Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-765/2024 07.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X4 və X6, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 25 avqust 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamış və daşımışdır. Belə ki, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 7,223 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 31 yanvar 2023-cü il tarixdə saat 11:00-da Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşlarının Suraxanı RPİ-nin NMB-nin əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 4 ünvanının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nə aparılaraq orada hal şahidlərinin iştirakları ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarının qabaq sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 3,870 qram və 3,353 qram, külli miqdarda ümumi təmiz çəkisi 7,223 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Suraxanı rayonu ərazisində televizor və kamera ustası işləyirdi. Əvvəllər bir neçə dəfə polis idarəsində və polis bölmələrində televizorları və kameraları təmir etmişdir. 30 yanvar 2023-cü il tarixdə Nərimanov rayonu ərazisində olan obyektlərin birində işləyərkən yaşadığı ərazinin sahə rəisi ona zəng edərək Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinin otağında olan televizorun xarab olduğunu və buna görə də 1 saat ərzində PB-nə gəlməli olduğunu bildirmişdir. O da həmin şəxsə hazırda başqa ərazidə işlədiyini, ora gəlməyinin uzun çəkəcəyini bildirib axşam saatlarında gələ biləcəyini demişdir. Sahə rəisi də ona saat 19:00 radələrində polis bölməsinə gəlməli olduğunu bildirərək polis bölməsinə gəldikdə mütləq ona xəbər etməyini demişdir. O, saat 21:00 radələrində polis bölməsinə gəlib sahə rəisinə zəng etdikdə zənginə cavab verməmişdir. Bölməyə gəlib növbətçi hissədəki əməkdaşdan rəisə gəldiyini bildirməsini xahiş etmiş, o da rəislə danışıb ona səhər saatlarında polis bölməsinə gəlməyini demişdir. Səhərisi gün, yəni 31 yanvar 2023-cü il tarixdə saat 11:00 radələrində “ürək çatışmazlığı” olduğundan öz köməkçisiylə birlikdə polis bölməsinə televizor düzəltməyə getmişdir. Belə ki, polis bölməsinə yaxınlaşıb televizor düzəltmək üçün gəldiyini dedikdə, təhqiqatçının yanına getməli olduğunu bildirmişlər. Təhqiqatçı ilə danışdıqda gözləməli olduğunu demişdir. Həmin vaxt köməkçisiylə birlikdə köməkçisinin avtomobilində gözləmişlər. Bu zaman polis əməkdaşlarından biri onları polis bölməsinə çağıraraq köməkçisinin bayırda gözləməli olduğunu, onun isə otaqların birində əyləşməyini bildirmişdir. Bundan sonra otağa daxil olduqda polis əməkdaşı onu sorğu-sual etməyə başlayaraq ona bir nəfərin şəklini göstərmişdir. O, polis əməkdaşına həmin şəxsi qiyabən tanıdığını, lakin şəxsi tanışlığının olmadığını bildirmişdir. Həmin şəxsi 1 gün əvvəl də ondan soruşmuşlar, lakin həmin zaman onu tanımamışdır. Daha sonra onu rəisin otağına aparmışlar. Otağa daxil olan kimi rəis ondan tapançanı haradan aldığını soruşmuşdur. O isə tapançanı sadəcə şəkillərdə gördüyünü, heç hərbi xidmətdə belə olmadığını bildirmişdir. Bundan sonra onu başqa otağa apararaq üzərinə vizual baxış keçirib getmişlər. Daha sonra onu başqa otağa aparmışlar, bu zaman polis əməkdaşlarından başqa 2 nəfər cavan oğlanın da otaqda olduğunu görmüşdür. Masanın üzərində olan 2 büküm narkotik vasitənin ona məxsus olduğunu desələr də, o, həmin bükümlərin ona məxsus olmadığını və heç bir zaman bu barədə ifadə verməyəcəyini bildirmişdir. Otaqda olan 1 nəfər polis əməkdaşının əlində videokamera olsa da, həmin görüntüləri qeydə alıb-almadığını bilməmişdir. İbtidai istinaq zamanı ifadə verməmiş və heç bir sənədə də imza etməmişdir. Müstəntiq yeni vəkili ona təqdim edən zaman ondan niyə qanunsuz ittiham irəli sürüldüyünü soruşduqda, vəkil ona narkotik vasitələrlə əlaqəsinin olmadığını bildirmişdir. Öz ayağıyla polis bölməsinə gəlmiş, üzərində narkotik vasitə olmamışdır. Köməkçisinə növbətçi hissəsinin qarşısında gözləməli olduğunu demişlər. Ona şəklini göstərdikləri şəxsi də polis bölməsində görmüş, həmin şəxsin adı Ümidvar idi. Heç bir dini təşkilatın üzvü deyil, heç bir dini məzhəbə qulluq etmir, bütün bunlara baxmayaraq onu dini əqidəsiylə bağlı saxlamışlar. 30 yanvar 2023-cü il tarixdə günorta saatlarında onun istifadəsində ***-***-**-** saylı mobil nömrəyə sahə rəisi “Eyyub” adlı şəxs zəng edib polis bölməsinə dəvət etmişdir. 30 yanvar 2023-cü tarixdə polis bölməsinə gəlib Eyyuba zəng etsə də, telefonuna cavab verməmişdir. Eyyub adlı şəxsin telefon nömrəsini xatırlamır. Rəisin işi olduğu üçün ona səhər gəlməli olduğunu bildirmişlər. Əvvəllər Eyyubun evində də işləmişdir. 31 yanvar 2023-cü il tarixdə polis bölməsinə gedərkən heç kimə zəng etməmişdir. Polis bölməsində ilk dəfə onu sorğu-sual edən əməkdaşı tanımır. Eyyub yanvarın 30-da yaşadığı evə zəng edib anasıyla danışmışdır. Köməkçisinin adı Fəriddir. Onun evi ilə polis bölməsinin arasında 7 dəqiqəlik məsafə vardır. Fəridə 31 yanvar 2023-cü il tarixdə səhər saat 10:00 radələrində zəng edib polis bölməsində iş görəcəyini və alətlər çantasını daşımaq üçün ona kömək etməsini bildirmişdir. Fərid onu avtomobillə götürüb polis bölməsinə gətirmişdir. Polis bölməsinin növbətçi hissəsində müşahidə kameralı vardı. 31 yanvar 2023-cü il tarixdə saat 11:00-da polis bölməsində olmuşdur. Narkotik vasitələrin üzərindən aşkar olunduğunu deməyini bildirsələr də, onlarla razılaşmamışdır. Üzərində şəxsi axtarış keçirilməmiş, videokamera vasitəsilə çəkiliş olub-olmadığını bilmir. Şəxsi axtarış zamanı yanında vəkil olmamış, vəkil şəxsi axtarışdan sonra ona təqdim edilmişdir. İbtidai istintaq zamanı müstəntiq ona ifadə verməyi təklif etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 Abidin oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. 31 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 4 ünvanının qarşısında xarici əlamətlərindən Ruslan adlı şəxsə bənzəyən vətəndaşa yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, gəzdirilməsində və satışında şübhəli olduğundan üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib onlarla birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə getməli olduğunu demişlər. Polis bölməsinə getdikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Özünün müdafiəçi tutmağa maddi imkanı olmadığını bildirdiyindən onun hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra onların və 2 nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində qanunsuz əldə edilmiş hər hansı bir əşya və ya narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibindən içərisində qəhvəyi rəngli kütlə olduğu görünən 2 ədəd şəffaf sellofan bükümləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdəki kütlələrin nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda, o, aşkar edilmiş 2 bükümün ona məxsus olmadığını və bükümlərin içərisindəki kütlənin nə olması barədə məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 2 ədəd şəffaf sellofan bükümləri təhqiqatçı tərəfindən götürülərək 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Əməliyyat məlumatı narkotik vasitələrin gəzdirilməsi və satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin dairəsi müəyyən edilməmişdir. 31 yanvar 2023-cü səhər saatlarında əməliyyat məlumat daxil olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs barəsində olmuşdur. Əməliyyat qrupu yaradıldıqdan sonra Suraxanı rayonu, Əmircan qəsəbəsində binanın qarşısında Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq saxlamışlar. Təqsirləndirilən şəxs saxlayarkən onun üzərində və ya Təqsirləndirilən şəxs üzərində mobil telefon olub-olmamasını xatırlamır. Hal şahidləri Təqsirləndirilən şəxs saxlayarkən ətrafda olan şəxslər olmuş və buna görə də onları polis bölməsinə dəvət etmişlər. Hal şahidlərinə ya o, ya da Səyavuş yaxınlışıb şəxsi axtarışda iştirak etməyi təklif etmişlər. Hal şahidlərini əvvəllər tanımamışdır. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə təhqiqatçı tərəfindən aşkar edilmiş, o, həmin narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaxınlaşdıqda onlara qarşı qeyri-səmimi davrandığından hal şahidlərini də polis bölməsinə dəvət etmişlər. Şəxsi axtarış ya videoçəkiliş aparılmaqla, ya da şəxsi axtarışın fotoşəkili çəkilərək keçirilmişdir. Şəxsi axtarışda o, Səyavuş, 2 nəfər hal şahidi və təhqiqatçı iştirak etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şəxsi axtarışın videoçəkilişini kim tərəfindən qeydə alındığını xatırlamır. X7 tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişin nə qədər müddət davam etdiyini xatırlamır. Hadisənin üzərindən uzun müddət keçdiyindən və analoji işlərin çoxluğu ilə əlaqədar bəzi halları xatırlamır, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təhqiqatçı tərəfindən dövlət hesabına vəkil dəvət edilmişdir. Şəxsi axtarış zamanı vəkilin iştirak edib-etmədiyini xatırlamır. Vəkilin kişi və ya qadın olmasını xatırlamır. Təqsirləndirilən şəxs tərəfindən şəxsi axtarış zamanı vəkilin iştirakından imtina etməsi barədə ərizənin yazılıb-yazılmadığını xatırlamır. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Abidin oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. 31 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 11:00 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 4 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, saxlanılmasında, daşımasında və satışında şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə getməli olduğunu demişlər. Polis Bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçı, polis kapitanı Akşin Vəliyev tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Özünün müdafiəçi tutmağa maddi imkanı olmadığını bildirdiyindən onun hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra onların və iki nəfər hal şahidinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunsuz əldə edilmiş hər hansı bir əşya, və ya narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və əynində olan göy rəngli, cins şalvarın qabaq sağ cibindən içərilərində qəhvəyi rəngli kütlə olduğu görünən 2 ədəd şəffaf sellofan bükümlərini aşkar edilmişdir. Ondan həmin bükümlərdəki kütlələrin nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs aşkar edilmiş 2 bükümün ona məxsus olmadığını və bükümlərin içərisindəki kütlənin nə olması barədə məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərilərində qəhvəyi rəngli kütlə olan iki ədəd şəffaf sellofan bükümləri təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır (cild 1, iş vərəqə 62-64). Şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, şahid X5 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 66-68). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə saat 12-13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin yaxınlığından keçdiyi vaxt bir nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqəsi ilə özünü təqdim edərək, Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşı olduğunu bildirib, bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyi ilə əlaqədar ona həmin şəxsi axtarışda hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. O da polis əməkdaşına etiraz etməyərək, onunla birlikdə polis bölməsinə getmişdir. Həmin vaxt polis bölməsində ondan başqa tanımadığı digər bir şəxs də hal şahidi kimi dəvət olunmuşdur. Onlara hal şahidinin hüqüq və vəzifələri izah edilmişdir. Otaqda bir nəfər əvvəllər tanımadığı şəxs oturmuşmuş. Onlara həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu və onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Sonra onların və polis əməkdaşlarının iştirakı ilə polis təhqiqatçısı tərəfindən hüquqları izah edilən Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əldə edilmiş hər hansı bir maddə-əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən içərilərində qəhvəyi rəngli kütlə olduğu görünən 2 ədəd şəffaf sellofan bükümlərini aşkar edilmişdir. Ondan həmin bükümlərdəki kütlələrin nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs ondan aşkar edilmiş bükümlərin ona məxsus olmadığını və bükümlərin içərisindəki kütlənin nə olması barədə məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərilərində qəhvəyi rəngli kütlə olan 2 ədəd şəffaf sellofan bükümləri təhqiqatçı tərəfindən götürülərək 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri onların və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir.Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən heç bir zor tətbiq olunmamış, təzyiq göstərilməmişdir (cild 1, iş vərəqə 70-72). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 74-76). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində iki nəfər hal şahidi və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir maddə-əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən içərilərində qəhvəyi rəngli kütlə olduğu görünən 2 ədəd şəffaf sellofan bükümləri aşkar edilmişdir. Ondan həmin bükümlərdəki kütlələrin nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs ondan aşkar edilmiş bükümlərin ona məxsus olmadığını və bükümlərin içərisindəki kütlənin nə olması barədə məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərilərində qəhvəyi rəngli kütlə olan 2 ədəd şəffaf sellofan bükümləri təhqiqatçı tərəfindən götürülərək 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri hal şahidləri və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir (cild 1, iş vərəqə 34-36). Cinayət işinin materillarında olan “axtarış aparılması haqqında” 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 4 ünvanında axtarış aparılmışdır. Mənzil bina evində yerləşir, dört otaqdan, 1 mətbəx və 1 hamam ibarətdir. Qonaq otağına daxil olduqda 1 ədəd ərəb-fars qrafikası ilə olan kitab, digər otaqlara baxdıqda ümumi olaraq 9 ədəd ərəb-fars qrafikası ilə olan kitab, 1 ədəd disk, 2 ədəd bayraq, 2 ədəd fotoşəkil və SSRİ-ə aid pul əskinazları götürüldü. Axtarış zaman qeyd olunanlardan başqa əşya və predmet aşkar olunmamışdır (cild 1, iş vərəqə 131). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 26 fevral 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış və götürmə həyata keçirilməsindən əvvəlcə mənzildə olan şəxslərə həmin ünvanda axtarış və götürmə aparılması barədə məhkəmə qərarının elan edilməsi, bundan sonra həmin şəxslərin icazəsi ilə mənzildə axtarış istintaq hərəkətinin başlanması, evin dörd otaqdan ibarət olduğu müəyyən edilməsi, otaqlarda olan əşyaların yoxlanılması, evə olan kitab və əşyaların arasından 11 ədəd dini kitab, 1 ədəd CD disk, 7 ədəd İran islam Respublikasına aid pul əskinazları, 2 ədəd bayraq və 2 ədəd fotoşəkilin götürülərək, sellofan torbada müvafiq qaydada qablaşdırılıb, götürülməsi, bu barədə protokol tərtib edilərək, ucadan oxunması, tərtib edilmiş protokolun düzgünlüyünün iştirakçılar tərəfindən imzalarla təsdiq edilməsi müəyyən olunmuşdur (cild 1, iş vərəqə 134). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 fevral 2023-cü il tarixli 6/607 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün № 195” daiəvi möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs“ sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,870 qram, 3,353 qram, ümumi təmiz çəkisi 7,223 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin təmiz çəkisi 7,223 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 7,123 qram, cild 1, iş vərəqə 45-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 iyun 2023-cü il tarixli 4/887 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarından yalnız CD diskdə məhkəmə-dinşünaslıq ekspertizası təhlili baxımından Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmışdır. Təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri, CD disk və dini məzmunlu məlumat materiallarında “Qurani-Kərim”, “İncil”, X13 Hüseyni Tehraninin “Allahşenasi” və X18 “Muntəxebe məfatihul-cinan" kitabları “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən X19 üzrə Dövlət Komitəsinin müvafiq razılığı əsasında idxal edilmişdir. Eyni zamanda “Dəftərçeye həmrahe qələme hoşmənde Qoraniye bəsir”, “Kişe mehr Şerhe kelemate erfaniye əxlaqiye X11” kitabları və CD diskin istehsalı ilə bağlı X19 üzrə Dövlət Komitəsinə hər hansı müraciət daxil olmamışdır (cild 1, iş vərəqə 214-215). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 7 fevral 2023-cü il tarixli 695 saylı rəyindən məlum olur ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 175-176). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsinin 6 mart 2023-cü il tarixli 646 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəlik qeyd edilmir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman, onda hər hansı psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təhlükəli əməl zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməsinə ehtiyyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməsinə ehtiyyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ünsiyyətcil, konfliktə meylli olmayan, adaptiv şəxsdir. Cinayət əməlinin törətdiyi Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 208-211). Cinayət işinin materiallarında olan Suraxanı rayon məhkəməsinin 1 fevral 2023-cü il tarixli qərarından görünür ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat tədbirinin keçirilməsi haqqında 31 yanvar 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 6-7). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 7,123 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 233-243). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 7,223 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 31 yanvar 2023-cü il tarixdə saat 11:00-da Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşlarının Suraxanı RPİ-nin NMB-nin əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 4 ünvanının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nə aparılaraq orada hal şahidlərinin iştirakları ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarının qabaq sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 3,870 qram və 3,353 qram, külli miqdarda ümumi təmiz çəkisi 7,223 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən heç bir sübut əldə etməmiş, məhkəmə baxışında da təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı gəldiyi nəticəni həm də təkzibedilməz sübutlar kimi sadaladığı şahid ifadələri, əməliyyat məlumatı və məhkəmə ekspertizalarının rəyləri ilə də təsdiq edildiyini vurğulamışdır. Ancaq həmin sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınmasını təsdiq edən hallar mövcud deyildir. Beləliklə, faktiki olaraq ibtidai istintaq orqanının qiymətləndirdiyi sübutlar əslində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkar edilmiş narkotik vasitə heroini əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini və istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilərək şahidlərin ifadələri, eləcə də işin bir-birini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 135). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 108-110). Cinayət işinin materiallarında olan 14 aprel 2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 1, iş vərəqə 162-171). Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin qətimkan tədbirinin pozulması haqqında” 17 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən tamamilə çıxmama qadağasını pozaraq 17 aprel 2023-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsində piyada hərəkətdə olarkən Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır (cild 1, iş vərəqə 179). Cinayət işinin materiallarında olan 17 aprel 2023-cü il tarixli Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 187-191). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 31 yanvar 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 205 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 7,123 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 31 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 205 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 7,123 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-765/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-765/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver