Məhkəmə qərarları › İş №1(101)-768/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-768/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-768/2025 01.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 178.3.2, 221.1, 315.1, 326.1, 66.3, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə və 3.000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, cəza müddəti 05 (beş) il 06 (altı) aya endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, 3.000 manat cərimə cəzası ödənildiyindən xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 29 noyabr 2024-cü il tarixli qərarına əsasən barəsində «həbs» qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə ünsiyyət qurub onunla ailə quracağına inandıraraq, özünün problemlərinin həlli bəhanəsi ilə Zərərçəkmiş şəxs1 məxsus "Hyundai Genesis kupe" markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobili 25 avqust 2021-ci il tarixdə Bakı şəhərində, "Qara Qarayev" metrostansiyasının yaxınlığında yerləşən lombarda girov qoydurub oradan kredit götürülmüş 6000 manat pulu və bundan sonra özünə məxsus "BMV" markalı avtomobili pulun əvəzi olaraq Zərərçəkmiş şəxs1 adına etibarnamə ilə verəcəyinə dair yalan vəd verib, həmin avtomobilin üzərində olan cərimələrin ödənilməsi bəhanəsilə 2021-ci ilin sentyabr ayının əvvəllərində ünvan 3 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs1 1.700 manat dəyərində "Apple" markalı planşeti alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 7.700 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə ünsiyyət qurub ona özünü maddi vəziyyəti yüksək və valideynləri vəzifədə olan şəxs kimi təqdim edib sonuncu ilə ailə quracağını bildirib onu inandıraraq Zərərçəkmiş şəxs2 məxsus "Lexus LX-570" markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb əldə olunan məbləğin üzərinə özünün xeyli miqdarda pul əlavə edib sonuncuya "Porshe Cayenne" markalı avtomobil alıb hədiyyə edəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edərək bu adla 08 may 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 26 saylı evin qarajında Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün məzənnəsi ilə 68.000 manat təşkil edən 40.000 ABŞ dolları dəyərində "Lexus LX 570" markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncudan alıb ələ keçimiş, əvəzində təqdim etdiyi "Porshe Cayenne" markalı avtomobilə yeni dövlət qediyyat nişanı almaqla avtomobilin texniki işlərini həll etmək bəhanəsi ilə 10 iyun 2022-ci il tarixədək hissə-hissə olmaqla 10.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 17.000 manat pulu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs2 külli miqdarda, 85.000 manat məbləğində maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X5 məxsus "Mercedes Benz C200" markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs3 27.000 ABŞ dollarına satacağına dair yalandan vəd verib inandırmaqla aldadaraq, öncə 300 ABŞ dolları beh olaraq, sonra isə 24 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 38 A ünvanında yerləşən “BEST CARS” avtosalonda 26.700 ABŞ dolları pulu alıb ələ keçirərək, həmin məbləğdə pulu avtomobilin sahibi X5 çatdırmayıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xeyli miqdarda 45.900 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə ünsiyyət qurub ona özünün və atasının maddi vəziyyəti yüksək və geniş əlaqələrə malik şəxs kimi təqdim edib sonuncu ilə ailə quracağını bildirib onu inandıraraq, heç bir səlahiyyəti olmadığı halda sonuncuya Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən sosial binalardan ona 2 otaqlı mənzil verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq, onun etibarından sui-istifadə edib, bu adla Zərərçəkmiş şəxs4 2023-cü ilin dekabr ayının ortalarında ünvan 5 ünvanında yerləşən "X13" klinikasının qarşısında 7.000 manat, bundan başqa Zərərçəkmiş şəxs4 əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirməklə sonuncuya guya gömrükdə qalan mallarının ödənişini həyata keçirmək və malları şirkətlərə satdıqdan sonra əldə etdiyi gəlirdən ona da verəcəyini vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs4 21 dekabr 2023-cü il tarixdə eyni ünvanda 13000 manat, bundan başqa, onun əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirməklə sonuncuya mənzil məsələsinin alınmadığını bildirib əvvəl aldığı 20.000 manatı qaytarmaq üçün dostu tərəfindən ona iki ədəd bahalı mobil telefon nömrə hədiyyə edildiyini və həmin nömrələri öz adına rəsmiləşdirib sataraq onun pulunu tam həcmdə qaytaracağını vəd verib aldadaraq, rəsmiləşdirmə xərcləri ilə bağlı Zərərçəkmiş şəxs4 tərəfindən 03 yanvar 2024cü il tarixdə, saat 17:05-də ünvan 6 ünvanında yerləşən "Spar" marketdə olan terminaldan onun ***-***-**-** saylı nömrəsinin M10 hesabına göndərilmiş 1.700 manat və 11 yanvar 2024-cü il tarixdə ünvan 5 ünvanında yerləşən "X13" klinikasının qarşısında 2.000 manat, hissə-hissə olmaqla ümumilikdə 23700 manat məbləğdə pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bununla da yuxarıda qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş dələduzluqda ehtiva olunan cinayət əməllərini həm də tamah niyyəti ilə törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 173.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə 2020-ci ilin yay ayında aylarında Bakı şəhərində təsadüfən tanış olmuş, həmin vaxt o, oteldə yaşamışdır. Aralarında yaxın münasibət yaranmış və sonradan aralarınıda intim əlaqə olmuşdur. Ləman ona sevdiyini bildirib, onunla yaşamaq istədiyini demiş, hətta bir dəfə ona zəng edib evdə ata-anasının onu döydüyünü demiş, ona görə də onlarla qalmaq istəmədiyini, evdən çıxmaq istədiyini, özü ilə müxtəlif məişət və yataq əşyaları götürdüyünü bildirmiş və kirayə ev tutub birlikdə yaşamalarını təklif etmişdir. O, Ləmana ev tutmağa maddi imkanı çatmadığını dedikdə, Ləman maddi cəhətdən özünün ona kömək edəcəyini bildirmişdir. O, Ləmana heç vaxt «mənə pul lazımdır» sözlərini deməmişdir. Bundan sonra o, Yasamal rayonu, «Qələbə Dairəsi» və Biznes universitetinin yaxınlığında, "xxxx" MTK-ya aid hündürmərtəbəli binadan aylığı 1.000 manata kirayə mənzil tutmuş və mənzil sahibinə pulunu qısa müddətə verəcəyini demişdir. Pulu olmadığından Ləman özünə məxsus «Hyundai» markalı maşınını lombarda girov qoyub pul götürməyi, sonra krediti ödəyib maşını çıxarmağı təklif etmişdir. Bundan sonra onlar ayrı-ayrılıqda «Neftçilərə» getmiş, Ləman lombardın işçisi ilə ayrılıqda görüşmüş, lombard işçisi Ləmana “Kapital bank”a borcu olduğunu bildirmiş və bu məsələnin alınmadığını bildirmişdir. Sonra Ləman onu «Qara Qarayev» metrosunun yanına dəvət etmiş, maşınını «Qara Qarayev» metrosu yanında olan lombarda girov qoyub, Ləman 6.000 manat pul almış, həmin pula mənzilin iki aylıq kirayə haqqını ödəyb, qalan pulu isə birgə yaşadıqları dövrdə Ləmanın özünün və yaşadıqları evin zəruri tələbatlarına xərcləmişlər. Ləmanla birlikdə təxminən 1 ay yaşadıqdan sonra aralarında soyuqluq yaranmış və Ləmanla ayrılmışdır. Ləman, bildiyinə görə sonradan özü lombardın pulunu ödəyib maşınını girovdan çıxarmışdır. Ləman bir dəfə maşının girov pulunu ödəmək məqsədilə ona satmaq üçün planşet vermiş, lakin o, planşeti sata bilməmiş, planşet kirayədə yaşadıqları mənzildə qalmış, sonradan planşeti görməmiş, harada olduğunu bilməmişdir. Hazırda «Hyundai» markalı maşın Ləmanm özündədir, ondan heç bir pul almamış, özü üçün heç bir məbləğdə pul xərcləməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ona qarşı irəli sürülən ittiham Ləman Kazımovanın atası Nümayəndə tam əsassız, qərəzli, kinli, şəxsi prinsipləri əsasında irəli sürülmüşdür. 2021-ci ildən Nümayəndə hər gün telefonla onun atasını yığmış, bir gün onların qapısına getmiş, qapını döymüş, lakin atası onu qovmuşdur. 4 il ərzində Nümayəndə hər gün onu tutduracağını demiş, guya Nümayəndə nüfuzuna zərər gəlməsi məqsədilə bunu etdiyini iddia etmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə göstərdi ki, o, Zərərçəkmiş şəxs2 ilə təxminən 2021 ya da 2022-ci ildə «Nizami» metrosuna düşən küçədə, «Caspian Plaza»nın qarşısında maşından maşına tanış olmuşdur. Onun Aliyə ilə tanış olmaqda məqsədi onunla kişi-qadın münasibətində olmaq olmuşdur. Ondan sonra onunla münasibəti yaranmış, Aliyə sonra onu anasıyla tanış etmiş, o, onların evlərinə gedib qonaq olmuş, Aliyə özü də anasının yanında yaşamışdır. Həmin müddətdə də Aliyənin evli olduğunu bilməmiş, sonuncu ona bununla bağlı heç nə deməmişdir. Bundan sonra münasibətlərinin davamında Aliyənin evli olmaqla həyat yoldaşı və 2 uşağı olması ona məlum olmuşdur. Bundan sonra Aliyə ona əriylə boşanma ərəfəsində olduğunu və ayrı-ayrı yerlərdə qaldıqlarını, münasibətlərinin və əlaqələrinin olmadığını bildirmimşdir. Sonralar o, Aliyəgildə olarkən onun anası ilə söhbətlər zamanı sonuncu Aliyənin “Spar” marketin üstündə, zooparkla üzbəüz 1 mənzili olduğunu, Aliyənin ərinin həmin mənzilə girib, çıxmadığını və Aliyəni də mənzilə buraxmadığını danışmışdır. Aliyə ona özünün həmin evə gedib-gələ bilmədiyini, ərinin onu evə buraxmadığını təsdiq etmiş, mənzilin şəxsən onun öz adına olduğunu bildirmişdir. Aliyənin anası onu çağırıb məsələni izah etmiş, Aliyənin ərini evdən çıxarmaq üçün ondan xahiş etmişdir. Bunu ondan Aliyənin özü də xahiş etmişdir. Bundan sonra onlar Aliyə ilə birlikdə ünvana getmiş, qapını döymüş, Aliyənin əri evdə olsa da qapını açmamışdır. Aliyə çilingər dəvət edilməsini istəmiş, bundan sonra Aliyənin əri çölə çıxmış və nə məsələ olduğunu soruşmuşdur. Aliyə onun yaşadığı evin ona, yəni Aliyəyə aid olduğunu, onun evdən çıxmağını istədiyini bildirmişdir. Həmin vaxt Aliyə onu anasının rəfiqəsinin oğlu kimi təqdim etmişdir. Bundan sonra Aliyənin əri evdən çıxmış, onun niyə gəldiyini soruşmadır. Daha sonra o, Aliyənin anasının və özünün təklifi ilə Aliyə evdə olmadığı müddətdə ərinin evə gəlib-gəlmədiyi barədə məlumatı olması üçün evə siqnalizasiya quraşdırtmış və mühafizə qoydurmuş, kilidi dəyişmişdir. Sonra isə Aliyənin ərinin əşyaları yığılıb özünə göndərilmiş və bu məsələ onunla da həll olunmuşdur. O, şəxsən həmin evdə olmuş, mənzilint 3 otaqlı olması təxmini onun yadında qalmışdır. Sonra isçə Aliyə ona həmin mənzili satmaq lazım olduğunu bildirmiş, araşdırıb müştəri tapmağı ondan xahiş etmişdir. Lakin o, bu işə getməmişdir. Belə ki, danışıqlara görə evi Aliyəyə atası almış, Aliyə evləndikdən sonra həmin mənzilə qeydiyyata düşmüş və məhz buna görə ev satıldığı halda Aliyənin ərinin imtinası tələb olunmuşdur. Ona görə də bu məsələ belə də qalmışdır. Bundan sonra Aliyə ona “Lexus LX 570” markalı avtomobili olduğunu, həmin maşının birgə nikah dövründə alındığını bildirmiş, həmin avtomobili satmaq istədiyini demiş, maşının satılmasında ona köməklik göstərməyi xahiş etmişdir. Sonrakı günlərdə o, “Lexus LX 570” markalı avtomobilin Aliyənin öz adına olmasını öyrənmişdir. O, maşına baxıb, şəklini çəkib, maşın alverçisilərinə göndərmişdir. Maşın alverçiləri də maşının dəyərini 26-28 min ABŞ dolları arası qiymətləndirmişlər. O da bunu Aliyəyə bildirmiş və o məsələ elə də qalmışdır. Sonra Aliyə ona maşını satmaq istədiyini demiş, amma başqa maşın almaq istədiyini bildirmişdir. Daha sonra Aliyə maşınlara baxıb “Porche” markalı maşını bəyənmiş, həmin maşından almaq istədiyini bildirmiş, maşını tapmağı və ona bildirməyi ondan xahiş etmişdir. O, 74-75 min ABŞ dollarına bir “Porche” markalı maşını tapmış və Aliyəyə demişdir. O, həmin vaxt özünün maşınını baha - 30-35 min ABŞ dollarına satmaq istədiyini bildirmişdir. Maşın 2010-cu il buraxılışı olduğuna və əzilib bütöv rəngləndiyinə görə qiymətləndirmə bazarında Aliyənin maşınının qiymətinin 26-28 min ABŞ dolları olduğu müəyyən edilmişdir. O, bunu Aliyənin özünə bildirdikdə Aliyə etiraz etməmiş, maşınla birlikdə Badamdarda «Monolit Plaza»nın yanında Yasamal Rayon Məhkəməsi ilə üzbəüz yerləşən notarial konturuna gəlmişdir. O, internet vasitəsi ilə tanış olduğu alverçiyə zəng etmiş, alverçi də ora gəlmişdir. O, həmin alverçini əvvəllər görməmiş və onunla heç bir əlaqəsi olmamüışdır. Alverçi Aliyənin maşınınai baxıb 28 min ABŞ dollarına almağa razılaşmışdır. Notarius Aliyədən maşını 28 min ABŞ dollarına satmağa razı olub-olmadığını soruşdu, Aliyə də razı olduğunu və etirazının olmadığını bildirmiş, özünün və alverçinin adına baş etibarnamə yazıb vermişdir. Alıcı notariusda pulu paketdə Aliyəyə vermiş, notariusun içində Aliyə onun sağında, alıcı isə onun solumda dayanmış, Aliyə sağda yerləşən jurnalnı stolun üstündə pulu sayıb götürmüş, ona bir manat olsun belə pul verməmişdir. Bundan sonra onlar maşını alverçiyə təhvil vermiş və oradan da çıxıb birlikdə taksiyə minərək hərə öz evinə getmişdir. Aliyə maşını baş etibarnamə ilə satmışdır. Aliyə həmin gün aldığı puldan ona heç bir məbləğdə pul verməmişdir. Ondan sonra “Porche” markalı maşının üstündə olan **-PL-*** nömrəsini saxlamaq üçün Aliyə ona 10 min ABŞ dolları pul vermiş, o da həmin pulu beh kimi maşının sahibi Orxan adlı şəxsə vermişdir. Həmin maşın şəxsi olsa da, şirkətdə qeydiyyatdan keçmiş maşın olmuşdur. O, maşını və maşının açarını alıb Aliyəyə vermiş, sonuncu da maşını idarə etməyə başlamışdır. Danışıqda maşının 74-75 min ABŞ dollarına satılması bildirilmiş, 28 min ABŞ dollarının üstünə əlavə pul qoyulmaqla “Porche” almaq lazım olmuşdur. Aliyə maşını sürüb bəyənmiş və almağa razılaşmışdır. Maşın satan şəxs maşının üstünə şəxsi nömrə vurulmalı olduğunu, maşının servisinin uzadılmalı olduğunu və parpresində nöqtə çatı dəyişmək üçün verilən behdən veriləcəyini bildirdikdə, o, bunu Aliyəyə bildirmiş, Aliyə də etiraz etməmiş, 10 min ABŞ dollarından 5 min dollar satıcının dediyi xərclərə çıxılmış, maşının üzərindəki nömrə dəyişilmiş və lizinqə aid olmayan nömrə vurulmuşdur. Satıcı ilə onlar arasında yazılı sənəd olmamış, aralarında etibar olmuş, o, satıcıya 5 min dollar pul vermişdir. Ondan sonra bir müddətdən keçmiş, Aliyənin uşaqlarından biri xəstələnmiş, bundan ötrü o özü də dəfələrlə xəstəxanaya getmiş və bu müddətdə maşın Aliyədə olmuşdur. Maşın üçün Aliyəyə heç bir etibarnamə verilməmişdir. Maşın pulunun ödənilib qurtarmasınadək qarajda saxlanılmalı, Aliyənin adına keçməməli idə. Lakin buna baxmayaraq Aliyə həmin maşını özbaşına idarə etmişdir. Yaranan problemlərə görə 75 min ABŞ dolları ödənilməmiş, maşının sahibi ondan pulu verib-verməyəciyini soruşduqda o, pulu verə bilməyəcəklərini demişdir. Odur ki, Orxan maşını ondane tələb etmiş, o da gedib maşını götürüb aparıb Orxana vermişdir. Aliyə Orxanı görməmişdir. Orxan da onların verdiyi 10 min ABŞ dollarından 5 minini qaytarmış, 5 min dolları isə maşina qoyulan xərclərə çıxılmışdır. 10 mindən 5 mini Orxan qaytarandan sonra o, 5 minin üzərini düzəldib Aliyəyə qaytarmışdır. Aliyə bu proseslərdə ona heç vaxt 18.000 ABŞ dolları pul verməmişdir. Ondan sonra hardasa yay aylarının axırı, avqust ayında Aliyə əvvəlcə xəstəxanada olmuş, sonra isçə ölkədən getmiş, o, Aliyə ilə danışmışdır. Aliyə ölkədən gedəndən sonra 3-5 ay ərzində onun haqqında şikayət etməmiş, harasa müraciət etməmiş, bundan onun məlumatı olmamışdır. Bundan sonra o, Türkiyəyə getmiş, sərhəd keçmədə ona heç bir maneə olmamışdır, o, 1 il Türkiyədə qalmışdır. Türkiyədən gələndə isə hava limanında onu BMCMİ-nin əməkdaşları saxlamış və idarəyə aparmış, Zərərçəkmiş şəxs2 ondan şikayətçi olduğunu orada öyrənib bilmişdir. O, BMCMİ-də izahat verəndən sonra obyektiv olaraq hadisənin necə olduğunu bilmələrinə baxmayaraq, orada ona belə olmalı olduğunu bildirmişlər. Sonra orada onun şəkli çəkilmiş, onun şəklinin kiməsə lazım olduğunu bildirmişlər. O, şəklinin kimə lazım olduğunu soruşduqda, Aliyə xanımın atasının DİN-nin Maliyyə Şöbəsinin rəisi olduğu üçün ona lazım olduğu bildirilmiş, onun günahı olmadığı bildirmilmiş və buraxılmışdır. Bunun bir neçə ay keçdikdən sonra Nizami rayonunda üzləşmə olarkən Aliyə ona “gördün, adamı necə tutub şəklini çəkirlər” demiş və məsələ orada da bitmişdir. O, Aliyə ilə tanış olanda Aliyə heç harda işləməmiş, atasına məxsus “Land Cruiser” markalı maşınını idarə etmişdir. O, Aliyənin atasının kim olduğunu, harada işlədiyini bilməmiş, bu istiqamətdə ona sual da verməmişdir. O, Aliyənin atasının kimliyini BMCMİ-nin əməkdaşları onu saxlayarkən öyrənib bilmişdir. O, heç vaxt ailəli olmamış, o, Aliyəyə evlilik təklifi etməmiş, təklif Aliyə tərəfdən olmuş, o, Aliyənin evli olmasını biləndən sonra onu rədd eləmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 13 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində dostu Elnur adlı şəxslə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Mama jan” adlı restoranda istirahət məqsədi ilə olarkən iki nəfər qadının rəqs etmələrini görmüşdür. Həmin qadınlardan biri sonradan onun masasının qarşısına yaxınlaşmışdır. Bundan sonra o, tanışlıq məqsədi ilə həmin qadınların əyləşdiyi masaya keçmiş və qadınlardan birinin adının Leyla olmasını öyrənmiş və Leyla ilə aralarında münasibət yaranmışdır. Onlar restorandan çıxdıqdan sonra Leyla ilə birlikdə özünün müvəqqəti olaraq yaşadığı ünvan 7 ünvanda yerləşən evə getmiş və bir gecə orada gecələmişlər. Növbəti gün onlar Leylanın yaşadığı Bakı şəhəri, Xətai rayonu, “X18”də yerləşən mənzilinə getmişlər. Həmin ərəfələrdə onlar qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşamağa başlamışlar. Bu müddət ərzində o, icarə olaraq “Mercedes Benz G 630” markalı avtomobili idarə etmişdir. Leyla həmin avtomobili bəyəndiyi üçün ona həmin tip avtomobil istədiyini demiş, o, Leylaya bunün üçün kömək edə biləcəyini, birlikdə gedib salondan seçəcəklərini bildirmiş, amma əlavə pul ödəməli olacağını ona başa salmışdır. Bu məqsədlə o, 21 oktyabr 2022-ci il tarixdə Leylanı qohumlarının yaşadığı Nərimanov rayonunda yerləşən evdən götürmüş və onun idarə etdiyi “Mercedes-Benz G 630” markalı avtomobillə Babək prospektində yerləşən avtosalonlara baxmağa getmiş, günorta saatlarında “Best Cars” adlı avtosalona daxil olmuşlar. Onlar salonda olan zaman onları Fariz adında tanımadığı salon işçisi qarşılamışdır. Avtosalonda olan zaman Leyla “Range Rover” markalı ağ rəngli avtomobili bəyəndiyindən onlar avtomobili sürüb test etmiş və bu zamanı o, maşında Leylanın yanında əyləşmişdir. Leyla avtomobili sürüb yoxladıqdan sonra salona qayıtmış və avtomobilin qiyməti ilə maraqlanmışlar. Fariz adlı şəxs onlara avtomobili ən son 78.000 ABŞ dolları qiymətinə sata biləcəyini demişdir. Leyla onunla razılaşmış, lakin nağd pulu olmadığı üçün maşını almaqda bir qədər gözləməli olduğunu bildirmişdir. Bundan sonra onlar salonu tərk etmişlər. Bundan sonra o, avtosalon işçisi Fariz adlı şəxslə danışaraq, Leylanın pulunun kifayət etməyəcəyi təqdirdə, “Range Rover” markalı avtomobili necə əldə edə biləcəklərini soruşmuşdur. Fariz ona Leylanın avtomobilini qiymətləndirib üzərində pul ödəməklə maşını əldə edə biləcələrini izah etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 22 oktyabr 2022-ci il tarixdə Leyla ilə birlikdə onun idarə etdiyi “Mercedes Benz C200” markalı, ** MA *** nömrə nişanlı maşınla “Best Cars” adlı avtosalona getmişlər. Leyla idarə etdiyi “Mercedes Benz C200” markalı ** MA *** nömrə nişanlı həmin avtomobili salona satıb, üzərində əlavə pul ödəməklə həmin avtomobili almaq istəmişdir. Avtosalon Leylanın avtomobilini 26.000 ABŞ dolları dəyərində qiymətləndirmiş, Leyla özü salonun maşını qiymətləndirməsi ilə razılaşmışdır. Növbəti gün onlar Xətai rayonu ərazisində yerləşən “Amay” ticarət mərkəzinin yanındakı Asan Xidmətə getmiş, orada Leyla avtosalon işçisi Farizin qardaşı Zərərçəkmiş şəxs3 adına maşınına dair baş etibarnamə vermişdir. Bundan sonra onlar Leylanın yaşadığı evə gəlmiş və o, Leylanın idarə etdiyi “Mercedes Benz C200” markalı ** MA *** nömrə nişanlı avtomobili götürüb “Best Car” avtosalona getmişdir. O, salona daxil olub “Range Rover” markalı avtomobilin salonda olmadığını müəyyən etmiş və Farizdən avtomobilin harada olmasını soruşmuşdur. Fariz ona deməsinə görə keçən axşam həmin avtomobil işə salınarkən mühərriki sıradan çıxmışdır. O, zəng edib bu barədə Leylaya bildirmişdir. O, Leyladan maşının satılması və ya geriyə qaytarılması barədə mövqeyini öyrəndikdə, Leyla maşının satılmasına razı olduğunu demişdir. Onlar avtomobili satış qiyməti olaraq 27.000 ABŞ dollarına razılaşmış və xx.xx.2023-cü il tarixdə o, avtosalona getmişdir. Leyla özü orada olmamışdır. Orada Fariz və qardaşı Əzizlə birlikdə əyləşmiş, Fariz ona 27.000 ABŞ dolları pulu sayıb vermişdir. Fariz onun mobil telefonu ilə Leylaya zəng edərək ona avtomobilinin barterinin mümkün olmadığını demiş, avtomobili ondan satış olaraq alacaqlarını bildirmişdir. Leyla isə cavabında xəbərdar olduğunu demiş, «xeyirli olsun» deməklə maşının satılmasına öz razılığını bildirmişdir. O, 27.000 ABŞ dolları pulu salondan aldıqdan sonra Leylanın yaşadığı evə getmiş, puldan 2.000 ABŞ dolları özündə saxlamış və 25.000 ABŞ dolları pulu Leylaya vermişdir. Bundan sonra onlar iki gün müddətində Leyla ilə yenə də birlikdə yaşamışdır. Leyla bundan sonra ölkəni tərk etmiş və ölkə xaricində, daha doğrusu Dubayda olarkən mvtomaşınının Zərərçəkmiş şəxs3 etibar olunmasına dair etibarnaməni ləğv etmişdir. Onun etibarnaməni ləğv etməsinin səbəblərini o, bilməmişdir. Leylanın əvvəlki ifadələrinə diqqət yetirilsə o, əvvəlki ifadələrində 27.000 ABŞ dollarından başqa ona əlavə olaraq 30.000 pul, “Rolex” markalı saat, “Cartier” markalı gözlük də verdiyini qeyd etmişdir ki, sonradan istintaqın gedişatında bunların heç biri təsdiq olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, zərər çəkmiş kimi işdə tanınmış Zərərçəkmiş şəxs4 ilə 2023-cü ilin təxminən noyabr ayında sosial şəbəkədə tanış olub görüşmüş, 2023-cü ilin dekabr-yanvar aylarında Aytəndən Nərimanov rayonu ərazisində 4 dəfəyə ümumilikdə 23.700 manat borc pul almışdır. Belə ki, Aytənlə tanışlıq müddətində şəxsi ehtiyacları olduğu üçün o, Aytəndən borc istəmiş, Aytən də buna etiraz etməmişdir. Aytəndən ilk dəfə 3000 manat pulu Nərimanov rayonu ərazisində yerləşən “Prime” hospitalın qarşısında, ikinci dəfə 7.000 manatı eyni yerdə, üçüncü dəfə 2.000 manat pulu Xətai prokurorluğunun inzibati binasının yanında yerləşən "xxxx" MTKnın yanında almış, sonuncu 1.700 manat pulu isə Aytən onun 050 *** ** ** saylı mobil nömrənin M10 hesabına göndərmişdir. O, Aytəndən aldığı pullarla şəxsi problemlərini həll etmiş və imkanı olan kimi həmin pulları qaytaracağını nəzərdə tutmuşdur. Aytənlə onun arasında olan yazışmalar onun Aytəndən həmin məbləği borc olaraq aldığını təsdiq etməkdədir. O, MİDA-da işləməmiş, MİDA ilə hər hansı əlaqəsi olmamış, onun MİDA-dan ev əldə edib satmaq imkanı olmamışdır. Onun MİDA-da adını demək istəmədiyi tanışı olsa da, Aytən ondan MİDA-dan mənzil verilməsi ilə bağlı maraqlandıqda, o, (təqs.şəxs Təqsirləndirilən şəxs) Aytənə şərtləri demiş, şərtlər Aytəni qane etmədiyi üçün bu mövzu bağlanmışdır. O, MİDA üçün heç kimdən pul almamışdır. O, Aytənə nömrə ilə bağlı nəsə deməmiş, nömrə ilə bağlı ondan pul almamışdır. O, Aytənlə evlənmək niyyətində olmuşdur. Onun Aytənə heç bir borcu yoxdur. Aytən aldadılaraq ondan ərizə alınmış, Aytən şikayətin onun haqqında olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, cinayət işinin ibtidai isintaqı zamanı ifadələri alınarkən müstəntiq tərəfindən ona təzyiqlər olunmuş, lakin ona qarşı zorakılıq tətbiq edilməmişdir. Onun ifadələri kompyüterdə çap olunmuş və onun tərəfindən imzalanmışdır. 6 ay sonra o, həmin ifadənin onun olmadığını görmüş və oxumadan imzaladığını ittiham aktı elan olunanda bilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadələrini bir daha təsdiq edib məhkəmədəki ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə Bakı şəhərində yerləşən «Caspian Plaza»nın qarşısında olarkən təsadüf nəticəsində tanımış, tanışlıq nəticəsində aralarında ünsiyyət yaranmışdır. Təqsirləndirilən şəxs ona özünü tikinti şirkətində işləyən, maddi durumu yüksək olan bir şəxs olaraq tanıtmış, Xəyyam, həmçinin atasının Fövqəladə Hallar Nazirliyində vəzifədə işlədiyini, anasının isə hansısa xəstəxananın baş həkimi olduğunu demişdir. Xəyyam ona subay olduğunu, aralarındakı münasibətə ciddi yanaşdığını və onunla ailə quracağını demişdir. Hətta sonrakı günlərdə Xəyyam onu anası kimi təqdim etdiyi bir qadınla görüntülü danışdırmış, bacısı kimi təqdim etdiyi bir xanımla isə telefonla danışdırmışdır. O, Xəyyamla tanış olduğu zaman onun özünə məxsus 2010-cu il buraxılışlı, «Lexus LX 570» markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobili olmuş və o, həmin maşını yaşadığı binanın qarajında saxlamışdır. Söhbət əsnasında Xəyyam ondan həmin avtomobili satmaq niyyətində olub-olmadığını soruşduqda o, satmaq istədiyini bildirmişdir. Xəyyam aralarında olan ciddi münasibətə görə «Lexus LX 570» markalı həmin avtomobili satmaqda ona kömək edəcəyinə, əvəzinə isə satışdan əldə olunan pulun üzərinə özünün əlavə pul qoyub onun üçün yeni, daha bahalı bir maşın alacağına söz vermiş, o da bununla razılaşmışdır. Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, həmin ərəfədə o, övladının xəstəliyi ilə bağlı olaraq tez-tez xəstəxanalarda olduğundan Xəyyamla tez-tez görüşmək imkanı olmamış və onlar mütəmadi olaraq “WhatsApp” vasitəsi ilə sms yazmaqla əlaqə saxlamışlar. 26 aprel 2022-ci il tarixdə o, «Lexus LX 570» markalı həmin avtomobilin fotolarını, Xəyyamın istəyinə əsasən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərmişdir. Bundan sonra Xəyyam ondan həmin avtomobili neçəyə satmaq istədiyi və hansı model avtomobili almaq istəməyi barədə suallar verməyə başlamışdır. O, Xəyyama «Lexus LX 570» markalı həmin avtomobili 40.000 ABŞ dollarına satmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona ağ rəngli «Porche Cayenne» markalı dövlət qeydiyyat nişanının son nömrəsi 777 olan bir avtomobilin şəkillərini ona atmış, bəyənib-bəyənmədiyini soruşmuş, o isə avtomobili bəyəndiyini bildirmişdir. Bundan sonra Xəyyam 2022-ci ilin may ayının əvvəllərinədək «Lexus LX 570» markalı həmin avtomobili mütəmadi olaraq götürüb satmaq adı ilə salona aparmaq, müxtəlif şəxslərə göstərmək adı ilə götürərək idarə etmiş, bununla bağlı ona həqiqətə uyğun olmayan fotolar göndərməklə yalandan avtomobili salona göstərməyə gəlməsini bildirmiş, sata bilməyib qaraja qaytarmasına dair fotolar göndərmiş və onu avtomobilin satılması üçün fəaliyyətdə olmasına inandırmışdır. Zərərçəkmiş şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, 08 may 2022-ci il tarixdə Xəyyam onunla əlaqə saxlayıb onun avtomobilinə müştəri tapdığını bildirmiş, ona görə də gəlib maşını götürəcəyini və bəyəndiyi ağ rəngli «Porche Cayenne» markalı avtomobili ona gətirəcəyini demişdir. Xəyyamın dediyi ağ rəngli «Porche Cayenne» markalı avtomobilin qiyməti 71500 ABŞ dolları olmuş və Xəyyam onun avtomobilini satıb üzərində çatmayan pulu isə özünün ödəyəcəyini ona vəd etmişdir. Həmin gün Təqsirləndirilən şəxs ona məxsus «Lexus LX 570» markalı avtombili X9 adlı şəxsə 28000 ABŞ dollarına satmaq istədiyini, avtombilinin problemlərinin olmasını demiş, bunun üçün onun notariusa gedib həmin şəxsə etibarnamə verməli olduğunu bildirmişdir. O, qiymətlə razılaşmadıqda Təqsirləndirilən şəxs ona maşının neçəyə satılmasının onun üçün fərqi olmadığını, «Porche» markalı avtomobili almaq üçün pulun çatışmayan hissəsini özünün həll edəcəyini demiş, problemləri olduğu üçün onun maşınını 40000 ABŞ dollarına alan olmayacağını bildirmişdir. 08 may 2022-ci il tarixdə Xəyyam onun yaşadığı Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 26 saylı evin qarajından ona məxsus «Lexus LX 570» markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb aparmış, maşının açarı həmin vaxt Xəyyamın özündə olmuşdur. Həmin ərəfələrdə onun oğlunun səhhətində olan problemlər ilə bağlı başı qarışıq olmuş, avtomaşınının satışı ilə özü şəxsən məşğul ola bilməmiş və Xəyyam yaranmış bu vəziyyətindən istifadə etmişdir. O, 08 may 2022-ci il tarixdə Xəyyamın sözünə əsasən Badamdar qəsəbəsində yerləşən notariusa gedib X4 adma etibarnamə vermişdir. Həmin vaxt Xəyyam və İlkin artıq notariusda onu gözləmişlər. O, etibarnamə verdikdən sonra Xəyyam özü notariusda qalmış, onu isə taksi ilə evinə yola salmışdır. Notariusda olduğu zaman o, İlkinlə sadəcə salamlaşmış, maşının onun tərəifndən satın alındığını bilsə də, qiymət barədə aralarında söhbətləri olmamışdır. Təqsirləndirilən şəxs ona məxsus avtomobili 28000 ABŞ dollarına İlkin adlı şəxsə satmasını ona bildirsə də, Xəyyam həmin pulu ona verməmiş, lakin əvəzində ona yalandan vəd etdiyi «Porche» markalı avtomobili alacağını demişdir. Elə həmin gün Xəyyam ona yaşadığı binanın qarajından ağ rəngli “Porche Cayenne” markalı avtomobilin şəklini atıb, maşını alıb gətirdiyini bildirmiş, həmçinin təmtəraqlı formada açarı ona təqdim etmiş, maşının dəyərinin təqribən 70 min ABŞ dolları olduğunu bildirmişdir. Həmin gündən iyun ayının 10-dək «Porche» markalı avtomobil onda qalmış, təqribən bir ay müddətində o, uşağının xəstəliyi ilə əlaqədar həmin maşını sənədsiz idarə etmişdir. Lakin Xəyyam ona həmin avtomobilin qeydiyyat şəhadətnaməsini və onun adına etibarnamə verməmişdir. «Porche» markalı maşının nömrəsi, maşının kimin adına olması onun yadında qalmamışdır. O, sənədlə bağlı Xəyyamdan soruşanda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirmiş və maşının onun adma sənədləşdirilməsi işini yubatmışdır. Həmin ərəfədə Xəyyam müxtəlif vaxtlarda ondan yeni aldığı maşına sonu «111» olan dövlət qeydiyyat nişanı alacağını demiş və maşının müxtəlif xərcləri üçün ondan əlavə olaraq hissə-hissə olmaqla 10000 ABŞ dolları pul almışdır. 08 may 2022-ci il tarixdən sonra 10 iyun 2022-ci il tarixə qədər Xəyyam onun yaşadığı evin yanında ondan 3000 ABŞ dolları, 5000 ABŞ dolları və 2000 ABŞ dolları olmaqla cəmi 10000 ABŞ dolları pul almışdır. Belə ki, Xəyyam yeni maşını ona almaq üçün 28000 ABŞ dollarının üstünə xeyli pul qoyduğunu və buna görə də onun pulunun çatışmadığını demişdir. O, Xəyyamdan həmin avtomobili idarə etmək üçün sənədlərin qaydasında olub-olmamasını, həmin avtomobili nə zaman onun mülkiyyətinə keçirəcəyini soruşduqda Xəyyam ona hər birinin həllini tapacağını deməklə onu bu söhbətlərdən yayındırmağa çalışmış, hər hansı problem yaranarsa, həmin problemləri onun özünün həll edəcəyini deməklə onu buna inandırmağa çalışmışdır. Xəyyam sənədləşmə ilə bağlı proseslərin gah bayrama düşdüyünü, gah özünün işi olduğunu, gah da DYP əməkdaşlarının yerində olmadığını bildirmişdir. 10 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona verdiyi «Porche Cayenne» markalı avtomobili onun mülkiyyətinə keçirməyə aparması bəhanəsi ilə Milli Hemotalogiya xəstəxanasının həyətində ondan götürüb getmişdir. O, Xəyyama oğlunun xəstəxanada bir-iki saatlıq proseduru olmasını bildirmiş, maşının ona lazım olmasını demişdir. Xəyyam ona həmin müddətdə işləri həll edib avtomobili qaytaracağını ona demiş və maşını götürüb getmişdir. Lakin həmin gündən etibarən Xəyyam ondan qaçmış, avtomobili onun adma keçirməmişdir. O, Xəyyamdan dəfələrlə pulunu geri istəsə də, Xəyyam müxtəlif bəhanələr gətirərək ondan yayınmışdır. Odur ki, o, Xəyyamdan satdığı ona məxsus «Lexus LX 570» markalı avtomobilinin pulunu tələb etmiş, “Porche Cayenne” markalı avtomobili istəmədiyini Xəyyama demişdir. Lakin Xəyyam müxtəlif bəhanələrlə ondan yaxa qurtarmağa çalışmışdır. Sonradan o, araşdırıb Xəyyam “Porche Cayenne” markalı avtomobili ondan sonuncu dəfə götürdüyü gün Turbo.az saytında satışa qoyduğunu öyrənmişdir. O, həmin elanda mobil nömrəsi qeyd edilmiş Orxan adlı şəxslə əlaqə saxlamış və avotmobilin necə satışa çıxarılmasını soruşmuş, Orxana Xəyyamın həmin avtomobili onun mülkiyyətinə keçirmək üçün ondan götürdüyünü bildirmişdir. Orxan isə ona bu barədə məlumat verə bilməyəcəyini demişdir. O, Xəyyama Orxanla danışmağını desə də, Xəyyam artıq onunla sərt danışmış ona «nə bilirsən elə» demişdir. Zərərçəkmiş şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, Xəyyamın ələ keçirdiyi ona məxsus «Lexus» markalı avtomobilinin dəyəri 40000 ABŞ dolları olmuş, sadəcə Xəyyam həmin maşını 28000 ABŞ dollarına satıb ona özünün əlavə maddi vəsaiti ilə yeni maşın alacağını bildirdiyindən o, maşınının 28000 ABŞ dollarına satılmasına etiraz etməmişdir. Əslində isə Xəyyamın onun maşınını hansı qiymətə satmasını o, dəqiq bilməmişdir. Faktiki olaraq Xəyyam ona məxsus maşını ələ keçirməyə görə ona 40000 ABŞ dolları və əlavə olaraq aldıqlarına görə 10000 ABŞ dolları, ümumilikdə isə 50000 ABŞ dolları maddi ziyan vurmuşdur. Ondan sonrakı müddət ərzində o, Xəyyamdan dəfələrlə pulunu qaytarmasını tələb etsə də o, müxtəlif bəhanələr gətirib ümumiyyətlə ondan qaçmış və pulunu qaytarmamışdır. O, 2022-ci ilin iyul ayında Xəyyamın hərəkətləri barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə vermiş, sonra isə övladının müalicəsi ilə bağlı olaraq bir neçə aylıq xarici dövlətə getmiş və buna görə də işinin gedişatı ilə maraqlana bilməmişdir. 2023-cü ilin sentyabr ayında ona məlum olmuşdur ki, Xəyyam əvvəllər məhkum olunmuşdur və hətta onun kimi başqa bir qadını da aldatmış və onun barəsində Xətai Rayon Polis İdarəsində cinayət işi vardır, bu səbəbdən o, Xətai polisinə gedib Xəyyam barədə şikayət ərizəsi yazmışdır. Ona vurulan həmin ziyandan heç nə qaytarılmamışdır. Məhkəməyə qədər onun evinə bir qadın gəlmiş, özünü Xəyyamın anası kimi təqdim etmiş, bir oğlunu itirdiyini, başqa birini də itirmək istəmədiyini demiş, ona pul təklif etmişdir. Lakin əsil həqiqətdə o, həmin qadının kim olduğunu bilməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsinə uyğun ifadə verib göstərdi ki, o, 2021-ci ilin may ayında özünə «Hyundai Genesis kupe» markalı, ** OK *** dövlət nömrə nişanlı avtomaşın almış, həmin ilin avqust ayının 20-də isə Bakı şəhərində Təqsirləndirilən şəxslə təsadüfən tanış olmuşdur. Xəyyamla aralarında səmimi münasibət yaranmış, hətta ailə qurmaq da istəmişlər. 2021-ci ilin avqust ayının təxminən sonlarında Xəyyam ona 6000 manat pul lazım olduğunu bildirmiş, o, həmin məbləğdə pulunun olmadığını dedikdə Xəyyam onun avtomobilini lombarda girov qoyub pul götürmələrini təklif etmişdir. O, Xəyyamın onunla ailə həyatı quracağına inandığı üçün ona etibar etmiş və onun bu təklifi ilə razılaşmışdır. Xəyyam ona, həmçinin lazım olan pulu lombarddan götürdükdən sonra özünə məxsus «BMW» markalı avtomobili mülki etibarnamə əsasında ona verəcəyini bildirmişdir. Odur ki, 25 avqust 2021-ci il tarixdə səhər saatlarında o, Xəyyamla birlikdə «Xalqlar dostluğu» metrostansiyasının yaxınlığında yerləşən lombarda getmiş və özünü lombardın rəhbəri kimi təqdim edən Oruc adlı şəxsə avtomobilini girov qoyub 6000 manat pul götürmək istədiyini bildirmişdir. Sonra notarial əməliyyatlar aparılması məqsədilə Orucla birlikdə notariusda olarkən o, Orucdan Xəyyamın pulu ödəməyəcəyi təqdirdə problem olubolmayacağını soruşmuş, əslində avtomobilini girov qoymaq istəmədiyini demiş, özünün başqa bankda krediti olduğunu bildirmişdir. Həmin vaxt Oruc ona razı olmadığı halda avtomobilini girov qoymamasını bildirmişdir. Oruc bu barədə Xəyyama da demiş və bundan sonra Xəyyamla o, birlikdə maşına əyləşib oradan uzaqlaşmışlar və yolda Xəyyamı xatırlamadığı ünvanda düşürtmüşdür. Lakin Xəyyam yenə də ona zəng etmiş, 6000 manat pulun ona çox vacib lazım olduğunu bildirmiş, avtomobilini girov qoyub 6000 manat pulu götürəcəyi təqdirdə, bir həftə ərzində həmin məbləği özünün ödəyəcəyinə və maşınını girovdan çıxaracığına onu inandırmışdır. O, Xəyyamdan özünə məxsus «BMW» markalı avtomobili girov qoyub pul götürməməsinin səbəbini soruşanda, Xəyyam həmin avtomobilin guya cərimə meydançasında olduğunu demişdir. Xəyyam lombarddan pulun götürülməsinin çox vacib olduğunu demiş, lombarddan 6.000 manat pulun götürülməsinə görə hamının yanında onu söyüb təhqir etməklə hədə-qorxu da gəlmişdir. Artıq bundan sonra o, Xəyyamın şirin vədlərinə inanıb sözügedən lombardın «Qara Qarayev» metrostansiyası yaxınlığındakı «Panda Kids» mağazasının yanında yerləşən filialına getmiş və Xəyyam ona məxsus «Hyundai Genesis kupe» markalı, ** OK *** dövlət nömrə nişanlı avtomaşını girov qoymuş, Tahir adlı lombardı işçisinə maşının texniki pasportunu verib 6000 manat pul götürmüşdür. Həmin vaxt girov sənədlərinə o, özü imza etsə də, əslində pul ona verilməli olduğu halda, Tahir onun yanında 6000 manat pulu sayıb birbaşa Xəyyamın özünə vermişdir. Onun fikrincə Tahirlə Xəyyam arasında əvvəlcədən belə bir razılaşma olmuşdur. Bundan sonra Xəyyam lombardın işçsi ilə birlikdə ona məxsus avtomaşını yaxınlıqdakı dayanacağa yerləşdirmişdir. Həmin vaxt Xəyyam lombardda götürdüyü 6000 manat pulu bir həftə ərzində ödəyəcəyinə və maşınını girovdan çıxarıb ona təhvil verəcəyinə söz vermişdir. Bundan sonra Xəyyamla o, birlikdə Xəyyama məxsus «BMW» markalı avtomobili sonuncunun mülki etibarnamə ilə ona verməsi üçün yaxınlıqdakı hansısa notariat ofisinə getmək üçün taksi ilə yola düşmüş, lakin yolda su almaq adı ilə Xəyyam taksidən düşüb getmiş və geri qayıtmamışdır. Belə ki, o, təxminən 30 dəqiqə taksidə oturub onu gözləsə də, Xəyyam gəlməmiş, telefonunu söndürmüş, onun zənglərinə cavab verməmişdir. Yalnız 4 gün sonra o, Xəyyamla əlaqə saxlaya bilmiş və artıq Xəyyamın onu aldadaraq avtomaşınını girov qoyub pul götürdüyünü və ona qarşı dələduzluq etdiyini başa düşmüşdür. Bundan, sonra o, Xəyyama məxsus «BMW» markalı avtomobili onun adına keçirməsini təklif etdikdə, Xəyyam avtomaşınının üzərində ödənilməmiş 2500 manat cəriməsi olduğunu, buna görə həmimn avtomobilin cərimə meydançasında olduğunu bildirmiş, eyni zamanda onun avtomaşınının lombarddan girovdan çıxarılması üçün həmin cərimələri ödəyib öz avtomaşınını satmalı olduğunu demişdir. Bunun üçün Xəyyam özündə 800 manat pul olduğunu bildirmiş, ona əlavə 1.700 manat pul verməsini istəmiş, məhz həmin pulu verib avtomaşınını cərimə meydançasından çıxaracağını demişdir. O, Xəyyama pulunun olmadığını demiş, lombardın pulunu ödəyib onun avtomaşınını girovdan çıxarmasını tələb etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, bu söhbətdən bir gün sonra Xəyyam telefonla ona yazaraq «İrşad Telekom»dan götürəcəyi 1.700 manat dəyərində planşeti cərimə əvəzinə guya kiməsə verəcəyini və avtomaşınını cərimə meydançasından çıxardıb satacağına dair onu inandırmışdır. O, Xəyyamın yalanına inanmış və avtomaşınının girovda qalacağı təqdirdə, müsadirə oluna biləcəyindən qorxduğundan məcbur qalıb «İrşad Telekom» dan kredit şərtləri ilə 1.683 manat dəyərində götürdüyü «Apple» markalı planşeti Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi 17A ünvanında yerləşən "xxxx" MMC-nin qarşısında Xəyyama vermişdir. Belə ki, o, həmin vaxt "xxxx" MMC-nin yaxınlığında bir şirkətdə işləmişdir. Xəyyam həmin planşetin də kreditini özünün bağlayacağına söz vermişdir. Lakin bir neçə gün ərzində Xəyyam nə lombardın pulunu, nə də ki, planşetin kreditini ödəməmiş, bu azmış kimi yoxa çıxmış və telefonlara da cavab verməmişdir. O, Xəyyama məxsus olduğunu bildiyi «BMW» markalı avtomobilin nömrəsini xatırlamamış, lakin sonradan həmin avtomobilin icarədə olduğunu öyrənmişdir. Bundan sonra o, Xəyyamın onu aldadıb pulunu ələ keçirməsi ilə bağlı hüquqmühafizə orqanına şikayət etmiş və şikayətinə 25-ci Polis Şöbəsində baxılmışdır. Pullarını geri ala bilməsi üçün Xəyyamı axtarmağa başlamış, onun yaşadığı evə gəlib qapını döymüş, lakin qapını açmamış, həm də şikayətini geri götürməsi üçün onu hədələmişdir ki, o, bununla bağlı DİN-nin 102 xidmətinə şikayət etmişdir. Polis idarəsinə şikayət verdikdən sonra onu yalnız bölmədə görmüş, onunla sərbəst görüşümüz olmamışdır. Xəyyamın özü və ya qohumları tərəfindən ona vurulan zərərin ödənilməsi ilə bağlı heç bir təklif olmadığından o, Xəyyamın atası ilə əlaqə saxlamış, lakin atası Xəyyam adda adam tanımadığını demişdir. Yekunda Xəyyam lombardın və planşetin pulunu ödəmədiyi üçün o, avtomobilinin girovda batmaması üçün məcbur olub 6.000 manatı lombarda ödəyib avtomobili girovdan çıxartmış, həmçinin Xəyyam planşeti qaytarmadığı və kredit borcunu ödəmədiyi üçün o, məcbur olub «İrşad Telekom» mağazasına planşetin kredit borcunu da tam ödəmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin yekununda ona Təqsirləndirilən şəxs tərəfindən vurulan maddi zərərin ödənilməsi ilə bağlı mülki iddia qaldıracağını məhkəmənin nəzər diqqətinə çatdırdı. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təxminən 9 il müddətində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 38A ünvanında yerləşən “Best cars” adlı avtosalon fəaliyyət göstərir və atası X14, qardaşları X16 və X10 birlikdə həmin avtosalonu işlədirlər. 23 oktyabr 2022-ci il tarixdə günorta saatlarında qardaşları Əziz və Fariz avtosalanda olarkən əvvəllər tanımadıqları, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs “Mercedes Benz C200” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə salona gəlmiş və avtomobilin sahibi X6 razılığı ilə satılmasını istədiyini bildirmişdir. Xəyyamın deməsinə görə atomobilin sahibi, yəni Leyla Nuriyeva başqa avtomobil bəyəndiyindən sonuncu özünə məxsus “Mercedes Benz C200” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq niyyətindədir. O, əvvəlki günlər avtosalonda olmadığı üçün məsələ barədə qardaşları ilə maraqlanmış və Təqsirləndirilən şəxs əvvəlki iki gün dalbadal X11 adlı qadınla avtosalona gəlib “Mercedes Benz C200” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtosalonda satışa qoyulmuş “X22” markalı avtomobili dəyişmək istəmələrini öyrənmişdir. Bu dəfə isə avtosalona tək gəlmiş Təqsirləndirilən şəxs maşının barterini istəməmiş, Leyla adlı qadına məxsus avtomobilin satılmasını istəmiş və bu barədə Leylanın razılığı olduğunu demişdir. O, və qardaşları X7 zəng etməsini istəmiş, bundan sonra Xəyyam öz mobil telefonu ilə Leyla Nurayevaya zəng edib ucadan onlara eşitdirməklə danışmışdır. Xəyyam Leyla ilə danışığı zamanı sonuncuya məxsus “Mercedes Benz C200” markalı avtomobili 27.400 ABŞ dolları qarşılığında avtosalona satacağını demiş, Leyla Nurayevanın fikrini soruşmuş, Leyla adlı qadın isə avtosalon işçilərinə öz razılığını bildirmişdir. O və qardaşları avtomobilə baxıb qiymətləndirmiş, qardaşı X19 Vəliyevə beh olaraq 300 ABŞ dolları məbləğində pul vermiş, Xəyyam behi aldıqdan sonra yenidən Leyla Nurayevayaya zəng edib telefonla danışmışdır. Xəyyam danışarkən onlar bu dəfə digər tərəfin səsini eşitməmiş, lakin sözügedən avtomobilə dair baş etibarnamə vermək üçün həmin gün görüşəcəklərini başa düşmüşlər. Buna görə də o, baş etibarnaməni onun adına yazdırması üçün özünün şəxsiyyət vəsiqəsinin məlumatlarını Təqsirləndirilən şəxs vermişdir. Xəyyam getdikdən az bir bir müddət sonra zəng edərək “Mercedes Benz C 200” markalı avtomobilə dair baş etibarnamə verdiyini demiş və avtomobilin alqı-satqısı üçün razılaşılan pulu növbəti gün alacağı barədə razılaşmışlar. Beləliklə, növbəti gün, yəni 24 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən “Mercedes Benz C200” markalı avtomobillə avtosalona gəlmiş, onlar təkrarən avtomobilə göz gədirib sağ ön qapısında əzik olduğunu müəyyən etmişlər. Həmin əziyin aradan qaldırılması üçün xərci nəzərə almaqla Təqsirləndirilən şəxs 27.400 ABŞ dolları yox, ümumilikdə verilən behlə birlikdə 27.000 ABŞ dolları məbləğində pul verəcəkləri barədə razılaşmışlar. Bundan sonra X7 yenidən zəng edib, eşidəcəkləri formada hündür səslə danışmalarını istəmişlər. Təqsirləndirilən şəxs öz telefonu vasitəsi ilə Leyla Nurayevaya zəng etmiş və uca səslə onunla danışmışdır. Həmin danışığı qardaşı Fariz Əmirov öz mobil telefonu vasitəsi ilə qeydə almışdır. Danışıq zamanı onlar əvvəlcə bir-biri ilə səmimi formada danışmış, daha sonra isə qardaşı Fariz Əmirov danışığa qoşularaq Leyla Nurayevadan avtomobilin alınmasına etiraz edib- etmədiyini soruşmuşdur. Leyla Nurayeva isə bir daha razılığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 26.700 ABŞ dolları məbləğində pul vermiş və pulu saymasını əvvəlcədən yerləşdirdikləri mobil telefon vasitəsi ilə video çəkiliş formasında qeydə almışlar. Xəyyam pulu götürüb yolun qarşı tərəfinə keçmiş, orada taksiyə minib getmişdir. Bu barədə kamera qeydləri də mövcuddur. Beləliklə əvvəldən verilən behi də nəzərə almaqla Təqsirləndirilən şəxs vasitəsi ilə Leyla Nurayevaya məxsus “Mercedes Benz C200” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 27.000 ABŞ dolları məbləğində pul vermişlər. Təqsirləndirilən şəxs pulları saydıqdan sonra götürmüş və avtomobili saxlayıb normal qaydada oradan getmişdir. Səhəri gün, yəni 25 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində o, və qardaşları həmin avtomobilin qeydiyyat məsələsini həll etmək üçün Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı Şəhər Baş Polis İdarəsinin nəznində olan Qeydiyyat-imtahan İdarəsinə getmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs zəng edərək avtomobili öz mülkiyyətlərinə keçirmək istəmələri barədə danışmışlar. Danışıq zamanı X15 hər hansı yol-nəqliyyat hadisəsi ilə özünə problem olmayacağı təqdirdə, avtomobilin öz adında olmasına etiraz etmədiyini demişdir. Buna görə də onlar avtomobili öz mülkiyyətlərinə sənədləşdirməmiş və adına olan baş etibarnamə qüvvəsində qalmışdır. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsinin davamında göstərdi ki, bütün bunlara baxmayaraq, alqı-satqıdan bir neçə gün sonra Təqsirləndirilən şəxs qardaşı Fariz Əmirova zəng edib, Leyla Nurayevanı təhqir etməklə, aralarında soyuqluq yarandığı üçün Leyla Nurayevanın avtomobilə dair baş etibarnaməni ləğv etdirdiyini bildirmiş, lakin bir neçə gün ərzində hər şeyi qaydasına qoyacağını deyib, səbirli olmağını istəmiş, eyni zamanda görüşməkdən də boyun qaçırmışdır. Bundan sonra maraqlanıb, həmin avtomobilə dair adına olan baş etibarnamənin 27 oktyabr 2022-ci il tarixdə Leyla Nurayeva tərəfindən ləğv edildiyini müəyyən etmişdir. Odur ki, Təqsirləndirilən şəxs məsələni qaydasma qoymasını istəmiş, Xəyyam isə hər dəfə bir bəhanə ilə vaxtı uzatmış, Leyla Nurayeva ilə birbaşa əlaqə yaratmalarına mane olmuşdur. Leyla ilə maraqlandıqda o, Xəyyamın ona bir qəpik də pul vermədiyini bildirmişdir. Sonra onlar Leyla xanımın evinə getmiş və Xəyyamı axtarmışlar. Sonra Leyla xanıma zəng vurduqda sonuncu Xəyyamın ona pul vermədiyini, ona pul atdığını, buna görə də məcbur olub etibarnaməni ləğv etdirdiyini bildirmişdir. Onların Təqsirləndirilən şəxslə dəfələrlə telefonda mübahisələri olmuş, onlar pulun qaytarılmasını istəmişlər. Onlar bir neçə dəfə Xəyyama görüşüb söhbət etməyi, pullarını qaytarmasını təklif etmiş, lakin o, yalan vədlər verib, bu günə-sabaha söz vermiş, lakin qaytarmamışdır. Bir müddət sonra isə o, qeydiyyatda olduğu ərazi üzrə Suraxanı RPİ-nə şikayət etmişdir. Polis araşdırması zamanı məsələ həll olunmamış və material ərazi aidiyyəti üzrə Nizami RPİ-nin 23-cü PB-nə göndərilmişdir. Həmin polis bölməsində isə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Bundan bir müddət sonra Leyla Nurayevanın onların Təqsirləndirilən şəxslə əlbir olub onu aldatmaları ilə bağlı Xətai RPİ-nə şikayət etdiyini öyrənmişdir. Hazırda sözügedən “Mercedes Benz C200” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun özündə olsa da, rəsmi qaydada mülkiyyətində deyildir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X16 ifadəsində məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ilə oxşar məzmunda ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, cinayət işi üzrə ilk ifadə verdiyi tarixədək təxminən 3 il Bakı şəhəri, Təbriz küçəsində yerləşən "xxxx" MTK-da satış direktoru işləmişdir. 2023-cü ilin dekabr ayının əvvəllərində baxılan iş üzrə Təqsirləndirilən şəxs ilə «Facebook» sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş, sonradan aralarında ünsiyyət yaranmışdır. Xəyyam onun "xxxx" MTK-da satış direktoru işlədiyini bilib, ev almaq istədiyini deyərək onun iş yerinə gəlmişdir. Orada onlar ilk dəfə üzbəüz görüşmüşlər. Ondan sonra da aralarında daha yaxın ünsiyyət yaranmış və onlar kənar yerdə də görüşməyə başlamışlar. Söhbət zamanı Xəyyam bir neçə istiqamətdə bizneslə məşğul olduğunu, atasının isə tikinti şirkəti olduğunu deyib, özünü çox imkanlı və əlaqələri geniş olan insan kimi təqdim etmişdir. Növbəti görüşlərdə isə söhbət zamanı Xəyyam onun evi olub-olmaması ilə maraqlanmış, o isə evi olmadığını demişdir. Xəyyam ona MİDA (Mənzil İnşaat Dövlət Agentliyi)tərəfindən inşa edilən binalardan ona mənzil verdirmək imkanının olduğunu bildirmişdir. Xəyyamın deməsinə görə onun Qulam adlı dostunun dayısı MİDA şirkətində işləmişdir. O, həqiqətən ev almaq istədiyini və hətta ilkin ödəniş üçün də pul yığdığını Xəyyama demiş, söhbət əsnasında Xəyyam onun əlində 20000 manat pulunun olduğunu öyrənib bilmişdir. Daha sonra Xəyyam onu iki dəfə Qulam adlı dostu ilə görüşdürmüş, görüş zamanı Xəyyam ona öz telefonunda MİDA tərəfindən inşa edilən mənzillərin lahiyələrini göstərmiş və görüş zamanı Xəyyam Qulama dayısından hansı boş mənzillərin qalmasını soruşmasını tapşırmışdır. Bundan sonra Xəyyam ona Yasamalda işna edilən binalardan bir, ya da iki otaqlı təmirli mənzil verilməsi üçün ilkin ödəniş olaraq 7000 manat pul ödəmək lazım olduğunu demişdir. O da 2023-cü ilin dekabr ayının ortalarında ünvan 9 ünvanında yerləşən «X13» klinikasının qarşısında Xəyyamın idarə etdiyi «Mercedes S klass» markalı maşınında Qulamın yanında Xəyyama 7000 manat pul vermişdir. O, özü həmin klinikanın yaxınlığında yaşamış, lakin Xəyyamın bilavasitə yaşadığı binanın yanına gəlməsini istəmədiyi üçün evinə yaxın olan və maşın saxlanması rahat olan yer seçərək həmin klinikanın qarşısına görüş təyin etmişdir. Pulu aldıqdan sonra Xəyyam ona 7000 manatı MİDA-ya ödəniş edib ilkin sənədləşmə işlərinə başlatdıracağını demiş, bunun üçün onun şəxsiyyət vəsiqəsinin surətini, iş yerindən arayışı götürmüş, ilkin ödənişin qalan 13000 manat hissəsini isə bir müddət sonra ödəyəcəyini bildirmişdir. O, razılaşmış və Xəyyama 7000 manatı şirkətə ödədikdən sonra onun qəbzini ona gətirməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra, 21 dekabr 2023cü il tarixdə Xəyyam ona mesaj yazıb gömrükdə gələn mallarının çıxarılması üçün 13000 manat rüsum ödəməli olduğunu bildirmiş, pul üçün atasına müraciət etmək istəmədiyini demiş və onda olan həmin pulu bir günlük ona verməsini xahiş etmiş, işlərini həll edib növbəti gün dərhal onun 13000 manatını qaytaracağına söz vermişdir. Həmin ərəfədə Xəyyam onunla çox yaxınlıq etmiş, hətta özünün də subay olduğunu və onunla bağlı ailə olaraq ciddi fikirdə olduğunu demişdir. Xəyyam ciddi formada onun etibarını qazandığından o, Xəyyama 13000 manatı vermək qərarına gəlmişdir. Sonradan o, fikirləşib başa düşmüşdür ki, o, 7000 manatın qəbzini Xəyyamdan istədiyi üçün o, onun növbəti ilkin ödənişin davamı olaraq 13000 manatı qəbzsiz verməyəcəyini düşünüb, həmin pulu bu adla ondan almışdır. 21 dekabr 2023-cü il tarixdə yenə o, Xəyyamla «X13» klinikasının qarşısında görüşmüş və onu həmin maşınında Qulamın yanında 13000 manatı Xəyyama vermişdir. Xəyyam da bir günə onun pulunu qaytaracağını demişdir. Lakin ondan sonrakı günlərdə Xəyyam işlərinin hələki alınmadığını bildirib, bəhanələr gətirməyə başlamış və onun 13000 manatını qaytarmamışdır. Bir müddət sonra isə o, pulunu ciddi tələb etdiyindən Xəyyam həmin pulu onun mənzili üçün ödəməli olduğu ilkin ödənişin tamamlanması üçün MİDA-ya ödədiyini bildirdikdə, o, Xəyyamdan pulların ödəniş qəbzlərini tələb edirmiş. Bir müddət sonra isə Xəyyam əslində onun 20000 manatını MİDA-ya ödəməyib, özünə lazım olduğu üçün problemlərinin həllinə sərf etdiyini etiraf etmiş, pul tapıb onun 20000 manatını qaytaracağını demişdir. Bununla bağlı Xəyyamla aralarında mübahisələr olmuş və o, pulunu geri tələb etməyə başlamışdır. Sonra Xəyyam ona iki ədəd 050 211-lə başlayan nömrənin sənədlərini göndərib Tural adlı dostunda belə bir bahalı nömrələr olduğunu, Tural cəzaçəkmə müəssisəsinə olanda ona yaxşılıqlar etdiyi üçün Turalın da həmin nömrələri ona pay verdiyini bildirmiş və həmin nömrələri satıb onun pulunu qaytaracağını demiş, ona həmin nömrələrin konkret öz adına sənədləşdirilməsi üçün bir qədər pula ehtiyacı olduğunu bildirmiş və ondan ilkin olaraq 1700 manat pul istəmişdir. O da 20000 manatının qayıtması üçün artıq Xəyyamdan asılı vəziyyətdə qaldığından o, 1700 manatı ona verməyə razı olmuş və 03 yanvar 2024-cü il tarixdə, saat 17:05-də Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 31 ünvanında yerləşən «Spar» marketdə olan «Milliön» terminalından Xəyyamın 050 *** ** ** saylı nömrənin M10 hesabına 1700 manat pul köçürtmüşdür. Həmçinin Xəyyam ona Turalın adına olan ov silahının da sənədinin şəklini göndərərək lazım olsa həmin silahı 1700 manata sataraq onun sonuncu verdiyi 1700 manatı qaytaracağını da ona demişdir. Bundan sonra Xəyyam yenə həmin nömrələrin sənədləşdirmə işinin tamamlanması üçün əlavə 2000 manata ehtiyacı olduğunu demiş və həmin məbləği ondan istəmişdir. O, yenə məcbur qalıb həmin məbləği Xəyyama verməyə razı olmuşdur. 11 yanvar 2024-cü il tarixdə yenə «X13» klinikasının qarşısında Xəyyamla görüşüb ona 2000 manat pul vermişdir. Ondan sonrakı müddət ərzində isə Xəyyam müxtəlif bəhanələr gətirib onun heç bir pulunu qaytarmamışdır. Sonra isə ona məlum olmuşdur ki, Xəyyam onun kimi də başqa insanları aldadıb pullarını ələ keçirdiyi üçün Nizami polisi tərəfindən həbs olunmuşdur. Daha sonra o, Xəyyamın dost kimi təqdim etdiyi Tural adlı şəxslə telefonla danışanda o, 211-lə başlayan nömrələrin həqiqətən ona məxsus olduğunu bildirmiş, lakin həmin nömrələrin çoxdan satıldığını bildirmiş, Xəyyamın isə onun evində ondan xəbərsiz həmin nömrələrin sənədlərinin şəklini çəkdiyini demişdir. Turalın deməsinə görə o, ov silahını həqiqətən də Xəyyama satıb pul götürməsi üçün kömək məqsədlə verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsinin yekununda göstərdi ki, 20000 manatı Xəyyama verdikdən sonra o, aldadıldığını anlamış, 20000 manat pulunu qurtarmaq üçün isə sonrakı pullarını vermişdir. Nəticədə ona 23.700 manat məbləğimndə maddi zərər dəymişdir. Xəyyam ona vurduğu maddi zərəri ödəməmiş, əksinə 3 ay Şüvəlanda təcridxanada olarkən hər gün ona zəng edib şikayəti götürməyini tələb etmiş, 5000, 10000 manat verəcəyini ona demişdir. Lakin o, məbləği tam ödəməsini istəmişdir. Azadlığa çıxdıqdan sonra isə hər gün özü ona zəng edib pulunu tələb etmiş, lakin Xəyyam pulu ödəyəcəyi ilə bağlı yalanlarını demişdir. Axırıncı həbs müddətində isə özünü Xəyyamın anası kimi təqdim edən bir qadın ona zəng edib Xəyyamın, onun vəkilinin xəbərinin olmamasını bildirmiş, ona psixoloji təzyiq göstərməyə başlamış, oğlunun tutulacağı təqdirdə, ona nə veriləcəyini demiş, məhkəməyə xəbər verməmək müqabilində gedib notariusda borc müqaviləsi bağlamağı təklif etmiş, hər ay ona 500 manat pul verəcəyinə söz vermişdir. Qadın 2-3 dəfə belə zənglər etmiş, lakin o, etiraz etdiyindən qadın dayanmışdır. Hazırkı vaxtadək ona heç bir ödəniş olmamışdır. Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 sərbəst ifadələrində işin halları ilə bağlı göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları olduğu kimi Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu bır daha ifşa etmişdir (iş vərəqə: cild İ, səh.212-216). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxs X3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, istintaq hərəkəti zamanı zərər çəkmiş Zərərçəkmiş şəxs2 sərbəst ifadələrində işin halları ilə bağlı göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları, o cümlədən Təqsirləndirilən şəxs ona məxsus “Lexus LX 570” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilini satıb əldə olunan məbləğin üzərinə özünün xeyli miqdarda pul əlavə edib ona “Porshe Cayenne” markalı avtomobil alıb hədiyyə edəcəyinə dair yalan vəd verib aldatma və etibarından sui-istifadə adıyla 08 may 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 26 saylı evin qarajında ona məxsus həmin dövrün məzənnəsi ilə 68.000 manat təşkil edən 40.000 ABŞ dolları dəyərində “Lexus LX 570” markalı, ** KK *** nömrə nişanlı avtomobili alıb ələ keçirməsini, əvəzində Təqsirləndirilən şəxs ona təqdim etdiyi “Porche” markalı avtomobilə yeni nömrə nişanı almaq, avtomobilin texniki işlərini həll etmək bəhanəsi ilə həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində pulunu alaraq onun ümumilikdə 85.000 manat məbləğində pulunu ələ keçirməsini bir daha olduğu kimi Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir(iş vərəqə: cild İİİ, səh.202-207). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, istintaq hərəkəti zamanı zərər çəkmiş Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları, yəni Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib aldadraq 20.000+1.700+2.000 olmaqla cəmi 23.700 manat pulunu ələ keçirib, ona qarşı dələduzluq etməsini olduğu kimi Təqsirləndirilən şəxs üzünə qarşı bir daha tə\sdiq etmişdir(iş vərəqə: cild İV, səh.103-107). İşdə olan və məhkəmə baxışında tədqiq olunan «götürmə aparılması haqqında» 16 noyabr 2023-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxslə “WhatsApp” sosisal “SMS” mübadiləsi tətbiqi üzərindən yazışmalara və Xəyyamın ona məxsus “Lexus LX 570” markalı avtomobili satmasına dair mətnlər, eyni zamanda Təqsirləndirilən şəxs yalandan ona təqdim etdiyi “Porche” markalı avtomobilin fotoları Zərərçəkmiş şəxs2 götürülmüş və iş materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İİİ, səh.106-130). Bundan başqa, işdə olan və məhkəmə baxışında tədqiq olunan «sübutların qiymətləndirilməsi haqqında» 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 götürülmüş Təqsirləndirilən şəxslə “Whatsapp” sosisal “SMS” mübadiləsi tətbiqi üzərindən yazışmalara və Xəyyamın ona məxsus “Lexus LX 570” markalı, ** KK *** nömrə nişanlı avtomobilini satmasına dair mətnlər, eyni zamanda Təqsirləndirilən şəxs qeyri-real ona təqdim etdiyi “Porche” markalı avtomobilin fotoları maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir(iş vərəqə: cild V, səh.97-122). Daha sonra, işdə olan və məhkəmə baxışında tədqiq olunan «diskə baxış keçirilməsi haqqında» 03 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs - “Best Cars” avtosalonun işçisi Zərərçəkmiş şəxs3 01 ədəd DVD-R formatlı disk təqdim edilmiş, təqdim olunan diskdəki videogörüntülərdən görünür ki, 24 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Best Cars” adlı avtosalonun işçiləri Fariz Əmirov və Əziz Əmirovla salonun içərisində əyləşmiş, Leyla Nurayevaya məxsus “Mercedes-Benz C200” markalı avtomobili avtosalona 27.000 ABŞ dolları məbləğində satılmasına razılaşır və təqdim edilən 27.000 ABŞ dolları məbləğində pulu sayraraq tam şəkildə qəbul edir(iş vərəqə: cild İİİ, səh.169). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «baxış keçirilməsi haqqında» 17 fevral 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs4 məxsus «İphone» markalı mobil telefonun «WhatsApp» tətbiqinə baxış keçirilmiş, baxış zamanı zərər çəkmiş şəxsin istifadə etdiyi “WhatsApp” tətbiqinin 050 *** ** ** saylı nömrə ilə qeydiyyatdan keçməsi, həmin tətbiqdə “Təqsirləndirilən şəxs” adı ilə yaddaşa yazılmış 060 *** ** ** saylı nömrə ilə 18 dekabr 2023-cü il tarixdən etibarən yazışmaların mövcud olması, yazışmaların və səsli mesajların məzmunundan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 MİDA tərəfindən inşa edilən binalardan mənzil verilməsini, digər şəxslərə verilən mənzillərin əşyasız olduğundan Zərərçəkmiş şəxs4 verilən mənzilin əşyalı ola biləcəyini vəd etməsi, 21 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 mesaj yazaraq ona gömrüyə ödəmək üçün 13.000 manat pul lazım olduğunu, atasından pul almasına baxmayaraq onu xərclədədiyini, malların gecə çıxacağını və şirkətlərə dağılacağını, hətta Zərərçəkmiş şəxs4 əlavə hörmət də edəcəyini vəd etməsi, Zərərçəkmiş şəxs4 13.000 manat pulu verməyə razılaşması, növbəti yazışmalarda Təqsirləndirilən şəxs pulu qaytara bilmədiyini bildirməsi, növbəti günlərdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 iki ədəd 050 211-lə başlayan mobil nömrəyə dair etibarnamənin və bir ədəd ov silahının sənədinin şəklini göndərib onların sənədləşdirilməsi üçün ilk əvvəl 1.000 dollar, sonra isə əlavə 2.000 manat pul istədiyi, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs 1.700 manat pul göndərməsinə dair qəbzin şəklini ona göndərməsi, 13 yanvar 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs mesaj yazaraq ona verdiyi ümumi 20.000+1.700+2.000 manat pulu qaytamnasım tələb etməsi təsdiq olunur. Tədqiq olunan protokoldan görünür ki, baxış zamanı zərər çəkmiş şəxs X2 ilə Təqsirləndirilən şəxs arasında olan yazışmalarin surəti 35 vərəqədə və 3 ədəd səsli mesaj CD diskdə protokola əlavə edilmişdir(iş vərəqə: cild İV, səh.64). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ambulator-məhkəmə- psixiatrik ekspertizanın xx.xx.2024-cü il tarixli, 4274 №-li rəyindən görünür ki, tədqiqat zamanı barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən olunmamışdır, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunmuşdur. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs cinayət cinayət əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (iş vərəqə: cild V, səh.93-96). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun qeyrilərinin xeyli və külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə, yəni dələduzluq yolu ilə talamada ehtiva olunan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla təsdiqini tapdığından onun cinayət əməli bu hissədə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və onun cinayət əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından irəli gələn və yuxarıda qeyd olunan tövsiyyələr, müəyyən olunduğu kimi, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində ehtiva olunan əlamətlər Təqsirləndirilən şəxs cinayət əməli ilə üst-üstə düşür. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı və məhkəmə baxışı mərhələsində vermiş olduğu ifadələrində zərərçəkmiş şəxslərdən aldatma və etibardan sui-istifadə etməklə pullar almaması, cinayət işinin ibtidai istintaqı mərhələsində istintaq orqanı tərəfindən ona qərəzli münasibətlər göstərilməsi, ilkin ifadələrini oxumadan imzalaması barədə göstərdikdərini onun cinayət məsuliyyətindən və cəzadan azad ola bilməsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər sübutlarla inkar olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışlarından və müvafiq məhkəmə aktlarından görünür ki, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamış olsa da, qeyd olunan məhkumluqların əksəriyyəti artıq hüquqi əhəmiyyətini itirmişdir. Lakin Təqsirləndirilən şəxs məhkum olunmasına dair sonuncu - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 178.3.2, 221.1, 315.1, 326.1, 66.3, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə və 3.000 manat cərimə cəzasına məhkum edilmiş, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər”ə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına ilə onun CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan əməli həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, onun cəza müddəti 05 (beş) il 06 (altı) ay müəyyən edilmiş və Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı məhkəmə sorğusuna əsasən əldə olunan Azərbaycan Respubloikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin 16 iyul 2025-ci il tarixli arayışından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3000 manat cərimə dövlət nəfinə ödənilmiş və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır(iş vərəqə: cild İ, səh. 265-266). Təqsirləndirilən şəxs məkumluğu ilə bağlı məsələ müzakirə olunarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə az ağır cinayət törətməyə görə olan məhkumluğu (burada: CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə əsasən ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayətlər törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qutarlıqları gündən iki il keçdikdə məhumğlu ödənilmiş hesab olunur. Demoqrafik məlumatlardan göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs cəzasının sonu ilə xx.xx.2021-ci il tarixdə azad olunmuş, onun məhkumluğunun ödənilməsi iki il sonra, yəni xx.xx.2023-cü il tarixdə başa çatmalı olduğu halda, Təqsirləndirilən şəxs baxılan iş üzrə nəzərdə tutulan cinayət əməllərini 25 avqust 2021-ci il tarixdən başlayaraq, yəni məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətmişdir və onun əməli cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə əsasən cinayətin residivini yaradır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham irəli sürərkən həmin ittihamların mətnində təqsirləndirilən şəxsin özgənin əmlakını dələduzluq yolu ilə ələ cinayətlərini törətməsini qeyd etməklə yanaşı, həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmə cinayətlərini törədilməsində ehtiva olunduğundan tamah məqsədi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalı və eyni zamanda "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti Təqsirləndirilən şəxs qarşı irəli sürülən və əməlinin tövsif olunduğu ittihamın mətnindən xaric edilməlidir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslə zərər çəkmiş şəxslər arasında barışıq əldə olunmamış, təqsirləndirilən şəxs tərəfindən yetirilmiş maddi zərərin ödənilməsi üçün cəhd belə göstərilməmiş və Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, cinayətlərin residivinə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, əməlinin cinayətlərin residivini yaratmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisələri ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələnin müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 29 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 23 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 yanvar 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə 19 mart 2024-cü il tarixədək fasiləsiz olaraq həbsdə, həmin tarixdən 23 may 2024-cü il tarixədək isə ev dustaqlığında - cəmi 04 (dörd) ay həbsdə və ev dustaqlığında saxlanılmışdır. Bundan sonra ibtidai istintaq orqanının 23 may 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Rəfael oğlunun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 29 noyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş və məhkəmə iclas zalından dərhal həbsə alınmış və Təqsirləndirilən şəxs 29 noyabr 2024-cü il tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs 29 noyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı, cəza çəkməsi üçün Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalı və onun cəza çəkməsinin əvvəli 29 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, onun müəyyən müddətə azadlıqdan məhrum etməyə məhkum olunacağı nəzərə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs3 cinayət işinin hələ məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 45.900 (qırx beş min doqquz yüz) manat pul tələbinə dair mülki iddia qaldırmışdır. Həmçinin cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı Zərərçəkmiş şəxs2 vurulmuş maddi zərərə görə 85.000 (səksən beş min) manat, Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərərə görə 7.700 (yeddi min yeddi yüz) manat və Zərərçəkmiş şəxs4 vurulmuş maddi zərərə görə 23.700 (iyirmi üç min yeddi yüz) manat pul tələbinə dair mülki iddia qaldırmışlar. Məhkəmə iş üzrə mülki iddiaya dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin sübuta yetməsi və yetirilmiş maddi zərərin ödənilməməsi və ya cinayətin zərərli nəticələrinin sair üsullarla aradan qaldırılması nəzərə alınmalı, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 85.000 (səksən beş min) manat pul tələbinə dair mülki iddiası tam təmin edilməklə 85.000 (səksən beş min) manat və dövlət rüsumuna görə ödənilmiş 345,52 (üç yüz qırx beş manat 52 qəpik) manat – cəmi 85.345,52 (səksən beş min üç yüz qırx beş manat 52 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 7.700 (yeddi min yeddi yüz) manat pul tələbinə dair mülki iddiası tam təmin edilməklə 7.700 (yeddi min yeddi yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 23.700 (iyirmi üç min yeddi yüz) manat pul tələbinə dair mülki iddiası tam təmin edilməklə 23.700 (iyirmi üç min yeddi yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 162,00 (yüz altmış iki) manat – cəmi 23.862 (iyirmi üç min səkkiz yüz altmış iki) manat pul Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4, ən nəhayət Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 45.900 (qırx beş min doqquz yüz) manat pul tələbinə dair mülki iddiası tam təmin edilsin. 45.900 (qırx beş min doqquz yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.3-cü maddəsinin tələblərinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1-ci maddəyə əsasən iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2-ci maddəyə əsasən iddianın rədd edilməsi; 354.1.3-cü msaddəyə əsasən iddianın baxılmamış saxlanması. İş üzrə maddi sübut qismində tanınmış 03 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 314.2, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub 25 yanvar 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə 19 mart 2024-cü il tarixədək fasiləsiz olaraq həbsdə, 23 may 2024-cü il tarixədək isə ev dustaqlığında saxlanıldığı cəmi 04 (dörd) ay ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 7 (yeddi) il 08 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 29 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə qaldırılmış mülki iddialara dair məsələ aşağıdakı qaydada həll olunsun: - Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 85.000 (səksən beş min) manat pul tələbinə dair mülki iddiası tam təmin edilsin. 85.000 (səksən beş min) manat və dövlət rüsumuna görə ödənilmiş 345,52 (üç yüz qırx beş manat 52 qəpik) manat – cəmi 85.345,52 (səksən beş min üç yüz qırx beş manat 52 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ödənilsin. - Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 7.700 (yeddi min yeddi yüz) manat pul tələbinə dair mülki iddiası tam təmin edilsin. 7.700 (yeddi min yeddi yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilsin. - Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 23.700 (iyirmi üç min yeddi yüz) manat pul tələbinə dair mülki iddiası tam təmin edilsin. 23.700 (iyirmi üç min yeddi yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 162,00 (yüz altmış iki) manat – cəmi 23.862 (iyirmi üç min səkkiz yüz altmış iki) manat pul Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ödənilsin. - Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 45.900 (qırx beş min doqquz yüz) manat pul tələbinə dair mülki iddiası tam təmin edilsin. 45.900 (qırx beş min doqquz yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ödənilsin. İş üzrə maddi sübutlar - 03 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar