Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-761/2025 18.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlunun sədrliyi ilə, X5 və X ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(003)-552/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablanmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin cəzası çəkilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində hazırkı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 aprel 2025-ci il tarixdə, saat 10:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 18 sentyabr 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır.
2. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 4,448 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini külli miqdarda əldə edib üzərində saxlamaqla 16 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Rəhmanov küçəsində yaşadığı 4 saylı evin yaxınlığına kimi daşımış, həmin gün orada saat 11:39-da piyada hərəkətdə olarkən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin (bundan sonra mətndə - Xəzər RPİ-nin 3-cü PŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Rəhmanov küçəsində “İphone” markalı mobil telefonla videoçəkiliş aparılmaqla üzərində baxış keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 4,448 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin cinayətaxtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 16 sentyabr 2024-cü il tarixdə əməliyyat müvvəkkili Şahid1 Zahid adlı şəxsin narkotik vasitələrin dövriyyəsi, saxlanması və daşınmasında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında rəhbərliyə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilməklə o, Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün təxminən saat 11-12 radələrində Rəhmanov küçəsində Təqsirləndirilən şəxs hərəkətdə olarkən görüb videoçəkilişlə sonuncuya yaxınlaşaraq özlərini təqdim edib üzərində hər hansı narkotik vasitə olubolmaması barədə soruşduqdan sonra Təqsirləndirilən şəxs cibindən içərisində narkotik vasitə heroin olan büküm çıxarıb onlara təqdim etmiş, həmin büküm tərəflərindən zərfə qoyulub qablaşdırılmaqla götürülmüş, Zahid isə polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs şəxsiyyəti eyniləşdirilərkən sonuncunun barəsində 1-ci Polis Şöbəsində axtarış işi olması məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən qardaşı ilə birlikdə deyil, tək halda saxlanılmış, sonuncuya qarşı hər hansı fiziki təzyiq və ya təsir göstərilməmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində göstərmişdir ki, 16 sentyabr 2024-cü il tarixdə, saat 11:39 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi polis mayoru Şahid3 və həmin şöbənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1lə baş vermiş oğurluq hadisələri ilə əlaqədar Bakı şəhəri Xəzər rayonu Rəhmanov küçəsində hərəkətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. O, digər polis əməkdaşları ilə birlikdə həmin şəxsə videoçəkilişlə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək ondan özünü təqdim etməsini tələb etmiş, həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs özünü şübhəli aparmasının səbəbini soruşduqda sonuncu üzərində narkotik vasitə olmasını bildirərək əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofanda narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması, habelə nə vaxt, kimdən və hansı üsulla əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs narkotik vasitə heroini Suraxanı rayonundan şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-yə dəvət etmiş, o da razılaşaraq onlarla birlikdə 3-cü PŞ-yə gəlmiş, orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə təqdim edilərək ondan həmin bükümün içərisində nə olması, habelə nə vaxt, kimdən və hansı üsulla əldə etməsi barədə soruşulduqda o həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, bükümün onun özünə məxsus olmaqla 16 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Suraxanı rayonunda tanımadığı şəxsdən 60 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin qablaşdırılmış, üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunsuz hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 86-88;).
5. İfadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Şahid2 həmin ifadəsini müstəntiq tərəfindən tərtib edilməklə özünün səthi oxuyub imzaladığından təsdiq etmədiyini bildirərək həqiqətdə Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirləri keçirildiyini, sonuncuya yaxınlaşıb özlərini təqdim edərək üzərində hər hansı qanunla qadağan olunmuş predmet olub-olmaması barədə sual verdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etdiyini, videoçəkilişin Şahid3 tərəfindən aparıldığını, narkotik vasitənin Şahid1 tərəfindən götürülməklə zərfə qoyulduğunu, bundan sonra Zahidin polis şöbəsinə aparıldığını, o və ya digər polis əməkdaşları tərəfindən Zahidə qarşı hər hansı fiziki təzyiq və ya hədə-qorxu göstərilmədiyini, Təqsirləndirilən şəxs evindən tutulmadığını göstərdi.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi polis mayoru Şahid3 ifadə verərək göstərdi ki, Şahid1 Zahid adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi, daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəhbərliyə məruzə edilməklə tərəflərindən raport tərtib olunmuşdur. 16 sentyabr 2024-cü il tarixdə Şahid2 və Şahid1lə birgə Binə qəsəbəsində xidmətdə olarkən günorta təxminən saat 12 radələrində Rəhmanov küçəsində Zahid adlı şəxsi görüb videoçəkilişlə (videoçəkilişi özü həyata keçirmiş) ona yaxınlaşaraq özlərini təqdim etməklə üzərində qanunsuz hər hansı predmetin olub-olmaması barədə sual vermiş, Zahid də sol cibindən bir büküm çıxararaq həmin bükümün içərisində şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Zahidin təqdim etdiyi narkotik vasitə zərfə qoyularaq 3-cü PŞ-yə aparıb təhqiqatçıya təhvil verilmişdir. Sonradan Təqsirləndirilən şəxs başqa polis şöbəsində oğurluq əməli ilə bağlı axtarışda olması da müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat tədbirləri nəticəsində polis əməkdaşları ilə birgə evində deyil, küçədə saxlamış, tədbir zamanı Zahidin qardaşı tutulmamış, habelə onu qardaşı ilə hədələməmişlər. O və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təsir və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının görüntülərini özündə əks etdirən təxminən 1 dəqiqəlik videoçəkilişi şəxsən özü aparmış, çəkilişə sonuncunu görüb arxası ilə gedərkən başlamışdır. O, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni Şahid1 zərfə qoyduqdan sonra videoçəkilişi dayandırmışdır.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadəsi (Cild 1, i.v.89-91;) elan olunmaqla tədqiq edilmiş və onun Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir. İfadəsi elan edildikdən sonra Şahid3 verilən suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadənin müstəntiq tərəfindən yanlış yazıldığını, hazırda verdiyi ifadəsinin düzgün olduğunu qeyd edərək Təqsirləndirilən şəxs saxlanılana qədər onun şəxsiyyətinin bəlli olmasına baxmayaraq, axtarışda olması barədə onlarda məlumatın olmadığını, Şahid1 rəhbərliyə ünvanladığı raportu Şahid2la birgə imzaladığını, əməliyyat tədbirindən əvvəl təlimatlandırıldıqlarını, daxil olmuş əməliyyat məlumatının Zahidin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmaqla yaradılmış əməliyyat qrupunun rəhbərinin Şahid1 olduğunu, əməliyyat tədbirində 6 nəfər deyil, 3 nəfər olduqlarını, Zahidi evində deyil, küçədə saxladıqlarını göstərdi.
8. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, 16 sentyabr 2024-cü il tarixdə, saat 11:39 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi polis mayoru Şahid3 və həmin şöbənin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2la birlikdə baş vermiş oğurluq hadisələri ilə əlaqədar Bakı şəhəri Xəzər rayonu Rəhmanov küçəsində hərəkətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Polis əməkdaşları həmin şəxsə videoçəkilişlə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları ona özünü şübhəli aparmasının səbəbini soruşduqda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirmiş, əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofanda narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı üsulla əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs narkotik vasitə heroini Suraxanı rayonundan şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-yə dəvət etmiş, o da razı olaraq onlarla birlikdə 3-cü PŞ-yə gəlmiş, orada xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə təqdim edilmiş, ondan təqdim edilmiş bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı özünə məxsus narkotik vasitə olmasını, həmin narkotik vasitə heroini 16 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Suraxanı rayonunda tanımadığı şəxsdən 60 manat məbləğində pula almasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin qablaşdırılmış, üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı başqa əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmışdır. Bundan sonra protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir.
9. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, polis əməkdaşları Şahid2 və Şahid3la birlikdə 16 sentyabr 2024-cü il tarixdə, təxminən saat 11- 12 radələrində xidməti ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı xidmət apararkən Təqsirləndirilən şəxs şübhəli davranışları ilə əlaqədar sonuncuya yaxınlaşıb üzərində hər hansı qanunsuz əşya və ya predmet olub-olmaması barədə soruşduqda o, üzərində narkotik vasitə olmasını etiraf edərək həmin narkotik vasitəni onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş narkotik vasitə heroin tərəflərindən götürülmüş, habelə X18 RPİ-nin 3-cü PŞ-yə gətirilmiş, bu barədə raportla rəhbərliyə məruz edilərək araşdırmanın davam etdirilməsi üçün təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən şöbəyə gətirilib orada şəxsiyyəti müəyyənləşdirilərkən sonuncunun barəsində axtarış işinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən küçədə saxlanılmış, saxlanılarkən, o cümlədən saxlanıldıqdan sonra onlara qarşı hər hansı etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 bükümdə narkotik vasitə heroinin çəkisi şəxs saxlanıldığı anda tərəziyə qoyularaq müəyyən edilməmiş, yalnız araşdırmanın gedişində həmin narkotik vasitənin çəkisi məlum olmuşdur. O, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları Şahid2 və Şahid3la hazırkı işlə bağlı məhkəmədə ifadə verməzdən əvvəl danışmamış, sonunculardan bu barədə ümumiyyətlə heç nə soruşmamış, onların hazırkı iş üzrə vermiş olduqları ifadələrin məzmunundan məlumatı yoxdur. Bir daha vurğulayır ki, Təqsirləndirilən şəxs tərəflərindən küçədə olarkən özünü şübhəli aparması ilə əlaqədar saxlanılmış, onun barəsində şöbəyə hər hansı əməliyyat məlumat daxil olmamış, habelə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilməmişdir. Sahə müvəkkili X2 Cəbrayılovun saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılıb Xəzər RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verildikdən sonra onu görməmiş, ona qarşı tərəflərindən hər hansı təzyiq göstərilməmiş, habelə sonuncunun ayağının sınmasından xəbəri olmamışdır.
10. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs şübhəli (17 sentyabr 2024-cü il tarixli) və təqsirləndirilən şəxs qismində (18 sentyabr 2024-cü il tarixli) verdiyi ifadələri elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, o, narkotik vasitənin heroin növündən istifadə edir. 16 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroini 60 manat məbləğində pula almış və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. 16 iyul 2024-cü il tarixdə, saat 11:39 radələrində Xəzər rayonu Binə qəsəbəsi Rəhmanov küçəsi ilə hərəkətdə olan zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, üzərinə videoçəkilişlə yoxlama keçirmişlər. Polis əməkdaşı ona üzərində hər hansı qanunsuz saxladığı əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməsini bildirmişdir. O, əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmiş, polis əməkdaşı təqdim etdiyi narkotik vasitə heroini zərfin içərisinə qoymuşdur. Sonra polis əməkdaşları onu 3-cü PŞ-yə dəvət etdikdə o, etiraz etmədən onlarla razılaşıb polis şöbəsinə getmişdir. Xəzər RPİ-nin 3-cü PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuş və vəkil tərəfindən ona hüquq və vəzifələri bir daha izah edildikdən sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşı saxlanılan zaman onun üzərində aşkar olunan 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Polis əməkdaşları ondan həmin bükümün içərisində nə olması, nə vaxt və haradan əldə etdiyi barədə soruşduqda o həmin şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, 16 sentyabr 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 60 manat məbləğində pula aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin 1 ədəd büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri özü tərəfindən imzalandıqdan sonra möhürlənmiş, digər polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş və üzərindən hər hansı qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Daha sonra bununla bağlı tərtib olunmuş protokol və digər sənədlər onun özü tərəfindən imzalanmışdır (Cild 1, i.v. 52-53; 63-65;).
11. Məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrindən görünür ki, Təqsirləndirilən şəxsla ibtidai istintaq zamanı 17 sentyabr 2024-cü il tarixli şübhəli şəxs və 18 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrindən sonra ümumiyyətlə hər hansı istintaq hərəkəti, o cümlədən dindirmə, üzləşdirmə və sair istintaq hərəkətləri həyata keçirilməmişdir.
12. İbtidai istintaq orqanı iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işi materiallarında olan və tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.
13. “Cinayət işinin başlanılması və aidiyyəti üzrə göndərilməsi barədə” 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, 16 sentyabr 2024-cü il tarixdə, saat 11:39 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Rəhmanov küçəsində hərəkətdə olarkən Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərində narkotik vasitə olub-olmaması dəqiqləşdirilməklə üzərindən 1 ədəd şəffaf sellofana bükülmüş halda 4,448 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə 17 sentyabr 2024-cü il tarixdə, saat 13:40-da Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis mayoru X12 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq ibtdai araşdırmanın davam etdirilməsi üçün Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v.1;).
14. Xəzər RPİ-nin 3-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2, polis mayoru Şahid1 və polis sahə rəisi Şahid3 tərəfindən tərtib edilmiş 16 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə ərazidə olan oğurluq hadisələri ilə bağlı Xəzər rayonu Binə qəsəbəsi Rəhmanov keçəsində xidmətdə olan zaman bir nəfər şəxsin şübhəli olduğunu görərək ona videoçəkilişlə yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edərək üzərində qanunsuz əşya varsa təqdim etməsini bildirmişlər. Həmin şəxs üzərində narkotik vasitə olmasını deyərək əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etməklə həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra həmin şəxsi Xəzər RPİ-nin 3-cü PŞ-yə dəvət etmişlər. Şöbədə həmin şəxsin xx xxxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. (Cild 1, i.v.3;).
15. “Şübhəli şəxsin tutulması haqqında” 16 sentyabr 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis mayoru X12 tərəfindən həmin tarixdə, saat 12:15-də müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə həmin tarixdə, saat 12:15-dən saat 12:25-dək protokol tərtib edilmişdir. Qərarın və protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 16 sentyabr 2024-cü il tarixdə, saat 11:39-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v.7; 24;).
16. “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilmiş müvafiq qərar əsasında həmin gün Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis mayoru X12 tərəfindən həmin şöbənin cinayət-axtarışı üzrə əməliyyat müvəkkilləri polis mayoru Şahid1 və polis baş leytenantı Şahid2, sahə rəisi polis mayoru Şahid3, habelə müdafiəçi X4 iştirakı ilə Xəzər RPİ-nin 3cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində saat 12:35-dən 12:50-dək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra 16 sentyabr 2024-cü il tarixdə, saat 11:39-da Xəzər rayonu Binə qəsəbəsi Rəhmanov küçəsində piyada hərəkətdə olarkən özünü şübhəli apardığı üçün videoçəkiliş aparılmaqla saxlanılıb orada əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş halda aşkar olunaraq götürülmüş narkotik vasitə Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşı tərəfindən təqdim olunmuşdur. Verilən suallara cavab olaraq təqdim olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş bükümün narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni 16 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan 1 (bir) ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin gün saat 12:35-dən 12:50-dək protokol tərtib edilmiş, protokolda “Samsung” markalı mobil telefondan istifadə edilməklə videoçəkilişin aparılması, videoyazının əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 27; 29-31;).
17. “CD kompakt diskə baxış keçirilməsi haqqında” 18 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X14 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin disk DVD-R formatlıdır. Disk “HP” markalı kompüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X10” proqramı vasitəsilə yazılmış 1 dəqiqə müddətində olmaq şərti ilə 11159 KB ölçüsündə 1 ədəd fayl olması müşahidə olunur. Həmin fayla nəzər yetirdikdə Təqsirləndirilən şəxs saxlanılması zamanı əvvəlcə ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsinin təklif edilməsi, Təqsirləndirilən şəxs isə əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etməsi, 1 ədəd bükümün içərisində nə olması soruşulduqda həmin bükümün içərisində heroin kimi tanıdığı narkoik vasitə olduğunu bildirməsi, həmin bükümün zərfə qoyulması müəyyən olundu. Diskə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən şəxsin özü olduğunu təsdiq etdi. Baxış xidməti iş otağında aparılmaqla protokol “HP” markalı kompüter vasitəsilə tərtib edilmiş və protokol “HP” markalı printer vasitəsilə çap edildi. Bu barədə protokol tərtib edilərək cinayət işinə əlavə olunmuşdur (Cild 1, i.v. 74;).
18. “CD kompakt diskə baxış keçirilməsi haqqında” 18 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X14 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin disk DVD-R formatlıdır. Disk “HP” markalı kompüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X10” proqramı vasitəsilə yazılmış 4 dəqiqə 58 saniyə müddətində olmaq şərti ilə 54944 KB ölçüsündə 1 ədəd fayl olması müşahidə olunur. Həmin fayla nəzər yetirdikdə Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Rəhmanov küçəsində əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən təqdim edilməsi, ondan təqdim edilmiş 1 ədəd bükümün içərisində nə olması soruşulduqda həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu bildirməsi, həmin bükümün qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı başqa əşya və ya predmet aşkar edilməməsi müəyyən olundu. Diskə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən şəxsin özü olduğunu təsdiq etdi. Baxış xidməti iş otağında aparılmaqla protokol “HP” markalı kompüter vasitəsilə tərtib edilmiş və protokol “HP” markalı printer vasitəsilə çap edildi. Bu barədə protokol tərtib edilərək cinayət işinə əlavə olunmuşdur (Cild 1, i.v. 75;).
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının” 6/4592 saylı, 17 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 244” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; İştirakçılar: 1. /imza/ Şahid1; 2. /imza/ Şahid2; 3. /imza/ Şahid3; Saxlanılan şəxs:
4. /imza/ Təqsirləndirilən şəxs; Müdafiəçi: 5. /imza/: Şahid3; Qablaşdırdı: /imza/ R.Məmmədov” yazılar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 4,448 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 4,448 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 4,248 qram. Aparılmış tədqiqatın dəyərinin 60 (altmış) manat olması müəyyən edilmişdir. (Cild 1, i.v. 37-42;).
20. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X14 tərəfindən ********* saylı cinayət işi icraata qəbul edilərək ibtidai araşdırması davam etdirilmişdir (Cild 1, i.v.45;).
21. “Cinayət içinin materiallarının və cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları və iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilmişdir (Cild 1, i.v.47;).
22. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs .... Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq Xəzər rayonu Binə qəsəbəsi Rəhmanov küçəsində “İphone” markalı mobil telefonla videoçəkiliş aparılmaqla üzərində baxış keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 4,448 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (Cild 1, i.v. 54-55;).
23. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 1(003)- 552/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə axtarış elan edilmiş, habelə onun barəsində həbs qətimkan tədbiri seçilməklə tutularaq dərhal həbs edilməsi qərara alınmışdır (Cild 1, i.v. 76-77;).
24. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması haqqında” 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 1(003)-552/2024 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır (Cild 1, i.v. 78-79;).
25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 23 oktyabr 2024-cü il tarixli cavabından, müvafiq hökmün surətindən və hökmün icraya yönəldilməsi haqqında göstərişdən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(003)-552/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 66.5 və 69.3-cü maddələrinə əsasən onun üzərində qəti olaraq 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs həmin hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 16 mart 2025-ci il tarixdə bitmiş, yəni ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmışdır. Qeyd edilən hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir (Cild 1, i.v. 92-100; Cild 2;).
26. Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisi polis polkovnik-leytenantı Yelmar Mehdiyevin 23 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v. 101;).
27. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 18 sentyabr 2024-cü il tarixli, 6344 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v.104-105;).
28. “Ambulator məhkəmə psixiatrik ekspertizasının” 23 oktyabr 2024-cü il tarixli, 3092 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi mülaicəyə ehtiyacı yoxdur (Cild 1, i.v. 108-109;).
29. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X14 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü ilə əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 10 oktyabr 2024-cü il tarixli hökmü ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasının nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,448 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,248 qram olan narkotik vasitə heroin maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin görüntülərini özündə əks etdirən 2 (iki) ədəd DVD diskin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmaqla cinayət işinə əlavə olunması, Təqsirləndirilən şəxs 4,448 qram narkotik vasitə olan heroini əldə etdiyi şəxsin şəxsiyyətini və mənbəni müəyyən edərək istintaqa təqdim edilməsi məqsədilə ********* saylı cinayət işindən ayrıca icraata cinayət içinin ayrılması qərara alınmışdır. Həmin qərardan görünür ki, müstəntiq hazırkı iş üzrə toplanmış sübutlara qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının əməliyyat-axtarış tədbirinin keçirilməsi və bununla bağlı sənədləşləmələrin aparılmasına dair müddəalarına da istinad etmişdir (Cild 1, i.v.112- 123;).
30. “Cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması haqqında” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, müstəntiq Ə.İsgəndərov tərəfindən ********* saylı cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmış, ********* saylı cinayət işindən zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla, ayrılmış cinayət işinə əlavə olunaraq icraatına qəbul edilərək istintaqı davam etdirilir (Cild 1, i.v.125-128;).
31. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ə.Ə.İsgəndərov tərəfindən 7 noyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 14 noyabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.135-142;).
32. Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmiş və Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə həbs qətimkan tədbiri seçilmişdir (Cild 2;).
33. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru İ dərəcəli hüquqşünas X16 tərəfindən Təqsirləndirilən şəxs işgəncələrə məruz qalmasını bildirməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş məlumat əsasında toplanmış 2575-C-24 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, “Məhkəmə-Tibbi Ekspertiza və X11” X21 Xəzər rayon şöbəsinin 14 mart 2025-ci il tarixli 220 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində 16 sentyabr 2024-cü il tarixdə travma almasını göstərən hər hansı xəsarət aşkar edilməmişdir. Bununla da, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmaması müəyyən edilmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs araşdırma zamanı izahatında 16 sentyabr 2024-cü il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin şöbəyə aparıldığını, orada polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalaraq qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını etiraf etməsinin tələb edildiyini, məcbur olub etirafedici məzmunda izahat verdiyini və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyini bildirmişdir. Həmçinin, Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 izahatında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 16 sentyabr 2024-cü il tarixdə əməliyyat tədbiri keçirilməklə sonuncunun saxlanılaraq polis şöbəsinə gətirildiyini, şəxsi axtarış istintaq hərəkətinin aparılması zamanı üzərində narkotik vasitənin aşkar edilərək götürüldüyünü, .... bildirmişdir. Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 polis əməkdaşı Şahid1lə eyni məzmunlu ifadə vermişdir (Cild 2;).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
34. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 6 nəfər polis əməkdaşı tərəfindən 16 sentyabr 2024-cü il tarixdə, səhər saat 10 radələrində evinin həyətində olarkən tutulmuş, onunla birlikdə qardaşını da saxlayıb törətmədiyi əməli boynuna almayacağı təqdirdə qardaşını da tutacaqlarına dair onu hədələmişlər. O, əməliyyat müvəkkilinin ona deməsinə görə məhkəmədən yayındığı üçün yaşadığı evdə olarkən tutulmuşdur. Cibinə narkotik vasitə qoyularaq videoçəkiliş aparılmışdır. O, evdə namaz qılan qardaşı və onun uşaqları ilə birlikdə yaşamışdır. O, qardaşı ilə birlikdə tutulub polis bölməsinə aparılmışdır. O, 16 sentyabr 2024-cü il tarixdə idarənin müvəqqəti saxlama yerinə aparılmış, həmin gün barəsində sənədləşmə işləri aparılaraq qardaşı evə buraxılmışdır. Onun evdə tutulmasını qardaşının yoldaşı da bilmişdir. Onu yaşadığı yer üzrə Heydər adlı sahə rəisi tutmuş, habelə Sevdar adlı polis əməkdaşı da onun saxlanılmasında iştirak etmişdir. İbtidai istintaq dövründə polis əməkdaşları ona qarşı zor tətbiq edərək üstünə çıxıb ayağını buraraq sındırmışdır. O, saxlanıldığı gün axşam saat 17:00-dək müvəqqəti saxlama yerində saxlanıldıqdan sonra əvvəlcə 3 saylı İstintaq Təcridxanasına aparılmış, daha sonra Bakı İstintaq Təcridxanasına göndərilmişdir. İbtidai istintaq zamanı ona müdafiəçi təqdim edilmişdir. O, saxlanıldığı gün təqdim edilmiş sənədləri imzalamış, həmin vaxt müstəntiq onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəyini bildirmişdir. O, axtarışda olduğunu bilməmişdir. Onun yaşadığı ərazi 3-cü polis şöbəsinin inzibati ərazisi olmuşdur. Polis əməkdaşları tərəfindən 5 kq narkotik vasitəni boynuna götürməsi üçün döyülmüş, lakin həmin miqdarda narkotik vasitəni boynuna almaqdan qəti imtina etmişdir. O, polis əməkdaşlarına narkotik vasitə istifadə etməsi barədə bildirmişdir.
35. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, Şahid1 polis şöbəsində görməmiş, sonuncu polis şöbəsində şəxsi axtarış istintaq hərəkəti zamanı iştirak etməmişdir. O, sahə müvəkkili Heydər adlı şəxsin yanında döyülmüş, döyülmə prosesi videoçəkilişdən sonra olmuş, videoçəkilişdə axsamağının səbəbi belindəki problemlərlə bağlı olmuşdur. Heydər 1-ci dəfə videoçəkilişdə iştirak etmiş, lakin sonradan həmin videoçəkiliş silinmişdir. Belə ki, polis əməkdaşları onu saxladıqdan sonra ciblərini axtarmış, heç nə olmadığını görüb cibinə narkotik vasitə qoyub videoçəkiliş aparmış və ona bildirilmiş sözləri videoçəkiliş zamanı deməsini tələb etmişlər. İbtidai istintaq zamanı izahat və ifadələri onun sözlərindən yazılmamış, müstəntiq həmin izahat və ifadələri öz istədiyi kimi tərtib edərək ona imzalatdırmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olmadığını, məhkəməyədək icraat zamanı fiziki və psixi təzyiqlərə, eləcə də pis rəftara məruz qaldığından etirafedici ifadələr verdiyini, aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını bildirərək məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etdi.
36. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilmiş Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X14 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə iş materiallarında olan ibtidai istintaq zamanı toplanmış sənədlər onun tərəfindən tərtib edilməklə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrini olduğu kimi qeyd edərək həmin ifadələrə hər hansı dəyişiklik etməmişdir. Protokolda Şahid1 vəzifəsinin sahə müvəkkili yazılması texniki səhv olmuşdur. Həmin cinayət işi üzrə sənədlər müvafiq raport əsasında toplanılmışdır. Əgər əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar olsa idi, həmin sənədlər təhqiqatçı tərəfindən iş materiallarına əlavə edilmiş olardı, lakin həmin sənədlər olmadığından ona təqdim edilməmişdir. Adətən, post patrul xidməti əməkdaşları xidmət zamanı hər hansı şəxsi şübhəli davranışlarına görə saxlayıb polis şöbəsinə gətirir və orada həmin şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilir. O, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair videoyazının əks olunduğu videoçəkilişə baxış keçirmişdir. Təqsirləndirilən şəxs özü başqa cinayət işi üzrə axtarışda olmuş, lakin o, hazırkı iş üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” qərarda Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində tutulması barədə onun tərəfindən qeyd edilənlər texniki olaraq yanlış yazılmışdır. Həqiqətdə əməliyyat-axtarış tədbiri keçirilməmişdir. Təqsirləndirilən şəxs oğurluq əməlininin törədilməsində axtarışda olması ilə əlaqədar tutulmuşdur. Təqsirləndirilən şəxs axtarışda olmasına dair ona heç bir əməliyyat sənədi daxil olmamışdır.
37. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis mayoru X12 izahatında göstərdi ki, əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 tərəfindən ilkin prosessual sənədlər tərtib edilməklə toplanılmış material ona təqdim edilmiş, həmin təhqiqat materialına əməliyyat qrupunun yaradılması və sair digər sənədlər əlavə edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq sənədləri prokurorluq orqanına göndərilmiş, lakin həmin sənədlər sonradan təhqiqat materiallarına əlavə edilməmişdir. O, sənədləşdirməni polis əməkdaşları tərəfindən daxil olmuş raport və şübhəli şəxsin saxlanılmasının videogörüntülərini özündə əks etdirən disk əsasında aparmışdır. O, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair sənədləri görmüş, hesab edir ki, həmin sənədlər polis bölməsinin dəftərxanasında saxlanılır. Şəxsi təcrübəsinə əsasən deyə bilər ki, hazırkı cinayət işi üzrə iş materiallarına əlavə edilmiş sənədlər daxil olmuş əməliyyat məlumatı əsasında aparılmış sənədləşmə işinə oxşayır. O, baxış zamanı narkotik vasitənin qoyulduğu zərfin içərisinə baxış keçirməmiş, Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsinin şahidi olmamış, onun qardaşını tanımamışdır.
38. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, sonuncu ilə düşmənçiliyi və ya ədavəti yoxdur. Qardaşı tutulduqdan sonra ona zəng edilərək məlumat verilmiş, o da qardaşı üçün Xəzər RPİ-nin 3-cü PŞ-yə çörək aparmışdır. O, qardaşının tutulmasının şahidi olmamış, sonuncu onun evində tutulmamış, polis əməkdaşları ümumiyyətlə onun evinə girməmiş, onu saxlamamışdır. O, qardaşı Zahidin narkotik vasitələrdən istifadə etməsi, eləcə də axtarışda olması barədə bilməmiş, həmçinin sonuncunu üç ildir görmədiyindən ayağında hər hansı fiziki probleminin olub-olmamasını bilməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiq və ya təsir olmamışdır.
39. Müdafiə tərəfi cinayət işi materiallarında olan aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.
40. Belə ki, hökmün 16-18-ci bəndlərində qeyd edilmiş “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videogörüntüyə, eləcə də, Təqsirləndirilən şəxs üstünə yerində baxış keçirilməsinə dair özündə videoçəkilişi əks etdirən videogörüntüyə məhkəmə iclasında təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq yerində üzərinin yoxlanılması zamanı sonuncunun “könüllü” surətdə təqdim etdiyi, habelə polis əməkdaşları tərəfindən təhqiqat orqanına təqdim edilməsi üçün bir ədəd zərfdə “qablaşdırılmaqla” götürülmüş “narkotik vasitəyə bənzər heroinə” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının tələblərinə uyğun olaraq saxlayaraq yerində üstünü yoxlamanı həyata keçirmiş polis əməkdaşları, o cümlədən sonradan isə təhqiqatçı tərəfindən ümumiyyətlə baxış keçirilməmiş, cinayətin predmeti hesab olunan əşyanın (Təqsirləndirilən şəxs aşkar edilməsi iddia edilən “narkotik vasitəyə bənzər” kütlənin) sayı, çəkisi və digər fərdi əlamətləri müəyyən edilərək protokolda qeyd olunmamışdır. Eyni zamanda, protokolda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, 20-ci maddəsində nəzərdə tutulmuş heç kəsin özünün və ya yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməməsi və buna görə hər hansı təqibə məruz qala bilməməsinə dair hüquqları, o cümlədən 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edildiyi formal olaraq qeyd edilməsinə baxmayaraq, həmin istintaq hərəkətinin videoyazısına baxış zamanı təhqiqatçı tərəfindən hər hansı izahın verilməsi, ümumiyyətlə Təqsirləndirilən şəxs hər hansı hüquq və vəzifələrinin izah edilməsi müəyyən edilməmişdir. Həmçinin, baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq üstünün yoxlanılmasına dair görüntüləri özündə əks etdirən diskə istintaq hərəkətinin gedişində ümumiyyətlə baxış keçirilməməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs müdafiəçinin “Saxlanılarkən, şöbəyə gətirilərkən sizə qarşı hər hansı döymə, təzyiq və işgəncə olubmu?” sualına hər hansı cavab vermədən kameraya baxaraq (xəfif gülümsəmə ilə) gözünü yayındırması (halbuki həmin sualdan dərhal sonra verilmiş “Özünüzə məxsusdur təqdim edilən maddə?” sualına “Bəli” cavabını vermişdir), sonuncunun üzərində şəxsi axtarışın prosessual qanunvericiliyin tələblərinə uyğun formada tam olaraq keçirilməməsi (misal üçün ayaqqabısının çıxarılaraq baxılmaması) müəyyən edilmişdir. Müdafiə tərəfi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq yerində üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş predmetin müvafiq qaydada qablaşdırılmadığını, əməliyyat müvəkkili Şahid1 tərəfindən bir ədəd zərfə qoyulmasına baxmayaraq, həmin zərfin möhürlənərək və imzalanaraq qablaşdırılmadığını xüsusilə vurğulamışdır.
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən təqdim edilmiş Təqsirləndirilən şəxs adına tərtib edilmiş 8103/2024 saylı məhkumun tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına daxil olmaqla tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək 19 sentyabr 2024-cü il tarixdə adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həbs zamanı xəsarət aldığını bildirir, yeni xəsarət aşkar olunmamışdır. Həmin kitabçanın 13-14-cü bəndlərində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs üst dodaq, sağ və sol bazu, sağ və sol said, qarın sıyrığı, habelə köhnə çapıq toxumalar aşkar olundu, hal-hazırda şikayəti yoxdur (Cild 2;).
42. Məhkəmənin şahidlər Şahid2 və Şahid3 ifadələri əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilib-keçirilməməsi, keçirilmişdirsə bu barədə müvafiq qərar və sənədlərin təqdim edilməsinə dair 19 dekabr 2024-cü il tarixli sorğusuna Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisi polis polkovnik-leytenantı Yelmar Mehdiyev tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli cavab məktubundan görünür ki, 16 sentyabr 2024-cü il tarixdə 3-cü PŞ-nin inzibati ərazisi – Binə qəsəbəsində xidmətdə olarkən Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmasında şübhəli bilindiyi üçün PŞ-nin aidiyyəti əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını könüllü etiraf etmiş və üzərində videoçəkilişlə axtarış aparılan zaman aşkar edilmiş narkotikə bənzər vasitə zərfə yerləşdirilməklə sonuncu ilə birlikdə 3-cü PŞ-yə gətirilib Təhqiqat qrupuna təqdim edilmişdir (Cild 2;).
43. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs şəxsi işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən əldə edilərək tərəflərin iştirakı ilə məhkəmə baxışı üzrə məhkəmə iclasında tədqiq edilmiş və müvafiq sənədlərin surətləri çıxarılaraq iş materiallarına əlavə edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, şəxsi işə əlavə edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 16 sentyabr 2024-cü il tarixli protokol hökmün 15-ci bəndində qeyd edilmiş eyni məzmunlu protokoldan fərqlənir. Belə ki, həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis mayoru X12 tərəfindən həmin tarixdə, saat 11:40-da müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə həmin tarixdə, saat 11:40-dan saat 12:00-dək protokol tərtib edilmişdir. Protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 16 sentyabr 2024-cü il tarixdə, saat 11:40-dan tutulmuş hesab edilmişdir. Həmin protokolda Xəzər RPİ-nin 3-cü PŞ-nin dairəvi möhürü olsa da, hazırkı iş materiallarında olan hökmün 15-ci bəndində qeyd edilən protokolda isə belə bir möhürün olması müəyyən edilməmişdir (Cild 2;). Başqa sözlə, eyni məzmunlu iki protokolun fərqli vaxtlarda tərtib edilməsi müəyyən edilmişdir.
44. Eyni zamanda, hökmün 43-cü bəndində qeyd edilmiş şəxsi işə əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş 16 sentyabr 2024-cü il tarixli Xəzər RPİ-nin Müvəqqəti saxlama yerində tərtib edilmiş aktda göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədənində xəsarətlər yoxdur (Cild 2;).
45. “Dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin” hesabatından görünür ki, müdafiəçi X7 Təqsirləndirilən şəxs işi üzrə 16 sentyabr 2024, 18 sentyabr 2024, 24 oktyabr 2024 və 28 oktyabr 2024-cü il tarixlərdə müvafiq istintaq hərəkətlərində iştirak etmişdir (Cild 1, i.v.133;). Məhkəmənin hüquqi dəyərləndirməsi:
46. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
47. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
48. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
49. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur.
50. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə-CM-in) 234.1-1-ci maddəsi həmin Məcəllənin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” fəslində nəzərdə tutulmuşdur.
51. CM-in 234.1-1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma) maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır.
52. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir.
53. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir.
54. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların” İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir.
55. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istinad olunan əməldə onun təqsirliliyinin sübuta yetirilməsi üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) tələblərinə əsasən onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşıması sübuta yetirilməli haldır.
56. CPM-in 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
57. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi digər dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
58. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması faktını sübuta yetirə bilməmişdir.
59. Belə ki, CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”.
60. CPM-in 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
61. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalı, 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
62. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs və onun müdafiəçisi irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişlər və buna əsas kimi Təqsirləndirilən şəxs barəsində hər hansı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar olmadan polis əməkdaşları tərəfindən tutulmaqla üzərində qanunsuz olaraq yerindəcə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsini, habelə iş üzrə əməliyyat-axtarış tədbirinin keçirilməməsinin məhkəmədə verilmiş sorğularla da öz təsdiqini tapmasını, polis əməkdaşları tərəfindən tutularkən, eləcə də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilərkən hüquq və vəzifələrinin ümumiyyətlə izah edilməməsini, istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ondan aşkar edilməsi iddia edilən predmetin növünün, çəkisinin, formasının və digər fərdi xüsusiyyətlərinin müəyyən edilərək videoçəkiliş zamanı nümayiş etdirilməklə protokola əlavə edilməməsini, ümumiyyətlə içərisində narkotik vasitə heroin olması iddia edilən zərf açılmadan və həmin predmetə baxış keçirmədən polis əməkdaşlarının ona verdiyi içərisində nəyin olması müəyyən edilməyən zərfi sadəcə möhürləməklə üzərinin imzalanmasını, polis əməkdaşı Şahid1 şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı iştirak etməməsi və videoçəkiliş zamanı üzünün göstərilməməsini, habelə sonuncunun adının zərfin içərisindəki predmetin qablaşdırılması zamanı zərfin üzərində qeyd olunmasına baxmayaraq, Şahid1 tərəfindən imzalanmamasını, videoçəkiliş zamanı zərfdə Şahid1 imzasının olmamasına baxmayaraq, hökmün 19-cu bəndindəki ekspert rəyinə əsasən həmin zərfin üzərində Şahid1 də imzasının olması, Təqsirləndirilən şəxs qarşı fiziki zorakılıq tətbiq edilməklə döyülməsini, habelə məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin həm bir-birilərinə münasibətdə, həm də məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələrdən əhəmiyyətli dərəcədə fərqlənməklə ziddiyyətli olmasını, o cümlədən iş üzrə izahatları alınmış təhqiqatçı və müstəntiqin bir-birindən, eləcə də polis əməkdaşlarının ifadələrindən fərqli izahatlar vermələrini və Təqsirləndirilən şəxs barəsində cinayət prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla prosessual hərəkətlərin aparılması ilə həmin tədbirlərin qanunsuz olmasını göstərmişlər.
63. Müdafiə tərəfinin məhkəmə istintaqında iddia etdiyi hallar prosessual qanunvericilik, xüsusilə müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə qeyd edilən halların ətraflı şəkildə məhkəmə istintaqında araşdırılmasını zəruri hesab etmişdir.
64. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş, habelə sorğular verilmiş, həmin qərarlar və sorğular əsasında yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tərəflərin iştirakı ilə tədqiq edilmişdir.
65. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin və müdafiəçinin iddia etdikləri dəlillərin ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir.
66. Belə ki, müdafiə tərəfi irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını aşağıda göstərilən dəlillərlə əsaslandırmışdır: a) Təqsirləndirilən şəxs barəsində hər hansı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar olmadan qanunsuz olaraq saxlanılaraq guya üzərində yoxlama əməliyyat tədbirləri həyata keçirilməklə narkotik vasitə heroin aşkar olunaraq polis şöbəsinə gətirilmişdir; b) Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş hər hansı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar olmamasına baxmayaraq, iş materiallarında olan sənədlərin əksəriyyəti yanlış tərtib edilmiş, o cümlədən “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 18 sentyabr 2024-cü il tarixli qərarda Təqsirləndirilən şəxs barəsində keçirilməmiş əməliyyat-axtarış tədbirlərinə istinadən qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; c) təhqiqatçı “Şəxsi axtarış, baxış və götürmə” istintaq hərəkətini həyata keçirərkən istintaq hərəkətinin keçirilmə tarixi və vaxtı (saatı) haqqında videoçəkilişdə ümumiyyətlə məlumat verməmiş, o cümlədən Təqsirləndirilən şəxs aşkar edilməsi iddia olunan predmetin olduğu zərf polis əməkdaşlarının təqdim etdiyi formada yalnız möhürlənməklə imzalanmış, həmin zərfin içərisi açılmaqla həmin predmetə ümumiyyətlə baxış keçirməmiş, çəkisi ölçülməmiş, forması, rəngi və sair xüsusiyyətləri barədə hər hansı dəqiq ifadə səsləndirilməmiş, həmin predmetin aşkar edilməsi və tutulmasının videogörüntülərini özündə əks etdirən videogörüntüyə ümumiyyətlə baxış keçirməmiş, eləcə də protokolda müvafiq qeydlər aparılmamışdır; d) İttiham tərəfinin təqdim etdiyi şahidlər ziddiyyətli ifadələr vermiş, eləcə də, məhkəmə iclasında müstəntiq və təhqiqatçı da ziddiyyətli izahlar vermişdir.
67. Göründüyü kimi müdafiə tərəfi irəli sürülmüş ittihama qarşı təkzibolunmaz arqumentlər gətirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Bu səbəbdən də məhkəmə müdafiə tərəfinin iddia etdiyi dəlilləri və bu dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutları cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayıb təhlil edilməsini vacib saymış və bununla bağlı məhkəmə istintaqında kifayət qədər ətraflı araşdırma aparılmış, bu araşdırma isə kifayət qədər uzun müddət tələb etmişdir.
68. Bu hissədə məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqında aparılmış araşdırma məhkəmə baxışının hədləri kontekstində müdafiə tərəfinin iddia etdiyi dəlillərlə bağlı əlavə sübutların əldə edilməsi və həmin sübutların cinayət işinin materiallarında olan digər sübutlarla məcmu halda müqayisəli şəkildə yoxlanılması və hüquqi qiymət verilməsi vasitəsilə həyata keçirilmişdir.
69. Belə ki, məhkəmə tərəfindən əldə edilmiş və ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında təhqiqat orqanı tərəfindən qəbul edilmiş qərar olmadan qanunsuz olaraq saxlanılmaqla üstündə yoxlama tədbirləri həyata keçirilərək polis şöbəsinə gətirilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilməsi iddia edilən predmetin olduğu zərf açılmadan polis əməkdaşlarının təqdim etdiyi formada möhürlənmiş, həmin predmetə ümumiyyətlə hər hansı baxış keçirilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs ümumiyyətlə mövcud olmayan qərara istinad edilərək hər hansı qanuni və mötəbər əsas olmadan təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həqiqiliyi şübhə altına alınmış ittiham elan edilmişdir. Bununla yanaşı, iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Pərviz Qurbanovun məhkəmə icraatı dövründə verdikləri ifadələri ilə məhkəməyədək icraat zamanı verdikləri ifadələri arasında kəskin ziddiyyətlər yaranmış, sonuncular məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla əməliyyat qrupu yaradıldığını, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində yoxlama tədbirinin həyata keçirilməsini bildirmiş, halbuki onlar məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs küçədə özünü şübhəli aparması səbəbindən saxladıqlarını bildirmişlər. Qeyd edilən şahidlərin ifadələrinə əsasən verilmiş sorğuya hökmün 42-ci bəndində göstərildiyi kimi Xəzər RPİ-nin 3-cü PŞ tərəfindən təqdim edilmiş cavabda Təqsirləndirilən şəxs barəsində hər hansı əməliyyat-axtarış tədbirlərinin keçirilmədiyi, bu barədə hər hansı qərar olmadığı, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq üstünün yoxlanılmasının həyata keçirilməsi vurğulanmışdır. Eyni zamanda, əməliyyat müvəkkili Şahid1 isə həm məhkəmə, həm də məhkəməyədək icraat zamanı hər iki ifadəsində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilmədiyini qeyd etməsinə baxmayaraq, “Cinayət işinin rədd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli qərarın məzmununa əsasən (bax hökmün 33-cü bəndinə) o, izahatı alınarkən Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmasını bildirmişdir. Bundan başqa, məhkəmədə izahatı alınmış müstəntiq Əli İsgəndərovun göstərdiklərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs şübhəli davranışları ilə əlaqədar tərtib edilmiş müvafiq raport əsasında tutulmuş, sonuncunun əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmasına dair təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilməsi texniki səhv olmuş, polis əməkdaşlarının ibtidai istintaq zamanı verdiyi ifadələri isə olduğu kimi tərəfindən qeyd olunmuşdur. Həmçinin, məhkəmədə izahatı alınmış təhqiqatçı Rəhman Məmmədov isə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilməklə əməliyyat qrupu yaradılmasını, lakin həmin sənədlərin tərəfindən təhqiqat materiallarına əlavə edilməməsini, şöbənin dəftərxanasında saxlanılmasını göstərmişdir. Halbuki, Xəzər RPİ-nin 3-cü PŞ-dən məhkəmənin sorğusu əsasında əldə olunmuş cavab məktubundan (bax hökmün 42-ci bəndinə) görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın olması müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrinə, habelə Şahid2, P.Ş.Qurbanov və Şahid1 ifadələrinə tənqidi yanaşılmaqla ittihamın həlli zamanı istinad edilə biləcək sübut növü kimi mötəbərliliyinə kifayət qədər şübhələrin yaranmasına səbəb olur. Beləliklə, məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri, eləcə də təhqiqatçı və müstəntiqin izahatları arasında mövcud olan aşkar ziddiyyətlər və ciddi nöqsanlar bir daha Təqsirləndirilən şəxs qanunamüvafiq qaydada tutulmaqla üstünün yoxlanılması həyata keçirilərək hər hansı qanunsuz predmetin aşkar edilməsini şübhə altına alınması qənaətinə gəlməyə kifayət qədər əsas verir.
70. Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, yəni Təqsirləndirilən şəxs ifadələri, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının, izahatı alınmış təhqiqatçı və müstəntiqin kəskin ziddiyyətli, habelə biri digəri ilə aşkar surətdə uzlaşmayan izahat və ifadələri, iş materiallarında mövcud olan kobud pozuntular, xüsusilə də məhkəmə sorğusu əsasında Təqsirləndirilən şəxs saxlanılaraq gətirildiyi polis şöbəsindən əldə edilmiş cavab məktubu ilə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar olmadan qanunsuz olaraq saxlanılmaqla üstünün yoxlanılması həyata keçirilərək polis şöbəsinə gətirilib orada digər istintaq hərəkətlərinin aparılması müəyyən edilmişdir.
71. Belə ki, məhkəmə ittiham tərəfinin əsas sübut növü kimi göstərdiyi hallardan biri kimi məhkəməyədək icraatın ilkin mərhələsində Təqsirləndirilən şəxs verdiyi etirafedici ifadələrə tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələrdə göstərilənlər məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs tərəfindən tamamilə inkar edilərək mübahisələndirilmiş və həmin ifadələrin eyni texniki səhvlərlə bir-birindən sözbəsöz köçürülməklə tərtib edilməsi müəyyən edilmişdir. Həmçinin, hökmün 45-ci bəndində qeyd edildiyi ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiəçisi olmuş X4 hesabatı ilə də müəyyən edilir ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilməmişdir. Belə ki, cild 1, i.v.52-53-cü səhifələrdə olan şübhəli şəxsin dindirilməsi protokoluna əsasən Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdə, saat 15:10-dan 15:35-dək müdafiəçisinin iştirakı ilə müstəntiq tərəfindən dindirilmişdir. Halbuki, yuxarıda qeyd edilən vəkilin hesabatının 8-ci bəndindən aydın olur ki, müdafiəçi B.Səfərov 17 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxsla hər hansı istintaq hərəkətində iştirak etməmişdir. Eləcə də, cild 1, i.v.52-53-cü səhifələrdə olan şübhəli şəxsin dindirilməsi protokolunun birinci səhifəsindəki tarixə (17 sentyabr 2024-cü il) diqqətlə baxdıqda, “17” rəqəminin qara rəngli diyircəkli qələmlə əvvəlki rəqəmin kobud formada pozularaq sonradan yazılması müəyyən edilir. Həmin hala cild 1, i.v.43-cü səhifədə olan “Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda da rast gəlinir. Belə olan halda, cild 1, i.v. 49 və 51-ci səhifələrdə olan həmin tarixli “Şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi haqqında” və “Etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların şübhəli şəxs bildirilməsinə dair” protokolların doğruluğu ilə bağlı kifayət qədər haqlı şübhələr yaradır. Eyni zamanda, yuxarıda qeyd edilən şübhəli şəxsin dindirilməsi protokolunun birinci səhifəsindəki “xx.xx.2024-cü” tarixinin aşkar formada kobud texniki səhv olmasına baxmayaraq, həmin hala nə Təqsirləndirilən şəxs, nə də müdafiəçi hər hansı münasibət bildirməmişdir. Bu isə ümumiyyətlə qeyd edilən protokolun formal olaraq tərtib edilməklə sonradan müvafiq şəxslərə imzalatdırılması qənaətinə gəlməyə əsas verir.
72. Bundan başqa, hökmün 18-ci bəndində qeyd edilən videogörüntüyə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı Rəhman Məmmədov şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətinin başlanması vaxtını bildirməmiş, şübhəli şəxsin prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən keçirilən istintaq hərəkətinin mahiyyətini Təqsirləndirilən şəxs ümumiyyətlə izah etməmiş, hüquq və vəzifələri real olaraq izah olunmadığı halda yalnız bu barədə tərtib olunmuş protokolda formal olaraq izah olunmasını qeyd etmiş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən üzərində yoxlama aparmaqla aşkar edilmiş “narkotik vasitə heroinin” götürülərək qablaşdırıldığı zərfin içərisinə ümumiyyətlə baxış keçirməmiş, həmin predmetin tərəzi və ya digər ölçü cihazları ilə ölçülərək çəkisi müəyyən edilməmiş, habelə həmin predmetin rəngi, forması və digər səciyyələndirici halları videoçəkilişdə səsləndirilməməklə yanaşı bu barədə tərtib olunmuş protokolda da hər hansı qeyd aparmamış, o cümlədən onun saxlanılmaqla yerində üstünün yoxlanılmasının videogörüntülərini özündə əks etdirən diskə baxış keçirməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı qanuni əsas olmadan videoçəkilişdən istifadə edilməklə saxlanılmasına baxmayaraq, sonuncular tərəfindən ona hər hansı hüquq və vəzifələri izah edilməmişdir. Bütün bunlar isə şübhəli şəxsin müdafiə və digər hüquqlarına ibtidai araşdırma orqanı tərəfindən formal olaraq yanaşıldığı, onun hüquq və vəzifələrinin real olaraq ona izah edilmədiyi qənaətinə gəlməyə əsas verir.
73. CPM-in 21.2 və 145.3-cü maddələri məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir.
74. Qeyd edilənlərə əsasən, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz.
75. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri, “Şübhəli şəxsin tutulması haqqında” protokol (bax hökmün 43cü bəndinə), cild 1, i.v.6-dakı diskə köçürülmüş şəxs tutularkən üstünün yoxlanılması zamanı aparılmış videoçəkiliş və həmin videoçəkilişə müstəntiq tərəfindən baxış protokolu (bax hökmün 17-ci bəndinə), o cümlədən “Şəxsi axtarış, baxış və götürmə haqqında” protokol və ona əlavə edilmiş videoçəkiliş (bax hökmün 16 və 18-ci bəndlərinə) yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır.
76. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, şahidlər Şahid2, X15 və Şahid1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri işin faktiki halları ilə kəskin ziddiyyət təşkil etdiyindən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsinə kifayət etmir.
77. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, təqsirləndirilən şəxsin hüquqları, o cümlədən müdafiə hüququ və cinayət prosessual qanunvericiliyin digər tələbləri də kobud şəkildə pozulmuşdur.
78. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq videoçəkilişlə üzərinin yoxlanılmasına dair tərtib edilmiş raport və həmin raporta əlavə olunmuş diskdəki görüntülər, o cümlədən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və həmin hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokol, habelə həmin protokola əlavə edilmiş diskdəki görüntülər qanunsuz şəkildə əldə edildiyindən, eləcə də, həmin sübutların əldə edilməsi zamanı yaranmış kifayət qədər ciddi şübhələrin aradan qaldırılması mümkün olmadığından qeyd edilən sübutlar yolverilməzliyinə görə sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, ciddi qanun pozuntuları ilə əldə edilmiş və nəticə etibarı ilə qanunsuz olan sübutlar təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz.
79. CPM-in 7.0.39-cu maddəsinə əsasən tutulma dedikdə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığının qısa müddətə məhdudlaşdırmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılması başa düşülür.
80. CPM-in 148.1-ci maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Şəxsin cinayət törətməsinə bilavasitə şübhə yaranması şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalanması, zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərməsi, şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunması hallarını ehtiva edir. Şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda isə o, həmçinin hadisə yerindən, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərməsi, daimi yaşayış yeri olmaması və ya başqa ərazidə yaşaması, şəxsiyyətinin müəyyən edilməməsi səbəblərindən tutula bilər.
81. Halbuki, tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün cinayət törətməsinə bilavasitə şübhə yaranması ilə bağlı cinayət-prosessual qanunvericilikdə sadalanan əsaslar olmamışdır. O cümlədən onun barəsində narkotik vasitə əldə etməsi, saxlaması, daşıması barədə, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən hər hansı əməliyyat məlumatı əldə edilməmişdir. Şəxsin tutulması üçün əsas olan 16 sentyabr 2024-cü il tarixli raportda isə göstərilən hallar iş materialları ilə təkzib olunur.
82. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası 18 oktyabr 1999cu il tarixli Qanunun 16-cı bəndindən görünür ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar bu tədbirlərin məqsədlərinə uyğun olmadıqda onların aşkar edilməsi və ya hüquqi və fiziki şəxslərin əleyhinə istifadə edilməsi qadağandır.
83. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 31-ci bəndində göstərilir ki, CPM-in 445.2-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İV hissəsinə əsasən şəxsiyyət əleyhinə olan ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişləri yoxlama, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxarma, habelə insanları güdmə kimi əməliyyat-axtarış tədbirləri; cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün isə binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirmə əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. CPM-in 445.2-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin V hissəsinə əsasən həmin maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan həyata keçirildikdə, onun keçirilməsindən sonra 48 saat ərzində əməliyyataxtarış fəaliyyətinin subyekti (səlahiyyətli şəxs) həyata keçirilmiş tədbirlər barədə əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın yerləşdiyi yer üzrə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidir (eyni bir əməliyyat-axtarış tədbirinə məhkəmə nəzarətinin həyata keçirilməsi üçün əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarın bir neçə məhkəməyə – tədbirin faktiki olaraq baş tutduğu yer üzrə və tədbirin keçirilməsinə qərar vermiş orqanın yerləşdiyi yer üzrə məhkəməyə göndərilməsinə yol verilməməlidir). Cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr isə məhkəmə nəzarətinin bu bənddə əksini tapmış hüquqi mövqelərə uyğun şəkildə həyata keçirilibkeçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyat-axtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktına (müvafiq məhkəmə qərarının olmasına) özü-özlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPMin 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər.
84. Hökmün 83-cü bəndində qeyd olunan Qərarın 32-ci bəndində göstərilmişdir ki, CPM-in və 728-İQ nömrəli Qanunun yuxarıda istinad olunan və digər normaları (məsələn, Qanunun 11 və 12-ci maddələri, 13-cü maddəsinin 1-ci hissəsi və s.) əməliyyat-axtarış tədbirinin, o cümlədən barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan əməliyyataxtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə dair əməliyyat-axtarış fəaliyyəti subyektinin səlahiyyətli şəxsinin qərarının əsaslandırılmış olmasını, qərarda 728-İQ nömrəli Qanunun 10-cu maddəsində təsbit edilmiş əməliyyat-axtarış tədbirlərindən hansının keçiriləcəyinin və onu zəruri edən halların dəqiqliklə göstərilməsini, əməliyyataxtarış tədbiri barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan tədbirlər dairəsinə aiddirsə, bunun, eləcə də məhkəmə qərarı alınmadan tədbirin keçirilməsinə hansı halın əsas olduğunun əks etdirilməsini tələb edir. Əməliyyat-axtarış tədbirinin gedişatının və nəticələrinin nə cür rəsmiləşdirilməli olması 728-İQ nömrəli Qanunda dəqiqliklə tənzimlənmədiyindən, CPM-in 446.2.9-cu maddəsi isə əməliyyat-axtarış tədbirinin gedişatında əldə edilən nəticələrin rəsmiləşdirilməsi üsullarının seçilməsini əməliyyataxtarış tədbirinin keçirilməsinə zərurət görən (vəsatət qaldıran) əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin vəzifələrinə (onun səlahiyyət dairəsinə) aid etdiyindən, əməliyyat-axtarış tədbiri məhkəmənin qarşısında vəsatət qaldırılmadan birbaşa əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirlidiyi halda da həmin qərarda əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və bu nəticələrin hansı üsullarla rəsmiləşdiriləcəyi, başqa sözlə, əməliyyataxtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların müvafiq sirr təşkil edən məlumatların məxfiliyinin qorunması şərti ilə hansı sənəd şəklində ifadə olunacağı öz əksini tapmalıdır. Məsələn, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul etmiş əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsi qərarında nəzərdə tuta bilər ki, əməliyyat-axtarış tədbirinin gedişatı və nəticələri əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli olan ətraflı raportda və yaxud əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli və onun, eləcə də əməliyyat-axtarış tədbirində iştirak etmiş digər əməkdaşlar tərəfindən imzalanmalı olan, məzmunca bu və ya digər istintaq hərəkətlərinin protokoluna bənzəyən protokol şəklində rəsmiləşdirilsin. Burada başlıca məqsəd o olmalıdır ki, seçilən rəsmiləşdirilmə üsulu (raport, protokol və yaxud başqa sənəd şəklində olmasından asılı olmayaraq) əməliyyat-axtarış tədbirinin gedişatının və əldə olunan nəticələrin ətraflı və dəqiq əks etdirilməsini təmin edə bilsin, bu məsələlər üzrə məlumatların həqiqiliyinə şübhə ilə yanaşılmasını, o cümlədən əldə olunan materiallara kənar müdaxilələri, onların məhv edilmə, zədələnmə, dəyişdirilmə, təhrif edilmə imkanlarını istisna etsin, nəticə etibarı ilə tərtib edilən sənəd və əldə edilən materiallar təhqiqatçıya, müstəntiqə CPM-in tələblərinə müvafiq surətdə təqdim edildikdə, müvafiq yoxlamadan sonra cinayət prosesində sübut kimi qəbul edilə bilsin. Əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti ola biləcək materialların götürülməsinin fasiləsiz videoçəkiliş ilə aparılması, götürülmüş predmetlərin qablaşdırılması, raportda və yaxud protokolda onların mümkün qədər ətraflı və dəqiq təsvir edilməsi qeyd olunan məqsədin realizə edilməsində mühüm rol oynaya bilər. Odur ki, əməliyyataxtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir.
85. Hökmün 83-cü bəndində qeyd olunan Qərarın 33-cü bəndində isə göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri gedişində materialların əldə olunması məsələsinin tənzimləmə mexanizmindən (əsasən 728-İQ nömrəli Qanunun tənzimləmə sferasına aid edilməsindən) fərqli olaraq CPM-in 137-ci maddəsi əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş materialların məhz CPM-in tələblərinə uyğun olaraq cinayət təqibi orqanına (məsələn, təhqiqatçıya, müstəntiqə) təqdim edilməsini və həmin materialların ittihamın əsaslandırılmasında sübut kimi istifadə edilməsindən əvvəl yoxlanılmasını tələb edir. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş məlumatlar (tədbirin gedişatını və nəticələrini, o cümlədən sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol”) onlara əlavə olunmuş videoyazının saxlanıldığı elektron daşıyıcı və götürülmüş əşyalarla birlikdə məlumatların mənbəyini və əldə edilmə üsullarını yaymadan əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən cinayət təqibi orqanına (təhqiqatın və ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsə) göndərilməli və yaxud bilavasitə təqdim edilməli, təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs isə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən predmetlərin götürülməsi qaydasında CPM-in 236-cı maddəsinin müvafiq tələblərinə uyğun olaraq, o cümlədən təqdim edilmiş əşyaların baxışını apardıqdan sonra əşyaları təqdim edən şəxs haqqında məlumatları, əşyaların sayını, ölçüsünü, çəkisini, fərdi əlamətlərini və digər xüsusiyyətlərini əks etdirən “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi” protokolunu tərtib etməklə götürməlidir. Həmin materiallar (məsələn, raport və yaxud protokol, eləcə də əşyalar) onların əldə edilməsinin qanunauyğunluğu (mənbəyinin mötəbərliyi) yoxlanıldıqdan və CPM-in 125-ci maddəsinin, habelə digər normalarının tələbləri baxımından sübut kimi yolverilən olması müəyyən edildikdən sonra cinayət prosesində istifadə edilə bilən sübut növü (məsələn, raport və yaxud protokol - CPM-in 135-ci maddəsində nəzərdə tutulmuş sənəd, əşya isə CPM-in 128-ci maddəsində nəzərdə tutulmuş maddi sübut) kimi ibtidai araşdırma üzrə icraatın materiallarına əlavə edilə bilər. Qeyd olunanlardan çıxış edərək, məhkəmələr cinayət işlərinə baxarkən əməliyyat- axtarış tədbirlərinin gedişatının və nəticələrinin əldə edilən məlumatların sübut kimi qəbul edilə bilməsini təmin edəcək dərəcədə etibarlı şəkildə rəsmiləşdirilibrəsmiləşdirilməməsinə, əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən təhqiqatçıya, müstəntiqə təqdim edilən materialların sübut kimi yolverilənliyinin onlar tərəfindən lazımınca yoxlanılıb-yoxlanılmamasına xüsusi diqqət yetirməli, materiallar əməliyyat-axtarış tədbirlərinin nəticələrinin yolverilənliyi yoxlanılmadan və qanuni əsas olmadan cinayət prosesində sübut kimi qəbul edildikdə, cinayət təqibini həyata keçirmiş vəzifəli şəxslərin fəaliyyətsizliyinə və onlar tərəfindən cinayətprosessual qanunvericiliyin tələblərinin pozulmasına xüsusi qərar çıxarmaqla münasibət bildirməlidirlər. Nəzərə almaq lazımdır ki, CPM, 728-İQ nömrəli Qanun və yaxud hər hansı bir digər normativ hüquqi akt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirildikdə götürülməsinə zərurət yaranan, cinayət prosesində maddi sübut əhəmiyyətinə malik ola biləcək bu və ya digər əşyanın (məsələn, narkotik vasitənin, psixotrop maddənin, prekursorun) bilavasitə əməliyyat-axtarış tədbirinin gedişində deyil, müstəsna olaraq şübhə edilən şəxs saxlanılıb polis qurumunda təhqiqatçıya təhvil verildikdən və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulma protokolu tərtib edildikdən sonra istintaq hərəkəti (məsələn, şəxsi axtarış və götürmə) vasitəsi ilə əldə edilməsini nəinki tələb etmir, hətta bunun əksini, yəni bilavasitə əməliyyataxtarış tədbirinin gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və ya prekursorların götürülməsini və bunun əməliyyat-axtarış tədbirlərinin nəticələrini rəsmiləşdirən sənəddə (məsələn, raportda və ya protokolda) CPM-in 245.8 və 247.1.9-cu maddələrində nəzərdə tutulanlara analoji şəkildə - götürülən predmetin miqdarı, çəkisi, nə cür qablaşdırıldığı və digər xüsusi əlamətləri göstərilməklə əks etdirilməsini, habelə CPM-in 148.2-ci maddəsində təsbit edilən əsaslar olduqda, yəni şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən (məsələn, şəxsin güdülməsi kimi əməliyyat-axtarış tədbirinin gedişində onun narkotik vasitəni əldə etməsi, daşıması, başqasına satması və ya əməliyyat-axtarış tədbiri qismində yaşayış sahəsinə baxış keçirilərkən onun narkotik vasitəni saxlaması müşahidə edildikdə) və yaxud bilavasitə əməlin törədilməsindən sonra yaxalandıqda; hadisəni görən şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən edildikdə şəxsin şübhəli şəxs qismində tutma protokolunu tərtib etmək səlahiyyətində olan (təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş) şəxsə təqdim edilməsi üçün təhqiqat orqanının əməkdaşı hesab edilən müvafiq əməliyyat-axtarış tədbirini həyata keçirən şəxs tərəfindən tutulub-saxlanılmasını (bu məqsədin təmin edilməsi üçün zəruri olan müddəti aşmamaq şərti ilə azadlığının faktiki məhdudlaşdırıla bilməsini) ehtiva edir. Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyataxtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Həmin Qərarın 35-ci bəndində göstərilmişdir ki, 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İV hissəsinin 2-ci bəndinin məzmununa görə həmin maddədə göstərilən əsaslar olduqda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətlər üzrə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə baxışın keçirilməsi istisna edilmir. Belə əməliyyat-axtarış tədbirləri üzrə məhkəmə nəzarətinin səmərəliliyinin təmin edilməsi üçün isə CPM-in 445.2-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin V hissəsinə əsasən tədbir aparıldıqdan sonra məhz 48 saat müddətində həmin qərarın məhkəməyə təqdim edilməsi və məhkəmənin əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılması üçün zəruri hesab etdiyi digər materialların ona verilməsi tələb olunur.
86. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təhqiqat orqanının əməkdaşları tərəfindən öz səlahiyyətlərindən kənara çıxılaraq hökmün 83-cü bəndində göstərilmiş Ali Məhkəmənin Plenum qərarında göstərilənlər yanlış şərh edilərək və cinayət-prosessual qanunvericiliyin tələblərinin kobud pozulması hallarına yol verilərək Təqsirləndirilən şəxs qanunsuz və əsassız olaraq şübhəli şəxs qismində tutulmaqla (hansı ki şəxsin şübhəli şəxs qismində tutulması kifayət qədər ciddi prosessual məcburiyyət tədbiridir) guya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ciddi pozuntularla videoçəkilişlə üstünün yoxlanılması həyata keçirilərək bu barədə raport tərtib etməklə şəxsin əsassız və qanunsuz olaraq cinayət təqibinə məruz qalmasına səbəb olmuş, sonradan isə istər təhqiqatçı, istərsə də müstəntiq tərəfindən kobud prosessual pozuntularla şəxsin barəsində əsassız və qanunsuz olaraq cinayət təqibi davam etdirilmişdir.
87. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır.
88. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.
89. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.
90. CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir.
91. Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)).
92. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və CPM-in 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının səhvləri aradan qaldırılaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirilə bilməz.
93. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir.
94. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
95. Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə narkoloji ekspertizasının rəyindən aydın olur ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkir, narkotik vasitələrin istifadəçisi olmuşdur. Lakin hazırda məhkəmə qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilməsi deyil, əksinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılmasından ibarətdir.
96. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən çoxsaylı qanun pozuntuları ilə həyata keçirilmiş əməliyyat tədbirləri formal əsaslarla və hazırkı cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onları sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır.
97. Həmçinin, məhkəmə hesab edir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.
98. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, CPM-in 126.6cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
99. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etiraflar cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub).
100. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafedici ifadəsi sübut növü kimi digər sübutlardan heç bir üstün hüququ qüvvəyə malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz.
101. Məhkəmə kollegiyası, əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsinin iş üzrə hər hansı halın müəyyən edilməsi üçün əhəmiyyət kəsb etmədiyini nəzərə alaraq həmin ifadədə göstərilənlərə qiymət verilməsini zəruri hesab etmir.
102. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir.
103. CPM-in 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.
104. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir.
105. CPM-in 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2 və 42.2.4-cü maddələrə görə, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır.
106. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasında ifadə olunan CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə CPM-in 42.1, 42.1.4, 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir.
107. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, CPM-in yuxarıda göstərilən maddələrinə əsasən ona bəraət verildiyindən hazırkı iş üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(003)-552/2024 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarması nəzərə alınmalı və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir.
108. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
109. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul CPM-in 197.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilmiş hesab edilməsi nəzərə alınmalıdır.
110. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs saxlanılarkən üstünün yoxlanılmasının videogörüntülərini özündə əks etdirən 1(bir) ədəd disk və “Şəxsi axtarış, baxış və götürmə” istintaq hərəkəti zamanı çəkilmiş videoyazının köçürüldüyü 1 (bir) ədəd disk olmaqla, cəmi 2(iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.
111. İş üzrə maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,248 qram təşkil edən narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilməli və göstərilən predmetlərə hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymətin veriləcəyi nəzərə alınmalıdır.
112. CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir.
113. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2, 42.2.4, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(003)-552/2024 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarması nəzərə alınsın. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,248 qram olan narkotik vasitə heroinin prokurorluğa göndərilməsi qərara alınmış araşdırma ilə əlaqədar Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılması və həmin predmetlərə hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymətin veriləcəyi nəzərə alınsın. Maddi sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən 60(altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.