Məhkəmə qərarları › İş №1(101)-769/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-769/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-769/2021 28.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimləri: sədrlik edən hakim Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda - 7,766 qram çəkidə narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla qanunsuz olaraq Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda fəaliyyət göstərən “Qarabağlar” restoranının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 avqust 2020-ci il tarixdə saat 20:00-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin gün saat 22:10-da keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın ön sol yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxladığı 7,766 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, 17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən Qarabağlı restoranına Natiq Bünyatov onu ad gününə dəvət etmişdir. 18 avqust 2020-ci il tarixdə kafe və retstoranların fəaliyyətinə icazə veriləcəyini əsas gətirərək restoranın müdriyyətinin zəmanətindən sonra karantin rejiminin qaydalarını pozaraq saat 17-18 radələrində həmin restorana gəlmiş, məclisin yuxarı başında qoyulmuş masada Natiq Bünyatova yaxın masanın birində əyləşmişdir. Saat təqribən 20 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları restorana basqın etmişlər. Bütün məclis iştrirakçılarını yerə uzadıb, əllərini başlarına qoydurmuşlar. Məclisdə iştirak edənlərdən 74 nəfəri saxlayaraq müxtəlif maşınlarla yığıb baş idarəyə daşımışlar. Baş idlarədə ona və digər aparılan adamlara zor tətbiq edib, döyüb xəsarət yetirmişər. O, aldığı xəarətlərdən huşunu itirmişdir. Onu noşatr spirti ilə ayıldaraq sonra içəridən çıxmaq üçün ondan 20000 manat pul tələb etmişlər. O, pulunun olmadığını bildirdikdən sonra ona zor tətbiq etməklə işgəncələri davam etdirərək üzərinə narkotik vasitə qoyaraq çəkilişlə guya üzərinə baxış keçirmişlər. Orada təqdim olunan narkotik vasitələr və mobil telefon mənə məxsus olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspert rəyləri, baxış protoklu ilə təsdiq olunmuşdur. Belə ki, aparılan məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin aşkar edilməsi məqsədi ilə iş yoldaşları, DİN-in BMCMİ-nin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkilləri X6 və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmişdir. 17 avqust 2020-ci il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 20:00 radələrində Təqsirləndirilən şəxs tədbir iştirakçıları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 23/15 ünvanında yerləşən «Qarabağlar» restoranının qarşısında saxlanılmış, özünü təqdim etdikdən sonra üzərində şəxsi axtarış və götürmə aparılması üçün Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan qara rəngli parça materiallı şalvarının ön sol yan cibindən üç ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddələri, şalvarının ön sağ yan cibindən bir ədəd “iPhone” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca təqdim etdiyi üç ədəd bükümlərə baxış keçirilməsinə başlanılmış, Rəşad həmin bükümün içində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bükümlərə baxış zamanı içində qəhvəyi rəngli, toz şəkili, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki narkotik vasitə olan heroinə bənzər maddəni əldə etdiyi mənbə barədə soruşulduqda o, həmin bükümləri bir gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını və onda maraq oyatdığından onları cibinə qoymaqla üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd ağ şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə müvafiq qaydada bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 şahid X3 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 17 avqust 2020-ci il tarixdə tanışları Natiq onları ad günü məclisinə dəvət etmişdir. Həmin günü saat 18 radələrində restorana gəlmişlər, həmin vaxt Təqsirləndirilən şəxs da orada olmuşdur, saat 19-20 radələrində polis əməkdaşları restorana daxil olub onları yığıb aparmışlar. Orada onlara cərimə yazıb sonra onları buraxmışlar. Şahid həmçinin ifadəsində göstərmişdir ki, Rəşadla bir kamerada olmuşdur. Rəşad ancaq başının ağrıdığını bildirmiş və kamerada yatmışdır. O, Rəşadın narkotik vasitələrdə istifadə etməsi barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 şahid X2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2020-ci il tarixli 6/1596 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki, 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,767 qram, 2,515 qram, 2,484 qram, ümumi təmiz çəkisi 7,766 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 oktyabr 2020-ci il tarixli 2748 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs oğl narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.” Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin ambulator məhkəmə- psixiatrik ekspertizasının 15 sentyabr 2020-ci il tarixli 1808 nömrəli rəyində görünür ki, “Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək mümkün deyil. Belə ki, yoxlanılan şəxs psixiatriya xəstəxanasında dəfələrlə müalicə olunması barədə ətraflı məlumat versə də, onun barəsində hər hansı tibbi sənəd ekspertizaya təqdim olunmamışdır. Bundan əlavə, hazırkı müayinə zamanı yoxlanılan şəxsin anamnezində qeyd etdiyi psixi pozuntuya xas olmayan əlamətlər müşahidə edilmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs diaqnozunu müəyyənləşdirmək hazırkı psixi vəziyyətini qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını təyin etmək üçün daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun satsionar məhkəməpsixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir.” Məhkəmə istintaqı zamanı kifayt qədər toplanmış sübutlarla ibtidai istintaqın gəldiyi nəticələr Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən Qarabağlı restoranında Natiq Bünyatovun ad günündə, məclisin yuxarı başında qoyulmuş masada Natiq Bünyatova yaxın masanın birində əyləşmiş, saat təqribən 20 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları restorana basqın etmiş, bütün məclis iştrirakçılarını yerə uzadıb, əllərini başlarına qoydurub, müxtəlif maşınlarla yığıb baş idarəyə daşımışlar. Baş idlarədə ona və digər aparılan adamlara zor tətbiq edib, döyüb xəsarət yetirmişlər. O, aldığı xəsarətlərdən huşunu itirmişdir. Bundan əlavə, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid X8 və X7 ifadələrində göstərmişlər ki, 17 avqust 2020-ci il tarixdə tanışları Natiqin ad günündə iştirak etmişlər, həmin vaxt Təqsirləndirilən şəxs həmin restoranda onlarla birlikdə olmuşdur, saat 20-21 radələrində polis əməkdaşları restorana daxil olub onları yığıb bölməyə aparmışlar. Şahidlərin ifadələrindən də göründüyü kimi Təqsirləndirilən şəxs ad günündən karantint qaydalarını pozduğu üçün saxlanılmış və idarəyə aparılan zaman üzərindən narkotik vasitə aşkar olunmuşdur. Eləcə də Təqsirləndirilən şəxs restorandan aparılması faktının təsdiq olunması restoranın kamera görüntülərinin əks olunduğu diskdən də müəyyən olunur. Bundan əlavə Rəşad Baladadşov ilkin izahat və istintaq ifadələrində də narkotik vasitəni tapdığını və onda maraq yaratdığına görə özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs nə ibtidai istintaq, nə məhkəmə istintaqı zamanı Rəşad Bvaladadaşov narkotik vasitəni qəbul etməsi və ya satması ilə bağlı hər hansı bir ifadə və izahat verməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin hər hansı biri Təqsirləndirilən şəxs narkotik vasitələrin staışı faktını ifadələrində təsdiq etməmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs ifadə verərkən müstəniqin vermiş olduğu suallara cavab olaraq heç vaxt narkotik vasitənin satışı ilə məşqul olmadığını dəfələrlə bildirmişdir. Aaparılan məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşqul olması barədə heç bir sübut əldə edilməmişdir. Belə ki, istər təqsirləndirilən şəxs, istərsə də şahidlərin ifadələrində məhkəmədə təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşqul olmasını təsdiq edən hər hansı bir sübut müəyyən olunmamışdır. Bundan əlavə, telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında 05 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqların və SMS yazışmalarının aparılması aşkar edilmiş, lakin, telefon danışıqlarında və SMS yazışmalarında hazırkı cinayət işi üzrə satış vasitələrin satışını və ya digər hərəkətlərlə bağlı əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. Göründüyü kimi digər heç bir sübut əldə edilmədiyi halda istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli narkotik vasitəni satmaq kimi qiymətləndirilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Eləcə də Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin məktubunda X1 narkotik vasitələrin və psixatrop vasitələrin satışında, istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olraqa əldə etdiyi narkotik vasitəni, nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixatrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilib keçirilməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat axtarış tədbirləri zamanı müsbət nəticə əldə etmək mümkün olmamışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı mötəbər mənbədən daxil olmuş məlumat adı alında heç bir əsaslı sübut əldə etmədən yalnız öz mülahizələri əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə ittiham irəli sürmüşdür. Yuxarıda göstərilənlər bir daha təsdiq edir ki, istintaq orqanı, Rəşad Baladadşovun narkotik vasitəni satması ilə bağlı əməllərini təsdiq edən heç bir sübut müəyyən etməmiş və eyni zamanda əldə etməmişdir. Qeyd olunan faktlar onu göstərir ki, ilkin araşdırma faktları üzrə tərtib olunmuş sənədlər səthi tərtib edilmiş və tərtib edilən sənədlərdə buraxılmış ziddiyyətlər istintaqın sonrakı gedişində də aradan qaldırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə, məhkəmə iclasında şahid ifadəsi ilə yanaşı, protokol və materiallar üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs elan olunmuş ittihamın əsasını təşkil etmədiyinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair”» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsnə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs ifadə verərkən üzərində həmin narkotik vasitənin aşkar olunmadığını bildirsə də, onun ibtidai istintaq zamanı üzərinə şəxsi baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə protokol həmin gün Təqsirləndirilən şəxs üzərində qeyd olunan miqdarda narkotik vasitə, heroin olmuşdur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində, özünü təqsirli bilməməsini, əməlində ümumiyyətlə cinayətin tərkib əlamətlərinin olmamasını bildirməsi, saxlanılan zaman üzərində narkotik vasitənin olmamasını göstərməsi faktına tənqidi yanaşaraq onun bu ifadəsini inandırıcı hesab etmir, məhkəmə hesab edir ki, o, bu ifadəni verməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Cinayət əməlinin hüquqi tövsüf məsələsini müzakirə edən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsüf edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran halların olması müəyyən olunmadı. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin stasionar məhkəmə- psixiatrik ekspertizasının 30 noyabr 2020-ci il tarixli 129 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Üzvi şəxsiyyət pozuntusu” kimi psixi patologiya müşahidə edilir, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona qarşı irəli sürülən ittiham üzrə ictimai təhlükəli əməli törədərkən “Üzvi şəxsiyyət pozuntusu” kimi psixi patologiyadan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı «Üzvi şəxsiyyət pozuntusu» formasında psixi patologiyaya xas əlamətlər müəyyən edilir. Onun əziyyət çəkdiyi «Üzvi şəxsiyyət pozuntusu» gedişində kompensasiya vəziyyəti müşahidə olunur. Lakin həmin pozuntu Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinə rəhbərlik etmək və özünə hesabat vermək iqtidarındadır. Halhazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs «Üzvi şəxsiyyət pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkməsi və belə bir patologiyanın gedişində kompensasiya vəziyyətinin dekompensasiya vəziyyətinə keçə bilməsi nəzərə alınaraq onun vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «Üzvi şəxsiyyət pozuntusu» kimi psixi patologiya onu cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onlan tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1 -ci maddəsinin təsiri altına düşür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.21.9-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət əməlini anlaqlılığı istisna etməyən psixi pozuntu atında törətməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə maddi sübut olan və AR DİN BMCMİ-də saxlanılan – qalıq çəkisi 7,616 qram heroin məhv edilməlidir. Şəxsi axtarış zamanı videogörüntünü özündə əks etdirən 1 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcələri 114 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 330 (üç yüz otuz) manat pul ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı gündən, yəni 17 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olan və AR DİN BMCMİ-də saxlanılan – qalıq çəkisi 7,616 qram heroin məhv edilsin. Şəxsi axtarış zamanı videogörüntünü zündə əks etdirən 1 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcələri 114 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Müdafiəçi, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 330 (üç yüz otuz) manat pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar