Məhkəmə qərarları › İş №1(101)-764/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-764/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-764/2023 11.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X2 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 , dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi - arvadı X4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Saatlı rayonu, Qaraçılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Qaraçalar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi ev 56-da yaşayır və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 3 oktyabr 2022-ci il tarixdə saat 23:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “BMW 523” markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində saatda 70 km surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin - yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin - nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 km surətdən çox olmayan surətlə hərəkət etdirməlidir kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla ehtiyatsızlıqdan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı- Pirşağı avtomobil yolunun “Real İnşaat” tikinti materiallarının satışı mağazasının yaxınlığında olan hissəsində idarə etməni itirməsi nəticəsində dayanmış vəziyyətdə olan etibarnamə əsasında Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21154” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması nəticəsində “VAZ 21154” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs başbeyinin ağır dərəcəli əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, baş-beyinin sərt qişasının üstünə və altına sərbəst qanun yığılması, iki tərəfli hemopnevmoraks (sol və sağ plevra boşluğuna havanın və qanın yığılması), döş sümüyünün cisminin, sol l, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ və sağ İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ qabırğaların, İX döş fəqərəsinin cisminin qapalı sınıqları, döş qəfəsinin və qarnın yumşaq toxumalarına, ağciyərlərə və köklərinə, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, sağ təpə, gicgah-alın və ənsə nahiyələrinin yumşaq toxumalarının hematomaları, döş qəfəsinin qançırı və sağ said nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaqla Zərərçəkmiş şəxs hadisə zamanı almış olduğu xəsarətlərdən 15 oktyabr 2022-ci il tarixdə müalicədə olduğu Sumqayıt təcili tibbi yardım xəstəxanasında ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 3 oktyabr 2022-ci il tarixdə saat 23:30 radələrində texniki cəhətdən saz vəziyyətdə olan “BMW” markalı ** LK *** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Kürdəxanı-Pirşağı yolu ilə yolun 1-ci hərəkət zolağı ilə qoşa xəttin yanı ilə Pirşağı qəsəbəsi istiqamətində saatda təxminən 60-70 km surətlə hərəkətdə olarkən qarşısında hərəkətdə olan avtomobilin qəfildən sola hərəkət edərək dönməsi onu çaşdıraraq diqqətini yayındırdığından idarə etməni itirməsi nəticəsində qəfildən artıq hərəkət istiqamətinin qarşısında təxminən 5-6 metr aralıda 1-ci və 2-ci hərəkət zolağının ortasında dayanmış vəziyyətdə olan “VAZ 21015” markalı avtomobilin olmasını görsə də, hadisədən yan qaça bilməmiş və idarə etdiyi “BMW” markalı ** LK *** dövlət nömrə nişanlı avtomobili ilə “VAZ 21015” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq ağır-yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ani baş verdiyindən idarə etdiyi avtomobildə əyləcdən istifadə etsə də, hadisənin qarşısını ala bilməmişdir. O, dərhal idarə etdiyi avtomobili saxlamış və toqquşduğu avtomobilə yaxınlaşıb sürücüyə köməklik edib həmin vaxtı yoldan təsadüfən keçən təcili tibbi yardım avtomobilinə qoyaraq yaxınlıqda yerləşən 3 saylı şəhər kliniki xəstəxanasına, sonra da həmin xəstəxanada xəsarət almış şəxsin vəziyyəti ağır olduğu üçün onu “EGE” Hospitala aparmışlar. Həmin xəstəxanada 3-4 gün qaldıqdan sonra xəsarət almış şəxsi Sumqayıt şəhər kliniki xəstəxanasına gətirmişlər. Kürdəxanı-Pirşağı yolunda saatda 60 km surət limiti olsa da, o, 70 km surətlə getmiş, hərəkətdə olarkən qarşısındakı avtomobil ilə 15-20 metr ara məsafəsi olmuş, qarşısında hərəkətdə olan avtomobil qəfildən sola hərəkət edərək dönə bilsə də, o, dönə bilməmişdir. O, qarşısında hərəkətdə olan avtomobili görə bilsə də, həmin avtomobilin qarşısında olan avtomobili görə bilməmişdir. Kürdəxanı-Pirşağı yolu ilə yolun qəza baş verən hissəsində işıqlandırma olmamışdır. O, bütün cərimələrini ödəmiş və hal-hazırda da avtomobil idarə edir. Hadisə baş verdikdən sonra təcili tibbi yardım avtomobilinə xəsarət almış şəxsi yerləşdirdikdən sonra onlarla birgə xəstəxanaya getmiş, qəza baş verən ərazidə kütləvi dava olduğu üçün yaxınlıqda təcili tibbi yardım stansiyasının həkimləri və polis əməkdaşları olmuşdur. Qəzadan sonra ətrafda olan şəxslərdən biri ona demişdir ki, şəxsin avtomobilə əyləşməsi üçün mərhum maşını yolun ortasında saxlamışdır. O, saatda 30 km ilə getsəydi belə həmin avtomobilə arxadan vuracaqdı. Onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı ona bildiriş gəlməmiş, Baş Dövlət Pol Polisinin əməkdaşları tərəfindən dəfələrlə saxlanılmış və sürücülük vəsiqəsi yoxlanılmışdır. Hadisə saat 23-30 radələrində baş vermiş, hadisə baş verən ərazidə küçə dirəyi olsa da, işıqlandırma olmamışdır. Onun qarşısında olan avtomobillə 6-7 metr ara məsafəsi olduğu üçün onun önündəki avtomobili görmək imkanı olmamış, qarşısında hərəkətdə olan avtomobilin qəfildən sola hərəkət edərkən əyləcdən istifadə etməmişdir. Onun toqquşduğu avtomobil 1-ci və 2-ci hərəkət zolağının ortasında dayanmış və avtomobilə sərnişin əyləşdirmişdir. Onun əyləcdən istifadə etmək imkanı olmamış və həmin maşının sol tərəfinə vurmuşdur. Mərhum qəza zamanı oturacaq ilə rol arasında sıxıldığı üçün qabırğası sınmış, o, sürücülük vəsiqəsini hadisə yerində itirməyi ilə bağlı yol-patrul əməkdaşlarına bildirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, 4 oktyabr 2022-ci il tarixdə saat 00:30 radələrində ona zəng edib demişlər ki, həyat yoldaşı Zərərçəkmiş şəxs 3 oktyabr 2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı-Pirşağı avtomobil yolunda baş vermiş yol nəqliyyat hadisəsi xəsarət alıb və xəstəxanaya yerləşdirilib. O bu barədə məlumat aldıqdan dərhal sonra həyat yoldaşı Zərərçəkmiş şəxs müalicədə olduğu X8 getmiş, həmin xəstəxanadan lazımi yardım göstərilmədiyi üçün yoldaşını “Ege” Hospitalına aparmışdır. Ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğlu idarə etdiyi avtomobili ilə həyat yoldaşı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilini arxadan vuraraq toqquşması nəticəsində əri Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə xəsarət almışdır. Əri Zərərçəkmiş şəxs hadisə zamanı almış olduğu xəsarətlərdən 15 oktyabr 2022-ci il tarixdə müalicədə olduğu xəstəxanada vəfat etmişdir. Zərərçəkmiş şəxs əvvəl X8, sonra isə “Ege” Hospitalına aparmışlar. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan qismən ödənilib, lakin ziyanı tam ödəmək üçün 7000 manata yaxın vəsait verməlidir. Zərərçəkmiş şəxs taksi fəaliyyəti məşğul olmuş. “Ege” Hospital olan zaman qaldığı hər günə görə 2000 manat tələb etdikləri üçün və yoldaşının səhhətində heç bir irəliləyiş olmadığı üçün Sumqayıt şəhər xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxsə cəza verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmış, dəymiş ziyanın isə ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun mərhum dayısıdır. 4 oktyabr 2022-ci il tarixdə saat 00:30 radələrində ona zəng edib demişlər ki, dayın Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı-Pirşağı avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış və xəstəxanaya yerləşdirilmişdir. O bu barədə məlumat aldıqdan dərhal sonra dayısı Zərərçəkmiş şəxs müalicədə olduğu X11 gəlmişdir. Xəstəxanada olarkən ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 523” markalı avtomobili ilə dayısı Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21154” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq toqquşması nəticəsində dayısı Zərərçəkmiş şəxs xəsarət almış, o da həmin yerə gedərkən Elvin və yaxınlarının xəstəxanada olduqlarını görmüşdür. Sonra dayısı Zərərçəkmiş şəxs həmin xəstəxanadan “Ege” Hospitala köçürülmüşdür. Orada 3-4 gün qalsa da, səhhətində qənaətbəxş dəyişiklik olmadığı üçün və maddi çətinliklə üzləşdikləri üçün onu Sumqayıt şəhər xəstəxanasına aparmışlar. Dayısı Zərərçəkmiş şəxs hadisə zamanı almış olduğu xəsarətlərdən 15 oktyabr 2022-ci il tarixdə müalicədə olduğu Sumqayıt şəhər xəstəxanasında vəfat etmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra daim onların yanında olmuşdur. Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21154” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil kredit vasitəsilə alınmış, müqavilədə onun adı yazılmışdır. Avtomobilə görə 4500 manat ödənilmiş, 4500 manat isə Təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Əliyev X1-Pirşağı avtomobil yolunda sərnişin mindirmək üçün saxlayarkən Təqsirləndirilən şəxs avtomobili ilə onu arxadan vurmuş və hadisə baş verən ərazidə olan obyektin təhlükəsizlik kamerasında görüntülər əks olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və X12 Hüquqi Şəxsinin 15 oktyabr 2022-ci il tarixli 248 saylı rəyi ilə müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs baş beyinin ağır dərəcəli əzilməsi, baş-beyin maddəsinə və qişalarına qansızma, baş-beyinin sərt qişasının üstünə və altına sərbəst qanın yığılması, ikitərəfli hemopnevmoraks (sol və sağ plevra boşluqlarına havanın və qanın yığılması), döş sümüyünün cisminin, sol İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ və sağ İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ qabırğaların, İX döş fəqərəsinin cisminin qapalı sınıqları, döş qəfəsinin və qarnın yumşaq toxumalarına, ağciyərlərə və köklərinə, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, sağ təpə-gicgah-alın və ənsə nahiyələrinin yumşaq toxumalarının hematomaları, döş qəfəsinin qançırı və sağ said nahiyəsinin sıyrığı olmuşdur. Xəsarətlər həyatı olub bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 3.10.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb aldığı xəsarətlər fonunda başın küt travması ilə əlaqədar baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və qişalarına qansızma və ödemi olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə saat 13:20-də xəstəxanada baş vermişdir. Bu da ilkin meyit əlamətləri ilə öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs adına tərtib olunmuş xəstəlik tarixində xəstəxanaya daxil olarkən onun sərxoşluğu barədə heç bir qeydiyyat yoxdur (cild 1, iş vərəqə 81-90). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2022-ci il tarixli 8/3288 saylı rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “BMW 523” markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsi olması şəraitində maksimum icazə verilən 60 km/saat surətdən artıq, yəni 70 km/saat surətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, iş vərəqə 92-94). Cinayət işinin materiallarından görünür ki, 4 oktyabr 2022-ci il tarixli 1/5498 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 20). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-dən daxil olmuş 12 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən 20 may 1986-cı il təvəlüdlü Təqsirləndirilən şəxs 27 yanvar 2017-ci il tarixdə (27 yanvar 2027-ci il tarixədək etibarlı olan) AE 812711 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ 13 noyabr 2019-cu il tarixdə Bakı şəhər DYPİ tərəfindən 13 may 2020-ci il tarixdək məhdudlaşdırılsa da sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaqdır (cild 1, iş vərəqə 46). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-dən daxil olmuş 16 fevral 2023-cü il tarixli məktubdan görünür ki, təqsirləndirilən şəxs Mejdinov X5 Xətalar Məcəlləsinin 332-ci maddəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etdiyindən inzibati məsuliyyətə cəlb edilmişdir (cild 2). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, cinayət hadisəsini törətdiyi yeri və şəraiti ifadəsində qeyd etdiyi formada əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqə 67-68). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 98-102). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 5 mart 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2016-cı il tarixli Amnistiya Qərarının 1.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur (cild 1, iş vərəqə 44-45). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi əvvəlki cinayətə görə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edildikdən 6 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizənin məzmunundan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 Təqsirləndirilən şəxs ilə barışmışdır (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X6 ilə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X6 ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 dekabr 2022-ci il tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 126-127). “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edərək ona həmin maddənin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və ehtiyatsızlıqdan cinayət töətdiyindən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədəuyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir və ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut: -hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut: -hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası - əsas cəzanı icra edən müəssisə və ya orqan tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1. və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar