Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-767/2025 26.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:55 X3 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7 və Əlizadə Orxan Arzuxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və əməlində cinayətlərin (sadə) residivi mövcud olan, ünvan 1 ünvanında, qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroin əldə edərək üzərində saxlayıb daşımış, daha sonra isə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. İşin faktiki halları
1. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,034 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 27 may 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi X17 yerləşən “Socar” YDM-nin yaxınlığına qədər daşımış, o, həmin gün orada saat 17:30-da X25 Alayının 11-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 19:25-də Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibində iki ədəd şəffaf sellofana bükülmüş təmiz çəkiləri 0,707 qram və 0,327 qram, ümumi təmiz çəkisi 1,034 qram təşkil edən, xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 07 iyul 2024-cü il tarixdə səhər saatlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 5,281 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü tarixdə saat 08:50 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xanməmmədov 5 ünvanında yerləşən Suraxanı RPİnin 30-cu PŞ-yə aparılmış və orada üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 05 (beş) ədəd şəffaf sellofan bükümdə ayn-ayrılıqda təmiz çəkiləri 1,049 qram; 1,101 qram; 1,058 qram; 0,981 qram; 1,092 qram, ümumilikdə təmiz çəkisi 5,281 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
2. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Suraxanı RPİ0nin 30-cu PŞ-nin sahə inspektoru, polis mayoru Şahid1 07 iyul 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur.
3. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Şübhəli şəxsin tutulması haqqında” 07 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2024-cü il tarixindən, saat 08:50 dəqiqədən tutulmuş hesab edilmişdir.
4. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 07 iyul 2024-cü il tarixində saat 08:50 radələrində ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuş, axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddə varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən ümumilikdə 05 (beş) ədəd bükümü təqdim edərək həmin bükümlərdə, metamfetamin kimi tanıdığı psixotrop maddənin olduğunu bildirmişdir. Təqdim edilmiş 05 (beş) ədəd şəffaf sellofandan ibarət bükümə baxış keçirilərkən içərisində kristal rəngli psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2024-cü il tarixdə tanımadığı İran İslam Respublikası vətəndaşından 150 manat pul ödəyərək yaşadığı evin yaxınlığında yerləşən zibil qutularının kənarından əldə etdiyini, satmaq məqsədilə üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddəyə bənzər maddə olan ümumilikdə 05 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb AR DİN-nin “Zərflər üçün” 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilən zaman cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir.
5. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Mənzilə baxış keçirilməsi haqqında” 07 iyul 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanına baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri birmərtəbəli yaşayış evidir. Evin ətrafı yaşayış evləridir. Evin giriş qapısı ağ rəngli plastik qapıdır. Qapı bağlı olduğundan və evdə heç bir şəxs olmadığından evə baxış keçirilməsi mümkün olmamışdır. Baxış zamanı hadisə yerinin fotoları çəkilərək protokola əlavə olunmuşdur. Heç bir şikayət, tələb olmamışdır.
6. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3520 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün No194" dairəvi möhür əksi olan "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,049 qram, 1,101qram, 1,058 qram, 0,981 qram, 1,092 qram olan ümumi təmiz çəkisi 5,281 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə ve kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddǝ-metamfetamindir.
7. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.
8. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 4(010)-220/2024 nömrəli xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 il 2024-cü il tarixdən hesablanmışdır.
9. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Zaur Eyvazov xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməsi təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 05 ədəd içərisində psixotrop maddə metamfetamin olan şəffaf sellefon bükümü çıxarıb təqdim etmişdir. Həmin 05 ədəd bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 05 ədəd bükümün içərisindəki psixotrop maddə metamfetamindir və həmin psixotrop maddəni 07 iyul 2024-cü il tarixdə tanımadığı İİR vətəndaşından onlayn qaydada 150 manat müqabilində sifariş etməklə Hovsan qəsəbəsində yaşadığı evin yaxınlığındakı zibil qutusunun kənarından əldə edərək satış məqsədilə üzərində saxlayıb gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsın üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, onun üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülmüşdür.
10. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AR Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X18 qəbul edilmiş xx.xx.2024-cü il tarixli 10602 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır.
11. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Cinayət işlərinin birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Balayǝddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndiriləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndiriləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir.
12. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar İsayevin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs Balayǝddin oğlunun üzərindən narkotik aşkar edilməsi faktı ilə bağlı HK-1-1543 sayda qeydiyyata alınmış material daxil olmuşdur.
13. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Balayǝddin oğlu azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən saat 17:30 dəqiqədən tutulmuş hesab edilmişdir.
14. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Baxış, şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 27 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuş, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və ya gəzdirilən əşya və ya maddəni könüllü təqdim olunması ona təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd bükümdə şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyli narkotik vasitəyə bənzər kütləni araşdırmaya təqdim etdi. Təqdim edilmiş 02 ədəd bükümdə şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyli narkotik vasitəyə bənzər kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb AR DİN-nin “Zərflər üçün” 157 saylı möhürü ilə möhürlənərək götürüldü. Vətəndaş Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar edilmiş 02 ədəd bükümdə şəffaf sellofana bükülmüş içərisində narkotik vasitəyə bənzər kütlənin “kakos-heroin” olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixində saat 17:30-da Xəzər rayonunun Qala qəsəbəsi Xaşa Xuna bağ massivində Socar YDM-in yaxınlığında mobil telefonla danışaraq satın aldığını və zibil qabının yaxınlığından götürüb cibində saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilən zaman cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi.
15. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3005 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün 157 nömrəli dairəvi möhür əksi olan, “1) “imza” T. Rəhimov” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,707 qram və -0,327 qram, ümumi təmiz çəkisi 1,034 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin bu zərfdəki ümumi sayı 02 (iki) ədəd olan bükümlərdəki heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər.
16. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “CD diskə baxış keçirilməsi haqqında” 28 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 27 may 2024-cü il tarixdə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasında olan xidməti otaqların birində polis əməkdaşları və müdafiəçisi X14 iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngi idman şalvarının şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofanda olan bükümləri çıxararaq təqdim edir və bildirir ki, həmin bükümdə olan narkotik vasitə herorindir, həmin həmin narkorik vasitə heroini 27 may 2024- cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, X17 yerləşən "Socar" YDM-nin yaxınlığında onlayn üsul ilə əldə etmişdir. Təqsirləndirilən şəxs Balayǝddin oğlunın təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümdə olan kütlə açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşahidə olunur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilmir. Həmin kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır. Zərf Təqsirləndirilən şəxs tərəfindən imzalanır.
17. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.
18. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.
19. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib tutularaq cinayət təqibini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədilə barəsində axtarış elan olunmuşdur.
20. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Balayǝddin oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır.
21. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.
22. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" MMC-dən daxil olan 17841 nömrəli 21 avqust 2024-cü il tarixli məktubdan görünür ki, ********** mobil telefon nömrəsi deaktiv olduğu üçün xx.xx.2024-cü il tarixdə saat 00:00-dan xx.xx.2024-cü il tarixdə saat 00:00-dək olan müddətdə istifadəsi (zəngləri, SMS mətnləri, əhatə dairəsi) qeydə alınmamışdır. ********** mobil telefon nömrəsi qərarda qeyd edilən Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş, xx.xx.2023-cü il tarixdə müqaviləyə xitam verilmişdir. Qeyd edilən nömrə həmin anda hər hansı şəxsin adına rəsmiləşdirilməmişdir. Qərarda göstərilən digər ********** mobil telefon nömrəsi isə "xxxx" MMC-yə məxsus olmamışdır.
23. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 şəxsi X19narkoloji Tibbi Yoxlamasının 5638 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
24. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 oktyabr 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs qarşı söyləyərək bir daha təsdiq etmişdir.
25. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 oktyabr 2024-cü il tarixli “üzləşdirmə” istintaq hərəkətinin icra edilməsinə dair protokoldan görünür ki, Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs qarşı söyləyərək bir daha təsdiq etmişdir.
26. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1,034 qram narkotik vasitə heroin və 5,281 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, təhqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,874 qram narkotik vasitə heroin və təmiz çəkisi 5,181 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, 02 ədəd CD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən həmin disk sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahid qismində dindirilmiş Şahid3 Ərǝstun oğlu, Şahid4 ifadələri, şəxsi axtarış və götürmə protokolları, şəxsi axtarış və götürmə zamanı video çəkilişin görüntüləri olan iki ədəd CD disk, diskə baxış keçirilməsi barədə protokollar, üzləşdirmə protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024- cü il tarixli, 6/3520 saylı; xx.xx.2024-cü il tarixli, 6/3005 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 5638 nömrəli və məhkəmə narkoloji xx.xx.2024-cü il tarixli, 3407 nömrəli rəyləri və digər zəruri istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir.
27. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, , “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən AR CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaq aparılmışdır.
28. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.
29. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Fərdi əməklə məşğuldur. Əvvəllər məhkum olunmuşdur. Bir müddətdir ki, narkotik vasitə aludəçisidir, hal-hazırda isə «şüşə» kimi tanıdığı narkotik vasitəni falqa arasında çəkmək yolu ilə qəbul edir. 07 iyul 2024-cü il tarixdə saat 08:50 radələrində yaşadığı ünvan 8 ünvanının yaxınlığında olarkən polis geyimində olan iki nəfər şəxs ona yaxınlaşıb, özlərini təqdim etdikdə Suraxanı RPİ-nin 30- cu PŞ-nin işçiləri olduqlarını bilmişdir. Onu Suraxanı RPİ-nin 30-cu PŞ-yə dəvət edərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin PŞ-nin baş təhqiqatçısı, polis mayoru X21 tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olması bildirilərək Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. O da buna etiraz etməmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı Vəkil Bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil X2 ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra təhqiqatçı tərəfindən xidməti otaqların birində video çəkiliş aparılmaqla 03 nəfər polis işçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da əynindəki qara rəngli idman şalvarımın sağ yan cibindən 05 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsada başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 05 ədəd şəffaf sellofan bükümlərin içərisindəki maddə “şüşə” kimi tanıdığı narkotik vasitədir. Həmin narkotik vasitəni 07 iyul 2024-cü il tarixdə səhər saatlarında tanımadığı İİR vətəndaşından onlayn qaydada 150 manata almaqla yaşadığı evin yaxınlığında yerləşən zibil qutularının kənarından əldə edərək satış məqsədilə üzərində daşıdığını demişdir. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarmin iştirakı ilə üzərin dən aşkar edilmiş narkotik vasitə qablaşdırılmışdır. Qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır.
30. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə dindirilən zaman bildirmişdir ki, 27 may 2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığından tanıdığı, narkotik vasitə istifadəçisi olduqlarını bildiyi X30 ilə görüşmüşdür. Birlikdə söhbət zamanı narkotik vasitə almaq və birlikdə istifadə etmək qərarına gəlmişlər. Hər biri bərabər şəkildə 30 AZN pul qoyub ümumilikdə 90 AZN pul yığdıqdan sonra o, 6-7 həftədir ki, instagram sosial şəbəkəsindən tanıdığı, instaqram hesabını və adını xatırlamadığı şəxsdən onlayn qaydada narkotik vasitə heroin sifariş etmiş və 90 AZN pulu Binə qəsəbəsi, “Qardaşlar” marketdə “MilliÖn” aparatı vasitəsilə “Whatsapp” mobil tətbiqində həmin şəxslə xarici nömrə ilə əlaqə saxlayan zaman dediyi kart hesabına köçürmüşdür. Ardınca həmin şəxs ona 2-3 saat sonra Xəzər rayonu, Qala qəsəbəsi, X17 yerləşən “Socar” YDM-nin yaxınlığındakı məişət tullantıları qutusunun arxasından narkotik vasitəni götürə biləcəyini demişdir.xx.xx.2024cü il tarixdə saat 17 radələrində X30 ilə piyada qeyd olunan ünvana getmişlər. Həmin ünvanda o, X30ə gözləmələrini bildirmişdir və onlar kənarda gözlədikdən sonra məişət tullantıları qutusunun arxa tərəfinə keçərək həmin şəxsin ona dediyi daşın arxasında qoyulmuş 1 ədəd şəffaf sellofan torbadanı açmışdır və içərisində olan 2 ədəd bükümü əynində olan boz rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Daha sonra X30in yanma gəlmişdir və birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X17 yerləşən “Socar” YDM-nin yaxınlığında piyada hərəkətdə olduqları zaman avtopatrul ilə xidmət aparan X25 Alayının əməkdaşları onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və onlara narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını deyərək Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Onlar polis əməkdaşlarının dəvətinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilmişlər. Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona izah edilmişdir ki, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılacaq. Şəxsi axtarış aparılmağa başlamadan Öncə üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümləri çıxarıb təqdim edərək bükümlərdə narkotik vasitə “kakos” olduğunu bildirmişdir və onu şəxsi istifadəsi üçün onlayn üsul ilə aldığını demişdir. X1 və X12 da həmin narkotik vasitədən istifadə edəcəkləri üçün onunla birlikdə getmələrini qeyd etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülən, içərisində narkotik vasitə heroin olan iki ədəd büküm içərisi boş olan kağız zərfə qoyulmuş, tərəfindən imza edilərək üzəri möhürlənmişdir.
31. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 07 iyul 2024-cü il tarixdə şöbəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra şöbə rəisinin əmri ilə şöbənin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və o, qrupun digər üzvü təyin edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 08:50 radələrində ünvan 2 ünvanının yaxınlığında saxlamış və ona barəsində daxil olmuş məlumat barədə məlumat verdikdən sonra onu 30-cu PŞ-nə dəvət edərək birlikdə şöbəyə getmişlər. Şöbənin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilmiş, şəxsi axtarışdan əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 5 ədəd bükümü çıxardıb təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri tanımadığı İran vətəndaşından 150 manata satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi bükümlər qablaşdırılaraq möhürlənmiş və şəxsi axtarışın nəticəsinə dair protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təsir və ya təzyiq göstərilməmiş, həmçinin o da onlara müqavimət göstərməmiş, saxlanılan zaman yanında kimsə olmamışdır. O, təqsirləndirilən şəxsin ifadəsində göstərdiklərinin doğru olmadığını, onun saxlanılmasında şəxsən iştirak etdiyini, ibtidai istintaq dövründə də eyni məzmunda, ətraflı ifadə verdiyini və həmin ifadəsini təsdiq etdiyini bildirmişdir.
32. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞnin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 da Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir.
33. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin X25 Alayının 11-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 27 may 2024-cü il tarixdə polis nəfəri Şahid4 ilə birlikdə xidmətdə olarkən saat 17:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağ massivi adlanan ərazidə yerləşən “Socar” YDM-nin yaxınlığında 3 nəfər şəxsin özlərini şübhəli aparmasını görərək onlara yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxslərin verilən suallara qeyri-adekvat cavab vermələri, həmçinin xarici görünüşlərindən narkotik vasitə istifadəçisinə bənzəmələri onlarda şübhə yaratdığı üçün onları Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. Şöbədə həmin şəxslərin şəxsiyyətləri müəyyənləşdirilmiş və onların Təqsirləndirilən şəxs, X16 və X8 olmaları məlum olmuşdur. Daha sonra şöbə rəhbərliyinə raportla müraciət edildikdən sonra təhqiqat qrupları yaradılmış və həmin şəxslərin üzərində şəxsi axtarış və götürmə prosessual hərəkəti aparılmışdır. O və Şahid4 Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofanda olan bükümü çıxarıb təqdim etmiş və həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən sorğu edilərkən Təqsirləndirilən şəxs həmin maddəni tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmiş, daha sonra onun təqdim etdiyi bükümə baxış keçirilmiş və bükümlərin içərisində heroinə bənzər qəhvəyi rəngli tozşəkilli maddənin olduğu müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunan maddələr zərfə qoyularaq qabalaşdırılmış, daha sonra iştirakçılar tərəfindən imzalanaraq möhürlənmiş və şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilərək imzalanmışdır. Daha sonra X8 və X12 üzərində şəxsi axtarış aparılsa da, onların üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir.
34. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hadisə günü o, qardaşı Taləddin və qardaşının qızı evdə olmuşlar. Qardaşı yatan zaman, o, çöldən səslər eşitmiş, bir az sonra mülki geyimli şəxslər evə daxil olmuşlar. Onlar polis olduqlarını demiş, sonra 3-4 nəfər Taləddinin otağına daxil olaraq qapını örtmüş, onu isə evdən çölə çıxartmışlar. Polis əməkdaşları qonşuluqda yaşayan Mehman Məmmədov adlı şəxsi tutmaq üçün gəlmiş, Taləddin də onu tanımışdır. Mehman Məmmədov taksi sürücüsü işləmiş, bir müddət əvvəl yaşadıqları ərazidə polis əməkdaşı qətlə yetirildiyindən, güman edir ki, sonuncunun axtarılması həmin hadisə ilə əlaqədar olmuşdur. Qətlə yetirilən polis əməkdaşının adı Fəxrəddin olmuş, Taləddinin tutulmağı da bu işlə bağlı olmuşdur. Polislər onu və Taləddinin qızını maşına əyləşdirib aparmışlar. Polis əməkdaşları onları bölməyə aparıb, sözügedən qətl hadisəsi ilə bağlı ifadə verməli olduqlarını bildirmiş, həmin vaxtı polislər gəlib Mehmanı onların həyətində axtarmışlar. Bir neçə saat sonra Taləddinin saxlanılması barədə məlumat verilmişdir. Polislər ondan telefonunu və şəxsiyyət vəsiqəsini almış, hazırki vaxtadək telefonunu geri ala bilməmişdir. O və Taləddinin qızı Sevil gecə bölmədə saxlanılmış, növbəti gün günorta buraxılmışdır. Polislər ona da hədə-qorxu gələrək onlara bəlli olan hər şeyi danışmasını tələb etmişlər. Çünki qətlə yetirilən polisə onlar da kömək etmişlər. Qardaşının narkotik vasitə istifadə etməsinə şəxsən şahid olmamışdır. Polislər onları bölməyə şahid kimi ifadə vermək üçün aparmış, polisin qətlə yetirilməsi ilə bağlı sorğu-sual etmiş, daha sonra Taləddinin narkotik vasitə istifadə etməsi və satması ilə bağlı suallar vermişlər. Polislərə Taləddinin narkotik vasitə istifadə etdiyini, lakin satışı ilə məşğul olmadığını bildirmişdir. Polislər ona təzyiq göstərmiş, ona düzünü danışmasını, əks halda onu da qardaşının yanına “atacaqlarını” bildirmişlər.
35. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Daxili İşlər Nazirliyinin X25 Alayının 11-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki, 27 may 2024-cü il tarixdə onunla birlikdə xidmət aparan polis nəfəri Şahid3 ilə birlikdə 96-74 çağırışlı avtopatrulda hərəkətdə olarkən saat 17:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağ massivi adlanan ərazidə yerləşən “Socar” YDM-nin yaxınlığında 3 nəfər şəxsin özlərini şübhəli aparmasını görərək onlara yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxslərin verilən suallara qeyri-adekvat cavab vermələri həmçinin xarici görünüşlərindən narkotik vasitə istifadəçisinə bənzəmələrinə əsasən onları ərazi üzrə Xəzər RPİ- nin 1-ci PŞ-nin inzibati binasına dəvət edərək onları şöbəyə aparmışlar. Polis şöbəsində həmin şəxslərin Təqsirləndirilən şəxs, X16 və X8 olmaları məlum olmuşdur. Daha sonra tərəflərindən raport tərtib edilmiş və şöbə rəhbərliyi tərəfindən təhqiqat qrupu yaradıldıqdan sonra saxlanılan şəxslər hər biri ayrı-ayrı xidməti otaqlara salınaraq hər birinə müdafiəçi dəvət olunmuş, daha sonra o və Şahid4 iştirakı ilə ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmadan öncə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofanda olan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə “kakos” olduğunu, həmin maddəni tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirildikdə içərisində qəhvəyi rəngli tozşəkilli maddənin olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd büküm içərisi boş olan zərfə qoyularaq qabalaşdırılmış, daha sonra iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Ardınca təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra saxlanılaraq şöbəyə təmin edilmiş digər şəxslərin də üzərində şəxsi axtarış aparılmış, lakin Təqsirləndirilən şəxsla birlikdə şöbəyə gətirilmiş X8 və X12 üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
36. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən, AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə AR CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad olunmuşdur. Tutulana qədər fəhlə kimi fərdi qaydada işləmişdir. 2009-cu ildən narkotik vasitə istifadəçisidir. Narkotik vasitələrin demək olar ki, bütün növlərinin istifadəçisi olmuşdur. Müxtəlif şəxslərdən gündəlik olaraq şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmişdir. 27 may 2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşının Xəzər rayonu, Qala qəsəbəsi, X17 yerləşdirdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün götürmüşdür. Bir qədər keçdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Polis Bölməsində üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Qeyd olunan epizod üzrə, yəni, AR CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilir. Həmçinin, Təqsirləndirilən şəxs ona AR CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə qeyd etdi ki, 07 iyul 2024-cü il tarixdə ünvan 2 ünvanında gecə saat 02 radələrində yatdığı zaman polis əməkdaşları yaşadığı evə gəlmişlər. Həmin vaxt evdə ondan başqa bacısı Ülviyyə Rəhimova və 2011-ci il təvəllüdlü qızı Sevil Rəhimova olmuşdur. Polislər evə daxil olaraq, onun yanına gələn Mehman adlı şəxsi axtardıqlarını bildirmişlər. Həmin Mehman adlı şəxs polis əməkdaşlarının əlindən qaçmışdır. O, həmin vaxt qapının ağzında səs-küy yaranmasını görüb yatağından qalxaraq, evi pəncərədən tərk edib qaçmışdır. Bir müddət sonra evə qayıdan zaman bacısı və qızının evdə olmamasını görüb onların polislər tərəfindən aparıldıqlarını başa düşmüşdür. O, yolun kənarına çıxaraq piyada hərəkət etməyə başlamış və bu zaman Xəzər rayon Polis İdarəsinin əməkdaşları ona yaxınlaşaraq saxlayıb Xəzər RPİ-nin 3-cü PB-nə aparmışlar. O, bu zaman bacısı və qızının post patrul xidməti avtomobilinin içərisində olmalarını görüb onların nə üçün saxlanıldıqlarını soruşan zaman polis əməkdaşları ona “sənin qapında polis həmkarımız öldürülüb, nə gözləyirdin?!” deyə cavab vermişlər. Bundan sonra onu aparıb Suraxanı RPİ-nin 30-cu PB-nə təhvil vermişlər. İlkin olaraq Suraxanı RPİ-nin 30-cu PB-də onu AR CM-nin 234.1-ci maddəsi ilə saxladıqlarını sənədləşdirsələr də, sonradan müstəntiq ona əsassız olaraq AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan etmişdir. Onun qızı və bacısı polis bölməsində saxlanıldıqları üçün polis əməkdaşlarının təkidi nəticəsində İran İslam Respublikası vətəndaşı tərəfindən yerləşdirilmiş narkotik vasitələri əldə edərək, iranlının tapşırığına əsasən müxtəlif ünvanlara yerləşdirdiyini bildirmiş və ona təqdim edilən sənədləri imzalamışdır. Polis bölməsində döyülməsə də, saxlanılan zaman döyülmüş və hətta qolu yerindən çıxmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış və İran İslam Respublikası vətəndaşı tərəfindən yerləşdirilmiş narkotik vasitələri əldə edərək, iranlının tapşırığına əsasən müxtəlif ünvanlara yerləşdirməmişdir.
Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
37. Maddə 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
38. Maddə 234.4.3. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma (234.2); Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma (234.3); Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə (234.3-1) külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
39. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
40. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
41. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
42. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
43. Maddə 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir.
44. Maddə 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.
45. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
46. 18.1., 83.3.4, 83.1-ci maddələr. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
47. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
48. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
49. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
50. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
51. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
52. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
53. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
54. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
55. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Həmçinin, metamfetaminin də 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab edilir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
56. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
57. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
58. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
59. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
60. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarı
62. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, 9. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
63. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
64. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
65. Qərarın 46-cı bəndi. Məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilibgöstərilməməsindən asılı deyillər. Məhkəmənin hüquqi dəyərləndirməsi:
66. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı AR CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.
67. Təqsirləndirilən şəxsin özünü təqsirli hesab etmədiyi AR CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq, külli miqdarda və bükümlər halında (05 ədəd büküm) olması və digər sübutlar psixotrop maddənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
68. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
69. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
70. Məhkəmənin mövqeyinə görə təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni satış əldə edərək üzərində saxlamaqla daşımasına dair ittihamın əsassız olmasını, polis əməkdaşlarının təzyiqi nəticəsində İran İslam Respublikası vətəndaşı tərəfindən yerləşdirilmiş narkotik vasitələri əldə edərək, iranlının tapşırığına əsasən müxtəlif ünvanlara yerləşdirdiyinə dair ifadə verdiyini, polis bölməsində döyülməsə də, saxlanılan zaman döyüldüyünü və hətta qolunun yerindən çıxdığını bildirsə də, məhkəmənin sorğusu əsasında AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthinin müayinəsi zamanı xəsarət izləri aşkar edilməmişdir.
71. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
72. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlər halda olmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir.
73. Eyni zamanda, Təqsirləndirilən şəxs qarşı AR CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham iş üzrə digər sübutlarla yanaşı, onun özünün də həm ibtidai istintaq, həm də, məhkəmə iclasında verdiyi etiraf edici ifadələri ilə tam sübuta yetirilir.
74. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
75. Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, AR CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
76. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 39,40,41,42-ci bəndləri).
77. Təqsirləndirilən şəxsin himayəsində xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağının olması onun cəzasını yüngülləşdirən, əməlində cinayətlərin sadə residivinin olması isə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır.
78. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
79. Cinayət işinə əlavə edilmiş Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
80. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin sadə residivini yaradır (CM-in 234.1-ci maddəsilə olan ittiham üzrə).
81. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
82. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmalı, həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmaqla, Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdən 29 may 2024-cü il tarixədək həbsdə olduğu 03 (üç) gün müddət nəzərə alınmalı və üzərində qəti cəza saxlanmalıdır. (hökmün 44 və 45-ci bəndləri).
83. Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivi müəyyən edildiyindən cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 43-cü bəndi).
84. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hökm elan olunanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır.
85. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 07 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
86. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
87. İş üzrə maddi sübut olan, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,874 qram narkotik vasitə heroin və 5,181 qram psixotrop maddə metamfetamin məhv edilməli, digər maddi sübutlar şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. (hökmün 53-cü bəndi).
88. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 89 . İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 154 (yüz əlli dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 54-cü bəndi)
90. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi 440 (dörd yüz qırx) manat məbləğində pul ödənilməlidir.
91. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmaqla, Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdən 29 may 2024-cü il tarixədək həbsdə olduğu 03 (üç) gün müddət nəzərə alınsın və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli 07 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən xx.xx.2024-cü il tarixdə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,874 qram təşkil edən narkotik vasitə heroin və xx.xx.2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,181 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin. Şəxsi axtarış və götürmə zamanı istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi 440 (dörd yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev