Məhkəmə qərarları › İş №1(101)-764/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-764/2021

30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-764/2021 30.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə, Hakimlər- Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X9 qızı, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Fides” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Yasamal rayonu, 1-ci Alatava 68A ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2, 29,178.2.4, 178.2.4, 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə təkrarən ələ keçirmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin dekabr ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin kimya müəllimliyi ixtisasının dördüncü kurs tələbəsi Şahid1 2015-2019-cu illər ərzində İngilis dili-1, Azərbaycan tarixi, İnformatika, İngilis dili-2, Qeyri-üzvi kimya-2, Üzvi kimya-1, Analitik kimya-1, Fiziki və kolloid kimya-1, Təhsildə İKT-nin tətbiqi, Ekologiyanın əsasları və təbiətin mühafizəsi, Yaş psixologiyası, Yüksəkmolekullu birləşmələr kimyası, Neft kimyası və neft karbohidrogenlərin termokatalitik çevirmələri, Üzvi kimya-2, Analitik kimya-2, Fiziki və kolloid kimya-2, Təhsilin əsasları (Praktik pedaqogika), Həyat fəaliyyətinin kimyəvi əsasları, Kimya texnologiyası və Nanokimya və nanotexnologiya fənlərindən yaranmış ümumilikdə iyirmi akademik borcu (kəsiri) üzrə məqbul qiymət alınmasında köməklik göstərilməsi barədə 2019-cu ilin dekabr ayında etdiyi müraciətlə əlaqədar özünün guya Bakı Dövlət Universitetində və Azərbaycan Respublikasının Təhsil Nazirliyində işləyən vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin əlaqələrindən istifadə edərək sonuncunun qeyd olunan akademik borclarından (kəsirlərindən) məqbul qiymət alma məsələsini müsbət həll etmək imkanına malik olduğunu Şahid1 yalandan bildirib, bunun üçün Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq vəzifəli şəxslərinə onların xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə hər bir fənn üçün 450 (dörd yüz əlli) manat olmaqla ümumilikdə 9.000 (doqquz min) manat məbləğində maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, Şahid1 həmin məsələnin müsbət həlli üçün 1.000 (bir min) manat pul vəsaiti vermək imkanına malik olmasını bildirdikdən sonra, özünü işgüzar və mərhəmətli şəxs kimi təqdim edib bütün çətinliklərə baxmayaraq guya həmin məsələni 1.000 (bir min) manata həll edə biləcəyini, bunun qarşılığında isə sonuncunun akademik borcları (kəsirləri) olan tələbələri onunla tanış etməsini, həmin şəxslərin də müvafiq problemlərini həll etmək iqtidarında olduğunu yalandan deyib, aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 razılığını alaraq onunla sövdələşib, həmin cinayətkar niyyətini realizə edərək 2019-cu ilin dekabr ayının sonlarında Bakı şəhəri Yasamal rayonu, 1-ci Alatava ünvanında sonuncudan 1.000 (bir min) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə, həmçinin, eyni cinayətkar niyyətini davam etdirərək, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Kimya müəllimliyi ixtisasının üçüncü kurs tələbəsi Şahid8 2016-2020-ci illər ərzində Fizika, Analitik kimya-2 və Fiziki və kolloid kimya-2 fənlərindən yaranmış ümumilikdə üç akademik borcu (kəsiri) üzrə məqbul qiymət alınmasında köməklik göstərilməsi barədə 2020-ci ilin fevral ayında Şahid1 vasitəsilə etdiyi müraciətlə əlaqədar özünün guya Bakı Dövlət Universitetində işləyən vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin əlaqələrindən istifadə edərək Şahid8 qeyd olunan akademik borclardan (kəsirlərdən) məqbul qiymət alma məsələsini müsbət həll etmək imkanına malik olduğunu sonuncuya yalandan bildirib, bunun üçün Bakı Dövlət Universitetinin müvafiq vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsini cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Şahid8 bildirib, razılığını almaqla onunla sövdələşdikdən sonra həmin niyyətlə 14 fevral 2020-ci il tarixdə istintaqa məlum olmayan taksi sürücüsü vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, X21 23 ünvanında yerləşən Bakı Dövlət Universitetinin qarşısında ilkin olaraq 800 (səkkiz yüz) manat, 09 iyun 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, 1-ci Alatava ünvanında cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 400 (dörd yüz) manat olmaqla ümumilikdə Şahid8 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə, həmçinin, eyni cinayətkar niyyətini davam etdirərək, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Kimya müəllimliyi ixtisasının dördüncü kurs tələbəsi Şahid4 2016-2020-ci illər ərzində Yüksəkmolekullu birləşmələr, Neft kimyası və neft karbohidrogenlərin termokatalitik çevirmələri, Üzvi kimya-2, Fizika və Analitik kimya-2, Fiziki və kolloid kimya-1 və Fiziki və kolloid kimya-2 fənlərindən yaranmış ümumilikdə yeddi akademik borcunun (kəsirinin) olmasına baxmayaraq yalnız sonuncu iki fəndən olan akademik borcları (kəsiri) üzrə məqbul qiymət alınmasında köməklik göstərilməsi barədə 2020-ci ilin fevral ayında cinayətdən xəbərsiz Şahid1 vasitəsilə etdiyi müraciətlə əlaqədar özünün guya Bakı Dövlət Universitetində işləyən vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin əlaqələrindən istifadə edərək Şahid4 qeyd olunan akademik borclardan (kəsirlərdən) məqbul qiymət alma məsələsini müsbət həll etmək imkanına malik olduğunu sonuncuya yalandan bildirib, bunun üçün Bakı Dövlət Universitetinin müvafiq vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 700 (yeddi yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsini cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Şahid4 bildirib, razılığını almaqla onunla sövdələşdikdən sonra həmin niyyətlə 2020-ci ilin ilin fevral ayının əvvəllərində istintaqa məlum olmayan taksi sürücüsü vasitəsi ilə Bakı şəhəri Yasamal rayonu, 1-ci Alatava ünvanında 350 (üç yüz əlli) manat pul vəsaitini alıb, cinayətkar niyyətini davam etdirərək özünə olan inam və etibardan sui-istifadə edib “WhatsApp” tətbiqi vasitəsilə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə öz istifadəsində olan 051 ***-**-** mobil nömrə arasında baş tutan danışıq zamanı əlavə olaraq 500 (beş yüz) manat pul müqabilində digər beş fəndən olan akademik borcunu (kəsir) da eyni qaydada həll etmək imkanına malik olduğunu yalandan deyib sonuncunun razılığını alaraq 05 mart 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsi 33, mənzil 301 fərdi yaşayış evinin olduğu binanın qarşısında 500 (beş yüz) manat olmaqla ümumilikdə Şahid4 məxsus 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə, həmçinin, eyni cinayətkar niyyətini davam etdirərək, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Kimya ixtisasının üçüncü kurs tələbəsi Şahid6 2016-2020-ci illər ərzində Qeyri-üzvi kimya-2, Neft xammalının kimyəvi emalı, Fizika-2, Ali riyaziyyat-2, Analitik kimya-2, Fizika-1, Kolloid kimya və Fiziki kimya-2 fənlərindən yaranmış ümumilikdə səkkiz akademik borcunun (kəsirinin) olmasına baxmayaraq yalnız altı fəndən olan akademik borcu (kəsiri) üzrə məqbul qiymət alınmasında köməklik göstərilməsi barədə 2020-ci ilin fevral ayında cinayətdən xəbərsiz Şahid1 vasitəsilə etdiyi müraciətlə əlaqədar özünün guya Bakı Dövlət Universitetində işləyən vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin əlaqələrindən istifadə edərək Şahid6 qeyd olunan akademik borclardan (kəsirlərdən) məqbul qiymət alma məsələsini müsbət həll etmək imkanına malik olduğunu sonuncuya yalandan bildirib, bunun üçün Bakı Dövlət Universitetinin müvafiq vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə hər bir fənn üzrə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsini cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Şahid6 bildirib razılığını aldıqdan sonra sonuncu vasitəsi ilə 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu, 1-ci Alatava ünvanında 1.500 (bir min beş yüz) manat pul vəsaitini alıb, cinayətkar niyyətini davam etdirərək özünə olan inam və etibardan sui-istifadə edib Şahid1 vasitəsilə Şahid6 ilə əlaqə yaradıb əlavə olaraq 500 (beş yüz) manat pul müqabilində digər iki fəndən olan akademik borcunu (kəsir) da eyni qaydada həll etmək imkanına malik olduğunu yalandan deyib sonuncunun razılığını aldıqdan sonra 28 aprel 2020-ci il tarixdə cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə Bakı şəhəri Yasamal rayonu, 1-ci Alatava ünvanında 500 (beş yüz) manat olmaqla, ümumilikdə Şahid6 məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib, sonuncu qalan pul vəsaitini verməkdən imtina etdiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Şahid6 məxsus cəmi 3.000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirməyə cəhd etməklə, həmçinin, eyni cinayətkar niyyətini davam etdirərək, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Kimya ixtisasının üçüncü kurs tələbəsi Aslanova (Ələkbərova) Səma Elxan qızının 2016-2020-ci illər ərzində İnformatika, Kristallokimya, Fizika-1, Mülki Müdafiə, Analitik kimya-2, Fiziki kimya-1, Fizika-2, Fiziki tədqiqat metodları, Kimya texnologiyası, Kolloid kimya, Yüksəkmolekullu birləşmələr kimyası, Neft kimyası və neft-kimyəvi sintez, Müasir analiz metodları, Fiziki kimya-2, Üzvi sintez, Həyat fəaliyyətinin kimyəvi əsasları, Elektrokimyanın nəzəri əsasları, Nanokimya və Neft xammalının kimyəvi emalı fənlərindən yaranmış ümumilikdə on doqquz akademik borcunun (kəsirinin) olmasına baxmayaraq yalnız on dörd fəndən olan akademik borcu (kəsiri) üzrə məqbul qiymət alınmasında köməklik göstərilməsi barədə 2020-ci ilin fevral ayında cinayətdən xəbərsiz Şahid1 vasitəsilə etdiyi müraciətlə əlaqədar özünün guya Bakı Dövlət Universitetində işləyən vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin əlaqələrindən istifadə edərək Şahid9 (Ələkbərovanın) qeyd olunan akademik borclardan (kəsirlərdən) məqbul qiymət alma məsələsini müsbət həll etmək imkanına malik olduğunu sonuncuya yalandan bildirib, bunun üçün Bakı Dövlət Universitetinin müvafiq vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə ümumilikdə 4.200 (dörd min iki yüz) manat məbləğində maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsini cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Şahid9 (Ələkbərovaya) bildirdiyi zaman sonuncu 2.000 (iki min) manat məbləğində pul verməyə imkanı çatacağını dediyindən özünü işgüzar və mərhəmətli şəxs kimi təqdim edib bütün çətinliklərə baxmayaraq guya həmin məsələni 2.000 (iki min) manata həll edə biləcəyini deyib Şahid9 (Ələkbərovanın) razılığını almaqla onunla sövdələşərək, həmin niyyətlə, 2020-ci ilin ilin mart ayının əvvəllərində cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ünvanında 1.500 (bir min beş yüz) manat, eyni niyyətlə, 10 mart 2020-ci il tarixdə isə ünvan 5 ünvanında yerləşən binanın qarşısında 500 (beş yüz) manat olmaqla, ümumilikdə Şahid9 (Ələkbərovaya) məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini, ümumilikdə qeyd edilən qaydada cəmi 7.050 (yeddi min əlli) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək Şahid1, Şahid8, Şahid4, Şahid6 və Şahid9 (Ələkbərovaya) vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək cəmi 8.050 (səkkiz min əlli) manat məbləğində pul vəsaitini həmin şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası İlə əlaqədar sonuncuların xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə onları qəsdən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Kimya müəllimliyi ixtisasının dördüncü kurs tələbəsi Şahid2 X15 məqbul qiymət alması barədə Şahid1 vasitəsilə 2019-cu ilin dekabr ayının sonlarında etdiyi müraciətlə əlaqədar özünün guya Azərbaycan Respublikasının Təhsil Nazirliyində işləyən vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin əlaqələrindən istifadə edərək Şahid2 dövlət imtahanından məqbul qiymət alma məsələsini müsbət həll etmək imkanına malik olduğunu sonuncuya yalandan bildirib, bunun üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsini cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Şahid2 bildirərək sonuncunun razılığını almaqla onunla sövdələşdikdən sonra həmin niyyətlə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2019-cu ilin dekabr ayının sonlarında Bakı şəhəri Yasamal rayonu, 1- ci Alatava ünvanında 900 (doqquz yüz) manat, eyni niyyətlə, 2020-ci ilin yanvar ayının ortalarında ünvan 7 ünvanında yerləşən binanın qarşısında 250 (iki yüz əlli) manat, eyni niyyətlə, 2020-ci ilin yanvar ayından fevral ayına qədər istintaqla dəqiq müəyyən edilməyən günlərdə Bakı şəhəri ərazisində 550 (beş yüz əlli) manat olmaqla ümumilikdə, Şahid2 məxsus 1.700 (bir min yeddi yüz) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib, sonuncu qalan pul vəsaitini verməkdən imtina etdiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Şahid2 məxsus cəmi 3.000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirməyə cəhd etməklə, həmçinin, eyni cinayətkar niyyətini davam etdirərək Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Kimya müəllimliyi ixtisasının beşinci kurs tələbəsi Şahid3 X15 məqbul qiymət alması barədə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2020-ci ilin yanvar ayında etdiyi müraciətlə əlaqədar özünün guya Azərbaycan Respublikasının Təhsil Nazirliyində işləyən vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin əlaqələrindən istifadə edərək Şahid3 dövlət imtahanından məqbul qiymət alma məsələsini müsbət həll etmək imkanına malik olduğunu sonuncuya yalandan bildirib, bunun üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə 6.000 (altı min) manat məbləğində maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsini cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Şahid3 bildirərək razılığını almaqla onunla sövdələşdikdən sonra həmin niyyətlə Şahid1 vasitəsilə 22 yanvar 2020-ci il tarixdə ünvan 5 ünvanında yerləşən binanın qarşısında 2.000 (iki min) manat, eyni niyyətlə, istintaqa məlum olmayan taksi sürücüsü vasitəsi ilə ünvan 8 ünvanında yerləşən binanın yaxınlığında 500 (beş yüz) manat olmaqla, ümumilikdə Şahid3 məxsus 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib, sonuncu qalan pul vəsaitini verməkdən imtina etdiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Şahid3 məxsus cəmi 6.000 (altı min) manat məbləğində pul vəsaitini ələ keçirməyə cəhd etməklə, ümumilikdə qeyd edilən qaydada cəmi 4.200 (dörd min iki yüz) manat məbləğində pul vəsaitini aldatma və etibardan suiistifadə yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək Şahid2 və Şahid3 ziyan vurmaqla təkrarən dələduzluq etmiş, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək cəmi 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini həmin şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncuların xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə onları təkrarən qəsdən təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 178.2.2, 29,178.2.4, 178.2.4 və 32.4,312.2 maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ildə Bakı Dövlət Universitetinin tələbəsi olan Züleyxa adlı qızla aralarında şəxsi tanışlıq münasibətləri yaranmışdır. Bir müddət sonra Züleyxa imtahanlarından kəsrlərinin olduğunu, buna görə universitetdə problemlərinin yarandığını demişdir. Həmin vaxt Turizm Universitetində təhsil alan Fərəc adlı tanışının da imtahanlarında kəsrləri yaranmış, həmin kəsrlərin düzəldilməsi üçün adam axtarmışlar. Züleyxa da bunu bilmiş, buna görə Fərəcin kəsrlərini düzəltməyə kömək edə biləcək kimisə tapıb-tapmadıqlarını soruşmuş, o da Təhsil Nazirliyində çalışan Şahid7 adlı qadının kəsrlərin düzəldilməsi üçün Fərəclə danışdığını, lakin bir kəsrə görə 1.000 (bir min) manat pul tələb etdiyindən Fərəcin razılaşmadığını, Züleyxanın kəsrlərinin düzəldilməsi üçün Aybənizlə danışa biləcəyini demiş, Züleyxa da razılaşmışdır. Bundan sonra, Züleyxanın yanında Aybənizlə danışmış, Aybəniz bir kəsri 450 (dörd yüz əlli) manata düzəldə biləcəyini, lakin Züleyxanın kəsrlərinin sayı iyirmidən çox olduğundan qiyməti 250 (iki yüz əlli) manata endirmək imkanının olduğunu demişdir. Züleyxa evdən 1.000 (bir min) manat məbləğində pul alıb verə biləcəyini demişdir. Bundan üç-dörd gün sonra təxminən 2019-cu ilin dekabr ayının sonlarında Züleyxadan 1.000 (bir min) manat məbləğində pulu öz yaşadığı evin yerləşdiyi 1-ci Alatava, Şəfaət Mehdiyev küçəsində götürüb, elə həmin gün Aybənizə “28 Mall” Ticarət Mərkəzinin qarşısında vermişdir. 2020-ci ilin fevral ayında Züleyxa digər tələbə yoldaşlarının da kəsrləri olduğunu, bununla bağlı Aybənizlə danışmağı xahiş etmişdir. Züleyxanın qrup yoldaşı Şəbnəm adlı qız dövlət imtahanından kəsilmiş, onun dövlət imtahanından keçməsi üçün Aybənizlə danışmış, Aybəniz ümumilikdə 3.000 (üç min) manat pul istəmişdir. Bunu Züleyxaya bildirmiş, sonuncu da Şəbnəmdən ilkin olaraq 900 (doqquz yüz) manat alıb ona yaşadığı küçədə vermiş, həmin gün 900 (doqquz yüz) manat pulu Aybənizə “İnşaatçılar” metrosunun yanında verərkən qalan 600 (altı yüz) manatı qısa müddətdə, 1.500 (bir min beş yüz) manatı isə diplom alınan zaman veriləcəyi barədə Aybənizlə razılaşmışlar. Aybəniz ona iş həll olduqdan sonra hörmət edəcəkmiş, lakin nə qədər pul verəcəyini bilmirmiş. Daha sonra Şəbnəm 250 (iki yüz əlli) manat pulu Züleyxa vasitəsi ilə ona, Züleyxanın yaşadığı binanın qarşısında vermişdir. Bundan sonra Aybəniz Şəbnəmə görə qalan pulu istədiyindən o da Züleyxadan həmin pulu alıb verməyi demiş, sonra Şəbnəmin tanışı Vaqif adlı şəxs ona təxminən 2020-ci ilin yanvar ayından mart ayına qədər qalan məbləğdən 550 (beş yüz əlli) manatı hissə-hissə olmaqla atası Həbib Kazımovun və Züleyxanın bank kartına göndərmişdir. 200 (iki yüz) manat məbləği öz pulundan Aybənizə verdiyinə görə Vaqifin göndərdiyi puldan 200 (iki yüz) manatını özünə götürmüşdür. Ümumilikdə Şəbnəmin işi ilə bağlı Aybənizə 1.700 (bir min yeddi yüz) manat pul vermişdir, izahatında 1.100 (bir min yüz) manat yazılmağı mexaniki yanlış olmuşdur. İş alınmadığına görə həmin məbləğin 200 (iki yüz) manatını Vaqifin göndərdiyi karta köçürmüşdür. Aybəniz qalan 1.500 (bir min beş yüz) manat məbləğində pulu qaytarmadığına görə məbləği tam şəkildə geri qaytara bilməmişdir. Şəbnəmlə eyni vaxtda Züleyxa Pərvanə adlı tələbənin də dövlət imtahanından kəsildiyini, bununla bağlı Aybənizə deməyini istəmişdir. Aybənizlə danışmış və sonuncu 6.000 (altı min) manat pul istəmişdir. O, bu barədə Züleyxaya demiş, sonuncu da buna görə Pərvanədən 2.000 (iki min) manat məbləğində pulu götürmüş və o da həmin 2.000 (iki min) manatı Züleyxadan onun yaşadığı binanın qarşısından götürmüşdür. Züleyxadan 2020-ci ilin yanvar ayında götürdüyü 2.000 (iki min) manat məbləğində pulu yenə aparıb həmin gün Aybənizə “28 Mall” Ticarət Mərkəzinin qarşısında vermişdir. Təxminən iyirmi gün sonra, 2020-ci ilin mart ayında Aybəniz Pərvanənin işinə görə əlavə olaraq 500 (beş yüz) manat da istəmiş və demişdir ki, əgər 500 (beş yüz) manatı təcili versə deyilən qiymətdən 500 (beş yüz) manat endirim edəcəkdir. Həmin məbləği götürmək üçün taksi göndərmiş, taksi şoferi 500 (beş yüz) manat pulu Pərvanədən götürüb Aybənizə çatdırmışdır. Həmin taksinin kim olduğunu bilmir. Pərvanənin işi də alınmadığına görə 200 (iki yüz) manatı öz cibindən qaytarıb Züleyxanın atdığı, Könül Kərimova adlı şəxsin bank kartına köçürmüşdür. X32 adlı tələbənin də kəsrləri olduğunu demiş və bununla bağlı Aybənizlə danışmışdır. Aybəniz Nigarın üç kəsrinə görə ümumilikdə 1.200 (bir min iki yüz) manat pul istəmişdir. X28raq 800 (səkkiz yüz) manat pul vermişdir. Nigardan 800 (səkkiz yüz) manat pul alınması üçün tanımadığı, mobil nömrəsini halhazırda xatırlamadığı taksi sürücüsünün nömrəsini Züleyxaya o vermiş, həmin taksini də yadındadır ki, Bakı Dövlət Universitetinin qarşısında Nigardan 800 (səkkiz yüz) manat pulu götürüb yaşayış evinin olduğu Alatava küçəsinə gətirib ona vermişdir. O da 800 (səkkiz yüz) manat pulu həmin günü “28 Mall" Ticarət Mərkəzinin qarşısında Aybənizə vermişdir. Sonra Züleyxa 2020-ci ilin iyun ayının əvvəlləri olardı ki, Nigara görə 400 (dörd yüz) manatı ona yaşadığı küçədə vermiş, o da eyni qaydada 400 (dörd yüz) manat pulu Aybənizə “28 Mall" Ticarət Mərkəzinin qarşısında vermişdir. Təxminən eyni vaxtda, 2020-ci ilin fevral ayında Nərmin və Səma adlı tələbələrin də eyni problemləri yaranmışdır. Züleyxa ilk olaraq ona 2020-ci ilin mart ayının əvvəllərində 3.000 (üç min) manat verib ki, Nərminlə Səmanın puludur, o da 3.000 (üç min) manatı Aybənizə verməyib ki, bütöv verər, həmin ərəfədə, yəni 2020-ci ilin mart ayının əvvəllərində Səma 500 (beş yüz) manat da Züleyxa vasitəsi ilə göndərmiş, o da həmin günü 500 (beş yüz) manat pulu Züleyxadan sonuncunun yaşadığı binanın qarşısında almış, həmin günü də 3.500 (üç min beş yüz) manat pulu aparıb “28 Mall" Ticarət Mərkəzinin qarşısında Aybənizə vermişdir. Daha sonra Nərmin əlavə olaraq da Züleyxanın tanışı Kamran adlı şəxsin kartına 500 (beş yüz) manat da göndərmişdir. Həmin pulu da eyni qaydada Züleyxadan alıb Şahid7a vermişdir. Bundan başqa Züleyxanın rəfiqəsi Arzunun da beş ədəd kəsrinin düzəldilməsi üçün Aybənizlə danışmış, Aybəniz 1.200 (bir min iki yüz) manat pul istəmişdir. Həmin pulun 350 (üç yüz əlli) manatını Züleyxa Arzudan 2020-ci ilin fevral ayında götürüb ona tanımadığı taksi vasitəsi ilə küçələrinə göndərmişdir. O, 350 (üç yüz əlli) manat pulu həmin günü “28 Mall" Ticarət Mərkəzinin qarşısında Aybənizə vermişdir. Daha sonra isə Arzu özü ona 2020-ci ilin mart ayının əvvəllərində 500 (beş yüz) manat pulu öz məhlələrində vermişdir, o həmin yerə öz dostunun ağ rəngli, “Hundai Sonata" markalı, 10-014 dövlət qeydiyyat nişanlı avtomobili ilə getmişdir. Pulu aldığı gün eyni qaydada və eyni yerdə Aybənizə vermişdir. Ümumilikdə 850 (səkkiz yüz əlli) manat pulu o, aparıb Aybənizə vermişdir. Verilmiş sullara cavab olaraq bildirmişdir ki, O Aybənizi tanışı Əkbər vasitəsi ilə tanımış, onunla Züleyxanın kəsirlərini həll etmək məqsədilə tanış olmuşdur. Şahid7 ona ilk dəfə Təhsil Nazirliyində işlədiyini, daha sonra isə Xarici Dillər Universitetində işlədiyini, Təhsil Nazirliyində tanışının olduğunu demişdir, sonuncu ona adətən İran nömrəli “whatsapp" vasitəsilə yazırmış, həmin nömrəni xatırlamır, o, pulları Aybənizin özünə vermişdir. Sonuncu dəfə Aybənizlə təxminən iki-üç ay əvvəl danışmışdır. O, Aybənizlə yalnız “whatsapp" proqramı vasitəsi ilə danışmış, onunla mobil telefonla əlaqə saxlamamışdır, istifadəsində olan 051 ***-**-** və 051 ***-**-** mobil nömrəsi ilə Aybənizin 055 ***-**-** mobil nömrəsinə nə vaxt zəng etsə, zanit verib “whatsapp"la yığmışdır. Aybəniz adlı şəxsin ondan aldığı pul vəsaitlərini konkret kimə verdiyi barədə məlumatı yoxdur. Lakin nazirlikdə hansısa şöbədə tanışının olduğunu, onun vasitəsilə bu işləri gördüyünü demişdir. Məhkəmə iclasında elan olunmuş cinayəti işinin 1-ci cildinin 65-75-ci vərəqlərində olan “Diskə baxış keçirilməsi haqqında” 08 sentyabr 2020-ci il tarixli protokolun əks olunduğu bir ədəd CD diskdə olan səsyazılarının məzmunu ona aydındır. Həqiqətəndə həmin səsyazılarında olan danışıqlar ona aiddir. Məhkəmə iclasında nümayiş etdirilməklə ona elan edilmiş 19 yanvar 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş bir ədəd diskdəki atası Həbib Kazımovun adında qeyd olunan görüntülərin bəzilərində özüdür, digərlərində isə qardaşı və atasıdır, atası və qardaşı Mirmehdi atasının pensiya kartından atasına məxsus pulları çıxarmışdır, ona aid, yəni ona göndərilən pulları isə özü çıxartmışdır. Həmçinin Şahid1 adında olan görüntülərdə də bəzilərində odur. Şahid1 məxsus plastik bank kartını sonuncu ilə şəxsi münasibəti olduğuna görə özü veribmiş, bunun səbəbi kəsrlərə görə verilən pulların bir qisminin həmin karta köçməsi olmuşdur. Həmin kartı itirmişdir. Həbib Kazımov atasıdır, Ataş Həsənov və Namid Əliyev isə dostudur. Aybənizə verəcəyi pul vəsaitlərini tələbələr həmin kartlara və Züleyxanın kartına atırmışlar, o da bankomatdan həmin pulları çıxarıb Aybənizə verirmiş. Tələbələrdən aldığı pulların təxminən 10.700 (on min yeddi yüz) manatını Aybənizə vermişdir. Aybəniz tələbələrdən aldığı pullardan hər 1.000 (bir min) manata 150-200 (yüz əlli-iki yüz) manat pul verəcəyini deyibmiş, lakin həmin 150-200 (yüz əlli-iki yüz) manat pulu Züleyxanın borcuna çıxırmış. Ona həmin pullardan cəmi 550 (beş yüz əlli) manat pul çatmışdır, başqa pul verilməmişdir. Əlavə olaraq bildirmişdir ki, Züleyxaya və ya başqa şəxsə Bakı Dövlət Universitetində və Təhsil Nazirliyində tanışının olduğunu deməmiş, ümumiyyətlə kəsrləri düzəldə biləcək adam tanıdığını, həmin adamın vasitəsi ilə düzəldəcəyini demişdir. Züleyxa ona kəsrlərinin düzəldilməsi üçün 1.000 (bir min) manat pul vermişdir. Züleyxa Pərvanənin işinə görə ona 2.000 (iki min) manat pul vermişdir, 500 (beş yüz) manatını qeyd etdiyi kimi Pərvanə ona özü göndərmişdir. Nigar 800 (səkkiz yüz) manat pulu ona taksi sürücüsü vasitəsi ilə vermişdir. Züleyxa Nərmin və Səmadan aldığı ümumilikdə 4.000 (dörd min) manatı ona vermiş, o da Aybənizə vermişdir. Züleyxadan bəzən borc pullar almış və borclarını qaytarmışdır. Son olaraq bildirmişdir ki, ona irəli sürülmüş ittiham üzrə yəni Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 178.2.2, 29,178.2.4, 178.2.4 maddələri üzrə özünü təqsirli hesab etməmiş, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilir, peşmandır. Əməlinin düzgün tövsif olunmaqla barəsində ədalətli həddə cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, özünü təqsirli bilməməsinə baxmayaraq, yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə əməllərini törətməkdə təqsirli olması özünün mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, əməliyyataxtarış tədbirləri və istintaq hərəkətlərinin protokolları və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2015-ci ildə Bakı şəhəri Binəqədi rayonunda yerləşən 135 saylı tam orta məktəbin on birinci sinfini bitirmiş, X22 tərəfindən təşkil olunan ali məktəblərə qəbul imtahanında 417 bal torplayaraq Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “kimya müəllimi” ixtisası üzrə bakalavr dərəcəsinə qəbul olunmuşdur. Təxminən 2019-ci ilin noyabr-dekbar aylarında Züleyxa adlı tələbənin tanışı vasitəsilə imtahan kəsrlərini düzəltdiyini öyrənmişdir. X15 kəsildiyinə görə həmin məsələnin həll olunmasına kömək etməsi üçün Züleyxa ilə danışmışdır. Züleyxa ona tanışının Təhsil Nazirliyində çalışan yaxını vasitəsilə kəsrlərini düzəltdiyini, ona da kömək edə biləcəyini demişdir. Züleyxa onun imtahandan keçməyi müqabilində Əli adlı tanışının ilkin olaraq 2.500 (iki min beş yüz), daha sonra isə 500 (beş yüz) manat olmaqla- ümumilikdə 3.000 (üç min) manat pul istədiyini demişdir. 2019-cu ilin dekabr ayında “28 Mall” ticarət mərkəzində Züleyxa ilə görüşmüş, ona ilkin olaraq 900 (doqquz yüz) manat məbləğində pul vermişdir. İlkin olaraq 1.500 (bir min beş yüz) manat, iş həll olandan sonra isə qalan 1.500 (bir min beş yüz) manatın verilməsi barədə Züleyxaya demiş, Züleyxa da Əli ilə danışdıqdan sonra razılaşdığını bildirmişdir. Təxminən bir ay sonra Züleyxa ona Əlinin əlavə olaraq da pul istədiyini demişdir. Həmin vaxt evdən çıxa bilmədiyinə görə 250 (iki yü əlli) manat məbləğində pulu tanışı Vaqif adlı şəxsin bank kartına göndərmiş, Vaqif də həmin məbləği bankomatdan çıxarıb Züleyxaya vermişdir. 2020-ci ilin yanvar ayının sonlarında Züleyxa Əlinin yenə pul istədiyini demiş, həmin vaxtdan 2020-ci ilin fevral ayına qədər ümümilikdə 550 (beş yüz əlli) manat məbləğində pulu Vaqifin vasitəsilə Əliyə vermişdir. Qeyd edir ki, tanışı Vaqif əvvəlcə Əli ilə telefonda danışmış və Əli mütəmadi olaraq ondan qalan məbləğin verilməsini istəyirmiş. Bildirir ki, imtahan kəsrinin düzəldilməsi müqabilində ümumilikdə 1.700 (bir min yeddi yüz) manat məbləğində pulu Züleyxa və Vaqifin vasitəsilə Əliyə vermişdir. 2020-ci ilin iyun ayında Əlidən verdikləri pulları geri tələb ediblər. Bundan sonra Əli cəmi 200 (iki yüz) manat pulunu ona tanışı Huri Bayramovanın "xxxx" kartı vasitəsi ilə geri qaytarmışdır. Əli tanışı X29 və Namİd Əliyev adlı şəxslərin bank kartlarının şəklini atıbmış. Əliyə verdiyi pul vəsitlərinin BDU-nun hər hansı əməkdaşına və ya digər şəxsə verilməsi barədə hər hansı məlumatı yoxdur. Sadəcə Əli demişdir ki, aldığı pulları Təhsil Nazirliyində işləyən ikisi kişi, biri qadın olan tanışlarına verir, onların vasitəsilə bu məsələləri həll edir. Əliyə 1.100 (bir min yüz) manat deyil, ümumilikdə 1.700 (bir min yeddi yüz) manat pul vermişdir. Əli ondan pulu 2019-2020-ci təhsil ilinin sonunda olan dövlət imtahanından onu keçirtmək məqsədi ilə almışdır. Kəsrlərini özü imtahan verərək keçmişdir. Şahid7 adlı şəxsi tanımır, Əli ona belə bir adamın adını deməmişdir. Təqsirləndirilən şəxs görməmişdir.Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir və hal-hazırda onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2019-cu ilin oktyabr ayından ünvan 9 ünvanında yerləşən “Banu” aptekdə əczaçı işləyir. 2014-cü ildə ünvan 10 məkəbin on birinci sinfini bitirmiş, X22 tərəfindən təşkil olunan ali məktəblərə qəbul imtahanında 435 bal torplayaraq Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “kimya müəllimi” ixtisası üzrə bakalavr dərəcəsinə qəbul olunmuşdur. Mahiyyəti üzrə bildirir ki, Şəbnəm adlı tələbənin vasitəsilə tanış olduğu Züleyxa adlı tələbənin tanışı vasitəsilə yekun dövlət imtahanlarından məqbul qiymət almaqda köməklik edə biləcəyini öyrənmişdir. Şəbnəm özünün də əvvəllər kəsrləri olduğunu, həmin kəsrləri Züleyxanın tanışı vasitəsilə düzəltdiyini demişdir. Bundan sonra o da 22 yanvar 2020-ci il tarixdə Züleyxa ilə görüşmüş və yekun dövlət imtahanlarından məqbul qiymət almaqda ona da kömək etməsini istəmişdir. Züleyxa Əli adlı tanışının bu işləri həll etdiyini demiş və Əli ilə danışdıqdan sonra ilkin olaraq 6.000 (altı min) manat məbləğində pul tələb etmişdir və həmin məbləğin 2.000 (iki min) manatının tez bir zamanda verilməli olduğunu demişdir. 22 yanvar 2020-ci il tarixdə işlədiyi “Banu” aptekin içərisində 2.000 (iki min) manat məbləğində pulu Züleyxaya vermişdir. Telefonla danışarkən Züleyxa fevral ayının 15-nə kimi cavabların bilinəcəyini demişdir. Fevral ayında Züleyxa Əlinin 500 (beş yüz) manat pula ehtiyacı olduğunu demiş, həmin məbləği versə tələb olunan pulun 500 (beş yüz) manat endirləcəyini bildirmişdir. Həmin məbləği təxminən fevral ayının sonu Əlinin göndərdiyi tanımadığı bir şəxsə yaşadığı binanın yanında vermişdir. Daha sonra bu məsələnin alınmadığını görüb Şəbnəm adlı tələbədən Əlinin telefon nömrəsini almış və ona zəng etmiş, Əli onunla kobud şəkildə danışıb telefonu söndürmüşdür. 2020-ci ilin may ayının əvvəllərində tanışı vasitəsilə öyrənmişdir ki, dövlət imtahanlarının ləğv olunma ehtimalı var. Bundan sonra o, verdiyi 2.500 (iki min beş yüz) manat məbləğində pulun geri qayratılmasını istəmiş, Əli də tez bir zamanda pulun geri qaytarılacağını bildirmişdir. Bir müddət sonra o, pula etiyacının olduğunu Züleyxaya demiş, Züleyxa isə Əliyə bu barədə demişdir. Əli ondan alınmış 2.500 (iki min beş yüz) manat məbləğində pulun 200 (iki yüz) manatını rəfiqəsi Könülün kartına 2020-ci ilin iyun ayının ortalarında göndərmişdir. Lakin bu günədək qalan məbləğ ona qaytarılmamışdır. İşlədiyi aptekdə 2.000 (iki min) manat məbləğində pulu Züleyxaya verərəkən mobil telefonu vasitəsilə video çəkmiş, həmin videonu da izahatına əlavə etmişdir. 500 (beş yüz) manatı isə Əlinin tanımadığı tanışına təklikdə vermişdir. Züleyxa ona demişdir ki, Əlinin Təhsil Nazirliyində tanışı var və məsələləri onun vasitəsi ilə həll edir. Təqsirləndirilən şəxs ondan pulu 2019-2020-ci təhsil ilinin sonunda olan dövlət imtahanından onu keçirtmək məqsədi ilə almışdır. O, kəsirlərini özü imtahan verərək keçmişdir. Şahid7 adlı şəxsi tanımır, Təqsirləndirilən şəxsla qarşıqarşıya gəlməmişdir. Əlinin izahatında qeyd etdiyi, yəni Züleyxanın ondan aldığı 2.000 (iki min) manat pulun 1.400 (bir min dörd yüz) manatının Əliyə verilməsi, 600 (altı yüz) manatın isə Züleyxada qalması barədə dediklərinə münasibətdə qeyd edir ki, onun bu barədə məlumatı yoxdur, lakin o, Əli ilə telefonda danışıb ondan 2.500 (iki min beş yüz) manat pulunu tələb edərkən Əli həmin vaxtı ona 600 (altı yüz) manat pulun Züleyxada olduğunu deməmiş, yalnız pulun qaytarılacağını demişdir.Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir və hal-hazırda onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2015-ci ildə Masallı rayon Təzəkənd kənd tam orta məktəbini bitirib X22 tərəfindən təşkil olunan ali məktəblərə qəbul imtahanında 407 bal toplayaraq Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimya müəllimi” ixtisası üzrə bakalavr pilləsinə daxil olmuşdur. Hal-hazırda kəsirləri olduğundan təhsili davam edir. Mahiyyəti üzrə bildirir ki, 2020-ci ilin təxminən yanvar-fevral aylarında qrupdakı tələbələrlə söhbət edərkən qrup yoldaşı Şahid1 Əli adlı tanışının olduğunu, Əlinin tanışları vasitəsi ilə kəsrləri həll etdiyini eşitmişdir. Həmin ərəfədə Züleyxa ilə bu barədə söhbət edərkən qeyd edilənləri təsdiq edərək Əli adlı tanışının Təhsil Nazirliyində tanışlarının olmasını və kəsirləri həll edə biləcəyini demişdir. Bir müddət fikirləşdikdən sonra yeddi fəndən kəsirlərinin olmasına baxmayaraq, onların hamısını deyil, iki ədəd Fiziki Kolloid 1 və Fiziki Kolloid 2 fənlərindən olan kəsirlərinin həll edilməsi üçün Züleyxa ilə danışmışdır. Züleyxa bu məsələni Əliyə deyəcəyini bildirmişdir. Səhəri gün Züleyxa ilə danışaraq fikrini dəyişdiyini, iki fəndən kəsirlərinin həll edilməsi üçün Əliyə deməməyi bildirmişdir. Lakin Züleyxa onu pis vəziyyətə qoyduğunu, artıq məlumatları Əliyə göndərdiyini deyərək bundan imtina etməyin mümkün olmadığını bildirmiş, o da bunları nəzərə alaraq iki kəsr üçün nə qədər pul verməli olduğunu soruşmuş, Züleyxa Əlinin bir kəsr üçün 350 (üç yüz əlli) manat olmaqla, iki kəsr üçün 700 (yeddi yüz) manat pul istədiyini demişdir. 2020-ci ilin fevral ayının əvvəllərində ilkin olaraq 350 (üç yüz əlli) manat pulu Züleyxanın həmin vaxtı yaşadığı Bakı şəhəri Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən mənzildə Züleyxaya təklikdə vermiş, qalan 350 (üç yüz əlli) manatı isə bir-iki ay ərzində verəcəyini bildirmişdir. Züleyxa Əlinin 2020-ci ilin fevral ayının əvvəllərində ikinci semestr başladıqda iki kəsirini də həll edəcəyini vəd etmişdir. Züleyxa həmin vaxtı onun yanında verdiyi 350 (üç yüz əlli) manat pulu taksi ilə Əliyə göndərmişdir. Bundan bir müddət sonra Züleyxa ona Əli ilə danışdığını, Əlinin onun barəsində passiv tələbə olduğu üçün iki kəsiri həll edilsə də, digər beş kəsiri ilə bağlı imtahanlara girdikdə problem olacağını bildirmişdir. Belə olduğu halda iki kəsrlə bağlı etdiyi müraciətdən imtina etdiyini, Züleyxa vasitəsi ilə Əliyə göndərdiyi 350 (üç yüz əlli) manatı geri istədiyini bildirmişdir. Züleyxa bunun mümkün olmadığını bildirdikdə ondan Əlinin istifadəsində olan 051 ***-**-** mobil telefon nömrəsini alaraq Əliyə yuxarıda qeyd etdikləri ilə bağlı yazaraq ondan kəsrlərini həll etməməsini, ona göndərdiyi 350 (üç yüz əlli) manatı geri qaytarmağı xahiş etmişdir. Əli isə bunun mümkün olmadığını, pulu qaytara bilməyəcəyini, qalan 350 (üç yüz əlli) manatı verməyəcəyi halda həmin məbləği özünün verməli olacağını və digər kəsrləri ilə bağlı problemlərinin davam edəcəyini bildirmişdir. Bundan sonra digər beş kəsiri ilə bağlı ilkin olaraq bir-iki gün ərzində 500 (beş yüz) manat da verməli olduğunu demişdir. 05 mart 2020-ci il tarixdə Əli markasını xatırlamadığı ağ rəngli, dövlət nömrə nişanının sonu 014 olan avtomobillə onun yuxarıda qeyd etdiyi, yaşadığı binanın qarşısına gəlib, tələb etdiyi 500 (beş yüz) manat məbləğində pulu avtomobilin şüşəsindən Əliyə şəxsən təklikdə vermiş, Əli həmin vaxtı ona mart ayının təxminən 15-i tarixinədək kəsrlərinin həll ediləcəyini bildirmişdir. Bundan başqa eyni fakültədə ondan bir kurs aşağı oxuyan Nigar adlı tələbə ondan kəsrlərini necə həll edəcəyini soruşduqda Züleyxa vasitəsi ilə həll etdiyini bildirmiş, Nigar da Züleyxanı tanıdığını demişdir. Bundan bir müddət keçdikdən sonra Nigar onunla əlaqə saxlayaraq Züleyxa vasitəsi ilə Əliyə ümumilikdə 800 (səkkiz yüz) manat pul verdiyini, lakin işinin həll edilmədiyini, bununla bağlı da onu Züleyxaya yönləndirdiyini deyib ilk növbədə ondan, daha sonra Züleyxa və Əlidən şikayət edəcəyini bildirmişdir. X25 və Əliyə pul verməsindən heç bir məlumatı yoxdur. Ondan ümumilikdə 850 (səkkiz yüz əlli) manat pul alınmasına baxmayaraq nə kəsrləri düzəlmiş, nə də həmin pulu Təqsirləndirilən şəxs ona qaytarmamışdır. Bununla bağlı Əli ilə dəfələrlə danışmağına baxmayaraq ölkə ərazisində tətbiq edilən karantin rejimi ləğv edildikdən sonra məsələnin tam həll ediləcəyini demişdir. Əli ilə aralarında “whatsapp" proqramı vasitəsi ilə danışıqlarını izahatına əlavə etmişdir. Əli ona pulu karta göndərməyini deyib kart şəkli göndərmişdir, lakin o, karta pul ata bilməyəcəyini deyib, əlbəəl vermişdir. Əliyə verdiyi pul vəsaitlərinin BDU-nun hər hansı əməkdaşına və ya digər şəxsə verilməsi barədə heç bir məlumatı yoxdur. Sadəcə Əli demişdir ki, Bakı Dövlət Universitetində tanışı və Təhsil Nazirliyində işləyən kimsə tanışları var, həmin pullan onlara verəcək. Təqsirləndirilən şəxs ondan ümumilikdə 850 (səkkiz yüz əlli) manatı yeddi kəsirinin həll olunmasına görə almış, iki kəsirini yuxarıda qeyd etmiş, qalan kəsirləri isə Yüksəkmolekullu birləşmələr fənnindən, Neft fənnindən, Üzvi Kimya 2 fənnindən, Fizika fənnindən və Analitik Kimya 2 fənnindən olmuşdur. Şahid7 adlı şəxsi tanımır, Təqsirləndirilən şəxs ona belə bir adamın adını deməmişdir.Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir və hal-hazırda onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2015-ci ildə Siyəzən rayonu 5 saylı tam orta məktəbini bitirmiş, X22 tərəfindən təşkil olunan ali məktəblərə qəbul imtahanınında 393 bal torplayaraq Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “kimya müəllimi” ixtisası üzrə bakalavr dərəcəsinə qəbul olunmuşdur. Halhazırda kəsrləri olduğu üçün təhsilini davam etdirir. Mahiyyəti üzrə bildirir ki, təxminən 2019-cu ilin dekbar ayında “İnstagram” sosial şəbəkəsində Fərəc adlı şəxslə söhbət zamanı imtahanlardan kəsrlərinin olduğunu demiş, Fərəc Əli adlı qohumunun kəsrlərin düzəldilməsində ona köməklik edə biləcəyini demişdir. Fərəc həmin vaxtı instagram üzərindən Əli ilə onu tanış etmişdir. Əli ilə danışarkən imtahanlarla bağlı kəsrlərinin olduğunu ona bildirmiş, Əli isə bu işlərin onun tərəfindən həll edilə biləcəyini, Bakı Dövlət Universitetində və Təhsil Nazirliyində tanışlarının olduğunu, onların vasitəsi ilə kəsrlərini düzəldə biləcəyini demişdir. Əli ümumilikdə iyirmi ədəd kəsrinin düzəldilməsi müqabilində hər biri üçün 450 (dörd yüz əlli) manat olmaqla cəmi 9.000 (doqquz min) manat məbləğində pul verməli olduğunu demişdir. O, isə cəmi 1.000 (bir min) manat pulunun olduğunu dedikdə, Əli həmin pulu ona verməyi, lakin əlavə olaraqda kəsirləri olan tələbələri onunla tanış etməyini istəyib, bundan sonra ondan əlavə pul tələb etməyəcəyini demişdir. Əliyə, sadəcə olaraq kəsrləri olan tələbələrə bu barədə məlumat verəcəyini, kimin razı-olub-olmamasını isə bilmədiyini deyib. 2019-cu ilin dekabr ayının sonlarında 1.000 (bir min) manat məbləğində pulu Əlinin yaşadığı Alatava küçəsində, evlərinin yaxınlığında ona təklikdə vermişdir. Bir neçə gün sonra tələbə yoldaşları ilə söhbət edərkən kəsrlərinin yeni tanış olduğu Əli adlı şəxs vasitəsi ilə düzəltdirəcəyini dedikdə Şəbnəm adlı tələbə yoldaşı dövlət imtahanında məqbul qiymət almasına köməklik etməyi üçün Əli ilə danışmağını xahiş etmişdir. Əli ilə bu barədə danışarkən 2.500 (iki min beş yüz) manat, daha sonra məbləği yüksəldərək 3.000 (üç min) manat pul istəmiş, lakin xatirində olduğu qədəri ilə 2.500 (iki min beş yüz) manatla razılaşdırılmışdır. 2019-cu ilin sonlarında Şəbnəmlə “28 Mall” Ticarət Mərkəzində görüşmüşlər və Şəbnəm ona Əliyə verməsi üçün 900 (doqquz yüz) manat pul vermiş, o da həmin pulu həmin vaxtı Əlinin yaşadığı evin yaxınlığında Alatava küçəsində ona təklikdə vermişdir. Daha sonra Əli ondan Şəbnəmə pulun qalan hissəsini verməyi demiş, o da bu barədə Şəbnəmə məlumat vermişdir. Şəbnəmin tanışı Vaqif adlı şəxs ona 2020-ci ilin yanvar ayında BDU-nin qarşısında 250 (iki yüz əlli) manat pulu vermiş, o da həmin vaxtı 250 (iki yüz əlli) manat pulu öz yaşadığı binanın qarşısında Əliyə təklikdə vermişdir. Daha sonra Şəbnəmin Əliyə nə qədər pul verməsini bilməmişdir. Sonra Şəbnəm vasitəsi ilə tanış olduğu Pərvanə adlı tələbə dövlət imtahanında məqbul qiymət alması üçün ona kömək etməyini xahiş etmiş, o da həmin vaxtı Əli ilə bu barədə danışmışdır. Əli ona Pərvanənin 6.000 (altı min) manat pul verməli olduğunu bildirmiş, o da bu barədə Pərvanayə bildirmişdir. Pərvanə ona 2020ci ilin yanvar ayının ortalarında 2.000 (iki min) manat pulu işlədiyi aptekdə vermişdir. 2.000 (iki min) manat pulu həmin günü Əli gəlib yaşadığı binanın qarşısından ondan təklikdə almışdır. Daha sonra Əli ona Pərvanədən 500 (beş yüz) manat da indi verdiyi təqdirdə, qalan puldan 500 (beş yüz) manat əksik verməsini bildirmişdir. Bu barədə Pərvanəyə məlumat vermişdir. Daha sonra eşidib ki, Pərvanə 500 (beş yüz) manat pulu Əliyə özü vermişdir. Bir müddət sonra, yəni 12 fevral 2020-ci il tarixdə Nigar adlı Universitet yoldaşı ondan kəsirlərinin düzəldilməsi ilə bağlı Əİi ilə danışmağını istəmiş, o da Əli ilə bu barədə danışmışdır. Əli Nigarın üç kəsirinə görə ümumilikdə 1.200 (bir min iki yüz) manat pul istəmişdir. Bu barədə Nigara bildirmiş və daha sonra Nigarın nömrəsini Əliyə vermişdir. Nigar 800 (səkkiz yüz) manat pulu Əliyə özü vermişdir. Daha sonra Əli ona demişdir ki, Nigar 400 (dörd yüz) manatı da verməlidir. Bu barədə Nigarla danışmış, Nigar isə 2020-ci ilin iyun ayında 400 (dörd yüz) manat pulu onun adına olan "xxxx" kartına göndərmişdir. Əlavə olaraq bildirir ki, onun adına olan "xxxx" kartı 2020-ci ilin mart ayından Əlidədir, bu barədə Əli xahiş etmişdir ki, onun kartları bloklanıb, kartını müvəqqəti olaraq ona versin. Həmçinin bunu da qeyd edir ki, Əli ilə tanış olduğu vaxtdan 2020-ci ilin mart ayının sonuna qədər sevgi münasibəti yaşamışdır. 2020-ci ilin fevral ayında Arzu adlı tələbə yoldaşı ona iki kəsrinin düzəldilməsi üçün Əlidən köməklik göstərilməsini xahiş etmiş, o da bu barədə Əliyə bildirmişdir. Əli isə iki kəsrə görə 700 (yeddi yüz) manat pul istəmişdir. Səhəri gün Arzu ona kəsrləri həll etməməyini bildirmiş, bu barədə Əliyə demişdir. Əli isə artıq gec olduğunu, Arzunun işini danışdığını, əgər bu alınmasa digər tələbələrin də kəsrlərinin düzəlməsinin problem olacağını demişdir. Arzuya bunu demişdir. Arzu 2020-ci ilin fevral ayının əvvəlləri onun yaşadığı evdə Əliyə verməsi üçün 350 (üç yüz əlli) manat pul vermiş, o da həmin pulu tanımadığı taksi vasitəsi ilə Əliyə göndərmişdir. Daha sonra Əli onunla əlaqə saxlayaraq Arzunun passiv tələbə olduğunu, digər beş kəsrində imtahana girərkən problem olacağını bildirmişdir. Bu barədə Arzuya məlumat vermiş və həmin vaxtı Arzu ondan Əlinin nömrəsini almışdır. Daha sonra eşitmişdir ki, Əli Arzudan əlavə olaraq da 500 (beş yüz) manat pul almışdır. 2020-ci ilin fevral ayının sonlarında Nərmin və Səma adlı universitet yoldaşları ondan kəsirlərinin həll olması üçün Əli ilə danışmasını xahiş etmişlər. Nərminin altı kəsirinə görə Əli ilə danışmış, Əli altı kəsirə görə 3.000 (üç min) manat, Səmanın on yeddi) kəsirinə görə isə 4.200 (dörd min iki yüz) manat pul istəmişdir. Bu barədə Nərminə və Səmaya bildirmişdir. 02 mart 2020-ci il tarixdə Nərmin və Səma ilə “Elmlər Akademiyası” metrostansiyasının yanında yerləşən “Padişah” adlı restoranda görüşmüş, orada Nərmin və Səma Əliyə çatdırması üçün ona hər biri ayrı-ayrılıqda 1.500 (bir min beş yüz) manat olmaqla cəmi 3.000 (üç min) manat pul vermişlər. Həmin pulları elə həmin günü Əliyə sonuncunun evinin yerləşdiyi küçədə vermişdir. Oraya getməmişdən qabaq Əli ilə anasının whatsapp nömrəsi olan ***-***-**-** nömrə ilə əlaqə saxlayıb getmişdir. 07 mart 2020-ci il tarixdə Səma onun kartına əlavə olaraq 500 manat pul göndərmişdir ki, Əliyə çatdırsın. O da həmin pulu H.Cavid parkının yanında yerləşən "xxxx"a aid bankomatdan çıxarmış, həmin günü Əli gəlib 500 manat pulu ondan yaşadığı binanın qarşısında götürmüşdür. Nərmin daha sonra 6 kəsirindən əlavə olaraq iki kəsirinin düzəlməsi üçün ona bildirmiş, o da bu barədə Əliyə məlumat vermişdir. Əli isə 500 manat pul istədiyini bildirmiş, o, eyni qaydada bu barədə Nərminə məlumat vermişdir. Nərmin də pulu kimə göndərəcəyini soruşub, həmin ərəfədə Əli bəzən ona kart vasitəsi ilə göndərilən pulların çatmadığını deyirmiş, daha sonra isə gec çatdığını bildirirmiş, o da bundan şübhələndiyinə görə Nərminə həmin 500 manat pulu tanışı Kamran Qələndərovun KapitalBank hesabına köçürməsini bildirmişdir. Təxminən 2020- ci ilin aprel-mart ayında Nərmin 500 manat pulu həmin kart hesabına köçürtmüş, o da həmin pulu çəkib Əlinin yaşadığı evin yerləşdiyi Alatava küçəsində təklikdə sonuncuya vermişdir. O, bundan sonra Əlinin nömrəsini Nərminə vermişdir ki, özü Əli ilə əlaqə saxlasın. Əlavə olaraq qeyd edir ki, Əli onlardan aldığı pulları Universitetdə və Təhsil Nazirliyində olan tanışlarına verəcəyini, onların vasitəsi ilə imtahanlarla və kəsirlərlə bağlı yaranmış çətinlikləri həll edəcəyini demişdir. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq kəsrlərinin düzəlmədiyini görüblər. Bu barədə Əliyə bildirdikdə, o, yaxın vaxtlarda bütün məsələlərin düzələcəyini demiş, onu inandırmaq üçün tələbələrə məxsus transkript şəklini də göndərmişdir. Transkript tələbələrin bütün imtahan nəticələrinin olduğu kağızdır və həmin transkripti bütün tələbələr əldə edə bilər. Nəticədə onların kəsrləri düzəlməmişdir. Bundan sonra Əliyə verdiyi, özünün və digər tələbələrin pullarını qaytarmasını bildirmiş, Əli həmin pulları qaytaracağını desə də, bü günə qədər heç kimə pul qaytarmamışdır. Bundan başqa Əli ilə sevgi münasibəti olduğundan ondan tez-tez borc istəmiş, o da hər dəfəsində Əliyə 50-100 (əlli-yüz) manat miqdarlarda borc pul vermişdir. Bəzi hallarda Əli həmin borclarını tələbələrdən aldığı pulları verərkən qaytarmışdır. Əli tələbələrdən aldığı pul vəsaitlərindən ona verməmiş, onun bununla bağlı heç bir qazancı olmamışdır, həmçinin bunu istəməmişdir də, lakin yuxarıda qeyd etdiyi kimi Əliyə bəzi vaxtlar tələbələrin pullarını çatdırarkən Əli ona olan borcundan həmin puldan qaytarmışdır. Əli özü ona, həmin pullardan özünə qaldığını demişdir. Əliyə verdiyini pul vəsitlərinin BDU-nun hər hansı əməkdaşına və ya digər şəxsə verilməsi barədə hər hansı məlumatı yoxdur. Sadəcə Əli deyirmiş ki, aldığı pulları Universitetdə və Təhsil Nazirliyində işləyən tanışlarına verir, onların vasitəsilə bu məsələlər həll edilir. Əli ondan pulu 2019-cu ilin yanvar ayına qədər olan kəsrlərini həll etmək üçün almış, həmin dövrə iyirmi kəsiri olmuşdur, lakin hal-hazırda həmin kəsrləri xatırlamır. Şahid7 adlı şəxsi tanımır, Təqsirləndirilən şəxs ona belə bir adamın, ümumiyyətlə hər hansı şəxsin adını deməmişdir. Əli ondan 800 (səkkiz yüz) manat deyil, kəsrlərinin həll edilməsi üçün 1.000 (bir min) manat pul almışdır. Əliyə Şəbnəmin verdiyi 900 (doqquz yüz) manatı, daha sonra Şəbnəmin tanışı Vaqifin verdiyi 250 (iki yüz əlli) manatı vermişdir. Əli yalan danışır. Belə ki, o, nəinki Pərvanədən, digər tələbələrdən aldığı pulları da tam olaraq Əliyə vermişdir. Nigar 800 (səkkiz yüz) manat pulu ona verməmiş, özü hansı qaydada Əliyə vermiş, 400 manat pulu da yuxarıda qeyd etdiyi kimi Nigardan alıb Əliyə vermişdir. Nərminlə Səmadan alınan pulun hamısını Əliyə çatdırmışdır. Bank kartını Təqsirləndirilən şəxs tələb etdikdə ona kartın itdiyini demişdir.Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir və hal-hazırda onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2019-cu ilin noyabr ayından Bakı şəhərində yerləşən “X34”də xidmətçi işləyir. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsidir. Hadisçə ilə əlaqədar onu deyə bilər ki, təhsil aldığı universitetin tələbəsi kimi tanıdığı Şahid2 ilə arasında dostluq münasibəti vardır, Təqsirləndirilən şəxs isə sonradan tanımışdır. Belə ki, Şəbnəmdən eşitmişdir ki, Əli tələbələrinin imtahanlarını pulla həll edir. Əli ilə qarşı-qarşıya görüşməsə də, telefon əlaqəsi saxlamış, “whatsapp" vasitəsi ilə danışmışdır. 2019-cu ilin dekabr ayında Şəbnəm ona demişdir ki, tələbə yoldaşı Şahid1 vasitəsi ilə Əli onun X15 məqbul qiymət almasına 3.000 (üç min) manat müqabilində kömək edəcəkdir. Eşitdiyinə görə Şəbnəm həmin ərəfədə Züleyxaya 900 (doqquz yüz) manat pul vermişdir. Təxminən 2020-ci ilin yanvar ayında Şəbnəm onun "xxxx" kartına 250 (iki yüz əlli) manat köçürtmüşdür ki, həmin pulu Züleyxaya versin. O da köhnə Nərimanov Məhkəməsinin yanında olan "xxxx"a aid bankomatdan həmin pulu çıxararaq 2020-ci ilin yanvar ayında BDU-nun əsas girişi olan tərəfdə Züleyxaya vermiş, daha sonra Şəbnəmin ona verdiyi təxminən 550 (beş yüz əlli) manat pulu hissə-hissə Əlinin ona göndərdiyi Həbib Kazımovun, Züleyxa Ramazanovun və Namid Əliyevin adına olan **********653775 nömrəli "xxxx" kartlarına müxtəlif vaxtlarda ünvan 11 ünvanında yerləşən “Bazarstore” marketdə olan “E-Manat” aparatından ödəmişdir. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Şəbnəmin işini həll etməmişdir. İstintaq zamanı Şəbnəm tərəfindən Əliyə verilən 1.700 (bir min yeddi yüz) manat puldan cəmi 200 (iki yüz) manatı Əli tərəfindən qaytarılmışdır. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmişdir və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 2019-cu ildə Sumqayıt şəhərində yerləşən Laçın rayonu Cicimli kənd tam orta məktəbini bitirib X22 tərəfindən təşkil olunan ali məktəblərə qəbul imtahanında 361 bal toplayaraq Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimyaçı” ixtisası üzrə bakalavr pilləsinə daxil olmuşdur. Hal-hazırda kəsrləri olduğundan təhsili davam edir. Mahiyyəti üzrə bildirir ki, 2020-cİ ilin təxminən yanvar-fevral aylarında Səbinə adlı rəfiqəsinin vasitəsi ilə tanış olduğu Şahid1 tanışı vasitəsi ilə imtahan kəsrlərini düzəltdiyini öyrənib. Onun da imtahanlardan səkkiz ədəd kəsrinin olduğuna görə Səbinədən Züleyxanın mobil nömrəsini alıb onunla əlaqə saxlamışdır. Züleyxa ona qohumunun olduğunu, Təhsil Nazirliyində işlədiyini, onun vasitəsi ilə imtahan kəsrlərini düzəldəcəyinə kömək edə biləcəyini demişdir. Züleyxa kəsirin birini 500 (beş yüz) manata düzəldiləcəyini, lakin kəsrlər artdıqca qiymətin azalacığını və altı kəsrinə görə 3.000 (üç min) manat verməli olduğunu demiş və o da razılaşmışdır, çünki səkkiz kəsrinin ikisini özü imtahan verərək keçməyi planlaşdırmışdır. 2020-ci ilin mart ayının əvvəllərində tələbə yoldaşı, Şirvan şəhər sakini Səma Ələkbərova ilə birlikdə “Elmlər Akademiyası” metrostansiyasının yanında yerləşən “Padişah” restoranında Züleyxa ilə görüşmüşlər. Həmin vaxtı altı imtahan kəsrini düzəltmək üçün ilk öncə 1.500 (bir min beş yüz) manat, Səma da həmçinin öz kəsrlərini həll etmək üçün Züleyxaya 1.500 (bir min beş yüz) manat pul vermişlər. Bir müddət sonra qalan iki kəsrini də düzəltdirmək istədikdə Züleyxa əlavə olaraq 500 (beş yüz) manat pul istəmiş və həmin məbləği göndərdiyi kart hesabına köçürməli olduğunu bildirmişdir. 500 (beş yüz) manat pulu 28 aprel 2020- ci il tarixdə Sumqayıt şəhərində yerləşən “Araz” marketdə olan “Million” ödəniş portalı vasitəsi ilə Züleyxanın göndərdiyi Kamran Qələndərov adlı şəxsin adına olan bank kartına göndərmişdir. Bir müddət sonra məsələnin nə yerdə olduğunu öyrənmək üçün Züleyxa ilə əlaqə saxlamış, Züleyxa da kəsrləri düzəldəcək Əli adlı şəxsin mobil nömrəsini ona vermişdir. Əli ilə əlaqə saxlamış, sonuncu ona yaxın günlərdə kəsrlərinin düzələcəyini, narahat olmamasını bildirmişdir. Daha sonra məsələnin uzandığını görüb Əlidən pulunu geri qaytarmağı tələb etmiş, lakin Əli işi ləğv edə bilməyəcəyini, Züleyxanın ondan aldığı 2.000 (iki min) manatı kəsrləri düzəldəcək şəxslərə verdiyini, onlardan aldıqdan sonra qaytara biləcəyini demişdir. Züleyxa ona öz kəsrlərinin də Əlinin vasitəsi ilə düzəltdirdiyini dedikdən sonra bunun doğru olub-olmadığını öyrənmək üçün universitetdəki tanışlarından maraqlandıqda Züleyxanın da kəsrlərinin düzəlmədiyini öyrənmişdir. Hal-hazırda onun verdiyi 2.000 (iki min) manat geri qaytarılmamışdır. Züleyxadan dəfələrlə 2.000 (iki min) manatını istəsə də o, həmin pulu Əliyə verdiyini, Əlidən tələb etməyini bildirmiş, Əli də öz növbəsində ona Züleyxadan verdiyi 1.500 (bir min beş yüz) manat pulu aldığını, lakin 500 (beş yüz) manatdan xəbəri olmadığını bildirmişdir. Züleyxaya 1.500 (bir min beş yüz) manat pulu tələbə yoldaşı Səmanın yanında vermiş, 500 (beş yüz) manat pulu isə Züleyxanın ona göndərdiyi Kamran Qələndərov adlı şəxsin bank kartına köçürmüşdür. İmtahan kəsrlərinin düzəldilməsi üçün verdiyi pul vəsaitlərinin BDU-nun hər hansı əməkdaşına və ya digər şəxsə verilməsi barədə hər hansı məlumatı yoxdur. Sadəcə Əli deyirmiş ki, pulu verdiyi adamlardan alıb qaytaracaq. Əliyə Züleyxanın vasitəsi ilə ümumilikdə səkkiz kəsrinin düzəldilməsi üçün 2.000 (iki min) manat pul vermişdir. Əli onun qeyri-üzvü Kimya-2, Neft xammalının kimyəvi emalı, Fizika-2, Ali riyaziyyat 2, analitik kimya 2 və hal-hazırda xatırlamadığı digər üç fəndən kəsrlərini həll edəcəkmiş. Şahid7 adlı şəxsi tanımır, Təqsirləndirilən şəxs ona belə bir adamın adını deməmişdir (cild 01, iş vər 142-145). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəməyə müvafiq teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş Şahid7 ifadəsindən görünür ki, 1992-ci ildən 1995-ci ilədək Yasamal rayon İca Hakimiyyətində Qaçqın və məcburi köçkünlərin işləri üzrə şöbədə, 1995-ci ildən 2014-cü ilədək Azərbaycan Dillər Univesitetində baş laborant vəzifəsində işləmişdir. Hazırda heç bir yerdə işləmir, təqaüdçüdür. Əvvəllər evli olmuş, 1990-cı ildən boşanmışdır, həmin nikahdan iki övladı vardır, onlardan biri qızı Könül Səfərovadır, Azərbaycan Xarici Dillər Universitetində kuryer işləyir, digəri oğlu Elvin Səfərovdur. Mahiyyəti üzrə bildirir ki, o, Təqsirləndirilən şəxs tanımır, həmin şəxslə heç vaxt münasibəti olmayıb. Bu yaxınlarda onu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırıb, bildirmişlər ki, Təqsirləndirilən şəxs barəsində şikayət var, o da verdiyi izahatında vətəndaşlardan dələduzluq etməklə aldığı pulları ona verdiyini bildirib. O, verdiyi izahatında Təqsirləndirilən şəxs tanımadığını, ondan hər hansı məsələ ilə əlaqədar pul almadığını bildirmişdir. Hazırkı ifadəsində də bildirir ki, Təqsirləndirilən şəxsla onun heç bir əlaqəsi olmayıb. O, həmin şəxsi bir dəfə polis bölməsində görmüşdür. Təqsirləndirilən şəxs tanımadığı halda sonuncu hansı səbəbdən tələbələrdən aldığı pulları ona verməsini deməsi ilə bağlı qeyd edir ki, onun bu barədə məlumatı yoxdur, ola bilər ki, Təqsirləndirilən şəxs hansısa tanışı onun əvvəl işlədiyi universitetdə ya oxuyub, ya işləyib və onunda adını oradan eşitmişdir, adını ifadəsində deməkdə məqsədi də yəqinki cinayət məsuliyyətindən yayınmaqdır. Bakı Dövlət Universitetində çalışan hər hansı tanışı və ya qohumu yoxdur. Xarici Dillər Universitetində işlədiyi zaman bəzi hallarda hansısa tanış və ya qohum tələbənin imtahandan məqbul qiymət alması üçün müəyyən müəllimlərdən xahiş etmiş, lakin bunun müqabilində heç vaxt həmin tələbələrdən hər hansı məbləğdə pul almamış, həmçinin hər hansı müəllimə də pul verməmişdir. Sadəcə tanışlıq xətrinə köməklik olsun deyə müəllimlərdən xahiş edirmiş. Təhsil Nazirliyində çalışan hər hansı tanışı və ya qohumu yoxdur. Ümumiyyətlə işdən çıxandan sonra universitetlərlə hər hansı əlaqəsi olmayıb. Fərəc adlı şəxsi və iş üzrə adlan çəkilən tələbələri tanımır. Bir daha qeyd edir ki, Əli adlı şəxs ona hər hansı işlə əlaqədar olaraq heç vaxt pul verməyib. Təqsirləndirilən şəxs yalan danışır, ona nəinki 800 (səkkiz yüz) manat ümumiyyətlə pul verməmişdir, onun hər hansı nazirlikdə və ya universitetdə imtahan kəsrlərini və dövlət imtahanından keçirtmək üçün tanışı yoxdur, Təqsirləndirilən şəxs göstərdikləri böhtandır. Təqsirləndirilən şəxsla əlaqəsi olmamışdır, ona Təqsirləndirilən şəxs nə əlbəəl, nə də ki, taksi ilə pul yollamamışdır. Bunlar hamısı böhtandır. Həmçinin Əkbər adlı şəxsi tanımır. Onun istifadəsində ümumiyyətlə İran nömrəsi olmamışdır, Təqsirləndirilən şəxs ona heç vaxt zəng etməmişdir, onunla ümumiyyətlə yazışması və danışığı olmamışdır (cild 01, iş vər 175-178). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəməyə müvafiq teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş Şahid8 ifadəsindən görünür ki, 2016-cı ildə orta məktəbi bitirib ali təhsil almaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə imtahan vermiş, imtahanda 458 bal toplayaraq Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuşdur. Hazırda beşinci kursda təhsil alır. 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək olan müddət ərzində sessiyada üç fənn üzrə, yəni fizika, analitik kimya-2 və fizikol-2 fənlərindən kəsrləri qalmışdır. Həmin kəsrləri həll etmək məqsədi ilə Universitetdə təhsil aldığı müddətdə tanış olduğu fakültələrinin alt qrupunda təhsil alan Şahid1 ilə söhbət zamanı sonuncu ona kəsrlərinə köməklik etmək üçün Təhsil Nazirliyində Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və onun vasitəsi ilə pul müqabilində köməklik edəcəyini bildirmişdir. O da imtahanda kəsirləri olduğuna görə onunla ümumilikdə 1.200 (bir min iki yüz) manata danışıb razılaşıb. Bu məqsədlə 14.02.2020-ci ildə 800 (səkkiz yüz) manat məbləğində pulu Şahid1 pulu götürmək üçün göndərdiyi ad, soyad və ata adını bilmədiyi, təxminən 23-24 yaşlarında olan şəxsə vermişdir. Həmin şəxs gəlməmişdən əvvəl ona istifadəsində olan, hal- hazırda işləməyən 055 ***-**-** nömrəli mobil telefona zəng vurub Züleyxanın göndərdiyini bildirmiş və o da həmin şəxslə Bakı Dövlət Universitetinin qarşısında görüşüb 800 (səkkiz yüz) manat pulu vermişdir. Bundan sonra Züleyxa pulun çatdırıldığını bildirərək 400 (dörd yüz) manatı da verməyini tapşırmışdır. Maddi çətinlik olduğundan qalan 400 (dörd yüz) manat pulu 09.06.2020-ci ildə “Million” terminal vasitəsilə Züleyxanın ona verdiyi X1 hesab nömrəsinə yükləmişdir. Nəticədə Züleyxaya 1.200 (bir min iki yüz) manat versə də, imtahan kəsrləri bağlanmamış qalmışdır. Uzun müddət keçdikdən sonra aldadıldığını başa düşmüşdür. Əlini şəxsən tanımır və görməmişdir, 800 (səkkiz yüz) manat pulu Əliyə deyil, Züleyxanın göndərdiyi kuryer vasitəsi ilə vermişdir. Züleyxa vasitəsilə Əliyə göndərdiyi pulun BDU-nin konkret olaraq hansı əməkdaşına və ya başqa şəxsə verilməsi barədə məlumatı yoxdur. Züleyxa ondan pul alarkən bildirmişdir ki, Təhsil Nazirliyində Əli adlı tanışı var, onun vasitəsilə kəsirlər həll ediləcəkdir. Lakin sonra bilmişdir ki, Züleyxa onu aldatmışdır (cild 01, iş vər 223-227). Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid Aslanova (Ələkbərova) Səma Elxan qızının ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O, həmin ifadəsində bildirmişdir ki, 2019-cu il tarixdə ailə həyatı qurmuş, bununla bağlı olaraq qızlıq soyadı Ələkbərova dəyişərək Aslanova olmuşdur. 2013-cü ildə Şirvan şəhərində yerləşən 20 nömrəli tam orta məktəbi bitirdikdən sonra 2016-cı il ildə X22 tərəfindən təşkil olunan ali məktəblərə qəbul imtahanında 380 bal toplayaraq Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimyaçı” ixtisası üzrə bakalavr pilləsinə daxil olmuşdur. Mahiyyəti üzrə bildirir ki, 2020-ci ilin təxminən yanvar-fevral aylarında rəfiqəsi Şahid6 vasitəsi ilə tanış olduğu Şahid1 tanışı vasitəsi ilə imtahan kəsrlərini düzəltdiyini öyrənmişdir. Onun da imtahanlardan on dörd ədəd kəsrinin olduğuna görə, Nərmin də ona Züleyxa ilə danışdığını, onunla görüşəcəyini demişdir. Züleyxa Nərminə qohumunun olduğunu, Təhsil Nazirliyində işlədiyini, onun vasitəsi ilə imtahan kəsirlərini düzəldəcəyinə kömək edə biləcəyini demişdir. 2020-ci ilin mart ayının əvvəllərində tələbə yoldaşı Nərmin ilə birlikdə “Elmlər Akademiyası” metrostansiyasının yanında yerləşən “Padişah” restoranında Züleyxa ilə görüşüblər. Züleyxa kəsrin birini 500 (beş yüz) manata düzəldiləcəyini, lakin kəsrlər artdıqca qiymətin azalacığını və on dörd kəsrə görə 4.200 (dörd min iki yüz) manat verməli olduğunu demiş və o da 4.200 (dörd min iki yüz) manatın çox olduğunu bildirmişdir. Züleyxa isə danışacağını qiyməti aşağı saldıracağını demişdir. O isə cavab verib ki, 2.000 (iki min) manatdan artıq verməyəcəkdir. Həmin vaxtı on dörd imtahan kəsrini düzəltmək üçün ilk öncə 1.500 (bir min beş yüz) manat, Nərmin də həmçinin öz kəsrlərini həll etmək üçün Züleyxaya 1.500 (bir min beş yüz) manat pul veriblər. Bir müddət sonra Əli adlı şəxs ona zəng edərək 500 (beş yüz) manat pulu təcili olaraq Züleyxanın bank kartına göndərməyini, kəsirlərin artıq həll olunma mərhələsində olduğunu demiş, o da qalan 500 (beş yüz) manat pulu səhv etmirsə Züleyxanın bank kartına Hacıqabul rayonundan göndərmişdir. Bir müddət sonra məsələnin nə yerdə olduğunu öyrənmək üçün Züleyxa ilə əlaqə saxlamış, Züleyxa isə danışdığını, Əlinin ona karantin rejimi ilə bağlı kəsirlərin həll olunmasının gecikdiyini dediyini bildirmişdir. Daha sonra Əli ilə bir neçə dəfə əlaqə saxlamış, Əli ona yaxın günlərdə kəsrlərinin düzələcəyini, narahat olmamağını bildirmişdir. Daha sonra məsələnin uzandığını görüb Əlidən pulunu geri qaytarmağını tələb etmişdir, lakin Əli işi ləğv edə bilməyəcəyini, Züleyxanın ondan aldığı 2.000 (iki min) manatı kəsrləri düzəldəcək şəxslərə verdiyini, onlardan aldıqdan sonra ona qaytara biləcəyini demişdir. Hal-hazırda onun verdiyi 2.000 (iki min) manat geri qaytarılmamışdır, o, Züleyxadan dəfələrlə 2.000 (iki min) manatını istəsə də, Züleyxa, həmin pulu Əliyə verdiyini, Əlidən tələb etməyini bildirmiş, Əli də öz növbəsində ona pulu geri qaytarmamışdır. O, Züleyxaya 1.500 (bir min beş yüz) manat pulu tələbə yoldaşı Nərminin yanında vermiş, 500 (beş yüz) manat pulu isə Züleyxanın ona göndərdiyi bank kartına köçürmüşdür. İmtahan kəsrlərinin düzəldilməsi üçün verdiyi pul vəsaitlərinin BDUnun hər hansı əməkdaşına və ya digər şəxsə verilməsi barədə hər hansı məlumatım yoxdur. Sadəcə Əli deyirmiş ki, pulu verdiyi adamlardan alıb qaytaracaq. Əliyə Züleyxanın vasitəsi ilə ümumilikdə on dörd kəsrinin düzəldilməsi üçün 2.000 (iki min) manat pul vermiş, lakin kəsrlərinin adı yadında qalmayıb. Şahid7 adlı şəxsi tanımır, Təqsirləndirilən şəxs ona belə bir adamın adını deməmişdir (cild 02, iş vər 05-08). Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin başlanması haqqında” 08 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs imtahanlardan məqbul qiymət almalarına köməklik göstərəcəyini yalandan vəd edərək vəzifəli şəxsə verəcəyi adı ilə 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına qədər olan dövrdə Yasamal rayonu ərazisində Şahid1 1.000 manat, Şahid4 850 manat, Şahid6 2.000 manat, Şahid3 qıızndan 2.500 mnaat, X5 2.000 manat, Şahid8 1.200 manat və X4 1.500 manat pulu alaraq özgə əmlakını təkrarən ələ keçrimişdir.Toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə cinayət işi başlanmışdır (cild 01, iş vər 4). “İbidai istintaqın aparılmasının həvalə edilməsi haqqında” 08 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs imtahanlardan məqbul qiymət almalarına köməklik göstərəcəyini yalandan vəd edərək vəzifəli şəxsə verəcəyi adı ilə 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına qədər olan dövrdə Yasamal rayonu ərazisində Şahid1 1.000 manat, Şahid4 850 manat, Şahid6 2.000 manat, Şahid3 qıızndan 2.500 mnaat, X5 2.000 manat, Şahid8 1.200 manat və Şahid2 qıızndan 1.500 manat pulu alaraq özgə əmlakını təkrarən ələ keçrimişdir, iş üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə həvalə edilmişdir (cild 01, iş vər 67-68). “Diskə baxış keçirilməsi haqqında” 08 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1, Şahid4 və Şahid3 materialın araşdırması dövründə təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında telefon danışıqlarını əks etdirən səs yazısmm mövcud olduğu bir ədəd CD diskə baxış keçirildi. Disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı ağ rəngdə olub üzərində hər hansı yazı yoxdiur. Həmin diski kompüterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X30” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Disk açıldıqda bir ədəd “BDU” adlı qovluq vardır, həmin qovluğu açdıqda üç ədəd, “Arzu”, “Pərvanə” və “Züleyxa” qovluqları vardır. “Arzu” qovluğunu açdıqda iyirmi yeddi ədəd audio yazı olan fayl, üç ədəd videogörüntü olan fayl olduğu görünür. “Pərvanə” qovluğunu açdıqda bir ədəd audio yazı olan fayl, iki ədəd videgörüntü olan fayl olduğu görünür. “Züleyxa” qovluğunu açdıqda üç ədəd audio yazı olan fayl olduğu görünür.Baxış zamanı ad hissəsində “Arzu” qovluğunun içində olan "AUDİO-2020-07- 30-17-16,-39 (l).m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “bizim üçün problem yaradacaqlar, sənə mən inanmıram böyük problem olsun, səndən bizim adımızı alacaqlar” deyir. Həmin səs yazısı 11 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİƏ-2020-07-30-17-16-39.m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “mən onu Züleyxaya dedim axı, ləğv eləmək qeyri-mümkündür, ləğv olunası olsaydı, Züleyxanın padruqasının qohumu saldı məni zibilə, ləğv olunası olsaydı, onu ləğv edərdimdə, ona görə 300 manat cibimdən pul qoydum, keçən həftə, Züleyxa bilirdə bunu, iki dənə variant var, ya bu biri şəxsləri də bağlamaq, ya da ki, başqa şəxslər tapılsın ki, ən azı dörd dənə, onu onlara verib sistemdən çıxartmaq” deyir. Həmin səs yazısı 40 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-07-30-17-16-40.m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “yo, problem yoxdu” deyir. Həmin səs yazısı 6 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-07-30-17-25-24 (l).m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “bildime, mən səndən qabaq uje dünən demişdim. Prostu (başa düşülmür) dedi ki, Arzunun belə də şey çatmır, imkanı, (başa düşülmür)” deyir. Həmin səs yazısı 15 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-07-30-17-25-24 (2).m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “inanmıram, yəni bidənə soruşaram da, soruşmaqdıda, bugünçün onlara ağız açıram, çünki dünənçün verilməliydi, indi nə olsa deyərəm sənə” deyir. Həmin səs yazısı 17 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-07-30-17-25-24.m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “mən dünən Zülüyə başa saldımda, Zülü kəsirləri (başa düşülmür) imtana girəcək axı, başa saldımda nətər olur, (başa düşülmür) niyə çıxdığını problemini dedim ona” deyir. Həmin səs yazısı 14 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO- 2020-07-30-17-25-25 (l).m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “bunlar 500 istədilər, (başa düşülmür) istiyibdə, nətər eliyirəm, əvvəl yenə eləmək olurdu, diyəsən səndə kəsiri vermişdin, pulu bir müddət sonra vermişdində, problem yox idi, o uşaq Zülünün padruqasının qohumu idi, nə zibil idi, gecikdirəndən sonra məni ortada qoydu, aləm dəydi bir-birinə^ ona görə də indi belə edirlər” deyir. Həmin səs yazısı 30 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-07-30-17-25-25.m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “bildime Arzu, danışım sonra deyin, özüm bağlamıram, işi görən onlardı da, onlar nə desə o olmalıdı da, bir dənə danışım görüm nə deyirlər xəbər edəcəm, 10 dəqiqəyə xəbər edərəm” deyir. Həmin səs yazısı 19 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-07-30-17-25-26 (l).m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “bidənə uşağın pulundan mən sənin yerinə pul qoyacam dörd yüzü, yüzü də sən atarsan kartdarıma, uşağın işi başlamayıb deyə onu ləngidə bilərəm., səndə başlayıb deyə ləngidə bilmirəm, ona görə moşu yazıqdıda, sonra qalır pis vəziyyətdə, onu da hesabnan şey eliyərsən” deyir. Həmin səs yazısı 26 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-07-30-17-25-26 (2).m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “gözlə bidənə, (başa düşülmür) mən sənə xəbər edəcəm” deyir. Həmin səs yazısı 6 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-07-30-17-25-26 (3).m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “Arzu kimdənsə götürürsən ha, onları bu gün götür, çünki kimki uşaq pul verəcək onun nəsə anası xəstədir, deyəsən sabah verəsi olacaq helə özü” deyir. Həmin səs yazısı 20 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-07-30-17-25- 26.m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “hər şeyi ona görə dəqiqləşdirim, sonra ortada qalıram mən, elə bilirlər ki, mən elədim onu” deyir. Həmin səs yazısı 7 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-07-30-17-25-27(l).m4a” yazılmış səs yazısmdan görünür ki, Təqsirləndirilən şəxs “qadan alaram, Allaha and olsun mənlik bir şey yoxdur, mənim bu dəqiqə özümdə vəziyyət yaxşı deyil, problem deyil hamının yerinə qoyuram, (başa düşülmür), padruqsı elə zibilə saldı ki, iki gün içində 1.800 pul qoydum onun yerinə, (başa düşülmür)” deyir. Həmin səs yazısı 26 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-07-30-17-25-27.m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “bunlar eleə tip adamdılar ki, mənə gecəynən pul tapdırıb göndərtirdilər” deyir. Həmin səs yazısı 9 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO- 2020-07-30-17-25-28 (l).m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “yaxşı, yarım saata İ xəbərləşərik” deyir. Həmin səs yazısı 4 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-07-30-17-25-28 (2).m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “ba bu megastordu nədi düz onla üzbə-üz durmuşam” deyir. Həmin səs yazısı 4 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-07-30-17-25- 28(3).m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “binanızın altında meyvə-tərəvəz yeri var, oranı deyirsən də yəqin ki, şlaqbaunun yanında?” deyir. Həmin səs yazısı 7 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-07-30-17-25-28.m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “Ay Arzu pul sənə gəlir, bunun V vaxtmı mən nətər deyim, pulu sən bilirsəndə nə vaxt gəlir” deyir. Həmin səs yazısı 6 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-08-05-13-29-19(l).m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “orda hələ mənim ərizəm yoxdu axı, Arzu mənə adam gətirib, görə verilməməlidi də töhmət, indi V mənim ərizəm olandaki Arzu mənə adam gətirib töhmətnən qovulmalısan, Qovulmasan mən də tutulmamalıyam, mən tutulsam, səni də qovduracam” deyir. Həmin səs yazısı 15 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-08-05-13-29-19(2).m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “mənim adamam yoxdu, mənim Allahım var, Allahda hamını yaradıbsa hamıdan da Allah böyükdür” deyir. Həmin səs yazısı 6 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-08-05-13-29-19(3).m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “Arzu onu sən izahatında universitet səviyyəsində yazmısan, polis səviyyəsində mənim yazmağımla sənin yazmağın tamam ayrı bir şeydi, bunu get kimdən istəyirsən maraqlan” deyir. Həmin səs yazısı 9 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-08-05-13-29-19.m4a” yazılmış səs yazısından görünür ki, Şahid1 “adam gətirmişəm və gətirdiyim adamların heç birinin kəsri həll olunmayıb, universitetdən qovulma o vaxt olur ki, universitetdə nizam-intizam qaydası pozulsun, bunların hamısını mənə başa salıblar, indi sonrasın özün fikirləş, deməli ayın 7-i saat 1-ə qədər gözləyəcəm, ondan sonra yəni dediyim kimi edəcəm” deyir. Həmin səs yazısı 18 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-08-05-13-34-57(l).m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “universitetə gedib yazmıram, polisə, özümdə etiraf edirəm, Arzunuda qovdurram, özüm pul verib çıxacam, Arzu yəqin pul verib çıxar, amma qovulacaq” deyir. Həmin səs yazısı 12 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-08-05-13-34-57.m4a” yazılmış səs yazısmdan görünür ki, Təqsirləndirilən şəxs “Arzu yazıbda, mən yazmamışam ki, mən yazıb üstündə dursam qovulacaq o” deyir. Həmin səs yazısı 6 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİƏ- 2020-08-09-U-54-36.m4a” yazılmış səs yazısından görünür ki, Şahid1 “müəllim bizə demişdi ki, sizin kəsrləriniz Nazirlikdə bağlanıb qalıb universitetdə, universitete açılanda kəsrləriniz bağlanacaq, mən gedib bunu dekanlıqda dedim, mənə deyildi ki, siz pulu kimə vermisinizsə sizi aldadıblar, elə bir şey yoxdur, mən də gəldim tanışlarımdan kim varsa pul verən qrup açdım, Əlinin özündə atdım o qrupa, yazdım ki, ya mənə dekanlıqda yalan danışırlar, ya sən bizə yalan danışırsan, nəisə bu yazıdan sonra zəng elədi hədə-qorxu gəldi, dedi ki, yazdığını orda yaz ki, mən səhv başa düşmüşəm, yoxsa bütün pullar sənin üstünə qalacaq, səni polisdən çağıracaqlar mənim adımı versən özündən küs, özünü ölmüş bil, mən də qorxumdan yazdım ki, mən səhv başa düşmüşəm, o vaxtı səsini yaza bilməmişdim, o vaxta dair bir-iki səs var, indi ataram” deyir. Həmin səs yazısı 1 dəqiqə 14 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİƏ-2020-08-09-ll-54-57(l).m4a” | yazılmış səs yazısmdan görünür ki, Təqsirləndirilən şəxs “adamın (başa L düşülmür) hoqqa vermirlər Arzu, yaxşı?! Sənin bu hərəkətin, bax uje sakitləşdin, sənin bu hərəkətin, yaxşı qurtarmayacaqda bu səninçün, qrupda nə qədər uşaq var skrin edib götürmüşəm nömrələrin, nömrələməndə adlarmı tapacam, atacam Züleyxayaki bu kimin nömrəsidi, onların hamsınm işi sabah ləğv olunacaq sənin yanında, (başa düşülmür)” deyir. Həmin səs yazısı 26 saniyədir. “Arzu” qovluğunun içində olan "AUDİO-2020-08-09-1 l-54-57.m4a” yazılmış İ səs yazısmdan görünür ki, Təqsirləndirilən şəxs “a qardaş eşidirsən məni, məni İ dəli eləmə Arzu, şənə deyirəm ki, sabah səninlə söhbət olunacaq, sənin titorun var ha, sənə deyən titorun, bax o ki sənə deyire (başa düşülmür), o titorun heç kimdi institutda, xadimə ilə onun elə bir böyük fərqi yoxdu, (başa düşülmür) bunun qabağmda kompüteri, institutun arxivində nə varsa o da olur, başa düşdün?! Sənin o titorun heç kimdi, necə ola bilər ki, onun sistemlə əlaqəsi olsun, sistem yenilənməmiş sənin titorun kimdiki nəsə görsün orda, görədə bilməz, başı üçün deyil, sən kimsənki birincisi gedib titora deyirsən ki, mən iş gördürürəm, məni tutdurmaq istəyirsən?! Quran haqqı mən tutularam, çöldə heç kimi qoymarame salamat, məni tutdurmaq istəyirsən?! Niyə titora deyirsən, nədi orda məqsəd?!” deyir. Həmin səs yazısı 1 dəqiqə 1 saniyədir. “Arzu” qovluğunun içində olan "VİDEO-2020-08-08-18-30-01 (l).mp4” yazılmış videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 telefonda “whatsapp“ proqramı vasitəsi ilə danışırlar. Təqsirləndirilən şəxs “pullar verilib ölüb söhbət?! Allah haqqı yox, gediləcək dibinə kimi, kim yandırıb, kim izahat verib, hamısı dadiba gediləcək, camaatın balasın tutdurassız, camaat uşaq böyüdür ki, sən, Nərmin, Züleyxa gəlib kimisə tutdurassız” deyir, Şahid4 “yaxşı mənim sənlə işim, borcum yoxdu ki, mən sənə dedim ki, mənim pulumu qaytar fsyoda söhbət qurtarsın, sən mənim pulumu qaytarsaydın izahatımı çəkəcəydim, söhbət bu qədər uzanmayacaqdı” deyir, Təqsirləndirilən şəxs “çəkməklə yoxe, şikayət bir həftə qabaq gedibe deyir, Şahid4 “universitetdən göndəriblər, mənim xəbərim yoxdur”, Təqsirləndirilən şəxs “o qızıda mən tanımıram, Züleyxaya yazki sənə niyə yazıre, nə istəyir səndən” deyir. Şahid4 “özün ona zəng elə danış, deyir ki, mən Əlini tanıyıram” deyir. Həmin videgörüntü 50 saniyədir. “Arzu” qovluğunun içində olan "VİDEO-2020-08-08-18- 30-01.mp4” yazılmış videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 telefonda “whatsapp" proqramı vasitəsi ilə danışırlar. Şahid4 “mən heç bir şey eləməmişəm” deyir. Təqsirləndirilən şəxs “deyir heç bir şey eləməmişəme, gedib orda izahat yazmamısan sən?!” deyir, Şahid4 “Nərmin eləyibdə, Nərmin gedib Bahar deyib. Məni çağırdılar universitetdən, Bahar müəllimə gedib zamdekana deyib ki, Nərmin adında bir qızdır gəlib şikayət eləyib” deyir. Təqsirləndirilən şəxs “şikayət eləmiyibe, sən söhbəti bilmirsən yenədə danışırsan, Nərmin şikayət eləmiyibe, Nərmin bilirsən neyniyib, gedib Bahara deyib ki, həll elətdirdim” deyir, ABayramova “məni çağırtdırdılar, iki dəfə prorektorun qəbulunda oldum, dedilər səni universitetdən atacaqlar, mən qorxuya düşdüm zəng elədim atama, atam gəlib rektoman zadnan danışıb, mənim günahım nə İdi, yeri gəlsə o Nərmindi, ged Nərminlədə işini gör, onlar edib, mənlik nə var burda” deyir, Təqsirləndirilən şəxs “onlar edibsə o görüləcək, onun əridə vurulacaq, uşaqlara tapşırılıb tutulduğu yerdə pis vurulacaq özdə, şikəst qalacaq, öləcək onu Allah bilir hamısını, camaat bala böyütmüy ki, siz durub, mən sizi tanıyırdım siz gəlib şey elədiz, kimsə gəlib kimisə tutdura” deyir, Şahid4 “mənim heç kimlə işim borcum yoxdur, pulum qaytarılsın, narahat olunmuyum, başqa heçnədə istəmirəm, indi dəvət eliyiblər, o vaxta qədər mənim pulumu qaytarsan izahat zad gedib yazmaram, deyərəm gəlmirəm, qaytarılmasa uje mən məcbur getməliyəm” deyir, Təqsirləndirilən şəxs “baxda ora həll olunmamış;, oranı həll eləməyə gediblər onsuz atamgil, söhbət məndən çıxır, atagil həll edəcəklər, kimində valideyini ilə nə danışılacaq, kimki artıq hərəkət edib, kimki yalandan gedib məni satıb, kimki şər atıba hamısı Allaha and olsun ortaya çıxıb necə lazımdı cavabı veriləcək, kim qovulacaq Onuda görəcik hamısını, indidə cavabını verərsiniz” deyir, Şahid4 “uje mənim qorxum qalmayıb, evdəkilərdə bilir uzaq başı neyləyəcəkləre, heç bir şey eləmiyəcəylər” deyir, Təqsirləndirilən şəxs “Nigar sənə demir ki, şən tanış eləmisən?!deməli sən tanış eləmisən də” deyir, Şahid4 “mən eləməmişəm mənim əlimdə sübutlarımda vardı. Atamlada danışdım, hüquqşünaslada, Züleyxa mənə” deyir. Həmin video 2 dəqiqə 22 saniyədir. “Arzu” qovluğunun içində olan “VİDEO-2020-08-08-18-30-02.mp4” yazılmış videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 telefonda “whatsapp“ proqramı vasitəsi ilə danışırlar. Şahid4 “Nigar mənə deyir ki, sən demisən ki, mən kəsirlərimi həll elətdirim, o qız anormaldı, mən də dedim ki, Arzu həll elətdirirsə, bu işdə deməli şey var, neçə deyim araşdırıb eliyib, sən pul verdiyinə görə məndə vermişəm, o qız anormaldı, onun başı çatmır” deyir, Təqsirləndirilən şəxs “anormaldısa mənə nə, mənə niyə yığıb deyirsən, yığ Züleyxaya” deyir, Şahid4 “mən Züleyxaya yığdım, Züleyxa deyir ki, mən Əlini neçə dəfə yığmışam mənə cavab vermir, zəng elə özün danış, Züleyxada atır sənin boynuna” deyir, Təqsirləndirilən şəxs “mən uje Züleyxa ilə söhbət eləmək istəmirəm, Züleyxa məni (qeyri etik söz) salandan sonra, mən oturmuşdum oturduğum yerdə, mənə kəsi* lazım idi?! Gətirdi hoqqa çıxartdı Züleyxa, bu mənim yaxınımdı, o mənim tanışımdı, helə yaxının getdi satdıda, mənə lazım idi bu problemlər?!” deyir. Həmin video 47 saniyədir. “Pərvanə” qovluğunun içində olan "AUDİO-2020-08-04-19-12-33.m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “Züleyxaya necə heç cür zəng zad olunmuyube, Züleyxaya dünən demişəm, bugündə, bayaqda demişəm Züleyxaya, bidənə atam gilin yığıb burdan götür, ordan götürü qalıb, o da rayondadı, yəqin kartına yönləndiriləcək, o da ordan sizin kartınıza atacaq neyniyəcək bilmirəm dedim da onu Züleyxaynan özünüz biləriy fsyo, pul veriləcək sənində xəbərin olacaq nə qədər verildi, uşağıqki ikimizdə, nə də burda oyun oynamırıq ki, kimsə kimisə dolasm, hələ mən dünən Züleyxaynan danışanda siz ordan Züleyxaya demisiniz ki, bu təklifi Əli edib ki, pul ordan Züleyxaya verilsin, mən o təklifi eləməmişəm, mənimçün maraqlı deyil pulun sənə verilməyi, mənə maraqlıdı ki, o pul yiyəsinə çatsın, o da çatacaq, Züleyxa onu götürüb sonra deyəsi deyilki o pul mənə verilmədi, siz demisiniz ki, biz deməmişik bunu Əli deyib bunu, hələ skrinnər zadda atıblar İ bilmirəm ki onu mən nə vaxt dedim, yadımdadı ki, telefonda sən mənə dedin o sözü ki, Züleyxaya verilsin, yolu budu ki, verilsin ona, Züleyxada bura versin, düzdü? Elədə olur, ama siz orda demisiniz ki, yo bu təklifi Əli eliyib ki, mən o pulu ancaq Züleyxaya verə bilərəm, mən o pulu sizə verə bilmərəm, halbuki mən belə bir şey deməmişəm, nəisə Züleyxanı yığıb verəcəylər, yenə deyirəm oyun oynamırıq ki, kimsə kimisə dolasm, ya nəsə eləsin, nədisə yığılıb Züleyxaya deyiləcək ki, budu, bu qədərdir, ala vuruldu kartına göndər kimə verilməlidrisə ver ona, indi burda sənə yenədə deyirəm sən söhbəti tam bilmirsən, burda mənə böyük oyun oynayırlar, onunda yəni üstündə işləyirlər, mənə oynan oyun boşa qalası deyil, hamıda bilir ki, biz dindanq, altı yaşımdan mən namaz qılıram, mən boş yerə söz danışmıram, bu yerində qalmayacaq, neçəki mənə oyun oynadılar, məni tora saldılar, iki tərəflidi hər şey, mən bunu qoymayacam belə olsun, düzdüye sizin söhbətə aidiyyəti yoxdu bunun, o tərəfdən başqa biri var idi, bunların qrup yoldaşı, o getdi bu işi görənlərlə birləşdi məni ortada oyuna saldılarki hər şey yüklənsin mənə, ortada həm bunların işi görülsün, həm yüklənsin mənə, belə şeyi Allaha and olsun nə Allah götürər, nə bizdə qoyarki belə qalsm, öldürərəm gedərəm sroka amma qoymaram belə qalsm, çünki haqq ədalət belə deyildə, nəisə danışdıq İnşallah veriləcək ona, oda ötürəcək sizə kartnan, ya bilmirəm bəlkə görüşüb verəcək sizə, Züleyxanın mənə dediyi odu ki, rayona getmişəm, karta atılsın kartdan vurum” deyir. Həmin səs yazısı 2 dəqiqə 17 saniyədir. “Pərvanə” qovluğunun içində olan “VİDEO-2020-08-04-19-19-37.mp4” yazılmış videogörüntüdən görünür ki, Kərimova X6 Züleyxa Rafiq qızı ilə qarşı-qarşıya danışır. Şahid1 16-sı sessiya qurtarandan sonra hamısının bağlanacağım deyir. Şahid3 “16-sı dəqiq qurtaracaq?” deyir, Şahid1 “deyir 16dan sonra, məsələn adi biz 25 faiz imtahan vermirdik?! nə vaxt sessiya tam qurtarırdı, bütün imtahanlar hamsı bağlanandan sonra, fevralın 16-ı dərs başdayırda, hə bax o vaxtı hamsı bağlanır” deyir. Şahid3 “hə bidə kompüterdən öyrənəcəkdə cavab çıxıb?” Şahid1 “hə də gedib Universitetdə baxanda biləcəksən, o sənə deyəndən sonra,yo titora girişməyəcək, bidəki başqa nəsə birdən universitetdən başqa nəsə eləmək, da onsuzda diplomdan sonra başqa heçnə eləmiyəssən, yəni o arada gedib maraqlanma ki, şeyinə baxmasınlar, məsələn Şəbnəm eləmək istəyirdi, birdə ortalama qaldırma istəyirdi” deyir. Həmin video 48 saniyədir. “Pərvanə” qovluğunun içində olan “VİDEO-2020-08-04-19-20- 22.mp4” yazılmış videogörüntüdən görünür ki, Şahid1 qarşısına qoyulmuş 100 manatlıq əskinazları sayır. Həmin video 23 saniyədir. “Züleyxa” qovluğunun içində olan "AUDİO-2020-08-05-10-55-08(l).m4a” yazılmış səs yazısmdan görünür ki, Təqsirləndirilən şəxs “oyuncaq deyildə, davay alın pullan gedin işlər orda açıq qalsm, elə şey olmayacaq” deyir. Həmin səs yazısı 7 saniyədir. “Züleyxa” qovluğunun içində olan ”AUD!0-2020-08-05-10-55-08.m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “izahatlarınız dala çəkiləcəkdə sizin, izahatlarınız dala çəkilməmiş bu iş həll olmayacaqki, bu iş sən elə bilərsən təkcə pulun tapılmağıdı, yəni təkcə pulun tapılmağı deyil, pul tapılan kimi izahatlarda ləğv olunmalıdı, instituta gedəcək, orda izahatlar ləğv elətdirəcəklər, başa düşdün?! Yoxsa pulları verim məni tutdursun, elə bi şey yoxdu, hamı gedib yazacaqki şikayət yoxdu, fsyo” deyir. Həmin səs yazısı 28 saniyədir. “Züleyxa” qovluğunun içində olan ”AUD10-2020-08-05-10-55-09.m4a” yazılmış səs yazısından görünür ki, Təqsirləndirilən şəxs “(söyüş söyür),İ ikincisidə pul səndə olacaq o çəkəcək sonra veriləcək, sənində ağzın var ki, pul səndə ola-ola o, çəkməmiş kiməsə pul verəsən, sonra səndən yapışacıq biz, pul səndə olacaq, kim çəkəcək verəcəksən, yazmayanlar vare, deyirsən adı var, adı varsa institut özü yığacaqda onsuz, kimki özü yığacaq institutu deyəcəkki mənim məsələmdə heç bir şey yoxdu, sən çıxardıb pulunu göndərəcəksən kartına, indi əlbə-əl verəcəksən necə edəcəksən özün bilərsən” deyir. Həmin səs yazısı 34 saniyədir (cidl 01, iş vər 65-75). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 29.09.2020-ci il tarixli tələbnamə arayışlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 əvvəllər məhkumluğu olmamışdır (cild 01, iş vər 96-97). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 29.09.2021-ci il tarixli tələbnamə arayışının surətindən görünür ki, Şahid7 mülki-hüquqi öhdəliklərin icrasıdan yayınan borclu kimi DİNin Nərimanov RPİ-də axtarışdadır. (cild 01, iş vər 98). Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, 24 saylı MKİS-ə vətəndaş Təqsirləndirilən şəxs barəsində yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır və o, 1ci Alatava 68 saylı evdə qeydiyyadadır (cild 01, iş vər 99). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən mərkəzdə müalicədə olmayıbdır və qeydiyyatda yoxdur (cild 01, iş vər 101-102). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 06 oktyabr 2020-ci il tarixli, 6782 nömrəli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmayıb (cild 01, iş vər 103- 104). İş materiallarına əlavə edilmiş Şahid2 və Şahid3 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid2 200 (iki yüz) manat ziyan, həmçinin Şahid3 200 (iki yüz) manat ziyan ödənilmişdir. (cild 01, iş vər 105-108 və 109-114). Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 5(001)-1007/2020 saylı 23.10.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində İstintaq olunan ********* nömrəli cinayət işi üzrə müvafiq olaraq "xxxx", “Azerfon” və "xxxx" MMC-lərdən 051 900- 01-70; 051 900-01-90; 051 900-01-10; 055 620-25-28; 050 620-25-18; 050 705-74-58; 077 54-45-07 telefon nömrələrinə 01 noyabr 2019-cu il tarixdən 01 may 2020-ci il tarixədək olan dövrlər ərzində daxil olan və həmin nömrələrdən çıxan zənglərin cədvəlləri, mesaj mətnləri, telefon danışıqlarının əhatə dairəsi (anten məlumatları) və abonent siyahıları barədə məlumatlar (nömrə daşınmaları nəzərə alınmaqla) ələ keçrilmişdir (cild 01, iş vər 154-156). Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 5(001)-1020/2020 saylı 26.10.2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə 01 noyabr 2019-cu il tarixdən 01 may 2020-ci il tarixinədək olan müddət ərzində Həbib Kazımovun adına olan 6768-65- 5791-9774 nömrəli kart hesabından, Şahid1 adına olan 41697413-3480-7789 nömrəli kart hesabından, Namid Əliyevin adına olan 4169-7579-1265-3775 nömrəli kart hesabından, Ataş Həsənovun adına olan 4169-7413-2345-3488 nömrəli kart hesabından və Kamran Qələndərovun adına olan 4169-7413-8740-9434 nömrəli kart hesabından çıxarışların və "xxxx" ASC-nin ATM-lərindən pul çıxartmış şəxsin və şəxslərin şəxsiyyətini müəyyənləşdirmək üçün onların (video və foto görüntüsünün, həmçinin hansı ünvanda yerləşən ATM-lər bardə məlumatıar və bununla bağlı olan digər zəruri sənədlər "xxxx" ASC-dən götürülmüşdür (cild 01, iş vər 158-159). AR Siyəzən rayon İcra Hakimiyyəti başçısının Siyəzən çəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfinən verilmiş 02 oktyabr 2020-ci il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, xx.xx.1998-ci ildə anadan olmuş azərbaycanlı, natamam ali təhsilli, Siyəzən şəhəri, Ş.Baxşiyev küçəsi 49A nömrəli evdə yaşayan Şahid1 subaydr, hal-hazırda Bakı Dövlət Universitetinin kimya fakültəsinin tələbəsidir, özünü ailədə və ictimaiyyət arasında tərbiyəli aparır, yaşıdlarına nümunə olur, rayon tədbirlərində fəal iştirak edir. Siyəzən Rayon İcra Hkimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə vətəndaş Şahid1 haqqında heç bir şikayət daxil olmamışdır. Şahid1 Siyəzən şəhəri, Ş.Baxşiyev küçəsi 49a nömrəli evdə qeydiyyatdadır (cild 01, iş vər 166- 167). Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 nömrəli xasiyyətnamədən və arayışdan görünür ki, X10 xx.xx.1958-ci il tarixində anadan olmuş, 1989-cu ildən ünvan 12 ünvanında qeydiyyatdadır və yaşayır. Qeyd olunan ünvanda yaşadığı müddət ərzində barəsində Nərimanov Rayon İcra Hakimiyyəti 3 nömrəli SİƏD-nə heç bir şikayət daxil olmamışdır. Şahid7 M.Sənani küçəsi 37 nömrəli mənzildə qeydiyyatdadır (cild 01, iş vər 170). “İstintaq hərəkətlərinin aparılması həvalə olunması haqqında” 14 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Tovuz rayonu, Düz Cıdaxan kəndində qeydiyyatda olmaqla yaşayan Şahid8 iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün şahid qismində dindirilməlidir. Qərarın təsviri hissəsində qeyd edilən istintaq hərəkətinin, həmçinin onun icrası zamanı yerinə yetirilməsinə zərurət yaranan digər istintaq və prosessual hərəkətlərin aparılması Tovuz rayon prokurorluğuna həvalə edilmişdir (cild 01, iş vər 173). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 14 noyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından Azərbaycan Respublikası CM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (cild 01, iş vər 185-186). Bakı Dövlət Universitetindən daxil olmuş 01-4/509 nömrəli, 12 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, Şahid1 2015/2016-cı tədris ilində BDU-nun bakalavriat səviyyəsinin əyani təhsilalma forması Azərbaycan bölməsi üzrə kimya müəllimliyi ixtisasına ödənişli əsaslarla qəbul olunmuşdur. 2015-2019-cu illər ərzində o, ayrı-ayrı fənlər üzrə yaranmış akademik borclarını ləğv edə bilmədiyi üçün 2018-2019-cu tədris ilində universiteti bitirə bilməmiş və 13.09.2019-cu İl tarixli 3/886 nömrəli əmrə əsasən normativ təhsil müddətindən sonrakı üç ildə tələb olunan kreditləri toplamaq şərtilə tələbə kontingentində saxlanılmışdır. Tələbənin təhsil müddətində iyirmi bir fəndən (X11 da daxil olmaqla) akademik borcu qalmışdır. 2019/2020-ci tədris ilinin payız semestrində Şahid1 müraciəti əsasında “İngilis dili-2”, “Təhsilin əsasları”, “Qeyri-üzvi kimya-2”, “Nanokimya və nanotexnologiya”, “Kimya texnologiyası”, “Həyat fəaliyyətinin kimyəvi əsasları”, “Məktəbdə analiz metodlarının tədrisi” fənləri üzrə akademik borclarını ləğv etmək məqsədilə 23.10.2019-cu il tarixli 3/1046 nömrəli əmrlə ona kredit götürməyə icazə verilmiş, lakin dərslərdə iştirak etmədiyi üçün imtahanlara buraxılmamışdır. 2019/2020-ci tədris ilinin yaz semestrində Şahid1 akademik borclarını ləğv etmək üçün universitetə müraciət etməmişdir. Şahid4 2015/2016-cı tədris ilində BDU-nun bakalavriat səviyyəsinin əyani təhsilalma forması Azərbaycan bölməsi üzrə kimya müəllimliyi ixtisasına ödənişli əsaslarla qəbul olunmuşdur. 2015-2019-cu illər ərzində o, ayrı-ayrı fənlər üzrə yaranmış akademik borclarını ləğv edə bilmədiyi üçün 2018-2019-cu tədris ilində universiteti bitirə bilməmiş və 13.09.2019-cu il tarixli 3/886 nömrəli əmrə əsasən normativ təhsil müddətindən sonrakı üç ildə tələb olunan kreditləri toplamaq şərtilə tələbə kontingentində saxlanılmışdır. Tələbənin təhsil müddətində səkkiz fəndən (X11 da daxil olmaqla) akademik borcu qalmışdır. 2019/2020-ci tədris ilinin payız semestrində Şahid4 müraciəti əsasında “Üzvi kimya-2”, “Fiziki və kolloid kimya-1” fənləri üzrə akademik borclarını ləğv etmək məqsədilə 23.10.2019-cu il tarixli 3/1046 nömrəli əmrlə ona kredit götürməyə icazə verilmiş, lakin dərslərdə iştirak etməsinə baxmayaraq, üzrsüz səbəbdən imtahanlarda iştirak etməmişdir. Mövcud qaydalara uyğun olaraq Şahid4 01.09.2020-ci il tarixli 3/532 nömrəli əmrə əsasən akademik borcu olan “Neft kimyası və karbohidrogenlərin termokatalitik çevirmələri” və “Yüksəkmolekullu birləşmələr kimyası” fənləri üzrə müvafiq olaraq 08.09.2020-ci və 10.09.2020-ci il tarixlərində imtahanlarda iştirak etmiş və müvəffəq qiymət almışdır. Hazırda Şahid4 dörd fəndən (X11 da daxil olmaqla) akademik borcu qalmışdır. Şahid6 2016/2017-ci tədris ilində BDU-nun bakalavriat səviyyəsinin əyani təhsilalma forması Azərbaycan bölməsi üzrə kimya ixtisasına ödənişli əsaslarla qəbul olunmuşdur. 2016-2020-ci illər ərzində o, ayrı-ayrı fənlər üzrə yaranmış akademik borclarını ləğv edə bilmədiyi üçün 2019/2020-cİ tədris ilində universiteti bitirə bilməmiş və 30.07.2020-ci il tarixli 3/507 nömrəli əmrə əsasən normativ təhsil müddətindən sonrakı üç ildə tələb olunan kreditləri toplamaq şərtilə tələbə kontingentində saxlanılmışdır. Tələbənin təhsil müddətində doqquz fəndən (X11 da daxil olmaqla) akademik borcu qalmışdır. X12 2016/2017-ci tədris ilində BDU-nun bakalavriat səviyyəsinin əyani təhsilalma forması Azərbaycan bölməsi üzrə kimya ixtisasına ödənişli əsaslarla qəbul olunmuşdur. 2016-2020-cİ illər ərzində o, ayrı-ayrı fənlər üzrə yaranmış akademik borclarını ləğv edə bilmədiyi üçün 2019/2020-ci tədris ilində universiteti bitirə bilməmiş və 30.07.2020-ci il tarixli 3/507 nömrəli əmrə əsasən normativ təhsil müddətindən sonrakı üç ildə tələb olunan kreditləri toplamaq şərtilə tələbə kontingentində saxlanılmışdır. Tələbənin təhsil müddətində on doqquz fəndən (X11 da daxil olmaqla) akademik borcu qalmışdır. Şahid8 2016/2017-ci tədris ilində BDU-nun bakalavriat səviyyəsinin əyani təhsilalma forması Azərbaycan bölməsi üzrə kimya müəllimliyi ixtisasına dövlət sifarişi əsasında qəbul olunmuşdur. 2016-2020-ci illər ərzində o, ayrı-ayrı fənlər üzrə yaranmış akademik borclarını ləğv edə bilmədiyi üçün 2019-2020-ci tədris ilində universiteti bitirə bilməmiş və 30.07.2020-ci il tarixli 3/507 nömrəli əmrə əsasən normativ təhsil müddətindən sonrakı üç ildə tələb olunan kreditləri toplamaq şərtilə tələbə kontingentində saxlanılmışdır. Mövcud qaydalara uyğun olaraq Şahid8 01.09.2020-ci il tarixli 3/532 nömrəli əmrə əsasən akademik borcu olan “Fizika” və “Analitik kimya” fənləri üzrə müvafiq olaraq 08.09.2020-ci və 10.09.2020-ci il tarixlərində imtahanlarda iştirak etmiş və müvəffəq qiymət almışdır. Hazırda Şahid8 iki fəndən (X11 da daxil olmaqla) akademik borcu qalmışdır. Şahid3 2014/2015-ci tədris ilində BDU-nun bakalavriat səviyyəsinin əyani təhsilalma forması Azərbaycan bölməsi üzrə Kimya müəllimliyi ixtisasına dövlət sifarişi əsasında qəbul olunmuşdur. 2018- 2019-cu tədris ilində ixtisasın tədris planı üzrə nəzərdə tutulmuş kreditləri topladığına, lakin X11nın (X16) bir cəhdindən qeyri-kafi qiymət aldığına, digər cəhdində köçürmə halına yol verdiyinə görə 06.12.2019-cu il tarixli 3/1181 nömrəli əmrə əsasən sonrakı üç ildə bir dəfə X27 vermək hüququ qalmaqla tələbə kontingentində saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronovirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” 2020-ci ilin 18 may tarixli 179 nömrəli qərarına əsasən təhsil müddətində əldə etdikləri nəticələrə (X17 Göstəricisinə) uyğun olaraq Şahid3 Yekun Attestasiyadan keçmiş və BDU-nu 2020-ci il 23 iyun tarixli 3/327 nömrəli əmrə əsasən müvafiq ixtisas üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. Şahid2 2015/2016-cı tədris ilində BDU-nun bakalavriat səviyyəsinin əyani təhsilalma forması Azərbaycan bölməsi üzrə kimya müəllimliyi ixtisasına dövlət sifarişi əsasında qəbul olunmuşdur. 2018/2019-cu tədris ilində ixtisasın tədris planı üzrə nəzərdə tutulmuş kreditləri topladığına, lakin X11nın (X16) bir cəhdindən qeyri-kafi qiymət aldığına, digər cəhdində köçürmə halına yol verdiyinə görə 06.12.2019-cu il tarixli 3/1181 nömrəli əmrə əsasən sonrakı üç ildə bir dəfə X27 vermək hüququ qalmaqla tələbə kontingentində saxlanılmışdır. Şahid2 2020-ci il 10 dekabr tarixində təşkil edilən X16 üçüncü cəhdindən qeyri-kafi qiymət aldığı üçün 22.01.2020-ci il tarixli 3/18 nömrəli əmrlə tələbələr sırasından xaric edilmişdir. Sabiq tələbinin müraciətini nəzərə alaraq, 2019/2020-ci tədris ilinin yaz semestrində X7 iştirak etmək məqsədilə 13.02.2020-ci il tarixli 3/187 nömrəli əmrlə yenidən tələbələr sırasına bərpa olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronovirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” 2020-ci ilin 18 may tarixli 179 nömrəli qərarına əsasən təhsil müddətində əldə etdikləri nəticələrə (X17 Göstəricisinə) uyğun olaraq Şahid2 Yekun Attestasiyadan keçmiş və BDU-nu 2020-ci il 23 iyun tarixli 3/327 nömrəli əmrə əsasən müvafiq ixtisas üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. Qeyd edilən tələbələrin akademik transkriptləri müraciətə əlavə edilmişdir ( cild 01, iş vər 187-205). "xxxx" MMC-nin 26 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, 26.10.2020-ci il tarixli sorğuya cavab olaraq bildirmişlər ki, 051 900-01-70 və 050 705-74-58 saylı nömrələrin istifadəsi aşkar edilməmişdir (cild 01, iş vər 207). "xxxx" MMC-nin 30 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, 17.11.2020-ci il tarixdə daxil olmuş, ********* saylı 26.10.2020-ci il tarixli sorğuya əsasən bidlirmişlər ki, qeyd olunmuş 055 620-25-28 saylı nömrələr sorğulanan tarixlərdə "xxxx" şəbəkəsində istifadə olunmamışdır (cild 01, iş vər 209). “Cinayət işi üzrə dayandırılmış icraatın təzlənməsi haqqında” 15 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırlmış icraat təəzlənməklə istintaqın davam etdirilməsi qərar alınmışdır (cild 01, iş vər 210). “CD diskə baxış keçirilməsi haqqında” 15 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" mobil operatorundan 30.11.2020-ci il tarixdə daxil olan bir ədəd CD diskə baxış keçirildi. Disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı ağ rəngdə olub üzərində zavod üsulu ilə "xxxx" sözü və qələmlə “BKC/LGL-22683-20” sözləri həkk edilmişdir. Həmin diski kompyuterin disk oxunan hissəsinə keçirib diskdəki faylm açılmasını gözlədikdən sonra "X30” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə dörd ədəd fayl vardır. İki ədəd faylda sms mətnləri vardır və sms mətnləri olan fayllara daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı sms aşkar edilmədi. Ad hissəsindəki Zənglərin_Məxsusluq_Tarixçələri_**********4312 556202518_ BKC.pdf' yazısı olan fayla daxil olduqda mobil nömrələr və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar vardır.Ad hissəsində ;Zənglərin_Detallaşması **********4228 5********.pdf’ yazısı olan fayla daxil olduqda Şahid7 adına olan 055 ***-**-** mobil nömrəsi barədə məlumtaların olduğu, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatın olmadığı müəyyən edildi. Bundan başqa baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı zəng və sms aşkar edilmədi. Baxış zamanı içərisində danışıqlar aparılmasına dair fayllar olan bir ədəd CD disk protokola əlavə edildi. Baxış zamanı texniki vasitə kimi “HP” kompüterindən istifadə edildi. Bununlada baxış başa çatdı (cild 01, iş vər 214-215). “CD diskə baxış keçirilməsi haqqında” 15 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" mobil operatorundan 26.11.2020-ci il tarixdə daxil olan bir ədəd CD diskə baxış keçirildi. Disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı ağ rəngdə olub üzərində zavod üsulu ilə “Verbatim” sözü və qələmlə “24703” rəqəmləri həkk edilmişdir. Həmin diski kompyuterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X30” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə bir ədəd qovluq vardır, həmin qovluğun ad hissəsində “24703.zip” yazılmışdır. Həmin qovluğu açdıqda sms mətnləri olan dörd ədəd fayl və ad hissəsində “abuneciler24703.xls”, “antena24703-2019.xls” və “antena24703-2020.xls” yazısı olan fayllar vardır. Sms mətnləri plan fayllara daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı sms aşkar edilmədi. Ad hissəsində “abuneciler24703.xls” yazısı olan fayla daxil olduqda mobil nömrələr və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar vardır. Ad hissəsində “antena24703-2019.xls” yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxsı Həbib oğlunun adına olan 051 ***-**-** mobil nömrəsi ilə Şahid1 istifadəsində olan 077 ***-**-** mobil nömrəsi arasında 12.12.201'9-cu il tarixdə, saat 18:00:18-də 26 saniyə danışıq olduğu görünür. Bundan başqa qeyd olunan nömrələr arasında 12.12.2019-cu il tarixdə, saat 19:09:43-də 123 saniyə, 15.12.2019-cu il tarixdə 14:18:48-də 118 saniyə, həmin tarixdə 14:23:26-da 26 saniyə, 16.12.2019-cu il tarixdə 16:57:56-da 85 saniyə, 17.12.2019-cu il tarixdə 16:05:01-də 28 saniyə, həmin tarixdə 21:46:36-da 253 saniyə, 18.12.2019-cu il tarixdə 02:31:19-da 24 saniyə, həmin tarixdə 15:24:30-da 44 saniyə, həmin tarixdə 19:56:34-də 28 saniyə, həmin tarixdə 20:05:21-də 163 saniyə, həmin tarixdə 21:34:34-də 34 saniyə, həmçinin 25.12.2019, 26.12.2019, 27.12.2019, 28.12.2019, 29.12.2019, 30.12.2019, 31.12.2019 tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Ad hissəsində “antena24703-2020.xls” yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxs adma olan 051 ***-**-** mobil nömrəsi ilə Şahid1 istifadəsində olan 077 ***-**-** mobil nömrəsi arasında 18.01.2020-ci il tarixdə, saat 18:52:14-də 17 saniyə danışıq olduğu görünür. Bundan başqa qeyd olunan nömrələr arasında 19.01.2020-ci il tarixdə, saat 12:56:38-də 28 saniyə, 14.01.2020-ci il tarixdə 13:33:22-də 18 saniyə, həmçinin 15.01.2020, 16.01.2020, 17.01.2020,18.01.2O2O, 20.01.2020, 21.01.2020, 22.01.2020, 23.01.2020, 24.01.2020, 25.01.2020, 27.01.2020, 28.01.2020, 29.01.2020, 30.01.2020, 02.02.2020, 03.02.2020, O7.O2.2O20, 08.02.2O2O, 09.02.2020, 13.02.2020, 14.02.2020, 15.02.2020, 16,02.2020, 22.O2.2O2o’ 28.02.2020, 04.03.2020, 05.03.2020, 07.03.2020, 11.03.2020, 13.03.2020, 14.03.2020, 15.03.2020, 16.03.2020, 18.03.2020, 19.03.2020, 21.03.2020, 24.03.2020, 05.04.2020 tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs adına olan 051 ***-**-** mobil nömrəsi ilə tələbə Şahid2 dostu Şahid5 istifadəsində olan 055 ***-**-** mobil nömrəsi arasında 10.02.2020-ci il tarixdə, saat 17:26:09-da 41 saniyə danışıq olduğu görünür. Təqsirləndirilən şəxs adına olan 051 ***-**- ** mobil nömrəsi ilə Şahid4 istifadəsində olan 051 ***-**-** mobil nömrəsi arasında 10.03.2020-ci il tarixdə, saat 20:25:28-da 56 saniyə, həmin tarixdə saat 23:14:54-də 286 saniyə danışıqlar olduğu görünür. Qeyd edilən CD diskə baxış zamanı Təqsirləndirilən şəxs adma olan mobil nömrələrlə Şahid7 adına olan mobil nömrələr arasında hər hansı əlaqənin olması müəyyən edilmədi. Bundan başqa baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı zəng aşkar edilmədi. Baxış zamanı içərisində danışıqlar aparılmasına dair fayllar olan bir ədəd CD disk protokola əlavə edildi. Baxış zamanı texniki vasitə kimi “HP” kompüterindən istifadə edildi. Bununlada baxış başa çatdı (cild 01, iş vər 211-213). “Sənədlərin götürülməsi haqqında” 14 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.1999-cu ildə Tovuz rayonu Düz Cırdaxan kəndində anadan olmuş, azərbaycanlı, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayonunun Düz Cırdaxan kəndində yaşayan Şahid8 təqdim etdiyi “Million” elektron ödəmə sistemi vasitəsi ilə X2 09.06.2020ci ildə 400 manat məbləğində pulun sonuncunun kart hesabına ödənilməsi barədə qəbzi və həmin qəbzin kserosurətini hal şahidlərinin iştirakı ilə götürmüşlər. Götürmə zamanı Tovuz rayonunun Düz Cırdaxan kəndində yaşayan Şahid8 təqdim etdiyi “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə Kamran Qələndərova 09.06.2020-ci ildə 400 manat məbləğində pulun sonuncunun kart hesabına ödənilməsi barədə qəbzi və həmin qəbzin kserosurəti hər biri bir vərəqdə olmaqla, cəmi iki vərəqədə cinayət işinə əlavə olunması üçün tərəfimdən götürüldü. Götürmə aparılarkən foto, video, kino çəkilişdən və digər texniki vasitələrdən istifadə olunmamışdır (cild 01, iş vər 230-231). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzlənməklə istintaqın davam etdirilməsi qərara alınmışdır (cild 02, iş vər 01). “CD diskə baxış keçirilməsi haqqında” 19 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, “Azerfon” mobil operatorundan 12.01.2021-ci il tarixdə daxil olan bir ədəd CD diskə baxış keçirildi. Disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı qırmızı rəngdə olub üzərində zavod üsulu ilə “nar” sözü və qələmlə “18184” rəqəmləri həkk edilmişdir. Həmin diski kompüterin disk oxunan hissəsinə keçirib diskdəki faylm açılmasını gözlədikdən sonra “X30” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə 1 ədəd, ad hissəsi “18184” olan qovluq vardır. Həmin qovluğa daxil olduqda dörd ədəd faylın olduğu görünür. İki ədəd faylda sms mətnləri vardır və sms mətnləri olan fayllara daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı sms aşkar edilmədi. Ad hissəsində “Zənglərin_Məxsusluq_Tarixçələri **********3952 77514450 7 NAR” yazısı olan fayla daxil olduqda mobil nömrələr və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar vardır. Ad hissəsində “Zənglərin_Detallaşması **********1240 775144507” yazısı olan fayla daxil olduqda Şahid1 istifadəsində olan 077 514- 45- 07 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs adına olan 051 ***-**-** mobil nömrəsi arasında 12.12.2019-cu il tarixdə, saat 18:00:18-də 26 saniyə danışıq olduğu görünür. Bundan başqa qeyd olunan nömrələr arasında 12.12.2019-cu il tarixdə, saat 19:09:43-də 123 saniyə, 15.12.2019-cu il tarixdə 14:18:48-də 118 saniyə, həmin tarixdə 14:23:26-da 26 saniyə, 16.12.2019-cu il tarixdə 16:57:56-da 85 saniyə, 17.12.2019-cu il tarixdə 16:05:01də 28 saniyə, həmin tarixdə 21:46:36-da 253 saniyə, 18.12.2019-cu il tarixdə 02:31:19-da 24 saniyə, həmin tarixdə 15:24:30-da 44 saniyə, həmin tarixdə 19:56:34-də 28 saniyə, həmin tarixdə 20:05:21-də 163 saniyə, həmin tarixdə 21:34:34-də 34 saniyə, həmçinin 25.12.2019, 26.12.2019, 27.12.2019, 28.12.2019, 29.12.2019, 30.12.2019, 31.12.20 1 9 tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Şahid1 istifadəsində olan 077 ***-**-** mobil nömrəsi ilə Şahid2 adına olan 050 ***-**-** mobil nömrəsi arasında 06.11.2019-cu il tarixdə, saat 14:38:20-də 18 saniyə danışıq olduğu görünür. Bundan başqa qeyd olunan nömrələr arasmda 15.01.2020-ci il tarixdə, saat 13:04:29-da ıLT?yə’ 160L2°20-ci il tarixdə 17:25:31-də 10 saniyə, 20.01.2020-ci il tarixdə • .27-də 17 saniyə, 27.01.2020-ci il tarixdə 14:28:15-də 17 saniyə, həmçinin 01.02.2020, 04.02.2020, 11.02.2020, 04.03.2020 tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Şahid1 istifadəsində olan 077 ***-**-** mobil nömrəsi ilə Şahid4 adma olan ***-***-**-** mobil nömrəsi arasında 01.11.2019-cu il tarixdə, saat 13:01:06-da 34 saniyə danışıq olduğu görünür. Bundan başqa qeyd olunan nömrələr arasında 08.11.2019-cu il tarixdə, saat 10:29:19-da 17 saniyə, 21.11.2019-cu il tarixdə 12:21:27-də 9 saniyə, 26.11.2019-cu il tarixdə 17:14:06-da 32 saniyə, 28.11.2019cu il tarixdə 17:50:15-də 67 saniyə, həmçinin 03.12.2019, 23.12.2019, 04.02.2020, 12.02.2020, 22.02.2020, 24.02.2020 tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Şahid1 istifadəsində olan 077 ***-**-** mobil nömrəsi ilə Şahid8 adma olan 055 ***-**-** mobil nömrəsi arasında 14.02.2020-ci il tarixdə, saat 15:30:23-də 17 saniyə danışıq olduğu görünür. Bundan başqa baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı zəng aşkar edilmədi. Baxış zamanı içərisində danışıqlar aparılmasına dair fayllar olan bir ədəd CD disk protokola əlavə edildi. Baxış zamanı texniki vasitə kimi “HP” kompüterindən istifadə edildi. Bununlada baxış başa çatdı (cild 02, iş vər 02). “Baxış keçirilməsi haqqında” 19 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin bank məlumatlarının götürülməsi haqqında 26.10.2020-ci il tarixli qərarının icrası ilə əlaqədar "xxxx" ASC-dən 19.01.2021-ci il tarixdə daxil olmuş bankomatlardan pul çıxarılmasına dair görüntülər yerləşdirilmiş bir ədəd diskə Korrupsiyaya qarşı Mübarizə Baş İdarənin inzibati binasında baxış keçirilmişdir. Qeyd edilən görüntülərin nədən ibarət olmasını müəyyən etmək üçün bağlı vəziyyətdə olan zərf açıldı və həmin zərfin içərisindən bir ədəd disk aşkar edildi. Disk (çarx) dairəvi formada olmaqla gümüşü rəngli plastik kütlə materialından hazırlanmışdır, üzərində əlyazma ilə “1282769”, “10385” və “Korrupsiya-202026180” rəqəmləri yazılmışdır. Həmin diskə xidməti istifadədə olan “HP Pro3520” markalı kompüterdən istifadə edilməklə baxış keçirildi. Baxış zamanı diskdə “Korrupsiya-N 202026180- 5 neferin ishi” başlıqlı qovluq olduğu müəyyən edildi. Həmin qovluğa daxil olduqda dörd ədəd, “X35 oglu”, “X33 oglu”, “X14 oglu” və “X20 qizi” adlı qovluqlar olduğu görünür. “X35 oglu” başlıqlı qovluq açıldıqda içərisində tarixlər göstərilməklə on altı ədəd qovluq mövcuddur. Həmin qovluqlar 03.02.2020-ci ildən 28.08.2020-ci ilə qədər müxtəlif tarixlərlə sıralanmışdır, daxil olduqda fotoşəkillər mövcud olduğu görünür, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. “X33 oglu” başlıqlı qovluq açıldıqda içərisində tarixlə göstərilməklə 29 ədəd qovluq mövcuddur. Həmin qovluqlar 10.12.2019-cu ildən 19.03.2020-ci ilə qədər müxtəlif tarixlərlə sıralanmışdır. “16.01.2020”, “17.01.2020” və “02.02.2020” adlı qovluqlara daxil olduqda həmin qovluqda olan fotoşəkillərin Təqsirləndirilən şəxs aid olduğu görünür. “03.02.2020” adil qovluqda görüntünün qaranlıq olmasına baxmayaraq Təqsirləndirilən şəxs ifadəsində həmin şəxsin özü olduğunu və ona tələbələr tərəfindən göndərilən pul vəsaitlərini özü çıxartdığını, digər qovluqlarda olan görüntülərin isə qardaşı və atası olduğunu, atasına aid pensiyanın çıxarılması zamanı görüntüləndiklərini bildirmişdir.“X14 oglu” başlıqlı qovluq açıldıqda içərisində tarixlər göstərilməklə 5 ədəd qovluq mövcuddur. Həmin qovluqlar 27.04.2019- cu ildən 30.04.2020-ci ilə qədər müxtəlif tarixlərlə sıralanmışdır. Həmin qovluqlara daxil olduqda fotoşəkillər mövcud olduğu görünür. Həmin qovluqlara daxil olduqda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. “Şahid1 qizi” başlıqlı qovluq açıldıqda içərisində tarixlər göstərilməklə on üç ədəd qovluq mövcuddur. Həmin qovluqlar 07.03.2020-ci ildən 29.04.2020-ci ilə qədər müxtəlif tarixlərlə sıralanmışdır. “20.03.2020”, “26.03.2020”, “27.03.2020” və “01.04.2020” adlı qovluqlara daxil olduqda həmin qovluqda olan fotoşəkillərin Təqsirləndirilən şəxs aid olduğu görünür. Bununla da diskə baxış keçirilməsi başa çatdırılaraq həmin disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmasına kömək edə biləcəyi nəzərə alınaraq qablaşdırılıb istintaq materiallarına əlavə olundu. Baxış gündüz vaxtı, xidməti otaqda “HP Pro3530” markalı kompüterin müvafiq proqramından istifadə etməklə keçirilmişdir (cild 02, iş vər 09-11). Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsindən daxil olan 25 yanvar 2021-ci il tarixli məlumatdan görünür ki, keçirilmiş müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində Fərəc adlı şəxsin və digər taksi sürücülərinin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır (cild 02, iş vər 28- 29). “Sübutların qiymətləndirilməsi haqqında” 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 178.2.2, 29,178,2,4, 178.2,4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilməsi; Şahid1 əməlində cinayət tərkibi müəyyən etmək mümkün olmadığıdan barəsində cinayət işinin başlanması rədd edilməsi; Şahid7 əməlində cinayət tərkibi müəyyən etmək mümkün olmadığıdan barəsində cinayət işinin başlanmasının rədd edilməsi; Şahid1, Şahid4 Satman qızı, Şahid6, Şahid3, Aslanova (Ələkbərova) Səma Elxan qızı, Şahid8 və Şahid2 barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi; Şahid1, Şahid4, Şahid6, Şahid3, Aslanova (Ələkbərova) Səma Elxan qızı, Şahid8 və Şahid2 zerərçəkmiş şəxs qismində tanınmamaları; Təqsirləndirilən şəxs və Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi; qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi dəlillər özünü müdafiə xarakterli olmaqla istintaq sənədləri ilə təkzib edildiyindən sübut kimi qiymətləndirilmədən rədd edilməsi; Azərbaycan Respublikası Baş X8 Qaydalarına əsasən bu icraat üzrə digər şəxslər barəsində cinayət təqibi rədd edildiyindən icraatın bu hissələrinə aid olan materiallar cinayət işindən ayrıca icraata ayrılaraq idarənin arxivində saxlanılması; Şahid1, Şahid4 və Şahid3 materialın araşdırması dövründə təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında telefon danışıqlarını əks etdirən səs yazısının mövcud olduğu bir ədəd disk, "Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu bir ədəd disk, "xxxx" mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu bir ədəd disk, "Azerfon” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu bir ədəd disk, "xxxx" ASC-dən daxil olmuş, bankomat görüntülərini özündə əks etdirən bir ədəd disk, Şahid8 təqdim etdiyi 400 (dörd yüz) manat məbləğində pulun ödənilməsi barədə qəbz və özündə yazışmaları əks etdirən “whatsapp” proqramından çıxarışların iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması qərar alınmışdır (cild 02, iş vər 30-72). İş materiallarına əlavə edilmiş Şahid1 Rafiq qızı, Şahid4,Şahid3, Şahid2, Şahid9, Şahid6, Şahid5 tərəfindən verilmiş ərizələrdən görünür ki, ərizələrində Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur, ona yüngül cəza təyin edilməsi xahiş etmişlər. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması, özünü Şahid1, Şahid4, Şahid6, Şahid3, Aslanova (Ələkbərova) Səma Elxan qızı, Şahid8 və Şahid2 akademik borclarından və X15 məqbul qiymət almaları üçün aldığı pulları Şahid7 verməsini, Şahid1 və digər tələbələrə Bakı Dövlət Universitetində və Təhsil Nazirliyində tanışının olduğunu deməməsi barədə verdiyi ifadəsində özüün qismən təqsirli bilməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 178.2.2, 29,178.2.4, 178.2.4, 32.4,312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı Şahid1, Şahid4, Şahid6, Şahid3, Aslanova (Ələkbərova) Səma Elxan qızı, Şahid8 və Şahid2 akademik borclarından və X15 məqbul qiymət almaları üçün aldığı pulları Şahid7 verməsi, Şahid1 və digər tələbələrə Bakı Dövlət Universitetində və Təhsil Nazirliyində tanışının olduğunu deməməsi hissədə olan ifadələrinə tənqidi yanaşaraq, hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətlərini yüngülləşdirmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla, onun yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, yuxarıda qeyd edilməklə həmin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmış obyektiv sübutların məcmusu üzrə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarından göstərilmişdir ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunvericiliyin yuxarıda göstərilən müddəaları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddələrinə əsasən törətdiyi əməl nəticəsində dəymiş ziyanı ödəməsi, zərəçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, törətdiyi əməli qismən etiraf edb, peşamn olmasını, cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş Şahid1, Şahid4 və Şahid3 materialın araşdırması dövründə təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında telefon danışıqlarını əks etdirən səs yazısının mövcud olduğu bir ədəd disk, "Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu bir ədəd disk, "xxxx" mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu bir ədəd disk, "Azerfon” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu bir ədəd disk, "xxxx" ASC-dən daxil olmuş, bankomat görüntülərini özündə əks etdirən bir ədəd disk, Şahid8 təqdim etdiyi 400 (dörd yüz) manat məbləğində pulun ödənilməsi barədə qəbz və özündə yazışmaları əks etdirən “whatsapp” proqramından çıxarışlar işin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 178.2.2, 29,178.2.4, 178.2.4, 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 29,178.2.2, 29,178.2.4-cü maddələrlə 4000 (dörd min) manat cərimə, 178.2.2, 178.2.4-cü maddələrlə 4500 (dörd min beş yüz) manat cərimə, 32.4,312.2-ci maddə ilə 8000 (səkkiz min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 66.3-cü maddəsi ilə 9000 (doqquz min) manat cərimə cəzsına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Şahid1, Şahid4 və Şahid3 materialın araşdırması dövründə təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında telefon danışıqlarını əks etdirən səs yazısının mövcud olduğu bir ədəd disk, "Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu bir ədəd disk, "xxxx" mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu bir ədəd disk, "Azerfon” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu bir ədəd disk, "xxxx" ASC-dən daxil olmuş, bankomat görüntülərini özündə əks etdirən bir ədəd disk, Şahid8 təqdim etdiyi 400 (dörd yüz) manat məbləğində pulun ödənilməsi barədə qəbz və özündə yazışmaları əks etdirən “whatsapp” proqramından çıxarışlar işin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar