Məhkəmə qərarları › İş №1(101)-764/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-764/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-764/2022 20.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və Zərərçəkmiş şəxs2n iştirakı ilə, 1 iyul 1990-cı il tarixdə Cəbrayıl rayonu Qovşudlu kəndində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olmayan, işləməyən, Cəbrayıl rayonu Qovşudlu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 181.2.2, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü kı, o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama, yəni soyğunçuluq, tamah niyyəti ilə özgənin əmlakını təkrar ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını təkrar gizli talama, yəni oğurluq etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır; belə kı, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 21 sentyabr 2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsində yerləşən 53/55 №-li evin qarşısındakı həyətdə oynayan az yaşlı Zərərçəkmiş şəxs1 qulağında qızıl sırğa olmasını görərək yaxınlaşıb söhbət etməyə başlayaraq azyaşlı ilə mehriban ünsiyyət qurmaqla sayıqlığının itirilməsinə nail olmuş və uşağın başına sığal çəkmək görüntüsü yaratmaqla sonuncunun sağ qulağında olan qızıl sırğa tayını çıxarmış, azyaşlı onun hərəkətlərini dərk edib qarşısını almaq istədikdə isə qaçaraq hadisə yerindən uzaqlaşmaqla dəyəri 175 (bir yüz yetmiş beş) manat olan qızıl sırğa tayını açıq talamaqla az yaşlı Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq etmişdir; bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə quldurluq yolu ilə təkrar ələ keçirmək məqsədilə 23 sentyabr 2021-ci ıl tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK Yolu, dongə 10 ünvanının qarşısındakı küçədə piyada hərəkət edən Zərərçəkmiş şəxs2 boynunda qızıl boyunbağı olmasını görərək dəyəri 1120 (bir min yüz iyirmi) manat olan həmin qızıl boyunbağını ələ keçirmək məqsədi ilə arxadan Zərərçəkmiş şəxs2 yaxınlaşıb əli ilə sol çiynindən vuraraq özünə tərəf çevrilməsinə nail olmuş, daha sonra müqavimətini qırmaq üçün bir əli ilə sinəsindən itələyərək yerə yıxmaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək sağ diz oynağı nahiyəsində ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bazu nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin qançırları və sol əlin İV, V barmaqlarının sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, digər əli ilə boynundakı qızıl boyunbağını dartıb 850 (səkkiz yüz əlli) manat dəyərində olan hissəsini qopararaq ələ keçirməklə təkrar quldurluq etmişdir; bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə təkrar gizli talama məqsədi ilə 26 sentyabr 2021-ci il tarixdə saat 15:00 radələrində bibisi Zərərçəkmiş şəxs3 məxsus Beyləqan rayonunun Milabad kəndində yerləşən fərdi evdə qonaq olarkən yataq otağında tək qalmasından istifadə edərək otaqdakı saxlanc yeri hesab olunan paltar dolabının qapısını açmaqla içərisinə qanunsuz daxil olmaqla oradan bır ədəd dəyəri 1.000 (bir min) manat oları "Asus" markalı “noutbuk" tipli kompüteri, bir ədəd dəyəri 3 (üç) yüz manat olan '‘Samsung A6‘‘ markalı mobil telefon cihazını və 500 (beş yüz) manat məbləğində nağd pulu gizli talayaraq ümumilikdə əmlak sahibi Zərərçəkmiş şəxs3 1.800 (bir min səkkiz yüz) manat məbləğində maddi zərər vurmaqla təkrar oğurluq etmişdir; bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək niyyəti ilə istintaqa məlum olmayan mənbədən yəni külli miqdarda, 2,122 qram çəkidə, kustar üsulla hazırlanmış narkoik vasitə heroini Bakı şəhəri Nəsimi rayonu ərazisindəki “Papanin" adlanan ərazidən 26 sentyabr 2021-ci il tarixdə axşam saatlarında qanunsuz əldə edərək üzərində saxlayıb daşımış, 27 sentyabr 2021-ci il tarixdə saat 13:30 radələrində Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəqani küçəsi, 50 №-li evin yaxınlığında saxlanılaraq gətirildiyi Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin ünvan 2 ünvanında yerləşən inzibatı binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindəki bir ədəd «Rothmans» markalı siqaret qutusundan içərisində təmiz çəkisi 2,122 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin qablaşdırılmış bir ədəd şəffaf selofan büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 181.2.2, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək və həmin Məcəllənin 181.2.2, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilərək göstərmişdir ki, təxminən dörd ildir ki, narkotik aludəçisi olmaqla narkotik vasitələrin qəbulu ilə məşğul olur, irəli sürülmüş ittihamın bir hissəsi ilə razı deyil - 21 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında azyaşlı qızın qulağından qızıl sırğa çıxarıb qaçması ilə bağlı ittihamla razı deyil, həmin cinayəti törətməmiş, sadəcə olaraq narkotiklə bağlı tutularaq Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində saxlanılarkən polis əməkdaşlarının təzyiqi altında həmin cinayəti üzərinə götürmüşdür; ümumiyyətlə həmin cinayətin baş verdiyi ünvanı tanımır, orada heç vaxt olmamışdır; Zərərçəkmiş şəxs2 qarşı törədilmiş cinayət hadisəsini həqiqətən o, törətmişdir, belə ki, 23 sentyabr 2021-ci il tarixdə saat təxminən 16 radələrində Biləcəri qəsəbəsində olarkən narkotik vasitə almağa pul tapa bilmədiyi uçun cinayət törətmək qərarına gələrək DSK Yolu döngə 10 ünvanında qarşısına çıxan bir nəfər orta yaşlı qadının boynunda qızıl boyunbağı olduğunu gördükdə həmin boyunbağını talamaq uçun qadının arxasınca gedərək əlverişli məqam gözləmiş, ara küçələrdən birində arxadan yaxınlaşaraq əli ilə qadının çiyninə toxunmuş, qadın arxaya çevrildikdə isə əli ilə qadının boynundakı qızıl boyunbağını dartaraq qırmaq istəmiş, boyunbağı bərk olduğundan dərhal qopmamış, qadını arxasınca dartaraq yerə yıxmış, qadın səs-küy salmağa başlamış, o da qonşuların çıxacağından ehtiyat edərək heç boyunbağını götürə bilmədən qaçıb oradan uzaqlaşmışdır; bundan başqa, o, 26 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Beyləqan rayonu Milabad qəsəbəsinə, bibisi Zərərçəkmiş şəxs3 yaşadığı baba evlərinə getmiş, saat 12 radələrində bibisigilə çatmış, həmin vaxt bibisinin əri Bakı şəhərində xəstəxanada müalicə aldığına görə bibisi evdə tək olmuş, bibisi ilə görüşüb bir az söhbət etdikdən sonra yorğun olduğunu bildirmiş, bibisi yataq otağında ona yer ayırmış, həmin otaqda bir qədər uzanıb istirahət etmək istəsə də narkotik qəbulunun vaxtı çatması ilə əlaqədar bədənində bərk ağrılar başladığından dincələ bilməmiş, narkotik almağa pulu olmamış, məcbur qalıb pul tapmaq üçün otağı axtarmağa başlamış, pul tapa bilməsə də otaqda olan paltar dolabının yuxarı hissəsində bir ədəd işlənmiş “Asus" markalı noutbukun və bir ədəd işlənmiş “Samsung” markalı mobil telefonun olduğunu görüb həmin əşyaları oğurlamaq qərarına gəlmiş, bibisi Tamaranın görmədiyinə tam əmin olduqdan sonra həmin əşyaları gizlincə götürüb özü ilə gətirdiyi paltar çantasına qoyaraq otaqdan çıxmışdır. Evdən çıxdığını görən Tamara hara getdiyini soruşduqda isə bildirmişdir ki, təcili ışı çıxıb, Bakıya qayıtmalıdır və bibisindən yol pulu istəmişdir; Tamara put arxasınca evə daxil olduqda oğurluq etdiyini biləcəyindən qorxub qaçıb aradan çıxmışdır. Yoldan keçən tanımadığı avtomobillə Bakı şəhərinə qayıtmış, Bakı şəhərinə çatdıqda «20 Yanvar» metrostansiyasının yaxınlığındakı «Velotrek» ticarət mərkəzindəki dükanlardan birinə “Samsung” markalı mobil telefon cihazını 30(otuz) manata, digər dükana isə “Asus” markalı noutbuku 80 (səksən) manata özününki kimi təqdim etməklə öz şəxsiyyət vəsiqəsi əsasında satmış, həmin oğurluğu tək etmişdir; bibisinin evındən əşyalardan əlavə 500 (beş yuz) manat pul da oğurlamağı barədə bibisinin dedikləri isə yalandır, pulu acığından özü əlavə yazmışdır ki, onu cəzalandırsın. Bibisinin evindən taladığı əşyaların satışından əldə etdiyi pul ilə həmin gün, yəni 26 sentyabr 2021-ci ıl tarixdə, axşam saatlarında Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan yerdən tanımadığı şəxsdən öz ıstfadəsı üçün 40 (qırx) manata yarım qram çəkidə narkotik vasitə «heroin» alıb bir hissəsini istifadə etməklə bədənindəki ağrılarını kəsmiş, qalan hissəsini isə çəkdiyi siqaret qutusunun içinə atıb cibinə qoymuşdur kı, sabahısı gun ağrıları yenə də baş qaldırdıqda istifadə etsin, 27 iyul 2021-ci il tarixdə saat təxminən 13:30 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəqani küçəsi, 50 №li binanın qarşısından keçərkən ona polis əməkdaşları yaxınlaşaraq tutub saxlamışlar və barəsində daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onu yaxınlıqdakı 6-cı Polis Bölməsinə aparmışlar, orada hüquqlarının müdafiəsi üçün dəvət olunmuş növbətçi vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirmişlər və həmin vaxt o, üzərində narkotik vasitə heroin olmasını səmimi etiraf edərək özu cibindən «Rothmans» markalı siqaret qutusunu çıxarıb qutunun içərisindəki narkotik vasitə heroin bükülmüş sellofan bükümü polislərə təqdim etmiş, narkotiki haradan, nə vaxt, nə məqsədlə, neçəyə almağını bildirmişdir. Həmin vaxt üzərindən başqa hər hansı bir narkotik vasitə aşkar olunmamış, təqdim etdiyi bır büküm narkotik vasitə heroin də gözünün qarşısında boş kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilərək espertizaya göndərilmişdir, lakin yanında çəkilməmişdir, ekspertiza rəyi alındıqdan sonra ona məlum olmuşdur ki, təqdim etdiyi narkotik vasitənin çəkisini ekspertiza rəyində 2,122 qram yazıblar, halbuki, dəqiq bilir ki, aldığı narkotikin çəkisi yarım qram, yəni 0,5 qram olmuşdur, onun da təxminən yarısını artıq istifadə etmişdir, üzərində qalan narkotik vasitənin maksimum çəkisi 0,3 qram ola bilərdi, amma qanunvericilikdən elə də güclü anlayışı olmadığından yenə də buna əhəmiyyət verməmişdir, ona görə ki, ekspert rəyi alındıqdan sonra belə barəsində cinayət təqibi hələ də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə aparılırmış, lakin əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən 234.4.3-cü maddəsinə tövsif edilə bilər biləcəyini bildikdə buna qəti şəkildə etirazını bildirmiş, o, kasıb, yetim bir narkomandır, onda heç vaxt külli miqdarda narkotik vasitələr alma, yaxud da onların satışı ilə məşğul olma imkanı olmamış, o, həqiqətən də qızıl alqısatqısı dükanına həmin ərəfələrdə qızıl sırğalar satmış, amma həmin sırğaların azyaşlı qız uşağına qarşı törədilmiş soyğunçuluq hadisəsinə heç bir aidiyyəti olmamış, dükana satdığı qızıl sırğalar evdə rəhmətlik anasından qalmış qızıl sırğalar olmuş, 6-cı Polis bölməsində polislər tərəfindən təzyiq altında üzərinə götürdüyü soyğunçuluq hadisəsinin də davamı kimi həmin dükanı aparıb ondan əl çəkmələri və narkotik asılılığı nəticəsində bədənində baş qaldıran ağrıları ilə baş-başa qalıb öz hayında olması üçün polislərə göstərmiş, azyaşlı Zərərçəkmiş şəxs1 qarşı törədilmiş soyğunçuluq hadisəsini 6-cı Polis Bölməsində polislərin təzyiqi altında üzərinə götürməyi barədə nə vəkilinə, nə müstəntiqinə, nə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün qarşılarına çıxarıldığı rayon prokuroruna və hakimə bildirməməsinin səbəbi həmin vaxtlar hələ narkotik asılılığı nəticəsində bədənində baş qaldıran ağrıların təsiri altında olması, əziyyət çəkməsi olmuş, bu barədə düşünməyə halı olmamış həmin hadisəni inkar etməyə başlasa, onu yenə də 6-cı Polis Bölməsinə geri qaytarıb təzyiq göstərməyə başlayacaqlarını düşünmüş, baş verənlərin təfərrüatlarına varmadan yalnız sorğu-suallardan canını qurtarmağa çalışmış, 6-cı Polis Bölməsində onu həmin cinayəti üzərinə götürmədiyi təqdirdə işini daha da ağırlaşdıracaqlarını, üzərinə başqa cinayətləri də qoyacaqlarını deyərək qorxutmuşlar, ona görə də o, heç bir müqavimət göstərmədən həmin soyğunçuluq hadisəsini üzərinə götürmüş, narkotik vasitələri bu müddət ərzində mütəmadi olaraq qəbul etmirmiş, hərdən bir rastına düşəndə, pulu olanda qəbul edirmiş, polislər tərəfindən tutulmamaq üçün narkotiki əsasən Bakı şəhərinin müxtəlif rayonlarından müəyyən yerlərdən təsadüfən rastlaşdığı tanımadığı şəxslərdən alırmış, narkotik satanlar və narkotik alüdəçiləri bir-birini uzaqdan, xarici görünüşündən tanımışlar, qeyd etdiyi «müəyyən yerlərdə» onun kimilər üçün narkotik vasitə almaq heç bır problem yaratmamış, üzərində aşkar olunaraq götürülmüş narkotik vasitəni satan şəxsin dəqiq sifəti yadında qalmamış, bəlkə də görsə tanıya bilər, törətdiyi cinayət hadisələrində tək olmuş, taladığı əmlakları satarkən onların həqiqi mənbəyi bərədə əşyaları alan şəxsləri əvvəlcədən tanımamış, bu barədə onlarla aralarında qabaqcadan heç bır sövdələşmə olmamış, satdığı əşyaları onlara özününki kimi təqdim edərək şəxsiyyət vəsiqəsi əsasında satmış, polislər tərəfindən saxlanılarkən üzərində və ya istifadəsində mobil telefon cihazı olmamış, narkoman olduğu üçün artıq çoxdan öz mobil telefonunu satıb pulunu narkotik əldə etməyə sərf etmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı Bakı şəhəri 166 №-li məktəbin müəllimi Zərərçəkmiş şəxs1 Nizam qızının və qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə Fikrət oğlunun iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, 21 sentyabr 2021-ci il tarixdə saat 17:30 radəiərındə yaşadığı evin qarşısında oynayarkən, tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq ilkin olaraq onunla xoş danışmaqla bir qədər güldürmüş, daha sonra isə başına sığal çəkmiş, bu zaman hiss etmiş ki, həmin şəxs onun sağ qulağında olan qızıl sırğanı arxa tərəfini açmış, həmin şəxs qəfildən onun qulağından sırğanı çıxararaq qaçmağa başladıqda arxasınca qaçmış, lakin ona çata bilməyərək yerə yıxılmış, daha sonra isə hadisəni ailə üzvlərinə danışmış, onlar da hadisə barədə polisə məlumat vermişlər, baş vermiş hadisə zamanı heç bır xəsarət almamışdır; Azyaşlı zərərəkmiş şəxs Zərərçəkmiş şəxs1 dindirilərkən, zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə məhkəmə zamanı bildirmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxslə barışmış, onun və azyaşlı qızının Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 23 sentyabr 2021-ci il tarixdə saat 16:30 radələrində yaşadığı evə gəldiyi zaman Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi «DSK» Yolu döngə 10 ünvanın qarışısında arxadan kiminsə çiyninə əl vurmasını hiss edərək çönüb arxaya baxdıqda bir nəfər əvvəllər tanımadığı şəxs boynundan, üzərində kulonu olan bir ədəd qızıl boyunbağını dartaraq onu sağ dizi üstə yerə yıxmış, nəticədə dizindən xəsarət almış, həmin şəxs onun yerə yıxıldığını görüb qəsəbədə yerləşən “Nüsrət" marketə tərəf qaçmağa başlamış, gözdən itmiş, bir-təhər ayağa qalxmış, çünki həmin anda sağ dizində şiddətli ağrı var imiş, ayağa qalxdığı zaman, qızıl boyunbağının üzərində olan qızıl kulonun yerə düşdüyünü görmüş, götürərərk cibinə qoymuş, daha sonra evinə daxil olmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» Xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, məlumatı əsasında hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirmişlər, talanmış 750 əyyarlı 12 qram çəkidə qızıl boyunbağını o, 850 manata, üzərində olan 585 əyyarlı qızıl kulonu isə 270 manat almış, hadisəni törətmiş şəxs təxminən 25-30 yaşlı, orta boylu, qara buğdayı, üzü bir az tüklü olmuş, həmin şəxsi gördüyü halda tanıya biləcəyini bildirmiş, hadisə nəticəsində ona boyunbağının tək özü dəyərində 850 (səkkiz yüz əlli) manat məbləğində maddi zərər dəymiş, boyunbağının üzərində olan qızıl kulonu hadisədən sonradan yerdən tapıb götürmüşdür; eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs ila barışmış, ona qraşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşı oğludur, əvvəllər münasibətləri normal olub, aralarında heç bır düşmənçilik vo ya ədavətləri olmayıb; Nicat narkotik vasitələrin aludəçisidir, ailəlikcə onu bu yoldan çəkindirməyə çalışsalar da, Nicat hələ də narkotik vasitələrdən istifadə edir; oğlu Füzulinin işlətdiyi “Asus” markalı notbuku və onun özünə məxsus "Samsung" markalı mobil telefonu yataq otağında olan paltar şkafına qoymuşdur; əlavə olaraq oğlu Nəsimi ilə birlikdə topladığı 500 (beş yüz) manat məbləğində pulu da həmin əşyaların üstünə qoymuşdur; tez-tez Bakı şəhərində müalicə alan əri Vidadinin yanına getdiyindən və müalicəsinə pul lazım olduğundan pul yığıb həmin şkafa qoyurmuş ki, Bakı şəhərinə gedərkən götürsün; 26 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Beyləqan rayonu Milabad qəsəbəsindəki fərdi yaşayış evində olan zaman qardaşı oğlu Təqsirləndirilən şəxs əlində paltar çantası ilə onfara gəlmiş, salamlaşdıqdan sonra ikisi birlikdə evin ümumi zalında oturub söhbət etmişlər; Nicat Bakı şəhərinə getmək üçün yol pulunun olmadığını bildirdikdə ona 10 manat məbləğində pul vermiş, Nicat bədəninin ağrıdığını bildirib bır qədər yatmaq istədiyini dedikdə ona yataq otağını göstərib orada istirahət edə biləcəyini demiş; Nicat əlində paltar çantası ilə yataq otağına daxil olmuş, özü isə digər otaqda yatmışdır; təqribən iki saat keçdikdən sonra Nicatın oyanıb zala daxıl olduğunu görmüş, əlində özü ilə birlikdə gətirdiyi paltar çantası var imiş, Nicatdan hara getdiyini soruşduqda Bakı şəhərinə əri Vidadinin yanına getdiyini bildiyini, bu səbəbdən daha onların evində qalmağın mənasız olduğunu deyib Bakı şəhərinə getmək istədiyini bildirmiş, o, etiraz etməmiş, Nicat ondan Beyləqan rayonuna getməsi üçün daha bir manat pul verməsini istəmiş, o pul götürmək üçün evə daxil olduqda Nicatın yatdığı otaqdakı paltar şkafının qapısının açıq olduğunu görmüş, şkafa yaxınlaşıb pulu qoyduğu yerə baxan zaman həmin yerdən 500 (beş yüz) manat məbləğində pulun, bır ədəd 1000 (bir min) manat dəyərində, 2017-ci il buraxılışlı, Tayvan istehsalı, 320 GB yaddaşlı "Asus” markalı kompyuterin və bir ədəd 300 (üç yüz) manat dəyərində, 2016-cı il buraxılışlı, Cənubi Koreya istehsalı, 16 GB yaddaşlı “Samsung” markalı mobil telefonun oğurlandığını aşkar etmiş, anlamış ki, onları Nicat oğurlayıb, tez evdən bayıra çıxsa da, Nicat artıq aradan çıxmışdır; bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edib məlumat vermiş, məlumatı əsasında polis əməkdaşları gəlib müvafiq sənədləşmə işləri aparmışlar; baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi zərər dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə göndərdiyi ərzəsində Təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin Cinayət-Axtarış Üzrə əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 27 sentyabr 2021-ci il tarixdə bölməyə Cəbrayıl rayonu Qovşudlu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində yaşayan Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsi ərazisində oğurluq, soyğunçuluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat tərəflərindən rəhbərliyə məruzə olunmuş, yoxlanılması məqsədi ilə «X1» Azərbaycan Respublikasının Qanununun 10, 11, 12-ci maddələrinin və Cinayət-Prosessual Məcəlləsinin 445.2-cı maddəsinin tələbləri rəhbər tutularaq əməliyyat tədbirinin keçirilməsi barədə qərar verilmiş, polis bölməsinin sahə inspektoru polis baş leytenantı Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birlikdə məlumatda göstərilən ünvana yollanmışlar, məlumatda göstərilən Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdə saat təxminən 13:30 radələrində ünvan 5 ünvanının yaxınlığında müəyyən etmişlər, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, barəsində məlumat daxil olduğunu bildirərək Nicatı polis bölməsinə dəvət etmişlər, sonuncu etiraz etməmiş, birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Binəqədi RPİnin 6-cı PB-nin ünvan 6 ünvanında yerləşən inzibati binasına gəlmişlər, orada növbədə olan baş təhqiqatçı Famil Məsimov müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil, vıdeoçəkiliş aparılması üçün Polis İdarəsindən inspektor-kriminalist Nəsimi İsmayılov dəvət olunmuşlar, sonuncuların və onların iştirakı ilə saxlanılan Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağı bildirilərək sonuncuya üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet olduğu halda təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynindəki qara rəngli idman şalvarın sağ yan cibinə salıb oradan bir ədəd “Rothmans” markalı siqaret qutusunu, qutudan isə bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə “heroin” olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün bir gün əvvəl Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 40 manata aldığını bildirmiş, qeyd olunanların hamısı kriminalist tərəfindən videokamera vasitəsi ilə çəkilərək qevdə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmiş, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında narkotik vasitələri əldə etdiyi mənbələri barədə qeyd olunmasa da, sonuncunun Biləcəri qəsəbəsi ərazisində narkotik vasitələrin satışı, oğurluq və soyğunçuluq ilə məşğul olması bildirilmiş, sonradan Təqsirləndirilən şəxs həqiqətən tərəflərindən saxlanılmamışdan bir neçə gün əvvəl Biləcəri qəsəbəsi ərazisində azyaşlı uşağın qulağından qızıl sırğa tayını alıb qaçdığı və bir nəfər qadını vuraraq boynundakı qızıl boyunbağını qoparıb qaçdığı məlum olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis sahə inspektoru Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, təxminən 2 ildir ki, Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsində yerləşən «Moskva Univermağı» ticarət mərkəzinin ətrafında yerləşən «Brend Zərgərlik» dükanını icarə götürüb qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olmuş, həyata keçirdiyi bütün alqı-satqı əməliyyatlarını da dükanda olan iş dəftərində qeyd edir, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Nicat polislərlə birlikdə dükanına gəlib özü dükanını göstərdikdən və anket məlumatlarını iş dəftərində axtarıb tapdıqdan sonra tanıyıb xatırlamış, 21 sentyabr 2021ci il tarixdə axşam saatlarında iş vaxtının sonunda ona iki ədəd tək tay qızıl sırğa təqdim edərək ailəsinə məxsus olduğunu, digər tayları itdiyi üçün satmaq istədiyini bildirmiş, hadisənin dəqiq təfərrüatları xatırında qalmamış, iş dəftərində apardığı qeydiyyata əsasən o, Nicatdan 585 əyarlı sırğanın birini çəkisinin üzərindəki qaşı ilə birlikdə 0,8 qram olmasını nəzərə alaraq 40 (qırx) manata, digərini isə yəqin ki, qaşsız olduğu üçün təmiz qızılının çəkisi 0,6 qram olmasını nəzərə alaraq 60 (altmış) manata almaqla ümumilikdə Nicata 100 (bir yüz) manat məbləğində pul vermiş iş dəftərində müvafiq qeyd aparmaqla satan şəxs Təqsirləndirilən şəxs anket məlumatlarını, şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və verilmə tarixini əks etdirməklə özünə imzalatmış, aldığı həmin sırğaları özü də bir neçə gündən sonra elə lom şəklində üzərində 2-3 manat qazancı ilə dükana gəlib qızıl məmulatları yığan tanımadığı alverçilərə satmış, sonradan artıq polis əməkdaşları həmin şəxsi tutub dükanına gətirdikdə həmin şəxsin ona satdığı sırğaları küçədə hansısa balaca qız uşağının qulağından taladığı məlum olmuş, Təqsirləndirilən şəxs əvvəllər ona heç vaxt heç bir qızıl məmulatları təhvil verməmiş, başqa heç nə təklif etməmişdir. İşdə olan 27 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru X6 tərəfindən Azərbaycan Respublikası CPM-in 51, 86.4.2, 246-247-ci maddələrinin tələblərinə əsasən Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 və sahə inspektoru polis baş leytenantı Şahid2 Binəqədi RPİ-nın KTQ-nin inspektor-kriminalisti polis mayoru X2 iştirakları ilə protokol tərtib edilib ondan ötrü ki, narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında" 27 sentyabr 2021-ci il tarixli qərara əsasən Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə aparılmış, 27 sentyabr 2021-ci il tarixdə saat 15:05-də başlayaraq saat 15:35-də bitmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən çıxardığı "Rotmans” markalı siqaret qutusunun içərisindən bır ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərisindəki kütlənin narkotik vasitə “heroin” olduğunu, həmin narkotik vasitəni 26 sentyabr 2021-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu “Papanin” adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir; şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsi ilə videoçəkilişdən istifadə olunmuşdur; protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüquq və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur; iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir (1-ci cild iş vərəqi 127-129). İşdə olan 27 sentyabr 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD-də videokamera vasitəsi iiə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan biri “00893”, digəri isə “00894” adlı iki ədəd videogörüntü var; 27 sentyabr 2021-ci il tarixdə yaranmış 602 MB həcmli, “MPEG-TS Video Fıle (.MTS)” tipli 06 dəqiqə 56 saniyəlik birinci vıdeogörüntüdə biri polis mayoru geyimində masanın baş tərəfində digəri mülki geyimdə masa arxasında, biri polis baş leytenantı geyimində, digəri isə mülki geyimdə divanda əyləşmiş vəziyyətdə olmaqla ümumilidkə dörd nəfər şəxs əks olunur, masanın baş tərəfində əyləşmiş polis mayoru rütbəli şəxs çəkiliş başlayan zamanı özünü təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin baş təhqiqatçısı X6 olmasını bildirərək, Azərbaycan Respublikası CPM-in 51, 86.4.2, 246-247-ci maddələrinin tələblərinə əsasən videoçəkilişdə iştirak edən 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1, PB-nin polis sahə inspektoru polis baş leytenantı Şahid2, Binəqədi RPİ-nin KTQ-nin kriminalist-eksperti polis mayoru X5 barələrində anket məlumatlarını elan edir və iştirakçılara hüqüq və vəzifələrini izah edir, daha sonra barəsində axtarış və götürmə haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs müraciət edərək paltarlarında, əşyalarında və ya bədənində olması etimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif edir; masa arxasında əyləşmiş Təqsirləndirilən şəxs görüntünün 2-ci dəqiqə 54-cü saniyəsində ayağa qalxaraq əynindəki qara rəngli şalvarının sağ yan cibindən bır ədəd "Pothmans” markalı siqaret qutusunu, qutunun içindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyur; tədqiqatçı həmin bükümü açaraq içindəki boz rəngli tozşəkilli kütləni videokameraya və iştirakçılara nümayiş etdirməklə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin nə olması, onu haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümün içərisində olan küllə narkotik vasitə "heroindir"; daha sonra tədqiqatçı Təqsirləndirilən şəxs əynindəki paltarların digər ciblərini boşaltmasını və ayaqqablarını çıxarmasını xahiş edərək üzərinə baxış keçirir, başqa heç nə aşkar olunmur; daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs cibindən çıxararaq masanın üzərinə qoyduğu bükümün içərisində nə olmasına, haradan, nə məqsədlə, neçəyə almasına dair suallar verir; suallara cavab olaraq Təqsirləndirilən şəxs bir daha təsdiqləyir ki, bükümdəki kütlə narkotik vasitə “heroindir”, onu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 40 (qırx) manata almışdır; bundan sonra təhqiqatçı şübhəli şəxsin təqdim etdiyi şəffaf sellofan bükümün maddi sübut əhəmiyyəti kəsb etməsini bildirərək onun götürüləcəyini və qablaşdırılacağını elan etməklə ağ kağızdan hazırlanmış zərfi götürüb içərisinin boş olmasını videokameraya və iştirakçılara nümayiş edir, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümü həmin zərfin içərisinə qoyaraq yapışqanla qapağını yapışdırıb üzərini möhürləyərək videoçəkilişin iştirakçılara təqdim edilməsi üçün dayandırılmasını elan edir; 27 sentyabr 2021-ci il tarixdə yaranmış 81,3 MB həcmli “MPEG-TS Video File (.MTS)” tipli 55 saniyəlik ikinci videoyörüntüyə baxdıqda müəyyən olunmuşdur ki, həmin görüntüdə də birinci görüntüdə əks olunan şəxslər tam tərkibdə iştirak edirlər, masanın baş tərəfində əyləşmiş təhqiqatçı Famil Məsimov şəxsi axtarış və götürmə zamanı aparılmış birinci videoçəkilişə iştirakçılar tərəfindən baxılmasını, bununla əlaqədar heç bır etiraz və vəsatətin daxil olmadığını bildirərək protokolu imza etmələri üçün iştirakçılara təqdim edir, protokolun imzalanaraq təsdiq edilməsini, müvafiq prosessual hərəkətin qurtarmasını və videoçəkilişin dayandırılmasım elan edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs CD-də əks olunmuş videogörüntülərdəki şəxsin özü olmasını təsdiq edərək, əks olunanlarla bağlı heç bır etiraz və vəsatəınin, əlavələrinin olmadığını bildirmişdir (1-ci cild iş vərəqi 224-226). İşdə olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasına keçirilmiş əməliyyat-axtarış tədbiri və buna dair 27 sentyabr 2021-ci il tarixli müvafiq qərar qanuni və əsaslı hesab edilmişdir (1-ci cild iş vərəqi 181- 182). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 28 sentyabr 2021-ci il tarixli 6/4282 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 1 ədəd zərflərdə təqdim olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 2,122 qram olan boz rəngli tozşəkilii maddə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»-dir, «heroin» 28 iyun 2005-ci ıl tarixi: Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 137-142). İşdə olan maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, ekspertiza tədqiqatlarından sonra məsrəflərə uğrayaraq ümumilikdə xalis çəkisi 2,022 qram çəkidə qalıq qalan narkotik vasitə «heroin» 28 sentyabr 2021-ci il tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması ücün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild iş vərəqi 227-228) İşdə olan məhkəmə-tibbi ekspertiza üzrə 1 oktyabr 2021-ci il tarixli 1556 saylı ekspert rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş, sağ diz oynağı nahiyəsində ağrı və hərkət məhdudluğu ilə müşaiyət olunan say diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bazu nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin qançırları və İV, V barmaqlarının sıyrıqları kimi bərk küt əşyanın təsirindən 23 sentyabr 2021-ci il tarixdə insan bədəninin hissələri (yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsirindən yıxılaraq yerin bərk səthinə dəymə nəticəsində əmələ gəlmişlər və dərəcəsinə yorə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (1-ci cild iş vərəqi 260-262). İşdə olan məhkəmə narkoloji ekspertiza üzrə 23 noyabr 2021-ci il tarixli 4623 saylı ekspert rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetamının birgə qəbulu nəticəsində yaranan “asılılıq sindromu” - narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 285-286). İşdə olan məhkəmə-kompleks kimyəvi və əmtəəşünaslıq ekspertiza üzrə 21 dekabr 2021-ci il tarixli 6/5392-9/8774 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd 2,04 qram kütləli üzərində rəngsiz, şəffaf qaşlar olan sarı rəngli kulon 583/585 əyarlı qızıldan hazırlanmışdır, qaşları qiymətli daşlara aid deyil, 2021-ci ilin sentyabr ayına olan pərakəndə satış qiyməti təxminən" 173 (bir yüz yetmiş üç) manat müəyyən edilir (1-ci cild ış vərəqi 288-291). İşdə olan 28 yanvar 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi və maddi sübutun sahibinə qaytarılması haqqında protokoldan görünür ki, ekspertiza tədqiqatlarından sonra istintaq orqanına geri qaytarılmış bir ədəd 2,04 qram kütləli üzərində qiymətli daşlara aid olmayan rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 583/585 əyarlı qızıldan hazırlanmışdır; kulon iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir (2-ci cild iş vərəqi 74-75). İşdə olan məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə 27 dekabr 2021-ci il tarixli 9/8665 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd istifadə edilmiş, 2016-cı il Koreya istehsalı 16 GB yaddaşlı “Samsung A6” markalı mobil telefonun satış üçün komplektləşdirılməsinə daxil edilən aksessuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin sentyabr ayına olan orta qiyməti nəzəri qaydada təxminən 120 (bir yüz iyirmi) manat müəyyən edilir. Digər bir ədəd 2017-ci il Tayvan istehsalı, 320 GB yaddaşlı «Asus» markalı noutbuk haqqında ətraflı məlumat (modeli, texniki göstəriciləri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır (2-ci cild iş vərəqi 19-21) İşdə olan ambulator məhkəmə psixiatrik ekspertiza üzrə 24 yanvar 2022-ci il tarixli 177 saylı ekspert rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin düvrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlukəliliyini dərk etmək vo onları idarə etmək iqtidarında olmuşdur, ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır; onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, cinayət ışı uçun əhəmiyyət kəsb edən halları duzgun qavrayıb təsvir etmək iqtidarına malikdir (2-ci cild iş vərəqi 43-46) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 124-125) İşdə olan şübhəli şəxsin tutulması haqqında 27 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 27-28). İşdə olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29 sentyabor 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 sentyabr 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 192-193). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 180.1, 181.2.2, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, Cinayət Məcəlləsinin 181.2.2-ci maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, həmin Məcəllənin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 180.1, 177.2.2 və 177.2.3-cü maddələri az ağır cinayətlər, Cinayət Məcəlləsinin 181.2.2 və 234.4.3-cü maddələri isə ağır cinayətlər kateqoriyasına daxildirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər və Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs törətdiyi əməlləri nəzərdə tutan Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 3 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 2 (iki) il 3 (üç) aydan artıq, Cinayət Məcəlləsinin 181.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 12 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 9 (doqquz) ildən, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 5 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 3 (üç) il 9 (doqquz) aydan artıq və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 12 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 9 (doqquz) ildən artıq artıqola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağrı və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 180.1, 181.2.2, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) cəzanın məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı 27 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağrı və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 180.1, 181.2.2, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla), həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 27 sentyabr 2021ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2, 022 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindindən sonra məhv edilməli, bir ədəd 2,04 qram çəkidə üzərində qiymətli daşlara aid olmayan rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 583/585 əyarlı qızıldan hazırlanmış kulonun saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzə alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 114 (yüz on dörd) manat və məhkəmə-əmtəəşünaslıq ekspertiza üzrə tədqiqatın dəyəri 150 (yüz əlli) manat, cəmi 264 (iki yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 181.2.2, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 181.2.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhruem etmə cəzası və həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2, 022 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindindən sonra məhv edilsin, bir ədəd 2,04 qram çəkidə üzərində qiymətli daşlara aid olmayan rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 583/585 əyarlı qızıldan hazırlanmış kulonun saölanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzə alınsın. Məhkəmə məsrəfləri - iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 114 (yüz on dörd) manat və məhkəmə-əmtəəşünaslıq ekspertiza üzrə tədqiqatın dəyəri 150 (yüz əlli) manat, cəmi 264 (iki yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar