Məhkəmə qərarları › İş №1(101)-763/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-763/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-763/2023 27.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X10, X4 və X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 5 avqust 1980-ci ildə Cəlilabad rayonunda anadan olmuş, ailəli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qərarı ilə cəzası 2 (iki) il 5 (beş) ay müddətə endirilmiş, 10 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu, Mirzəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 5, mənzil 56-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 sentyabr 2023-cü il tarixdə, saat 12:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və şəraitdə “Davud” adlı İran İslam Respublikası vətəndaşından sonuncunun mobil telefon vasitəsi ilə göndərdiyi elektron kart hesabına 285 (iki yüz səksən beş) manat nağd pul vəsaiti köçürməklə satış məqsədi ilə külli miqdarda, 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 13,628 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 3 (üç) ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 7,180 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı məlum olmayan şəxs tərəfindən qabaqcadan qoyulmuş Bakı şəhəri, Nizami rayonu, “Dakar dairəsi” adlanan ərazidən götürüb qanunsuz olaraq əldə etməklə üzərində daşımaqla yaşadığı ünvanda saxlamış, 29 sentyabr 2022-ci il tarixdə, saat 00:15 radələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirildikdən sonra həmin gün, saat 10:15 radələrində Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 5 nömrəli evin, 56 nömrəli mənzilinə baxış keçirilən zaman mənzilin yataq otağında yerləşən divanın altından bir ədəd qızılı rəngli qabın içərisində 2 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 10,023 qram və 3,605 qram olmaqla, ümumi təmiz çəkisi - 13,628 qram təşkil edən külli miqdarda ağ rəngli kristall maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 3 (üç) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 4,755 qram, 1,620 qram və 0,805 qram olmaqla, ümumi təmiz çəkisi 7,180 qram olan yaşılımtıl rəngli, xırdalanmış, qurudulmuş çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək 22 fevral 2022-ci il tarixli ifadəsində göstərdi ki, o, tanışları və sosial şəbəkələrdə “Ayka” ləqəbi ilə tanınır. O, cinsi azlıq olduğu üçün qonşular ondan tez-tez polisə şikayət etmiş və o da bu səbəblə tez-tez yaşadığı evləri dəyişmişdir. Nizami rayonunda kirayə mənzildə yaşayarkən 29 sentyabr 2022-ci il tarixdə, təxminən axşam saat 20-21 radələrində polis əməkdaşları tərəfindən yaşadığı evin qapısı döyülmüş və o yenə qonşuların ondan şikayət etdiyini düşünmüşdür. Həmin vaxt evdə rəfiqəsi Şahid6 azyaşlı qızı və dostu Almaz da olmuşdur. Onlar polis bölməsinə aparılmış və gecəni orada qalmışlar. 30 sentyabr 2022-ci il tarixdə o, polis əməkdaşları tərəfindən yaşadığı evə geri qaytarılmış və o da yataq otağında gizlətdiyi yerdən narkotik vasitəni və psixotrop maddəni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Lakin narkotik vasitənin və psixotrop maddənin dəqiq çəkisini bilmədiyini bildirmişdir. Həmçinin onun ayaqqabı qutusunda 30000 manat məbləğində və əl çantasında isə 1610 manat məbləğində pulu olmuşdur. Həbs ediləcəyini düşünərək polis əməkdaşlarına evində pul olmasını demiş və pulların rəfiqəsi Şahid6 təhvil verilməsi üçün polis əməkdaşlarına sonuncunun mobil nömrəsini vermişdir. Polis əməkdaşları əvvəlcə razılıq versə də, sonradan bundan imtina etmişlər. Daha sonra evə baxış keçirməyə getdikdə isə polis əməkdaşları evin açarını tapa bilmədiklərini söyləmiş və o isə ehtiyat açarı onlara təqdim etmişdir. Daha sonra həmin ehtiyat açarla evin qapısını bağlayaraq polis bölməsinə getmişlər və bu zaman Orxan adlı polis əməkdaşı ona yaxınlaşaraq evin açarının cibində qaldığını demişdir. Daha sonra polis əməkdaşı ilə rəfiqəsi Şahid6 evə getmiş və evdən 24000 manat məbləğində pul aşkar etmişlər. Həmin vaxta qədər evinə polis əməkdaşlarından başqa heç kim getməmişdir. O, narkotik vasitə istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı ondan götürülmüş mobil telefonlarında heç bir şübhəli hal aşkar edilməmişdir.

3. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərdi ki, o, müxtəlif şəxslərə ödənişli olaraq masaj xidməti də göstərmişdir. Müxtəlif sosial şəbəkələrdə hesabları olmuş və müştərilərlə həmin hesablarla əlaqə qurmuşdur. O, saxlanılan zaman bir büküm metamfetamin və corabların içərisində gizlətdiyi narkotik vasitə marixuananı polis əməkdaşlarına özü təhvil vermişdir. Polis əməkdaşlarına təxminən 10 qram metamfetamin və 5 qram marixuana təhvil vermişdir. Narkotik vasitələri və psixotrop maddələri sosial şəbəkə vasitəsilə əlaqə saxladığı, lakin tanımadığı İran İslam Respublikası vətəndaşı kimi bildiyi şəxsdən öz istifadəsi üçün almışdır. Gün ərzində təxminən 1 qrama yaxın narkotik vasitə istifadə etmişdir. O, saxlanılan zaman evdə onunla birlikdə rəfiqəsinin azyaşlı qızı və Almaz adlı dostu da olmuşdur. Almazı metamfetamini birlikdə istifadə etmək üçün evinə çağırmışdır. Evdəki pulu polis əməkdaşı ilə rəfiqəsi Şahid6 evinə gedərək götürmüşlər. Evdən aşkar edilmiş pulların bir hissəsi ona məxsus “Ford” markalı avtomobilin 27000 manata satışından əldə etmiş, qalan hissəsi isə işləyərək qazandığı pullar olmuşdur. Həmin avtomobilin qeydiyyatı öz adına deyil, dostunun adına olmuşdur, sonradan avtomobili başqa bir qadına satmışdır. Evindən aşkar edilmiş ona məxsus pulun sonradan az olması ilə bağlı hər hansı hüquq mühafizə orqanına şikayət etməmişdir. Özünə məxsus 3 ədəd mobil telefonu müstəntiqə, 4 ədəd mobil telefonu isə təhqiqatçıya təhvil vermişdir. O, narkotik vasitə istifadəsi olsa da, heç vaxt satışı ilə məşğul olmamışdır. İbtidai istintaq sənədlərində göstərildiyi kimi yaşadığı evin qarşısında yox, yaşadığı evin içərisində polislər tərəfindən saxlanılmışdır. Saxlanılan zaman rəfiqəsi Şahid6 qızını aparması üçün xəbər vermişdir. Almazla onu polis bölməsinə apardıqları üçün Gülərin qardaşı polisə gələrək qızı polis bölməsindən təhvil almışdır. Şahid6 ilə özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. O, 29 sentyabr 2022-ci il tarixdə saxlanılarkən evinə 4- 5 nəfər polis əməkdaşı gəlmişdir. Evinə baxış isə 30 sentyabr 2022-ci il tarixdə, günorta təxminən saat 16-17 radələrində keçirilmişdir. Evə baxış keçirilərkən dostu Almaz bayırda dayanmış, baxışda müdafiəçi isə iştirak etməmişdir. Ondan şikayət edən qonşusu Şahid1 adlı şəxsi tanımamış, aralarında əvvəllər ədavət olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri oxumadan imzalamışdır. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir.

4. Təqsirləndirilən şəxs davam edən sonrakı məhkəmə baxışı üzrə məhkəmə iclaslarında göstərdi ki, narkotik vasitə və psixotrop maddə yataq otağından aşkar olunmuş, həmin vaxt çantasından 1610 manat da pul aşkar olunmuşdur. Həmin pul vəsaitini polis əməkdaşlarına özü çantasından çıxararaq təqdim etmişdir. 28 sentyabr 2022-ci il tarixdə onun evindən əvvəlcə 4000 manat, sonra isə 2000 manat olmaqla, cəmi 6000 manat pul vəsaiti yoxa çıxmışdır. Həmin pulların polis əməkdaşları tərəfindən götürülməsini ehtimal edir. Evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə həqiqətən də özünə məxsus olmuşdur. Həmin predmetləri öz istifadəsi üçün saxlamış və özü polislərə təqdim etmişdir. O, polis əməkdaşları tərəfindən döyülməmiş və işgəncəyə məruz qalmamış, lakin psixoloji təzyiqlərə məruz qalmışdır. Məhkəmə iclasında telefonlarından bərpa olunmaqla tədqiq edilmiş videogörüntülərdəki narkotik vasitəni Türkan adlı rəfiqəsinə göndərmiş, həmin narkotik vasitənin qarşılığında ödəniş almamışdır. Digər videogörüntüdəki narkotik vasitələr ona məxsus olmamış, dostuna məxsus olmuş, o, yalnız həmin narkotik vasitələrin tərəzidə çəkilməsində kömək etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü təqsirli bildiyi əmələ münasibətdə çox peşman olmasını bildirərək məhkəmədən onun əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edərək ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və evindən aşkar edilmiş pulların ona qaytarılmasını xahiş etdi.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, o, tutulmamışdan təxminən bir ay əvvəl öncədən hesab nömrəsi ona məlum olan “Davud” adlı sosial şəbəkələrdə tanış olduğu İran İslam Respublikasının vətəndaşının hesab nömrəsinə “paypoint” aparatı ilə Bakı şəhəri, Nizami rayonu ərazisindən 60 manat pul yükləmiş və yaxınlıqda olan “Dakar dairəsi” adlanan ərazidən təxminən 1 saat sonra narkotik vasitə hesab olunan qurudulmuş marixuananı götürə biləcəyi ona məlum olmuşdur. Saat 19 radələrində o, həmin deyilən yerdən bir ədəd sellofan paketdə olan 10 qram çəkidə, narkotik vasitə hesab edilən qurudulmuş marixuananı götürüb həmin marixuananı cibinə qoymuş və yaşadığı ünvana gedərək orada 2-3 qramını istifadə etmişdir. Bundan sonra 28 sentyabr 2022-ci il tarixdə yenidən həmin şəxsin hesab nömrəsinə “paypoint” aparatı ilə Bakı şəhəri, Nizami rayonu ərazisindən 225 manat pul yükləmiş və yaxınlıqda olan “Dakar dairəsi” adlanan ərazidən təxminən 1 saat sonra psixotrop maddə metamfetamini götürə biləcəyi ona məlum olmuşdur. Saat 19 radələrində o, həmin deyilən yerdən bir ədəd sellofan paketdə olan 15 qrama yaxın çəkidə, külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini götürüb cibinə qoymuş və yaşadığı ünvana gəldikdən sonra tanışı Şahid7 onun yaşadığı ünvana qonaq gəlmişdir. O, marixuananı da gizlətdiyi yerə həmin metamfetamini qoymuşdur. 29 sentyabr 2022-ci il tarixdə, saat 00:15 radələrində o, Almazı yola salmaq üçün yaşadığı binanın qarşısında Almaz ilə birlikdə dayanarkən iki nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək, onu və Almazı Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, daha sonra videoçəkiliş aparıldığı bildirilməklə üstündə hər hansı qeyriqanuni əşya varsa, onları təqdim etməsi təklif edilmişdir. Təklifə əsasən o, üzərində qeyri-qanuni əşya olmadığını bildirmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Sonra isə polis əməkdaşları ona yaşadığı mənzildə olan istifadəsi qadağan olunan əşya və ya predmetin götürülməsi üçün mənzilinə baxış keçirilməsinin zəruri olmasını izah etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və yaşadığı ünvanda polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığı barədə ərizə yazmışdır. Bundan sonra saat 10:15 radələrində onun və polis əməkdaşlarının iştirakı ilə mənzilinə baxış keçirilmişdir. Mənzilinin yataq otağında divanın altında qızılı rəngli qabın içərisində olan 3 ədəd sellofan bükümdə yaşılımtıl rəngli maddə, yəni qurudulmuş marixuana, 2 ədəd sellofan bükümdə, kristallar halında olan tanıdığı maddə metamfetamin və bir ədəd qara rəngli elektron tərəzi aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmçinin orada digər göy rəngli parça üzlüklü qabın içində olan müxtəlif əsginaslardan ibarət 1610 (bir min altı yüz on) manat məbləğdə pul aşkar edilərək götürülmüşdür. Aşkar olunan qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini yaşadığı mənzildə qəbul etmək üçün saxlamışdır. Sorğu zamanı təqdim etdiyi bükümlərin içərisində olan kütlələrin qurudulmuş marixuana və metamfetamin olduğunu, onları Bakı şəhəri, Nizami rayonu ərazisindən ünvanını və anket məlumatlarını bilmədiyi “Davud” adlı şəxsin vasitəsilə özü üçün istifadə etməkdən ötrü alaraq əldə edib mənzildə saxladığını bildirmişdir. Bundan sonra ondan götürülmüş narkotik vasitə qurudulmuş marixuana bükümləri, metamfetamin bükümləri, həmçinin bir ədəd elektron tərəzi zərfə qoyulub qablaşdırılaraq DİN-nin 164 saylı möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir (Cild 1, iş vərəqi (bundan sonra i.v.) 29-30; 57-60; 69-72; 96-97).

6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 5, mənzil 57-də kirayə yaşayır. O, yaşadığı mənzilin qapısının gözlüyündən, həmçinin binanın blokunda olarkən onunla qonşuluqda, yəni Naxçıvanski küçəsi, ev 5, 56 saylı mənzildə yaşamış, sonradan şəxsiyyəti ona Təqsirləndirilən şəxs kimi məlum olan şəxsin yaşadığı mənzilə mütəmadi olaraq şübhəli şəxslərin gəldiyini, qapıdan ona pul verməklə narkotik vasitəyə bənzətdiyi bükümləri aldıqlarını gördüyündən bu vəziyyət onda narahatlıq yaratmışdır. Həmçinin öz vətəndaşlıq borcunu yerinə yetirərək 28 sentyabr 2022-ci il tarixdə, saat 22:44 radələrində Azərbaycan Respublikası DİN-in “102 xidməti”nə zəng edərək bu barədə məlumat vermişdir. Sonradan polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılmaqla Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılaraq barəsində qanuna müvafiq tədbir görülməsini öyrənmişdir.

9. Şahid1 ifadəsinə davam edərək göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə gələn şəxslərin narkotik vasitələrin aludəçisi olmaları onların davranışlarından və geyimlərindən bilinirdi. Belə ki, həmin şəxslər İlqarın yaşadığı mənzilin qapısını döydükdən sonra İlqar qapıdan onlara nə isə vermiş və həmin şəxslər daha sonra oradan uzaqlaşmışlar. O, mənzilindəki qapının bayıra baxmaq üçün gözlüyündən bir neçə dəfə müşahidə etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu başa düşmüşdür. Əvvəllər yaşadığı həmin ərazidə belə hallarla rastlaşmamış, məhz İlqar həmin mənzilə köçdükdən sonra belə problemlər yaranmışdır. Çünki İlqarın mənzilinə gələn şəxslər bəzən İlqarın mənzili ilə onun yaşadığı mənzili səhv salaraq onun mənzilinin qapısını döymüşlər. Buna görə də o, X9 “102 xidməti”nə zəng vuraraq şikayət etmiş, daha sonra polis əməkdaşları həmin əraziyə gəlmişlər. O, həmin mənzildə daimi yaşadığı bir qadın və onun anası ilə birlikdə yaşamışdır. O və birlikdə yaşadığı qadın İlqarı əvvəlcə qadın olaraq bilmişlər. Çünki İlqar qadın paltarı geyinirdi. İlqarın özünü görə bilmədiklərindən ona irad bildirmək üçün mənzilin qapısını döysələr də qapını açan olmamışdır. İlqar həmin mənzilə köçdükdən 3-5 gün sonra tanımadığı şəxslər onun yaşadığı mənzilə gəlib-getməyə başlamışlar. İlqarın evinə gələn şəxslər adətən gecə vaxtları gəlmişlər. İlqarın evinə cinsi azlıqlar da gəlirdi, lakin evə gələn şəxslərin çoxunun narkotik vasitə aludəçisi olması onların davranışlarından görünürdü. Həmin şəxslərin bəzən üzlərini görə bilməsə də, lakin davranışlarından narkotik vasitələrin aludəçiləri olduğunu təxmin etmişdir. İlqarın evinə gələn polis əməkdaşları 2-3 avtomobildə, təxminən 10 nəfər olmaqla xidməti geyimdə olmuşlar. Təqsirləndirilən şəxs mənzilinə gələrək ondan narkotik vasitə alan şəxslərin şəxsiyyəti barədə hər hansı bir məlumatı yoxdur və həmin şəxsləri görsə də üz cizgiləri yadında qalmadığından tanıya bilməz. Lakin İlqarın mənzilinə gələn şəxslərin qapının arasından ona pul verməsini, İlqarın isə həmin şəxslərə nəsə verməsini görmüşdür.

10. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 28 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixə keçən gecə 24-cü Polis Şöbəsində xidmətdə olarkən DİN-in “102 zəng xidməti”nə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 5 saylı binanın 56 saylı mənzilində kirayədə yaşayan şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bildiyinə görə, həmin məlumat əsasında Təqsirləndirilən şəxs 24-cü Polis Şöbəsinin digər polis əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir. O, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Belə ki, təhqiqatçı tərəfindən gün ərzində əməliyyat qrupunda olan şəxs kimi şəxsi axtarış istintaq hərəkətində iştirak etməyə dəvət edilmişdir. Lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz əşya aşkar olunmamışdır. 29 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında o və digər polis əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 5 saylı binanın 56 saylı mənzilinə getmişlər. İlqar könüllü şəkildə evdə olan divanın altından narkotik vasitə marixuananı və psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin yerdən məbləğini dəqiq xatırlamadığı, təxminən 1000 manatdan çox məbləğdə pul da aşkar olunmuşdur. İlqar özü narkotik vasitələr və psixotrop maddələrin onun özünə məxsus olmasını səmimi olaraq etiraf etmişdir.

11. Şahid4 ifadəsinə əlavə edərək göstərdi ki, o, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində olarkən İlqarı şöbəyə digər əməkdaşlar gətirmiş, həmin vaxtı o, başqa bir cinayət işi ilə əlaqədar şöbədə olmuş və onun üzərinə şəxsi axtarış keçirilən zaman təhqiqatçının dəvətinə görə istintaq hərəkətində iştirak etmişdir. O, Təqsirləndirilən şəxs saxlanılaraq gətirilməsində iştirak etməmişdir. İlqar barədə məlumat DİN-in “102 zəng” xidmətindən daxil olmuş və bildiyinə görə İlqarın qonşuluğunda yaşayan şəxs ondan şikayət etmişdir. İlqarın evində baxış keçirilən zaman qonşular iştirak etməmişdir. 28 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında İlqarı polis şöbəsinə digər polis əməkdaşları gətirmişlər. O, Təqsirləndirilən şəxs evinə bir dəfə, yəni 29 sentyabr 2022-ci il tarixdə, səhər saat 10 radələrində getmişdir. Mənzilə baxış keçirilməsi zamanı mənzilin açarı Təqsirləndirilən şəxs özündə olmuşdur. Onlardan əvvəl Təqsirləndirilən şəxs mənzilinə heç kim getməmişdir. Təqsirləndirilən şəxs ilkin saxlanılmasında iştirak etmədiyindən onun mənzilinin içərisində və ya binanın çölündə saxlanılması barədə dəqiq məlumatı yoxdur.

12. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid5 Rafael oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid4la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, 28 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində digər polis əməkdaşı Şahid4la birlikdə xidmətdə olarkən sahə inspektoru Şahid3 və digər polis əməkdaşı Şahid2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 zəng xidməti” mərkəzinə daxil olmuş Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 5 saylı binanın 56 saylı mənzilində kirayədə yaşayan şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əsasında Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Həmin vaxtı İlqarın yanında başqa bir nəfər də olmuşdur. Təhqiqatçının dəvəti əsasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş və onun üzərindən qanunsuz hər hansı əşya aşkar olunmamışdır. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Sonradan təhqiqatçı Təqsirləndirilən şəxs evində narkotik vasitə olmasını etiraf etdiyini və onun yaşadığı mənzilə baxış keçirilməli olmasını bildirmişdir. 29 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxsla birlikdə təhqiqatçı, o və digər polis əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 5 saylı binanın 56 saylı mənzilinə getmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs mənzilindən narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. O, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, bildiyinə görə onu ilkin olaraq polis əməkdaşları Şahid3 və Şahid2 yaşadığı evin qarşısında saxlamış və İlqarın yanında başqa bir şəxs də olmuşdur. Təqsirləndirilən şəxs mənzilindəki yataq otağındakı divanın altından narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin, habelə təxminən 1000 manatdan artıq pul aşkar olunmuşdur. Narkotik vasitə və psixotrop maddənin yerini Təqsirləndirilən şəxs özü göstərmişdir. Təqsirləndirilən şəxs mənzilində keçiriləcək baxışda qonşular iştirak etməmiş, ona qarşı hər hansı təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs mənzilinə iki dəfə baxış keçirilmiş, 1-ci dəfə videoçəkilişi özü etmişdir. 2-ci dəfə isə videoçəkilişi Aqil Cəfərov etmişdir. Birinci videoçəkiliş zamanı təhqiqatçı Təqsirləndirilən şəxs mənzilində iş üçün əhəmiyyət kəsb edən başqa hansısa əşya və ya sair predmet olub-olmasını soruşduqda İlqar mənzildə iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı predmet olmadığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs istintaqa cəlb olunduqdan sonra müstəntiqə mənzilində əlavə məbləğdə pullarının olması barədə məlumat vermişdir. 1-ci baxışda videoçəkilişi özü aparmış, digər polis əməkdaşları isə baxış aparmış, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa əşya və ya predmet aşkar etməmişlər. Təqsirləndirilən şəxs nə onlara, nə də təhqiqatçıya evində 30000 manata yaxın pulunun olmasını deməmişdir. O, yalnız istintaq zamanı müstəntiqə evində əlavə pulun olmasını bildirmiş və müstəntiqin dəvəti ilə mənzildə axtarış keçirmişlər. Ümumilikdə Təqsirləndirilən şəxs mənzilindən 25610 manat məbləğində pul əsginasları aşkar edilmiş və həmin pullar müvafiq qaydada sənədləşdirilmişdir.

13. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış İdarəsində əməliyyat müvəkkili, polis kapitanı Şahid2 öz ifadəsində göstərdi ki, 28 sentyabr 2022-ci il tarixdə əvvəllər işlədiyi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili kimi xidmətdə olduğu zaman vətəndaş Şahid1 Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “102 zəng xidməti mərkəzi”nə zəng edərək, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 5 saylı binanın 56 saylı mənzilində kirayədə yaşayan şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat verməsi barədə ona məlumat daxil olmuşdur. 29 sentyabr 2022-ci il tarixdə, saat 00:15-də işlədiyi polis şöbəsinin sahə inspektoru Şahid3 ilə birlikdə məlumatda göstərilən ünvana getmişlər. Onlar ünvan 5ın qarşısına gəldikdə, binanın qarşısında iki nəfər şəxsi, yəni Təqsirləndirilən şəxs və Şahid7 adlı şəxsi görmüşlər. Həmin vaxt şikayət edən şəxs Şahid1 də yaxınlıqda olmuşdur. Şahid1 şikayət etdiyi şəxsin həmin şəxs olub-olmasını soruşmuş və Şahid1 də şikayət etdiyi şəxsin Təqsirləndirilən şəxs olduğunu demişdir. Məlumatla əlaqədar ərazidə xidmət göstərən çevik polis alayının əməkdaşları da dəvət edilmişdir. Daha sonra onlar həmin iki şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onların hər ikisini Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparmışlar. Şöbədə Təqsirləndirilən şəxs yanında olan Şahid7 adlı şəxsin onun yanına qonaq gəldiyini, Təqsirləndirilən şəxs Şahid7 yola salmaq üçün binanın qarşısına düşdüyünü müəyyən etmişlər. Şahid7 narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə məlumat olmadığına görə həmin şəxsin izahatı alınaraq buraxılmışdır. Daha sonra onun, həmçinin həmin vaxt işlədiyi polis şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkilləri Şahid5 və Şahid4 iştirakları ilə xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində mobil telefonla videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs izahat verərkən izahatında narkotik vasitələri kirayədə yaşadığı evdə saxladığını bildirmişdir. Ona görə də 29 sentyabr 2022-ci il tarixdə, saat 10:15 radələrində o, Şahid5 və Şahid4 Təqsirləndirilən şəxsla birlikdə onun kirayə yaşadığı ünvana getmişlər. İstintaq hərəkəti zamanı İ.H.Abbadovun kirayədə yaşadığı mənzilin yataq otağında olan divanın altından qurudulmuş marixuanaya bənzər və psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Həmçinin divanın altından təxminən 1600 manat məbləğində pul aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr və pul götürülmüş, protokol tərtib olunmuşdur. Bir neçə gün sonra digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs mənzilində axtarış keçirildiyini, mənzilindən xeyli miqdarda, yəni təxminən 24000-25000 manat məbləğində pul aşkar edildiyini eşitmişdir.

14. Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, o və digər polis əməkdaşı Şahid3 Təqsirləndirilən şəxs saxlamağa gedərkən sonuncunu yaşadığı binanın qarşısında görmüşlər. Təqsirləndirilən şəxs saxlayarkən onun yaşadığı mənzilə daxil olmamışlar. Həmin vaxt məhəllədə olan Elxan adlı şəxsdən şikayət etdiyi şəxsin Təqsirləndirilən şəxs olub-olduğunu dəqiqləşdirmiş, Elxan da İlqarı göstərərək şikayət etdiyi şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Elxan da həmin vaxt həmin məhəllədə olmuş, sonradan onu da polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs o və digər polis əməkdaşı Şahid3 saxlamış, başqa polis əməkdaşları həmin yerdə olmamışdır. Təqsirləndirilən şəxs yanında Şahid7 adlı bir nəfər kişi cinsli şəxs də olmuş, onların yanında başqa şəxs və ya hər hansı azyaşlı uşaq görməmişdir. Təqsirləndirilən şəxs üzərində çanta olub-olması yadında deyildir. Xatırlayır ki, Təqsirləndirilən şəxs qadın geyimində olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən qanunsuz hər hansı əşya aşkar olunmamışdır. Şahid7 İlqarın yanına qonaq gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Davud” adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs evindən aşkar olunan pulun miqdarı 1610 manat olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni özü könüllü təqdim etdiyinə görə onun evini əlavə axtarmamışlar. Nə o, nə də Şahid3 Təqsirləndirilən şəxs saxlayarkən onun mənzilinə daxil olmamış, onu binanın qarşısında saxlayaraq şöbəyə aparmışlar. Elxan adlı şəxsi isə sonradan şöbəyə dəvət etmişlər. Təhqiqatçı və Təqsirləndirilən şəxsla birlikdə səhəri günü mənzildə baxış keçirilərkən sonuncu narkotik vasitəni və psixotrop maddəni özü təqdim etmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı şəxs tərəfindən hər hansı fiziki, psixi və sair zorakılıq və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs iştirakı olmadan onun mənzilində baxış keçirilməmiş, onun mənzilindən 25000 manat məbləğində pul aşkar olunmasını görməmişdir.

15. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid2lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, o, yalnız Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilməsində iştirak etmiş, onun üzərinə şəxsi axtarış keçirilməsində, habelə mənzilində baxış və axtarış istintaq hərəkətlərinin keçirilməsində iştirak etməmişdir.

16. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid6 İsfəndiyar qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs iki ildir tanımaqla onunla dostluq edir. 28 sentyabr 2022-ci il tarixdə kiçik qızı X14 Abbasovun mənzilinə apararaq işi olduğundan baxması üçün ona tapşırmışdır. Həmin gün axşam vaxtı Təqsirləndirilən şəxs ona zəng edərək “Polis əməkdaşları evimə gəlib, gəl qızını apar” demişdir. O, Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmiş, həmin vaxtı polis əməkdaşlarının həm Təqsirləndirilən şəxs, həm də qızı Zəhra Abduləzizlini polis bölməsinə apardığını öyrənmişdir. X15 polis şöbəsində olması ilə bağlı məlumatı oğlu Təqsirləndirilən şəxs yaşadığı evə getdiyi zaman orada olan polis əməkdaşları tərəfindən almışdır. Həmin gün oğlu polis şöbəsinə gedərək qızı Zəhra Abduləzizlini təhvil alaraq evə gətirmişdir. Daha sonra Təqsirləndirilən şəxs qonşularının şikayəti əsasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Həmin günə qədər Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və ya narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona mənzilində avtomobilini sataraq əldə etdiyi 30000 manat məbləğində pul olduğunu bildirmişdir. Lakin polis əməkdaşları mənzildən 24000 manat məbləğində pul vəsaiti aşkar etmişlər. Həmin pul vəsaiti polis əməkdaşları tərəfindən götürülmüş, onun şəxsi əşyaları isə ona təhvil verilmişdir. Təqsirləndirilən şəxsla dostluq münasibəti olan dövrdə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə, təxminən axşam saat 23-24 radələrində şəxsi mobil nömrəsi ilə ona zəng edərək hadisə ilə bağlı məlumat vermiş, lakin həmin vaxt ona mobil operator üzərindən və ya vatsap mobil tətbiqi ilə zəng etməsini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs avtomobilinin hansı markadan olmasını bilmir. Lakin avtomobilin qırmızı rəngli avtomobil olmasını xatırlayır. Təqsirləndirilən şəxs avtomobilini polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl nə vaxt satmasını xatırlamır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra evdə pul olduğunu və evin açarlarını ona təhvil verilməsini müstəntiqdən xahiş etmişdir. Bildiyinə görə Təqsirləndirilən şəxs masaj xidməti ilə məşğul olmuşdur. Əvvəllər isə Təqsirləndirilən şəxs hansı işlə məşğul olması barədə məlumatı olmamışdır. Onların aralarında çox yaxın “rəfiqəlik” münasibəti olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evləri tez-tez dəyişməsinin səbəbi onun cinsi azlıq olduğuna görə ev sahiblərinin onun evlərində qalmasına etiraz etmələri olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrdən istifadə edərkən görməmişdir. Həmin gün qızı Zəhra Abduləzizlini gecə saat 4-də oğlu polis şöbəsindən evə gətirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrlə bağlı tutulmasından sonradan məlumatı olmuşdur. Bildiyinə görə Təqsirləndirilən şəxs mənzilindən aşkar olunan pul vəsaitini şəxsi avtomobilinin satışından əldə etmişdir.

17. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid7 əlavə şahid qismində dindirilməsi üçün məhkəmə tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər, o cümlədən məcburi gətirmə qərarı qəbul edilməsinə baxmayaraq, Şahid7 ölkə hüdudlarından kənarda olması səbəbindən onun məhkəmədə dindirilməsi mümkün olmamışdır. Bu səbəbdən Şahid7 məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmiş və Şahid7 həmin izahat və ifadələrində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən altı aydır tanıyır, aralarında normal münasibətlər olmuş və bir-birinə qarşı heç bir ədavətləri olmamışdır. Tanışlıqları olduğu üçün ara-sıra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 5 saylı evin 56 saylı mənzilə qonaq kimi getmişdir. 28 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində o, Təqsirləndirilən şəxs yaşadığı mənzilə qonaq gəlmişdir. O, Təqsirləndirilən şəxs mənzilinə gəldiyi və getdiyi vaxt ərzində, həmin mənzilə heç kim gəlməmiş, mənzildə yalnız ikisi söhbət etmişlər. 29 sentyabr 2022-ci il tarixdə, saat 00:15 radələrində hər ikisi mənzili tərk etmişlər. İlqar onu yola salmaq üçün yaşadığı mənzildən binanın qarşısına düşmüşdür. Binanın qarşısında iki nəfər onlara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onlardan hansı mənzildə yaşadıqlarını soruşmuşlar. Təqsirləndirilən şəxs cavabında 56 saylı mənzildə kirayədə yaşadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs və onu Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona məlum olmuşdur ki, kimsə Təqsirləndirilən şəxs narkotik vasitələr satması barədə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsindən və satmasından xəbəri olmamışdır. Buna görə ondan izahat alınmış və o, polis şöbəsindən buraxılmışdır. Sonra nə baş verməsindən məlumatı olmamışdır. (Cild 1, i.v. 31; 122-123;)

18. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

19. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 29 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda, 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 13,628 qram psixotrop maddə metamfetamin və 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 7,180 qram narkotik vasitə qurudulmuş marixuananın, habelə 1 (bir) ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzinin aşkar edilməsi faktına görə Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X18 tərəfindən 30 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v.1;)

20. Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin məsul növbətçisi, polis baş leytenantı Cəlal Əliyev tərəfindən tərtib edilmiş HK-1-3254 nömrəli, 28 sentyabr 2022-ci il tarixli raportdan və toplanmış materialdan görünür ki, vətəndaş Şahid1 həmin tarixdə, saat 22:44-də Azərbaycan Respublikası DİN-in “102 xidməti” zəng mərkəzi sisteminə zəng edərək ünvan 6 ünvanda kirayə yaşayan şəxsin evində narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat vermişdir. Məlumat əsasında Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 həmin şöbənin sahə inspektoru, polis mayoru Şahid3la birlikdə ünvan 6 ünvana gedərək 29 sentyabr 2022-ci il tarixdə, saat 00:15 radələrində həmin binanın qarşısında olan iki nəfər şəxsi həmin tarixdə, saat 00:30 radələrində 24-cü Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid7 olması müəyyən edilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs əlində olan üç ədəd mobil telefonu və bir ədəd qırmızı rəngli korpusu, qara rəngli qoruyucu arxalığı olan **********07211 “imei” kodlu mobil telefonun arxalığına keçirilmiş bir ədəd “LEO bank” plastik bank kartını təqdim etmişdir. (cild 1, i.v. 3-5;)

21. Daxili İşlər Nazirliyinin şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış portalından əldə edilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs 5 avqust 1980-ci ildə Cəlilabad rayonu, Mirzəli kəndində doğulmaqla həmin kənddə qeydiyyatda olmaqla yaşamış, evli, kişi cinsli olmaqla Azərbaycan Respublikası vətəndaşıdır.

22. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 2:40dan 2:55-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən həmin Şöbənin Cinayət-Axtarış üzrə baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid5, polis mayoru Şahid4 və polis kapitanı Şahid2, iştirakı ilə Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya predmet müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təhqiqatçı şəxsi axtarışın başa çatdığını elan etmişdir. İstintaq hərəkəti zamanı “Samsung” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir. (Cild 1, i.v. 25; 27-28;)

23. “Mənzilə baxış və götürmə aparılması haqqında” 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 10:15-dən 11:05-dək Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən həmin Şöbənin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid5, polis mayoru Şahid4 və polis kapitanı Şahid2 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yazılı razılıq ərizəsi və onun iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 5, 56 saylı mənzildə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zaman Təqsirləndirilən şəxs həmin mənzilin yataq otağında yerləşən qəhvəyi-ağ rəngli parça ilə üzlənmiş divanın altında narkotik vasitə və psixotrop maddə olduğunu bildirərək həmin predmetləri təqdim etmişdir. Baxış zamanı qeyd edilən divanın altından bir ədəd qızılı rəngli qabın içərisində 2 (iki) ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələrin, 3 (üç) ədəd şəffaf sellofan bükümdə qurudulmuş marixuanaya bənzər yaşıl kütlələrin və 1 ədəd qara rəngli örtülüb-açılan qapağı olan elektron tərəzinin, həmçinin divanın altından göy rəngli parça üzlüklü qabın içərisində 1610 (bir min altı yüz on) manat pul aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş 2 (iki) ədəd sellofan bükümdə olan ağ rəngli kristal şəkilli maddələrin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin, 3 (üç) ədəd şəffaf sellofan bükümdə olan maddələrin isə “nəşə” olaraq tanıdığı narkotik vasitə qurudulmuş marixuana olmasını bildirərək həmin predmetləri sosial şəbəkələrdən tanış olduğu, adını “Davud” kimi bildiyi İran İslam Respublikası vətəndaşından özünün şəxsi istifadəsi üçün aldığını, elektron tərəzini isə həmin narkotik vasitə və psixotrop maddələrin çəkisinin müəyyən edilməsi üçün istifadə etdiyini bildirmişdir. Bundan başqa, mənzildə aşkar edilmiş göy rəngli parça üzlüklü qabda ümumilikdə iki bükümdə yeddi ədəd yüz manatlıq, iki ədəd əlli manatlıq, otuz beş ədəd iyirmi manatlıq, beş ədəd beş manatlıq, səkkiz ədəd on manatlıq və beş ədəd bir manatlıq əsginaslarda olmaqla, ümumilikdə 1610 manat nağd pul aşkar edilərək iş üçün sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir. Təqsirləndirilən şəxs mənzilində aparılmış videoçəkiliş bir ədəd “DVD” diskə köçürülərək protokola əlavə edilmişdir. (Cild 1, i.v. 32-35;)

24. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Mənzilə baxış və götürmə aparılması haqqında” 29 sentyabr 2022-ci il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq bir ədəd müddəti 3 dəqiqə 47 saniyə və 24 dəqiqə 1 saniyə olan həmin videogörüntülərin əks olunduğu diskə müstəntiq K.E.Rzayev tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi A.İ.Məmmədovanın iştirakı ilə baxış keçirilməsinə dair 30 sentyabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış, habelə mənzildə baxış və götürmə istintaq hərəkətləri zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin qadına bənzəməklə qadın geyimində və səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, xüsusilə mənzildə baxış və axtarış istintaq hərəkətləri zamanı fəal olması müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 73;)

25. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/5601 saylı, 30 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksləri olan iki ədəd zərfdə üzərində “Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş maddə...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,023 qram və 3,605 qram olmaqla, ümumi təmiz çəkisi 13,628 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş elektron tərəzi...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd qara rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 13,628 qram, tədqiqata sərf edildi – ümumi 0,100 qram, qalıq – 13,528 qram. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. (Cild 1, i.v. 44-49;)

26. Məhkəmə-bioloji ekspertizasının 7/1124 saylı, 30 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş maddə...” yazılan zərfdə 3 (üç) ədəd şəffaf sellofan bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 4,755 qram, 1,620 qram və 0,805 qram olmaqla, ümumi çəkisi 7,180 qram olan yaşılımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi – 7,180 qram, tədqiqata sərf edilən miqdar – 0,15 qram, qalıq – 7,03 qram. Aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manatdır. (Cild 1, i.v. 50-53)

27. “Mənzildə axtarış aparılması haqqında” 2 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında Bakı şəhər Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X18 tərəfindən həmin idarənin 24-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkilləri, Aqil Cəfərov, Şahid5 və polis nəfəri Emin Həsənovun iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yazılı razılıq ərizəsi və onun iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 5, 56 saylı mənzildə 2 oktyabr 2022-ci il tarixdə, saat 14:44-dən etibarən axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zaman Təqsirləndirilən şəxs həmin mənzilin bağlı eyvanında karton qutuda olan bir cüt qadın ayaqqabılarının içərisində pul vəsaitinin olmasını bildirməsinə əsasən həmin qadın ayaqqabılarının içərisindən ümumilikdə 24000 (iyirmi dörd min) manat pul aşkar edilmişdir. Belə ki, protokoldan görünür ki, mənzildə aşkar edilmiş bir cüt qadın ayaqqabılarının içərisində ümumilikdə on üç bükümdə olmaqla, müxtəlif məbləğli pul əsginaslarından ibarət olan 24000 (iyirmi dörd min) manat nağd pul aşkar edilərək iş üçün sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş həmin pul vəsaitlərinin özünə məxsus olduğunu bildirmişdir. Axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir. Təqsirləndirilən şəxs mənzilində aparılmış axtarış zamanı çəkilmiş videoyazı bir ədəd “DVD” diskə köçürülərək protokola əlavə edilmişdir. (Cild 1, i.v. 92-93;)

28. “Mənzildə axtarış aparılması haqqında” 2 oktyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 37 dəqiqə 47 saniyə olan həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin mənzilində axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin qadına bənzəməklə qadın geyimində və səliqəli olması, sərbəst şəkildə suallara rahat şəkildə cavab verməsi, xüsusilə mənzilindən aşkar edilmiş pulların saxlanılması yeri barədə polis əməkdaşlarına məlumat verməklə göstərməsi, pulların gizlətdiyi karton qutudakı qadın ayaqqabılarının içərisindən özünün iştirakı ilə çıxarılması və daha sonra özünün iştirakı ilə sayılması zamanı fəal olması müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin pulların özünə məxsus olan “Ford Fusion” markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması nəticəsində əldə etdiyini bildirmişdir.

29. “Pulun saxlanca verilməsi haqqında” 3 oktyabr 2022-ci il tarixli qərar və 23 noyabr 2022-ci il tarixli 000116 seriya nömrəli qəbzdən görünür ki, ümumilikdə Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş 25610 (iyirmi beş min altı yüz on) manat məbləğində pul məhkəmə tərəfindən müvafiq qərar qəbul edilənədək saxlanılması üçün Bakı şəhəri Baş Polis İdarəsinin X20 təhvil verilmişdir. (cild 1, i.v. 98-99; 145;)

30. Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevin 25 oktyabr 2022-ci il tarixli, 089-21339-3122 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı, psixotrop maddə metamfetamini və üzərində psixotrop maddə metamfetaminin izləri olan qara rəngli elektron tərəzini əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin onun qeyd edilən əşya və predmetləri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. (cild 1, i.v.121)

31. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 10 noyabr 2022-ci il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2018-ci il tarixdən hesablanmaqla 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qərarı ilə cəzası 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, 10 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkumluğu ödənilməmişdir. (Cild 1, i.v 130-132; 137-139; Cild 2)

32. Ambulator komisyon məhkəmə-narkoloji ekspertizasının 17 noyabr 2022-ci il tarixli, 6919 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v.153-154)

33. Məhkəmə kompüter texniki ekspertizasının 5/1417 saylı, 7 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 9” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A8+” markalı “SM-A730F” modelli “**********45576; **********45574” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J6+” markalı “SM-J610F/DS” modelli “**********07211; **********07219” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi POCO X3” markalı “M2007J20CG” modelli “**********03769; **********03777” “imei” kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Təqdim olunan “Samsung Galaxy A8+” markalı “SM-A730F” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “İnstagram”, “Snapchat” sosial şəbəkələri vasitəsilə aparılmış məlumat mübadilələri və “VhatsApp” proqram təminatı vasitəsilə aparılmış foto,audio, video fayllar və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuşdur(bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). Təqdim olunan “Samsung Galaxy J6+” markalı “SM-J610F/DS” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “VhatsApp” proqram təminatı vasitəsilə aparılmış foto,audio, video fayllar və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuşdur(bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). Təqdim olunan “Xiaomi POCO X3” markalı “M2007J20CG” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesaj, audio, foto, video fayllar, “Snapchat” sosial şəbəkəsi vasitəsilə aparılmış məlumat mübadilələri və “VhatsApp” proqram təminatı vasitəsilə aparılmış audio, video fayl və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuşdur (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). Rəyin “Tədqiqi hissəsi”nin 5-ci bəndində göstərilən səbəblərə (texniki) görə təqdim edilmiş “Samsung Galaxy A8+” markalı “SM-A730F” modelli və “Samsung Galaxy J6+” markalı “SM- J610F/DS” modelli mobil smartfonlara quraşdırılmış “VhatsApp” proqram təminatı vasitəsilə aparılmış çat seansını (yazışma) köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim olunan “Xiaomi POCO X3” markalı “M2007J20CG” modelli mobil smartfonun yaddaşında “VhatsApp” proqram təminatı müəyyən olunmadı. (Cild 1, 155- 159;)

34. “Sübutların qiymətləndirilməsi haqqında” 5 yanvar 2023-cü il tarixli qərara və müvafiq qəbzə əsasən Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş 2 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 10,023 qram və 3,605 qram olmaqla, ümumi təmiz çəkisi - 13,628 qram, tədqiqata 0,100 qram sərf edildikdən sonra qalıq çəkisi 13,528 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 3 (üç) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 4,755 qram, 1,620 qram və 0,805 qram olmaqla, ümumi təmiz çəkisi 7,180 qram, tədqiqata 0,15 qram sərf edildikdən sonra qalıq çəkisi 7,03 qram olan yaşılımtıl rəngli, xırdalanmış, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan qara rəngli elektron tərəzi maddi sübut kimi tanınmış, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, həmçinin mənzilinə axtarış keçirilən zaman aparılmış videoçəkilişlərin görüntülərini özündə əks etdirən iki ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təyinatı məsələsi həll edilənədək psixotrop maddə metamfetamin, narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi isə saxlanmasından ötrü Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə qəbz ilə təhvil verilmişdir. (Cild 1, i.v.160-170; 184;)

35. Eyni zamanda hökmün 34-cü bəndində göstərilən qərar və qəbzlə həmçinin “Samsung Galaxy A8+” markalı “SM-A730F” modelli “**********45576; **********45574” “imei” kodlu, “Samsung Galaxy J6+” markalı “SM-J610F/DS” modelli “**********07211; **********07219” “imei” kodlu və “Xiaomi POCO X3” markalı “M2007J20CG” modelli “**********03769; **********03777” “imei” kodlu mobil telefonlar, habelə 1(bir) ədəd “Leo bank” tərəfindən verilmiş plastik kart məhkəmə hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə qəbz ilə təhvil verilmişdir. (Cild 1, i.v.160-170; 184;)

36. Həmçinin hökmün 34-cü bəndində göstərilən qərara əsasən 25610 (iyirmi beş min altı yüz on) manat məbləğində pul vəsaitinin 3 oktyabr 2022-ci il tarixli qərar və 23 noyabr 2022-ci il tarixli 000116 seriya nömrəli qəbzə əsasən məhkəmə tərəfindən müvafiq qərar qəbul edilənədək saxlanılması üçün Bakı şəhəri Baş Polis İdarəsinin X20 təhvil verilməsi, qəbzin cinayət işinə əlavə edilməsinin nəzərə alınması qeyd edilmişdir. (Cild 1, i.v. 160- 170;)

37. “Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” 5 yanvar 2023-cü il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq istintaqı aparılır. (Cild 1, i.v.171-172)

38. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq K.E.Rzayev tərəfindən 10 yanvar 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 13 yanvar 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.185-195;).

39. Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leyetanantı Seymur Qarayevin 28 may 2023-cü il tarixli, 3-13-52-2/2-10873 saylı məktubundan və məktuba əlavə edilmiş 142 saylı MKİS-dən alınmış arayışdan görünür ki, Əliyev X13 Respublikasında yaşadığından onun məhkəmə iclasına gətirilməsi mümkün olmamışdır. Qeyd edilən xüsusat “Elektron Məhkəmə” sistemi vasitəsi ilə yoxlanılmış və Şahid7 sonuncu dəfə 26 noyabr 2022-ci il tarixdə ölkədən Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində çıxış etməsi, lakin ölkəyə giriş etməməsi müəyyən olunmuşdur.(Cild 2)

40. Müdafiə tərəfinin vəsatəti əsasında iş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən 1 iyun 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək aparılmış bütün bank əməliyyatları barədə sənədlərin təsdiq edilmiş surətinin "xxxx" ASC-dən götürülməsinə dair qəbul edilmiş Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qərarının icra vəziyyəti barədə ibtidai araşdırma orqanına sorğu verilmiş və məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən dövrdə aparılmış bank əməliyyatlarına dair məlumatların çıxarışlarına məhkəmədə İ.A.Abbasov, müdafiəçisi və digər proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən müəyyən olundu ki, qeyd edilən dövr ərzində Təqsirləndirilən şəxs hesabına 5955,67 manat məbləğində pul vəsaiti mədaxil olunmuş, 5555,72 manat məbləğində pul vəsaiti məxaric olunmuşdur. Həmin çıxarışlara nəzər yetirdikdə, mədaxil edilən hesabların müxtəlif şəxs və hesablardan olmaqla, əsasən kiçik məbləğlərdə 20 manatdan 80 manatadək olması müəyyən edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, hesabdan məxaric edilmiş şəxslərdən biri də “Guli Dostum” adı ilə qeyd edilmiş və məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məxsusdur. Eyni zamanda baxış zamanı “Almaz Ə.” adlı şəxs tərəfindən bir neçə dəfə müxtəlif məbləğlərdə hesaba mədaxil edildiyi, sonuncu dəfə isə 28 sentyabr 2022-ci il tarixdə, saat 22:44:03-də 5 manat məbləğində hesaba mədaxil edildiyi müəyyən edilmişdir.

41. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs iştirakı ilə 2021-2022-ci il tarixlərdə aparılmış notariat hərəkətlərinə dair məlumat verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat Baş İdarəsinə sorğu göndərilmiş, qeyd edilən idarədən daxil olmuş 24 iyun 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs iştirakı ilə aparılan hər hansı notariat hərəkəti aşkar olunmamışdır.

42. Müdafiə tərəfinin vəsatəti əsasında hökmün 33-cü bəndində qeyd edilmiş məhkəmə kompüter texniki ekspertizası rəyinə əlavə edilmiş xarici yaddaş qurğusunda olan məlumatlara məhkəmə iclasında Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər proses iştirakçılarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxsin mobil telefonundan bərpa edilmiş xarici yaddaş qurğusunda olan bir neçə videogörüntülər məhkəmə iclas zalında olan monitor vasitəsilə bütün proses iştirakçılarının izləyə biləcəyi şəkildə ekranda əks etdirilərək izlənilmişdir. “VİD-20220804-WA0198” adlı 6 saniyə müddətində davam edən videogörüntüyə baxış zamanı “E-manat” ödəmə terminalı vasitəsilə son səkkiz rəqəmi 64514536 olan “Leobank” plastik bank kartına 300 manat məbləğində pulun göndərilməsinin çəkilməsi müəyyən edilir. “VİD-20220814-WA0020” adlı 16 saniyə müddətində davam edən videogörüntüdə 14 avqust 2022-ci il tarixdə “Milliön” ödəmə terminalı vasitəsilə X11 250 manat məbləğində pul məbləğinin göndərilməsinin çəkilməsi müəyyən edilir. “VİD-20220829-WA0194” adlı 37 saniyə müddətində davam edən videogörüntüdə Təqsirləndirilən şəxs Türkan adlı qadına qadın çantasının qulpunda xüsusi gizli yerdə narkotik vasitəyə bənzər kütləni gizlədərək öz səsi ilə oradan necə götürməsinin və ona necə göndərəcəyini izah etməsinin çəkilməsi müəyyən edilir. “VİD- 20220831-WA0070” adlı 19 saniyə müddətində davam edən videogörüntüdə qabın içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə və bir ədəd şəffaf sellofan büküm “Bu sənin malındır. Bax bu da açılmayıb” və sair məzmunlu danışıq fonunda öz əksini tapır. “VİD-20220831-WA0071” adlı 2 dəqiqə 50 saniyə müddətində davam edən videogörüntüdə Təqsirləndirilən şəxs yanındakı naməlum şəxslə birlikdə video zənglə görüntüdə görünməyən, lakin səsləri aydın seçilən iki nəfər başqa naməlum şəxsə hesabat xarakterli ağ rəngli elektron tərəzinin üzərinə ayrı-ayrı qablarda ağ kristal və qəhvəyi rəngli maddələri qoyaraq çəkməsi və bunu mobil telefonla videogörüntüyə alaraq naməlum şəxsə məlumat kimi göndərməsi öz əksini tapır. Həmin görüntünün fonunda aparılan danışıqlardan aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən elektron tərəzinin üzərinə əvvəlcə içərisi boş qab qoyularaq qabın çəkisinin 47 qram olması müəyyən edildikdən sonra həmin qabın içərisinə polietilen torbalardan qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddələr tökülərək qabla birlikdə çəkisinin 739 qram olması qeyd edilir. Daha sonra başqa bir qabın içərisinə ağ rəngli kristal şəkilli maddələr tökülərək qabla birlikdə çəkisinin 346 qram olması bildirilir. (Cild 2)

43. Müdafiə tərəfinin vəsatəti əsasında hökmün 32-ci bəndində qeyd edilmiş məhkəmə kompüter texniki ekspertizası rəyinə əlavə edilmiş xarici yaddaş qurğusunda olan audio faylların bir qisminə məhkəmə iclasında Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər proses iştirakçılarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxsin mobil telefonundan bərpa edilmiş xarici yaddaş qurğusunda öz əksini tapan audio fayllarda “Salam Ayka mən deyəndə pulu vuracaqsan.”, “Ayka danışıram e. Patı məsələsidir. Qoy görək bu nə oyundur, nə mənədir bizim başımıza gəlir”, “On dənədən, yəni on qram ya necə başa düşmədim onu”, “Ayka niyə tələsirsən, tələsmə. Qoy götürsün gəlsin, deyim sənən kola ilə patını sənə versin. Yarım saata mən sənə xəbər edəcəm.” “Ayka 20 dəqiqədən sonra 10 manat tulla mənim adamıma” “Səyyad sənə 300 manatlıq mal atmışam, sən mənə 180 manatlıq mal atmısan, 120 manatım da səndədir. mənə 10 dənə daş atırsan, 5 dənə də ot. 50 manat otun pulu edir, 150 manat da daşın pulu edir. Bu gün mənə 10 dənə daş, 5 dənə ot at, torpaq istəmirəm. Malı götürdükdən bir saat sonra sənin kartına pul vuracam. Bu gün konkret mənə söz denə” və sair məzmunda narkotik vasitələrin və psixotrop maddələrin alış və satışına dair çoxsaylı audio yazıların olması müəyyən edilmişdir. Həmin audio fayllar həddən artıq çox olduğundan müdafiəçi və təqsirləndirilən şəxsin, o cümlədən dövlət ittihamçısının vəsatətinə əsasən sübutların kifayət etməsi nəzərə alınaraq digərlərinin məhkəmə iclasında tədqiq edilməsinə zərurət bilinməmişdir. (Cild 2)

44. Müdafiə tərəfinin vəsatəti əsasında cinayət işi üzrə Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilməsi ilə bağlı şöbənin “Polis şöbəsinə gətirilən şəxslərin qeydiyyatı” kitabında qeydiyyat aparılmış səhifələrin surəti əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən kitabda 1914 nömrə altında qeydə alınmaqla onun 29 sentyabr 2022-ci il tarixdə, saat 00:30-da Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilməsi müəyyən edilmişdir. Eyni zamanda həmin kitabda Şahid7 1913 nömrə altında qeydə alınmaqla onun 29 sentyabr 2022-ci il tarixdə, saat 00:30-da Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilərək izahatının alınıb buraxılması müəyyən edilmişdir. (Cild 2)

Əməlin tövsifi və digər hüquqi məsələlər:

45. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

46. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

48. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

49. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

50. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

51. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin a) yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdarı daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram, İİ siyahısının 67-ci bəndində isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

52. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 13,628 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 90 dəfə, külli miqdarından isə təxminən 7 dəfə artıq olması, eləcə də psixotrop maddələrin və ümumilikdə 7,180 qram olan narkotik vasitə qurudulmuş marixuananın çoxsaylı bükümlərdə saxlanılması, üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzinin aşkar edilməsi, habelə mobil telefonlarından silinmiş bəzi bərpa edilmiş “SMS” mesaj yazışmaları, video, audio və sair fayllardakı, həmçinin həmin telefonlardakı mobil tətbiqlərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasına dair yazışmalar, danışıqlar və görüntülərin müəyyən edilməsi onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

53. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması, yaşadığı mənzilindən aşkar edilmiş psixotrop maddə və narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə edərək daşıyaraq saxlaması, üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzidən özünü istifadəsi üçün narkotik vasitə və psixotrop maddələri çəkərkən istifadə etməsi, ittihamda göstərilən yerdə və vaxtda deyil, başqa yerdə və vaxtda tutulması, mənzilindən aşkar edilmiş pul vəsaitlərinin avtomobilinin satışından və işləyərək qazanması nəticəsində əldə etməsi, mənzilindən aşkar edilərək götürülmüş pul vəsaitinin həqiqətdə daha çox olması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

54. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş üç ədəd mobil telefonlardan silinmiş çoxsaylı audio, video və sair faylların bərpa edilərək məhkəmədə tədqiq edilməsi zamanı, Təqsirləndirilən şəxs şəxsiyyətləri ibtidai istintaq orqanı tərəfindən ayrıca cinayət işində araşdırılan şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən yazışmalar və danışıqlar aparması, habelə mobil telefonların kamerası vasitəsi ilə narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələrin elektron tərəzidə çəkilərək və ya qadın çantasının qulpunda düzəldilmiş xüsusi yerdə gizlədilərək alıcılara göndərilməsini əks etdirən müxtəlif videogörüntülər də Təqsirləndirilən şəxs mənzilində aşkar edilmiş çoxsaylı bükümlərə bükülmüş külli miqdarda psixotrop maddələri, habelə narkotik vasitələrin məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək yaşadığı mənzilə daşımaqla saxladığını təsdiq edir.

55. Məhkəmə müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid6 Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair məlumatının olmaması, sonuncunun avtomobilini satması nəticəsində evində 30000 (otuz min) manat məbləğində pulunun olması və sair xüsusatlarla bağlı ifadəsində göstərdiklərinə tənqidi yanaşaraq Şahid6 ifadəsinin həmin hissələri işin faktiki hallarına uyğun olmadığından və başqa hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən rədd edir. Məhkəmə eyni zamanda hökmün təsviri hissəsində göstərilənlərə əsasən (hökmün 40-cı bəndi) Şahid6 Təqsirləndirilən şəxsla yaxın “rəfiqəlik” münasibətində olmaqla, onun tərəfindən Təqsirləndirilən şəxs bank hesabı arasında mütəmadi olaraq müxtəlif məbləğlərdə bank əməliyyatlarının (mədaxil və məxaric) edilməsini Şahid6 məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşılmalı olması qənaətinə gəlir.

56. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

57. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

59. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

60. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

61. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələrin istehlakçısı olmaqla yanaşı digər istehlakçılarla razılıq əldə etməsinə dair mobil telefonlar vasitəsilə aparılmış müxtəlif yazışmaların, audio və video faylların aşkar edilməsi, satış üçün külli miqdarda psixotrop maddə və narkotik vasitələri ayrı-ayrı bükümlərdə qablaşdırması, üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzinin mənzilində aşkar edilməsi və sair hallar ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.

62. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

63. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı məhkəmə nəzarəti qaydasında qaydasında 30 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Məhkəməsində qətimkan tədbiri məsələsinə baxılarkən, Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş CM-in 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü tam təqsirli bilmişdir.

64. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

65. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

66. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

67. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs İ.H.Abdullayevin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

68. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

69. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

70. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

71. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

72. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

73. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

74. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

75. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin törədilməsində özünü təqsirli bildiyi cinayət əməlinə münasibətdə peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

76. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (hökmün 31-ci bəndi). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.

77. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

78. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

79. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

80. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

81. Belə ki, hazırkı cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkumluğu ödənilməmişdir. (hökmün 31-ci bəndi)

82. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

83. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 29 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, i.v.19, 85- 87)

84. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır.

85. Məhkəmə hökmün 32-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

86. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

87. Məhkəmə, CPM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.

88. “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1 və 408.3-cü maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” və “İ.Zeynalov və digərlərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2022-ci il tarixli və R.Axundovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun müvafiq olaraq 24 fevral 2022 və 20 fevral 2023-cü il tarixli qərarlarında göstərilmişdir ki, əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri Cinayət Məcəlləsinin 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Müsadirənin məcburiliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Müsadirənin əvəzsizliyi isə o deməkdir ki, götürülən əmlak kompensasiya olunmur.

89. CPM-nin 346.1.19-cu maddəsinə görə, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu; hansı əmlakın xüsusi müsadirə edilməli olduğu müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır).

90. CPM-nin 353.4.11-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində isə maddi sübutların həlli, xüsusi müsadirə edilən əmlakın siyahısının göstərilməsi müəyyən edilmişdir.

91. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarlarında izah etmişdir ki, CPM-nin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir.

92. Xüsusi müsadirə ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, cinayət prosesində cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi cəmiyyətin ümumi mənafeyinə cavab verməklə cinayət fəaliyyətinə qarşı mübarizənin zəruri və səmərəli vasitəsidir (Raymondo İtaliyaya qarşı iş üzrə 1994-cü il 22 fevral tarixli Qərar, § 30). Bu kontekstdə müsadirə həmçinin “Cinayətdən əldə edilən gəlirlərin yuyulması (leqallaşdırılması), axtarışı və müsadirəsi haqqında” X2 məqsədlərinə uyğundur və bu Konvensiya iştirakçı dövlətlərdən ağır cinayətlərlə əlaqədar istifadə edilən alətlərin və cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsinin tətbiqini tələb edir. Beləliklə, cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirə edilməsi haqqında qərar ümumi maraqlara xidmət edir, cinayət fəaliyyəti ilə məşğul olmaq niyyətli şəxsləri bundan çəkindirir, cinayətkar fəaliyyət vasitəsilə zənginləşmənin qarşısının alınmasına təminat verir (Denisova və Moiseyeva Rusiyaya qarşı iş üzrə 2010-cu il 1 aprel tarixli § 58, X3rşı iş üzrə 2001-ci il 5 iyul tarixli § 52 Qərarlar). Bununla belə, Məhkəmə müsadirənin tətbiq edilməsinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə uyğunluğunu qiymətləndirərkən güdülən qanuni məqsədlə mülkiyyət hüququ arasında ədalətli tarazlığın əldə edilib-edilmədiyini və kifayət qədər prosessual təminatların olub-olmadığını nəzərdən keçirir (Rummi Estoniyaya qarşı iş üzrə 2015-ci il 15 yanvar tarixli Qərar). X3rşı iş üzrə 2001-ci il 5 iyul tarixli, Silickiene Litvaya qarşı iş üzrə 2012-ci il 10 aprel tarixli, Geerings Niderlanda qarşı iş üzrə 2007-ci il 1 mart tarixli Qərarlarda Avropa Məhkəməsi qeyd etmişdir ki, müsadirə olunan əmlak və aktivlərin məhz cinayət yolu ilə əldə olunması cinayət işi üzrə sübut olunmalıdır.

93. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Bakı şəhəri Baş Polis İdarəsinin Maliyyə Plan şöbəsində saxlanılan 25610 (iyirmi beş min altı yüz on) manat məbləğində pul vəsaiti cinayət yolu ilə əldə edilmiş vəsait kimi, habelə Bakı şəhəri, Nizami Rayon Polis İdarəsində saxlanılan bir ədəd elektron tərəzi cinayət törədilərkən istifadə edilən alət və vasitə kimi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır.

94. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək Bakı şəhəri Baş Polis İdarəsinin Maliyyə Plan şöbəsində saxlanılan 25610 (iyirmi beş min altı yüz on) manat məbləğində pul vəsaitinin təkidlə özünə məxsus olan avtomobilin satılması nəticəsində əldə etməsini qeyd etmişdir. Bununla əlaqədar müdafiəçinin vəsatəti əsasında Təqsirləndirilən şəxs iştirakı ilə 2021-2022-ci il tarixlərdə aparılmış notariat hərəkətlərinə dair müvafiq sorğu verilərək alınmış cavaba əsasən “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs iştirakı ilə aparılan hər hansı notariat hərəkəti aşkar olunmamışdır. (hökmün 41-ci bəndi)

95. Hökmün 24 və 27-ci bəndlərində göstərilənlərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mənzilindən qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilmiş istintaq hərəkətləri zamanı əldə edilmiş 25610 (iyirmi beş min altı yüz on) manat pul vəsaiti çoxsaylı bükümlərdə rezinlə bağlanmaqla əsasən 20 manatlıq əsginaslardan ibarət olmuşdur. Hökmün 40-cı bəndində göstərilənlərlə də Təqsirləndirilən şəxs plastik bank kartına mədaxil edilən pul vəsaitlərinin müxtəlif şəxs və hesablardan olmaqla, əsasən kiçik məbləğlərdə 20 manatdan 80 manatadək olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs mənzilindən qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilmiş istintaq hərəkətləri zamanı aşkar olunmuş və Bakı şəhəri Baş Polis İdarəsinin Maliyyə Plan şöbəsində saxlanılan 25610 (iyirmi beş min altı yüz on) manat məbləğində pul vəsaitinin cinayət yolu ilə əldə edilməsi müəyyən olunduğundan cinayət yolu ilə əldə edilmiş vəsait kimi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır.

96. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 13,528 qram olan psixotrop maddə metamfetamin və 7,03 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, “Samsung Galaxy A8+” markalı “SM-A730F” modelli “**********45576; **********45574” “imei” kodlu, “Samsung Galaxy J6+” markalı “SM-J610F/DS” modelli “**********07211; **********07219” “imei” kodlu və “Xiaomi POCO X3” markalı “M2007J20CG” modelli “**********03769; **********03777” “imei” kodlu mobil telefonlar və 1 (bir) ədəd “Leo bank” plastik bank kartı təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, 3 (üç) ədəd disk və 1 (bir) ədəd xarici yaddaş qurğusu hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

97. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

98. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 233 (iki otuz üç) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

99. İş üzrə mülki iddia verilməmişdir.

100. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

101. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

102. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 29 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Nizami rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 13,528 qram olan psixotrop maddə metamfetamin və 7,03 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, “Samsung Galaxy A8+” markalı “SM-A730F” modelli “**********45576; **********45574” “imei” kodlu, “Samsung Galaxy J6+” markalı “SM-J610F/DS” modelli “**********07211; **********07219” “imei” kodlu və “Xiaomi POCO X3” markalı “M2007J20CG” modelli “**********03769; **********03777” “imei” kodlu mobil telefonlar və 1 (bir) ədəd “Leo bank” plastik bank kartı təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 3 (üç) ədəd disk və 1 (bir) ədəd xarici yaddaş qurğusu hazırkı cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Baş Polis İdarəsinin Maliyyə Plan şöbəsində saxlanılan 25610 (iyirmi beş min altı yüz on) manat məbləğində pul vəsaiti və şəhəri, Nizami rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs oğlundan 233 (iki yüz otuz üç) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs oğluna isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar