Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-766/2025 29.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçilər - Faiq Nağıyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1994-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 01 (bir) nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Alaçadırlı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətdiyinə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbavcan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə və 2.700 manat miqdarında cərimə cəzasına məhkum edilməsinə baxmayaraq törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Şahin” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən “Şahin” adlı İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin külli miqdarda 11,080 qram çəkidə psixotrop maddə metamfetamini və tərkibində xüsusilə külli miqdarda 3 kiloqram 10 qram çəkidə psixotrop maddə metamfetamin olan bir ədəd plastik qabda təmiz çəkisi 4700 ml həcmdə məhlulu gizlədiləcəyi yerdən götürüb sonradan satışını həyata keçirmək məqsədi ilə özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə aldığı təlimata, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən psixotrop maddələri əldə etmək qərarına gəldikdən sonra “Şahin” adlı İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin naməlum vaxtda və şəraitdə göndərdikləri istintaqla müəyyən edilməmiş yerdən külli miqdarda 11,080 qram çəkidə psixotrop maddə metamfetamini və tərkibində xüsusilə külli miqdarda 3 kiloqram 10 qram çəkidə psixotrop maddə metamfetamin olan bir ədəd plastik qabda təmiz çəkisi 4700 ml həcmdə məhlulu satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib 11,080 qram çəkidə psixotrop maddə metamfetamini öz üzərində, tərkibində xüsusilə külli miqdarda 3 kiloqram 10 qram çəkidə psixotrop maddə metamfetamin olan bir ədəd plastik qabda təmiz çəkisi 4700 ml həcmdə məhlulu etibarnamə əsasında İdarə etdiyi “Toyota Prius” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida yaşayış kompleksinin yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyul 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 00:30-da qeyd olunan ünvanda saxlanılaraq DİN-in Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət olunub 13 iyul 2024-cü il tarixdə saat 02:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan iç cibindən bir ədəd bükümdə külli miqdarda 11,080 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyul 2024-cü il tarixdə saat 03:40-dan etibarən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə “Toyota Prius” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin həyətində baxış keçirilən zaman avtomobilin arxa yük yerindən tərkibində xüsusilə külli miqdarda 3 kiloqram 10 qram çəkidə psixotrop maddə metamfetamin olan bir ədəd plastik qabda təmiz çəkisi 4700 ml həcmdə metamfetamin məhlulu aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o İran vətəndaşı ilə danışaraq göz dərmanı götürmək üçün getmişdir. O, dərmanı götürüb Hövsan qəsəbəsində MİDA binalarının həyətinə qoymalı imiş. Onu saat 23:30 radələrində Hövsan qəsəbəsində MİDA binalarının həyətində tutmuşlar və polis bölməsinə aparmışlar. Onun yanında sürücü də olmuşdur. Bölmədə cibinə narkotik vasitə qoyulmuşdur. O, narkotik vasitə istifadəçisi olmadığını, ümumiyyətlə narkotik vasitələri tanımadığını və ona narkotik maddəsi ilə ittiham elan olunmamasını xahiş etmişdir. Polis əməkdaşları ondan maşında nə olduğunu soruşmuş, o da maşınında 30 litr göz dərmanı olduğunu bildirmişdir. Maşınında olan mayeni elə baxış zamanı yandırmışlar, lakin həmin maye yanmamışdır. Həmin mayeni gözünün qarşısında möhürləyib ona da imzaladaraq bağlamışlar. Səhəri gün onu baş idarəyə aparmışlar. Orada həmin ağzı möhürlənib bağlanmış mayeni yandırmışlar və maye kristallaşmışdır. Həmin maye əvvəlki maye ilə eyni olmamışdır. O, polis əməkdaşlarından bunun nə olduğunu soruşmuş, polis əməkdaşları metamfetamin olduğunu bildirmişlər. O isə polis əməkdaşlarına heç həmin sözü düzgün tələffüz belə edə bilmədiyini bildirmişdir. Polis əməkdaşları ona kənardan kağıza narkotik vasitənin adını yazaraq göstərəcəklərini və videoçəkilişdə bu maddənin metamfetamin olduğunu deməyini tapşırmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o bundan əvvəl də iranlı vətəndaşla mal daşımaq üçün danışmışdır. İranlı vətəndaşla tutulmamışdan 15-20 əvvəl tanış olmuşdur. 15-20 gün ərzində iranlı vətəndaş ona daşımaq üçün başqa bir sifariş də vermiş, lakin alınmamışdır. O daşıdığı malın göz dərmanı olduğunu düşünmüşdür. O, göz dərmanının daşınmasının qanuni olduğunu düşünmüşdür. Birinci dəfə iranlı vətəndaşla danışaraq harda olduğunu soruşmuşdur. Həmin vaxt o Bərdə şəhərində olmuşdur. Ona zəng vurulan vaxtda İranlı ondan Bakıda ola biləcəyini soruşmuş, o isə 3-4 saat ərzində Bakıya çata biləcəyini demişdir. İranlı vətəndaş ona bildirmişdir ki, Hövsan qəsəbəsi, MİDA binalarının həyətinə göz dərmanını aparmaq lazımdır. Həmin ünvanda göz dərmanını başqa bir şəxs ondan götürəcəkdir. Lakin sonradan bu məsələ alınmamışdır. Ona birinci dəfə göz dərmanını haradan götürəcəyini deməmişdir. O özü taksi sürücüsü işləyirmiş. Üzərindən çıxan telefonlar ona məxsusdur. İranlı vətəndaşla aralarında polis əməkdaşları tərəfindən yaxalanması barədə danışıq olmuşdur. İranlı vətəndaş ona bildirmişdir ki, öz ölkəsində göz damcısının satışı qadağandır. O, narkotik vasitə istifadə etməmişdir. Ona göz dərmanı daşımağı qarşılığında 500 manat pul veriləcəkmiş. O, daşıdığı maddənin qeyri-qanuni maddə olduğunu bilməmişdir. O, göz damcısını Kürdəxanıdan, tırların saxlandığı parkdan gizlədilmiş yerdən götürmüşdür. Vüqar adlı polis əməkdaşı onu saxlayan zaman yox, sonradan gəlmişdir. O, maşından düşən kimi arxadan bir şəxs onu vurub yıxmışdır. Onu 30-cu PB-nə aparmışlar. Polis bölməsinə aparılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Avtomobilini də polis əməkdaşları idarə edərək bölməyə aparmışlar. Avtomobilinə baxış keçirilən zaman 5 litrlik qabda maye çıxarıldığını görmüşdür. O, həmin mayenin nə olduğunu soruşduqda, polis əməkdaşları ona kömək etdiklərini bildirmişlər. Onu saxlamağa iki maşın polis əməkdaşı gəlmişdir. O, İranlının göndərdiyi mayenin göz damcısı olduğunu düşünmüşdür. Onlar BNMİ-nə aparılan zaman Şahid2la eyni otaqda olmuşlar. Orada Sahil onun necə saxlanmağını, maşınında olan maye dolu qabların necə dəyişdirildiyini gördüyünü demişdir. Onun maşınında 30 litr maye olmuşdur. O, mayeni götürmək üçün Şahid2la yox, İranlı şəxslə danışmışdır. O, mayeni Hövsanda MİDA-nın binalarına aparmalı, orada mayeni onun maşınından götürməli imişlər. Taksi fəaliyyəti kimi mayeni aparıb Hövsana qoymağı qarşılığında ona 500 manat veriləcəkmiş. O Kürdəxanıdan tırlar parkından bir ədəd 10 litrlik, bir ədəd 20 litrlik qablarda maye götürmüş və Hövsana gəlmişdir. Çatdıqdan sonra iranlıya bildirmiş, İranlı ona gözləməyini, mayeni gəlib götürəcəklərini bildirmişdir. O maşından düşüb siqaret çəkirmiş. Daha sonra parkın içi ilə bir nəfərin qaça-qaça o tərəfə gəldiyini görmüşdür. Həmin şəxs onun yanına çatanda onu vurmuş, bu zaman o yerə yıxılmışdır. Həmin şəxs o yerdə olan zaman onu vurmağa davam etmişdir. Onu 30-cu PB-nə aparmışlar, burada maşına baxış keçirilən zaman, maşından 5 litrlik qabda mayenin çıxdığını görmüşdür. Səhəri gün onu BNMİ-nə aparmışlar, orada tır şoferinin də tutulduğunu görmüşdür. Şahid2 ona necə tutulduğunu gördüyünü demişdir. O, Şahid2 tanımır, Sahillə əlbirliyi yoxdur. Ona kanistrin yerini iranlı Şahin adlı şəxs göndərmişdir. Şahin ona kanistrdə göz dərmanı olduğunu bildirmişdir. Şahin ona konumu tutulmamışdan 20-25 dəqiqə əvvəl göndərmişdir. Şahinin nömrəsini xatırlamır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, heç bir narkotik vasitələrdən istifadə etməmiş, etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə 2018-ci ildə azadlığa buraxılmışdır. Təxminən 25 gün əvvəl ona İnstaqram sosial şəbəkəsindən bir şəxs yazıb tanış olmaq istədiyini deyib narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Ona təklif etmişdir ki, ona narkotik satışında köməklik edərək yüksək gəlir əldə etsin. O, razılaşmış və həmin şəxsə öz nömərəsini vermişdir. Bundan sonra ona “Whatsapp” proqramı vasitəsi ilə iran nömrəsindən bir nəfər zəng edərək Şahin adlı iran vətəndaşı olduğunu bildirib ona təklif etmişdir ki, onun İrandan keçirib Azərbaycana göndərdiyi narkotik vasitələri dediyi yerdən götürüb deyilən digər yerlərə paylasa ona 500 manat pul verəcəkdir. Təklif əlverişli olduğundan o, qərara almışdır ki, bu işlə məşğul olsun. İranli Şahin demişdir ki, təxminən 5 kiloqram narkotik vasitə metamfetamin suyu və 10 qram psixotrop maddə metamfetamin göndərəcəkdir. 12 iyul 2024-ci il tarixdə axşam saatlarında “Şahin” adlı şəxs “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində külli miqdarda psixotrop maddə olduğunu deyib qeyd olunan yeri izah edib həmin maddələri götürməyini tapşırmışdır. O, da tək idarə etdiyi avtomobillər həmin gün saat 22 radələrində deyilən yerə gedib gizlədilmiş külli miqdarda psixotrop maddə metamfetamini və metamfetamin suyunu götürüb suyu avtomobildə, metamfetamini isə üzərində saxlamışdır. 13 iyul 2024-cü il tarixdə saat 00:30-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida yaşayış kompleksinin yaxınlığında idarə etdiyi Toyota Prius markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək onu yaxınlıqda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri elan olunduqdan sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı təklifdən sonra o, əynindəki qara rəngli şalvarın sağ yan iç cibindən bir ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və metamfetaminin çəkisi 13 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Şahin” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan 1-2 saat əvvəl Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən Şahinin göstərişi ilə digər deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Şahin” adlı şəxsin ona 500 manat pul verəcəyini, idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra idarə etdiyi Toyota Prius markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, təklifdən sonra o, avtomobilin yük hissəsindən bir ədəd 5 litrlik plastik qabın içərsində olan metamfetamin suyunu təqdim etmişdir. Həmin maddə kristallaşma faktının dəqiqləşdirilməsindən ötrü dəmir lövhə üzərinə tökməklə alışqan vasitəsi ilə qızdırıldıqda maye kütlə qaynıyaraq kristal şəklinə düşməsi halı müəyyən olunmuşdur. Həmin dəmir lövhə üzərində olan kütlə maye qabda olan kütlənin üzərinə əlavə olunmuşdur. Daha sonra həmin maye elektron tərəzidə çəkilmiş, metamfetamin suyunun qablaşma ilə birlikdə çəkisi 4 kq 935 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmışdır. Sorğu zamanı o, təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Şahin” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan 1-2 saat əvvəl Sabunçu rayonu, Zabrat qəsəbəsinə qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə psixotrop maddələri müəyyən ünvanlara qoymağına görə “Şahin” adlı şəxsin ona 500 manat pul verəcəyini bildirmişdir. Qeyd etmək lazımdır ki, həmin psixotrop maddəni Şahinin tapşırığına əsasən onun deyəcək yerlərə qoymaq məqsədi ilə əldə etmiş, bunun müqabilində ona 500 manat pul vəsaiti söz verilmişdir. (cild 1, iş vərəqə 74-75) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 2024-cü ilin iyul ayında Suraxanı rayon, Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksinin yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yanında saxlamışlar və 30-cu PŞ-ə dəvət etmişlər. Şöbədə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan metamfetaminə bənzər narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Həmçinin şəxs şöbənin inzibati binasının dayanacağına gətirilmiş avtomobilində olan metamfetamin suyunu könüllü şəkildə təqdim etmişdir. Təhqiqatçı yerindəcə həmin suyu yandıraraq psixotrop maddəyə çevrildiyini görmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupunda iki nəfər olmuşlar, qrupun rəhbəri Həsən Həsənov olmuşdur. Təqsirləndirilən şəxs gecə saat 00-01 radələrində saxlamışlar. Metamfetamin suyu avtomobilin baqaj hissəsində aşkar edilmişdir. Təqsirləndirilən şəxs iran vətəndaşı ilə danışdığını, pul müqabilində həmin məhlulu götürdüyünü bildirmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş və heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman iki nəfər polis əməkdaşı olmuşlar. Səfadar Ağazadənin evinə daxil olmamışlar. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı sonuncu 13 iyul 2024-cü il tarixdə saat 00:30-da Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, MİDA yaşayış kompleksinin yaxınlığında idarə etdiyi Toyota Prius markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, avtomobil isə şöbənin həyətinə yerləşdirilmişdir. Həmin şəxsin saxlanılan zaman üzərində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan iç cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlənin çəkisi 13 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Şahin” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan 1-2 saat əvvəl Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Şahin” adlı şəxsin ona 500 manat pul verəcəyini, idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik maddə saxladığını, avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirərək bu barədə ərizə təqdim etmişdir. Onun idarə etdiyi avtomobildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin yük hissəsindən bir ədəd 5 litrlik plastik qabın içərisində olan metamfetamin suyuna bənzər mayeni təqdim etmişdir. Sonra həmin kütlə kristallaşma faktının dəqiqləşdirilməsindən ötrü dəmir lövhə üzərinə tökməklə alışqan vasitəsi ilə qızdırıldıqda maye kütlə qaynıyaraq kristal şəklinə düşməsi halı müşahidə edilmişdir. Həmin dəmir lövhə üzərində olan kütlə maye qabda olan kütlənin üzərinə əlavə olunduqdan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və metamfetamin suyuna bənzər kütlənin qablaşma ilə birlikdə çəkisi 4 kq 935 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılıb imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş, lakin qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Şahin” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan 1-2 saat əvvəl Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Şahin” adlı şəxsin ona 500 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 10 nəfər deyil, iki nəfər saxlamış, saxlanılan zaman ona heç bir fiziki və psixi təzyiqlər göstərilməmiş, ona etmədiyi hərəkətləri boynuna alması tələb edilməmişdir, hər hansı məhlul dəyişdirilməmiş, bundan başqa polis idarəsində o hər hansı bir şəxslə görüşdürülməmişdir. Ümumiyyətlə həmin gün ancaq Təqsirləndirilən şəxs saxlanılmışdır, digər hər hansı bir şəxs saxlanılmamış və istintaq orqanına təhvil verilməmişdir. (cild 1, iş vərəqə 174-177) Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 2024-cü ilin iyul ayının 12də saat 22 radələrində Məhəmmədi qəsəbəsində, Veysəloğlu MMC yaxınlığında saxlanmışdır. Afşin adlı iranlı gömrük işçisi ona içində su olan kanistr vermişdir. O gömrükdən keçən zaman onun avtomobilinə baxış keçirilmiş, rentgen aparatından da keçmişdir. Ondan 20 litr maye aşkar edilmişdir. O saxlanıldıqdan sonra əməliyyatçılar 20 litrlik və 10 litrlik kanistrda maye gətirib maşından bir az aralıda qoymuşlar və onun telefonundan iranlı Afşinə konum göndərmişlər. Daha sonra Təqsirləndirilən şəxs həmin yerə gəlmişdir. Sonra onu 14-cü bölməyə aparmışlar. Onu bölməyə aparanda yolda əməliyyatçılar bir-biri ilə görüntülü olaraq danışırmışlar. O maşında arxada əməliyyatçıların danışdığını görmüşdür. Əməliyyatçılar Təqsirləndirilən şəxs güdürmüşlər. O telefondan əməliyyatçıların danışığına baxan zaman görmüşdür ki, Hövsan qəsəbəsində Təqsirləndirilən şəxs əlində heç bir şey olmadığı halda əməliyyatçılar Səfədarı vurub yerə yıxmışlar və əlini bağlayıb maşına əyləşdirmişlər. Daha sonra Təqsirləndirilən şəxs saxlayıb maşına əyləşdirdikləri avtomobil ilə təxminən 01 kilometr hərəkət etdikdən sonra Təqsirləndirilən şəxs avtomobilində olan kanistri dəyişdirmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, o iyul ayının 10-u səhər 05-06 saatlarında İrandan Azərbaycana daxil olmuşdur. Afşinin gömrük işçisi olduğunu dəqiq bilir, belə ki, o uzun illərdir həmin gömrükdən keçir. O Afşini 4-5 aydır ki, tanıyır. Afşin ona yaxınlaşaraq kanistri ona vermiş və demişdir ki, bu müalicəvi sudur. Bakıya çatdıqdan sonra kanistri qoyduğu yerin konumunu Afşinə göndərməli imiş. O iyul ayının 11-i Bakıya çatdıqdan sonra yükü boşaltmış, maşını Veysəloğlu MMC-nin dayanacağında saxlamış və Nərimanova əmisigilin evinə getmiş, daha sonra isə Masazıra getmişdir. Afşin ona zəng vuraraq maşının yanındadırsa, gətirdiyi kanistri deyəcəyi şəxsə verməsini bildirmişdir. O da maşının yanında olmadığını, şəhərdə yük maşınlarını sürməyin müəyyən vaxtlarda mümkün olmasını və iyulun 12-i gecə saatlarında maşının yanına gedəcəyini bildirmişdir. Afşinin ona verdiyi kanistr ağ rəngdə kapron materialda olmuşdur. Həmin kanistrə o gömrükdən keçən zaman həm İran, həm də Azərbaycan tərəfdə baxış keçirmişlər. Hətta maşına itlərlə və rentgen cihazı ilə də baxış keçirmişlər. İyul ayının 12-də gecə saatlarında maşının yanına getməzdən əvvəl Afşinlə danışmış və maşının yanına çatanda xəbər verəcəyini bildirmişdir. Saat 22 radələrində maşının yanına çatmış, 6-7 nəfər əməliyyatçı onu saxlamışdır. O, saxlanılan zaman kanistr maşında olmuşdur. Onu saxlayan əməliyyatçılardan Azər adlı şəxsin adını xatırlayır. Onu saxladıqdan sonra əməliyyatçılar maşında olan kanistrin harada olduğunu soruşmuşlar, o da kanistrin yerini göstərmişdir. Onun maşınında olan kanistri götürüb dəyişmişlər. Onu 14-cü bölməyə aparıb geri gətirdikdən sonra kanistrin onun maşınındakı olmadığını və dəyişdirildiyini görmüşdür. Əməliyyatçılar onu saxladıqdan sonra maşında olan zaman birbiriləri ilə görüntülü danışanda Təqsirləndirilən şəxs maşınında olan kanistri dəyişdirdiklərini görmüşdür. O, Təqsirləndirilən şəxs səhəri gün BNMİ-də görmüşdür. O, Təqsirləndirilən şəxs tanımır. Təqsirləndirilən şəxs ilə heç bir vaxt iş birliyi olmamışdır. Əməliyyatçı onun telefonundan Afşinə konum atmışdır. O, Afşinin nömrəsini xatırlamır. Əməliyyatçılar Afşinə konumu saat 22 radələrində göndərmişlər. Əməliyyatçılar onun yanında görüntülü danışırmışlar. O, Təqsirləndirilən şəxs saxlandığı anı telefonda görüntülü danışan zaman görmüşdür. O saxlandıqdan sonra 14-cü Bölməyə aparılmışdır. O ifadəsində bildirdiklərini maşında bölməyə aparılan zaman Azər müəllimin digər əməliyyatçı ilə görüntülü danışması zamanı görmüşdür. O, maşında arxa oturacaqda ortada oturmuş, Azər müəllim isə qabaq sağ oturacaqda oturmuşdur. O, Təqsirləndirilən şəxs ilk dəfə BNMİ-də görmüşdür. Onun gətirdiyi kanistrdə müalicəvi su olmuşdur. O, əməliyyatçıların görüntülü danışması zamanı Təqsirləndirilən şəxs saxlayıb maşına əyləşdirdikləri avtomobil ilə təxminən 01 kilometr hərəkət etdikdən sonra Təqsirləndirilən şəxs avtomobilində olan kanistri dəyişdirdiklərini görmüşdür. Kanistri dəyişib qoyduqları maşının nömrəsini xatırlamır, səhv etmirsə, maşın qara rəngdə olmuşdur. Əməliyyatçılar Təqsirləndirilən şəxs saxlamazdan əvvəl maşınları ilə Səfədarın maşınının yanına yaxınlaşmışlar. Azər müəllimlə görüntülü zənglə danışıq zamanı Səfədarı izləyən əməliyyatçı yandakı maşından Səfədarı göstərmək üçün telefonu qulağına qoymuş, bu zaman o Səfədarın üzünü görmüşdür. Daha sonra səhəri gün BNMİ-də Təqsirləndirilən şəxs görəndə dünən axşam gördüyü şəxs olduğunu anlamışdır. Onun telefonu Azər müəllimdə olmuş, Afşin ilə Azər müəllim yazışırmış. Təqsirləndirilən şəxs saxlayan əməliyyatçılar Azər müəllimə etdiklərini məruzə edirmişlər, həmin əməliyyatçılar Azər müəllimə Təqsirləndirilən şəxs maşınından çıxan kanstri olduğu kimi, yoxsa dəyişdirib bölməyə gətirmələrini soruşmuşlar, Azər müəllim isə dəyişə bilirlərsə, yolda dəyişmələrini demişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1) 12 iyul 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (cild 1, iş vərəqə 5) Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 12 iyul 2024-cü il tarixli qərardan və əməliyyat qrupunun yaradılması haqqında xx.xx.2024-cü il tarixli, 3- 137/Ə208/2024 saylı əmrdən görünür ki, X4 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 6-7,10) 13 iyul 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə, saat 00:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida yaşayış kompleksinin yaxınlığında idarə etdiyi Toyota Prius markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilmiş, avtomobil isə şöbənin həyətinə yerləşdirilmişdir. (cild 1, iş vərəqə 11) Şübhəli şəxsin tutulması haqqında 13 iyul 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə, saat 02:00-da şübhəli şəxs qismində tutulmuş, o, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 13 iyul 2024-cü il tarixdən, saat 00:30-dan tutulmuş hesab edilmişdir. (cild 1, iş vərəqə 25-26) 13 iyul 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyul 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 00:30-da qeyd olunan ünvanda saxlanılaraq DİN-in Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət olunub 13 iyul 2024-cü il tarixdə saat 02:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan iç cibindən bir ədəd bükümdə külli miqdarda 11,080 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 34-36) Avtomobilə baxış və götürmə aparılması haqqında 13 iyul 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyul 2024-cü il tarixdə saat 03:40-dən etibarən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə “Toyota Prius” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin həyətində baxış keçirilən zaman avtomobilin arxa yük yerindən tərkibində xüsusilə külli miqdarda 3 kiloqram 10 qram çəkidə psixotrop maddə metamfetamin olan bir ədəd plastik qabda təmiz çəkisi 4700 ml həcmdə metamfetamin məhlulu aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 38-40) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2024-cü il tarixli 6/3619 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün№ 7...” dairəvi möhür əksi və “... Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə; Şübhəli şəxs: Təqsirləndirilən şəxs -imza..2imza, Təhqiqatçı: Y.Vahabov-imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə təqdim edilmişdir. Zərfin tamlığı pozulmamışdır. Zərfi açdıqda içərisində 01 (bir) ədəd polietilen paketdə təmiz çəkisi-11,080 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. QEYD: metamfetaminin təmiz çəkisi 11,080 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 10.98 qram. (cild 1, iş vərəqə 47-50) Təqsrləndirilən şəxs qismində cəlb etmək haqqında 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 65-66) Maddi sübut hesab edilməsi haqqında 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 10,98 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 87) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 918/2024 saylı qərardan (hakim:N.N.Tağıyeva) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 iyul 2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 97-102) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2024-cü il tarixli 6/3636 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “”Azərbaycan Respublikası DİN Zərflər üçün № 7...” dairəvi möhür əksi və “... Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə; Şübhəli şəxs: Təqsirləndirilən şəxs – imza.. müdafiəçi-imza, təhqiqatçı: Y.Vahabov-imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd qara rəngli polietilen bağlamada təqdim edilmişdir. Qablaşdırmanı açdıqda içərisində 01 (bir) ədəd plastik qabda təmiz çəkisi - 4700 ml həcmdə açıq sarı rəngli məhlul psixotrop maddə metamfetamin məhluludur. Həmin məhlulda metamfetaminin quru maddəsinin təmiz çəkisi 3010 qramdır. (100 ml metamfetamin məhlulunda-64,047 qram olduğu nəzərə alınmaqla) Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. QEYD: metamfetamin məhlulunun quru maddəsinin (100 ml-də) təmiz çəkisi – 64,047 qram, tədqiqata sərf edildi-0,2 qram, qalıq -63,847 qram. (cild 1, iş vərəqə 104-107) Maddi sübut hesab edilməsi haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, bir ədəd bağlamada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 63,847 qram çəkidə psixotrop maddə metamfetamin və 4600 ml psixotrop maddə metamfetamin məhlulu iş üzrə maddi sübut sübut hesab edilmiş və saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 109) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”in verdiyi xx.xx.2024-cü il tarixli, xx/xx-8353 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. (cild 1, iş vərəqə 111) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in verdiyi xx.xx.2024-cü il tarixli, 8781 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda göstərilən xəstəxanada müalicədə olmayıbdır. (cild 1, iş vərəqə 112) Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 29 iyul 2024-cü il tarixli 16000 saylı məktubla daxil olan məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrəsi istifadə etmişdir. Qeyd olunan nömrələrin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Bundan başqa baxış zamanı İran islam Respublikasının mobil telefon operatoruna məxsus hər hansı mobil telefon nömrələri ilə telefon danışığı və ya sms mətn yazışması aşkar edilməmişdir. Məlumatlara baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. (cild 1, iş vərəqə 122) DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin daxil olmuş tələbnamədən və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, bundan başqa Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə və 2.700 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə əməlində cinayətlərin residivi olmasına dair müddəalar xaric edilmiş, cəzası 03 ilə endirilmiş, xx.xx.2018-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 09 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu ildə cəza müddəti başa çatmışdır. Bundan başqa, Ağazadə X8 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1 və 68.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə və 2700 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. (cild 1, iş vərəqə 124-126, 130-145) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Rayon İcra və Probasiya Şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 28199/01 saylı məlumatdan görünür ki, Ağazadə X8 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2700 manat cərimə cəzasından 1200 manat ödəmiş və 1500 manat cərimə cəzası qalmışdır. (cild 1, iş vərəqə 127) Ağdam rayon İHB-nın Sırxavənd kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli, 5-31-31/3-2-88 saylı arayış və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonunun Sırxavənd kəndindən məcburi köçkün düşmüş, Bərdə rayonu Alaçadırlı kəndində müvəqqəti yaşayr. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 155-156) Mobil telefon aparatına baxış keçirilməsi haqqında 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” və bir ədəd “İphone” markalı mobil telefon aparatlarına baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun yaddaşının “kontaktlar” bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (903) ***-**-** nömrəsinin “Abiiii” adı altında, +98 (914) ***-**-** nömrəsinin “Emi” adı altında, +98 (914) ***-**-** nömrəsinin “İran, peyser Emir” adı altında, +98 (914) ***-**-** nömrəsinin “M” adı altında, +98 (914) ***-**-** nömrəsinin “Milad” adı altında və +98 (936) ***-**-** nömrəsinin “Nebi” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefonun “WA Business” proqramı vasitəsi ilə 05 iyul 2024-cü İl tarixdə saat 00.05- dən 04.50-dən davam edən müddət ərzində İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (914) ***-**-** və +98 (918) ***-**-** ilə telefon danışıqları aparılmış və səs mesajları göndərilmişdir. Həmin yazışmada Təqsirləndirilən şəxs malı gözlədiyini bildirir, ona cavab verən şəxslər əvvəl onun gözləməsini, malın yığılmasını, mühərrikin qızdırılması və bir qədər sonra ucurdacaqlarını bildirirlər. Sonradan həmin şəxslər Təqsirləndirilən şəxs gözləməməsini iranın polis əməkdaşları tərəfindən yaxalandıqlarını bildirirlər. Bundan başqa mobil telefon cihazına baxış keçirilən zaman mobil telefon cihazlarında cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək digər məlumat müəyyən edilməmişdir. (cild 1, iş vərəqə 178) Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaqa təqdim edilmiş 03 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək BMCMİ-nin əməkdaşları ilə üzləşməkdən imtina etmişdir. (cild 1, iş vərəqə188) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 389/MEŞ saylı rəyindən görünür ki, X2 saidin cızıqları və sağ bazu oynağı nahiyəsinin qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri məhkəmə-tibbi müayinəsindən 5-6 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə yarana bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. (cild 1, iş vərəqə 202-204) Məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2024-cü il tarixli 5153 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 205-206) Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmiş, ona görə də, material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (cild 1, iş vərəqə 213-214) Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ibtidai istintaq müddəti üç ay-yeddi ayadək, yəni 13 noyabr 2024-cü il tarixdən 13 fevral 2025-ci il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 215-216) Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4-1-ci maddəsinə tövsif edilərək ona həmin maddə ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 10,98 qram çəkidə psixotrop maddə metamfetaminin, eləcə də bir ədəd bağlamada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 63,847 qram çəkidə psixotrop maddə metamfetamin və 4600 ml psixotrop maddə metamfetamin məhlulunun iş üzrə maddi sübut hesab edilməsi və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılması barədə 13 iyul 2024-cü il və 15 iyul 2024-cü il tarixli qərarlar nəzərə alınmış, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, eləcə də idarəetdiyi avtomobilə baxışvə götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işi materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” və bir ədəd “İphone” markalı mobil telefon cihazları iş üzrə maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən qanunsuz əməllərə məruz qalması ilə bağlı Respublika Baş Prokurorluğuna daxil olmuş məlumat əsasında aparılan araşdırma üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Respublika Baş Prokurorluğunun 22 oktyabr 2024cü il tarixli qərarı nəzərə alınmış, Təqsirləndirilən şəxs təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq tamamlandığından işinin materiallarından xüsusilə külli miqdarda psixotrop maddələrin mənbə xüsusatına görə cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, X11 barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs İnzibati Xətalər Məcəlləsinin 322-ci maddəsi ilə (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. (cild 1, iş vərəqə 219-228) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, xüsusilə külli miqdarda psixotrop maddələrin mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (cild 1, iş vərəqə 230-231) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4- 1-ci maddəsi ilə təqsirləndrilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 236-237) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1299/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 (üç) ay müddətə, yəni 13 fevral 2025-ci il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 251- 254) Elektron məhkəmə sistemindən çxarışdan görünür ki, xx.xx.2017-ci ildə anadan olmuş Sevgi adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X7 Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020ci il tarixli, 2363 nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X7 Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020ci il tarixli, 2368 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 noyabr 2022-ci il tarixli, 671s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının “Şücaətə Görə” medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X7 Azərbaycan Respublikası Müdafiə Nazirinin 0258t nömrəli, 30 dekabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının “ŞÜCAƏTƏ GÖRƏ” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş ürək cərrahiyyə şöbəsinin epikrizindən görünür ki, Təqsirləndirilən şəxs atası X15 DİAQNOZ:Ü.İ.X Gərginlik stenokardiyası xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.1 - 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs İran vətəndaşı ilə danışaraq göz dərmanı götürmək üçün getdiyini, dərmanı götürüb Hövsan qəsəbəsində MİDA binalarının həyətinə qoymalı olduğunu, 23:30 radələrində tutulduğunu, polis bölməsində cibinə narkotik vasitə qoyulduğunu, narkotik vasitə istifadəçisi olmadığını, ümumiyyətlə narkotik vasitələri tanımadığını, maşınında olan mayenin polislər tərəfindən baxış zamanı yandırıldığını, lakin həmin mayenin yanmadığını, polislərin həmin mayeni gözünün qarşısında möhürləyib ona da imzaladaraq bağladıqlarını, səhəri gün onu baş idarəyə apardıqlarını, orada həmin ağzı möhürlənib bağlanmış mayeni yandırdıqlarını, mayenin kristallaşdığını, həmin mayenin dünənki maye ilə eyni olmadığını, polis əməkdaşlarından bunun nə olduğunu soruşduqda, polis əməkdaşlarının metamfetamin olduğunu bildirdiklərini, o isə polis əməkdaşlarına heç həmin sözü düzgün tələffüz belə edə bilmədiyini, polis əməkdaşları ona kənardan kağıza narkotik vasitənin adını yazaraq göstərəcəklərini və videoçəkilişdə bu maddənin metamfetamin olduğunu deməyini tapşırdıqlarını, daşıdığı malın göz dərmanı olduğunu düşündüyünü, daşıdığı maddənin qeyri-qanuni maddə olduğunu bilmədiyini, Vüqar adlı polis əməkdaşının onu saxlayan zaman yox, sonradan gəldiyini, maşından düşən kimi arxadan bir şəxs onu vurub yıxdığını, polis bölməsinə aparılan zaman üzərində heç bir narkotik vasitə olmadığını, onu saxlamağa iki maşın polis əməkdaşının gəldiyini, BNMİ-nə aparılan zaman Şahid2la eyni otaqda olduqlarını, orada Sahilin onun necə saxlanmağını, maşınında olan maye dolu qabların necə dəyişdirildiyini görməsini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və avtomobilə baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsindəki dəlillər irəli sürülmüş ittihamın birbaşa qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Lakin qeyd edilməlidir ki, məhkəmədə təqsirləndirilən şəxs X12 polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı dövrdə polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığını iddia etdiyindən göstərilən hissədə araşdırma aparılmış və nəticədə müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı onun barəsində məhkəmə-tibbi ekspertizası keçirilərək bu məsələyə aydınlıq gətirilmişdir. Belə ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 389/MEŞ saylı rəyindən görünür ki, X2 saidin cızıqları və sağ bazu oynağı nahiyəsinin qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri məhkəmə-tibbi müayinəsindən 5-6 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə yarana bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Bundan başqa məhkəmə X4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxs X4 məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-7992/2024 saylı sorğuya cavab məktubu və məktuba əlavə edilmiş sonuncunun adına açılmış tibbi kitabçanın surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı bədənində qarının ön divarında, sol saidin önündə köhnə çapıq izləri aşkar edilmişdir. Bundan başqa BMCMİ-nin xx.xx.2025-ci il tarixli 3-13-6/2-1097/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə Baş İdarənin MSY-ə qəbul edilərkən bədən səthində sağ saidin cızıqları və sağ bazu oynağı nahiyəsinin qançırı xəsarətlərinin olması müəyən edilmiş, bununla bağlı Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmiş, xəsarətlərin müayinə olunandan 5-6 gün əvvələ əmələ gəldiyi müəyyən edilmişdir. Göstərilən xüsusatlara iş üzrə hüquqi qiymət verilməsi təmin edilmişdir. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmiş, ona görə də, material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə, avtomobilinə baxış və götürmə aparılması istintaq hərəkətləri keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin, mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin qəbul etdiyi 22 oktyabr 2024-cü il tarixli qərarda istinad edilmiş hallara əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı aparılmış araşdırmanın nəticəsində mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş 22 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs həmin qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olunmasına baxmayaraq o, müdafiə tərəfi olaraq həmin qərardan şikayət verməmiş və qərarı mübahisələndirməmişdir. Həmin qərar hazırda qüvvədədir. Bundan başqa, məhkəmədə dindirilmiş polis əməkdaşı ifadə verərək Təqsirləndirilən şəxs iddia etdiyi halları inkar edib şəxsi axtarış zamanı həqiqətən də sonuncunun üzərindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin, avtomobilin arxa yük yerindən metamfetamin məhlulu aşkar edildiyini təsdiq etmiş, habelə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixoloji təzyiq edilməsini inkar etmişdir. Bu hal artıq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin hallarına uyğun olmayan məlumatlar verərək həqiqəti təhrif etmiş və bununla da məsuliyyətdən yayınmaq istəmişdir. Bundan başqa 13 iyul 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə, saat 00:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida yaşayış kompleksinin yaxınlığında idarə etdiyi Toyota Prius markalı **- EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Suraxanı RPİ-nin 30-cu PŞnin inzibati binasına gətirilmiş, avtomobil isə şöbənin həyətinə yerləşdirilmişdir. Bundan başqa 13 iyul 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyul 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 00.30-da qeyd olunan ünvanda saxlanılaraq DİN-in Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət olunub 13 iyul 2024-cü il tarixdə saat 02.30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan iç cibindən bir ədəd bükümdə külli miqdarda 11,080 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa avtomobilə baxış və götürmə aparılması haqqında 13 iyul 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyul 2024-cü il tarixdə saat 03:40-dən etibarən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə “Toyota Prius” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin həyətində baxış keçirilən zaman avtomobilin arxa yük yerindən tərkibində xüsusilə külli miqdarda 3 kiloqram 10 qram çəkidə psixotrop maddə metamfetamin olan bir ədəd plastik qabda təmiz çəkisi 4700 ml həcmdə metamfetamin məhlulu aşkar edilərək götürülmüşdür. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin və avtomobilə baxış keçirilməsinin qeydə alındığı videoçəkilişi əks etdirən 02 (iki) ədəd disklərə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə və avtomobilə baxış keçirilməsi istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “avtomobilə baxış və götürmə aparılması haqqında” protokolların məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid2 məhkəmədə ifadə verərkən həqiqəti gizlətməklə Təqsirləndirilən şəxs kömək etmək istəmiş, bununla da məsuliyyətə cəlb edilmiş şəxsin xeyrinə ifadə verməklə sonuncunun məsuliyyətdən yayınmasına nail olmaq istəmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı müdafiəçi vəsatət verərək internet saytından əldə etdiyi Təqsirləndirilən şəxs və Şahid2 BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmaları görüntülərini əks etdirən videogörüntüləri məhkəməyə təqdim edərək iş materiallarına əlavə edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən həmin video görüntülərin mənbəyinin müəyyən edilməsi məqsədi ilə BNMİ-ə sorğu göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2025ci il tarixli, 3-13-7/2-1741/2025 saylı sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, həmin diskdəki görüntülərdə olan Şahid2 xx.xx.2024-cü il tarixdə saat 22:00 dəqiqədə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Yaşayış massivi, Veysəloğlu MMC-nin inzibati binasının yaxınlığında BNMİ-nin sabiq əməkdaşı Azər Həsənov və BNMİ-nin əməkdaşı İlkin Babayev tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PŞ-ə, Təqsirləndirilən şəxs ilə xx.xx.2024-cü il tarixdə saat 00:30 dəqiqədə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida yaşayış kompleksinin yaxınlığında BNMİ-nin əməkdaşları Həsən Həsənov və Şahid1 tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-ə gətirilmişdir. Hər iki şəxs 12xx.xx.2024-cü il tarixlərində saxlanılmaları və onlardan aşkar olunan psixotrop maddələr eyni növ olduğundan DİN-in Mətbuat Xidməti tərəfindən görüntülər bir videoçəkiliş formasında ictimaiyyətə təqdim olunmuşdur. Bundan başqa, mobil telefon aparatına baxış keçirilməsi haqqında 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” və bir ədəd “İphone” markalı mobil telefon aparatlarına baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun yaddaşının “kontaktlar” bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (903) ***-**-** nömrəsinin “Abiiii” adı altında, +98 (914) ***-**-** nömrəsinin “Emi” adı altında, +98 (914) ***-**-** nömrəsinin “İran, p****r Emir” adı altında, +98 (914) ***-**-** nömrəsinin “M” adı altında, +98 (914) ***-**-** nömrəsinin “Milad” adı altında və +98 (936) ***-**-** nömrəsinin “Nebi” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefonun “WA Business” proqramı vasitəsi ilə 05 iyul 2024-cü il tarixdə saat 00.05- dən 04.50-dən davam edən müddət ərzində İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (914) ***-**-** və +98 (918) ***-**-** ilə telefon danışıqları aparılmış və səs mesajları göndərilmişdir. Həmin yazışmada Təqsirləndirilən şəxs malı gözlədiyini bildirir, ona cavab verən şəxslər əvvəl onun gözləməsini, malın yığılmasını, mühərrikin qızdırılması və bir qədər sonra uçurdacaqlarını bildirirlər. Sonradan həmin şəxslər Təqsirləndirilən şəxs gözləməməsini iranın polis əməkdaşları tərəfindən yaxalandıqlarını bildirirlər. Beləliklə, xx.xx.2024-cü il tarixdə, saat 00:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida yaşayış kompleksinin yaxınlığına saxlanılması, DİN-in Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparılması, orada həmin tarixdə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan iç cibindən bir ədəd bükümdə külli miqdarda 11,080 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsi və Əməliyyataxtarış tədbirinin davamı olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 03:40-dən etibarən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə “Toyota Prius” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin həyətində baxış keçirilən zaman avtomobilin arxa yük yerindən tərkibində xüsusilə külli miqdarda 3 kiloqram 10 qram çəkidə psixotrop maddə metamfetamin olan bir ədəd plastik qabda təmiz çəkisi 4700 ml həcmdə metamfetamin məhlulu aşkar edilməsi məhkəmədə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməyərək ittihamı bütünlükdə mübahisələndirdiyinə dair, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidin ifadəsini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, psixotrop maddənin miqdarının xüsusilə külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş psixotrop maddənin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, təqsirləndirilən şəxsin həm üzərindən, həm də avtomobilindən psixotrop maddənin aşkar olunmasını, həmçinin mobil telefondan İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus nömrələr ilə telefon danışıqları aparılmasını və səs mesajları göndərilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X18rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai istintaq zamanı verdiyi) ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokol, mobil telefon aparatına baxış keçirilməsi haqqında protokol və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Məhkəmə təqsirləndirilən şəxsin 01 (bir) nəfər azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını, qardaşının müharibə iştirakçısı olmaqla medallarla təltif edilməsini və atasının xəstə olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Belə ki, cinayət işi materiallarında olan DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin daxil olmuş tələbnamədən və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, bundan başqa Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə və 2.700 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə əməlində cinayətlərin residivi olmasına dair müddəalar xaric edilmiş, cəzası 03 ilə endirilmiş, xx.xx.2018-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 09 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu ildə cəza müddəti başa çatmışdır. Bundan başqa, Ağazadə X8 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1 və 68.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə və 2700 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1 və 68.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə və 2700 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilmədən, yəni xx.xx.2024-cü il tarixdə isə hazırki iş üzrə cinayət əməlini törətmişdir. Belə olan halda, cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Rayon İcra və Probasiya Şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 28199/01 saylı məlumatdan görünür ki, Ağazadə X8 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2700 manat cərimə cəzasından 1200 manat ödəmiş və 1500 manat cərimə cəzası qalmışdır. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Rayon İcra və Probasiya Şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixli, 281994/01 saylı məlumatdan görünür ki, Ağazadə X8 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasını 07 ay 22 gün müddətini çəkmiş və 10 ay 08 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən Cinayət Məcəlləsinin 67.1-ci maddəsi üzrə hökmlərin məcmusu qaydasında cəza təyin edilməli və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 ay 08 gün hissəsi və 2700 manat cərimə cəzasının ödənilməmiş qalan 1500 manat cərimə cəzası həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin növünü, çəkilərini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 iyul 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla X9 Hissəsinin maddi sübutların saxlanma kamersında saxlanılan qalıq çəkiləri 10,98 qram və 63,847 qram olan psixotrop maddə metamfetamin və 4600 ml psixotrop maddə metamfetamin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Samsung” və “İphone” markalı bir ədəd mobil telefonlar təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumlarına qaytarılmalı, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi və avtomobilə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, 184 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsininn 67.1-ci maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş və çəkilməmiş qalan 10 (on) ay 08 (səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası və ödənilməmiş qalan 1500 (bir min beş yüz) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə, 10 (on) ay 08 (səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 1500 (bir min beş yüz) manat cərimə cəzaları təyin olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və cərimə cəzaları müstəqil icra olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 10,98 qram və 63,847 qram qalmış psixotrop maddə metamfetamin, 4600 ml psixotrop maddə metamfetamin məhlulu məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1 ədəd «Samsung» markalı və 1 ədəd “İphone” markalı mobil telefonlar Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın, şəxsi axtarış və götürmə, eləcə də avtmobilə baxış və götürmə aparılmasının görüntülərini özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 184 (bir yüz səksən dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakimlər:
Məhkəmə qərarları › İş №1(101)-766/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-766/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver