Məhkəmə qərarları › İş №1(101)-765/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-765/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-765/2023 18.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 17:20-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1975-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Astara şəhəri, S.Vurğun küçəsi ev 327-də qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq 24 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,292 qram, 0,703 qram, 0,394 qram, 0,327 qram, 0,409 qram, 0,630 qram, 0,532 qram, 0,163 qram, 0,542 qram, 0,140 qram, 0,455 qram, 0,367 qram, 0,428, 0,243 qram, 0,147 qram, 0,340 qram, 0,322 qram, 0,094 qram, 0,036 qram, 0,351 qram, 0,520 qram, 0,615 qram, 0,313 qram, 0,074 ümumi təmiz çəkisi 8,437 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini və üzərlərində «Methadone 40» göstəriciləri olan təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 0,2 qram təşkil edən blister kəsiklərində 5 ədəd açıq-qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həblərini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi 90 saylı orta məktəbin qarşısına qədər daşımış, 15 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində qeyd olunan ünvanda şübhəli olduğuna görə Sabunçu RPİ PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd yaşıl rəngli plastik qabın içərisindən 24 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,292 qram, 0,703 qram, 0,394 qram, 0,327 qram, 0,409 qram, 0,630 qram, 0,532 qram, 0,163 qram, 0,542 qram, 0,140 qram, 0,455 qram, 0,367 qram, 0,428, 0,243 qram, 0,147 qram, 0,340 qram, 0,322 qram, 0,094 qram, 0,036 qram, 0,351 qram, 0,520 qram, 0,615 qram, 0,313 qram, 0,074 ümumi təmiz çəkisi 8,437 qram tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərlərində «Methadone 40» göstəriciləri olan təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 0,2 qram təşkil edən blister kəsiklərində 5 ədəd açıq- qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, polis əməkdaşları 15 sentyabr 2022-ci il tarixdə axşam saat 1-də onu evinin qabağında saxlamış və bölməyə aparmışlar. Onun üzərində 5 ədəd metadon tableti və 8 büküm heroin olmuşdur. 15 sentyabrda Sabunçu rayonuna qoyulmuş qutunun içərisində olan şəxsi istifadəsi üçün 300 manata 8 büküm heroin və 5 ədəd metadon həbi almışdır. Narkotik vasitə istifaçisi olduğundan, Razində fəhlə işlədiyi üçün 15 gündən bir narkotik vasitə almışdır. Buna görə də, artıq miqdarda aldığını bildirərək, narkotik vasitəni İrandan zakladka vasitəsilə almışdır. İttiham aktında olan 24 büküm heroin yanlış olmuş, hərəsi 1 qram olmaqla cəmi 8 büküm heroin olmuşdur. O, İstintaq zamanı ifadə vermədiyni, sadəcə müstəntiqin göstərdiyi sənədlərə imza etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, xidmət etdiyi inzibati ərazi Sabunçu RPİ-nin 12-ci PŞ-nin xidməti ərazisidir. 15 sentyabr 2022-cİ il tarixdə saat 01 radələrində həmkarı Şahid1 ilə bərabər Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi 90 saylı məktəbin qarşısında xidmətdə olduqları zaman həmin məktəbin yaxınlığından keçən şəxsin onları görərək özünü şübhəli aparıb olduqları yerdən iti yerişlə aralanmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsdən anket məlumatlarını soruşduqda həmin şəxs suallardan yayınaraq suallara qeyri dəqiq cavab verməklə onlardan yayınmağa cəhd etdiyini görüb onun narkotik təsir altında olmasına dair şübhələri yarandığından onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Tərəflərindən saxlanılan şəxs sonradan anket məlumatları onlara məlum olan X2 polis şöbəsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis şöbəsində tərəflərindən narkotik vasitələrin qəbulunda və saxlanılmasında şübhəli bilinən polis şöbəsinə gətirilmiş X2 üzərinə onun və iş yoldaşının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis şöbəsinə gətirilmiş Telman Abıyevə üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Telman Abıyev əynində olan boz rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd yaşıl rəngli plastik qabın içərisinə qablaşdırılmış vəziyyətdə ayrı-ayrı bükümlərə bükülmüş maddə və həbləri təqdim edərək bildirmişdir ki, həmin bükümlərin içərisində olan maddə narkotik vasitə və metadon həbləridir. Həmin maddələri özü üçün qəbul etmək məqsədi ilə sosial şəbəkə vasitəsi ilə tanış olduğu, adını, mobil telefonunu, anket məlumatlarını dəqiq bilmədiyi, tanımadığı İran İslam Respublikasının vətəndaşı olaraq bildiyi şəxsdən 300 manata alaraq üzərində saxlamışdır. Telman Abıyevdən aşkar olunmuş narkotik vasitəyə oxşar maddə və həblər maddə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o və şəxsi axtarışda iştirak etmiş X6 imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, hazırda Sabunçu rayon Polis İdarəsinin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. Xidmət etdiyi inzibati ərazi Sabunçu RPİ-nin 12-ci PŞ-nin xidməti ərazisidir. 15 sentyabr 2022-cİ il tarixdə saat 01 radələrində həmkarı Şahid2lə bərabər Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi 90 saylı məktəbin qarşısında xidmətdə olduqları zaman həmin məktəbin yaxınlığından keçən şəxsin onları görərək özünü şübhəli aparıb olduqları yerdən iti yerişlə aralanmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsdən anket məlumatlarını soruşduqda həmin şəxs suallardan yayınaraq suallara qeyri dəqiq cavab verməklə onlardan yayınmağa cəhd etdiyini görüb onun narkotik təsir altında olmasına dair şübhələri yarandığından onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Tərəflərindən saxlanılan şəxs sonradan anket məlumatları onlara məlum olan X2 polis şöbəsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis şöbəsində tərəflərindən narkotik vasitələrin qəbulunda və saxlanılmasında şübhəli bilinən polis şöbəsinə gətirilmiş X2 üzərinə onun və iş yoldaşının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis şöbəsinə gətirilmiş Telman Abıyevə üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edilmişdir. Telman Abıyev əynində olan boz rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd yaşıl rəngli plastik qabın içərisinə qabşlaşdırılmış vəziyyətdə ayrı-ayrı bükümlərə bükülmüş maddə və həbləri təqdim edərək bildirmişdir ki, həmin bükümlərin içərisində olan maddə narkotik vasitə və metadon həbləridir. Həmin maddələri özü üçün qəbul etmək məqsədi ilə sosial şəbəkə vasitəsi ilə tanış olduğu, adını, mobil telefonunu, anket məlumatlarını dəqiq bilmədiyi, tanımadığı İran İslam Respublikasının vətəndaşı olaraq bildiyi şəxsdən 300 manata alaraq üzərində saxlamışdır. Telman Abıyevdən aşkar olunmuş narkotik vasitəyə oxşar maddə və həblər onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o və şəxsi axtarışda iştirak etmiş X6 imza etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5219 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...vət. X2 üzərindən...” sözləri olan paketdəki 24 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,292 qram, 0,703 qram, 0,394 qram, 0,327 qram, 0,409 qram, 0,630 qram, 0,532 qram, 0,163 qram, 0,542 qram, 0,140 qram, 0,455 qram, 0,367 qram, 0,428, 0,243 qram, 0,147 qram, 0,340 qram, 0,322 qram, 0,094 qram, 0,036 qram, 0,351 qram, 0,520 qram, 0,615 qram, 0,313 qram, 0,074 ümumi təmiz çəkisi 8,437 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 20 ədəd bükümdə ümumi təmiz çəkisi 2,377 qram olan ağ rəngli maddələrin tərkiblərində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilmədi. Üzərilərində “Methadone 40" göstəriciləri olan blister kəsiklərində 5 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi: 8,437 qram, tədqiqata sərf edildi: 0,100 qram, qalıq: 8,337 qram. Metadon həbləri- həblərin sayı: 5 ədəd həb, tədqiqata sərf edildi: 1 ədəd həb, qalıq: 4 ədəd həb. Ağ rəngli maddənin ümumi təmiz çəkisi: 2,377 qram, tədqiqata sərf edildi: 0,100 qram, qalıq: 2,277 qram. (iş vərəqə 33-39) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 X10-narkoloji X5 24.09. 2022-ci il tarixli 5472 №-li rəyindən görünür ki, X3 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 106-107) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, 15 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi 90 saylı orta məktəbin qarşısında narkotik vasitələrin saxlanılmasında və qəbulunda şübhəli olduğuna görə saxlanılmış X2 üzərinə video çəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış X2 əynində olan boz rəngli idman şalvarın sağ yan cibində saxladığı bir ədəd yaşıl rəngli plastik qabın içərisinə qabşlaşdırılmış vəziyyətdə narkotik vasitə heroin və metadon həbləri aşkar olunuraq götürülmüşdür. (iş vərəqə 24-25) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, X2 barəsində şəxsi axtarışın aparılması “Panasonic” markalı video kamerası vasitəsi ilə videoçəkiliş aparılaq 1 ədəd DVD diskinə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimində üç nəfər şəxs və mülki geyimdə olan bir nəfər şəxs görüntüyə gəlir. Polis leytenantı xüsusi geyimində olan şəxs özünü 12-ci PŞ-nin təhqiqatçısı Ayxan Səfərov kimi təqdim edir və Sabunçu RPİ PPXB-nün əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən polis şöbəsi gətirilmiş X2 üzərinə 15 sentyabr 2022-ci il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Sabunçu RPİ PPXB-nün əməkdaşları Şahid2, Şahid1 və saxlanılan X6 iştirak edir. X8 polis şöbəsinə gətirilmiş X4 üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. X6 boz rəngli idman şalvarın sağ yan cibində saxladığı bir ədəd yaşıl rəngli plastik qabın içərisinə qabşlaşdırılmış vəziyyətdə ayrı-ayrı bükümlərə bükülmüş maddə və həbləri təqdim edərək bildirir ki, həmin bükümlərin içərisində narkotik vasitə və metadon həbləridir. Təhqiqatçı həmin maddələri qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və bükümlər zərfə qoyulur. Zərf möhürlənir. Bundan sonra Telman Abıyevin üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Telman Abıyevin üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilmir. Telman Abıyeva ondan aşkar olunmuş maddələr barədə suallar verildikdə həmin maddələri özü üçün qəbul etmək və bir qismini satmaq məqsədi ilə adını, anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsdən 300 manata əldə etməsini bildirir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vərəqə 53-54) İş materiallarında olan AR DİN Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 074-23505 saylı məktubdan görünür ki, X2 narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, Telman Abıyevin narkotik vasitəni konkret olaraq kimə satması və ya ondan narkotik vasitə almış şəxslər barədə məlumatların əldə edilməsi, həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. (iş vərəqə 98) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X2 əldə etmiş olduğu 8,437 qram narkotik vasitə heroin (ekspertiza tədqiqatından sonra qalıq 8,337 qram) və 5 ədəd metadon həbi (ekspertiza tədqiqatından sonra qalıq 4 ədəd həb) cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (iş vərəqə 118) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X2 üzərindən 20 ədəd bükümdə ümumi təmiz çəkisi 2,377 qram olan ağ rəngli maddələrin tərkiblərində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri olmadığından həmin xüsusatla bağlı cinayət təqibinin başlanması rədd edilmişdir. (iş vərəqə 110-116) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X2 əldə etmiş olduğu 8,437 qram narkotik vasitə heroin (ekspertiza tədqiqatından sonra qalıq 8,337 qram) və 5 ədəd metadon həbi (ekspertiza tədqiqatından sonra qalıq 4 ədəd həb) cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (iş vərəqə 110-116) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X2 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (iş vərəqə 110-116) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X2 məhkəmədə özünü qismən təqsirli bilməsi, üzərində 5 ədəd metadon həbi və hərəsi 1 qram olmaqla 8 büküm narkotik vasitə heroin olması, narkotik vasitələrin satışı ilə məşğul olmaması, xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-də üzərində şəxsi axtarış aparılarkən, özünü itirdiyindən üzərindən aşkar olunmuş narkotik vasitənin bir qismini satmaq məqsədilə əldə etdiyini bildirməsi ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi, ibtidai istintaq zamanı özünün etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “şəxsi axtarış və götürmə aparılması barədə” və “baxış keçirilməsi barədə” protokollar və digər sübutlarla da tam sübut olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı X6 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət olar ki, narkotik vasitə qəbul edir. Hal-hazırda bədənində olan ağrıları yumşaltmaq üçün narkotik vasitə olan heroindən, psixlotrop maddə metamfetamindən, metadon həblərindən istifadə edir. Narkotik vasitə olan heroini, psixotrop maddə metamfetamini qəbul etmək üçün tanımadığı şəxslərdən alır. Təxminən iki ay bundan əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı Fərid kimi təqdim etmiş şəxs onun verəcəyi pulun müqabilində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin təşkil edə biləcəyini bildirmişdir. O da Fəridlə razılaşmışdır. O, ona özünü Fərid kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı ilə onun istifadə etdiyi yadında qalmayan telefon nömrəsi ilə özünün istifadə etdiyi ***-***- **-** nömrəsi ilə vatsap vasitəsi ilə əlaqə saxlayıb özünün istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəmişdir. Fərid onun göndərdiyi hesab nömrəsinə 300 manat pul köçürməsini və istədiyi narkotik vasitələri qoyulacaq yeri ona deyəcəyini bildirmişdir. O da 14 sentyabr 2022-ci il tarixdə Fəridin ona göndərdiyi hesab nömrəsinə marketdə ödəmə aparatı vasitə ilə 300 manat pul göndərmişdir. Fərid ona vatsapla yazaraq göndərdiyi narkotik vasitələri bir neçə saatdan sonra Sabunçu dairəsinin yaxınlığında keçidin altında yaşıl rəngli plastik qabdan götürə biləcəyini bildirmişdir. Həmin günü saat təxminən 23 radələrində Fəridin ona bildirdiyi ünvana gedib həmin yerdə qoyulmuş bir ədəd yaşıl qabın içərisinə qablaşdırılmış Fəridin deməsinə görə içərisində narkotik vasitələr götürmüşdür. 15 sentyabr 2022-ci il tarixdə saat təxminən 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi 90 saylı orta məktəbin yaxınlığında küçə ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istəyib hərəkətlərindən şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. PŞ-də olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt üzərində narkotik vasitə olduğundan üzərinə şəxsi axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir ki, vəkil üzərindən narkotik vasitələrin aşkar olunmasını özü gözü ilə görməsin ki, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bununla bağlı olaraq vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməməyilə bağlı ərizə vermişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-nin xidməti otaqların birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməyini təklif etdikdə artıq üzərində olan narkotik vasitələri polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb üzərində narkotik vasitələrin olmasını polis əməkdaşlarına bildirmişdir. O, üzərində saxladığı bir ədəd yaşıl rəngli plastik qabın içərisinə qablaşdırılmış vəziyyətdə ayrı-ayrı bükümlərə bükülmüş narkotik vasitələri təqdim edərək bildirmişdir ki, həmin bükümlərin içərisində olan narkotik vasitələrdir. Həmin maddələri özü üçün qəbul etmək məqsədi ilə adını, dəqiq anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı olaraq bildiyi Fərid adlı şəxsdən 300 manata alaraq üzərində saxlamışdır. Onun üzərindən aşkar olunmuş maddələr ekspertiza tədqiqatına təqdim olunması üçün polis əməkdaşları tərəfindən videoçəkiliş apanlmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir. Polis şöbəsinin xidməti otağında üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir. Onun narkotik vasitələri əldə etməkdə məqsədi həmin maddələri qəbul etməklə bağlı olmuşdur. Narkotik vasitələri əldə etdiyi şəxsi görməmiş, onunla vatsapla əlaqə saxlamışdır. Ona özünü İran islam Respublikasının vətəndaşı olmaqla adını Fərid olaraq bildirmişdir. O, Fəridin göndərdiyi yadında qalmayan hesab nömrəsinə 300 manat pul göndərdikdən sonra onun bildirdiyi ünvana gedib həmin yerdən narkotik vasitə olan heroin və metadon həblərini götürmüşdür. Onun narkotik vasitə olan heroini əldə etməkdə məqsədi həmin maddələrin qəbul etməklə bağlı olmuşdur. O, narkotik maddə heroini əldə edərkən heroinin 24 ədəd bükümdə olmasını əvvəlcədən bilməmişdir. Heroinin çox bükümdə olmasını polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə polis şöbəsində şəxsi axtarış aparılması zamanı ona məlum olmuşdur. Həmin narkotik vasitənin bükümlərə bölünməsini əvvəlcədən razılaşmamışdır. Narkotik vasitələri həmin şəxsdən birinci dəfə idi ki, almışdır. Ondan aşkar olunmuş narkotik vasitələri satmaq niyyəti olmamışdır, həmin maddələri özü qəbul edəcəkdir.(iş vərəqə 65-70) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. X1 götürülmüş 24 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,292 qram, 0,703 qram, 0,394 qram, 0,327 qram, 0,409 qram, 0,630 qram, 0,532 qram, 0,163 qram, 0,542 qram, 0,140 qram, 0,455 qram, 0,367 qram, 0,428, 0,243 qram, 0,147 qram, 0,340 qram, 0,322 qram, 0,094 qram, 0,036 qram, 0,351 qram, 0,520 qram, 0,615 qram, 0,313 qram, 0,074 ümumi təmiz çəkisi 8,437 qram tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərlərində «Methadone 40» göstəriciləri olan təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 0,2 qram təşkil edən blister kəsiklərində 5 ədəd açıq- qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həbləri həbləri 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, iş materiallarında olan, xx.xx.2022-ci il tarixli X2 Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin təhqiqatçısı, polis-leytenantı X7 verdiyi izahatından görünür ki, X6 2 ilə yaxındır ki, narkotik vasitə istifadə etdiyini və 1 aya yaxındır ki, maddi vəziyyətinin zəif olduğu üçün narkotik vasitələrin satışı ilə məşğul olduğunu, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində İran vətəndaşından 300 manat müqabilində əldə etdiyi narkotik maddələrin bir qismini şəxsi istifadəsi, bir qismini satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. (iş vərəqə 26-27) Habelə, ibtidai istintaq zamanı tərtib olunmuş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokolundan və X2 barəsində şəxsi axtarış zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD diskinə köçürülmüş görüntüyə məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən edildi ki, X6 üzərindən aşkar olunan 24 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,292 qram, 0,703 qram, 0,394 qram, 0,327 qram, 0,409 qram, 0,630 qram, 0,532 qram, 0,163 qram, 0,542 qram, 0,140 qram, 0,455 qram, 0,367 qram, 0,428, 0,243 qram, 0,147 qram, 0,340 qram, 0,322 qram, 0,094 qram, 0,036 qram, 0,351 qram, 0,520 qram, 0,615 qram, 0,313 qram, 0,074 ümumi təmiz çəkisi 8,437 qram tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və üzərlərində «Methadone 40» göstəriciləri olan təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 0,2 qram təşkil edən blister kəsiklərində 5 ədəd açıq- qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həbləri həblərini həm şəxsi istifadəsi üçün və bir qismini də satmaq məqsədi əldə etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs X2 törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, X6 məhkumluğu olmayan şəxsdir. ( iş vərəqə 92-93) Odur ki, X2 əməlində cinayətlərin residivi halı müəyyən olunmur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, X2 cəzasını yüngülləşdirən və CM-nin 61.1.1-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, X2 barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X2 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(008)-790/2022 saylı qərarından görünür ki, X6 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 12, 81-84) Odur ki, X2 cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 24.09. 2022-ci il tarixli 5472 №-li rəyinə əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 81 (səksən bir) manat pul vəsaiti X1 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş X2 əldə etmiş olduğu 8,437 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq 8,337 qram heroin və 5 ədəd metadon həbinin ekspertiza tədqiqatından sonra qalıq 4 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, X2 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə X2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, o, 05 il 06 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X2 cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablansın. X6 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş X2 əldə etmiş olduğu ekspertiza tədqiqatından sonra qalıq 8,337 qram heroin və ekspertiza tədqiqatından sonra qalıq qalan 4 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, X2 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri- ekspertiza xərcinin dəyərini təşkil edən 81 (səksən bir) manat pul vəsaiti X1 tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə X2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza: Əhməd Quliyev hakimlər: imza: Telman Hüseynov imza: Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar