Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-768/2020 26.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küçəsi ev 76-da qeydiyyatda olan və yaşamış, barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlamaqla daşımışdır. Belə ki, ittiham aktında bildirilir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri, Səbail rayonunda yerləşən “Fəvvarələr Meydanı”nda istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 13 qram çəkidə narkotik vasitəheroini və 2 qram çəkidə psixotrop maddə - metamfetamini 450 manata əldə etmiş, sonra narkotik vasitələri yaşadığı ünvan 1 nömrəli ünvana aparmaqla satış məqsədilə qanunsuz olaraq daşımış, həmin evdə narkotik vasitə heroni və psixotrop maddə olan metamfetamini ayrı-ayrılıqda şəffaf sellofan bükümlərə bölərək bir hissəsini istifadə etdikdən sonra, ümumi təmiz çəkisi 5,317 qram qalan heroini və ümumi təmiz çəkisi 1,336 qram qalan metamfetamini evinin hamamında satış məqsədi ilə qanunsuz olaraq saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 15:15 radələrində ünvan 2 saylı ünvanın qarşısında Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,478 qr, 0,839 qr, ümumi təmiz çəkisi 5,317 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və iki ədəd şəffaf sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,944 qr, 0,392, ümumi təmiz çəkisi 1,336 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, narkotik satan deyil və onun belə bir niyyəti olmayıb, narkomandır və təxminən bir il olar ki, əsasən narkotik vasitə-heroin və psixotrop maddə metamfetamin alıb çəkməklə qəbul edir. 2020-ci ilin yanvar ayının ortalarına yaxın, təxminən 12-14 tarixlərində «Fəvvarələr Meydanı» adlanan ərazidə tək günorta vaxtı gəzişərkən təsadüfən tanış olduğu şəxslə söhbət əsnasında həmin şəxs onun narkoman olduğunu bildikdə təklif etmişdir ki, ona 550 manat pulun müqabilində 13 qram çəkidə «kakos» kimi adlanan narkotik vasitə-heroin, 2 qram çəkidə də «şüşə» kimi adlanan psixotrop maddə-metamfetamin təşkil edə bilər. O, maddələri almağa razılıq versə də üzərində yalnız 450 manat pulun olduğunu həmin şəxsə bildirdikdə həmin şəxs ona 450 manata 13 qram narkotik vasitə - heroini və 2 qram psixotrop maddə-metamfetamini satmağa razılıq vermiş, daha sonra həmin şəxsin təklifi ilə onlar «Fəvvarələr Meydanı» adlanan ərazidə yerləşən xatırlamadığı binaların birinin tininə keçmişlər və orada o, həmin şəxsə 450 manat pul verib ondan özünün qəbul etməsi üçün 2 ədəd şəffaf sellofan kəsiyinə bükülüdə təxminən 13 qram çəkidə narkotik vasitə-heroin və təxminən 2 qram çəkidə psixotrop maddə-metamfetamin alıb əynindəki gödəkcəsininn cibinə qoyaraq həmin şəxsdən aralanıb evə gəlmişdir. O, həmin şəxsdən aldığı heroini və metamfetaminləri ünvan 1 saylı ünvanındakı evinə gətirmiş, evdəkilərə bu barədə heç nə deməmişdir. Həmin gündən xx xxxxxx 2020-ci ilə qədər o, həmin 13 qram çəkidə narkotik vasitə heroinin 7-8 qramını, 2 qram çəkidə psixotrop maddə-metamfetamindən yarım qramını evin hamamında təklikdə falqada çəkərək qəbul etmişdir. Sonuncu dəfə də o, narkotik vasitə - heroini və psixotrop maddə-metamfetaminin özünü də iki hissəyə bölmüş və onları evin hamamında sellofan kəsiyində gizlədib saxlamışdır. O, «taksi» fəaliyyəti ilə məşğul olduğu “Nexia” markalı 793 dövlət qeydiyyat nişanlı avtomobil dəyişmək fikrində olmuşdur və evlərindən bir az qabaqda mağazanın yanında satışda “Hyundaı Aksent” markalı avtomobilin olduğunu eşitmişdir. Həmin avtomobilə baxmaq məqsədi ilə o, xx xxxxxx 2020-ci il tarixdə günorta saat 15:15 radələrində evdən çıxmışdır. O, evdən çıxmamışdan əvvəl yaşadığı evin hamamında gizlətdiyi yerdə qalan narkotik vasitə-heroin bükümlərini və psixotrop maddə-metamfetamin bükümlərini götürüb əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibinə qoyaraq saxlamışdır.Həmin vaxt onun üzərində cəmi 04 ədəd şəffaf sellofan kəsiyindəki bükülülərdə narkotik vasitələr və psixotrop maddələr olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 15:15 radələrində ünvan 2 saylı ünvanın qarşısında onu polis əməkdaşları saxlayıb ona narkotik vasitələrin qanunsuz əldə etməkdə, saxlamaqda, gəzdirməkdə, satmaqda, istifadə də şübhəli olduğundan onlarla bərabər Nəsimi rayon polis idarəsinə getməli olduğunu bildirdikdə o, razılaşmış və onu polis əməkdaşları Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində onun üzərinə baxış keçirilməmişdən əvvəl hüquqlarını müdafiə etməkdən ötrü vəkillə təmin olunmuş, ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən cəmi iki ədəd şəffaf sellofan kəsiyinə bükülüdə narkotik vasitə-heroin, iki ədəd də şəffaf sellofan kəsiyinə bükülüdə psixotrop maddə-metamfetamin, yəni cəmi 04 ədəd şəffaf sellofan kəsiyinə bükülü olan bükümlər aşkar olunmuşdur. Ondan həmin maddələrin nə olduğu soruşulduqda o, üzərindən aşkar olunan cəmi dörd ədəd şəffaf sellofan bükülülərdə olan maddələrdən iki ədəd şəffaf sellofan kəsiyinə bükülüdə olan qəhvəyi rəngli maddələrin ona məxsus «kakos» kimi adlanan narkotik vasitə-heroin, o biri iki ədəd də şəffaf sellofan bükülüdə olan ağ kristall kimi olan maddələrin isə ona məxsus «şüşə» kimi adlanan metamfetamin olduğunu bildirmişdir. Həmin narkotik vasitə-heroinləri və metamfetaminləri təxminən bir ay əvvəl özünün qəbul etməsi üçün tanımadığım şəxsdən 450 manat pula Bakı şəhəri «Fəvvarələr Meydanı» adlanan ərazidə almışdır. Polis əməkdaşları ondan həmin iki ədəd şəffaf sellofan bükülüdə olan «kakos» kimi adlanan narkotik vasitə-heroinləri və iki ədəd də şəffaf sellofan bükülüdə olan «şüşə» kimi adlanan psixotrop maddə-metamfetaminləri götürüb qablaşdıraraq möhürləmişlər. Ondan əlavə qanunsuz maddələr aşkar olunmamışdır. Videoçəkilişə iştirakçılarla birlikdə baxılmış və tərtib olunmuş protokol ucadan oxunduqdan sonra doğru yazıldığından onun və həm də iştirakçılar tərəfindən imzalanmışdır. O, həmin heroinləri, metamfetaminləri satan şəxsin adını, ata adını, soyadını, ünvanını, telefon əlaqəsini bilmir. Onun özü narkotik vasitə qəbul edir və satan deyil, üzərindən aşkar olunmuş psixotrop maddələr olan metamfetaminləri və narkotik vasitə-heroinləri satmaq məqsədi ilə deyil, qəbul etmək məqsədi ilə əldə edib saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs ilə heç bir tanışlığı və düşmənçiliyi olmamışdır. «Bəhram» adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində mütəmadi olaraq narkotik vasitələri əldə edərək gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq üçün əvvələr Narkotiklərlə Mübarizə Bölməsində əməliiyat müvəkkili vəzifəsində işləyən X2 xx.xx.2020-ci il tarixdə rəhbərliyə raportla məruzə etmiş və "Bəhram" adlı şəxsin saxlanılması istiqamətində Bakı şəhəri, Nəsimi rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Miryusif Seyidov tərəfindən əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o, və əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 15:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, 78 saylı ünvanın qarşısında özünü şübhəli aparan, xarici görünüşcə «Bəhram» adlı şəxsə oxşar bir nəfər şəxsin olduğunu gördükdə dərhal həmin şəxsə yaxınlaşıb onu saxlayaraq xidməti vəsiqələrini ona göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən ad və soyadını soruşduqda o, özünü Təqsirləndirilən şəxsn Əliheydər oğlu kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Nəsimi RPİ-nə gəlməsini təklif etdikdə Təqsirləndirilən şəxs buna etiraz etməyib onlarla birlikdə polis idarəsinə gəlmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, üzərində daşımasında və satışında şübhəli olduğu və bu səbəbdən üzərinə videoçəkilişlə “şəxsi axtarış” keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı 4 (dörd) ədəd şəffaf sellofanda olan, onlardan 2 (iki) ədəd ağ və 2 (iki) ədəd tünd qəhvəyi rəngdə olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə axtarış keçirilmişdir. Əvvəlcə onun geyindiyi qara rəngli gödəkçənin boynuna, sol və sağ yan ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs şalvarının kəmərini açması, həmçinin qara rəngli cins şalvarına baxılması tələb olunduqda Təqsirləndirilən şəxs şalvarın kəmərini çıxartmış, kəmərin sağ, sol və arxa ciblərinin içərisindən qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxartması tələb olunduqda o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilmədikdən sonra Təqsirləndirilən şəxs ayaqqabısını geyinməsi, üst-başını səliqəyə salması bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin içiərisindəkiləri deməklə təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs 2 (iki) ədəd şəffaf rəngli selofanın içərisində olan spesifik kəskin iyə malik, tünd qəhvəyi rəngli, toz şəkilli narkotik maddənin el içində “kakos” deyilən narkotik vasitə, digər 2 (iki) ədəd şəffaf rəngli selofana bükülmüş, içərisində spesifik kəskin iyə malik olan, ağ kristal şəkilli narkotik maddənin el içində “şüşə” deyilən narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitələrdən istifadə edir, həmin bükümləri saxlanılmamışdan bir ay əvvəl Bakı şəhəri, “Fəvvarələr Meydanı”ndan tanımadığı şəxsdən 450 (dörd yüz əlli) manata öz istifadəsi üçün almış, həmin narkotik vasitələrin bir hissəsini istifadə etmiş, qalıq qalan hissəsini isə üzərində gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş içərisində narkotik vasitələr olan 4 (dörd) ədəd bükümlər içərisi boş olan zərfə qoyulub 186 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmədə Şahid2 ibtidai istintaqı zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. O, ibtidai istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs ilə heç bir tanışlığı və düşmənçiliyi olmamışdır. «Bəhram» adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində mütəmadi olaraq narkotik vasitələri əldə edərək gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq üçün əvvələr Narkotiklərlə Mübarizə Bölməsində əməliiyat müvəkkili vəzifəsində işləyən X2 xx.xx.2020-ci il tarixdə rəhbərliyə raportla məruzə etmiş və "Bəhram" adlı şəxsin saxlanılması istiqamətində Bakı şəhəri, Nəsimi rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Miryusif Seyidov tərəfindən əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o, və əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 15:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, 78 saylı ünvanın qarşısında özünü şübhəli aparan, xarici görünüşcə «Bəhram» adlı şəxsə oxşar bir nəfər şəxsin olduğunu gördükdə dərhal həmin şəxsə yaxınlaşıb onu saxlayaraq xidməti vəsiqələrini ona göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən ad və soyadını soruşduqda o, özünü Təqsirləndirilən şəxsn Əliheydər oğlu kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Nəsimi RPİ-nə gəlməsini təklif etdikdə Təqsirləndirilən şəxs buna etiraz etməyib onlarla birlikdə polis idarəsinə gəlmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, üzərində daşımasında və satışında şübhəli olduğu və bu səbəbdən üzərinə videoçəkilişlə “şəxsi axtarış” keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı 4 (dörd) ədəd şəffaf sellofanda olan, onlardan 2( iki) ədəd ağ və 2(iki) ədəd tünd qəhvəyi rəngdə olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə axtarış keçirilmişdir. Əvvəlcə onun geyindiyi qara rəngli gödəkçənin boynuna, sol və sağ yan ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs şalvarının kəmərini açması, həmçinin qara rəngli cins şalvarına baxılması tələb olunduqda Təqsirləndirilən şəxs şalvarın kəmərini çıxartmış, kəmərin sağ, sol və arxa ciblərinin içərisindən qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxartması tələb olunduqda o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilmədikdən sonra Təqsirləndirilən şəxs ayaqqabısını geyinməsi, üst-başını səliqəyə salması bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin içiərisindəkiləri deməklə təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs 2 (iki) ədəd şəffaf rəngli selofanın içərisində olan spesifik kəskin iyə malik, tünd qəhvəyi rəngli, toz şəkilli narkotik maddənin el içində “kakos” deyilən narkotik vasitə, digər 2 (iki) ədəd şəffaf rəngli selofana bükülmüş, içərisində spesifik kəskin iyə malik olan, ağ kristal şəkilli narkotik maddənin el içində “şüşə” deyilən narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitələrdən istifadə edir, həmin bükümləri saxlanılmamışdan bir ay əvvəl Bakı şəhəri, “Fəvvarələr Meydanı”ndan tanımadığı şəxsdən 450 (dörd yüz əlli) manata öz istifadəsi üçün almış, həmin narkotik vasitələrin bir hissəsini istifadə etmiş, qalıq qalan hissəsini isə üzərində gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş içərisində narkotik vasitələr olan 4 (dörd) ədəd bükümlər içərisi boş olan zərfə qoyulub 186 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmədə tədqiq edilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı, polis mayoru Şahin Fərhadov tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının ortalarında satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən təxminən 2 qram çəkidə psixotrop maddə- metamfetamin və 13 qram çəkidə külli miqdarda narkotik vasitə-heroin əldə edib yaşadığı ünvan 1 saylı ünvanda yerləşən evinə daşıyaraq gətirib ayrı-ayrılıqda şəffaf sellofan kəsiyinə bükülülərə bölərək evinin hamamında gizlədərək saxlamış və xx xxxxxx 2020-ci il tarixdə saat 15:15 radələrində yaşadığı ünvan 1 saylı evinin qarşısında Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən həmin psixotrop maddə-metamfetaminin və narkotik vasitə-heroinin bir hissəsi, yəni iki ədəd bükümdə ayrı - ayrılıda təmiz çəkiləri 0,944 qr., 0, 392 qr., ümumi təmiz çəkisi 1,336 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin və iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 4, 478 qr., 0, 839 qr., ümumi təmiz çəkisi 5, 317 qram olan qəhvəyi rəng maddə külli miqdarda narkotik vasitə-heroin aşkar olunaraq götürülmüş, “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” zamanı videoçəkilişdən istifadə edilərək “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini” özündə əks etdirən görüntülər “CD” diskə köçürülərək iş materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş cinayət işi üzrə AR-sı Ədliyyə Nazirliyinin MEM-dən alınmış xx.xx.2020-ci il tarixli 4143 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri– 0,944 qr, 0,392, ümumi təmiz çəkisi 1,336 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,478 qr, 0,839 qr, ümumi təmiz çəkisi 5, 317 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə heroindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 1,336 qr, tədqiqata sərf edildi-0,100 qr, qalıq 1,236; Heroinin ümumi təmiz çəkisi 5,517 qr, tədqiqata sərf edildi-0,100 qr, qalıq 5,217 qr. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli 756 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş istintaq zamanı iş üzrə sorğulara əsasən Azerfon MMC-dən və Bakcell MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş GSM nömrələrə daxil olan mesaj mətnləri ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması öz əksini tapmaqla tam sübuta yetirildiyindən, Azerfon MMC-dən və Bakcell MMC-dən alınmış CD disklər və həmin CD disklərə köçürülmüş mesaj mətnlərinə baxış keçirilməsi barədə tərtib olunmuş protokollar sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasının müəyyən edilməsi məqsədilə DİN-nin BƏSİİ-nə sorğu göndərilmişdir. Təqsirləndirilən şəxs adına tərtib olunmuş tələbnamədən görünür ki, onun məhkumluğu yoxdur. İş materiallarından görünür ki, İş üzrə Təqsirləndirilən şəxs götürülmüş iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri - 0,944 qr, 0,392, ümumi təmiz çəkisi 1,336 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,478 qr, 0,839 qr, ümumi təmiz çəkisi 5, 317 qram olan qəhvəi rəngli maddə narkotik vasitə heroin sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,117 qram heroin və 1,136 qram metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə tərkibi hesab edir ki, verilmiş ittihamda maddi olaraq bilavasitə aşkarlanmamış narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etməsi hissəsi üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsindən başqa hər hansı bir digər sübut əldə olunmadığından verilmiş ittihamdan həmin hissədə xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə əldə etmə, üstündə saxlama və daşıma cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs tərəfindən «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət əməli törətmiş şəxs haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayət əməlinin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq, himayəsində 2 azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 61-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. İş üzrə maddi sübut kimi Nərimanov Rayon Polis İdarəsində saxlanılan iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri - 0,944 qr, 0,392, ümumi təmiz çəkisi 1,336 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,478 qr, 0,839 qr, ümumi təmiz çəkisi 5, 317 qram olan qəhvəi rəngli maddə narkotik vasitə heroin sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,117 qram heroin və 1,136 qram metamfetamin məhv edilməlidir. Cinayət işi üzrə, mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Nəsimi Rayon Polis İdarəsində saxlanılan iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri - 0,944 qr, 0,392, ümumi təmiz çəkisi 1,336 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,478 qr, 0,839 qr, ümumi təmiz çəkisi 5, 317 qram olan qəhvəi rəngli maddə narkotik vasitə heroin sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,117 qram heroin və 1,136 qram metamfetamin məhv edilsin. İş üzrə 163,64 (yüz altmış üç manat, altmış dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin hesabına köçürülsün . Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov