Məhkəmə qərarları › İş №1(101)-763/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-763/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-763/2025 30.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs2 nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, azərbaycan-rus dilləri üzrə tərcüməçi X4 və X1 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 qızma özünü baxıcı-falçı kimi tanıdıb sonuncuya guya ölməsi ilə bağlı cadu edildiyini, onun və ailə üzvlərinin cadudan təmizlənməli olduqlarını bildirib bunun üçün «kəfəndən dönmə» ritualı etməklə cadudan azad edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin may ayından 2022-ci ilin yanvar ayına kimi olan müddət ərzində, müəyyən edilməmiş ayr-ayrı vaxtlarda və ünvanlarda, sonuncu dəfə isə ünvan 3nat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 21500 (iyirmi bir min beş yüz) manat pul alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Ukrayna Respublikası vətəndaşı Zərərçəkmiş şəxs2ya özünü baxıcı- falçı kimi tanıdıb sonuncuya guya ailə üzvlərinin üzərində olan qara qüvvələrin təmizlənməli olduğunu, Ukraynada yaşayan qohumlarının müharibə təhlükəsi ilə üz- üzə olduğunu bildirib bunun üçün müəyyən rituallar etmək adı ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə aldadaraq bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü il tarixdə, saat 15:18də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 220 manat, xx.xx.2023-cü il tarixdə, saat 21:06-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 40 manat, xx.xx.2023-cü il tarixdə, saat 22:40-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə, saat 19:58-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 23:46-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 35 manat, xx.xx.2023-cü il tarixdə, saat 15:09-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 30 manat, xx.xx.2023-cü il tarixdə, saat 15:59-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 300 manat, xx.xx.2023-cü il tarixdə, saat 20:53-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 12:32-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 150 manat, xx.xx.2023-cü il tarixdə, saat ll:51-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 150 manat, xx.xx.2023-cü il tarixdə, saat 16:14-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə, saat 00:36-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 30 manat, xx.xx.2023-cü il tarixdə, saat ll:32-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 25 manat, xx.xx.2023-cü il tarixdə, saat 21:52-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 30 manat, xx.xx.2023-cü il tarixdə, saat 14:25-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 130 manat, xx.xx.2023-cü il tarixdə, saat 21:42-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 250 manat, xx.xx.2023-cü il tarixdə, saat 21:42-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 15 manat, xx.xx.2023-cü il tarixdə, saat 15:07-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kärtınm hesabına göndərdiyi 80 manat, xx.xx.2023-cü il tarixdə, saat 18:46-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 30 manat, xx.xx.2023-cü il tarixdə, saat ll:40-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 13:56-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 200 manat, xx.xx.2023-cü il tarixdə, saat 19:38-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 60 manat, xx.xx.2023-cü il tarixdə, saat 21:38-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 16:43-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 300 manat, xx.xx.2023-cü il tarixdə, saat 18:45-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 290 manat, xx.xx.2023-cü il tarixdə, saat 16:26-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə, saat 19:19-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 150 manat, xx.xx.2023-cü il tarixdə, saat 13:49-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 10 manat, xx.xx.2023-cü il tarixdə, saat 10:15-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 20 manat, xx.xx.2023-cü il tarixdə, saat 19:18-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə, saat 12:30-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 35 manat, 68 qəpik, xx.xx.2023cü il tarixdə, saat 18:04-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 140 manat, xx.xx.2023-cü il tarixdə, saat 15:59-da Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə, saat 16:24-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 28 manat, xx.xx.2023-cü il tarixdə, saat 16:29-da Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 30 manat, xx.xx.2023-cü il tarixdə, saat ll:38-da Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 18 manat, xx.xx.2023-cü il tarixdə, saat 17:45-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 130 manat, xx.xx.2023-cü il tarixdə, saat 00:42-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 250 manat, xx.xx.2023-cü il tarixdə, saat 09:30-da Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə, saat 16:11-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə, saat 12:54-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 850 manat, xx.xx.2023-cü il tarixdə, saat 12:43-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 200 manat, xx.xx.2023-cü il tarixdə, saat 14:43-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 12:51-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 15:36-da Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 200 manat, xx.xx.2023-cü il tarixdə, saat 19:23-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 150 manat, xx.xx.2023-cü il tarixdə, saat 21:06-da Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 15:48-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 196 manat, xx.xx.2023-cü il tarixdə, saat 16:14-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 200 manat, xx.xx.2023-cü il tarixdə, saat 12:38-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 60 manat, xx.xx.2023-cü il tarixdə, saat 23:20-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə, saat 14:59-da Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 500 manat, xx.xx.2023-cü il tarixdə, saat 23:20-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə, saat 22:28-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 73 manat, xx.xx.2023-cü il tarixdə, saat 19:32-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 30 manat, xx.xx.2023-cü il tarixdə, saat 20:55-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 89 manat, xx.xx.2023-cü il tarixdə, saat 22:40-da Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 350 manat, xx.xx.2023-cü il tarixdə, saat ll:44-də Viktonıa Tahııevanın özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 16:10-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə, saat 12:47-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 37 manat, 59 qəpik, xx.xx.2023-cü il tarixdə, saat 19:22-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 25 manat, xx.xx.2023-cü il tarixdə, saat 15:01-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 300 manat, xx.xx.2023-cü il tarixdə, saat 19:16-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 150 manat, xx.xx.2023-cü il tarixdə, saat 15:51-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 15:54-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 30 manat, xx.xx.2023-cü il tarixdə, saat 14:26-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 670 manat, xx.xx.2023-cü il tarixdə, saat 13:29-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 185 manat, xx.xx.2023-cü il tarixdə, saat 16:23-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 30 manat, xx.xx.2023-cü il tarixdə, saat 14:24-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 220 manat, xx.xx.2023-cü il tarixdə, saat 16:47-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə, saat 18:46-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 270 manat, xx.xx.2023-cü il tarixdə, saat 21:52-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 36 manat, xx.xx.2023-cü il tarixdə, saat 15:22-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 200 manat, xx.xx.2023-cü il tarixdə, saat 10:46-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 30 manat, xx.xx.2023-cü il tarixdə, saat 12:19-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 398 manat, xx.xx.2023-cü il tarixdə, saat 17:14-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə, saat 14:08-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 210 manat, xx.xx.2023-cü il tarixdə, saat 15:19-da Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 30 manat, xx.xx.2023-cü il tarixdə, saat 18:23-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 22 manat, xx.xx.2023-cü il tarixdə, saat 12:47-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 110 manat, xx.xx.2023-cü il tarixdə, saat 20:17-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 60 manat, xx.xx.2023-cü il tarixdə, saat 12:54-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 200 manat, xx.xx.2023-cü il tarixdə, saat 21:55-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 9 manat, xx.xx.2023-cü il tarixdə, saat 18:25-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 64 manat, xx.xx.2023-cü il tarixdə, saat 18:43-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 150 manat, xx.xx.2023-cü il tarixdə, saat 19:17-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 200 manat, xx.xx.2023-cü il tarixdə, saat 14:41-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 30 manat, xx.xx.2023-cü il tarixdə, saat 16:48-də Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 300 manat, 2023-cü ilin aprel ayında, müəyyən edilməyən ayrı-ayrı tarixlərdə ünvan 4 ünvanda Zərərçəkmiş şəxs2 8000 manat, 2400 manat, 09 may 2023-cü il tarixdə həmin ünvanda 4000 manat, 15 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ünvan 5 ünvanında yerləşən «Boranı» restoranında həmin günün məzənnəsi ilə 21564 manat təşkil edən 10000 İngiltərə funt sterlinqini və 2023-cü ilin avqust ayının sonlarında ünvan 4 ünvanda 5500 manat pulu alıb, ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 53075 manat 27 qəpik (əlli üç min yetmiş beş manat, 27 qəpik) məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən zərər çəkmiş şəxslərin müvafiq olaraq xeyli və külli miqdarda əmlakını ələ keçirmədə ehtiva olunan Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyib, ifadəsində göstərdi ki, o, Neft Akademiyasını bitirmiş, ailə quruqdan sonra öz profilinə uyğun işləməmiş, həyat yoldaşı rəhmətə getmişdir. Ondan sonra evdar qadın olmuş, övladları işləyib onu təmin etdikləri üçün o, heç bir yerdə işləməmişdir. O, ifadəsini iki yerə - Zərərçəkmiş şəxs1 ilə tanışlığı və Viktoriya Tağıyeva ilə tanışlığı mərhələlərinə bölmüşdür. Zərərçəkmiş şəxs1 onun yanına 2019-cu ildə gəlmişdir. Belə ki, onların məhəlləsində Fuad adlı bir taksi şoferi olmuş, Nigar həmin taksidə olarkən sürücü ilə danışıb baxıcı və ya görücü yanına getmək istəmələrini bildirdikdə taksi şoferi də onu məsləhət görmüş və Nigar onun yanına belə gəlmişdir. O, Fuad adlı şəxsə görücülük qabiliyyəti haqqında danışdığından Fuad Nigarı onun yanına yönləndirmişdir. O, onları qəbul etmək istəməsə də, onlar israrla onun evinə gəlmişlər. Nigar bir rəfiqəsi ilə onun evinə gəlmişdir. O, baxıcı olmamış, baxıcılar hansısa atributlardan istifadə etsələr də, o, heç nədən istifadə etməmişdir. Bu onda sadəcə Allah vergisi olmuş, onun hissiyatı olmuşdur. O, Azərbaycanda bütün baxcıların yanında olduğunu, lakin baxıcı olmadığını Nigara demiş, onun sadəcə görücülük qabiliyyəti olduğunu bildirmişdir. Həmin vaxtı Nigarın 39 yaşı olmuş, o, gördüklərini demişdir. Nigar da onun dediklərinə inanmış və ona görə də dəfələrlə onlara gəlib-getmişdir. O, Nigara kəfəndən dönmə və ya başqa rituallar söhbəti etməmiş, sadəcə onlar ona dərdlərini danışmışlar. Nigar ailə həyatından narazıçılığını, anasının onunla yola getmədiyini, boşandığını, ərinin övladlarını onun əlindən aldığını, reklam işləri ilə məşğul olduğunu, işlərinin alınmadığını, işlədiyi yerdə pulunu vermədiklərini ona danışmışdır. O isə ona bir bacı kimi dəstək olmağa çalışmış, ona səbirli olmağı demiş, hər bir şeyin dəyişiləcəyini bildirmişdir. O, Nigara gələcəyə dair hissi olması barədə nəsə deməmişdir. 2021-ci ildə isə aralarında heç bir mübahisə olmadan, onun həyatında yeniliklər olduğuna görə onların münasibəti bitmişdir. 3-4 il ərzində ona pul verməsi üçün Zərərçəkmiş şəxs1 maddi imkanı belə, olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 2023-ci ilin may ayının 09-da onun ad günü olmuş, Nigar ona zəng edərək onu təbrik etmək üçün gəlmək istədiyni bildirmiş, o isə etiraz etməmişdir. Bundan sonra Nigar rəfiqəsi Viktoriya ilə onun evinə gəlmiş və onu təbrik etmişdir. 2021-dən 2023-cu ilə qədər Nigarla onun arasında heç bir söhbət olmamış, əksinə aralarında soyuqluq yaranmışdır. Nigar onun ona çox dayaq olduğunu bildirmiş və Viktoriyanı onun yanına ona dəstək olması üçün gətirmişdir. Belə ki, Viktoriya Ukrayna vətəndaşı olmuş və vətənində müharibə getmişdir. Onun Viktoriyadan hansısa məbləğdə pul götürdüyü hal olmamışdır. Viktoriya ondan yalnız uşağının narhat yatması ilə bağlı xahiş etmişdir. O, dini mağazalarda satılan, içərisində xoş ətri olan müşk alıb Viktoriyaya vermiş, uşağın bir az rahatlaması üçün apar bükməyi və uşağın yatdığı yerə qoymağı məsləhət görmüşdür. O, bunu başqa bir fikirlə etməmiş, ceyran göbəyinin insana hər hansı təsiri barədə nəsə deməmişdir. Viktoriya ona vətənində müharibə getdiyini bildirmiş, oranın sinvolu olaraq ondan bir atribut istəmişdir. İttiham aktında isə güllə söhbəti qeyd olunmuşdur. Viktoriyanın deməsinə görə o, çox vaxt küçəyə çıxa bilməmişdir. Sonradan onun yaşadığı insanın ona məhdudiyyətlər qoyduğunu öyrənib bilmişdir. Viktoriya onunla hər dəfə onunla telefonda görüntülü danışmış, həmişə giley etmiş, depresiyada olduğunu və abtomobilini satıb Bakıdan köçmək istədiyini bildirmişdir. İttiham aktında isə, ev almaq üçün Viktoriyaya maşını onun satdırmaq istədiyi qeyd olunmuşdur. O, heç kimi ona pul verməsi üçün məcbur etməmişdir. Viktoriya daraq satışı ilə məşğul olmuş, onun sənədlərində problem olduğu üçün onun oğlunu özünə kuryer götürmüşdür. Viktoriya Azərbaycan vətəndaşı olmadığından adına bank kartları açdıra bilməmiş, odur ki, daraqlar alındıqca pulları onun adına olan kartlara köçürmüşdür. Onun adına kartlar olmuş və daraq satışına görə ona çoxlu pullar köçürülmüşdür. Bunu Viktoriyanın özü ondan xahiş etmişdir. Onun oğlu Viktoriyanın yanında 3 ay işləmişdir. 3 ayın ərzində onun kartlarına nə qədər, hansı məbləğdə pullar köçürüldüyünü hesablamamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, Viktoriyanın Mütəşəkkil Cinayətkarlığa gedib onun barəsində şikayət yazmasını sonradan öyrənmişdir. Onu iki nəfər Mütəşəkkil Cinayətkarlığın əməkdaşı yolda tutaraq zorla maşına mindirmiş, ona hədə-qorxu gəlmiş, Viktoriyadan 31 min manat aldığıma görə onu bütün sosial şəbəkələrdə biabır edəcəklərini bildirmiş, təqdim olunan sənədlərə qol çəkməyəcəyi təqdirdə, başqa məsələlərə əl atıb, onu insan alveri ilə də tuta biləcəklərini bildirmişlər. Onlar onun qudalarına zəng edəcəklərini və onu televiziyada göstərəcəklərini bildirdiklərindən o, övladlarına görə qorxub istədiklərini yazmış və imzalamışdır. Oradan çıxan kimi ictimailəşəcəyindən qorxaraq harasa şikayət etməmişdir. Mütəşəkkil Cinayətkarlıqda pul məbləği ümumi deyilmişdir. X5 31 min manat pul aldığı diktə olunmuş, lakin sonradan bu məbləğ 53 min manata çıxmışdır. O, Nigar və Viktoriyadan başqa şəxslərə də hisləri ilə köməklik etmiş, Nigar özü də onun yanına bir neçə şəxs gətirmiş və o, onlara köməklik etmişdir. Heç biri gəlib Zərərçəkmiş şəxs1 kimi ondan şikayət etməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi ilə onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı sonuncunun ifadələri elan edilməklə tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 son 5-6 ildə hazırda Almaniyada yaşayan qonşuları Fuad adlı şəxsin vasitəsilə tanımış, onunla aralarında yaxın münasibət olmuş, Nigar müntəzəm olaraq onun evində olmuş, ailə üzvlərini də tanımışdır. Nigarla aralarında hər hansı ədavət olmamışdır. Fuad əvvəllər taksi sürücüsü işləmiş və həmin müddətdə avtomobilinə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 tanımış, sonuncunun problemləri olduğu üçün Fuad Nigarı onun ünvanına yönləndirmişdir. O, əvvəlcə Nigarı qəbul etməsə də, lakin Nigar ondan xahiş etdiyi üçün o, Nigar üçün baxıcılıq etmiş və buna görə onunla yaxın münasibəti yaranmışdır. Viktoriya Tağıyeva (burada: Zərərçəkmiş şəxs2) adlı ukraynalı qadını isə 2023-cü ilin aprel ayından Nigarın vasitəsi ilə tanımış, Nigar ona Viktoriyanın Azərbaycanda heç kiminin olmadığını bildirmişdir. Şəxsən onun özünün Viktoriya yaşında qızı olduğundan sonuncu ilə onun arasında ana-bala münasibəti yaranmış və Viktoriyanın Bakı şəhərində Toğrul adh şəxslə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşadığını və hətta Viktoriyanm 3 yaşında qız övladı olduğunu öyrənmişdir. O, sonradan Viktorıiyanın Toğruldan başqa başqa oğlanlarla da sevgili münasibətində olduğunu bilmişdir. O, bunları 2023-cü ilin iyul ayında bilmiş və bundan sonra Viktorıiya ilə münasibətlərini kəsmişdir. O, Viktoriya ilə münasibətlərini kəsməzdən əvvəl 2023-cü ilin iyul ayında onunla Bakı şəhərində yerləşən “Caspian Plaza”dakı kafedə görüşmüş, həmin vaxt Viktoriyanın yanına tanımadığı bir nəfər cavan oğlan gələrək onlarla eyni masa arxasında oturmuşdur. Həmin vaxt Toğrul Viktoriyaya zəng edərək harada olduğunu soruşmuş, Viktoriya Toğrula onunla kafedə oturduğunu demişdir. Bir neçə dəqiqədən sonra Toğrul həmin kafeyə gəlmiş və Viktoriya və onunla mübahisə etmişdir. Belə ki, Toğrul onun Viktoriyanı hansısa oğlanlarla görüşdürməkdə vasitəçilik etdiyini düşünmüşdür. Hətta Toğrulun bu barədə onunla telefon danışığı da olmuşdur. O, vəziyətin belə olduğunu görmüş və Viktoriya ilə əlaqəni kəsmişdir. O, Viktoriya ilə danışmadığı vaxtlarda sonuncu ona kuryer vasitəsi ilə məktub göndərmiş, məktubunda Toğrulun “BMCMİ” (burada: Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) vasitəsi ilə ona hansısa formada problemlər yaradacağını qeyd etmişdir ki, o, həmin məktubu istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, 13 oktyabr 2023-cü il tarixdə ünvan 6 ünvanında kirayədə yaşadığı evindən çıxan zaman ona tanımadığı şəxslər yaxınlaşaraq onlarla “BMCMİ”-nə getməli olduğunu sərt şəkildə bildirmişlər. O, bu haldan qorxmuş və heç bir etiraz etmədən tanımadığı şəxslərlə “BMCMİ”-yə getmişdir. Orada olan zaman ona Viktoriya və Nigar tərəfdən onun barəsində şikayət olunduğunu demiş və bu səbəbdən izahat verməsini bildirmişlər. Həmin şikayət ərizəsində onun onlardan 51000 manat pulu falçılıq müqabilində alması göstərilmişdir. Lakin o, onlara belə halın baş vermədiyini bildirdikdə, onun əvvəllər falçılıqla məşqul olduğunu, bu səbəbdən məhkumluğunun olduğunu bildirmiş, televiziyadan adam dəvət edəcəklərini, çəkiliş aparılacağı və onu biabır edəcəkləri ona hədə-qorxu gəlmişlər. Onu “BMCMİ”-yə gətirən şəxs etiraf xarakterli izahat yazmağını ona demiş və bundan sonra onu azad edəcəklərini bildirmişdir. Orada bərk qorxmuş və bu səbəbdən də onların ona dediklərini öz xətti ilə yazaraq imzası ilə təsdiq etmişdir. Bundan sonra onu “rəis” dedikləri şəxsin yanına aparmış, mülki formada olan həmin şəxs orada onun buraxılması barədə tapşırıq vermişdir. Bundan sonra o, buraxılmış və o, oranı tərk edərək öz yaşadığı evə getmişdir. “BMCMİ”-də olan zaman onun mobil telefonu əlindən alınmış, həmin mobil telefonun üzərində ***-***-**-** saylı GSM nömrə olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, həqiqətən də Nigarm xahişi ilə sonuncuya ceyran dərisini 15 manata dini mağazadan alaraq üzərinə ərəb yazıları ilə dua yazmış və lakin bunun müqabilində Nigarın ona hansısa məbləğdə pul verib-vermədiyini yadında saxlamamışdır. Həmçinin Viktorıiyaya ceyran göbəyi və özünə məxsus güllə formalı klonu, özünə məxsus boyunbağını Viktoriyanın istəyi ilə hədiyyə etmişdir. Həmin boyunbağı düzbucaq formalı olmuş və üzərində müxtəlif formalı qaşlar olmuşdur. Qeyd olunan əşyalardan başqa o, onlara heç nə verməmiş, nə dəki hansısa əşya almalarını onlardan tələb etməmişdir. O, qeyd olunan əşyaların müqabilində Nigar və Viktoriyaadan ümumilikdə 100-300 manat arası pul almışdır. Həmin pulu o, onlardan istəməmiş, onlar öz razılığı ilə həmin pulu ona xidmət haqqı kimi vermişlər. Nigarın ondan ceyran dərisi istəməsinə səbəb Nigarın ona inanması olmuş və məhz bu səbəbdən ceyran dərisinin üzərinə dua yazacağı təqdirdə onu bəd qüvvələrdən təmizlənəcəyini fikirləşmişdir. Nigar bunu ondan xahiş etmişdir. O, Nigara bu prosedurun mənasız olduğunu izah etsə də, sonuncu ona inandığını təkrar edərək, məhz onun tərəfindən yazılacağı təqdirdə, özünü yaxşı hiss edəcəyini bildirərək yazmağı təkid etmişdir. O, əvvəllər falçılıq fəaliyyəti ilə məşqul olsa da, hazırda qeyd olunan prosedurdan məlumatı olmamışdır. Nigar ona dedikdən sonra o, internetdən oxumuş və orada qeyd olunan duanı ceyran dərisinə yazaraq Nigara vermişdir. Viktoriyaya güllə verməyinə səbəb isə yenə onun özü olmuşdur. Belə ki, Viktorıiya evdən çıxa bilmədiyini, ölkəsində müharibə getdiyi üçün güllə formalı klon istədiyini ona bildirmiş və o da güllə formalı klonu Xəqani Ticarət Mərkəzindən alaraq Viktoriyaya vermişdir. Həmin güllə üçün Viktoriya ona cəmi 75 manat pul vermişdir. Ceyran göbəyi verməyində səbəb isə, onların qorxmasına görə o, onlara ceyran göbəyinin kömək olacağı üçün onlara vermişdir. Həmin əşyanı o, 25 manata almışdır. Amulet də onun özünə məxsus olmuş və onu Viktoriyanın istəyi ilə vermişdir. Viktoriya onlayn olaraq daraq alveri ilə məşğul olmuş, onun oğlu Rəsul Soltanov da Viktoriyanın yanında kuryer kimi işləmiş və Viktoriya hər ay 400 manat maaşı onun kart hesabına göndərmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, onun ekstrasens, fal və ya psixoloji yardım etmə kimi fəaliyyətə heç bir aidiyyatı yoxdur. Lakin o, özünün görücülük qabilliyyəti olmasına əmindir. Buna baxmayaraq, o, bu barədə hansısa bir xidmət göstərməmiş, həmçinin heç kəsdən bu barədə ödəniş almamışdır. BMCMİ-də verdiyi izahat doğru deyildir, o, həmin izahatdan imtina edir. Belə ki, o, həmin izahatı verdiyi vaxt təhdid altında olduğu üçün məcburiyyət qarşısında ona diktə olunanları yazmışdır. Nigardan 21000 manat pul, Viktoriyadan isə 50000 manatdan çox pul almamışdır. Güllə üçün o, Viktoriyadan cəmi 75 manat pul almışdır. O, falçılıqla məşğul olmamış, ifadəsində qeyd etdiyi əşyalar onların özlərinin xahişi ilə onlara verilmişdir. O, hətta onlara bunun mənasız olduğunu, hansısa bir xeyrinin olmayacağını bildirmişdir. Lakin onlar ona inandığını onlar üçün nəsə edəcəyi təqdirdə onların xeyr görəcəklərini ona bildirmişlər. Buna baxmayaraq ceyran göbəyinin qorxunu azaltması ona məlum olmuşdur. Bu səbəbdən də onu almalarını onlara bildirmişdir. Viktoriya Tağıyeva heç vaxt ona zərfdə 10.000 funt sterlinq verməmişdir (iş vərəqə: cild İİ, səh.200-203). Cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən son 3 il ərzində tanımış, onları taksi sürücüsü tanış etmişdir. Belə ki, o, tanışı ilə taksidə olarkən fal və sair əməllər barədə söhbət edərkən taksi sürücüsü söhbətlərinə müdaxilə edərək Yeganə adlı falçı tanışının olduğunu bildirmişdir. Sürücü falçını təriflədiyi üçün onda maraq oyanmış, odur ki, taksi sürücüsündən falçının nömrəsini istəmişdir. Lakin sürücü nömrə verməmiş, falçının xoşunun gəlməyəcəyini ehtimal etmişdir. Lakin sürücü hər bir halda Yeganə adlı şəxsin ünvanını və "Qış parkı” deyilən ərazidə yaşadığını demişdir. O da öz növbəsində gedib həmin qadını tapmışdır. Həmin vaxt Yeganə adlı şəxs ona əsl adının Nərgiz olduğunu bildirmişdir. İlk görüşdə Nərgiz onun falına baxaraq ona ölümünə cadu edildiyini demiş və "kəfəndən dönmə" ritualı edilməsinin zəruri olduğunu bildirmiş, buna görə qara toyuğun yumurtalarının lazım olduğunu ona demiş, başlançıq üçün ondan 500- 600 manat pul istəmişdir. Ümumi məbləğ isə hardasa 4000-5000 manat pul etmişdir. O, 7 yumurta almalı olmuş, buna görə 200 manat pul ödəməli olmuşdur. Mən həmin yumurtaları bir-bir olmaqla 7 gün qırıb bankaya suyun icərisinə tökməli, sonra başının üzərinə qoyub yatmalı və səhər şəklini çəkib ona göndərməli imiş. Nərgiz əlavə olaraq ona ailə üzvlərinin də təmizlənməsinin vacib olduğunu demişdir. O, yuxuda qohumlarımı görmüşdür. Nərgiz ona hər səhər öz yuxularını danışmağı tapşırmış, yuxularını danışdıqda əmisi qızılarının, anasının ona hansısa bir köynəyinə cadu etmələrini demiş, anasından uzaq durmağı ona tapşırmışdır. Nərgizin bir taktikası olmuş, onu hər kəsdən uzaqlaşdırmağı bacarmışdır. O, uzun müddət Nərgizin təsiri altında olmuşdur. Buna görə o, hissə-hissə olmaqla Nərgizin yaşadığı ünvanda əlbəəl pullar vermişdir. Nərgiz ona hər dəfə yeni "düyünlər" çıxdığını bildirmiş və buna görə ondan müxtəlif məbləğlərdə pullar almışdır. Nərgiz "qurğuşun tökmə", xüsusi ip və şamlarla rituallar keçirmiş, anası və qardaşına ceyran dərisinin içərisində ərəb hərfləri ilə yazı yazaraq qoruyucu düzəltmiş, bunun da hər birinə görə ondan 600 manat pul almışdır. Üç ədəd qoruyucuya görə ümumilikdə o, 1800 manat pul vermişdir. 800 manata isə uşaqları üçün ceyran göbəyi etmişdir. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanə ilə onu aldadaraq hissləri ilə oynayıb ondan pullar almışdır. Nərgiz bu və başqa bəhanələrlə onu aldadaraq, onun üçün hansısa rituallar edəcəyini, neqativ, bəd qüvvələri ondan və ailə üzvlərindən təmizləyəcəyini bildirərək ondan ümumilikdə 21.500 manat pul almışdır. Hər dəfə ona hansısa bir əməl edərkən onun təsirinin 6 ay - 1 il ərzində olacağını bildirmişdir. Nərgiz ona şübhə edənlərin xeyir tapmayacaqlarını demiş, əlini ondan götürəcəyi halda daha pis şeylərə məruz qala biləcəyini bildirmişdir. Odur ki, onu ovsunlamış və başına bəd nələrinsə gələ biləcəyinə inandıraraq ondan hər dəfə müxtəlif məbləğlərdə pullar almışdır. Nərgiz ona onun son proyekti olduğunu, bütün gücünü ona verəcəyini, ondan sonra bu işi bağlayacağını demişdir. O, Nəqgizə fala verdiklərindən əlavə sigaret pulu, ərzaq pulu, bacıları pul vermişdir. O, onlar baxdığı kimi anasına baxmamışdır. Nərgiz ona “nə yaxşı ki, sən varsan. Mən bu dünyaya sənə yaxşılıq etmək üçün gəlmişəm” kəlmələrini dəfələrlə işlətmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, tanışı, baxılan iş üzrə digər zərər çəkmiş Ukrayna vətəndaşı Viktoriya Tağıyeva ilə söhbət əsnasında sonuncunun cadukar axtardığı ona məlum olmuş, O, Viktoriyaya cadugara yox, bəd əməlləri təmizləyən şəxsin olduğunu bildirmiş və ona Nərgizin yanma getməyini məsləhət bilmişdir. Viktorııa ilə Nərgizin arasında baş verən söhbətlərdən onun məlumatı olmamış, lakin dəqiq xatırlamadığı bir tarixdə Viktoriya Nərgizə 4000 manat pulu sonuncunun evində vermişdir. O, Viktoriyanın Nərgizə əlavə pullar veridiyini bilsə də, tam məbləği bilməmişdir. Nə Viktoriya özü və nə də Nərgiz bunu ona deməmişlər. Nərgiz bir dəfə evin kirayəsini verə bilmədiyini onlara dedikdə, Viktoriya yarı-yarı bölüb verməyi təklif etmişdir. Onun üzərində həmin vaxt pul olmadığından Viktoriya vermişdir. Nərgizin ad günü Viktoriyanın təklifi ila onlar onu təbrikə getmiş, Viktoriya qızıl sırğa, o isə 220 manata sumka almışdır. Onun Nərgizə ödədiyi ehtiyacları daha böyük məbləğlərdə Viktoriya ödəməyə başlamışdır. Nərgiz onların hər ikisi üçün eyni üsullardan istifadə etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs ondan pulları guya ona qarşı olunmuş cadunun təmizlənməsi ilə bağlı almışdır. Belə ki, Təqsirləndirilən şəxs ona ilk dəfə 01 ədəd satin ip və yaşıl satin parça almaq üçün ondan ilk dəfə 47 manat pul almış, satin ip onun belinə bağlamaq, satin parça isə ceyran dərisi qoyub bükmək üçün nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs qurğuşun tökülməsi ilə bağlı ondan 13 dəfə hər dəfə 150 manat olmaqla ümumilikdə 1950 manat, o, anası və qardaşının cadudan təmizlənməsi üçün 28 ədəd qara toyuq yumurtasına görə 800 manat, 7 ədəd qara dualı şam üçün hər birinə 100 manat olmaqla cəmi 700 manat, 5 ədəd qara dualı qələm üçün hər birinə 164 manat 60 qəpik olmaqla cəmi 823 manat, at nalına görə 1200 manat, 3 ədəd dualı ceyran dərisinə görə hər biri üçün 800 manat olmaqla cəmi 2400 manat, 3 ədəd gülləbatmaza görə hər biri üçün 2500 manat olmaqla cəmi 7500 manat, 24 dəfə fala baxmaq üçün hər dəfə 150 manat olmaqla cəmi 3600 manat, evdə olan caduya görə 2 ədəd dua yazmağa hər duaya 215 manat olmaqla cəmi 430 manat, uşaqları üçün 1 ədəd dualı ceyran göbəyinə görə 1350 manat, 3 ədəd dualı ceyran dərilərinin qüvvəsini və qüvvənin uzadılması üçün hər birinə 100 manat olmaqla cəmi 300 manat, dualı gülləbatmazların qüvvəsini və qüvvənin uzadılması üçün hər birinə 100 manat olmaqla cəmi 300 manat, ceyrangöbəyinin qüvvəsini və qüvvənin uzadılması üçün 100 manat, ümumilikdə Təqsirləndirilən şəxs ondan 21500 manat pul almışdır. Pulların əksəriyyətini, o cümlədən sonuncu dəfə o, Nərgizin yaşadığı Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığındakı mənzilində əlbəəl vermişdir. Pulları verən zaman yanında çox vaxt onun bacıları Pərvanə və Aynurə olmuşlar. Təqsirləndirilən şəxs ümumilikdə 21500 manat pul vermiş, həmin pulları 2020-ci ilin may ayından 2022-ci ilin yanvar ayına kimi olan müddət ərzində ayrı-ayrı tarixlərdə vermişdir. Nərgizə pulları “Qış parkı”nda və Teleteatrın yanında da verdiyi vaxtlar olmuşdur. Lakin pulların konkret olaraq verilmə tarixlərini unutmuşdur. O, Nərgizdən uzaqlaşmağa başlayandan və insanlarla söhbət etdikdən sonra aldadıldığını anlamışdır. O, əvvəl hər gün Nərgizlə görüşdüyüm üçün, başqa heç bir dostu ilə görüşə bilməmişdir. Uzaqlaşdıqdan sonra isə başqa insanlarla münasibət quran zaman onlar onu qınamış, iradlarını bildirmiş, uzaqlaşmağı məsləhət görmüşlər. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs ilə 2023-cü ilin aprel ayından etibarən Nigarın qardaşı vasitəsilə tanış olmuşdur. Belə ki, Ukraynada müharibə başlayanda Nigarın qardaşı ordan çıxmağa ona köməklik etmişdir. Bakıya qızı Mədinə ilə gəlmişdir. Bakıya gələndə rəfiqəsi olmamış, ona görə də Nigarın qardaşı bacısı Nigarla rəfiqəlik etmək təklif etmişdir. Müharibənin başlaması ilə əlaqədar qohumlarımın bəziləri müharibəyə aparılmış, bəziləri artıq vəfat etmişdir. Burda tək yaşamaq ona hərtərəfli pis təsir etmişdir. İqlim dəyişikliyinə görə qızı Mədinə tez-tez xəstələnmiş, yüksək təzyiq onap pis təsir göstərmiş, miqrendən onun güclü baş ağrıları başlamışdır. Bakıya gələndə tək olduğu, maddi vəziyyətinin yaxşı olmaması səbəbindən bəzi sıxıntılar yaşamışdır. Ailə üzvləri ilə münasətlərinin pis olması, azyaşlı övladının səhhəti ilə bağlı məsələlərə görə onun psixoloji vəziyyəti korlanmışdır. Özünün tanıdığı psixoloq yanına getmiş, bir neçə seans məsləhələr almışdır. Məhz həmin müddətdə o, Nigarla tanış olmuş, Nigarla söhbət əsanasında vəziyyətinin pis olduuğunu demişdir. Ona görə də rəfiqəsi Nigarla söhbət edən zaman Nərgizin Nigara kömək etdiyini eşidib özü də həmin Nərgiz adlı qadmm xidmətlərindən yararlanmaq istəmiş və Nigardan onları tanış etməsini xahiş etmişdir. İlk tanışlıq günü Nərgiz onun falına baxaraq onun üzərində qara qüvvələrin olduğunu bildirmiş və buna görə özünün və ailə üzvlərinin bu kimi əməllərdən təmizlənməsi üçün müəyyən ritualların olunmalı olmasını təklif etmişdir. O da Nərgizə inanıb razılaşmış və növbəti görüşdə Nərgizə ilk dəfə 8000 manat pul vermişdir. Həmin pulu sonuncunun evinin yanında əlbəəl özünə vermiş, eyni zamanda Nərgizin istəyi ilə ailə üzvlərinə aid olan şəkilləri də ona vermişdir. Onun ərinin adı Toğruldur, o, Toğrulla rəsmi nikahda deyildir. O, şəkilləri Nərgizə verərkən Toğrulun rəsmi həyat yoldaşının da şəkillərini vermişdir. Bundan sonra Nərgiz ondan əlavə olaraq rituallar üçün 2400 manat pul almışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, Nərgiz onu ovsunlayıb bütün dost-tanışları, hətta psixoloqundan da aralamış, onu kənar başqa kiminləsə əlaqədə olmağına qadağa qoymuş və nəticədə Nərgizdən tam asılı vəziyyətə düşmüşdür. Nərgiz bunu, həmçinin rəfiqəsi Nigara qarşı da etmişdir. Həyat yoldaşı ilə bağlı problemi olduğuna görə Nərgiz ona yoldaşından da aralı durmağı bildirmiş, hətta ölümcül cadunun məhz yoldaşı tərəfindən ona qoyulduğunu demişdir. Beləliklə, o, heç kimin məlumatı olmadan Nərgizin bütün xərclərini qarşılamağa başlamışdır. Son həftələr isə ümumiyyətlə Nərgizin hipnozu altına düşərək həyatında baş verənləri belə yadında saxlaya bilməmiş, baş verənləri anlaya bilməmişdir. Mədə-bağırsaq probleminə görə o, 13- 14 il, hətta hamiləlik vaxı da bununla bağlı müalicə almış, həkimlər bütün həyatı boyu həmin müalicəni davam etdirməli olduğunu demişlər. Lakin söhbət zamanı Nərgiz bunun da cadu olduğunu demiş, ona əlavə olaraq, özü tərəfindən düzəldilmiş toz şəkilli kütləni verib arada içməyi tapşırmış, spirtli içkilər qəbul etməyi qadağan etmiş və bununla onun bütün ağırlığının təmizlənəcəyini demişdir. Həmin paraşokun istifadəsi nəticəsində onda yaddaş pozğunluğu, saç tökülməsi ilə bağlı problemlər yaranmış, psixiatr müalicəsi almışdır. O, həmin tozla düzəldilən məhlulu içdikdən sonra səhhətində müəyyən narahatlıqlar hiss etmiş, ürəkbulanma, halsızhq və sair bu kimi hallar baş vermişdir. Nərgiz isə bunu təmizlənmənin əlaməti olaraq izah etmişdir. Günlərin birində Nərgiz onu öz təşəbbüsü ilə evinə dəvət edərək nahara qonaq etmiş və həmin nahardan sonra o, Nərgizə güllə formasında olan qabaqcadan deyilmiş amulet-güllə batmazı vermişdir. Həmin əşya ilə onun şəkili də olmuşdur. Nərgiz onun Ukraynada gedən müharibədən çox qorxduğunu görüb, orada yaşayan qohumlarına və övladına müharibə təhlükəsi olduğunu bildirmiş və onları müdafiə etmək üçün əlavə əməllər edilməli olduğunu bildirmişdir. Nərgiz ona aid olan qızıl-zinyət əşyalarının da cadulandığını, onların da təmizlənməli olduğunu demişdir. Demək olar ki, o, hər bir şeyi Nərgizlə bölüşmüşdür. Nərgiz onu bütün yaxınlarından kənarlaşdırmış və ancaq özünə bağlamışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, 09 may 2023-cü il tarixdə Nərgizin ad günü olmuş, o da Nigarla orada iştirak etmişlər. Nərgiz gündə 4 paçka siqaret çəkmişdir. Nərgiz eyvanda siqaret çəkən zaman ona 4000 manat dəyərində bir güllə olduğunu, çox dərindən təmizlik etdiyini demiş, həmin güllənin xaricdən sifariş ilə gətirildiyini bildirmişdir. Həmin güllənin gətirilməyəcəyi və bu əməlin 3 həftə olunmayacağı təqdirdə əvvəllər etdiyi təmizlik işlərinin hədərə gedəcəyini bildirmişdir. Həmin vaxt o, üzərində olan 4000 manat pulu elə ordaca, Nərgizin Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında yaşadığı evində vermişdir. 4000 manat pulu verən zaman Nigar da onun yanında olmuşdur. Nərgiz bununla yanaşı ondan saçından, əl və ayaq barmaqlarının dırnaqlarından nümunələr də istəmiş, o da Nərgizin dediyi kimi etmişdir. Həmin ərəfədə Nərgiz ona hörümçəklərdən alınan, xüsusi olaraq qoz qabığında düzəldilmiş bir amulet, rəngli bir güllə vermiş və həmin güllənin onu bütün pisliklərdən qoruyacağını demişdir. Daim əlaqədə olduqları üçün Nərgiz onun azyaşlı övladının tez-tez xəstələndiyini bilib, ona onun evinə pislik edildiyini və ona görə də uşağın tez-tez xəstələndiyini demiş və deməsinə görə də bunu yoldaşının düşmənlərinin etdiyini bildirmişdir. Ona görə də Nərgiz iyun-iyul aylarında ondan 5500 manat pul alaraq "ceyran göbəyi" deyilən xüsusi bir amulet düzəldib ona vermis və həmin amuleti evin giriş hissəsində, külək yellədə biləcək bir yerdə asmağı tələb etmişdir. Nərgiz ona pul qarşılığında bir sep vermiş və həmin sepin hətta ölümündən sonra da onu pisliklərdən müdafiə edəcəyini bildirmişdir. O, Nərgizə onu “qara qüvvələrdən təmizləmək”, “ailəmdə baş vermiş neqativ halları düzəltmək” və bir sıra cadu əməllərinə görə Nərgizə ümumilikdə 32000 manat və 10000 funt sterlinq pul vermişdir. Həmin pulları ona İngiltərədə yaşayan anası saxlaması üçün ona göndərmişdir. Həmin pullar barədə o, heç kimə deməmiş, hətta qorxaraq həyat yoldaşından və digər ailə üzvlərindən gizlətmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, Nərgizə verdiyi pulları əsasən Nərgizin ona göndərdiyi 5404-0852-3818-7746 nömrəli “Kapital Bank” kartına göndərmiş və sonuncunun yaşadığı evində əlbəəl vermişdir. Bundan əlavə Nərgizin ad günündə ona 460 manat dəyərində qızıl sırğa dəsti alıb bağışlamışdır. Nərgiz ona kirayədə yaşadığını, özünə ev almaq istədiyini bildirmiş, öz evində olacağı halda, ona yaxşı “qara qüvvələrdən təmizlik” xidməti göstərə biləcəyini bildirmişdir. Xüsusi rituallara görə Nərgiz ona qara yumurta vermiş və onu suyun içinə qoymalı olduğunu demiş, hər gün onun şəklini çəkərək ona atmağı tapşırmışdır. Nərgiz ona yaxşı xidmət göstərməsi üçün ona ev almağı bildirmişdir. Bu məqsədlə o, özünə məxsus "Porsche" markalı avtomobilini satmaq qərarına gəlmiş və bu barədə elanı həm Azərbaycanda "turbo.az”, Ukraynada isə müvafiq saytda elan yerləşdirmişdir. Lakin alınmamışdır. O, müxtəlif vaxtlarda Nərgizə ümumilikdə 32000 manat və 10000 funt sterlinq pul vermis, Lakin pulları konkret olaraq hansı tarixlərdə verdiyini yadında saxlaya bilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında olarkən mobil telefonundakı «ATB» bankına aid mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxsnm 5404-0852-3818-7746 nömrəli bank kartına ümumilikdə 12601,27 manat pul göndərmiş, həmin pulların göndərilmə tarixləri və məbləğlər mobil telefonuna baxış keçirilən zaman götürülərək qəbzlərdə əks olunmuşdur. O, pulları Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayından 2023-cü ilin avqust ayına kimi olan müddət ərzində vermişdir. Belə ki, yuxarıda göstərdiyi məbləğdən əlavə Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda əlbəəl 8000 manat, 2400 manat, 4000 manat, 10000 İngiltərə funt sterlinqi, 5500 manat pullar vermişdir. 8000 manat pulu Nərgizə 2023-cü ilin aprel ayında yaşadığı Bakı Ağır Cinayətlər Məhkəməsinin yanındakı mənzilində, bundan 2-3 gün sonra 2400 manat pulu eyni ünvanda, 4000 manat pulu 09 may 2023-cü il tarixdə eyni ünvanda vermişdir. Təqsirləndirilən şəxs 10000 funt sterlinq məbləğində pulu 2023-cü ilin avqust ayının ortalarında «Boranı» restoranının qarşısında vermişdir. 10000 funt pul zərfdə maşınında olmuş, pul sürücü tərəfindən gətirilib “Boranı” restoranında verilmişdir. Sürücü hətta pulu saymaq istəmiş, pulun orta hissəsi şəffaf olduğundan təəccüblənmişdir. Sonuncu dəfə isə 5500 manat pulu Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının sonlarına yaxın yaşadığı Bakı Ağır Cinayətlər Məhkəməsinin yanındakı mənzilində vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 32501 manat 27 qəpik və 10000 İngiltərə funt sterlinqi vermişdir. O, Azərbaycan vətəndaşı olmadığıma görə burda bank kartı olmamış, ona görə də tanışı Anar İbrahimova məxsus kart vasitəsilə ödəniş etmişdir. Nağd qaydada da 20000 manat və 10000 funt, köçürmələrlə birlikdə ümmumilikdə isə 54179 manat vermişdir. BMCMİ-də ifadə verən zaman tam dəqiqliklə hesablama aparmamışdır. 4000 manat pulun verilməsini Nigar görsə də, qalan pulları verən zaman o, tək olmuşdur. Onun dayəsi olan Aynur adında qadın da onun Nərgizlə danışdığını görmüşdür. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin yekununda göstərdi ki, Nərgiz qısa müddətdə onun ətrafındakı insanları ona düşmən etmiş, hətta uşağımın baxıcısı Nardarandan olan dindar qadını ona düşmən etməyə çalışmışdır. O, ətrafəmdakı insanlardan uzaqlaşmış, bunu manipulyasiya altında etmişdir. Həmin vaxtlarda yaxınları və həyat yoldaşı onun bu vəziyyətə düşdüyünü hiss edib, həmin qadından asılı vəziyyətə düşdüyünü görərək onu Nərgizdən aralaşdırmış, bununla bağlı evində müəyyən problemlər yaşanmışdır. Hətta əri onu 3 sutka ərzində evə bağlamış, həmin vaxtlar özünü idarə etmək iqtidarında olmamışdır. 3 gün sonra əri baxışlarının düzəldiyini görüb çıxarmışdır. Ərim evdən gedəndən sonra Nərgizə telefon nömrəsini dəyişəcəyini bildirmiş, o da öz nömrəsini dəyişəcəyini bildirmiş və bir daha zəng etməməyi xahiş etmişdir. Onun Nərgizin özü və ya oğlu ilə daraq ticarəti olmamışdır. Bakıda onun başqa bir dostu olmuş, həmin dostunun firmaları olmuş, sənədləri də qaydasında olmuş və o, burda olduğu müddətdə ona kömək etmişdir. O, sonradan etdiyi əməlləri düşünərək ovsunlandığını, hipnoz altında olduğunu anlayıb Nərgizin barəsində şikayət etmək qərarına gəlmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 anası Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 3 il əvvəl qızı Nigarın vasitəsi ilə tanımışdır. Belə ki, qızı Nigar tanışı Əfsanə ilə taksidə olarkən fal və sair əməllər barədə söhbət etmiş və həmin taksi sürücüsü Yeganə adlı falçı tanışının olduğunu bildirmiş və falçının yaşadığı küçəni onlara göstərmişdir. Qızı Nigarın ona deməsinə görə onlar soraqlaşıb Yeganə adlı xanımın yaşadığı evi tapmış və sonra Yeganənin əsl adının Nərgiz olduğunu öyrənmişlər. Qızı onunla tanış olduqdan sonra onda bir sıra dəyişikliklər olmuş, qızının Nərgizdən başqa heç kəsin sözünü eşitməmişdir. Nərgiz qızna guya ölüm cadusu olunduğunu, həmçinin ona və oğluna da cadu olunduğunu demişdir. Nigarın deməsinə görə Nərgiz tərəfindən ona, Nigara və oğluna olunan cadulardan təmizlənməsi üçün müəyyən rituallar edilməli imiş. Nərgiz hər dəfə bu əməllər üçün qızından müxtəlif məbləğlərdə pullar almışdır. Nigar ona Nərgizin tələblərinə əməl edilməli olmasını bildirmişdir. O da qızının xətrinə dəyməmək üçün nə tələb olunmuşdursa onu da etmişdir. Belə ki, rituallar üçün qara toyuğun yumurtalarını alaraq evdə hər dəfə ona sındırtdıraraq qaba tökmüş, nə baş verdiyindən isə məlumatı olmamışdır. Nigar həmin yumurtanı gecə qırıb suyun içinə qoymağı və sonra da şəklini çəkib göndərməyi ona tapşırmışdır. Həmin yumurtanın 1 ədədini 200 manata almışdır. Nigar hər dəfə müxtəlif "düyünlər" çıxdığı bildirib qızından əlavə pullar almışdır. Ona və oğluna ceyran dərisinin içərisində ərəb hərfləri ilə yazı yazaraq qoruyucu düzəltmiş, bunun da hər birinə qızı 600 manat pul vermişdir. Nigar ceyran dərisi ilə bağlı materialın birini də özünə almışdır. Ona sonradan məlum olmuşdur ki, qızı ümumilikdə Nigara 21.500 manat pul vermişdir. Qızı Nərgizə pul verə bilməsi üçün dəfələrlə ondan da müxtəlif məbləğlərdə pullar almışdır. O, qıznın tanışı Viktoriya adlı qadının da Nərgizin yanma getdiyini, Nərgizin Viktoriyanı da qızı kimi aldatdığını, 50000 manatdan çox pulunu ələ keçirdiyini sonradan öyrənib bilmişdir. Bundan başqa, məhkəmədə iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, 2022-ci ildən zərər çəkmiş şəxs Viktoriyanın sürücüsü işləmiş, “Porşe” markalı şəxsi maşını idarə etmiş, həftənin müxtəlif günlərində Viktoriyanı lazım olan yerlərə aparıb-gətirmişdir. 2023-cü ilin may ayından etibarən Viktoriya mütəmadi olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısına - Aff Mollun yanına getmiş, orada şəxsiyyəti ona məlum olmayan qadınla görüşmüşdür. Viktoriya həmin qadınla bir neçə dəfə də “Qış Parkı”nın yaxınlığında yerləşən həyət evində də görüşmüşdür. Onlar görüşdükdən sonra Viktoriya həmin qadının baxıcı olduğunu və çox yaxşı baxıcı olduğunu ona söyləmişdir. Rus dilini orta dərəcədə bilsə də Viktoriya milliyətcə ukraynalı olduğu üçün o, sonuncunun sözlərini əsasən tərcümə proqramlarının vasitəsi ilə anlamışdır. Viktoriya “baxıcı” qadınla görüşdükdən sonra bağa gedən zaman Mərdəkan tərəflərdəki ödəmə terminalı vasitəsi ilə həmin qadının hesabına pullar göndərmişdir. Viktoriya göndəriləcək pulları əsasən ona vermiş və o da həmin pulları ona verilən kart hesabına göndərmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, 2023-cü ilin avqust ayında Viktoriya ona zəng edərək yaşadığı Azadlıq Residensdəki ünvanına gəlməyi və onu «Boranı» restoranına aparmağı tapşırmış, o da tapşırığı bir sürücü kimi icra etmişdir. O, restorana çatan zaman Viktoriya ona ilk dəfə görmüş olduğu pul əskinasını saymağa vermişdir. Həmin pulu o, saymış və orada 10000 pul olmasını müəyyən etmişdir. Sonradan Viktoriya ona internet vasitəsi ilə baxıb 10000 funt sterlinq pulun Azərbaycan manatı ilə məzənnəsini müəyyən etməyi tapşırmışdır. O, həmin pulun funt sterlinq olduğunu o vaxt bilmişdir. Viktoriyanın ona saydırdığı pullar 50-lik əskinaslar olmuşdur. İnternetlə yoxladında həmin pulun Azərbaycan manatı ilə təxminən 21000 manat etməsi məlum olmuşdur. Viktoriya restorana daxil olan zaman sonuncunu baxıcı kimi bildiyi qadın və başqa bir qız qarşılamışdır. Viktoriyanın həmin pulu “Baxıcıya” verdiyi ona məlum olmuşdur. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, təxminən 1-2 gün sonra yəni 2023-cü ilin avqust ayında o, Viktoriyanı yenə də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısına aparmış, Viktoriya orada “Baxıcı” ilə görüşmüşdür. Bundan sonra Viktoriya Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısına və “Qış parkı”nın qarşısına getməmiş və Viktoriyanın həmin “baxıcı” barəsində polis orqanlarına şikayət etməsi ona məlum olmuşdur. Viktoriyanın konkret olaraq baxıcı qadına ümumilikdə hansı məbləğdə pul verməsini o, bilməmiş, amma 10000 funt sterlinqi “Boranı” restoranında, 5500 manatı isə “baxıcının” evində verməsindən məlumatlı olmuşdur. Belə ki, Viktoriya avtomobildə olan zaman ondan pulları saymağını xahiş etmiş və işlərinin yaxşı getməsi üçün “baxıcıya” verəcəyini bildirmişdir. 5500 manatı isə baxıcıya verməsini Viktoriyanı baxıcının yanından qayıdarkən maşına götürdükdə Viktoriyanın özü ona danışmışdır. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, son 2 il ərizində Viktoriyagilin evində dayə olaraq çalışmış, onun uşağına baxmışdır. Bazar günü istisna olmaq o, hər gün Viktoriyanın evində olmuşdur. O, Viktoriyanın evdə nə işlə məşğul olduğundan əsasən məlumatlı olmuşdur. O, Viktoriyanın avtomobili ilə evə gələn zaman onun bir qadınla danışdığını görmüş, Viktoriya özü həmin qadını ona göstərmiş və ona ana kimi yaxın biri olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, bəmin qadının adı Nərgizdir, ikinci adı Yeganədir və Viktoriyanı guya qara əməllərdən təmizləyir. Həmin qadın Viktoriyaya kimlərlə yaxınlıq edib-etməməsini, kimlərin yaxşı enerji verib-vermədiyini demişdir. Hətta eşitdiyinə görə həmin qadın onu da Viktoriyadan uzaqlaşdırmaq istəmişdir. Viktoriyanın yatdığı otaqda bir qabın içinə su, suyun içinə isə çiy yumurta qoymasını o, görmüş və ona məlum olmuşdur ki, yumurtanı o qayda etməsini Nərgiz Viktoriyaya tapşırmışdır. O, bunu Nərgizin telefon vasitəsi ilə Viktoriyaya izah edərkən eşidib bilmişdir. Nərgiz Viktoriyanı möhkəm ovsunlamış, Viktorııa hər xırda məsələ barədə Nərgizlə məsləhətləşmişdir. Nərgiz Viktoriyaya onunla məslətləşmədən hər hansı bir hərəkət edəcəyi halda onunla uzaqlaşacağını bildirmiş, uzaqlaşacağı halda isə bütün yollarının bağlanacağını bildirərək onu hədələmişdir. İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 bacısı Nərgiz vasitəsi ilə 2019-cu il tarixdə tanımışdır. Onunla bacısının münasibəti yaxın olmuşdur. Belə ki, Nigar həmin dövrdə ailə və bir sıra digər problemləri olduğundan bacısı Nərgizə sığınmışdır. Nigar həmişə Nərgizin onun böyük bacısı olduğunu bildirmiş və ondan təskinlik tapdığını demişdir. Sonradan isə ona məlum olmuşdur ki, bacısı Nərgiz Nigar vasitəsi ilə Viktoriya adlı şəxslə də tanış olmuşdur. Nigar və Viktoriyanın bacısı Nərgiz barədə dedikləri tam əsassızdır. Belə ki, qeyd olunan dövrdə Nigarın maddi vəziyyəti sıfıra bərabər olmuş, həmin vaxtı Nigar heç bir yerdə işləməmişdir. Bu səbəbdən də Nigarın onun bacısına pul verməsi tam yalandır. X10 tərəfdən ona bir sıra vergilər verildiyini düşünür. Nigar da buna inandığı üçün bacısına sığınmış və öz rahatlığını bacısında tapmışdır. Lakin Viktoriya və Nigar bacısına qeyd olunan pulları verməmiş və o, buna şahid olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında ayrı-ayrılıqda keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, hər iki zərər çəkmiş sərbəst ifadələrində işin halları ilə bağlı göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər(iş vərəqə, cild İ, səh.123-125, cild İİ, səh.52-54). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında protokldan görünür ki, qeyd olunan istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə pulları harada verdiyini hadisə yerlərində əyani olaraq göstərmiş və sonuncu dəfə pulun ünvan 4 ünvanda Təqsirləndirilən şəxs verildiyi müəyyən edilmişdir(iş vərəqə, cild İ, səh.161-163). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında protokldan görünür ki, qeyd olunan istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə pulları harada verdiyini hadisə yerlərində əyani olaraq göstərmiş və sonuncu dəfə pulun ünvan 4 ünvanda Təqsirləndirilən şəxs verildiyi müəyyən edilmişdir(iş vərəqə, cild İ, səh.175-177). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Götürmə aparılması haqqında» 12 dekabr 2023-cü il tarixli qərardan, «götürmə aparılması və baxış keçirilməsi haqqında» eyni tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi fotoşəkillərdə alüminium rəngli torbacıq və yaşıl rəngli kələmə oxşar tərəvəz, qara rəngli dördkünc breloka bənzər əşya, maral dərisi, yaşıl rəngli parçada olan maral dərisi, gülləyə bənzər əşya, üzərində başqa dildə yazılar olan kağız parçası, maral dərisinin içərisində olan başqa dildə yazılar həkk olunmuş parça, at nalı, üzərində qırmızı qələmlə başqa dildə olan yazılar olan kağız parçası müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 fotoşəkillərdə olan əşyaları ona və tanışı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsnm verdiyini və həmin əşyalara görə ondan və Zərərçəkmiş şəxs2 hər dəfə ayrı-ayrı məbləğlərdə pullar aldığını, həmin əşyalarla onlara edilmiş cadudan, qara qüvvələrdən uzaq olacaqlarını bildirdiyini bildirmişdir(iş vərəqə, cild İ, səh.93-99). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Götürmə aparılması haqqında» 14 avqust 2024-cü il tarixli qərardan, «götürmə aparılması və baxış keçirilməsi haqqında» eyni tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim etdiyi əşyalar 02 ədəd üzərində ərəb hərflərə yazılar olan kağız vərəqləri, 01 ədəd at nalı və 01 ədəd güllə klonlu boyunbağıdan ibarətdir. Kağızların üzərindəki yazılar başqa dildə yazıldığından həmin yazıları oxumaq mümkün deyil. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 əşyaları ona Təqsirləndirilən şəxsnm verdiyini, həmin əşyalara görə Təqsirləndirilən şəxs xeyli miqdarda pul verdiyini, Təqsirləndirilən şəxsnm deməsinə görə həmin əşyaların onu qara qüvvələrdən qoruyacağını bildirmişdir(iş vərəqə, cild İİ, səh.159- 162). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «Baxış keçirilməsi haqqında» 25 aprel 2024-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2ya məxsus mobil telefon «iPhone 13 Pro Max» markalı olmaqla qızılı rəngdədir, mobil telefon işlək vəziyyətdədir. Mobil telefonu menyusuna daxil olub, orada olan «ATB» mobil tətbiqinə daxil olduqda, tətbiqdəki hesabdan çıxarışlar bölməsinə daxil olduqda, həmin bölmədəki qəbzlərdə Təqsirləndirilən şəxsnm son rəqəmləri «7746» olan bank kartına müxtəlif vaxtlarda pulların göndərilməsi müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, tətbiqdə olan qəbzlər Təqsirləndirilən şəxs göndərdiyi pulların qəbzləridir(iş vərəqə, cild İ, səh.234). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «Baxış keçirilməsi haqqında» 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-nin məktubuna əlavə edilmiş 01 ədəd diskdə olan məlumatlara və çıxarışlara baxış zamanı Təqsirləndirilən şəxs məxsus **********187746 nömrəli bank kartına Zərərçəkmiş şəxs2nm mobil telefonuna baxış keçirilən zaman əldə edilmiş köçürmə qəbzlərində qeyd olunan məbləğlərdə pulların göndərilməsi müəyyən olunmuşdur(iş vərəqə, cild İ, səh.258). Tədqiq olunan materiallarla müəyyən edildi ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim etdiyi 02 ədəd üzərində yazılar olan vərəqlər, 01 ədəd at nalı, 01 ədəd güllə klonlu boyunbağı, fotoşəkillər, 23 ədəd ödəmə qəbzləri maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir(cinayət işinin materialları). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxslərin xeyli və külli miqdarda əmlakını ələ keçirmədə ehtiva olunan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla təsdiqini tapdığından onun cinayət əməli bu hissədə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Təqsirləndirilən şəxs istər məhkəməyədək icraat və ya istərsə də məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi, falçılıqla məşğul olmaması və zərər çəkmiş şəxslərdən ona qarşı ittihamda göstərilən məbləğlərdə pullar almaması barədə gətirdiyi dəlillər, məhkəmə baxışı zamanı təsdiq olunmadığından, məhkəmə gətirilən dəlilləri cinayət məsuliyyətindən və cəzadan yayına bilməsi üçün təqsirləndirilən şəxs tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından irəli gələn və yuxarıda qeyd olunan tövsiyyələr, müəyyən olunduğu kimi, Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsində nəzərdə tutulan əlamətlər təqsirləndirilən şəxs X3 cinayət əməlində əhatə olunur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri (burada: Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi) müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə təyin olunan cərimə cəzasından1000 manat ödəmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya haqqında Qərarının 1.8-ci bəndinə əsasən cərimə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (iş vərəqə, cild İİ, səh.55-56). Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 21500 manat xeyli miqdarda, Zərərçəkmiş şəxs2 isə ümumilikdə 53075 manat 27 qəpik məbləğində külli miqdarda maddi ziyan vurulmuş, lakin yetirilmiş maddi cərər ödənilməmiş, cinayətin zərərli nəticələrinin aradan qaldırılması üçün cəhd göstərilməmiş, zərər çəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında barışıq əldə olunmamışdır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələnin müzakirəsi zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulub 16 dekabr 2023-cü il tarixədək 02 (iki) gün həbsdə saxlanılmış, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 aprel 2024-cü il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmiş və 28 iyun 2024-cü il tarixədək 02 (iki) ay 01 (bir) gün həbsdə saxlanılmış, bundan sonra məhkəmənin 28 iyun 2024-cü il tarixli qərarına əsasən barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmaqla 28 avqust 2024-cü il tarixədək 02 (iki) ay ev dustaqlığında saxlanılmış və ən nəhayət, 28 avqust 2024-cü il tarixdə ev dustaqlığı qətimkan tədbirinin müddəti başa çatdığından barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində cəmi 4 (dörd) ay 03 (üç) gün həbsdə və ev dustaqlığında saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ümumilikdə həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay 03 (üç) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün üzərində qəti cəza saxlanılmalı, həmçinin həbsdə və ev dustaqlığında saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməli və cəzasının əvvəli hökmün çxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən əqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir. 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı 54.032,27 (əlli dörd min otuz iki manat, 27 qəpik) manat maddi zərərə, 5.000 (beş min) manat mənəvi zərərə və 268 (iki yüz altmış səkkiz) manat ödənilmiş dövlət rüsumuna görə cəmi 59.300,27 (əlli doqquz min üç yüz manat, 27 qəpik) manat məbləğində pul tələbinə dair mülki iddia qaldırmışdır. Cinayət işinə məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs təqsirli olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 53075,27 (əlli üç min yetmiş beş manat 27 qəpik) manat dələduzluq yolu ilə ələ keçirməsi, yəni Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmuş və zərər çəkmiş tərəfindən qaldırılan mülki iddiaya uyğun olaraq 268 (iki yüz altmış səkkiz) manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı 54.032,27 (əlli dörd min otuz iki manat, 27 qəpik) manat maddi zərərə, 5.000 (beş min) manat mənəvi zərərə və 268 (iki yüz altmış səkkiz) manat ödənilmiş dövlət rüsumuna görə cəmi 59.300,27 (əlli doqquz min üç yüz manat, 27 qəpik) manat məbləğində pul tələbinə dair mülki iddiası qismən təmin edilsin; - 53075,27 (əlli üç min yetmiş beş manat 27 qəpik) manat maddi zərərə və 268 (iki yüz altmış səkkiz) manat ödənilmiş dövlət rüsumuna görə - cəmi 53.343,27 (əlli üç min üç yüz qırx üç manat, 27 qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs2 ödənilsin; -mülki iddia qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs1 qanunla müəyyən olunan qaydada mülki iddia vermədiyindən mülki mühakimə icraatı qaydasında müstəqil mülki iddia qaldırmaq hüququnun olması ona izah olunmalıdır. Məhkəmə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, iş üzrə maddi sübut kimi tanınmış fotoşəkillər, 23 ədəd ödəmə qəbzləri cinayət işinin materiallarında saxlanılmalı, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin növbətçi hissəsində saxlanılan 02 ədəd üzərində yazılar olan vərəqlər, 01 ədəd at nalı, 01 ədəd güllə klonlu boyunbağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 314.2, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 16 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 aprel 2024-cü il tarixli qərarına əsasən bərasində həbs qətimkan tədbiri seçilməklə 28 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 01 (bir) gün, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmaqla 28 avqust 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 02 (iki) ay - cəmi 4 (dord) ay 03 (üç) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 4 (dörd) il 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli məhkəmə hökmünün çıxarıldığı 30 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri "həbs" qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə mülki iddiaya dair məsələ aşağıdakı qaydada həll edilsin: - Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı 54.032,27 (əlli dörd min otuz iki manat, 27 qəpik) manat maddi zərərə, 5.000 (beş min) manat mənəvi zərərə və 268 (iki yüz altmış səkkiz) manat ödənilmiş dövlət rüsumuna görə cəmi 59.300,27 (əlli doqquz min üç yüz manat, 27 qəpik) manat məbləğində pul tələbinə dair mülki iddiası qismən təmin edilsin; - 53075,27 (əlli üç min yetmiş beş manat 27 qəpik) manat maddi zərərə və 268 (iki yüz altmış səkkiz) manat ödənilmiş dövlət rüsumuna görə - cəmi 53.343,27 (əlli üç min üç yüz qırx üç manat, 27 qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs2 ödənilsin; -mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübutlara dair məsələ hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - 23 ədəd ödəmə qəbzləri, fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın; - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin növbətçi hissəsində saxlanılan 02 ədəd üzərində yazılar olan vərəqlər, 01 ədəd at nalı, 01 ədəd güllə klonlu boyunbağı məhv edilsin. Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında müstəqil mülki iddia qaldırmaq hüququnun olması ona izah olunsun. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar