Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-767/2021 20.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxsin huquqi varisi X3, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə xx.xx.1995-cu il tarixdə Şamaxı rayonu, Adnalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Adnalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 23 oktyabr 2020-ci il tarixdə, saat 09 radələrində tanışı Şahid1 ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi 50 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında dayanıb söhbət edərkən əvvəllər tanışlıq münasibətində olmadığı Zərərçəkmiş şəxs özünə məxsus olan “Moskviç 21406” markalı, **-FK-*** dövlət qeydiyyat nömrəli avtomobillə küçədən keçdiyini görüb heç bir əsaslı səbəb olmadan qəsdən mübahisə yaratmaq məqsədilə ona guya avtomobili yanlarından yüksək sürətlə idarə etməsini irad kimi uca səslə bildirməsindən sonra sonuncunun avtomobilindən enib ona yaxınlaşaraq narazı olduğu səbəbi soruşmasını cüzi səbəb kimi bəhanə edib ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öz şəxsiyyətini sonuncunun şəxsiyyəti fövqündə qoyaraq üstünlüyünü nümayiş etdirmək məqsədilə heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib, cinayətkar niyyətini həyata keçirməkdən ötrü belində gəzdirdiyi məişət təyinatlı mətbəx bıçağını çıxardıb Zərərçəkmiş şəxs bədən səthinə zərbə vuraraq ona sol ağciyərin və aortanın yaralanmasına səbəb olan döş qəfəsinin sol yarısının bayır səthinin döş boşluğuna nüfuz edən dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla kəskin qanitirmə nəticəsində ölümünə səbəb olmuş 1 (bir) ədəd deşilmiş-kəsilmiş xəsarət yetirərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs 29.01.2021-ci il tarixdə ona Azərbaycan Respublikası CMnin 120.2.2-ci maddəsi ilə elan olunmuş yeni ittiham üzrə özünü qismən təqsirli bilərək təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs özünü müdafiə etmək üçün bıçaqla vurmuş, məqsədi Natiqi öldürmək olmamışdır. Təxminən 4 ildir ki Bakıda ailəsi ilə birlikdə Şamaxı rayonu, Adnalı kəndindən Bakı şəhərinə köçmüşlər. O, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən evdə kirayədə yaşayır. Ailəsi 5 nəfərdən ibarətdir, o, qardaşı Şahid6, bacısı Mahmudova Süsən, atası Mahmudov Vüqar və anası Mahmudova Şüküfə. O, Bakıya gəldiyi vaxtdan müxtəlif tikinti yerlərində fəhləlik edərək qazandığı pulla həyatını təmin etmişdir, daimi iş yeri olmamışdır. O, əvvəllər hərbi xidmətdə olduğu zaman əsgər yoldaşını bıçaqladığı üçün məsuliyyətə cəlb edilərək, 2016-cı ildə məhkum olunmuşdur. Bildirmişdir ki, 22.10.2020-ci il tarixdə tanışı Yusifin Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsində yerləşən evini ziyarətə getmişdir. Yusifi təxminən 4 ildir tanıyır, belə ki, onlar biryerdə tikintidə fəhlə işləmişlər. Yusif tək yaşamış və o, hal-əhval tutmaq üçün Yusifin evini ziyarətə getmişdir. Həmin gecəni Yusifin evində qalmışdır. Növbəti gün, yəni 23.10.2020-ci il tarixdə səhər 08 radələrində yuxudan oyanıb Yusiflə birlikdə səhər yeməyi yemiş və Yusiflə sağollaşıb küçəyə çıxmışdır. Yusifin evindən təxminən 30-40 metr uzaqlaşan kimi əvvəllər tanıdığı Camalı evlərinin qarşısında görmüşdür. Camal Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi 50 ünvanında yaşayır. Camal ondan siqaret istəmiş və o, Camala 1 ədəd siqaret vermişdir. O, həmin küçədə yerləşən evdə tikintidə fəhlə işləyən zaman Camalla tanış olmuşdur, belə ki, Camal bir neçə dəfə o, fəhləlik edən zaman ona su, çay vermişdir və həmin vaxtdan onların münasibəti yaranmışdır. Camala 1 ədəd siqareti verdikdən sonra Camal ona evinin həyətində gördüyü tikinti işi barəsində danışmağa başlayan an həmin küçəylə hərəkət edən “Moskviç”markalı, dövlət qeydiyyat nömrəsi **-FK-*** olan yaşıl rəngli avtomobilin gəldiyini görmüşdür. Həmin avtomobil asta sürətlə gəlmiş, lakin, onun və Camalın olduğu yerə yaxınlaşanda sonradan adının Natiq olduğunu bildiyi sürücü avtomobilin sürətini artırmışdır. O, Natiqə yüksək səslə demişdir ki, “Niyə belə sürürsən, görürsən ki, söhbət edirik”. Həmin avtomobilin sürücüsü Natiq isə bir qədər qabağa sürüb avtomobilini saxlamış və avtomobildən enib ona yaxınlaşıb “Yaxşı edirəm sənə nə” demiş və ardınca da sağ əli ilə sinəsinin ortasından 1 dəfə yumruq zərbəsi vurmuşdur. Natiqin zərbəsinin təsirindən o, arxaya doğru getmiş və kürəyi divara dəymişdir. Birinci zərbədən sonra Natiq anidən sol gözünün altına sağ yumruğu ilə ikinci zərbəni vurmuşdur. Bundan sonra o, üzərində olan, şalvarının kəmərinin altında saxladığı bıçağı çıxarıb sağ əli ilə Natiqin sol qoltuq nahiyəsinə bir ədəd bıçaq zərbəsi endirmişdir və dərhal hadisə yerindən Yusifin yaşadığı ev istiqamətində qaçmışdır. Evə tərəf qaçarkən bıçaq sağ əlində olmuş və o, evə daxil olub evin giriş qapısının yanında olan hamam otağına daxil olaraq bıçağı yuyub kəmərinin altına qoymuşdur. Həmin vaxt həyəcandan bıçaqda qan ləkələri olub-olmadığını görə bilməmişdir. O, dərhal hamam otağından çıxmış və giriş qapısına tərəf getmişdir və bu zaman içəri otaqdan Yusif çıxmış və ondan nə baş verdiyini soruşmuş, o isə Yusifə heç bir şey olmadığını, küçədə nəsə səs-küy olduğunu bildirmişdir. Bunu dedikdən sonra Yusifin yaşadığı evdə qalmış ona məxsus ətir qabını divanın yanından götürüb getmişdir. O, evdən gedərkən Yusif evdə olmuşdur. Yusifin qaldığı evdən çıxıb bibisioğlu İlyasın evinə getməyə qərar vermişdir, çünki Yusifin evi daha yaxınlıqda, yəni Zabratda yerləşir. O, piyada İlyasın evinə getmişdir. Bibisioğlu İlyas evdə olmuş və o, Yusifə adam bıçaqladığını demiş və Yusifin mobil telefonundan qardaşı Mehracın mobil nömrəsinə zəng edib, Mehraca da adam bıçaqladığını demişdir. Lakin, o, Natiqin öldüyünü bilmədiyindən İlyasa və Mehraca adam öldürdüyünü deməmişdir. Qardaşı Mehrac ona telefonda demişdir ki, 28 may metrostansiyası yaxınlığında işlətdiyi telefon mağazasına gəlsin. Nömrəsini xatırlamadığı avtobusa minib 28 may metrostansiyası istiqamətində getmiş və orada düşüb qardaşının işlədiyi telefon mağazasına yaxınlaşan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, Natiqə xəsarət yetirdiyi bıçağın üzərində olduğunu bildirmiş və törətdiyi cinayəti etiraf etmişdir. O, Natiqi əvvəllər tanımamışdır. Natiqi hadisə günü ilk dəfə görmüşdür. Hadisə vaxtı Zərərçəkmiş şəxs ona qarşı hər hansı təhqiramiz sözlərdən istifadə etməmişdir. Zərərçəkmiş şəxs ilə aranızda olan münaqişə təxminən 1-2 dəqiqə davam etmişdir. Hadisə yerində o, Camal və Zərərçəkmiş şəxs olmuşdur. Kənarda başqa şəxslərin olması barədə xəbəri yoxdur. Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirdikdən sonra hadisə barədə yalnız bibisioğlu İlyasa və mobil telefonla qardaşı Mehraca məlumat vermişdir. Hadisə vaxtı Camal hadisəyə hər hansı bir etməmiş, kənarda dayanıb baxmışdır. Hadisə vaxtı cinayətin törədilməsinə onu hər hansı bir şəxs təhrik etməmişdir. Natiqin yumruq zərbələrindən sonra qəzəbləndiyi üçün Natiqə bıçaq zərbəsi vuraraq oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi həmin bıçağın tutacağını qara skoçla bağlamışdır. Ümumi uzunluğu təxminən 25-26 sm olmaqla mətbəx bıçağıdır. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq fəhləlik edən zaman ona lazım olmuşdur, belə ki, tikintidə işlədiyi zaman lazım olduğu üçün mağazadan almışdır. Bıçağı təxminən 6 aydır ki, üzərində gəzdirir. Üzərində bıçaq gəzdirməyinin səbəbi həhləlik edən zaman kabel kəsməyə, şlanq kəsməyə lazım olmuşdur. Natiq hündür, cüssəli bir insan olmuşdur. Avtomobilindən enib ona yumruq zərbələri vurduqda o, qorxmuş və ona görə də, özünü müdafiə etmək məqsədilə Natiqə bıçaq zərbəsi endirmişdir. Onun Natiqi öldürmək məqsədi olmamışdır. Hadisə vaxtı üzərində qara rəngli cins şalvar, qara rəngli üzərində ağ naxışlar olan köynək, qara rəngli ayaqqabı olmuşdur. Hadisə vaxtı Zərərçəkmiş şəxs üzərində qara rəngli gödəkcə və tünd göy rəngli cins şalvar olmuşdur. O, heç bir psixi xəstəlikdən əziyyət çəkmir. O, telefon işlətməmiş, istifadəsində hər hansı nömrə olmamışdır. Hadisə vaxtı Zərərçəkmiş şəxs yumruq zərbəsi nəticəsində sağ gözündən xəsarət almışdır. Gözünün altı göyərmişdir. Natiqin sinəsindən və gözünün altından vurduğu yumruq zərbələri şiddətli olmamışdır. Ona görə də, həmin zərbələrdən sonra xəsarət izləri qalmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğlu olmuşdur. O, 1982-ci ildə X1 ilə ailə həyatı qurmuşdur. Birlikdə yaşadıqları müddətdə, yəni 1984-cü ildə Əliyeva Leyla adlı qız övladı və 1985-ci ildə Ağayeva Bibixanım adlı qız övladı, 1988-ci ildə isə ən kiçik övladı mərhum Zərərçəkmiş şəxs dünyaya gəlmişdir. Hər iki qızı evlidir və ailələri ilə birlikdə yaşayırlar. Oğlu Natiq iki dəfə ailə həyatı qurmuşdur, ilk evliliyindən Şahnaz adlı 5 yaşlı qızı, ikinci evliliyindən isə Xatirə adlı 2 yaşlı qızı vardır. Onlar ailədə 4 nəfər olmuşlar, nəvəsi Şahnaz anası ilə birlikdə yaşayır. Oğlu Natiq qəbirsanlıqda işləmiş, baş daşlarının düzəldilməsi işini görmüşdür. O, 3 saylı ŞKX-da tibb bacısı işləyir. Hadisə günü, yəni 23.03.2020-ci il tarixdə o, işdə olmuşdur. Oğlu Natiqi ən son 22.10.2020-ci il tarixdə səhər 09 radələrində görmüşdür. Belə ki, Natiqin əhvalı normal olmuş, yemək yedikdən sonra işə gedəcəyini bildirmişdir. O, Natiqdə həmin vaxt qeyri-adi nəsə hiss etməmiş, həmişəki kimi davranmışdır. O, tibb bacısı olduğu üçün həmin günü xəstəxanada növbədə olmuş, ona görə də həmin gecəni evə gəlməmişdir. 23.10.2020-ci il tarixdə səhər 09 radələrində oğlum Natiqin dostu Vüqar ona telefon zəngi edərək bildirmişdir ki, Natiqi bıçaqla vurublar və 3 saylı ŞKX-na aparır. O, həmin vaxtı işdən çıxmışdır və taksidən düşüb ev istiqamətində getmişdir. Vüqarın telefon zəngindən sonra yenidən taksiyə əyləşib 3 saylı ŞKX-na getmişdir. Orada isə bilmişdir ki, Natiq artıq ölübdür. Hadisə günü və ya hadisədən əvvəl oğlu Zərərçəkmiş şəxs ona kiminləsə münaqişəsi və ya mübahisəsi olması bir söz deməmişdir. Oğlunun heç kimlə münaqişəsi və ya mübahisəsi olmamışdır. Təqsirləndirilən şəxs adlı bir şəxsi tanımamışdır və oğlu Natiq da həmin şəxs barəsində ona hər hansı bir söz deməmişdir. Oğlu Natiq ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2020-ci il tarixdə saat təxminən 09 radələrində o, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi 50 ünvanında yerləşən evinin həyətindən çölə çıxmış və bu zaman küçədə əvvəllər tanıdığı Ülvini görmüşdür. Onun siqareti olmamış və o, Ülvidən 1 ədəd siqaret istəmişdir. O, Ülvini yaşadığı küçədə fəhləlik etdiyi vaxtlardan tanımışdır. Belə ki, Ülvi o, yaşadığı küçədə yerləşən evdə fəhlə işləyən zaman bir neçə dəfə Ülviyə su, çay vermiş və həmin vaxtdan onların münasibəti yaranmışdır. Ülvi ona 1 ədəd siqareti verdikdən sonra o, Ülviyə evinin həyətində gördüyü tikinti işi barəsində danışmağa başlayan an həmin küçəylə hərəkət edən “Moskviç”markalı, dövlət qeydiyyat nömrəsi **-FK-*** olan yaşıl rəngli avtomobilin gəldiyini görmüşdür. Həmin avtomobil asta sürətlə gəlmiş, lakin, onun və Ülvinin olduğu yerə yaxınlaşanda sürətini artırmışdır. Ülvi həmin sürücüyə yüksək səslə demişdir ki, “Niyə belə sürürsən, görürsən ki, söhbət edirik”. Həmin avtomobilin sürücüsü Natiq olmuş, əvvəllər də Natiqi qəsəbə sakini kimi tanımış və salam-sağolu olmuşdur. Natiq bir qədər qabağa sürüb avtomobilini saxlamış və avtomobildən enib Ülviyə yaxınlaşıb “Yaxşı edirəm sənə nə” demiş və ardınca da sağ əli ilə Ülvinin sinəsinin ortasından 1 dəfə itələdi, Zərbənin təsirindən Ülvi arxaya doğru getmiş və kürəyi divara dəymişdir. Sonra Natiq Ülvinin sol əli ilə Ülvinin boğazından tutdu. Bundan sonra Ülvi şalvarının kəmərinin altında saxladığı bıçağı çıxarıb sağ əli ilə Natiqin sol qoltuq nahiyəsinə bir ədəd bıçaq zərbəsi endirmiş və dərhal hadisə yerindən qaçmışdır. Ülvinin bıçaq zərbəsindən sonra Natiq özünə məxsus olan “Moskviç- 2141” markalı yaşıl rəngli avtomobilin sürücü qapısının yaxınlığına gedərək dizi üstə yerə yıxılmış, sağ əlini oturacağa, başını da əlinin üzərinə oturacağa qoymuşdur. Sol əli isə yerə doğru sallanmışdır. Natiq bıçaqlandıqdan sonra yaralandığı yerdən qan çıxmağa başlamışdır. O, baş vermiş hadisədən çox qorxduğu üçün Natiqə hər hansı köməklik edə bilməmişdir. Baş vermiş hadisədən şoka düşmüşdür və ətrafda kimlərinsə olduğunu da xatırlamır. Natiq o vəziyyətdə olarkən o daxil, heç kim kömək üçün Natiqə yaxınlaşmamışdır. Bir neçə dəqiqdən sonra Natiqin dostu Vüqar hadisə yerinə gəlmişdir. X11 Tibbi Yardımf zəng edib məlumat vermişdir. Vüqar hadisə yerinə çatdıqdan sonra Natiqin yanına qaçmış və arxadan qucaqlayıb Natiqin idarə etdiyi “Moskviç” markalı avtomobilinin sağ qapısını açıb Natiqi avtomobilin yan oturacağında oturtmuşdur. Həmin vaxtı da Natiqin bədənindən şiddətli qan axmışdır. Natiq hərəkətsiz olmuş və şüuru özündə olmamışdır. Vüqar sürətli şəkildə avtomobili sürərək Natiqi xəstəxanaya aparmaq üçün yola çıxmışdır. Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirən Ülvinin onun yaşadığı məhəllədə yaşamamışdır. Bildiyi qədərilə Ülvi oraya Yusifi ziyarət etmək üçün gəlmişdir. Yusif və Ülvinin münasibətləri yaxındır. Hadisə vaxtı Ülvinin Natiqə xəsarət yetirdiyi bıçağın xüsusiyyətlərini xatırlamır, çünki hadisə qəflətən baş vermişdir. O, Ülvinin üzərində heç vaxt əvvəllər bıçaq gəzdirməsinin şahidi olmamışdır. Ülvinin başında qara rəngli papaq olmuşdur. Əynində də qara rəngli cins şalvar, qara üzərində naxışlar olan köynək və qara rəngli ayaqqabı olmuşdur. Zərərçəkmiş şəxs Ülvi ilə mübahisəsinin olmasını və yaxud əvvəllər dava etdiyini görməmişdir. Hadisə vaxtı orada o, Natiq və Ülvi olmuşlar. O, başqa kimlərinsə hadisəni gördüyünü bilmir. Vüqar adlı şəxs Natiqi avtomobilə mindirib xəstəxanaya aparan zaman Natiq hərəkət edə bilməmişdir. Fikrincə, Natiq artıq ölmüşdür. Həmin an hadisələr çox sürətli baş vermişdir. O, Ülvinin üzündə xəsarət izi qalıbqalmadığını da görə bilməmişdir. Lakin, fikrincə Natiqin həmin zərbələrindən sonra Ülvidə xəsarət izi qalmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yaxın dostu olmuşdur. Onlar birlikdə Sabunçu rayonu, Balaxanı qəbirstanlığında işləmişlər. Natiq heç kimlə problemi olmayan, sakit insan olmuşdur. O, 23.10.2020-ci il tarixdə səhər saat 08 radələrində yuxudan oyanıb səhər yeməyi yemişdir. Natiq həmişə saat 09 radələrində onun yaşadığı evə gəlmiş və onlar birlikdə işlədikləri qəbirsanlığa getmişlər. Həmin gün də səhər saat 09 radələrində o, yaşadığı evdən küçəyə çıxmışdır. Natiq hər gün səhər radələrində Cahangir Cahangirov küçəsindən idarə etdiyi yaşıl rəngli “Moskviç” markalı avtomobili ilə gəlmişdir. Natiqin gəldiyi istiqamət bir qədər yüksəklikdə yerləşir. O, küçədə dayanan zaman birdən Natiqin avtomobili gəlməli olduğu yerdən adını bilmədiyi 4-5 yaşlarında uşaq qaça-qaça onun tərəfə gəlmiş və bildirmişdir ki, “Natiqi bıçaqladılar”. O, bundan sonra qaçaraq həmin istiqamətə getmişdir. O, küçənin dik hissəsini qaçaraq Cahangir Cahangirov küçəsi 50 evinin qarşısına getmişdir. Onun yaşadığı evlə həmin ünvan arasında təxminən 80-100 metr məsafə olar. Ora çatdıqda dostu Natiqin idarə etdiyi yaşıl rəngli “Moskviç”in yanında dizlərini yerə qoyaraq, başını isə avtomobilinin oturacağına söykənmiş şəkildə olduğunu görmüşdür. Natiqin sağ əli başının altında, yəni oturacağın üstündə, sol əli isə yerə doğru sallanmışdır. Ətrafda kimlərin olduğunu xatırlamır. O, Natiqi o vəziyyətdə görən kimi dərhal yanına qaçmış və arxadan qucaqlayıb idarə etdiyi “Moskviç” markalı avtomobilinin sağ qapısını açıb avtomobilin yan oturacağında oturtmuşdur. Natiqin bədənindən şiddətli qan axmışdır. Lakin, Natiq nəfəs almamış və şüuru özündə olmamışdır. O, surətli şəkildə avtomobili 3 saylı ŞKX-na sürmüşdür. Yolda Natiqin anası Xatirə xanıma zəng etmiş və o, bildirmişdir ki, Natiqi 3 saylı ŞKX-na aparır. Oraya çatdıqda həkimlər Natiqi xərəyə qoyub içəri aparmışlar. O da içəri daxil olduqdan 2-3 dəqiqə sonra orada ona bildirmişlər ki, Natiq artıq öldübdür. Natiq xəstəxanaya ölü daxil olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər ona Təqsirləndirilən şəxs barəsində hər hansı bir söz söz deməmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi hadisə baş verənədək tanımamışdır. Sonradan bilmişdir ki, Natiqi bıçaqlayaraq öldürən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Fikrincə o, hadisə günü Zərərçəkmiş şəxs yaxınlaşdıqda Natiq artıq ölmüşdür. Natiq hərəkət etməmiş və nəfəs almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsində yerləşən evində yaşayır. Ailəsi 9 nəfərdən ibarətdir. O, Cahangir Cahangirov küçəsində salonda işləyir. O, 23.10.2020-ci il tarixdə səhər radələrində Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi ünvanında yerləşən evinin qarşısında küçədə olmuşdur. Onun evində təmir getmişdir və belə ki, usta evinin damını təmir etmişdir və o, çöldə dayanıb evin damına baxmış və ətrafda baş verənlərə fikir verməmişdir. Orada dayanan zaman anidən 70-80 metr kənarda sol tərəfdə qışqırıq səsi gəlmişdir. Belə ki, adını bilmədiyi kimsə yüksək səslə “bıçaqladı” qışqırmışdır. O, sola baxan kimi qonşusu Natiqin yaşıl rəngli avtomobilini görmüşdür. Natiqin avtomobili onun önündə dayandığı üçün o, hadisənin necə baş verməsini görməmişdir. Həmin qışqırıq səsindən sonra o, dərhal yaşadığı evə keçmiş və dərhal təcili yardım xidmətinə zəng edib, bıçaqlanma hadisəsinin baş verdiyini bildirmişdir. Bundan sonra o, qorxduğu üçün küçəyə çıxmamışdır. Sonra bilmişdir ki, qonşuluqda yaşayan Natiq bir nəfər şəxs tərəfindən bıçaqlanaraq öldürülmüşdür. O, Zərərçəkmiş şəxs adlı şəxsi əvvəllər tanımışdır, Natiq Balaxanı qəsəbəsi sakini olmuşdur. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamışdır. Yaşadığı küçədə də Ülvi adlı şəxsin yaşamasını eşitməmişdir. Mənim hadisə vaxtı diqqətim evimin təmir edilmiş damında olmuşdur. Mən ora baxırdım. Hadisə baş verdikdən sonra isə yaşadığım evə keçib təcili tibbi yardıma zəng etdiyim üçün orada kimlərin olduğunu görməmişəm. Yaşadığı ev ilə Şahid1 yaşadığı ev arasında məsafə təxminən 70- 80 metr məsafə olmuşdur. Onun sol tərəfinə yəni Şahid1 evi tərəfə fikir verməmişdir, belə ki, onun diqqəti yaşadığı evin yeni təmir edilmiş damında olmuşdur. Həm də, ondan sol tərəfdə, yəni hadisə baş verən yerin önündə avtomobil dayandığı üçün o, orada kimlərin dayanmasını, həmçinin, hadisənin baş verməsini görə bilməmişdir. Zərərçəkmiş şəxs əvvəllər kiminləsə mübahisə və ya münaqişə yaşamasının şahidi olmamışdır. Məhkəmə iclasında ibtidai istintaqdakı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 ildir ki tanıyır, onlar biryerdə tikintidə fəhlə işləmişlər. Ülvi də onun kimi Balaxanı qəsəbəsi ərazisində yaşayır və fəhləlik, ustalıq edərək qazandığı pulla həyatını təmin etmişdir. Ülvi 22.10.2020-ci il tarixdə saat təxminən 20 radələrində hal-əhval tutmaq üçün onun yaşadığı evdə onu ziyarətə gəlmişdir. O, tək yaşayır və Ülvi ilə dostluq münasibəti olduğu üçün ay ərzində bir neçə dəfə onun yaşadığı evə gəlir və onlar gündəlik həyatları barədə söhbətləşirlər. Həmin gün də Ülvi onu ziyarətə gəlmiş və təxminən saat 24 radələrində Ülviyə yatması üçün yer düzəltdikdən sonra Ülvi digər otaqda yatmışdır. Belə ki, Respublika ərazisində saat 21-dən sonra komendant rejimi tətbiq edildiyi üçün Ülvi evlərinə qayıda bilməmiş, ona görə də, o, yer açmışdır ki, yatsın. Növbəti gün, yəni 23 oktyabr 2020-ci il tarixdə saat təxminən 08 radələrində oyanmış və Ülviylə birlikdə səhər yeməyi yemişlər. Səhər yeməyindən sonra, təxminən saat 09 radələrində Ülvi onunla sağollaşıb getmişdir. Ülvi ona hara gedəcəyini deməmiş, o da Ülvidən hara gedəcəyini soruşmamışdır. Bir qədər sonra o, evin digər otağında olan zaman Ülvi evə daxil olmuş və o, Ülvidən nə baş verdiyini, niyə geri qayıtdığını soruşmuşdur. Ülvi ona heç bir şey olmadığını, küçədə nəsə səs-küy olduğunu bildirmişdir. Ülvi bunu dedikdən sonra onun yaşadığı evdə qalmış ətir qabını divanın yanından götürüb getmişdir. Bir qədər sonra o, küçəyə çıxmış və Cahangir Cahangirov küçəsi 50 ünvanında yerləşən evin qarşısında insanların toplaşdığını görüb oraya yaxınlaşdıqda görmüşdür ki, küçədə yerdə qan ləkələri vardır. O nə baş verdiyini soruşduqda ona bildirmişlər ki, Balaxanı qəsəbəsi sakini Natiq bıçaqlanmış və avtomobili ilə xəstəxanaya aparılmışdır. Daha sonra bilmişdir ki, Natiqi Ülvi bıçaqlayaraq öldürmüşdür. Təqsirləndirilən şəxs onun yaşadığı evi ay ərzində 2-3 dəfə ziyarət etmişdir. Onun tək yaşadığını bilmişdir, ona görə onu bir dost kimi hal-əhval tutmaq üçün ziyarət etmişdir. O, təxminən 1 aydır ki tək yaşayır. Bundan əvvəl ailəsi ilə birlikdə Balaxanı qəsəbəsində yaşamışdır. Ailəsinin evi kiçik olduğu üçün o, ailəsindən ayrı yaşamaq barədə qərar vermişdir. Təqsirləndirilən şəxs 22.10.2020-ci il tarixdə saat 20 radələrində onu ziyarət etməsinin səbəbi bir dost kimi hal-əhval tutmaq olmuşdur. Həmin gün Təqsirləndirilən şəxsla iş barəsində danışmışlar. Belə ki, yeni iş olmadığını, malyar işi olsaydı görüb pul qazanmaq istəməsi barədə danışmışlar. O, 22.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində bıçaq gəzdirməsinin şahidi olmamışdır. Hadisə günü, yəni 23.10.2020-ci il tarixdə də Təqsirləndirilən şəxs üzərində bıçaq gəzdirməsinin şahidi olmamışdır. Əvvəllər də Ülvinin üzərində bıçaq gəzdirməsinin şahidi olmamışdır. Belə ki, o, Ülvini tez-tez görmədiyi üçün üstündə bıçaq olmasını görməmişdir. Təqsirləndirilən şəxs hadisə günü saat 09 radələrində yaşadığı evdən çıxıb bir qədər sonra geri qayıtdıqda üzərində bıçaq və ya paltarında qan ləkələri olduğunu görməmişdir. Təqsirləndirilən şəxs hadisə günü saat 09 radələrində yaşadığı evdən çıxıb bir qədər sonra geri qayıtdıqda ona hadisə ilə bağlı hər hansı bir söz deməmişdir. Sadəcə demişdir ki, çöldə bilmədiyi səbəbdən səs-küydür və ətir qabını götürüb evdən getmişdir. Təqsirləndirilən şəxs həmin vaxt üzərində qara rəngli papaq olmuşdur. Əynində də qara rəngli cins şalvar, qara üzərində naxışlar olan köynək və qara rəngli ayaqqabı olmuşdur. Zərərçəkmiş şəxs adlı şəxsi tanımamışdır. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs adlı şəxs barəsində hər hansı bir söz deməmişdir. Təqsirləndirilən şəxs əvvəllər kiminləsə mübahisə və ya münaqişə yaşamasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs nə vaxtsa narkotik və ya psixatrop maddələr qəbul etməsinin şahidi olmamışdır. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 26 ildir ki, Bakı şəhərində yaşayır. Valideynləri Şamaxı rayonu, Adnalı kəndindən Bakı şəhərinə köçmüşlər. Ailəsi 7 nəfərdən ibarətdir, o, qardaşı Qarayev Cəlil, atası Qarayev Kamal, anası Qarayeva Fəxriyyə, arvadı Qarayeva Sahilə, oğlu Qarayev Əli və Qarayev Zəkəriyya. O, işləmir, İ qrup əlildir, gözlərinin görmə faizi 10 faizdir, ona görə də, gününü ancaq evdə keçirir. Ülvi onun dayısıoğludur, onun Ülvi ilə münasibəti həmişə yaxşı olmuşdur. Ülvi müxtəlif tikinti yerlərində fəhləlik edərək qazandığı pulla həyatını təmin etmişdir, daimi iş yeri olmamışdır. Ülvi əvvəllər hərbi xidmətdə olduğu zaman əsgər yoldaşını bıçaqladığı üçün məsuliyyətə cəlb edilərək, 2016-cı ildə məhkum olunmuşdur. Bibisioğlu Ülvi bir qohum kimi bəzi vaxtlarda onun ziyarətinə gəlmişdir. Ülvi 23.10.2020-ci il tarixdə saat 11 radələrində onun yaşadığı evə gəlmişdir. O, həmin vaxtı evdə tək olmuşdur. Anası və atası işdə, arvadı isə uşaqlarla birlikdə valideynlərini ziyarətə getmişdir. Onun görmə qabiliyyəti zəif olduğu üçün Ülvi onlara gəldikdə o Ülviyə diqqətlə fikir verə bilməmişdir. Ülvi gələn vaxtı o, evin həyətində göyərçinləri yemləmişdir. Ülvi evin həyətində ona yaxınlaşmış, adam bıçaqladığını bildirmiş və əlavə olaraq bildirmişdir ki, onun mobil telefonundan qardaşı Mehraca zəng etmək istəyir. O, Ülvinin dediyindən həyəcanlandığı üçün heç bir sual verməmiş və mobil telefonunu Ülviyə uzatmışdır. Ülvi mobil telefonunu götürüb qardaşı Mehracın mobil nömrəsinə zəng etmiş və demişdir ki, adam bıçaqlayıbdır. Mehrac isə Ülviyə 28 may metrostansiyası tərəfdə yerləşən işlədiyi mobil telefon mağazasına gəlməli olmasını dedikdən sonra Ülvi danışığı sonlandırıb telefonu ona vermiş və bildirmişdir ki, qardaşı Mehracın yanına gedir. O, Ülviyə yenə hər hansı bir sual verməmiş və Ülvi onun yaşadığı evdən çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs adlı şəxsi tanımamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirdikdən sonra onun yaşadığı evə gəldikdə hadisə barədə hər hansı məlumat verməmişdir. Sadəcə bildirmişdir ki, adam bıçaqlayıbdır. Mehracla onun telefonu ilə danışdıqdan sonra isə Mehracın yanına gedəcəyini bildirib getmişdir. Ülvi bıçaqladığı adamın ölməsi barədə də hər hansı bir söz deməmişdir. Təqsirləndirilən şəxs əvvəllər üzərində bıçaq gəzdirməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs həmin vaxt üzərində bıçaq bıçaq görməmişdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, uzun müddətdir ***-***-**-** mobil nömrəsindən istifadə edir. Ülvi də hadisə günü yəni 23.10.2020-ci il tarixdə qardaşı Mehraca onun istifadəsində olan həmin nömrədən zəng etmişdir. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmmiş Şahid6 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 4 ildir ki, Bakıda ailəsi ilə birlikdə Şamaxı rayonu, Adnalı kəndindən Bakı şəhərinə köçmüşlər. O, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən evdə kirayədə yaşayır. Ailəsi 5 nəfərdən ibarətdir, o, qardaşı Təqsirləndirilən şəxs, bacısı Mahmudova Süsən, atası Mahmudov Vüqar və anası Mahmudova Şüküfə. O, Bakıda telefon mağazasında satıcı işləyir. Qardaşı Ülvi isə müxtəlif tikinti yerlərində fəhləlik edərək qazandığı pulla həyatını təmin etmişdir, daimi iş yeri olmamışdır. Qardaşı Ülvi əvvəllər hərbi xidmətdə olduğu zaman əsgər yoldaşını bıçaqladığı üçün məsuliyyətə cəlb edilərək, 2016-cı ildə məhkum olunmuşdur. Qardaşı Ülvi 22.10.2020-ci il tarixdə tanışı Yusifin Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsində yerləşən evini ziyarətə getmişdir. Həmin gecə Ülvi evə gəlməmişdir. Yusif və Ülvinin münasibətləri yaxşı olduğu üçün Ülvi Yusifi tez-tez ziyarətə getmişdir. Bildiyi qədərilə Yusif tək yaşayır. Yusifi təxminən 4 ildir tanıyır, belə ki, onlar biryerdə tikintidə fəhlə işləmişlər. Bugün, yəni 23.10.2020-ci il tarixdə saat 12.30 radələrində qardaşı Ülvi bibisioğlu İlyasın istifadəsində olan mobil nömrədən ona telefon zəngi edərək adam bıçaqladığını bildirmişdir. O isə bildirmişdir ki, onun 28 may metrostansiyası yaxınlığında işlədiyi telefon mağazasına gəlsin. Daha sonra polis əməkdaşı ona telefon zəngi edərək bildirmişdir ki, qardaşı Ülvi bıçaqla adam öldürmüşdür. O, Zərərçəkmiş şəxs adlı şəxsi əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirdikdən sonra ona telefon zəngi etdikdə hadisə barədə hər hansı məlumat verməmişdir. Sadəcə bildirmişdir ki, adam bıçaqlayıbdır. Ülvi bıçaqladığı adamın ölməsi barədə də hər hansı bir söz deməmişdir. O, fikirləşmişdir ki, Ülvinin bıçaqladığı adam ölməmişdir, ona görə Ülvini çağırmışdır ki, hadisə barədə daha ətraflı məlumat alsın. Təqsirləndirilən şəxs əvvəllər üzərində bıçaq gəzdirməsinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçağın tutacağını qara skoçla bağlamışdır, mətbəx bıçağı olmuşdur. Təqsirləndirilən şəxs üzərində bıçaq gəzdirməyinin səbəbini bilmir. O, səhər işə gedib, axşam evə gəlir. Ona görə də, Ülvinin həmin bıçağı hansı məqsədlə istifadə etməsini bilməmişdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hadisə baş verənədək mobil telefon işlətməmişdir. İstifadəsində hər hansı nömrə olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs barəsində 23.10.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 23.11.2020-ci il tarixli, 189 N-li rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində sol ağciyərin və aortanın yaralanmasına səbəb olan döş qəfəsinin sol yarısının bayır səthinin döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət həyatidir, mərhumun ölümündən az əvvəl deşici-kəsici alətin təsirindən törənmişdir, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxsnnu ölümünə səbəb olan döş qəfəsinin sol yarısının bayır səthinin döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxsnn meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş iş üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizasının 26.10.2020-ci il tarixli, 1632 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının 03.11.2020-ci il tarixli, 828/2020 N-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - Oalfabeta/İ/. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu - O/l/. Ekspertizaya təqdim olmuş Zərərçəkmiş şəxs məxsus şalvar, qısaqol mayka, alt mayka, trusik, gödəkcə, kəmər, 01 cüt ayaqqabı, 01 cüt corab və hadisə yerindən 02 ədəd çubuqlu tampon və 04 ədəd pambıq tamponlarda götürülmüş ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “H” antigeni, bəzi ləkələrdə həmçinn alfa və beta aqqlyutinininləri alındı. Bu qan ləkələri Oalfa,beta/l/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. İş materiallarında olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının 30.11.2020ci il tarixli, 528-MTKŞ/2020 N-li rəyindən görünür ki,ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin, köynəyin və maykanın sol döş nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabı, bir cüt corab, bir ədəd tuman, bir ədəd şalvar, bir ədəd gödəkcə, bir ədəd köynək və bir ədəd mayka üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmş Təqsirləndirilən şəxs məxsus bir ədəd papaq, bir ədəd şalvar və iki ədəd köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 17.11.2020-ci il tarixli, 2279 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik çizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun əməli AR CM-nin 21.1, 21.3 və ya 22.1-ci maddələrinin təsiri altına düşmür, yəni anlaqlı hesab edilməlidir. Hal-hazırda yoxlanılan şəxs öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək və öz prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs tez özündən çıxmaq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, inadkarlıq, özünəməxsus mövqe və prinsiplərə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranma səbəbi situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarındakı məhkəmə-narkoloji ekspertizasının 28.12.2020-ci il tarixli, 3568 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və ya alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və ya alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və ya alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09.11.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə Tərtər Hərbi Məhkəməsinin qərarı ilə 26.12.2014cü il tarixdə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.12.2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin 1657 nömrəli “Əfv Sərəncamı” ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü üzrə qiymətəndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini Təqsirləndirilən şəxs əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir və onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.3.3cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, habelə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və onun qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunması məhkumluğunun ödənilməməsi, hazırki cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən xüsusi ilə ağır cinayətlər təsnifatına aid edildiyi üçün əməlində cinayətin xüsusi təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən xüsusi ilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin (xüsusi təhlükəli) residivi olduğu və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)- 626/2020 nömrəli 24.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 23 oktyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 23 oktyabr 2020-ci il tarixdən həbsdə saxlanıldığından ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı gündən, yəni 23 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində məsuliyyəti yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş ağır cinayət törətdikdən sonra məhkumluğu ödənilmədən yenidən xüsusilə ağır cinayət törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia, həbs qoyulmuş əmlak və məhkəmə xərcləri yoxdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsindən məhkəmədəki müdafiəçisi X4 işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə 240(iki yüz qırx) manat köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu rayon prokurorluğunun “maddi sübatları saxlanılması” otağında saxlanılan, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan paltarları - bir ədəd tünd göy rəngli gödəkçə, bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli qısaqol mayka, bir ədəd qara rəngli cins şalvar, bir cüt qara rəngli idman stilində ayaqqabı, bir cüt qara rəngli corab və bir ədəd tünd göy rəngli tuman, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan paltarlı - bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli üzərində ağ naxışlar olan köynək, bir ədəd qara rəngli papaq və Zərərçəkmiş şəxs xəsarət yetirdiyi tutacağı qara rəngli skoçla sarılmış bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs xüsusi müsadirə tətbiq edilməsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 18 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının ilk 1(bir) ilini həbsxanada, qalan hissəsini xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- 23 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu rayon prokurorluğunun “maddi sübatları saxlanılması” otağında saxlanılan, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan paltarları - bir ədəd tünd göy rəngli gödəkçə, bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli qısaqol mayka, bir ədəd qara rəngli cins şalvar, bir cüt qara rəngli idman stilində ayaqqabı, bir cüt qara rəngli corab və bir ədəd tünd göy rəngli tuman, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan paltarlı - bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli üzərində ağ naxışlar olan köynək, bir ədəd qara rəngli papaq və Zərərçəkmiş şəxs xəsarət yetirdiyi tutacağı qara rəngli skoçla sarılmış bir ədəd bıçaq məhv edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili X4 işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə 240(iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-767/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-767/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver