Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-762/2024 02.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X3 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı3, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi Tohid qızının iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq eyni ünvanda yaşamış, 24 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 iyun 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 127.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qərarına əsaksən cəzasının 03 il 03 aya endirilməsinə və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 7,274 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini naməlum mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ-nin) əməkdaşları tərəfindən 23 iyun 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün, saat 22:50-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən DİN-nin BMCMİ-nin inzibati binasına aparılaraq 24 iyun 2023-cü il tarixdə saat 00:50-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda - 7,274 qram çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, idmanla və xaricdən maşın gətirmək işi ilə məşğul olmuş, şərikli bir obyekt işlətmiş, lakin əmək kitabçası ilə rəsmi işlədiyi bir yer olmamışdır. 23 iyun 2023-cü il tarixdə dostları onu restorana qonaq çağırmış, dostu ilə iş məsələsini danışmaq üçün “Suravanı” restoranından çıxıb tək olaraq telefonla danışa-danışa “Marriot” tərəfə gedərkən “Armanı” mağazasının yaxınlığında üstümə adamlar gəlmiş və 4-5 nəfər onu məcburi olaraq maşına salıb BMCMİ-nə aparmışlar. Həmin idarədə polislərin özləri tərəfindən ona narkotik vasitə verilmiş və özünə məxsus olmasını etiraf etmək tapşırılmışdır. Razılaşmadıqda, onunla bu mövzuda aralarında xeyli söhbətlər olmuş və qəbul etməyəcəyi təqdirdə daha çox miqdarda evindən çıxarılacağı ilə hədələnmişdir. Təzyiqlər nəticəsində o, onların dedikləri ilə razılaşmış və onların dediklərini etiraf etmişdir. Ona vəkil verilmiş, sonuncu yaşlı bir kişi olmuş, yuxulu vəziyyətdə olmuş, onun vəkil oduğunu sonradan bilmişdir. Daha sonra 2-3 dəfə çəkiliş olmuş, yekunda o, əynindəki şalvarın sağ cibindən onların verdiyi sellofan bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Videogörünütüdə o, narkotikdən istifadə etmədiyini, satmadığını bildirmiş, onların dediyi kimi, guya idmanla məşğul olduğu üçün gələcəkdə istifadə etmək məqsədi ilə üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, müstəntiq tərəfindən dindirmə zamanı ona qarşı təzyiq olmamış, təzyiqlər əməliyyatçılar tərəfindən olmuşdur. Onu saxlayan əməkdaşlardan biri onun idmançı yoldaşı olmuş, onunla idman zalından tanış olmuş, lakin yaxın münasibətləri olmamışdır. “Sənlik burda heç nə yoxdur” sözlərini ona əməliyyatçılar da demişdir. İlk dəfə izahat verərkən yanında vəkil olmamışdır. O, qanunsuz saxlanıldığını, narkotikin boynuna qoyulduğunu müstəntiqə dedikdə sonuncu ona “biz məcburuq” cavabını vermişdir. O, yazılan ifadəsini oxumuş, müstəntiq ona “sən bura qol çəkməlisən, çəkməyəcəyin təqdirdə başqa şeylər olacaqdır, sözün olacaqsa, gedib məhkəmədə deyersən” deməklə onu hədələmişdir. İstintaqın sonrakı mərhələlərində isə müqavilə əsasında tutduğu vəkilinin iştirakı ilə dindirilmiş və məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Vəkilinin iştirakı ilə hazırda məhkəmədə verdiyi ifadə kimi şifahi ifadə vermişdir. Lakin yazılı ifadəsi yekunlaşmamış, vəkili vacib işi olduğunu deyib çıxıb getmiş və qayıdıb gəldikdən sonra ifadəni imzalamışdır. Vəkili olmadığı dövrdə müstənitq ona bu işin geri qayıdacağını ona demişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, heç vaxt narkotik istifadə etməmiş və ya satışı ilə məşğul olmamışdır. O, əvvəllər məhkum olunmuş, artıq bu onun ikinci məhkumluğu olmuşdur. O, saxlanlan zaman polisə tabesizlik etməmiş, əksminə onların dəvəti ilə polisə gəlmişdir. Saxlanılan zaman əl-qol hərəkətləri olsa da, xəsarət almamış və bununla bağlı heç hara müraciət etməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun cinayət işinin ibtidai istintaqı zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi müvafiq olaraq 24 iyun 2023-cü il tarixli ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü qismən təqsirli bilərək ifadəsində şəxsiyyəti və məşbuliyyəti ilə bağlı məlumatlar verib göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə adını “Vüsal” kimi tanıdığı, anket məlumatları ona məlum olmayan şəxsdən 50 manata narkotik vasitə heroin almış, məqsədi isə ondan gələcəkdə istifadə etmək olmuşdur. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamaqla daşımışdır. 24 iyun 2023-cü il tarixdə, saat təxminən 22:50 radələrində o, ünvan 4 ünvanının yaxınlığında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib, DİN-nin BMCMİ-nin əməkdaşları olduqlarını bildirmiş, eyni zamanda özünü təqdim etməyini ondan xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edərək hazırda üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu baş polis idarəsinə dəvət etmiş, o, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-nə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman cibində heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmiş, təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroin aşkarlanmışdır. Bundan sonra narkotik vasitə heroin polis əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmiş və imzalanıb götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir (iş vərəqə: 40-41, 56-59, 76-79). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi ilə əlaqədar onun cinayət işinin ibtidai istintaqı zamanı müqavilə əsasında işdə iştirak etmiş müdafiəçisi Rasim Almuradovun iştirakı ilə vermiş olduğu 21 avqust 2023-cü il tarixli ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən editldi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 24 iyun 2023cü il tarixli ifadələrində göstərdiyi xüsusatları eynilə təsdiq edib aşkar edilib götürülən narkotik vasitəni şəxsi istifadəsi üçün alıb əldə etdiyini göstərmişdir (iş vərəqə: 199-202). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 23 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı şəxsən ona daxil olduğundan o, məlumat barədə raportla rəhbərliyə məruzə etmiş və Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün müvafiq qərar qəbul edilmişdir. Müvafiq əmrə əsasən onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və Şahid4 daxil edilmişlər. 23 iyun 2023-cü il tarixdə, saat 22:50 radələrində hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında müşahidə olunmuş, ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs də özünü təqdim etmiş, bundan sonra o, barəsində qəbul edilmiş qərarla tanış edilmiş və onu BMCMİ-yə dəvət etmişlər. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi 01 ədəd büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Təhqiqatçının şifahi sorğularına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroini olduğunu, həmin maddəni həmin gün “Vüsal” kimi tanıdığı, adı və anket məlumatları ona məlum olmayan şəxsdən 50 manata aldığını və üzərində daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmənin həyata keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, BMCMİ-nə daxil olmuş ilkin məlumatda Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması göstərilsə də, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən hər-hansı bir fakt aşkar edilməmiş, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, sonuncuya qarşı istər psixoloji və ya istərsə də fiziki təzyiqlər göstərilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, ittihamda göstərilən narkotik vasitənin təzyiqlər göstərilməklə onun boynuna qoyulması, onun üzərində ümumiyyətlə narkotik vasitə olmaması ilə bağlı göstərdikləri qeyri-səmimi olub, özünü müdafiə etməsi üçün gətirdiyi yalan dəlillərdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş BMCMİ-nin digər əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarları Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə, saat 22.50-də ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində saat 00:50-dən etibarən saxlanılmış şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs təhqiqatçının təklifinə əsasən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd içərisində şübhəli maddə olan sellofan bükümü, bir ədəd siqaret qutusunu, bir ədəd «İPhone» markalı mobil telefonu çıxarıb təqdim etmiş, üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 23 iyun 2023-cü il tarixdə yəni protokol tərtib olunan gün “Vüsal” kimi tanıdığı, adı və anket məlumatları ona məlum olmayan şəxsdən 50 manata aldığını, narkotik vasitələrdən istifadə etmədiyini, lakin idman üçün yararlı ola biləcəyini fikirləşib üzərində daşıdığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir bükümdə aşkar edilmiş şübhəli maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «zərflər üçün № 6» möhürü ilə möhürlənmiş, qablaşdırmanın üzəri iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apaırması və götürmə prosesi «SONY» markalı videokameradan istifadə olunmaqla video lentə alınmış və bir ədəd DVD formatlı diskə yüklənməklə iş materialarına əlavə edilmişdir (iş vərəqə:27-29). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 24 iyun 2023-cü il tarixli, 6/3512 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN, Zərflər üçün № 6” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 7,274 qram təşkil edir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, ümumi təmiz çəkisi 7,274 qram təşkil edən heroin narkotik vasitəsinin 0,050 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 7,224 qram qalıq qalmışdır (iş vərəqə: 42-46). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 25 iyun 2023-cü il tarixli, 4087 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olmuş, lakin, hal-hazırda, yəni ekspertiza tədqiqatı mərhələsində Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, onun narkomaniya xəstəliyindən əzab çəkmədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 157- 158). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2023-cü il tarixli 2330/K nömrəli rəyindən görünür ki, tədqiqat zamanı Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqat obyektlərinin tiərkibində barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (iş vərəqə: 159-162). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 03 iyul və 18 avqust 2023-cü il tarixli qərarlarına əsaasən müvafiq olaraq təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD disk və sonuncudan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 7,224 qram çəkidə narkotik vasitə heroin maddi sübut qismində tanınmış, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş və maddi sübut qismində tanınmış narkotik vasitə isə saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqə: 30, 166-176). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə ibtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına əməliyyat orqanının cavab məktubundan görünür ki, ilkin olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində satış faktı öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilmiş, lakin həmin narkotik vasitənin əldə olunma mənbəyini, o cümlədən kimdən, haradan və hansı şəraitdə əldə etməsini müəyyən etmək məqsədi ilə müvafiq əməliyyataxtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır (iş vərəqə: 152). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq olaraq "xxxx" MMCdən məhkəməyədək icraat mərhələsində götürülmüş və baxış keçirilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair məlumatlardan görünür ki, baxış nəticəsində iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (iş vərəqə: 156). Ən nəhayət, məhkəmə baxışı zamanı tədqiq olunan sair sənədlərlə müəyyən edildi ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 «əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 23 iyun 2023-cü il tarixli qərarı məhkəmə nəzarəti qaydasında yoxlanılmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli qərarına əsasən qanuni hesab edilmişdir (iş vərəqə: 131-133). Məhkəmə baxışı zamanı, həmiçinin müəyyən edildi ki, ibtidai istintaq orqanının 18 avqust 2023-cü il tarixli qərarına əsasən baxılan cinayət işinin materiallarından aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə ayrıca material ayrılmışdır (iş vərəqə: 179-180). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 7,274 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq hesab olunan külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı saxlanılarkən onda heç bir növdən olan narkotik vasitə olmaması, ona qarşı irpəli sürülmüş ittihamda göstərilən narkotik vasitənin polis tərəfindən məcburi qəbul etdirilməsi, onun psixoloji təzyiqlərnə və hədələrə məruz qalması nəticəsində narkotik vasitəni boynuna götürməsi və etirafedici ifadələr verməsi barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 20 iyul 2023-cü il tarixli, 261/MEŞ saylı rəyi ilə müəyyən edilir ki, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs bədəni səthində hər hansı xəsarət aşkar edilməmişdir (iş vərəqə: 164-165). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından, müvafiq məhkəmə hökm və qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1, 127.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq olunmaqla 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2019cu il tarixli qərarına əsasən «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq olunmaqla onun cəzası 03 il 03 aya endirilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qərarına əsasən təyin edilmiş cəzanın çəkilməmiş 11 (on bir) ay 08 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cəza müddəti bitdiyi üçün Sumqayıt şəhər Probapsiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır (iş vərəqə: 114-115, 134-141, 142-144, 145-148). Məhkəmə baxışı zamanı qeyd olunan demoqrafik məlumatlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan ağır cinayəti törətməyə görə olan məhkumluğu, onun cəzadan azad olunduğu vaxtdan yeni cinayətin törədildiyi 23 iyun 2023-cü il tarixədək altı il keçmədiyindən ödənilməmiş və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülməmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2018-ci il tarixli hökmünə əsasən məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkəumluq ödənilmiş hesab olunur. Ən nəhayət, həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan ağır cinayəti törətməyə görə olan məhkumluğu, onun cəzadan vaxtından əvvəl azad olunduğu 10 iyul 2019-cu il tarixdən yeni cinayətin törədildiyi 23 iyun 2023-cü il tarixədək altı il keçmədiyindən, ödənilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, əvvəllər qəsdən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan ağır cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə həmin cəzanı çəkmiş Təqsirləndirilən şəxs təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olan Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan başqa bir ağır cinayəti törətməsi cinayətlərin təhlükəli residivini yaradır və bu, cəza təyin edilərkən nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli hesab olunur. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin təhlükəli residivini yaratması ona cəza təyin edilərkən cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən ……, cinayətlərin residivi cəza təyin edilərkən cəzasını ağırlaşdıran hallardan biri hesab olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə aid olmasını, onun əməlinin cinayətlərin təhlükəli rkesidivini yaratması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təhlükəli residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya hədlərində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun əməlinin cinayətlərin təhlükəli residivini yaratmasını və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisəsi ciddi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 23 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalı, lakin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 7,224 qram heroin narkotik vasitəsi məhv edilməlidir; - təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 23 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 7,224 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-762/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-762/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver