Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-761/2024 23.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 1 aprel 1998-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq 1 ədəd qara rəngli sellofan bağlamada, külli miqdarda təmiz çəkisi 10,521 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 2 may 2023-cü il tarixdə saat 6:00-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3a yerləşən Xətai RPİ-nin 37-ci PŞ-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 bükümdə, külli miqdarda, təmiz çəkisi 10,521 qram maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 may 2023-cü il tarixdə saat 6:00 radələrində ünvan 2 ünvanın yaxınlığında tək olaraq piyada gəzərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin əldə edilməsi və istifadəsində şübhəli olduğunu deyib onlarla birlikdə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gəlmişdir. Bundan sonra orada polis xidməti otaqların birində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra hüquqlarının müdafiəsi üçün təqdim olunmuş siyahı əsasında ona müdafiəçi təqdim olunmuşdur. O da həmin müdafiəçi tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir. Hüquq və vəzifələri ona izah edildikdən sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ondan üzərində olan qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya və ya predmetlər olub-olmamasını soruşmuş və olduğu təqdirdə könüllü olaraq təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, əynindəki göy rəngli cins şalvarının sol cibindən 1 ədəd qara rəngli “Samsung” markalı, 1 ədəd qara rəngli “Sony” markalı mobil telefonu, şalvarının sağ cibindən isə 1 ədəd qara rəngli sellofan bağlamanı könüllü olaraq təqdim edib masanın üzərinə qoymuşdur. Həmin qara rəngli sellofan bağlama açıldıqda içərisində tünd qəhvəyi rəngli, toz halında olan maddə aşkar edilmişdir. O, həmin bağlamanın içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu və həmin maddəni 1 may 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi yaxınlığında sosial şəbəkələrin birində tanış olduğu, lakin anket məlumatlarını bilmədiyi, özünü ona İran vətəndaşı Hüseyn adı ilə təqdim edən şəxsdən şəxsi istifadəsi üçün 240 manata aldığını bildirmişdir. Vətən müharibəsi iştirakçısıdır, Suqovuşanın azad edilməsi medalı ilə təltif olunmuşdur. Müharibədən gəldikdən sonra narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid2 onu saxlamamış, lakin şəxsi axtarışda iştirak etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2 may 2023-cü il tarixdə ona anket məlumatları sonradan məlum olan Kənan adlı şəxsin qanunsuz olaraq narkotik vasitə heroin əldə etməsi, saxlaması və Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Bakı şəhəri Xətai RPİnin 37-ci PŞ-nin cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə Şahid1 tərəfindən şöbə rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o və Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra Şahid1la birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 2 may 2023-cü il tarixdə səhər saatlarında ünvan 2 ünvanın qarşısına gəlmişlər. Həmin vaxt orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin olmasını görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sonra da həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində ünvanını dəqiq bilmədiyi fərdi yaşayış evində kirayə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroini əldə etməsi və saxlamasında şübhəli olduğunu bildirib onu Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədikdən sonra onu Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirmişlər. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi ilə bağlı şöbə rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəhbərliyinin göstərişi əsasında Təqsirləndirilən şəxs barəsində zəruri istintaq hərəkətlərinin aparılması üçün onu təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək hüquqlarının dövlət hesabına müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra şöbənin xidməti otaqlarının birində o, Şahid1 və dövlət hesabına təyin olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni və ya dövriyyəsi məhdudlaşdırılmış əşya və ya maddələr varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd qara rəngli sellofan kəsiyinə yapışqan lentlə bağlanmış bükümü könüllü olaraq çıxarıb təqdim etmişdir. Həmin bükümün bir hissəsi kəsilib açıldıqda içərisində qəhvəyi rəngli, toz halında kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması, kimdən, nə vaxt və necə əldə etməsi soruşulduqda, o, həmin kütlənin narkotik vasitə heroin olduğunu və onu 1 may 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi yaxınlığında sosial şəbəkələrin birində tanış olduğu, lakin anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs küçədə tək piyada hərəkət edərkən saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları küçənin ətrafında həyət evləri vardır. Təqsirləndirilən şəxs polis şöbəsinə şəxsi avtomobilləri ilə aparmışlar. Həmin avtomobildə Kənan arxa oturacaqda onun yanında və əlləri açıq şəkildə olmuşdur. Şöbə rəisinin əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərarı əsasında tədbiri həyata keçirmişlər. Təqsirləndirilən şəxs 2 may 2023-cü il səhər saatlarında və hava şəraitinin günəşli olduğu vaxtda saxlamışlar. Saxlanılan şəxslərin üzərinə təhqiqatçı tərəfindən baxış keçirilməli olduğundan həmin şəxsləri polis şöbəsinə dəvət edirlər. Təqsirləndirilən şəxs saxladıqları ərazi ilə polis şöbəsinin arasında 10 dəqiqəlik məsafə olmuşdur. Saxlanıldıqdan təxminən 1-2 saat sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdən sonra vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs saxlayarkən mobil telefonu yadından çıxıb polis şöbəsində qalmışdır. Şahid1 üzərində mobil telefon olub-olmamasını bilmir. Təsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaqı zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 93-95). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 2 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli sellofan kəsiyinə yapışqan lentlə bağlanmış bükümü könüllü olaraq çıxarıb təqdim edərək həmin bükümün içərisində olan kütlənin narkotik vasitə heroin olmasını və həmin bükümü 1 may 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi yaxınlığında sosial şəbəkələrin birində tanış olduğu, lakin anket məlumatlarını bilmədiyi, özünü İran İslam Respublikasının vətəndaşı kimi Hüseyn adı ilə təqdim edən şəxsdən şəxsi istifadəsi üçün 240 manata aldığını bildirmişdir (cild 1, iş vərəqə 31-32). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 3 may 2023-cü il tarixli protokolda yuxarıda qeyd olunanlar öz əksini tapmışdır (cild 1, iş vərəqə 57-58). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən götürülmüş CD diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə siyahılarda qeyd edilmiş müxtəlif mobil nömrələr arasında danışıqlar və müxtəlif məzmunlu mesaj mətnləri ilə yazışmalara baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 1, iş vərəqə 136). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən götürülmüş CD diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə siyahılarda qeyd edilmiş müxtəlif mobil nömrələr arasında danışıqlar və müxtəlif məzmunlu mesaj mətnlərinə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 1,iş vərəqə 140). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2 may 2023-cü tarixli 6/2529 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs imza...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 1 bükümdə, təmiz çəkisi 10,521 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”-na daxildir (siyahı İ) (Qeyd: heroinin ümümi təmiz çəkisi 10,521 qram, tədqiqata sərf edildi 0,10 qram, qalıq 10,421 qram, cild 1, iş vərəqə 40-42). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 20 iyun 2023-cü il tarixli 3909 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 133- 134). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 17 avqust 2023-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 10,421 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1 ədəd DVD-R disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 163-170). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 88). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir (cild 1, iş vərəqə 116). Məhkəmə Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 may 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 3 may 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 2 may 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 76-79). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 2 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 10,421 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 2 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 10,421 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-761/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-761/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver