Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-762/2023 01.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X9 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X31 və X18, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X10, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Vəliyev, Bağırov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə1, Zərərçəkmiş şəxs2 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Ağsu rayonu, Ərəbmehdibəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Ərəbmehdibəy kəndində qeydiyyatda olmaqla daimi yaşayış ünvanı olmayan, işləməyən, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 1 noyabr 2023-cü il tarixdə, saat 13:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə elan edilmiş ittihama və tərtib edilmiş ittiham aktına əsasən, Təqsirləndirilən şəxs şəxsləri aldatma yolu ilə, həmçinin hədə-qorxu məcbur etmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki və daha çox şəxs barəsində təkrarən insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir.
2. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 2016-ci ilin iyul ayının ortalarında Astara rayonu, Ərçivan qəsəbəsində yaşadığı ünvanında olan Zərərçəkmiş şəxs2 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Kayseri şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 13 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Kayseri şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 13 iyul 2016-cı il tarixdən 3 noyabr 2016-cı il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir.
3. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2018-ci ilin avqust ayının əvvəllərində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Urfa şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra 8 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Urfa şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 8 avqust 2018-ci il tarixdən 30 avqust 2018-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
4. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2018-ci ilin noyabr ayının ortalarında Sumqayıt şəhəri, X27 qəsəbəsi, K.Kərimov küçəsi, ev 17, mənzil 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs6 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Urfa şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs6 razılığını bildirdikdən sonra 16 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarətburaxılış məntəqəsindən keçməklə Urfa şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs6 məxsus pasportu götürüb saxlamaqla 17 noyabr 2018-ci il tarixdən 29 noyabr 2018-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs və daha çox barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
5. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2018-ci ilin noyabr ayının ortalarında Sumqayıt şəhəri, X27 qəsəbəsi, K.Kərimov küçəsi, ev 17, mənzil 6 ünvanında olan Zərərçəkmiş şəxs7 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Urfa şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs7 razılığını bildirdikdən sonra 16 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarətburaxılış məntəqəsindən keçməklə Urfa şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs6 məxsus pasportu götürüb saxlamaqla 17 noyabr 2018-ci il tarixdən 29 noyabr 2018-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
6. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2018-ci ilin noyabr ayının ortalarında ünvan 5 ünvanında olan Zərərçəkmiş şəxs5 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Urfa şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs5 razılığını bildirdikdən sonra 28 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Urfa şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs5 məxsus pasportu götürüb saxlamaqla 28 noyabr 2018-ci il tarixdən 27 dekabr 2018-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
7. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2019-cu ilin mart ayının sonlarında ünvan 6 ünvanında olan Zərərçəkmiş şəxs3 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Urfa şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra 30 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Urfa şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 30 mart 2019-cu il tarixdən 28 aprel 2019-cu il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
8. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaqla 2021-ci ilin iyul ayının sonlarında Türkiyə Respublikasının Aksaray şəhərində olan Zərərçəkmiş şəxs4 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Urfa şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılığını bildirdikdən sonra 2021-ci ilin avqust ayının əvvəllərində Urfa şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs4 məxsus pasportu götürüb saxlamaqla 10 avqust 2021-ci il tarixdən 21 avqust 2021-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
9. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2021-ci ilin avqust ayının ortalarında Astara rayonu, Ərçivan qəsəbəsində yaşadığı ünvanında olan Zərərçəkmiş şəxs2 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq 13 iyul 2016-cı il tarixdən 3 noyabr 2016-cı il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Kayseri şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədəqorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 13 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Kayseri şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 13 avqust 2021-ci il tarixdən 13 sentyabr 2021-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
10. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2021-ci ilin sentyabr ayının sonlarında Astara rayonu, Ərçivan qəsəbəsində yaşadığı ünvanında olan Zərərçəkmiş şəxs2 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq 13 avqust 2021-ci il tarixdən 13 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Kayseri şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədəqorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 28 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Kayseri şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 28 sentyabr 2021-ci il tarixdən 06 noyabr 2021-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. İşin halları və dəlilləri:
11. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1,144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış qadınları tanıyır, onlarla qohumluq əlaqələri və ədavəti olmamışdır. Gənc yaşlarında həyat yoldaşı vəfat etmiş, hazırda 16 yaşında olmaqla yetkinlik yaşına çatmayan övladı anadan gəlmə sinir xəstəliyindən əziyyət çəkir. O, gözəllik salonunda işə başladıqdan sonra orada adını çəkmək istəmədiyi bir qadınla tanış olmuş, həmin qadına maddi vəziyyətinin ağır olduğunu bildirmişdir. Həmin qadın onu fahişəliklə məşğul olmaq üçün Türkiyə Respublikasına dəvət etmişdir. O təxminən 2011-ci ildə Türkiyə Respublikasına gedərək orada bir müddət tək fahişəliklə məşğul olmuş və 2013-2014-cü illərdə Azərbaycan Respublikasına geri qayıtmışdır. Azərbaycan Respublikasında olarkən Zərərçəkmiş şəxs4 ilə tanış olmuş, Günaya Türkiyəyə gedib gəlməsini bildirmişdir. Günay anasının Türkiyədə yaşadığını, onun da Türkiyəyə tez-tez gedib gəldiyini bildirmişdir. Həmin vaxt Günayla Türkiyədə olarkən bir-biriləri ilə əlaqə saxlamaq üçün istifadələrində olan mobil telefon nömrələrini vermişlər. O, Türkiyənin Kayseri şəhərində, Günay isə Aksaray şəhərində yaşamışdır. Bildiyinə görə Günayın anası İradə Türkiyə Respublikası vətəndaşıdır. Günay Aksaray şəhərində fahişəliklə məşğul olurdu. Həmin tarixdən etibarən Günayla tez-tez əlaqə saxlamış və aralarında yaxın münasibət yaranmışdır. Sonradan Günay ona zəng edərək Günel adlı bir qadının Aksaray şəhərində işlədiyi yerdə problemləri olmasına görə Günelin bir müddət onun yanına gələrək onunla birgə yaşamasını xahiş etmiş, o isə etiraz etməmişdir. X32 birlikdə onun yaşadığı yerə gəlmiş, Günay getsə də, Günel onun yanında qalmışdır. Günel onun yanında bir həftə qaldıqdan sonra təkrar Günayın olduğu Aksaray şəhərində qayıtmışdır. Sonralar Günel ona zəng edərək Zülfiyyə adlı bir nəfər qadının maddi imkanının yaxşı olmadığını, onun yanına gəldiyini, Zülfiyyəni onun yanına göndərərək bir müddət onunla qalmasını xahiş etmiş, o isə buna etiraz etməmişdir. O, Türkiyədə hər hansı işlə məşğul olmamış, onu tanıyan hər kəs onun fahişəliklə məşğul olduğunu bilmişdir. O heç kimi Türkiyəyə dəvət etməmiş, fahişəliyə cəlb etməmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxsləri bir-biriləri vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin onun tərəfindən fahişəliyə cəlb olunmasına dair hər hansı mesajlaşma və ya mobil telefon danışıqları olmamışdır. Zərərçəkmiş şəxs2 isə onun evində iki-üç gün qalıb getmişdir. X41 şəhərində yaşayır. Zərərçəkmiş şəxs1 da Türkiyəyə Günel aparmışdır. Bildiyinə görə Xəyalənin Türkiyədə kiminsə saatının oğurlanması ilə bağlı problemləri olmuşdur. O, tək yaşadığı üçün ona zəng edərək Xəyalənin bir müddət onun evində qalması xahiş edilmiş, o da razılıq vermişdir. Zərərçəkmiş şəxs3 dedikləri cəfəngiyatdır. Onun tanımadığı bir qadına kafedə yaxınlaşaraq fahişəliklə məşğul olmağı təklif etməsi mümkün deyildir.
12. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, fahişəliklə məşğul olmaq üçün Türkiyə Respublikasına 2013-2014-cü illərdə getmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış şəxslərdən əvvəlcə Günayı tanımışdır. Belə ki, onunla Bakı şəhərində gözəllik salonlarından birində 2014-cü ildə tanış olmuşdur. O ilk dəfə Türkiyəyə gedəndə, Günay artıq orada başqa qadınlarla fahişəliklə məşğul olurdu. Günayla mobil telefon vasitəsilə əlaqə saxlamışdır. O, Türkiyənin Kayseri şəhərində tək yaşasa da, Günay Aksaray şəhərində iki-üç nəfər qadınla birlikdə yaşayırdı. Həmin şəhərlərin arasında avtobusla iki-üç saatlıq məsafə vardır. Zərərçəkmiş şəxs2 birinci dəfə Kayseri şəhərinə gələrkən o, Mersin şəhərində olduğundan onu görməmişdir. Sahibə Aksaray şəhərində Günayın yanında olmuşdur. Sahibə Van şəhərinə gedərkən bir gecəlik onun evində qalmış və sonra getmişdir. Bildiyinə görə Sahibə Türkiyədə ərə gedərək orada yaşayır. Sahibənin uzun müddətdir Van şəhərində fahişəliklə məşğul olduğunu bilmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış şəxslər onun evində olsalar da, onun yanında hər hansı müştəri ilə görüşməmişlər. Lakin o, həmin şəxslərin fahişəliklə məşğul olmalarını bilmişdir. Bununla belə həmin şəxslərin Urfa şəhərində müştərilərlə görüşmələrinə dair onda hər hansı məlumat olmamışdır. O heç kimi hər hansı şəxslə, o cümlədən fahişəliklə məşğul olmaq üçün müştərilərlə görüşdürməmişdir. Onu birinci dəfə Türkiyəyə dəvət etmiş qadın ona yaxşılıq etdiyindən həmin şəxsin adını bildirmək istəmir.
13. 11 avqust 2023 və 27 sentyabr 2023-cü il tarixli məhkəmə iclaslarında Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxsləri Günay vasitəsilə tanımışdır. O, Türkiyədə tək yaşamaqla barda işləmişdir. Günayla birlikdə digər qızlar isə onun evinə gələrək 10-15 gün qalmışlar. İşlədiyi barda qadınlara spirtli içki pulsuz olmuş, əgər kimsə hansısa müştəri ilə görüşmək istədiyi halda barın yuxarı mərtəblərində olan otaqların birində görüşmüşdür. O, həmin qızların heç birini fahişəliklə məşğul olmağa məcbur etməmişdir. Evində qalanlar yalnız evin saxlanma xərclərinə kömək etmişlər. Hər hansı şəxsi işə düzəltmək adı ilə aldadıb Türkiyəyə aparmamışdır. İşlədiyi barda kim istədiyi təqdirdə hər hansı müştəri ilə tanış olub könüllü qaydada həmin şəxslə görüşə bilər və buna görə heç kim heç kimi məcbur etməmişdir. O, zərərçəkmiş şəxslərlə mobil telefonda danışıb mesajlaşmamışdır. Lalə və Zülfiyyə Günel vasitəsilə Türkiyəyə gəlmişlər. Raifə, Sahibə və Xəyaləni də Günel tanımışdır. O, zərərçəkmiş şəxslərdən yalnız Günayı tanımışdır. Günay vasitəsilə Güneli, Günel vasitəsiə Xəyaləni tanımış, Günel də X42ni Türkiyəyə dəvət etmişdir. Günel və Günayla əlbirliyi olmamışdır. O, evdə tək qalmış, həmin şəxslər də onun evində birlikdə qalmaq üçün yanına gəlmişlər. Zərərçəkmiş şəxs qismində tanınmış bütün qızlar onun yanına Günayla birlikdə gedib gəlmişlər. Günay 15-20 gündən bir tək də olsa gəlib onun yanında qalmışdır. Hesab edir ki, ona qarşı hazırkı cinayət işinin başlanmasına səbəb Günellə Günayın digər qızları təhrik etmələri olmuşdur. Günay və Günel özləri fahişəliklə məşğul olmaqla ondan şikayət edən qızları da özləri fahişəliklə məşğul olmağa cəlb etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi.
14. Təqsirləndirilən şəxs X4 məhkəmədə verdiyi ifadələri ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr də məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, Günel Sadiqzadəni təxminən 2018-ci ildən tanımış, Günel ilə Sumqayıt şəhərində ortaq rəfiqələri Zərərçəkmiş şəxs4 vasitəsilə tanış olmuş, Günel Günayla birlikdə ondan əvvəl də Türkiyə Respublikasının Aksaray şəhərində fahişəliklə məşğul olmuşdur. Bildiyi qədərilə Güneli Günayın anası Aksarayda fahişəliyə cəlb etmiş, Günel onun yanında olarkən heç bir zaman fahişəliklə məşğul olmamış, əksinə Günel onun yanına öz yanında fahişəliklə məşğul olan qadınları gətirmişdir. Günel Türkiyədə olarkən tez-tez yaxın münasibətdə olduğu şəxslə danışmış, onu da həmin şəxslə Sumqayıt şəhərində tanış etmişdir. Zərərçəkmiş şəxs1 Günel Sadiqzadə vasitəsilə tanımışdır. Belə ki, Günel Aksaray şəhərində, o isə Kayseri şəhərində olarkən Günel onunla əlaqə saxlayıb Sumqayıt şəhərindən tanıdığı Xəyalə adlı qadının uşağının xəstə olduğunu, işləmək istədiyini, fahişəliklə məşğul olmaq istədiyini, buna görə onun yanına gəlməsini istədiyi bildirmişdir. Həmin vaxt yay ayları olduğu üçün o, Mersinə istirahətə getmək istədiyini qeyd etdikdə Günel də onunla gedəcəyini bildirmiş, bundan sonra Günel Xəyaləni də özü ilə birlikdə onun Kayseridə kirayədə qaldığı ünvana gətirmişdir. O, Günellə iki günlük Mersinə getmiş, Xəyalə isə o yaşadığı ünvanda qalmışdır. Onların hər ikisi Kayseriyə qayıtdıqdan sonra üçü, yəni o, Günel və Xəyalə birlikdə Urfa şəhərinə getmiş, Günel 3-4 gün Xəyalə ilə qalaraq Xəyaləyə müştərilərlə necə görüşmək lazım olduğunu izah etmişdir. Günel getdikdən sonra o, Xəyalə ilə birlikdə fahişəliklə məşğul olmağa başlamış və müştərilər onların hər biri ilə ayrı-ayrılıqda görüşərək hərə öz pulunu müştəridən götürmüşdür. O, Xəyaləyə müştəri tapmamış, Xəyalə özü tanış olduğu şəxslərlə görüşüb cinsi əlaqədə olmuşdur. Təxminən 10 gün Xəyalə müştərilərlə görüşdükdən sonra Günellə əlaqə saxlayaraq Aksaray şəhərinə getmək istədiyini bildirmiş, Günel isə Xəyaləyə Aksaray şəhərində müştərilərlə görüşmək işinin olmadığını bildirmişdir. Buna görə də Xəyalə Azərbaycan Respublikasına qayıtmağa qərar vermiş və çıxıb getmişdir. Bundan sonra da o, Xəyaləni görməmişdir. O, Xəyaləni heç bir zaman fahişəliyə cəlb etməmiş, Xəyaləyə hər hansı hədə-qorxu gəlməmiş, Xəyalə özü sərbəst şəkildə müştərilərlə görüşüb cinsi əlaqədə olmuşdur. O, Xəyalənin əsl adının Kəmalə olduğunu bilmiş, Xəyalənin özü ona özünü Kəmalə kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs4 o, Sumqayıt şəhərindən tanımışdır. On bir ildir Günay ilə rəfiqə münasibətində olmuş, Günayla gözəllik salonunda tanış olmuş, Günay onun fahişəliklə məşğul olduğunu bildikdən sonra onu Sumqayıt şəhərində bir neçə dəfə müştərilərinin yanına cinsi əlaqədə olmaq üçün aparmış, lakin Günay onun pulunu kəsdiyi üçün Günayla müştərilərlə görüşməyə getməkdən imtina etmişdir. Günayın onunla pul müqabilində görüşdürdüyü müştərilərdən Baba adlı şəxsi tanımış, Günay onu Vahid adlı taksi sürücüsü ilə müştərilərinin yanına cinsi əlaqədə olmağa aparmış, sonradan o, Türkiyəyə fahişəliklə məşğul olmağa gedərkən Günay da özü üçün anasının yanına, Aksaray şəhərinə fahişəliklə məşğul olmaq üçün gedib-gəlməyə başlamışdır. Zərərçəkmiş şəxs2 ilə də Günay vasitəsilə tanış olmuş, təxminən 4-5 il əvvəl o, Türkiyənin Mersin şəhərində istirahət edərkən Günay onunla əlaqə saxlayıb tanışı Sahibənin anasının yanında Aksaray şəhərində qala bilmədiyindən Kayseri şəhərinə gəlmək istədiyini bildirmişdir. Günay ona Azərbaycanda olarkən Sahibənin Aksaray şəhərinə Günayın müştəriləri ilə görüşmək üçün getdiyini, lakin Günayın anasının buna imkan vermədiyini bildirmişdir. O, Günaya hazırda Kayseridə deyil, başqa şəhərdə olduğunu demişdir. Bu zaman Günay ondan Kayseridə tanıdığı adamlardan birinə Sahibəyə bir-iki günlük sığınacaq verməsini deməsini xahiş etmişdir. O da buna etiraz etməmiş, həmin vaxt o Sahibəni görməmiş, bundan təxminən iki-üç il sonra o, Urfa şəhərində olarkən Günay yenidən onunla əlaqə saxlayaraq Sahibənin onun yanında, Aksaray şəhərində olduğunu, orada birlikdə fahişəliklə məşğul olduqlarını, Sahibənin bacısı ilə yola getmədiyi üçün Urfaya gəlmək istədiyini, oradan da Van şəhərinə gedəcəyini bildirmişdir. X33 öz bacısını və Gülnar adlı qadını fahişəliyə cəlb etdiyini, orada onlar üçün işləməyin rahat olduğunu demişdir. O da Günaya etiraz etmədikdə Sahibə Günayın yanından, yəni Aksaray şəhərindən onun qaldığı Urfa şəhərinə gəlmiş, o Sahibənin xarici görünüşündən onu müştərilərin bəyənməyəcəyini başa düşmüşdür. Sahibə özü də bunu başa düşdüyü üçün ona Urfada işləyə bilməyəcəyini, yəni fahişəliklə məşğul ola bilməyəcəyini bildirmişdir. Buna görə də 4-5 gün Sahibə onunla bir ünvanda qonaq olaraq qalmış və sonra Van şəhərinə çıxıb getmişdir. Sahibə onunla Urfa şəhərində qaldığı müddətdə heç bir zaman fahişəliklə məşğul olmamış, hətta Sahibənin özü də ona birlikdə Van şəhərinə getməyi, orada tanışı olan müştərilərin olduğunu, onu da həmin şəxslərlə pul müqabilində görüşdürə biləcəyini bildirmişdir. O, həmin ərəfədə Urfa şəhərində fahişəliklə məşğul olmuş, buna görə də Sahibənin təklifini rədd etmiş, Sahibə çıxıb getdikdən sonra Sahibəni bir daha görməmişdir. Sahibənin onun barəsində dediklərinin hamısı yalandır. Çünki o, Sahibəni heç bir zaman fahişəliklə məşğul olan görməmiş, nə də onu hər hansı müştəri ilə tanış etməmişdir. Sahibənin özünün dediyinə görə Zərərçəkmiş şəxs4 ilə Aksaray şəhərində fahişəliklə məşğul olub, eləcə də Van şəhərində özü qadın işlətmişdir. Hətta onun bildiyi qədəri ilə Sahibənin özünün Türkiyədə qadınları fahişəliyə cəlb etmə cinayətinə görə tutulması olmuşdur. Lalə və Zülfiyyə bacılarının ona qarşı dediklərini qəbul etməyərək onların dediklərinin hamısının yalan, şər və böhtan olduğunu bildirmişdir. Lalə və Zülfiyyənin bacı olduqlarına görə bir-birilərinin tərəfini saxlayırladıqlarını, Zülfiyyə ilə rəfiqə olduğunu, Günellə onun arasında mübahisə olmasından Zülfiyyənin də məlumatının olduğunu və Zülfiyyənin Günelin təsiri ilə ona qarşı yalan ifadələr verdiyini qeyd etmişdir. Bundan başqa üzləşdirmələr zamanı Lalə və Zülfiyyə bildirmişlər ki, guya o onlara hədə-qorxu gəlmişdir ki, onları Sumqayıt şəhərində biabır edəcəkdir. Laləni və Zülfiyyəni Sumqayıtda yaşadıqları ərazidə hamı tanımış, onların hansı işlə məşğul olduqlarını hamı bilmişdir. Belə ki, Zərərçəkmiş şəxs7 onunla Günel Sadiqzadə tanış etmiş, X29 şəhərində özü üçün fahişəliklə məşğul olmuşdur. Günel onunla əlaqə saxlayaraq Zülfiyyə adlı tanış kasıb bir qızın fahişəliklə məşğul olmaq istədiyini, bu məqsədlə Aksaray şəhərinə gəlmək istədiyini, lakin Günelin imkanı olmadığı üçün Zülfiyyəyə köməklik edə bilmədiyini bildirmişdir. Günel Zülfiyyənin onun yanında qalmağını xahiş etmiş, o razılıq vermişdir. Zülfiyyə onun kirayə qaldığı evə gəldikdən sonra onunla kommunal xərcləri yarıbayarı birlikdə ödəyəcəkləri barədə razılaşmışlar. Zülfiyyə onun yanına gəldikdən sonra özü üçün fahişəliklə məşğul olmağa başlamışdır. O isə yalnız Urfa şəhərində öz müştərilərindən bəziləri ilə onu tanış etməkdə köməklik etmişdir. X20 vətəndaşı Əhməd adlı şəxslə tanış olaraq onunla yaxın münasibət saxlamağa başlamışdır. Zülfiyyə fahişəliklə məşğul olaraq çox yaxşı qazanc əldə etməyə başlamışdır. Bundan sonra bacısı Laləni də oraya dəvət etmiş, Lalə də onların yanına gələrək fahişəliklə məşğul olmağa başlamışdır. O özü öz müştəriləri ilə pul müqabilində görüşmüş, Zülfiyyə ilə Lalə isə sərbəst olaraq öz müştəriləri ilə görüşərək fahiləşəliklə məşğul olmuşlar. Lakin bir neçə gündən sonra X42 sözlü mübahisə etmiş, Lalə isə acıqlanaraq Azərbaycan Respublikasına qayıtmaq istədiyini bildirmişdir. O, Zülfiyəyə Lalə getsə də, özünün qalmasını təklif etmiş, lakin X42 birlikdə geri qayıtmışlar. Lakin sonradan Zülfiyyə yenidən onun yanına gəlmiş, lakin fahişəliklə məşğul olmayaraq Əhmədlə yaxın münasibətini davam etdirmişdir. X13 münasibətləri pozulduğu üçün o, Azərbaycan Respubliaksına qayıtmışdır. X14 şəhərində Günelin yanında fahişəliklə məşğul olduğunu öyrənmişdir. Zülfiyyə sonradan yenidən bir müddət onun yanında qalsa da, fahişəliklə məşğul olmamışdır. Əhməd adlı şəxs Zülfiyyəni fahişəliklə məşğul olmağa razılıq verməmişdir. Zülfiyyə və Lalə bacıları könüllü və sərbəst şəkildə Türkiyəyə gəlmiş, özləri fahişəliklə məşğul olmuş, pulları da özləri götürmüşlər. O həmin bacıları yalnız öz müştərilərindən bəziləri ilə tanış etmişdir. Bunun müqabilində isə ona hər hansı məbləğdə pul verməmişlər. Onların pasportları da onda olmamışdır. Zülfiyyə ilə Lalənin ondan şikayət etməsinə Günellə onun arasında olmuş düşmənçilik olmuşdur. Belə ki, Günellə o, Türkiyədə qalmaq icazəsi almaq üçün müraciət etmiş, lakin Günelin pulu olmadığı üçün o, həmin məbləği ödəmişdir. Lakin sonradan Günel həmin pulu ona verməkdən imtina etdiyi üçün aralarında narazılıq yaranmışdır. Buna görə də Günel Zülfiyyə ilə Laləni ondan şikayət etməyə təhrik etmişdir. Həqiqətdə isə X8 şəhərində yaşayan Zərərçəkmiş şəxs4 anası İradə adlı qadın fahişəliyə cəlb etmişdir. Sumqayıt şəhərində Zülfiyyə ilə Lalənin fahişəliklə məşğul olmasını hər kəs bildiyindən onun həmin şəxslərə qarşı hər hansı hədəqorxu gəlməsi mümkün deyildir. Zərərçəkmiş şəxs3 ilə təxminən üç il əvvəl Türkiyə Respublikasında tanış olmuş, lakin Raifə ilə necə tanış olduğunu xatırlamır. O heç vaxt Raifəni Türkiyə Respublikasında cinsi istismar etməmiş, Raifəni heç vaxt müştərilərlə pul qarşılığında görüşdürməmişdir. Raifə istintaqa həqiqətə uyğun olmayan, uydurma ifadə vermiş, Raifənin özü Türkiyə Respublikasında pul qarşılığında kişilərlə cinsi əlaqədə olmuşdur. Bunu ona Raifənin özü demişdir. Türkiyədə heç kim hər hansı digər şəxsi zorla nəyəsə məcbur edə bilməz. Onun Raifəyə hədə-qorxu gəlməyi, Raifəni fahişəliklə məşğul olmağa məcbur etməyi cəfəngiyat olmuş, Türkiyədə belə bir işlə məşğul olmaq qeyrimümkündür. Qaldıqları yerdə polislər olmuş, əgər Raifə ilə belə davransa Raifə istədiyi vaxt onun barəsində orada şikayət edib rahatca onu tutdura bilərmiş, halbuki belə bir hal olmamışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 150-152; 190-191; 221-222; Cild 2, 105-108;).
15. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
16. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
17. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir Sumqayıt şəhərindən tanıyır. O, 29 iyul 2021-ci il tarixdə dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikasının Aksaray şəhərinə, anasının yanına getmiş, anasının yanında olarkən Gülsevər onunla əlaqə saxlayaraq Urfa şəhərinin Sivərək qəsəbəsinə gəlməsini, onun üçün iş tapdığını bildirmişdir. Lakin Gülsevər işin mahiyyətini bildirməyərək yaxşı iş olduğunu, özü də həmin işdə işləyəcəyini, yaxşı aylıq maaş alacağını qeyd etmişdir. O razılıq verərək 10 avqust 2021-ci il tarixdə Gülsevərin yanına getmiş, Gülsevər onu qarşıladıqdan sonra ondan pasportunu istəyərək şəklini işləyəcəkləri yerə göndərəcəyini bildirmişdir. Gülsevərdən pasportunu geri istədikdə isə pasportla işi olduğunu, işini görüb qurtardıqdan sonra özünə qaytaracağını demişdir. Bundan sonra Gülsevər ona hədəqorxu gəlməyə başlamışdır ki, onu müştəriləri ilə görüşdürəcək, pasportunu da qaytarmayacaq, onu aldadıb Urfaya çağırmışdır. Gülsevər buna qədər bir neçə dəfə onu çağırsa da Gülsevərə razılıq verməmişdir. Gülsevərin hədə-qorxularından sonra qorxduğuna görə Gülsevərə razılıq vermək məcburiyyətində qalmışdır. Təxminən 10 gün Gülsevər tərəfindən istismar edildiyi vaxtlarda gün ərzində Gülsevər onu 9-10 nəfərlə görüşdürüb cinsi əlaqədə olmağını təşkil etmişdir. Pulu müştəridən Gülsevərin özü alaraq yarısını özünə götürdükdən sonra qalanını ona vermişdir. On gündən sonra Gülsevərlə mübahisə edərək olduğu yeri lazımı adamlara göndərdiyini, əgər onu buraxmasa onu dayandıra bilməyəcəyini bildimişdir. Bundan sonra Gülsevər onun pasportunu qaytarmış, o da 21 avqust 2021-ci il tarixdə Gülsevərin yanından çıxıb Aksaray şəhərinə qayıtmışdır. Gülsevər ona zəng edib hədə-qorxu gəlsə də Gülsevərin hədələrinə fikir verməmişdir.
18. Zərərçəkmiş şəxs4 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2014-cü ildə yay aylarında Sumqayıt şəhərində tanış olmuş və münasibətləri yaranaraq rəfiqəlik etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Türkiyə Respublikasına getmiş, bir müddət sonra ona zəng edərək orada yaxşı işlər olduğunu bildirərək ora gedib işləməyini təklif etmişdir. O isə ailə həyatı qurduğunu bildirərək getməkdən imtina etmişdir. 2015-ci ildə o, Türkiyə Respublikasına anasının yanına getmiş və orada ailə həyatı qurmuşdur. Gülsevər ona zəng edib müxtəlif işlər olduğunu bildirərək işçi lazım olduğunu demişdir. Sonradan Zərərçəkmiş şəxs2 ona zəng edərək iş axtardığını bildirmiş, o isə Gülsevərlə onu bir-birilə əlaqələndirmiş, onlar özləri danışmış və Zərərçəkmiş şəxs2 Gülsevərin yanına getmişdir. Təqsirləndirilən şəxs yanına 2021-ci ilin avqust ayında getmiş, Gülsevər ona yaxşı işlər olduğunu bildirmiş, lakin fahişəliklə bağlı heç nə deməmişdir. Təqsirləndirilən şəxs onun pasportunu itirməməsi adı ilə alıb özündə saxlamışdır. Günlərin birində evə tanımadığı şəxs gəlmiş, kim olduğunu soruşduqda Gülsevər ona müştəri ilə cinsi əlaqədə olub pul qazanmalı olduğunu bildirmişdir. O, etiraz etsə də Təqsirləndirilən şəxs və onun sevgilisi onu pasportunun əllərində olması, heç yerə gedə bilməyəcəyi, nə desələr onu etməli olması ilə hədə-qorxu gəlmişlər. Təxminən 10 gün qaldıqdan sonra Təqsirləndirilən şəxs ilə dalaşaraq getmişdir. Həmin müddət ərzində müştəriləri Təqsirləndirilən şəxs tapmış, həmin müştərilərlə görüşdükdən sonra pulları özü alaraq ona həmin pulun yarısını vermişdir. Gün ərzində təxminən 8-9 nəfər müştəri gətirmiş, lakin o, müştərilərin bəziləri ilə görüşməyərək etiraz etmişdir. Gülsevər ona müştəriləri sevgilisinin göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs sevgilisi qaldıqları mənzilə gəlib-getmişdir. Təqsirləndirilən şəxs sevgilisini polis və mafia kimi təqdim etmişdir. Gülsevərin dediyinə görə sevgilisindən Urfada hər kəs qorxur. Sevgilisi dəfələrlə silahını çıxarıb masanın üzərinə qoyaraq mülki polis olduğunu bildirmişdir. Gülsevər ona iş təklif edərkən həmin işlərin uşaq baxmaq, ev təmizliyi etmək, xadimə və xəstə baxıcılığı olduğunu, aylıq 10.000 türk lirəsi əmək haqqı alacağını demişdir. Zərərçəkmiş şəxs2 başqa digər zərərçəkmiş şəxsləri tanımır. Onun Təqsirləndirilən şəxs təklifləri ilə razılaşmamaq imkanı olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 fahişəliyə cəlb etdiyini bilmiş, lakin sonra Təqsirləndirilən şəxs ona zəng edərək artıq normal işlərlə məşğul olduğunu bildirdiyindən ona inanaraq yanına getmişdir. Günel Sadiqzadə ilə rəfiqəlik münasibəti olmuşdur. Məsdan Dadaşovanı da tanımışdır. 2020-ci ildə Məsdan onu cinsi istismar etmişdir. Gülsevərin artıq dəyişdiyinə inanaraq onun yanına getmişdir. Gülsevərlə heç vaxt əlbir olmamışdır.
19. Məhkəmədə Zərərçəkmiş şəxs6 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, əvvəllər maddi ehtiyaclarını ödəmək üçün 2017ci ilin ortalarından “Metroturizm” daşıma şirkətində “hostess”, yəni bələdçi kimi işləmiş, həmin şirkətin avtobusları Bakı şəhərində “Beynəlxalq Avtovağzal”dan İstanbul şəhərinə reyslər etmiş, o da “hostess” kimi həmin reyslərdə sərnişinlərə xidmətlər göstərmişdir. Təxminən 2018-ci ilin noyabr ayının ortalarında “Bakı Beynəlxalq Avtovağzal”ında sərnişinləri avtobusa yerləşdirərkən sərnişinlərdən biri olan Təqsirləndirilən şəxs ilə tanış olmuş, Gülsevər özü ona yaxınlaşıb onunla maraqlanmışdır. Daha sonra səmimi söhbətləri alındığından o, Gülsevərə ailə vəziyyətindən danışaraq bacısının da işsiz olduğunu qeyd etmişdir. Gülsevər ona Urfa şəhərində ev xanımı olduğunu, Türkiyə vətəndaşı ilə evli olduğunu, ərinin hesabına dolandığını bildirmişdir. Gülsevər onu namuslu qadın kimi gördüyü üçün onu Urfada yerləşən evinə bacısı ilə birlikdə dəvət etmişdir. Gülsevər ona həm onların qulluğunda duracağını, həmçinin Türkiyədə olduğu müddətdə ona və bacısına iş tapacağını bildirmişdir. Gülsevər özünün geniş ətrafının olduğunu, onlara yaxşı iş tapmaqda köməklik edəcəyini demişdir. Həmin vaxtı Gülsevər özünü onlara Aygün kimi təqdim etmişdir. O sonradan Gülsevərin təklifini qəbul etmiş, bundan sonra Gülsevərlə birlikdə avtobusla Şıxlı postuna qədər getmiş, lakin o, Bakıya qayıdan digər avtobusa əyləşib qayıtmış, sərhədi Gülsevərlə birlikdə keçməmişdir. Gülsevərə öz istifadəsində olan hazırda xatırlamadığı mobil telefon nömrəsini vermiş, Bakıya gəldikdə bacısı Lalə ilə Gülsevər barəsində danışmışdır. Sonradan işdən çıxdığından Gülsevərin məlumatı olmuşdur. Gülsevərlə iki-üç ay ərzində mütəmadi olaraq votsap mobil tətbiqi ilə görüntülü danışaraq söhbət etmişlər Danışıqlarının məzmunu Türkiyəyə gedərək işləməklə bağlı olmuşdur. Bacısı da onun yanında olarkən Gülsevərlə danışmışdır. Növbəti günlərdə Lalə ilə birlikdə yaşadığı mənzildə olduğu zaman Gülsevər onunla votsap vasitəsilə görüntülü əlaqə saxlayaraq onları yanına dəvət etmiş, Gülsevər Laləni də görüb tanış olmuş və ikisinə də birlikdə Türkiyənin Urfa şəhərinə getməyi, onları qarşılayıb qonaq edəcəyini, həmçinin bir neçə gün istirahətdən sonra onlara iş də tapacağını bildirmişdir. Lalə və o razılıq verdikdən sonra o, Lalə ilə birlikdə 16 noyabr 2018-ci il tarixdə dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin Urfa şəhərinə getmiş, Urfa avtovağzalında Gülsevər onu və bacısını qarşıladıqdan sonra yaşadığı ünvana aparmış, mənzildə onlardan başqa heç kim olmamış, yol gəldikləri üçün bir gün istirahət etmişlər. Növbəti gün Gülsevər onlara xoş münasibət göstərərək onları adını və ünvanını bilmədiyi restorana aparmış, orada bir qədər spirtli içki qəbul etdikdən sonra içki ona pis təsir etdiyi üçün mənzilə qayıtmışlar. Bacısı da onun vəziyyətində olmuş, içkili olsalar da huşları özlərində olmuşdur. Daha sonra Gülsevər mənzilə restorandan tanıdığı kişilər gələcəyini, onlarla görüşüb mənzildə cinsi əlaqədə olacaqlarını bildirmişdir. Bu zaman o və bacısı etiraz etmiş, lakin Gülsevər onlara məhəl qoymayaraq onlar yatarkən pasportlarını götürdüyünü, dediyini etmədikləri halda onları qaçaq kimi polisə şikayət edəcəyini, tutduracağını, həmçinin Bakıda olan əlaqələri vasitəsilə ailələrinə Türkiyədə fahişəliklə məşğul olduqlarını bildirəcəyini qeyd edib onlara hədə-qorxu gəlmişdir. İlk vaxtlar Gülsevər normal insan təəssüratı bağışlasa da bu söhbətləri edərkən çox gərgin və onlara qarşı aqressiv olmuş, o və Lalə Gülsevərin hədələrindən çox qorxmuşdur. Həmçinin Gülsevər onlara uzun müddətdir Türkiyədə yaşadığını, dediklərini etmədikləri halda yaxın münasibətdə olduğu şəxsi mənzilə çağırıb onları döydürəcəyini bildirmişdir. Gülsevərin hədələrindən qorxduqları üçün razılıq verməli olmuşlar. Bundan sonra Gülsevər mənzilə iki nəfər çağırmış və həmin şəxslər onlarla cinsi əlaqədə olduqdan sonra pulu Gülsevərin özünə vermişlər. Bu qaydada onlar təxminən 9- 10 gün Gülsevər tərəfindən cinsi istismar edilmişlər. Gülsevərin mənzilə çağırdığı şəxslər çox kobud insanlar olmuş, o və bacısı Lalə həm müştərilərin, həm də Gülsevərin qorxusundan bir şey edə bilməmiş, Gülsevərin istifadə etdiyi telefonlardan birinə tez-tez zənglər gəldiyi zaman zəng edənlərlə danışanda həmin şəxslərin Gülsevərin müştəriləriləri olduqlarını bilmişlər. Pasportları Gülsevər tərəfindən onlara məlum olmayan yerdə olmuş, Gülsevər onlara kifayət qədər pul qazanmadıqlarını deyərək istədiyi vaxt buraxacağını bildirmişdir. Əksərən Gülsevər onu və bacısı Laləni özü ilə birlikdə müştərilərin olduğu mənzillərə aparmış, bir qayda olaraq Gülsevər onları saat 19-dan sonra müştərilərin yanına apararaq onları müştəriyə təhvil verdikdən sonra özü də mənzildə gözləmişdir. Bir an belə Gülsevər onları gözündən buraxmamış, təxminən bir həftə istismar edildikdən sonra onun və bacısının səhhətində narahatlıqlar əmələ gəldiyindən Gülsevər onların bu vəziyyətdə olduğunu görüb üstlərinə qışqıraraq müştəriləri ilə görüşərkən bir az “canlı” olmağı tapşırmışdır. Lakin fiziki olaraq gün ərzində 6-7 nəfərlə görüşmək onlar üçün imkansız olmuş, Gülsevər bunu görsə də özünü görməməzliyə vurmuş, on günün tamamında Gülsevər artıq onların xəstələndiklərini görüb daha ona lazım olmadıqlarını bildirib pasportlarını özlərinə qaytarmış, hərəsinə xırda-para pul verib gedə biləcəklərini qeyd etmişdir. Bundan sonra Gülsevər onları Urfa avtovağzalına gətirmiş və oradan avtobusa əyləşdirərək Türkiyədə, yaxud Azərbaycanda baş verənlər barədə hər hansı polisə məlumat verdikləri halda onlardan intiqamını almaq üçün əlindən gələni edəcəyini bildirmişdir. O, ciddi-cəhdlə heç kimə heç nə deməmələri tapşırmışdır. 29 noyabr 2018-ci il tarixdə o, bacısı ilə birlikdə dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. Sonradan isə polis idarəsinə gedərək bu barədə şikayət etmişlər.
20. Məhkəmədə Zərərçəkmiş şəxs7 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 2018-ci ilin noyabr ayının təxminən ortalarında bacısı Zülfiyyə ilə bacısının yaşadığı Tağıyev qəsəbəsindəki ünvanda olarkən bacısı avtobusda olarkən Təqsirləndirilən şəxs ilə tanış olduğunu, həmin qadının onların ikisini də işləmək və istirahət etmək üçün Urfa şəhərinə çağırdığını bildirmişdir. Bu barədə söhbət edərkən Gülsevər Zülfiyyə ilə votsap vasitəsilə görüntülü əlaqə saxlayaraq yanına dəvət etdikdə o da Gülsevəri görmüş və Gülsevər onu təriflədikdən sonra bacısı ilə birlikdə onu da yanına çağırmışdır. Zülfiyyə və o Gülsevərə razılıq verdikdən sonra birlikdə 16 noyabr 2018-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin Urfa şəhərinə getmişlər. Urfa avtovağzalında Gülsevər onları qarşıladıqdan sonra yaşadığı ünvana aparmış, mənzildə onlardan başqa heç kim olmamış, yol gəldikləri üçün yorğun olmuşlar və buna görə bir gün istirahət etmişlər. Növbəti gün Gülsevər onlara xoş münasibət göstərərək onları xatırlamadığı restorana aparmışdır. Orada bir qədər spirtli içki qəbul etdikdən sonra içki onlara pis təsir etdiyi üçün mənzilə qayıtmışlar. Bu zaman Gülsevər mənzilə restorandan tanıdığı kişilərin gələcəyini, kişilərlə görüşüb mənzildə cinsi əlaqədə olacaqlarını bildirmişdir. Onlar etiraz etsələr də Gülsevər onlar yatarkən pasportlarını götürdüyünü, dediyini etmədikləri halda onları qaçaq kimi polisə şikayət edəcəyini, həmçinin Bakıda olan əlaqələri vasitəsilə hər kəsə Türkiyədə fahişəliklə məşğul olduqlarını bildirəcəyini qeyd edib onlara hədə-qorxu gəlmişdir. O, bacısına Gülsevəri yaxşı tanımadığına görə irad bildirmişdir. Belə ki, o bacısının sözlərinə inanıb həm gəzmək, həm də işləmək üçün Türkiyəyə getməyə razılıq vermişdir. O və bacısı Gülsevərin hədələrindən çox qorxmuş, həmçinin Gülsevər onlara uzun müddətdir Türkiyədə yaşadığını, dediyini etmədikləri halda yaxın münasibətdə olduğu şəxsi mənzilə çağıraraq onları döydürəcəyini bildirmişdir. Gülsevərin hədələrindən qorxduqları üçün onun dediklərinə razılıq verməli olmuşlar. Bundan sonra Gülsevər mənzilə iki nəfər çağıraraq həmin şəxslərın onunla və bacısı ilə ayrı-ayrılıqda cinsi əlaqədə olmalarını təşkil etmiş, pulu da Gülsevərin özü həmin şəxslərdən almış, bu qaydada təxminən 9-10 gün Gülsevər tərəfindən istismar edilmişlər. O və bacısı həm müştərilərin, həm də Gülsevərin qorxusundan bir şey edə bilməmiş, müştərilər tərəfindən Gülsevərin istifadə etdiyi telefonlara tez-tez zənglər gəlmiş, pasportları Gülsevərdə onlara məlum olmayan yerdə olmuş, Gülsevər onlara lazım olan vaxtı onları buraxacağını və hələ yaxşı pul qazanmadıqlarını bildirmişdir. Əksərən Gülsevər onu və bacısını özü ilə birlikdə müştərilərin olduğu mənzillərə aparmış, bir qayda olaraq Gülsevər onları axşam saat 19dan sonra müştərilərin yanına aparıb onları müştəriyə təhvil verdikdən sonra özü də mənzildə gözləmişdir. Təxminən bir həftə cinsi istismar edildikdən sonra onun və bacısının səhhətində narahatlıqlar əmələ gəlməyə başladığından Gülsevər onlara müştəriləri razı salmaları üçün təzyiq etmişdir. Müştərilər istədikləri cinsi ehtiyac və tələbatlarını etmədiklərinə görə onlardan narazılıq etmişlər. Lakin gün ərzində 6-7 nəfərlə görüşmək imkansız olmuş, Gülsevər artıq xəstələndiklərini görüb daha ona lazım olmadıqlarını deyərək pasportlarını özlərinə qaytarıb onları Urfa avtovağzalına gətirmiş və oradan avtobusa əyləşdirərək Türkiyədə, yaxud Azərbaycanda baş verənlər barədə hər hansı polisə məlumat verdikləri halda onlardan intiqam almaq üçün hər şeyi edəcəyini və yaxşı əlaqələrinin olmasını bildirmişdir. 29 noyabr 2018-ci il tarixdə o, bacısı ilə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. Sonradan başlarına gələnlər barədə polis orqanlarına şikayət etmişlər.
21. Məhkəmədə Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, əvvəllər maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasından paltar alaraq həmin paltarların Azərbaycanda satışı ilə məşğul olmuş, bu məqsədlə o, 4 fevral 2019-cu il tarixdə Türkiyə Respublikasına getmiş, Türkiyənin Urfa şəhərində restoranların birində yemək yeyərkən həmin restoranda yemək yeyən Təqsirləndirilən şəxs ilə tanış olmuş, Gülsevərlə səmimi söhbətləri alındığı üçün Gülsevərə ümumi vəziyyətindən danışmış, bu zaman Gülsevər ona Urfa şəhərində ev xanımı olduğunu, Türkiyə vətəndaşı olan əri olduğunu, ərinin hesabına dolandığını bildirmişdir. Bundan sonra onlar biri-birilərinin istifadələrində olan mobil telefon nömrələrini götürərək əlaqə saxlamışlar. O, Gülsevərə hazırda istifadəsində olan +**********77 rəqəmli mobil nömrəni vermiş, Gülsevərin isə ona verdiyi mobil telefon nömrəsini hazırda xatırlamamışdır. Bundan sonra onlar ayrılmış, o oradan paltar alıb 26 fevral 2019-cu il tarixdə Azərbaycana qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra bir neçə dəfə Gülsevər onunla “Whatsapp” vasitəsilə görüntülü əlaqə saxlayaraq hər dəfə ona yaxşı qadın olduğunu, Türkiyədən paltar alıb satmaqla yaxşı qazanc əldə edə bilməyəcəyini, Urfaya yanına gəlməyini, orada onun üçün yaxşı gəlirli iş tapacağını demişdir. Bir müddət sonra o, Gülsevərə inandığı üçün Gülsevərin təklifini qəbul etmiş və 30 mart 2019-cu il tarixdə dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin Urfa şəhərinə getmiş, Urfa avtovağzalında Gülsevər onu qarşılayaraq yaşadığı ünvana aparmışdır. Yol gəldiyi üçün yorulmuş və bir gün istirahət etmiş, növbəti gün Gülsevər ona xoş münasibət göstərərək onu adını və ünvanını bilmədiyi restorana aparmışdır. Orada bir qədər spirtli pivə içkisi qəbul etdikdən sonra içki ona pis təsir etdiyi üçün mənzilə qayıtmışlar. İçkili olsa da huşu yerində olmuş, o Gülsevərdən orada nə işlə məşğul olacağını soruşduğu zaman Gülsevər ona Urfada ən yaxşı gəlirli işin kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmaq olduğunu demişdir. Bu zaman o, Gülsevərlə mübahisə edib etiraz etmiş, lakin Gülsevər o yatarkən pasportunu götürdüyünü, dediyini etmədiyi halda onu qaçaq kimi polisə şikayət edəcəyini, tutduracağını, həmçinin Bakıda olan əlaqələri vasitəsilə yaxın qohumlarına Türkiyədə fahişəliklə məşğul olduğunu bildirəcəyini qeyd edib ona hədə-qorxu gəlmişdir. İlk vaxtlar Gülsevər normal insan təəssüratı bağışlasa da bu söhbətləri edərkən çox gərgin və ona qarşı aqressiv olmuş, o Gülsevərin hədələrindən çox qorxmuş, həmçinin Gülsevər uzun müddətdir Türkiyədə yaşadığını, dediklərinə əməl etmədiyi halda yaxın münasibətdə olduğu şəxsi mənzilə çağırıb onu döydürəcəyini bildirmişdir. Gülsevərin hədələrindən qorxduğu üçün razılıq verməli olmuş, bundan sonra Gülsevər mənzilə kişi müştərilərini çağırmağa başlamış, həmin şəxslər onunla cinsi əlaqədə olduqdan sonra Gülsevərin özü müştərilərdən pulu almış, Gülsevərin mənzilə çağırdığı şəxslər çox kobud insanlar olmuş, o həm müştərilərin, həm də Gülsevərin qorxusundan bir şey edə bilməmiş, Gülsevərin istifadə etdiyi telefonlardan birinə tez-tez zənglər gəlmiş, həmin zəng edənlərlə danışıqlardan onların Gülsevərin müştəriləri olduğunu bilmişdir. Pasportunu Gülsevər ona məlum olmayan yerdə gizlədərək ona onu istədiyi vaxt buraxacağını, hələ ki ona görə kifayət qədər pul qazanmadığını bildirmişdir. Əksərən Gülsevər onu özü ilə birlikdə müştərilərin olduğu mənzillərə aparmış, bir qayda olaraq Gülsevər onu müştərilərin yanına apararaq onu müştəriyə təhvil verdikdən sonra özü də onu mənzildə gözləmişdir. Bir an belə Gülsevər onu gözündən buraxmamışdır. Bu qaydada təxminən 15-20 gün Gülsevər tərəfindən cinsi istismar edilmişdir. Müştərilərlə təxminən 300-500 türk lirəsi müqabilində görüşdürmüşdür. Müştərilər tərəfindən ona bəxşiş olaraq verilən pulları da sonradan əlindən almışdır. Təxminən 15-20 gün istismar edildikdən sonra onun səhhətində narahatlıqlar əmələ gəlməyə başladığından təxminən bir həftə səhhətilə bağlı müştərilərlə cinsi əlaqədə ola bilməmiş, Gülsevər artıq onun səhhəti ilə bağlı müştərilərlə cinsi əlaqədə ola bilmədiyini görüb daha ona lazım olmadığını, pasportunu da özünə qaytararaq ona xırda-para pul verib gedə biləcəyini bildirmişdir. Bundan sonra Gülsevər onu Urfa avtovağzalına gətirərək oradan Azərbaycana yola salmışdır. Gülsevər ona Türkiyədə baş verənlər barədə hər hansı polisə məlumat verdiyi halda ondan intiqam almaq üçün hər şeyi edəcəyini, geniş əlaqələrə sahib olduğunu bildirmişdir. Həmçinin Gülsevər ona müştərilərlə cinsi əlaqədə olduğu zaman onu videogörüntüyə aldığını, polisə və yaxud digər şəxslərə bir şey deyəcəyi təqdirdə həmin videogörüntüləri yayacağını bildirmişdir. Bundan sonra o, 28 aprel 2019-cu il tarixdə dövlət sərhədini Qırmızı Körpü nəzarətburaxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. Baş verənlər onun üçün çox acınacaqlı olduğundan olanları unutmağa çalışmış, Gülsevər arabir onunla “Whatsapp” vasitəsilə əlaqə saxlayaraq ona nəzarət etdiyini hiss etdirmişdir. Sonradan Gülsevər onunla əlaqələrini kəsmiş, o da işi ilə əlaqədar bir dəfə Türkiyə Respublikasına getmişdir.
22. Məhkəmədə Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs 2016-cı ildən tanıyır. O, Gülsevəri Aygün kimi tanısa da sonradan əsl adının Gülsevər olduğunu bilmişdir. O, Gülsevəri qohumu Zərərçəkmiş şəxs4 vasitəsilə tanımışdır. Belə ki, Günay işi ilə əlaqədar tez-tez Türkiyə Respublikasına getmiş, bir gün Günayla mobil telefon əlaqəsi saxladığı zaman Günay onun işsiz olduğunu bilmiş və Türkiyə Respublikasında Aygün adlı tanışının olduğunu, istəsə Aygünlə danışacağını və Aygünün ona Türkiyə Respublikasında normal gəlirli iş təşkil edəcəyini bildirmişdir. Bundan sonra Günay Gülsevərin mobil telefon nömrəsini ona vermiş, lakin o hazırda Gülsevərin mobil telefon nörməsini xatırlamır. Gülsevərlə əlaqə saxladığı zaman Gülsevər artıq onu tanımış, Günay onun barəsində Gülsevərə məlumat vermiş, Gülsevər həmin vaxt ona Türkiyə Respublikasının Kayseri şəhərində yaşadığını, orada geniş əlaqələri olduğunu, yanına gəlsə onun üçün yaxşı, yüksək gəlilri iş təşkil edəcəyini bildirmişdir. Bir müddət sonra o Gülsevərə inandığı və maddi sıxıntıları olduğu üçün Gülsevərin təklifini qəbul etmiş, 13 iyul 2016-cı il tarixdə dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin Kayseri şəhərinə getmiş, Kayseri avtovağzalında Gülsevərin tanışı olan taksi şoferi onu qarşılamış və Gülsevərin yaşadığı ünvana aparmışdır. Mənzildə Gülsevərlə birlikdə hazırda adlarını xatırlamadığı iki nəfər azərbaycanlı qadınlar da qalmış, həmin gün yol yorğunu olduğu üçün istirahət etmiş, növbəti gün Gülsevər ona xoş münasibət göstərərək ondan pasportunu istəmiş, o səbəbini soruşduqda isə Gülsevər ona Kayseridə heç kimi tanımadığını, pasportunu itirə biləcəyini, pasportu itsə geri Azərbaycana qayıda bilməyəcəyini bildirmişdir. Həqiqətən də o, Kayseridə ilk dəfə olduğundan orada heç kimi və heç yeri tanımamışdır. Bu zaman o, Gülsevərə inanaraq pasportunu vermiş, Gülsevər pasportunu ondan götürüb dolabında saxlamış, bundan sonra o, Gülsevərdən orada nə işlə məşğul olacağını soruşduqda Gülsevər onunla cinsi əlaqədə olmaq üçün müştərilər tapacağını, həmin müştərilərlə cinsi əlaqədə olduğuna görə ona pul veriləcəyini, bununla da yaxşı qazanc əldə edəcəyini demişdir. O, Gülsevərə razılıq verməmiş və Gülsevərlə mübahisə edib etiraz edərək heç vaxt bu işlə məşğul olmadığını bildirmişdir. Gülsevər də başqa çıxış yolu olmadığını, Kayserinin qaldıqları yerində bundan başqa iş olmadığını, həmçinin pasportunun onda olmadığını, dediyini etmədiyi halda onu qaçaq kimi polisə şikayət edib tutduracağını, həmçinin Azərbaycanda olan əlaqələri vasitəsilə yaxın qohumlarına və qızlarına Türkiyədə fahişəliklə məşğul olacağını bildirəcəyini qeyd edib ona hədə-qorxu gəlmiş, Gülsevərin hədələrindən qorxduğu üçün Gülsevərə razılıq verməli olmuş, həmin gündən etibarən Gülsevər onu gün ərzində 3-4 nəfər kişi müştərisi ilə görüşdürüb bundan qazanc əldə etməyə başlamışdır. Gülsevər əldə etdiyi pulun çox hissəsini özünə götürmüş, az miqdarını isə ona vermişdir. Müştərilərlə 100 türk lirəsinə görüşdürüb, ona 40 türk lirəsini verib qalanın özünə götürmüşdür. O, ağlayıb işləmək istəmədiyini və çıxıb getmək istədiyini bildirdikdə isə Gülsevər yenidən onu hədələməyə başlamış və o məcbur olub Gülsevərin dediklərini etməyə davam etmişdir. Gülsevərin müştəriləri onunla cinsi əlaqədə olduqdan sonra pulu Gülsevərin özünə vermiş, Gülsevərin orada birlikdə yaşadığı Türkiyə vətəndaşı olan oğlan olmuş, Gülsevər tez-tez həmin oğlanla görüşmüşdür. Bu qaydada təxminən 5-6 gün Gülsevər onu cinsi istismar etmiş, sonra isə o Gülsevərlə bərk mübahisə etmiş, mübahisə etdiyi günün axşamı Gülsevər birlikdə yaşadığı oğlanla gəzməyə getdiyi zaman Gülsevərin dolabından pasportunu götürüb oradan qaçaraq Aksaray şəhərinə qohumlarının yanına getmişdir. Oradan mobil telefon vasitəsilə onu Gülsevərlə tanış edən Günayla əlaqə saxlayıb onu nə üçün aldatdığını, Gülsevərin pis işlərlə məşğul olduğunu ona əvvəlcədən nəyə görə demədiyini soruşmuş, bu zaman Günay ağlayaraq Gülsevərin onun özünün də başına pis oyunlar açaraq hədə-qorxu gəldiyini bildirmişdir. Buna görə də qorxusundan ona heç bir məlumat verə bilməmişdir. X11 yanına bir nəfər qadın göndərməsini, yoxsa onu Azərbaycanda rüsvay edəcəyini, yaxın qohumlarına və ailəsinə Türkiyədə fahişəliklə məşğul olduğunu deyəcəyini bildirdiyini demişdir. Buna görə də Gülsevərin hədələrindən qorxduğu üçün onu Gülsevərlə tanış etmişdir. O, bir müddət qohumları ilə birlikdə Aksaray şəhərində qaldıqdan sonra 3 noyabr 2016-cı il tarixdə Azərbaycana gəlmişdir. Azərbaycana gəldikdən sonra da Gülsevərin onu yaxın qohumları və ailəsinin yanında rüsvay edəcəyindən qorxduğu üçün Türkiyədə olanlar barədə heç kimə heç nə deməmişdir. Təxminən 5 il sonra Gülsevər yenidən onunla mobil telefon əlaqəsi saxlayaraq yanına gəlməyini, gəlmədiyi halda onu rüsvay edəcəyini, başına oyun açacağını bildirmiş, bundan sonra o, 13 avqust 2021-ci il tarixdə Gülsevərin yanına getmiş, 13 sentyabr 2021-ci il tarixdə isə geri qayıtmış, sonuncu dəfə isə Gülsevərin yanına 28 sentyabr 2021-ci il tarixdə getmiş, 6 noyabr 2021-ci il tarixdə isə geri Azərbaycana qayıtmışdır. Hər iki gedişində də Gülsevər onu hədələyib öz yanına gətirmişdir. Hər ikisində də Gülsevər əvvəlki qaydada onu cinsi istismar etmişdir.
23. Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə edərək göstərdi ki, Gülsevərlə qohumu Zərərçəkmiş şəxs4 vasitəsi ilə əlaqə yaratmış, Gülsevər Zərərçəkmiş şəxs4 Türkiyə Respublikasında iş təklif etmişdi, lakin Zərərçəkmiş şəxs4 isə getməmişdi. Həmin zaman onun işə ehtiyacı olduğu üçün o, Gülsevərin yanına getmişdir. Getdikdən sonra Gülsevərin ona vəd etdiyi işlərin heç biri olmamışdır. Ona fahişəliklə məşğul olmağı təklif etmiş, o isə məcbur qalıb onun dediyi ilə razılaşmışdır. Gülsevər pasportunu itirə biləcəyi adı ilə aldadaraq ondan almışdır. 4-5 gün Təqsirləndirilən şəxs evində yaşamış, daha sonra gizlincə pasportunu götürüb evdən qaçmışdır. Zərərçəkmiş şəxs4 olanları danışmış, Günay isə Təqsirləndirilən şəxs belə işlərlə məşğul olduğunu bilmədiyini bildirmişdir. Daha sonra Günayın yanına getmiş, bir müddət sonra Azərbaycan Respublikasına qayıtmışdır. Təqsirləndirilən şəxs ilə yaşayan zaman onun mobil telefonu ilə qohumlarına, qardaşına, bacısına və bacısının həyat yoldaşına zəng etmişdir. Gülsevər həmin nömrələri qeyd edib saxlamışdır. Təxminən 5 il sonra Gülsevər davamlı olaraq qohumlarına zəng etməyə başlamış, o isə məcbur olub onunla əlaqə yaratmışdır. Təqsirləndirilən şəxs onu hədələyərək yanına gəlməsini tələb etmiş, əks təqdirdə fahişəliklə məşğul olması barədə qohumlarına deyərək onu rüsvay edəcəyini bildirmişdir. O, məcbur qalıb yenidən onun yanına getmişdir. Gülsevər onu işlədib pulun çoxunu özü götürmüş, çox cüzi hissəsini isə ona vermişdir. Daha sonra o, evlənməyə qərar vermiş və bu barədə polis orqanlarına şikayət etmişdir. O ilk dəfə Təqsirləndirilən şəxs yanına 2016-cı ildə getmiş, Qurbanovanın ona təklif etdiyi işlər xəstə insanlara baxıcılıq etmək, dayə və sair belə işlər olmuşdur. Azərbaycan Respublikasına qayıtmağa pulu olmadığından çıxılmaz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs ona təzyiq etdiyindən məcbur qalıb fahişəlik etməyə razılaşmışdır. O, Təqsirləndirilən şəxs yanına gedəndə onun evində ondan başqa iki qadın da olmuşdur. Gülsevərin sevgilisi də onları təhdid edərək polisə şikayət edəcəyini demişdir. Təqsirləndirilən şəxs yanına 2021-ci ildə gedən zaman 2-ci dəfə bir ay, 3-cü dəfə isə bir həftə qalmışdır. O, Gülsevərin hədələrindən, kənd sakinlərinin fahişəliklə məşğul olmasını bildikləri halda bacısının ailəsinin dağılacağından və kənddə rüsvay olmaqdan qorxmuşdur. Ona görə məcbur qalıb 2021-ci ildə təkrar onun yanına getmişdir. 2021-ci ildə Gülsevərin yanına gedəndə onun işləri daha da böyütdüyünü, yanında çoxlu qızların olduğunu görmüşdür. Təqsirləndirilən şəxs birinci dəfə ona fahişəliklə məşğul olmağı təklif etdikdə, o etiraz etmişdir. Təqsirləndirilən şəxs və özünü polis əməkdaşı kimi təqdim edən onun sevgilisi ona hədə-qorxu gələrək nə deyirlərsə onu etməli olduğunu bildirmişlər. Sonradan isə onun polis olmadığını öyrənmişdir. Həmin şəxs Gülsevərin sözünə baxmadığı halda tapança ilə ayağına vuraraq şikəst edəcəyini bildirmişdir. Müştəriləri Təqsirləndirilən şəxs tapmış, pulu da özü almış, ona isə çox az qismini vermişdir. Gün ərzində 4-5 nəfər ilə cinsi əlaqədə olmuşdur. Müştərilərlə Təqsirləndirilən şəxs kirayələdiyi evlərdə və hotellərdə görüşmüşdür. Müştərilərlə görüşə Təqsirləndirilən şəxs özü aparmışdır. O, pasportunu götürərkən Təqsirləndirilən şəxs evdə olmamış, yataq otağındakı şkafdan axtarıb pasportunu tapararaq həmin gün oranı tərk etmişdir. Müştərilər ona təzyiq etməmişdir. Gülsevərin anası onların pulunu yığmış, onlara yemək bişirərək vermiş və onlarla birlikdə yaşamaqla münasibəti yaxş olmuşdur. Polis orqanlarına özü şikayət etmiş, hər hansı şəxs onu məcbur etməmişdir. Belə ki, Gülsevər artıq onu davamlı olaraq narahat edərək təhdid etməyə başlamışdır. Birinci dəfə cinsi istimara məruz qalanda 2016-cı ildə kənddə yaşamış, hara və necə şikayət edəcəyini bilməmişdir. Sonradan Gülsevərin onu davamlı təhdid etməsinə görə maraqlanıb ondan polis orqanlarına şikayət etmişdir. O, pasportunu Təqsirləndirilən şəxs gizlətdiyi yerdən götürərək Kayseri şəhərinə qohumu Zərərçəkmiş şəxs4 yanına getmişdir. Gülsevər həmin gün sevgilisi ilə dalaşaraq spirtli içki içərək evdən çıxıb getmişdir. O isə həmin fürsətdən istifadə edib pasportunu gizlətdiyi yerdən götürüb qohumu Günayın yanına getmişdir. Onun müştərilərlə görüşməmək imkanı olmamışdır. Gülsevərin dediklərini etmədiyi halda ona nəsə edəcəyindən qorxmuşdur. Gülsevər və sevgilisi narkotik istifadə etmişdir. Belə ki, onların müxtəlif predmetləri alışqanla qaşıqda bişirdiyi və ya toz formasında burunlarına çəkdiyinin şahidi olmuşdur. Gülsevər narkotik istifadə etməsini anasından gizlətmişdir. 2016-cı ildə birinci dəfə Təqsirləndirilən şəxs yanına gedən zaman Astara rayonunda yaşamış və mobil telefonla onunla danışmışdır. Gülsevər əvvəlcədən razılaşdığı otellərə aparırdı. Belə ki, müştərini otelə göndərir, daha sonra onu aparıb orada gözləyirdi. 2016-cı ildə mobil telefon nömrəsi ***-***-**-** olmuşdur. Həmin nömrə ilə adi qaydada və vatsopla danışmışdır. Vatsap həmin vaxt yeni çıxmışdı. 2021-ci ildə isə əsasən votsapla danışmışdır. Həm 2016, həm də 2021-ci ildə Gülsevərlə danışanda Astarada Ərçivan kəndində olmuşdur. 2016-cı ilədək Türkiyəyə gdənədək əvvəllər fahişəliklə məşğul olmamış, qohumu Günay vasitəsilə Türkiyəyə getmişdir. Günay Türkiyədə evli olmuşdur. Bildiyinə görə Günay Gülsevərlə Sumqayıt şəhərində tanış olmuş, o, 2016-cı ildə Türkiyəyə gedəndə sonradan Günay ona Gülsevərin onu da fahişəliklə məşğul olmağa məcbur etdiyini bildirərək ağlamışdır. Günaya onun başına gələnləri danışanda o, ağlamış və pasportunu gizli götürüb əvvəlcə Kayseri şəhərindəki avtobus saxlanılan yerlərə, daha sonra isə qohumu Günayın yaşadığı Aksaray şəhərindəki evlərinə getmişdir. Gülsevər qardaşının və yeznəsinin nömrəsini bildiyindən onlarla deyəcəyi ilə hədələmişdir. Qohumlarına Türkiyədə uşaq və xəstə baxıcılığı ilə məşğul olmağa getdiyini demişdir. Günay ona Gülsevərin bu yolun yolçusu olduğunu sonradan bildirmişdir.
24. Məhkəmədə Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhərindən tanıyır. Gülsevərlə təxminən 2017-ci ildə Sumqayıt şəhərində gözəllik salonunda tanış olmuş, Gülsevərlə səmimi söhbətləri alındığı üçün o mobil telefon nömrəsini Gülsevərə vermiş, həmin vaxt istifadəsində olan mobil telefon nömrəsini hazırda xatırlamamış, bundan sonra Gülsevər onunla arabir vatsap vasitəsi ilə telefon əlaqəsi saxlamış, onlar əlaqə saxlayan zaman Gülsevərin çox vaxt Türkiyə Respublikasının Urfa şəhərində olduğunu, Gülsevərin Urfa şəhərində ev xanımı olduğunu, Türkiyə vətəndaşı olan ərinin olduğunu, ərinin hesabına dolandığını bilmişdir. 2018-ci ilin təxminən ortalarında Gülsevərlə danışdığı zaman Gülsevərə ümumi vəziyyətindən danışıb işsiz olduğunu, maddi sıxıntılarının yarandığını demiş, bu zaman Gülsevər ona yanına gəlməsini, onun üçün uyğun iş tapacağını bildirmişdir. Gülsevəri Günel vasitəsilə tanımışdır. Günel ondan əvvəl Türkiyəyə gedib-gəlmişdir. Günel onu Gülsevərin “elə-belə” adam olmadığına inandırmışdır. Günelin dediyinə görə o özü də Türkiyədə uşaq və xəstə baxıcılığı ilə məşğul olur. Günelin Sumqayıt şəhərində yeni tikilən binalardan ev aldığını və hər ay 1500 manat məbləğində pul ödədiyini bilirdi. Ona görə də Günelin dediklərinə inanmışdır. O, Gülsevərə razılıq verdikdən sonra 8 avqust 2018-ci il tarixdə dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin Urfa şəhərinə getmiş və Urfa avtovağzalında Gülsevər onu qarşıladıqdan sonra yaşadığı ünvana aparmışdır. Mənzildə Gülsevərlə birlikdə hazırda adlarını xatırlamadığı iki nəfər Türkiyə vətəndaşı qadınlar da qalmış, həmin gün yol yorğunu olduğu üçün istirahət etmiş, növbəti gün Gülsevər ondan pasportunu istədikdə o səbəbini soruşmuş, Gülsevər ona Urfada heç kimi tanımadığını, pasportunu itirə biləcəyini, pasportu itsə geri Azərbaycana qayıda bilməyəcəyini bildirmişdir. Həqiqətən də o Urfada ilk dəfə olmuş və buna görə də orada heç kimi və heç yeri tanımamışdır. Buna görə də o, Gülsevərə inanaraq pasportunu Gülsevərə vermiş, Gülsevər onun pasportunu götürüb dolabında saxlamış, bundan sonra o, Gülsevərdən orada nə işlə məşğul olacağını soruşduqda Gülsevər onunla cinsi əlaqədə olmaq üçün müştərilər tapacağını, onun da həmin müştərilərlə cinsi əlaqədə olduğuna görə pul qazanacağını, bununla da yaxşı qazanc əldə edəcəyini bildirmişdir. O, Gülsevərə razılıq verməyərək Gülsevərlə mübahisə edib yanından getmək istədiyini bildirmiş, Gülsevər isə onun başqa çıxış yolu olmadığını, heç bir yerə gedə bilməyəcəyini, həmçinin pasportunun onda olduğunu, dediyini etmədiyi halda polisə fahişəliklə məşğul olduğunu deyib onu tutduracağını, həmçinin Azərbaycanda olan əlaqələri vasitəsilə yaxın qohumlarına, anasına və övladlarına Türkiyədə fahişəliklə məşğul olduğunu bildirəcəyini qeyd edib ona hədə-qorxu gəlmişdir. O, çarəsiz qaldığı üçün Gülsevərə razılıq verməli olmuş, həmin gündən etibarən Gülsevər onu gün ərzində 2-3 nəfər kişi müştərisi ilə görüşdürməyə başlayaraq onu cinsi istismar etmiş, əldə etdiyi puldan isə ona heç nə verməmişdir. Müştərilər onunla cinsi əlaqədə olduqdan sonra pulu Gülsevərin özünə vermiş, Gülsevərin yanında olduğu zaman o orada Gülsevərin müştərilərindən olan bir nəfər Türkiyə vətəndaşı oğlanla tanış olaraq oğlana başına gələnləri izah etmişdir. Həmin oğlan oradan qaçsa ona köməklik edərək Azərbaycana yola salacağını bildirmişdir. Hazırda həmin şəxsin adını xatırlamır. O, oğlanın dediyi kimi edərək Gülsevər təxminən 15-20 gün onu cinsi istismar etdikdən sonra Gülsevər evdə olmadığı zaman saxladığı dolabdan pasportunu götürərək oradan qaçıb tanış olduğu həmin oğlanın yanına getmişdir. O bir-iki gün həmin oğlanla birlikdə qaldıqdan sonra oğlan onu 30 avqust 2018ci il tarixdə Azərbaycana yola salmışdır. Onun bütün yol xərclərini həmin oğlan qarşılamış, çünki onun heç pulu olmamışdır. Gülsevər onu cinsi istismar etdiyi vaxtda ona hər hansı məbləğdə pul verməmiş, o, 30 avqust 2018-ci il tarixdə dövlət sərhədini Sədərək nəzarətburaxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmiş, Azərbaycana gəldikdən sonra mobil telefon nömrəsini dəyişdirmiş və bir daha Gülsevərlə heç bir əlaqəsi olmamışdır.
25. Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə olaraq göstərdi ki, Gülsevəri Günel vasitəsilə tanımış, Günel ondan əvvəl Türkiyəyə gedib-gəlmişdir. Gülsevərdən gizlin pasportunu götürmüşdür. Həmin vaxtı hər kəs yatmışdı. O, qaçmamışdan bir gün əvvəl pasportunu götürmüşdür. Günel onu yaxşı pul alacağı barədə aldatmışdır. Günel başqa yerdə yaşayırdı, Gülsevərlə rəfiqə idi və yanına qonaq gəlib-gedirdi. Günelin dediyinə görə o, Gülsevərin onu fahişəliyə cəlb edəcəyini bilməmişdir. Onu Gülsevərin yanında uşağa və xəstəyə baxmaqla yaxşı qazanc əldə edəcəyinə dair inandıran və aldadan Günel adlı şəxs X6r. Günel onu fahişəliklə məşğul olmağa cəlb etməmiş, lakin Gülsevərin onu aldadaraq Türkiyəyə aparıb istismar etməsi üçün aldatmışdır. Günelin dediyinə görə o, özü də Gülsevərin onu fahişəliyə cəlb edəcəyini bilməmişdir. Günel barədə ibtidai istintaq zamanı müstəntiqə məlumat versə də, müstəntiq ona yalnız özünə aid hissədə ifadə verməli olduğunu izah etmişdir.
26. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınmış X10 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhərindən tanıyır. Gülsevərlə təxminən 2018-ci ildə Sumqayıt şəhərində olan zaman tanışı Günay vasitəsilə tanış olmuş, Gülsevərlə səmimi söhbəti alındığı üçün o, mobil telefon nömrəsini Gülsevərə vermiş, bundan sonra Gülsevər onunla arabir telefon əlaqəsi saxlamış və bir gün əlaqə saxlayan zaman o, Gülsevərin çox vaxt Türkiyə Respublikasının Urfa şəhərində olduğunu, Gülsevərin Urfa şəhərində ev xanımı olduğunu, Türkiyə vətəndaşı olan əri olduğunu, ərinin hesabına dolandığını bilmişdir. 2018-ci ilin təxminən payız aylarında yaşadığı ünvan 5 ünvanında olduğu zaman Gülsevərlə telefon əlaqəsi saxlayarkən Gülsevərə ümumi vəziyyətindən danışıb işsiz olduğunu, maddi sıxıntılarının yarandığını demiş, bu zaman Gülsevər ona yanına gəlməsini, onun üçün uyğun iş tapacağını demişdir. O, Gülsevərə razılığını verib 28 noyabr 2018-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin Urfa şəhərinə getmiş, Urfa avtovağzalında Gülsevər özü onu qarşılayıb yaşadığı ünvana aparmışdır. Həmin gün yol yorğunu olduğu üçün istirahət etmiş, növbəti gün Gülsevər ondan pasportunu istədikdə o, Gülsevərdən səbəbini soruşmuş, Gülsevər ona Urfada heç kimi tanımadığını, pasportunu itirə biləcəyini, pasportu itsə geri Azərbaycana qayıda bilməyəcəyini qeyd etmişdir. Həqiqətən də o, Urfada ilk dəfə olmuş və buna görə də orada heç kimi və heç yeri tanımamışdır. Buna görə də o, Gülsevərə inanaraq pasportunu vermiş, Gülsevər onun pasportunu götürüb dolabında saxlamış, bundan sonra o, Gülsevərdən orada nə işlə məşğul olacağını soruşduqda Gülsevər ona cinsi əlaqədə olmaq üçün müştərilər tapacağını, o da həmin müştərilərlə cinsi əlaqədə olduğuna görə müştərilərin ona pul verəcəyini, bununla yaxşı qazanc əldə edəcəyini bildirmişdir. O, Gülsevərə razılıq verməyərək mübahisə edib yanından getmək istədiyini bildirmiş, Gülsevər isə başqa çıxış yolu olmadığını, heç bir yerə gedə bilıməyəcəyini, həmçinin pasportunun onda olmadığını, dediyini etmədiyi halda polisə fahişəliklə məşğul olduğunu deyib onu tutduracağını, həmçinin Azərbaycanda olan əlaqələri vasitəsilə yaxın qohumlarına, anasına və övladlarına Türkiyədə fahişəliklə məşğul olduğunu bildirəcəyini qeyd edib ona hədə-qorxu gəlmişdir. Bundan sonra o çarəsiz qaldığı üçün Gülsevərə razılıq verməli olmuş, həmin gündən etibarən Gülsevər onu gün ərzində 2-3 nəfər kişi müştərisi ilə görüşdürməyə başlamış, əldə etdiyi puldan isə yarısını özünə götürməklə qalmayaraq həmçinin evin digər xərclərinə görə də, ondan pul almışdır. Müştərilər onunla cinsi əlaqədə olduqdan sonra pulu Gülsevərin özünə vermişlər. Təxminən bir ay Gülsevərin yanında qaldıqdan və fahişəliyə cəlb edildikdən sonra Gülsevər ona gedə biləcəyini demiş və o, xx.xx.2018-ci il tarixdə Bakı şəhərinə geri qayıtmışdır.
27. G.S.Sadiqzadə ifadəsində əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs rəfiqəsi Zərərçəkmiş şəxs4 vasitəsi ilə tanımış, sonralar münasibətləri yaranmış, ona iş təşkil edəcəyini vəd edərək, onu Türkiyə Respublikasına dəvət etmişdir. İşləmək üçün 2018-ci ildə Təqsirləndirilən şəxs yanına, Türkiyə Respublikasının Urfa şəhərinə getmişdir. Oraya çatdıqdan bir gün sonra ona “pasportunu itirərsən, ver məndə qalsın” deyərək pasportunu ondan almışdır. Daha sonra isə məşğul olacaq hər hansı işin olmadığını, pul müqabilində kişi müştərilərlə cinsi əlaqədə olacağını demiş, o isə başqa çıxış yolu olmadığından razılaşmışdır. Gün ərzində iki-üç, bəzən isə dörd müştəri ilə cinsi əlaqədə olmuşdur. Müştərilərdən ödənişləri Təqsirləndirilən şəxs almış, aldığı pulun yarısını özü götürmüş, yarısını isə ona vermişdir. Təqsirləndirilən şəxs evində təxminən 20 gün yaşamışdır. Müştərilərdən ödənişləri Təqsirləndirilən şəxs almış, onunla yarı bölmüşdür. Lakin evin kirayəsini və digər şəxsi ehtiyaclarını özü qarşılamışdır. Müştəriləri Təqsirləndirilən şəxs tapmışdır. O, cinsi istismar olunarkən ondan başqa Zərərçəkmiş şəxs6 da orada olmuşdur. Həmin zaman pasportu özündə olmamış, pulu olmamış və bu səbəblərdən məcbur qalıb Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Zərərçəkmiş şəxs4 zəng edərək Təqsirləndirilən şəxs şikayətlər olduğunu bildirmiş, o da həmin zaman şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur, onu bağışlamışdır. Təqsirləndirilən şəxs ona iş təşkil edəcəyini deyən zaman fahişəliklə bağlı heç nə deməmişdir. Təqsirləndirilən şəxs ona fahişəliklə məşğul olacağını bildirəndə o, etiraz etmişdir. O, Urfa şəhərində heç kimi, heç yeri tanımamış, şikayət etməyin yollarını bilməmişdir. Müştəriləri Təqsirləndirilən şəxs tapmış, bütün danışıqları o aparmış, ödənişləri də o almışdır. Əldə edilmiş pulun 50 faizini ona vermiş, qalan 50 faizini isə özü götürmüşdür. Evin kirayəsini, qida və digər ehtiyaclarını özü ödəmiş, müştərilərlə hotellərdə, evlərdə görüşmüşdür. Təqsirləndirilən şəxs yanında olan zaman pasportu onda olmuş, ehtiyaclarını ödəmək imkanı olmamış, bu səbəblərdən məcbur qalıb Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Təqsirləndirilən şəxs ona fiziki zor tətbiq etməmiş, Urfa şəhərində olan zaman hüquq mühafizə orqanlarına müraciət etmək imkanı olmamışdır. Təqsirləndirilən şəxs ev kirayəsi, kommunal və sair xərcləri ödəməyini tələb etdiyi üçün özü ödəmişdir. Təqsirləndirilən şəxs ilə “whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs yanına gedənədək Türkiyə Respublikasında olmamışdır.
28. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə üzləşdirmə protokollarını, Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış protokolu və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
29. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 18 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq edilən X12 təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından həmin idarənin müstəntiqi, polis mayoru X23 tərəfindən Gülsevər adlı şəxsə barəsində fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılaraq icraatına qəbul edilməklə ibtidai istintaq aparılmışdır (cild 1, i.v.1-3).
30. Tərtib edilmiş ittiham aktına əsasən ********* saylı cinayət işinin başlanmasına əsas və səbəb Zərərçəkmiş şəxs4 və X5 Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq Türkiyə Respublikasında cinsi istismara məruz qoyulmaları barədə toplanmış materiallar olmuşdur. (cild 1, i.v.6-43)
31. Zərərçəkmiş şəxs3 17 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasının Urfa şəhərində 2019-cu ilin fevral ayının sonlarından həmin ilin aprel ayının sonlarınadək aldadılaraq və hədə-qorxu ilə cinsi istismara məruz qoyulması ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. (cild 1, i.v.56)
32. Zərərçəkmiş şəxs6 20 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasının Urfa şəhərində 2018-ci ilin noyabr ayında aldadılaraq cinsi istismara məruz qoyulması ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. (cild 1, i.v.61)
33. Zərərçəkmiş şəxs7 18 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasının Urfa şəhərində 2018-ci ilin noyabr ayında aldadılaraq cinsi istismara məruz qoyulması ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. (cild 1, i.v.73)
34. Zərərçəkmiş şəxs2 25 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasında 2016-cı ilin iyul ayında, habelə 2021-ci ilin noyabr ayında aldadılaraq və hədə-qorxu ilə cinsi istismara məruz qoyulması ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. (cild 1, i.v.88)
35. Zərərçəkmiş şəxs1 29 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasının Urfa şəhərində 2018-ci ilin avqust ayında cinsi istismara məruz qoyulması ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. (cild 1, i.v.97)
36. “Üzləşdirmədə dindirmə” 27 sentyabr 2022-ci il tarixli protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs6 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyerək təsdiq etmişdir (cild 1, i.v. 153-157).
37. “Üzləşdirmədə dindirmə” 27 sentyabr 2022-ci il tarixli protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs7 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək təsdiq etmişdir (cild 1, i.v. 158-161).
38. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 27 sentyabr 2022-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 hazırkı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. (cild 1, i.v. 162-163; 171-172;)
39. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, müstəntiq Eldar Qədimov tərəfindən cinayət işi üzrə əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsindən həmin Məcəllənin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrinə tövsif edilmişdir. (cild 1, i.v.180-181)
40. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə ilkin ittiham elan edilmişdir (cild 1, i.v.182-183).
41. “Üzləşdirmədə dindirmə” 19 oktyabr 2022-ci il tarixli protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək təsdiq etmişdir (cild 1, i.v. 224-227).
42. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 hazırkı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, i.v. 228-229;)
43. “Üzləşdirmədə dindirmə” 19 oktyabr 2022-ci il tarixli protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək təsdiq etmişdir (cild 1, i.v. 243-245).
44. “Üzləşdirmədə dindirmə” 20 oktyabr 2022-ci il tarixli protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək təsdiq etmişdir (cild 1, i.v. 246-250).
45. “Üzləşdirmədə dindirmə” 21 oktyabr 2022-ci il tarixli protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək təsdiq etmişdir (cild 2, i.v. 1-4).
46. “Üzləşdirmədə dindirmə” 22 oktyabr 2022-ci il tarixli protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı X10 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək təsdiq etmişdir (cild 2, i.v. 5-7).
47. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 29 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi müstəntiq, polis mayoru X24 tərəfindən icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (cild 2, i.v. 11-12).
48. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 5 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 hazırkı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 2, i.v. 38;)
49. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 8 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 hazırkı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 2, i.v. 46;)
50. “Baxış keçirilməsi haqqında” 4 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 xx.xx.2016-cı il tarixdə, saat 17:57 dəqiqədə «C01154954» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2016-cı il tarixdə, saat 23:30 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, «C02565957» nömrəli sənəddən istifadə etməklə xx.xx.2021-ci il tarixdə, saat 19:17 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə, saat 17:27 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2021-ci il tarixdə, saat 11:33 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə, saat 16:33 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il tarixdə, saat 17:45 dəqiqədə «C00441604» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə, saat 11:51 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs6 xx.xx.2018-ci il tarixdə, saat 19:30 dəqiqədə «C01548196» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə, saat 20:40 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs7 xx.xx.2018-ci il tarixdə, saat 19:30 dəqiqədə «C01743978» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə, saat 20:40 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. X10 xx.xx.2018-ci il tarixdə, saat 16:46 dəqiqədə «C02025643» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə, saat 15:57 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs3 xx.xx.2019-cu il tarixdə, saat 16:49 dəqiqədə «C02432981» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə, saat 00:28 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs4 xx.xx.2021-ci il tarixdə, saat 05:32 dəqiqədə «C01472250» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə, saat 17:26 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı beynəlxalq hava limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə, saat 08:06 dəqiqədə «P3497625» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2016-cı il tarixdə, saat 03:35 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2016-cı il tarixdə, saat 19:24 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2017-ci il tarixdə, saat 15:05 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarətburaxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2017-ci il tarixdə, saat 23:53 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə, saat 06:09 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, «C02233365» nömrəli sənəddən istifadə etməklə xx.xx.2018-ci il tarixdə, saat 16:38 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə, saat 00:37 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2019-cu il tarixdə, saat 17:12 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə, saat 03:13 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2020-ci il tarixdə, saat 16:56 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə, saat 10:27 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Məhkəmədə qeyd edilən sənədlərə baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 xx.xx.2016-cı il tarixdə eyni vaxtda Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşlar. Eyni zamanda onların sonrakı tarixlərdə də (xx.xx.2016, xx.xx.2017 və sair) eyni vaxt aralığında ölkənin müxtəlif sərhəd keçid məntəqələrindən giriş-çıxış etmələri müəyyən edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs4 və Günel Sadiqzadənin xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində eyni vaxt aralığında ölkənin müxtəlif sərhəd keçid məntəqələrindən giriş-çıxış etmələri müəyyən edilmişdir. (cild 2, i.v. 15-36)
51. “Sübutların qiymətləndirilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrindən həmin məcəllənin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrinə tövsif edilməklə ona yenidən ittiham elan edilməsi qərara alınmışdır. (cild 2, i.v.73-89)
52. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, X10 və Zərərçəkmiş şəxs4 münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1 və 144-3.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. (cild 2, i.v.95- 98)
53. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ş.R.Nəcəfov tərəfindən 5 dekabr 2022-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 6 dekabr 2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.134- 155;).
54. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarından görünür ki, həmin cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və cinayət işi 17 yanvar 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. (cild 2, 44-46; 54)
55. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 7 aprel 2023-cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs şikayətləri yoxdur, ona yüngül cəza verilməsini xahiş etmişlər. (Cild 2)
56. X5 28 iyul 2023-cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs şikayəti yoxdur, onunla barışmışdır, ona yüngül cəza verilməsini xahiş etmişdir. (Cild 2)
57. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 7 avqust 2023-cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayətləri yoxdur, ona cəza verilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. (Cild 2)
58. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)111/2023 saylı, 31 yanvar 2023-cü il tarixli hökmündən görünür ki, X19 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin müəyyən edilmişdir ki, X19 təkrarən 2020-ci ilin yanvar ayının ortalarında ünvan 7 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs4 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Aksaray şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılığını bildirdikdən sonra 17 yanvar 2020-ci il tarixdə Azərbaycan Respubikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Aksaray şəhərinə gtmiş, Məsdan Dadaşova onu qarşıladıqdan sonra kirayə yaşadığı mənzildə yerləşdirməklə 19 yanvar 2020-ci il tarixdən 2020-ci ilin fevral ayının əvəllərinədək həmin şəhərdə istintqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha çox şəxs barəsində insan alveri cinayətini törətmişdir. Qeyd edilən hökmlə eyni zamanda müəyyən edilmişdir ki, M.H.Dadaşova 17 noyabr 2020-ci il tarixdən 2020-ci ilin fevral ayının əvvəllərinədək Türkiyə Respublikasının Aksaray şəhərində X7 cinsi istismar məqsədi ilə cəlb edərək onu cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
59. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
60. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
61. CM-in 12.1-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
62. CM-in 12.3-cü maddəsinin tələbinə görə həmçinin insan alveri cinayəti törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
64. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
65. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
66. “Rantsev Kiprə və Rusiyaya qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, qlobal fenomen kimi insan alveri son illərdə əhəmiyyətli şəkildə artmışdır. Avropada onun artması keçmiş Kommunist blokların dağılması ilə vüsətlənmişdir. 2000-ci ildə Palermo Protokolunun və 2005-ci ildə İnsan alverinə qarşı Konvensiyanın imzalanması beynəlxalq müstəvidə insan alverinin çox geniş yayılmasının və onunla mübarizə aparılması üçün müvafiq tədbirlərə zərurətin artan tanınmasını göstərir. Məhkəmə hesab edir ki, insan alveri özünün mahiyyəti və istismar məqsədi mülkiyyət hüququna aid olan səlahiyyətlərin həyata keçirilməsinə əsaslanır. O, insanları alınan və adətən cinsi industriyada, lakin həm də başqa sahələrdə bir çox vaxtlarda kiçik ödənişlə və ya ödənişsiz məcburi əməyə məruz edilən istifadə predmeti kimi qəbul edir. O, hərəkətləri adətən məhdud olan qurbanın fəaliyyətinə sıx müşahidəni nəzərdə tutur. O, pis vəziyyətdə yaşayan və işləyən qurbanlara qarşı zorakılıqdan və təhdidlərdən istifadəni ehtiva edir. O, İnterayts tərəfindən və İnsan alverinə qarşı Konvensiyaya əlavə olunan izah hesabatında köhnə dünya miqyaslı kölə ticarətinin müasir forması kimi təsvir edilmişdir. İnsan alverinin öz qurbanlarının insan ləyaqətinə və fundamental azadlıqlarına təhdid olması şübhəsizdir və demokratik cəmiyyətlə və Konvensiyanın təsbit etdiyi dəyərlərlə uyğun hesab edilə bilməz. Məhkəmə hesab edir ki, milli qanunvericilikdə təsbit olunmuş təminatların spektri insan alveri qurbanlarının və ya potensial qurbanların hüquqlarının praktiki və səmərəli müdafiəsini təmin etmək üçün adekvat olmalıdır. Müvafiq olaraq, insan alveri ilə məşğul olanların cəzalandırılması üçün cinayət hüquqi tədbirlərə əlavə olaraq, Konvensiyanın 4cü maddəsi üzv Dövlətlərdən tələb edir ki, insan alveri üçün pərdə kimi adətən istifadə olunan biznesləri tənzimləyən adekvat tədbirləri görsünlər. Bundan başqa, Dövlətin immiqrasiya qaydaları insan alverinin həvəsləndirilməsinə, asanlaşdırılmasına və ya ona qarşı tolerantlığa aid əhəmiyyətli narahatlıqlara münasibət bildirməlidir. Siliadinin işi üzrə qərarında Məhkəmə təsdiq etmişdir ki, Konvensiyanın 4-cü maddəsi üzv Dövlətlər üzərində spesifik pozitiv öhdəliyi ehtiva edir ki, köləlik, əsarət və ya məcburi, yaxud icbari əmək vəziyyətində şəxsin saxlanmasına yönəlmiş hər hansı hərəkət üçün səmərəli cəzalandırsın və mühakimə etsin. Bu öhdəliyə riayət etmək üçün üzv Dövlətlərdən tələb olunur ki, insan alverinin qadağan edilməsi və cəzalandırılması üçün qanunverici və inzibati çərçivəni yaratsınlar. Məhkəmə qeyd edir ki, Palermo Protokolu və İnsan alverinə qarşı Konvensiya insan alveri ilə mübarizə üçün onunla məşğul olanların cəzalandırılmasına əlavə olaraq onun qarşısının alınması və qurbanların müdafiəsi tədbirlərini daxil etdirən kompleks yanaşma zərurətinə istinad edir. Bu iki vasitənin müddəalarından aydındır ki, Avropa Şurasının demək olar bütün üzv Dövlətləri daxil olmaqla, Müqavilə Tərəfləri belə mövqeyi formalaşdırmışlar ki, yalnız bütün üç aspektə aid olan tədbirlər məcmusu insan alverinə qarşı mübarizədə səmərəli ola bilər. Müvafiq olaraq, insan alverini cəzalandırmaq və mühakimə etmək öhdəliyi insan alveri ilə mübarizə üçün üzv Dövlətlərin ümumi öhdəliyinin yalnız bir aspektidir. Konvensiyanın 4-cü maddəsinə əsasən ortaya çıxan pozitiv öhdəliyin dairəsi daha geniş kontekst daxilində qiymətləndirilməlidir. Konvensiyanın 2 və 3-cü maddələri kimi 4-cü maddə də müəyyən hallarda Dövlətdən tələb edə bilər ki, insan alveri qurbanlarının və ya potensial qurbanların müdafiəsi üçün operativ tədbirlər görsün.
67. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, “İnsanlarla ticarətə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2 dekabr 1949-cu ildə qəbul edilmiş Konvensiya və həmin Konvensiyaya qoşulmaq barədə 31 may 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun, Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyanı tamamlayan, insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” 15 noyabr 2000-ci il tarixli Protokolu (Palermo Protokolu) və həmin protokola qoşulmaq haqqında 13 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununun, “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun, Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının təsdiq edilməsi barədə 11 may 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının müddəalarını da nəzərə alır.
68. CM-in 144-1.1-ci maddəsi insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin Məcəllənin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4- 1-ci maddələrində isə qeyd edilən əməllərin iki və ya daha çox şəxs barəsində törədilməsi, təkrar törədilməsi və insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədilməsinə görə tövsifedici-ağırlaşdırıcı hallarda cinayət məsuliyyətini nəzərdə tutur. Qeyd edilən maddələrin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
69. CM-in 144-3.4-cü maddəsi isə insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetməyə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında iki ildən dörd iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
70. CM-in 144-1-ci maddəsinin qeydinə əsasən həmin maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür.
71. CM-in 144-1-ci maddəsində insan alverinə verilən anlayış “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində insan alverinə verilən anlayışla eynidir.
72. Azərbaycan Respublikasının da qoşulduğu “İnsanlarla ticarətə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında” Konvensiyanın 1-ci maddəsinə əsasən, bu Konvensiyanın Tərəfləri başqasının eyş-işrətini təmin etmək üçün digər şəxsə, hətta həmin şəxsin razılığı ilə, fahişəlik məqsədilə vasitəçilik edən, onu fahişəliyə sövq edən, yoldan çıxaran və digər şəxsin, hətta həmin şəxsin razılığı ilə, fahişəliyini istismar edən hər bir şəxsi cəzalandırmağı öhdələrinə götürürlər.
73. Şəxsin istismar məqsədi ilə cəlb edilməsi CM-in 144-1.1-ci maddəsinin dispoziyasında göstərilən üsullardan hər hansı biri vasitəsilə şəxsin razılığının alınmasını ifadə edir. İnsan alveri cinayətindən zərərçəkmiş şəxs istismar məqsədi ilə cəlb edildikdə onun razılığını bildirməsi cinayətin başa çatması anını ifadə edir. Başqa sözlə CM-in 144- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət formal tərkibli cinayət olmaqla maddənin dispoziyasında qeyd edilən əməllərin törədildiyi andan başa çatmış hesab edilir. Qeyd edilən əməllərin nəticəsi olaraq insan alveri cinayətindən zərərçəkmiş şəxsin fahişəliklə məşğul olub-olmamasının, cinsi istismara, yaxud işgəncəyə və digər qeyri-insani rəftara məruz qalıb-qalmamasının və s. halların təqsirli şəxslin əməlinin CM-in 144-1-ci maddəsi ilə tövsif edilməsinə təsiri yoxdur. Hökmün 71-ci bəndində göstərilən qanunun 1.0.2-ci maddəsinin tələbinə görə CM-in 144-1.1-ci maddəsində göstərilən hərəkətlərin törədilməsi halında insan alveri qurbanının istismar olunmağa dair razılığının olub-olmamasının əməlin insan alveri cinayəti kimi tövsif edilməsinə heç bir təsiri yoxdur. Bu cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilməklə cinayətin məqsədi cinayət tərkibinin zəruri tərkib əlamətidir. Başqa sözlə, insan alveri cinayəti şəxsin istismar edilməsi məqsədi ilə törədilə bilər. Digər hər hansı məqsəd həmin maddə ilə cinayət məsuliyyətini istisna edir. Cinsi istismar şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsini, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsini nəzərdə tutur.
74. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
75. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, ümumilikdə 9 (doqquz) epizod üzrə 7 (yeddi) nəfər zərərçəkmiş şəxsə münasibətdə həmin şəxsləri aldatma yolu ilə, həmçinin hədə-qorxu ilə məcbur etmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki və daha çox şəxs barəsində təkrarən insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir.
76. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 münasibətdə törətdiyi əməlləri düzgün tövsif edilmişdir.
77. Eyni zamanda, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 münasibətdə işin faktiki halları düzgün müəyyənləşdirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs əməli həmin zərərçəkmiş şəxslərə münasibətdə düzgün tövsif edilməmişdir.
78. Belə ki, cinayətlərin çoxluğu anlayışına aydınlıq gətirən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin çoxluğu dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi halları başa düşülür. Sadə konkret cinayət bir hərəkətin (və ya hərəkətsizliyin) və bir nəticənin və ya bir hərəkətin və bir neçə nəticənin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Mürəkkəb konkret cinayətlər sadə konkret cinayətlərlə müqayisədə daha qəliz struktura malikdirlər. Bu cinayətlərdə törədilmiş əməlin mürəkkəb obyektiv və subyektiv tərəfi olur. Nəzəriyyədə mürəkkəb konkret cinayətlərin növü kimi uzanan, davam edən, mürəkkəb tərkibli cinayətlər, həmçinin, əlavə ağır nəticələrin baş verməsi ilə tövsif olunan cinayətlər (onları bir çox hallarda nəticələrinə görə tövsif olunan cinayətlər də adlandırırlar) qəbul edilirlər. Davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər, bu cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir və həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Beləliklə, həmin qərara əsasən CM-in 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur.
79. İnsan alveri cinayətinin iki və ya daha çox şəxs barəsində törədilməsi davam edən cinayətdir. Şəxsin əməlində insan alveri cinayətinin iki və ya daha çox şəxs barəsində törədilməsi əlamətinin mövcud olması üçün təqsirkarın CM-in 144-1.1-ci maddəsində göstərilən hərəkətlərin törədilməsinə qədər iki və ya daha çox şəxs barəsində belə hərəkətləri törətmək niyyəti olmalıdır. Başqa sözlə, insan alveri cinayətinin iki və ya daha çox şəxs barəsində törədilməsi təqsirkarın vahid niyyəti ilə əhatə olunmalıdır. Əgər təqsirkar bir şəxs barəsində insan alveri cinayətini törətdikdən sonra başqa şəxs barəsində də həmin cinayəti törədərsə (davam edən cinayətin əlamətləri olduqda), birinci cinayətə görə cinayətin hüquqi nəticələri aradan qalxmamışdırsa, onun əməli CM-in 144-1.2.1-ci maddəsi ilə tövsif edilməlidir. İnsan alveri cinayətinin iki və ya daha çox şəxs barəsində törədilməsi həm eyni vaxtda, həm də müxtəlif vaxtlarda törədilə bilər. Əsas məsələ təqsirkarda insan alveri cinayətinin iki və ya daha çox şəxs barəsində törədilməsi niyyətinin birinci insan alveri cinayətini törətməzdən əvvəl yaranmış olmasıdır.
80. İşin faktiki hallarından görünür ki, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 doğma bacı olmaqla hər ikisi bir evdə yaşayarkən eyni tarixdə eyni üsulla və qaydada Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edilmiş və eyni tarix aralığında, yəni 17 noyabr 2018-ci il tarixdən 29 noyabr 2018-ci il tarixədək eyni məkanda cinsi istismara məruz qalmaqla onlara qarşı insan alveri cinayəti törədilmişdir. Zülfüqarova bacılarının ifadələri və iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs onlarla hər iki bacı bir yerdə olarkən votsap mobil tətbiqi vasitəsilə görüntülü danışaraq onları vəd verməklə aldadaraq cinsi istismar məqsədilə dövlət sərhədini keçməklə Türkiyə Respublikasının Urfa şəhərinə yanına birlikdə gəlmələrinə razı salmış, bundan sonra Zülfüqarova bacıları birlikdə dövlət sərhədindən keçməklə Urfa şəhərinə getmiş, orada Təqsirləndirilən şəxs onları qarşılayaraq mənzilə yerləşdirmiş, daha sonra onlara məxsus pasportları götürüb saxlamaqla onları eyni tarix aralığında cinsi istismara məruz qoymuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs həmin bacılara qarşı törətdiyi insan alveri cinayətini vahid niyyətlə əhatə olunan qəsdlə törətmişdir.
81. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 münasibətdə Təqsirləndirilən şəxs əməli iki ayrı-ayrı epizod kimi deyil, bir epizodda vahid niyyətlə əhatə olunan qəsdlə təkrarən iki və ya daha çox şəxs barəsində insan alveri cinayəti kimi tövsif edilməlidir.
82. Məhkəmə həmçinin hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs4 və X10 ilə bağlı Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.
83. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, təkrarən tamah niyyəti ilə insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaqla 2021-ci ilin iyul ayının sonlarında Türkiyə Respublikasının Aksaray şəhərində olan Zərərçəkmiş şəxs4 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Urfa şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılığını bildirdikdən sonra 2021-ci ilin avqust ayının əvvəllərində Urfa şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs4 məxsus pasportu götürüb saxlamaqla 10 avqust 2021-ci il tarixdən 21 avqust 2021-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
84. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı qeyd edilən epizod üzrə Təqsirləndirilən şəxs verilmiş ittiham sübuta yetirilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs bir-birilərini uzun illər ərzində tanıdıqları, hətta uzun müddət ərzində rəfiqəlik münasibətində olduqları, Günayın Gülsevərdən də əvvəl Türkiyəyə sərbəst olaraq gedib-gəldiyi, Günayın anasının və digər qohumlarının Türkiyənin Aksaray şəhərində və digər yerlərində yaşamaqla geniş əlaqələrə malik olmaları, X15 hansı işlə məşğul olması barədə məlumatının olduğu, qohumluq münasibətində olduğu Zərərçəkmiş şəxs2 hələ 2016-cı ildə Təqsirləndirilən şəxs tərəfindən cinsi istismar edilmək məqsədi ilə cəlb edildiyini bildiyi, hətta Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən birinci dəfə cinsi istismar məqsədi ilə cəlb edilməsindən sonra onunla eyni tarixdə eyni saatda, yəni 3 noyabr 2016-cı il tarixdə, saat 23:30 radələrində birgə Gürcüstandan Azərbaycan Respublikasına daxil olduğu, sonrakı tarixlərdə də bir neçə dəfə Zərərçəkmiş şəxs2 ilə eyni istiqamətlərdə eyni tarix və vaxt aralıqlarında giriş-çıxışlarının olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs4 məhkəmədə ifadələrində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən hələ 2016-cı ildə cinsi istismar edilmək məqsədi ilə cəlb edildiyini bildiyini, lakin sonradan guya Təqsirləndirilən şəxs artıq həmin işlərlə məşğul olmadığına onu inandırdığını göstərmişdir. Zərərçəkmiş şəxs4 məhkəmədə verdiyi ifadəsinə görə guya Təqsirləndirilən şəxs ona Urfa şəhərində uşaq və xəstə baxıcılığına görə yaxşı gəlirli iş təşkil edəcəyi vədi ilə aldadıb yanına çağırmış, daha sonra aldadıb pasportunu əlindən alaraq onu on bir gün ərzində cinsi istismara məruz qoymuş, daha sonra isə Gülsevərlə mübahisə edərək ondan şikayət edəcəyi ilə qorxutmaqla pasportunu geri alaraq çıxıb getmişdir. Halbuki, Zərərçəkmiş şəxs4 uzun illər ərzində Türkiyəyə sərbəst olaraq gedib-gəlməklə və orada yaşamaqla, geniş əhatəyə malik olmaqla hansı iş imkanlarının olmasını, həmin işlərə görə nə qədər əmək haqqı almağın mümkün olmasını şübhəsizdir ki yaxşı bilmişdir. Üstəlik Zərərçəkmiş şəxs4 məhz öz ifadəsinə görə Gülsevərlə mübahisə edərək asanlıqla guya ondan pasportunu geri alıb çıxıb gedə bilməsini nəzərə aldıqda onun Təqsirləndirilən şəxs tərəfindən cinsi istismar edilmək məqsədi ilə aldatmaqla cəlb edilməsi və pasportunun götürülərək saxlanılması barədə ifadələri inandırıcı olmamaqla, özünün ziddiyyətli və işin faktiki hallarına uyğun olmayan ifadələrindən başqa hər hansı digər mötəbər sübutla öz təsdiqini tapmır. Həmin hallar da Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs4 hər hansı təsir göstərməklə onun müqavimətini sındırmaq və sair təsir dairəsinə salmaq imkanlarının olmamasını göstərir. Məhkəmə eyni zamanda onu da vurğulayır ki, hökmün 58-ci bəndində də qeyd edildiyi kimi Zərərçəkmiş şəxs4 başqa şəxs tərəfindən 2020-ci ilin yanvar-fevral aylarında cinsi istismara cəlb edildiyi və həmin hadisədən bir il altı aydan artıq müddətdən sonra isə guya Təqsirləndirilən şəxs tərəfindən aldılmaqla cinsi istismara yenidən cəlb edilməsi barədə ifadələrində göstərdiyi xüsusatlar özünün təzadlı və ziddiyyətli ifadələrindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Bundan başqa, Zərərçəkmiş şəxs4 Günel Sadiqzadə ilə yaxın münasibətləri olmaqla rəfiqəlik etmiş, sonuncunun da Təqsirləndirilən şəxs tərəfindən 2018-ci ilin noyabr-dekabr aylarında guya cinsi istismar məqsədi ilə cəlb edildiyini də bilmişdir. Belə olan halda, məhkəmə Zərərçəkmiş şəxs4 ifadələrinə tənqidi yanaşmaqla onun həmin ifadələrini özünün bildirdiklərindən başqa hər hansı digər mötəbər sübutla öz təsdiqini tapmadığından sübut kimi qiymətləndirilməsini rədd edir.
85. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs4 hazırkı iş üzrə ümumiyyətlə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Belə ki, X12 təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən ayrılmış hazırkı cinayət işində Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində əlavə dindirmə protokoluna əsasən onun zərərçəkmiş şəxs qismində əlavə dindirilməsinə dair istintaq hərəkəti keçirilməsi, hətta zərərçəkmiş şəxs qismində Təqsirləndirilən şəxs ilə üzləşdirilmədə dindirmə istintaq hərəkəti keçirilməsinə dair protokol tərtib edilsə də, həmin istintaq hərəkətləri prosessual qanunvericiliyin tələblərinin kobud pozulması ilə həyata keçirilmişdir (Cild 1, i.v. 240-245).
86. Halbuki, CPM-in 87-ci maddəsinin tələbinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Zərər çəkmiş şəxs qismində tanındıqdan sonra şəxsin zərər çəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verir. Zərər çəkmiş şəxs şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir. Yetkinlik yaşına çatmamış və ya fəaliyyət qabiliyyəti olmayan zərər çəkmiş şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsi həyata keçirir.
87. CPM-in 119-cu maddəsinin tələbinə görə, bu Məcəllədə nəzərdə tutulmuş kifayət qədər əsaslar olduqda hər bir şəxs özünün zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh, onların və ya şahidin qanuni nümayəndəsi, yaxud nümayəndəsi qismində tanınması barədə ərizə ilə cinayət prosesini həyata keçirən orqana müraciət etməyə haqlıdır.
88. CPM-in 123-1-ci maddəsinin tələbinə görə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqat orqanının əməkdaşı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror insan alverinin qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddətinin verilməsi barədə qərar qəbul edir.
89. Lakin iş materiallarında nəinki Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs hər hansı şikayəti olması barədə ərizə ilə müraciət etməsi, habelə insan alverinin qurbanı kimi öz vəziyyətini bərpa etmək, ibtidai araşdırma orqanı tərəfindən cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddətinin verilməsi barədə qərarın qəbul edilməsi mövcud deyildir, istintaq orqanı Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində hazırkı cinayət işi üzrə tanımadan, ona hüquq və vəzifələrini izah etmədən və sair prosessual qanunvericiliyin tələblərinə riayət etmədən onunla zərərçəkmiş şəxs qismində istintaq hərəkətləri keçirmişdir.
90. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 ilə bağlı verilmiş ittiham ümumi ittihamdan xaric edilməklə həmin ittiham üzrə ona təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir.
91. Bundan başqa, hökmün 82-ci bəndində qeyd edildiyi kimi, məhkəmə həmçinin hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs X10 ilə bağlı Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə də onun təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.
92. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, təkrarən tamah niyyəti ilə 2018-ci ilin noyabr ayının ortalarında ünvan 5 ünvanında olan Zərərçəkmiş şəxs5 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Urfa şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs5 razılığını bildirdikdən sonra 28 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Urfa şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs5 məxsus pasportu götürüb saxlamaqla 28 noyabr 2018-ci il tarixdən 27 dekabr 2018-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
93. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı qeyd edilən epizod üzrə Təqsirləndirilən şəxs verilmiş ittiham sübuta yetirilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Günel Sadiqzadə ilə Təqsirləndirilən şəxs bir-birilərini Zərərçəkmiş şəxs4 vasitəsi ilə tanıdıqları, hətta bir müddət rəfiqəlik münasibətində olduqları, Günel Sadiqzadənin ittiham tərəfinin Təqsirləndirilən şəxs tərəfindən cinsi istismar məqsədi ilə cəlb edildiyini iddia etdiyi tarixədək Zərərçəkmiş şəxs4 ilə bir neçə dəfə birgə dövlət sərhədini keçərək sərbəst olaraq Türkiyəyə gedib-gəldiyi, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs yaxşı tanımaqla hələ 2016-cı ildə Zərərçəkmiş şəxs2 sonuncu tərəfindən cinsi istismar məqsədi ilə cəlb edildiyini bildiyi, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs Günel Sadiqzadə vasitəsilə tanıması, X22 Kərimovaya guya Türkiyədə uşaq və xəstə baxıcılığı ilə məşğul olaraq yaxşı qazanc əldə etməsini bildirərək Gülsevərin ona yüksək qazanclı iş təşkil edəcəyini deyərək inandırması, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən hələ 2018-ci ilin avqust ayında cinsi istismar məqsədi ilə cəlb edilməsini Günel Sadiqzadənin bilməsi, Gülsevərlə aralarında ədavətlərinin olması, X16 Qurbanova tərəfindən guya cinsi istismara məruz qoyulduqdan qısa müddət sonra və ondan sonrakı tarixlərdə də Türkiyəyə sərbət gedibgəlməsi müəyyən edilmişdir. Günel Sadiqzadənin guya Təqsirləndirilən şəxs tərəfindən aldılmaqla cinsi istismara cəlb edilməsi barədə ifadələrində göstərdiyi xüsusatlar özünün təzadlı və ziddiyyətli ifadələrindən başqa hər hansı digər mötəbər sübutla öz təsdiqini tapmır. Bundan başqa, X35 Sadıqova ilə yaxın münasibətləri olmaqla rəfiqəlik etmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ondan əvvəl cinsi istismar məqsədi ilə cəlb edildiyini bilmiş, habelə Təqsirləndirilən şəxs konkret olaraq hansı işlə məşğul olduğunu bilməklə ona hər hansı yüksək qazanclı sair iş, o cümlədən uşaq və ya xəstə baxıcılığı işini təşkil edə bilməyəcəyini bilmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs Günel Sadiqzadəni öz təsir dairəsinə salması, onun müqavimətini qırmaqla istədiklərini etdirə bilməsi, Günel Sadiqzadənin maddi, fiziki, psixi və sair cəhətdən zəifliyindən və ya onun həssas vəziyyətindən istifadə etməklə onu cinsi istismar edilmək məqsədi ilə aldatmaqla cəlb edilməsi və pasportunun götürülərək saxlanılması barədə hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Günel Sadiqzadənin bu barədə verdiyi ifadələri isə inandırıcı olmamaqla, özünün ziddiyyətli və işin faktiki hallarına uyğun olmayan ifadələrindən başqa hər hansı digər mötəbər sübutla öz təsdiqini tapmır. Həmin hallar da Təqsirləndirilən şəxs tərəfindən Günel Sadiqzadəyə hər hansı təsir göstərməklə onun müqavimətini sındırmaq və sair təsir dairəsinə salmaq imkanlarının olmamasını göstərir. Belə olan halda, məhkəmə Günel Sadiqzadənin ifadələrinə tənqidi yanaşmaqla onun həmin ifadələrinin özünün bildirdiklərindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından sübut kimi qiymətləndirilməsini rədd edir.
94. Bundan başqa, məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, X10 hazırkı iş üzrə ümumiyyətlə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Belə ki, X12 təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən ayrılmış hazırkı cinayət işində G.S.Sadiqzadənin zərərçəkmiş şəxs qismində əlavə dindirmə protokoluna əsasən onun zərərçəkmiş şəxs qismində əlavə dindirilməsinə dair istintaq hərəkəti keçirilməsinə dair protokol tərtib edilsə də, həmin istintaq hərəkəti prosessual qanunvericiliyin tələblərinin kobud pozulması ilə həyata keçirilmişdir. X36 22 oktyabr 2022-ci il tarixdə şahid qismində Təqsirləndirilən şəxs ilə üzləşdirilmədə dindirmə istintaq hərəkəti keçirilməsinə baxmayaraq, 11 noyabr 2022-ci il tarixdə isə onun zərərçəkmiş şəxs qismində əlavə dindirilməsinə dair protokol tərtib edilmişdir. (Cild 2, i.v.5-7; 57-59;)
95. Halbuki, iş materiallarında nəinki X5 Təqsirləndirilən şəxs hər hansı şikayətinin olması barədə ərizə ilə müraciət etməsi, habelə insan alverinin qurbanı kimi öz vəziyyətini bərpa etmək, ibtidai araşdırma orqanı tərəfindən cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddətinin verilməsi barədə qərarın qəbul edilməsi mövcud deyildir, istintaq orqanı G.S.Sadiqzadəni zərərçəkmiş şəxs qismində hazırkı cinayət işi üzrə tanımadan, ona hüquq və vəzifələrini izah etmədən və sair prosessual qanunvericiliyin tələblərinə riayət etmədən onunla zərərçəkmiş şəxs qismində istintaq hərəkətləri keçirmişdir. Məsdan Dadaşovanın işindən ayrılmaqla hazırkı cinayət işi materiallarına əlavə edilmiş G.S.Sadiqzadənin zərərçəkmiş şəxs qismində dindirilməsinə dair protokolundan da görünür ki, X30 Qurbanova barədə ümumiyyətlə ifadə vermək istəmədiyini qeyd etmişdir.
96. Göründüyü kimi hökmün 86-88-ci bəndlərində göstərilən cinayət-prosessual qanunvericiliyin tələblərinin kobud pozulması halları Günel Sadiqzadəyə münasibətdə də baş vermişdir.
97. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X10 ilə bağlı verilmiş ittiham ümumi ittihamdan xaric edilməklə həmin ittiham üzrə ona təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir.
98. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
99. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
100. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.
101. CPM-in 42-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Bəraət hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsinə görə təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.
102. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
103. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
104. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
105. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
106. Təqsirləndirilən şəxs ifadələrində ona qarşı ifadə verən qadınları heç bir zaman cinsi istismar etmədiyini, sadəcə onlara köməklik etdiyini, onların pasportunu almadığını və onları müştərilərə təqdim etmədiyini bildirmişdir. Halbuki Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 işin faktiki halları ilə uyğun gələn ifadələri, həmin zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmələr və digər sənədlərlə tam təkzib edilməklə işin faktiki halları təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrinə təndiqi yanaşaraq onun ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi ilə daşıması qənaətinə gələrək ifadələrində göstərdiyi xüsusatların hər hansı digər mötəbər sübutlarla öz təsdiqini tapmadığından rədd edir. Əksinə qeyd edilən zərərçəkmiş şəxslərin ifadələri yuxarıda tədqiq edilən Azərbaycan Respublikasının dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən keçmək haqqında sənədləri ilə tam üst-üstə düşdüyünə görə məhkəmə həmin zərərçəkmiş şəxslərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olunmuş istintaq hərəkətlərinin protokollarını, eləcə də digər sənədləri təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən və ona qarşı irəli sürülmüş ittihamın həlli üçün kifayət edən sübut növləri kimi qəbul edir.
107. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs özünün şəxsi nüfuzundan, maddi imkanından, əlaqələrindən istifadə etməklə maddi ehtiyacları olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 Türkiyə Respublikasının Urfa və Kayseri şəhərlərində işə yüksək qazanclı işə düzəltmək adı ilə aldatmaqla, daha sonra həmin şəxslərin pasportlarını ələ keçirib hərəkət azadlıqlarını məhdudlaşdıracağını bildirib hədələməklə fahişəliyə cəlb etməklə cinsi istismar məqsədi ilə cəlb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz iradə üstünlüyündən, qeyd edilən zərərçəkmiş şəxslər üzərində təsir imkanlarından istifadə edərək həmin şəxslərə hədə-qorxu gəlmiş, etiraz etmələrinin, əks tədbir görmələrinin qarşısını almış, bununla da həmin şəxslərin istismarını özü üçün asanlaşdırmaqla cinayətkar fəaliyyətini davam etdirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən zərərçəkmiş şəxslərin istismar edilməsi yeri kimi Türkiyə Respublikasının Kayseri və Urfa şəhərini seçmiş, qeyd edilən zərərçəkmiş şəxslərin ifadələri ilə də onun təqsirli bildiyi cinayət əməllərini törətdiyi dövrdə məhz həmin şəhərlərdə yaşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin şəhərlərdə kifayət qədər nüfuza və əlaqələrə malik olmuş, iş üzrə qeyd edilən zərərçəkmiş şəxslərin ifadələrinə əsasən də həmin hal öz təsdiqini tapmışdır. Bu isə Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən zərərçəkmiş şəxslərin özünə əlverişli şəraitdə, həmin zərərçəkmiş şəxslərə məlum olmayan yerlərdə istismar etməsini asanlaşdırmışdır.
108. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 2016-cı ilin iyul ayının ortalarında Astara rayonu, Ərçivan qəsəbəsində yaşadığı ünvanında olan Zərərçəkmiş şəxs2 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Kayseri şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 13 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Kayseri şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 13 iyul 2016-cı il tarixdən 3 noyabr 2016-cı il tarixədək həmin şəhərdə məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir.
109. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2018-ci ilin avqust ayının əvvəllərində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Urfa şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra 8 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Urfa şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 8 avqust 2018-ci il tarixdən 30 avqust 2018-ci il tarixədək həmin şəhərdə məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
110. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2018-ci ilin noyabr ayının ortalarında Sumqayıt şəhəri, X27 qəsəbəsi, K.Kərimov küçəsi, ev 17, mənzil 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Urfa şəhərində onlara iş təşkil edəcəyini vəd edib vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə cinsi istismar edilmələri məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələri üçün cəlb etmiş, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 razılığını bildirdikdən sonra 16 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Urfa şəhərinə getmiş, Təqsirləndirilən şəxs onları qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs6 və Lalə Zülfuqarovaya məxsus pasportları götürüb saxlamaqla 17 noyabr 2018-ci il tarixdən 29 noyabr 2018-ci il tarixədək həmin şəhərdə məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmalarını təşkil edərək cinsi istismar etməklə iki şəxs və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
111. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2019-cu ilin mart ayının sonlarında ünvan 6 ünvanında olan Zərərçəkmiş şəxs3 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Urfa şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra 30 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Urfa şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 30 mart 2019-cu il tarixdən 28 aprel 2019-cu il tarixədək həmin şəhərdə məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
112. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2021-ci ilin avqust ayının ortalarında Astara rayonu, Ərçivan qəsəbəsində yaşadığı ünvanında olan Zərərçəkmiş şəxs2 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq 13 iyul 2016-cı il tarixdən 3 noyabr 2016-cı il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Kayseri şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədəqorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 13 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Kayseri şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 13 avqust 2021-ci il tarixdən 13 sentyabr 2021-ci il tarixədək həmin şəhərdə məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
113. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2021-ci ilin sentyabr ayının sonlarında Astara rayonu, Ərçivan qəsəbəsində yaşadığı ünvanında olan Zərərçəkmiş şəxs2 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq 13 avqust 2021-ci il tarixdən 13 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Kayseri şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədəqorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 28 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Kayseri şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 28 sentyabr 2021-ci il tarixdən 6 noyabr 2021-ci il tarixədək həmin şəhərdə məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.
114. Bununla da, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. CM-in 144-3.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlər – az ağır, CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlər isə ağır cinayətlər kateqoriyasına aid edilir.
115. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
116. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
117. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
118. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 14 noyabr 2022-ci il tarixli tələbnaməsindən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 2, i.v 14)
119. Ağsu rayon icra hakimiyyəti başçısının Ərəbmehdibəy Kənd inzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 noyabr 2022-ci il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Qurbanova X1 yaşadığı müddətdə ailə və məişətdə özünü nümunəvi aparmış, heç bir ailə münaqişəsi olmamışdır. O, yaşadığı Ərəbmehdibəy kəndində kənd camaatı və yaxın qohumlar arasında dərin hörmət qazanmışdır. Kəndin ictimai işlərində fəal iştirak etmişdir. Onun barəsində nümayəndəliyə şifahi və yazılı şikayət daxil olmamışdır. (cild 2, i.v 65-66)
120. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağı olmaqla uşağının xəstəlikdən əziyyət çəkməsini, bütün zərərçəkmiş şəxslərin ondan şikayət və ya tələblərinin olmaması, onların bəziləri ilə isə barışıq əldə etməsini CM-in 59.1.12 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
121. Məhkəmə cinayətin tamah məqsədi ilə törədilməsini CM-in 61.1.6-cı maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır.
122. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
123. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.
124. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 144-3.4-cü maddəsinin sanksiyasında isə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
125. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq ağır və az ağır cinayətlər kimi təsnif edilmişdir.
126. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.
127. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
128. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
129. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
130. İşdə olan tutma protokolundan və müvafiq məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə, saat 19:30-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində 28 sentyabr 2022-ci ildə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 sentyabr 2022-ci il tarixdən hesablanmış, məhkəmə icraatı zamanı məhkəməyədək icraat zamanı seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, i.v. 135-136, 208-213;).
131. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutularaq saxlanıldığı 26 sentyabr 2022-ci tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.
132. İş üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır.
133. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
134. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
135. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 42, 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X10 və Zərərçəkmiş şəxs4 ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə verilmiş ittiham ümumi ittihamdan xaric edilməklə həmin ittihamlar üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4- 1-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 26 sentyabr 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə mülki iddianın, maddi sübutun, xüsusi müsadirə edilməli əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.