddə hesab edilən metamfetamindir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 1 ildir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, həmin maddələri tutulmamışdan bir neçə dəqiqə qabaq İran İslam Respublikası vətəndaşı olan “Rza” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürmüşdür. O, Rzanın göstərişi ilə həmin bükümü müəyyən ünvanlara qoymaq məqsədi ilə əldə etmiş və gördüyü işin müqabilində də Rza adlı şəxs göndərdiyi narkotik vasitələrdən istifadə etmək üçün ona da verəcəkmiş. Lakin polis əməkdaşları onu saxladıqlarına görə üzərində olan narkotik vasitəni və psixotrop maddəni göstərilən ünvana çatdıra bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qabalşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola iştirakçılar və Təqsirləndirilən şəxs imza etmişlər. Baxış keçirilən zaman onlar tərəfindən bütün hadisələr telefon vasitəsi ilə video çəkiliş olunmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 məhkəmədə eyni məzmunlu ifadə verərək şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan 06.11.2021-ci i tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 06 noyabr 2021-ci il tarixdə saat 17:40 radələrində ünvan 2 ünvanın qarşısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilərək üstünə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən bır ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər və bir ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş sellofanlar bükümlərdə olan maddələr «narkotik vasitə hesab edilən heroin və psixotrop maddə sayılan metamfetamin kımi tanıdığı narkotik vasitələr olduğunu, bu narkotik maddələri həmin gün, yəni 06.11.2021-ci il tarixdə İran İslam Respublikası vətəndaşı olan “Rza” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə müəyyən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona göndərdiyi narkotik vasitədən istifadə etməsi üçün verdiyini, özünün narkotik vasitə alüdəçisi olduğunu, bir ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, başqa yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə və psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdıraraq Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 7 saylı möhrü ilə möhürlənərək götürülmüş və bu barədə polis əməkdaşları, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakları ilə təhqiqatçı Nizami Omarov tərəfindən müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən texniki vasitə kimi «SONY» markalı videokameradan istifadə edilərək aparılmış videoçəkiliş elektron maqnit məlumat daşıyıcısı olan 1 ədəd “CD” markalı diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işində olan 08.11.2021-ci i tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilib izlənərkən müəyyən olunmuşdur ki, həmin diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 06 noyabr 2021-ci tarixdə çəkilmişdir. Çəkilmiş videoçəkilişdən görünür ki, baxış keçirilməsi Yasamal RPİ-nin 29-cu PB-nin xidməti iş otağında aparılır, baxışda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X7, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarixə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı X6, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarixə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəkili X12 iştirak edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra onun üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən iki ədəd bükümü çıxarıb masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, onun üzərindən aşkar edilmiş bükümklərin birinin içərisində “Kakos” adlanan narkotik vasitə hesab edilən heroindir, digər bükümün içərisindəki isə “Şüşə” adlanan psixotrop maddə hesab edilən metamfetamindir, həmin narkotik vasitəni və psixotrop maddəni həmin gün Yasamal rayon ərazisində İran İslam Respublikasının vətəndaşı olan “Rza” adlı şəxslə telefon əlaqəsi saxlayaraq sonuncunun şəklini çəkib ona atdığı yerdən götürüb digər başqa bir yerə qoyduqdan sonra “Rza adlı şəxsə həmin yerin şəklini çəkib atmalıymış və bunun müqabilində “Rza” adlı şəxs istifadə etmək üçün həmin narkotik vasitə hesab edilən heroindən ona verməliymiş. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X1 Ötkəm Mikayıl oğlunun üzərinə baxış keçirir, lakin baxış zamanı qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılır, bu barədə protokol tərtib edilir və tərtib edilmiş protokolda və zərfdə Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə imza edirlər. Cinayət işində olan 03.12.2022-ci i tarixli “Azərfon MMC-də daxil olmuş CD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, 01 ədəd CD diskdə “Zənglərin_Detallaşması” adlı fayllara baxış zamanı zəng olunan nömrələr, zəngin tarixi və müddəti, “X3” adlı fayllara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə gələn və gedən mesajlar öz əksini tapmış, mesajlarda qeyri-etik danışıqlar, sosial-məişət məzmunlu söhbətlər, həmçinin, narkotik vasitənin satışı, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən SMS mətnlər və söhbətlər öz əksini tapmışdır. Göstərilənləri nəzərə alaraq, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskdən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olmuş istintaq marağı kəsb edən SMS mətnlərin müəyyən bir hissəsi çap edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 07 noyabr 2021-ci il tarixli 6/4936 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 200,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 310,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işində olan iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin məhkəmə-texniki ekspertizasının 07 dekabr 2021-ci il tarixli 5/1244 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A 10s” markalı arxa məlumat lövhəsinə görə “SM-A107F/DS” modelli “350918/04/991480/6” imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy A10s” markalı arxa məlumat lövhəsinə görə “SM- A107F/DS” modelli mobil smartfona istifadəçisi tərəfindən tətbiq edilmiş “Şifrələrə” mühafizə olunan ekran kilidini keçmək üçün “UFED TOUCH 2” markalı qurğuya qoşduqda qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edildi. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A10s” markalı arxa məlumat lövhəsinə görə “SM-A107F/DS” modelli mobil smartfona istifadəçisi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan (parol-password) ekran kilidini keçmək mümkün olmadığında, mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olub-olmamasının müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş mobil smartfonun daxilində olan “Nar” mobil operatoruna məxsus “**********701187050” (İCCİD) seriya nömrəli “SİM” danışıq kartı hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy A10s” markalı arxa məlumat lövhəsinə görə “SM- A107F/DS” modelli mobil smartfonun daxilindəki “Nar” mobil operatoruna məxsus “**********701187050” (İCCİD) seriya nömrəli “SİM” danışıq kartının yaddaşında (31 ədəd kontakt, 11 ədəd zəng qeydi, 01 ədəd SMS mesaj və 19 ədəd silinmiş SMS mesaj) məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskə). Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsinin məhkəmə-psixiatrik ekspertizasının 10.01.2022-ci il tarixli, 25 saylı rəyindən gösrünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrtik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 şəxsi ambulator məcburi-narkoloji ekspertizasının 24.01.2022-ci il tarixli 318 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Mikayil oğlunda EPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasmal rayon Məhkəməsinin 08 noyabr 2021-ci il tarixli 4(004)-662/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 noyabr 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 20.02.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, 09.12.2004-cü il tarixdə Salyan rayon Məhkəməsinin 19.11.2004-cü il tarixli qərarına əsasən CM-nin 76-cı maddəsi ilə 06 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs 11.02.2014-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmiş, 13.02.2014-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 08.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1, 315.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum edilmiş, 03.02.2017-ci il tarixdə Bakı Apellyasiya Məhkənməsinin qərarı ilə hökm dəyişdirilərək cəzası 03 il 06 müddətinə endirilmiş, 23.04.2018-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı əsasında CM-nin 66.2-ci maddəsi ilə cəzası endirilərək 03 il azadlıqdan məhrum etmə saxlanılmış və 17.07.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməməsini, narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı iləəvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmasıüçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza vəya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsəcəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsinin görüntüsü olan 01 ədəd disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. İş üzrə aparılmış kimyəvi ekspertiza nəticəsində qalıq çəkisi 309,95 qram narkotik vasitə hesab edilən heroin və qalıq çəkisi 199,95 qram psixotrop maddə hesab edilən metamfetamin maddi sübut kimi tanınmış və saxlanış üçün Yasamal RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq istintaq zamanı maddi sübut olaraq Yasamal RPİ-nin maddi sübutların saxlanılması anbarına verilmiş kimyəvi ekspertiza nəticəsində qalıq çəkisi 309,95 qram narkotik vasitə hesab edilən heroin və qalıq çəkisi 199,95 qram psixotrop maddə hesab edilən metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 03 ədəd disk formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 06 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 118 (yüz on səkkiz) manat 65 (altmış beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X9 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan –06 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq istintaq zamanı maddi sübut olaraq Yasamal RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş aparılmış kimyəvi ekspertiza nəticəsində qalıq çəkisi 309,95 qram narkotik vasitə hesab edilən heroin və qalıq çəkisi 199,95 qram psixotrop maddə hesab edilən metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 03 ədəd disk formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 118 (yüz on səkkiz) manat 65 (altmış beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X9 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-760/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-760/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver