Məhkəmə qərarları › İş №1(101)-760/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-760/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-760/2024 15.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X4, X13 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X7 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili İsmayılova Elmira Fətulla qızının və fars-azərbaycan dilləri üzrə tərcüməçi X11 iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında 04 fevral 1994-cü il tarixdə İran İslam Respublikasının Tehran şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, İran İslam Respublikasının Tehran şəhərində yerləşən «İnche» şirkətində müdir köməkçisi vəzifəsində işləmiş, İran İslam Respublikası, Tehran şəhəri, Pasdaran məhəlləsi, Rəhmani küçəsi, ev 32 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 20 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 yanvar 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən xarici ölkənin xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə etmək üçün dövlət sirri olan və sair məlumatları toplayıb həmin orqanın nümayəndələrinə verməklə casusluq etmişdir. Belə ki, İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı Təqsirləndirilən şəxs həmin ölkənin xüsusi xidmət orqanı olan İnformasiya Təhlükəsizliyi Nazirliyinin (ETTELAAT) nümayəndəsi Mahdi Moradzadehdən aldığı tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Şahid1 ilə şəxsi münasibətlər qurulmasına nail olduqdan sonra, 2019-cu ilin fevral ayında qəsdən Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sonuncu və qeyriləri barəsində şəxsi məlumaları, iş yeri, mobil telefon nömrələri və digər məlumatları həmin xüsusi xidmət orqanının nümayəndələrinə verməklə, eləcə də Şahid1 2020-ci ilin avqust ayında Bakı şəhərində digər ETTELAAT nümayəndəsi Bahman Mousavi ilə görüşünü təşkil etməklə, Şahid1 həmin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsində və sonuncu tərəfindən dövlət sirri təşkil edən və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatların, yəni Daxili İşlər Nazirliyinin «Təhlükəsiz Şəhər» X1 ölkə ərazisində quraşdırılmış kameralarının sayı, Bakı şəhərində üz tanıma funksiyası ilə təchiz edilmiş kameralarının xüsusi yerləşmə məkanları, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzində çalışan əməkdaşlar barədə, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin qüvvə və vasitələrinə aid edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş idarəsinin əməkdaşlarının sayı, işlədiyi qurumda əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsi qaydalarına dair məlumatlar, habelə Bakı şəhərində müxtəlif dini əqidəyə malik şəxslərin sıx yaşadıqları ərazilər, Vətən müharibəsində Daxili İşlər Nazirliyinin əməkdaşların iştirak edib-etməməsi, Azərbaycan Respublikasında baş verən ictimai-siyasi proseslər barədə və malik olduğu digər məlumatların toplanılıb İİR-nın xüsusi xidmət orqanı olan İnformasiya Təhlükəsizliyi Nazirliyinin (ETTELAAT) nümayəndəsinə verilməsində iştirak etməklə casusluq etmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qəsdən xarici ölkənin xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə etmək üçün dövlət sirri olan və sair məlumatları toplayıb həmin orqanın nümayəndələrinə verməklə casusluq etməsi, yəni Azərbaycan Respublikası CM-nin 276-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 276-cı maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyib göstərdi ki, o, 2014-cü ildə Azərbaycana oxumaq üçün gəlmiş, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-qaz mühəndisliyi” fakültəsinə daxil olmuş və həmin ali təhsil müəssisəsini 2019-cu il tarixdə bitirmişdir. Universitetdə oxuduğu müddətdə 6-7 kəsirləri olmuş, kəsirimi necə düzəldəcəyimi bilməmişdir. Həmin vaxtlarda kafedə polis işçisi ilə tanış olmuş, sonuncu ona Azİ-də, yəni oxuduğu universitetdə tanışlarının olduğunu və kəsrini düzəltməyə köməklik edə biləcəyini demişdir. Həmin polis əməkdaşının adı Tərlan olmuş, lakin onun hansı bölmədə işlədiyini o, bilməmişdir. Beləliklə onun həmin polis əməkdaşı ilə münasibətim yaranmış, sonra o, ona anasının xəstə olduğunu demiş, anası üçün İrandan dərman gətirməyini xahiş etmişdir. O da İrandan ona dərman göndərmiş, lakin Pandemiya ilə bağlı özü gələ bilməmişdir. Polis kəsirini düzəltməyə köməklik edəcəyinə söz verdiyindən ona dərmanı bir dəfə pul ilə vermiş, 2 dəfə isə hədiyyə etmişdir. Sonuncu dəfə o, konsulla danışıb, dərmanı ona vermişdir. Səfir Cahangirzadə həmin vaxt Azərbaycanda səfir olmuşdur. O, onun atası ilə uzaqdan tanış olmuşdur. Cahangirzadə Azərbaycana səfir tyin olunmazdan əvvəl o, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbə olmuşdur. Cahangirzadənin tələbəlikdən başqa ona və ya qeyrilərinə heç bir tapşırığı olmamışdır. O, konsul Bəhman Müsəviyə zəng vurub Tərlanın onun dostu olduğunu, ona dərman lazım olduğunu demişdir. X8baqcadan görüşəcəyi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, sonradan diplom alamaq üçün Azərbaycan Respublikasına gələn zaman o, saxlanılmış və DTX-ya aparılmışdır. DTX-da döyülmüş, İrandan narkotik vasitə göndərdiyi onun boynuna qoyulmuşdur. X21 Tərlan və Ceyhun adlı polis əməkdaşları ilə qəsdli şəkildə tanış etməsini deməsi tələb edilmişdir. O, sonuncu dəfə Azərbaycana gələn zaman Şahid1 tutulduğunu öyrənib blmiş, lakin niyə həbs olunduğunun səbəbini bilməmişdir. Müstəntiq ona onu şübhəli şəxs kimi saxladığını, sabah buraxılacağını demişdir. Onun qabağına kağızları qoyulmuş, qol çəkməsi tələb edilmiş, o, oxumadan kğızlara imza etmişdir. Müstəntiq özü də yazılanları ona oxumamışdır. O, ilk dindirən zaman vəkil orada olmamış, vəkilin yanında sənədlərə qol çəkdirmişlər. Lakin orada tərcüməçi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, o, 3 aydan yuxarı aldadılıb tutulmuş, lakin həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə çıxarılan zaman başına gələn hadisələri hakimə danışmışdır. O, həm də kəsirlərinin düzəlməsini İran səfirliyindən xahiş etmiş, onlar rektorla danışmış, o, imtahan verib kəsirlərini düzəltmişdir. Diplomu faktiki hazır olmuş, lakin tutulduğu üçün hələ ala bilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində Azərbaycan Respublikası CM-in 276-cı maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 04 fevral 1994-cü il tarixdə İranın Tehran şəhərində doğulmuş, 2001-ci ildə Tehran şəhərində “Pasdaran” məhəlləsinin “Əlipour” adına orta mədrəsəsinin birinci sinfinə daxil olmuş, 2013-cü ildə həmin mədrəsədə təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikasının Bakı şəhərinə neft sahəsində ali təhsil almaq üçün gəlmişdir. Bundan sonra lazımı sənədlərini toplayaraq təxminən 2014-cü ilin sentyabr ayında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft qaz mühəndisliyi” fakültəsinə daxil olmuş və həmin ali təhsil müəssisəsini 2019-cu il tarixdə bitirmişdir. 2019cu ilin fevral ayında İİR-ə ailəsinin yanına geri dönmüşdür. Atası X29 Rza İranın Tehran şəhərində yerləşən “İnche” adlı ət məhsullarının satışı ilə məşğul olan şirkətin müdiri vəzifəsində çalışır, o, atasının yanında həmin şirkətdə köməkçi kimi işləmiş, atası ona aylıq təxminən 400-500 ABŞ dolları məbləğində əmək haqqı vermişdir. X12 evdar qadındır, qardaşı X47 şəhərində orta təhsil alır. Ailəsi ilə birlikdə Tehranda “Pasdaran” məhəlləsinin “Rəhmani” küçəsi, ev 32 ünvanında yaşayır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, təxminən 10 il əvvəl atası X29 Rza ət istehsalı ilə məşğul olan və İranın Urmiya şəhərində “X33” adlı ət şirkəti olan X30 adlı şəxslə tanış olmuş və aralarında dostluq münasibəti yaranmışdır. Həmin şəxs onu və atasını o, Azərbaycan Respublikasının Bakı şəhərində təhsil aldığı vaxtdan da öncə əvvəllər Urmiya şəhərində “Nümayendeyi-məclis” (Deputat) vəzifəsində işləmiş, həmin dhövrdə isə İranın Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə ilə 2015-ci ildə tanış edərək təhsil aldığı müəssisə ilə bağlı probleminin olduğu halda sonuncuya müraciət etməsini tapşırmışdır. O, isə universitetin ikinci semestrində imtahanlarla bağlı kəsirinin olması səbəbindən İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə +**********13 və ya +**********01 mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq universitetdə belə bir probleminin olduğunu bildirmiş, sonuncu isə onu səfirliyin binasına dəvət edərək orada bu məsələni ətraflı izah etməsini xahiş etmişdir. Həmin gün o, səfirliyə gedərək səfirin qəbulunda olmuş, görüş zamanı səfirə universitetdə kəsirlərinin olduğunu bildirərək kömək etməsini xahiş etmişdir. Səfir isə ona kömək edəcəyinə dair söz verdikdən sonra onu orada olan oğlu Əlireza Cahangirzadə ilə tanış edərək telefon nömrəsini götürməsini və dostluq etmələrini tapşırmışdır. Bundan sonra o, səfirin oğlu ilə mütəmadi olaraq görüşməyə başlamışdır. Bir müddət sonra səfir ona zəng edərək oğlu Əlireza Cahangirzadədən muğayat olmasını, sonuncuya nəzarət edərək hər hansı qeyrietik davranışı barədə xəbər verməsini xahiş etmişdir. Bu səbəbdən o, səfirin oğlu ilə daha yaxından dostluq etməyə başlamış, tez-tez Bakı metropoliteninin “28 May” stansiyasının yaxınlığında yerləşən “Obed” adlı kafeyə birlikdə gedərək orada qəlyan çəkmişlər. Növbəti görüşlərin birində Əlireza Cahangirzadə həmin kafeyə saçı tam qırxılı və vəziyyəti ürək açan olmayan vəziyyətdə gəlmiş, sonuncunun davranışından narkotik vasitələrin təsiri altında olduğu görünmüşdür. O, bu barədə dərhal səfirə məlumat vermiş oğlunun belə bir vəziyyətdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında, həmçinin göstərmişdir ki, 2015-ci ildə o, səfirlə birlikdə Bakı metropoliteninin “28 May” stansiyasının yaxınlığında piyada gəzərkən səfir oradan keçən ağ rəngli “Mercedes GL500 4 matic” markalı avtomobili göstərərək həmin avtomobili sürən şəxsin adının Mehdi olduğunu, İranın xüsusi xidmət orqanı hesab edilən “ETTELAAT”da çalışdığını, Bakı metropoliteninin “28 May” stansiyasının yaxınlığında yaşadığını bildirmişdir. İran səfiri ilə “ADA” universitetinin yaxınlığında yerləşən süni gölün ətrafında növbəti gəzintilərində səfir yolun kənarında dayanan və içərisində bir nəfər olan ağ rəngli “GMC” markalı avtomobilin içərisində oturan şəxsin də İranın xüsusi xidmət orqanı hesab edilən “ETTELAAT”-da çalışdığını bildirmiş, o, avtomobilin dəqiq dövlət qeydiyyat nişanının nömrəsini xatırlamasa da, səfirliyə aid olduğunu, yəni dövlət qeydiyyat nişanının qırmızı olduğunu görmüşdür. Təqsirləndirilən şəxs İranın səfiri Cavad Cahangirzadənin ona İİR-nın xüsusi xidmət orqanı sayılan “ETTELAAT”-ın əməkdaşları barədə məlumat verməsinin səbəblərini belə izah edib ifadəsində göstərmişdir ki, səfir Cavad Cahangirzadə onunla oğlu barədə maraqlanmaq üçün görüşmüş və bu səbəbdən həmin görüşlərdə qeyd olunan xüsusi xidmət orqanın əməkdaşlarını göstərərək onlardan ehtiyatlı olmasını tapşırmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində daha sonra göstərmişdir ki, 2016-cı ilin əvvəllərində, o, Bakı metropoliteninin “28 May” stansiyasının yaxınlığında yerləşən “Obed” adlı restoranda özünün polis əməkdaşı olduğunu bildirən Ceyhun Ağaverdiyevlə tanış olmuş, sonradan onların yanına əslən İrandan olan dostu Human da gəlmiş və sonuncu da Ceyhun Ağaverdiyevlə tanış olmuşdur. Aralarında olan ümumi söhbətlər zamanı, o, Ceyhun Ağaverdiyevə əslən İranın Tehran şəhərindən olduğunu, Neft və Sənaye Universitetində ali təhsil aldığını bildirmişdir. Həmin vaxtdan onunla Ceyhun Ağaverdiyev arasında dostluq münasibəti yaranmışdır. O, Ceyhun Ağaverdiyevlə “Obed” restoranında olan sonrakı görüşlərində sonuncuya universitetdə kəsirlərinin olduğunu və köməklik etmək üçün hər hansı bir əlaqəsinin olub-olmaması ilə maraqlanmış, Ceyhun Ağaverdiyev isə məsələni həll etməyə çalışacağına dair söz vermişdir. 2016-cı ilin yaz aylarında, o, səfirin oğlu Əlireza Cahangirzadə ilə birlikdə “Təzə Pir” məscidində Allahşükür Paşazadə tərəfindən verilən ziyafətdə iştirak etmiş, orada ona bir nəfər yaxınlaşaraq özünü İranın Azərbaycandakı konsulun birinci müavini Mehdi Muradzadə kimi təqdim etmiş, bir neçə dəfə onu Əlireza Cahangirzadə ilə birlikdə gördüyünü bildirib Bakı şəhərində nə işlə məşğul olduğu ilə maraqlanmış, o isə Bakıda ali təhsil aldığını bildirmişdir. Mehdi Muradzadə dərslərinin neçə keçdiyi ilə bağlı maraqlandıqda o, universitetin 1-ci semestrindən imtahan kəsirlərinin qaldığını və bunu həll etmək üçün kömək axtardığını, bir nəfər tanışının həll etməyə çalışdığını bildirmişdir. Mehdi Muradzadə isə söhbəti uzatmayaraq ona uğurlar arzulamış və yanından uzaqlaşmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində daha sonra göstərmişdir ki, 2017-ci ilin fevral ayının 11-də İranın milli bayramını qeyd etmək məqsədilə İranın Azərbaycandakı səfirliyinin əməkdaşları tərəfindən Bakı şəhəri Xətai rayonunda yerləşən “Bibi” restoranında təşkil olunmuş ziyafətdə yenidən İranın Azərbaycandakı konsulunun birinci müavini Mehdi Muradzadə ilə görüşmüş və sonuncu ondan imtahan kəsirləri məsələsinin həll olunub-olunmamağı ilə bağlı maraqlanmışdır. O isə imtahanla bağlı kəsirlərində tanışı Ceyhun Ağaverdiyevin ona kömək edəcəyinə dair söz verdiyini, həmin şəxsin böyük adam olduğunu, polis orqanlarında xidmət etdiyini bildirmişdir. Mehdi Muradzadə isə onun mobil telefon nömrəsini qeyd edərək ona istifadəsində olan +**********13 mobil telefon nömrəsini bildirib bir müddət sonra zəng edəcəyini demişdir. Həmin görüş zamanı Mehdi Muradzadə ona İranın xüsusi xidmət orqanı olan “Ettelaat”ın əməkdaşı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində göstərmişdir ki, 2017-ci ilin fevral ayında o, və 2014-cü ildən tanıdığı iranlı dostu Şahid2 Bakı metropoliteninin “28 May” stansiyasının yaxınlığında yerləşən “Obed” restoranında tanışları polis Ceyhun Ağaverdiyev vasitəsilə sonuncunun dostu Şahid1la tanış olmuşlar. Tanışlıq zamanı X15 Abbasovu onlara polis orqanlarında yüksək vəzifədə işləyən şəxs kimi təqdim etmişdir. Elə həmin görüşdə Şahid1 ondan birinci dəfə İran istehsalı balıq yağı (omeqa) həblərini anası üçün İrandan gətizdirməsini xahiş etmişdir. O, Şahid1 xahişinə əsasən həmin dərmanı İrandan gətizdirərək sonuncuya “Obed” restoranında təqdim etmişdir. İranın milli bayramını “Bibi” restoranında qeyd etdikdən təxminən 10 gün sonra Mehdi Muradzadə ona zəng edərək X22 yaxınlığında görüş təyin etmiş və o, Mehdi Muradzadə ilə deyilən yerdə həmin günü görüşmüşdür. Həmin sarayın ətrafında bir az gəzdikdən sonra onlar “Torqovı” adlanan əraziyə getmiş və orada “Mado” restoranında çay içmişlər. Mehdi Muradzadə həmin restoranda söhbət zamanı imtahan kəsirlərinin həll olunub-olunmadığı ilə bağlı maraqlanmış, o isə polisdə işləyən Ceyhun Ağaverdiyevin onu digər bir Tərlan adlı polis dostu ilə tanış etdiyini, həmin şəxsin də ona kömək edəcəyinə dair söz verdiyini bildirmişdir. Tərlan adlı polisin ondan İranda istehsal olunan dərman istədiyini, həmin dərmanları İrandan gətizdirərək sonuncuya verdiyini bildirmişdir. Mehdi Muradzadə polis orqanlarında işləyən Tərlan adlı tanışına istədiyi dərmanları verməklə yaxşı bir iş gördüyünü, həmin polis əməkdaşının bunun müqabilində imkanı daxilində ona məsələsində kömək edəcəyinə inandığını bildirmişdir. O, həmin görüşdə Mehdi Muradzadəyə pasport müddətinin bitdiyini bildirərək yenisi ilə əvəzlənməsi üçün köməklik göstərilməsini xahiş etmiş, sonuncu ona İran konsulluğuna gəlməsini, orada pasportunun dəyişdirilməsində köməklik edəcəyinə söz vermişdir. ttəxminən 1 ay sonra isə o, İranın Azərbaycan gedərək pasportunu təqdim etdiş və Mehdi Muradzadənin tapşırığından sonra pasportu yenisi ilə əvəz olunaraq ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində göstərmişdir ki, 2018-ci ilin təxminən qış aylarında Şahid1 onunla əlaqə saxlayaraq “Vitamin C” və qırımızı rəngli həblərdən olan baş ağrısı dərmanı istəmiş, özündə olduğundan həmin dərmanları Şahid1la “Obed” kafesində görüşüb vermişdir. 2018-ci ilin dekabr ayında isə İran səfirliyi tərəfindən Bakı şəhəri Xətai rayonunda yerləşən “Bibi” restoranında ziyafət təşkil olunmuş və o, həmin ziyafətə dəvət olunmuşdur. Onu həmin ziyafətə şəxsən səfir özü çağırmış, həmin tədbirdə Neft Akademiyasının rektoru Mustafa Babanlı, eləcə də deputat Hüseynbala Mirələmovun olduğunu bildirərək universitetdə olan problemi ilə bağlı sonuncularla danışmaq üçün dəvət etmişdir. Həmin ziyafətdə o, təhsil aldığı universitetin rektoru olan Mustafa Babanlı ilə səfir vasitəsilə tanış olmuş, sonuncuya imtahan kəsirləri ilə bağlı məlumat vermişdir. Mustafa Babanlı isə onu növbəti gün universitetə yanına dəvət etmişdir. Növbəti gün rektorun qəbulunda olan zaman rektor ona səfirin yanında hörmət mənasında bir söz demədiyini, lakin kəsir məsələsini birdəfəlik həll edə bilməyəcəyini, yalnız hər semestr 6 fənn üzrə əlavə dərslər salmaqla ona köməklik edə biləcəyini bildirmişdir. O da rektorla razılaşaraq oxuyub imtahanları verəcəyinə dair söz vermişdir. Kəsr imtahanlarını verən zaman İranın xüsusi xidmət orqanı əməkdaşı Mehdi Muradzadə onunla əlaqə saxlayaraq universitetdəki vəziyyəti ilə maraqlanmış, o isə kəsrlərini verdiyini, universitetdə olan vəziyyətinin düzəldiyini bildirmişdir. Həmin söhbət zamanı Mehdi Muradzadə onun tezliklə imtahanlarını verib universiteti bitirdikdən sonra İrana geri qayıdacağını bildiyi üçün ondan əvvəllər adlarını çəkdiyi polis əməkdaşları Tərlan və Ceyhunun mobil telefon nömrələrini istəmiş, həmin şəxslərə İrandan dərman istədikləri halda onların gətizdirilməsində kömək etməsini və heç bir halda imtina etməməsini tapşırmışdır. O isə X19 və Ceyhun adlı polis orqanlarında işləyən tanışlarının mobil telefon nömrələrini verərək söz vermişdir ki, yenidən dərman gətizdirməyi xahiş etdikləri halda həmin dərmanları istənilən yolla tapıb gətizdirəcəkdir. X20 Tərlanın dərman istədiyi zaman bu barədə xəbər verməsini xahiş etmiş, o da bu barədə razılıq vermişdir. Təqsirləndirilən şəxs göstərmişdir ki, 2019-cu ilin fevral ayınadək o, bütün kəsr imtahanlarını verərək universiteti bitirmiş və elə həmin tarixdə Azərbaycanı tərk edərək İrana geri qayıtmışdır. 2020-ci ilin təxminən iyul-avqust ayında tanışı polis əməkdaşı Şahid1 ona “Whatsapp” tətbiqi üzərindən zəng edərək balıq yağı (Omeqa) və saç üçün dərman istəmiş, o isə hazırda İranda olduğunu, yaxın müddətdə Azərbaycana gəlməyəcəyini bildirib, başqa bir tanışı ilə dərmanı göndərəcəyinə söz vermişdir. Bu danışıqdan dərhal sonra o, Mehdi Muradzadə ilə əlaqə saxlayaraq polis orqanlarında xidmət edən Şahid1 ondan dərman istədiyini bildirmiş, Mehdi Muradzadə isə tapşırığa uyğun xəbər verməsindən razı olduğunu, dərmanın alınması məsələsini özünün həll edəcəyini, Şahid1 zəng edərək dərman vasitələrini tanışı vasitəsilə göndərəcəyi barədə xəbər verməsini tapşırmışdır. O da həmin tapşırığa uyğun olaraq Şahid1la əlaqə saxlamış, sonuncuya öz adından zəng ediləcəyini, zəng edən şəxsin tələb olunan dərmanları gətirəcəyini bildirmişdir (iş vərəqə: cild 1, səh. 175-182, 208-213; cild 2, səh. 21-25, 54-56, 177-182). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirli bilinməklə 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Şahid1 məhkəmə baxışı zamanı şahid qismində dindirilərkən ifadəsində göstərdi ki, o, 15 il yarım Bakıda polisdə işləmiş, sonuncu iş yeri olaraq DİN-nin 7-ci Xüsusi əməliyyat baş idarəsində əməliyyat işində işləmiş, rütbəsi polkovnik-leytenant olmuşdur. Təqsirləndirilən şəxs ilə yoldaşlıq etmişdir. Belə ki, 2020-ci ilin əvvəllərində dostu və polis yoldaşı olan Ceyhun Ağaverdiyev vasitəsilə Bakı metropoliteninin “28 May” stansiyasının yaxınlığında yerləşən “Obed” restoranında milliyyətcə fars olan Şahid2 və Təqsirləndirilən şəxs ilə tanış olmuş, onlarla olan söhbəti zamanı o, həmin şəxslərə valideynləri üçün yuxusuzluğa qarşı keyfiyyətli dərman axtardığını bildirmişdir. Neft Akademiyasında tələbə olan Təqsirləndirilən şəxs özü təşəbbüs göstərərək İrandan ona yuxusuzluğa qarşı keyfiyyətli dərman gətirəcəyinə dair söz vermişdir. Bu görüşdən təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs ona zəng edərək ona idmana aid balıq yağı, vitaminlər və istədiyi dərmanı İrandan gətirdiyini, həmin dərmanı “Obed” restoranında inzibatçıya verdiyini bildirmiş və dərmanları oradan götürməyi xahiş etmişdir. O, Təqsirləndirilən şəxs heç bir pislik görməmişdir. O, Təqsirləndirilən şəxs təşəkkür edib dərmana görə nə qədər pul verəcəyi ilə maraqlanmış, o, isə dərmanın dəyərinin çox aşağı olduğunu əsas gətirərək bunun pay olduğunu bildirmişdir. O, həmin gün dərmanı qeyd olunan restorandan götürürərək valideyinlərimə vermişdir. X34 getmişdir. Dərmanlar valideynlərinə yaxşı təsir etdiyi üçün o, Mohammaddan həmin dərmanlardan bir də gətirməsini xahiş etmişdir. Mohammad da onun mobil nömrəsini səfirliyin əməkdaşına vermiş və ondan sonra bu hadisələr baş vermişdir. Səfirliyin əməkdaşı gətirib ona dərman vermiş və o da götürmüşdür. Sonra isə onunla da yoldaşlıqları olmuşdur. Ona görə də DTX onu tutmuş, ona ETTELAAT əməkdaşı ilə gizli görüşdüyünü demişlər. Onlar səfirlik nümayəndəsi ilə sahil bağında, yəni gizli olması mümkün olmayan yerdə görüşmüşlər. Orda görüş ola bilməz. O, ETTELAAT-ın nə olduğunu sonra bilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş, lakin hazırda məzmununu xatırlaya bilməmişdir. Şahid1 məhkəməyədək icraat mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq olundu. Şahid1 tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, o, 1984-cü ildə Bakı şəhərində anadan olmuş, 2001-ci il tarixdə Bakı şəhərində yerləşən 44 saylı orta məktəbi bitirmiş, 2001-2005-ci il tarixlərdə Azərbaycan Bədən Tərbiyəsi Akademiyasında futbol ixtisası üzrə ali təhsil almışdır. 2005-2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuş, 2007-ci ildən 2022-ci ilədək Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Baş İdarəsində polis polkovnik-leytenantı rütbəsində baş kəşfiyyatçı vəzifəsində xidmət etmişdir. 2008-ci ildə Nuranə Abbasova ilə ailə həyatı qurmuş, birgə nikahlarından 2 övladı (2009-cu il təvəllüdlü oğlu və 2011-ci il təvəllüdlü qızı) vardır. Atası 2022-ci ildə dünyasını dəyişmiş, anası isə qardaşı ilə birlikdə yaşayır. X31 Daxili İşlər Nazirliyinin İnsan X24 Baş İdarəsində serjant rütbəli polis nəfəri kimi xidmət edir. X36 əvvəllər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində müxtəlif vəzifələrdə işləmiş, hazırda isə pensiyaçıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılanadək ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Şahid1 ifadəsində ittihamın mahiyyəti üzrə göstərmişdir ki, təxminən 2020-ci ilin əvvəllərində dostu və polis yoldaşı olan Ceyhun Ağaverdiyev vasitəsilə Bakı metropoliteninin “28 May” stansiyasının yaxınlığında yerləşən “Obed” restoranında milliyyətcə fars olan Şahid2 və Təqsirləndirilən şəxs ilə tanış olmuş, Şahid2 həmin zaman Bakı şəhərində ev alqı-satqısı ilə məşğul olmuş, Təqsirləndirilən şəxs isə Bakı Ali Neft Akademiyasının 3-cü kursunda təhsil almışdır. Görüşləri zamanı dostu Ceyhun Ağaverdiyev onu həmin şəxslərə Xüsusi Əməliyyat-Axtarış Baş İdarəsində yüksək vəzifədə işləyən bir şəxs kimi təqdim etmişdir. Onlarla olan söhbəti zamanı o, həmin şəxslərə valideynləri üçün yuxusuzluğa qarşı keyfiyyətli dərman axtardığını bildirmiş, Neft Akademiyasında tələbə olan Təqsirləndirilən şəxs isə özü təşəbbüs göstərərək İrandan ona qeyd etdiyi hal üçün keyfiyyətli dərman gətirəcəyinə dair söz vermişdir. O, istifadəsində olmuş “Samsung Galaxy S10 Lite” markalı mobil telefona Təqsirləndirilən şəxs +**********413 telefon nömrəsini “Təqsirləndirilən şəxs” adı ilə qeyd etmişdir. Bu görüşdən təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs ona zəng edərək istədiyi dərmanı İrandan gətirdiyini, həmin dərmanı “Obed” restoranında inzibatçıya verdiyini demiş, dərmanları oradan götürməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs təşəkkür edib dərmana görə nə qədər pul verəcəyi barədə maraqlanmış, sonuncu isə dərmanın dəyərinin çox aşağı olduğunu əsas gətirərək bunun pay olduğunu bildirmişdir. O, həmin gün dərmanı qeyd olunan restorandan götürürərək valideyinlərinə vermişdir. Bundan bir neçə gün sonra o, yenidən Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq sonuncudan özünə cinsi istəyi artıran təbii dərman gətirə bilib-bilməyəcəyi barədə maraqlanmışdır. Təqsirləndirilən şəxs isə hazırda İranda olduğunu, oradan ona həmin dərmanı alacağını və tanışları vasitəsilə Bakı şəhərində çatdıracağına söz vermişdir. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, 2020-ci ilin yay aylarında ona istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə əvvəllər tanımadığı ***-***-**-** saylı nömrədən zəng gəlmiş, zəng edən şəxs özünü Təqsirləndirilən şəxs tanışı kimi təqdim edərək sonuncu tərəfindən göndərilən dərmanı gətirdiyini bildirmiş, razılaşıb həmin gün onunla Mikayıl Hüseynov prospektində yerləşən Xalça Müzeyinin yaxınlığında görüşmüşdür. Görüşdüyü şəxs İranın Azərbaycandakı səfirliyinin əməkdaşı Bəhmən Musavi olmuş və Təqsirləndirilən şəxs tərəfindən göndərilən dərmanı ona təqdim etmişdir. O, Bəhmən Musavi ilə orada təxminən 5-10 dəqiqə söhbət etmiş, söhbət əsnasında Bəhmən Musavi ondan polisin məxfi müşahidə idarəsində işləyib-işləmədiyi barədə maraqlanmış, o isə həqiqətən də orada işlədiyini bildirmişdir. Bəhmən Musavi buna əmin olduqdan sonra onun telefon nömrəsini özündə qeyd etməsi ilə bağlı icazə istəmiş, o da buna etiraz etməmişdir. Qısamüddətli görüşdən sonra Bəhmən Musavi ona bir ədəd içərisində 350 qramlıq püstə olan sellofan torbanı verərək bunun hədiyyə olduğunu bildirmiş, o isə əvvəlcə hədiyyəni götürmək istəməsə də X48 tərəfdə dərmanla birlikdə belə hədiyyə verməyin bir adət olduğunu bildirmiş, o da torbanı götürmüşdür. Bundan sonra o, istifadəsində olmuş “Samsung Galaxy S10 Lite” markalı mobil telefonun yaddaşına Bəhmən Musavinin adını “İran qardaw” (***-***-**-**) kimi qeyd etmişdir. Eləcə də görüşləri zamanı Bəhmən Musavi ondan Təqsirləndirilən şəxs adlı iranlı ilə necə tanış olduqları barədə maraqlanmış, o isə Təqsirləndirilən şəxs ilə tanışı Ceyhun və iranlı Humən vasitəsilə tanış olduğunu bildirmişdir. Daha sonra Şahid1 ifadəsində göstərmişdir ki, 15 avqust 2020-ci il tarixdə İran səfirliyinin əməkdaşı Bəhmən Musavi yenidən ona zəng edərək onun üçün xurma gətizdirdiyini bildirərək çatdırmaq üçün Bakı şəhərində Sahil bağında görüşmək istədiyini bildirmişdir. O isə görüşdən əvvəlcə imtina etsə də Bəhmən Musavi xurmanı şəxsən onun üçün gətizdirdiyini bildirmiş və gəlib götürməsini xahiş etmiş, o da həmin gün axşam saat 22 radələrində Sahil bağında Bəhmən Musavi ilə görüşmüş, görüş zamanı sonuncu ona gətirdiyi xurmanı vermişdir. Bir müddət hal-əhval tutduqdan sonra X48 səfirliyində birlikdə işlədiyi və dediyinə görə özünü orada incidən Hüseyn adlı şəxsin kompromat tipli şəkillərinin çəkilməsində ondan köməklik etməsini xahiş etmişdir. Bəhmən Musavinin planına görə onun tərəfindən Huseynin yanına fahişəliklə məşğul olan qızlardan biri yerləşdirilməli və Hüseyn qızla intim əlaqədə olan zaman fotoşəkilləri çəkilərək Bəhmən Musaviyə göndərilməli, sonuncu isə öz növbəsində Hüseyni işdən çıxartdırmaq üçün həmin fotoşəkilləri öz rəhbərliyinə göndərməyi nəzərdə tutmuşdur. O, əvvəlcə Bəhmən Musaviyə həmin məsələnin onun səlahiyyətinə aid olmadığını bildirsə də, sonuncu bu məsələdə köməklik göstərməsini ondan çox xahiş etmiş, o da sonda bu məsələni həll edəcəyinə söz vermişdir. Həmçinin həmin görüş zamanı Bəhmən Musavi bundan sonra danışıqlarının daha təhlükəsiz bir kanal vasitəsilə aparmaları üçün ondan dostları və ya tanışlarının birinin adına rəsmiləşdirməklə yeni bir mobil telefon nömrəsi almağını tapşırmış, o isə mobil telefon nömrəsi alacağına dair söz vermişdir. Həmin görüşdən təxminən 20 gün sonra, yəni 2020-ci ilin sentyabr ayının təxminən 5-də o, yenidən Bəhmən Musavi ilə sonuncunun təşəbbüsü ilə Sahil bağında görüşmüş, görüş zamanı Bəhmən Musavi ondan İran səfirliyinin əməkdaşı Hüseynlə bağlı hər-hansı tədbir görüb-görmədiyi ilə bağlı maraqlanmış, o isə bunun çətin iş olduğunu bildirərək boyun qaçırmağa çalışmışdır. X25 elə həmin görüşdə İran səfirliyinin əməkdaşı ilə intim əlaqədə olacaq fahişəyə verilməsi üçün 100 ABŞ dolları məbləğində pul vermiş, o isə həmin pulu götürüb məsələni həll edəcəyi ilə bağlı bir daha söz vermişdir. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, həmin ərəfələrdə Şahid1 dostu və əvvəllər yaşadığı yerdə qonşusu olmuş taksi fəaliyyəti ilə məşğul olan Sərxan İbrahimovla görüşüb işi ilə bağlı özünə lazım olması səbəbindən onun adına ***-***-**-** mobil telefon nömrəsini almışdır. 2020-ci ilin oktyabr ayında Bəhmən Musavi ilə “Sahil bağı”nda olan görüşləri zamanı o, sonuncuya dostu Sərxan İbrahimovun adına aldığı ***-***-**-** nömrəli sim-kartı ona vermişdir. Bəhmən Musavi isə bundan sonra sosial şəbəkələr istisna olmaqla onunla yalnız həmin mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlayacağını bildirmişdir. O, Bəhmən Musaviyə verdiyi sim-kartın nömrəsini istifadəsində olmuş “Samsung Galaxy S10 Lite” markalı mobil telefonun yaddaşına “Daniyel i” (***-***-**-**) kimi qeyd etmişdir. Həmçinin görüş zamanı Şahid1 Bəhmən Musaviyə nömrəni adına rəsmiləşdirdiyi dostu və keçmiş qonşusu Sərxan İbrahimov barədə məlumat vermiş, eləcə də Sərxanın tez-tez Azərbaycana istirahət üçün gələn bir neçə iranlı tanışının olduğu barədə də məlumat vermişdir. Bəhmən Musavi isə ona Sərxan İbrahimovun iranlı tanışlarının bir daha Azərbaycana gəldikləri zaman bu barədə xəbər verməsini tapşırmışdır. Bu tapşırığın icrası ilə əlaqədar olaraq o, iranlıların burada hansı fəaliyyətlə məşğul olduqları, kimlərlə görüşdükləri və s. məsələlərlə bağlı məlumat əldə edərək Bəhmən Musaviyə ötürmək üçün görüş bitdikdən sonra Sərxan İbrahimova zəng edərək iranlı tanışlarının Azərbaycana gəldikləri zaman ona məlumat verməsini xahiş etmiş, Sərxan İbrahimova isə nə üçün belə bir məlumat istədiyini izah etməmişdir. Görüşün sonunda Bəhmən Musavi danışıqlarının konspirativ qaydada təşkili üçün ondan mobil telefonuna «İMO» adlı tətbiqi yükləməsini və bundan sonra yazılı və səsli danışıqlarını «Whatsapp» tətbiqi vasitəsilə deyil, həmin tətbiqdən istifadə etməklə aparmağını tapşırmışdır. Bundan sonra o, dərhal onun tapşırığı əsasında «İMO» adlı tətbiqi istifadəsində olan “Samsung Galaxy S10 Lite” markalı mobil telefona yükləyib qeydiyyatdan keçmişdir. Bundan sonra da danışıqlarının əksəriyyəti ***-***-**-** mobil telefon nömrəsi ilə həmin tətbiq üzərindən keçirilmiş, bir neçə dəfə həmin nömrə ilə birbaşa zənglər edilmişdir. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, 2020-ci ilin noyabr ayında onun Bəhmən Musavi ilə növbəti görüşləri olmuş, görüş zamanı Bəhmən Musavi ondan vətən müharibəsində polis orqanlarının əməkdaşlarının iştirak edib-etmədikləri barədə maraqlanmış, o isə müharibədə tək ordunun iştirak etdiyini, polisin iştirak etmədiyini bildirmişdir. Həmin görüş zamanı Bəhmən Musavi ona əlavə olaraq Dövlət Təhlükəsizliyi Xidməti ilə bağlı bir neçə sual verərək qeyd olunan qurumla bağlı hər-hansı probleminin olacağı təqdirdə ona köməklik göstərə bilib-bilməyəcəyi barədə maraqlanmış, o isə həmin qurumla bağlı problemi yaranacağı təqdirdə ona köməklik göstərə bilməyəcəyini bildirmişdir. Bəhmən Musavi əlavə olaraq şəhərdə olan zaman polis əməkdaşları ilə yaranacaq problemlərini həll edə biləcəyi ilə bağlı da maraqlanmış, Şahid1 isə elə bir halın ola biləcəyi təqdirdə, ona köməklik edəcəyinə söz vermişdir. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, 2021-ci ilin əvvəllərində Bəhmən Musavi ilə Sahil bağında növbəti görüşlərinin birində sonuncu ona qıraqdan hər-hansı şəxsin onları izləyə biləcəyini və onların foto və video çəkilişini apara biləcəyi ilə bağlı narahat olduğu bildirmiş, o isə parkda, adamların sıx olduğu yerdə onları heç bir şəxsin çəkməyəcəyini söyləmişdir. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, 2021-ci ilin təxminən iyun-iyul ayında iş yoldaşı Çinar adlı şəxs «İzmir parkı» ilə üzbəüz yerləşən “X49 Shop” adlı mağazadan diplomatik pasportdan istifadə edərək ucuz qiymətə spirtli içki ala biləcəklərini deyərək ondan belə pasportu olan tanışının olub-olmaması ilə bağlı maraqlanmış, o, isə hazırda elə bir tanışının olmadığını, lakin bu barədə maraqlanacağını bildirmişdir. Bir neçə gün sonra o, Bəhmən Musavi ilə növbəti görüşlərin birində sonuncudan diplomatik pasportunun olub-olmaması ilə bağlı maraqlanmış, Bəhmən Musavi isə diplomatik pasporta sahib olduğunu, lakin bu barədə hansı səbəblə maraqlandığı barədə onu sorğusual etmişdir. O, isə həmin pasportdan istifadə edərək “X49 Shop” adlı mağazadan spirtli içki almaq istədiyini bildirmişdir. Bəhmən Musavi həmin mağazadan spirtli içki ala bilməyəcəyini, belə halın aşkarlanacağı təqdirdə özü üçün problem olacağını bildirmişdir. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, Bəhmən Musavi ona 2021-ci ilin oktyabr-noyabr aylarında iki dəfə görüş təklif etsə də o, ailə vəziyyəti ilə əlaqədar görüşə bilməmiş, lakin tez-tez “Whatsapp” vasitəsilə əlaqə saxlamışdır. İran səfirliyinin əməkdaşı Bəhmən Musavi ilə onun növbəti görüşü 2022-ci ilin aprel ayının 13-də baş tutmuş, həmin görüş əvvəlki görüşlər kimi Sahil bağında gecə saat 22 radələrində olmuşdur. Görüş zamanı Bəhmən Musavi ondan vəhabi təriqətinə uyğun ibadət edən saqqallı şəxslərin Bakı şəhərinin əsasən hansı hissələrində olduğu barədə maraqlanmış, Şahid1 isə onların əsasən Qaraçuxur deyilən ərazidə sıx yaşadıqlarını, orada kafe və restoran işlətdikləri barədə ona məlumat vermişdir. Həmçinin həmin görüş zamanı Bəhmən Musavi, ondan İranlı tələbələrin tez-tez olduqları yerlər barədə məlumat istəmiş, Şahid1 isə ona iranlı tələbələri tez-tez Bakı metropoliteninin «28 May» stansiyasının yaxınlığında yerləşən “Obed” restoranında gördüyünü bildirmişdir. 2022-ci ilin may ayının 30-da o, Bəhmən Musavinin təşəbbüsü ilə axşam saatlarında əvvəlki kimi Sahil bağında görüşmüş, sonuncu əvvəlcə İran səfirliyinin əməkdaşı və iş yoldaşı Hüseyn barədə məsələlərin nə yerdə olduğu barədə maraqlanmış, o, isə bir az vaxt lazım olduğunu, lakin xahişini həll edəcəyinə yenidən söz vermişdir. Bəhmən Musavi həmin görüş zamanı həmçinin ondan Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” X1 ölkə ərazisində quraşdırılmış kameralarının sayını, eləcə də Bakı şəhərində üz tanıma funksiyası ilə təhciz edilmiş kameraların yerləşmə nöqtələri barədə məlumat istəmişdir. O, isə ona ölkə ərazisində ümumilikdə təxminən 50.000 kameranın mövcud olduğunu, üz tanıma funksiyası ilə təchiz olunmuş kameraların isə əsasən Bakı şəhərində yerləşən məscidlərin və metrostansiyaların ətrafında yerləşdirildiyi barədə məlumat vermişdir. O, üz tanıma funksiyası olan kameraların məscidlərin ətrafına yerləşdirilməsini iş yoldaşılar vasitəsilə bilmişdir. Həmin görüş zamanı Bəhmən Musavi ona 300 manat məbləğində pul vəsaiti vermişdir. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, 2022-ci ilin iyul ayının 18-də o, Bəhmən Musavi ilə “Zoopark”ın yanında yerləşən “Gənclik Gölü” deyilən gölün yaxınlığında yerləşən “Cofemoon” kafesində görüşmüş, söhbət zamanı Bəhmən Musavi ondan işlədiyi idarədə şəxsi heyətin sayı barədə maraqlanmış, o isə idarələrində təxminən 150 nəfər şəxsi heyətin olduğu barədə məlumat vermişdir. Bundan əlavə həmin görüş zamanı Bəhmən Musavi ondan əlavə daha bir mobil telefon nömrəsi almasını istəmiş, o isə bir dəfə belə bir telefon nömrəsi alıb verdiyini, lakin hazırda elə bir nömrə almağın mümkün olmadığını bildirmişdir. Bir müddət sonra onlar həmin kafedən ayrılmış və piyada gedərkən Bəhmən Musavi ondan Daxili İşlər Nazirliyinin “102” qaynar xəttində ancaq qadınların işləyib-işləməməsi ilə bağlı maraqlanmış, o isə həmin qaynar xətdə həm kişilərin, həm də qadınların işlədiyini bildirmişdir. Əlavə olaraq da görüşlərinin sonunda Bəhmən Musavi ondan keçmiş daxili işlər naziri və onun övladları barədə maraqlanmış, o isə ona keçmiş nazirin iki övladının olduğunu bildirmişdir. Bundan sonra isə onlar oradan ayrılmışlar. Bundan bir neçə dəqiqə sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır (iş vərəqə: cild 1, səh. 39-44, 47-51, 92-93, 94-96, 97-98, 103- 104, 113-114, cild 2, səh. 96-102). Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən İİR vətəndaşı Şahid2 ifadəsində göstərdi ki, o, Mohammadı 2016-cı ildən tanımışdır. Sonuncu tələbə olduğundan onun ailəsi nəzərinin Mohammadın üstündə olmasını ondan xahiş etmişdir. Mohammadın atası Müdafiə Nazirliyində işləmiş, lakin anası barədə məlumatı olmamışdır. Dost kimi axşamdan axşama onunla görüşüb çay içmişlər. Tərlanla Mohammadi heç kim tanış etməmişdir. Ceyhun adlı ortaq dostları olmuş, sonuncu Baş Polis İdarəsində işləmişdir. Tərlan da gəlib çay içmək üçün onlarla oturmuş, süfrə arxasında tanış olmuşlar. Ceyhunla Tərlan daha yaxın olmuş, Tərlanın polis əməkdaşı olduğunu Ceyhun onlara demişdir. Lakin Tçərlanın harda qulluq etdiyini bilməmiş, polisə nəzarət etdiyini eşitmişdir. - Tərlanın 7-ci idarədə işləməsi barədə məlumatı oldmamışdır. Tərlan ayda ildə bir dəfə gəlib çay içmiş, onu üst-üstə 3-4 dəfə görmüşdür. Tərlanla Mohammad arasında yaxınlığı o, görməmişdir. Ceyhunun və ya Tərlanın Mohammadan dərman istəməsi barədə də məlumatı olmamışdır. Şahid2 ifadəsində göstərdi ki, o, özü siyasətdən uzaq adam olmuş, Mohammadda da şübhəli heç nə görməmiş, onu sakit insan kimi tanımışdır. Onun adıma yaxın Human adlı qardaşı olmuş, Mohammad onun qardaşıyla bir yerdə oxumuşdur. Mohammadın səfirin oğlu ilə yaxın münasibəti olmuş, o, Səfirin evinə gedib-gəlmişdir. Səfirin oğlunu biriki dəfə Mohammadın yanında görmüşdür. Pandemiya olanda Mohammad İrana qayıtmış, ondan sonra onunla münasibəti olmamışdır. O, İran Səfirliyiniə ancaq pasportunu dəyişəməyə getmişdir. Onun yaxın dostlarından orqanda işləyənlər də olmuş, o, onlarla birlikdə şən məclislərdə iştirak etmişdir. Mohammadın Bakıda olduğu vaxtlarda birlikdə görüşdükləri yoldaşla arasında nə söhbət olduğunu bilməmişdir. Bu halı, yəni Mohammadin tutulmasını eşidəndə o, məəttəl qalmışdır. Müəyyən olunan ziddiyyətlərlə bağlı Şahid2 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan olunmuş və tədqiq edilmişdir. Şahid2 tədqiq olunan ifadəsində göstərmişdir ki, 2014-cü ildə, valideynləri R.Behbudov küçəsində yaşayan vaxtlarda, yaşadıqları həmin binada 6 ədəd mənzil kirayə götürmüş, həmin mənzilləri subarenda vasitəsilə turistlərə və digər ehtiyacı olan şəxslərə gündəlik olaraq kirayəyə vermiş və bu yolla qazanc əldə etmişdir. Süleyman Rüstəm və Şamil Əzizbəyov küçələrinin kəsişməsində yerləşən “Obed” adlı restorana tez-tez yemək yeməyə getmişdir. Günlərin birində orada olarkən restoranın qarşısında 2 şəxsin dalaşdığını görmüş, uzun müddət tanıdığı Zaur adlı restoran sahibinin sözlərindən mübahisə edənlərdən birinin Ceyhun adlı polis işçisi olduğunu öyrənmişdir. Bir müddət sonra Zaur onu Ceyhun adlı polis işçisi ilə tanış etmiş, sonuncu Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı olduğunu, həmin polis idarəsində konvoyun komandiri olduğunu demişdir. Söhbət əsnasında Ceyhunun əvvəllər 22-ci polis bölməsinin əməkdaşı olduğunu öyrənmiş, aralarında münasibət yaranmış və tez-tez “Koala Park” yaxınlığında olan “Praqa” restoranı, “Elvet” və digər bu kimi restoranlarda görüşməyə başlamışlar. Hər görüşdə hesab onun tərəfindən ödənilmişdir. Göstərilən hadisədən təxminən bir il sonra “Obed” restoranında olarkən Ceyhun onu bir nəfərlə tanış etmiş, tanışlıq zamanı həmin şəxsin Daxili İşlər Nazirliyinin 7-ci idarəsinin əməkdaşı olan Tərlan olduğunu öyrənmişdir. Bu görüşdən təxminən 1 həftə sonra Ceyhun zəng edərək onu Əliyar Əliyev küçəsində yerləşən “Pub”ların birinə dəvət etmiş, o, həmin yerə getdikdə orada Tərlan və Ceyhunun birlikdə oturduqlarını görmüşdür. Təxminən 2-3 saat onlarla oturduqdan sonra hesabı ödəmiş və oradan ayrılmışdır. Daha sonra müxtəlif vaxtlarda 2-3 dəfə həmin şəxslərlə görüşmüş, görüşlərin hər biri müxtəlif restoranlarda olmuş, hesabı yalnız özü ödəmişdir. Bu görüşlər zamanı Ceyhun və Tərlanın yanında sonuncuların polis yoldaşları da olmuşlar. Bundan əlavə Tərlanın qardaşı Yusifin də polis işçisi olduğunu və İnsan X24 idarəsində çalışdığını, əmilərinin də polis orqanlarında yüksək vəzifə tutduqlarını öyrənmişdir. Şahid2 tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, Qaidi Məhəmməd onun qardaşının tələbə yoldaşı olmuş və qardaşı vasitəsilə onunla tanışlığı 2015-ci ilə baş tutmuşdur. Bundan əlavə Qaidi Məhəmmədi “Obed” restoranında tez-tez görmüş və daha yaxın münasibətləri orada yaranmışdır. Qaidi Məhəmmədlə birlikdə “Obed” restoranında olarkən orada olan X26 Daxili İşlər Nazirliyinin 7-ci idarəsində işləyən dostu Tərlanla tanış etmiş, həmin günü müxtəlif məzmunlu söhbətlər aparmış və birlikdə nahar etmişlər. Ceyhun Tərlanı ona təqdim etdiyi kimi Qaidi Məhəmmədiyə də Daxili İşlər Nazirliyinin 7-ci idarəsində işləyən şəxs kimi təqdim etmişdir. Həmin gündən sonra qeyd olunan tərkibdə görüşləri olmamış, lakin Məhəmməd Qaidinin orada vaxtaşırı olmağını nəzərə alaraq onsuz sonuncuların orada görüşmələri ehtimalının böyük olmuşdur. Bundan əlavə Məhəmməd Qaidinin atası İİR-nın Müdafiə Nazirliyində xidmət etmiş, hətta bir zamanlar İİR-in Çin Xalq Respublikasındakı səfirliyində hərbi attaşe olmuşdur. Məhəmməd Qaidinin anası ilə bir neçə dəfə telefonla danışmış və sonuncu hər zaman ona Məhəmməd Qaididən muğayət olmasını və qorumasını xahiş etmişdir. Şahid2 tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, təxminən 2019-cu ildə Məhəmməd Qaidi ilə həmin kafedə nahar vaxtı görüşən zaman Tərlanın İrandan dərman alıb göndərilməsini xahiş etdiyini, Məhəmməd Qaidi isə zəng vuraraq atasına dərmanın adını dedikdə sonuncunun çox əsəbləşdiyini və həmin dərmanın cinsi zəifliyə qarşı olduğunu bildirmişdir. Özünün əsas işi turistlərlə bağlı olduğundan 2020-ci ildə pandemiya başladığından müflisləşmiş, taksi fəaliyyətinə başlamış və həmin dövrdə Ceyhun və Tərlanla münasibətləri zəifləmişdir. Məhəmməd Qaidi isə 2020-ci ildə təhsilini başa vurduqdan sonra İran İslam Respublikasına geri dönmüşdür. O, İranın Azərbaycandakı Səfirliyində olmamış, yalnız konsulluğa 2 dəfə pasport gətirmək üçün getmiş, X41 adında heç kəsi tanımamışdır. O, şəriki olan Azad Məhərrəmovun dostu DİN 7-ci idarəsində işləyən Elvin adlı şəxsin Sumqayıt şəhərində baş tutan toyunda həmin idarənin işçisi və Şahid1 iş yoldaşı Çinar adlı şəxslə tanış olmuş, daha sonra Çinarı 2020-ci ilin yanvar ayında Şahid1 tərəfindən dəvət olunduğu “Milli Bank”ın yaxınlığında yerləşən “Ramzes” adlı restoranda görmüş, həm Elvini həm də Çinarı şəxsən tanımamış, onlarla yaxın münasibəti olmamışdır. O, Şahid1 vasitəsilə X5 ilə tanış olmuş, sonuncunun taksi fəaliyyəti ilə məşğul olduğu və «Zabitlər parkı» ilə üzbəüz yaşadığı ona məlum olmuşdur. X23 Abbasovun xahişi ilə onunla 1-2 gün turizm fəaliyyəti ilə məşğul olmuş və ilk iş günü yol nəqliyyat hadisəsi törətməsi səbəbindən daha sonralar işə çıxmamışdır. 2018-ci ilin təxminən yay aylarının birində Şahid1 bibisinin yas mərasimində sonuncunun doğma X31la tanış olmuş, Şahid1 əvvəlcədən qardaşı X27 İşlər Nazirliyinin İnsan X24 Baş İdarəsində işlədiyini ona bildirmişdir (iş vərəqə: cild 1, səh. 52- 55, 105-109, 110-112. cild 2, səh. 107-110). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İİ baş idarəsinin 19 iyul 2022-ci il tarixdə daxil olmuş arayışından görünür ki, İİR-nın xüsusi xidmət orqanı olan İnformasiya Təhlükəsizliyi Nazirliyinin (Ettelaat) əməkdaşı X3 (X37 Miradel) ətrafında keçirilən tədbirlər zamanı onun Azərbaycan Respublikası DİN-nin əməkdaşı Şahid1 ilə gizli görüşlər keçirdiyi müəyyən edilmişdir (iş vərəqə: cild 1, səh. 19-23). Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İİ baş idarəsindən daxil olmuş 19 iyul 2022-ci il tarixli məxfi müşahidə tədbirləri zamanı əldə edilmiş fotoşəkillər və videogörüntülərdən görünür ki, Şahid1 İİR-nın xüsusi xidmət orqanı olan İnformasiya Təhlükəsizliyi Nazirliyinin (Ettelaat) əməkdaşı X6 ilə 05 yanvar 2020-ci il, 13 aprel və 02 iyun 2022-ci il tarixlərində Bakı şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Sahil bağında, eləcə də 18 iyul 2022-ci il tarixdə Bakı şəhəri Bakıxanov küçəsində yerləşən “Coffeemoon” adlı kafedə məxfi görüşlər keçirmişlər (iş vərəqə: cild 1, səh. 24-36). Məhkəmədə tədqiq olunan «Şahid1 məxsus “Samsung Galaxy S10 Lite” markalı mobil telefona baxış keçirilməsi haqqında» 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 özünə məxsus ***-***-**-** mobil telefon nömrəsindən istifadə etməklə İİR-nın xüsusi xidmət orqanı olan İnformasiya Təhlükəsizliyi Nazirliyinin (“Ettelaat”) əməkdaşı X43 ilə istifadəsində olan mobil telefona quraşdırılmış “WhatsApp” mobil tətbiqi vasitəsilə “İran Qardaw” adı ilə qeyd edilmiş ***-***-**-** nömrə ilə qeydiyyatdan keçirilmiş hesabla, “WhatsApp” və “İMO” tətbiqləri vasitəsilə “Daniyel i” adı ilə qeyd edilmiş ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçirilmiş hesabla, habelə “WhatsApp” tətbiqi vasitəsilə Bəhmən Musavinin əlaqəsi Təqsirləndirilən şəxs ilə “Təqsirləndirilən şəxs” adı ilə qeyd edilmiş +**********13 mobil nömrə ilə qeydiyyatdan keçirilmiş hesab vasitəsilə səsli və yazılı danışıqlar aparmışdır (iş vərəqə: cild 1, səh. 56-91). İş üzrə keçirilmiş məhkəmə-fonoskopik ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 4/1509 saylı audio və videoyazıların məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş fonoqramlardakı danışıqlarda olan diktorun səsi Şahid1 məxsusdur (iş vərəqə: cild 1, səh. 132-141). Məhkəmə kompyuter-texniki ekspertizasının 05 sentyabr 2022-ci il tarixli, 5/896 saylı rəyindən görünür ki, Şahid1 istifadəsində olmuş “Samsung Galaxy S10 Lite” markalı mobil telefonun yaddaşında “İran qardaw” adı ilə qeyd edilmiş şəxs aparatın telefon kitabçasına xx.xx.2020-ci il tarixində saat 10:55:16-da, “Daniyel i” adlı şəxs isə xx.xx.2022ci il tarixdə saat 09:45:35-də qeydiyyata alınmışdır. Şahid1 “Daniyel i” adlı +**********51 nömrəli şəxs ilə xx.xx.2022-ci il tarixdə 3 dəfə, xx.xx.2022-ci il tarixdə 2 dəfə, xx.xx.2022-ci il tarixdə 2 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 2 dəfə, xx.xx.2022ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 5 dəfə, xx.xx.2022-ci il tarixdə 4 dəfə, xx.xx.2022-ci il tarixdə 4 dəfə, xx.xx.2022-ci il tarixdə 4 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 2 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, eləcə də “İran qardaw” adlı +**********33 nömrə ilə xx.xx.2020-ci il tarixdə 4 dəfə, xx.xx.2021-ci il tarixdə 2 dəfə, xx.xx.2021-ci il tarixdə 4 dəfə, xx.xx.2021-ci il tarixdə 5 dəfə, xx.xx.2021-ci il tarixdə 6 dəfə, xx.xx.2021-ci il tarixdə 1 dəfə, xx.xx.2021-ci il tarixdə 2 dəfə, xx.xx.2022-ci il tarixdə 2 dəfə danışıqlar aparmışdır (iş vərəqə: cild 1, səh. 121-131). "xxxx" MMC-dən əldə olunmuş +**********51 və +**********07 telefon nömrələri ilə Azərbaycan Respublikasının mobil və şəhər operatorları arasında xx.xx.2002-ci ildən xx.xx.2022-ci il tarixədək aparılmış danışıqlar və digər statistik məlumatların kompüter açıqlamalarına baxış keçirilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş baxış zamanı Şahid1 tərəfindən istifadəsində olmuş +**********07 mobil telefon nömrəsi ilə vətəndaş X2 adına rəsmiləşdirilmiş və sonradan Şahid1 tərəfindən İİR-nın xüsusi xidmət orqanı olan İnformasiya Təhlükəsizliyi Nazirliyinin (“Etelaat”) nümayəndəsi X28 istifadəsinə vermiş +**********51 telefon nömrəsi ilə iş üçün əhəmiyyətli danışıqların aparılması müəyyən edilmişdir (iş vərəqə: cild 1, səh. 119-120). Məhkəmə baxışı zamanı tədqiq olunan «fotoşəkil üzrə tanınma haqqında» 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, tanınma zamanı Şahid1 «28 may» metrostansiyasının yaxınlığında yerləşən “Obed” adlı restoranda tanış olduğu və sonradan onu İİR-nın xüsusi xidmət orqanı olan İnformasiya Təhlükəsizliyi Nazirliyinin (“Etelaat”) nümayəndəsi X28 əlaqəsinə verən şəxs kimi iş üzrə Təqsirləndirilən şəxs tanımışdır (iş vərəqə: cild 2, səh. 103-106). Təqsirləndirilən şəxs məxsus olmuş “Apple İphone 12 Pro” və “Samsung Galaxy A51” markalı mobil telefonlara baxış keçirilməsi haqqında 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, “Samsung Galaxy A51” markalı mobil telefona keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının mobil operatorlarına məxsus +**********92 nömrəsindən istifadə etməklə həmin mobil telefona quraşdırılmış “WhatsApp” mobil tətbiqi vasitəsilə “M kns” adı ilə qeyd edilmiş və +**********13 nömrə ilə qeydiyyatdan keçirilmiş İİR-nın xüsusi xidmət orqanı İnformasiya Təhlükəsizliyi Nazirliyinin (“Ettelaat”) əməkdaşı Mahdi Moradzadehə məxsus hesab vasitəsilə onunla səsli və yazılı danışıqlar aparmışdır. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs məxsus “Apple İphone 12 Pro” markalı mobil telefona keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İİR-nın mobil operatorlarına məxsus +**********13 nömrəsindən istifadə etməklə həmin mobil telefona quraşdırılmış “WhatsApp” mobil tətbiqi vasitəsilə “Tarlan Police” adı ilə qeyd edilmiş və +**********07 nömrə ilə qeydiyyatdan keçirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Şahid1 məxsus hesab vasitəsilə onunla səsli və yazılı danışıqlar aparmışdır (iş vərəqə: cild 2, səh. 14-20). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-texniki ekspertizasının 03 avqust 2023-cü il tarixli, 5/950 saylı rəyindən görünür ki, tədqiqat üçün təqdim edilmiş “İphone 12 Pro” markalı “A2408” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatından istifadə edilməklə həmin smartfonun yaddaş kitabçasında “M kns” adı ilə qeyd olunmuş “+**********13” abonent nömrəsilə “Mohammad” adlı “**********13” abonent nömrəsinə xx.xx.2023-cü il tarixdə bir dəfə zəng edilməsi müəyyən edilmişdir(iş vərəqə: cild 2, səh. 130-135). İbtidai istintaq orqanının 18 avqust 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş “Apple İphone 12 Pro” və “Samsung Galaxy A51” markalı mobil mobil telefonlar iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməklə Bakı Ağır Cinayətlər məhkəməsində saxlanılır (iş vərəqə: cild 2, səh. 138-139). Məhkəmə istintaqı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 fevral 2023-cü il tarixli, 244 saylı rəyindən görünür ki, üzərində tibbi tədqiqat aparılmış Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, anlaqlı hesab olunur, o, Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild 2, səh. 46-48). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən xarici ölkənin xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə etmək üçün dövlət sirri olan və sair məlumatları toplayıb həmin orqanın nümayəndələrinə verməklə casusluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 276-cı maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini onun xüsusilə ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 247). Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunla müəyyən olunan cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid olması və əməlin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən şəxsin özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 276-cı maddəsində nəzərdə tutulan sanksiya həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Qeyd olunanlardan başqa, məhkəmə Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğunu, həmçinin onun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını istisna edən Azərbaycan Respublikası CM-nin 52.2.1 - 52.2.7-ci maddəsində nəzərdə tutulan konkret halların müəyyən edilmədiyini nəzərə alaraq, belə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkib qurtardıqdan sonra onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşıdır, orada doğulmuşdur, Azərbaycan Respublikasının ərazisində daimi deyil, müvəqqəti olaraq, qeydiyyatsız yaşamışdır. Barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olmamış, onun valideynlərindən heç biri Azərbaycan Respublikasının vətəndaşı olmamış, özü qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxs deyil, himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ qrup əlili olan şəxs deyil, məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal olunmur və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxs deyildir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə xüsusilə ağır cinayətlər törətməyə görə məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisəsi ciddi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsn cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində 20 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs baxılan iş üzrə 20 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 yanvar 2023-cü il tarixli 4(009)-37/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxsn barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinə dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs istifadəsində olmuş və istintaq orqanı tərəfindən götürülüb iş materiallarına qoşma edilməklə Bakı Ağır Cinayətlər Məhkəməsində saxlanılan “Apple İphone 12 Pro” və “Samsung Galaxy A51” markalı mobil mobil telefonlar Təqsirləndirilən şəxs özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 80 (səksən) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 276-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 20 yanvar 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkdikdən sonra barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilsin. İş üzrə maddi sibutlar - Təqsirləndirilən şəxs istifadəsində olmuş və istintaq orqanı tərəfindən götürülüb iş materiallarına qoşma edilməklə Bakı Ağır Cinayətlər Məhkəməsində saxlanılan “Apple İphone 12 Pro” və “Samsung Galaxy A51” markalı mobil mobil telefonlar Təqsirləndirilən şəxs özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 80 (səksən) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar