Məhkəmə qərarları › İş №1(101)-764/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-764/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-764/2024 04.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X9 ibarət tərkibdə, X2 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs1 nümayəndəsi: Nümayəndə2, Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə, Mütəxəssis (müəllim-psixoloq): X1, Müdafiəçilər: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızı və “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxx 2001-ci ildə Qəbələ rayonu, Vəndam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Vəndam kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-ci maddələri ilə xx xxxxxx 2000-ci ildə Cəlilabad rayonu, Şabanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Şabanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilirlər ondan ötrü ki, onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında silah kimi istifadə edilən əşyadan istifadə etməklə, yetkinlik yaşma çatmayan zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə iki şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs1 kuryer kimi xidmət göstərdiyi ünvan 2 ünvanında yerləşən “Şeyx Lahmacun” adı ilə fəaliyyət göstərən ictimai iaşə obyektinin icarədarı Zərərçəkmiş şəxs1 maddi cəhətdən müəyyən imkanlara malik olduğunu bilərək Zərərçəkmiş şəxs1 və sonuncunun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını ələ keçirmək məqsədilə həmin ictimai iaşə obyektində onun kimi kuryer vəzifəsində xidmət göstərən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində 25 mart 2023-cü il tarixdə saat 23 radələrində həmin iaşə obyektində olan zaman iş vaxtının bitməsi səbəbindən Zərərçəkmiş şəxs1la zirzəmini yoxlayarkən əvvəlcədən bel çantasında gətirdiyi dəmir lingi silah qismində istifadə etməklə tətbiq edib, Zərərçəkmiş şəxs1 baş nahiyəsinə zərbələr endirməklə onu yerə yıxaraq yumruqla və təpiklə zərbələr vurmaqda davam edib sonuncuya zor tətbiq edərək alın nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-tikilmiş yarası, ənsə nahiyəsinin qançır-şişkinliyi və sol saidin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirərək sağlamlığı ücün təhlükəli olan zor tətbiq etmiş, həmin vaxt əvvəlcədən aralarında olan rolların bölgüsünə əsasən iaşə obyektinin qarşısında cinayətkar niyyətlərini həyata keçirmək üçün telefon vasitəsilə ondan gələcək xəbəri gözləyən Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 azyaşlı övladı Zərərçəkmiş şəxs2 zirzəmidən səs-küy gəldiyi üçün oraya düşdüyünü görərək onun arxasınca həmin obyektə daxil olub yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 başını əli ilə divara vurub, sonuncuya zor tətbiq edərək təpə-gicgah nahiyəsinin qançır-şişkinliyi və sol qulaq seyvanının qançırı həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirib köməksiz vəziyyətə gətirməklə zirzəminin digər otağına apararaq əllərini və ayaqlarını özü ilə gətirdiyi yapışqanlı lentlə oradakı stula bağlayıb həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncunu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, o isə bundan sonra özü ilə gətirdiyi kapron sıxac və yapışqanlı lent vasitəsilə Zərərçəkmiş şəxs1 ayaqlarını bir-birinə bağlayaraq sonuncunu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, daha sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 və sonuncunun yetkinlik yaşına çatmayan azyaşlı övladı Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə külli miqdarda yəni 200.000 (iki yüz min) manat məbləğində pulu hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs2 əvvəllər kuryer kimi xidmət göstərdiyi ünvan 2 ünvanında yerləşən “Şeyx Lahmacun” adı altında fəaliyyət göstərən ictimai iaşə obyektinin icarədarı Zərərçəkmiş şəxs1 maddi cəhətdən müəyyən imkanlara malik olduğunu bilərək Zərərçəkmiş şəxs1 və sonuncunun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını ələ keçirmək məqsədilə həmin ictimai iaşə obyektində onun kimi kuryer vəzifəsində xidmət göstərən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində əldə olunmuş razılığa və rol bölgüsünə əsasən cinayətkar niyyətlərini birlikdə həyata keçirmək üçün 25 mart 2023-cü il tarixdə saat 23 radələrində iaşə obyektin qarşısında dayanaraq Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsilə ona obyektə daxil olması barədə göndərəcəyi xəbəri gözləyərkən, Zərərçəkmiş şəxs1la birlikdə həmin iaşə obyektinin zirzəmisini yoxlamağa düşən Təqsirləndirilən şəxs1 əvvəlcədən bel çantasında gətirdiyi dəmir lingi silah kimi istifadə etməklə tətbiq edib Zərərçəkmiş şəxs1 baş nahiyəsinə zərbələr endirməklə onu yerə yıxaraq yumruqla və təpiklə zərbələr vurmaqda davam edib sonuncuya zor tətbiq edərək alın nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-tikilmiş yarası, ənsə nahiyəsinin qançır-şişkinliyi və sol saidin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirərək sağlamlığı ücün təhlükəli olan zor tətbiq etməklə özü ilə gətirdiyi kapron sıxac və yapışqanlı lent vasitəsilə Zərərçəkmiş şəxs1 ayaqlarını bir-birinə bağlayaraq sonuncunu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, o isə Zərərçəkmiş şəxs1 azyaşlı övladı Zərərçəkmiş şəxs2 zirzəmidən səs-küy gəldiyi üçün oraya düşdüyünü görərək onun arxasınca həmin obyektə daxil olub yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 başını əli ilə divara vurub, sonuncuya zor tətbiq edərək təpə-gicgah nahiyəsinin qançır-şişkinliyi və sol qulaq seyvanının qançırı həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirib köməksiz vəziyyətə gətirməklə zirzəminin digər otağına apararaq əllərini və ayaqlarını özü ilə gətirdiyi yapışqanlı lentlə oradakı stula bağlayıb həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncunu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, daha sonra Zərərçəkmiş şəxs1 saxlandığı otağa keçərək Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 və sonuncunun yetkinlik yaşına çatmayan azyaşlı övladı Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə külli miqdarda, yəni 200.000 (iki yüz min) manat məbləğində pulu hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər universitetdə təhsil aldığı müddət ərzində “Wolt” mobil tətbiqi vasitəsi ilə kuryer kimi işləmişdir. Həmin vaxtlar 9-cu mikrorayonda yaşamış və həmin yerə yaxın restorana gələrək, müdir Racla danışaraq, ona həmin mobil tətbiqdə işləyə bilmədiyini, müştərilərin çatdırılma yerlərini səhv qoyması səbəbi ilə əsəbləşdiyini bildirmiş və onun restoranında işləmək imkanının olub-olmadığını soruşmuşdur. Onlar birlikdə söhbət etdikdən sonra Rac ona səhəri gün işə gəlməyini demiş və beləliklə 2023-cü ilin yanvar ayından həmin restoranda işləməyə başlamışdır. O, işlədiyi müddət ərzində Racın digər işçilərlə söyüşlü zarafatlar etdiyinin şahidi olmuş, həmin işçilər isə Raca pis cavablar verməmiş və gülüb keçmişlər. Bir müddət sonra Rac onunla da eyni cür zarafatlar etməyə başlamışdır. O, Racın bu zafatlarına pis cavab verməmiş və ondan yaşca böyük olduğu üçün heç nə deməmişdir. 2023-cü ilin mart ayının ortasında atası ilə birlikdə kafeyə gəlmiş və atası ilə birlikdə oturub çay içmişlər. O, həmin gün işdən saat 7-də çıxmışdır. Rac hər zaman dönərçinin yanında, kassada oturmuşdur. Rac həmin gün orada oturduğu zaman atası ilə bağlı pis ifadə işlətmiş, bunu ona sonradan kafedəki işçilər demişlər. Rac mart ayının 24-ü restoranda işləyən qızla mübahisə etmiş və onu işdən çıxartmışdır. Sonra isə qıza maaşını vermək üçün restorandan çıxmışdır. O, bundan sonra ona maaşını veribvermədiyini bilməmiş, qızın çantası restoranda qaldığı üçün ona zəng etmişdir. Rac ona həmin qızla səhər-axşam bir yerdə olduqlarını və onun niyə həmin qızdan əl çəkmədiyini demişdir. Həmin gün axşam Sakit ona mesaj yazaraq, çaydanın partladığını demişdir. Rac ona restoranı bağlamağını gözləməyini, onunla birlikdə çıxmağını demiş, o isə telefonu göstərərək, Sakitin mesaj yazdığını və evə getməli olduğunu demişdir. O, evə çatdıqdan sonra Sakitə iş yerində olan hadisəni danışmışdır. Sakit də əvvəllər həmin restoranda işləmişdir. Sakit axşam evə getmiş, onunla qalmamışdır. Səhər saat 8-də oyanıb, Sakitə işə getməyini demişdir. Həmişəki kimi saat 12-də işə getmişdir. Restoranın qabağında Rac və digər işçilərlə durub söhbət etmiş, bu zaman Rac ona işdən çıxan qızla evlənməyini demiş, sonra da özünün gəlib həmin qızdan istifadə edəcəyini bildirmişdir. Bunu deyərkən onun ciddi, yoxsa zarafat etdiyini bilməmiş, bunu eşitdikdən sonra çox əsəbləşmişdir. O, əsəbi insandır və bununla bağlı səhhətində problemlər var və əsəbiliyi ilə əlaqədar dərmanlar da qəbul edir. Rac bunu dedikdən sonra o, sakit qalmış və Raca heç nə etməmiş, axşam bu məsələ ilə bağlı Racın özü ilə söhbət etməyi düşünmüşdür. Onların arasında mart ayından daha əvvəl də mübahisə olmuşdur. Belə ki, Rac onu səbəbsiz yerə təhqir etmiş, həmin axşam aralarında danışaraq bu məsələni həll etmişlər. Rac bu hadisədən sonra isə yenə zarafat etməyə çalışmışdır. Onlar hər gün işdən birlikdə çıxdıqlarına görə o, hamı çıxıb getdikdən sonra axşam Racla söhbət etməyi düşünmüşdür. Həmin axşam Racla sakit şəkildə danışmaq istəsə də, Rac yenə danışmağa davam etmişdir. O, səhər Sakitə zəng edərək, Racın ona dediklərini danışmış, bu zaman Sakit ona səbrli olmağını, ya da işdən çıxmağını demişdir. O, Sakitə Racın hamının içərisində onunla belə zarafalar etməsinə dözə bilmədiyini və axşam onunla bu məsələ ilə əlaqədar danışacağını demişdir. Bu zaman Sakit ona heç nə etməməyini, axşam özünün gələcəyini, Racla danışıb, hər şeyi həll edəcəyini demişdir. O, Sakitlə razılaşmış, Sakit həmin gün axşam gəldikdə obyektin zirzəmisinə düşərək, Racı vurduğunu görmüşdür. O. Racı əli ilə tutub saxlamış, lakin boğmamışdır. Sadəcə olaraq Racın ona heç nə etməməsi üçün onu saxlamışdır. Racı buraxacağı təqdirdə həm Sakiti, həm də onu vuracağını bildiyi üçün onlar Racı stola oturdaraq bağlamışlar. Bu zaman Rac ondan dəfələrlə üzr istəmiş və bir daha belə zarafat etməyəcəyini demişdir. Bundan sonra Rac ona sabah işçilərə pilləkəndən yıxıldığını deyəcəyini bildirmiş və ondan da şübhələnməmələri üçün isə onun da işə gəlməyini təklif etmişdir. O, axşam evə getdikdən sonra Raca zəng edərək, necə olduğunu soruşmuş, Racın həmin mesaja cavab verib-vermədiyini xatırlamır. O. səhəri gün saat 11-də işə gəlmiş, birlikdə oturduqları zaman Rac ona başının ağrıdığını demiş, o da əgər dərmana ehtiyacı varsa, tapa biləcəyini demişdir. Bundan sonra mülki formada polis əməkdaşları gəlmiş, onu döyərək, dişi qırıq vəziyyətdə, qan içərisində bölməyə aparmışlar. Polis bölməsində onu döydükdən sonra başqa otağa aparmış, orada isə təhqiqatçı yazı yazmış və ona imzalatmışdır. O, çox döyüldüyü üçün məcbur olub həmin sənədi imzalamışdır. O, Racdan pul istəməmiş, yalnız onu döymüş, üzr istədikdən sonra isə maşına qədər yola salmışdır. Onun pul əldə etmək niyyəti olsa, həmin gün restoranda pul axtarardı. Racın dedikləri yalandır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Racın onunla niyə elə tərzdə zarafatlar etdiyini bilmir. Hadisə baş verənə qədər başqa bir işçi ilə də zarafat etdiyi üçün dava etmiş, həmin işçi də işdən çıxmışdır. O, işdən çıxmaqdan qorxmamışdır. Hadisə günü Rac ona həmin zarafatı etdiyi anda ona heç bir irad bildirməmişdir. O, Racla danışmaq istədiyi zaman Rac yenə də ona söyüşlü ifadələr dediyi üçün Racı vuracağını bilmişdir. Racı vuracağı ilə bağlı fikrini Sakitə bildirmişdir. Sakit ona Racı vurmamağını demiş və aralarında Racı vurmaqda ona kömək etməsiylə bağlı heç bir razılıq olmamışdır. Hadisə günü restoranda o, Racın oğlu, Rac və Sakit olmuşdur. O, Racla söhbət edən zaman Sakit bayırda dayanmışdır. O, özü çox güclü biri deyil və döyüş taktikalarını da bilmir. İstintaq zamanı videogörüntü ona göstərildikdə, özü də etdiklərini görüb çox təəccüblənmişdir. Rac işdən çıxardığı qızla bağlı onunla nalayiq zarafat etdiyi üçün əsəbləşmişdir. O, Racın boğazından tutan zaman səsi eşidib Sakit və Racın oğlu zirzəmiyə düşmüşlər. O, Racın oğlunun aşağıya düşdüyünü görəndən sonra Sakitə uşağın qanı və atasını döydüyünü görüb təsirlənməməsi üçün başqa otağa aparmağını demişdir. O, Racı oğluna zərər verməklə hədələməmişdir. Rac ondan üzr istədiyi üçün onunla barışıb qucaqlaşmışdır. Rac səhv hərəkət etdiyini gördüyü üçün üzr istəmişdir. O, əvvəlcə Racın başına motosikletin arxa təkərini açmaq üçün istifadə etdiyi açarla zərbə vurmuşdur. Racı vurduqdan sonra Rac yıxılmış, o da bu zaman düşünmüşdür ki, Rac huşdan gedər. Lakin Rac ayağa durmağa çalışmış, bu zaman qalxsa ona zərər vuracağını bildiyi üçün öz canını qorumaq məqsədiylə uzanıq vəziyyətdə olan Racı vurmağa çalışmışdır. Bunu edərkən həmin dəmir əlindən düşmüşdür. O, Racı vurmaq istəməmişdir. O, dəmir lingi Rac söyüş söysə, onu vurması üçün arxasında gizlətmişdir. Rac həmin dəmiri gizlətdiyini görməmişdir. X5 orada olduğunu bilmişdir. Rac aşağıya düşəndən dərhal sonra onu vurmamış, Rac ona yenidən eyni zarafatı etdikdən sonra ona zərbə endirmişdir. Rac onu vuracağını bilməmiş, onlar qapının qarşısında danışdıqdan sonra o, yuxarıya çıxmaq istəmiş, bu zaman Rac yenə eyni zarafatı etməyə başlamışdır. O, ona qarşı hər zarafat edən adamdan qisas almır. Racı zirzəmiyə o düşürtməmiş, Rac özü düşmüşdür. O, pilləkəndən düşərkən Rac mətbəxdən çıxmış, o da həmin anda Racı vurmuşdur. Qaranlıq olduğu üçün başının tam olaraq harasına vurduğunu xatırlamır. O, Raca bir dəfə zərbə vurmuş və bununla da o yerə yıxılmışdır. O, Sakitlə birlikdə Racı skoçla stola bağlamış, Sakit aşağıdan səs-küy gəldiyini gördükdən sonra gəlmişdir. Uşaq Sakitdən əvvəl aşağıya gəlmiş, onun arxasında isə Sakit olmuşdur. Uşaq aşağıya düşərkən əl-qolu bağlı olmamış, o, Sakitə uşaq ətrafdakı qanı görməsin deyə onun gözlərini bağlamasını demişdir. Rac oğlunu çağırdığı üçün və uşağın oraya gəlib, vəziyyəti görməsinin ona təsir edəcəyini düşündüyü üçün Sakit gedib uşağı bağlamışdır. O, Sakitin Raufa nə dediyini eşitməmişdir. Racı ondan üzr istədiyi üçün onu bağışlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, 20 mart tarixində axşam rayondan bağlama gəldiyi üçün yeznəsi ona həmin paketi gəlib götürəcəyini demiş, həmin gün onun iş günü olmadığı üçün yeznəsi ilə birlikdə restorana gedərək, çay içib, söhbət etmişlər. Bu zaman onunla bağlı zarafatlar edərək, Rac yeznəsinə onu döyəcəyini bildirmişdir. Hadisə günü kassada gün içərisində qazanılmış pul olmuş, bundan əlavə pul olub-olmaması ilə bağlı heç bir məlumatı yoxdur. O, Raca zərər vurmağı Fidan adlı qızı işdən çıxdığı gün planlamamışdır. Qızın çantası restoranda qaldığı üçün o, qıza zəng etmiş, bu zaman qızın ağlayaraq Racla birlikdə çıxdığını görmüşdür. O, daha sonra gələrək çantasını götürüb getmiş, Rac isə ona yaxın gələrək, həmin qızla səhər-axşam bir yerdə olduqlarını və onun niyə həmin qızdan əl çəkmədiyini demiş və bu hadisədən sonra Fidanla bağlı onunla zarafatlar etməyə başlamışdır. Racın oğlu həmin gün səhərdən restoranda olmuşdur. Sakiti əvvəlcədən tanıdığından və yaxın dost olduqlarından Racı cəzalandırmaqla bağlı Sakitlə danışmışdır. Sakit oraya onun Raca zərər vurmağının qarşısını almaq məqsədi ilə gəlmişdir. O, Racı 10-15 dəfə deyil, bir dəfə vurmuşdur. Rac sözügedən nalayiq zarafatı etdiyi zaman ətrafda çox adam olduğu üçün ona heç nə etməmişdir. O, hadisə günü Sakitin oraya gələcəyini bilmişdir. Motosikletdə qoymağa yer olmadığı üçün o, dəmir açarı çantasında saxlamışdır. Əlində özünü Raca qarşı müdafiə edə biləcəyi vasitə olsa da, o, çox zəif olduğu üçün Racdan qorxmuşdur. O, həmin gün Racın aşağıya düşəcəyini bilmiş, Racla bu məsələ ilə əlaqədar söhbət etmək üçün onun aşağıya düşməsini gözləmişdir, çünki bu zaman restoranda Racı oğlu da olmuşdur. O, Racı döymüş, lakin ondan pul istəməmişdir. Racı döydüyü üçün peşmandır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 24 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 onunla söhbət zamanı ona işindəki problemləri ilə bağlı danışmış, müdir Zərərçəkmiş şəxs1la problemlərinin olduğunu, onunla birlikdə işləyə bilmədiyini, işdən çıxmaq istədiyini, işini dəyişmək istədiyini demişdir. O, Şahinin dediklərini çox da ciddi qəbul etməmiş, ona səbrli olmasını, gəlib Racla söhbət edəcəyini və hər şeyin yoluna düşəcəyini demişdir. Ayın 25-i günü işə getdikdən sonra Şahin ona zəng etmiş və Racla birlikdə işləməyin alınmadığını, vəziyyətin ciddi olduğunu, Racla danışacağını demişdir. Şahin ürək problemi ilə bağlı daimi olaraq dərman qəbul etmiş, tez-tez halı pisləşmişdir. O, özü də elə bir hal ilə rastlaşdığı üçün işdən ayrılmış, Zərərçəkmiş şəxs1la onun da sözü düz gəlməmişdir. Rac onu işdən çıxartmaq istəmiş, lakin o, özü işdən çıxmış və Racla aralarında ciddi münaqişə olmasını istəməmişdir. Buna görə də o, Şahinə axşam gəlib Racla özünün danışacağını demişdir. O, axşam hava qaralandan sonra Şahinin iş yerinə getmiş, obyektə daxil olanda salona baxmış, heç kimin olmadığını, sadəcə Racın oğlu Raufun salonda oturduğunu görmüşdür. O, Rafun yanına gedib atasının harda olduğunu soruşmuş, Rauf da atasının aşağıda zirzəmidə olduğunu, işıqları söndürməyə düşdüyünü demişdir. O, salonda Raufun yanında 4-5 dəqiqə gözləmiş, bir anda qışqırıq səsi gəlmiş, uşaq səsə qaçıb getmiş, o da uşağın arxasınca getmişdir. O, qışqırıq səsindən artıq orada nə isə baş verdiyini anlamışdır. Söyüş-təhqir ifadələri eşidilmiş, o, uşağı pilləkənlərdə saxlamaq istəmiş, ona görə onu arxadan qucaqlamışdır. Uşaq getmək üçün dartınmış, o, uşağı tutub künc yerdə 4-5 dəqiqə saxlamışdır. Şahin isə həmin vaxt Racı tutmuş və onunla söhbət etmişdir. Rac isə aqressiv davranmış, belə ki, o, söyüş və təhqir sözləri eşitmişdir. Daha sonra isə Rac oğlunu çağırmağa başlamış, Şahindən uşağını soruşmuş, onu yanına gətirməsini tələb etmişdir. Şahin uşağın yaxşı olduğunu bildirsə də, Rac israrla uşağını yanına çağırmış, o da aşağıda xoş olmayan şeylərlə qarşılaşacaqlarını bildiyi üçün uşağı buraxmaq istəməmişdir. Rac Raufu yanına çağırmağa davam etmiş, o da məcbur qalıb, Raufu Racın yanına aparmış, Rac bundan sonra sakitləşmişdir. Həmin vaxt Rauf da yaxşı olmuş, Rac Raufun yanında qalmasını istəmiş, o isə uşağa pis təsir etməməsi üçün onu içəridə paltar dəyişmə otağına aparıb oturtmuş, özü isə Şahingilin yanına getmişdir. Şahinlə Rac söhbət edib razılaşmış, onlar Racı qaldırıb stula oturtmuşlar. Rac aqressiv olduğu üçün onun qaçmasından və ya nəsə etməsindən ehtiyat edərək, Şahid onun ayaqlarını bağlamağı təklif etmiş, Rac da ayaqlarını bağladıqdan sonra danışmağa razılaşmışdır. Bundan sonra o, Racın ayaqlarını bağlamışdır. Şahinlə Rac söhbət edəndə o, içəri uşağın yanına getmiş, həmin vaxt uşağın ağzını, gözünü bağlamamışdır. Rauf qorxduğunu demiş, otağın işığını yandırmağı xahiş etmişdir. O, işığı yandırmış, Rac uşağın yanına gəlməsini istəmiş, Raufa yanına gəlməsini, qorxmamağı və s. demişdir. Racın üzü və yer qan olduğu üçün uşağın atasını o vəziyyətdə görməsini istəməmişdir. O, özü də bir az qorxmuş, Raufun yanına getmiş, Raufun dayana bilmədiyini, atasının hayına getmək istədiyini görüb, orda uşağın əlini-ayağını bağlamışdır. Rauf onu niyə tutduqlarını soruşmuş, o da Raufa narahat olmamasını, atası ilə Şahinin söhbət edəcəklərini, sonra hamının çıxıb gedəcəyini demişdir. Bundan sonra Şahinlə Rac söhbət etməyə başlamış, Rac onu öldürməmələrini xahiş etmiş, Şahin də onu öldürmək üçün gəlmədiklərini demişdir. Rac onu niyə tutduqlarını soruşmuş, Şahin də ona söyüş söydüyünü demiş, bundan sonra Rac Şahindən üzr istəmişdir. Şahin isə dəfələrlə onu təhqir etdiyini, başqa qadınla onu alçatdığını, atasını söydüyünü demiş, Rac yenidən üzr istəyərək bir daha elə davranmayacağını demiş, onu buraxması üçün yalvarmış və ona pul verməyi təklif etmiş, cibində və kassada pul olduğunu demiş və götürmələrini təklif etmişdir. Bundan sonra Şahin ona pul üçün gəlmədiklərini, onu təhqir etdiyinə görə gəldiklərini demişdir. Bu söhbət bir qədər davam etmiş, o da arada gəlib danışıb, daha sonra uşağın yanına getmişdir. Rac su gətirməyi, uşağın qorxmaması üçün üzünü yyumasını xahiş etmişdir. Daha sonra özü gedib ayaqyolunda üzünü yumuş, başına dəsmal bağlamış və papağını başına qoymuşdur. O, kənardan Racla Şahinin qucaqlaşdığını, barışdıqlarını və gülüşmə səsləri eşitmişdir. Onlar uşağı da otaqdan çıxarmış, obyekti tərk edəndə Şahinlə Rac söhbət etmiş, televizoru söndürüb, qucaqlaşıb ayrılmışlar. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü o, həmin obyektdə işləməmiş, təxminən bir aya əvvəl oradan işdən ayrılmışdır. Həmin gün Şahinin yanına getmiş, Şahin Racla söhbət edəndə o da yanında olmaq üçün getmişdir. Şahinin ürəyində problemi olduğu üçün tez-tez halı pisləşdiyindən, bir az səbirsiz insan olduğundan Racla söhbət edən zaman Şahinin yanında olmaq istəmişdir. Rac, Şahin və o, birlikdə söhbət etməyi planlaşdırmışlar. O, Şahindən narahat olmuş, dava ola biləcəyini düşünmüşdür. Qabaqcadan kimisə vurub zərərsizləşdirmək barədə Şahinlə aralarında razılaşma olmamışdır. Onların kimisə döymək niyyətləri olmamışdır. Onu Rac özü işdən çıxarmışdır. Rac Şahini təhqir etmiş, işlədiyi müddətdə Rac onu təhqir etməmiş, amma narahat etmişdir. Racın Şahini təhqir etdiyini görməmiş, lakin Şahin ona bu barədə məlumat vermişdir. O, işdən çıxmağı Şahinə təklif etmiş, lakin Şahin işləməyə davam etmək istəmişdir. Şahin Racı zirzəmidə döyəcəyi barədə ona heç nə deməmiş, yalnız Racla söhbət edəcəyini demişdir. Şahin Racın ona təkrar söyüş söydüyünü, ona görə də onu vurduğunu demişdir. O, hadisənin təsiri altına düşmüş, ona görə də uşağın ayaqlarını bağlamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, axşam saat 22 radələrində kafenin yanına getmiş, arxada motosikletdə gözləmiş, içəri girmək istəməmişdir. Motosikletdən düşüb bir başa içəri getmiş, içəridə yalnız Raufu görmüşdür. Digərlərinin harada olduğunu soruşmuş, X14 aşağıda zirzəmidə olduqlarını demişdir. O, Racla Şahinin arasında olan problemlə bağlı Racla söhbət etmək üçün gəlmiş, Racla zalda və ya bayırda söhbət etməyi planlamış, lakin aşağıdan səs gəldiyi üçün Rauf aşağı qaçmış, o da Raufun aşağı düşməməsi üçün onun arxasınca qaçıb Raufu belindən qucaqlayıb tutmuşdur. Onlar zirzəmiyə düşəndə Racın dizləri üstə yerə çökmüş vəziyyətdə olduğunu, Şahinin də arxadan Racı boğduğunu görmüşdür. Uşaq atasını gördükdən sonra onu otağa aparıb orda oturtmuşdur. O, Racın ayağını skocla bağlamış, skoç içəri otada olmuşdur. Bunu ona Şahin demiş, o da skoçu gətirib Racın ayaqlarını bağlamışdır. Rac stolda oturmuş, ayaqları bağlı, lakin əlləri açıq vəziyyətdə olmuşdur. Şahin buraxdıqdan sonra Rac özü qalxıb stulda oturmuşdur. Raufun əllərini, ayaqlarını narahat olduğu üçün sonradan bağlamışdır. Rac Şahinə pul təklif etmiş, lakin Şahin pul üçün gəlmədiyini, ona söyüş söydüyü üçün gəldiyini demişdir. Racın ayağındakı skoçu o kəsmiş, və dönər bıçağı ilə kəsmişdir. Şahin də gedib uşağın ayağını açmışdır. Racı heç bir şərt qarşılığında buraxmamışlar, bütün bu hadisələr qısa müddət təxminən yarım saat çəkmişdir. O, uşağın atası ilə Şahinin dalaşdığını görməməsi üçün onu tutmuş və buraxmamışdır. Buna baxmayaraq uşaq atasını boğulan vəziyyətdə görmüşdür. Şahin hadisə günü səhər ona söyüşə görə Racı vurmaq istədiyini demişdir. Pul verməyi Rac özü təklif etmişdir. Rac qorxduğu üçün onlara pul təklif etmiş, onlar da pul üçün gəlmədiklərini demişlər. Pulla bağlı aralarında razılaşma olmamışdır. Onunla Şahinin arasında da pul söhbəti olmamış, məqsəd yalnız Racla söhbət etmək və etdiklərinəı görə ona üzr istətmək olmuşdur. O, yerdəki qanı təmizləmək istəmiş, lakin Rac icazə verməmiş, işçilərin təmizləyəcəyini demişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini törətmələri özlərinin qismən etirafedici ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsinin və mütəxəssisin (müəllimpsixoloq) iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, digər Zərərçəkmiş şəxs1 oğludur. Atası “Şeyx Lahmacun” adlı kafeni işlədir, o da tez-tez atasının kafesinə gedir. Təqsirləndirilən şəxs Şahin də atasının iş yerində kuryer kimi işləmişdir. İş vaxtı bitdikdən sonra atası həmişə aşağıda işıqlara baxmaq və söndürmək üçün zirzəmiyə düşür. Hadisə olan gün Şahin işdə qalaraq işinin olduğunu və onlarla birlikdə işdən çıxacağını demişdir. Atası ilə Şahin aşağı düşdükdən sonra Sakit arxa qapıdan içəri girmiş və onlar salamlaşmışlar. Daha sonra o, atasının “burax, nəfəsim kəsilir” deyə qışqırdığını eşitmiş və bunu eşitdikdən sonra aşağıya düşərək orada nə olduğunu öyrənmək istəmişdir. Lakin Sakit ona aşağı getməməyi demiş, o, getmək istədikdə başından tutaraq başını divara bərk vurmuş və daha sonra isə ağzını əli ilə bağlamışdır. Təxminən 20 dəqiqə ağzını bağlı saxlamış, daha sonra Sakit onu içəri keçirəndə hər yerin qan içində olduğunu görmüşdür. Şahin isə bu zaman atasını boğmuşdur. Sakit daha sonra onu geyinib-soyunma otağına aparmış və orada da stolda oturdaraq, əl-qolunu bağlamış, sonra isə dönər bıçağı ilə gələrək, pulların yerini deməsə, atasının ayağını kəsib qabağına qoyacaqlarını demişdir. O, pulun yerini bilmədiyini desə də, dəfələrlə Sakit gedib-gələrək eyni sualı təkrar etmişdir. Daha sonra Şahin əl-qolunu açmış və onları buraxmışdır. Bu zaman Şahin ona guya onları tanımadığını, Sakitin oraya gəlmədiyini, atasının isə pilləkəndən yıxıldığı üçün başının deşildiyini və üst-başının qan olduğunu demişdir. Daha sonra Şahin və Sakit onları buraxmış və sonra da çıxıb getmişlər. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Sakit onun başından tutaraq divara vurmuş, lakin Şahin onu vurmamışdır. O, təxminən 1 saat əl-qolu bağlı vəziyyətdə qalmışdır. Atası Sakitin ona dediklərini eşidə biləcək yerdə idi. O, atasını digər otaqda olduğu üçün görmürdü, lakin zirzəmiyə düşərkən Şahinin atasını boğduğunu görmüşdür. Şahin atasını divara söykəyib, üstündə dayanaraq boğmuşdur. Sakit dönər bıçağını yuxarıdan gətirərkən onun əl-qolu bağlı olmuşdur. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, həftə sonları dərs olmadığı üçün o, atasının yanına kafeyə getmişdir. O, məktəbdən adətən saat 6-da çıxır. Hadisə şənbə günü baş vermişdir. Həmin gün səhər saat 8-dən gecə 24-ə kimi dönərxanada olmuşdur. Hadisədən əvvəl Şahindən başqa hamı işdən çıxmış, Şahin onlara işinin olduğunu və onlarla birlikdə işdən çıxacağını demişdir. Sakitlə əvvəlcədən münasibəti yaxşı olmuş, ona qarşı dost kimi davranmışdır. Atası hər axşam işıqları söndürmək üçün zirzəmiyə düşmüşdür. Hadisə olan gün də o, yuxarıda olmuş, atası isə işıqları yoxlamaq üçün zirzəmiyə düşmüşdür. Şahinin atası ilə birlikdə aşağıya düşməsinin səbəbini bilmir. Sakit arxa qapıdan, yəni çöldən içəriyə girmiş və onunla salamlaşmışdır. O, atasının qışqırıq səsini eşitdikdən sonra atasının arxasınca getmək istədikdə, Sakit buna imkan verməmiş və başını divara vurmuşdur. Eyni zamanda da qışqırmağının qarşısını almaq üçün ağzını da bağlamışdır. Sakit onun ağzını əvvəlcə əliylə tutmuş, daha sonra onu zirzəmiyə salmış və aşağıda onu dönər bıçağı ilə atasının ayağını kəsməklə hədələmişdir. Şahin atasından, Sakit isə ondan pulların yerini soruşmuşdur. Sakit zirzəmiyə düşdükdən sonra əlini onun ağzından çəkmiş, onu geyinib-soyunma otağında stulda oturdaraq əl-qolunu bağlamışdır. Ondan niyə belə etdiyini soruşduqda, atasından pul istədiyini demişdir. Sakit bundan sonra ondan dəfələrlə pulların yerini soruşmuşdur. Şahin və Sakit atasını onu öldürməklə hədələmişlər. Atası onunla yaxın otaqda olduğu üçün Sakit otaqdan çıxarkən atası ilə danışdıqlarını eşitmişdir. Onu atasının olduğu otağa aparmışlar, o, atasının səsini eşitmişdir. Sakit və Şahin atasından pulun yerini soruşmuşlar. O, başqa heç nə eşitməmişdir. Sakit onun əllərini əvvəlcə ağ rəngli “zajim”lə, daha sonra isə skoçla bağlamışdır. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, Şahin ona yalnızca atasından pul istəyəcəklərini demiş, başqa heç nə deməmişdir. Sakit ona həm pul istəyəcəklərini, həm də atasını söyüş söydüyü üçün cəzalandıracaqlarını demişdir. Onun əl-qolunu Şahin açmışdır. Onları buraxdıqdan sonra atası ilə Şahin qucaqlaşmış, ona da çölə çıxmağını demişlər. Sakit bıçaq götürmüşdür. O, nə Sakitin, nə də Şahinin kassadan pul axtardıqlarını görməmişdir. Həmin şəxslər 200 min manat pul istəmişlər. O, atasının kiməsə söyüş söyməsini, kiməsə söz atdığının şahidi olmamışdır. Sakit ona atasının ayağını kəsəcəklərini demişdir. Şahin çıxdıqdan sonra ona qorxmamağını, atası ilə problemi olduğunu demişdir. O, onların hər ikisindən də qorxmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 öz ifadəsində bildirmişdir ki, Şahin onun ən yaxşı işçilərindən biri olmuşdur. Hadisə olan gün həmişəki kimi Şahinlə mehriban şəkildə danışıb yemək yemişlər. O, hər gün işçilər getdikdən sonra aşağıya düşərək işıqları və aparatları təhlükəsizliyi təmin etmək, hər hansı bir fövqəladə hadisənin olmasının qarşısını almaq məqsədiylə yoxlayır. Hadisə günü iş vaxtı bitdikdən sonra Şahin ona adam gözlədiyini bildirmiş və bu səbəbdən də onlarla qalmışdır. Həmişəki kimi o, zirzəmiyə düşərkən Şahin də onunla danışa-danışa aşağı düşmüş, o, aşağını yoxlayanda o, görmədən Şahin pilləkənə tərəf getmiş və əvvəlcədən gizlətdiyi alətləri götürmüşdür. O, pilləkən tərəfə çatanda başına 2 dəfə zərbə endirildiyini hiss etmiş, əli ilə başını yoxladıqda qan görmüşdür. Daha sonra o, ətrafa baxanda bunu edənin Şahin olduğunu görmüşdür. Sonra Şahin onu yerə yıxmış və boğmağa başlamışdır. Bu zaman bir az güc toplayaraq, gedib çöldən kömək çağıra bilməsi üçün oğlunu çağırmağa başlamışdır. Lakin oğlundan səs gəlməmiş, sonradan isə ona məlum olmuşdur ki, Şahin Sakiti içəri salmışdır. Bir qədər sonra Sakit oğlunu ağzı bağlı şəkildə içəri gətirmiş, o, onların oğlunu tutduqlarını gördükdə, artıq heç nə edə bilməyəcəyimi düşünmüşdür. Şahin 40 dəqiqə onu boğmuş və bu zaman ərzində heç nə deməmişdir. Şahin daha sonra onu stola bağlayaraq pul istəməyə başlamışdır. Bu zaman o, yanında 2000-3000 manat pul olduğunu, həmin pulu onlara verə biləcəyimi dedikdə, onlar evinə gedərək, kassadan 200000 (iki yüz min) manat pul götürmək istədiklərini bildirmişlər. Onun evində indiyə qədər kassa olmamış, bu səbəbdən də o, evdən pul götürmək istədiklərini dedikdə, o, təəccüblənmişdir. Bir az keçdikdən sonra dodağı quruduğunu və danışa bilmədiyini demiş və onlardan su istəmişdir. O, su ilə əl-üzünü yumuş, Sakitə və şahinə əgər məni buraxsalar, sabaha 20 min manat verəcəyini, qalan pulu isə maşınını sataraq ödəyəcəyini demişdir. Bunları dedikdən sonra Sakit ona yaxınlaşaraq, əgər ona inanmalarını istəyirsə, cənab Prezidenti təhqir etməlidir, onlar da həmin anları video çəkəcəklər, əgər o, pul verməsə, həmin videonu sosial şəbəkələrdə paylaşmaqla onu hədələmək üçün istifadə edəcəklərini demişlər. Bu zaman Şahin buna ehtiyac olmadığını və ona inandığını demiş, lakin Sakit yenə başqa yolların olduğunu deyərək, onun butulka ilə nalayiq videolarını çəkəcəkləri və pulu vermədiyi təqdirdə sosial şəbəkələrdə yayımlayacaqlarını bildirmişdir. O, vəziyyətdən çıxa bilmədiyini gördükdə, onlara yalvarmış, qucaqlamış və onları buraxmalarını xahiş etmişdir. Bunun nəticəsində Şahin onları buraxmış, maşına qədər yola salmış, sonra isə evə gəldikdə, ona sms yazaraq polisə getməməyini bildirmiş, qızı və həyat yoldaşının harada olduğunu bildiklərini, saylarının 10 nəfər olduğunu deyib, onu hədələmişdir. O, Şahinə zəng edərək pulun hazır olduğunu demiş, sözləşdikləri kimi saat 11-də restorana gəlmişdir. Bu zaman da Şahin polislər tərəfindən tutulmuşdur. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, təqsirləndirilən şəxslərə özünün və oğlunun canını qorumaq üçün yalvarmışdır. O, tam olmasa da, oğlundan pulun yerini soruşduqlarını eşitmişdir, çünki otaqların qapıları plastikdir. O, yerdə olduğu üçün Sakitin mətbəxdən bıçaq aparmasını dəqiq görməmişdir. Zirzəmiyə düşərkən Sakitin orada olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, işçiləri ilə normal davranmışdır, Şahini indiyə qədər heç vaxt təhqir etməmişdir. Onun söyüş söyməsi ilə əlaqədar Şahinlə aralarında heç bir mübahisə olmamışdır. O, təqsirləndirilən şəxslərdən üzr istəyərək, əgər bilmədən xətrlərinə dəymişdirsə bağışlamalarını xahiş etmiş, lakin bunu pis hərəkət etdiyi üçün deyil, canını xilas etmək üçün demişdir. Təqsirləndirilən şəxslərin məqsədi ondan pul almaq olmuşdur. Onun üstündə 2000-3000 manat pul olmuş, lakin o, bu pulu verməyi təklif etsə də, təqsirləndirilən şəxslər bunu qəbul etməmişlər. O, təqsirləndirilən şəxslərin həmin gün yuxarıda pul axtarıb-axtarmadıqlarını bilmir. O, sosial şəbəkələrdən çox istifadə etmədiyi üçün sms-də pulla bağlı heç nə yazmamışdır. Hadisə vaxtı Şahin onu uzun müddət döymüş, Sakit də dəfələrlə təhqir etmişdir. Sakit işə tez-tez gecikdiyi üçün onu işdən çıxartmışdır. O, çox vaxt insanların neçədə yatdığına diqqət yetirən biridir, bu səbəbdən də Sakitin «whatsapp» hesabındakı son görülmə vaxtından onun çox gec saatda yatdığını görmüş və Sakit kuryer olduğu üçün bu qədər gec yatan birinin səhər saat 9-da işə çıxıb, nəqliyyat vasitəsini düzgün idarə edə bilməyəcəyini və qəza törədəcəyini düşünmüşdür. O, Sakiti hadisədən 1 ay əvvəl işdən çıxartmışdır. Sakit onunla cəmi 1 həftə işləmiş, Şahin isə 3-4 ay onunla birlikdə işləmişdir. Şahin 40 dəqiqə boyunca onu vurmuş və heç nə deməmişdir. Sonradan onu stula bağlayıb pul tələb etmişlər. Əvvəlcə Şahin ondan pul tələb etmiş, Sakit isə uşağı öldürməklə hədələmişdir. Restoranda quraşdırılmış kameralar səs yazmır. Şahin onu boğduğu üçün o, oğlunun adını belə çağıra bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 26 mart 2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs1 Nəsimi RPİ-nin 19-cu PŞ-yə ərizə ilə müraciət edərək 25 mart 2023-cü il tarixdə saat 22.40 radələrində sahibkar olduğu ünvan 2 ünvanında yerləşən «Şeyx Lahmacun» adlı obyektin zirzəmisində obyektdə motokuryer işləyən Şahin adlı şəxs və 5 gün əvvəl işdən çıxardığı Sakit adlı şəxs tərəfindən qanırğı (montirovka) vasitəsilə, o cümlədən yumruq təpik zərbələri vurularaq döyülmüş, ona və oğlu Zərərçəkmiş şəxs2 bıçaqla hədə-qorxu gəlinmiş, əl-qol və ayaqları skoç vasitəsi ilə bağlanmış, buraxılmaları üçün pul tələb olunmuşdur. (cild İ, i/v: 4) - «Hadisə yerinə baxış keçirilməsi haqqında» 26 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yerə baxış keçirilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bir biri ayrı-ayrılıqda hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmiş, onların fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (cild İ, i/v: 12-15) - «Video görüntülərə baxış keçirilməsi haqqında» 26 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə baş verən zaman «Şeyx Lahmacun» adlı obyektdə olan video görünütülərə baxış keçirilmiş və xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində sözügedən obyektin zirzəmisindən birinci mərtəbəyə çıxış qapısında Təqsirləndirilən şəxs1 vətəndaş Zərərçəkmiş şəxs1 əlindəki alətlə başından vuraraq yerə sərdiyi, bundan sonra bir neçə dəfə yumruq və təpik zərbələri ilə vurduğu, iki qolu ilə boğazından tutub boğduğu, 22:36 radələrində Təqsirləndirilən şəxs2 birinci mərtəbədən düşərək vətəndaş Zərərçəkmiş şəxs2 ağzından tutaraq zorla zirzəmidə yerləşən soyunma-geyinmə otağına apardığı, daha sonra vətəndaş Zərərçəkmiş şəxs1 hər iki şəxs tərəfindən ayağının bağlandığı və onların sonuncuya bir neçə zərbə vurduğu müəyyən olunmuşdur. (cild İ, i/v: 19) Qeyd olunan protokola əlavə edilmiş videogörüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin videogörüntülər yuxarıda qeyd olunan protokolun məzmunu ilə eynilik təşkil edir. «İfadənin yerində yoxlanılması haqqında» 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 hadisə yerini dəqiq göstərərək, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ünvan 3 ünvanında yerləşən «Şeyx Lahmacun» adlı obyektin zirzəmisində qabaqcadan özü ilə gətirdiyi dəmir ling ilə həmin obyektin sahibi Zərərçəkmiş şəxs1 baş nahiyəsindən vurmasını, sonucunun müvazinətini itirdikdən sonra bir neçə dəfə də onu vurduğunu, Təqsirləndirilən şəxs2 isə Racin oğlu Raufu digər otağa aparmasını, Sakitlə birlikdə Zərərçəkmiş şəxs1 ayaqlarını ağ rəngli plastik lent ilə bağlamasını, Rac və onun oğlunun azad olunması müqabilində ondan pul tələb etdiklərini bildirmiş, bundan sonra Rac və Zərərçəkmiş şəxs2 azad etdiklərini göstərərək əvvəlki verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Qeyd olunan istintaq hərəkəti aparılan zaman onun yaşadığı mənzildən 01 ədəd göy rəngli dəmir ling, 01 ədəd yapışqan lent, ağ rəngli plastik lentlər və 01 ədəd Təqsirləndirilən şəxs1 istifadəsində olan «Huawei» markalı qara rəngli mobil telefon qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 barəsində həyata keçirilmiş ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı sonuncunun kirayə yaşadığı mənzildən götürülmüş əşyalara baxış keçirilərək protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək qeyd olunan protokola əlavə edilmişdir. (cild İ, i/v: 92-99) - «İfadənin yerində yoxlanılması haqqında» 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd olunanları hadisə yerində dəqiq göstərərək xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ünvan 3 ünvanında yerləşən “Şeyx Lahmacun” obyektində obyekt sahibinin oğlu Zərərçəkmiş şəxs2la söhbət etdiyini, qabaqcadan X4 ilə razılaşmaya əsasən sonuncunun zirzəmidə Zərərçəkmiş şəxs1 dəmir linglə vuraraq zərərsizləşdirdiyini, bundan sonra səs-küyə onun oğlu Zərərçəkmiş şəxs2 ilə birgə zirzəmiyə düşdüyünü, orada olan otaqda Zərərçəkmiş şəxs2 saxlayaraq onun ayaqlarını ağ yapışqan lent və plastik ilə bağladığını, daha sonra Zərərçəkmiş şəxs1 oğlunu və özünü sərbəst buraxmaq üçün pul tələb etdiklərini, sonuncu ilə razılaşdıqdan sonra onları sərbəst buraxmalarını bildirərək, əvvəlki ifadəsini bir daha təsdiq etmişdir. (cild İ, i/v: 101-107) - «Mobil telefona baxış keçirilməsi haqqında» 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus mobil telefon smartfon tipli olmaqla ekran hissəsi və arxa tərəfi qara rəngdədir, arxa tərəfindən 02 ədəd kamerası olmaqla «Huawei» yazısı vardır, həmin mobil telefonun zənglər və mesajlar bölümündə iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmiş, Təqsirləndirilən şəxs1 məxsus «Huawei» markalı mobil telefonun «Whatsap» proqramında adı «Sakit abi» kimi qeyd olunmuş Təqsirləndirilən şəxs2 ilə (telefon nömrəsi ***-***-**-**) 25 mart 2023-cü il tarixində aparılmış aşağıda qeyd olunan yazışmalar aşkar edilmişdir: Saat 08:47- X13 Əlişova yazır: «sabahın xeyir qaqa» Saat 08:55-Təqsirləndirilən şəxs2 cavabı: «Hər vaxtın xeyir Abi» Saat 12:55- X13 Əlişova yazır: «Rauf da işdədi» Saat 13:17 və 13:18-Təqsirləndirilən şəxs2 cavabı: «getməsə onu da götbaş eləməliyüy» Saat 13:34-Şahin Quliyev: «Yaxşı» Saat 15:43-Şahin Quvliyev: «Nağarsan» Saat 15:44-Təqsirləndirilən şəxs2: «Gözdüyürəm axşamı» Saat 15:45-Şahin Quliyev: «Rauf gedib deyəsən ya da aşağıda yatıb» Saat 15;46-Təqsirləndirilən şəxs2: «Tamam» Saat 21:10- Şahin Quliyev: «Gəl şəhərə» Saat 21:10-Təqsirləndirilən şəxs2: «Yaxşı» Saat 21:11- Şahin Quliyev: «Gecikmə» Saat 21:28-Təqsirləndirilən şəxs2: «Yaxşı» Saat 21:29- Şahin Quliyev: «Yoldasan?» Saat 21:34-Təqsirləndirilən şəxs2: «Hə» Saat 22:02-Şahin Quliyev: «11 in yarısı dönərçinən usta çıxacaq» Saat 22:07-Təqsirləndirilən şəxs2: «Arxadayam» Saat 22:14-Şahin Quliyevin səsli mesajı: «Bir nəfər də gəlib bura burada köhnə işləyənlərdəndir, bunlar söhbət edirlər (nalayiq ifadələr)» Saat 22:20-Təqsirləndirilən şəxs2 «gülüş smayliki» Saat 22:20 və 22:21-Şahin Quliyev: «uşağ paz olub Necə edə» Saat 22:21-Təqsirləndirilən şəxs2: «Gedənə oxşamır?» Saat 22:21-Şahin Quliyev: «Raufu deyirəm Atasınan gedəcək» Saat 22:22-Təqsirləndirilən şəxs2: «Peysərinnən vurarığ gedər özünnən» Saat 22:22-Şahin Quliyev: «Bu düşəndə deyəcəm gələrsən» Saat 22:22-Təqsirləndirilən şəxs2: «Yaxşı» Saat 22;22-Şahin Quliyevin səsli mesajı: «Mənə bax e, gör nə deyirəm, aşağıda bunun işini həll eliyək, sonra sən qalxarsan yuxarı uşağa, yoxsa sən uşağı tutarsan, mən bunun aşağıda qoyaram lopundan» Saat 22:23-Təqsirləndirilən şəxs2: «Səs çıxmasın qəti» Saat 22:23-Şahin Quliyev: «Həə» Saat 22:23-Şahin Quliyevin səsli mesajı: «bu gün deyir ki, aşağı izolyasiya olunub, yəni səs çıxmır aşağıdan, qırağa zada keçir də, hələ bunun otağından deyir voobşe səs çıxmır, peysər» Saat 22:23-Təqsirləndirilən şəxs2: «Sən qoy, məndə emalca uşaqla düşəcəm aşağı, fikir çəkməsin qrağdan» Saat 22:23-Şahin Quliyevin səsli mesajı: «Uşağın başı bəlkə yuxarıda qarışıq olar, düşüb işi görərdik, sonra çığarardıq aşağı, bu gələndə bunun da ağzını zadını tutub skoclayardıq» Saat 22:24-Təqsirləndirilən şəxs2: «Uzun çəkəcəy, gedməy isdiyəcəy aşağı» Saat 22:25-də Təqsirləndirilən şəxs2 maskalanmış şəxsin fotoşəkilini Şahin Quliyevə göndərir, sonuncu «Qəşəəy» cavabı verir. Saat 22:25-Təqsirləndirilən şəxs2: «Qobuynan gəlmişəm Haqquvu halal ele» Saat 22:28- Şahin Quliyev: «Halal xoşun, Sən də halal elə» Saat 22:28- Təqsirləndirilən şəxs2: «Halal xoşun» Saat 22:28- Şahin Quliyev: «Çıxır bular» Saat 22:28- Təqsirləndirilən şəxs2: «Tamam» Saat 22:38- Şahin Quliyev: «Hazır ol» Saat 22:39- Təqsirləndirilən şəxs2: «Hazıram» Saat 22:40- Təqsirləndirilən şəxs2: «Gəlim» Saat 22:40- Şahin Quliyev: «Yox hələ, pulu sayır» Saat 22:42-Şahin Quliyev: «Düşür, gəl» Həmçinin, Təqsirləndirilən şəxs2 məxsus «Honor» markalı mobil telefonun zənglər və mesajlar bölümünə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmiş, qeyd olunan mobil telefonun «WHATSAPP» proqramı bağlı olduğundan məzmununa baxış keçirmək mümkün olmamışdır. Baxış keçirilərkən müəyyən olunmuş və iş üzrə əhəmiyyət kəsb edən məlumatların fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. (cild İ, i/v: 209-216) - 10 iyun 2023-cü il tarixli «Üzləşdirmədə dindirmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 arasında həyata keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı X15 Abramovun əvvəlki və üzünə qarşı dediyi ifadəsini qismən təsdiq edərək, Sakitin otaqda Raufla aralarında olan söhbəti görməmiş və eşitməmiş, nə onun tərəfindən, nə də Sakit tərəfindən Zərərçəkmiş şəxs1 200.000 (iki yüz min) manat və ya başqa məbləğdə pul tələb etmədiklərini göstərmişdir. (cild İİ, i/v: 45-47) - 10 iyun 2023-cü il tarixli «Üzləşdirmədə dindirmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında həyata keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı X16 Quliyevin verdiyini əvvəlki və üzünə qarşı dediyi ifadəsini qismən təsdiq edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə 25 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə 200.000 manat pul tələb etməmişdir, o, 25 mart 2023-cü il tarixdə saat 22-23 radələləri arasında həmin vaxt işlədiyi dönər evində Zərərçəkmiş şəxs1 dəmir alətlə qəsdən vuraraq ona xəsarət yetirməsini təsdiq etmişdir. Buna səbəb o, olmuşdur ki, Rac onun ünvanına, atası Bəhrəm Quliyevin ünvanına söyüş söyməsi, həmçinin iş yoldaşı olmuş Fidanın ünvanına təhqiramiz ifadələr işlətmişdir. 24 mart 2023-cü il tarixdə Racın işdən qovduğu Fidan adlı ofisant qızla bağlı Rac hər dəfə zarafatyana demişdir ki, “sən onu alarsan, mən də lazım olanda istifadə edərəm, yəni cinsi əlaqədə olaram”. Racın bu hərəkətlərinə görə onu hadisə vaxtı dəmir linglə vuraraq ona xəsarət yetirmişdir. Racın nə səbəbə əvvəlki ifadəsini təsdiq edərək onun üzünə qarşı hadisə vaxtı ondan 200.000 (iki yüz min) manat pul istədiyinin səbəbini bilmir. Zərərçəkmiş şəxs1 ona və atasının ünvanına nalayiq söyüşü bilavasitə onun üzünə qarşı deməmişdir. Bunu Fidan adlı qadın ona danışmış, Fidan adlı qadının anket məlumatlarını və telefon nömrəsini bilmir. Racın ayaqlarını ona görə bağlamışdır ki, o, durub üzərlərinə cummasın, Raufun ayaqlarını isə ona görə bağlamışdır ki, birdən mətbəxdən bıçaq götürüb qaçar, özünə ziyan yetirər. Onların əl-ayağı təxminən 1 saata kimi müddət ərzində bağlı vəziyyətdə qalmışdır. Racın əlləri açıq olmuş, onun yalnız ayaqları yapışqan lentlə bağlanmışdır. Lakin Raufun belə bir imkanı olmamışdır. Rac ondan üzr istədiyi üçün onu və onun oğlu Zərərçəkmiş şəxs2 əl-ayaqlarına bağlanmış yapışqanlı lenti açmaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs1 vurmasına səbəb onu qorxutmaq olmuşdur. Racın atası Bəhrəmin ünvanına nalayiq söyüşlər söyməsi, həmçinin Racın Fidanla bağlı onun şəxsiyyətini alçaldan sözlər işlətdiyinə görə onu cəzalandırmaq qərarına gəlmişdir. Belə ki, Rac ona təklif etmişdir ki, “Fidanı alarsan, mən də ondan istifadə edərəm.(cinsi tələbatın ödənilməsini nəzərə tutur)”. (Cild İİ, i/v: 48-50) - 10 iyun 2023-cü il tarixli «Üzləşdirmədə dindirmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 arasında həyata keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ifadəsini qismən təsdiq edərək bildirmişdir ki, o, 2023-cü ilin fevral ayının ortalarından mart ayının ortalarına kimi hazırda üzləşdiyi Zərərçəkmiş şəxs1 məxsus «Şeyx Lahmucun» dönər evində motokuryer işləmişdir. Hadisədən təxminən 1 həftə əvvəl Zərərçəkmiş şəxs1 onu işdən çıxarmışdır. 25 mart 2023-cü il tarixdə saat 22:00 radələrində o «Şeyx Lahmucun» dönər evində işləyən Şahinlə görüşmək üçün həmin dönər evinə gəlmişdir. O, dönər evinə daxil olanda Racin oğlu Rauf dönər evində olmuşdur. Raufun yanında başqa adam olmamışdır. O, dönər evinə daxil olanda Şahini və Racı görməmişdir. Raufla görüşmüş, söhbət etməyə başlamışdır. Bu zaman dönər evinin zirzəmisindən bərk yıxılma, qışqırıq, söyüş səslərinin gəlməsini eşitmişdir. Sonra Rauf zirzəmiyə tərəf qaçmağa başlamışdır. O da Raufun arxası ilə qaçanda görmüşdür ki, Şahin zirzəmidə Racın boyun nahiyəsindən tutmuş, Rac da xırıltılı səs çıxarır. Raufun onların yanına gəlib həmin mənzərəni görməməsi məqsədilə Raufu qucaqlayıb tutmuş və onu pilləkənin sonuncu «tupik» deyilən yerdə 5-6 dəqiqə saxlamışdır. Racın Raufu çağırmaq səslərini, həmçinin Şahindən oğlunu görmək istəməsini xahiş etdiyini eşidərək Raufu zirzəmiyə onların yanına gətirmişdir. Bundan sonra isə o, Raufu zirzəmidə olan otağa aparıb stulda əyləşdirmişdir. Daha sonra isə Şahinlə Racın yanına qayıdıb gəlmişdir. Rac stulda əyləşəndən sonra Şahinin deməsi əsasında Racın ayaqlarını yapışqan lentlə bir-birinə bağlamışdır. X17 söhbət etməyə başlamışdır. Şahin Racdan soruşmuşdur ki, “sən nə üçün mənimlə bağlı lazımsız söhbətlər etmisən?”. Rac da ona demişdir ki, “məni bağışla, düz söhbət etməmişəm”. Sonra o, su gətirmişdir. Rac üzünü yumuş, onun ayaqlarını açandan sonra isə gedib sanitar qovşağında özü əl-üzünü yumuşdur. Həmin vaxt Rac Şahinlə ona təqribən 10.000, 15.000 və 20.000 manat pul təklif edərək demişdir ki, “söhbəti aramızda bağlayaq”. Şahin və o, Raca demişdir ki, “biz bura pula görə gəlməmişik, onun döyülmə söhbətini bağlayaq”. Yekunda Şahin və o, Rac və Raufla görüşərək səmimi olaraq ayrılmışdır. Şahinlə o, hədə-qorxu ilə Racdan 200.000 manat pul tələb etməmişdir. Onlarından Zərərçəkmiş şəxs1 200.000 (iki yüz min) manat istəməsi barədə onu bildirmişdir ki, sonuncunun nə səbəbə belə deməsinin səbəbini bilmir. Raufun əl-ayağını yapışqan lentlə bağlamamışdır, Zərərçəkmiş şəxs1 200.000 (iki yüz min) manat pul tələb etməmişdir. Zərərçəkmiş şəxs1 əl-ayaqlarını bağlamaqlarının səbəbi kimi sonuncunun oradan qaçmaq istəməsini, aqressiv olmasını göstərmişdir. (Cild İİ, i/v: 39-42) - 10 iyun 2023-cü il tarixli «Üzləşdirmədə dindirmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 arasında həyata keçirilən üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 əvvəlki və üzünə qarşı dediyi ifadəni təsdiq etməyək göstərmişdir ki, 25 mart 2023-cü il tarixdə saat 22:00 radələrində o «Şeyx Lahmucun» dönər evində işləyən Şahinlə görüşmək üçün həmin dönər evinə gəlmişdir. O, dönər evinə daxil olanda Racın oğlu Rauf dönər evində olmuşdur. Raufun yanında başqa adam olmamışdır. O, dönər evinə daxil olanda Şahini və Racı görməmişdir. Raufla görüşmüş, söhbət etməyə başlamışdır. Bu zaman dönər evinin zirzəmisindən bərk yıxılma, qışqırıq, söyüş səslərinin gəlməsini eşitmişdir. Sonra Rauf zirzəmiyə tərəf qaçmağa başlamışdır. O da Raufun arxası ilə qaçanda görmüşdür ki, Şahin zirzəmidə Racın boyun nahiyəsindən tutmuş, Rac da xırıltılı səs çıxarır. Raufun onların yanına gəlib həmin mənzərəni görməməsi məqsədilə Raufu qucaqlayıb tutmuş və onu pilləkənin sonuncu «tupik» deyilən yerdə 5-6 dəqiqə saxlamışdır. Racın Raufu çağırmaq səslərini, həmçinin Şahindən oğlunu görmək istəməsini xahiş etdiyini eşidərək Raufu zirzəmiyə onların yanına gətirmişdir. Bundan sonra isə o, Raufu zirzəmidə olan otağa aparıb stulda əyləşdirmişdir. Daha sonra isə Şahinlə Racın yanına qayıdıb gəlmişdir. Rac stulda əyləşəndən sonra Şahinin deməsi əsasında Racın ayaqlarını yapışqan lentlə birbirinə bağlamışdır. X17 söhbət etməyə başlamışdır. Şahin Racdan soruşmuşdur ki, “sən nə üçün mənimlə bağlı lazımsız söhbətlər etmisən?”. Rac da ona demişdir ki, “məni bağışla, düz söhbət etməmişəm”. Sonra o, su gətirmişdir. Rac üzünü yumuş, onun ayaqlarını açandan sonra isə gedib sanitar qovşağında özü əl-üzünü yumuşdur. Həmin vaxt Rac Şahinlə ona təqribən 10.000, 15.000 və 20.000 manat pul təklif edərək demişdir ki, “söhbəti aramızda bağlayaq”. Şahin və o, Raca demişdir ki, “biz bura pula görə gəlməmişik, döyülmə söhbətini bağlayaq”. Yekunda Şahin və o Rac və Raufla görüşərək səmimi olaraq ayrılmışlar. (cild İİ, i/v: 43-44) - Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X12 12 aprel 2023-cü il tarixli 333 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər- alın nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiştikilmiş yarası, ənsə nahiyəsinin qançır-şişkinliyi və sol saidin sıyrığı küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddir. (cild İİ, i/v: 01-03) - Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X12 12 aprel 2023-cü il tarixli 334 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər- təpə gicgah nahiyəsinin qançır-şişkinliyi və sol qulaq seyvanının qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. (cild İİ, i/v: 04-06) - Ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 16 iyun 2023-cü il tarixli 1625 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İİ, i/v: 116-117) - Ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 12 iyun 2023-cü il tarixli 1626 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İİ, i/v: 117-119) - «Respublika Narkoloji Mərkəzi» X12dən daxil olmuş 31 iyul 2023- cü il tarixli xx/xx-8908 nömrəli məktubdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 qeyd olunan mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. (Cild İİ, i/v: 120) - «Bakı şəhər Narkoloji Mərkəzi» X12dən daxil olmuş xx.xx.2023-cü il tarixli 4593 nömrəli məktubdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 “Bakı Narkolji Mərkəzi”ndə qeydiyyatda yoxdurlar. (Cild İİ, i/v 121) İstintaq orqanının maddi sübut kimi tanıma haqqında 12 avqust 2023-cü il tarixli qərarından görünür ki, bir ədəd göy rəngli dəmir ling, 01 ədəd yapışqan lent, ağ rəngli plastik lentlər hökm və Təqsirləndirilən şəxs1 məxsus “Huawei” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilərək zərərçəkmiş şəxsi döydüklərini, lakin ondan heç bir məbləğdə pul tələb etmədiklərini bildirsələr də, aşağıda sadalanan sübutlarla onlara qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın öz təsdiqini tapıbtapmaması ilə bağlı məsələni həll edərkən təqsirləndirilən şəxslərin hər birinin ifadəsində qeyd etdiyi xüsusatlara qiymət verilməsini zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin hər ikisi məhkəmə iclasında verdikləri ifadələrində Zərərçəkmiş şəxs1 pul tələb etmədiklərini, onunla aralarında pulla bağlı heç bir razılaşma olmadığını, yalnız Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 söyməsi ilə bağlı ona “dərs vermək” niyyətində olduqlarını bildirmişlər. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən pul tələb etməsinin üçüncü bir şahidi olmadığından qeyd olunan xüsusatda yalnız zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxslərin ifadələrinə, həmçinin hadisələrin gedişatına və mahiyyətinə diqqət yetirmək, tərəflərdən hansının səmimi ifadələr verdiyini qiymətləndirmək zərurəti yaranır. Məhkəmə əvvəlcə qeyd edir ki, Zərərçəkmiş şəxs1 Polis Şöbəsinə ilkin şikayətində də Şahin və Sakit adlı şəxlərin onu döyməsi, onun və oğlunun əlini və ayağını bağlayaraq ondan pul tələb etdiklərini qeyd etmişdir. Məhkəmə bu hissədə zərərçəkmiş şəxsin baş vermiş hadisənin təsiri altında olduğu halda polisə yalan məlumat verməsini və mövcud olmayan bir halı (ondan pul tələb edilməsini) öz şikayətində qeyd etməsini ağlabatan və inandırıcı hesab etmir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin zərərçəkmiş şəxsin hüquqi savadının olmaması ilə birlikdə, ona qarşı törədilmiş cinayət əməlinin pul tələbi ilə bağlı olacağı halda daha ağır cinayətin tərkibinin yaranacağını bilməməsini də nəzərə alır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslərin hər ikisi məhkəmə iclasında verdikləri ifadələrdə törətdikləri əməli mümkün qədər “zərərsiz” və “xoş niyyətlə” törədilmiş əməl kimi təqdim etməyə çalışmışlar. Belə ki, Təqsirləndirilən şəxs1 öz ifadəsində zərərçəkmiş şəxsin başına vurduğu aləti idarə etdiyi motosikleti təmir etmək üçün daim kuryer çantasında gəzdirdiyini, hadisə zamanı hər ehtimal üçün əlində götürdüyünü bildirsə də, cinayət işinə əlavə edilmiş baxış keçirilməsi haqqında protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən aşkar surətdə görünür ki, qeyd olunan predmet motosiklet təmir etmək üçün alət deyil, dəmir lingdir (lom) və həmin lingin daim kuryer çantasında gəzdirilməsi inandırıcı və ağlabatan deyil. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra həmin dəmir lingin onun kuryer çantasından deyil, yaşadığı mənzildən aşkar edilməsi də həmin əşyanın daim onun üzərində deyil, hadisə günü məhz zərərçəkmiş şəxsi vurmaq məqsədi ilə üzərində götürdüyünü sübuta yetirir. Bundan başqa Təqsirləndirilən şəxs1 öz ifadəsində hadisə günü zərərçəkmiş şəxsi əlindəki alətlə vurmaq niyyətinin olmadığını, yalnız onunla söhbət etmək üçün zirzəmiyə endiyini, lakin orada da Zərərçəkmiş şəxs1 yenidən ona söyüş söydüyü üçün əlindəki alətlə Zərərçəkmiş şəxs1 başından vurduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan videogörüntülərdə səs qeydə alınmasa da, həmin videogörüntüdən aydın şəkildə görünür ki, zərərçəkmiş şəxs zirzəmiyə enib orada olan otaqlara baş çəkir, Təqsirləndirilən şəxs1 isə əlindəki dəmir lingi arxasında gizlətməklə zərərçəkmiş şəxsin arxasınca hərəkət edir və onu vurmaq üçün uyğun şəraitin yaranmasını gözləyir. Həmin anda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1lə mübahisə etməsi, hətta onların söhbət etmələri də müşahidə olunmur. Belə olan təqdirdə Zərərçəkmiş şəxs1 heç bir səbəb olmadan Təqsirləndirilən şəxs1 söyüş söyməsi inandırıcı deyil. Ona görə də, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin zirzəmidə olan zaman yenidən ona söyüş söyməsi ilə bağlı məcbur qalıb zərərçəkmiş şəxsə zərbə vurması ilə əlaqədar ifadəsi öz təsdiqini tapmır. Bundan başqa, Təqsirləndirilən şəxs1 öz ifadəsində Zərərçəkmiş şəxs1 hadisə zamanı boğmadığını, yalnız öz canını qorumaq məqsədi ilə onu tutduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq olunan videogörüntüdən Təqsirləndirilən şəxs1 uzun müddət Zərərçəkmiş şəxs1 iki qolu ilə tutaraq boğduğu aydın şəkildə görünmüş, həmçinin təqsirləndirilən şəxsin əlində dəmir alət olduğu halda, onun öz canını bu fəndlə qorumaq zərurəti məhkəməyə aydın olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində guya onun hadisə yerinə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1la söhbət edən zaman ona dəstək olması məqsədi ilə gəldiyini, lakin obyektə daxil olan zaman Şahinlə Racın zalda olmadıqlarını gördüyünü, Racın oğlu Raufdan onların harada olduğunu soruşduğunu, Raufun isə zirzəmiyə enmələri barədə məlumat verdiyini, birdən zirzəmidən qışqırıq səsləri gəldiyi üçün zirzəmidə nə isə hadisə baş verdiyini anladığını bildirmişdir. Digər Təqsirləndirilən şəxs1 də bu hissədə onun ifadəsinə uyğun məzmunda ifadə vermişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 arasındakı Whatsapp yazışmalarından görünür ki, təqsirləndirilən şəxslər törədəcəkləri hadisə barəsində əvvəlcədən razılaşmış, aralarında rol bölgüsü aparmış, kimin, hansı ardıcıllıqla hərəkət etməsini müəyyənləşdirmiş və Təqsirləndirilən şəxs2 kafedən bayırda məhz Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs1 zirzəmiyə düşməsini gözləmiş, Təqsirləndirilən şəxs1 aşağı düşdüklərini ona bildirməsindən sonra kafeyə daxil olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 heç bir zərər vurmadığını, uşağın öz atasını qan içində görməsinə mane olmaq məqsədi ilə onu tutduğunu, daha sonra isə paltar dəyişilən otaqda başladığını bildirmiş, digər təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs1 də eyni məzmunlu ifadə vermişdir. Məhkəmə həmin hissədə qeyd edir ki, cinayət işi üzrə keçirilmiş məhkəmə tibbi ekspertizası zamanı Zərərçəkmiş şəxs2 üzərində təpə gicgah nahiyəsinin qançır-şişkinliyi və sol qulaq seyvanının qançırı xəsarətlərinin aşkar olunması Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 onun başını divara vurması ilə bağlı ifadəsini təsdiq edir, təqsirləndirilən şəxslərin ifadələrini isə təkzib edir. Bundan başqa, həm zərərçəkmiş şəxslərin ifadələri, həm də tədqiq olunmuş videogörüntü ilə təqsirləndirilən şəxslərin dönər bıçağını götürməsi öz təsdiqini tapsa da, təqsirləndirilən şəxslər öz ifadələrində qeyd olunan xüsusata heç bir aydınlıq gətirə bilməmişlər. Həmçinin təqsirləndirilən şəxslərin əvvəlcədən özləri ilə yapıqanlı lent, plastik sıxacaq və s. (kuryer çantasında yapışqan lent (skoç) olması öz ifadələri ilə də təsdiq olunur) kimi əşyalar gətirməsi təqsirləndirilən şəxslərin hadisə yerinə törədəcəkləri əməl barəsində tam hazırlıqlı gəlmələrini sübuta yetirir. Həmçinin Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxsin onlara pul verməyi təklif etdiyini, onların da bu təkliflə razılaşdığını bildirsə də, məhkəmə istintaqı zamanı həmin ifadəsini də təkzib etmişdir. Həmçinin ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə onun nalayiq videogörüntülərinin çəkilməsini təklif etmələrini etiraf etsələr də məhkəmə iclasında verdikləri ifadələrində həmin hissə ilə bağlı heç bir hal bildirməmişlər. Bu da öz növbəsində zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslərin onlardan pul tələb etmələri ilə bağlı ifadələrini təsdiq edir və təqsirləndirilən şəxslərin pul tələb etmədikləri halda hansı səbəbə zərərçəkmiş şəxsin videolarını çəkmələrini təklif etmələri məhkəmə üçün anlaşılmaz qalır. Təqsirləndirilən şəxslər məhkəmə iclasında verdikləri ifadələrində polis əməkdaşlarının onlarla kobud davrandıqlarını, onların tərəfindən yazılmış ifadələri oxumadan imzalatdırdıqlarını bildirsələr də, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər ifadələrini öz əl yazıları ilə yazmışlar. Bununla da qeyd olunan hissədə də təqsirləndirilən şəxslərin məhkəmə iclasında ifadələri öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanların hər birini məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmə iclasında verdikləri ifadələrində qeyrisəmimi olmuş, baş vermiş hadisənin hər bir mərhələsi barədə yalan ifadələr vermiş və məhkəməni törətdiklərin əməlin yalnız zərərçəkmiş şəxsə xəsarət yetirməkdən ibarət olduğuna inandırmağa çalışmışlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmədə zərərçəkmiş şəxsdən heç bir pul tələblərinin olmamasını bildirməkdə yalnız xüsusilə ağır cinayətə görə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdmüşlər. Məhkəmə onların məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Cinayət əməlinin tövsifi ilə bağlı məhkəmənin mövqeyi, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlməlidir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair 21 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, «Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə-qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olubolmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur.» Hazırki iş üzrə Zərərçəkmiş şəxs1 və onun oğlu digər Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər tərəfindən zor tətbiq edilməsi işin mübahisəsiz halıdır. İşin konkret halında isə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərə zor tətbiq etməklə yanaşı, Zərərçəkmiş şəxs1 onun barəsində rüsvayedici videolar çəkməyi təklif etmələri, eyni zamanda yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə isə dönər bıçağı göstərməklə atasının ayağını kəsəcəkləri ilə hədələməklə 200.000 manat məbləğində pul tələb etmələri artıq özü-özlüyündə təqsirləndirilən şəxslərin niyyətlərinin hədə-qorxu gəlməklə zərərçəkmiş şəxsin külli miqdarda pulunu ələ keçirmək olduğunu sübuta yetirir. Həmçinin təqsirləndirilən şəxlərin zərərçəkmiş şəxslərin, o cümlədən yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin əlini və ayağını bağlamaqla onların qanunsuz azadlıqdan məhrum etmələri də işin mübahisəsiz halını təşkil edir. Belə ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli araşdırma zamanı təqsirləndirilən şəxslərin verdikləri qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri ilə, üzləşdirmə protokolları, ifadənin yerində yoxlanılması protokolu, maddi sübutlar, videogörüntü, telefon danışıqları, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təsdiq olunaraq, tam, hərtərəfli və obyektiv araşdırılmış və cinayət əməlinin həmin şəxslər tərəfindən törədilməsi məhkəmədə heç bir şübhə doğurmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onlar tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-ci maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini qəsdən törətmişlər. Onların əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olmamışlar. (cild İ, i/v: 206-207) Məhkəməyə təqdim olunmuş ərizələrdən və məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsinin sözlərindən müəyyən olunur ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərlə barışmamış, onlardan şikayətçidirlər və təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini xahiş etmişlər. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ali təhsillidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin əməllərində onların cəzalarını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxslərin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmalarını, həmçinin Təqsirləndirilən şəxs1 isə ali təhsilli olmasını onların barəsində cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 26 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarı ilə onların barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 26 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd göy rəngli dəmir ling, 01 ədəd yapışqan lent, ağ rəngli plastik lentlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus “Huawei” markalı mobil telefon isə sahibinə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi 40 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6-cı maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 26 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6-cı maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 26 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilmiş və Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd göy rəngli dəmir ling, 01 ədəd yapışqan lent, ağ rəngli plastik lentlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus “Huawei” markalı mobil telefon sahibinə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar