Məhkəmə qərarları › İş №1(101)-760/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-760/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-760/2025 22.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 2006-cı il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə, özü üçün aşkar surətdə köməksiz vəziyyətdən olan şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, ünvan 1 ünvanındakı fərdi yaşayış evində onunla birgə kirayədə yaşayan, tanışı Zərərçəkmiş şəxs 3 iyul 2024-cü il tarixdə saat 1 radələrində evdə olarkən onun ünvanına nalayiq ifadələr işlətməsini və sərxoş vəziyyətdə yatdıqdan sonra həmin gün səhər saatlarında yuxudan oyandıqda döşlüyünün, yəni liftçiyinin əynində olmadığını görüb Zərərçəkmiş şəxs əynindəki döşlüyünü çıxardığını güman edib sonuncunun hərəkətlərindən əsəbləşərək 3 iyul 2024-cü il tarixdə saat 7 radələrində qeyd olunanları cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan həmin vaxt yaşadıqları evdə yuxuda olan Zərərçəkmiş şəxs ona müqavimət göstərmək imkanında olmadığını, yəni özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olduğunu görüb, bundan istifadə edərək istintaqa məlum olmayan mənbədən əldə edərək otaqdakı şkafın üzərində saxladığı qatlanan bıçağı götürmüş və qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs həyatı üçün vacib olan ürək nahiyəsinə həmin bıçaqla iki dəfə ardıcıl zərbələr endirərək döş boşluğuna nüfuz etməklə iki tərəfli pnevmohemotoraksla müşayiət olunan, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmava aid döş qəfəsinin iki ədəd kəsilmiş-deşilmiş yaraları-xəsarətlər yetirmiş, zərbələrin təsirindən yuxudan oyanan Zərərçəkmiş şəxs aktiv müqavimət göstərərək onu özündən kənara itələdikdən sonra onun otaqdakı masanın üzərində olan mətbəx bıçağını digər əlinə götürüb öz cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə yenidən hücum etdiyini görüb qıcqırmış və Zərərçəkmiş şəxs qışqırıq səslərini eşidən qonşuluqda yaşayan Şahid1 otağın qapısını döyərək Zərərçəkmiş şəxs səsləməsindən sonra sonuncunun yaralı vəziyyətdə fürsət tapıb otaqdan çıxıb qaçdığını görüb onu təqib etmiş, lakin Şahid1 onun qarşısını kəsərək Zərərçəkmiş şəxs Şahid1 yaşadığı otaqda gizlənməsi, daha sonra Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatının xilas olunması səbəbindən, yəni o, öz iradəsindən asılı olmayan səbəblərdən öz cinayətkar niyyətini başa çatdıra bilməyərək xuliqanlıq niyyəti ilə özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.9cu maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, yardıma ehtiyacı olmuş, qalmağa yeri olmamışdır. Bir dostu ona ev tapana kimi Fərid adlı dostunun yanında qala biləcəyini bildirmişdir. Sonuncunu belə tanımışdır. Fəridlə ilk vaxtlar münasibətləri yaxşı olmuş, sonradan sonuncunun ona qarşı münasibəti dəyişmişdir. Hadisə baş verən gün ikisi də içkili olmuşlar. Fərid bu vaxt ona cinsi əlaqədə olmağı təklif etmişdir. Sonuncuya qəti şəkildə etiraz etmiş və aralarında mübahisə baş vermişdir. Bundan sonra yatmış və səhəri gün durub getmək fikrində olmuşdur. Səhər açılanda oyanıb alt paltarının əynində olmadığını görmüşdür. Bu zaman Fəriddən alt paltarını onun çıxarıb-çıxarmadığını soruşmuş, Fərid isə cavabında “bəli” deyərək özünün çıxardığını bildirmişdir. Bu vaxt Fəridi cəzalandırmaq məqsədi ilə bıçağı götürüb ona bir neçə bıçaq zərbəsi vurmuşdur. Bundan sonra həmin yerdən qaçıb Günəşli qəsəbəsinə getmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Fərid ilə 1 həftə idi ki, bir yerdə qalmışlar. Sonuncu ilə qalmağını dostu Tural təklif etmişdir. Həmin evdə Fərid kirayədə qalmışdır. İlk vaxtlar Fəridlə münasibətləri yaxşı olmuş, gün ərzində ikisi də işdə olurmuşlar. O, həmin evdə 1 həftə qalıb çıxacaqmış. Onlar eyni otaqda yatmışlar. Hadisə baş verən günün gecəsi eyni yataqda yatmışlar. Hadisə baş verməmişdən 1 gün əvvəl Fərid ona cinsi əlaqədə olmağı təklif etmişdir. Cinsi əlaqədə olmağı təklif etdikdə Fərid ilə arasında mübahisə baş vermişdir. Həmin gün ikisi də içkili olmuşlar. Hadisə səhərə yaxın 5-6 radələrində baş vermişdir. Fəriddən alt paltarını onun çıxardıb-çıxartmadığını soruşmuşdur. Fərid cavabında alt paltarını onun çıxartdığını bildirmişdir. Hadisə vaxtı istifadə etdiyi bıçaq qapının arxasına taxılı olmuş, həmin bıçaq özünə məxsus olmuşdur. Hadisə baş verən vaxt Fərid oyaq olmuşdur. Şokda olduğu üçün Fəridin hansı nahiyyələrinə bıçaqla vurduğunu xatırlamır. Fəridi vurduqdan sonra sonuncu qışqıra-qışqıra qaçmağa başlamışdır. O, Fəridin arxasınca qaçmamışdır. Sonuncunun qışqırığına qonşular çölə çıxmışlar. Hadisədən sonra birinci Günəşli, sonra isə Əhmədli qəsəbəsinə getmişdir. Bıçağı dənizə atmışdır. Gizləndiyi yerə taksi ilə getmişdir. Fərid onu yarıçılpaq vəziyyətdə görməmişdir. Hadisə baş verən vaxt otaq qaranlıq idi. İbtidai istintaq vaxtı müstəntiq tərəfindən ona təzyiq olunmuşdur. Fəridə bıçaq zərbələri vuran vaxt otaq qaranlıq olduğu üçün hansı nahiyyəsindən vurduğunu görməmişdir. Subaydır, 18 yaşı var. Bakirə deyil. Fəridlə cinsi əlaqədə olmamışdır. Hadisə günü Fərid ilə deyil, başqa şəxslə içki içmişdir. Həmin kafe işlədiyi yer olmamışdır. Həmin kafeyə bir-iki dəfə getmişdir. Kafedə oğlan dostu ilə içmişdir. Ailəsi Əhmədlidə yaşayır. Atası ilə mübahisə etdiyi üçün evdən getmişdir. Fəridin kim olduğunu bilməmişdir. Kollecdə təlim-təşkilatçılıq ixtisası üzrə oxumuşdur. Evdən getdikdən sonra anası ilə əlaqə saxlamışdır. Evin böyük uşağıdır. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. Fəridə bıçaqla xəsarət yetirən zaman onu öldürmək məqsədi olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, əvvəllər valideyinlərilə Əhmədli qəsəbəsində kirayə yaşasa da bir neçə aydır ki, onlardan ayrılmış və müxtəlif ünvanlarda gecələmişdir. 2024-cü ilin iyun ayının ortalarında bir neçə gün işlədiyi mağazada onunla birlikdə işləyən Tural adlı şəxslə tanış olmuşdur. Tural onun yaşamağa yeri olmadığı üçün onun Fərid adlı tanışının olduğunu ünvanında tək qaldığını bildirdi və ona kirayə mənzil tapana qədər mənzilində yaşamağını təklif etdi. O da razılaşmış və Turalın vasitəsi ilə Fəridlə tanış olub ünvan 2 ünvanda yerləşən mənzilində onunla birlikdə yaşamağa başlamışdır. İlk əvvəllər Fərid onunla yaxşı davranırdı. Lakin 2 iyul 2024-cü il tarixdə axşam saatlarında Fərid sərxoş halda mənzilə gəlmiş və mənzildə olan zaman onunla cinsi əlaqədə olmağını təklif etmişdir. O, etiraz edib xahiş etmişdir ki, səhər açılana qədər mənzildə gözləyib hava işıqlandıqdan sonra çıxıb getmişdir. Bu zaman Fəridlə arasında mübahisə baş vermişdir. Fərid onun ünvanına çox pis söyüşlər söyərək onun təhqir edərək alçaltmışdır. O, danışığına fikir verməsini bildirsə də Fərid buna əhəmiyyət verməyərək onun ünvanına söyüş söyməkdə davam etmişdir. Fəridin bu hərəkətləri ona çox pis təsir etmişdir. Lakin o, səhərin açılması üçün orada qalmalı olduğundan Fəridə baş qoşmamışdır. Fərid daha sonra yatmış və o da yatmışdır. xx.xx.2024-cü il tarixdə 6 radələrində yuxudan durduqda alt paltarının (sinəqabının) əynində olmadığını görmüş və Fəridin bu hərəkəti onu daha da qəzəbləndirmiş və onu qətlə yetirmək qərarına gəlmişdir. Həmin zaman Fərid sadəcə alt paltarı ilə yatılı vəziyyətdə idi. O, ayağa qalxaraq masanın üzərindən dəstəyi qəhvəyi rəngli bıçağı əlinə götürərək Fəridə yaxınlaşmışdır. Bıçağı havaya qaldıraraq Fəridin boğaz nahiyyəsinə sancmaq istəmişdir. Lakin yuxulu halda Fərid bir qədər tərpəndiyini görüb əlindəki bıçaqla onun ürək nahiyyəsinə iki dəfə zərbə endirmişdir. Zərbələrdən Fərid yuxudan ayılaraq qan içində olduğunu görüb qışqıraraq mənzildən bayıra çıxıb qaçmışdır. O da onun arxasınca bayıra çıxdıqda qonşuluqda yaşayan Tünzalə və İsmayıl adlı şəxslər də səsə çıxdığından ona mane oldular. Fəridin aldığı xəsarətlərlə sağ qalmayacağına əmin olduqdan sonra əlində olan bıçağı yerə ataraq mənzili tərk edib oradan uzalaşmışdır. Zərərçəkmiş şəxs onun ünvanına ağır söyüşlər söydüyü üçün onu öldürmək qərarına gəlmişdir. Fərid ona heç bir fiziki təzyiq göstərməmiş və onunla zorla cinsi əlaqədə olmamışdır. Fərid onun ünvanına ağır söyüşlər söydüyündən və onun alt paltarını o, yatılı olan zaman əynindən çıxardığından onu həyatdan məhrum etmək qərarına gəlmiş və masanın üzərində olan mətbəxt bıçağı ilə onun ürək nahiyyəsinə iki dəfə xəsarət yetirmişdir (cild 1, iş vərəqə 41-42). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü hər ikisi içkili olmuşdur. İlk başda yaşadığı evə Təqsirləndirilən şəxs, bir qədər sonra isə o, gəlmişdir. Evdə Səbinənin vəziyyəti biraz pisləşmiş və o, qaytarmışdır. Bundan sonra hər ikisi yatmağa getmişdir. Səhər o, bıçaq zərbəsinin ağrısından oyanmışdır. Oyandıqdan sonra ağrıdan qışqırmağa başlamış, onun səsinə mənzilin qarşısına gonşular gəlib ona köməklik göstərmişlər. Zərərçəkmiş şəxs məhkəmədə cinayət prosesi tərəflərinin suallarını cavablandıraraq göstərmişdir ki, hadisənin baş verdiyi tarixi dəqiq olaraq xatırlamır, təxminən yay aylarında olmuşdur. Təqsirləndirilən şəxs ilə bir evdə təxminən 20 gün yaşamışlar. Bu müddətdə Təqsirləndirilən şəxs ilə 1 dəfə cinsi əlaqədə olmuşdur. Hadisə günü hər ikisi ayrı-ayrılıqda evdən çıxmış və ayrı-ayrılıqda evə qayıtmışlar. Evə gələn zaman hər ikisi içkili olmuşdur. Hadisə günü axşam o, Təqsirləndirilən şəxs cinsi əlaqədə olmağı təklifi etməmişdir. Həmin gün ümumiyyətlə cinsi əlaqə barədə söhbət etməmişlər. Axşam aralarında bir qədər mübahisə olmuşdur. Bir-birlərinə qarşı nalayiq ifadələr işlətmişlər. Bir qədər mübahisə etdikdən sonra, təxminən gecə saat 2 radələrində onlar yatmağa getmişlər. Yuxudan oyanan zaman bıçaqlandığı məlum olmuşdur. Təqsirləndirilən şəxs onu yatdığı vəziyyətdə bıçaqla vurmuşdur. O, xəsarətin ağrısından yuxudan oyanmışdır. Ağrıdan oyanan zaman Səbinə ona sakit olmağını bildirmişdir. O, Təqsirləndirilən şəxs soyundurmamış və ona əxlaqsız təkliflər etməmişdir. O, bıçaq zərbəsindən oyandıqdan sonra qışqırmağa başlamış və onun səsinə mənzilə qonşular yaxınlaşmışlar. Hadisə mənzillər arasında olan dəhliz üzrə quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmışdır. Qonşular kömək etmək məqsədi ilə mənzilə yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs bıçaqla ona 2 zərbə endirmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs onu öldürmək istədiyi barədə heç nə deməmişdir. Hadisə günü Təqsirləndirilən şəxs geyimli vəziyyətdə yatmışdır. Təqsirləndirilən şəxs təxminən səhər saat 07:05 radələrində ona bıçaqla xəsarət yetirmişdir. Hadisə baş verən zaman otaqda işıq sönülü olmuşdur. Hadisədən qabaq aralarında mübahisələr olmamışdır. Hadisə günü o, içkili olsa da, ayıq vəziyyətdə olmuş, ancaq Səbinə sərxoş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs təxminən 20 gün müddətində onunla bir evdə yaşamışdır. Sonuncu ilə aralarda yanlız bir dəfə könüllü razılıq ilə cinsi əlaqə olmuşdur. Hadisə günü o, Təqsirləndirilən şəxs əxlaqsız təkliflər etməmişdir. Kamera ilə qeydə alınan videogörüntüdə onun bıçaq xəsarətindən sonra mənzildən dəhlizə çıxmağı müşahidə olunur. Təqsirləndirilən şəxs ona hansı şəkildə bıçaqla xəsarət yetridiyini görməmiş, o, bıçaq zərbəsindən sonra oyanmışdır. Qonşular mənzilə yaxınlaşandan sonra o, mənzildən kənara çıxa bilmişdir. İsmayıl adlı şəxsi tanıyır, sonuncu ona hadisə zamanı köməklik göstərmişdir. İbitidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Səbinə özü də onun bir otaqda qaldığını əvvəldən bilərək razılaşmışdır, onlar bir yataqda yatmış, bir neçə dəfə təbii yolla Səbinənin öz razılığı ilə cinsi əlaqədə də olmuşlar. Onlar sevgili olmamış, sərbəst münasibəti olmuşdur. O, başqa qızlarla görüşmüş, Səbinə özü də səhər çıxıb gecə evə gəlmişdir. Bəzən Səbinə evə gəlməmiş, o, maraqlanmamışdır. Sadəcə bir yerdə qaldıqları zaman bir neçə dəfə hər ikisinin razılığı ilə cinsi əlaqədə olmuşlar. Səbinə özü çox vaxt sərxoş vəziyyətdə evə gəlmiş, gələn kimi də yatmışdır. 2 iyul 2024-cü il tarixdə gecə saatlarına kimi o, dostları ilə birgə Qaraçuxur qəsəbəsində yerləşən pivəxanada pivə içmişdir. 3 iyul 2024-cü il tarixdə saat təxminən 1 radələrində evə gəlmiş, Səbinə evdə olmamışdır. Təxminən yarım saat sonra Səbinə də sərxoş halda evə gəlmiş, Səbinənin harada, kimlə içdiyini bilməmişdir. Səbinə evə gələndə ayaq üstə güclə dayanaraq onun yanında əynini dəyişib, şalvarını, köynəyini və döşlüyünü çıxararaq əynində alt paltarı və mayka ilə qalmışdır. Səbinənin ürəyi bulandığından hamama keçib qusmağa başlamışdır. O, Səbinənin arxası ilə hamama keçib kömək edərək üzünəbaşına su vurmuşdur. Lakin Səbinə ayılmadığından o, danlamaq məqsədilə sonuncuya “bir də bu qədər içsən sənin ağzını cıracam” demişdir. Səbinə isə ona qarşılığında “sən mənim şeyimi yeyərsən” deyərək cinsi orqanının adını çəkmişdir. O, Səbinədən bu sözü heç gözləmədiyini, sonuncuya yaxşılığı üçün irad tutdugunu demiş, ona bir daha söyməməsinə görə xəbərdarlıq etmişdir. Bundan sonra heç bir mübahisələri olmamış, Səbinə “ok” deyib yatmışdır. Səbinə sərxoş olduğuna görə o, baş qoşmamışdır. Onlar adətən, eyni yataqda ayaq baş yatmışlar. Həmin gecə də eyni qaydada ayaq baş uzanmışlar. Səbinə saat 2 radələrində artıq yatmış, o, isə telefonla oynamışdır. Səbinəyə nəsə ola biləcəyini, qusa biləcəyini düşünüb yatmamışdır. Təxminən saat 6 radələrinə kimi telefonla oynayıb çay içib, siqaret çəkmiş, saat 6 radələrində yatmışdır. Bundan sonra sinəsində ağrı hiss edib oyandıqda sinəsindən fışqıran qanı və Səbinənin əlində bıçaqla başının üstündə durduğunu görmüş, dərhal qışqırıb sonuncunu itələmişdir. Sinəsindən qan axdığından kömək çağırmış, Səbinə otaqda masanın üzərindən ikinci bıçağı da əlinə götürmüş, qıcanaraq yenə onu vurmaq istəmişdir. O, qışqıranda yan otaqda kirayədə qalan İsmayıl səsə çıxaraq onların qapısını döymüş, “Fərid nolub” deyə səslədikdə İsmayılın da səsini eşidib özündə güc tapıb otaqdan qaçaraq İsmayılın qaldığı otağa girmişdir. İsmayıl onların otağının yanına kimi gəlmişdir. Səbinə çölə çıxıb İsmayılı görüb içəri girmişdir. Səbinə İsmayıla görə onun arxasınca gələ bilməmişdir. Səbinə onu yenə vurub öldürmək istəmişdir. İsmayıl ona ilkin tibbi yardım göstərmiş, İsmayılın birlikdə yaşadığı xanım Tünzalə isə tibbi yardıma və polisə məlumat vermişdir. Həkimlər gəlib onu xəstəxanaya aparmışlar, daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Səbinə onu vurandan sonra gizlənsə də, bildiyi qədər bir neçə gün sonra tutulmuşdur. Hadisə olan gecə o, evə Səbinədən tez gəlmişdir. Səbinə özü evə sərxoş vəziyyətdə gələrək qusmuş, o, isə Səbinəyə kömək etmişdir. Səbinə özü alt paltarını çıxararaq mayka geyinmişdir, o, Səbinənin alt paltarına toxunmamışdır. Səbinənin istəyi olmadan sonuncuya heç vaxt toxunmamışdır. Həmin gecə də ona içməyinə görə, həmçinin qusduğuna görə qonşuların səsləri eşitdiyindən ayıb olduğunu bildirərək Səbinəyə irad tutmuşdur. Səbinənin dedikləri yalandır. Səbinənin onu öldürməyə çalışması üçün heç bir əsaslı səbəb olmamışdır. Səbinə onun sinə nahiyəsinə iki bıçaq zərbəsi yetirmişdir. Səbinənin özünün üstündə həmişə qatlanan metallik rəngdə bıçaq olmuş, sonuncu hər iki xəsarəti ona həmin bıçaqla yetirmişdir. Zərbələrin təsirindən yuxudan oyanıb Səbinəni itələdikdə sonuncu daha çox zərbə vurub onu öldürməsi üçün masanın üzərində olan dəstəyi qəhvəyi rəngli olan mətbəx bıçağını da əlinə götürmüşdür. Hadisə vaxtı Səbinənin əynində qara rəngli kənarları ağ cızıqlı idman şalvarı və köynəyi olmuşdur. Səbinə onu yatmış vəziyyətdə bıçaqla vurarkən əynində yalnız tuman olmuşdur, xəstəxanaya da həmin vəziyyətdə getmişdir, həmin tuman xəstəxanada olan vaxt əynində olsa da xəstəxanadan çıxandan sonra yuyulmuşdur. Səbinə avara həyat tərzi sürmüş, işləməmiş, bütün xərclərini o, qarşılamışdır. Onun Səbinənin tanışları ilə əlaqəsi olmamışdır (cild 1, iş vərəqi 83-87). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisənin şahidi olmamışdır. Sadəcə olaraq təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs ona məxsus evdə kirayədə qalmışlar. Hadisə ilə bağlı onunla əlaqə saxlanılmış və o, kirayəyə verdiyi mənzilə yaxınlaşaraq zərərçəkiş şəxsin xəsarət aldığını görmüşdür. Təqsirləndirilən şəxsin Fərid adlı şəxsi bıçaqladığı ona sonradan məlum olmuşdur. Dəhliz üzrə quraşdırılmış kameralarla çəkilmiş videogörüntüyə baxdıqda xanımın mənzildən qaçaraq uzaqlaşdığını görmüşdür. Şahid4 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, mənzili Fərid adlı şəxsə kirayəyə vermişdir. Fərid adlı şəxs hadisədən qabaq onun evində usta kimi işləmişdir. Xanımın həmin evdə yaşadığı barədə xəbəri olmamışdır. O, mənzilə yaxınlaşan zaman xanımın əlində hər hansı bir əşya görməmişdir. İbitdai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kafedə ofisiant işləmişdir. Sonradan həmin işdən çıxmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra onunla görüşmüş və hadisəni ona danışmışdır. Səbinənin dediklərinə görə onunla bir evdə qalan bir nəfər ona qarşı nalayiq ifadələr işlətmiş, fiziki güc tətbiq etmiş və onunla cinsi əlaqədə olmaq istəmişdir. Səbinə əsəbləşdiyindən növbəti gün səhər saatlarında onu bıçaqlamışdır. Ancaq danışdıqlarının dəqiq məlumat olduğunu bilmədiyi üçün Səbinəyə inanmamışdır. Həmin görüşdən sonra o, Səbinə ilə bir daha görüşməmişdir. Bir müddət sonra artıq kənar şəxslərdən Səbinənin kimisə bıçaqladığını eşitdikdə sonuncunun ona danışdıqlarının yalan olmadığını anlayıb bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişdir. Şahid7 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, zərərçəkmiş şəxsi tanımır. Bir evdə qaldığı şəxsi bıçaqladıqdan sonra Səbinə onunla görüşərək baş verənləri danışmışdır. Pünhanı tanıyır. Səbinə onunla görüşən zaman üzərində qan ləkələri olmamışdır. İbitidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, fəhlə işləyir. Təqsirləndirilən şəxs kafedə ofisiant kimi xidmət göstərmişdir. O, həmin kafəyə çay içmək məqsədi ilə getmiş və orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sonuncu ilə arasında hər hansı əlavə ünsiyyət və ya münasibət olmamış, aralarında yoldaşlıq münasibətləri olmuşdur. Onun Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs bir nəfəri bıçaqladığını sonuncu polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra kafedə işləyənlərdən eşitmişdir. Şahid6 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, bir müddət sonra çay içmək üçün kafeyə gələn zaman oranın müdiri Təqsirləndirilən şəxs bir nəfərlə mübahisə edərək onu bıçaqladığını və nəticədə polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Hadisə baş verdikdən bir ay sonra rayon prokurorluğu tərəfindən ifadə vermək üçün çağırılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Tünzalə ilə bir ilə yaxındır ki, sevgi münasibətindədir. Təxminən 2 aydır ki, ünvan 1 ünvanında yerləşən İsmixan adlı şəxsə məxsus bir otaqlı evdə kirayədə yaşayırlar. Onlardan başqa orada olan digər otaqlarda başqa şəxslər qalır. Zərərçəkmiş şəxs qeyd edilən ünvanda yaşamağa başladıqdan sonra tanımışdır, Fərid yandakı otaqda qalmış, sonuncu ilə normal münasibətləri olmuşdur. Fərid usta işləmişdir. Fərid son 1-2 həftədə adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı bir qızla qalmağa başlamışdır. Səbinə ilə onun münasibəti olmamış, Səbinənin bədən nahiyəsində çoxsaylı döymələr olmuşdur. O, Fəridi normal, zəhmətkeş insan kimi tanımış, Fəridin artıq hərəkətini görməmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında evdə olmuş, Tünzalə saat 21-22 radələrində çıxıb işə getmiş və növbəti gün saat 5 radələrinə kimi işdə olmuşdur. O, axşam gec və ayıq yatır. Gecə saat 01-02 radələrində Fəridin otağından Fəridlə Səbinənin birbirilərini söydüklərini eşitmişdir. Müdaxilə etməmiş, bir qədər sonra səs kəsilmiş, daha sonra o, yatmışdır. Səhər saat 5 radələrində Tünzalə gələn zaman o, qapını açmış, sonuncu evi yığışdıraraq yemək hazırlamışdır. Səhər yemək yedikdən sonra yenicə yerlərinə uzanmışlar ki, Fəridgilin otağından sonuncunun qışqırıq səsini eşitmişlər. Dərhal gedib Fəridin qapısını döyərək onu səsləmiş, sonuncu anidən qapını açıb əynində yalnız alt tumanı ilə ona tərəf qaçmışdır. Fəridin sinəsindən qan axmış, sonuncu əli ilə sinəsini tutub onların otağına daxil olmuş və girişdə yerə uzanmışdır. Səbinə Fəridin arxası ilə çıxmış, hər iki əlində 1 ədəd olmaqla əllərində 2 ədəd bıçaq olmuşdur. O, Səbinəyə “sən neynəmisən” dedikdə, sonuncu cavab verməmişdir. Əlində bıçaq olduğundan heç nə etməmiş, Fəridə kömək etmək üçün otağa keçmişdir. Tünzalə dərhal hüquq-mühafizə orqanına və təcili yardıma zəng vurmuşdur. O, dəsmal ilə qan çox axmaması üçiın Fəridin yarasını tutmuşdur. Səbinə isə qaçıb getmişdir. Fərid Səbinə tərəfindən yatdığı yerdə bıçaqlandığını demişdir. Fərid Səbinəni yedizdirib-içizdirdiyini, sonda isə Səbinə tərəfindən bıçaqlandığını bildirmişdir. Fəridin deməsinə görə o, köməyə getməsəydi Səbinə Fəridi öldürüləcəkdi. Daha sonra hadisə yerinə təcili yardım və polis əməkdaşları gələrək Fəridi xəstəxanaya aparmışlar. Həmin vaxt oyaq olmuş, yalnız Fəridin qışqırıq səsini eşitmiş, ondan əvvəl heç bir danışıq səsi eşitməmişdir. Orada divarlar nazik olduğundan bir qədər möhkəm danışan zaman səs eşidilir, lakin orada hadisədən qabaq hər hansı danışıq səsi eşitməmişdir. Həmin vaxt erkən saatları olduğundan hər yer sükut içində olmuş, adi səs də eşidilmişdir. Fərid və Səbinə bir otaqlı evdə qaldığından onların sevgi münasibətində olduqlarını düşünmüşdür. Fərid və Səbinə ilə münasibəti olmadığı üçün aralarındakı münasibət barədə dəqiq məlumatı olmamışdır. Hadisədən əvvəlki gecə Səbinə kimisə köməyə çağırmamış, sadəcə Fəridlə birbirilərini söymüş, sonra sakitləşmişlər, Fəridin zorla Səbinə ilə cinsi əlaqədə olması barədə, ümumiyyətlə, məlumatı olmamışdır. Hadisədən sonra Səbinə qaçıb getmiş, sonuncunu görməmiş, hara getməsini bilməmişdir. Hadisə vaxtı orada o, Tünzalə, Fərid və Səbinə olmuş, başqa kiminsə olmasını görməmişdir. Fəridin yarasına tutduğu dəsmalı hadisədən soma həmin günü Tünzalə atmışdır. Bildiyinə görə Səbinə Fəridi vurduğu bıçağı özü ilə aparmışdır. Hadisə vaxtı isə Səbinənin hər iki əlində 1 ədəd olmaqla 2 ədəd bıçaq olmuşdur. Hadisədən sonra yerdə qəhvəyi rəngli taxta dəstəyi olan mətbəx bıçağı olmuş, lakin o, bıçağın üzərində qan ləkəsi olmamışdır. O, Səbinənin həmin bıçağı qaçan zaman yerə atdığını düşünmüşdür (cild 1, iş vərəqi 144-147). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqi 149-152). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, maşın ustası işləyir, Təqsirləndirilən şəxs bir neçə aydır ki, tanımışdır. Arabir Qaraçuxur qəsəbəsində yerləşən “Mebelim” deyilən yerdə yerləşən kafeyə gedib-gəlmişdir. Səbinə həmin kafedə ofisiant işləmişdir. Həmin vaxtdan Səbinə ilə salamsağolları yaranmışdır. Səbinə ilə aralarında heç bir yaxınlıq olmamış, sadəcə dostluq etmişlər. Bildiyi qədər Səbinənin sevgilisi olmuşdur. Səbinə spirtli içki içərək siqaret çəkmiş, bədən nahiyəsində çoxsaylı döymələr olmuşdur. Səbinə kafedə bir müddət işlədikdən sonra işdən çıxmış, sonuncu ona daha çox oğlanlarla dostluq etdiyini demişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Səbinə ilə danışmış, sonuncu görüşüb içki içərək dərdləşmək istədiyini bildirmişdir. Axşam saat 21-22 radələrində Səbinəni Qaraçuxur qəsəbəsində 24 saylı notariusun yanında idarə etdiyi “Megan Daica” markalı avtomobillə götürüb Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birinə aparmış, orada oturub yemək yemişlər. Səbinə spirtli içki olan araq içmişdir. Bir neçə saat orada oturub söhbətləşmişlər, Səbinə çox içdiyinə görə sərxoş olmuşdur. Gecə saat 1 radələrində Səbinəni öz avtomobili ilə Qaraçuxur qəsəbəsində kirayədə yaşadığı evə düşürtmüşdür. Bundan sonra öz evinə gedərək yatmışdır. Növbəti gün Qaraçuxur qəsəbəsində iş yerinə gedərkən Səbinənin kimisə bıçaqlayaraq qaçdığını, polis əməkdaşları tərəfindən axtarıldığını eşitmişdir. Eşitdiyinə görə Səbinə söyüşə görə yaşadığı oğlanı bıçaqlamışdır. Bundan sonra Səbinədən xəbəri olmamışdır. Bir neçə gün sonra Səbinənin tutulduğunu eşitmişdir. Zərərçəkmiş şəxs adlı şəxsi tanımamış, Səbinə ilə münasibətləri barədə heç nə bilməmişdir. Sonradan Səbinənin tutulduğunu, bir yerdə yaşadığı oğlanı bıçaqladığını eşitmişdir. O, hadisədən qabaq Səbinənin oğlanla yaşadığını bilməmiş, sonuncunun tək yaşadığını düşünmüşdür. Hadisədən sonra Səbinə ilə danışmamış, sonuncunu görməmiş, harada və kimin yanında olmasını bilməmişdir. Səbinə ilə sadəcə tanış olmuşlar, aralarında hər hansı yaxınlıq olmamışdır (cild 2, iş vərəqi 22-24). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailəsi Qazax rayonunda yaşasa da, özü Bakı şəhərində şərab evində satıcı işləmişdir. Təqsirləndirilən şəxs bir neçə ildir ki, Qazax rayonundan tanımışdır. Səbinə ilə salam-sağolları olmuşdur. 2024-cü ilin iyun ayınadək nadirən danışmışlar. 2024-cü ilin iyun ayında Səbinə ona yazmış, bundan sonra arabir danışmışlar. Aralarında başqa münasibət olmamışdır. Səbinənin əhatəsində olan insanları tanımamış, sonuncu ilə sadəcə yerli kimi danışmışlar. Səbinənin harada qaldığını, kimlə yaşadığını bilməmiş, qızlarla birlikdə kirayədə yaşadığını düşünmüşdür. 3 yaxud 4 iyul 2024-cü il tarixdə, Səbinə onun iş yerinə, Əhmədli qəsəbəsinə gələrək yaxınlıqda parkda onunla görüşmüş, ona bir yerdə qaldığı oğlanla dalaşaraq, həmin oğlanı söyüb qaçdığını, buna görə qalmağa yeri olmadığını bildirmişdir. Daha sonra ondan qalmağa yer tapmağını xahiş etmiş, o, Səbinəyə yer tapa bilməyəcəyini demişdir. Ailə üzvləri evdə olduğu üçün Səbinəni öz qaldığı evə aparmamışdır. Bundan sonra Səbinə çıxıb getmişdir. Bir neçə gün Səbinə ilə danışmamışlar, hətta zəng edib maraqlanmamışdır. Bir neçə gün sonra dostları ilə Noxvanı çimərliyində olarkən Səbinə başqa nömrədən zəng edərək harada olduğunu soruşduqda o, yerini demiş, sonuncu gəlmək istədiyini bildirdikdə o, etiraz etməmişdir. Bir saat sonra Səbinə onun olduğu yerə gəlmiş, bir qədər çimdikdən sonra dostunun maşını ilə Səbinəni dediyi yerə, yəni Əhmədli qəsəbəsində yerləşən Nargilə deyilən restoranın yaxınlığında düşürmüşdür. O, öz işinə getmişdir. Bundan sonra polis əməkdaşları iş yerinə yaxınlaşıb Səbinəni axtardıqlarını demişlər, o, Səbinəni düşürdüyü yeri polis əməkdaşlarına bildirmişdir. Həmin vaxt polis əməkdaşlarından Səbinənin bir yerdə qaldığı oğlanı bıçaqladığını öyrənmişdir. Daha sonra Səbinənin polislər tərəfindən saxlandığını bilmişdir. Zərərçəkmiş şəxs adlı şəxsi tanımır. Səbinə ilə münasibətləri barədə heç nə bilməmişdir. X2 adlı şəxslə birlikdə yaşadığını və sonuncunu bıçaqladığını bilmişdir. Səbinə ona kimisə bıçaqladığını deməmiş, sadəcə birlikdə qaldığı oğlanla dalaşdığını, oğlanı söydüyünə görə qorxub qaçdığını bildirmişdir (cild 2, iş vərəqi 28-30). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-tibbi ekspertizasının 676 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində iki tərəfli pnevmohemotoraksla müşayiət olunan boşluğa nüfuz edən döş qəfəsinin iki ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarda qeyd olunan xx.xx.2024cü il tarixdə törənə bilər və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə alınmaları inkar olunmur. Xəsarət yetirilərkən şəxs müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Belə ki, şəxsin özünün göstərdiyi şəraitdə, yəni zərərçəkmişin uzanıqlı vəziyyətində olmaqla yetirilməsi inkar olunmur. Zərərçəkmiş şəxs bədən səthində digər xüsusiyyətə malik xəsarət aşkar edilməmişdir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin eyni xüsusiyyətə malik müxtəlif deşici-kəsici əşyaların, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın təsirindən alınmaları inkar edilmir (cild 1, iş vərəqi 199-202). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış komisyon kompleks ambulator məhkəmə psixiatriya və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2613 nömrəli rəyindən görünür ki, müayinədən keçən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsmn əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, xarakterində konfliktə meyillilik, inadkarlıq, nümayişkaranəlik, ətrafdakıların diqqətini öz üzərinə yönəltmək, eqosentrizm kimi xüsusiyyətlər aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. İctimai təhlükəli əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxsmn hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Ona ittiham olunan əməlindən sonra hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Onda xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Cinayət əməlini törədən zaman psixi emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. Cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır (cild 1, iş vərəqi 203-206). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-ci il tarixli 6295 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya və xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 207-209). Cinayət işinin materiallarında olan 3 iyul 2024-cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. Hadisə yerinə baxış zamanı evin həyətində yerdə olan bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 4-9). Cinayət işinin materiallarında olan 2 avqust 2024-cü il tarixli diskə baxış protokolundan görünür ki, evin qarşısında qara rəngli avtomobil dayanaraq, içərisindən bir nəfər qadın cinsli şəxs düşüb evə daxil olur, həmin şəxs yeriyərkən bir qədər səndələyir, daha sonra qapını döyərək gözləyir, bir qədər sonra qapı açılaraq içəri daxil olur, bu vaxt saat 01:01-dir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs avtomobildən düşən şəxsin özü olduğunu, tanışı ilə yeyib-içdikdən sonra tanışının onu evə düşürdüyünü, həmin vaxt sərxoş olduğunu, daha sonra qapını döydüyünü və Zərərçəkmiş şəxs qapını açaraq onu evə buraxdığını bildirdi. İkinci fayla baxış zamanı saatın 07:04 olması görünür. Bu zaman anidən “oy blə, oy blə, ay nağarsan” səsləri eşidilir. Digər otaqdan çıxan kişi cinsli şəxs yandakı otağın qapısını döyərək “Fərid, ay Fərid” deyə səsləyib nə olduğunu soruşur. İçəridən inilti səsi eşidilir. Bu zaman əynində tuman olan kişi cinsli şəxs otaqdan qaçaraq çıxır, həmin şəxs əlləri ilə sinəsini tutaraq yandakı otağa daxil olur. Daha sonra qadın cinsli şəxsin otaqdan çıxması müşahidə olunur, əynində qara rəngli idman köynəyi və qara rəngli idman şalvarı, sag əlində bıçağabənzər predmet olması görünür. Daha sonra o, otağa daxil olur. Bir neçə saniyə sonra isə otaqdan cəld çıxaraq naməlum istiqamətdə qaçır, qaçarkən sağ əlində bıçağa bənzər predmet olması görünür. O, otaqdan çıxıb qaçarkən yerə əşya düşsə də, əşyanın nə olduğu aydın seçilmir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs qışqıran şəxsin Zərərçəkmiş şəxs olduğunu, Fəridə bıçaq xəsarətləri yetirdikdən sonra Fəridin qışqırıb onu itələdiyini, bundan sonra yan otaqdan səsə çıxıb qapını döyən şəxsin Şahid1 olduğunu, əlində bıçaq olan şəxsin isə özü olduğunu bildirdi. Təqsirləndirilən şəxs bildirdi ki, bundan sonra Fərid otaqdan çıxaraq qaçmış və İsmayılgilin otağına sığınmışdır. O isə qorxub Fəridə xəsarət yetirdiyi bıçağını da götürüb qaçmışdır. O, qaçarkən otağın qarşısında yerə düşən əşyanın digər bıçaq, yəni mətbəx bıçağı ola biləcəyini, lakin mətbəx bıçağın əlinə götürdüyünü xatırlamadığını bildirmişdir (cild 1, iş vərəqi 137). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “əşyanın tanınma üçün təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilən bıçaqları nəzərdən keçirib həmin bıçaqların heç birinin hadisə zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçaq olmadığını, sonuncunun istifadə etdiyi bıçağın dəstəsinin gümüşü rəngli, tiyəsinin də bir qədər nazik və qatlanan bıçaq olduğunu bildirdi. Həmçinin 2 nömrə ilə qeyd olunmuş bıçağın yaşadığı evdəki mətbəx bıçağı olduğunu, Təqsirləndirilən şəxs ona xəsarət yetirdikdən sonra sonuncunu itələdikdə, Təqsirləndirilən şəxs masanın üzərindən həmin bıçağı da əlinə götürdüyünü, lakin ona həmin bıçaqla xəsarət yetirmədiyini bildirmişdir (cild 1, iş vərəqi 88). Cinayət işinin materiallarında olan 30 oktyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd mətbəx bıçağı və Təqsirləndirilən şəxs istifadəsində olmuş, polis əməkdaşları tərəfindən istintaqa təqdim edilmiş “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 2, iş vərəqə 57-80). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 153). Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 27). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 9 iyul 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 49- 51). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını qeyd etmişir (cild 1, iş vərəqi 167). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.9-cu maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-63.4-cü maddələrinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 9cu bəndində qeyd edilmişdir ki, başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.9-cu maddələri ilə CM-in 60.1-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “xüsusilə ağır cinayətlər” sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 9 iyul 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd “Samsung” markalı mobil telefon onun qohumlarına qaytarılmalıdır. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 9 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd “Samsung” markalı mobil telefon onun qohumlarına qaytarılsın. Hökm elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar