Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-762/2022 05.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:35-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabunçu rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib, daşıyaraq özündə saxlamış, 12 oktyabr 2021-ci il tarixdə saat 13:00 radələrində Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən X3nın yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ 6-cı PB-nin inzibati binasının xidməti otaqlarından birinə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan açıq göy rəngli pencəyin sol yan cibindən 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 13,275 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 12 oktyabr 2021- ci il tarixdə səhər saatlarında Nəsimi rayonu Papanin adlanan yerə gedib tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata narkotik vasitə heroin alıb üzərində saxlamışdır ki, istifadə etsin. O, 12 oktyabr 2021-ci il tarixdə saat təxminən 13:00 radələrində Biləcəri qəsəbəsi Natəvan küçəsi X3nın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə baxış keçirilmiş, baxışda müdafiəçinin iştirakı təmin edilməmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan açıq göy rəngli pencəyin sol yan cibindən bir ədəd qara sellofana bükülmüş büküm və pencəyin sağ yan cibindən 1 ədəd Xiaomi markalı mobil telefonu aşkar edilərək götürülmüşdür. Ondan sorğu sual zamanı o, bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 12 oktyabr 2021-ci il tarixdə səhər saatlarında tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata Nəsimi rayonu Papanin adlanan yerdə aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş narkotik vasitə “heroin”, zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. O, üzərindən aşkarlanmış narkotik vasitə heroini satış məqsədi ilə almamış, narkoman olduğu üçün şəxsi istifadəsi üçün əldə etmişdir. Onun özünə məxsus kiçik mağazası vardır və həmin mağazanın gəliri onun maddi ehtiyaclarını ödəyirdi. O, heç vaxt narkotik vasitə satmamış, narkotik vasitə satmaqla gəlir əldə etmək fikrində belə olmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi o, narkomandır, onun narkomanlığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 şəxsi X1 Tibbi yoxlamanın 29 dekabr 2021-ci il tarixli 5354 saylı rəyi ilə də təsdiq olunur. Onun narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılığı vardır. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, buna görədə o heç bir zaman narkotik vasitələri satış məqsədi ilə əldə etməmiş, daşımamış və satmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Elburus oğlu ifadəsində göstərdi ki, Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsində CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz olaraq gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti yaranmışdır. Bu zərurət nəzərə alınaraq tərəfindən 12 oktyabr 2021-ci il tarixli qərar qəbul edilməklə, 6-cı polis bölməsinin rəisi, polis polkovnikleytenantı Cövdət Məmmədov tərəfindən 12 oktyabr 2021-ci il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilmişdir. Həmin tərkibə Binəqədi RPİ-nin 6-cı PBnin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da həmin qrupa daxil edilmişdir. Əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 12 oktyabr 2021-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən «X3» nın yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq, özlərini təqdim edib ona polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 6-cı polis bölməsinə gətirmiş, bu barədə polis bölməsinin rəisi, polis polkovnik- leytenantı Cövdət Məmmədovun adına raport tərtib edərək, bölmə rəisinin göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİnin 6-cı PB-nin baş təhqiqatçısı, polis mayoru İsmət Musayevə təhvil vermişlər. X4 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşyanı könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli pencəyin sol yan cibindən bir ədəd qara sellofana bükülmüş bükümü və pencəyin sağ yan cibindən bir ədəd Xiaomi markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və üzərində hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş o, 1 ədəd sellofana bükülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini, tanımadığı şəxsdən Nəsimi rayonu “Papanin” adlanan ərazidə şəxsi istifadəsi üçün 100 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin qara sellofana bükülmüş bükülü zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı polis bölməsində CA üzrə əməliyyət müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edən Şahid2 da Şahid1 Elburus oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə kimyəvi ekspertizası üzrə 12.10.2021-ci il tarixli 6/4529 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «...Təqsirləndirilən şəxs..» yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 13,275 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 42-47) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlaması üzrə 29.12.2021-ci il tarixli 5354 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 122-123) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 23.11.2021 -ci il tarixli, 3927 №-li rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs yuxarıda göstərilən əməl törədilərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətlərinin özünə və ətrafdakılara qarşı təhlükəsi yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (iş vərəqə 119-121) İş materiallarında olan 12.10.2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli pencəyin sol yan cibindən bir ədəd qara sellofana bükülmüş bükümü və pencəyin sağ yan cibindən bir ədəd xiaomi model mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş o, bir ədəd qara sellofana bükülmüş bükümün içərisində olan vasitənin el içində “heroin” olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini və sosial şəbəkədə tanış olduğu tanımadığı şəxsdən 100 manata Nəsimi rayonu Papanin adlanan ərazidən aldığını bildirmişdir. (iş vərəqə 30-32) İş materiallarında olan “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 14.10.2021-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı, polis mayoru İsmət Musayev tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı və götürmə aparılması zamanı, həmçinin ünvana baxış keçirildiyi zaman Azərbaycan Respublikası CPM-nin 246.3, 242-247-ci maddələrinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD diskə müstəntiqin xidməti kompüterinin DVD qurğusu vasitəsi ilə baxış keçirilərkən, şəxsi axtarış və götürmənin, həmçinin ünvana baxış keçirilmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı bir daha müəyyən edilmişdir. (iş vərəqə 78-80) Məhkəmə iş üzrə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan 12 oktyabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan, həmçinin, həmin tarixli “əməliyyat qrupunun yaradılması barədə” protokol və raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edib saxlaması, daşıması, istifadə etməsi barədə daxil olmuş, yəni Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və ya satması barədə heç bir məlumat əldə edilməmişdir. (iş vərəqə 03-07) Eyni zamanda 12 oktyabr 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhz narkotik vasitələrin istifadəsi və qanunsuz daşınmasında şübhəli bilinərək, AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 19-20) İş materiallarında olan 12 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan və protokoldan görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. (iş vərəqə 29-32) İş materiallarında olan 12 oktyabr 2021-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundan görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. (iş vərəqə 49-50) İş materiallarında olan 12.10.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhz narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməklə gəzdirməsinə dair toplanmış əməliyyat tədbirlərinə dair sənədlər qərarın qanuniliyinin yoxlanılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmiş və həmin qərar Binəqədi rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. (iş vərəqə 51, 53-55) Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının 14 oktyabr 2021-ci il tarixli qərarı ilə kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. (iş vərəqə 60) İş materiallarında olan 14 oktyabr 2021-ci il tarixli videoyazı məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən heroini tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata aldığını bildirmişdir. (iş vərəqə 78) İş materiallarında olan 14.10.2021-ci il tarixli vəsatət baxılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən heroini satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etməsi barədə göstərdikləri özünü müdafiə xarakteri daşıyaraq təkzib edilsə də, narkotik vasitə hesab edilən heroini satış məqsədi ilə əldə edib saxlaması isə tam sübuta yetirildiyi qeyd edilsə də, Təqsirləndirilən şəxs göstərdikləri məhz hansı dəlillərlə təkzib edildiyi, eləcə də narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlamasının hansı mötəbər sübutlara əsasən tam sübuta yetirildiyi qeyd olunmamışdır. (iş vərəqə 88) Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə olunmaması, eləcə də narkotik vasitənin bükümlərə ayrılmaması, yalnız bir bükümdə olması Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən faktlardır. Lakin, ibtidai istintaq orqanı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsini, eləcə də digər sübutların əldə edilməsinin vacibliyini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı da araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 Elburus oğlu və Şahid2 da ifadələrində qeyd etdilər ki, 12.10.2021-ci il tarixdə ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz olaraq gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Əməliyyat məlumatında narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi barədə hər hansı bir qeyd olmamışdır. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq, narkotik vasitə istifadə etməsini, tanımadığı şəxsdən Nəsimi rayonu “Papanin” adlanan ərazidə şəxsi istifadəsi üçün 100 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Beləliklə ibtidai istintaq orqanı ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Göründüyü kimi, İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədilə əldə edib gəzdirməsinin aşkar edilməsi formal olaraq qeyd edilsə də ona dair heç bir sübut əldə edilməmiş, onun narkotik vasitə heroininin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatının həqiqətə uyğun olub-olmamasının yoxlanılması üçün isə - əlavə heç bir əməliyyat–axtarış və ya istintaq hərəkəti aparılmamış və təbii olaraq göstərilən narkotik vasitənin başqa istehlakçısı müəyyən edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qarşı AR CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham sübuta yetirilməmiş, onun narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib daşıması barədə hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. AR CPM-in 21-ci maddəsində insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmadan qorunmasına yönəlmiş mühüm bir prinsip-təqsirsizlik prezumpsiyası təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdə-insan hüquqları haqqında Ümumi Bəyamnamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrıayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı ayrı məsələləri, habelə cinayət və ya cinayət prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. Bu tipli şübhələr qanunvericilikdəki boşluqlarla, ayrı-ayrı normalar və müxtəlif normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı ola bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və Sabunçu rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli 1(008)-574/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-in 69.3-cü maddəsinə əsasən, ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli 08.12.2021-ci il tarixdən hesablanmışdır. (iş materialları vərəqə 108-114) Həmçinin, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 21.04.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli 1(008)-574/2021 saylı hökmü 29 dekabr 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Xətai rayon İH Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 99 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş 14.10.2021-ci il tarixli 848 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşamışdır. (iş vərəqə 90-91) İş materiallarında olan Xətai rayon İH Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 99 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş 14.10.2021-ci il tarixli 849 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. (iş vərəqə 92) İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini SER-TSE- 01 102874 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs anası X2 birinci dərəcəli əlildir. (iş vərəqə 95) Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirəni olmasını, birinci dərəcəli əlil anasının onun himayəsinə ehtiyacının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində qeyd edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində qeyd edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Qeyd olunan Plenum Qərarının 16-cı bəndində qeyd edilir ki, birinci hökm çıxarılanadək şəxsə başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-in 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli, 1(008)-574/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanmalı və bu yolla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. İş materiallarında olan 12.10.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli 4(001)- 1081/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 20, 85-87) Odur ki, Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlaması üzrə 29.12.2021-ci il tarixli 5354 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli, 1(008)-574/2021 nömrəli hökmü ilə ərazi narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – Binəqədi RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli pencəyin sol yan cibindən aşkar edilmiş 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 13,275 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 109,90 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli, 1(008)-574/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs oğluna qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli, 1(008)- 574/2021 nömrəli hökmünə əsasən ərazi narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübutlar – Binəqədi RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 13,275 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 109,90 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-762/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-762/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver