Məhkəmə qərarları › İş №1(101)-767/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-767/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-767/2022 29.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 08 iyul 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 20a, mənzil 5-də yaşayan, 31 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 noyabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 01 aprel 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə barəsində axtarış elan olunmuş, 20 may 2022-ci il tarixdə axtarışla tutulmuş, faktiki 20 may 2022-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşıyarkən 31 oktyabr 2021-ci il tarixdə inzibati ərazidə xidmətdə olan X4 Alayının 10-cu PB-nin əməkdaşları tərəfindən saat 03:05 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə aparılmış və orada onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əlində olan sellofan torbadan satış məqsədi ilə qanunsuz olaraq naməlum mənbədən əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd qara rəngli sellofana qablaşdırılmış, ayrı ayrılıqda hər bir birinin içərisində 95,0 qram və 7,675 qram olmaqla, ümumi çəkisi 102,675 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 75,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və külli miqdarda metamfetamin psixotrop maddəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Kia Rio” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Tutulmazdan təxminən 1 ay əvvəl narkotik maddə olan heroindən istifadə etməyə başlamış və tələb olunan heroini sosial şəbəkələr vasitəsi ilə tanımadığı şəxslərdən alıb əldə etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti üzrə göstərdi ki, o, 30 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində avtomaşınında yaranmış nasazlıqla əlaqədar qəsəbədə avtomaşınların motor (burada: mühərrik) hissəsinin təmiri ilə məşğul olan Namiq adlı şəxsin işlədiyi avtotəmir sexinə getmiş, orada Namiq maşina baxdıqdan sonra təmir üçün maşını saxlamaq lazım olduğunu bildirmiş və o, avtomaşını sexdə saxlamışdır. O, avtotəmir sexində olan zaman mobil telefonu vasitəsi ilə əvvəl “Facebook” sosial şəbəkəsinə, orada isə Mahir adlı şəxsin hesabına daxil olmuş və tanımadığı həmin şəxsin narkotik maddələrin satışı ilə məşğul olduğu ona məlum olmuşdur. O, “Facebook” sosial şəbəkəsində həmin şəxslə mesajlaşmış və həmin şəxsdə ucuz qiymətə həm metamfetamin və həm də heroin olduğunu öyrənmişdir. O, metamfetamin və heroin alması üçün Mahirlə razılaşdıqdan sonra sonuncu pul köçürülməsi üçün bank kartının şəklini ona göndərmişdir. Ucuz olduğuna görə 740 manat dəyərində metamfetamin və heroin sifariş vermiş, 30 oktyabr 2021-ci il tarixdə, saat təxminən 22:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qaradağ” restoranın yaxınlığında yerləşən mağazada «Milliön» aparatı vasitəsi ilə Mahirin göndərdiyi kart hesabına 740 manat pul köçürmüşdür. O, Mahirin göndərdiyi hesaba pulu ödədikdən sonra, saat təxminən 23 radələrində onun istifadə etdiyi “Facebook” sosial şəbəkəsində olan “Təqsirləndirilən şəxs” adlı sosial hesabına “Mahir” adlı sosial hesabından fotoşəkil göndərilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, Namiq avtomaşını təmir edib qurtardıqdan sonra o, avtomaşını idarə etməyə başlamış, lakin avtomaşının mühərrik hissəsindən səs gəldiyindən o, 31 oktyabr 2021-ci il tarixdə, saat təxminən 03 radələrində geri qayıdaraq nasazlıq barədə Namiqə bildirmişdir. Namiq də avtomaşını yoxlamaq məqsədi ilə onun idarə etdiyim avtomaşına əyləşmiş və onunla birlikdə Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin qarşısından keçərkən o, idarə etdiyi avtomaşını saxlamış, Namiqə ayaqyoluna, yəni tualetə gedib qayıdacağını bildirib maşından düşmüşdür. O, bundan sonra “Facebook” sosial şəbəkəsindən “Mahir” adlı istifadəçinin ona göndərdiyi şəkildə göstərilən yerə, yəni «Bİnə» Ticarət Mərkəzinin avtodayanacağına getmiş və orada ağ rəngli sellofanı taparaq götürmüşdür. O, ağ rəngli srllofanın içərisinə baxan zaman sellofanın içərisində qara rəngli sellofanlara bükülmüş daha 2 ədəd bükülü olduğunu görmüşdür. O, həmin bülkülünün birini açmış, həmin bükülünün içərisində əlavə bir bükülü və onun içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Digər bükülüdə isə heroin narkotik vasitəsi olmuşdur. O, həmin ağ rəngli sellofanı götürərək avtomaşına tərəf gəlmiş, maşına yaxınlaşan zaman iki nəfər polis əməkdaşı da hardansa maşının yanına gəlmişlər. Polis əməkdaşları nədənsə şübhələnib onu və Namiqi polis bölməsinə aparmışlar. O, da elə əlində ağ rəngli sellofan torba ilə birlikdə polis bölməsinə getmişdir. Orada təhqiqatçı tərəfindən ona vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsi ilə üzərində dövriyyəsi qanunla qadağan edilmiş, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və digər əşyaların olub-olmaması soruşulmuş, olduğu təqdirdə könüllü surətdə təqdim olunması ona təklif edilmişdir. Bundan sonra o, “Mahir” adlı şəxsdən 740 manat müqabilində aldığım əlində olan narkotik maddə heroini və psixotrop maddə olan metafetamini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirmiş və üzərində olan 1 ədəd kibrit qutusunu və mobil telefonunu götürmüşlər. Götürülmüş maddələr qablaşdırılmış, protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Qaradağ RPİ-nin 10-cu PB-də onunla əlaqədar sənədləşmə aparıldıqdan sonra ona barəmdə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıldığı bildirilmiş və bir gün sonra o, buraxılmışdır. Bir müddət sonra isə müstəntiq onu çağırmış və müxtəlif sənədlərə imza etdirmişdir. Lakin iş məhkəməyə gələndən sonra ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürüldüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, tutulmazdan təxminən 1 ay əvvəl narkotik maddə heroin istifadə etməyə başlamış, həmin narkotik maddələri sosial şəbəkə vasitəsi ilə tanımadığı şəxslərdən alırmış, lakin heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış və ya bu məqsədlə narkotik vasitələr və ya psixotrop maddələr əldə etmişdir. Onun narkotik vasitə və psixotrop maddə əldə etməsindən Şahid1 xəbəri olmamış və o, bu barədə Namiqə heç bir söz deməmişdir. Namiqlə onun üzərində ayrı-ayrılıqda şəxsi axtarış aparıldığından Namiqdən qanunsuz hər hansı əşya aşkar edilib-edilməməsindən onun xəbəri olmamışdır. O, saxlanılarkən və polis bölməsində olarkən polis tərəfindən ona fiziki və ya psixi güc tətbiq etməmişdir. Tutduğu əməldən səmimi peşimandır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanımış və onun Eminlə normal münasibətləri olmuşdur. 30 oktyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində Emin idarə etdiyi “KİA Rio” markalı avtomaşının mühərrik hissəsində səs olduğundan onun işlədiyi və yaşadığı evin həyətində olan avtotəmir sexinə gətirmişdir. O, avtomaşına baxdıqdan sonra təmir etmək üçün bir az vaxt lazım olduğunu Eminə bildirmişdir. Emin isə avtomaşını sexdə saxlamış, özü isə sexin ətrafında olacağını bildirmişdir. O, elə həmin tarixdə, yəni 30 oktyabr 2021-ci il tarixdə, saat təxminən 23:30 radələrində Eminin avtomaşının mühərrikini təmir edib qurtarmış və bu barədə mobil telefon vasitəsi ilə zəng edərək Eminə demişdir. Emin gəlib avtomaşını işə salmış və sürüb çıxıb getmişdir. Bundan sonra o, digər avtomaşınların təmiri ilə məşğul olmağa başlamışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, 31 oktyabr 2021-ci il tarixdə, saat təxminən 03 radələrində Emin ona zəng edərək avtomaşının mator hissəsindən səs gəldiyini bildirmişdir. O, Eminə geri qayıtmağını bildirmiş, birlikdə sürüb yoxlamalarını təklif etmişdir. Emin gəldikdən sonra o, Eminin idarə etdiyi avtomaşında qabaq sərnişin oturacaqda oturmuş, Emin isə avtomaşını hərəkət etdirmişdir. Onlar birlikdə Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin qarşısından keçən zaman Emin tualetə getmək istədiyini bildirmiş və avtomaşını ticarət mərkəzinin dayanacağına yaxın yolun kənarında saxlamışdır. Emin avtomaşından düşüb getdikdən bir neçə dəqiqə sonra əlində torba qayıdarkən polis əməkdaşları da Eminin idarə etdiyi, yolun kənarında saxladığı avtomaşına yaxınlaşmış, özlərini təqdim edərək onları polis pölməsinə dəvət etmişlər. Emin əlindəki torba ilə birlikdə polis əməkdaşlarının avtomaşınına əyləşmiş və onlar birlikdə Qaradağ RPİ-nin 10-cu PB-nə getmişlər. Orada onun üzərinə videoçəkiliş vasitəsi ilə vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış və üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, habelə cinayət yolu ilə əldə edilmiş və qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir məlumat verməmişdir. Eminlə onun üzərində ayrı-ayrılıqda şəxsi axtarış aparıldığından həmin vaxt Emindən qanunsuz hər hansı əşya aşkar edilib-edilməməsindən onun xəbəri olmamışdır. Lakin Eminin üzərindən narkotik vasitələr aşkar edilməsini az sonra polis əməkdaşlarından eşidib bilmişdir. Onlar saxlanılarkən və polis bölməsində olduqları vax ona və Eminə qarşı fiziki və ya psixi təsir tətbiq edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin X4 Alayının 10-cu Patrul Bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, o, 30 okyabr 2021-ci il tarixdə, saat 20:00-dan etibarən PPX əməkdaşları Şahid3 və Şahid4 ilə birlikdə AP 9692 nömrəli avtopatrul maşını ilə Qaradağ RPİ-nin 10-cu PB-nin xidməti ərazisində xidmətə başlamış, cinayətkarlıqla mübarizədə profilaktik tədbirlər həyata keçirmişlər. Xidmət apararkən onlar gecə saatlarında, artıq 31 oktyabr 2021-ci il tarixə keçən gecə, saat təxminən 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” bazarının qarşısında Lökbatan istiqamətində yolun kənarında “Kia Rio” markalı ** EY *** dövlət nömrə nişanlı avtomaşının dayandığını görüb maraqlanmaq üçün maşına yaxınlaşmışlar. Onlar həmin avtomaşına yaxınlaşdıqda bir nəfər şəxsin sərnişin qismində əyləşdiyini, daha bir nəfərin isə kənardan avtomaşına yaxınlaşdığını görüb həmin şəxslərin narkotik vasitələrdən istifadə etmələrindən şübhələnmişlər. Kənardan maşina yaxınlaşan şəxsin, yəni hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs əlində olan sellofan torbanının içərisində narkotik vasitə ola biləcəyindən şübhələnib onların hər ikisini Qaradağ RPİ-nin 10-cu PB-nə aparıb raportla Bölməyə təhvil vermiş və üzərlərində aparılan şəxsi axtarışda iştirak etmişlər. Qaradağ RPİ-nin 10-cu PB-də maşında sərnişin oturacağında oturmuş şəxsin Şahid1, əlində sellofan torba kənardan maşina yaxınlaşan şəxsin isə barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etdikdən sonra videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təhqiqatçının təklifinə əsasən könüllü olaraq əlində olan ağ rəngli sellofan torbanın içərisindən iki ədəd qara rəngli büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülülərdən 1-ci açılarkən içərilərində ağ rəngli, duza bənzər və qəhvəyi rəndli, toz şəklində, iysiz narkotik vasitəyə oxşar kütlə, 2-ci bükümdə isə ağ rəngli, duza bənzər psixotrop maddəyə okşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin “şüşə” və heroin olduğunu, 30 oktyabr 2021-ci il tarixdə anket məlumatlarını bilmədiyi Mahir adlı şəxsə Milliön aparatı vasitəsilə 740 (yeddi yüz qırx) manat pul göndərməklə şəxsi istifadəsi məqsədilə alıb əldə etdiyini bildirmişdir. Əlavə axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərindən bir ədəd mobil telefon və içərisində kibritlər olan bir ədəd kibrit qutusu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd qara rəngli büküm zərfə qoyularaq qablaşdırılmış, DİN-ə mənsub 222 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Polis nəfəri Şahid2 ifadəsinin davamında göstərdi ki, Eminlə birlikdə saxlanılmış Şahid1 da üzərində şəxsi axtarış aparılmış, lakin heç nə aşkar edilməmişdir. Onların iştirakı ilə aparılan araşdırmalarla Şahid1 Təqsirləndirilən şəxsla cinayət əlaqəsinə girməsi, sonuncudan götürülən narkotik vasitənin və psixotrop maddənin Şahid1la əlaqəsi təsdiq olunmamışdır. Onlar tərəfindən saxlanılan şəxslərə və ya saxlanılan şəxslər tərəfindən onlara qarşı hər hansı qanunsuz hərəkətlər qeydə alınmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin X4 Alayının 10-cu Patrul Bölüyünün polis nəfərləri Şahid3 və Şahid4 Lütfiyar oğlu məhkəmə istintaqı zamanı Şahid qismində dindirilmiş həmkarları Şahid2 ilə oxşar məzmunda ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış aparılması və götürmə» haqqında 31 oktyabr 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, Qaradağ RPİnin 10-cu PB-nin baş təhqiqatçısı V.R.Orucovun rəhbərliyi ilə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X2 və Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 10-cu PB-nün polis nəfərləri Şahid2, Şahid3 və Şahid4 Lütfiyar oğlunun iştirakı ilə video müşaiyət altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl təhqiqatçının təklifinə uyğun olaraq Təqsirləndirilən şəxs könüllü olaraq əlində olan ağ rəngli sellofan torbanın içərisindən iki ədəd qara rəngli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülülərdən 1-ci açılarkən içərilərində ağ rəngli, duza bənzər və qəhvəyi rəndli, toz şəklində, iysiz narkotik vasitəyə oxşar kütlələr, 2-ci bükümdə isə ağ rəngli, duza bənzər psixotrop maddəyə okşar maddə aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “şüşə” və heroin olduğunu, 31 oktyabr 2021-ci il tarixdə anket məlumatlarını bilmədiyi Mahir adlı şəxsdən 740 (yeddi yüz qırx) manata aldığını, pulu həmin şəxsə MilliÖn aparatı vasitəsilə göndərdiyini bildirmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd mobil telefon və içərisində kibritlər olan bir ədəd kibrit qutusu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd qara rəngli büküm zərfə qoyularaq qablaşdırılmış, 222 saylı möhürlə möhürlənmiş və bağlamanın üzəri bütün iştirakçılar tərəfindən, o cümlədən şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır (iş vərəqə: cild İ, səh.24-25). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair «şəxsi axtarış aparılması və götürmə» haqqında 31 oktyabr 2021-ci il tarixli protokola əlavə edilmiş «diskə baxış keçirilməsi haqqında» 03 noyabr 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin yükləndiyi həmin diskdəki videogörüntülər «şəxsi axtarış aparılması və götürmə» haqqında 31 oktyabr 2021-ci il tarixli protokolun məzmununa uyğundur və kənarlaşma müəyyən edirlməmişdir(iş vərəqə: cild İ, səh.94). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əlində olan ağ rəngli sellofan torbanın içərisindən iki ədəd qara rəngli bükümü çıxarıb masanın üzərinə qoyması, bükülülərdən 1ci açılarkən içərilərində ağ rəngli, duza bənzər və qəhvəyi rəndli, toz şəklində, iysiz narkotik vasitəyə oxşar kütlələr, 2-ci bükümdə isə ağ rəngli, duza bənzər psixotrop maddəyə okşar maddə aşkar edilməsi, Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə hesab edilən “şüşə” və heroin olduğunu, 31 oktyabr 2021-ci il tarixdə anket məlumatlarını bilmədiyi Mahir adlı şəxsdən 740 (yeddi yüz qırx) manata aldığını, pulu həmin şəxsə MilliÖn aparatı vasitəsilə göndərdiyini bildirməsi təsdiq olunur. Tədqiq olunan DVD diskə yüklənmiş videogörüntülər şəxsi axtarış aparılması barədə 31 oktyabr 2021-ci il tarixli protokola uyğundur (cinayət işinə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 31 oktyabr 2021-ci il tarixli, 6/4835 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 222” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən.....” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisindən 2 ədəd qara rəngli bağlamada iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 95,0 qram, 7,675 qram olmaqla ümumi təmiz çəkisi 102,675 qram olan ağ rəngli kristalik formada maddə küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, digər bir ədəd bükümdə təmiz çəkisi 75,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Rəydən görünür ki, heroin 2005 ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısna (Siyahı İ), metamfetamin isə 2005 ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısna (Siyahı İ) daxildir(iş vərəqə: cild İ, səh.53-58). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmənarkaloji ekspertizasının 14 yanvar 2022-ci il tarixli, 194 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində onun qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.128-129). Məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərdən görünür ki, ibtidai istintaq orqanının “sübutların qiymətləndirilməsi haqqında” 08 fevral 2022-ci il tarixli qərarına əsasən iş üzrə 75,0 qram çəkidə narkotik vasitə heroin və ümumi təmiz çəkisi 102,675 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, eksprertiza tədqiqatlarından sonra qalıq qalmış 74,95 qram heroin narkotik vasitəsi və eksprertiza tədqiqatlarından sonra qalıq qalmış ümumilikdə iki ədəd bükümdə 102,575 metamfetamin psixotrop maddəsi saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir(iş vərəqə: cild İ, səh.135-142). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.135-142). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 75,0 qram, iki ədəd bükümdə metamfetamin psixotrop maddəsinin təmiz çəkisi isə ümumilikdə 102,675 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 75,0 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin isə 102,675 qram olmaqla külli miqdar anlayışının start miqdarından qat-qat artıq miqdar təşkil etməsi, aşkar edilib götürülmüş vasitə və maddələrin müxtəlif növlərdə olması və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, onun əldə etməklə saxlayıb daşıdığı külli miqdarda heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsini satış məqsədi ilə deyil, öz istifadəsi üçün nəzərdə tutması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından və işdə olan müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qaradağ rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 15 iyul 2018-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar olaraq cəzadan azad edilmişdir (iş vərəqə: cild İ, səh. 103, 124-127). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təsnifatəna görə az ağır cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu cəza müddətinin başa çatması ilə əlaqədar cəzadan azad olunduğu 15 iyul 2018-ci il tarixdən iki ildən artıq bir müddət keçdikdən sonra, yəni 31 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş və artıq bu müddətdə onun Qaradağ rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən (təsnifatından asılı olmayaraq) azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən isə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs baxılan iş üzrə məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 2005 və 2008-ci il təvəllüdlü iki nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır (iş vərəqə: cild İ, səh. 131, 132, 134). Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, barəsində olan yüngülləşdirici hal nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 14 yanvar 2022-ci il tarixli, 194 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun axtarış nəticəsində tutulduğu 20 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 31 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, lakin bir gün sonra - 01 noyabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərarına əsasən isə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Lakin Təqsirləndirilən şəxs məhkəmədən yayındığından məhkəmənin 01 aprel 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz olunmuş və onun haqqında axtarış elan olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs axtarış nəticəsində 20 may 2022-ci il tarixdə tutulmuş, barəsində «həbs» qətimkan tədbiri tətbiq edilmiş və məhkəmə hökmü çıxarılanadək o, fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli axtarış nəticəsində tutulduğu 20 may 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 31 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub 01 noyabr 2021ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunan cəzadan çıxılmalı və üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 20 may 2022ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Qaradağ RPİ-nin saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 74,95 qram narkotik vasitə heroin və 102,575 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs 31 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub 01 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli axtarış nəticəsində tutulduğu 20 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 74,95 qram narkotik vasitə heroin və 102,575 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar