Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-763/2024 26.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X6 oğlunun, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 08 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 aprel 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:30 radələrində ünvan 2 ünvanında birlikdə yaşadığı, spirtli içki aludəçisi olan oğlu Zərərçəkmiş şəxs mütəmadi olaraq spirtli içki qəbul edib sərxoş vəziyyətdə özünü idarəetməni itirərək spirtli içki almaq üçün ondan pul tələb etməsi, rədd cavabı aldığı zaman bu və digər müxtəlif bəhanələrlə hər dəfə ona qarşı nalayiq sözlər işlətməklə, üzərinə hücum çəkərək fiziki zor tətbiq etməklə onunla mübahisə və münaqişə yaratması səbəbindən yataq otağının qapısını arxadan kilidləyərək yatdığı zaman Zərərçəkmiş şəxs həmin gecə də sərxoş vəziyyətdə evə gələrək yataq otağının qarşısına keçib ona qarşı nalayiq ifadələr işlətməklə otağın qapısını zorakılıqla açmağa çalışmasını görüb yuxudan oyanmış, dərhal əynini geyinib qapını kiliddən açaraq nə baş verdiyini maraqlanmaq istədikdə Zərərçəkmiş şəxs hər iki əli ilə onun yaxasından tutaraq onu qonaq otağına tərəf dartıb nalayiq sözlər işlətməyə davam etməklə sağ əli ilə çənə nahiyəsinə bir dəfə yumruq zərbəsi endirərək ona sağlamlığına zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sol alın nahiyəsinin sıyrığı, sol yanağın qançırı xəsarətlərini yetirməsi, əvvəllər də yol verdiyi bu kimi qanunsuz və əxlaqsız hərəkətlərinin artıq mütəmadi hal alması və bütün bunların növbəti günlərdə də davam edəcəyini bilib bezməsi nəticəsində törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqazidliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görüb bunları arzu edərək onu öldürməklə qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, sonuncunun öldürülməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə yataq otağına keçib oğlunun sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində olmaqla əvvəllər də dəfələrlə onu bıçaqla hədələməsi səbəbindən özünü müdafiə məqsədilə yatdığı otaqda saxladığı soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağını götürüb qayıdaraq onun üzərinə doğru hücum çəkib qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq zərbələr endirərək sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sol əlin sıyrığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsin sol yan səthində olan döş boşluğuna nüfuz etməyən 01 (bir) ədəd, qarının sağ yan səthində olan qarın boşluğuna nüfuz etməyən 01 (bir) ədəd, hər iki bazu nahiyəsində olan 02 (iki) ədəd deşilmiş-kəsilmiş yara xəsarətlərini və kəskin qanitirmə ilə nəticələnərək onun ölümünə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ qabırğaaltı nahiyədə olan, sağ döş boşluğuna nüfuz edərək diafraqmanın dəlib keçən, qaraciyəri yaralayan 01 (bir) ədəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 3 övladından böyük oğlu ailəsindən ayrıldığı üçün onlarla yaşamış, Kamran adlı oğlu isə spirtli içki aludəçisi olmuşdur. Belə ki, Kamran evə içib gəlmiş, ona nalayiq sözlər demişdir. Əvvəllər də üstünə bıçaqla gəlib ondan pul istəmişdir. O, dəfələrlə bu hallarla bağlı polisə, 28-ci Polis Bölməsinə ərizə ilə müraciətlər etmiş, bundan əlavə 2 ay Kamranı Zığ şossesində yerləşən narkoloji dispanserdə yatızdırmış, Semaşkoda 3 dəfə qanını dəyişmişdir. Oğlu alkoqoldan müalicə alsa da, müalicədən çıxandan 15 gün sonra yenə içməyə başlamışdır. Özü isə bir qayda olaraq səhər evdən çıxmış, axşam qayıtmışdır. 2023-cü ilin aprel ayının 7-sində də, saat 21:00 radələrində işdən çıxıb evə gəlmiş, saat 23:00 radələrində gedib yatmışdır. Tək yatdığı vaxt gecə saat 01-in yarısında yatdığı otağın qapısı bərk döyülmüşdür. O, qapını yuxulu vəziyyətdə açarkən, oğlu Kamran onun yaxasından yapışmış, əl ilə ona zərbələr endirmişdir. O, oğlu Kamrana yumşaq tonla “Kamran, mən sənin atanam, məni vurma” demiş, lakin Kamran onun sözlərinə qulaq asmamışdır. Oğlu ona “Camaatın atası ona ev verir, maşın verir. Sən mənə heç nə vermirsən?” demiş, o isə oğluna “Mən sənə pul versəm, sən gedib içki içəcəksən. Ona görə də vermirəm” demişdir. Oğlu onu itələmiş, yataq otağında onun atasına məxsus olan bıçağı götürmək istəmiş, lakin o, həmin bıçağı Kamrandan qabaq götürmüşdür. Kamran onu silkələyib, qonaq otağına gətirmiş, bıçağı əlindən almaq istəmişdir. O, bıçağı elə tutmuşdur ki, xəsarət yetirməsin. Lakin Kamran onu silkələyərkən onun qol tərəfinin cızıldığını, bıçağın Kamrana batdığını hiss etmişdir. Hiss edən kimi əlini aşağı salmış, əlini aşağı salan kimi, Kamran biləyindən tutmuş, sol əli ilə onu boğmuşdur. Sonra böyük oğlu gəlib onları aralamış, aralayan zaman Kamranın qabırğası altında bıçaq yarası görmüşdür. Sonra Kamran balkona çıxmış, oradan su şüşəsi götürüb, onun üstünə atmışdır. Lakin o, üzünü çevirdiyindən dəyməmişdir. Bu zaman Kamrandan qanaxma başlamış, iki dəqiqə keçmədən halı dəyişmiş və yerə yıxılmışdır. Digər oğlu ilə birlikdə Kamranı kresloya qoymuş, böyük oğluna təcili yardım çağırmasını tapşırmış, sonuncu da çağırmış, oğlu Kamranın özünü bıçaqla vurduğunu məlumat vermişdir. Özü də təcili yardıma üç dəfə zəng vurmuş, tez gəlmələri üçün yalvarmışdır. Çölə çıxıb, təcili yardım maşınını qarşılamış, onlara köməklik etmiş, Kamranı Semaşko xəstəxanasına aparmışlar. Maykasını qaldıranda qabırğa altında bir bıçaq yarası və cızıqlar olduğunu görmüşdür. Növbəti gün isə oğlu Kamranın vəfat etdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisə zamanı əlində olan bıçaq atasından qalma, qatlanmayan bıçaq olmuşdur. Həmin bıçağı otağında saxlamışdır. Belə ki, bıçağı məhz Kamran özünə xəsarət yetirməsin deyə gizlətmişdir. Çünki Kamran hər gecə evə gələn zaman bıçaq axtarmış, hirsindən divara vurmuş, evdəki kresloların hamısının üstündə bıçaq izləri qalmışdır. Kamran cinayət törətdiyinə görə saxlanılarkən də özünə ağır xəsarət yetirmiş, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunmuşdur. Hadisə günü də Kamran onu əli ilə arxaya itələmiş, “Elə bilirsən mən bilmirəm mənim babamın bıçağı haradadır?” demiş, əl atıb döşəyin altından bıçağı götürmək istəyəndə o, bıçağı Kamrandan əvvəl götürmüşdür. Bıçağı yuxarıda tutmuş, oğluna tərəf tətbiq etməmiş, Kamranı vurmaq niyyəti olmamışdır. Vəziyyəti pis olduğuna görə ibtidai istintaq zamanı verdiyi ifadə yadında qalmamışdır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə baxışında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs başqa şəxsi qəsdən öldürməsi, yəni başqa şəxsi qəsdən həyatdan məhrum etməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1978-ci ildə X4 ilə ailə həyatı qurmuş, birgə nikahdan üç övladı - 1980-cı ildə Aynurə İsrafilova, 1985-ci ildə Şahid1 və 1990-cı ildə Zərərçəkmiş şəxs dünyaya gəlmişdir. Aynurə İsrafilova evli olduğu üçün ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində, arvadı Sevil İsrafilova, övladları Şahid1 və Zərərçəkmiş şəxs isə onunla birlikdə ünvan 2 ünvanında yaşamışlar. Zərərçəkmiş şəxs evli olmamış, Beyləqan rayonu ərazisində gizir rütbəli hərbiçi işləmiş, 2012-ci ildə Füzuli hərbi Məhkəməsinin hökmü ilə dələduzluq və hərbi hissəni özbaşına tərk etmə cinayətlərinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum edilmiş, 2014-cü ildə AR Prezidentinin əfv fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Kamran hərbi qulluqçu olduğu vaxtlardan spirtli içki aludəçisi olmuş, tüfeyli həyat tərzi sürmüş, həmin vaxtdan hər gün spirtli içki qəbul edib özünü idarəetməni tamamilə itirərək sərxoş vəziyyətdə yad insanlara sataşmış, həm onlardan, həm də tanımadığı insanlardan spirtli içki almaq üçün pul tələb edərək rədd cavabı aldıqda mübahisə etmişdir. Hətta sərxoş vəziyyətdə evdə olduğu zaman dəfələrlə ona və anasına qarşı nalayiq sözlər işlətməklə, çılpaq vəziyyətdə evdə gəzməklə dözülməz əxlaqsız hərəkətlərə yol vermişdir. Spirtli içki aludəçiliyinə görə müalicə alması üçün əvvəllər onu narkoloji dispanserə yerləşdirsələr də, evə qayıtdıqdan sonra da spirtli içkini buraxmamışdır. Əvvəllər iki dəfə onun istifadə etdiyi mobil telefonunu oğurlayıb satdığı üçün hadisədən təxminən 2 ay əvvəl ondan şikayət etmiş, bununla bağlı Yasamal RPİ-nin 28-ci polis bölməsində araşdırma aparılmışdır. Ona görə də, yatarkən pulunu, avtomobilinin açarını, mobil telefonunu və ata yadigarı olan bir ədəd bıçağını həmişə çarpayıda baş ucuna qoymuşdur. Belə ki, Kamran mobil telefonunu oğurlamaqla yanaşı, ona könüllü şəkildə pul verməyəcəyi təqdirdə avtomobilini qaçıracağını, pulunu oğurlayacağını demiş və dəfələrlə öz təşəbbüsü ilə münaqişə yaradıb mətbəx otağından bıçaq götürərək üzərinə hücum çəkməklə onu bıçaqlayacağını, öldürəcəyini deyib hədəqorxu gəlmiş, özü isə bununla bağlı DİN-in “102” Xidmətinə şikayət etmişdir. Hadisənin baş verdiyi 07 aprel 2023-cü il tarixdə, axşam saat 21 radələrində işdən evə qayıtmış, Kamran saat 22 radələrində evdən çıxmış, o isə təxminən saat 23 radələrində yataq otağına keçib Kamranın sərxoş vəziyyətdə evə gələcəyi təqdirdə otağın qapısını açaraq müxtəlif bəhanələrlə səs-küy salıb söz-söhbət yarada bilməməsi üçün qapını arxadan kilidləyərək yatmış, yatmazdan əvvəl həmişə olduğu kimi pulunu, avtomobilin açarını, mobil telefonunu və ata yadigarı olan bir ədəd bıçağını çarpayıda baş ucuna qoymuşdur. Gecə saat 00 radələrində yataq otağının qapısının möhkəm səslə döyüldüyünü eşidib qəfil yuxudan oyanmış, bu zaman Kamranın sərxoş vəziyyətdə onu vuracağı, bıçaq soxacağı barədə hədələyici sözlər dediyini eşidib hər şeydən bezmiş vəziyyətdə yataqdan durub əynini geyinərək otağın qapısını kiliddən çıxarıb açmışdır. Kamran sərxoş vəziyyətdə heç bir səbəb olmadan hər iki əli ilə yaxasından tutaraq onu özünə tərəf dartıb qonaq otağına keçmiş, səs-küyə digər oğlu Şahsəddin olduğu otaqdan çıxmış, Kamran ünvanına nalayiq sözlər işlədərək sağ əli ilə çənə nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, arvadı baş verənlərə görə mətbəxlə qonaq otağının arasında dayanıb ağlayaraq münaqişəni bitirmələri üçün qışqırmışdır. Kamranın hər gecə təkrarladığı bu kimi hərəkətlərindən bezdiyi üçün qaçaraq yataq otağına keçib Kamrandan özünü müdafiə etmək üçün saxladığı bıçağını götürərək sağ əlində tutub yenidən qonaq otağına qayıdaraq bıçağı ona nümayiş etdirməklə münaqişəni bitirməsini demiş, lakin Kamranın onun sözlərinə məhəl qoymadığını, əksinə üzərinə hücum etməyə davam etdiyini görüb özünü idarəetməni itirərək ondan kənarlaşması üçün bıçaqla Kamranın sol qol nahiyəsinə və qarın boşluğuna bir neçə dəfə kortəbii zərbələr endirərək xəsarətlər yetirmişdir. Bunu görən Şahsəddin Kamranın arxa tərəfinə keçib dartaraq onu kənara çəkmiş, Kamranı bir qədər aralandıqdan sonra qonaq otağındakı stolun üzərində olan su qabını ona dorğu atmış, lakin su qabı ona dəyməyib yan keçmişdir. Bu zaman Kamranın əsasən qarın boşluğu nahiyəsindən xeyli qan axdığını, halının qəfil pisləşdiyini görüb endirdiyi zərbələrdən Kamranın xəsarət aldığını bilmiş, dərhal Şahsəddinlə köməkli şəkildə onu qonaq otağındakı kresloda oturtmuş, sonra Şahsəddin istifadəsindəki mobil telefonla təcili yardıma zəng edib özünün tutulmasını istəmədiyi üçün Kamranın özü-özünə bıçaqla xəsarət yetirərək intihara cəhd etməsi barədə yalan məlumat verib, yaşadıqları ünvana həkim briqadası göndərmələrini xahiş etmiş, ardınca da özü mobil telefonu onun əlindən götürərək təcili şəkildə həkim briqadası göndərmələrini bildirmişdir. Təxminən 15 dəqiqə sonra təcili yardım avtomobili gələrək K.X8 Mərkəzə aparmış, xəstəxananın qarşısında gözləyərkən Yasamal RPİ-nin əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib onu və oğlu Şahsəddini 28-ci polis bölməsinə, ardınca rayon prokurorluğuna aparmış, rayon prokurorluğunda izahat verərəkən Kamrana bıçaqla xəsarət yetirdiyini səmimi şəkildə etiraf etmişdir. Lakin Kamranı öldürmək yaxud ağır xəsarət yetirmək məqsədi ilə ona bıçaqla zərbələr endirməmiş, sadəcə bir anda Kamranın ona qarşı hərəkətlərinə görə özünü itirərək qorxutmaq və özündən kənarlaşdırmaq məqsədilə ona bir neçə dəfə bıçaqla kortəbii zərbələr vurub xəsarətlər yetirmişdir. Tutduğu əməldən peşmandır (iş vərəqə: cild İ, səh. 48-53, 68-72; cild İİ, səh. 171-175). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasına dair protokoldan görünür ki, qeyd olunan istintaq hərəkəti prosesində Təqsirləndirilən şəxs sərbəst ifadələrində işin halları ilə bağlı göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq bir daha təsdiq etmişdir(iş vərəqə: cild İ, səh. 105- 108). Məhkəmə baxışı zamanı iş üzrə dindirilmiş mərhum Zərərçəkmiş şəxs hüquqi varisi - anası X4 ifadəsində göstərdi ki, həyat yoldaşı Təqsirləndirilən şəxs ata-anasına yaxşı oğul, uşaqlarına yaxşı ata olmuşdur. Oğlu Zərərçəkmiş şəxs 11-ci sinifdən içki düşkünü olmuş, atası Kamranı müalicə üçün hər yerə aparmışdır. Kamran narkomaniyadan da müalicə almışdır. Kamran ölməmişdən əvvəl o, Kamrana atasının reabilitasiya mərkəzinə getdiyini və müalicə ilə bağlı danışdığını demiş, lakin Kamran müalicəyə razılıq verməmişdir. Kamran dəfələrlə bıçaq çəkmiş, o, Kamrana “Kamran, sən anana bıçaq çəkirsən?” dedikdə sonuncu ona “Sənə yox, sənin yanındakına çəkirəm” demişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi Sevil İsrafilova ifadəsinin davamında göstərdi ki, oğlu Kamran xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində evə içkili vəziyyətdə gəlmişdir. Həmin vaxt həyat yoldaşı Təqsirləndirilən şəxs öz otağında yatmışdır. Kamran soyunub qonaq otağına keçmiş, sonra qəflətən Ramiz yatan otağa keçmək istəmiş, lakin qapı bağlı olmuşdur. Kamran qapını döymüş, silkələmiş, o, Kamrana “Kamran, atan səhər durub işə gedecək” desə də, Kamran ona əhəmiyyət verməmişdir. Ramiz qapını açan kimi Kamran Ramizin boğazından tutmuş, içəri salmış və yumruqla çənəsinə zərbələr endirmişdir. Kamran atasından pul istəmiş, atası isə Kamrana “Sən nə vəziyyətdəsən?” demişdir. Sonra Kamran mətbəxə getmişdir. Onlar Kamranın əlindən mətbəxdəki bıçaqları Ramiz yatan otaqda balışın altında gizlətmişlər. Çünki Kamran dəfələrlə özünə xəsarət yetirmiş, evdən telefon, pul oğurlamışdır. Amma Kamran mətbəxdən əli arxasında çıxmış, təzədən otağa girəndə ona əhəmiyyət verməmiş, atasını sürütdəyib yataq otağına keçirmişdir. Babasından qalan bıçağı atasından istəmiş, sonra təzədən atasını qonaq otağına sürütdəmişdir. Kamran hündür boy, cüssəli olmuşdur. O, dəhlizə çıxmış, sonra Kamranın əlində su butulkası olduğunu, Ramizin üstünə atdığını görmüşdür. Sonra atası təcili yardıma zəng etmiş, “oğlum özünü bıçaqlayıb” demişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi Sevil İsrafilova ifadəsinin davamında göstərdi ki, o, bıçaq görməmiş, belə ki, hadisə vaxtı Ramizin əlində heç nə görməmiş, hadisədən sonra istintaq orqanı gəlib evdə bıçaq axtarmış, eyvandan balaca bıçaq tapmışlar, hansı ki, o, həmin bıçağı əvvəllər görməmişdir. Ümumiyyətlə həyat yoldaşı Ramizin əlində nə hadisə vaxtı, nə də başqa vaxt bıçaq görməmiş, Kamranın əlində isə dəfələrlə bıçaq görmüşdür. İstintaq dövründə çox pis olmuş, nə danışdığını bilməmiş, müstəntiq evlərinə gələndə nə yazdığını bilməmiş, ifadəsini oxumadan qol çəkmişdir. Evində bıçaqlanma olduğunu ona desələr də, özü görməmişdir. Yoldaşının haqqında cinayət işinin açıldığını bilmiş, latın əlifbasını bilmədiyindən nə ifadə verdiyini də bilməmiş, ifadəsini də oxumadan müstəntiq ona qol çəkdirmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Zərər çəkmiş şəxsin hüquqi varisi X4 tədqiq olunan ifadələrində göstərmişdir ki, 1978-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan üç övladı - Aynurə İsrafilova, Şahid1 və Zərərçəkmiş şəxs dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs evli olmamış, Beyləqan rayonu ərazisində gizir rütbəli hərbiçi işləmiş, 2012-ci ildə Füzuli hərbi məhkəməsinin hökmü ilə cinayət törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş, 2014-cü ildə AR Prezidentinin əfv fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Kamran hərbi qulluqçu olduğu vaxtlardan spirtli içki aludəçisi olmuş, tüfeyli həyat tərzi sürmüş, həmin vaxtdan hər gün spirtli içki qəbul edib özünü idarəetməni tamamilə itirərək sərxoş vəziyyətdə yad insanlara sataşmış, həm onlardan, həm də tanımadığı insanlardan spirtli içki almaq üçün pul tələb edərək rədd cavabı aldıqda mübahisə etmişdir. Hətta sərxoş vəziyyətdə evdə olduğu zaman dəfələrlə ona və atasına qarşı nalayiq sözlər işlətməklə, çılpaq vəziyyətdə evdə gəzməklə dözülməz əxlaqsız hərəkətlərə yol vermişdir. Spirtli içki aludəçiliyinə görə müalicə alması üçün əvvəllər onu narkoloji dispanserə yerləşdirsələr də, evə qayıtdıqdan sonra da spirtli içkini buraxmamışdır. Kamran əvvəllər də Ramizə məxsus mobil telefonu oğurlayıb satdığı üçün Təqsirləndirilən şəxs şikayət etmiş, bununla bağlı Yasamal RPİ-nin 28-ci polis bölməsində araşdırma aparılmışdır. Kamran atasının mobil telefonunu oğurlamaqla yanaşı, ona könüllü şəkildə pul verməyəcəyi təqdirdə avtomobilini qaçıracağını, pulunu oğurlayacağını demiş və dəfələrlə öz təşəbbüsü ilə münaqişə yaradıb mətbəx otağından bıçaq götürərək atasının üzərinə hücum çəkməklə bıçaqlayacağını, öldürəcəyini deyib hədə-qorxu gəlmişdir. Hadisənin baş verdiyi 07 aprel 2023-cü il tarixdə saat 23 radələrində Kamran həmişə olduğu kimi sərxoş vəziyyətdə evə gəlib qonaq otağında oturmuş, təxminən 10-15 dəq sonra Şahsəddin işdən evə qayıdıb yatmaq üçün öz otağına keçmişdir. Kamran bir qədər oturduqdan sonra atasının harada olduğunu soruşmuş, yorğun olduğunu, səhər işə gedəcəyini deyib onu narahat etməməsini xahiş etsə də, sözlərinə məhəl qoymayaraq atasının ünvanına nalayiq sözlər işlədib onunla söhbət edəcəyini demiş və Ramizin yatdığı otağın qapısının arxadan kilidli olduğunu görüb yumruq və təpiklə zərbələr vuraraq möhkəm səslə qapını döyməyə başlamışdır. Səs-küy salmamasını, qapını döyüb atasını narahat etməməsini, sərxoş olduğunu, gedib yatmasını xahiş etsə də, bu hərəkətlərinə son qoyması üçün müdaxilə etməyə çalışsa da, Kamran əli ilə onu kənara itələyib atasının ünvanına qarşı nalayiq sözlər işlətməklə oyanmasını, qapını açmasını tələb etmiş, hətta onu vuracağını, bıçaq soxacağını deyib hədələyici sözlər işlətmişdir. Bir qədər sonra Ramiz oyanıb yataq otağının qapısını kiliddən açmış, Kamran sərxoş vəziyyətdə heç bir səbəb olmadan hər iki əli ilə atasının yaxasından tutaraq onu özünə tərəf dartıb qonaq otağına keçmişdir. Səs-küyə digər oğlu Şahsəddin otaqdan çıxmış, Kamran nalayiq sözlər işlədərək sağ əli ilə atasının çənə nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, özü isə baş verənlərə görə qorxduğu üçün bir qədər kənarda, mətbəxlə qonaq otağının arasında dayanıb ağlayaraq münaqişəni bitirmələri üçün qışqırmışdır. Ramiz bundan sonra qaçaraq yataq otağına keçib Kamrandan özünü müdafiə etmək üçün saxladığı bıçağını götürərək yenidən qonaq otağına qayıtmış, sağ əlində tutduğu bıçağı Kamrana nümayiş etdirməklə münaqişəni bitirməsini tələb etmiş, lakin Kamranın onun sözlərinə məhəl qoymadığını, əksinə üzərinə hücum etməyə davam etdiyini görüb bıçaqla Kamranın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirmişdir. Bunu görən Şahsəddin Kamranın arxa tərəfinə keçib dartaraq onu kənara çəkmiş, Kamranı bir qədər aralandıqdan sonra sonuncu qonaq otağındakı stolun üzərində olan su qabını Ramizə dorğu atmış, lakin su qabı ona dəyməmişdir. Bu zaman Kamranın əsasən qarın boşluğu nahiyəsindən xeyli qan axdığını, halının qəfil pisləşdiyini görüb Ramizin bıçaqla endirdiyi zərbələrdən Kamranın xəsarət aldığını başa düşmüş, dərhal köməkli şəkildə Kamranı qonaq otağındakı kresloda oturtmuş, sonra Şahsəddin istifadəsindəki mobil telefonla təcili yardıma zəng edib Ramizin tutulmasını istəmədiyi üçün Kamranın özü-özünə bıçaqla xəsarət yetirərək intihara cəhd etməsi barədə yalan məlumat verib yaşadıqları ünvana həkim briqadası göndərmələrini xahiş etmiş, ardınca da Ramiz mobil telefonu onun əlindən götürərək təcili şəkildə həkim briqadası göndərmələrini bildirmişdir. Təxminən 15 dəqiqə sonra təcili yardım avtomobili gələrək oğlunu X9 aparmış, sonradan Kamranın aldığı xəsarətlərdən gecə saatlarında xəstəxanada dünyasını dəyişdiyini, əri Ramizin isə hadisəni törətməkdə təqsirli olduğu üçün saxlanıldığını öyrənmişdir. Oğlu Zərərçəkmiş şəxs ölümünə dair əri Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (iş vərəqə: cild İ, səh. 134-140). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs oğlu Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün işdən gəlib evdə yatmışdır. Anasının “Dur, atanı al qardaşının əlindən” qışqırıq səsinə oyanmış, duranda qardaşı Kamranın əlindəki su butulkasını atasının üstünə atdığını görmüşdür. Qardaşı Kamranın maykası qan içində olmuş, yəqin həmişə olduğu kimi yenə də qardaşının özünə xəsarət yetirdiyini fikirləşmişdir. Təcili yardıma zəng edib “Deyəsən qardaşım özünə xəsarət yetirib” demiş, təcili yardım gələndə köməkləşib qardaşını maşına qoymuş və Semaşkoya aparmışlar. Əvvəlcə xəstəxanaya atası getmiş, sonra əynini dəyişib o da getmişdir. Atasının əlində hadisə vaxtı heç nə görməmiş, həmin vaxt atası ilə heç nə danışmamışdır. Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid1 tədqiq olunan ifadələrində zərər çəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadə ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 90-95). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs və onun ailə üzvləri – atası Təqsirləndirilən şəxs, anası X4 və qardaşı Şahid1 uzun illərdir qonşuları olmuşdur. Özü həmin binanın 4-cü, onlar isə 2-ci mərtəbəsində yaşamışlar. Təqsirləndirilən şəxs sürücü işləmiş, onu sakit təbiətli, mehriban, gülərüz, ünsiyyətcil, heç kimə pisliyi dəyməyən, ailəcanlı, zəhmətkeş, binada birgə yaşadıqları müddətdə qonşularla yaxud digər şəxslərlə hər hansı problem yaşamayan, mübahisə etməyən müsbət xarakterli bir insan kimi tanımışdır. Zərərçəkmiş şəxs isə əvvəllər Bakıdan kənarda hərbi qulluqçu işləmiş, işlədiyi müddətdə məhkum olunmuş, işdən çıxdıqdan sonra heç bir yerdə işləməmiş, uzun müddət spirtli içki düşkünü olmuşdur. Belə ki, hər gün spirtli içki qəbul edib sərxoş vəziyyətdə özünü tamamilə itirərək məhəllədən keçən yad insanlara ilişmiş, müxtəlif bəhanələrlə münaqişə yaratmışdır. Çox vaxt gecələr evə gəlməmiş, tüfeyli həyat tərzi sürmüş, sərxoş vəziyyətdə evə gəldiyi zaman isə ailə üzvləri, əsasən də atasından pul tələb edərək rədd cavabı aldığı zaman onlarla mübahisə etmişdir. Belə ki, qonşuluqda yaşadığı üçün gecə saatlarında onların mənzilindən səs-küy gələndə, Kamranın nalayiq sözlər işlətdiyini eşidəndə onun sərxoş vəziyyətdə evdə münaqişə yaratdığını bilmişdir. Hətta küçədə də dəfələrlə Kamranın sərxoş vəziyyətdə atası Ramizə və anası Sevilə yaxınlaşaraq pul tələb etdiyini, ala bilmədiyi zaman onlarla mübahisə etdiyini, atası Ramizlə tutaşaraq ona qarşı fiziki zor tətbiq etməyə cəhd etdiyini, lakin qonuşuların müdaxiləsi nəticəsində bunun qarşısının alındığını görmüşdür. Kamran əsasən oğurluq üstündə dəfələrlə inzibati qaydada həbs olunmuş, o cümlədən ailə üzvlərindən telefon və s. oğurlayaraq satıb əldə etdiyi pulu spirtli içkiyə vermişdir. Hadisənin baş verdiyi 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixə keçən gecə yaşadığı mənzildə olmuş, hadisə gecə saatlarında baş verdiyi üçün heç nə eşitməmiş, səhəri gün Ramizin gecə sərxoş vəziyyətdə evə gəlmiş oğlu Kamranla münaqişə edib ona bıçaqla xəsarətlər yetirərək öldürdüyünü öyrənmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3, Şahid4 və Şahid5 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, 08 aprel 2023-cü il tarixdə, saat 00:43-də növbədə olduğu zaman ünvan 2 ünvanında bir nəfərin özü-özünə bıçaqla xəsarət yetirməsi barədə ***-***-**-** saylı mobil nömrədən “103” xidmətinə daxil olmuş məlumat icra edilməsi üçün 4 saylı bölməyə yönləndirilmiş, həmin məlumat əsasında dərhal bölməyə məxsus TTTYS avtomaşını ilə həmin ünvana getmiş, mənzildə yaşlı bir kişi və bir qadın, həmçinin orta yaşlı bir kişi olmuş, mənzilin qonaq otağında bir nəfər orta yaşlı başqa bir kişinin huşsuz vəziyyətdə kresloda oturduğunu, bədənindən qan axdığını görmüş, həmin şəxsin 32 yaşlı Zərərçəkmiş şəxs olduğunu dəqiqləşdirdikdən sonra nə baş verdiyini maraqlanmış, həmin vaxt evdə özünü Zərərçəkmiş şəxs qardaşı kimi təqdim edən şəxs onun özü-özünə bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs müayinə edərək ona “Qarın boşluğunun ön divarının kəsilmiş-deşilmiş yarası, qanaxma ilə” diaqnozunu qoymuş, müvafiq tibbi yardım göstərmiş və X10 hospitalizasiya edərək hadisə barədə Yasamal RPİ-nin 28-ci polis bölməsinin əməkdaşı Həsənova məlumat verilməsini təmin etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 45 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs adına “X11” publik hüquqi şəxsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 4972 saylı xəstəlik tarixinin kserosurətində qeyd edilir ki, o, xx.xx.2023-cü il tarixdə saat 01:13-də xəstəxanaya daxil olmuş, əməliyyat blokuna verilmiş, əməliyyat otağında masaya qaldırılan zaman ürək dayanması baş vermişdir. Anestezioloq tərəfindən aparılan tədbirlər heç bir effekt verməmiş və nəticədə xx.xx.2023-cü il tarixdə, saat 01:20-də bioloji ölüm baş vermişdir Son klinik diaqnoz: Döş qəfəsinin sağ yarısının, döş qəfəsinin sol yarısının və sol bazunun arxa səthinin deşilmiş-kəsilmiş yaraları. Xarici qanaxma. Daxili qanaxma. Hemorragik, travmatik şok İV dərəcə. Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olundu: sağ qabırğaaltı nahiyədə olan, sağ döş boşluğuna nüfuz edərək diafraqmanın dəlib keçən, qaraciyəri yaralayan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yan səthində olan döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmişkəsilmiş yara, qarının sağ yan səthində olan qarın boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, hər iki bazu nahiyəsində olan 2 (iki) ədəd deşilmiş-kəsilmiş yara, sol əlin sıyrığı. Yuxarıda qeyd olunan xəsarətlər həyatidir, sol əldə olan sıyrıq küt əşyanın, 5 (beş) ədəd deşilmiş-kəsilmiş yaralar isə iti ucu, bir kənarı iti, digər kənarı isə küt olan yastı tiyə tipli deşici-kəsicin alətin (alətlərin) təsirindən törənmişlər, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən törənə bilərdi, törənmə müddətləri onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ qabırğaaltı nahiyədə olan, sağ döş boşluğuna nüfuz edərək diafraqmanın dəlib keçən, qaraciyəri yaralayan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, digər dörd (4) ədəd deşilmiş-kəsilmiş yaranın hər biri ayrı-ayrılıqda və ümumillikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sol əlin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs meyitinin sağ qabırğaaltı nahiyədə olan, sağ döş boşluğuna nüfuz edərək diafraqmanın dəlib keçən, qaraciyəri yaralayan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaranın kanalının istiqaməti yuxarıdan-aşağıya, öndən-arxaya, sağdan-sola doğru olmuşdur. Zərərçəkmiş şəxs ölümünə səbəb qaraciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm “X11” publik hüquqi şəxsində xx.xx.2023-cü il tarixdə saat 01:20-də baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir. Zərərçəkmiş şəxs meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,9% qatılığında etil spirti aşkar edilmişdir, bu qatılıq mövcud təlimata əsasən canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir (iş vərəqə: cild İİ, səh. 58-66). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 353 saylı rəyi ilə müəyyən edilmişdir ki, vət. Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sol alın nahiyəsinin sıyrığı, sol yanağın qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (iş vərəqə: cild İİ, səh. 55-57). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanıdır. Həmin mənzil beşmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Mənzilin giriş qapısı qəhvəyi rəngli dəmir materialdandır. Mənzil 3 otaqdan ibarətdir. Girişlə üzbəüz yan-yana 02 (iki) ədəd yataq otağı, girişdən dəhliz boyu daxil olduqda sol tərəfdə qonaq otağı, sağ tərəfdə sanitar qovşaq və mətbəx otağı yerləşir. Hadisə yerinə baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində aralarında baş vermiş ailə daxili münaqişə zamanı oğlu Zərərçəkmiş şəxs birgə yaşadıqları həmin mənzilin qonaq otağında bıçaqla bədəninin ayrı-ayrı nahiyələrinə bir neçə dəfə zərbə endirərək müxtəlif xəsarətlər yetirdiyini bildirdi. Qonaq otağında döşəməyə sərilmiş xalının üzərində qanabənzər ləkələr mövcuddur. Təqsirləndirilən şəxs həmin ləkələrin Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən sonra onun bədənindən axan qan ləkələri olduğunu bildirdi. Həmin ləkələr xalının üzərinə hopduğu üçün onlardan nümunə götürmək mümkün olmadı. Qonaq otağındakı masanın üzərində dəstəyi qara rəngli plastik materialdan olan, qatlanmayan tipli, tiyəsinin bir tərəfi kəsici, ucu deşici olan bıçaq aşkar olundu. Bıçağın tiyəsi üzərində qanabənzər ləkələr mövcuddur. Təqsirləndirilən şəxs məhz həmin bıçaqla oğlu Zərərçəkmiş şəxs zərbələr endirərək xəsarətlər yetirdiyini bildirdi. Bıçaq cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürüldü. Mənzilin digər otaqlarına da baxış keçirilsə də, cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar olunmadı (iş vərəqə: cild İ, səh. 09-14). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 312-MTKŞ/2023 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sağda iki ədəd və ön səthinin sol yan nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və özünü bir qədər biruzə verən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus maykada aşkar edilmiş deşilmişkəsilmiş zədələrin eyni bir alətlə, o cümlədən, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaqla törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın ön səthində sağda iki ədəd və ön səthinin sol yan nahiyəsində olan bir ədəd deşilmiş-kəsilmiş zədələr Zərərçəkmiş şəxs sağ qabırğaaltı nahiyədə olan bir ədəd, qarının sağ yan səthində bir ədəd və döş qəfəsinin sol yan nahiyəsində olan eyni xarakterli xəsarətlərlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlirlər. Zərərçəkmiş şəxs hər iki bazuda olan deşilmiş-kəsilmiş yaralar isə ona məxsus maykada öz əksini tapmamışdır, bu da maykanın tikiliş forması ilə (qolsuz olduğu üçün) izah oluna bilər. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın tiyəsi küp kənarı üzrə sonradan kustar üsulla "pazvari" şəkildə formalaşdırılmış, lakin bu, bıçağın təyinatını dəyişdirməmişdir. Bıçağın dəstəyi üzərində sonradan təyinatını dəyişən heç bir əlavə və dəyişiklik edilməmişdir (iş vərəqə: cild İİ, səh. 67-75). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 420/2023-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - Balfa(H)(İİİ), Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu - B/İİİ/-dür. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus şalvar, idman gödəkçəsi, Zərərçəkmiş şəxs məxsus alt mayka və idman şalvarı üzərində periferik mənşəli insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «B» və «H» antigeniləri alındı. Bu qan ləkələri Balfa(H)(İİİ) qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, ǝgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa və qanında müşayiətçi H antigeni varsa (iş vərəqə: cild İİ, səh. 76-81). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəməpsixatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1952 saylı rəyindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən: - məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. - məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs adaptivlik, ünsiyyətçillik, özünəməxsus mövqeyə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı fizioloji affekt halında olmamışdır (iş vərəqə: cild İİ, səh. 82-86). Məhkəmə baxışı zamanı tədqiq olunan, “Bakı şəhər Təcili və X5 Stansiyası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, PHŞ-6-96/2-238/2023 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:43-də “103” xidmətinə ünvan 4 ünvanından ***-***-**-** mobil telefon nömrəsindən bir nəfərin adına “bıçaqlanma” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 4 saylı bölmənin həkimi Şahid6 icra edərək xəstə Zərərçəkmiş şəxs (32 yaş) “Qarın boşluğunun ön divarının kəsilmiş-deşilmiş yarası, qanaxma ilə” diaqnozunu qoymuş, müvafiq tibbi yardım göstərmiş və X10 hospitalizasiya etmişdir. Hadisə barədə 28-ci polis bölməsinin əməkdaşı Həsənova məlumat verilmişdir (iş vərəqə: cild İ, səh. 232-233). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “Əşyaya baxış keçirilməsi haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs məxsus olan və cinayəti törədərkən istifadə etdiyi 01 (bir) ədəd bıçaq qatlanmayan tiplidir, tiyə və dəstəkdən ibarətdir, ümumi uzunluğu 242 mm-dir. Bıçağın tiyəsi bozumtul-gümüşü rəngli metal materialdan hazırlanmışdır. Tiyənin uzunluğu 135 mm, eni 20 mm və ucunda 1 mm-dir. Bıçağın tiyəsi üzərində qanabənzər ləkələr mövcuddur. Bıçağın dəstəyi bozumtul-qara rəngli sərt plastik materialdan hazırlanmışdır, uzunluğu 107 mm, eni 25 mm və qalınlığı 13 mm-dir. Dəstəyin üzərində “balıq” və “quş” təsvirləri, o cümlədən, "63" və "3 p. 15 K." yazıları həkk olunmuşdur. Təqsirləndirilən şəxs həmin bıçaqla xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyini, həmin bıçağın ona ata yadigarı olduğunu, uzun müddətdir yaşadığı mənzildə saxladığını, son zamanlar Zərərçəkmiş şəxs onu bıçaqla hədələməsi səbəbindən bıçağı yatarkən baş ucunda saxladığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 54-55). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, AR DİN-in xx.xx.2023-cü il tarixli, 3-13/2-52037/202 saylı məktubundan görünür ki, vət. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:22-də “102” Xidmətinə zəng edib oğlu tərəfindən bıçaqla hədələnməsini bildirmişdir. Məlumat müvafiq qaydada qeydiyyata alınaraq aidiyyəti üzrə Yasamal RPİ-yə ötürülmüşdür (iş vərəqə: cild İİ, səh. 95-97). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, Yasamal RPİ-nin 28-ci PB-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-53-3/2-9034/2023 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nə müraciət edərək oğlu Zərərçəkmiş şəxs ona məxsus olan “Redmi 11” markalı mobil telefonunu götürərək geri qaytarmamasını bildirmiş, həmin xüsusatların mülki xarakterli olması səbəbindən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilərək xx.xx.2023-cü il tarixdə toplanmış material işə alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nə müraciət edərək oğlu Zərərçəkmiş şəxs mütəmadi olaraq halsız vəziyyətdə gələrək narahatçılıq yaratdığını, onun narkotik vasitə istifadəçisi olmasından şübhələndiyini bildirərək barəsində qanuni tədbir görülməsini xahiş etmiş, həmin müraciət üzrə araşdırma aparılaraq müayinə nəticəsində Zərərçəkmiş şəxs narkotik vasitə qəbul etmədiyi müəyyən olunduğundan xx.xx.2023-cü il tarixdə toplanmış material işə alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan (070) ***-**-** saylı mobil nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 23:24-də DİN-in “102” Xidmətinə zəng vuraraq oğlu Təqsirləndirilən şəxs onu bıçaqla hədələməsi barədə məlumat vermiş, həmin məlumat əsasında araşdırma aparılaraq Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Nicat Abdullayev tərəfindən xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə rəisi, polis mayoru Nizami Şahverənovun xx.xx.2023-cü il tarixli raportu əsasında Zərərçəkmiş şəxs və onun ailə üzvləri münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür (iş vərəqə: cild İİ, səh. 112-130). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 6467 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qeyd olunan xəstəxanaya müraciət etmədikləri və həmin xəstəxanada qeydiyyatda olmadıqları müəyyən olunmuşdur (iş vərəqə: cild İ, səh. 124-125). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli, 1/2729 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs son 10 ildə qeyd olunan xəstəxanaya müraciət etmədikləri və həmin xəstəxanada qeydiyyatda olmadıqları müəyyən olunmuşdur (iş vərəqə: cild İ, səh. 26). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3557 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qeyd olunan mərkəzə müraciət etmədikləri və həmin mərkəzdə qeydiyyatda olmadıqları müəyyən olunmuşdur (iş vərəqə: cild İİ, səh. 21- 22). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, xx/xx-6495 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan mərkəzə müraciət etmədiyi və həmin mərkəzdə qeydiyyatda olmadığı müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs isə xx.xx.2016 – xx.xx.2016-cı il tarixlərdə “Alkoqolun birgə qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə könüllü surətdə həmin mərkəzdə stasionar müalicədə olmuşdur (iş vərəqə: cild İİ, səh. 44-45). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli idman şalvarı, 01 (bir) ədəd ağ rəngli qısaqol mayka, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd boz rəngli klassik şalvar və 01 (bir) ədəd mavi rəngli idman koftası maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (iş vərəqə: cild İİ, səh. 93). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ailə-məişət münasibətləri zəminində qəsdən öldürməsi, yəni sonuncunu qəsdən həyatdan məhrum etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı mərhələsində verdiyi ifadələrində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi, oğlu Kamranı qəsdən öldürmək niyyətinin olmaması, hadisə vaxtı sonuncu sərxoş vəziyyətdə ona hücum çəkərək fiziki zor tətbiq etdiyi üçün əlində bıçaq tutması və bıçağın təsadüfən batması, yəni ehtiyatsızlıq nəticəsində oğluna batması barədə göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs törətmiş olduğu xüsusilə ağır cinaytdən yayınmaq məqsədilə, ailə üzvləri ilə razılaşmaqla mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs özünün özünə bıçaqla xəsarət yetirərək intihara cəhd etməsi barədə TTTYS-na oğlu Şahseddin İsrafilovun vasitəsi ilə yalan məlumat vermiş və yaşadıqları ünvana həkim briqadası göndərmələrini xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 16/1-616ia saylı məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 244). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan qəsdən adam öldürmə cinayətini mərhum Zərərçəkmiş şəxs etdiyi qanunsuz və əxlaqsız hərəkətlərin təsiri nəticəsində törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs tüfeyli həyat keçirmiş, spirtli içki aludəçisi olmaqla ailə üzvlərini və qonşularını tez-tez spirtli içki almaq üçün pul istəməklə narahat etmiş, ailə üzvlərinə tez-tez hücumlar edərək onlara müxtəlif maddi və mənəvi zərərlər yetirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həyat tərzini müəyyən etmək üçün cinayət işi üzrə hüquqi varis qismində tanınan anası Sevil İsrafilovanın və şahid – qardaşı Şahid1 ifadələrinə diqqət yetirmək kifayətdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi cəzanı yüngülləşdirən hallardan biridir. İşdə olan Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 17 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İİ, səh. 110-111). Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs həm də ilk məhkumluğunu, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən xüsusilə ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona cəzanı yüngülləşdirən hallar olduqda cəza təyin etmənin prinsipləri rəhbər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 08 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 aprel 2023-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon prokurorluğunda saxlanılan maddi sübutlar - 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli idman şalvarı, 01 (bir) ədəd ağ rəngli qısaqol mayka, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd boz rəngli klassik şalvar və 01 (bir) ədəd mavi rəngli idman koftası məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri Yasamal rayon prokurorluğunda saxlanılan maddi sübutlar - 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli idman şalvarı, 01 (bir) ədəd ağ rəngli qısaqol mayka, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd boz rəngli klassik şalvar və 01 (bir) ədəd mavi rəngli idman koftası məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-763/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-763/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver