Məhkəmə qərarları › İş №1(101)-762/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-762/2021

15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-762/2021 15.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə, xx xxxxx 1980-ci il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, “Avrora” Məhdud Məsuliyyətli Cəmiyyətində merçendayzer işləmiş, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 1A ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki o, bir neçə gün əvvəl azyaşlı övladları arasında baş vermiş münaqişə ilə bağlı mobil telefon vasitəsilə apardıqları danışıq zamanı aralarında yaranmış sözlü mübahisəni aydınlaşdırmaq məqsədilə xx xxxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs tərəfindən Şamaxı şəhəri, Bəhyəddin Mirzəyev küçəsinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə kəsişməsinə dəvət edilmiş sonuncu ilə üzbəüz söhbətləri zamanı birbirilərinin ünvanına işlətdikləri nalayiq ifadələrlə bağlı aralarında yaranmış münaqişə vaxtı yaşadığı evdən götürərək üzərində gəzdirdiyi qatlanmayan tipli zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 12,5 sm olan mətbəx bıçağının arxa hissəsi ilə Zərərçəkmiş şəxs alın nahiyəsinə vuraraq ona alın nahiyəsində, tüksüz hissədə, solda bir ədəd səthi yara (cızıq) xəsarəti yetirdikdən sonra həmin bıçağın kəsici hissəsi olan tiyəsi ilə sonuncunun sağ bud nahiyəsindən qəsdən bir zərbə vuraraq ona sağ budun yuxarı 1/3-nin ön-iç səthində sağ qasıq büküşü proyeksiyasında bir ədəd, əzələ vətərlərin sağ bud arteriyasının və onu müşayiət edən venanın kəsilməsi ilə nəticələnən yetirilən anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək dərhal ərazidən uzaqlaşıb yaşadığı evə getmiş, Zərərçəkmiş şəxs hadisə yerində olan şəxslərin köməkliyi ilə aparıldığı Şamaxı mərkəzi rayon xəstəxanasında göstərilmiş təxirəsalınmaz tibbi yardıma baxmayaraq sağ buduna vurulmuş bıçaq yarasından sonra əzələ və vətərlərin, sağ bud arteriyasının və onu müşayiət edən venaların kəsilməsi ilə əlaqədar xarici kütləvi qanitirmə və hemorragik şok nəticəsində xx xxxxxxx 2020-ci il tarixdə saat 16:08-də Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, 2003-cü ildə Şahid7 ilə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş, birgə nikahdan 2007-ci il təvəllüdlü İlkin və 2009-cu il təvəllüdlü Amil adlı övladları olmuşdur. Mərhum Zərərçəkmiş şəxs qonşuluqda yaşamaqla, eyni zamanda onunla uzaq qohumluq əlaqələri olmuşdur. Əvəllər Samirlə və ya onun ailəsi ilə hər hansı ciddi mübahisəsi, ədavəti olmamışdır. Azyaşlı övladlarının birbiri ilə mübahisə etmələrinə və dalaşmalarına görə ailələri arasında xırda söz-söhbətlər olmuş, onları da öz aralarında həll etmişlər. Samir belə mübahisələr zamanı ehtiyac biləcəyi təqdirdə, həm öz, həm də onun övladının qulağını bura biləcəyini demiş, o da eyni haqqı Samirə vermişdir. Bununla da, aralarında hər hansı narazılıq qalmamışdır. 2020-ci ilin oktyabr ayında, hadisədən 10-15 gün öncə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında “Mercedes” markalı avtomobilin təkərlərində nasazlıq yarandığını, qonşusu Bəxtiyar adlı şəxsin isə həmin avtomobilin düzəltməyə kömək etdiyini görüb baş verənlərə baxmaq üçün həmin yerə getmişdir. Həmin vaxt iş dalınca göndərdiyi oğlu İlkin “Musa bulağı” adlanan məhəllə tərəfdən onlara tərəf gələrkən Samirin böyük və balaca oğullarının İlkini yolda saxladıqlarını, ona sataşaraq vurduqlarını görmüş, buna görə də qışqıraraq onlara tərəf getmişdir. Uşaqlar mübahisə etdikləri üçün onları danlayıb ilk öncə öz oğlu İlkinə bir dəfə şillə vurmuş, daha sonra isə Samirin böyük oğlunun çənəsini tutub “üzümə bax” deyərək ona da iradını bildirib bir daha belə hərəkətlərə yol verməməsini tapşırmışdır. xx xxxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində evdə olmadığı müddətdə Samirin arvadı Qanuni nümayəndə və övladları onların evinə gəlmiş və onun arvadı Şahid7 onun övladını vurduğuna görə irad tutaraq “Atasına desəm, yaxşı olmayacaq” deyə bildirmiş, Amilə də öz növbəsində ona cavab verdiyi üçün aralarında xırda mübahisə yaranmış, daha sonra isə mübahisə sakitləşmiş və onlar çıxıb getmişlər. Axşam işdən qayıdanda Amilə mübahisə barədə ona məlumat vermiş, o isə bu kimi mübahisələr əvvəllər də baş verdiyi üçün bu məsələni ciddiyə almamış, əvvəllər olmuş xırda mübahisələrdən biri kimi qəbul etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə, saat 14:15 radələrində nahar etmək üçün yaşadığı evə gəlmiş və dəstəyi qara rəngli plastmas materialdan olan mətbəx bıçağı ilə ət doğramağa başlamışdır. Həmin vaxt arvadı və övladları da evdə olmuşdur. Ətin bir hissəsini həyətdə manqalda bişirərək övladlarına vermişdir. Həmin vaxt onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə tanımadığı nömrədən zəng daxil olmuş, zəngə cavab verdikdə zəng edənin qonşusu Samir olduğunu bilmişdir. Danışıq zamanı Samir onu təhqir edərək “Uşağımı boğmusan? Bu sənə baha başa gələcək, çıx tinə” demiş, o isə ailə üzvlərinin yanında olduğu üçün “Aə, danışarıq, izah edərəm sənə necə olub” deyərək zəngi sonlandırmışdır. Arvadı Amilə ondan nə baş verdiyini soruşduqda, zəng edənin Samir olduğunu, övladları arasında baş verən mübahisəyə görə zəng etdiyini və münasibətləri aydınlaşdırmaq üçün onu çölə çağırdığını bildirmişdir. Həmin vaxt Amilə narahat olduğu üçün uşaqlardan birini qonşuluqda yaşayan atası Şahid6 evinə göndərib sonuncunu çağırmasını tapşırmışdır. Bir neçə dəqiqədən sonra atası onlara gəlmiş və arvadı baş verənləri atasına danışmışdır. Atası söhbəti eşitdikdən sonra çölə çıxmış, lakin onun hara getməsini bilməmişdir. Daha sonra isə o, əti doğramağa davam etmışdir. Atası evdən çıxdaqdan 5-7 dəqiqə sonra yenidən mobil telefonuna eyni nömrədən zəng daxil olmuş, zəngə cavab verdikdə Samir yenə onu təhqir edərək “Kişisənsə, çıx bayıra” deyə bildirmişdir. O, Samirin hədə və söyüşlərindən əsəbləşərək əti doğramasını yarımçıq qoyub evdən çıxmış və küçə ilə aşağı, Bakı- Şamaxı-Yevlax avtomobil yoluna tərəf getmişdir. Yaşadığı evlə Samirin yaşadığı ev eyni küçədə yerləşməklə, demək olar ki, üzbəüzdür, atasının yaşadığı ev isə həmin küçəyə paralel olan digər küçədə yerləşir və evləri ilə bitişikdir. O, avtomobil yolunun kənarındaki səki ilə atasının yaşadığı məhəlləyə tərəf getmiş, lakin atasının orada olmadığını görüb geriyə evinə tərəf getməyə başlamışdır. Bu zaman bənövşəyi rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı “Niva” markalı avtomobil onun yanında dayanmış və Samir həmin avtomobildən düşüb qaçaraq onun üzərinə gəlmiş və ona “Arvad dalında gizlənmişdin, bir neçə dəfə burdan keçmişik?” deyərək onu yumruqla vurmağa başlamış, o da cavab olaraq Samirə bir neçə yumruq zərbəsi vurmuşdur. Samirə yumruq zərbəsi vurmaq istəyərkən evdə ət doğradığı bıçağın sağ əlində olduğunu görmüşdür. Belə ki, o, Samirlə telefonda danışdıqdan sonra çox əsəbiləşdiyi və tələsik evdən çıxdığı üçün bıçağın əlində olmasına fikir verməmiş, hadisə yerinə əlində bıçaqla gəldiyini bilməmiş, yalnız Zərərçəkmiş şəxs yumruq zərbəsi atanda əlində bıçaq olduğunu görmüşdür. Bıçaqla Samirə xəsarət yetirməsinin qarşısını almaq üçün tiyəsini özünə tərəf sağ əlinin içərisində tutaraq yumruq atmış və zərbə Samirin sifət nahiyəsinə dəymişdir. Dalaşdıqları vaxt “Niva” markalı avtomobilin sürücüsü, həmçinin yolun qarşı tərəfində tikinti materiallarının satışı mağazasında olan, əvvəllər tanıdığı “Şamo” ləqəbli şəxs onlara yaxınlaşaraq sakitləşdirib bir-birilərindən aralamağa çalışmış, lakin Samir sakitləşmədən ona hücum edərək ünvanına ağır söyüşlər işlətməkdə davam etmişdir. “Şamo” ləqəbli şəxs və “Niva” markalı avtomobilin sürücüsü Samiri bir neçə dəfə ondan aralayıb kənara aparsalar da, sonuncu yenidən onun üzərinə hücum etmişdir. Samirlə dalaşdığı bütün müddət ərzində bıçaq onun sağ əlində olmuşdur. Belə ki, o, bıçağı yerə atmaq istəsə də, Samirin fiziki cəhətdən ondan qüvvəli onu üstələyəcəyindən qorxaraq onu özünə yaxın buraxmamaq və özünü müdafiə etmək məqsədilə bıçağı kənara atmamışdır. Dalaşdıqları müddət ərzində Samir onun ünvanına çox ağır nalayiq ifadələr işlətmişdir. Onun atası Şahid6 bir neçə il əvvəl ailə münaqişəsi zəmnində bacısı Günel Məmmədovanı qəsdən öldürdüyü üçün məhkum olunmuşdur. Samir də bunu nəzərdə tutaraq “Sən niyə kişilikdən dəm vurursan, sənin bacın əxlaqsız olub, atan sizin qeyrətinizi çəkib bacının başını kəsib, sən mənə bıçaq vuracaqsan?” deyərək onun üzərinə hücum etmişdir. O, özünü Samirdən qorumaq üçün bıçağı bir neçə dəfə sağ və sol istiqamətə yellədib onu qorxutmaq istəmişdir. Həmin vaxt o, Samirlə üz-üzə dayanıb onun ünvanına söyüşlər söyməməsini tələb etmişdir. Samir dizi ilə onun kəmərdən aşağı nahiyəsinə zərbə vurmaq istəyərkən o, bir addım arxaya getmiş və həmin an əlindəki bıçaq Samirin bud nahiyəsinə batmışdır. O, həmin nahiyədən qan gəldiyini görmüşdür. Daha sonra qorxduğu üçün hadisə yerindən uzaqlaşıb evinə qayıtmışdır. Bir neçə dəqiqədən sonra Samirin ailə üzvləri evinə hücum edib küçədən evi daşlamağa başlamışlar. Həmin vaxt onları qorxutmaq və özünü müdafiə etmək üçün həyətində olan baltanı qaldırıb Samirin qohumlarına nümayiş etdirmişdir. Daha sonra etdiyi hərəkətdən peşman olduğu üçün özünə məxsus mobil telefonla əvvəlcə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmişdir. Lakin həmin zəng uzun müddət gözləmədə qaldığı üçün “103” xidmətinə zəng edərək hadisə barədə məlumat verərək təcili tibbi yardım briqadası çağırılmasını xahiş etmiş, operator isə cavabında artıq həmin ünvana təcili tibbi yardım briqadasısının göndərildiyini bildirmişdir. Samirin qohumları evinin qapısında toplaşdığından qorxduğu üçün evdən çıxaraq təslim olmaq məqsədilə Şamaxı rayon polis şöbəsinə gedə bilməmişdir. “103” xidmətinə zəngdən təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları evinə gələrək onu polis şöbəsinə aparmışlar. Hadisə yerində onlardan başqa digər şəxslər də olduğu üçün o, Samirə yardım göstəriləcəyindən əmin olmuşdur. Samirlə dalaşmağa başladığı andan sonuncuya xəsarət yetirdiyi anadək təxminən 5 dəqiqə vaxt keçmiş, hadisə vaxtı Samirin əlində bıçaq və ya digər əşya olmamışdır. O, heç bir halda bıçaq vurmaq niyyəti ilə Samirin üzərinə getməmiş, əksinə sonuncu onun üzərinə gəlmiş, o da özünü müdafiə etmək məqsədilə bıçağı bir neçə dəfə sağa-sola, yuxarı-aşağı hərəkət etdirmişdir. O, Samirə qəsdən zərbə yetirməmiş, sonuncu onun üzərinə gələrkən bıçaq ayağına batmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı faktiki etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 göstərdi ki, mərhum oğlu Zərərçəkmiş şəxs Qanuni nümayəndə ilə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş, birgə nikahlarından 2005-ci il təvəllüdlü Ramil, 2008-ci il təvəllüdlü Ramin və 2010-cu il təvəllüdlü Əziz adlı üç uşağı var. Təqsirləndirilən şəxslə və onun ailəsi ilə əvvəllər hər hansı problemləri olmamış, qonşuluq münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Hadisədən təxminən iki-üç gün qabaq Xalidin atası Amil onlara şikayətə gələrək nəvələrinin bir-biriləri ilə dalaşdıqlarını bildirmişdir. Həmin vaxt Amil tək gəlmiş, özünün ailə üzvləri isə evdə olmuşlar. O, balaca uşaqların dalaşmalarını şikayət etdiyinə görə Amilə irad tutaraq “kül uşaqların da başına, sənin də, uşaqlardır da, dalaşsalar, nə olacaq ki” deyə bildirmiş, həmçinin uşaqların qələt etdiyini demişdir. Bundan sonra Amil çıxıb getmişdir. Daha sonra oğlu Samirlə Xalid arasında mübahisənin hansı formada olmasından məlumatı olmamış, yalnız hadisədən sonra Xalidin Samiri bıçaqladığını, nəticədə Samirin öldüyünü bilmişdir. Samirin həyat yoldaşı Ülviyyənin ona verdiyi məlumata görə hadisə günü Xalid zəng edərək övladları arasında olan davaya görə Samiri söhbət etməyə çağırmış, Samir də Xalidin çağırışına gəlmiş, hadisə yerində olarkən də Xalid Samiri bıçaqlamışdır. Hadisə zamanı evinin həyətində olduğundan baş verənlərdən xəbəri olmamışdır. Hadisədən sonra digər oğlu Rüstəmin qızı evə gəlib “Baba, Samir əmimi yolda vurublar” deyə bildirdikdə dərhal evdən çıxıb Şamaxı-Ağsu avtomobil yoluna tərəf getmişdir. Yaşadığı küçə ilə həmin avtomobil yolunun kəsişməsində Xalidin atası Amili gördükdə nə baş verdiyini soruşmuş, sonuncu da ona “bilmirəm” deyə cavab vermişdir. Ətrafa baxanda insanların yol kənarında olan tikinti materialları mağazasının qarşısına yığışdığını görüb oraya getmişdir. İnsanların arasına girdikdə Samirin yerdə uzanıqlı vəziyyətdə olduğunu, ətrafa xeyli miqdarda qan axdığını və qanın axmağa davam etdiyini görmüşdür. Samirin xəsarəti sağ budun qasığa yaxın hissəsində olmuş, sonuncu özündə olsa da yarıhuşsuz, halsız vəziyyətdə olmuşdur. Dərhal oğlu Rüstəmə zəng edərək avtomobili hadisə yerinə gətirməsini tapşırmışdır. Həmin vaxta qədər ətrafda danışılanlardan oğlunu Təqsirləndirilən şəxs bıçaqladığını öyrənmişdir. Oğluna zəng edəndən bir neçə dəqiqə sonra Amil öz avtomobili ilə hadisə yerinə gələrək Samiri xəstəxanaya aparmağı təklif etmiş, onlar da köməkləşib Samiri Amilin göy rəngli “VAZ-2102” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilinə qoyub Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Göstərilən tibbi yardımlara baxmayaraq Samir xəstəxanada vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, o, Təqsirləndirilən şəxslə 2003-cü ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş, birgə nikahdan 2007-ci il təvəllüdlü İlkin və 2009-cu il təvəllüdlü Amil adlı övladları anadan olmuşdur. Mərhum Zərərçəkmiş şəxs və onun ailəsi ilə qonşudurlar. Qonşu kimi münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya dava-dalaş olmamış, arabir uşaqların dalaşmalarına görə narazılıqlar olsa da, həmin problemlər böyüməmiş, öz aralarında həll etmişlər. Əvvəllər bir neçə dəfə Samirin böyük oğlu onun övladları ilə dalaşmışdır. Samir də bir neçə dəfə bu barədə məlumatı olduqdan sonra Xalidə “Əgər görsən ki uşaqlar dalaşır, həm mənim uşağımı, həm də öz uşağını vur” deyə bildirmişdir. Hadisədən təxminən iki həftə əvvəl Xalid uşaqların dalaşmağını görmüş, buna görə də hər iki uşağa irad tutaraq ikisini də yüngülcə vurmuşdur. Bu barədə ona həm Xalid, həm də oğlu danışmışdır. Bundan sonra sakitçilik olmuş, qonşuları ilə hər hansı problem olmamışdır. Hadisədən bir gün əvvəl, yəni xx xxxxxxx 2020-ci il tarixdə günorta saatlarında həyətyanı sahədə mərhum Samirin qardaşı Rüstəmin arvadı Günayla söhbət edən zaman Samirin arvadı Ülviyyə onu çöldən səslədikdə çölə çıxmış və Ülviyyə ilə Samirin bacısının qapıda olduğunu görmüşdür. Ülviyyə ona uşağın oğluna sataşdığını, Xalidin də oğlunu döydüyünü deyərək ona irad tutmuşdur. O, isə öz oğlunun sataşmadığını, əslində Samirin oğlunun onu vurduğunu bildirmişdir. Həmin vaxt Ülviyyə küçədə olan oğlunu səsləyərək “Adə, gəl, sən də bunu çırp” deyə çağırsa da oğlu gəlməmişdir. Bu zaman Samirin bacısı Ülviyyəyə uşaqların davasını böyütməyin lazım olmadığını deyərək onu da götürüb həyətdən çıxıb getmişdir. xx xxxxxxx 2020-ci il tarixdə, saat 13:30 radələrində Xalid nahar etmək üçün evə gəlmiş və evə gəldikdən sonra oğlu Amilin saçını qırxmağa başlamışdır. Bir gün əvvəl Xalidin tanışlarından biri ona qurban əti vermiş, övladları da Xaliddən həmin ətdən kabab bişirməyi istəmişdir. Həmin gün də Xalid uşağın saçını qırxdıqdan sonra o, uşağı çimizdirmək üçün hamama aparmış, Xalidə isə əti doğrayıb kabab bişirməsini tapşırmışdır. Evlərinin hamamı odun sobası ilə qızdırıldığı üçün orada bir qədər uzun müddət qalmış, həmin müddətdə isə Xalid kababı hazırlamışdır. Bir müddət sonra çöldən səs-küy gəldiyini eşidərək hamamdan çıxdıqda Xalidin giriş qapısından həyətə daxil olduğunu görmüşdür. Xaliddən nə baş verdiyini soruşduqda sonuncu Samirin zəng etdiyini, telefonda söydüyünü və dalaşmağa çağırdığını, dalaşanda da söydüyünü, buna görə də əsəbləşib Samirin bud nahiyəsindən bir dəfə bıçaqla vurduğunu bildirmişdir. O, bunu eşidəndə şoka düşmüş və Xalidi danlamışdır. Bu zaman küçədən kimlərsə həyətə daşlar atmağa başlamışdır. O, həmin şəxslərin Samirin qohumları olduğunu anlamışdır. Bir neçə dəqiqədən sonra polis əməkdaşları yaşadıqları evə gələrək Xalidi götürüb aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, özündən kiçik qardaşları Raminin 12, Əzizin isə 10 yaşı vardır. Onlarla qonşu olan Xalidgillə münasibətləri normal olmuşdur. Xalidin İlkin və Amil adlı iki oğlu var. İlkin qardaşı Raminlə həmyaşıd olmaqla eyni sinifdə oxuyur, Amil isə digər qardaşı Əzizlə həmyaşıddır. xx xxxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində kiçik qardaşı Əzizlə bərbərə getmək məqsədilə evdən çıxaraq Şamaxı-Ağsu yolu ilə getmişlər. Yolboyu biraz irəlidə yol kənarında bir avtomobilin xarab olduğunu, ətrafda bir neçə adamın onu təmir etməyə çalışdığını görmüşlər. Bir qədər irəli getdikdən sonra Xalidin atası Amilgilin küçəsindən bir az irəlidə olarkən Xalidin böyük oğlu İlkin onun yanından keçərkən çiyin ataraq ona sataşmış, o da cavab olaraq İlkinə çiyin atmışdır. Bu zaman İlkin ona “Ağıllı ol” deyə bildirmiş, o isə “Mən ağıllıyam, sən özün ağıllı ol” deyə cavab vermişdir. Bunu görən Xalid yanlarına gələrək İlkinə “Sən get evə” demiş, sonuncu da çıxıb getmişdir. Daha sonra Xalid sol əli ilə onun əlini tutmuş, sağ əli ilə isə boğazından yapışaraq “Sən kimsən ki, İlkinə əl qaldırırsan” deyə bildirmiş, ardınca boğazını buraxıb sağ əlinin barmaqlarını gözünə soxmuşdur. Daha sonra Xalid “axırıncı dəfəniz olsun ki, mənim oğluma əl qaldırırsınız, belə yaxşı oğlansan, gəl sizi aparım gedək çayda vuruşun” deyə bildirmiş, o da cavabında “Hə gedərəm” demişdir. Bu mübahisədən sonra yollarına davam edərək bərbərə getmişlər. Növbəti gün, anasına Xalid və oğlu ilə aralarında baş verənləri danışaraq çaya gedəcəyini bildirmiş, anası isə ona heç bir yerə getməməyi tapşırdığına görə sakitləşərək daha Xalidgilə baş qoşmamışdır. Bundan bir neçə gün sonra, yəni atasının ölümündən bir gün əvvəl məhəllə uşaqları qorxduğu üçün çaya getmədiyini deyərək onunla məzələnmişlər. Anası da hadisədən bir gün əvvəl, yəni xx xxxxxxx 2020-ci il tarixdə Xalidgilin qapısına gedərək sonuncunun arvadı Amiləyə “Bu nə söhbətdi, ərin uşaqlarımı yolda döyür, onları dava eləmək üçün çaya aparmaq istəyir” deyə bildirmiş, Amilə isə cavabında “Əcəb edir” demişdir. Həmin gün evlərinin qarşısında olarkən Xalidin uşaqlarını bir daha görmüş, sonuncular ona “Qorxaq, qorxaq” deyib məzələnərək bir neçə söyüş söymüşlər. O, cavabında “Gözləyin də, gözləyin, nolub, partlayırsız? İşimi qurtarım gedək” deyə bildirmiş və Xalidin uşaqları ilə dava etmək məqsədilə çaya getmək fikrində olmuşdur. Axşam saat 18-19 radələrində anası evə qayıtdıqda onun dava etmək üçün çaya getmək istədiyini bilib evdən çölə buraxmamışdır. Növbəti gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə, saat təxminən 14:00 radələrində atası nahar etmək üçün evə gəlmiş, təxminən bir saat sonra isə naharını bitirib evdən çıxıb getmişdir. Atası nahar edərkən Xalidin əlinin boğazında qalan izinin görünməməsi üçün əyninə geyindiyi uzunboğaz sviteri görərək isti havada qalın paltar geyinməyinin səbəbini soruşmuşdur. O özü heç nə deməsə də, kiçik qardaşı Əziz Xalidin onu döydüyünü atasına demişdir. Atası da onlara heç bir yerə getməmələrini tapşırıb evdən çıxıb getmişdir. Təxminən 30-40 dəqiqə sonra Xalidin atası Amil və ögey anası Süsən onların evinə gələrək onları qucaqlayıb darvazadan içəri salmış və “Bu nə söhbətdi? Gedin babanızı çağırın” deyə bildirmişlər. Bu zaman yoldan qışqırıq səsi gəldiyini eşidib çölə çıxmışdır. Küçələrindən çıxıb Şamaxı-Ağsu yoluna tərəf çıxdıqda tini dönərkən Xalid qarşısına çıxmışdır. Həmin vaxt Xalidin sağ əlində böyük bir bıçaq, bıçağın üzərində isə qan ləkələri olmuşdur. Xalid öz evinə tərəf getmiş, o isə yola çıxmış və atasının axsadığını görmüşdür. Orada olan şəxslər atasının qolundan tutaraq onu yolun əks tərəfinə, yəni orada olan tikinti materialları mağazanın qarşısına keçirmişlər. Atasının sağ budundan qan gəlmiş, ətrafa da xeyli miqdarda qan axmışdır. Elə yoldan anasını və babasını çağırmış, onlar da eşidib hadisə yerinə gəlmişlər. Bir müddət sonra Xalidin atası Amil onlara atasını avtomobilə mindirib xəstəxanaya aparmağı təklif etmişdir. İlk öncə təcili tibbi yardım maşını gözləsələr də, sonradan razılaşaraq ətrafdakıların köməyi ilə atasını Amilin avtomobilinə mindirib xəstəxanaya aparmışlar. O, yoldan Xalidgilin evi istiqamətində “Niyə atamı vurmusan?” deyə qışqırmışdır. Bu zaman Xalid əlində böyük bir balta ilə çölə çıxaraq “Sənin də başını kəsərəm” demiş, o isə “Heç nə edə bilməzsən” deyə cavab vermişdir. Daha sonra anasına məxsus ***-***-**-** mobil nömrəsi ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlib Xalidi avtomobilə mindirərək rayon polis şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, oğlu Xalid Təqsirləndirilən şəxs 2003-cü ildə Şahid7 ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladı olmuşdur. Mərhum Zərərçəkmiş şəxs onlarla qonşuluqda yaşamışdır. Əvvəllər Zərərçəkmiş şəxs və ailəsi ilə münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Hətta Samirin atası Əzməmmədlə qardaş kimi münasibətləri olmuşdur. Lakin hərdənbir Samirlə Xalidin övladları bir-birilə dalaşdıqları üçün aralarında xırda mübahisələr yaranmışdır. xx xxxxxxx 2020-ci il tarixdə evdə olarkən Samirlə Xalidin övladlarının dalaşdıqlarını, bu səbəbdən də ailələr arasında mübahisə yarandığını bildikdən sonra həmin gün saat 10-11 radələrində Samirgilin qapısına getmişdir. Samirin uşaqlarının orada dayandıqlarını görüb onlardan babalarının evdə olub-olmasını soruşmuş, onlar da evdə olduğunu deyərək Əzməmmədi çağırmışlar. Əzməmməd çölə çıxdıqdan sonra ona uşaqlar arasında mübahisə düşdüyünü, bunun isə qohum, qonşu olduqları üçün düzgün olmadığını, məsələni bağlamaq lazım olduğunu bildirmiş, Əzməmməd də onunla razılşaraq nəvələrini danlamışdır. O, həmçinin uşaqlara qohum, qonşu olduqlarını deyərək dalaşmamalarını, həmişə bir olmalarını xahiş etmişdir. Samirin övladları da onunla razılaşdıqda artıq məsələnin bağlandığını fikirləşib evinə qayıtmışdır. xx xxxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində həmişəki kimi Şamaxı şəhər avtovağzalında özünə məxsus göy rəngli “VAZ-2102” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub müştəri gözləyərkən arvadı Süsən ona zəng edərək Samirlə Xalidin uşaqlarının yenə dalaşdıqlarını bildirmişdir. O, uşaqları barışdırmaq üçün avtomobili ilə Samirgilin evinə tərəf getmişdir. Evi ilə oğlu Xalidin evi bir həyətdə yerləşsə də, evlərin qapıları bir-birinə paralel yerləşən və Şamaxı-Ağsu yoluna çıxan küçəyə açılır. Eyni zamanda Samirlə Xalidin evləri də eyni küçədə demək olar ki, üzbəüz yerləşir. Evləri ilə avtovağzal arasında məsafə isə təxminən bir kilometrdir. O, dərhal dayandığı yerdən çıxaraq Xalidgilin küçəsinə getmişdir. Avtomobilini Xalidin evinin qabağında saxlayıb arvadı Süsənlə rastlaşmış və onunla birlikdə Samirgilə tərəf getmişdir. Məqsədi Samirin atası Əzməmmədlə dünən etdiyi mövzuda yenə söhbət etmək olmuşdur. Samirgilə çatdıqda uşaqlarının qapıda olduğunu görüb babaları Əzməmmədi çağırmaları istədikdə küçədən səs-küy qalxdığını, hər kəsin küçəyə tərəf qaçdığını görmüşdür. O, dərhal aşağı düşərək avtomobilini işə salıb səs gələn tərəfə getmişdir. Şamaxı-Ağsu yolunun üzərində evi ilə üzbəüz yerləşən tikinti materialları mağazasının qarşısına gəldikdə insanların toplaşdığını görmüşdür. Dərhal həmin yerə yaxınlaşdıqda Samirin xəsarət aldığını, ayağından çoxlu qan axdığını görmüşdür. Mərhum Samirin özü onu Xalidin vurduğunu demişdir. O, dərhal ətrafdakı insanlara Samiri avtomobilə mindirməyi demiş və onların köməyi ilə Samiri avtomobilə mindirərək Şamaxı rayon mərkəzi xəstəxanasına sürmüşdür. Lakin xəstəxanaya çatdıqdan bir neçə dəqiqə sonra isə Samir ölmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, qohumlarına məxsus tikinti materialları mağazasında günəmuzd fəhlə kimi işlədiyindən Samiri tanımışdır. Əvvəllər işlədiyi avtoyuma məntəqəsində özünə məxsus avtomobili yuduzdurduğu vaxtdan Xalidlə də salam-sağolu yaranmışdır. Lakin nə Xalidlə, nə də Samirlə yaxın münasibətləri olmamış, Samiri Xalidə münasibətdə daha yaxşı tanımışdır. xx xxxxxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində evləri üçün bir neçə təsərrüfat malları almaq məqsədilə qohumlarına məxsus Şamaxı şəhəri avtovağzalında yerləşən tikinti materialları mağazasına getmişdir. Orada olarkən Samir təlaşlı, kövrək bir halda yanına gələrək uşağının xəstə olduğunu, hazırda da “VİP” marketdə olduğunu bildirib avtomobili ilə oraya aparmağını xahiş etdikdə razılaşaraq ikisi birlikdə avtomobilə əyləşmişlər. Avtomobilini həmin marketə tərəf sürmüşdür. “VİP” marketə çatdıqdan sonra Samir avtomobildən düşüb marketin pilləkənlərinə tərəf gedən zaman sonuncuya telefon zəngi gəlmiş, pilləkənlərdə dayanıb geri dönərək “Gəlirəm, gəlirəm” deyə bildirib yenidən avtomobilə qayıtmışdır. Nə baş verdiyini soruşduqda Samir ona “Uşağı halsız olduğuna görə evə aparıblar” deyə bildirsə də, Samir uşağı kimin, hansı formada evə aparmasını deməmişdir. Əvvəllər bir neçə dəfə Samiri evlərinin yaxınlığına düşürtdüyü üçün təxmini olaraq evin yerini bilmişdir. Yanında olduğu müddətdə Samirin nəfəsindən spirtli içki iyinin gəldiyini də hiss etmişdir. Daha sonra avtomobilini geri döndərib Şamaxı avtovağzalının qarşısında olan dairəyə, ardınca Şamaxı-Ağsu yoluna tərəf sürmüşdür. Bir qədər irəli getdikdən sonra Anar adlı şəxsə məxsus tikinti materialları mağazasının qarşısından keçərkən Xalidin həmin yola birləşən bir küçənin girişində olan işıq dirəyinin yanında oturduğunu görüb avtomobildə ola-ola başı ilə salam vermiş, sonuncu da salamını eyni qaydada almışdır. Bu zaman Samir ona tələsik formada “Saxla, saxla, burada saxla” deyə bildirdikdə Xalidin dayandığın küçədən sonrakı küçənin girəcəyində avtomobili saxladıqda Samir avtomobildən düşərək dərhal çox ağır ana-bacı, nəsil-kök və digər söyüşlərlə kimisə təhqir etməyə başlamış avtomobili dərhal kənara çəkib avtomobildən düşmüş və həmin an Samirin Xalidi söydüyünü və sonuncuya tərəf getdiyini görmüşdür. Həmin vaxt Samirlə Xalid tutaşıb bir-birilərinə yumruq atmağa başlamışlar. Xalid də mübahisə zamanı Samiri çox ağır söyüşlərlə söymüşdür. Bu vaxt o, Samirlə Xalidin əlində bıçaq və ya digər aləti görməmişdir. Bir neçə dəqiqə sonuncular bu formada dalaşdıqdan sonra Xalidin əlində ani olaraq bıçaq olduğunu, hətta bir neçə dəfə Samirə tərəf bıçaq zərbəsi vurmağa cəhd etdiyini görmüşdür. Bu zaman artıq Şamo adlı şəxs də hadisə yerinə gələrək “Ayə, bəsdi, ayıbdı” və sair bu kimi sözlər deyib Samirlə Xalidi sakitləşdirməyə çalışmışdır. Bu zaman Samiri təxminən 3-4 metr kənara çəkmiş, sonuncu da həmin vaxt Xalidin əlindəki bıçağı görüb “sənin bacın qəhbə olub, atan sizin qeyrətinizi çəkib gedib bacının başını kəsib” və sair nalayiq sözlər demişdir. Xalid Samirin bu sözlərini eşidib qızışıb əsəbiləşərək onu kənara itələyib sonuncunun üzərinə getmiş, o da ani olaraq Samirlə Xalidə tərəf baxdıqda sonuncunun əlindəki bıçağın qanlı olduğunu, Samirin ayağının yuxarı hissəsindən çox sürətlə qan axdığını, paltarının ani olaraq qana batdığını, şalvarının kəsiyindən qanın təzyiqlə axdığnıı görmüşdür. Bu an Samir yavaş-yavaş geriyə tərəf qaçmağa başlamış, qaçarkən “Məni vurdular, məni vurdular” deyə bildirmiş, Xalid isə elə ilkin olaraq oturduğu yerə tərəf qaçmışdır. Həmin vaxt Samir yavaş-yavaş özündən getdiyi üçün Şamo ilə birlikdə köməkləşib Samiri yolun əks tərəfində olan hündür səkinin yanına aparmışlar. Bu vaxt artıq orada digər şəxslər də toplaşmışdır. Samiri hündür səkiyə söykəyib camaatı köməkliyə çağırmış, təcili yardıma məlumat vermələrini qışqırmışdır. Bu an ani olaraq Samir söykəndiyi yerdən huşsuz vəziyyətdə yerə yıxılmış, sanki aşmışdır. Ətrafda həmçinin Samirin ailə üzvləri və digər şəxslər də olmuşdur. Bir neçə dəqiqədən sonra Xalidin atası Amil “VAZ 2102” markalı göy rəngli avtomobillə oraya gəlmişdir. Artıq həmin vaxta qədər ətrafda hər yer qan ləkələri, Samirin paltarları isə qan içində olmuşdur. Ətrafda olan şəxslər əlləri ilə yaranı sıxsalar da, qan dayanmamışdır. Təxminən 3-4 dəqiqədən sonra ətrafdakıların köməkliyi ilə Samiri Xalidin atasına məxsus avtomobilə mindirmişlər. Həmin vaxt Samirin huşu nisbətən özündə olsa da, gözləri açıbbağlanmışdır. Daha sonra Samirin olduğu avtomobil Şamaxı rayon mərkəzi xəstəxanasına tərəf getmiş, o da öz avtomobili ilə həmin avtomobilin arxası ilə getmişdir. Hadisənin baş verməsindən təxminən 10 dəqiqə sonra xəstəxanaya çatmış və Samiri cərrahiyyə şöbəsinə qaldırmışlar. Xəstəxanada həkimlər tərəfindən tibbi yardımlar göstərilsə də, Samir xəstəxanada vəfat etmişdir. Bilavasitə xəsarətə səbəb olan bıçaq zərbəsindən əvvəl Xalidin Samirə tərəf bir neçə dəfə bıçaq zərbəsi atdığını görmüş, xəsarətə səbəb olan bıçaq zərbəsini vurması anını görməsə də, ani olaraq xəsarət yetirdikdən sonra Xalidin Samirin bud nahiyəsindən bıçağı çıxarmasını görmüşdür. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında əvvəllər hər hansı ədavət olmasından məlumatlı olmamışdır (cild 1, iş vərəqə 68-73). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 göstərmişdir ki, adətən “X10” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı-Ağsu avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən hissəsində yerləşən Anar adlı şəxsin işlətdiyi tikinti materialları mağazasının qarşısında dayanır, iş olduqda həmin işləri görür. Təqsirləndirilən şəxs Şamaxı şəhər sakini kimi tanıyır, sonuncu ilə çox yaxın münasibətləri olmasa da evində usta kimi münasibətləri olmuşdur. Mərhum Samiri də fəhlə kimi işlədiyi Şamaxı şəhər avtovağzalının yaxınlığında yerləşən tikinti materialları mağazasından bir neçə dəfə oradan mal aldığı üçün tanımış, sonuncu ilə normal münasibətləri olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə saat 15-16 arası həmişəki kimi tikinti materialları mağazasından alver edib öz avtomobilinə tərəf gedərkən yolun əks tərəfində dövlət qeydiyyat nişanını xatırlamadığı “Niva” markalı avtomobilin dayandığını, Samirlə Xalidin mübahisə etdiyini, tanımadığı bir nəfərin isə onların yanında olduğunu görmüşdür. Hər ikisini tanıdığı üçün sakitləşdirmək məqsədilə yolu keçib Xalidlə Samirin yanına gedərək aralarına girib “Xalid lazım deyil, dalaşmayın” deyə bildirmişdir. Xalidlə Samir bir-birilərinin yaxalarından tutaraq qışqırıb dartışmış, birbirilərini təhqir etmişlər. Sonuncuların əllərində hər hansı predmet və ya alət olduğunu görməmişdir. Dərhal aralarına girib həmin şəxslərə irad tutmuşdur. Əsasən, Xalidi tutub bir kənara çəkmiş, həmin vaxt kürəyi Samirə, üzü isə Xalidə tərəf olmuş, sonuncunu itələyərək Samirdən uzaqlaşdırmışdır. Xalid ona qulaq asmamış, sanki gözü dönmüş, çox əsəbi və aqressiv olmuş, böyründən keçib Samirə tərəf getmək istəmişdir. Bu zaman ani olaraq Xalidin əlində bıçaq olduğunu görüb sonuncunun həmin vaxt çox əsəbi və aqressiv olduğundan bilməyərəkdən ona da xəsarət yetirə biləcəyindən qorxub kənara çəkilmişdir. Daha sonra Xalid yanından keçib Samirə tərəf gedərək əlindəki bıçağı bir neçə dəfə sonuncuya atsa da, zərbələr dəyməmişdir. Sonuncu dəfə isə Xalid əlindəki bıçağı Samirə tərəf atdıqda sonuncu da ona hücum etmiş və Xalid bıçağı vurub geri çəkildikdə əlindəki bıçağın qanlı olduğunu, Samirin sağ bud nahiyəsində sanki şlanqdan açılmış kimi qan getdiyini görmüşdür. Bir neçə saniyənin içərisində yerdə qan gölməçəsi yaranmışdır. Xalid bunu görüb şoka düşmüş və dərhal geriyə getməyə başlamışdır. O da qandan qorxduğu üçün yolu keçib yenidən tikinti materialları mağazasına tərəf gələrək insanlara təcili yardım çağırmağı bildirmişdir. Həmin vaxt artıq ətrafa çoxsaylı adamlar yığışmışdır. Qandan qorxduğu üçün bir daha Samirə tərəf getməmişdir. Samiri ətrafdakı insanlar yolu keçirərək mağazanın qarşısındakı ağaca tərəf gətirmişlər. O da həmin yerdən uzaqlaşaraq öz avtomobilinə tərəf getmişdir. Orada hadisədən sonra təxminən 5 dəqiqə müddətində qalmış, həmin müddət ərzində Samirin harasa aparılmasını görməmişdir. X8 rayon mərkəzi xəstəxanasına aparıldığını və orada öldüyünü bilmişdir (cild 1, iş vərəqə 74-77). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş “Şamaxı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin həkimi Şahid3 göstərmişdir ki, o, Şamaxı rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsində həkim-cərrah işləyir. xx xxxxxxx 2020-ci il tarixdə, saat 16:00-da növbədə olduğu vaxtda Zərərçəkmiş şəxs sağ bud nahiyəsinin yuxarı 1/3-nin ön-iç səthində sağ qasıq büküşü proyeksiyasına yaxın hissədə yerləşən bir ədəd bıçaq xəsarəti ilə xəstəxanaya daxil olmuş, həmin vaxt aqonal vəziyyətdə, rəngi ağappaq olmuş, ətrafları tam soyumuş, xəstədə nəbz, arterial təzyiq olmamışdır. Xəstəyə ilkin baxış keçirmiş və sonra reanimatoloqa xəbər vermişdir. Xəstənin bütün paltarları qanın içində olmuş, xəstə xeyli miqdarda qan itirmişdir. Zərərçəkmiş şəxs gətirən şəxslər onun bir nəfər tərəfindən bıçaqlandığını, hadisə yerində xeyli miqdarda qan itirdiyini bildirmişlər. Digər cərrah Solmaz Abdulrazaqova ilə birlikdə xəstəni qəbul edib dərhal ona ilkin tibbi yardım göstərməyə başlamışlar. İlk öncə qanəvəzediciləri təyin etmiş, xəstəyə iki tərəfli sistem köçürülməyə başlanmış, sistemin tərkibində ringer, qlükoza, vitaminlər, deksametazon, prednizalon, Vitamin C, kardiamin, kafein, ağrıkəsici və digər dərman preparatları olmuşdur. Daha sonra tibb bacıları xəstənin əynində olan şalvarı və alt paltarı kəsərək çıxartmış, o isə yerli keyitmə altında yaranı xaricə tərəf təxminən 2 santimetr ölçüdə genişləndirib yaradan axan qanı tamponada üsulu ilə dayandırmağa başlamışdır. Yara yerində qanın sıxıcı ilə dayandırılması çətin olduğu üçün tamponada zamanı osteril bintləri isladıb yaraya yerləşdirmiş, bunula da qanaxma tamamilə dayanmışdır. Lakin həmin vaxta kimi yara bədənin qan damarlarının çox olduğu hissəsində olduğundan, zərbə zamanı bud arteriyası və venası kəsildiyindən xəstə artıq xeyli miqdarda qan itirdiyindən xəstəxanaya daxil olduqdan 8 dəqiqə sonra vəfat etmişdir. Bundan bir neçə dəqiqə sonra da yardım göstərsələr də, xəstəni həyata qaytarmaq mümkün olmamışdır (cild 1, iş vərəqə 129-131). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Şamaxı-Ağsu avtomobil yolunun Şamaxı şəhəri, Bəhyəddin Mirzəyev küçəsi ilə kəsişdiyi hissədə yerləşir. Hadisənin baş verdiyi yerdən yolun əks istiqamətində yolun kənarında tikinti materiallarının satışını həyata keçirən üzərində ad və ya reklam lövhəsi olmayan mağaza vardır. Hadisə asfalt yolunun səki hissəsinə bitişik hissəsində baş vermişdir. Avtomobil yolu hər hərəkət istiqamətində bir zolaq olmaqla iki tərəflidir. Hər bir zolağın eni 6 metrdir. Yolun səki hissəsinə bitişik ərazidə ümumi ölçüləri 1.70x1.90 olan axıntı formalı qanabənzər ləkərlər vardır. Həmin ləkələr nisbi düzbucaqlı formalı olmaqla hərəkətdə olan obyektdən axmaqla quruması təəssüratını yaradır. Həmin izlər səkiyə yaxın hissədə qalın və qabarıq görünür. Qeyd olunan qanabənzər ləkələri müşahidə edərkən onların əvvəlcə hərəkətdə olan hansısa obyektdən axaraq gölməçələndiyi, müəyyən müddət sonra quruduğu təəsürratını yaradır. Həmin ləkələrin olduğu yerdən yola perpendikulyar olmaqla yolun hərəkət hissəsini kəsən və yolun əks hissəsində yerləşən tikinti materiallarının satışını həyat keçirən mağazanın qarşısınadək ümumilikdə 15 metr düz xətt formalı qanabənzər ləkələr görünür. Qanabənzər ləkələr yolun hərəkət hissəsi boyu qalınlaşan, nazikləşən, müxtəlif formada və ölçüdə olan şəkildə, həmçinin kəsilən və yenidən bərpa olunan formada yolun asfalt örtüyündə əks olunmuşdur. Yolda ləkələrin trayektoriyası boyunca hərəkət etdikdə ləkələrin yuxarıda qeyd olunan tikinti materiallarının satışını təşkil edən mağazanın darvaza olmayan girişinədək davam etdiyini, həmin yerdə isə yenidən axaraq gölməçələndiyi, ardınca qurumuş təəssüratı yaradan qanabənzər ləkələr müəyyən edilir. Qanabənzər ləkələrin başlanğıc və son nöqtəsi arasında məsafə 15 metr təşkil edir. Qanabənzər ləkələrin müşahidə edildiyi son yer daşlıq-çınqıllıq ərazidir (cild 1, iş vərəqə 14-16). İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmişdir, həmin istintaq hərəkəti zamanı videoçəkiliş aparılaraq müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 103-110). Zərərçəkmiş şəxs meyitinə baxış keçirilməsi protokolundan görünür ki, alın nahiyəsində solda tüksüz hissədə düz xətt formasında nisbətən şaquli istiqamətdə yerləşmiş 4.0x0.3 sm ölçüdə dərinin epidermis qatını cüzi zədələyən, kənarları qeyrihamar səthi yara (cızıq), sağ budun yuxarı 1/3-nin ön-iç səthində qasıq büküşü proyeksiyasında iti kənarlı, içəri və aşağı səthi küt kənarlı, yuxarı və bayır səthə baxan kənarları hamar, 6.0x2.5 sm ölçülərdə yara vardır. Yara kanalı 11 sm-dir, içərisində tənzif tampon vardır. Yaranın içərisində əzələ və vətər liflərinin, eləcə də sağ bud arteriyasının və venasının kəsilməsi görünür (cild 1, iş vərəqə 6-13). Cinayət işində olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, görüntülər 3 müxtəlif kamerası ilə çəkilmişdir. Onlardan birincisi hadisədən sonra Zərərçəkmiş şəxs gətirildiyi və avtomobilə mindirilərək xəstəxanaya aparıldığı yerə, ikincisi hadisənin baş verdiyi yerə, üçüncüsü isə Bakı-Qazax yolunun Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaşadıqları evlərin yerləşdiyi küçəyə doğru olan yolayrıcına aid görüntülərdir. Diskdə ümumilikdə 5 videogörüntü vardır. İlk görüntü hadisədən sonra Zərərçəkmiş şəxs hadisədən sonra mağazanın qarşısına gətirildiyi və xəstəxanaya aparılmaq üçün avtomobilə mindirildiyi yeri göstərir. Videogörüntü ümumilikdə 05 dəqiqə 34 saniyədir, xx xxxxxxx 2020-ci il tarixdə saat 15:19:48-dən saat 15:24:22-dək olan dövrü əhatə edir. Görüntünün əvvəlindən Zərərçəkmiş şəxs yerə uzanmış vəziyyətdədir və ətrafda olan insanlar ona kömək edirlər. Lakin təhlükəsizlik kamerası həmin ərazini tam göstərmədiyindən həmin şəxslərin kimlər və göstərdikləri köməyin mahiyyətinin nədən ibarət olması görünmür. Videogörüntünün sonlarında artıq Zərərçəkmiş şəxs avtomobilə mindirilərək xəstəxanaya aparılması müəyyən olunur. İkinci videogörüntünün müddəti 04 dəqiqə 57 saniyədir. Həmin görüntülər xx.xx.2020-ci il tarixdə, saat 15:16:22-dən 15:22:08-dək olan dövrdə Bakı-Qazax yolunun Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaşadıqları evlərin yerləşdiyi küçəyə doğru olan yolayrıcında baş verənlərin görüntüsüdür. Videogörüntünün əvvəlində göy rəngli “Niva” markalı avtomobilin həmin yolla Qazax rayonu istiqamətində hərəkət etdiyi, Təqsirləndirilən şəxs isə onun arxasınca gedərək kadrdan itdiyi, saat 15:18:30-da Təqsirləndirilən şəxs yaşadığı ev istiqamətində hərəkət etdiyi görünür. Bununla da, hadisənin təxminən 02 dəqiqə müddətində davam etdiyi müəyyənləşdirilir. Daha sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaşadıqları evlərin yerləşdiyi küçədən məsafə uzaq olduğu üçün şəxsiyyətlərinin müəyyənləşdirmək mümkün olmayan bir neçə şəxsin hadisə yerinə tərəf baxdıqları, hadisə yeri istiqamətindən bir neçə şəxsin qaçdığı müəyyənləşdirilir. Üçüncü videogörüntü xx xxxxxxx 2020-ci il tarixdə, saat 15:15:58-dən saat 15:16:44-dək olan dövrü əhatə edir. Videogörüntüdən görünür ki, “Niva” markalı, göy rəngli avtomobil hadisə yerinə yaxınlaşır, Təqsirləndirilən şəxs isə həmin avtomobilin arxası ilə gedir, bir neçə saniyə sonra avtomobil və Təqsirləndirilən şəxs kameranın görünüş dairəsindən çıxırlar. Dördüncü video ümumilikdə 05 dəqiqə 16 saniyə müddətində davam edir, xx.xx.2020-ci il tarixdə saat 15:11:09-dan saat 15:16:27-dək olan dövrü əhatə edir. Videogörüntüdən görünür ki, saat 15:11:45-də Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi küçədən çıxaraq gözləməyə başlayır, həmin müddət ərzində Təqsirləndirilən şəxs mobil telefonla danışır, qollarını çirmələyir, siqaret çəkir, bir dəfə yaşadığı evin yerləşdiyi küçəyə daxil olur və qayıdır, videogörüntünün sonunda “Niva” markalı, göy rəngli avtomobil hadisə yerinə yaxınlaşır, Təqsirləndirilən şəxs isə həmin avtomobilin arxası ilə gedir. Sonuncu videogörüntü xx xxxxxxx 2020-ci il tarixdə, saat 15:16:15-dən başlayır. Videogörüntünün əvvəlində “Niva” markalı, göy rəngli avtomobil hadisə yerinə yaxınlaşır, Təqsirləndirilən şəxs isə həmin avtomobilin arxası ilə gedir, daha sonra avtomobildən iki nəfər şəxs düşür, Təqsirləndirilən şəxs isə avtomobilin ön sərnişin oturacağındən düşən Zərərçəkmiş şəxs tərəf qaçır, Zərərçəkmiş şəxs da buna qarşılıq verir, hər iki şəxs arasında mübahisə baş verir, mübahisədə Təqsirləndirilən şəxs daha aqressiv şəkildə iştirak edir, dəfələrlə Zərərçəkmiş şəxs tərəf əlində bıçaq təəssüratı yaradan predmetlə zərbə atır. Avtomobilin sürücüsü və hadisə yerinə sonradan gəlmiş bir şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ayırmağa cəhd göstərir. Mübahisə 02 dəqiqə ərzində davam edir və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncu zərbə vurması ilə yekunlaşır. Videogörüntüdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aşağı ətraflar nahiyyəsinə zərbə vurması aydın görünür. Bu zərbədən sonra Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşır. Orada olan iki şəxs tərəfindən Zərərçəkmiş şəxs yolun əks tərəfinə keçirilir. Təxminən 10 dəqiqə müddətində orada qaldıqdan sonra bir ədəd dövlət qeydiyyat nişanı görünməyən göy rəngli avtomobillə aparılır (cild 1, iş vərəqə 23-24). Mobil telefona baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus olmuş ***-***-**-** nömrəsindən xx.xx.2020-ci il tarixdə saat 14:57-də Təqsirləndirilən şəxs məxsus mobil telefona zəng daxil olur və 33 saniyə ərzində danışıq baş verir. Daha sonra yenə Zərərçəkmiş şəxs məxsus mobil nömrədən həmin mobil telefona zəng daxil olmuş və danışıq 17 saniyə müddətində davam etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mobil telefonundan həmin tarixdə saat 15:07də “102” xidmətinə, saat 15:09-da isə “103” xidmətinə zəng edildiyi görünür, danışıqlar müvafiq olaraq 26 saniyə və 21 saniyə davam etmişdir (cild 1, iş vərəqə 176-181). Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 24 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlər - alın nahiyyəsində, tüksüz hissədə, solda bir ədəd yara (cızıq) bərk kənarlı küt əşya, ola bilsin bıçağın arxa hissəsinin təsirindən törənmişdir, sağ budun yuxarı 1/3-nin ön-iç səthində sağ qasıq büküşü proyeksiyasında bir ədəd nisbətən böyük ölçülü (6,0x2,5 sm), yara kanalı 9 sm olan əzələ və vətərlərin, sağ bud arteriyasının və onu müşayiət edən venanın kəsilməsi ilə nəticələnən yara həyatidir, ölümündən az əvvəl deşici-kəsici alətin təsirindən kənar şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə törənmişdir. Mərhum Zərərçəkmiş şəxs alın nahiyyəsində bir ədəd səthi yara (cızıq) sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs sağ bud nahiyyəsinin, əzələ və vətərlərin, eləcədə sağ bud arteriyasının və onu müşayiət edən venanın kəsilməsi ilə nəticələnən yara, canlı şəxslərə yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aiddir və ölümlə birbaşa əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ buduna vurulmuş bıçaq yarasından sonra əzələ və vətərlərin, sağ bud arteriyasının və onu müşayiət edən venaların kəsilməsi nəticəsində xarici kütləvi qanitirmə, hemorragik şok olmuş, ölüm xx xxxxxxx 2020-ci il tarixdə baş vermişdir (cild 1, iş vərəqə 217-223). Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 470 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarət - alın nahiyəsində bir ədəd qançır yumşaq kənarlı küt əşya (əl zərbəsi) təsirindən törənmişdir, yetirilmə müddəti xx xxxxxxx 2020-ci il tarixdə uyğundur. Təqsirləndirilən şəxs almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (cild 1, iş vərəqə 224-225). Materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/2357 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olması qeyd edilən paltarlardan göy rəngli şalvarı üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərə görə Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən köynəyinin tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən paltarlar üzərində Zərərçəkmiş şəxs məxsus olması qeyd edilən paltarların tərkib liflərindən yoxdur (cild 1, iş vərəqə 226-232). Maddi sübutların ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 540-MTKŞ/2020 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarının ön sağ hissəsində bir ədəd, alt tumanın ön sağ hissəsində bir ədəd dəlib keçən zədə aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü kafi itilikdə olan, ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənə bilərdi., həmin zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabı, kəmər, iki ədəd qısaqol köynək, bir cüt corab üzərində zədə və zədə izləri aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus köynək, şalvar və kəmər üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarının sağ ön səthində 01 ədəd deşilmiş-kəsilmiş zədə, onun bədənin sağ bud nahiyyəsinin, əzələ və vətərlərin, eləcədə sağ bud arteriyasının və onu müşayiət edən venanın kəsilməsi ilə nəticələnən yara ilə nisbi olaraq uyğun gəlir. Xəsarət yetirilən anda zərərçəkmiş şəxslə əməli törətmiş şəxs müxtəlif qarşılıqlı vəziyyətdə olmuşdur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış bıçaqlara uyğun gəlir və soyuq silah hesab edilmir, bıçaq üzərində əlavə hər hansı dəyişiklik aşkar olunmamışdır (cild 2, iş vərəqə 17-22). Məhkəmə-tibbi bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 845/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu B-alfa/H/İİİdür. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus trusik, ağ rəngli qısaqol köynək, göy rəngli qısaqol köynək, cins şalvar, kəmər, 1 cüt corab, 1 cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus cins şalvar, bıçaq, pambıq topaları və çınqıl daşları üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B, H antigenləri, həmçinin əksər ləkələrdə alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-aıfa/H/İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus uzunqol köynək üzərində qana şübhəli hər hansı ləkə, kəmər üzərində isə qan aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlməsi müddəti barədə fikir söyləmək mümkün deyildir (cild 2, iş vərəqə 23-28). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2480 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətinin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətinin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs həssaslıq, tez təsirlənmək, özünə qarşı hörmət tələb etmək, çılğınlıq kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 2, iş vərəqə 30-32). Şamaxı rayon icra Hakimiyyəti başçısının şamaxı şəhər inzibat-ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 3260 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır (cild 1, iş vərəqə 143). “Avrora” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 582 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəmiyyətdə çalışdığı müddətdə heç bir qanun pozuntusuna yol verməmiş, özünü məsuliyyətli, üzərinə düşən vəzifə və səlahiyyətlərini vicdanla yerinə yetirən işçi kimi göstərmişdir. Səmimi davranışları ilə kollektivin və rəhbərliyin etimadını və hörmətini qazanmışdır (cild 2, iş vərəqə 14). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür k, Təqsirləndirilən şəxs himayəsində 2007-ci il və 2009-cu il təvəllüdlü iki azyaşlı uşağı var (cild 1, iş vərəqə 38-39, 142). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 201). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmmi peşman olmasını, əvvəllər məhkum olunmamasını, iş yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə Şamaxı Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin xx xxxxxxx 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir (cild 1, iş vərəqə 40-53, 85-86, 118). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Şamaxı rayon prokurorluğunda saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş arxa kəmərlik hissəsində üzərində “Jeans” sözü yazılmış etiket olan göy rəngli cins şalvar, üzərində “Z” hərfi yazılmış qara rəngli kəmər və boyunluq hisssində “Zermani” sözü yazılmış etiket olan qara rəngli uzunqol köynək, Zərərçəkmiş şəxs məxsus göy rəngli cins şalvar, göy rəngli trusik və bir cüt ayaqqabı, ön və arxa tərəfində “Sabaha İlhamla” sözləri yazılmış qısaqol göy rəngli köynək, ön tərəfindən qartal şəkili əks etdirilmiş ağ rəngli qısaqol köynək, qəhvəyi rəngli kəmər, bir cüt olan ağ rəngli corab, bir ədəd pambıq topasına hopdurulmaqla hadisə yerindən götürülmüş qan nümunəsi, üzərində qan ləkəsi olan çınqıl daşı, bir ədəd mətbəx bıçağı məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 16 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində, ibtidai istintaq mərhələsində göstərilmiş göstərilmiş hüquqi yardımla bağlı sərf edilmiş real vaxt nəzərə alınmaqla X4 vəkil işlədiyi Xırdalan şəhər Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən)məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - Şamaxı rayon prokurorluğunda saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş arxa kəmərlik hissəsində üzərində “Jeans” sözü yazılmış etiket olan göy rəngli cins şalvar, üzərində “Z” hərfi yazılmış qara rəngli kəmər və boyunluq hisssində “Zermani” sözü yazılmış etiket olan qara rəngli uzunqol köynək, Zərərçəkmiş şəxs məxsus göy rəngli cins şalvar, göy rəngli trusik və bir cüt ayaqqabı, ön və arxa tərəfində “Sabaha İlhamla” sözləri yazılmış qısaqol göy rəngli köynək, ön tərəfində qartal şəkili əks etdirilmiş ağ rəngli qısaqol köynək, qəhvəyi rəngli kəmər, bir cüt olan ağ rəngli corab, bir ədəd pambıq topasına hopdurulmaqla hadisə yerindən götürülmüş qan nümunəsi, üzərində qan ləkəsi olan çınqıl daşı, bir ədəd mətbəx bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına vəkili Müdafiəçi üçün 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Xırdaoan şəhər Vəkil Bürosunun hesabına X5 üçün 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar