Məhkəmə qərarları › İş №1(101)-761/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-761/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-761/2023 14.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zəhra Rahımı və onun nümayəndəsi «BHM və Partnyorları» Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi: Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Fəzail oğlunun, mütəxəssis (müəllim-psixoloq) X1 və tərcüməçi X11 iştirakları ilə qapalı məhkəmə iclasında xx.xx.1989-cu ildə Əfqanıstan İslam Respublikasında doğulmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, himayə sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin ünvan 1 ünvanında yerləşən inzibati binasında qeydiyyatda olmuş, ünvan 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özü üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etməklə və onun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinsi ehtirasını pozğun şəkildə təmin etmək məqsədi ilə 21 iyun 2019-cu il tarixdə, günorta saatlarında kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən evin 107 nömrəli mənzilində övladı 03 may 2019-cu il təvəllüdlü Asal Rahımının doğulmasının 40cı günü münasibəti ilə təşkil etdiyi qonaqlıq zamanı mənzilin digər otaqlarında çoxsaylı qonaqların səs-küyü olduğu vaxt özünə məxsus yataq otağında çarpayıda körpə qızı Asal Rahımının yanında uzanarkən tanışı Qanuni nümayəndə övladı, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, 05 sentyabr 2009-cu il təvəllüdlü, Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahımı X13 həmin otağa daxil olub onun qızını qucağına götürüb əzizləmək istədikdə yaşına və fiziki vəziyyətinə görə müqavimət göstərmək imkanı olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq etməklə əli ilə qolundan tutaraq çarpayıya uzadıb özü də üzərinə uzanaraq başını məcburi tutub müqavimətini qırdıqdan sonra dodaqlarından öpüb sovurmaqla dilini ağız boşluğuna daxil edib zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə və onun qızı Tamananı 2018-ci ildən tanıyır. Zahranın mərhum əri Muhammad Sadıqla bir yerdə hərbi xidmətdə olmuş, Muhammad Əfqanıstanda gedən döyüşlərdə şəhid olmuşdur. O, Azərbaycana mühacir olaraq Zahranın ailəsindən əvvəl gəlmiş, burada kirayə ev tutaraq fəhlələik etməklə ailəsini dolandırmışdır. Zahra Əfqanıstandan onunla əlaqə saxlayaraq iki uşağı ilə Azərbaycana gəlmək istədiyini, burada ona işlə və yaşayış yeri ilə təmin etməkdə kömək etməsini xahiş etmişdir. Zahranı və onun uşaqlarını başqa bir həmyerlisi ilə birlikdə Hava Limanında qarşılayaraq yaşadığı ünvan 3-yə gətirmişdir. Zahranın ailəsinə yaşadığı 3 otaqlı mənzildə bir otaq ayırmışdır. Bir müddət sonra Zahra özünə iş taparaq övladları ilə başqa bi revə köçüb getmişdir. Onun həyat yoldaşı Amina Bahaduri həmin ərəfədə hamilə olmuş, Zahra Aminaya bununla bağlı gəlib ev işlərinə yardımçı olacağını desə də vədinə əməl etməmiş, bu səbəbdən Zahra ilə Amina arasında soyuqluq yaranmışdır. Zahranın qızı Tamananın 10 yaşı olmuşdur. Tamanaya qarşı bir ata münasibəti bəsləmişdir. Zahragilin onun evində yaşadıqları bir həftə ərzində Tamananı həmişə əzizləyir, bir böyük kimi üzündən öpərdi. Bunu Tamananın anası və öz həyat yoldaşının gözü qarşısında etmiş, onlar da onun bu hərəkətini ata münasibəti kimi qəbul etmişlər. 2019-cu ilin aprel ayında onun qızı dünyaya gəlmişdir. Arvadı ilə qərara almışlar ki, xx.xx.2019-cu il tarixdə dünyaya gəlmiş qızının 40-cı günü münasibətilə həmyerliləri üçün kiçik bir məclis təşkil etsinlər. Aminaya təklif etmişdir ki, Zahranı da uşaqları ilə birlikdə məclisə dəvət etsin. Lakin Amina buna etiraz etmişdir. Buna baxmayaraq xx.xx.2019-cu il tarixdə təşkil olunmuş məclisə Zahranı, onun qızı Tamana və oğlunu da dəvət etmişdir. Qeyd etmək istəyir ki, həmin ərəfədə onunla birlikdə kirayə haqqını ödəmək üçün Rahımı Qudratullah arvadı Şahid8 ilə birlikdə yaşamışlar. Onlar da əfqanıstanlı olmaqla Azərbaycana mühacir kimi gəlmişlər. Məclisdən bir gün əvvəl, 20 iyun 2019-cu il tarixdə axşam saat 22 radələrində o və arvadı X22 Rahimiyə sms yazıb səhəri saat 09 radələrində 40-lı qızı Rahımı Asal mərasiminə dəvət etmişdir ki, bəs yemək bişirilməsində köməklik etsin və həmin qonaqlıqda digər əfqanlarında gələcəyini bildirmişdir. Zahra Rahimi etiraz etməmiş və səhəri günü yəni 21 iyun 2019-cu il tarixdə saat 09 radələrində qızı Tamana və oğlu Maisam ilə birlikdə onların yaşadığı evə gəlmişlər və həmin vaxtı evdə o və arvadı, Rahımı Qudratullah və onun arvadı olmuşdur. Rahımı Qudratullah işlərinin arxasınca getmiş arvadı isə evdə qalmışdır. Hətta həmin vaxtı X19 Zahraya bildirmişdir ki, bəs onun yemək üçün qabları yoxdur onun üçün qab gətirməsini bildirmiş və o uşaqlarını onların evdə qoymaqla yaşadığı evə yemək qabı gətirmək üçün getmiş və 10 dəqiqə müddətində təkrar evə qayıtmışdır. Hətta boş olaraq Bahadurı Aminanın evinə getməmiş və yol üstü uşağ üçün paltar götürmüşdür. Sonra evdə Bahadurı Amina ilə Rahımı Qudratullahın arvadı ilə Rahimi Zahra yemək hazırlamış və artıq günorta saatlarında etibarən qonaqlar gəlməyə başlamışdır. Qonaqlar təxminən 25 nəfər olmuş və həmin qonaqlardan yalnız Məryəmi eşitmiş və digər tanımadığı qadınlar isə arvadının rəfiqələri olmuş, ona görə həmin qadınları yalnız arvadı tanıya bilər. Həmin gün o umumiyyətlə spirtli içki qəbul etməmişdir. Evdə kişi cinsindən yalnız özü olmuşdur. Qonaqlar qonaq otağı və mətbəxdə olmuş, o isə anadan olmuş qızı ilə birlikdə öz yataq otağında olmuşdur. Rahımı Qudratullahın otağında isə heç kəs olmamışdır. Saat 16 radələrində onun olduğu yataq otağına Tamana Rahimi və daha 3 nəfər kiçik yaşlarında olan Tamananınn qardaşı Maisam və 2 qız uşağı körpə uşaqla oynamaq üçün gəlmişlər. Onlar otağa daxil olan kimi Tamana çarpayıda yatan körpə uşağı qucağına almaq istəmiş, lakin o, Tamananın uşağı qucağından yıxa biləcəyindən ehtiyyat edərək onun əlindən tutmus və uşağı çapayıdan götürməyə imkan verməmiş, Tamanaya bildirmişdir ki, bəs özü də yıxılar uşağı da yıxar. Sonra o, Tamana inciməsin deyə onun qolundan tutub üzündən öpmüşdür. Tamananı çarpayıya uzatmamış, üstünə uzanmamış, dodağından öpməmişdir. Tamananın üzündən öpəndən sonra Tamana və onunla gələn uşaqlar otaqdan çıxıb getmişlər. Tamananın anası Zahranın ona şər-böhtan atmaqla polisə şikayət etməsini Zahraya olan pul borcu ilə izah edir. Belə ki, onun Zahraya 5.000 əfqan pulu borcu olmuşdur. Həmin pulu Zahra ondan tələb edirdi. 5.000 əfqan pulu Azərbaycanın 100 manatına bərabərdir. Zahraya təklif etmişdir ki, 80 manat versin və bununla hesablaşsınlar. Lakin Zahra ondan 140 manat tələb etmiş və bildirmişdir ki, bu pul ödənilmədiyi halda başına oyun açacaqdır. Özünü ona verilmiş ittihamda təqsirli saymır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi bir həmyerlisi kimi tanıyır. Belə ki, o, anası Zahra və qardaşı Maisamla birlikdə 2019-cu ildə Azərbaycana mühacir kimi gəlmişlər. Burada hava limanında onları Təqsirləndirilən şəxs qarşılayaraq öz evinə aparmışdır. Bir neçə gün Təqsirləndirilən şəxs evində qaldıqdan sonra anası başqa ev kirayə tutaraq həmin evə köçmüşlər. Təqsirləndirilən şəxs həmin ərəfədə uşağı dünyaya gəldiyi üçün o onları uşaqla bağlı təşkil olunmuş məclisə dəvət etmişdir. O, anası və qardaşı həmin məclisə getmişlər. Məclisdə qadın və uşaqlar olmaqla xeyli adam olmuşdur. Nahar etdikdən sonra o, təzə dünyaya gəlmiş uşaqla oynamaq üçün tək uşağın olduğu yataq otağına keçmişdir. Otaqda 40-lı uşaq və Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs çarpayıya uzanıqlı vəziyyətdə uşağın isə onun ayağı altına doğru uzanmış olmasını görmüş və uşağı əl atıb əlləri ilə ilə qucağına götürmək istəyən zaman Təqsirləndirilən şəxs dərhal çarpayıdan ayağa qalxmaqla uşağı götürməsinə imkan verməmiş, onun sol qolundan dartıb çarpayıya uzatmış, özü isə onun üzərinə uzanmaqla başını tutub dodaqları ilə dodağından öpmüş və onu öpən zaman dilini onun ağız boşluğuna daxil etmişdir. O, müqavimət göstərərək ondan yayınıb dişlərini bərk qıcamaqla ona müqavimət göstərmiş və qardaşını çağırmaq istədiyini bildirməklə Təqsirləndirilən şəxs aldadıb otaqdan çıxmışdır. Hadisə haqqında anasına məlumat vermiş, sonuncu isə polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini dinləmiş və bildirir ki, Təqsirləndirilən şəxs yalan ifadə verir. Hadisə onun göstərdiyiy kimi olmuşdur. Müdafiəçi Fəzail oğlunun suallarına cavab olaraq bildirir ki, Təqsirləndirilən şəxs onu öpəndə xoşuna gəlməmiş, ona pis şey etmiş, ağzından öpmüşdür. Bundan sonra o, tualetə getmiş, orada əlüz yumaq üçün su krantının altında ağzını yumuş, sonra gedib anasının yanında oturmuşdur. Təqsirləndirilən şəxs olduğu otaqda körpə uşaqdan başqa heç kəs olmamışdır. Həmin otağa o, uşağı qucağına almaq üçün getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsn telefon nömrəsini Əfqanıstanda olan zaman Əfqanıstan Respublikası Xarici İşlər Nazirliyində işləyən Mina adlı xanımdan almışdır. İş ondadır ki, onun əri Əfqanıstanda döyüşlərdə həlak olmuş, özünün və iki uşağının təhlükəsizliyi üçün Əfqanıstandan Azərbaycana getmək qərarına gəlmişdir. Minadan aldığı telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və sonuncu onu Bakı Hava Limanında qarşılayacağını bildirmişdir. Bakı şəhərinə uçan təyyarəyə biletləri turizm təşkilatı vasitəsilə əldə etmişdir. O, uşaqları ilə birlikdə Bakı Hava Limanına gəldikdə orada onu Təqsirləndirilən şəxs ilə Davud adlı əfqanıstanlı qarşılamışlar. Onları maşınla Təqsirləndirilən şəxs yaşadığı evə aparmışlar. O, evdə ayrı otaqda bir həftə yaşamış, sonra özünə başqa ünvanda kirayə ev taparaq başqa ünvana köçmüşdür. Həmin ərəfədə Təqsirləndirilən şəxs arvadı hamilə idi. Mahdının evində öz ailəsindən başqa daha bir əfqan ailəsi başqa bir otaqda yaşayırdı. Mahdıgildə qaldıqları bir həftə ərzində onunla və arvadı ilə münasibətləri yaxşı olmuş, danışıb söhbət etmişlər. Yeni ünvana köçəndən sonra bzünə iş taparaq işləməyə başlamışdır. 20 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs onu uşağının dünyaya gəlməsinin 40 günü münasibətilə keçirdiyi tədbirə dəvət etmişdir. O da buna etiraz etmədən uşaqları ilə birlikdə 21 iyun 2019-cu il tarixdə saat 09 radələrində Mahdıgilə getmişdir. Həmin vaxtı evdə Təqsirləndirilən şəxs, arvadı Bahadurı Amina, Mahdının evində yaşayan Rahımı Qudratullah və onun arvadı Şahid8 uşaqları ilə birlikdə olmuşlar. Rahımı Qudratullah işlərinin arxasınca getmiş arvadı isə evdə qalmışdır. Hətta həmin vaxtı Amina ona bildirmişdir ki, bəs yemək üçün qabları çatmır və qonaqlıq üçün qab gətirməsini xahiş etmişdir. O uşaqları ilə birlikdə evinə getmiş, qabları götürüb Mahdıgilə gəlmişdir. Sonra isə özü tək 8-ci km bazarına gedərək hədiyyə də almışdır. Bundan sonra Mahdının arvadı Bahaduri Aminaya yemək bişirməyə kömək etmişdir. Sonra məclis başlamış, o və qonaq gəlmiş digər əfqanlı qadın və uşaqlar rəqs etmişlər. Tamananın Təqsirləndirilən şəxs və körpə uşağın olduğu otağa keçməyini görməmişdir. Tamana başa düşdüyü qədər ora günortadan sonra getmiş, çünki həmin vaxtı Tamana yanına gəlmiş, halı yaxşı deyildi, rəngi qaçmışdır, elə hey deyirdi ki, gedək evə. Hətta məclisdə olan Məryəm adlı xanım da ona demişdir ki, uşağın vəziyyəti yaxşı deyil. Tamananın təkdidi ilə uşaqları ilə birlikdə evinə getmişdir. Həmçinin həmin ərəfədə işdən ona zəng edərək işə gəlməsini demişlər. O, uşaqlarını evində qoyaraq işə getmişdir. Axşam saat 21-22 radələrində yaşadığı evdə qonşusu olan əfqanlı qadın Macadin Röya ona zəng edib demişdir ki, Tamananın vəziyyəti yaxşı deyil, evə gəlsin. O, evə gəlib görmüşdür ki, Tamananın halı xarabdır, tər-su içindədir, çoxlu ağlamış, burnundan isə qan açılmışdır. Qızını bir təhər sakitləşdirmiş, lakin Tamana halının pisləşməsinin səbəbini növbəti gün səhər ona demişdir. Belə ki, səhər durub tualetə getmiş, orada yenə burnu qanamışdır. Oradan çıxıb ona demişdir ki, «ana, sənə söz demək istəyirəm, bir daha Mahdıgilə getməyək, o, mənim dodaqlarımdan ördü, zorla yatağa uzadıb dilini ağzıma soxdu. Xahiş edirəm bir daha onlara getməyək». O, qızının bu sözlərindən təşvişə düşərək Davuda zəng vuraraq hadisəni danışmış, çünki Davud ona ev tapmaqda kömək etmişdir. Davud demişdir ki, Mahdıgilə dava etmək üçün getmək olmaz, polisə getmək lazımdır. O, Davud və qızı ilə birlikdə polisə getmişlər. Mahdını polisə çağırdılar, polis onları ayrı-ayrı danışdırdı, orada Mahdı onun və qızının qarşısında diz çökərək demişdir ki, «əgər belə bir iş etmişəmsə, məni bağışlayın». Mahdı onların qarşısında diz çökən zaman o, həmin vəziyyəti telefonuna videoçəkiliş etmişdir. Bu çəkilişin diskini istintaq orqanına təqdim etmiş, cinayət işində vardır. Sonra onua və qızına bildirmişlər ki, Mahdının cərimə olunması ilə bağlı bir sənədə imza atsın. Ona bildirmişlər ki, Mahdı 3.000 manat cərimə olunacaqdır. O, polisdən soruşmuşdur, cərimə bu qədərdirmi? Polis də cavab vermişdir ki, bəli, bu qədərdir. Bundan sonra o qızı ilə evinə getmişdir. Sual vermək istəyir. Əgər Mahdı ittiham olunduğu əməli etməyibsə nə üçün diz çökmüşdür və o, bu hadisə olmamışdırsa niyə azyaşlı uşağına ləkə yaxmalıdır. Bəli, onlar Bakıya təzə gələndə Mahdı ondan borc pul almışdır, lakin bu məsələ pula görə deyil, pula görə qızının namusunu ləkələyə bilməz. Bu hadisədən sonra Təqsirləndirilən şəxs zəng vurub həm borcunu tələb etmiş, həm də ondan soruşmuşdur ki, nə üçün qızına qarşı bu hərəkəti törətmişdir. Həmçinin demişdir ki, «sənin başına gör nə oyun gətirəcəyəm». Əlavə edərək bildirir ki, əfqan diasporunun nümayəndəsi Rəsul Mehriban xanımla və başqa şəxslərlə evinə gəlib ona Mahdıdan şikayət etməməsini xahiş etmiş, lakin o buna razı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, o, əslən azərbaycanlıdır və 1994-cü ildə Əfqanıstan vətəndaşı olan Şahid7 Ahmad ilə rəsmi nigaha daxil olmuş, ailəsi ilə birlikdə bir müddət İİR-da yaşamış, sonra Azərbaycana qayıtmış və 2012-ci il tarixdən BMT-nın X7 Bakı ofisinin qadın və gənclər mərkəzində əfqan icma nümayəndəsi işləmiş, lakin son iki ili o işdən ayrılmışdır. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs Tamana və onun anası Qanuni nümayəndə əfqan icmasında işləyən dövrdən tanımışdır. Bunlar Əfqanıstanda olan vətəndaş müharibəsindən qaçqın düşərək Azərbaycana gəlmiş və icmanın nümayəndələri olmuşlar. İstər Mahdı, istərsə də Zahra barədə mənfi heç bir fikir deyə bilməz. Mahdının törətdiyi əməl barədə Zahradan və onun qızı Tamanadan eşitmişdir. O, Zahragilin kirayə yaşadığı mənzilə gələrək Tamananı şəxsən sorğu-sual etmiş, Tamana ona danışmışdır ki, Mahdının uşağının doğulmasının 40 günü münasibəti ilə sonuncunun evində qonaq olduğu zaman uşağı görmək üçün yataq otağına keçmiş, orada olan Mahdı onu yatağın üzərinə yıxaraq dodağından öpmüş, dilini onun ağız boşluğuna salmışdır. Ondan aralanaraq yataq otağından çıxıb anasının yanına getmişdir. Tamananın dodağının qırağında qançır da görmüşdür. Tamana bildirmişdir ki, bu qançırı Mahdı dodağından öpəndə yetirmişdir. Bundan sonra Zahra ilə birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə gedib şikayət etmişlər. O, Zahranın yanında tərcüməçi kimi getmişdir. PŞ-də Zahradan izahat aldıqdan sonra onları evə buraxmışlar. Bundan sonrakı hadisələrdən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, əslən əfqanıstanlı olmaqla uzun müddətdir ki, Azərbaycan Respublikasında yaşayır, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmişdir. 1994-cü ildə Azərbaycan vətəndaşı olan Mehriban Xudaverdi qızı ilə ailə qurmuş, həmin nigahdan 4 övladı olmuş, arvadı Şahid2 2012-ci ildən BMT-nin X9 Bakı ofisinin Qadın və Gənclər mərkəzində əfqan icma nümayəndəsi işləmişdir. Lakin son zamanlar həmin işdən ayrılmışdır. Təqsirləndirilən şəxs bir əfqanıstanlı kimi iki ilə yaxındır ki, tanımış, həmçinin Qanuni nümayəndə da əfqan icmasının üzvü kimi tanımış, lakin bunların heç biri ilə münasibətləri olmamışdır. Hadisə ilə əlaqədar onu bildirir ki, 22 iyun 2019-cu il tarixdə Qanuni nümayəndə onun arvadı Mehribana zəng edərək qızı Zərərçəkmiş şəxs qarşı təcavüz olduğunu, təcili onun kirayə yaşadığı mənzilə gəlməsini xahiş etmişdir. O da arvadı Mehribanla Qanuni nümayəndəgilə getmiş və orada bilmişdir ki, Təqsirləndirilən şəxs bir gün əvvəl kirayə yaşadığı mənzilində azyaşlı qızının 40 gününün çıxması ilə əlaqədar keçirdiyi məclisdə yataq otağında Tamananın üzündən öpmüşdür. Bundan sonra arvadı Mehriban Zahra ilə birlikdə tərcüməçi kimi polisə gedib hadisə haqqında məlumat vermişdir. Bu hadisə ilə əlaqədar icmanın ağsaqqallarından olan Şahid6, o, daha bir neçə nəfər icma üzvü barışıq mərkəzi ilə Zahranın yaşadığı mənzilə getmişlər. Orada Şahid6la Qanuni nümayəndə arasında mübahisə baş vermiş, hətta Zahra Şahid6 əl qaldırmışdır. Bu da onunla bağlı olmuşdur ki, Zahra Təqsirləndirilən şəxs ilə barışmaq istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və qarşı tərəf olan Qanuni nümayəndə Azərbaycanda yaşayan əfqan icmasının üzvləri kimi tanıyır. O özü isə 2007-ci ildən Azərbaycanda yaşayır, əslən əfqanıstanlıdır. Həyat yoldaşı da əfqanıstanlıdır. Burada 3 övlad böyütmüş, hətta gəlini azərbaycanlıdır. O, əfqan icmasının ağsaqqalı və rəhbəridir.2019-cu ilin iyun ayının 22-də Təqsirləndirilən şəxs ilə Qanuni nümayəndə arasında baş vermiş münaqişə ilə əlaqədar o da maraqlanmış, icmanın digər üzvüləri ilə birlikdə Zahranın yaşadığı mənzilə getmiş, aralarında nə baş verməsi ilə maraqlanmış və Zahra bildirmişdir ki, Təqsirləndirilən şəxs evində azyaşlı uşağına görə təşkil olunmuş məclisdə Mahdının qızı Tamananın üzündən öpmüş, lakin hər hansı bir başqa təcavüz etməmişdir. O, Zahraya bildirmişdir ki, Mahdı ola bilsin ki, Tamananı bir böyük kimi əzizləyib üzündən öpmüşdür. Burada narahatedici bir şey yoxdur. Onun bu sözləri Zahrada aqressiya yaratmış, o, onu Mahdıdan pul almaqda ittiham etmiş və üzərinə tullanaraq əli ilə sifətindən sillə ilə vurmuşdur. Bundan sonra o və icmanın digər üzvüləri Zahranın mənzilini tərk etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdtir ki, Təqsirləndirilən şəxs tanımır, onu yalnız bir dəfə görmüş, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs və onun anası Zahranı Bakı şəhərində kirayə yaşadığı mənzildə qonşuları kimi tanımışdır. Bu şəxslər kimi o da əfqanlıdır. Zahra qızı Tamana və azyaşlı oğlu ilə birlikdə Təqsirləndirilən şəxs yeni doğulmuş uşağının qırxçıxdı mərasiminə getmiş, oradan qayıtdıqdan sonra işə getmiş, lakin Tamananın vəziyyəti pisləşdiyi, özünü çox narahat hiss etdiyi üçün o, Zahranın mobil telefonuna zəng edib bu barədə məlumat verərək evə gəlməsini xahiş etmişdir. Bundan sonra Zahra evə gəlmiş və Zahra ilə Tamananın söhbətlərindən bilmişdir ki, Təqsirləndirilən şəxsgildə məclisdə olan zaman sonuncu yataq otağında Tamananın üzündən öpmüş,yəni Tamanaya qarşı zorakılıq hərəkətlər etmişdir. Mahdının dilini Tamananın ağız boşluğuna yeritməsini bilmir, yəni hadisəni təfsilatı ilə ona izah etməmişlər. Bundan sonra Zahra polisə müraciət etmişdir. Xatırladığı qədər elə həmin gün Zahra Mehriban xanıma zəng vurmuş və sonuncu əfqan icmasının üzvüləri, yəni Şahid2, Mehribanın əri Şahid7, Şahid6 və digərləri ilə onların yaşadıqları mənzilə Zahranı Mahdı ilə barışdırmaq üçün gəlmişlər. Zahra ilə Şahid6 söhbəti mənzilin dəhlizində baş vermişdir. Bu ikisinin söhbəti münaqişəyə keçmiş və münaqişə zamanı onlar əlbəyaxa olmuş, Şahid6 Zahranı döymüşdür. Həmin məclisdə Mahdı olmamış, o qorxusundan öz otağına keçib davanın səslərini oradan eşidirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdtir ki, Təqsirləndirilən şəxs əvvəllər görmüşdür. Belə ki, o, bacısı Haydaru Roya və qardaşları ilə birlikdə Qanuni nümayəndə ailəsi ilə birlikdə eyni Bakı şəhəri Xətai rayonu Telnov küçəsi 17 saylı evin 83 N-li mənzildə kirayə yaşamışlar. Həmin ərəfədə Təqsirləndirilən şəxs arvadı ilə birlikdə Zahragilə qonaq gəlib-getmişdir. O zaman onların münasibətləri yaxşı olmuşdur. 21 iyun 2019-cu il tarixdə Zahra ilə həyətdə olan uşaq geyimləri mağazasının qarşısında görüşmüş, Zahranın əlində uşaq paltarı olmasını görüb hara getməsini xəbər almış və Zahra ona bildirmişdir ki, uşaqları ilə birlikdə Təqsirləndirilən şəxs qızının 40 mərasiminə gedir. Həmin gün Zahragil evə gəlmiş və uşaqlarını evinə qoyub işə getməsini bilmiş və Zahra uşaqları ilə özlərinə aid olan otaqlara keçmişlər. Həmin gün hər hansı bir hal onun diqqətini cəlb etməmiş və o uşaqların yatmasını zənn etmişdir. Axşam saatlarında Qanuni nümayəndə işdən gəlib otağına keçmişdir. 22 iyun 2019-cu il tarixdə səhər saatlarında o digər ailə üzvləri ilə otaqda çörək yeyən zaman Qanuni nümayəndə ağlayaraq harasa tələsməsini, Tamananın ağlamasını görmüş və nə baş verməsini xəbər alan zaman Qanuni nümayəndə ağlayaağlaya ona qızı Rahımı Tamannaya qarşı təcavüz olmasını bildirmiş və o hadisənin neçə və harda baş verməsini xəbər alan zaman Qanuni nümayəndə ona bildirmişdir ki, bəs Mahdı azyaşlı qızının 40 günü münasibətilə təşkil etdiyi məclisdə yataq otağında olarkən həmin otağa uşağı görməyə gedən qızı Tamananı Təqsirləndirilən şəxs dodağından öpübdür. Bunu Zahradan eşitmişdir, Tamana isə həyəcanlı olmaqla qorxmuşdur, ağlayırdı. Səhv etmirsə, elə həmin gün Zahra əfqan icmasının üzvüləri Mehriban xanımı, onun ərini, icmanın ağsaqqalı olan Şahid6 və digərlərini bu məsələ ilə bağlı evlərinə çağırmışdır. Gələnlərin arasında Təqsirləndirilən şəxs yox idi. Həmin vaxt o, öz otağında idi. Lakin mənzilin dəhlizində Zahra ilə Rasoolun arasında baş vermiş münaqişə və dava-dalaş səslərini eşitmiş, lakin görməmişdir. Eşitdiklərindən onu başa düşmüşdür ki, icma üzvüləri Zahradan Təqsirləndirilən şəxs ilə barışmasını istəmiş, sonuncu isə razı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, həmçinin Zərərçəkmiş şəxs və onun anası Zahranı tanıyır. Onların hamısı ilə münasibətləri yaxşıdır. O, Təqsirləndirilən şəxs ilə bir mənzildə özünə aid otaqda əri və uşağı ilə birlikdə yaşayır. Qanuni nümayəndə Əfqanıstandan Bakıya gəldiyi ilk vaxtlar Mahdının dəvəti ilə onlarla birlikdə olan mənzildə ona ayrılmış otaqda iki uşağı ilə birlikdə bir müddət qalmış, lakin sonra özünə başqa bir mənzil taparaq oradan köçmüşdür. Zahra uşaqları ilə onlarla birlikdə yaşayan zaman Mahdı ilə münasibətləri yaxşı olmuş, Mahdı Zahranın uşaqlarına mehriban münasibət bəsləmiş, onun uşaqlara qarşı hər hansı pis rəftarını görməmişdir. 21 iyun 2019-cu il tarixdə Amina Bahadurı və əri Təqsirləndirilən şəxs azyaşlı qızları Asalın 40 günlük mərasmini keçirmiş, ora günün birinci yarısı qadın və uşaqlar dəvət olunmuş, günün ikinci yarısı isə kişilər dəvət olunmuşdur. O, Mahdının arvadı Aminaya hazırlıq işlərini görməyə kömək etmiş, həmin məclisə Zahra qızı və oğlu ilə gələrək yeyib-içib rəqs etməklə hamı kimi əylənmişlər. Tamananın Təqsirləndirilən şəxs körpə qızı ilə birlikdə olduğu yataq otağına keçib-keçməməsinə diqqət yetirməmiş, nə də ki, Tamananın həmin otaqdan çıxıb-çıxmadığını xatırlamır. Həmin gün Zahra və onun qızı Tamananın məclisdən çıxıb gedənə qədər bikef olmalarını görməmiş, Tamananın üzündə hər hansı bir xəsarətin olmasını, ağlamasını, nigaran olmasını görməmiş və hiss etməmişdir. Sonradan bilmişdir ki, Zahra polisə şikayət etmişdir ki, guya məclis zamanı Mahdı yataq otağına keçən Tamananın üzündən öpmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abdulrahim Naimxan oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə, onun qızı Tamananı tanıyır. Belə ki, o, özü əfqanıstanlı olmaqla Azərbaycan Respublikasında məskunlaşmışdır. Təqsirləndirilən şəxs da həmyerlisi kimi tanımışdır. Bir dəfə Bakı şəhərində parkda Təqsirləndirilən şəxs ilə sonuncunun xahişi ilə görüşmüş, Rahımı ona demişdir ki, həmyerliləri olan bir qadının şikayəti ilə barəsində istintaq gedir və ondan həmin istintaq hərəkətində tərcüməçi qismində iştirak etməsini xahiş etmişdir. O, buna etiraz etməmiş və Təqsirləndirilən şəxs ilə Tamana və Qanuni nümayəndə üzləşdirilməsi zamanı tərcüməçi qismində iştirak etmişdir. Tamana ilə Zahranın özlərinin qadın tərcüməçisi və psixoloqları olmuşdur. Təqsirləndirilən şəxs isə müdafiəçisi üzləşdirmədə iştirak etmişdir. Müstəntiq əvvəl Tamananı dindirmiş, sonuncu əvvəl-əvvəl utandığından danışmamış, lakin sonra ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qızının qırx məclisində yataq otağında onun üzündən 3 dəfə öpdüyünü demişdir. Öz növbəsində Təqsirləndirilən şəxs isə hadisə zamanı sadəcə Tamananı əzizlədiyini, üzündən öpdüyünü bildirmişdir. Bu hadisədən sonra Təqsirləndirilən şəxs ondan narazı olaraq tərcüməçiliyindən imtina etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan edilərək müəyyən edilmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır, o əslən əfqanıstanlıdır, etnik mənsibiyyəti azara xalqıdır. Əfqanıstanda Qəzni şəhərində yaşamışdır. 2006-cı il tarixdə Bakı şəhərinə gəlmiş ailəsi ilə birlikdə yaşamışdır. 2008-ci il tarixdə Bakı şəhərində əslən azərbaycanlı olan Aygün Sultanova ilə rəsmi nigaha daxil olmuş və həmin nigahdan 1 övladı olmuşdur. Şahid6 təxminən 2008-ci il tarixdən BMT-nin Bakı ofisindən tanımış və o icma rəhbəri olmuşdur. 2018-ci il tarixdə Təqsirləndirilən şəxs arvadı Bahadurı Aminanı Bakı şəhərinə gələn zaman tanımış və onlar Bakı şəhərində ev axtaran zaman ortaq tanışlar vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs və onun arvadı ilə salam sağolu olmuş və bir-iki dəfə onun evində qonaq olmuşdur. Onlar Bakı şəhəri Xətai rayonu, Q.Nəbi küçəsində kirayə yaşamışlar. Rahimi Zahranı 2019-cu ilin yanvar ayında görüb tanımış, belə ki, o 2019cu ilin yanvar ayının dəqiq xatırmadığı günündə o evində olan zaman Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, bəs Rahimi Zahra adlı əfqan vətəndaşının 2 uşağı ilə birlikdə Bakı şəhərində olan hava limanına gəlməsini və onları qarşılamaq üçün birlikdə getməyi ona təklif etmişdir. Onlar birlikdə onun idarə etdiyi “Mercedes” markalı avtomobillə Təqsirləndirilən şəxs ilə birlikdə hava limanına getmiş və orda Rahimi Zahranın 2 uşağı ilə birlikdə hava limanında Təqsirləndirilən şəxs gözləməsini görmüşdür. Rahimi Zahranı ilk dəfə hava limanında görmüş bundan əvvəl onu görməmişdir və onlar arasında hər hansı ədavət, düşmənçilik olmamışdır. O Təqsirləndirilən şəxs ilə birlikdə Rahimi Zahranı və uşaqlarını sonuncunun kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində kirayə yaşadığı 9 mərtəbəli binanın 9-cu mərtəbəsinə gətirmişdir. Həmin mənzil pilləkandan solda olan mənzil olmuş və mənzili 3 otaqlı olmuşdur. Həmin mənzildə Təqsirləndirilən şəxs başqa bir əfqan ailəsidə yaşamışdır. Belə ki, evdə Təqsirləndirilən şəxs ailəsi arvadı Bahudurı Amina omuşdur və Amina həmin vaxtı hamilə olmuşdur. Digər bir ailə isə əfqan olmaqla Təqsirləndirilən şəxs dostu olan Rahımı Qudrətullah və onun arvadı Şahid8 olmuşdur. Sonra o evinə getmiş və bildiyinə görə Rahimi Zahra təxminən 1 həftə müddətində Təqsirləndirilən şəxs evində qonaq otağında uşaqları ilə birlikdə yaşamışdır. Təxminən bir həftədən sonra Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, bəs Rahimi Zahra özünə iş yeri və başqa kirayə mənzil axtarır və buna görə ona köməklik etməsini bildirdi. Ona müraciət olunan gün Rahimi Zahra üçün ev tapmış və o Təqsirləndirilən şəxs evindən çıxmışdır və həmin ev Xətai rayonu Telnov küçəsi 17 saylı evin 83 №-li mənzili olmuş və mənzil 4 otaqlı ev olmuşdur. X24 həmin evin kirayə haqqı çox olmasına görə bir əfqan ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamış və aylıq kirayə haqqının 350 manat olmasını və həmin pulu yarı bölməklə evdə yaşamaq barədə razılaşmışlar. Digər əfqan ailəsi Haydari ailəsi olmuşdur və onlar 2 bacı, 2 qardaş və bir qardaş oğlu olmaqla həmin ünvanda yaşamışlar. Onlar Şahid4, Şahid3, Haydary Qeys, Haydary Abbas və Haydari Hamiddən ibarət olmuşdur. Belə ki, aylıq hər birinə 175 manat pul düşmüşdür. Təqsirləndirilən şəxs ilə Rahimi Zəhranın evində yaşadığı müddət ərzində bildiyinə görə aralarında hər hansı başqa münasibət olmamışdır. Belə ki, Rahimi Zahra bildirmişdir ki, bəs o başqa evdə tək yaşayır və azərbaycan dilini bilmədiyinə görə ona mobil telefon almasını və həmin nömrəni ona verməklə onun istifadəsində olan ***-***-**-** nömrəsini götürmüş və bildirmişdir ki, bəs onunla özü əlaqə saxlayacaqdır. Təqsirləndirilən şəxs bildiyinə görə tikintidə fəhləlik etmişdir və Rahimi Zahra onların evindən köçəndən sonra belə onlar arasında münasibət qalmışdır. Telefon vasitəsi ilə bir-biri ilə əlaqə saxlamışlar və hətta arvadı X20 Zahra ilə əlaqə saxlamasını bildirmişdir. O da mütəmadi olaraq Rahimi Zahra ilə əlaqə saxlayıb iş şəraitini maraqlanmış və bildiyinə görə Zahra restoranlardan birinə xadimə düzəlmişdir. O da həmin ərəfədə Əhmədlidə yaşamış və Bakı şəhərində tikinti sahəsində qranit ustası işləmişdir. 22 iyun 2019-cu il tarixdə səhər saatlarında yuxudan ayılmış və telefonuna Rahimi Zahra tərəfindən zənglər olmasını və yenə ona zəng etməsini görmüş və telefona cavab verən zaman o ona bildirmişdir ki, o həyəcanlıdır ağlaya-ağlaya telefonda ona qızı Rahimi Tamanaya qarşı təcavüz olmasını bildirmiş və o hadisənin neçə və harda baş verməsini xəbər alan zaman o ona telefonda bildirmişdir ki, bəs Təqsirləndirilən şəxs 21 iyun 2019-cu il tarixdə kirayə yaşadığı ünvan 2 saylı evin 107 №-li mənzilinə onları azyaşlı qızının 40 günün çıxması münasibəti ilə keçirmiş olduğu qonaqlığa dəvət etmiş və o uşaqlarınıda götürüb 22 iyun 2019-cu il tarixdə həmin ünvana getmiş və günorta saatlarında qadın məclisi olan zaman evdə yalnız kişi cisindən Təqsirləndirilən şəxs olmuş və o özünə məxsus yataq otağında olarkən Rahimi Tamana onun azyaşlı 40-lı qızını qucağına almaq məqsədi ilə onun yataq otağına daxil olaraq uşağı qucağına götürmək isəyən zaman Təqsirləndirilən şəxs onun uşağı götürməsinə imkan verməyərək əli ilə sonuncunu qolundan dartıb çarpayıya uzatmaqla üzərinə uzanıb dodaqları ilə dodağından öpüb sovurmaqla başını tutub dilini Rahimi Tamanın ağız boğluğuna daxil edib əxlaqsız hərəkətlər etmişdir. Zahra bildirmişdir ki, bəs onun yaşadığı evə gəlir və onun evinə qalxmadan həyətdən ona zəng etmiş və Rahimi Zahra özü tək həyətə düşmüş və ona telefonda dediklərini təsdiq etmiş və buna görə bərk əsəbi olduğunu bildirib ona birlikdə Təqsirləndirilən şəxs evinə getməyi bildirmiş və o etiraz edib bildirmişdir ki, birdən Mahdı elə zənn edər ki, onu öyrədib evlərinə aparmış ona görə işini qanuni həll etməsini və polisə gedib şikayət etməsini bildirmişdir. Onlar polis bölməsinə getmiş və orda baş verənlər barədə Rahimi Zahra ərizə yazmış və ətraflı izahat vermişdir. Sonra onlar polislərlə birlikdə Təqsirləndirilən şəxs evinə getmiş və həmin evdə yaşayan Şahid8 qapını açmış və Təqsirləndirilən şəxs arvadı Bahudurı Amina qapıya gəlmişdir. Rahimi Zahra RAHİMİ Mahdiyə dünən nə etmisən, o isə heçnə etmədiyini bildirən zaman Rahimi Zahra dəhlizdə olan şəpiti Təqsirləndirilən şəxs üzünə vurmuş və bildirmişdir ki, bəs sən dünən qızma qarşı niyə əxlaqsız hərəkətlər etmisən. Təqsirləndirilən şəxs isə heç nə etmədiyini bildirən zaman polislər onları 34-cü PŞ-nə aparmışlar. X21 Rahımı X25 adlı şəxsin tərcüməçi qismində dəvət olunmasını bildirmişdir. X25 gəlmiş və hər kəsin içərisində Rahimi Zahra dediklərini təsdiq etmiş və orda Təqsirləndirilən şəxs üzr istməyə hazır olduğunu bildirmişdir ki, bəs bu biyabırçılığa son qoyulsun və bu söhbət artıq yayılmasın. Rahimi Zahra ərizə yazmış və bundan sonra tələb etmişdir ki, bəs Təqsirləndirilən şəxs onun qızının önündə diz çökməklə üzr istəsin və o həmin anı qeydə alsın ki, gələcəkdə heç kimi onu kimisə şərləməkdə ittham etməsin. Təqsirləndirilən şəxs diz üstə çöküb Rahimi Tamanadan üzr istəmiş və həmin an qeydə alınmışdır. Bundan sonra hər kəs öz evinə getmiş və daha nə baş verməsini bilməmiş və onu bilmişdir ki, Rahimi Zahra ilə Şahid6 adlı icma rəhbəri arasında şikayət etməsinə görə söz söhbət olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısının tərtib etdiyi xx.xx.2021-ci il tarixli şifahi ərizə protokolundan müəyyən olunur ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı Qanuni nümayəndə xx.xx.2009-cu il təvəllüdlü qızının Təqsirləndirilən şəxs tərəfindən 21 iyun 2019-cu il tarixdə sonuncunun kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 7 saylı evin 107 nömrəli mənzilində olan zaman Zərərçəkmiş şəxs dodağından öpüb sovurmaqla başını tutaraq dilini sonuncunun ağız boşluğuna daxil edib əxlaqsız hərəkətlər etməsini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin 2019-cu il 19 iyun tarixli himayə sənədindən müəyyən olunur ki, RAHİMİ Mahdiyə 2019-cu il oktyabrın 02-dək etibarlı olan himayə sənədi verilmişdir, sonuncu, RAHİMİ Mahdının arvadı Bahadurı Amina və övladı Rahımı Asal komissarlığın Bakıdakı nümayəndəliyində qeydiyyatdadırlar, onların qaçqın statusuna dair müraciətlərinə hazırda Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və ya müvafiq məhkəmə tərəfindən baxılır, nümayəndəlik RAHİMİ Mahdının, Bahadurı Aminanın və Rahımı Asalın Azərbaycan Respublikasının ərazisində qalmalarına şərait yaradılmasını və məcburi geri qaytarılmalarının qarşısının alınmasını hökümət orqanlarından xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2019-cu il 25 iyun tarixli 07/1669 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasında qaçqın statusu əsasında yaşayan Əfqanıstan İslam Respublikasının vətəndaşı Zahra Rahminin azyaşlı qızı X12 Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş himayə sənədinə əsasən ölkə ərazisində yaşayan RAHİMİ Mahdi tərəfindən əxlaqsız hərəkətlərə məruz qalması barədə ərizəsi baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X8 Bakı şəhəri BPİ-nə ünvnladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 173 saylı evin 43-cü mənzilində qonaq olarkən Təqsirləndirilən şəxs tərəfindən X6 qarşı əxlaqsız hərəkətlər etmiş və Rahımı Zəhra tərəfindən istifadə olunan mobil telefonla Xətai RPİ-nin 34-cü PŞ-də Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs diz çökməklə üzür istəməsinə dair CD diski ərizəsinə əlavə etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «ifadənin yerində yoxlanılması barədə» 15 avqust 2019-cu il tarixli protokoldan müəyyən olunur ki, ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs Rahmı Tamana ünvan 3 ünvanında baş verən hadisəni təfsilatı ilə danışmış, fotocədvəl protokola əlavə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «cinayəti törətməkdə şübhəli olan şəxsin tiutulması haqqında» 15 avqust 2019-cu il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 153.2.-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 17 avqust tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 2019cu il avqustun 15-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 2019-cu il 05 sentyabr tarixli, 500 saylı rəyindən müəyyən olunur ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır; qızlıq pərdəsinin anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir; Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər, sonuncunun bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixoloji ekspetizasının 17 oktyabr 2019-cu il tarixli, 23275 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafına görə ona qarşı edilmiş hərəkətləri qavramış, lakin həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Rahmı Tamana əqli və psixi inkişafına görə iş üçün əhəmiyyət kəsb edən hallar barəsində ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Ekspertiza zamanı o bildirmişdir ki, məktəbə gec getmiş, 1-ci sinifdə oxuyur, bir qardaşı var, həmin gün o anası ilə qonaq getmiş, Mehdinin evində çoxlu qonaqlar olumşudr. Mehdinin arvadının adı Əminədir, onların uşağı olmuşdu, o bir az oturduqdan sonra uşağı görmək üçün digər otağa keçmiş, onu götürmək istəmişdir. Amma uşağın atası Mehdi imkan verməmişdir, onun qoundan tuturaq dartmış, qolunu incimişdir. Mehdi onu kravata uzadaraq dodağından öpməyə başlamış, dilini ağzına salmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspetizasının 03 sentyabr 2019-cu il tarixli, 1644 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmaldır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəktlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış «CD diskinə baxış keçirilməsi haqqında» 05 noyabr 2019-cu il tarixli protokoldan müəyyən olunur ki, Qanuni nümayəndə tərəfindən təqdim edilən CD diskinə baxış zamanı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü X21 Rahımının diz çökərək Qanuni nümayəndə üzr istəməsi, «əgər mən həqiqətən də bir günah etmişəmsə, Tamanadan qızım kimi bir baladan üzr istəyirəm» bildirməsi müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İinformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Təqsirləndiridlən şəxsi xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o ailəlidir, himayəsində 2019-cu il təvəllüdlü uşağı vardır. Məhkəmədə elan edilib araşdırılmış qaçqın vəsiqəsinin surətindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs 05 sentyabr 2009-cü il təvəllüdlüdür. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı etdiyi əməlləri etiraf etməməsi, zərərçəkmiş şəxsə qarşı seksual xarakterili zorakılıq hərəkətləri etməməsi, yeni doğulmuş övladını qucağına almaması üçün Zərərçəkmiş şəxs mane olmaqla üzündən öpməsi, Qanuni nümayəndə borclu olduğu 140 manatın qaytarılmamasına görə ona şər atılması barədə ifadəsi cinayət işində olan bütün sübut növləri- zərərçəkmiş şəxsin, qanuni nümayəndəsi və şahidlərin ətraflı ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, CD diskə baxış protokolu və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi tam sübuta yetirilmidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin dispozisiyasında göstərilən əməlini 2019-cu ilin iyun ayında töətmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsində olan 150.3.3-cü maddəsində nəzərdə tutulmuş əmələ görə sanksiya 8 ildən 15 ilə qədər müəyyən edilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə” 27 dekabr 2022-ci il tarixli qanunun 3.3.5-ci bəndinə əsasən 150.3.3-cü maddənin dispozisiyasından “təqsirkar şəxs üçün aşkar surətdə” sözləri çıxarılmış, sanksiyada “səkkiz ildən on beş” sözləri “üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi» sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinə əsasən cəza tyin edilən zaman, cinayət əməli törədilən zaman qüvvədə olan CM-nin müddəaları nəzər alınmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir . Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X4 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini, əməlin azyaşlı şəxsə qarşı törədildiyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən CM-nin 150.3.3-cü maddəsi xüsusilə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CMnin CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini şübhəli şəxs qismində tutulduğu xx.xx.2019-cu il tarixdən hesablamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Azərbaycan Respublikasında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin 2019-cu il 19 iyun tarixli himayə sənədi əsasında yaşamasını nəzərə alaraq barəsində Azərbaycan Respublikasının CM-nin 52.1.-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma qismində əlavə cəza təyin olunması məqsədəuyğun hesab etmir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakını müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 95 (doxsan beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “15” avqust 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52.2.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilməsin. İş üzrə ekspertiza xərci 95 (doxsan beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Mahdı Rahımya verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar