Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-765/2020 11.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X1 iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, Bakı şəhəri Yasamal rayonu, Qədirli küçəsi, ev 167 A-da qeydiyyatda olub, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi - 16,133 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini x xxxxxx 2020-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi, Hövsan südçülıık sovxozunda əldə edib, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsinin giriş hissəsinə daşıyaraq üstündə saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 15:15-də Xəzər RPİ-nin NMB-nin və Xəzər RPİ-nin 3-cü polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsinin giriş hissəsində saxlanılaraq Xəzər RPİ-nin 3-cii polis bölməsinin inzibati binasına dəvət edilmiş, orada inzibati otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindəki şəffaf sellofana bükülmüş 17 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,947 qram, 0.968 qram, 0, 918 qram, 0.978 qram, 0,906 qram, 0,938 qram, 0,971 qram, 0,962 qram, 0,959 qram, 0,938 qram, 0.958 qram, 0,945 qram, 0,963 qram, 0,930 qram, 0,953 qram, 0,987 qram və 0,912 qram olmaqla xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 16,133 qram satış məqsədilə ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Xəzər rayonu Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən fərdi evdə yaşayır. Beş ildir ki, narkotik vasitələrdən istifadə edir. x xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Hövsan südçülük sovxozunda təsadüfən tanış olduğu təxminən 40-45 yaşlarında, orta bədən quruluşlu şəxsdən 350 manat verib, şəxsi istifadəsi üçün 17 bükümdə narkotik vasitə heroin almış və gündəlik geyindiyi gödəkçənin iç cibində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində həmin narkotik vasitədən bir bükümü açıb üzərindən bir qədər götürüb istifadə etdikdən sonra yenidən büküb cibinə qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 15:15-də Xəzər rayonu Binə qəsəbəsi, Vaqif küçəsinin giriş hissəsi ilə piyada gedərkən mülki geyimli şəxslər yaxınlaşıb, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonuncular onu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş məlumatı yoxlamaq məqsədi ilə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət etmişlər. Etiraz etməyib, polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə getmişdir. İnzibati binada xidməti otaqda polis əməkdaşları, vəkil və tərcüməçi mütəxəssisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində gəzirilməsi qanunla qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməyi təklif edilmişdir. Artıq ifşa olunduğunu başa düşüb, əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibindəki şəffaf sellofana bükülmüş 17 ədəd bükümü cibindən çıxarıb təqdim etmişdir. Həmin 17 ədəd büküm zərfə qoyularaq möhürlənmişdir. Baxış nəticələrinə dair protokol tərtib edilmiş və bütün iştirakçılar kimi o da, protokolu imzalanmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib saxlasışdır. Heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmamışdır. Əməldən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin NMBnin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə bölməyə təxminən 35 yaşında, orta boylu Binə qəsəbəsi Bolluq massivi, Vaqif küçəsinə gəlib-gedən «Tərlan» adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə bölmə rəisinə raportla müraciət edib, məlumatın yoxlanılması məqsədilə tədbir keçirilməsindən ötrü əməliyyat qrupunun yaradılmasına göstəriş verilməsini xahiş etmişdir. Şöbə rəisi onun rəhbərliyi ilə 3-cü polis bölməsinin sahə rəisi işləyən polis kapitanı Şahid1 və sahə inspektoru polis mayoru Şahid3 ibarət əməliyyat qrupunun yaradılması barədə əmr imzalamış, həmin əmrə müvafiq olaraq tərəfindən həmin tərkibdə əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul etmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsinə yollanmışlar. «Tərlan» adlı şəxsin olduğu yeri müəyyən edib, ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra, onu Xəzər RPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Sonuncu ilə birlikdə PB-nə gəlmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından ötrü raportla şöbə rəisinə müraciət etmiş, sonuncu material üzrə araşdırmanın aparılmasını təhqiqatçısı, polis baş leytenantı Nihad Mustafayevə həvalə etmişdir. Sonuncu Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil və tərcüməçi dəvət etmişdir. Təqsirləndirilən şəxs vəkilə və mütəxəssisə etirazı olmamışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ona vəkilinin və tərcüməçi mütəxəssisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib, üzərində gəzdirilməsi qanunla qadağan edilmiş əşya varsa təqdim etməyini bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibindəki şəffaf sellofana bükülmüş 17 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin 17 ədəd büküm narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli tozşəkilli maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzaları ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin 3-cü Polis bölməsində sahə rəisi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında «Tərlan» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu ona məlum olmuşdur. Polis əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə daxil olmuş məlumatı yoxlamaq və onu ifşa etmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsinə yollanmışlar. Bir qədər müşahidə apardıqdan sonra «Tərlan» adlı şəxsi yerini müəyyən edib ona yaxınlaşıb özlərini təqdim edib, onu Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis bölməsinə dəvət etmişlər. Sonuncu etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmədə dəvət etdikləri şəxsin həqiqətən ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla şöbə rəisinə müraciət edilmişdir. Sonuncu material üzrə araşdırmanını aparılmasını Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçısı Nihad Mustafayevə həvalə etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil təqdim etdikdən sonra onu şübhəli şəxs qismində tutmuşdur. Daha sonra Təqsirləndirilən şəxs vəkilinin və tərcüməçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib, üzərində gəzdirilməsi qanunla qadağan edilmiş əşya varsa təqdim etməyini təklif etmiş, bu zaman sonuncu əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindəki şəffaf sellofana bükülmüş 17 ədəd bükümü cibindən çıxararaq təqdim etmişdir. Həmin 17 ədəd büküm narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli tozşəkilli maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 44-45-ci vərəqələrindəki xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindəki şəffaf sellofana bükülmüş içərisində narkotik vasitəyə bənzər maddələr olan 17 ədəd bükümü təqdim etmiş və həmin 17 ədəd büküm götürülərək qablaşdırılmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 4251 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «saxlanılan Təqsirləndirilən şəxs götürülmüş» yazısı olan zərfdə 17 (on yeddi) ədəd bükümdə, ümumi təmiz çəkisi 16,133 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Heroinin ümumi təmiz çəkisi 16,133 qram, tədqiqata sərf edildi 0,17 qram, qalıq 15,963 qram). Əlavə məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 4831 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin «Tədqiqat Obyekti № 59» ştamp əksi olan paketdə, vət. Təqsirləndirilən şəxs götürülmüş 17 (on yeddi) ədəd bükümdə qəhvəyi rəngli heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı, vət. Təqsirləndirilən şəxs götürülmüş 17 (on yeddi) ədəd bükümdəki heroinlərin ayrıayrılıqda və ümumi təmiz çəkisi xx xxxxxx 2020-ci il tarixli 4251 saylı ekspert rəyində göstərilib. Məhkəmə-narkoloji ekspertizasının x xxxx 2020-ci il tarixli, 652 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 137-142-ci vərəqələrindəki xx xxx 2020-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 16,133 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan bir ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalan 15,963 qram hissəsi Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, bir ədəd disk isə cinayət işi materiallarına əlavə edilmişdir. İşin 123-128-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Vçeslav oğlu Bakı şəhəri Xəzər rayon məhkəməsminin xx xxxxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2014-cü ilin aprel ayının 26-da cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 29, 317.1.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı şəhəri Xətai rayon məhkəməsinin x xxxxxxxx 2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 2 il 2 ay 23 gün hissəsi qismən birləşdirilməklə, qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin 24-cü vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin x xxxxxxxx 2015-ci il tarixli hökmü ilə olan məhkumluğu ödənilmədiyindən bu hal CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası 61.1.1-ci maddəsində əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, onun barəsində CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə CM-nin 65.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş 16,133 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalan 15,963 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan bir ədəd disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş 16,133 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalan 15,963 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan bir ədəd disk isə cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 228 (iki yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-765/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-765/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver