Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-768/2022 25.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hüquqi varisi X6 zərər çəkmiş şəxs X1 hüquqi varisi olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 nümayəndəsi olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4, sonuncunun nümayəndəsi olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X11 iştirakı ilə 1971-ci il sentyabrın 21-də Laçın rayonunun Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİİ qrup əlil, Laçın rayonundan məcburi köçkün, ali təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, «Bakı Telefon Rabitəsi» məhdud məsuliyyətli cəmiyyəti ATS 323-də mühəndis işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci il iyulun 08-də saat 15 radələrində «B» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla idarə etdiyi özünə məxsus «Nissan X Trail» minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Zığ-Hövsan yolu ilə Zığ qəsəbəsi istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni sürücü hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmamalı, idarə etdiyi avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, yolun ortasında olan bütöv xətti kəsməməli, avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş və Zığ- Hövsan yolunun 3-cü kilometrliyində idarə etdiyi avtomobilin təhlükəsiz hərəkətini təmin etməmiş, hərəkət istiqamətlərini ayıran ağ bütov xətti kəsib əks hərəkət yoluna çıxaraq əks istiqamətdə hərəkət edən, Zərərçəkmiş şəxs4 idarə etdiyi «Mercedes-Benz E200» markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuş, nəticədə ehtiyatsızlıqdan həmin avtomobilin sərnişini X1 boğaz nahiyəsinin dərin kəsilmiş yarası, alın nahiyəsinin soyulmuş yarası, hər iki göz qapağının əzilmiş-didilmiş yarası, burun sümüyünün qapalı sınığı, bədənin çoxsaylı qançır və sıyrıqları kimi xəsarətlər almaqla hadisə yerində ölümünə, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs2 dalağın, mədəaltı vəzinin, diafraqmamn, nazik bağırsağın müsariqəsinin, yoğun bağırsağın seroz qişasının zədələnməsi, perionarxası hematoma, ikitərəfli hemopnevmotoraks, hər iki diz qapağının və hər iki baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, bədənin çoxsaylı əzilmiş yaraları kimi xəsarətlər almaqla göstərilən tarixdə 3 saylı Şəhər Klinik Xəstəxanasında ölümünə, Zərərçəkmiş şəxs3 baş beyin əzilməsi, skelet sümüklərinin çoxsaylı sınıqları, bədənin çoxsaylı hematomaları, qançırları və sıyrıqları nəticəsində inkişaf etmiş ürək ağçiyər çatışmamazlıqdan 2021-ci il iyulun 14də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında ölümünə, yəni üç şəxsin ölümünə, habelə Zərərçəkmiş şəxs7 baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol bazu sümüyünün qapalı yerdəyişməyən sınığı, sağ bud sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, sol kürək sümüyünün çoxsaylı sınıqları, sağ oturaq və qasıq sümüklərinin sınıqları, sağ İV və Vİ qabırğaların yerdəyişməmiş sınıqları kimi xəsarətlər almaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər, «Mercedes-Benz E200» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hər iki ağciyərin kontuziyası və sağtərəfli pnevmatoraksla müşayiət olunan qabırğaların çoxsaylı sınıqları və döş sümüyünün sınığı, sağ baldırın hemamotası kimi xəsarətlər almaqla insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər, sonuncunun idarə etdiyi avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs6 sağ sirkə kasasının çox qəlpəli, yerdəyişmiş, qapağı sınığı, budun arxaya travmatik çıxığı, üz skeleti sümüklərinin minimal yerdəyişmiş sınıqları kimi xəsarətlər almaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər, Zərərçəkmiş şəxs5 sağ tərəfli travmatik hemopnevmotoraks, qabırğaların çoxsaylı sınıqları, döş sümüyünün sınığı, sağ kürək sümüyünün sınığı, sağ çiyin oynağının dislokasiyası, döş qəfəsinin və qarının hər iki yan səthinin, hər iki baldır nahiyəsinin hematoması kimi xəsarətlər almaqla insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, 2021-ci il iyulun 18-də saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindən Xətai rayonunun Əhmədli qəsəbəsinə getmək üçün Hövsan-Zığ yolu ilə Zığ istiqamətinə hərəkət edərkən idarə etdiyi «Nissan X Trail» markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında arvadı Zərərçəkmiş şəxs2, arxa sağ və sol oturacaqlarda isə xalası qızları Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 əyləşmişlər. O, avtomaşını 60-70 km/saat sürətlə hərəkət etdirmiş, «Halikarnas balıkçısı» restoranına dönən yola çatmağa 300-400 metr qalmış sürdüyü avtomobilə arxadan zərbə dəydiyini hiss etmiş və avtomaşının arxası sağa qaçaraq qabaq hissəsi sola, yəni əks hərəkət zolağına istiqamətlənmişdir. Bundan sonra huşunu itirmiş və ayılanda xəstəxanada olduğunu bilmişdir. Sonradan idarə etdiyi avtomobilin əks hərəkət yoluna keçməklə hərəkətdə olan «Mercedes-Benz» markalı avtomaşınla toqquşduğunu və aşdığını, nəticədə Aynurun və Sahibənin, digər avtomobildə olan bir qadının öldüklərini, sürücünün və iki nəfər sərnişinin müxtəlif dərəcəli, Rayanın az ağır, özünün ağır xəsarətlər aldıqlarını öyrənmişdir. Baş vermiş hadisədən dərin məyusluq keçirmişdir. Zərər çəkmiş şəxslərin hüquqi varisləri və zərər çəkmiş şəxslər ilə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X8 ifadəsində göstərdi ki, 2021-ci il iyulun 18-də atası Təqsirləndirilən şəxs «Nissan X Trail» markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə anası Zərərçəkmiş şəxs2, qohumları Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki yas yerinə aparmış, həmin tarixdə saat 17 radələrində atasının idarə etdiyi avtomaşınla yol qəzası baş verməsi barədə xəbər alan kimi dərhal xəstəxanaya getdikdə anasının əməliyyat olunduğunu, atasının reanimasiya şöbəsinə yerləşdirildiyini bilmişdir. Səhərisi gün səhər saatlarında anası dünyasını dəyişmiş, sonradan o, atasının sürdüyü avtomobilin Hövsan-Zığ yolu ilə Zığ istiqamətinə hərəkət etdiyi vaxt əks istiqamətdə hərəkətdə olan «Mercedes-Benz E200» markalı nəqliyyat vasitəsi ilə toqquşduğunu öyrənmişdir. Hadisənin hansı səbəbdən baş verməsi haqqında məlumatı yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. İş üzrə dindirilən zərər çəkmiş şəxs X1 hüquqi varisi olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2021-ci il iyulun 18-də saat 15 radələrində qayını Zərərçəkmiş şəxs4 idarə etdiyi özünə məxsus «Mercedes-Benz E220» markalı **- DV-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan qohumlarıgilə yollanmışlar. O, qabaq sağ oturacaqda, həyat yoldaşı Zərərçəkmiş şəxs1 arxa sağ oturacaqda və Talifin övladı Zərərçəkmiş şəxs6 arxa sol oturacaqda əyləşmişlər. Zığ-Hövsan şosesinə çatıb «Halikarnas balıkçısı» adlı restoranın yolunun döngəsini təxminən 500 metr keçdikdən sonra qəflətən əks istiqamətdə gələn «Nissan X Trail» markalı avtomobil onların üzərinə doğru yüksək sürətlə yaxınlaşmağa başlamış, aralarında 20-25 metr məsafə olduğundan Talif yalnız avtomaşının əyləcini sıxmağa cəhd edə bilmiş, lakin səyləri nəticəsiz qalaraq «Nissan X Trail» markalı avtomobilin ön hissəsi ilə onların hərəkət etdiyi avtomobilin sağ künc hissəsi toqquşmuşdur. Hadisə nəticəsində Mahilə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür, o və avtomaşında olan səxslər ağır xəsarətlər aldıqlarına görə xəstəxanaya aparılmışlar. Təqsirləndirilən şəxslə barışmışdır. İş üzrə dindirilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 nümayəndəsi olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, «BCD» kateqoriyalı sürücülük vəsiqəsi ilə uzun illər müxtəlif şirkətlərdə avtobus sürücüsü işləmişdir. 2021-ci il iyulun 18də saat 15 radələrində övladı Zərərçəkmiş şəxs6, bacısı X3 və sonuncunun əri Zərərçəkmiş şəxs5 ilə birlikdə özünə məxsus «Mercedes-Benz E200» markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan qohumugilə gedərkən Vahid ön sərnişin oturacağında, Orxan onun arxasında, Mahilə isə Orxanın yanında arxa sərnişin oturacağında əyləşmişlər. Zığ-Hövsan şosesinə çatanda «Halikarnas balıkçısı» adlı restoranın yolunun döngəsini təxminən 500 metr keçdikdən sonra gözləmədiyi anda qarşıdan hansısa avtomaşın onun hərəkət zolağı ilə üzərinə yüksək sürətlə gəlməyə başlamış, göstərilən anda aralarında 5-6 metr məsafə qaldığından ancaq avtomobilin əyləcini sıxmağı bacarmış, bu səbəbdən həmin nəqliyyat vasitəsinin ön hissəsi onun avtomaşınının sağ künc hissəsinə dəymişdir. Hadisə nəticəsində özü və avtomobildə olan sərnişinlər ağır xəsarətlər almaqla ayıldıqda xəstəxanada olduğunu görmüş, sonradan bacısının aldığı xəsarətlərdən öldüyünü bilmişdir. Təqsirləndirilən şəxslə barışmışlar. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, 2021-ci il iyulun 18-də qohumları ilə bərabər Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindəki yas yerində iştirak etdikdən sonra xalası oğlu Təqsirləndirilən şəxs sürdüyü «Nissan X Trail» markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla sonuncunun bacısını yaşadığı evə düşürdüb saat 15 radələrində Hövsan-Zığ yolu ilə Zığ istiqamətinə hərəkət etməyə başlamış, Hünbətin arvadı Zərərçəkmiş şəxs2 qabaq sağ, o, arxa sağ, bacısı Zərərçəkmiş şəxs3 arxa sol oturacaqlarda əyləşmişlər, bir qədər hərəkətdə olduqda qarşıdan yaxınlaşan avtomobil ilə toqquşma baş vermiş, o, huşunu itirdiyindən sonradan baş verənləri xatırlamamışdır. Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş zərər çəkmiş şəxsin hüquqi varisi X15 ibtidai araşdırma zamanı ifadəsində 2021-ci il iyulun 18-də anası Zərərçəkmiş şəxs3 xalası oğlu Təqsirləndirilən şəxs idarə etdiyi «Nissan X Trail» markalı avtomaşın ilə digər qohumları Zərərçəkmiş şəxs7 və X14 ilə birgə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindəki yas yerinə getdiyini, saat 17 radələrində ona Hünbətin idarə etdiyi avtomobilin yol qəzasına uğradığını və onların xəstəxanaya aparılmaları barədə məlumat veriləndə dərhal özünü oraya çatdırdığını, anasının ağır xəsarətlər alaraq reanimasiya şöbəsinə yerləşdirildiyini eşitdiyini, 2021-ci il iyulun 14-də sonuncunun xəstəxanada öldüyünü, sonradan Hünbətin idarə etdiyi avtomobilin Hövsan-Zığ yolu ilə Zığ istiqamətinə hərəkət edən zaman əks istiqamətdə hərəkətdə olan «Mercedes-Benz» markalı avtomaşın ilə toqquşduğunu öyrəndiyini, Hünbətə qarşı şikayəti və tələbi olmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 96-98). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 08 iyul tarixli qərarından görünür ki, fakt üzrə Azərbaycan Respublikasının CM-nin 263.2.-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (1ci cild, iş vərəqi 1). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 08 iyul tarixli protokoldan görünür ki, Bakı şəhəri, Zığ-Hövsan yolunun 3-cü kilometrliyindəki hadisə yerinə baxış vaxtı «Nissan X Trail» minik markalı **-TX- *** dövlət qeydiyyat nişanlı və «Mercedes-Benz E200» markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində hər iki avtomaşının tam əzilib dağılması, «Mercedes-Benz E200» markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağında qadın meyitinin olması müəyyənləşdirilmiş, hadisə yerinin sxemi və fotocədvəl protokolda əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 6-14). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 09 iyul tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 263.2.-ci maddəsindən həmin Məcəllənin 263.3.-cü maddəsinə tövsif olunmuşdur (1-ci cild, iş vərəqi 27). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsinin məhkəmə-kimyəvi ekspertizasına dair 2021-ci il 16 iyul tarixli 2015/K nömrəli və 2016/K nömrəli ekspert rəylərindən müvafiq qaydada görünür ki, Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs götürülən qan nümunələrində etil spirti aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 37-38 və 40-41). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasına dair 2021ci il 23 iyul tarixli 74 nömrəli ekspert rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmiş xəsarətlər – dalağın, mədəaltı vəzinin, diafraqmanın, nazik bağırsağın müsariqəsinin, yoğun bağırsağın seroz qişasının zədələnməsi, perionarxası hematoma, ikitərəfli hemopnevmotoraks, hər iki diz qapağının və hər iki baldır sümüyünün qapalı yerdəyişən sınıqları, bədənin çoxsaylı əzilmiş yaraları bərk küt əşyanın təsirindən törənməklə müddəti 2021-ci il iyulun 08-nə uyğun olub baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir və mərhumun ölümü ilə birbaşa əlaqəlidir, sonuncunun ölümünə səbəb aldığı xəsarətlər nəticəsində baş verən travmatik şok olmuşdur (1-ci cild, iş vərəqi 43-47). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyulun 26-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 51). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin 2021-ci il 27 iyul tarixli 016-86667-1221 №-li və 016-86659-1221 №-li məktublarının kserosurətlərindən görünür ki, etibarlılıq müddətləri müvafiq qaydada 2018ci il iyulun 23-dən 2028-ci il iyulun 23-dək olmaqla «B» kateqoriyalı və 2013-cü il avqustun 21-dən 2023-cü il avqustun 21-dək olmaqla «BCD» kateqoriyalı sürücülük vəsiqələri verilən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 sürücülük hüquqlarının məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 60- 61). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasına dair 2021ci il 30 iyul tarixli 75 nömrəli ekspert rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 meyitində aşkar edilmiş xəsarətlər – baş beyin əzilməsi, skelet sümüklərinin çoxsaylı sınıqları, bədənin çoxsaylı hematomaları, qançırları və sıyrıqları nəticəsində inkişaf etmiş ürək-ağciyər çatışmazlığı bərk küt əşyanın təsirindən törənməklə müddəti 2021-ci il iyulun 08-nə uyğun olub baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir, sonuncunun ölümünə səbəb aldığı çoxsaylı xəsarətlər nəticəsində inkişaf edən ürək-ağciyər çatışmazlığı olmuşdur (1-ci cild, iş vərəqi 63-67). İş materiallarındakı Bakı şəhəri «Avtoservis-Qamışlıq» məhdud məsuliyyətli cəmiyyətinin tərtib etdiyi 2021-ci il 31 iyul tarixli 71 №-li arayışın kserosurətindən və 2021ci il 24 iyul tarixli 19 №-li arayışdan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus «Mercedes- Benz E200» markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7.960 manat, Təqsirləndirilən şəxs məxsus «Nissan X Trail» minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9.000 manat məbləğində ziyan dəyməsi müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 68-69 və 134). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasına dair 2021ci il 07 avqust tarixli 73 nömrəli ekspert rəyindən görünür ki, 1965-ci il təvəllüdlü X1 meyitində aşkar edilmiş xəsarətlər – boğaz nahiyəsinin dərin kəsilmiş yarası, alın nahiyəsinin soyulmuş yarası, hər iki göz qapağının əzilmiş-didilmiş yarası, burun sümüyünün qapalı sınığı, bədənin çoxsaylı qançırları və sınıqları həyati olun boğaz nahiyəsindəki kəsilmiş yara iti kənarlı əşya, digər xəsarətlər isə bərk küt əşyanın təsirindən törənməklə müddəti 2021-ci il iyulun 08-nə uyğun olub baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir, sonuncunun ölümünə səbəb aldığı xəsarətlər nəticəsində baş verən kəskin qanitirmə olmuşdur (1-ci cild, iş vərəqi 71-74). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 23 avqust tarixli 811 nömrəli ekspert rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – ikitərəfli pnevmatoraks, nazik bağırsaq müsariqəsinin, «S»vari bağırsaq və müsariqəsinin cırılmaları, hemopernitoneum, peritonarxası hematoma, baş beytq silkələnməsi, sol əlin İ daraq sümüyünün və İ barmağın əsas falanqasının yerdəyişmə ilə sınığı, burunun şişkinliyi, alt dodağın, alt çənənin və sol əlin ovuc səthinin əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə müddəti 2021-ci il iyulun 08-nə uyğun olub baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (1-ci cild, iş vərəqi 100-103). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 24 avqust tarixli 784 nömrəli ekspert rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs4 bədənində aşkar edilmiş xəsarətlər – hər iki ağciyərin kontuziyası, sağtərəfli pnevmatoraksla müşayiət olunan qabırğaların çoxsaylı sınıqları və döş sümüyünün sınığı, sağ baldırın hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə müddəti 2021-ci il iyulun 08-nə uyğun olub baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (1-ci cild, iş vərəqi 105-107). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 24 avqust tarixli 788 nömrəli ekspert rəyindən görünür ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 bədənində aşkar edilmiş xəsarətlər – sağtərəfli travmatik hemopnevmotoraks, qabırğaların çoxsaylı sınıqları, döş sümüyünün sınığı, sağ kürək sümüyünün sınığı, sağ çiyin oynağının dislokasiyası, döş qəfəsinin və qarının hər iki yan səthinin, hər iki baldır nahiyəsinin hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə müddəti 2021ci il iyulun 08-nə uyğun olub baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (1-ci cild, iş vərəqi 109-111). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 17 sentyabr tarixli 998 nömrəli ekspert rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs6 bədənində aşkar edilmiş xəsarətlər – sağ sirkə kasasının çox qəlpəli, yerdəyişmiş, qapağı sınığı, budun arxaya travmatik çıxığı, üz skeleti sümüklərinin minimal yerdəyişmiş sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə müddəti 2021-ci il iyulun 08-nə uyğun olub baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərərvurmaya aiddir (1-ci cild, iş vərəqi 129-131). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon MKTB-nin 6 saylı MKİS-inin tərtib etdiyi 2021-ci il 28 sentyabr tarixli 481 №-li arayışdan, xasiyyətnamədən, məhkəməyə təqdim olunan Bakı şəhəri Xətai Rayon MKTB-nin 6 saylı MKİS-nin 2022-ci il 25 aprel tarixli 163 №-li arayışından və AZE seriyalı AA2720327 №-li şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, görünür ki, ünvan 1 ünvanında yaşamaqla Laçın rayonundan məcburi köçkün olan Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır, ailəsi övladları 2002ci il təvəllüdlü X4 və 2004-cü il 28 noyabr təvəllüdlü X7 ibarətdir (1-ci cild, iş vərəqi 132- 133 və sair). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 25 oktyabr tarixli 1040 nömrəli ekspert rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs7 bədənində aşkar edilmiş xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol bazu sümüyünün qapalı yerdəyişməyən sınığı, sağ bud sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, sol kürək sümüyünün çoxsaylı sınıqları, sağ oturaq və qasıq sümüklərinin sınıqları, sağ İV və Vİ qabırğaların yerdəyişməmiş sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə müddəti 2021ci il iyulun 08-nə uyğun olub baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərərvurmaya aiddir (1-ci cild, iş vərəqi 141-144). İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 2021-ci il 12 noyabr tarixli 8/2477-6/4389 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunan «Nissan X Trail» minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq və qabaq sağ yan hissəsindəki zədələr formasına, morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk predmetlə kontaktda, o cümlədən digər nəqliyyat vasitəsi ilə təmasda olması nəticəsində yaranması mümkündür, avtomobilin sol və sol yan hissəsindəki zədələr avtomobilin aşması, yol kənarında olan maneəyə dəyməsi nəticəsində yaranması istisna edilmir, arxa sol hissəsindəki zədələr isə ilkin formasını itirdiyindən həmin sahədə digər nəqliyyat vasitəsi ilə toqquşmasını müəyyənləşdirmək mümkün olmamışdır; «Nissan X Trail» minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanadının arxa hissəsindəki qara rəngli lak-boyaya aid olmayan sürtünmə izləri formasına, quruluşuna və tərkibinə görə rezin əsaslı polimer materiallarına məxsus sürtünmə izinin mikrohissəcikləri olduğunu göstərir, qeyd olunan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə bağlı hərəkətlərini tədqiq etmək mümkün olmamışdır, ekspertiza tədqiqatının dəyəri 250 manatdır (1-ci cild, iş vərəqi 146-149). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 02 dekabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan iş üzrə şahid Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Zığ-Hövsan yolunun 3-cü kilometrliyindəki hadisə yerini göstərib ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 163-164). İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 2022-ci il 05 yanvar tarixli 8/3162 №-li rəyindən görünür ki, «Nissan X Trail» minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub sonuncunun göstərilən maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (1-ci cild, iş vərəqi 171-174). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 24 yanvar tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi, habelə 2022-ci il 29 yanvar tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 177-183 və 205-207). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 29 yanvar tarixli qərarından və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 242-243). Məhkəməyə təqdim olunan 2022-ci il 05 mart tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 10 iş saatı müddətində həyata keçirilmişdir. Məhkəməyə təqdim olunan iddia ərizələrindən və 2022-ci il 28 mart tarixli qəbzlərdən görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 10.101 manat müalicə pulu və 6.500 manat dəfn xərci olmaqla 16.601 manat, zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 2.236 müalicə pulu və yol-nəqliyyat hadisəsi nəticəsində tam yararsız hala düşmüş ona məxsus «Mercedes-Benz E200» markalı **- DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 20.000 manat dəyəri olmaqla 22.236 manat, Zərərçəkmiş şəxs6 müalicə pulu və təyyarə uçuşu üçün 17.264,52 manat pulu olmaqla onların xeyrinə Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişlər, sonuncular iddia ərizələrinə görə müvafiq qaydada 141 manat, 151 manat və 143 manat dövlət rüsumu ödəmişlər. Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 hüquqi varisi X10 2022-ci il 04 aprel tarixli, zərər çəkmiş şəxsin hüquqi varisi olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4, sonuncunun nümayəndəsi Nümayəndə 2022-ci il 06 iyun tarixli, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hüquqi varisi X6 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 2022-ci il 08 iyun tarixli, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 2022-ci il 23 iyun tarixli ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxslə barışmışlar, sonuncuya qarşı heç bir şikayətləri və tələbləri yoxdur, bununla yanaşı zərər çəkmiş şəxsin hüquqi varisi olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 mülki iddiasından imtina etməsini nəzərə alınmasını, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 isə mülki iddia ərizələrinin baxılmamış saxlanılmaqla dövlət rüsumunun onlara qaytarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 2017-ci il iyulun 05-də verdiyi AA seriyalı 392812 №-li vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan məcburi köçkündür. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin A. Heydərov adına Respublika Hospitalının 2017-ci il 14 sentyabr tarixli 5295 №-li xəstəlik tarixindən çıxarışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs «Sağ daban sümüyünün çoxqəlpəli yerdəyişmiş sınığı» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Səhiyyə İdarəsinin Kiliniki Tibbi Mərkəzinin 2018-ci il 05 yanvar tarixli müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs «Sol qamış sümüyünün lateral kondisulunun, sağ daban sümüyünün çoxqəlpəli yerdəyişmiş sınıqları. Sol bud sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının deformasiyaedici artrozu, kontrakturası, ətrafın 3 sm qısalığı. Sağ bazu sümüyü cərrahi boynunun qeyri-düzgün bitişmiş sınığı nəticəsində bazu oynağının deformasiyaedici artrozu, kontrakturası, kəskin ağrı sindromu ilə» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 2018-ci il 03 aprel tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs «Sol qamış sümüyünün lateral kondisulunun (iki vintlə osteosintezindən sonra) bitişmiş sınığı. Regionar osteoporoz. Valqus deformasiyası. Sağ daban sümüyünün (iki vint və süni transplantatla osteosintezindən sonra) bitişmiş sınığı. Ağrı sindromu. Presbiopiya» diaqnozları ilə müddətsiz üçüncü qrup əlildir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xəstəlik tarixindən 2021-ci il 26 iyul tarixli çıxarışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs «Baş beyin silkələnməsi. Bədənin küt travması. İkitərəfli pvenmohemotoraks. Nazik bağırsaq müsariqəsinin cırılmaları (iki ədəd). «S»vari bağırsaq və müsariqəsinin cırılması. Hemoperitoneum. Peritonarxası hematoma. Sol əlin İ daraq sümüyünün və İ barmaq əsas falanqasının yerdəyişmə ilə qapalı sınığı. Alt dodaq, alt çənə, sol əlin ovuc səthinin əzilmiş-kəsilmiş yaraları» diaqnozları qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xəstəlik tarixindən 2021-ci il 06 dekabr tarixli çıxarışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs «Funksiya edən kolostoma (yoğun bağırsağın hər hansı bir hissəsinin qarnın ön divarına çıxarılması və nəcis ifrazının əməliyyat ilə formalaşdırışmış bu dəlik vasitəsilə həyata keçirilməsi)» diaqnozu qoyulmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün qismən etirafedici, zərər çəkmiş şəxslərin hüquqi varislərinin və zərər çəkmiş şəxslərin ifadələri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxsin və zərər çəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında, zərər çəkmiş şəxslərin hüquqi varisləri və zərər çəkmiş şəxslərlə barışmasını işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, məcburi köçkün olmasını, İİİ qrup əlilliyini, davam edən ağır xəstəliklərini, ailə vəziyyətini, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağın olmasını, hadisədən dərin məyusluq keçirməsini işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1.-56.1.2.-ci maddələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində, beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CM-nin 45.1.-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmçinin «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 22-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Habelə Azərbaycan Respublikasının CM-nin 263-cü, 263-1.-ci, 264-cü və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla yanaşı onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmasını məqsədəuyğun sayır. Məhkəmə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 şəxs mülki iddiaları baxılmamış saxlanılmaqla onlara vurulan fiziki və maddi ziyanla bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.3.cü maddəsində nəzərdə tutulan mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət hüququ izah edilməlidir. «Dövlət rüsumu haqqında» 2001-ci il 4 dekabr tarixli Azərbaycan Respublikası Qanununun 5.1.2.-ci maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə eyni vaxtda hesab edir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 iddia ərizələrinə görə müvafiq qaydada ödədikləri 151 manat və 143 manat dövlət rüsumu dövlət büdcəsindən tamamilə qaytarılmalıdır. Azərbaycan Respublikasının CM-nin 186.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Azərbaycan Respublikasının CM-nin 186.2.-ci maddəsinə görə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 mülki iddiadan imtina etməsi qəbul edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə zərər çəkmiş şəxsin hüquqi varislərinin və zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışıb ona qarşı şikayətinin və ya tələbinin olmamasını nəzərə alır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 350 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 10 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: 1********) 60 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkməsinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.2.-ci maddəsi əsasında, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü azadlıqdan məhrumetmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 157.2.-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növündə cəza müəyyən müddətə azadlıqdan məhrumemə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 23-cü bəndində göstərilir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının CİM-nin 157.2ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir (Azərbaycan Respublikasının CİM-nin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Belə olan halda Təqsirləndirilən şəxs əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının başlanğıcı o, əsas cəzanı çəkdiyi bütün müddətə və əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilməli və müddət axımı hökmün surəti onun yaşadığı yerin icra məmuruna göndəriləndən sonra icra məmuru tərəfindən göstərilən sənəd icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 354-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilən azadlıqdan məhrumetmə cəzasının müddətinin başlanğıcı onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, əlavə cəza qismində nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə cəzası o, əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilsin və müddətin axımı hökmün surəti onun yaşadığı yerin icra məmuruna göndəriləndən sonra icra məmuru tərəfindən göstərilən sənədin icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 350 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkili X5 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: 1********) 60 manat köçürülsün. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 mülki iddiaları baxılmamış saxlanılmaqla onlara vurulan fiziki və maddi ziyanla bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.3.-cü maddəsində nəzərdə tutulan mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət hüququ izah edilsin. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 iddia ərizələrinə görə müvafiq qaydada ödədikləri 151 manat və 143 manat dövlət rüsumu dövlət büdcəsindən tamamilə qaytarılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 mülki iddiadan imtina etməsi qəbul olunsun. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-768/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-768/2022
25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver