Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-765/2022 14.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi, “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 06 avqust 1999-cu ildə Zərdab rayonu, Ağabağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Ağabağı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 25 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində ünvan 1 ünvanında tanışı Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra, sonuncunun qeyd olunan evdə birgə kirayənişin olaraq yaşamaq istəməsi barədə israrlı təklifini qəbul etməməsi ilə bağlı aralarında yaranmış və təxminən 10 dəqiqə davam etmiş sözlü mübahisə ilə əlaqədar evdən çıxaraq sonuncu ilə birlikdə həmin evin yaxınlığında yerləşən heç kəsin olmadığı ünvan 3 ünvanın qarşısında olan boş ərazidə göstərilən tarixdə saat 18:45 radələrində mübahisəni davam etdirib Zərərçəkmiş şəxs birlikdə kirayədə yaşamayacaqlarını bir daha bildirərək ünvanına nalayiq ifadə işlətdikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bir dəfə yumruqla onun sağ göz nahiyəsinə qəsdən vuraraq ona sağ gözaltı nahiyənin qançırı, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi səbəbindən üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, qatlanan, soyuq silah hesab edilməyən cib bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti ilə həyat üçün vacib orqanlarına çoxsaylı zərbələr endirərək ona döş qəfəsinin sol yarısının arxa divarında 3-cü qabırğaarası nahiyədə 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa divarında 1 (bir) ədəd, sol qalça nahiyəsində 1 (bir) ədəd daxilə nüfuz etməyən, sağ said nahiyəsində 1 (bir) ədəd deşilmişkəsilmiş yaraları kimi, cəmi 4 (dörd) ədəd ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, ürəyin perikard qişasının zədələnməsi ilə 5-ci qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol ağciyərin aşağı payının, diafraqmanın, mədənin seroz qişasının zədələnmələri ilə müşayiət olunan 7-ci qabırğaarası nahiyədən döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, perietal peritonun zədələnməsi ilə qarının ön divarının sol yarısından qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi cəmi 3 (üç) ədəd, ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs onun bıçaq zərbələrindən yayınaraq hadisə yerindən qaçdığından Zərərçəkmiş şəxs bilavasitə qəsdən öldürməyə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qəsdən adam öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs onun həmkəndlisi və sinif yoldaşı olduğu üçün sonuncunu uşaqlıqdan tanımış, Bakıya gəldiyi zaman da Turalla münasibəti davam etmişdir. Turalla birlikdə Böyük Şor qəsəbəsində müxtəlif evlərdə kirayə qalmışdır. O, hadisədən təxminən 5 ay əvvəl Zərdab rayonunda rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşdur. Təxminən 4 ay əvvəl işləyib pul qazanmaq üçün ünvan 4 ünvanında Altay adlı şəxsin iki mərtəbəli evinin birinci mərtəbəsində həmkəndlisi Aqşinlə birlikdə ayı 100 manata kirayədə yaşamışdır. Evin ikinci mərtəbəsində isə Altay öz ailəsi ilə birlikdə yaşamışdır. Həmin evin kirayə haqqının 50 manatını Aqşin, 50 manatını isə o vermişdir. Hadisədən təxminən 10 gün əvvəl otaq yoldaşı Aqşin ona həmkəndlisi Zərərçəkmiş şəxs da onlarla birlikdə qalmaq istədiyini demişdir. O, səhəri günü Turalla görüşüb danışmış, Tural ona Aqşinin razı olduğunu demişdir. Turalla aylıq 50 manat verəcəyi şərtilə razılaşmış və bundan sonra o, ev sahibindən Turalın da onlarla həmin evdə qalmasını xahiş etmişdir. Ev sahibi də onlarla razılaşmışdır. Lakin, kirayə pulu əvvəlcədən verilməli olduğundan Tural evin kirayə haqqını verməyi yubatdığı üçün aralarında bir neçə dəfə sözlə mübahisə olmuşdur. O da Turala kirayə haqqını ödəməyəcəyi təqdirdə evə gəlməməsini bildirmişdir. Tural təxminən 2-3 gün onlarla həmin ünvanda qaldıqdan sonra daha evə gəlməmişdir. 25 oktyabr 2021-ci il tarixdə təxminən saat 18:30 radələrində Tural yaşadıqları həmin ünvana gəlmişdir. O, Turala pulu ödəmədiyi üçün evdə qala bilməyəcəyini söyləmişdir. Aralarında sözlə mübahisə yaranmış və Tural onun ünvanına təhqiredici sözlər demişdir. Daha sonra onlar evdən çıxıb saat 18:45 radələrində oradan təxminən 600-700 metr uzaqlaşdıqdan sonra boş əraziyə keçib orada söhbət etməyə davam etmişlər. Tural ona "sən o evdən çıx, mən özüm o evdə kirayədə qalacam” demişdir. O da Turala “mən səndən əvvəl о evdə yaşayıram, özünə başqa bir ev tap” demişdir. Lakin Tural onunla razılaşmadığı üçün aralarında mübahisə yaranmış və Tural qəfildən yumruqla onun sağ gözünün altına vurmuşdur. Bu zaman o, Turalın sinəsindən tutmuş, Tural isə onu itələmiş və o, yerə yıxılmışdır. Tural yerdə yumruqla onu vurmuş və o da əsəbiləşib üzərində gəzdirdiyi açılıb-qatlanan bıçaqla Turalın bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurmağa başlamışdır. O, Turala bıçaqla sayını dəqiq bilmədiyi zərbələr vurduqdan sonra Tural qaçmağa başlamış, o da kömək məqsədilə Turalın arxasınca qaçmışdır. Həmin vaxt əlindəki bıçağı da həyəcanlanıb oraya tullamışdır. Tural kirayə qaldıqları evin yaxınlığına çatdıqda yerə yıxılmışdır. Həmin vaxt Turala köməklik etməsi üçün onunla bir evdə kirayədə yaşayan Aqşinə zəng edib Turalı bıçaqladığını və harada olduqlarını demişdir. Özü isə qorxduğu üçün oradan uzaqlaşmış və atasına zəng edib Turalı bıçaqladığını bildirmişdir. Atası da ona polisə təslim olub törətdiyi hadisəni etiraf etməli olduğunu bildirmişdir. 26 oktyabr 2021-ci il tarixdə atası ilə birlikdə könüllü olaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə gəlib Turalı bıçaqladığını etiraf etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, Tural kirayə haqqını vermədiyinə və onu narahat etdiyinə görə Turalın onlarla birlikdə yaşamasını istəməmişdir. Onun üzərində çox vaxt bıçaq olmuş, Turalı vurmaq məqsədi olmamış, Tural onu vurduğuna və söydüyünə görə Turalı qorxutmaq məqsədilə vurmuşdur. O, həyəcanlı olduğuna görə zərbələrin haralara dəydiyinin fərqində olmamışdır. Əməlindən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 10 oktyabr 2021-ci il tarixdə yaşadığı Zərdab rayonu Ağabağı kəndindən işləyib pul qazanmaq üçün Bakı şəhərinə gəlmişdir. Bakıda müxtəlif ünvanlarda ucuz kirayə ev tapıb qalmışdır. Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Hyundai Servis”in yaxınlığında yerləşən sexdə günəmuzd olaraq fəhlə işləməyə başlamışdır. Orada həmkəndlisi Aqşin də onun kimi fəhlə işləmişdir. Aqşin ona özünün Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş karxanası küçəsində ünvansız evdə Şükranla birlikdə kirayədə yaşadığını demiş, o, Aqşinə gedib evə baxmağı və məsləhət olsa onlarla qalmağı təklif etmişdir. O, Aqşinlə birlikdə həmin ünvana gəlmiş, orada Şükranla görüşmüş və birlikdə qalmağa razılaşmışlar. Şükran ev sahibinə dedikdən sonra o, orada qalmışdır. 2 gün qaldıqdan sonra Şükran ona aylıq 50 manat pul verməli və kirayə haqqının qabaqcadan ödənilməli olduğunu demişdir. Lakin o, Şükrana üstündə pulu olmadığını, işləyib qazanıb verəcəyini demişdir. Daha sonra o, təxminən 4 gün ora gəlməyib Bakı şəhərində müxtəlif ünvanlarda gündəlik qalmışdır. 25 oktyabr 2021-ci il tarixdə o, Aqşin və Aqşinin qardaşı Elvinlə birlikdə Nərimanov rayonu, Böyük Şor qəsəbəsində adını bilmədiyi kafedə çörək yemiş, daha sonra onlara özünün Aqşin qalan evə kirayəni danışmaq üçün gedəcəyini və daha orada qalacağını bildirmişdir. Aqşin də ona problem olmadığını, qapının açıq olduğunu, gedib evdə oturmağı, bir azdan özünün də gələcəyini demişdir. O, təxminən saat 18:00 radələrində həmin ünvana getmiş, evə çatmış, evə daxil olduqda Şükranın evdə olduğunu görmüşdür. Şükranla salamlaşıb görüşmüş, Şükran ondan niyə gəldiyini soruşmuş, o da daha burda qalacağını demişdir. Şükran ona özünün razı olmadığını bildirmişdir. Daha sonra Şükran ev sahibini çağırmış və “əgər Tural burda qalsa daha mən burda qalmayacam, ya o, burda qalsın, ya da mən burda qalım” sözlərini demişdir. Ev sahibi də “özünüz razılaşın, məni bu söhbətə qatmayın” deyə cavab vermişdir. Onlar da evdə səs-küy olmasın deyə həmin gün təxminən saat 19:00 radələrində evdən çıxıb söhbət edə-edə evdən təxminən 600-700 metr kənarlaşmışlar. Şükran onu bir az da uzağa aparmaq istəmiş, lakin o, razı olmamış və nə sözü varsa deməsini istəmişdir. Həmin vaxt Şükran ona “sən o evdə qalmayacaqsan” söyləmiş, o da cavabında “sən kimsən mənə qadağa qoyasan, ev sənin deyil, mən harda istəyirəm orda da qalacam” bildirmişdir. Bu minvalla aralarında mübahisə yaranmış və o hiss etmişdir ki, Şükran onu vurmaq istəyir, ona görə də o, qəfil Şükranın sağ gözünün altına bir dəfə yumruq vurmuşdur. Həmin vaxt hava qaranlıq olmuşdur. Daha sonra hiss etmişdir ki, Şükran onun bədən nahiyəsindən nə iləsə bir neçə dəfə vurmuşdur. Lakin həmin vaxt heç bir ağrı hiss etməmişdir. O, Şükranı qucaqlayıb yerə yıxmış, lakin yerdə vurmamışdır. Yerdə bir az dartışdıqdan sonra o, Şükrandan əl çəkib ayağa durmuş və ayağa duran kimi Şükran əlindəki qara rəngli bıçaqla onun sağ qoluna bıçaq zərbəsi vurmuşdur. O, həmin vaxt Şükranın əlində bıçaq olduğunu bilmiş və qorxub oradan evə tərəf qaçmağa başlamışdır. Yolda hiss etmişdir ki, Şükran onun tək qoluna deyil, bədəninin müxtəlif yerlərinə də bıçaq zərbələri vurmuşdur. O, qaçaqaça evin yaxınlığında qədər gəlmiş və orada 3 saylı evin yanında özünü pis hiss etdiyini və huşunu itirdiyini anlamışdır. O, yavaşca yerə oturmuşdur. Daha sonra nə baş verdiyi yadında deyildir. Ayılanda xəstəxanada olduğunu görmüşdür. Ona dəyən ziyan Şükran tərəfindən ödənilmiş və o, Şükranla barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qohumudur. O, təxminən 2 aydır ki, həmyerlisi və həmçinin Turalın sinif yoldaşı olan bu iş üzrə təqsirləndirilən şəxs Şükran ilə Nərimanov rayonu, Böyük Şor qəsəbəsində nömrəsiz evdə kirayə yaşamışdır. Şükran və o, ayrı-ayrılıqda hər birisi 50 manat verməklə, ümumilikdə 100 manat müqabilində həmin evdə kirayədə qalmışdır. Qardaşı Elvin isə onların evinin yaxınlığında başqa bir evdə kirayədə qalmışdır. O, qardaşı Elvin və Tural birlikdə Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Hyundai Servis”in yaxınlığında olan dəmir sexində fəhlə işləmişlər. Hadisədən təxminən 10 gün əvvəl Tural ondan gedib evə baxmağı və məsləhət olsa onlarla qalmağı təklif etmişdir. O da Turala Şükranla birlikdə qaldığını deyərək, sonuncunun razılığını almağı məsləhət görmüşdür. Onlar birlikdə yaşadıqları evə getmişlər. Orada Şükran ilə görüşmüş, söhbət zamanı razılaşmışdır ki, Tural gəlib onlarla qalsın. Şükran da ev sahibinə zəng edib bildirdikdən sonra Tural onlarla birlikdə qalmağa başlamışdır. Tural təxminən 2 gün onların yaşadığı evdə qalmışdır. Şükran Turala kirayə haqqının 50 manat olduğunu və əvvəlcədən verilməsini demişdir. Lakin Tural pulu olmadığından kirayə haqqını verə bilməmiş və buna görə də həmin gündən evə gəlməmişdir. 25 oktyabr 2021-ci il tarixdə o, qardaşı Elvin və Tural işdən çıxıb Nərimanov rayonu, Böyük Şor qəsəbəsində olan adı yadında qalmayan kafelərin birində əyləşib yemək yemişlər. Saat təxminən 18 radələrində Tural yeməyini tez bitirib hesabını vermiş və evə getdiyini bildirmişdir. Təxminən 15-20 dəqiqədən sonra o, qardaşı Elvin ilə durub hər kəs öz yaşadığı evə getmişdir. O, evə daxil olan zaman Şükranın zəng elədiyini görüb telefona cavab vermişdir. Şükran telefonda Turalı bıçaqladığını, gedib onu yerdən götürməyini demişdir. O dərhal evdən çıxıb təxminən 600- 700 metr irəliləmiş, Turalın yerdə uzandığını görüb ona yaxınlaşmışdır. Bu zaman qardaşı Elvin də onun yanına gəlmiş və dərhal “103” təcili tibbi yardım xidmətinə zəng edib həkim çağırmışdır. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım avtomobili gəlmiş, o, Elvin ilə birlikdə köməkləşib Turalı avtomobilə uzandırmış və oradan da xəstəxanaya getmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Şükran Turalı vurduqdan sonra ona zəng edib “öldürmüşəm, gəlin zibilinizi aparın” demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə ifadəsində göstərdi ki, o, təxminən 3 ildir ki, Nərimanov rayonu, Böyük Şor qəsəbəsində nömrəsiz evdə kirayə yaşayır. Qardaşı Aqşin isə onun yaşadığı evin yaxınlığında təxminən 2 aydır ki, həmyerliləri və həmçinin Turalın sinif yoldaşı olan bu iş üzrə təqsirləndirilən şəxs Şükran ilə birlikdə kirayədə qalmışlar. O, qardaşı Aqşin və Tural birlikdə Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Hyundai Servis”in yaxınlığında olan dəmir sexində fəhlə işləmişlər. Tural hadisədən təxminən 2-3 gün əvvəl Aqşin və Şükran ilə birlikdə kirayədə qalmışdır. Lakin sonradan aralarında olan narazılığa görə Tural onlarla birlikdə qalmamışdır. 25 oktyabr 2021-ci il tarixdə o, qardaşı Aqşin və Tural işdən çıxıb Nərimanov rayonu, Böyük Şor qəsəbəsində olan və adı yadında qalmayan kafelərin birində əyləşib yemək yemişlər. Saat təxminən 18 radələrində Tural yeməyini tez bitirib hesabı bağlamış və evə getdiyini bildirmişdir. Təxminən 15-20 dəqiqədən sonra o, qardaşı Aqşin ilə birlikdə duraraq hərə öz yaşadığı evə getmişlər. O, evə daxil olduqdan bir neçə dəqiqə sonra Aqşin ona zəng edib Şükranın Turalı bıçaqladığını bildirmişdir. O, dərhal evdən çıxıb yaşadığı evdən təxminən 600-700 metr irəlidə Aşqin ilə Turalın yanına getmişdir. Həmin vaxt Turalın yerdə uzandığını görüb ona yaxınlaşmışdır. O, “103” təcili tibbi yardım xidmətinə zəng edib həkim çağırmış, bir neçə dəqiqədən sonra təcili tibbi yardım avtomobili gəlmiş, Aqşin ilə o birlikdə köməkləşib Turalı avtomobilə uzandırmış və oradan da xəstəxanaya getmişlər. Məhkəmədə şahid qismində dundirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Şükran Zərdab rayonu, Ağabağı kəndində doğulmuş və ailəsilə birlikdə orada yaşamışdır. Zərərçəkmiş şəxs da həmkəndlisi Məmmədtağının oğludur. Şükranla Tural eyni məktəbdə oxumuş, uşaqlıqdan münasibətləri olmuşdur. Hadisədən təxminən 4 ay əvvəl Şükran işləmək üçün Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gəldiyi vaxtdan Nərimanov rayonu ərazisində Böyük Şor qəsəbəsində müxtəlif ünvanlarda yaşamışdır. Sonuncu dəfə ünvan 10vanında yaşamışdır. O da Bakıya gələn zaman 2-3 gün orada qalmışdır. Şükran həmin evdə həmkəndlisi Şahid1 ilə birlikdə ayda hər biri 50 manat verməklə, 100 manata kirayədə yaşamışdır. Şükranla hər gün telefonla əlaqə saxlayıb danışmışdır. Hadisə baş verən günədək Şükran ona hər hansı bir probleminin olması barədə məlumat verməmişdir. 25 oktyabr 2021-ci il tarixdə günorta saatlarında da Şükranla telefonda danışmş, Şükran hər şeyin qaydasında olduğunu bildirmişdir. Həmin gün axşam saatlarında təxminən 19:30 radələrində Şükran ona zəng edib Turalı bıçaqla vurduğunu demişdir. O, bunu eşitdikdən sonra dərhal kənddən çıxmağa hazırlaşmışdır. Bu zaman kəndə 5-6 nəfər polis əməkdaşı gəlmiş və oğlunun hadisə törətdiyini, təhvil verilməli olduğunu bildirmişlər. O da Bakı şəhərinə yolda düşdüyünü və aparıb təhvil verəcəyini demişdir. Bundan sonra çıxıb Bakı şəhərinə gəlmiş və Şükranla birlikdə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə getmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs özü könüllü təslim olmuş və cinayətin üstünün açılmağına köməklik göstərmişdir. Məhkəmədə şahid qismində dundirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 2002-ci ildən daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 2020-ci ildən isə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsində sahə rəisi vəzifəsində işləməkdədir. 25 oktyabr 2021-ci il tarixdə saat 19:09-da işlədiyi Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə vətəndaş X5 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, “Tovuz market”in yaxınlığında naməlum şəxsin bıçaqlanması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında dərhal məlumat vermiş şəxslə əlaqə saxlanılaraq ünvan dəqiqləşdirilmiş və əməliyyat qrupu ilə birlikdə Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş karxanası küçəsinə gedilmişdir. Ora çatdıqda bıçaqla xəsarət yetirilmiş şəxsin 13 avqust 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs olduğu müəyyən edilmiş, həmin şəxs təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər kliniki xəstəxanasına aparılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin 06 avqust 1999-cu il təvəllüdlü, Zərdab rayonu Ağabağı kəndində qeydiyyatda olmaqla ünvan 12 ünvanında kirayənişin yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilmiş, bununla bağlı sonuncunun atası Şahid4 mobil telefon nömrəsi müəyyən edilərək onunla əlaqə saxlanılmışdır. Telefon danışığı zamanı Şahid4 Zərdab rayonundan çıxaraq Bakı şəhərinə gəldiyini və oğlu ilə birlikdə polis şöbəsinə gələcəklərini bildirmişdir. Həmin gün 3 saylı şəhər kliniki xəstəxanasına da gedilərək Zərərçəkmiş şəxs səhhəti ilə maraqlanılmış, Zərərçəkmiş şəxs səhhəti ağır olmaqla reanimasiya şöbəsinə yerləşdirilmiş və əməliyyata başlanılmışdır. 26 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs atası Şahid4lə birlikdə polis şöbəsinə gəlmişdir. Orada şöbə rəisinin qəbulunda olmuş və törətdiyi cinayəti etiraf etmişdir. Bundan sonra müvafiq sənədləşmə işləri aparıldıqdan sonra Əliyev X3 RPİ-nə aparılaraq İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Kənan Məmmədzadəyə təhvil verilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid7 bildirdi ki, Təqsirləndirilən şəxs özü gəlib könüllü təslim olmuşdur. Məhkəmədə şahid qismində dundirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, ünvan 13 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, hər ikisi onun yaşadığı məhəllədə müxtəlif ünvanlarda kirayədə qalmışlar. O, məhəllədə yerləşən, atasına məxsus köşkdə dayandığı üçün onlar gəlib-gedərkən onları görüb salamlaşmışdır. Onlarla yaxın münasibəti olmamışdır. Bildiyi qədərilə, Tural və X8 prospekti tərəfdə fəhləliklə məşğul olmuşlar. 25 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində evində oturduğu zaman çöldən səs-küy gəldiyini eşitmiş, qapıya çıxdıqda onların qapısının önündə insanların toplaşdığını görmüşdür. Yaxınlaşdıqda, Turalın qarın, qol və kürək nahiyələrindən qan axdığını, Turalın başının Aqşinin dizində olduğunu görmüşdür. Təcili tibbi yardım avtomobilinin gəlməsini gözləmişlər. Təcili tibbi yardım əməkdaşları gələnədək Aqşin Turalın qol nahiyəsindən rezinlə sıxmışdır. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım avtomobili gəlmiş və köməkləşib Turalı avtomobilə uzatmış və oradan da xəstəxanaya yola salmışlar. Məhkəmədə şahid qismində dundirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 2 ay əvvəl tanımışdır. Belə ki, Şükran Şahid1 ilə birlikdə onların Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş karxanası küçəsi, ev 64 ünvanında yerləşən evlərinin birinci mərtəbəsində kirayədə yaşamışlar. Şükran və Aqşin ayrı-ayrılıqda hər biri 50 manat verməklə, ümumilikdə 100 manat müqabilində onun evində kirayədə qalmışlar. Şükran və Aqşin demək olar ki, gün ərzində işdə olmuş, yalnız gecədən-gecəyə gəlib yatmışlar. Hadisədən təxminən 10 gün əvvəl Şükran Zərərçəkmiş şəxs da onlarla qalmasını istədiyini demiş, o da razılaşmışdır. Bundan 2 gün sonra Şükranın deməsinə görə, Tural kirayə pulunu verə bilmədiyi üçün çıxıb getmişdir. 25 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində işdən o, evə gəlmişdir. Paltarlarını dəyişdikdən sonra küçədən səs-küy gəldiyini eşitmiş və dərhal həyat yoldaşı Esmira ilə küçəyə çıxmışlar. Turalın yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Bu zaman məhəllədə yaşayan qonşular da orada olmuşdur. Aqşin Turalın qarın qol və kürək nahiyələrindən qan axdığı üçün Turala köməklik etməyə çalışmışdır. Bir neçə dəqiqə sonra təcili tibbi yardım əməkdaşları gəlmiş və Turalı avtomobilə əyləşdirib aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Habil qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 2 ay əvvəldən tanımışdır. Belə ki, Şükran Şahid1 ilə birlikdə onun ünvan 14 ünvanında yerləşən evinin birinci mərtəbəsində kirayə yaşamışdır. Şükran və Aqşin ayrı-ayrılıqda hər biri 50 manat verməklə, ümumilikdə 100 manat müqabilində kirayədə qalmışdır. Onlar demək olar ki, gün ərzində işdə olmuş, yalnız gecədən-gecəyə gəlib yatmışlar. Hadisədən təxminən 10 gün əvvəl Şükran yanında Zərərçəkmiş şəxsla onların qapısını döymüşdür. Şükran, Turalın da onlarla qalmaq istədiyini demiş, o da razılaşmışdır. Bundan 2 gün sonra Şükran yenidən gəlib Turalın evdən getdiyini, kirayə pulunu verə bilmədiyi üçün artıq onlarla qalmayacağını demişdir. 25 oktyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində o, evdə olan zaman Şükran çağırmış və o, aşağı düşmüş, orada Şükranın əsəbi halda olduğunu görmüşdür. Şükran ondan evdə özünün və Turaldan hansının qalmasını istədiyini soruşmuşdur. O da cavabında Şükranı tanıdığını, Turalı tanımadığını, xoşu gəlmirsə Turalın qalmamasını demiş və yuxarı qalxmışdır. Yuxarı qalxan zaman Şükranın, arxasınca da Turalın qapıdan çıxdıqlarını görmüşdür. Təxminən 10 dəqiqə sonra Aqşin evə gəlmiş, bir neçə dəqiqə sonra isə, küçədən səs-küy gəldiyini eşitmişlər, dərhal həyat yoldaşı Altayla küçəyə çıxmışlar və Turalın yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşlər. Bu zaman məhəllədə yaşayan qonşular, Aqşin də orada olmuşdur. Aqşin Turalın qarın, qol və kürək nahiyələrindən qan axdığı üçün Turala köməklik etməyə çalışmışdır. Bir neçə dəqiqə sonra təcili tibbi yardım əməkdaşları gəlmiş və Turalı avtomobilə əyləşdirib aparmışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 25.10.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş Karxanası küçəsi, ev 3, “Tovuz market”in yanıdır, hadisə yerində asfalt örtüyünün üzərində qan və qan izləri vardır. Həmin yerdən 10 metr, 30 metr, 40 metr, 50 metr, 70 metr, 170 metr, 270 metr aralıda qan izləri aşkar edilmiş, izlərin fotoşəkli çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 10- 15). İşdə olan və məhkəmədə tədqiq edilmiş Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin 26.10.2021-ci il tarixli, 080-17121-1221 saylı məktubundan görünür ki, 25.10.2021-ci il tarixdə Zərərçəkmiş şəxs xəsarət yetirmiş xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılaraq istintaq hərəkətlərinin aparılması üçün şəxsiyyət vəsiqəsi ilə birlikdə Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 21-22). İşdə olan və məhkəmədə tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 26.10.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs üstündə gəzdirdiyi açılıb bağlanan bıçaqla Zərərçəkmiş şəxs bir neçə dəfə vurduğunu bildirmişdir (cild 1, iş vərəqi 26). İşdə olan və məhkəmədə tədqiq edilmiş götürmə aparılması haqqında 26.10.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş Karxanası küçəsində Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı 01 ədəd qara rəngli açılıb bağlanan bıçaq sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (cild 1, iş vərəqi 27-29). İşdə olan və məhkəmədə tədqiq edilmiş götürmə aparılması haqqında 03.11.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi törədilən zaman əynində olmuş geyim əşyalarından 1 ədəd köhnə kəsilib-deşilmiş kofta götürülmüşdür (cild 1, iş vərəqi 87-88). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 05.11.2021-ci il tarixli, 838 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər: - ürəyin perikard qişasının zədələnməsi ilə 5-ci qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol ağciyərin aşağı payının, diafraqmanın, mədənin seroz qişasının zədələnmələri ilə müşayiət olunan 7-ci qabırğaarası nahiyədən döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, perietal peritonun zədələnməsi ilə qarının ön divarının sol yarısından qarın boşluğunan nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası (cəmi 3 ədəd ); - döş qəfəsinin sol yarısının arxa divarında 3-cü qabırğaarası nahiyədə 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa divarında 1(bir) ədəd, sol qalça nahiyəsində bir ədəd daxilə nüfuz etməyən, sağ said nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 4 ədəd), ümumilikdə cəmi 7 ədəd. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (alətlərin) ola bilsin, bıçağın təsirindən törənmişlər, törənmə müddəti zərərcəkənin xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 25.10.2021-ci il tarixə uyğun gəlir. Dərəcələrinə görə qeyd olunan xəsarətlərdən daxili orqanların zədələnmələri ilə müşayiət olunan döş qəfəsinin sol yarısından döş və qarın boşluqlarına nüfuz edən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, döş qəfəsinin sol yarısının arxa səthinin, sol qalça nahiyəsinin daxilə nüfuz etməyən 3 (üç) ədəd, sağ said nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yaraları isə ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər (cild 1, iş vərəqi 113-116). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 28.10.2021ci il tarixli, 804 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarət-sağ gözaltı nahiyənin qançırı küt əşyanın təsirindən törənmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqi 78-80). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 06.12.2021-ci il tarixli, 877/2021-MTBŞ saylı rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs qan qrupu təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən – 0(1).
2. Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş boz rəngli sviter və qara rəngli bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda 0(1) qrupunu xarakterizə edən yalnız H antigeni alındı. Beləliklə, bu qan 0(1) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 151-155). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 08.12.2021-ci il tarixli, 763/2021-MTKŞ saylı rəyindən görünür ki: İ.1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa hissəsinin sol-orta nahiyəsində dörd ədəd, köynəyin ön hissəsinin sol qoltuqaltı nahiyəsində iki ədəd və köynəyin ön hissəsinin sol-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur.
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin sağ qolunun aşağı nahiyəsində bir ədəd zədə kombinə olunmuş aşkar edildi. Bu zədə əvvəlcə hərhansı bir kəsici kənara malik alətin təsirindən kəsilmiş, sonra isə dartılaraq cırılmışdır.
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sol çiyin nahiyəsində bir ədəd və köynəyin sol qoltuqaltı nahiyəsində bir ədəd məhdud sökülmələr aşkar olundu. Bu sökülmələr küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyələrinin gərilibdartılması nəticəsində yaranmışlar. İİ.1. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir düzəliş və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqi 156-160). İşdə olan və məhkəmədə tədqiq edilmiş ambulaor məhkəmə psixiatrik ekspertizanın 04.12.2021-ci il tarixli, 2877 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası СМ-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 177-179). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 08.02.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov rayon prokurorluğunun maddi sübut otağında saxlanılmışdır (cild 2, iş vərəqi 19-37). İşdə olan 05.11.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 90). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 103-104). İşdə olan Zərdab RİHB-nın Şıxbağı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs və ailə üzvləri qonşuları ilə mülayim davranır, həmişə birgə yaşayış qaydalarına riayət edirlər, onun və ailə üzvlərinin pis vərdişləri yoxdur. Təqsirləndirilən şəxs və ailə üzvləri barədə nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamışdır (cild 1, iş vərəqi 149-150). İşdə olan Təqsirləndirilən şəxs 04.12.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, heç bir şikayəti və tələbi yoxdur (cild 1, iş vərəqi 163). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 2-4-cü bəndlərində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 3-cü bəndinin 2-ci abzasında göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədinin sonunucunu öldürmək deyil, qorxutmaq olması barədə məhkəmədə verdiyi ifadəsinə həmin ifadə işin hallarına və iş üzrə toplanmış sübutlara uyğun gəlmədiyinə görə məhkəmə tənqidi yanaşır, həmin ifadəni qəbul etmir və hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi özünü ağır cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Belə ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hadisə yerinə bıçaq əldə edərək hazır getməsi, zərərçəkmiş şəxsə qəflətən hücum edərək xaotik hərəkətlərlə sonuncunun bədəninin müxtəlif hissələrinə çoxsaylı bıçaq zərbələri vurması, xəsarətlərdən bir neçəsinin həyat üçün mühüm orqana yetirilməsi, habelə hadisədən dərhal sonra Şahid1 zəng edərək zərərçəkmiş şəxsi öldürməsini bildirməsi onu göstərir ki, təqsirləndirilən şəxsin niyyəti məhz zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmək olmuşdur. Lakin zərərçəkmiş şəxsin hadisə yerindən uzaqlaşması və xəstəxanaya çatdırılaraq vaxtında tibbi yardım göstərilməsi təqsirləndirilən şəxsi əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdırmağa mane olmuşdur. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara məhkəmə müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi kifayət qədər sübuta yetirilir, o, həmin cinayət əməlini törətməkdə təqsirlidir, bu əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, cavan olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2012-ci il tarixli qərarına əsasən, cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması, hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması hallarını Konstitusiya Məhkəməsinin Plenumu şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir. Həmin qərarın nəticə hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş könüllü gəlib təqsirini boynuna alması, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək qəsdən adam öldürməyə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə cəhd etdiyinə görə həmin maddə ilə ona təyin ediləcək cəzanın müddəti həmin maddədə başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il Qərarının 9-cu bəndinin 3-cü abzasında qeyd olunub ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 28 oktyabr 2021-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 45, 75-77). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 26 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon prokurorluğunun maddi sübut otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon prokurorluğunun maddi sübut otağında saxlanılan X2 məxsus bir ədəd köynək və Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq məhv edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.