Məhkəmə qərarları › İş №1(101)-766/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-766/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-766/2024 01.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkilləri X10, X1, “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi Nümayəndə2, zərərçəkmiş-hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Bərdə rayon vəkil bürosunun vəkili Nümayəndə1, Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Ağcabədi Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həmin Məcəlləyə edilmiş xx.xx.2017-ci il tarixli 816 VDQ saylı Qanunu tədbiq edilərək cinayət əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilib cəzası 5 ilə endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 4 il 6 aya endirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 5 ay 28 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 28 oktyabr 2019-cu ildə cəzasını çəkib qurtarmış və qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmiş, "xxxx" MMC-nin təsisçisi və direktoru olmuş, Ağcabədi rayonu, Hacılar Ərazi Dairəsi, Hacılar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli, külli və xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, 31 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 avqust 2021-ci il tarixdən təsisçisi və direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edərək özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə direktoru olduğu "xxxx" MMC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01 sentyabr 2021-ci il tarixdə qida məhsulları və digər malların aqlı-satqısı haqqında müqavilə bağlamaqla "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 100 ünvanında yerləşən anbarından buğda, buğda unu və kəpək götürərək pulunu tam ödəməklə özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edib, 10 yanvar 2022-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 100 ünvanında yerləşən inzibati binasında görüşləri zamanı direktoru olduğu "xxxx" MMC tərəfindən "xxxx" MMC-dən 603.584,40 manat dəyərində buğda, buğda unu və kəpəyin satılması barədə razılaşdıqdan sonra, inam yaratmaq üçün "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 100 ünvanında yerləşən inzibati binasında 10 yanvar 2022-ci il tarixdə 25D/2022 nömrəli qida məhsulları və digər malların aqlı-satqısı haqqında "xxxx" MMC-nin direktoru X6 ilə müqavilə bağlayaraq məhsulların pulunu ödəyəcəyini sonuncuya yalandan vəd etməklə aldadaraq Cəmiyyətin anbarından 428425 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 1.450 manat dəyərində 2,040 ton buğda unu, 791000 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 5.097,6 manat dəyərində 8,800 ton buğda, 945902 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.500 manat dəyərində 18 ton kəpək, 032637 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.636,4 manat dəyərində 35,580 ton buğda, 260525 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 9.000 manat dəyərində 15,500 ton buğda, 326198 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 13.600 manat dəyərində 20 ton buğda unu, 302037 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 13.600 manat dəyərində 20 ton buğda unu, 395612 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.000 manat dəyərində 16 ton kəpək, 418584 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 22.527,2 manat dəyərində 38,840 ton buğda, 417398 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.137,6 manat dəyərində 34,720 ton buğda, 418474 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.439,2 manat dəyərində 35,240 ton buğda, 415129 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 22.933,2 manat dəyərində 39,540 ton buğda, 414137 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 25.601,2 manat dəyərində 44,140 ton buğda, 412415 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 21.390,4 manat dəyərində 36,880 ton buğda, 408041 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 23.084 manat dəyərində 39.800 ton buğda, 406758 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.659,6 manat dəyərində 35,620 ton buğda, 406115 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 25.369,2 manat dəyərində 43,740 ton buğda, 480810 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.000 manat dəyərində 16 ton kəpək, 466113 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 5.000 manat dəyərində 20 ton kəpək, 577480 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.590 manat dəyərində 35,500 ton buğda, 577543 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 23.780 manat dəyərində 41 ton buğda, 574315 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 19.395,2 manat dəyərində 33,440 ton buğda, 570689 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 21.808 manat dəyərində 37,600 ton buğda, 563071 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 24.951,6 manat dəyərində 43,020 ton buğda, 557497 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 21.077,2 manat dəyərində 36,340 ton buğda, 554126 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 19.546 manat dəyərində 33,700 ton buğda, 550033 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 19.476,4 manat dəyərində 33,580 ton buğda, 545453 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 19.685,2 manat dəyərində 33,940 ton buğda, 540893 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.624,8 manat dəyərində 35,560 ton buğda, 538320 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 24.464,4 manat dəyərində 42,180 ton buğda, 559323 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 14.000 manat dəyərində 20 ton buğda unu, 613998 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 5.400 manat dəyərində 18 ton kəpək, 583919 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 14.000 manat dəyərində 20 ton buğda unu, 834425 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.800 manat dəyərində 16 ton kəpək, 792463 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 14.000 manat dəyərində 20 ton buğda unu, 979060 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.500 manat dəyərində 15 ton kəpək, 958001 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.860 manat dəyərində 16,200 ton kəpək, 037907 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.800 manat dəyərində 16 ton kəpək, 059288 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.920 manat dəyərində 16,400 ton kəpək, 000610 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 13.880 manat dəyərində 20 ton buğda unu, cəmi 472.274,40 manat dəyərində 814,260 ton buğda, 84.530 manat dəyərində 122,040 ton buğda unu, 46.780 manat dəyərində 167,600 ton kəpək olmaqla, ümumilikdə 603.584,40 manat dəyərində buğda, buğda unu və kəpək məhsulunu götürərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsində yerləşən anbarına aparıb xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxslərə sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə "xxxx" MMC-yə məxsus cəmi 603.584,40 (altı yüz üç min beş yüz səksən dörd manat qırx qəpik) manat dəyərində buğda, buğda unu və kəpək məhsulunu vahid niyyətlə ələ keçirib xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Şahid2 2022-ci ilin iyul ayında buğda alınması ilə bağlı özünə müraciəti ilə əlaqədar, həmin tarixdə ünvan 2 ünvanında görüşləri zamanı "xxxx" MMC-nin 184.000 manat dəyərində "xxxx" MMC-yə buğda satılması barədə razılaşdıqdan sonra, inam yaratmaq üçün "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən inzibati binasında "xxxx" MMC-də istehsal olunan buğda, buğda unu və kəpəyin "xxxx" MMC-yə satılmasına dair 04 iyul 2022-ci il tarixli, OA-AA-2022 nömrəli alqı-satqısı haqqında müqavilə bağlayaraq buğda məhsulunu verəcəyini yalandan bildirməklə aldadaraq "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 54.000 manat, xx.xx.2022-ci tarixli ödəniş tapşırığına əsasən 90.000 manat və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 40.000 manat olmaqla cəmi 184.000 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ82NABZ013501******71944 nömrəli bank hesabına köçürülməsinə nail olub, həmin pul vəsaitini "xxxx" ASC-yə məxsus ayrıayrı bankomatlarda nağdlaşdıraraq şəxsi ehtiyaclarına xərcləməklə, eyni niyyətlə, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, "xxxx" MMC-yə məxsus Bərdə rayonu ərazisində yerləşən fermada saxlanılan 6 ədəd iri buynuzlu heyvanın özü tərəfindən hər birinə 1.000 manat məbləğində pul vəsaiti ödənilməklə alınmasına dair həmin Cəmiyyətin icraçı direktoru Şahid2 yalandan vəd etməklə sonuncunun razılığını alaraq sövdələşdikdən sonra özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib 2022-ci il ilin iyul ayında bir ədədinin qiyməti 1.000 manat olmaqla cəmi 6.000 manat dəyərində 6 ədəd iri buynuzlu heyvanı Cəmiyyətin ünvan 2 ünvanında yerləşən fermasından götürərək naməlum şəxslərə sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə "xxxx" MMC-yə məxsus cəmi 190.000 (yüz doxsan min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci il ərzində Zərərçəkmiş şəxs4ndən müxtəlif çəkidə pərakəndə formada taxıl məhsulunu götürərək pulunu tam ödəməklə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs4 MMC-nin Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən anbarında həmin cəmiyyətin satış müdiri Şahid4 ilə görüşləri zamanı direktoru olduğu "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs4ndən 76.000 manat dəyərində arpa satılması barədə razılaşmaqla məhsulların pulunu ödəyəcəyini Şahid4 yalandan vəd etməklə aldatmaqla bildirib sonuncu ilə sövdələşdikdən sonra Cəmiyyətin Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən anbarından yenidən xx.xx.2022-ci il tarixli tərəzi qəbzinə əsasən 16.090,6 manat dəyərində 37.420 kq, xx.xx.2022-ci il tarixli tərəzi qəbzinə əsasən 14.293,2 manat dəyərində 33.240 kiloqram, xx.xx.2022-ci il tarixli tərəzi qəbzinə əsasən 14.181,4 manat dəyərində 32.980 kiloqram, xx.xx.2022-ci il tarixli tərəzi qəbzinə əsasən 15.824 manat dəyərində 36.800 kiloqram və xx.xx.2022-ci il tarixli tərəzi qəbzinə əsasən 16.099,2 manat dəyərində 37.440 kiloqram arpa məhsulunu götürərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsində yerləşən anbarına aparıb naməlum şəxslərə sataraq görüntü yaratmaq məqsədilə əldə etdiyi ümumilikdə 76.488.4 manat məbləğində pul vəsaitindən 20.000 manatını ödəyərək qalan 56.488,4 manat pul vəsaitini isə öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 MMCyə məxsus cəmi 56.488,40 (əlli altı min dörd yüz səksən səkkiz manat qırx qəpik) manat məbləğində arpa məhsulunu vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 ilə 2023-cü ilin iyun ayında aralarında olan telefon danışıqları zamanı 23.868 manat dəyərində arpa məhsulunun satılması barədə razılaşdıqdan sonra, inam yaratmaq üçün müxtəlif çəkidə taxıl məhsulunun alınması ilə əlaqədar götürəcəyi arpa məhsulunun pulunu yerindəcə ödəyəcəyini aldatmaqla bildirib sonuncu ilə razılaşaraq sövdələşdikdən sonra özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib 04 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 23.868 manat dəyərində 66.300 kiloqram arpa məhsulunu alaraq sonuncuya Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsində yerləşən anbarına gətizdirib naməlum şəxslərə sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 23.868 manat (iyirmi üç min səkkiz yüz altmış səkkiz) manat dəyərində arpa məhsulunu vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-ni təxminən 2020-2021-ci illərdə təsis etmiş, MMC-nin əsas fəaliyyət istiqaməti buğda-arpa kimi dənli bitkilərin alqı-satqısı ilə məşğul olmaq olmuşdur. O, aldığı məhsulları Kürdəxanıda yerləşən mağazada saxlayırmış və orada olan mağazada dənli bitkilərin satışını həyata keçirirmiş.O, 1) "xxxx" MMC-yə 603 min 584 manat borcu olmasını təsdiq edir. Lakin onun məqsədi dələduzluq etmək olmamış, o sadəcə kommersiya fəaliyyətində olan birisi kimi un, kəpək alıb pulu ödəyə bilməmişdir. Həmçinin onun "xxxx" MMC ilə əvvəlcədən də alqısatqısı olmuşdur. Sadəcə bu dəfə bazarda mal satılmadığından, mallar anbarda qaldığından "xxxx" MMC-yə pulu ödəyə bilməmiş və ödəyə bilməmə səbəbini də "xxxx" MMC-yə bildirmişdir. Əslində onun büdcəsində "xxxx" MMC-yə pulu ödəmək imkanı olmuşdur. Lakin onun başqa yerlərədə ödəməli olduğu məbləğlər olduğundan "xxxx" MMC-yə olan borcu 603 min 584 manat məbləğinə yüksəlmişdir. 2) "xxxx" MMC-yə 190000 manat borcu yoxdur, çünki "xxxx" MMC tərəfindən ona müxtəlif vaxtlarda 54.000 manat, 90.000 və 40.000 manat pul verilmişdir. Deməli mal ilk dəfədən "xxxx" MMC-yə çatırmış ki, onlar ona sonradan 90.000 və 40.000 manat da pul ödəmişlər. 3) “X21” MMC ilə şirkəti arasında heç bir müqavilə olmamışdır. Bu mübahisə barədə Bakı şəhər Kommersiya Məhkəməsi, Apellyasiya Məhkəməsində də işə baxılmışdır. Lakin məhkəmədə iştirak etməmişdir. Onun “X21” MMC-yə 56.488 manat 40 qəpik borcu yoxdur. 4) Zərərçəkmiş şəxs1 23 min 868 manat borcu var. Belə ki, biçin təzə başlayan vaxtlarda onlar gün ərzində ***-**** ton mal qəbul edirlər. Zərərçəkmiş şəxs1 də anbara mal gətirmişdir. Lakin Zərərçəkmiş şəxs1 anbara mal gətirdikdən 3-4 gün sonra o həbs edilmişdir. Yəni o dələduzluq etməmiş, sadəcə həbs edildiyindən Zərərçəkmiş şəxs1 pulu ödəmək üçün imkanı olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, "xxxx" MMC ilə əvvəlcədən aralarında alqı-satqı olmuş, dövriyyələri daha da çox olmuşdur. Artıq mal anbardan çıxmış, qaimə fakturası açılmış və artıq "xxxx" MMC- məhsulu geri götürə bilməmişdir. "xxxx" MMC ilə aralarında alqı-satqı olmuş və onlar ona mal satmış, o da hər dəfə pulu ödəmişdir. Təhvilvermə aktları mühasibatlıqda var, məhkəməyə təqdim edə bilər. "xxxx" MMC-dən mal almış, pulu ödəsə də aralarında kommersiya mübahisəsi olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, dənli bitkilər və un məmulatları alqı-satqısı ilə məşğul olur. 04 aprel 2023-cü il tarixdə Qulu Orucov maklerdən onun əlaqə nömrəsini alaraq ona zəng etmişdir. Telefonda Təqsirləndirilən şəxs ona arpa lazım olduğunu demişdir. Qulu malı göndərməyi, mal gələndən sonra nağd qaydada pulu verəcəyini vəd etmişdir. Onlar Qulu ilə arpanın 1 kiloqramının qiymətini 0,36 manata razılaşmışlar. “DAF” və “Mercedes" markalı iki ədəd yük avtomobili taparaq məhsulları yüklətdirmişdir. “DAF" markalı yük avtomobilinə 33,860 ton, “Mercedes” markalı yük avtomobilinə 32,440 ton arpa yüklənmişdir. Həmin yük avtomobilləri ilə birlikdə Bakıda Qulunun telefonda “whatsapp” proqramı ilə göndərdiyi yerə gəlmişdir. Qulu ilə Kürdaxanı yaxınlığında kafedə görüşmüşlər. Qulu nəmliyini yoxlamaq üçün arpadan nümunə götürmüş və yanında olan tanımadığı adama vermişdir. Təxminən 40 dəqiqə sonra həmin adam gələrək arpanın nəmliyinin 15 faizdən çox olduğunu bildirmişdir. Qulu həmin arpanın nəmliyinin çox olduğunu, onu Mehdiabaddakı anbara yox, Kürdəxanıda olan anbara boşaltmağı, quruduqdan sonra daşıyacağını demişdir. Birlikdə Kürdəxanıda olan anbara getmişlər, məhsulu ora boşaltmışlar, ikinci yük avtomobili də gələrək məhsulu ora boşaltmışdır. Qulu pulu bankdan sabah çıxaracağından məhsulun pulunu sabahı gün saat 10-11 radələrində “Xırman" MMC-nin anbarının qarşısında görüşərək verəcəyini demişdir. O, rayona qayıtmamış, lakin sabahı gün, yəni 05 iyun 2023-cü il tarixdə səhər Qulu pulun bankdan hələ çıxarılmadığını, pul çıxandan sonra gətirəcəyini demişdir. O, bir saatdan bir Quluya yığmış, Qulu hər dəfəsində pulun hələ köçmədiyini bildirmişdir. Yenidən 06 iyun 2023-cü il tarixdə səhər saatlarında anbara getmiş və Qulu axşama kimi pulun veriləcəyini demişdir. Axşam Qulu qolu sındığını və həmin həftənin bazar günü axşam saat 5-ə kimi pulu göndərəcəyini dediyindən o rayona qayıtmışdır. Beləcə o Təqsirləndirilən şəxs 23.868 manat dəyərində 66 ton 300 kq arpa versə də Qulu hər dəfə sonra deyərək məhsulun pulunu, yəni 23.868 manat pulu verməmişdir. Sonradan öyrənmişdir ki, Qulu dələduzdur, belə yolla adamları aldadaraq pulu vermir. Onun dələduzluq niyyəti ondan da görünmüşdür ki, arpanı anbara boşaldanda qurumasını gözləyəcəyini demiş, amma sabahı gün gedəndə artıq məhsulun əksər hissəsinin orada olmadığını, daşındığını görmüş, bunu sonradan, yəni Qulunun onu aldadaraq məhsulu ora boşaltdırdığını, sonra daha oradan apardığını başa düşmüşdür. O, Təqsirləndirilən şəxs ona vurulan 23.868 manat maddi ziyanı tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq zərərçəkmiş şəxs Cəlil Qənbərli bildirmişdir ki, Təqsirləndirilən şəxs 23 min 868 manatın heç bir hissəsini ödəməmişdir. Təqsirləndirilən şəxs əvvəllər ondan heç bir mal götürməmiş, ilk dəfə imiş ki, Təqsirləndirilən şəxs ondan mal götürürmüş. Aralarındakı müqavilədə ödənişin 1 gün ərzində nağd şəklində qaytarılacağı göstərilsə də Təqsirləndirilən şəxs həmin məbləği ödəməmişdir. Təqsirləndirilən şəxs malın ödənişini sabah qaytaracağını dediyindən o malın hamısını vermişdir. Təqsirləndirilən şəxs malın hamısını 1 dəfəyə aparmışdır. Heç kəs Təqsirləndirilən şəxs dələduz olduğunu deyib ona mal satmamağı barədə xəbərdarlıq etməmişdir. Bundan əvvəl Təqsirləndirilən şəxsla heç bir biznes əlaqəsi olmamışdır. O, İmişlidə yaşayır. O, Qulu ilə telefon vasitəsilə tanış olmuş, özü ona zəng edərək ondan mal istəmişdir. O, malları Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixində vermişdir. O, maşının nömrələrini xatırlamır, lakin sürücünü tanıyır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin nümayəndəsidir. "xxxx" MMC 1997-ci il tarixdə X8 tərəfindən təsis edilmiş, hazırda direktoru 2014-cü il tarixdən X3r. MMC-nin fəaliyyət istiqaməti strateji əhəmiyyətli qida məhsullarının, yəni un və un məhsullarının, süd, süd məhsullarının istehsalı, satışı, idxal və ixracından ibarətdir. Bütün əməliyyatlar alqı-satqı müqavilələri əsasında elektron qaimə-fakturalara uyğun olaraq nağdsız hesablaşmalar qaydasında aparılır. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 100 ünvanıdır. Yəni istehsal və satış bu ünvandan həyata keçirilir, anbar burada yerləşir. Müştərilərdən biri də, "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs olmuşdur. Qulu ilk dəfə borclu olan müştərilərdən birinin pulunu gətirib, iki dəfə gəlib-getdiyindən şirkətin fəaliyyəti ilə tanış olmuşdur. Sonra Qulu özü məhsul almaq istədiyini bildirmiş və Təqsirləndirilən şəxsla "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanaraq ona buğda, buğda unu və kəpək satılmışdır. Həmin müqaviləni Fazil müəllim MMC adından bağlamışdır. Qulu öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək götürdüyü məhsulların pulunu vaxtında ödədiyindən ona etibar edilərək 10 yanvar 2022-ci il tarixdə ikinci müqavilə bağlanmışdır. Həmin müddətdə Quluya istədiyi məhsullar nisyə də verilmiş, həmçinin Qulu malı alaraq pulunu köçürmə yolu ilə nağd da ödəmişdir. Qulu adətən buğda aldığından və gecə daşındığından elektron qaimədən istifadə edilmişdir. Hər dəfə mal verəndə elektron qaimə tərtib edilmiş, bu qaimə tərtib edildikdən sonra onun mühasibatlığına elektron qaydada göndərilmişdir. Yəni elektron kabinetdən bu görünmüş, əgər mal qəbul edilmişsə və onların mühasibatlığı tərəfindən təsdiq edilməyibsə sistem avtomatik qəbul edib, əgər mal alınmayıbsa mühasibatlıqlan geri qaytara biləcəkmiş, göründüyü kimi mal alındığından və mühasibatlıq təsdiq etdiyindən geri qaytarılmamışdır. Artıq Təqsirləndirilən şəxs götürdüyü və ödəmədiyi məhsulların qiymətinin çox olması aşkar olunduğundan bu barədə rəhbərliyə məlumat verilmiş, nəticədə müəyyən olunmuşdur ki, 2022-ci ilin 10-11 yanvarından 28 fevraladək Təqsirləndirilən şəxs 603.584,4 manat məbləğində buğda, buğda unu və kəpək götürərək pulunu ödəməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlərindən sonra 5.000 manat və 5.100 manat olmaqla iki dəfəyə 10.100 manat ödəmişdir. Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-ə 603.000 manat məbləğində ziyan dəymişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq zərərçəkmiş-hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, məhsulları onlardan götürüb nə etdiyi barədə dəqiq məlumatı yoxdur. Sadəcə bilir ki, onlardan götürdüyü məhsulları satıb və əldə etdiyi pulu özünə götürmüşdür. Onlar istehsalçı təşkilatdır və Azərbaycan Respublikasının demək olar ki, bütün bölgələrində onların istehsal etdiyi məhsulları satacaq əlaqələri var. Məsələn Təqsirləndirilən şəxs kimi onlar başqa adamla işgüzar münasibətdə imiş. Təqsirləndirilən şəxs həmin adamın onlara çatdıracağı borc pulu gətirən zaman satış şöbəsindəki əməkdaşla tanış olub və təklif etmişdir ki, Təqsirləndirilən şəxs özü də onlarla əməkdaşlıq edə bilər.Hal hazırda təqsirləndirilən şəxsdən 593000 manat pul tələb edir. Barışıq əldə etməmişlər. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin nümayəndəsidir. "xxxx" MMC 2013-cü ilin iyun ayında təsis edilmişdir. MMC-nin fəaliyyət istiqaməti kənd təsərrüfatı məhsullarının əkini, alışı-satışı, dənli bitkilərin alışı-satışı, əkinçilikdən ibarət olmuşdur. Bütün əməliyyatlar alqı-satqı müqavilələri əsasında elektron qaimə-fakturalara uyğun olaraq nağdsız hesablaşmalar qaydasında aparılmışdır. MMC-nin hüquqi ünvanı ünvan 5 biri də, Təqsirləndirilən şəxsdur. Belə ki, 2021-ci il ərzində Qulu pərakəndə qaydada arpa alaraq pulunu nağd qaydada ödədiyindən özünə qarşı etibar yaratmışdır. Təxminən 2021ci ildə Təqsirləndirilən şəxs "xxxx" MMC-dən 76488 manat məbləğində mal almış, 20000 manat ödəmiş, 56488 manat ödənilməmiş vəsait qalmışdır. Belə ki, 2021-ci ildə Təqsirləndirilən şəxs onların satış şöbəsinin müdiri ilə taxıl almaqla bağlı əlaqəyə girmişdir. Pərakəndə şəkildə mal almış və pulu nağd ödəmişdir. Beləliklə, satış şöbəsinin müdirində etibar yaranmışdır. 1 il keçdikdən sonra Təqsirləndirilən şəxs yenə satış şöbəsinin müdirinə yaxınlaşmış və demişdir ki, 76000 manat dəyərində mal almaq istəyir və müqavilə bağlayacağını bildirmişdir. Onların satış şöbəsinin müdiri müqaviləni həmin vaxt bağlamağı təklif etsə də, Təqsirləndirilən şəxs həftə sonu olduğunu bildirərək müqavilənin bağlanmasını təxirə salmış və onlardan xahiş etmişdir ki, rəhbərliyə bildirsinlər ki, Təqsirləndirilən şəxs məhsulları təcili şəkildə çatdırmalı olduğuna görə məhsulları ona versinlər, müqavilə 1-ci gün bağlanılsın. Satış şöbəsinin müdirində Təqsirləndirilən şəxs qarşı etibar yarandığı üçün o malları Təqsirləndirilən şəxs vermişdir. Satış şöbəsinin müdiri Təqsirləndirilən şəxs ilə müqavilə bağlamaq üçün dəfələrlə əlaqə saxlasa da, Qulu müqavilə bağlamamışdır. Hətta onların audit şöbəsi və satış şöbəsi Təqsirləndirilən şəxs ilə dəfələrlə əlaqə yaratmış, danışıqlar olmuş, həmin danışıqların səs yazıları da var. Həmin danışıqlarda Qulu onlara borcu olduğunu etiraf edir, pulu ödəyəcəyini deyir, lakin "xxxx" MMC tərəfindən barəsində Hüquq-Mühafizə Orqanlarına şikayət etdildiyinə görə Təqsirləndirilən şəxs pulu ödəmir. Bugünkü günə qədər Təqsirləndirilən şəxs pulu ödəmir, hər dəfə müxtəlif bəhanələr gətirməklə bundan yayınır. Təqsirləndirilən şəxs 56.488 manat ödəməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayədəsi Nümayəndə1 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. "xxxx" MMC əsasən kənd təsərrüfatı sahəsində, yəni südçülüklə məşğuldur, saxlanılan heyvanlardan sağılan süd MMC tərəfindən müxtəlif fiziki və hüquqi şəxslərə satılır. İri buynuzlu heyvanlar Bərdə rayonu, Mirzə Cəfərli bələdiyyəsi ərazisində yerləşən fermada saxlanılır, süd məhsulu müqavilə bağlayaraq satışını həyata keçirilir. 2022-ci il tarixdə heyvanların yemlə təmin edilməsində qıtlıq yaranmış və bu səbəbdən bazarda bu sahədə fəaliyyət göstərən adam axtarılmışdır. Bazar adamları vasitəsilə Təqsirləndirilən şəxs nömrəsini əldə edərək onunla əlaqə saxlanılmışdır. Təxminən 2022-ci ilin iyul ayında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktorudur, dənli bitkilərin satışını həyata keçirir. Qulu şirkətin sahibi olaraq Bakı şəhəri ərazisində dənli bitkilərin saxlanması üçün böyük həcmli anbarlara sahib olduğunu, Respublika ərazisində dənli bitkilərin ticarəti ilə məşğul olmasını bildirərək istədikləri qədər məhsul verə biləcəyini demiş, özünü böyük iş adamı kimi təqdim etmişdir. Onun bu danışıqları inandırıcı gəldiyindən Şahid2 müqavilə bağlamaq barədə razılığa gəlmişdir. Məhsulun qiymətini razılaşaraq xx.xx.2022-ci il tarixdə onunla alqı-satqı müqaviləsi bağlanılmışdır. O, müqaviləni yoxladıqdan sonra müqavilə direktor Vüsal Quliyev tərəfindən fermada imzalanmışdır. Müqaviləni Vüsal imzalasa da, faktiki olaraq Qulu ilə danışıqları Şahid2 aparmışdır. Həmin müqaviləyə görə buğda bitkisi satılacaqmış, razılığa görə 200.000 manata qədər ödədikdən sonra razılaşılan həcmdə məhsul onlara veriləcəkmiş. Bu məqsədlə Quluya etibar edərək xx.xx.2022-ci il tarixdə 54.000 manat, xx.xx.2022-ci il tarixdə 90.000 manat və xx.xx.2022-ci il tarixdə 40.000 manat olmaqla cəmi 184.000 manat ’’ORUCOĞLU AQRO” MMC-nin hesabına köçürülmüş, daha dəqiq pul vəsaitini mühasib Şahid3 verilmişdir. Şahid3 "xxxx" MMC-nin "xxxx" ASC-də olan və onlar tərəfindən təqdim edilən bank hesabına köçürmüşdür. Bundan əlavə, Quluya bir ədədi 1.000 manat olmaqla 6 ədəd damazlıq iri buynuzlu heyvan (dana) müqavilə bağladıqları yerdə verilmişdir. Pul vəsaitinin ödənilməsinə baxmayaraq Təqsirləndirilən şəxs buğdanın göndərilməsini təmin etməmiş və hər dəfə müxtəlif bəhanələr gətirmiş, guya dənli bitkilərin Respublika ərazisinə gətirilərkən gömrük orqanları tərəfindən saxlanıldığını, buraxılması üçün sənədləşmə aparıldığını, bundan sonra balansa keçdikdən sonra anbara göndərilməsinin təmin ediləcəyini, dənli bitkilərin olduğu anbarların fotoşəkillərini çəkərək göstərməklə dənli bitki ehtiyatının olduğunu və yüksək vəzifəli şəxsin həmin şirkətin himayədarı olduğunu, onun icazəsini gözlədiyini deyərək dələduz əməlini ört-basdır etməyə çalışmışdır. Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində "xxxx" MMC-yə 184.000 manat maddi ziyan dəymişdir. Ziyan hələ də ödənilməmişdir.Təqsirləndirilən şəxs "xxxx" MMC-yə dəymiş 184.000 manat maddi ziyanı tələb edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin direktorudur. "xxxx" MMC X11 tərəfindən 2019-cu il tarixdə təsis edilmişdir. MMC əsasən kənd təsərrüfatı sahəsində, yəni südçülüklə məşğuldur, saxlanılan heyvanlardan sağılan süd MMC tərəfindən müxtəlif fiziki və hüquqi şəxslərə satılır. İri buynuzlu heyvanlar Bərdə rayonu, Mirzə Cəfərli bələdiyyəsi ərazisində yerləşən fermada saxlanılırmış, qeyd edilən süd məhsulunu müqavilə bağlayaraq satışını həyata keçirirlər. 2022-ci il tarixdə heyvanların yemlə təmin edilməsində qıtlıq yarandığından tanımadığı bazar adamları vasitəsilə Təqsirləndirilən şəxs nömrəsini taparaq onunla əlaqə saxlamış, Qulu ilk öncə görüşərək fermaya baxmaq, ödəmə qabiliyyətinin nə dərəcədə olmasını görmək istədiyini, bundan sonra danışmağı bildirmişdir. 2022-ci ilin iyul ayında fermada görüşmüşlər, orada məlum olmuşdur ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktorudur, dənli bitkilərin satışını həyata keçirir. Qulu şirkətin sahibi olaraq Bakı şəhəri ərazisində dənli bitkilərin saxlanması üçün böyük həcmli anbarlara sahib olduğunu, Respublika ərazisində dənli bitkilərin ticarəti ilə məşğul olmasını bildirərək istədikləri qədər məhsul verə biləcəyini vəd etmişdir. Məhsulun qiymətini razılaşaraq 04 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilə danışıqlarda iştirak edən hüquqşünas Nümayəndə1 tərəfindən yoxlanıldıqdan sonra direktor Vüsal Quliyev tərəfindən fermada imzalanmışdır. Müqaviləni Vüsal imzalasa da, faktiki olaraq Qulu ilə danışıqları o aparmış, qiyməti, malın növünü o razılaşdırmışdır. Həmin müqaviləyə görə buğda bitkisi satılacaqmış, razılığa görə 200.000 manata qədər ödədikdən sonra razılaşılan həcmdə məhsul onlara veriləcəkmiş. Quluya etibar edərək 05 iyul 2022-ci il tarixdə 54.000 manat, 07 iyul 2022-ci il tarixdə 90.000 manat və 08 iyul 2022-ci il tarixdə 40.000 manat olmaqla cəmi 184.000 manat ’’ORUCOĞLU AQRO” MMCnin hesabına köçürülmüşdür. Bundan əlavə, Quluya bir ədədi 1.000 manat olmaqla 6 ədəd damazlıq iri buynuzlu heyvan (dana) müqavilə bağladıqları yerdə verilmişdir. Pul vəsaitinin ödənilməsinə baxmayaraq Təqsirləndirilən şəxs buğdanın göndərilməsini təmin etməmişdir. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək guya dənli bitkilərin Respublika ərazisinə gətirilərkən gömrük orqanları tərəfindən saxlanıldığını, buraxılması üçün sənədləşmə aparıldığını, bundan sonra balansa keçdikdən sonra anbara göndərilməsinin təmin ediləcəyini, dənli bitkilərin olduğu anbarların foto şəkillərini çəkərək göstərməklə dənli bitki ehtiyatının olduğunu və yüksək vəzifəli şəxsin həmin şirkətin himayədarı olduğunu, onun icazəsini gözlədiyini deyərək dələduz əməlini ört-basdır etməyə çalışmış, həm də heyvanları qaytarmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, ümumi zərər 190.000 manatdır. Zərər ödənməmişdir. Təqsirləndirilən şəxsla müqavilə təxminən 2022-ci ilin iyun və yaxud iyul aylarında bağlanılmışdır. Danışıqlara əsasən 200.000 manat mal verilməli imiş, lakin pulu ödədikdən sonra mal onlara verilmədiyindən, müqavilə şərti yerinə yetirilmədiyindən ödəniş dayandırılmışdır. Onlar mal verilmədiyinə görə "xxxx" MMC tərəfindən vurulan bəzi elektron qaimələri ləğv etmişlər. 184.000 manat nağd verilmiş, 6 ədəd dana verilmiş, lakin pulu verilməmişdir. Mal təhvil veriləndə təhvil-təslim aktı olur. Lakin Təqsirləndirilən şəxsla aralarında təhvil-təslim aktı yoxdur. Müqavilə şərtlərinə əməl olunmadığını görəndə ilk əvvəllər hüquqi olaraq heç bir addım atmamışlar. Çünki Təqsirləndirilən şəxs hər dəfə gəlib onlara vədlər verirmişdir ki, mallar veriləcək. Təqsirləndirilən şəxs malın verilməmə səbəbini açıqlayırmış və deyirmiş ki, qatar gəlməmiş və mallar hələ gətirilməmiş, buna görə malları onlara təhvil verə bilmir. Bir müddət Təqsirləndirilən şəxs telefonda onlarla danışıb malların gələcəyini deyirmişsə sonradan ümumiyyətlə Təqsirləndirilən şəxs tapa bilməmişlər. O, Qulunu ofisində, yaşadığı kənddə tapa bilməmişdir. Məcburən onlar DİN-ə müraciət etmişlər. Lakin Təqsirləndirilən şəxs 1 gün saxlanılıb azad edilmişdir. Onlar da MMC olaraq Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etmişlər. Onlar heç düşünməmişlər ki, Təqsirləndirilən şəxs onları aldada bilər. Məhkəmə iclasında şahdi qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2001-ci il tarixdən "xxxx" MMC-də rəsmi əmək müqaviləsi əsasında işləyir. 2001-2007-ci illərdə kassir, 01 oktyabr 2007-ci il tarixdən isə satış müdiri təyin edilmiş və hazırda da həmin vəzifədə işləyir. O, satış müdiri kimi satışın təşkili, satışa nəzarət edilməsi və sair ilə məşğul olur. "xxxx" MMC 1997-ci il tarixdə X8 tərəfindən təsis edilmiş və hazırda direktor 2014-cü il tarixdən X3r. MMC-nin fəaliyyət istiqaməti strateji əhəmiyyətli qida məhsullarının, yəni un və un məhsullarının, süd, süd məhsullarının istehsalı, satışı, idxal və ixracından ibarətdir. Bütün əməliyyatlar alqı-satqı müqavilələri əsasında elektron qaimə-fakturalara uyğun olaraq nağdsız hesablaşmalar qaydasında aparılır. MMC-nin müştərilərdən biri də, "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs olmuşdur. Belə ki, onların müştərilərindən olan Arif adlı şəxsin onlara borcu var imiş və həmin borcu Təqsirləndirilən şəxs ödəmişdir. Bu formada Təqsirləndirilən şəxsla tanış olmuşlar və Qulu onların MMC-nin müştərisi olmuşdur. Təqsirləndirilən şəxs vaxtlı-vaxtında ödənişlərini edərək "xxxx"MMC-nin etibarını qazanmışdır. 2022-ci ilin 10-11 yanvarından 28 fevraladək Təqsirləndirilən şəxs 693.000 manat məbləğində buğda, buğda unu və kəpək götürərək pulunu ödəməmişdir. Təqsirləndirilən şəxs 10.000 manat ödədiyindən hazırda 593.000 manat ödənilməmiş zərər vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2018-ci il tarixdən Zərərçəkmiş şəxs4 MMC-də rəsmi əmək müqaviləsi əsasında kordinator kimi işə başlamışdır. 2021-ci il tarixdən isə satış müdiri təyin edilmiş və hazırda da, həmin vəzifədə işləyir. Zərərçəkmiş şəxs4 MMC-nin rəhbəri Elman Kərimovdur. O, satış müdiri kimi satışın təşkili, satışa nəzarət edilməsi, alıcılarla əlaqənin qurulması və sair ilə məşğul olur. MMC 2013-cü ilin iyun ayında təsis edilmişdir. MMC-nin fəaliyyət istiqaməti kənd təsərrüfatı məhsullarının əkini, alışı-satışı, dənli bitkilərin alışı-satışı, əkinçilikdən ibarətdir. Bütün əməliyyatlar alqı-satqı müqavilələri əsasında elektron qaiməfakturalara uyğun olaraq nağdsız hesablaşmalar qaydasında aparılır. Təqsirləndirilən şəxs onun daimi müştərilərindən biri olmuşdur. Belə ki, alqı-satqılar aralarında çox olduğundan Təqsirləndirilən şəxs etibarları yaranmışdır. 26 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs müqavilə imzalamaq şərti ilə yenidən onlardan dənli bitkilər almışdır. Lakin həftə sonu olduğundan müqavilə bağlamaq mümkün deyilmiş. Hər dəfə pulu vaxtında verdiyindən çox təəssüf ki, o Təqsirləndirilən şəxs güvənmiş və 70.000 manatlıq mal vermişdir. Lakin həm müqavilə həm də ödəmə gecikmişdir. Təqsirləndirilən şəxs onlara 20.000 manat ödəmə etmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs4 MMC-yə 56.488,40 manat zərər dəymişdir. Təqsirləndirilən şəxs ondan mal götürmüş və pulunu da nağd şəkildə işçisi Şahid5 vermişdir və Təqsirləndirilən şəxsla aralarında olan haqq-hesab sıfırlanmışdır. Sonradan Təqsirləndirilən şəxs ondan 76.000 manatlıq mal götürmüşdür. Şahid5 ona 14.000 manat pul verdiyini təsdiq edir. Təqsirləndirilən şəxs işçisi Şahid5 verdiyi 14.000 manat pul Təqsirləndirilən şəxs 76.000 manatlıq mal götürməzdən əvvəlki borcuna aid olan puldur. O da işçisi Şahid5 Korrupsiyaya qarşı Mübarizə İdarəsinə izahat yazmağa göndərmişdir ki, Torğul Əliyev orada Təqsirləndirilən şəxs götürdüyü 14.000 manat pulun 76.000 manatlıq mala aid olmadığını bildirsin. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxsla aralarında müqavilə olacaqmış, hətta müqavilə də hazır imiş, lakin həftə sonu mal istədiyindən müqaviləni 1-ci gün bağlamağı razılaşmışlar. Onların şirkəti müqavilə ilə işləyir. Bəzi istisna hallar olur ki, müqavilə hazır olsa da peçat və imza üçün müştəri ilə görüşürlər. Təqsirləndirilən şəxsla əvvəllər aralarında müqavilə bağlanılmışdır. Əvvəllər Təqsirləndirilən şəxsla dövriyyənin nə qədər olduğunu bilmir, o satış müdiridir və onun işi müqavilə bağlanılmasına, malların satışına və ödənişlərin edilməsinə nəzarətdir. Təqsirləndirilən şəxsla aralarında əvvəllər təxminən 100.000 manata yaxın alqı-satqı olmuşdur. Şirkətin audit şöbəsinin müdiri Elşad müəllimlə o Təqsirləndirilən şəxsla görüşmüş və Təqsirləndirilən şəxs pulu ödəmək üçün vaxt istəmişdir. O, Təqsirləndirilən şəxs aylarla gözləmiş, lakin sonrandan Təqsirləndirilən şəxs ona olan borcunu danır, boynuna almır. Lakin onun sübutları var ki, o Təqsirləndirilən şəxs mal təhvil vermişdir. Onlar sadəcə sonuncu alqı-satqı zamanı müqavilə bağlaya bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixdən Zərərçəkmiş şəxs4 MMC-də rəsmi əmək müqaviləsi əsasında anbar işçisi, 2017-ci ildən isə satış şöbəsində ekspediter işləyir. Satış ekspediteri kimi işi dənli bitkilərin satışı, satışdan yığılan pulun kassaya təqdim edilməsidir. Təqsirləndirilən şəxs şəxsən tanımır, amma anbar işlətdiyi üçün onu bir neçə dəfə görmüşdür. O, Təqsirləndirilən şəxsla Günay xanım arasında olan 56.000 manat borc məsələsini bilmir. Sadəcə 2022-ci ilin iyun ayında Günay xanım ona Quludan verilən malın pulunu Binə ərazisinə gedib götürməyi demişdir. 27 iyun 2022-ci il tarixdə o yadından çıxsa da təxminən 14.000 manat pulu Təqsirləndirilən şəxs götürərərək Günay xanıma vermişdir. O, 14.000 manat pulun hansı malın pulu olduğunu bilmir. O, sadəcə ona tapşırılan işi yerinə yetirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, güya Zərərçəkmiş şəxs4 MMC-dən götürdüyü malın miqdarının yarı faizini ona vermişdir. Lakin bu yalandır. O, cəmi bir dəfə Təqsirləndirilən şəxs 30.000 manat yox, təxminən 14.000 manat pul təhvil alıb Günay xanıma vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır və ilk dəfə görür. O, "xxxx" MMC-də mühasib vəzifəsində işləyir. Təqsirləndirilən şəxs məxsus "xxxx" MMC ilə "xxxx" MMC arasında müqavilə bağlanılmışdır. Müqavilə əsasında taxıl verməsi üçün o "xxxx" MMC-yə 3 dəfəyə hissəhissə xx.xx.2022-ci il tarixdə 90.000 manat, xx.xx.2022-ci il tarixdə 54.000 manat və 08.07. 2022-ci il tarixdə 40.000 manat olmaqla ümumilikdə 184.000 manat pul köçürmüş, lakin məhsul verilməmişdir. Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində "xxxx" MMC-yə 184.000 manat ziyan dəymişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, müqaviləyə əsasən "xxxx" MMC köçürülmüş pul qarşılığında mal vermək öhdəliyi daşıyırmış. O, müqavilə ilə tam tanış deyil. Vergi Məcəlləsinə əsasən ödəniş tapşırığında ya qaimə nömrəsi, ya da hesab faktura nömrəsi yazılmalıdır. Hesab faktura olmadığından o açılan qaiməyə əsasən pul köçürmüşdür. Qaimə olması malın təhvil verilməsi demək deyil. O, Təqsirləndirilən şəxs məhsulu vermədiyi halda pulu niyə "xxxx" MMC-ə köçürdüklərini bilmir. O, işlədiyi müddətdə əvvəllər "xxxx" MMC-dən məhsul alınmamışdır. "xxxx" MMC satışla məşğul deyil, onlar öz heyvanlarına güclə məhsul tapıb yem olaraq verir. Elan olunmuş cinayət işinin 1-ci cild 74-cü vərəqəsində olan alqı-satqı müqaviləsinə əsasən Şahid3 bildirmişdir ki, o, qaimə əsasında pul köçürmüş, amma təhvil-təslim aktı olmamış, mal gəlməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, zərərçəkmiş-hüquqi şəxslərin nümayəndələrinin izahatı ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 43-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş 18 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, reyestr məlumatlarına əsasən, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin (VÖEN: **********) təsisçisi, həmçinin qanuni təmsilçisidir. Cinayət işinin 1-ci cild 51-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya quruçlarının dövlət reyetsri məlumatlarından çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı AZ1117, ünvan 6zamnamə kapitalı 10 AZN-dir. xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. Cinayət işinin 2-ci cild 209-215-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 10 avqust 2023-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 avqust 2021-ci il tarixdən təsisçisi və direktorudur. Cəmiyyətin Nizamnaməsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cinayət işinin 1-ci cild 15-16-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-nin direktoru Fazil Mirzəliyevin Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı 13 sentyabr 2022-ci il tarixli müraciətindən görünür ki, sonuncu ərizə yazaraq Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək direktoru olduğu MMC-yə 603584,40 manat dəyərində ziyan vurduğunu bildirmişdir. Cinayət işinin 1-ci cild 18-22-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış nizamnamənin təsdiq edilmiş kserosurətindən görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Cəmiyyətin Nizamnaməsinə əsasən həmin Nizamnamə ilə nəzərdə tutulmuş və Azərbaycan Respublikası qanunvericilik aktları ilə qadağan olunmamış təsərrüfat fəaliyyətinin istənilən növü ilə məşğul olmaq hüququna malikdir. Cinayət işinin 1-ci cild 23-25-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışın təsdiq edilmiş kserosurətindən görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı Az1117, ünvan 7mə kapitalı 3,176,520 manatdır. Cinayət işinin 1-ci cild 26-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-nin təsisçisi Ə.Q.Qasımovun 01 avqust 2013-cü il tarixli Əmrdən çıxarışından görünür ki, X6 göstərilən MMC-nin direktoru təyin edilmişdir. Cinayət işinin 1-ci cild 17-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 yanvar 2022-ci il tarixdə 25D/2022 nömrəli qida məhsulları və digər malların aqlı-satqısı haqqında müqavilənin kserosurətindən görünür ki, Satıcı qismində direktor X6 şəxsində "xxxx" MMC, Alıcı qismində isə "xxxx" MMC şəxsində Təqsirləndirilən şəxs çıxış edir. Müqavilənin şərtlərinə əsasən, Təqsirləndirilən şəxs məhsulların "xxxx" MMC-dən alınmasını və dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqavilənin sonunda Təqsirləndirilən şəxs və X2 adının qarşısında imzalar qeyd edilmiş, üzərində "xxxx" MMC və "xxxx" MMC sözləri yazıların möhür həkləri vardır. Cinayət işinin 1-ci cild 135-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 iyul 2022-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-dən 10 yanvar 2022-ci il tarixdə 25D/2022 nömrəli müqaviləyə əsasən alınmış mallara və ödənilmiş ödəmələrə görə qarşılıqlı hesablaşmaların xx.xx.2022-ci il tarixə dair vəziyyəti cəmi 603.584,4 manat borcun olmasını müəyyən edir. Cinayət işinin 1-ci cild 137-139-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 603.584,40 manat məbləğində məhsulun götürülməsi xx.xx.2022-xx.xx.2022-ci illəri əhatə edir. Sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə 5.000 manat və xx.xx.2022-ci il tarixdə 5.100 manat olmaqla cəmi 10.100 manat Cəmiyyətə qaytarılmışdır. Cinayət işinin 1-ci cild 136-178-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs verilən məhsullara dair elektron qaimə-fakturalar əsasında tərtib edilmiş cədvəl və həmin elektron qaimə-fakturaların surətindən görünür ki, sonuncu "xxxx" MMC-nin anbarından 428425 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 1.450 manat dəyərində 2,040 ton buğda unu, 791000 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 5.097,6 manat dəyərində 8,800 ton buğda, 945902 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.500 manat dəyərində 18 ton kəpək, 032637 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.636,4 manat dəyərində 35,580 ton buğda, 260525 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 9.000 manat dəyərində 15,500 ton buğda, 326198 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 13.600 manat dəyərində 20 ton buğda unu, 302037 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 13.600 manat dəyərində 20 ton buğda unu, 395612 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.000 manat dəyərində 16 ton kəpək, 418584 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 22.527,2 manat dəyərində 38,840 ton buğda, 417398 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.137,6 manat dəyərində 34,720 ton buğda, 418474 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.439,2 manat dəyərində 35,240 ton buğda, 415129 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 22.933,2 manat dəyərində 39,540 ton buğda, 414137 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 25.601,2 manat dəyərində 44,140 ton buğda, 412415 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 21.390,4 manat dəyərində 36,880 ton buğda, 408041 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 23.084 manat dəyərində 39.800 ton buğda, 406758 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.659,6 manat dəyərində 35,620 ton buğda, 406115 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 25.369,2 manat dəyərində 43,740 ton buğda, 480810 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.000 manat dəyərində 16 ton kəpək, 466113 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 5.000 manat dəyərində 20 ton kəpək, 577480 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.590 manat dəyərində 35,500 ton buğda, 577543 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 23.780 manat dəyərində 41 ton buğda, 574315 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 19.395,2 manat dəyərində 33,440 ton buğda, 570689 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 21.808 manat dəyərində 37,600 ton buğda, 563071 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 24.951,6 manat dəyərində 43,020 ton buğda, 557497 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 21.077,2 manat dəyərində 36,340 ton buğda, 554126 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 19.546 manat dəyərində 33,700 ton buğda, 550033 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 19.476,4 manat dəyərində 33,580 ton buğda, 545453 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 19.685,2 manat dəyərində 33,940 ton buğda, 540893 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 20.624,8 manat dəyərində 35,560 ton buğda, 538320 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 24.464,4 manat dəyərində 42,180 ton buğda, 559323 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 14.000 manat dəyərində 20 ton buğda unu, 613998 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 5.400 manat dəyərində 18 ton kəpək, 583919 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 14.000 manat dəyərində 20 ton buğda unu, 834425 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.800 manat dəyərində 16 ton kəpək, 792463 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 14.000 manat dəyərində 20 ton buğda unu, 979060 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.500 manat dəyərində 15 ton kəpək, 958001 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.860 manat dəyərində 16,200 ton kəpək, 037907 nömrəli elektron qaiməfakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.800 manat dəyərində 16 ton kəpək, 059288 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 4.920 manat dəyərində 16,400 ton kəpək, 000610 nömrəli elektron qaimə-fakturaya əsasən xx.xx.2022-ci il tarixdə 13.880 manat dəyərində 20 ton buğda unu, cəmi 472.274,40 manat dəyərində 814,260 ton buğda, 84.530 manat dəyərində 122,040 ton buğda unu, 46.780 manat dəyərində 167,600 ton kəpək olmaqla, ümumilikdə 603.584,4 manat dəyərində buğda, buğda unu və kəpək məhsulunu götürmüşdür. Cinayət işinin 1-ci cild 71-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-nin direktoru Şahid2 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı 26 dekabr 2022-ci il tarixli müraciətindən görünür ki, sonuncu ərizə yazaraq Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək direktoru olduğu MMC-yə 184.000 manat dəyərində ziyan vurduğunu bildirmişdir. Cinayət işinin 1-ci cild 63-64-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış nizamnamədən görünür ki, "xxxx" MMC 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Cəmiyyətin Nizamnaməsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cinayət işinin 1-ci cild 66-67-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışın kserosurətindən görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı AZ0900, Bərdə rayonu, M.Cəfərov, ev 4-dür. Qanuni təmsilçisi X7r. Nizamnamə kapitalı 10 AZN-dir. Cinayət işinin 1-ci cild 74-75-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 iyul 2022-ci il tarixli, OA_AA_2022 nömrəli alqı-satqı haqqında müqavilənin kserosurətindən görünür ki, Alıcı qismində "xxxx" MMC, Satıcı qismində isə "xxxx" MMC tanınmışdır. Buğda, buğda unu və kəpəyin "xxxx" MMC-yə satılmasına dair müqavilənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən məhsulların "xxxx" MMC-yə satılmasını öhdəsinə götürür, satılan malın növü, miqdarı, sayı, qiyməti malın təhvil verilməsini təsdiq edən elektron-qaimə faktura əsasında müəyyən olunacaq. Müqavilənin sonunda Təqsirləndirilən şəxs və X4 adlarının qarşısında imzalar qeyd edilmiş, üzərində "xxxx" MMC və "xxxx" MMC sözləri yazılmış möhür həkkləri vardır. Cinayət işinin 1-ci cild 79-81-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarının kserosurətindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 54.000 manat, xx.xx.2022-ci tarixli ödəniş tapşırığına əsasən 90.000 manat və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 40.000 manat olmaqla cəmi 184.000 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ82NABZ013501******71944 nömrəli bank hesabına köçürülmüşdür. Cinayət işinin 1-ci cild 194-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-nin direktoru Cəmşid Ağayevin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək "xxxx" MMC-yə 56488 manat ziyan vurduğunu bildirmişdir. Cinayət işinin 1-ci cild 195-197-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən təsdiq edilmiş nizamnamənin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs4 MMC xx.xx.2013-cü il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İkinci dəfə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Cəmiyyətin Nizamnaməsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri isə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Cinayət işinin 1-ci cild 198-202-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli tərəzi qəbzlərinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs4ndən 76.000 manat dəyərində arpa satılması barədə razılaşılmış, xx.xx.2022-ci il tarixli tərəzi qəbzinə əsasən 16.090,6 manat dəyərində 37.420 kq, xx.xx.2022-ci il tarixli tərəzi qəbzinə əsasən 14.293,2 manat dəyərində 33.240 kiloqram, xx.xx.2022-ci il tarixli tərəzi qəbzinə əsasən 14.181,4 manat dəyərində 32.980 kiloqram, xx.xx.2022-ci il tarixli tərəzi qəbzinə əsasən 15.824 manat dəyərində 36.800 kiloqram və xx.xx.2022-ci il tarixli tərəzi qəbzinə əsasən 16.099,2 manat dəyərində 37.440 kiloqram arpa məhsulu Təqsirləndirilən şəxs tərəfindən götürülmüş, sonuncu ümumilikdə 76.488.4 manat məbləğində pul vəsaitindən 20.000 manatını ödəyərək qalan 56.488,4 manat pul vəsaitini qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə 12.000 manat və xx.xx.2022-ci il tarixdə 1.000 manat olmaqla cəmi 13.000 manat Təqsirləndirilən şəxs tərəfindən MMC-yə qaytarılmışdır. Cinayət işinin 2-ci cild 26-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək, 23868 manat ziyan vurduğunu bildirmişdir. Cinayət işinin 2-ci cild 27-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında olan “Whatsapp” proqramı vasitəsilə mesaj yazışmalarının çıxarışından görünür ki, Qəmbərli X12 Qulu Oruc oğluna verəcəyi arpa məhsulunun fotoşəkillərini və həmin məhsulu gətirəcək yük avtomobillərinin dövlət qeydiyyat nömrələrini yazaraq göndərir, eləcə də, Təqsirləndirilən şəxs görüşəcəkləri məkanın olduğu yeri sonuncuya göndərir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, "xxxx" MMC-yə 603 min 584 manat borcu olmasını təsdiq edir, lakin onun məqsədi dələduzluq etmək olmamışdır. "xxxx" MMC-yə qarşı olan pulları ödəmişdir, aldatmamışdır, “X21” MMC ilə şirkəti arasında heç bir müqavilə olmamışdır, lakin, Zərərçəkmiş şəxs1 23 min 868 manat ödəməlidir, lakin, ödəmək üçün imkanı olmamışdır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinin izahatlarını, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, zərərçəkmiş –hüquqi şəxsin nümayəndələrinin izahatlarını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinə verdiyi vədlər hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, onlara məxsus pul vəsaitlərini əvəzsiz olaraq əldə edilməsinə yönəldilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 122-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 may 2023cüi tarixli tələbnamədən görünür ki, Hüseynov X14 Rayon Məhkəməsinin 27 dekabr 2011ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həmin Məcəlləyə edilmiş xx.xx.2017-ci il tarixli 816 VDQ saylı Qanunu tədbiq edilərək cinayət əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilib cəzası 5 ilə endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 4 il 6 aya endirilmiş, cinayət işinin 2-ci cild 62-63-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 5 ay 28 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 28 oktyabr 2019-cu ildə cəzasını çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 1-ci cild 109-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 11 may 2023cü il tarixli, xx/xx-5182 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyaytda yoxdur. Cinayət işinin 1-ci cild 124-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 11 may 2023-cü il tarixli, 7104 nömrəli məktubdam görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 27 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs vurulmuş 593,484 manat maddi ziyani tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs vurulmuş 190.000 manat maddi ziyani tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 27 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs vurulmuş 56.488,40 manat maddi ziyani tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 18 oktyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs vurulmuş 23,868 manat ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs X5 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 08 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 250-254-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 4(005)-878/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 10 yanvar 2022-ci il tarixli, 25D/2022 nömrəli qida məhsulları və digər malların aqlı-satqısı haqqında müqavilənin, "xxxx" MMC-yə aid elektron qaimə-fakturaların, buğda, buğda unu və kəpəyin "xxxx" MMC-yə satılmasına dair 04 iyul 2022-ci il tarixli, OA_AA_2022 nömrəli alqı-satqısı haqqında müqavilənin, "xxxx" MMC-yə aid xx.xx.2022-ci il tarixli üzləşmə aktının, "xxxx" MMC-yə aid xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarının, "xxxx" MMC-yə aid xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli tərəzi qəbzlərinin surəti, "xxxx" MMC-yə aid elektron qaimə-fakturalar əsasında tərtib edilmiş cədvəllər, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında olan “Whatsapp” proqramı vasitəsilə mesaj yazışmalarının çıxarışının cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət işinin 2-ci cild 18-19-cu vərəqələrində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 21 iyun 2023-cü il tarixli məkrubdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Hacılar kəndində yerləşən 0,83 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Cinayət işinin 2-ci cild 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsindən daxil olmuş məktubdan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, Ağcabədi rayonu, Hacılar kəndində yerləşən torpaq sahəsinin xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 12.450 manat təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs adına olan 0,84 ha torpaq sahəsinə həbs qoyulması istiqamətində ibtidai istintaq orqanı tərəfindən hər hansı məhdudiyyət tədbiri görülməmişdir. Buna əsasən, həmin torpaq sahəsi üzərinə ibtidai istintaq orqanı tərəfindən hər hansı həbs qoyulmadığından, həmçinin, həmin torpaq sahəsi yalnız Təqsirləndirilən şəxs deyil, ümumi birgə mülkiyyət hüququnda olduğundan, həmin torpaq sahəsinin müsadirə olunması mümkün deyildir. Göründüyü kimi, məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş hüquqi şəxslər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-yə və Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs hüquqi şəxslər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin nümayəndələri və Zərərçəkmiş şəxs1 cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən, onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib zərərçəkmiş şəxs hüquqi şəxslər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin nümayəndələri və Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən. törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” 14 noyabr 2011ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib təqsirli bilindiyi cinayətləri törətdiyindən yuxarıda göstərilənləri nəzərə alıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən CM-nin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında, kommersiya strukturlarında rəhbər və maddi məzul vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəza növü də təyin edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, kommersiya strukturlarında rəhbər və maddi məzul vəzifə tutmaq hüququndan məhrum ediməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 10 yanvar 2022-ci il tarixli, 25D/2022 nömrəli qida məhsulları və digər malların aqlı-satqısı haqqında müqavilənin, "xxxx" MMC-yə aid elektron qaimə-fakturaların, buğda, buğda unu və kəpəyin "xxxx" MMC-yə satılmasına dair 04 iyul 2022-ci il tarixli, OA_AA_2022 nömrəli alqı-satqısı haqqında müqavilənin, "xxxx" MMC-yə aid xx.xx.2022-ci il tarixli üzləşmə aktının, "xxxx" MMC-yə aid xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarının, "xxxx" MMC-yə aid xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli tərəzi qəbzlərinin surəti, "xxxx" MMC-yə aid elektron qaimə-fakturalar əsasında tərtib edilmiş cədvəllər, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında olan “Whatsapp” proqramı vasitəsilə mesaj yazışmalarının çıxarışının cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxs hüquqi şəxslər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin nümayəndələri və Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar