Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-761/2022 29.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X14 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4, Ölmüş Zərərçəkmiş şəxs1 hüquqi varisi - əri X1, ölmüş Zərərçəkmiş şəxs2 hüquqi varisi - əri X5, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1980-ci il tarixdə Salyan rayonu, Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sürücü işləmiş, əvvəllər məhkum olunmuş (Salyan rayon məhkəməsinin 18 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 13 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş), məhkumluğu ödənilməmiş, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə və ağır xəsarət almasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 2 noyabr 2021-ci ildə saat 4:30 radələrində idarə etdiyi “Ford Transit” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci kilometrliyində Bakı istiqamətində üçzolaqlı yolun orta zolağı ilə 90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi il digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək, sükan arxasında yuxuladığından idarə etdiyi avtomobilin qabaq sağ tin hissəsi qarşısında eyni istiqamətdə sağ hərəkət zolağı ilə 30-40 km/saat sürətlə hərəkətdə olan Şahid idarə etdiyi “Howo ZZ3257N3847A” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tin və sol yan hissələri ilə toqquşmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan iki şəxsin ölümünə, yəni “Ford Transit” markalı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs1 baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan sağ almacıq, alt çənə sümüklərinin sınıqları və başın alın, sağ qaş və sağ gözətrafı nahiyələrinin, başın sağ gicgah nahiyəsinin əzilmişcırılmış yaraları, sağ baldırın orta 1/3-nin dəri defektli əzilmiş-cırılmış yarası ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində, Zərərçəkmiş şəxs2 baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ bazunun qançırı ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq xəstəxanaya aparılarkən yolda ölmələrinə, Zərərçəkmiş şəxs3 daxili qanaxma ilə müşayiət olunan qaraciyərin cırılması (cərrahi əməliyyatla bərpası), sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, yerdəyişən sınığı (cərrahi əməliyyatla bərpası), sağ baldırın yuxarı 1/3-nin kəsilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran bədən xəsarəti almasına, habelə “Howo ZZ3257N3847A” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs4 6.482 manat maddi ziyan yetirilməsinə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla baş etibarnamə əsasında özünə məxsus “Ford Transit” yük markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Həmin avtomobillə sərnişin, yük daşımaqla məşğul olmuşdur. 2 noyabr 2021-ci il tarixdə gecə saat 3:30 radələrində idarə etdiyi avtomobillə Neftçala rayonu, Şorkənd kəndi ərazisindən 3 nəfər əvvəllər sərnişin qismində Bakı şəhərinə aparıb gətirdiyi üçün tanıdığı Zərərçəkmiş şəxs1, Əhilə Aşurova və Zərərçəkmiş şəxs3 sərnişin qismində avtomobilinə mindirib Bakı şəhərinə gəlmək üçün yola düşmüşlər. Əhilə Aşurova qabaq sağ oturacaqda, Zərərçəkmiş şəxs1 arxa sağ oturacaqda, Sulduzə isə arxa sol oturacaqda əyləşmişdir. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, təxminən 1 ton yük olmuşdur. Saat 4:30 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən hissəsi ilə üçzolaqlı yolun orta zolağı ilə təxminən 90 km/saat sürətlə Bakı şəhəri istiqamətinə hərəkətdə olmuşlar. Həmin vaxt yorğun olmuş, lakin fikirləşmişdir ki, Bakı şəhərinə çatdıqdan sonra yatıb istirahət edər. Hərəkətini davam etdirdiyi vaxt anidən sükan arxasında yuxulamış və ayıldıqda görmüşdür ki, idarə etdiyi avtomobil qarşıda eyni istiqamətdə sağ zolaqda dayanmış “Howo ZZ3257N3847A” markalı yük avtomobilinə çatır. O həmin avtomobillə toqquşmamaq üçün ayağını tormoza atıb sükanı sola bursa da, hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qabaq sağ hissəsi “Howo ZZ3257N3847A” markalı yük avtomobilinin arxa sol tin hissəsinə dəyərək toqquşmuşdur. Toqquşmadan sonra idarə etdiyi avtomobil “Howo ZZ3257N3847A” markalı yük avtomobilinin sol yan hissəsinə sürtünərək qarşıya keçib “Howo ZZ3257N3847A” markalı yük avtomobilinin qarşısında, qabaq hissəsi yolun sağ kənarına doğru perpendikulyar vəziyyətdə dayanmışdır. O, tez avtomobildən düşüb sağ tərəfdən sərnişinlərə yaxınlaşmışdır ki, onlara kömək edib avtomobilin salonundan çıxarsın. Lakin onlar xəsarət alıb avtomobilin salonunda sıxılmış vəziyyətdə qaldığından onlara kömək edə bilməmişdir. Hadisə şahidləri FHN və TTYS-na zəng edib məlumat vermişlər. Az sonra hadisə yerinə FHN-nin əməkdaşları gəlmiş və sərnişinləri avtomobilin salonundan çıxarmışlar. Orada ona məlum olmuşdur ki, sərnişinlərdən Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən ölmüşdür. Digər iki sərnişini isə TTY avtomobili ilə xəstəxanaya aparmışlar. Hadisə nəticəsində o, yüngül xəsarətlər alsa da, xəstəxanaya getməmiş, hadisə yerində qalıb sənədlərini polis əməkdaşlarına təqdim edib keçirilən baxışda iştirak etmişdir. Sonradan ona məlum olmuşdur ki, hadisə nəticəsində xəsarət almış Əhliyə Aşurova da xəstəxanaya aparılarkən yolda aldığı xəsarətlərdən ölmüşdür. Həmçinin hadisə yerində ona məlum olmuşdur ki, idarə etdiyi “Ford Transit” markalı yük avtomobilinin toqquşduğu avtomobil Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşayan Şahid idarə etdiyi “Howo ZZ3257N3847A” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili olmuşdur.Sükan arxasında yuxuladığı üçün idarə etdiyi avtomobil yük avtomobili ilə toqquşmuşdur. İdarə etdiyi avtomobilin sağ hissəsi yük avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı avtomobili yüksək sürətlə idarə etməmişdir. “Howo ZZ3257N3847A” markalı yük avtomobilinin sürətli hərəkət edib-etmədiyini xatırlamır. Ölən zərərçəkmiş şəxslər sağ tərəfdəki qabaq və arxa oturacaqlarda əyləşmişlər. Mərhum zərərçəkmiş şəxslərin dəfn xərcləri ilə bağlı ailələrinə, Zərərçəkmiş şəxs3 isə xəstəxana xərclərinin ödənməsinə köməklik göstərmişdir. “Howo ZZ3257N3847A” markalı yük avtomobilinə dəymiş maddi ziyanı ödəmişdir. Hadisə günü yorğun olmuşdur. Avtomobilində hər hansı texniki nasazlıq olmamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varislərinin və şahidin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, “Howo ZZ3257N3847A” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili 2019-cu ilin iyul ayında etibarnamə əsasında qonşusu Şahid vermişdir. Mehman həmin avtomobillə yük daşımaqla məşğul olmuşdur. 2 noyabr 2021-ci il tarixdə Mehman ona zəng edərək bildirmişdir ki, idarə etdiyi avtomobillə İmişli rayonu ərazisindəki karxanadan təxminən 20 ton qum yığıb Bakı şəhərinə qayıdarkən gecə saatlarında Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən hissəsində “Ford Transit” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili onun idarə etdiyi avtomobilin arxa hissəsinə çırpılaraq yol nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində 2 nəfər sərnişin ölmüşdür. Hadisənin baş verməsinə səbəb “Ford Transit” yük markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması olmuşdur. Hadisə nəticəsində yük avtomobilinin əzilməsi ilə ona 6.482 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, 2 noyabr 2021-ci il tarixdə saat 04:30 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş xx.xx.1963-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 arvadıdır. Arvadı İradə ağartı məhsulları, meyvə-tərəvəz satışı ilə məşğul olmuş və həmin məhsulları mütəmadi olaraq Salyan rayonu, Xalac kəndində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transt” yük markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə gətirib satmışdır. 2 noyabr 2021-ci il tarixdə gecə saatlarında arvadı İradə, qonşusu Zərərçəkmiş şəxs2 və Ulduzə Məhərrəmova birlikdə yenə də ağartı məhsulları satmaq üçün Seymurun idarə etdiyi avtomobillə Bakı şəhərinə yola düşmüşlər. Həmin gün saat 6 radələrində evdə olduğu vaxt qonşusu Natiq Bağırov onun mobil telefonuna zəng edərək bildirmişdir ki, Seymur idarə etdiyi avtomobillə Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisində yol nəqliyyat hadisəsi törədib və hadisə nəticəsində İradə və Əhliqə aldıqları bədən xəsarətlərində vəfat etmişlər, Ulduzə isə xəsarətlər almışdır. Belə olduqda o, Bakı şəhərinə gəlmiş və arvadı İradənin meyiti Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 19 saylı xəstəxananın meyitxanasında ekspertlər tərəfindən müayinə olunduqdan sonra onlara təhvil verilmiş və İradəni həmin gün yaşadıqları Neftçala rayonu, Şorkənd kənd qəbirstanlığında dəfn etmişlər. Sonradan həmçinin ona məlum olmuşdur ki, Seymur idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən sükan arxasında yuxuladığından avtomobil yoldan çıxaraq sağ zolaqla hərəkətdə olan yük avtomobilinin arxa hissəsinə çırpılmışdır. İradə ilə nikahdan 2 övladı var. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, 2 noyabr 2021 -ci il tarixdə saat 4:30 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci kilometrində kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs2 onun arvadıdır. xx.xx.1975-ci il təvəllüdlü olmaqla onların 2 övladı var. Arvadı Əhliqə ağartı məhsulları, meyvə-tərəvəz satışı ilə məşğul olmuş və həmin məhsulları mütəmadi olaraq Salyan rayonu, Xalac kəndində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” yük markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə gətirib satmışdır. 2 noyabr 2021-ci il tarixdə də gecə saatlarında arvadı Əhliqə, qonşusu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə birlikdə yenə də ağartı məhsulları satmaq üçün Seymurun idarə etdiyi avtomobillə Bakı şəhərinə yola düşmüşlər. Həmin gün saat 05:30 radələrində evdə olduğu vaxt yeznəsi Elnur Məhərrəmov mobil telefonuna zəng edərək bildirmişdir ki, Seymur idarə etdiyi avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisində yol nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində İradə aldığı bədən xəsarətlərindən vəfat etmiş, Əhliqə və Sulduzə xəsarətlər aldıqlarından onları xəstəxanaya aparmışlar. Belə olduqda o, Bakı şəhəri KTM-nə gəlmiş və orada ona məlum olmuşdur ki, arvadı Əhliqə aldığı xəsarətlərdən vəfat etmişdir. Bundan sonra arvadının meyiti Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 19 saylı xəstəxananın meyitxanasına aparılmış və orada ekspertlər tərəfindən müayinə olunduqdan sonra meyit onlara təhvil verilmiş və Əhliqəni həmin gün yaşadıqları Neftçala rayonu, Şorkənd kənd qəbirstanlığında dəfn etmişlər. Sonradan həmçinin ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” yük markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən avtomobil yoldan çıxaraq sağ zolaqla hərəkətdə olan yük avtomobilinin arxa hissəsinə çırpılmışdır. Arvadı Əhliqə mütəmadi olaraq Bakı şəhərinə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə getmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında “Howo ZZ3257N3847A” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. Həmin avtomobillə yük daşımaqla məşğul olur. 2 noyabr 2021-ci il tarixdə gecə saat 2 radələrində idarə etdiyi avtomobillə İmişli rayonu ərazisindəki karxanadan təxminən 20 ton qum yığıb Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşdür. Saat 4:30 radələrində o, Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən hissəsi ilə üçzolaqlı yolun sağ zolağı ilə təxminən 30-40 km/saat sürətlə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən avtomobilin sol yan güzgüsündən görmüşdür ki, yolun orta zolağında hərəkətdə olan avtomobil sağ zolağa doğru istiqamətlənir. O idarə etdiyi avtomobili bir qədər yolun sağına doğru çıxarmışdır ki, həmin avtomobil keçib getsin. Bu vaxt arxadan güclü zərbə dəydiyini hiss etdikdə bilmişdir ki, həmin avtomobil idarə etdiyi avtomobilin arxa sol hissəsinə dəyərək toqquşmuşdur. Toqquşmadan sonra həmin avtomobil idarə etdiyi avtomobilin sol yan hissəsinə sıxılıb sürtünərək qarşısı yolun sağ kənarına doğru çəpəki vəziyyətdə avtomobilin qabaq hissəsinə çırpılıb dayanmışdır. O, avtomobili saxlamaq üçün ayağını tormoza atmışdır. İdarə etdiyi avtomobil həmin avtomobili bir qədər qarşıya sürüdükdən sonra bir-birinə sıxılmış vəziyyətdə dayanmışlar. O həmin toqquşmuş avtomobilin salonundan sərnişinin qolunun bayra çıxdığını görüb idarə etdiyi avtomobili təxminən 2-3 metr arxaya sürmüşdür ki, həmin sərnişini avtomobildən çıxarsınlar. Bundan sonra avtomobildən düşüb “Ford Transit” markalı yük avtomobilinin salonunda 3 nəfər sərnişinin xəsarətlər alıb sıxılmış vəziyyətdə qaldıqlarını görmüşdür. Bundan sonra o və “Ford Transit” markalı yük avtomobilinin sürücüsü sərnişinləri çıxartmağa çalışsalar da, bacarmamışlar. Belə olduqda hadisə şahidləri FHN və TTY stansiyasına zəng edib məlumat vermişlər. Az sonra hadisə yerinə FHN-nin əməkdaşları gəlmiş və xüsusi alətlərdən istifadə etməklə salonda sıxılmış vəziyyətdə qalmış sərnişinləri avtomobildən çıxarmışlar. Orada ona məlum olmuşdur ki, sərnişinlərdən bir nəfər qadın aldığı xəsarətlərdən artıq ölmüşdür. Digər 2 sərnişini isə TTY avtomobili ilə xəstəxanaya aparmışlar. Hadisə nəticəsində o xəsarət almadığı üçün hadisə yerində qalıb sənədlərini polis əməkdaşlarına təqdim edib keçirilən baxışda iştirak etmişdir. Sonradan ona məlum olmuşdur ki, hadisə nəticəsində xəsarət almış digər sərnişin də xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölmüşdür. Hadisə yerində həmçinin ona məlum olmuşdur ki, idarə etdiyi avtomobillə toqquşan “Ford Transit” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Salyan rayonu, Xalac kəndində yaşayan Təqsirləndirilən şəxsdir. Hadisə yerində Seymur ona bildirmişdir ki, hadisənin baş verməsinə səbəb yorğun olduğu üçün sükan arxasında ani yuxulaması olmuşdur. O, güzgüdən baxan zaman “Ford Transit” markalı avtomobil yolun orta zolağından sağ zolağına çıxmışdır. “Ford Transit” markalı avtomobil idarə etdiyi avtomobilin sol hissəsi ilə toqquşmuşdur. Hadisədən sonra dərhal “Ford Transit” markalı avtomobilin sürücüsü sərnişinlərə kömək etməyə çalışmışdır. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və sərnişin olmamışdır. Hadisə baş verən zaman təxminən 30-40 km/saat sürətlə hərəkət etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, ağartı məhsulları, meyvə-tərəvəz satmaqla məşğul olur. Onun qonşuları olmuş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da ağartı məhsulları satmaqla məşğul olmuşdur və onlar məhsullarını təxminən 10 ildən çox müddət ərzində Salyan rayonu, Xalac kəndində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Bakı şəhərinə aparıb satmışlar. 2 noyabr 2021ci il tarixdə saat 03:30 radələrində ağartı məhsullarını Seymurun idarə etdiyi «Ford Transit» yük markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığıb Bakı şəhərinə yola düşmüşlər. Əhliyə qabaq sağ oturacaqda, İradə onun yanında arxa sağ oturacaqda, o isə arxa sol oturacaqda əyləşmişdir. Onlar yola çıxdıqdan təxminən 30 dəqiqə sonra o, oturacağa söykənib yatmışdır. Ayıldıqda isə xəstəxanada olmuşdur. Respublika Klinik xəstəxanasında 18 gün müalicə alıb əməliyyat olunduqdan sonra evinə buraxılmışdır. Qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində sağ ayağı sınmış və küt travmalar almışdır. Hadisədən sonra sürücü Təqsirləndirilən şəxs onun müalicə xərclərini tam ödəmiş, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur (cild 1, iş vərəqə 125). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və X11 Hüquqi Şəxsinin 22 noyabr 2021-ci il tarixli 95 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan sağ almacıq, alt çənə sümüklərinin sınıqları və başın alın, sağ qaş və sağ gözətrafı nahiyələrinin, başın sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ baldırın orta 1/3-nin dəri defektli əzilmiş-cırılmış yarası həyati olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəli olmuşlar. Mərhum Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər 2 noyabr 2021-ci il tarixdə sərnişini olduğu mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi və bu da canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan sağ almacıq və alt çənə sümüklərinin sınıqları və başın alın, sağ qaş, sağ gözətrafı və başın sağ gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (2 noyabr 2021-ci il tarixdə saat 09:00-da) 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. 3573/K saylı 12.11.2021-ci il tarixli akt (cild 1, 51-55). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və X11 Hüquqi Şəxsinin 22 noaybr 2021-ci il tarixli 96 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ bazunun qançırı həyati olub, ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər 2 noyabr 2021-ci il tarixdə sərnişini olduğu mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər və bu da canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına ,qansızma ilə müşayiət olunan sağ gicgah nahiyəsinin dərialtı hematoması olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs2 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (2 noyabr 2021-ci il tarixdə saat 10:40-da) 4-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. 3574/K saylı, 11.11.2021-ci il tarixli akt (cild 1, iş vərəqə 56-61). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və X11 Hüquqi Şəxsinin 29 yanvar 2022-ci il tarixli 65 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarətlər daxili qanaxma ilə müşayiət olunan qaraciyərin cırılması (cərrahi əməliyyatla bərpası), sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, yerdəyişən sınığı (cərrahi əməliyyatla bərpası), sağ baldırın yuxarı 1/3-nin kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər küt əşyanın (əşyalar) təsirindən törənmiş, 2 noyabr 2021-ci il tarixdə sərnişini olduğu mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir (cild 1, iş vərəqə 131-133). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2021-ci il tarixli 8/3130 nömrəli rəyindən məlum olur ki, “Ford Transit” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, iş vərəqə 102-103). Cinayət işinin materiallarından görünür ki, 2 noyabr 2021-ci il tarixli 9387 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 16). Cinayət işinin materiallarında olan 19 saylı avtoservisdən verilmiş qüsur aktından məlum olur ki, «Howo ZZ3257N3847A» yük markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6.482 (altı min dörd yüz səksən iki) manat ziyan dəymişdir (cild 1, iş vərəqə 105). Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə «Howo ZZ3257N3847A» yük markalı **-RJ-*** və “Ford Transit” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır (cild 1, iş vərəqə 93-94; 116-117). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Abıyev X10 rayon məhkəməsinin 18 aprel 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 yanvar 2021ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 49; 135-141). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilməmişdir. Yuxarıdakı normaların tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsinə baxmayaraq hazırkı cinayəti ehtiyatsızlıqdan törətdiyinə görə əməlində cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslərin hüquqi varisləri X3 və X7 Təqsirləndirilən şəxs ilə barışmışlar (cild 1, iş vərəqə 127; cild 2). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı var (cild 1, iş vərəqə 99). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslərin hüquqi varisləri X3 və X7 ilə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 fevral 2022-ci il qərarının 4-cü bəndində qeyd olunur ki, Cinayət Prosessual Məcəlləsinin 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Hüquqi varis qismində tanınmış digər şəxslərlə hər hansı razılığın əldə olunması isə təqsirləndirilən şəxs barəsində CM-nin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz. Cinayət işinin materiallarından görünür ki, ölmüş Zərərçəkmiş şəxs1 hüquqi varisi onun əri X3, digər ölmüş Zərərçəkmiş şəxs2 hüquqi varisi onun əri X6r. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsinin tələbinə əsasən yaxın qohumlar dedikdə, babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər nəvələr başa düşülür. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslərin hüquqi varisləri X3 və X7 ilə barışdığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddə üzrə təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 fevral 2022-ci il tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 165). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan “Howo ZZ3257N3847A” yük markalı **-RJ-*** və “Ford Transit” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 29 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “Howo ZZ3257N3847A” yük markalı **-RJ-*** və “Ford Transit” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-761/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-761/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver