Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-768/2021 05.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 3A-da qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, yəni əkib-becərmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətyanı sahəsində istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri, yəni istifadə edilməsi və əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi olan marixuana toxumlarını əkməklə aqrotexniki qaydada qulluq edib yetişdirərək külli miqdarda kultivasiya etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 20:45 radələrində Bakı şəhəri Suraxanı RPİnin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində onun yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən evin həyətyanı sahəsindən külli miqdarda, yəni 94 ədəd yaş vəziyyətdə tərkiblərinə görə eynilik təşkil edən, ümumi çəkisi 55.983,0 qram olan narkotik tərkibli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 5-6 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. O, istifadə etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən pulla almışdır. Onun narkotik vasitə almağa pulu olmadığına görə istifadə etdiyi narkotik vasitələrin toxumlarından bir neçəsini əkmək üçün özündə saxlamışdır. O, toxumları yaşadığı evin həyətyanı sahəsində əkmişdir. O, toxumlara vaxtı-vaxtında qulluq etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə axşam saatlarında o, yaşadığı evdə olarkən evin qapısı döyülmüşdür. O, qapını açdıqda bir neçə şəxs görmüşdür. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin əməkdaşları olduqlarını ona bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində onun şübhəli olduğunu bildirərək onu Polis bölməsinə dəvət etmişlər və o, polislərlə birlikdə Polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət olunmuş və həmin otaqda onun üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərində qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Sonra o, polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitə toxumlarının olduğunu bildirmiş və polislərlə birlikdə yaşadığı evə getmişdir. O, polis əməkdaşlarına yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyi barədə ərizə vermişdir. Polis əməkdaşları onun vəkilinin iştirakı ilə onun yaşadığı evin həyətinə videoçəkilişdən istifadə etməklə baxış keçirmişlər. Baxış keçirilən zaman polis əməkdaşları onun yaşadığı evin həyətində bir müddət əvvəl onun əkibbecərdiyi çətənə kollarını aşkar etmişlər. Həmin kollar aşkar edildikdən sonra götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və o, həmin protokolla razı olaraq protokolu imzalamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, himayəsində 3 (üç) azyaşlı uşağının olduğunu, arvadının və uşaqlarının xəstə olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Elxan adlı şəxsin yaşadığı ünvan 2 A ünvanında narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə onun işlədiyi Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Polis bölməsinin rəisinə raportla məruzə edilmişdir. Elxan adlı şəxsin ifşa edilməsi məqsədi ilə sonuncu barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, Şahid3 və Şahid2 daxil olmuşlar. Həmin gün o, qrupun üzvləri ilə birlikdə daxil olmuş məlumat əsasında Elxan adlı şəxsin yaşadığı ünvan 1 ünvanın qarşısına getmişlər. Sonra onlar Elxan adlı şəxsin yaşadığı evin həyət qapısını döymüşlər. Elxan qapını açmış və onlar Elxana xidməti vəsiqələrini göstərmişlər. O və digər polis əməkdaşları evə daxil olduqdan sonra Elxana narkotik tərkibli maddələrin kultivasiyası ilə məşğul olmasında şübhəli olmasını bildirib onlarla birlikdə Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə getməyi təklif etmişlər. Elxan da onlarla razılaşmışdır. Bundan sonra onlar Elxan ilə birlikdə Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə getmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquq-vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə sonuncunun üzərində şəxsi axtarış aparılmışdır. Lakin həmin vaxt Təqsirləndirilən şəxs üzərindən qanunsuz heç bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş və imzalanmışdır. Bundan sonra o və digər polis əməkdaşları Təqsirləndirilən şəxslə birlikdə sonuncunun yaşadığı evə baxış keçirmək üçün həmin evə getmişlər. Onlar Elxanın yaşadığı evə baxış keçirərkən iştirak etməsi üçün aqronom da dəvət olunmuş və evdə videoçəkilişdən istifadə olunmaqla baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri harada əkməsi barədə sual verilmişdir. Təqsirləndirilən şəxs də narkotik tərkibli maddələri əkdiyi yeri onlara göstərmişdir. Elxanın göstərdiyi yerdə müxtəlif kollar olmuşdur. Təqsirləndirilən şəxs həmin kolların xiyar tağları və narkotik tərkibli çətənə kolları olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin kolları özünün əkdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom tərəfindən müəyyən edilmişdir ki, çətənə kollarına aqrotexniki qaydada qulluq edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda yerləşən evin həyətindən ümumilikdə 94 ədəd çətənə kolu aşkar olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Azərbaycan Milli Elmlər X2 baş aqronom vəzifəsində işləyir. O, xx xxxxxxxx 2020-ci il tarixdə işdə olmuşdur. O, işdə olarkən rəhbərliyin göstərişi əsasında ünvan 3 A ünvanına getmişdir. Belə ki, həmin ünvana Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. O, həmin baxışda aqronom kimi iştirak etmişdir. O, qeyd edilən ünvana çatdıqda orada 32-ci Polis bölməsinin əməkdaşlarını və iki nəfər başqa kişi görmüşdür. Həmin kişilərdən biri ev sahibi, digəri isə vəkil olmuşdur. O, orada olarkən ev sahibinin adının Elxan olduğunu öyrənmişdir. Saat 20:45 radələrində orada olan şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməyə başlanılmışdır. Polis əməkdaşlarının iştirakı ilə evin həyətyanı sahəsinə baxış keçirilən zaman Elxan adlı şəxsə narkotik tərkibli maddələri harada əkməsi barədə sual verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri əkdiyi yeri göstərmişdir. Həmin yer evin yerləşdiyi tikilidən təxminən 10 metr dar yolu ilə irəli getdikdən sonra iki mərtəbəli yarımtikili evin sağ tərəfində müəyyən olunmuşdur. Belə ki, orada çoxlu sayda müxtəlif kollar olmuşdur. Həmin kollar narkotik tərkibli kollara və tərəvəz məhsulları kollarına oxşamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həmin kolların nə olması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs də həmin kolların bəzilərinin xiyar tağları, bəzilərinin də narkotik tərkibli çətənə kolları olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin kolların kim tərəfindən əkilməsi barədə sual verilmişdir. Təqsirləndirilən şəxs də həmin kolların özü tərəfindən əkildiyini bildirmişdir. Sonra o, həmin kolları yoxlamış və müəyyən etmişdir ki, kol orada yabanı halda deyil, aqrotexniki qulluqla yetişdirilmişdir. Oradan ümumilikdə 94 ədəd yaş vəziyyətdə narkotik tərkibli bitkilərə bənzər kollar aşkar olunmuşdur. Baxış zamanı bundan başqa qanunsuz hər hansı bir əşya və narkotik vasitə aşkar olunmamışdır. Aşkar edilmiş kollar qablaşdırılmışdır. Sonra bu barədə protokol tərtib olunmuşdur. Bütün iştirakçılar da həmin protokolu imzalamışdır. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis bölməsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə Elxan adlı şəxsin yaşadığı ünvan 2 A ünvanında narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə onun işlədiyi Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. O, həmin məlumatın yoxlanılması və Elxan adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə Polis bölməsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmiş və sonra Elxan adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə ifşa edilməsi üçün sonuncunun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar Polis bölməsinin rəisi tərəfindən təsdiq olunmuşdur. Həmçinin əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Bakı şəhəri Suraxanı rayon prokuroru və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədrinə məlumat verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa ondan başqa, Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və bölmənin cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4 daxil olmuşdur. Bundan sonra Elxan adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmış və həmin gün o, qrupun üzvləri ilə birlikdə daxil olmuş məlumat əsasında Elxan adlı şəxsin yaşadığı ünvan 1 ünvanına getmişlər. Saat 18:00 radələrində onlar Elxan adlı şəxsin yaşadığı evin həyət qapısını döyərək ev sahibini səsləmişlər. Bir nəfər kişi qapını açıb adının Elxan və ev sahibi olduğunu onlara demişdir. Onlar Elxan adlı şəxsə xidməti vəsiqələrini göstərib Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin əməkdaşları olmasını bildirmişlər. Elxan onları evə dəvət etmiş və onlar evin içərisinə daxil olmuşlar. Evdə onlar Elxan adlı şəxsə narkotik tərkibli maddələrin kultivasiyası ilə məşğul olmasında şübhəli olmasını bildirib onlarla birlikdə Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə getməyi təklif etmişlər. Elxan da etiraz etməyərək onlarla razılaşmışdır. Bundan sonra onlar Elxan ilə birlikdə Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə getmişlər. Polis bölməsində müəyyən edilmişdir ki, həmin şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 35 A ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. O, bu barədə raport yazıb bölmə rəisinə məruzə etmişdir. Polis bölməsində olan xidməti otaqların birinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə vəkil dəvət edilmiş və bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra Təqsirləndirilən şəxs hüquq-vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə sonuncunun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda həmin əşyanı könüllü verməsi təklif edilmişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunsuz heç bir əşya olmadığını demişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğu axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli maddələr əkdiyini demiş və yaşadığı evə baxış keçirilməsi barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün o, Şahid3, Şahid4, Təqsirləndirilən şəxs və vəkil Teymur Qasımovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə keçiriləcək baxışda iştirak etməsi üçün aqronom da dəvət olunmuş və evə videoçəkilişdən istifadə olunmaqla baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri harada əkməsi barədə sual verilmişdir. Təqsirləndirilən şəxs də narkotik tərkibli maddələri əkdiyi yeri göstərmişdir. Həmin yer evin yerləşdiyi tikilidən 10 metr dar yolu ilə irəli getdikdən sonra iki mərtəbəli yarımtikili evin sağ tərəfində müəyyən olunmuşdur. Belə ki, orada müxtəlif kollar olmuşdur. Həmin kollar narkotik tərkibli və tərəvəz məhsulları kollarına oxşamışdır. Təqsirləndirilən şəxs həmin kolların xiyar tağları və narkotik tərkibli çətənə kolları olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin kolların kim tərəfindən əkilməsi barədə sual verilmişdir. Təqsirləndirilən şəxs də həmin kolların özü tərəfindən əkildiyini bildirmişdir. Baxışda iştirak edən aqronom tərəfindən həmin kollar yoxlanılmış və müəyyən edilmişdir ki, kollara aqrotexniki qaydada qulluq edilmişdir. Baxış zamanı bundan başqa, qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Sonra aşkar edilmiş kollar qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş və protokolun doğruluğu baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən ümumilikdə 94 ədəd çətənə kolu aşkar olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, “Elxan” adlı şəxsin yaşadığı ünvan 1 ünvanında narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 4-5) görünür ki, “Elxan” adlı şəxsin şəxsiyyətinin, yaşadığı ünvanın, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu yerlərin və narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi, eləcə də həmin şəxsin üzərinə, olduğu yerə, evinə baxış keçirilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 10) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 29-30) görünür ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs həyətinə baxış keçirilmiş və evin həyətindən 94 (doxsan dörd) ədəd çətənə koluna bənzər bitkilər aşkar edilərək götürülmüşdür. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs vermiş olduğu ilkin izahatından (cild 1, iş vərəqə 31) görünür ki, Təqsirləndirilən şəxs təxminən 1 ay öncə yaşadığı evin həyətində 94 ədəd çətənə toxumunu əkdiyini və sonra əkdiyi bitkilərə qulluq etdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs ərizəsindən (cild 1, iş vərəqə 32) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evn həyətinə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli axtarış aparılması haqqında qərardan (cild 1, iş vərəqə 38) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 42-43) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanın həyətindən 94 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Azərbaycan Milli Elmlər X3 rəyindən (cild 1, iş vərəqə 44) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən oradan aşkar olunmuş 94 ədəd narkotik xassəli bitki kollarına aqrotexniki qaydada qulluq olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/626 saylı məhkəmə-bioloji ekspertiza rəyindən (cild 1, iş vərəqə 50) görünür ki, tədqiqata təqdim edilmiş 94 (doxsan dörd) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 55.983,0 qram (55 kq 983 qram) olan bitkilər eyni tərkibli olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronom rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim edilmiş bir ədəd torbada olan torpaq nümunəsində əkilib-becərilməsi qadağan olunmuş bir ədəd, yaş vəziyyətdə təmiz çəkisi 1,55 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 67-68) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsindən həmin Məcəllənin 237.2.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 70) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 89-90) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 103) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 106) görünür ki, xx xxxxxx 2005-ci il tarixdə Təqsirləndirilən şəxs ilə X7 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 107) görünür ki, xx xxxxxxxx 2006-cı il tarixdə Təqsirləndirilən şəxs Əliyeva Ləman adlı qızı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 108) görünür ki, xx xxxxx 2007-ci il tarixdə Təqsirləndirilən şəxs Əliyev Elcan adlı oğlu anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 109) görünür ki, xx xxxxxx 2015-ci il tarixdə Təqsirləndirilən şəxs Əliyev Yusif adlı oğlu anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X4 2944 saylı rəyindən (cild 1, iş vərəqə 180-181) görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 102) görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X8 və üç uşağından ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X6 X18 2179 saylı rəyindən (cild 1, iş vərəqə 178-179) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 135-136) görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş və götürülməmiş məhkumluğu yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 149-151) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin xx xxxxxx 2021-ci il tarixədək uzadılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 182-193) görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, ümumi sayı 94 (doxsan dörd) ədəd təşkil edən və yaş vəziyyətdə (tədqiqatdan sonra sonra ümumi çəkisi 55.981,12 qram olan) olan çətənə kollarının maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilməsi, 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2021-ci il tarixli 9 nömrəli, xx xxxxx 2021-ci il tarixli 10 nömrəli və xx xxxxx 2021-ci il tarixli 11 nömrəli tibbi arayışlardan (cild 1, iş vərəqə 262-264) görünür ki, Təqsirləndirilən şəxs arvadı X12, qızı X13 və və oğlu X16 uzun müddətdir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkirlər və həmin şəxslərin mütəmadi qaydada müalicə olunmaları zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisinin vasitəsi ilə suallar vermiş, ümumilikdə isə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətlərinin olması, eləcə də qeyd olunan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsi tam şəkildə təsdiq olunmuşdur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasəb tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (3-cü Siyahı) 1-ci bəndinə əsasən - 16 (on altı) ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs kimdən, haradan, hansı şəraitdə, əvəzli və ya əvəzsiz qaydada çətənə toxumlarını əldə etməsini, nə zaman əldə etdiyi çətənə toxumlarını yaşadığı evin həyətində əkməsini, eləcə də hansı sayda çətənə toxumlarını əkməsini və əkdiyi toxumlardan hansı sayda bitkilərin əmələ gəlməsini müəyyən etmək mümkün olmadı. Lakin məhkəmə istintaqında xx xxxxxxxx 2020-ci il tarixdə, saat 20:45 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən Elxan Əliyin yaşadığı evin həyətyanı sahəsinə qanuni əsaslarla baxış keçirilməsi və bunun nəticəsində oradan ümumilikdə 94 (doxsan dörd) ədəd, yaş halda ümumi təmiz çəkisi 55.983,0 qram olan narkotik tərkibli çətənə (kannabis) kollarının aşkar edilərək maddi sübut kimi götürülməsi öz təsdiqini tam şəkildə tapmışdır. Təqsirləndirilən şəxs nə ibtidai istintaq dövründə, nədə məhkəmə istintaqında onun evinin həyətindən aşkarlanmış çətənə kollarının sayını və çəkisini mübahisləndirməmişdir. Əksinə Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqında törətdiyi etirafedici ifadə verməklə cinayət əməlini etiraf edərək əməlindən peşman olduğunu dəfələrlə bəyan etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında etirafedici ifadə verərək yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 94 (doxsan dörd) ədəd çətənə bitkisini əkib-becərdiyini ətraflı şəkildə bildirmişdir. Həmçinin məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları da həqiqətən də xx xxxxxxxx 2020-ci il tarixdə, saat 20:45 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirdiklərini və həmin vaxt oradan ümumilikdə 94 (doxsan dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) kolunun aşkar edildiyini bildirmişlər. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs 94 (doxsan dörd) ədəd çətənə kolunu satmaq məqsədi ilə əkib-becərməsi, habelə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 94 (doxsan dörd) ədəd çətənə kolunu məhz öz şəxsi istifadəsi üçün əkib-becərmiş və onlara aqrotexniki qaydada qulluq etmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli onun tərəfindən qəsdən törədilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edir. Cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə istintaqı zamanı etirafedici ifadələr verməsini, törətdiyi əməldən peşman olmasını, evli olmasını, himayəsində 3 (üç) uşağının olmasını, himayəsində olan arvadının və üç uşaqdan ikisinin xəstə olmasını, həmin şəxslərin mütəmadi qaydada müalicə olunmalarının zəruri olmasını, təqsirləndirilən şəxsin ailədə yeganə qazanc gətirən şəxs olmasını, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən - Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindəki cəzanı yüngülləşdirən bütün halların məcmusunu, ələlxüsus təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı səmimilik nümayiş etdirərək törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, evli olmasını, himayəsində 3 (üç) uşağının olmasını, himayəsində olan arvadının və üç uşaqdan ikisinin xəstə olmasını, həmin şəxslərin mütəmadi qaydada müalicə olunmalarının zəruri olmasını, təqsirləndirilən şəxsin ailədə yeganə qazanc gətirən şəxs olmasını, onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və onun təqsirli bilindiyi maddənin sanskiyasında nəzərdə tutulmuş aşağı həddən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini təqsirləndirilən şəxsə tətbiq edilməsini məqbul sayarkən ilk növbədə onun əməlində çoxsaylı cəzanı yüngülləşdirən halların məcmusunu əsas tutmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən halların təqsirləndirilən şəxsə cəza təyini zamanı məcmu halda nəzərə alınmaması ədalətli sayıla bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. Odur ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbləri nəzərə alınmaqla ona ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, cinayət işində olan xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X4 2944 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan və ümumi sayı 94 (doxsan dörd) ədəd olan, tədqiqatdan sonra ümumi təmiz çəkisi 55.981,12 qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) kolları məhv edilməli, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 1173-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən təqsirli bilindiyi maddə üzrə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan və ümumi sayı 94 (doxsan dörd) ədəd, tədqiqatdan sonra ümumi təmiz çəkisi 55.981,12 qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) kolları məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-768/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-768/2021
05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver